Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-17/2024 15.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, orta təhsilli, evli, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 149-da yaşamış və qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroini, tiryəki və qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Şahid5 ilə və şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan həmin “Baba” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs İran islam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə aralarındakı cinayətkar razılaşmaya əsasən “Baba” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə göndərdiyi və Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan ünvanda bir ədəd kisənin içərisindəki sellofan bağlamalarda gizlətdiyi kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 19.565,225 qram təmiz çəkidə narkotik vasitə heroini, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 6.810 qram təmiz çəkidə narkotik vasitə tiryəki və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 715,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı arxasında “3000g x 0.1g” yazısı olan 01 ədəd gümüşi rəngli elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə həmin kisədə 2021-ci ilin oktyabr ayının əvvəllərində naməlum vaxtda və şəraitdə Lənkəran rayonu ərazisində satış məqsədi ilə əldə etdikdən sonra özü ilə gecə saatlarında sərnişini olduğu, naməlum sürücünün idarə etdiyi, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi avtomobilində daşıyıb həmin dövrdə kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən mənzilə gətirməklə həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin əvvəlcədən təlimatına və qarşılığında qazanc olaraq 10.000 manat pul vədinə əsasən sonradan müştərilərə çatdırılması üçün “Baba” adlı şəxsin deyəcəyi ünvanlara hissə-hissə yerləşdirib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən mənzildə bir neçə gün ərzində qanunsuz saxlamış, bundan sonra Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri öz yaşadığı həmin mənzildə saxlamağa davam etməkdən ehtiyatlandığı üçün qohumu Şahid5la cinayət əlaqəsinə girərək ona qarşılığında qazanc olaraq 5.000 manat pul verəcəyini vəd etməklə razılığını əldə etdikdən sonra aralarındakı cinayətkar razılaşmaya əsasən gələcəkdə satışını həyata keçirmək və birgə qazanc əldə etmək məqsədi ilə Şahid5 həmin narkotik vasitələri digər yerə daşıyıb gizlətməklə saxlaması üçün təhvil götürməsindən ötrü təlimat verərək özü 21 oktyabr 2021 -ci il tarixdə gecə saatlarında qeyd edilən narkotik vasitələri arxasında “3000g x 0.1g” yazısı olan 01 ədəd gümüşi rəngli elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən məişət tullantıları üçün nəzərdə tutulmuş yerin yaxınlığında bir ədəd çantada və sellofan torbalarda yerləşdirib orada gizlətmiş, daha sonra Şahid5 21 oktyabr 2021-ci il tarixdə gecə saatlarında qeyd edilən narkotik vasitələr olan çanta və torbaları Təqsirləndirilən şəxs təlimatı və qarşılığında qazanc olaraq 5.000 manat pul vədi əsasında eyni məqsədlə həmin yerdən götürüb əldə etdikdən sonra narkotik vasitələrdən heroinin 50,225 qram təmiz çəkidə olan hissəsini 01 ədəd sellofan bükümdə satış məqsədi ilə öz üzərində qanunsuz saxlamış, qeyd edilən çanta və torbalarda olan qalan narkotik vasitələri isə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93" yaşayış kompleksi ərazisindən sərnişini olduğu, naməlum sürücünün idarə etdiyi, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi avtomobilində özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə daşıyaraq Şahid4 yaşadığı, sonuncuya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağına aparıb orada Şahid4 və onun ailə üzvlərinin xəbəri və məlumatı olmadan gizlədərək saxlamış, Şahid5 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Şahid5 21 oktyabr 2021-ci il tarixdə saat 16:15-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivi ərazisində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 18:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin bir hissəsi olan 50,225 qram təmiz çəkidə heroin Şahid5 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Şahid5 narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun öz iştirakı ilə Şahid4 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 20:00-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin qalan hissələri olan ümumilikdə 19.515 qram təmiz çəkidə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 2.065 qram, 2.050 qram, 1.020 qram, 2.065 qram, 2.050 qram, 2.070 qram, 2.050 qram, 2.060 qram, 2.065 qram və 2.020 qram olmaqla 10 ədəd sellofan bağlamalarda üzərində heroinin izləri olan, arxasında “3000g x 0.1g” yazısı olan 01 ədəd gümüşi rəngli elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə 01 ədəd çantanın içərisindən, ümumilikdə 6.810 qram təmiz çəkidə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 990 qram, 980 qram, 870 qram, 970 qram, 990 qram və 1.025 qram olmaqla 07 ədəd sellofan bağlamalarda 01 ədəd sellofan torbanın içərisindən, 715,0 qram təmiz çəkidə qurudulmuş marixuana isə 01 ədəd qara rəngli polietilen torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrin satışını həyata keçirməmişdir. Polis əməkdaşları onu 04 iyul 2022-ci il tarixdə saxlamışlar. Onun saxlanılmağından bir müddət əvvəl onun əmisi Şahid5 saxlamışlar. Əmisi Şahid5 təzyiqlər göstərmişlər və əmisi də məcbur qalaraq narkotik vasitələri onun əmisinə verdiyini bildirmişdir. Daha sonra, polis əməkdaşları onu saxlamışlar və ona da təzyiqlər göstərmişlər. Baş müstəntiq Orxan Quliyev onu ailəsi ilə hədələyərək narkotik vasitələrin ona məxsus olduğunu bildirməyini demişdir. Polis əməkdaşları tərəfindən saxlanılanadək onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, heç vaxt Lənkəran şəhərində olmamışdır. Sonuncu dəfə 3-4 il əvvəl Masallı şəhərində yerləşən “İstisu” sanatoriyasında dostları ilə birlikdə olmuşdur. Oraya sadəcə istirahət məqsədilə getmişlər. Meyvələrin satışı ilə məşğul olmamışdır. Cinayət işi materiallarında qeyd edilən “vişnə” dedikdə, həqiqətən giləmeyvədən bəhs edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, doğma əmisi Şahid5 tutulduğu və ittiham olunduğu cinayət işi üzrə ondan aşkar edilmiş narkotik vasitələri əmisi Seymura həqiqətən də özü vermişdir. Hadisə ilə bağlı ətraflı onu deyə bilər ki, əmisi Şahid5la özünün həmişə normal qohumluq münasibəti olmuşdur, aralarında heç vaxt ədavət və ya düşmənçilik, qərəzli münasibət olmamışdır, hazırda da yoxdur. Özü 2019-cu ildə mobil telefonda Vatsap proqramı vasitəsi ilə internet üzərindən İran İslam Respublikasının vətəndaşı olan, özünü «Baba» adı ilə təqdim etmiş şəxslə tanış olmuşdur. Baba adlı həmin İranlı şəxslə o vaxtlardan etibarən özü bir neçə dəfə mobil telefonda videogörüntü ilə də danışmışdır. Onun mobil nömrəsini hazırda dəqiq xatırlamadığı hansısa tanışlarından biri vermiş, arabir mobil telefonda onunla danışmışdır. Hələ 2019-cu ildə İranlı Baba mobil telefonda bir dəfə ona bildirmişdir ki, özü İrandan Azərbaycana Lənkəran şəhərinə müxtəlif narkotik maddələr göndərir və satdırır, həmçinin ona təklif etmişdir ki, bu işdə kömək etsə ona da yaxşı qazanc pul verəcəkdir. Baba ona demişdir ki, onun işi onun göndərdiyi həmin narkotik maddələri qoydurduğu yerdən götürüb özündə saxlamaq, sonra isə özü dediyi vaxtlarda müxtəlif bölgələrə və ya yerlərə aparıb qoymaq, onları qoyduğu yerlərin fotoşəkillərini çəkdikdən sonra isə Vatsap proqramı ilə ona göndərməkdən ibarət olacaqdır. Bu işi görməyi müqabilində Baba ona hər göndərdiyi narkotik partiyasına görə 5.000-10.000 manat pul qazancı təklif etmişdir. Özü də maddi imkanı zəif olduğuna görə Babanın bu təklifi ilə razılaşmış, çünki maddi dolanışığı zəif olmuş, bir qədər pula ehtiyacı olmuşdur. O vaxtlar Baba ilə aralarında sadəcə belə bir razılaşma olmuşdur. Özü əvvəlki məhkumluğu üzrə 24 dekabr 2020-ci ildə 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad olunandan sonrakı müddətdə, dəqiq tarixini xatırlamır, aralarında əvvəldən olmuş razılaşmaya əsasən Babanın tapşırığı ilə onun göndərdiyi narkotik maddə bağlamasını qoydurduğu yerdən götürmək üçün Lənkəran şəhərinə də getmiş, lakin həmin ərəfədə özünə məlum olmayan səbəbdən qeyd edilən narkotik maddənin qoyulduğu yeri tapa bilməmişdir. Bəlkə də onu kimsə başqa bir nəfər tapıb götürmüş, lakin bu barədə özü dəqiq bilməmişdir. Bundan sonrakı müddətdə Baba ilə mobil telefonda bu mövzuda ara-sıra danışmışdır. 2021-ci ilin oktyabr ayının əvvələrində, dəqiq günü yadında deyil, özü İranlı Babanın tapşırığı ilə yenə Lənkəran şəhərinə getmiş, Lənkəran şəhərinin özündə tanımadığı küçələrin birində yol kənarında olan ağaclıq sahədə ağaclardan birinin dib hissəsinə Baba özünə məlum olan hansısa şəxs vasitəsi ilə bir ədəd 50 kq-lıq həcmdə olan sintetik meşokun, yəni kisənin içərisində narkotik maddələr qoydurmuşdur. Həmin yerin fotoşəklini o vaxtlar Baba özü mobil telefonda Vatsap proqramı ilə onun o vaxtlar işlətdiyi mobil telefonuna göndərmiş və bildirmişdir ki, narkotiki götürüb özündə saxlasın, yaşadığı Abşeron rayonuna aparsın, sonra isə ona deyəcəyi vaxtlarda hansısa müştərilərə çatdırılması üçün hissə-hissə aparıb müxtəlif yerlərə qoysun. Baba özünə bu işə görə 10.000 manat pul verəcəyini vəd etmişdir. Lənkərana həmin narkotiki götürmək üçün özü gedəndə Baba ona “narahat olma, kisədə təxminən 5-6 kiloqram narkotik maddə “kokos”, yəni heroin var” deyə bildirsə də, özü gedib həmin kisəni tapanda görmüşdür ki, kifayət qədər ağır çəkidədir, yəni kisədə təxminən 25-30 kiloqram çəkidə narkotik vardır. Buna baxmayaraq özü İranlı Babanın sözünü yerə salmamış, geriyə yolu olmamış, həmin narkotik kisəsini tapıb götürəndən sonra gecə saatlarında onu özü Lənkərandan bir yol avtomobili ilə, yəni taksi avtomobili ilə o vaxtlar kirayə tutub yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində yerləşən mənzilə daşıyıb gətirmişdir. Həmin vaxtlarda qeyd edilən mənzili kirayə tutmuş, orada özü tək qalmış, ailəsi isə Salyanda qaynatasının evində qalmışdır. Babanın göndərdiyi həmin narkotik kisəsini özü evdə açıb baxmış, onun içində təxminən 20 kiloqram çəkidə “kokos", yəni narkotik maddə heroin, hardasa 5-6 kiloqram çəkidə narkotik maddə tiryək, təxminən 1 kiloqrama yaxın da qurudulmuş marixuana olmuş, səhv etmirsə kisədə tərəzi və qaşıq da olmuşdur. Həmin narkotik maddələr bir neçə sayda aynayrı sellofan bağlamalar halında olmuş, lakin bağlamaların sayını dəqiq bilmir, saymamışdır. Özü həmin narkotik maddələr olan kisəni bir neçə gün kirayə qaldığı həmin evdə saxlamış, lakin sonra saxlamağa qorxmuş, fikirləşmişdir ki, bunları harasa başqa bir etibarlı yerə qoyub saxlasa daha yaxşı olar, çünki mənzildə daha çox saxlamağa ehtiyat etməyə başlamışdır ki, birdən polis əməkdaşları hardansa, necəsə xəbər tutarlar. Saxladığı müddət ərzində isə İranlı Baba da ona həmin narkotiklə bağlı, yəni onu harasa aparıb qoymağı barədə hələ bir söz tapşırmamış, özü sadəcə ondan xəbər gözləmişdir. Ona görə də daha çox saxlamağa qorxduğu üçün bu barədə öz əmisi Şahid5 bildirib həmin narkotiki müvəqqəti bir etibarlı yer tapıb saxlaması üçün ona həvalə etmək fikrinə düşmüşdür. Əmisi Seymur da həmin vaxtlarda Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində onun qaldığı binanın qonşuluğunda kirayədə yaşamışdır. Ona görə də özü bir gün əvvəldən həmin kisədə olan narkotik maddələri başqa bir çantaya və torbalara yığıb saxlamış, 2021-ci ilin oktyabr ayının ya 20-si, ya da 21-i olardı ki, dəqiq günü yadında deyil, gecə saat təxminən 01 radələrində özü əmisi Seymura mobil telefonla zəng etmiş, lakin Seymurun telefonu bağlı olmuş, yəni telefonu söndürdüyü üçün danışa bilməmişdir. Hazırda Seymurun həmin nömrəsini, eləcə də o vaxtlar öz istifadə etdiyi mobil nömrəni xatırlamır, yadında deyildir. Çünki Özünün bir neçə sayda mobil nömrələri olmuşdur. Əmisi Seymurla danışa bilmədiyi üçün məcburən öz bacısı İlahə İmanovaya zəng etmiş, İlahəyə “əmim Seymura zəng edirəm, telefonu bağlıdır, Seymurla təcili danışmalıyam, onun evinə get, xəbər elə ki mənimlə telefonda danışsın” deyə bildirmişdir. Bacısı İlahə də həmin günlərdə Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində özü qaldığı binanın yaxınlığındakı digər binada ailə üzvləri ilə kirayədə qalmışdır. Lakin bacısı İlahəyə narkotik mövzusu ilə bağlı ümumiyyətlə heç bir söz deməmiş, İlahənin bunlardan xəbəri olmamışdır. Sadəcə İlahədən xahiş etmişdir ki, Seymurun qaldığı mənzilə gedib ona xəbər versin ki onunla telefonda danışsın, yəni telefon əlaqəsinə çıxsın, vəssalam. Çünki özü həmin vaxt evdə olmamış, belə ki narkotik maddələri yığdığı həmin çanta və torbaları özü bacısı İlahə ilə danışmazdan təxminən yarım saat əvvəl öz qaldığı evdən çıxarıb Qurtuluş-93 yaşayış kompleksinin həyətində olan zibilxana yerinin yanına aparıb qoymuş, özü də oradan uzaqlaşmış, yəni evə qayıtmamış, Bakı şəhərinə gəlmişdir. Bacısı İlahəyə xəbər edəndən yarım saat sonra əmisi Seymur başqa bir mobil nömrədən ona zəng etmişdir. Aralarındakı mobil telefon danışığı zamanı özü əmisi Seymura “mənim özümə aid olan narkotik maddələr var, onu Qurtuluş-93 yaşayış kompleksinin zibilxana yerinə çanta və torbada qoymuşam, çox təcilidir, vaxt yoxdur, əgər etibarlı bir yerin varsa onları təcili oradan götürüb müvəqqəti olaraq apar saxla, elə olsun ki, sonra səndən geri təhvil ala bilim, buna görə sənə sonra 5000 manat pul verəcəyəm” deyə bildirmişdir. Əmisi Seymur da ona qulaq asmış, etiraz etməmişdir. Özü Seymurdan narkotik maddələri saxlaması üçün etibarlı bir yeri olub-olmadığını bir daha soruşmuş, Seymur da bildirmişdir ki, özünün bildiyi belə bir yer var, bir neçə dəqiqədən sonra gedib həmin narkotik çantasını və torbasını onun qoyduğu yerdən götürəcəkdir. Əmisi Seymur onun təklifi ilə razılaşmış, lakin həmin narkotik maddələri hara aparıb qoyacağı barədə, etibarlı yerinin hara olması barədə ona heç nə deməmiş, heç özü də Seymurdan soruşmamışdır. Seymur sadəcə demişdir ki belə bir yeri var. Bundan sonra özü Seymurla telefon danışığını bitirmiş, Seymurla bir daha danışığı olmamışdır. Səhərİsi gün isə özü xatırlamadığı tanışlarının birindən eşidib xəbər tutmuşdur ki, əmisi Seymur həmin narkotik maddələrə görə polis əməkdaşları tərəfindən artıq tutulmuşdur. Bundan sonrakı günlərdə özü tutulacağından qorxaraq bir daha kirayə qaldığı həmin evə qayıtmamış, gah Bakıda, gah da müxtəlif rayonlarda gizlənərək müxtəlif ünvanlarda 3-5 gün müvəqqəti qalıb ünvanını dəyişməklə yaşamışdır. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi bir çox mobil nömrələri olmuşdur, lakin həmin nömrələrini hazırda xatırlamır. Hazırki istifadə etdiyi mobil nömrə isə ***-***-**-** saylı nömrədir, bu nömrəni təxminən 2 aydır ki, istifadə etmişdir. Baba adı ilə tanıdığı X4 vətəndaşı olan şəxsin qeyd edilən narkotik maddələri İrandan Azərbaycana kimlərin vasitəsi ilə, hansı yolla, necə göndərdiyi barədə özünün ətraflı heç bir məlumatı olmamışdır, hazırda da yoxdur. Sadəcə Babanın deməsinə görə özü bilir ki, Baba həmin narkotik maddələri İrandan Lənkərana göndərmişdir, lakin necə, kimin vasitəsi ilə göndərdiyini ona deməmişdir. Qeyd edilən narkotik maddələri götürüb saxlaması və ya sonradan onun deyəcəyi yerlərə aparıb qoyması müqabilində Baba ona bu işə görə 10.000 manat pul verəcəyini vəd etmiş, deməsinə görə pulu sonradan, yəni özü narkotik maddələri onun deyəcəyi hansısa yerlərə aparıb qoyandan sonra göndərəcəkdi. Çox güman ki, Baba növbəti dəfə göndərəcəyi narkotik maddələrlə birgə onun pulunu da göndərəcəkdi. Özü əmisi Seymura həmin narkotik maddələri götürüb etibarlı bir yerdə saxlamasına və sonra yenidən lazım olan vaxt geri təhvil verməsinə görə 5.000 manat pul təklif etmiş, fikirləşmişdir ki İranlı Babadan alacağı pulun bir hissəsini elə Seymura verər. Qeyd edilən gecə saatlarında bacısı İlahə və əmisi Seymurla telefon danışığı apardığı, onların istifadəsində olmuş mobil nömrələrin hansı nömrələr olmasını xatırlamır, yadında deyil, bircə onu deyə bilər ki, özü bacısı İlahə ilə xəbər göndərəndən sonra əmisi Seymur ona öz nömrəsi ilə deyil, başqa bir mobil nömrə ilə zəng etmiş və danışmış, lakin həmin nömrəni xatırlamır. Həmin vaxt telefon danışığı zamanı özü bacısı İlahəyə saxladığı narkotik maddələr barədə, yaxud onları əmisi Seymura təhvil vermək niyyəti barədə heç bir məlumat verməmiş, heç nə bildirməmişdir. İlahənin narkotik mövzusu barədə ümumiyyətlə heç nədən xəbəri və məlumatı olmamışdır. İlahənin bu işdə heç bir təqsiri yoxdur. Özü sadəcə İlahəyə bildirmişdir ki, əmisi Seymurun evinə gedib ona xəbər etsin ki, onunla telefonda danışsın, telefon əlaqəsinə çıxsın. Çünki Seymurun telefonu bağlı olmuş, özü Seymurla danışa bilməmişdir. İlahə də Seymura xəbər edəndən sonra Seymur özü ona zəng edərək danışıq aparmış və narkotik mövzusu ilə bağlı həmin vaxt özü Seymurla danışmışdır. Özü polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Baba adlı İran İslam Respublikasının vətəndaşı olan həmin şəxslə özü videogörüntü ilə telefonda bir neçə dəfə danışmış, Baba təxminən 40-45 yaşlarında bir kişidir, onun İranlı olmasına özü əmindir, Baba həmişə İran ləhcəsində danışmışdır. Onun başqa əlamətlərini özü bilmir. Qeyd edilən narkotik maddələri Lənkəran şəhərində əldə edərkən və özü ilə taksi avtomobilində Abşeron rayonuna kirayə qaldığı mənzilə daşıyıb gətirərkən özü tək olmuş, yanında heç kim olmamış, heç kim ona bu işdə kömək etməmişdir. Taksi avtomobilinin sürücüsü olan tanımadığı şəxsə isə özü yalandan demişdir ki, daşıdığı kisədəki feyxoa meyvəsidir. Narkotik maddələri Lənkəran şəhərində əldə etdikdən və özü ilə Abşeron rayonuna kirayə qaldığı mənzilə gətirib orada saxladıqdan sonra həmin narkotik maddələrdən özü heç kimə satmamış, nə də verməmişdir. Necə gətirmişdisə elə həmin formada da evdə saxlamış, sonra isə başqa çanta və torbalara yığıb etibarlı yerdə saxlaması üçün əmisi Seymura təhvil vermişdir. Cild 2, iş vərəqləri 26-32, 45-51) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, narkotik vasitələri Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olan zibil qutularının yanından götürmüşdür. Həmin narkotik vasitələr Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl ona həmin narkotik vasitələri götürməyini bildirmişdir. Bu narkotik vasitələri götürməkdə məqsədi, Təqsirləndirilən şəxs tapşırığına əsasən, onları gizlətmək olmuşdur. Təqsirləndirilən şəxs tapşırığı əsasında götürdüyü narkotik vasitənin hansı növdə olduğunu bilmirdi. Sonradan öyrəndiyinə görə bu narkotik vasitələrin miqdarı 20 kiloqramdan çox olmuşdur. O, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxsla görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr olan çantanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin zibilxanasında zibil qutularının yanından götürməyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus narkotik vasitələri gizlətməyi üçün onun tərəfindən hər hansı məbləğdə pul vəd edilib-edilməməsini xatırlamır. Şahid5 özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verdiyi ifadəsindən görünür ki, o, nə siqaret, nə də narkotik vasitə istifadəçisi olmamışdır. Ümumiyyətlə, alkoqollu içki də içməmişdir. Bir gün gecə saat 03:00 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs zəng edərək. Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin zibilxanasında zibil qutusunun yanına çanta qoyduğunu və həmin çantanı götürməyini bildirmişdir. Qeyd olunan ünvana gedərək, çantanı götürmüşdür. Çantanı açanda içərisində bükümlərin olduğunu görmüşdür. Həmin bükümlərin narkotik vasitə olduğunu başa düşmüşdür. Çantanı Şahid4 evinə gətirib həmin evin zirzəmisində gizlətmək istəmişdir. Həmin evdə əvvəllər usta kimi işlədiyindən zirzəminin boş olduğunu bilirdi. Çantanın içindən özü üçün də 1 büküm narkotik vasitə götürmüşdür. Ümumiyyətlə, bükümün içərisindəki narkotik vasitənin növünü bilmirdi, sadəcə maraq üçün götürmüşdü. Çantanı evin zirzəmisinə gizlətmişdir. Elə həmin gün də polis əməkdaşları onu tutmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən əldə etdiyi barədə məlumatlı deyil. Polis əməkdaşları tərəfindən tutulduqda üzərində təxminən 50 qram miqdarında narkotik vasitə aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi Quşçuluq massivində yerləşən özünə məxsus nömrəsiz fərdi evdə arvadı X2 və üç azyaşlı uşaqları Aysu, Ayan və Yusiflə birlikdə yaşayır. Qızı Aysunun 11 yaşı, qızı Ayanın 8 yaşı, oğlu Yusifin isə 2 yaşı var. Özü rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada öz idarə etdiyi «Xəzər» markalı, **-PJ-*** qeydiyyat nömrəli avtomobillə Mehdiabad qəsəbəsində taksi sürücülüyü ilə məşğul olur, hərdən iş tapanda tikinti-inşaat işlərində fəhləlik etməklə də məşğul olur, bu yolla özünü və ailəsini dolandırır. Atası Alim və anası Dilarə hər ikisi ölmüşdür, ailədə özündən başqa Bəxtiyar adlı bir qardaşı var. Qardaşı Bəxtiyar evlidir, iki azyaşlı uşaqları var, heç yerdə işləmir, iş tapanda tikinti-inşaat işlərində, yaxud restoranlarda fəhləlik etməklə məşğul olur. Əslən Salyan rayonundan olan Şahid5 özü təxminən 3-4 il qabaq hazırda öz yaşadığı evdə usta işlədiyi vaxtdan tanımış, belə ki, Seymur əvvəllər onun həmin evində bir müddət evin yan divarlarına suvaq vurmuş, yəni suvağçı işləmişdir. Seymurla özünün tanışlığı yalnız belə olmuşdur, onunla özünün başqa heç bir şəxsi münasibəti, yoldaşlığı olmamışdır. Evinin təmir işini görüb qurtarandan sonra Seymurun zəhmət haqqı pulunu da verib yola salmış, həmin vaxtdan sonra Seymurla heç bir alış-verişi, münasibəti olmamışdır. Seymuru evində usta işləməsi ilə bağlı öz qardaşı Bəxtiyar da tanıyır, həmin dövrdə qardaşı Bəxtiyar da oraya tez-tez gəlib getmiş, bəzən də həmin evdə qalmışdır. 21 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində özü Mehdiabad qəsəbəsi Quşçuluq massivində öz yaşadığı həmin evdə olarkən həyət darvazasından kimlərinsə onu səsləyib çağırdığını eşitdiyi üçün evdən çıxmış və darvazanı açıb çölə çıxanda görmüşdür ki, çöldə darvazanın qabağında bir neçə nəfər var. Seymur da onların yanında olmuşdur. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, Seymur tərəfindən onun evinin zirzəmisinə narkotik maddələr qoyulduğu barədə məlumat olduğu üçün evin zirzəmisinə baxış keçirilməsi zərurəti yaranmışdır. Özü əvvəlcə heç nə başa düşməmiş, nə baş verdiyindən də xəbəri olmamışdır. Seymur özü həmin vaxt polislərin dediyini təsdiq edib ona bildirmişdir ki, özü keçən gecə onun evinin həyətinə daş hasardan keçərək içində narkotik maddələr olan torbaları evin zirzəmisinə qoyub gizlətmişdir. Bunu deyərək Seymur öz hərəkətinə görə ondan üzr istəyərək həmçinin demişdir ki, evdə qardaşı Bəxtiyarın yaşadığını zənn etmişdir. Özü isə Seymura demişdir ki, qardaşı Bəxtiyar bu evdə yox, özünün ailəsi ilə başqa ünvanda yaşayır. Özü polis əməkdaşlarına bildirmişdir ki, nə özünün, nə ailə üzvlərinin bu məsələ barədə heç nədən xəbəri yoxdur və evə, həyətə və evin zirzəmisinə baxış keçirilməsinə heç bir etirazı olmadığını polislərə bildirib icazə vermişdir. Polis əməkdaşları onun icazə və dəvəti ilə Seymurla birlikdə evin həyətinə keçmişlər, sonra videoçəkiliş aparılmaqla evin zirzəmisinə baxış keçirilməyə başlanmışdır. Seymur özü polis əməkdaşlarına evin zirzəmi yerini və orada narkotik maddələri gizlətdiyi yeri göstərmişdir. Evinin zirzəmi otağı evin eyvan hissəsinin altında yerləşir, kiçik sahəlidir, hündürlüyü də azdır, yəni içəri əyilərək girmək mümkündür. Zirzəminin dəmir qapısı olsa da bağlanmır, yəni daima açıq qalırdı. Seymurun göstərdiyinə əsasən polis əməkdaşları zirzəmidən bir ədəd çantanı və iki ədəd sellofan torbaları götürüb rahat şəkildə baxış keçirilməsi üçün həyətə çıxartmışlar, zirzəmiyə özləri də baxış keçirmişlər, başqa heç nə aşkar olunmamışdır. Elə özünün də iştirakı ilə polis əməkdaşları evin həyətində əvvəlcə bir sellofan torbanın içərisinə baxış keçirməyə başlamışlar, torbanın içərisindən 7 ədəd sellofan bağlamalarda, özlərinin deməsinə görə hər birində narkotik maddə tiryəkə oxşar maddə aşkar etmişlər. Həmin sellofan bağlamalar hər biri içindəki tiryəklə birgə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə elə aşkar olunduqları sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Sonra idman çantasına da baxış keçirilməyə başlanmış, həmin çantanın içindən də 10 ədəd sellofan bağlamalarda deyilənə görə hər birində narkotik maddə heroinə oxşar maddələr, eləcə də bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilmişdir. Polis əməkdaşları həmin heroin bağlamalarını da olduğu kimi elektron tərəzidə çəkmişlər, həmin bağlamaları, elektron tərəzini və qaşığı elə aşkar olunduğu çantaya qoyub qablaşdıraraq götürmüşlər. Polis əməkdaşları digər sellofan torbaya da baxış keçirib onun içindən demələrinə görə narkotik maddə qurudulmuş marixuananı aşkar etmişlər, onu da elektron tərəzidə çəkib çəkisini müəyyən etməklə qablaşdıraraq götürmüşlər. Özü bütün bünları görüb təəccüblənmiş və həmin maddələrin zirzəmidə olmasından xəbəri olmadığını bir daha polis əməkdaşlarına bildirmişdir. Seymur özü də orada danışıb bildirmişdir ki, həmin maddələri özü gətirib onun evinin zirzəmisinə qoymuş, onları Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksindəki hansısa zibilxana yerindən götürmüşdür. Bundan sonra polis əməkdaşları rəsmiləşmə aparılması üçün onu da özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, həmin proseslə bağlı orada polis əməkdaşı tərəfindən protokol yazılaraq oxunmuş, özü də doğruluğunu imza ilə təsdiq etmişdir. Şahid4 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, Şahid5 həmin narkotik maddələr olan çanta və torbaları onun yaşadığı evin zirzəmisində yerləşdirib gizlətməsindən nə özünün, nə də qardaşı Bəxtiyarın ümumiyyətlə xəbəri olmamışdır. Seymur özü də bu barədə onlara heç bir məlumat verməmişdir. Hətta məlumat versəydi belə, yaxud özünün bundan hər hansı şəkildə xəbəri olsaydı özü dərhal polis orqanına xəbər verərdi. Özü bunu yalnız polis əməkdaşları Seymurla birlikdə onun evinə gəlib baxış keçirərkən bilmişdir. Bu hadisə barədə hətta özü sonradan qardaşı Bəxtiyara da zəng edib deyəndə Bəxtiyar da Seymurun nə üçün belə bir hərəkət etməsindən təəccüblənmişdir. Nə özünün, nə də Bəxtiyarın Seymurla heç vaxt ədavət və düşmənçiliyi, qərəzli münasibəti olmamışdır. Seymur əvvəllər təxminən 3-4 il qabaq onun evində usta işləmiş, işini qurtarıb gedəndən sonra isə özünün Seymurla heç bir əlaqəsi olmamışdır. (Cild 1, iş vərəqləri 194-198) Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə Şahid5 barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə təxminən 16:00-17:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində Şahid5 bənzəyən şəxsi görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edərək, onun Şahid5 olduğunu müəyyən etmişlər. Onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Şahid5 üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Şahid5 üzərində olan heroinə oxşar narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda həmin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin zibilxanasından götürdüyü çantanın içərisindən əldə etdiyini bildirmişdir. Həmin çantanı da gizlətdiyi ünvanı demişdir. Qeyd edilən ünvanda yerləşən evin zirzəmisinə də, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmiş, içərisində bükümlər olan çanta aşkarlanmışdır.Şahid5 saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə Şahid5 barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə təxminən 16:00-17:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində Şahid5 bənzəyən şəxsi görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edərək, onun Şahid5 olduğunu müəyyən etmişlər. Onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Şahid5 üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Şahid5 üzərində olan heroinə oxşar narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda həmin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin zibilxanasından götürdüyü çantanın içərisindən əldə etdiyini bildirmişdir. Həmin çantanı da gizlətdiyi ünvanı demişdir. Qeyd edilən ünvanda yerləşən evin zirzəmisinə də, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmiş, içərisində bükümlər olan çanta aşkarlanmışdır. Məhkəməyədək icraat zamanı çahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 oktyabr 2021-ci il tarixdə Şahid5 Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də onun üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin Şahid5 öz iştirakı ilə onun narkotik vasitələri gizlətdiyi Mehdiabad qəsəbəsində yerləşən, Şahid4 məxsus fərdi evin zirzəmisinə baxış keçirilməsi proseslərində iştirak etmişdir. Belə ki, 21 oktyabr 2021-ci il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə əslən ünvan 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksi, bina 34, mənzil 1-də kirayədə yaşayan Şahid5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, özü həmin məlumatı dərhal rəhbərliyə məruzə edəndən sonra Şahid5 qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik də ona həvalə olunmuşdur. Bundan sonra elə həmin gün, yəni 21 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xarici əlamətlərinə görə Şahid5 oxşar orta yaşlı kişini onun olduğu yer barədə əvvəldən aldıqları məlumata əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi Quşçuluq yaşayış massivi ərazisində saat 16:15-də piyada hərəkət etdiyi zaman müəyyən edib saxlamışlar. Həmin şəxsi saxlayaraq xidməti vəsiqələri göstərməklə özlərini ona təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də onların təklifinə əsasən öz anket məlumatlarını söyləyib Şahid5 olduğunu təsdiq etmişdir. Şahid5 saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə ona izah etmişlər ki, onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var, əgər üzərində bu kimi qanunsuz maddələr varsa məlumat versin. Həmin vaxt Şahid5 özü səmimi şəkildə bildirmişdir ki, hazırda öz üzərində «kokos» kimi tanınan bir qədər narkotik vasitə heroin var. Ona görə də vaxt itirmədən Şahid5 dərhal özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edib gətirmişlər. Orada Şahid5 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla Şahid5 və onun müdafiəçisi tanış edilmiş, sonra xidməti otaqda onların və müdafiəçisinin iştirakı ilə Şahid5 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Şahid5 təklif olunmuşdur ki, üzərindəki əşyaları, həmçinin hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Şahid5 da həmin vaxt əynindəki boz rəngli cins şalvarının sol yan cibindən özünün bir ədəd “Redmi” markalı mobil telefonunu, içində öz şəxsiyyət vəsiqəsi və bir ədəd “Unibank»a məxsus plastik bank kartı olan pul qabını, şalvarının sağ yan cibindəki 40 manat pulunu və içərisində şübhəli maddə olan bir ədəd şəffaf sellofan bükümü, həmçinin əynindəki göy rəngli uzunqol qış gödəkcəsinin sağ üst döş cibində olan 6 manat pulunu çıxarıb təqdim etmişdir. Şahid5 üzərində özləri tərəfindən də axtarış aparılmış, lakin başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş cəmi 46 manat pul onun öz şəxsi pulu olduğundan Şahid5 özünə qaytarılmışdır. Bundan sonra Şahid5 üzərindən aşkar edilmiş həmin sellofan büküm açılıb baxış keçirildikdə onun içərisində narkotik vasitə heroinə bənzər kəskin iyli maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyənləşdirilmiş, sonra isə həmin büküm içindəki maddə ilə birlikdə götürülüb kağız zərfə qoyularaq möhürlənmişdir. Həmçinin, iş üzrə əhəmiyyət kəsb edəcəyindən Şahid5 məxsus bir ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı da götürülmüşdür. Sorğu sual zamanı Şahid5 səmimi şəkildə bildirmişdir ki, sellofan bükümdə olan maddə «kokos» adı ilə tanınan narkotik vasitə heroindir, lakin özü narkotik istifadə etmir, Həmçinin bildirmişdir ki, narkotik vasitəni özü keçən gün gecə saat 3-4 radələrində öz qardaşı qızı ilahənin sözü ilə gedib Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksinin yanındakı zibilxanadan götürmüşdür, həmin narkotik maddənin qalan hissələrini isə özü ilə aparıb Mehdiabad qəsəbəsində yaşayan tanıdığı Bəxtiyar adlı şəxsə məxsus, özünün əvvəllər usta işlədiyi fərdi evin həyətinə hasardan keçirərək evin zirzəmisində gizlətmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini də həmin yerdə gizlətdiyi narkotikin üzərindən maraq üçün götürmüşdür, lakin istifadə etmir. Şahid5 həmçinin bildirmişdir ki, özü bildiyinə görə həmin narkotik vasitə İlahənin qardaşı, yəni öz mərhum qardaşının oğlu Vasifə məxsus narkotikdir, narkotik maddəni aparıb evinin zirzəmisində gizlətməsi barədə isə Bəxtiyar adlı şəxsin xəbəri yoxdur, narkotikin qalan hissəsini gizlətdiyi həmin yeri də, yəni Mehdiabad qəsəbəsindəki sözügedən evi göstərə bilər. Bundan sonra şəxsi axtarış və götürmə prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, həmin prosesə və aşkar olunanlara dair təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid5 qeyd etdiyi kimi, onun narkotik maddənin qalan hissəsini gizlətdiyi Bəxtiyar adlı şəxsə məxsus, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən evin zirzəmisinə baxış keçirilməsi zərurəti yarandığından bu barədə qəbul edilmiş qərara əsasən Şahid5 və onun müdafiəçisi ilə birlikdə həmin ünvana getmişlər. Qeyd edilən fərdi ev Mehdiabad qəsəbəsi Quşçuluq massivində yerləşmişdir. Şahid5 qeyd edilən evi işarə verib bildirəndən sonra özləri ev sahibini səsləyib çağırmış, məlum olmuşdur ki, həmin evin məxsus olduğu və orada yaşayan şəxs Şahid5 adını çəkdiyi Bəxtiyar adlı şəxs deyil, Bəxtiyarın qardaşı Şahid4dur. Belə ki, ev sahibi Şahid4 onların çağırışı ilə evdən çıxıb onları qarşılamış, özünü təqdim edərək bildirmişdir ki, Bəxtiyar özünün qardaşıdır, lakin həmin evdə yaşamır, evdə özü yaşayır. Hətta Şahid4 Şahid5 da görərək tanımış və əvvəllər Seymurun həmin evdə tikinti-təmir işləri gördüyünü də təsdiq etmişdir. Aydın görünmüşdür ki, Zaurun Şahid5 hansı hadisə törətməsindən ümumiyyətlə xəbəri və məlumatı yoxdur, özləri həmin vaxt Şahid4 hadisə barədə qısaca məlumat vermiş, Şahid5 orada özü bir daha səmimi şəkildə bildirmişdir ki, narkotik maddə olan bağlamaları keçən gecə saatlarında özü ilə həmin evin hasarından həyətinə keçirdikdən sonra evin altındakı zirzəmi otağına aparıb orada qoymuşdur, bu barədə Zaurun və ya Bəxtiyarın ümumiyyətlə xəbəri yoxdur, evin Bəxtiyara məxsus olmasını zənn etmişdir, özü həmin evdə əvvəllər usta kimi işləmişdir. Şahid4 da təəccülənib qalmışdır. Özləri evin zirzəmisinə baxış keçirilməli olduğunu bildirmiş, ev sahibi Şahid4 da baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib icazə vermiş və onları içəriyə dəvət etmiş, evin həyətinə keçmişlər. Bu proses də videoçəkilişlə həyata keçirilmişdir. Özləri həyət evininin zirzəmisinə baxış keçirməyə başlamış, Şahid5 özü zirzəmidə narkotik maddələr olan çanta və torbaları gizlətdiyi yeri onlara göstərib təqdim etmişdir, içərisində narkotik maddələr olan bir ədəd çantanı və iki ədəd sellofan torbaları zirzəmidən götürüb rahat şəkildə baxış keçirilməsi üçün evin həyətinə çıxartmış, zirzəmiyə əlavə olaraq da baxış keçirilmiş, iş üzrə başqa heç nə aşkar olunmamışdır. Bundan sonra evin həyətində əvvəlcə bir sellofan torbanın içərisinə baxış keçirməyə başlamışlar, torbanın içərisindən hər birində narkotik vasitə tiryəkə bənzər maddələr olan 7 ədəd sellofan bağlamalar aşkar olunmuşdur. Həmin sellofan bağlamalar hər biri içindəki tiryəkə bənzər maddələrlə birgə elektron tərəzidə çəkilmiş, sonra isə elə aşkar olunduqları sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Sonra idman çantasına da baxış keçirilmiş, həmin çantanın içindən 10 ədəd sellofan bağlamalarda hər birində narkotik vasitə heroinə bənzər maddələr, eləcə də bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilmişdir. Həmin heroinə bənzər maddələr olan bağlamalar da elektron tərəzidə çəkilmiş, həmin bağlamaları, elektron tərəzini və qaşığı elə aşkar olunduğu çantaya qoyub qablaşdıraraq götürmüşlər. Digər sellofan torbaya da baxış keçirildikdə onun içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş və olduğu kimi elektron tərəzidə çəkisi müəyyən edilməklə qablaşdırılaraq götürülmüşdür. Ev sahibi Şahid4 bütün bünları görüb təəccüblənmiş və həmin maddələrin zirzəmidə olmasından xəbəri olmadığını bir daha bildirmişdir. Bundan sonra baxış prosesi yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış, sənədləşmə işi ilə əlaqədar özləri Şahid5 və onun müdafiəçisi ilə, həmçinin ev sahibi Şahid4la birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə gəlmişlər, baxış prosesində aşkar olunanlarla bağlı təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edilib aparılarkən, eləcə də üzərində şəxsi axtarış və ya evə baxış prosesləri zamanı Şahid5 qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. (Cild 1, iş vərəqləri 126-131) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, iş materillarına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli 1(124)-117/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılarkən Şahid5 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 38-40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi və götürmə haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağına sonuncunun razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı 01 ədəd çantanın içərisindən 10 ədəd sellofan bağlamalarda 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd sellofan torbanın içərisindən 07 ədəd sellofan bağlamalarda narkotik vasitə tiryəkə bənzər maddələr və 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış və götürmə aparılması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 6/4703 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...şübhəli şəxs Şahid5 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,225 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : “...şübhəli şəxs Şahid5 yaşadığı ünvanda gizlətdiyi narkotik vasitə...” yazısı və imzalar olan çantada və polietilen bağlamadakı : 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2065 qram, 2050 qram, 1020 qram, 2065 qram, 2050 qram, 2070 qram, 2050 qram, 2060 qram, 2065 qram və 2020 qram - ümumi təmiz çəkisi 19515 qram (19 kq 515 qr) qəhvəyi tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 (yeddi) ədəd şəffaf polietilen bükümdə, onlardan 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 990 qram, 980 qram, 870 qram, 970 qram, 990 qram - tünd qəhvəyi rəngli bərk konsistensiyalı və 1 ədəd bükümdə təmiz çəkisi 1025 qram qəhvəyi rəngli yumşaq konsistensiyalı, ümumi təmiz çəkisi 6810 qram (6 kq 810 qr) qətranabənzər spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 6 ədəd bükümdə bərk konsistensiyalı tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir, 1 ədəd bükümdə isə yumşaq konsistensiyalı tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə onlardan fərqlidir. 1 ədəd arxasında “3000g x 0.1g” yazısı olan gümüşi rəngli elektron tərəzinin və 1 ədəd qaşığın üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Şahid5 üzərindən və ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 19565,225 qramdır (19 kq 565,225 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 57-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 7/1084 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Cavadovun...” yazısı və imzalar olan sarı rəngli sellofan bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 715,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 66-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4623 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 162-163) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə telefonla aparılan danışıqlarına baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də Tural Abbasovun adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:37-də “Pati var, pati istemirem basqa şeyə göra yigiram” məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 23:56-da “Reşad qaqa gör ne direm 1 cisi arvadin s,,,,,,m işimiz düzelib kola bi de kilonka var ac teli vasidi” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 02:16-da “Dayi oglu sabah düzub qoşacuq ancaq yalanci adamdide o dilag boyda pati sen bildünde həmen güni” məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 00:03-də “Qaqa bax yatan cixmasin 2 dene isbiranli yajkalka al bideki qardasimsan yarim kilo vişne, bideki kola da var pati da mesaji da poz catdisa he yox yaz” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 15:36-da “Utanmirsane könül utanmirsan girmiyecem girsem de ayleme evime yazacam işimi hel edecem, vasife adboy ver, o birinen daniş, qalmisan bele ya vasif ya bu” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 00:33-də “Qaqa kola olsa, bir tike saxla de mene” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 11:22-də “Vasif veziyyetim bildiyin kimi deyil, pisden de pisdi cox pisdi cooox komek ede bilirsense ed" məzmunlu SMS mətnlərinin göndərilməsi müəyyən edilmişdir. (cild 2, iş vərəqləri 116-119) Cinayət işinin materiallarında olan “Əşyaların maddi sübutlar hesab edilməsi” haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şahid5 üzərindən və yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 19564,825 qram narkotik vasitə heroin, 6809,65 qram narkotik vasitə tiryək, 714, 9 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nə təhvil verilmişdir. Şəxsi axtarış və evə baxış videogörüntülərini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 227-229) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Cavadov X5 rayon məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 82-83, 108- 115) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə köməklik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, baş müstəntiq Orxan Quliyevin onu ailəsi ilə hədələyərək narkotik vasitələrin ona məxsus olduğunu bildirməyini deməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2022-ci i tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 37-38, 61-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Şahid5 məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli 1(124)-117/2023 nömrəli hökmündən görünür ki, iş üzrə maddi sübut kimi taınınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 19.564,825 qram çəkidə narkotik vasitə heroinin, 6.809,65 qram çəkidə narkotik vasitə tiryəkin, 714,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd qaşığın məhv edilməsi, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalısı, 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılması hökm edilmişdir. Bundan başqa, həmin həmin hökmlə Şahid5 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə maddi sübut və məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. (imza) Fəhmin
Məhkəmə qərarları › İş №1(124)-17/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-17/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver