Məhkəmə qərarları › İş №1(124)-17/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-17/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-17/2025 05.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X17 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Zaqatala rayonu, Fındıqlı kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində tanışları Şahid13, X8 və şəxsiyyəti istintaqa məlum olmayan Fikrət adlı şəxslərlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evində əyləşib yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edərək hesabı verməyib çölə çıxdıqda həmin çay evini işlədən Zərərçəkmiş şəxs1 ilə qapının qarşısında qarşılaşıb hesabın çox olmasına narazılığını bildirib mübahisə edən zaman Şahid13 heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla çay evində işləyənlərin və çöldə olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına söyüş ifadələri işlədərək üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla qəsdən sonuncunun bel nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmiş, bundan sonra Şahid13 xuliqanlıq hərəkətlərini davam etdirərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan həmin hadisəyə kənardan dayanıb baxan Zərərçəkmiş şəxs2 əlində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yan səthinin plevra və qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və mədəaltı vəzinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs, Şahid13, Məhəmmədəli Rəfıyev və şəxsiyyəti istintaqa məlum olmayan Fikrət adlı şəxslərlə birlikdə bir qrup şəxs halında silah qismində istifadə etdikləri dəmir boru, taxta və mişar daşı ilə «099» çay evinin giriş qapısının şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 05 iyun 2022-ci il tarixdə saat 24 radələrində ictimai yer hesab olunan Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzinin restoranında tanışları ilə istirahət edən zaman əyləşdiyi masada olan nişanlısı Şahid17 Zərərçəkmiş şəxs3 tərəfindən gül göndərilməsi səbəbindən həmin masaya yaxınlaşaraq Zərərçəkmiş şəxs3 ayağa qaldırıb səbəbini soruşduqda sonuncunun gülü başqasına göndərdiyini deməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs3 sol bazu nahiyəsindən iki dəfə qəsdən vurmuş, daha sonra hərəkətlərinin davamı olaraq həmin vaxt yaranmış səs-küyə ətrafda olan digər şəxslərin toplaşmasına məhəl qoymadan öz cinayətkar davranışlarını davam etdirməklə şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızlıq göstərərək, ətrafdakı olan şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs3 kömək etmək istəyən dostu Zərərçəkmiş şəxs4 qovalayıb saxlayaraq silah qismində istifadə edilən həmin bıçaqla qəsdən bir dəfə vurmuş, bundan sonra sakitləşməyərək öz xuliqanlıq hərəkətlərini davam etdirməklə istirahət mərkəzinin arxa tərəfinə çəkilmiş Zərərçəkmiş şəxs3 həmin bıçaqla bir dəfə də vuraraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 qarının daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası, sol bazunun 2 ədəd yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 döş qəfəsinin sol yarısının yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib silah qismində istifadə edilən bıçaqla xuliqanlıq etməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, axşam vaxtı restorana getmişlər. Ad günü məclisi olmuşdur. Hadisədən əvvəl Orxan adlı şəxslə çay evinə getmişlər. Orada oturmuşlar. Həmin vaxt ayaqyoluna getmişdir. Ayaqyolundan çıxanda Orxanı görməmişdir. Orxanın harada olmasını soruşmuşdur. Ona Orxanın aşağı düşdüyünü demişlər. O aşağı düşəndə Orxanın onlarla söhbət etdiyini görmüşdür. Hesab üstündə söhbət getmişdir. O, qıraqda dayanaraq onların söhbətinə baxmışdır. Orada danışanda Orxanın hesabın nə üçün belə çox gəldiyini soruşduğunu eşitmişdir. O da öz növbəsində hesabın yaxşı edib belə çox gəlməsini demişdir. Elçin adlı şəxs obyektin sahibidir. Elçinin qardaşı Əli adlı şəxs də orada olmuşdur. Əli yumruqla onun çənəsindən vurmuşdur. Həmin vaxtı da əlindəki taxta ilə Elçin boynundan vurmuş və o, yerə yıxılmışdır. Orada dava başlamışdır. O iki dəqiqədən sonra yerdən durmuşdur. O, yerdən duranda artıq hərə bir tərəfə qaçmışdır. Elçingil öz avtomobillərinə oturaraq getmişlər. Hərə öz avtomobili ilə qaçanda o, yerdən daş götürmüş və onlara atmışdır. Atdığı daş avtomobilə dəyməmişdir. Daş əlinin içinə yerləşəsi böyüklükdə olmuşdur. Asfaltın üstünə düşmüşdür. Həmin vaxtı orada Şəhriyar adlı şəxs də olmuşdur. O, Şəhriyarın avtomobilinə əyləşmişdir. O danışa bilməmişdir. Orxangil on dəqiqədən sonra gəlmişlər. 05 iyun 2022-cil tarixdə nişanlısının anasının balaca uşağının ad günü olmuşdur. Məclisdə olmuşlar. Məclisdə ona yaxın adam olmuşdur. Beş nəfər kişi qalanları xanım olmuşdur. İki saat kimi məclisdə iştirak etmişdir. Yan-yana oturmuşlar. O, ayaqyoluna gedib-gəldikdən sonra nişanlısı onu çağırmışdır. Kimsə bir və ya iki ədəd gül göndərmişdir. O, gülləri kimin göndərdiyini soruşmuşdur. Kimin göndərdiyini deməmişdir. O, gülsatana yaxınlaşmış və gülü kimin göndərdiyini soruşmuşdur. Gülsatan qarşıda oturan şəxsi işarə etmişdir. O, Həmid adlı şəxsə yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra ondan gülü onun göndəribgöndərmədiyini soruşmuşdur. Həmin şəxs də gülü onun göndərdiyini və yaxşı etdiyini bildirmişdir. Üzbəüz oturmuş və bir-birlərini görmüşlər. Onun yanında xanım olduğunu görmüşdür. Onların da yanlarında xanım olmuşdur. Onların yanlarında nişanlısının anası İlahənin başqa qonaqları da olmuşdur. Həmid “yaxşı etmişəm gül göndərmişəm” deyəndə onlar da onun yanına gəlmişlər. Həmid söyüş söymüş və sinəsinə yumruq atmışdır. Sinəsinə yumruq atanda arxaya çəkilmiş və Həmidi itələmişdir. Həmid plasmas stolu götürərək onun əlindən vurmuşdur. Həmidin yanında Rüfət adlı dostu da olmuşdur. O, şampan butulkası ilə başından vurmuşdur. Onun başı həmin vaxt yaralanmışdır. Həmin vaxtı yerə yıxılmışdır. Yerə yıxılanda masanın üstündəki meyvələrin yanında meyvə bıçağı olmuşdur. Gözləri qaralmışdır. Bıçağı götürmüşdür. Onun barmaqları qırılmışdır. Bıçağı onlara göstərməkdə məqsədi onları özündən uzaqlaşdırmaq olmuşdur. Orada bıçağın qoluna dəymək ehtimalı olmuşdur. Orada bıçaqlaşma söhbətləri olmamışdır. Onları bıçaqla vurmamışdır. Orada təkcə əlbəyaxa dava olmuşdur. O orada iki dəqiqə yerdə qalmışdır. Onlar onun üstündə yeddi və ya səkkiz ədəd stol sındırmışdır. Birinci hadisə 2021-ci ilin dekabr ayında baş vermişdir. Çay evində üç nəfər oturmuşlar. Orxanla obyektin sahibinin arasında hesabla bağlı mübahisə olmuşdur. Orxan, Fikrət və o olmuşdur. Qarşı tərəf idman zalından çıxmışdır. Həmin obyektin altı idman zalıdır. Obyektin adı “099 çay evidir”. Oradan hamı birdən çıxmışdır. Əli və onun qardaşı Elçin olmuşdur. Orada onların qohumları da olmuşdur. Adlarını bilməmişdir. Onların ikisini tanımışdır. Birinci Əli ona yumruq atmışdır. Həmin vaxtı o, avtomobildə olmuşdur. Üzü şişmişdi deyə avtomobildən düşə bilməmişdir. Daşı onların arxasınca atmışdır. O ayağa duranda hərə bir tərəfə dağılışmışdır. Əli avtomobillə qaçmaq istəyəndə daşı avtomobilin arxasınca atmışdır. Daş avtomobilə dəyməmişdir. O orada kimisə vura bilməmişdir. Onun çənəsindən yumruq dəymişdir. O özündə olmamışdır. Hadisədən sonra Biləcəridəki evə gəlmişlər. Daha sonra kirayə tutduqları evə gəlmişlər. O qaçmamışdır. Onlar Qazax şəhərinə getmişlər. Polis əməkdaşları zəng etməmişdir. O daha sonra anasına zəng etmişdir. Onlar altıncı bölmənin zəng etdiyini deyəndən sonra altıncı bölməyə özü gəlmişdir. Onu orada tutmamışlar. Qazaxda iki ay olmuşdur. İki ay ərzində onun adı çəkilməmişdir. Onun telefon nömrəsi orada həmişə işlək vəziyyətdə olmuşdur. Başqa rayonda iki ay qalmışdır. Öz rayonlarında üç ay qalmışdır. Gül satan şəxs özü gülü kimin göndərdiyini göstərmişdir. O, masaya yaxınlaşmış və gülü kimin göndərdiyini soruşmuşdur. O da onun üzünə baxmış və ayağa durmuşdur. Daha sonra gülü göndərdiyini özü demiş və yaxşı etdiyini bildirmişdir. O birinci olaraq bıçaq götürməmişdir. Əlində bıçaq olmamışdır. Oğlanın yanına yaxınlaşanda üzərində və əlində bıçaq olmamışdır. Masanın üstündə bıçaq olmuşdur. Həmin vaxt o, gülü göndərəni itələyəndə masaya dəymişdir. Plasmas stulların hamısı yerə aşmışdır. Stolun üstündə nə varsa hamısı yerdə olmuşdur. Hərəsi bir tərəfdən onu vurmuşlar. Birinci onlar vurmağa başlamışlar. O da həmin vaxt yerdən meyvə bıçağını götürmüşdür. O özünü onunla təqsirli bilməmişdir. O, özünü dava etdiyinə görə təqsirli bilmişdir. O, özünü xuliqanlıqda təqsirli bilmişdir. Birinci hadisədə,ümumiyyətlə, özünü təqsirli bilməmişdir. Gülü göndərən oğlanın adı Həmid olmuşdur. Həmidin dostunun xəsarət almasından xəbəri olmamışdır. Onu stolla vuranda onu bıçaqla qolundan vurduğunu görmüşdür. O orada tək olmamışdır. Orada iradı özü bildirmişdir. Onun tərəfdən dava edənlər də olmuşdur. Onlar İlahə xanımın qohumları olmuşdur. O həmin şəxsləri tanımamışdır. Sanksiya vaxtı məhkəmə ondan soruşanda onun əlaqəsinin olmadığını bildirmişdir. Onlar başqa tərəfdə vurulmuşlar. O isə başqa tərəfdə avtomobildə əyləşmişdir.Onlar arxada bıçaqlanmışlar. Kimin vurduğunu tanımamışdır. Birinci epizodda mübahisə hesab üstündə olmuşdur. Hesab üstündə olan mübahisə Elçinlə Orxan arasında olmuşdur. O orada hesabın necə çox olmasını soruşmuşdur. O sözdən sonra danışıq olmamışdır. Ona yumruq atmışdır. Birinci yumruq atan Əli adlı şəxs olmuşdur. Ona yumruq dəyəndən sonra Elçin onun çənəsinə vurmuşdur. Onda o, yerə yıxılmışdır. Avtomobilə özü oturmuşdur. Həmin müddət beş dəqiqə çəkmişdir. Onları sonradan görməmişdir. Nişanlısı gülün kim tərəfindən göndərdildiyini görməmişdir. Oturduğu stolla onu vurmuşdur. Barmağında sınıqlar vardır. İstintaq zamanı xəsarətlərini bildirmişdir. Sınıqlar sonradan ağrı vermişdir. İstintaq Təcridxanasına daxil olanda bildirməmişdir. Başında xəsarət olmuşdur. Dava zamanı şüşə butulka ilə vurmuşlar. Qarşı tərəfdə olanlarla tanışlıq olmamışdır. Müstəntiq həmin şəxsləri göstərməmişdir. Bu günki gündə onların münasibəti yaxşıdır. Heç bir düşmənçilikləri qalmamışdır. Həmin vaxtı avtomobildə olmuşdur. Çay evinin pencərələrini kimin sındırdığını görməmişdir. Orada Fikrət, Şəhriyar, Orxan və özü olmuşdur. Həmin vaxt o, Şəhriyarın avtomobilində olmuşdur. Üzü şişmiş vəziyyətdə olmuşdur. Daha sonra həkimə getməmişdir. Sonradan üzünün şişi yatmışdır. O təkcə hərəkətdə olan avtomobilin arxasınca daş atmışdır. İlahə xanımın qonaqlarını tanımamışdır. Xanımlar və bəylər bir yerdə oturmuşlar. O, nişanlısı ilə yanbayan oturmuşdur. Həmin xanımla indi münasibəti yoxdur. O, ayaqyoluna getmiş və gülün göndərildiyini gələndən sonra görmüşdür. Gülü yerə atmışdır. Nişanlısı özü gülün göndərildiyini demişdir. Gülsatan şəxsə onu nişanlısı yönləndirməmişdir. Gülsatan elə orada olmuşdur. O özü yaxınlaşmış və gülü kimin göndərdiyini soruşmuşdur. Həmidgilin masasına yaxınlaşmışdır. O, Həmiddən gülü kimin göndərməsini soruşmuş, o da üzünə baxaraq özünün göndərdiyini demişdir. Bu sözdən sonra onu itələmişdir. Arxaya getmiş və masaya dəymişdir. Masaya dəyəndə plasmas stolu götürmüş və ona vurmuşdur. Oraya gedəndə əlində heç nə olmamışdır. Həmin şəxs ondan daha böyük olmuşdur. Onun yanında da adamlar olmuşdur. Yanındakıların əllərində heç nə olmamışdır. Əlində heç nə olmamışdır. O həmin vaxtı arıq olmuş, lakin bu onun əliyalın döyülə bilməsi demək deyilmiş. Şüşə butulka ilə arxadan onun başına vurmuşlar. Ondan sonra onun ayağı stola ilişmiş və yerə yıxılmışdır. Yerdən bıçaq götürmüşdür. Bütün qablar yerdə olmuşdur. O, dizləri üstünə oturmuş və bıçağı onların üstlərinə doğrultmuşdur. Bıçağın şəxsin qoluna dəyməsini xatırlamışdır. Onların da əllərində bıçaq olmuşdur. O həmin vaxt bıçağı yerə atmışdır. Əlində bıçaqla onların üstünə getməmişdir. Qaçdı-tutdu oynamamışlar. Başqa şəxslər də dalaşmışdır. O həmin dalaşanları tanımamışdır. Onların İlahə xanımın qonaqları olduğunu bilmişdir. İlahə xanım onun nişanlısının anası olmuşdur. Gül göndərən şəxsləri əvvəldən tanımamışdır. Onlara normal şəkildə yaxınlaşmışdır. Onlar normal adam olmamışlar. Elədikləri hərəkət də normal hərəkət olmamışdır. Həmidə artıq-əskik söz deməmişdir. Əlini onun çiyninə qoymuş və gülün onun tərəfindən göndərilməsini dəqiqləşdirmişdir. O da gülü özünün göndərdiyini etiraf etmişdir. Ardınca da ona yaxşı etdiyini bildirmişdir. Ondan sonra mübahisə olmuşdur. Onları həmin vaxt kənara çəkib söhbət etmək mümkün olmamışdır. Onların masasında altı nəfər olmuşdur. Onunla normal şəkildə söhbət etmək imkanı olmamışdır. Həmin vaxtı əsəbi olmuşdur. Şəxs onu itələyəndə o əsəbləşmişdir. Onun məqsədi dava salmaq olmamışdır. O, Bakıda doğulmuşdur. Onların masasında özü ilə birlikdə beş nəfər bəy olmuşdur. Onun iyirmi iki yaşı var. Kimin vurduğunu tanımamışdır. O öz masasında oturanları tanımamışdır. İki ay ərzində də tanımamışdır. Həmin vaxtı onlar başqa yerdə olmuşlar. Eyni zamanda özü də başqa yerdə olmuşdur. O, restoranın o biri başında olmuşdur. O, hadisə yerindən kənarlaşmamış və qaçmamışdır. Hadisə vaxtı avtomobildə əyləşmişdir. İstintaq zamanı onun izahatı götürülməmişdir. Sanksiyası zamanı prokurorluqda izahatı alınmışdır. Onda şifahi olaraq hadisələri danışmışdır. Ondan sonra sanksiya seçmişlər. İmza ona məxsus olmuşdur. Ona ifadəsini oxumağa icazə verməmiş və ifadəsinin danışdığı kimi olduğunu demişlər. İyunun beşi həbs olunmuşdur. O ifadə verəndə hadisənin özü tərəfindən törədilmədiyini demişdir. Çayxanada olan söhbətdən sonra çöldə olmuşdur. Gül göndərmək üstündə olan davadan sonra ittiham elan olunmuşdur. İfadəsi düzgündür. Hadisələr ittiham aktında göstərilən kimi cərayan etmişdir. Əli ona bir yumruq vurandan sonra onun üzünü görməmişdir. Onlar avtomobilə əyləşərək qaçmışlar. Çay evinin şüşələri sınanda özü avtomobildə olmuşdur. Binəqədidəki müstəntiq özü ifadəni yazmışdır. Hadisələri özü danışmışdır. İmzası saxtalaşdırılmamışdır. O, aşağıda Elçinlə danışmışdır. Kassirlə danışmamışdır. O, ayaqyolundan gələndə onları görməmişdir. O, ittihamda göstərilən ifadəsindəki həmin hissəni təsdiq etməmişdir. Orxanı orada bıçaqla vurmuşdur. Ona sonradan gələn məlumata əsasən vurduğunu bildirmişdir. Orxanın ailəsi və özü onu bıçaqla vurduğunu demişlər. Onu məclisə nişanlısının anası dəvət etmişdir. Digər şəxslər İlahə xanımın qonaqları olmuşdur. Onun dostları olmamışlar. Bıçağı yerdən götürmüşdür. Onların arxasınca bıçaqla qaçmamışdır. Əlimdə heç nə olmamışdır. Dəniz qırağı restoran olmuşdur. Arxa tərəfdə olmamışdır. Polisin gəldiyini təsdiqləmişdir. Hadisə vaxtı 21 yaşı olmuşdur. Psixoloji problemi olduğu üçün hərbi xidmətdən tərxis olmuşdur. 6 ay xidmət etmişdir. Naxçıvanda hərbi xidmət etmişdir. Daha sonra hərbi xidmətə yararsız olmuşdur. Prokurorluqda verdiyi ifadəni xatırlayır. Heç bir təzyiq olmamışdır. İndi verdiyi ifadə kimi orada da eyni ifadəni vermişdir. Ondan soruşulanda vurmadığını demişdir. Arxada heç bir şəxs olmuşdur. O, həqiqəti danışmışdır. Orda da həmin ifadəni vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid13 2-3 ildir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Fikrət və Şəhriyarı da təxminən 1 ildir ki, tanıyır, onlarla da yaxşı münasibəti olmuşdur. 08 dekabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində o, Orxan və Məhəmmədəli Biləcəri qəsəbəsində görüşərək taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər küçəsində yerləşən 099 çay evinə getmişlər. Həmin çay evinə daxil olmuşlar və masa arxasında əyləşərək Hell içkisi, pivə və pendir, tum sifariş etmişlər. Həmin vaxt ətrafda tanımadıqları digər insanlar olmuşlar. Orada Aysel adlı ofisiant onlara qulluq etmişdir. Salonda səs-küy olduğu üçün orada yerləşən tualetə gedərək mobil telefonla danışmışdır. Axırıncı dəfə salona qayıdanda Orxanın sifarişin pulu çox olduğu üçün kassirlə sözlə mübahisə etdiyini görmüşdür. Həmin vaxt kassir zəng vuraraq çay evinin sahibi Elçin adlı şəxsi çağırmışdır. Bundan sonra onlar obyektin qarşısına düşmüşlər və orada gözləməyə başlamışlar. Saat təxminən 23 radələrində Elçin və yanında tanımadığı şəxslər gəlmişlər. Həmin vaxt ətrafda çoxlu adamlar vardır. O, Orxan, Elçin və Elçinin qardaşı Əli üzbəüz dayanmışlar. Orxan Elçindən niyə sifarişin pulunun çox olduğunu soruşmuş, Elçində “Zor etmişəm” belədir cavabını vermişdir. Həmin vaxt o, Elçinə necə yəni zor etmisən sualı vermiş, bu zaman Elçinin qardaşı Əli onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Elçin isə əlindəki taxta ilə boyun nahiyəsindən vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış və ara qarışmışdır. O, yerdən qalxanda görmüşdür ki, Orxan belindən açılıb bağlanan bıçaq çıxartmış və bıçağı açıb kimisə vurmuş, bundan sonra o, yerdən mişar daşlarını götürərək orada Elçinin qardaşı Əlinin arxasınca atmış və qaçaraq Əli ilə bir-birlərinə əl qol atmağa başlamışlar. Həmin vaxt Orxan da onun yanında olmuş və Orxan əlindəki bıçaqla Elçinin bel nahiyəsindən bir zərbə vurmuşdur. Həmin vaxt Elçinin dostları sonuncunu aparıb orada dayanmış maşınlardan birinə qoyaraq xəstəxanaya aparmışlar. Bundan sonra o, Orxan, Fikrət və Məhəmmədəli əllərinə daş, taxta və dəmir götürərək çay evinin giriş qapısının şüşələrini sındırmışlar. Daha sonra Orxan zəng vuraraq tanışları Şəhriyarı da yanlarına çağırmış və Şəhriyar idarə etdiyi Mersedes markalı avtomobillə gələrək onu, Orxanı, Məhəmmədəlini və Fikrəti oradan götürüb Biləcəri qəsəbəsinə aparmışdır. 20 yanvar dairəsində Fikrət və Məhəmmədəli avtomobildən düşmüş, onunla Orxan isə elə həmin gecə avtovağzaldan yol maşını ilə Qazax rayonuna Orxanın tanıdığı bir kirayə evə getmişlər. Onlar həmin evdə təxminən 3 aydan artıq bir yerdə qalmışlar. O, mobil telefonunu söndürdüyü üçün evlə əlaqə saxlaya bilməmişdir. Lakin təxminən istintaqa gəlməyinə 2-3 gün qabaq o, mobil telefonunu açıb anasına zəng vuraraq narahat olmamasını, rayonda olduğunu bildirmişdir. Anası da ona bildirmişdir ki, onu polis əməkdaşları axtarır. Ona görə də o, özü könüllü olaraq 6-cı PB-nə getmişdir. Təxminən 2 il bundan əvvəl Şahid20 adlı qadınla tanış olmuş və qızı Ayşə Məmmədova ilə münasibətləri yaxşı alındığından nişanlanmaq barədə qərar qəbul etmişlər. Hətta iyun ayının 28-nə nişan mərasimi keçirməyi planlaşdırmışlar. Şahid20 Ayşədən əlavə Mamed və Nigar adlı övladları da vardır. İlahə oğlu Mamedin 5 yaşını qeyd etmək münasibətilə hadisədən təxminən 2-3 gün əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzində yer danışmış və onu da bu tədbirə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Şahid20 ilə Bakı şəhərində görüşüb İlahənin “Hyundai Sonata” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, “Baxçaşəhər” yaşayış kompleksində yerləşən evinə gəlib, buradan İlahənin övladları Ayşə, Nigar və Mamedi də götürüb, təxminən saat 20 radələrində “Ləman” istirahət mərkəzinə gəlmişlər. Onlardan aləvə olaraq İlahənin bacısı Gülnarə, qohumu Aynisə və dostları Elnur, Ramiz və Rasim adlı şəxslər də onlarla eyni vaxtda istirahət mərkəzinə gəlmişlər. Onlar restoranda iki stol olmaqla səhnə ilə üzbəüz mərkəzdə əyləşmişlər. Stolların birində qadınlar digərində isə oğlanlar əyləşmişdir. O, teztez gah oğlanlar olan stolda gah da qadınlar olan stolda əyləşmişdir. Təxminən saat 23 radələrində o, qadınlar olan stolda əyləşən zaman Ayşə ona yanlarındakı masadan gül göndərildiyini bildirmişdir. O, orada gül satan, adını bilmədiyi qızdan İlahəgilin masasına kimin gül göndərdiyini soruşmuşdur. Həmin qız Şahid20 əyləşdiyi masanın yanındakı masada əyləşən, sonradan adının Həmid olduğunu bildiyi, “çolkalı” oğlanı göstərərək gülü həmin şəxsin göndərdiyini demişdir. O, məsələni aydınlaşdırmaq üçün İlahəgilin masasında olan restorana məxsus ət doğramaq üçün nəzərdə tutulmuş bıçağı götürərək biləyinin içində gizlətmiş və İlahəgilin masasının yanındakı masaya yaxınlaşmışdır. Həmin masada tanımadığı 4 nəfər oğlan və təxminən 3-4 nəfər qadın əyləşmişdir. O, Həmid adlı şəxsə yaxınlaşaraq İlahəgilin masasında əyləşmiş Ayşəyə gül göndərib-göndərmədiyini soruşmuşdur. Həmid ona gül göndərdiyini dedikdə, o, nəyə görə göndərdiyini soruşmuş, Həmid isə yaxşı etdiyini bildirmişdir. Bu zaman Həmidi bıçaqla vurmuş, ancaq hazırda hansı nahiyəsindən vurduğunu xatırlamır. Həmin vaxt Namid onun üzərinə gəlmiş və o, əlində bıçaqla onların üzərinə getmiş və onlar qaçmağa başlamışlar və o da əsəbindən onların ardınca qaçmışdır. Onlar onun qarşısını kəsmək üçün plastik stulları ona atmışlar. Restoranın ofisiantları və orada olan digər müştərilər onları sakitləşdirərək aralamağa çalışmışlar. Həmid və onunla olan şəxləri aralaşdırıb restoranın banket zalları olan tərəfinə aparmışlar. Onu isə İlahəgil aralayıb avtomobillərin park olunduğu yerə, avtomobillərinin yanına aparmışlar. O, İlahəgilin yanından ayrılıb, mübahisə olan yerə getmiş və çatan kimi Namidə bıçaqla vurmuşdur. Həmin vaxt Həmid də ora gəlmiş və o, Həmidi yenidən bıçaqla vurmuşdur. Bu zaman İlahəgil yenidən onun arxasınca gələrək onu oradan uzaqlaşdırıb avtomobilin yanına aparmışlar. O, İlahəgil ilə bir qədər avtomobildə gözlədikdən sonra hadisə yerinə polislər gəlmişlər. Hadisə zamanı ondan başqa heç kim Həmid və Namidə xəsarət yetirməmiş, o, xəsarət almamışdır. Onun məqsədi onları cəzalandırmaq olmuşdur. Onun Həmid və Namidi öldürmək niyyəti olmamışdır. Anası ağır ürək xəstəsidir, anası xəstəxanada olduğundan istintaqın çağırışlarına gəlməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi üzrə ittihamla özünü təqsirli bilməsə də, ona qarşı verilmiş ittiham aşağıdakı sübutlarla təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Onlar çay evi işlədirlər. Orada söz-söhbətin şahidi olmuşlar. Hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Hesabla bağlı mübahisə yaranmışdır. O, mübahisənin nə üstündə baş verdiyini sonradan bilmişdir. Hadisə vaxtı qaranlıq olmuşdur. Hadisə yerində tanımadığı şəxslər çox olmuşdur. Həmin çay evini özü işlətmişdir. Hadisəni tam xatırlamamışdır. Hesab üstündə mübahisə olmuşdur. Dörd nəfər şəxs hesab üstündə mübahisə yaratmışdır. Həmin şəxsləri əvvəldən tanımamışdır. Onlar stolun üstünə gələn sifarişlərin bu qiymətə ola bilməyəcəyini söyləyirmişlər. Onlar da qiymətlərinin belə olduğunu bildirmişlər. Hər yerdə olan qiymətlərin eyni ilə onlarda da olduğunu söyləmişlər. Ondan sonra baş verənləri xatırlaya bilməmişdir. Daha sonra ara qarışmışdır. Bir də xəstəxanada olduğunu bilmişdir. Kürək nahiyəsindən xəsarət almışdır. Onu bıçaqla vurmuşlar. Onu Orxan adlı şəxs vurmuşdur. Onun obyektinə ziyan dəymişdir. Obyektinin şüşələri qırılmışdır. Dava-dalaşdan sonra şüşələr sınmışdır. Həmin o dörd nəfər yaxınlaşaraq obyektinin şüşələrini sındırmışdır. Həmin dörd nəfərin adları hazırda yadında deyil. Obyektinin qapısının şüşəsi qırılmışdır. Daha sonra bərpa etmişlər. Kimin bərpa etdiyini bilməmişdir. Sonradan bilinmişdir. Onu xəstəxanaya qardaşı aparmışdır. Hesab üstündə onu bıçaqla kürəyindən vurmuşlar. Həmin vaxtı heç kim heç kimə ağır ifadə işlətməmişdir. Ziyan kimi bir ədəd qapının şüşəsi qırılmışdır. Ziyan vuranı görməmişdir. Hansı şəxsin şüşəni sındırmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mübahisə etməmiş və onu söyməmişdir. Təqsirləndirilən şəxsin onun işçilərinə kobud davranılmasının şahidi olmamışdır. Çay evi Binəqədi yolunun üstündə ağaclıqda yerləşmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. O, qaranlığa yaxınlaşanda onlar işçilər ilə söhbət edirmişlər. Həmin dörd nəfər bədən quruluşu cəhətdən arıq olmuşlar. Polis əməkdaşları ona xəstəxanada onu Orxan adlı şəxsin vurduğunu demişlər. Ona həmin şəxsin şəklini də göstərmişlər. Dörd nəfəri qaranlıqda ayırd edə bilməmişdir. O, xəstəxanaya qədər olan hissəni xatırlayır. Həmin dörd nəfərin əlində hər hansı bir əşya görməmişdir. Dava-dalaş olmamışdır. Dörd nəfərdən biri onu qırağa çəkmişdir. Problemin nə olduğunu soruşduqda hesabla bağlı problemlərinin olduğunu bildirmişlər. Hadisənin üstündə bir xeyli müddət keçdiyinə görə həmin şəxslərin heç birini xatırlamamışdır. Çay evinin şüşələrinin qırılmasını görməmişdir. Polis əməkdaşları ona videonu göstərmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsində onu dindirmişlər. Həmin işdə ona videogörüntüləri göstərməmişlər. Ona videonu xəstəxanada göstərəndə hadisəni törədən şəxsləri tanıyıbtanımamağı soruşulmuşdur. Obyektin qarşısında olan kamerada hər bir şey qeydə alınmışdır. İstintaq ifadəsini xatırlamamışdır. İfadəsində qeyd elədiyi həmin saqqallı oğlanın adı Orxan olmuşdur. Bıçaqdan əvvəl ona daş dəyməmişdir. Hazırda xatırlamamışdır. O, ifadəsini sərbəst şəkildə vermişdir. Ona təzyiq və təsir olmamışdır. Onun belinə daş zərbəsi dəyəndən sonra o qaçmaq istəmiş, bu zaman belindən bıçaq zərbəsi vurulmuşdur. Daha sonra hadisə yerinə gələn dörd nəfərin əllərində armatur və daş olmuşdur. Şüşəni bir nəfər sındırmışdır. O bunu videodan görmüşdür. Qaranlıqda daş atanı görməmişdir. Sifətləri yadında qalmamışdır. Çay evinə dəymiş ziyan ödənilmişdir. Kimin tərəfindən ödənildiyini bilməmişdir. Başqa ziyan dəyməmişdir. Səhhətinə dəymiş ziyanla bağlı xəstəxana xərclərini qarşılamışlar. Hazırda şikayəti yoxdur. Buna görə də, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və xatırlamadığı üçün həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron şəhərciyində müvəqqəti qeydiyyatda olmaqla, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, təxminən 6 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evini işlədir. Həmin çay evində kassir Şahid1, 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, DC Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Bundan başqa obyektdə onunla birlikdə dostu Şahid3 çay evində işləmiş və Xaliq çay evinin bazarlıq işləri ilə məşquldur. Həmin obyekt iki mərtəbədən ibarət olmuş, birinci mərtəbədə trenajor idman zalı yerləşmiş, ikinci mərtəbədə isə çay evi yerləşmişdir. Onun işlətdiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. O, da gün ərzində çay evinə bir iki dəfə gələrək nəzarət etmiş və çay evi bağlanana yaxın gələrək kassir Asillə gün ərzində olan alveri hesab etmişlər. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi o, dostu Şahid3 ilə birlikdə idarə etdiyi «Mersedes» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işlətdiyi çay evinə gəlmişlər ki, gün ərzində olan hesabı etsin. Onlar çay evinə yaxınlaşanda görmüşlər ki, çay evinin qarşısında çoxlu sayda adam yığışıb. O, idarə etdiyi avtomobili çay evinin qarşısında saxlamış və onlar həmin şəxslərə yaxınlaşanda orada kassir Asif orada olmuşdur. O, Asifdən nə olmasını soruşmuş, Asifdə bildirmişdir ki, həmin müştərilər hesabdan narazıdırlar və ödəmək istəmirlər. Həmin vaxt o, müştərilərdən üzündə saqqallı oğlana niyə hesabı ödəmədiyini və hesablarının 36 manat olduğunu bildirmişdir. Həmin oğlan ona «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. O, da ona cavab olaraq «qardaş mən bu obyekti işlədirəm, qimətlərdə münasibdi, daha 50 qəpiyə satmayacağam ki,» deyəndə aralarında sözlə mübahisə düşmüşdür. Bu zaman gözlənilmədən ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı şəxslər əllərinə mişar daşı, dəmir boru və armatur alaraq onların üstünə gəlmişlər. Hətta o, qaçarkən həmin şəxslərdən boyca hündür olan şəxs onun bel nahiyəsindən daşla vurmuşdur. Həmin ağrıdan o, əlini belinə tutub qaçmaq istərkən, kürək nahiyəsindən daha bir bıçaq zərbəsi ilə vurulduğunu hiss etmiş və dönüb baxanda həmin şəxslərdən orta boylu üzündə saqqalı olan oğlanın əlində bıçaqla ondan aralandığının şahidi olmuşdur. O, tez həmin şəxslərin arasından çıxaraq Xaliqə bildirmişdir ki, «məni vurdular, tez məni xəstəxanaya çatdır». Ona görə də Xaliq, qardaşı Əli və Qəhrəman adlı dostu birlikdə onu idarə etdiyi «Mersedes» markalı avtomobilə əyləşdirərək oradan X22 gətirmişlər və orada ona ilkin tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. O, xəstəxanada ayılanda eşitmişdir ki, həmin şəxslər dostu İbadətidə bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, hadisə xx.xx.2021 -ci il tarixdə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısında baş vermişdir. Onun bıçaqla vurulmağına heç bir səbəb olmamış, çünki həmin şəxslər hesabı dədəməkdən boyun qaçıraraq özləri mübahisə yaratmışlar. Onu bıçaqla vurub xəsarət yetirən şəxsi tanımamış, onu birinci dəfə idi ki, görmüş, onunla əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. Onu bıçaqla vuran şəxs təxminən 170 sm boyunda, arıq bədən quruluşlu, əynində qara gödəkcə və qara rəngli şalvar, saçı qara, qarşıya daranmış formada, üzündə saqqalı olan, adı Orxan olmuşdur. Sözlə mübahisə zamanı həmin şəxslərdən boyca kiçik olanı onu qaranlıq hissəyə təkbə-tək söhbət etmək üçün dəvət etmiş, ara qarışandan sonra boyca hündür olan şəxs əlinə mişar daşı alaraq onun kürək nahiyəsindən daşla vurmuş, bundan sonra isə həmin şəxslər işlətdiyi «099» çay evinin giriş qapısının şüşəsini armaturla və daşla vuraraq sındırmışlar. İşlətdiyi çay evinin giriş qapısının sındırılması nəticəsində ona ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Həmin mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Orxanın əlində bıçaq görsə də həmin vaxt həyəcanlı olduğu üçün və hadisə gözlənilmədən baş verdiyindən o, bıçağı dəqiq görməmiş, yəni həmin bıçağın əlamətlərini görməmişdir. Həmin vaxt orada Xaliq, Asif, qardaşı Əli, Şamxal, Rəşad, Pərviz, Qəhrəman və tanımadığı şəxslər hadisənin şahidi olmuşlar. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs hadisə vaxtı bir az içkili olmuşdur. Orada ona yaxınlaşmışlar. Aralarında mübahisə yaranmışdır. Ondan sonra dava-dalaş olmuşdur. Dava-dalaşa qədər onların oturduqları stolun yan tərəfində xanımlar əyləşmişdir. O həmin xanımların olduğu masaya gül göndərmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşmış və masaya gül göndəribgöndərmədiyini soruşmuşdur. O da “ola bilər ki, göndərmişəm” cavabını vermişdir. Onun üstündə mübahisə başlamışdır. Onun qoluna və ürəyinin altına bıçaq zərbəsi dəymişdir. Həmin masada əyləşən xanımlardan birini tanımışdır. O, gülü tanıdığı xanıma göndərmişdir. Gülsatan şəxs də gülü bilmədən iki xanıma da vermişdir. Onun üstündə mübahisə başlamışdır. Onun özü də az miqdarda içkili olmuşdur. Onlar masada dörd nəfər olmuşlar. Təqsirləndirilən şəxs da tək olmamışdır. Onlar dava zamanı əlbəyaxa olmamışlar. Ona birinci sakit söhbət etməyi təklif etmişdir. Onunla razılaşmamışdır. Camaat ətraflarına yığışmışdır. Bir az hay-küy olmuşdur. Biri kömək edib onları ayırmaq istəmişdir. Ona dörd bıçaq zərbəsi vurulmuşdur. Onun xəstəxana xərclərinin ödənilməsinə ehtiyac olmamışdır. Barışmamışdır. Ona təqsirləndirilən şəxs üç yaşında oğlu olduğunu və ona xatir barışmasını demişdir. Həmin uşağa xatir onunla barışmışdır. Onun təqsirləndirilən şəxsdən əvvəldən şikayəti və tələbi olmamışdır. Onlar oturduqları masa ilə təqsirləndirilən şəxsin əyləşdiyi masa arasında üç və ya dörd metr məsafə olmuşdur. O, gülü göndərəndə belə bir mübahisənin yaranacağını düşünməmişdir. Onların olduqları yer hamıya məlum olmuşdur. Onların masaları ayrı-ayrı olmuşdur. Təqsirləndirilən şəxs xanımların əyləşdiyi masaya bir dəfə yaxınlaşdığını görmüş, amma gülü göndərəndən sonra belə bir hadisənin baş verəcəyini ağlına belə gətirməmişdir. Xanımlarla Təqsirləndirilən şəxs bir yerdə olduqlarını bilməmişdir. O, təqsirləndirilən şəxsə sakitliklə məsələni yoluna qoymağı təklif etmişdir. Ona başqa yerdə görüşməyi də təklif etmişdir. Amma Sədulla onunla razılaşmamışlar. O, hərəkətinin düzgün olmadığını görüb onlara sakit söhbət etməyi təklif etmişdir. Mübahisə etmək fikri olmamışdır. Təqsirləndirilən şəxs ilə ikisi söhbət etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yanında bir oğlan da olmuşdur. Söhbət əsnasında ona bir yumruq dəymişdir. Birinci ona Təqsirləndirilən şəxs yanında olan oğlan yumruq vurmuşdur. Çaxnaşma başlayanda biri yaxınlaşmış, digərləri isə qaçıb getmişdir. Dava zamanı orada olanlar onları ayırmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs4 da bıçaq zərbəsi dəymişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyin bildirdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayət və təbinin olmadığını bildirmiş və məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində dostları ilə yeyib-içmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Ləman” istirahət mərkəzinin restoranına gəlmişlər. Yanında Zərərçəkmiş şəxs4, Rüfət, Mustafa adh oğlanlar, Xəyalə, Vəfa, Rəvanə adlı qızlar da olmuş, yanlarında isə iki ədəd biri kişilərdən ibarət, digəri isə qadınlardan ibarət olan masa olmuş, həmin qadınların əyləşdiyi masada o, Nuranə adlı qadım tanıdığı qız olmuşdur. Təxminən saat 23 radələrində ətrafda gəzərək gül satan qızı çağırıb, Nuranəni işarə edərək həmin masaya bir ədəd gül verməsini tapşırmış, gül satan qız 3 ədəd gülü qaldığını, buna görə də hamısını həmin masaya vermək istədiyini demiş, o isə razılşamayaraq, həmin masada yalnız Nuranəni tanıdığından, ancaq sonuncuya bir ədəd gül verməsini yenidən tapşırmış, bir qədər keçdikdən sonra gül satan qız yenidən ona yaxınlaşıb həmin masaya iki ədəd gül verdiyini bildirmiş, o isə gül satana etiraz etməyərək, nə qədər pul verməli olduğunnu soruşmuş, gül satan qız 12 manat verməli olduğunu bildirdikdən sonra, üzərində xırda pul olmadığından 10 manat pul vermiş, ardınca o, təbii ehtiyacını ödəmək üçün ayaq yoluna getmiş, ayaq yolundan qayıtdıqdan sonra gül satan qız yenidən ona yaxınlaşaraq 2 manat borcu qaldığını bildirmiş, o, stolda əyləşən digər şəxslərdən iki manat alıb gül satana uzadan zaman sonradan adının Sədulla olduğunu bildiyi şəxs ondan yanlarındakı masaya gül göndərib göndərmədiyini soruşmuş, o, sonuncuya göndərdiyini bildirdikdə, Sədulla onu təhqir etməyə başlamış, sonuncu ilə mübahisə edən zaman dostu Namid də artıq yanlarına gəlmiş, Namid onların yanına çatan kimi Sədulla cibindən qara rəngli, düyməli cib bıçağı çıxartmış və bıçağı sürətlə üzərinə yelləyərək Namidlə onun üstünə gəlməyə başlamış, həmin vaxt Sədulla onu sol qolundan 3 dəfə bıçaqlamış, o və Namid özülərini müdafiə etmək üçün Sədullanın üzərinə plastmas stulları atmağa başlamışlar, lakin bu da Sədullanı sakitləşdirməmiş, Sədulanın əlində bıçaq Namidi qovaladığını görmüş, ardınca ətrafdakı insanlar Sədullanı tutaraq Namidi qovalamağının qarşısını almışlar, o avtomobillərin parklandığı yerə tərəf getmiş, Sədulla bıçaqla onu vurmağa cəhd göstərmiş, o, dəfələrlə Sədullaya bıçağı yığışdırmasını, normal söhbət etməyi təklif etsə də, Sədulla buna məhəl qoymayaraq onu bıçaqla vurmağa cəhd göstərmiş, hətta həmin cəhdlərin birində onu döş qəfəsimin sol nahiyəsindən bıçaqla vurmuş, o, ilk başda hiss etməsə də, sonradan əynindəki köynəyin qan olduğunu görmüş və Sədullanın onu bıçaqla vurduğunu başa düşmüşdür. Dostları onu avtomobillərinə əyləşdirib Bakı şəhəri istiqamətində yolanmışlar, avtomobildə olarkən o, Namidin də bıçaqlandığını görmüş, təxminən saat 01-02 radələrində Bakı şəhərinə 1 saylı şəhər klinik xəstəxanasına gəlmişlər. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində ona və Zərərçəkmiş şəxs4 konkret olaraq Sədulla adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirildiyini, sonuncu onları vuran zaman heç bir söz demədiyini, yalnız qışqıraraq bıçaqla üzərlərinə gəldiyini, münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Hadisənin üstündən çox vaxt keçmişdir. Avtoqəzadan sonra əməliyyat keçirdiyinə görə hadisənin detalları tam yadında qalmamışdır. O, dostu ilə Ləman restoranında oturmuşdur. Təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Onlar həmin restoranda yemək yemişlər. İçkili halda baş vermiş bir hadisə olmuşdur. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışıqları olmuşdur. Müstəntiqə də öz izahatını vermişdir. Həmin günü X14 Xəyalə, Rəvanə, Vəfa, Həmid və özü olmuşdur. Aradan iki il keçdiyinə görə təqsirləndirilən şəxsin siması yadından çıxmışdır. Gül üstündə mübahisə düşmüşdür. İbtidai istintaq zamanı ifadə verən zaman onu döyən və incidən olmamışdır. İfadəsini oxumuş və imzalamışdır. Şikayəti və tələbi yoxdur. Onun hadisə baş verməmişdən bir az əvvəl başı qarışıq olmuşdur. Həmin vaxtı telefonla danışmışdır. Sona yaxın dava-dalaş düşdüyünü görmüşdür. O, gül məsələsini yəni gül göndərmək üstündə davanın baş verməsini sonradan soruşarkən bilmişdir. Masaya gül göndərilmişdir. O, mübahisə zamanı onları aralamaq üçün araya girmişdir. Həmin anda da ona bıçaq zərbəsi dəymişdir. Zərbə qaranlıqda dəydiyi üçün vuranı görməmişdir. Ona sonradan Təqsirləndirilən şəxs onu vurduğunu demişlər. Zərbə ona arxadan dəymişdir. Hadisə restoranın həyətində baş vermişdir. Ona Sədullanı vurduğunu deyən şəxs Təqsirləndirilən şəxs onu vurduğunu görmüşdür. Ona bunu xəstəxanada demişlər. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində dostları ilə yeyib-içmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Ləman” istirahət mərkəzinin restoranına gəlmişlər. Ondan başqa yanında Zərərçəkmiş şəxs3, Rüfət, Mustafa adlı oğlanlar, Xəyalə, Vəfa, Rəvanə adlı qızlar da olmuşdur. Yanlarında isə qadınlardan ibarət təxminən saat 23 radələrində bir nəfər sonradan adının Sədulla olduğunu bildiyi şəxs Həmidə yaxınlaşıb nə isə demiş, onun başı qarışıq olduğundan onların nə barədə danışdıqlarını eşitməmiş, bir qədər sonra Sədulla Həmidi qırağa çəkib söhbət etmək istəmiş, onların mübahisə etmək ərəfəsində olduqlarını başa düşmüş və dərhal masanın üzərində olan yağ bıçağı adlandırılan ucu küt olan bıçağı götürüb Həmidgilə yaxınlaşmış, Həmidə yaxınlaşan kimi Sədulla, Həmidi itələyib yumruqla vurmuş, o, əlindəki yağ bıçağını ona tərəf doğruldub uzaq durmalarına çalışmış, lakin Sədulla bu zaman cibindən çıxardığı qara rəngli bıçağı onlara tərəf doğruldub vurmaq istəmiş, lakin o və Həmid orada olan stulları Sədullanın üzərinə atmaqla Sədullanın uzaq durmasına çalışmışlar. Sədulla əlindəki bıçaqla onu orada qovalamağa başlamış, ətrafda heç kəs Sədullanı sakitləşdirə bilməmiş, o, sonuncudan qaçan zaman ətrafdakı insanlar Sədullanı tutaraq onu qovalamağının qarşısını almışlar. Sədulla onu bıçaqla vurmasın deyə dəniz qırağına tərəf qaçaraq uzaqlaşmış, Həmidin restoranın qəlyanxanasının arxasında olduğunu görmüş, Həmidin yanına getmiş, bu zaman arxa tərəfdən kiminsə qaçaraq ona yaxınlaşmasını eşitmiş və çevrilib baxmaq istəyən zaman, artıq yanına çatmış Sədulla bıçaqla onun kürəyinin sol nahiyəsindən vurmuş, Sədulla onu vurduqdan sonra Həmidə yaxınlaşıb onu da bıçaqla vurmağa başlamış, Həmid qolunu önə verdiyindən bıçaq zərbələrinin əksəriyyəti onun qolundan dəymiş, lakin bununla belə qarın nahiyəsindən də xəsarət almışdır. Bıçaqlandıqlannı görən digər dostları onu avtomobilə əyləşdirib, Bakı şəhərinə 1 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs4 həmçinin ifadəsində ona və Zərərçəkmiş şəxs3 konkret olaraq Sədulla adlı şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini, sonuncunun onları vuran zaman heç bir söz demədiyini, yalnız qışqıraraq bıçaqla üzərinə gəldiyini, Həmidin döyüldüyünü görüb qorxutmaq üçün masanın üzərində olan yağ bıçağını götürərək yaxınlaşdığını və onların dalaşdığını görüb yenə də qorxub getmələri üçün yağ bıçağını onlara tərəf doğrultduğunu, lakin Sədullanın qorxmayaraq cibindən qara rəngli bıçaq çıxardıb üzərinə gəldiyini, münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron şəhərciyində müvəqqəti qeydiyyatda olmaqla, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, təxminən 1 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «Azərsity» çay evində barmen işləmişdir. Həmin çay evini Əli Allahverdiyev işlətmişdir. Onun işlədiyi çay evi hər gün saat 20:00 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. 08 dekabr 2021ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi o, işini bitirdikdən sonra çay evinin müdürü Əli adlı şəxslə birlikdə sonuncuya məxsus «Hyundai Sonata» markalı avtomobil ilə yaşadıqları evə getmişlər. Onlar Binəqədi rayonu, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısından keçərkən çay evinin qarşısında bir neçə nəfər şəxslərin toplaşdığını görmüşlər. Əli həmin çay evini işlədən Elçin adlı şəxsin qardaşıdır. Əli idarə etdiyi avtomobili saxlamışdır ki, düşüb nə olmasını öyrənsinlər. Onlar avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin vaxt orada «099» çay evini işlədən Elçin, kassir Asif, Yusif, İdris, çay evinin yanında yerləşən trenajor zalını işlədən Pərviz və tanımadığı bir neçə nəfər şəxslər olmuşlar. Onlar həmin şəxslərə yaxınlaşanda orada «099» çay evində kassir işləyən Asifdən nə olmasını soruşmuş, Asifdə bildirmişdir ki, həmin müştərilər hesabdan narazıdırlar və ödəmək istəmirlər. Həmin müştərilərdən üzündə saqqallı oğlan müdür Elçinlə üzbəüz dayanaraq sözlə mübahisə etmişlər. O, da həmin vaxt onlardan bir qədər aralıda dayanıb onlara tamaşa etmişdir. Bu zaman gözlənilmədən ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı üzündə saqqalı olan şəxs bıçaq çıxartmış və ona tərəf qaçaraq yanından keçən zaman əlindəki bıçaqla onun sol döş nahiyəsinin alt hissəsindən bir dəfə batırmışdır. O, həmin vaxt əlini sol döş nahiyəsinə qoyub kənara qaçmağa başlamışdır. Həmin şəxslər isə əllərinə mişar daşı, dəmir boru və armatur alaraq kimə gəldi hücum etmişlər. O, tez həmin şəxslərin arasından çıxaraq onun işlədiyi çay evində nəzarətçi işləyən Yusifə bildirmişdir ki, «ölürəm kömək elə». Yusif də tez orada yoldan keçən taksilərdən birini saxlayıb onu avtomobilə əyləşdirərək oradan Respublika xəstəxanasına aparmışdır. Orada onu əməliyyata almışlar. Bundan sonra o, eşitmişdir ki, həmin şəxslər «099» çay evinin müdürü Elçini də bıçaqla vurmuşlar. Əlavə olaraq bildirmişdir ki, hadisə xx.xx.2021-ci il tarixdə təxminən saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısında baş vermişdir. O, onlara yaxınlaşanda «099» çay evinin müdürü Elçin və tanımadığı bir neçə nəfər müştərilər hesaba görə sözlə mübahisə etmişlər. Lakin həmin şəxslərin onu bıçaqla niyə vurmasım o, bilməmişdir.Onu bıçaqla vurub xəsarət yetirən şəxsi o, tanımamış, onunla əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır, həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. Həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin şəxsin əlində bıçaq görsə də həmin vaxt həyəcanlı olduğu üçün və hadisə gözlənilmədən baş verdiyindən o, bıçağı dəqiq görməmiş, yəni həmin bıçağın əlamətlərini görməmişdir. Həmin hadisə vaxtı orada «099» çay evini işlədən Elçin, kassir Asif, Yusif, İdris, çay evinin yanında yerləşən trenajor zalını işlədən Pərviz və tanımadığı bir neçə nəfər şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid13 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Hadisənin üstündən uzun müddət keçdiyinə görə hadisənin detalları tam şəkildə yaddaşında qalmamışdır. Onun özü barəsində də araşdırma getmişdir. Mübahisənin bir qoluna Bakı Ağır Cinayətlər Məhkəməsi baxmışdır. Onlar orada olmuşlar. Təqsirləndirilən şəxs orada heç kimə heç nə etməmişdir. Orada başqa şəxslər də dava etmişlər. Kimin kimi vurmasını o bilməmişdir. Onların özlərini də vurmuşlar. Təqsirləndirilən şəxs özünü də vurmuşlar. O, orada olan heç kimi tanımamışdır. Gecə qaranlıq olub və dava baş vermişdir. Onlar oradan çıxıb getmişlər. Hesab üstündə davanı ittiham aktında elə yazmışlar. Ortalıqda 5-10 manatlıq fərq olmuşdur. Onun üstündə dava salmağa ehtiyac olmamışdır. Üstlərinə gəlmiş və onlarla dava etmişlər. Qalan hissələr yadında deyil. Qaranlıq olduğuna görə kimin kimi vurmasını görməmişdir. Sərdari ilə o, dost olmuş və hadisə vaxtı yanında olmuşdur. Orada 50 nəfərə yaxın adam olmuşdur. Dava-dalaş düşmüşdür. Ona 9 il cəza verilmişdir. Obyektə daşı özü ataraq şüşəni sındırmışdır. İbadəti və Elçini kimin çağırdığını bilməmişdir. Elçin və İbadətin kim olduğunu görməmiş və bilməmişdir. Təqsirləndirilən şəxs daş atmamışdır. Bunu ifadəsində də demişdir. Onun üstünə tökülüşüb döydükləri üçün o, hirslənərək şüşəni sındırmışdır. O, idmanla məşğul olmamışdır. O ifadə verən zaman özü yazmamışdir. Müstəntiq yazmışdır. Hadisənin gedişatı onun hazırda yadında deyildir. Sədulla barədə yazılanları özü demişdir. Müstəntiq özü yazmışdır. Həmin ifadəni təsdiq etməmişdir. Hətta müstəntiq onların yerlərinə imza çəkdiyinə görə iş bir dəfə ibtidai istintaqa qaytarılmışdır. Sonradan bu işlə bağlı hökm çıxarılmışdır. Şahid13 məhkəmə istintaqı zamanı, ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verdiyi üçün ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şirvan şəhəri, X23 küçəsi, ev 3, mənzil 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasına yaxın yerdə bir kiçik bacısı və anası ilə birlikdə kirayədə yaşamışlar. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 09 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 11 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs, X6, Fikrət və Şəhriyar adlı şəxsləri o, təxminən bir neçə ay olar ki, Biləcəri qəsəbəsində yerləşən çay evindən tanımışdır. Onlar çay evində tanış olmuşlar, aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. 08 dekabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində o, Sədulla, Fikrət və Məhəmmədəli Biləcəri qəsəbəsində görüşərək taksi avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinə istirahət etmək üçün getmişlər. Həmin çay evində çay, pivə, viski, meyvə verilmiş və musiqi də olmuşdur. Onlar çay evinə daxil olmuşlar, masa arxasında əyləşmişlər və «Hell» enerji içkisi, pivə və pendir, tum sifariş etmişlər. Həmin vaxt ətrafda tanımadıqları digər insanlar da olmuşdur. Orada Aysel adlı ofisiant onlara qulluq etmişdir. Onlar çay evi bağlanana kimi orada oturmuşlar. Bundan sonra saat təxminən 23 radələrində onlar getmək istəmişlər və onunla gələn uşaqlardan hansısa kassirə yaxınlaşıb hesabı soruşmuşdur. Kassir hesabı 29 manat demişdir. Bundan sonra onlar bir qədərdə çay evində oturmuşlar və yenidən hesabı soruşduqda kassir 36 manat olduğunu bildirmişdir. Onda o, kassirə yaxınlaşmış və niyə hesabın yüksək olduğunu soruşmuşdur. Həmin vaxt kassir ona 10 ədəd pivə, bir ədəd «Hell» enerji içkisi, 2 ədəd tum, bir ədəd 2 manatlıq pendir, 2 ədəd didilməmiş pendir olduğunu və sifarişin 36 manat olduğunu bildirmişdir. O, da ona bildirmişdir ki, «müdürünüzə denən pendirin qiymətini düzəliş versin» və masaya qayıtmışdır. Həmin vaxt kassir zəng vuraraq çay evinin sahibi sonradan adı ona məlum olan Elçin adlı şəxsi çağırmışdır. Bundan sonra onlar 4-də obyektin qarşısına düşmüşlər və orada gözləməyə başlamışlar. Saat təxminən 23 radələri olmuşdur. Təxminən 10 dəqiqə sonra çay evini işlədən Elçin və yanında tanımadığı şəxslər gəlmişlər. Həmin vaxt ətrafda çoxlu adamlar olmuşdur. O, Sədulla, Elçin və sonradan ona məlum olan Elçinin qardaşı Əli üzbə-üz dayanmışlar. O, Elçindən niyə onların verdikləri sifarişin pulunun çox olduğunu soruşmuşdur. Elçində ona bildirmişdir ki, «zor etmişəm, belədir». Həmin vaxt yanında dayanmış Sədulla Elçinə «necə yanı zor etmişəm» sual verəndə, ara qarışmışdır. O, həmin şəxslərin onların üstünə gəlmələrini görüb üzərində olan açılıb bağlanan bıçağı özünü müdafiə etmək məqsədi ilə çıxarıb açmış və bıçağı ora bura hərlədərək qaçmaq istərkən bıçaq orada dayanmış tanımadığı və adını bilmədiyi şəxslərdən birinin böyür nahiyəsinə batmışdır. Bundan sonra hərə bir tərəfə qaçmışdır. Həmin vaxt Sədulla yerdən mişar daşını götürərək orada olan Elçinin qardaşı Əlinin arxasınca atmış və qaçaraq Əli ilə tutaşdıqlarını görüb o, da ona kömək məqsədi ilə yanma qaçmışdır. Həmin vaxt gözlənilmədən əlindəki bıçaqla çay evinin müdürü Elçin adlı şəxsin bel nahiyəsindən bir zərbə vurmuşdur. Bundan sonra Elçinin dostları onu aparıb orada dayanmış maşınlardan birinə qoyaraq aparmışlar. Həmin vaxt Sədulla və Fikrət və Məhəmmədəli əllərinə daş, taxta və dəmir alaraq çay evinin giriş qapısının şüşələrini sındırmışlar. Daha sonra o, tanışları Şəhriyar adlı şəxsə zəng vuraraq ondan gəlib onları aparmasını xahiş etmiş və Şəhriyar idarə etdiyi dəqiq dövlət neömrə nişanı yadında qalmayan «Mersedes» markalı avtomobillə gələrək, onu, Sədullanı, Məhəmmədəlini və Fikrəti oradan Biləcəri qəsəbəsinə aparmışdır. 20 yanvar dairəsində Fikrət və Məhəmmədəli avtomobildən düşmüşlər, onunla Sədulla isə elə həmin gecə avtovağzaldan yol maşını ilə Qazax rayonuna gedərək kirayə bir evdə qalmışlar. Onlar həmin evdə təxminən 3 aydan artıq bir yerdə qalmışlar. O, mobil telefonunu söndürdüyü üçün evlə əlaqə saxlaya bilməmişdir. Lakin sonradan Sədulla evləri ilə əlaqə saxlayan zaman məlum olmuşdur ki, onları Binəqədi RPİ-nin 6-cı PB-dən axtarırlar. Ona görə də Sədulla birinci bildirmişdir ki, o, Bakı şəhərinə gedərək özü könüllü polisə gedəcək və çıxıb getmişdir. O, da evlə əlaqə saxlamış və ona məlum olmuşdur ki, həmin hadisə zamanı xəsarət alan olub və xəstəxanada yatıblar. Ona görə də o, da özü könüllü Qazax rayonundan Bakı şəhərinə gəlmiş və Binəqədi RPİ-nin 6-cı PB-nə gedərək Şahid13 olduğunu və hadisə ilə bağlı könüllü gəldiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb çay evində verdikləri sifarişin pulunun çox olması olmuşdur. Mübahisə 08 dekabr 2021-ci il tarixdə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısında baş vermişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, özünü qorumaq məqsədi ilə üzərində olan bıçağı çıxarıb həmin şəxslərin üzərinə gəlməmələri üçün ora-bura hərləyən zaman əlindəki bıçaq əvvəl adı ona istintaq zamanı məlum olan Zərərçəkmiş şəxs2 sol böyür nahiyəsinə, Zərərçəkmiş şəxs1 isə sol bel nahiyəsinə batmış və həmin şəxslər xəsarət almışlar. Sədulla, Fikrət və Məhəmmədəlinin hadisə zamanı əllərində bıçaq olmamışdır. Şəhriyar adlı şəxsi o, Biləcəri qəsəbəsindən tanımış, onunla münasibəti normal olmuş, o, Şəhriyara zəng vuraraq ondan gəlib onları aparmasını xahiş etmiş və Şəhriyar idarə etdiyi dəqiq dövlət nömrə nişanı yadında qalmayan «Mersedes» markalı avtomobillə gələrək, onu, Sədullanı, Məhəmmədəlini və Fikrəti oradan Biləcəri qəsəbəsinə aparmışdır. Şəhriyar mübahisə zamanı orada olmamış, o, yalnız idarə etdiyi avtomobillə gələrək onları aparmışdır. Hadisə zamanı o, xəsarət almamış və məhkəmə -tibbi ekspertizasından keçmək istəməmişdir. O, Elçin və İbadət adlı şəxsləri vurduğu bıçağı həmin hadisədən bir neçə gün əvvəl almış, meyvə doğramaq üçün üzərində saxlamışdır. Hadisədən sonra isə o, həmin bıçağı yolda gedərkən atmışdır. Həmin yeri təxmini göstərmişdir. O, ümumiyyətlə İbadət adlı şəxsi vurmaq istəməmiş, onu təsadüfən qaçarkən bıçaqla vurmuş, lakin Elçin adlı şəxsi isə niyyəti öldürmək olmamış, sadəcə onu qorxuzmaq və özünü müdafiə etmək məqsədi olmuşdur. O, etdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. Həmin bıçaq açılıb-bağlanan, açılarkən təxminən 20 sm., olmuş, dəstəyinin rəngi niker, ağ dəmir rəngində olmuşdur. O, mübahisə edərkən onun yanında Sədulla, Fikrət, Məhəmmədəli, digər tərəfdən isə Elçin, qardaşı Əli, adı ona istintaqda məlum olan İbadət və tanımadığı çoxlu sayda adam olmuşlar. Fikrət, Şəhriyar, Məhəmmədəli adlı şəxslərin harada olması barədə onun heç bir məlumatı olmamış, o, hadisə günündən sonra Fikrət, Şəhriyar, Məhəmmədəli adlı şəxsləri görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 099 çay evini tanımış və həmin çay evində olmuşdur. Hadisə günü orada olmamışdır. Onu idarədən idarəyə yaxınlaşması üçün çağırmış və izahat verməli olduğunu bildirmişlər. O adının siyahıya kim tərəfindən yazıldığını bilmədiyini və təqsirləndiilən şəxsi tanımadığını söyləmişdir. İdarədə izahat vermişdir. Ondan həmin çay evində olub-olmadığını soruşan zaman çay evində olmadığını bildirmişdir. Hadisədən sonra eşitmiş və xəstəxanaya getmişdir. O, Təqsirləndirilən şəxs tanımamışdır. İfadəsində olan imza ona məxsusdur. Zərərçəkmiş şəxs1 onun qohumudur. Onun qulağına qohumunun başına gələnlər çatdığına görə xəstəxanaya getmişdir. O, hadisədən sonra belə bir dava düşdüyünü eşitmişdir. Elçin orada bıçaqla vurulmuşdur. Ondan sonra xəstəxanaya getmişdir. İbadət adlı şəxsi tanımamışdır. Bibisi oğlunu kimin vurduğunu bilməmişdir. Həmçinin Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evini işlətmişdir. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə təxminən saat 23 radələrində o, işdən gəldikdən sonra