Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-17/2022 28.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər– Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə əsas, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə 12 avqust 1982-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin həkim nevropotoloqu vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, Yeni Məhəllələrdə fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Rahilə Əliyevanın xx.xx.2008-ci il tarixli 236 №-li əmri ilə Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”nın 1-ci bəndinə əsasən, tibb müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil etmək, əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil etmək, müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirmək, müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxs kimi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlavə müalicəyə ehtiyacın olması qeyd olunduğu üçün 11 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 49-da qeydiyyatda olan Şahid1 əlillik təyinatının aparılması mümkün olmadığı barədə qərar qəbul edilməsinə baxmayaraq, xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid1 barəsində əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə ünvan 4 ünvanında yerləşən Abşeron rayonu Saray qəsəbə xəstəxanasının inzibati binasındakı qəbul otağında 30 sentyabr 2020-ci il tarixdə xəstəxananın inzibati binasının birinci mərtəbəsindəki qəbul otağında Şahid1 qəbul etdikdən sonra sonuncuya xəstəxanada 15 gün müddətinə stasionar qaydada müalicə olunmamasına baxmayaraq, ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış veriləcəyini vəd verib, xəstəxananın həkim nevropatoloqu vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 xəstəlik tarixindən saxta çıxarış verilməsinin zəruri olmasını sonuncuya bildirərək, bununla əlaqədar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xəstəxananın ünvan 4 ünvanında yerləşən inzibati binasında xx.xx.2020-ci il tarixdə xəstəlik tarixindən nömrəsiz çıxarışın məzununa Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 guya 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada xəstəxanada 15 gün müddətinə müalicə olunması, “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” xəstəliyindən müalicə alaraq evə yazılmasına dair bilə-bilə yalan məlumatlar daxil edilib imzalandıqdan sonra həmin çıxarışı şəxsən xəstəxananın möhürü ilə təsdiq edib, həmin sənədi 14 oktyabr 2020-ci il tarixədə Şahid1 Təqsirləndirilən şəxs2 vasitəsi ilə təqdim etməklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Saray Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əlilliyin təyin edilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Abşeron Rayon Mərkəzi Xəstəxanası üzrə xx.xx.2008-ci il tarixli 193 №-li əmrlə Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin həkim nevroptoloqu vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın 1-ci bölməsinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi əlillik dərəcəsinin təyin edilməsi üçün stasionar qaydada xəstəxanada müalicə olunması ilə bağlı epikriz almaq üçün xəstəxanaya müraciət etmiş Şahid1 30 sentyabr 2020-ci il tarixdə qəbul etdikdən sonra sonuncunun həmin xəstəxanada 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada müalicə olunmamasına baxmayaraq, Abşeron rayon Saray qəsəbə xəstəxanasının baş həkimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək sonuncunun istəyi ilə xəstəxananın ünvan 4 ünvanında yerləşən inzibati binasında xx.xx.2020-ci il tarixdə rəsmi sənəd olan xəstəlik tarixindən nömrəsiz çıxarışın məzmununa Şahid1 guya 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada həmin xəstəxanada 15 gün müddətinə müalicə olunması, “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” xəstəliyindən müalicə alaraq evə yazılmasına dair bilə-bilə yalan məlumatları daxil edib şəxsən imzaladıqdan sonra həmin çıxarışın qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs1 tərəfindən xəstəxananın möhürü ilə təsdiq edilməsinə nail olub, həmin saxta rəsmi sənədi 14 oktyabr 2020-ci il tarixdə şəxsən Şahid1 təqdim etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ilin dekabr ayından hazırki vaxta qədər Abşeron rayon Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Şahid1 əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. Lakin, təxminən 2020-ci ilin sentyabr ayında əlil arabasında olan Şahid1 baş həkimi olduğu xəstəxanaya onun qəbuluna gəlmiş və əlillik almaq üçün epikriz almaq istədiyini bildirmişdir. Vüqara 10 gün stasionar qaydada xəstəxanada yatmalı olduğunu bildirmiş, lakin Vüqar xəstəxanada yatmaq istəmədiyini bildirmişdir. Bundan sonra Vüqar ona etirazını bildirmiş və xəstəxanadan çıxıb getmişdir. Bundan bir neçə gün sonra Vüqar yenidən xəstəxanaya müraciət etmiş və toplamış olduğu sənədləri əlillik almaq üçün təqdim etmək istədiyini bildirmişdir. O, Vüqarın sənədlərinə baxmış və Vüqarın DTX-nin hospitalında stasionar qaydada müalicə aldığını və müxtəlif xəstəliklərinin olduğunu görmüşdür. Bundan sonra Vüqarın sənədlərini nevropatoloq Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Daha sonra Şahid1 görməmişdir. Lakin sonradan Mətanət həkim Vüqara epikrizi verdiyini bildirmişdir. Bundan sonra Vüqar barəsində hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Şahid1 heç bir məbləğdə pul istəməmiş və ondan heç bir məbləğdə pul götürməmişdir. Lakin Vüqara tibbi karta açılmalı olduğunu və stasionar qaydada müalicə almalı olduğunu demişdir. Şahid1 ona 200 manat pul verməmiş, həmçinin, xəstəxanada 10 gün müddətində stasionar qaydada yatmışdır. Nevropotoloq Mətanət həkim Vüqarı 10 gün müddətində müalicə etdikdən sonra epikrizi yazmışdır. Vüqar xəstəxananın ikinci mərtəbəsində müalicə alırmış. Vüqar epikriz aldığı günə kimi onların xəstəxanasında yatmışdır. O, diaqnozlarda ağır olmayanları ağır yazdıracağı barədə dediyi sözləri Şahid1 elə-belə demiş, diaqnozlarının ağırlaşdırılması səlahiyyəti Mətanət həkimə aiddir. O heç bir 200 manat məbləğində pul vəsaitini görməmiş və həmin pulu götürməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2009-cu ildən hazırki vaxta qədər Abşeron rayon Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin həkim nevropotoloqu vəzifəsində işləyir. Şahid1 əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Şahid1 2020-ci ilin sentyabr ayının 30-da Xırdalan rayon poliklinikasından göndəriş əsasında xəstəxanaya müraciət etmiş, həmin vaxt göndərişdə Vüqarın stasionar qaydada müalicə üçün xəstəxanaya göndərilməsi qeyd edilmişdir. Belə ki, ilkin olaraq Şahid1 barəsində qəbul şöbəsində xəstəlik tarixçəsi açılmış, daha sonra Vüqarın xəstəliyi nevroloji xəstəlik olduğuna görə nevroloji şöbəyə göndərilmişdir. Xəstəxanada həkim nevropotoloq olduğuna görə Vüqarı qəbul etmiş, vəzifə təlimatına uyğun olaraq xəstə Şahid1 prosedur qaydalarına uyğun müayinələrdən keçirtmiş, yəni, Vüqarı xəstəxanada olan laborator müayinələrdən keçirtmişdir. Bundan sonra o, Vüqara xəstəliyinə uyğun təyinat vermiş və xəstə vitaminlərlə təmin olunmuşdur. Bundan sonra isə Şahid1 xəstəxananın 2-ci mərtəbəsində yerləşən palatalardan birinə yerləşdirilmişdir. Vüqar xx.xx.2020-ci il tarixdə palataya yerləşdirildikdən sonra həmin gün ona başqa müalicələr edilməmişdir. Lakin, həmin günün səhərindən başlayaraq xx.xx.2020-ci il tarixə kimi Şahid1 xəstəxanada müalicə almışdır. Vüqarın müalicəsi bitdikdən sonra epikriz vermiş və həmin ekipriz baş həkimin möhürü ilə təsdiq olunmuşdur. Bundan sonra isə Vüqar çıxıb getmişdir və bir daha Vüqarı görməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, o, Vüqarı 15 gün müddətində stasionar qaydada xəstəxanada müalicə etmiş, Vüqar xəstəxananın ikinci mərtəbəsində müalicə almışdır. Vüqar epikriz aldığı günə kimi xəstəxanada yatmışdır. O, Şahid1 olan xəstəliklərin diaqnozunu olduğu kimi yazmış, heç bir diaqnozu ağırlaşdırmamışdır. Natiq həkimin hansı səbəbdən o cür məzmunda ifadə verməsini başa düşməmişdir. Şahid1 xəstəxanada stasionar qaydada 15 gün yatmışdır. Ondan sonra isə Vüqara epikriz verilmişdir. Ümumiyyətlə, baş həkim Təqsirləndirilən şəxs1 tərəfindən ona hər hansı bir göstəriş və ya rüşvət verilməmişdir. xx.xx.2020-ci il tarixli Şahid1 məxsus epikriz tərəfindən tərtib olunmuşdur, orada olan yazılar və imza ona məxsusdur. Lakin epikrizdə olan möhür baş həkim Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017ci ildə İsrail Respublikasının Aşdod şəhərində yerləşən mağazada mühafizəçi işləyən zaman terror aktı baş vermiş və o, bədəninin müxtəlif nahiyələrindən 4 güllə yarası almışdır. Aldığı xəsarətlərlə bağlı 1 il 9 ay müddətində İsrail Respublikasında müalicə almış və 2018-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtmışdır. Uzun müddət müalicə olunmağına baxmayaraq hərəkət etmək imkanından məhrum olmuş, yəni yeriyə bilmədiyindən hazırda əlil arabasından istifadə edir. Diaqnozu aşağı ətrafların mielopatiyası, şəkər xəstəliyindən əziyyət çəkir, yüksək təzyiq, ödü və dalağı çıxarılmışdır, onurğa sütununda sınıq vardır. 2020-ci ilin əvvəllərində əlillik almaq üçün Azərbaycan Respublikası Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng etmiş və İsrail Respublikasında yaralandığını və əlillik almaq istədiyini bildirmişdir. Oradan ona yaşadığı yerin poliklinikasının sahə həkiminə müraciət etməyi bildirmişlər. O, bundan sonra təxminən aprel ayında Abşeron rayon poliklinikasının sahə həkimi Ləman həkimə müraciət etmiş, Ləman həkim də onu müayinə edərək nevropatoloq həkim Leyla xanımın qəbuluna göndərmişdir. Leyla həkim də onu müayinə edərək Mirqasımov adına Respublika xəstəxanasına stasionar müalicə olunmağı üçün göndərmişdir. O, 10 gün müddətində xəstəxanada stansionar müalicə almış, həmçinin Azərbaycan Respublikası DTX-nın hərbi hospitalına müraciət etmiş və orada onurğanın MRT-si və KT müayinələrindən keçmişdir. Bundan sonra tibbi sənədləri Mirqasımov adına Respublika xəstəxanasında müalicə həkiminə təqdim etmişdir. Oradan epikriz təqdim edildikdən sonra həmin sənədi nevropatoloq Leyla həkimə təqdim etmişdir. Abşeron rayon poliklinikasında həkim məsləhət komissiyasının həkimləri onu müayinə etmişlər və barəsində "Forma 88" tərtib edilmiş və həmin göndəriş 15 sentyabr 2020-ci il tarixdə elektron qaydada Tibbi sosial ekspert komissiyasına göndərilmişdir. Lakin ona 21 sentyabr 2020-ci il tarixdə imtina cavabı gəlmiş və əlavə müalicəyə ehtiyacın olması bildirilmişdir. Bundan sonra Leyla həkim yenidən ona Abşeron rayonu Saray qəsəbə xəstəxanasına göndəriş verə biləcəyini demiş və əvvəlcə xəstəxananın baş həkimi ilə danışmağını demişdir. O, Abşeron rayonu Saray qəsəbə xəstəxanasının baş həkimi Təqsirləndirilən şəxs1 qəbuluna getmişdir. Natiq həkim ona xəstəxanada yer olmadığını bildirmiş və ondan 200 manat pul tələb etmişdir. O, guya 15 gün stasionar müalicə olunacaqmış, həmin vaxtı o, Natiq həkimlə danışığını öz mobil telefonunda qeyd etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə 200 manat pul verilmiş və üzərinə texniki qurğu yerləşdirilmişdir. O, həmin pulu götürüb xx.xx.2020-ci il tarixdə Saray qəsəbə xəstəxanasında qəbul otağında Natiq həkimlə görüşmüş və 200 manat pulu Natiqə vermişdir. Natiq onunla əlaqə saxlayacağını demiş və 14 oktyabr 2020-ci il tarixdə gedib epikrizi Mətanət həkimdən götürmüşdür. Şahid1 ifadəsində suallara cavab olaraq həmçinin göstərdi ki, onun üzərinə quraşdırılmış qurğu işləmədiyi üçün əməliyyatçılar bibisi oğlunun üzərinə kamera quraşdırmışlar. 30 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 200 manat pulu verərkən əməliyyatçılar onu xəstəxananın çölündə gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1987-ci ildən hazırki vaxta qədər Abşeron rayon Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin həkim terapevti vəzifəsində işləyir. Şahid1 əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının sonlarında Abşeron rayon poliklinikasında olarkən Şahid1 adlı şəxsi görmüş və həmin vaxt əlil arabasında olmuşdur. Vüqar onun oğlu ilə poliklinikanın birinci mərtəbəsində söhbət edirmiş və oğlu ilə söhbət etdiyi zaman ona “Salam Təranə xala” deyə müraciət etmişdir. O, Vüqarı tanımadığını bildirəndə Vüqar əvvəllər qonşu olduğunu bildirmiş və onu tanıdığını qeyd etmişdir. Vüqar ona epikriz almaq üçün poliklinikadan göndəriş aldığını və həmin göndəriş əsasında Saray qəsəbə xəstəxanasında stasionar qaydada yatmalı olduğunu bildirmişdir. Bundan sonra Vüqar onun işlədiyi xəstəxanaya müraciət etmiş və qəbul şöbəsinə gəlmişdir. Qəbul şöbəsində Vüqara xəstəlik tarixçəsi açılmış, daha sonra Vüqarın xəstəliyi nevroloji xəstəlik olduğuna görə nevroloji şöbəyə göndərilmişdir. Xəstəxanada həkim nevropotoloq Mətanət həkim olduğuna görə Vüqarı qəbul etmişdir. O da Mətanət həkim müayinə etdikdən sonra terpaevt kimi Vüqarı müayinə etmiş və təzyiq xəstəliyinə uyğun dərmanlar yazmışdır. Bundan sonra isə o, Vüqarı bir dəfə də xəstəxanada görmüşdür. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Vüqarın baş həkim Təqsirləndirilən şəxs1 200 manat məbləğində pul vəsaitini verdikdən sonra 14 gün stasionar qaydada xəstəxanada yatmalı olduğu halda xəstəxanada yatmayaraq Mətanət həkimdən epikriz alması barədə məlumatı yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli pul vəsaitinin təqdim edilməsi haqqında protokolundan görünür ki, Abşeron rayon, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 stasionar qaydada xəstəxanada müalicə almayaraq çıxarış almaq üçün Şahid1 200(iki yüz) manat pul vəsaiti təqdim edilmişdir. (cild 1,iş vərəqə 16) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(001)-930/2020 nörməli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində qərar qəbul edildiyi gündən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması əməliyyat-axtarış tədbirlərin keçirilməsinə icazə verilmişdir.cild 1, iş vərəqə 12-15) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış protokolundan görünür ki, “Abşeron pulun verilməsi1” adı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs1 yanına gedir və ona özünə aid sənədləri təqdim edir. Aralarında olan danışıqlardan müəyyən olunur ki, Şahid1 stasionar qaydada xəstəxanada yatmaması üçün baş həkim Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat məbləğində rüşvət verərək bəs edib etməməsini soruşur, sonuncu isə “bəs edər” deyərək pulu götürür. Həmçinin, Təqsirləndirilən şəxs1 Şahid1 10 gündən sonra gəlməsini və epikrizi götürə biləcəyini bildirir. Natiq Vüqarın özünün gəlməsinə ehtiyacın olmadığını, hər hansı bir tanışının da gəlib epikrizi götürə biləcəyini qeyd edir. (cild 1, iş vərəqə 24-25) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Şahid1 “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon, Saray qəsəbə xəstəxanasında stasionar qaydada müalicə almışdır və həmin çıxarış xəstəxananın nevropotloq həkimi Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış, baş həkim tərəfindən isə möhürlə təsdiq edilmişdir. (cild 1, iş vərəqə 48) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 22 dekabr 2008-ci il tarixli 236 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 23 dekabr 2008-ci il tarixdən Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsinə təyin olumuşdur. Vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”nın 1-ci bəndinə əsasən, tibb müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil etmək, əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil etmək, müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirmək, müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək və s ibarətdir. (cild 1, iş vərəqə 45) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 13 oktyabr 2008-ci il tarixli 193 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2008-ci il tarixdən Saray qəsəbə xəstəxanasının nevropotoloq həkimi vəzifəsinə təyin olumuşdur. Vəzifəsi tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və s ibarətdir. (cild 1, iş vərəqə 58) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 62) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 61) Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən xx.xx.2020-ci il tarixli ambulator tibbi kitabçadan çıxarış, özündə videogörüntünü əks etdirən 1(bir) ədəd disk 24 may 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmışdır. (cild 1, iş vərəqə 100-115) Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1421 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilən yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramın davametmə müddəti 04 dəq 05 san-ə təşkil edir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı əsas mövzu üzrə danışıqlarda 3(üç) nəfər kiçi cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı görüntülərin vizual tədqiqi nəticəsində görüntülərdə iştirakçı diktorların bir-birilərinə pula bənzər əşyanın verilməsi müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1”kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə portret ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “CD-R” tipli diskin videogörüntüdən çıxarılmış fotoşəkillərdə və Təqsirləndirilən şəxs1 eksperimental videogörüntüdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədləri surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladları vardır, X8 “uşaq autuzmi” xəstəliyindən əziyyət çəkir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Rahilə Əliyevanın xx.xx.2008-ci il tarixli 236 №-li əmri ilə Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”nın 1-ci bəndinə əsasən, tibb müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil etmək, əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil etmək, müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirmək, müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün stasionar qaydada xəstəxanada müalicə olunması ilə bağlı epikriz almaq üçün xəstəxanaya müraciət etmiş Şahid1 30 sentyabr 2020-ci il tarixdə xəstəxananın inzibati binasının birinci mərtəbəsindəki qəbul otağında qəbul etdikdən sonra sonuncuya xəstəxanada 15 gün müddətinə stasionar qaydada müalicə olunmamasına baxmayaraq, ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış verilməsinə görə 2020-ci ilin sentyabr ayının 30-da Şahid1 xəstəxananın ünvan 4 ünvanında yerləşən inzibati binasında özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 razılığını aldıqdan sonra, həmin tarixdə Şahid1 xəstəxananın inzibati binasının qəbul otağında şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 24 may 2021-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “vəzifəli şəxs kimi rüşvət istəyib almasını” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində rüşvət alma cinayətinin olmadığını təsdiq edir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(001)-930/2020 nörməli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində qərar qəbul edildiyi gündən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması əməliyyat-axtarış tədbirlərin keçirilməsinə icazə verilmişdir. Lakin Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirləri aparılarkən əməliyatçı tərəfindən qeyri-müəyyən hallara yol verilmişdir. İstintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənədlər 25 sentyabr 2020-ci il tarixli “Pul vəsaitinin təqdim edilməsi” haqqında və “Diskə baxış keçirilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli protokollar olmuşdur. Cinayət işinin materiallarında olan 25 sentyabr 2020-ci il tarixli “Pul vəsaitinin təqdim edilməsi” haqqında protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə Xidmətindən götürülmüş 2 (iki) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət ümumilikdə 200 (iki yüz) manat məbləğində pul əməliyyatçı tərəfindən təqdim edilmiş və pulun Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədi ilə Şahid1 üzərindəki paltara “Stayer” markalı xüsusi avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış protokolunda müstəntiq Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat məbləğində pulu verdiyini, Təqsirləndirilən şəxs1 həmin pulu götürdüyünü qeyd etmişdir. “Diskə keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüyə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müstəntiq tərəfindən protokolda təhrifə yol verildiyi, görüntülərdə 3 nəfər şəxsin iştirak etdiyi, səs və görüntünün qarışıq olduğu müəyyən edilmişdir. Buna görə də görüntülərdəki danışığının məzmununun müəyyən edilməsi, görüntüdə 200 (iki yüz) manat məbləğində pul verilməsi halının olub-olmaması məqsədi ilə müvafiq ekspertiza təyin edilmişdir. Məhkəmə fonoskopik ekspertizasının rəyinə əsasən görüntülərdə Təqsirləndirilən şəxs1 Şahid1 pul istəməsi, Şahid1 Təqsirləndirilən şəxs1 pula bənzər əşyanın verilməsi müəyyən edilməmişdir. Həmçinin “Pul vəsaitinin təqdim edilməsi” haqqında protokolda Şahid1 verilmiş pulların seriya və nömrəsi qeyd edilməmiş, həmin protokolda audio və video yazan qurğunun Şahid1 paltarına 25 sentyabr 2020-ci il tarixdə quraşdırıldığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs verilən ittihama görə rüşvət qismində 200 manat pul ona 30 sentyabr 2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi, 25 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək Baş Prokurorluğun maliyyə Xidmətindən götürülmüş pulun, qurğunun harada və necə saxlanması barədə cinayət işində heç bir məlumat yoxdur. Həmçinin qeyd olunan görüntülərdə audio və video yazının 3-cü şəxs tərəfindən yazıldığı görünür. Cinayət işinin materiallarında isə bununla əlaqədar heç bir qeyd yoxdur. Yalnız Şahid1 məhkəmədə ifadə verərkən 3-cü şəxsin anket məlumatlarını xatırlamadığı “bibisi oğlu” olduğunu bildirmiş, üzərində quraşdırılmış qurğu nasaz olduğu üçün çəkilişin “bibisi oğlu” tərəfindən aparıldığını qeyd etmişdir. Bundan əlavə maliyyə xidmətindən Şahid1 verilmiş 200 manat pulun əməliyyat tədbirindən sonra da harada olması, hadisə günü pulun Təqsirləndirilən şəxs1 verilməsindən dərhal sonra əməliyyatçıların xəstəxana ətrafında olmalarına baxmayaraq 200 manat pulun Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanması məqsədi ilə əməliyyat tədbirlərini hansı səbəbdən davam etdirməmələri barədə cinayət işinin materiallarında heç bir qeyd yoxdur. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə isə təqsirləndirilən şəxsin 200 (iki yüz) manat məbləğində rüşvət almasını əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. İstintaq orqanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız videogörüntüdə Şahid1 “200 manat arasına qoyuram ki, yaxşı yazsın” sözlərini və Şahid1 ifadəsini materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “rüşvət alma” cinayətinin qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 200 manat məbləğində pulun verilməsinə dair videogörüntüdə aradan qaldırıla bilməyən şübhələr vardır, bu şübhələri də qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə təqsirləndirilən şəxsin xeyrinə həll edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 rüşvət alması sübuta yetirilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X9 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X10rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X21 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası hədlərində cəza təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələridə nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi təsnifata görə az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi təsnifata görə böyük ictimai təhkülə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 saxta çıxarış verməmələri barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Şahid1 təqsirləndirilən şəxslər tərəfindən 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada xəstəxanada 15 gün müddətinə müalicə olunması barədə çıxarışın verilməsi işin mübahisələndirilməyən halıdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 Şahid1 çıxarışı almaq üçün 14 gün sonra gəlməyini, hətta özü gələ bilməyəcəyi təqdirdə çıxarışı götürmək üçün başqa şəxsə göndərə biləcəyini bildirir. Bu da bilavasitə Şahid1 stasionar qaydada müalicə olunmamasına baxmayaraq, ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarışın verilməsinin bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni Şahid1 xəstəxanada stasionar qaydada müalicə alması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan bir uşağının olmasını, oğlunun autizm xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi cəzasını ağırlaşdıran haldır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyaları həddində islah işləri növündə cəza təyin edilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməli və ona “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzadan azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri, Binəqədi rayon məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə eyni tarixdə barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində 25 may 2021-ci il tarixdə baqşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuş əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakılara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut işdə olan ambulator tibbi kitabçadan çıxarış və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 647,45 manat (altı yüz qırx yeddi manat qırx beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qayda da tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğindədə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğindədə pul tutulmaqla 1 (bir) il müddətə islah cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.2 əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv edilsin Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilsin və X5 cəzadan azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış ambulator tibbi kitabçadan çıxarış və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 647,45 (altı yüz qırx yeddi manat qırx beş qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qayda da tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-17/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-17/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver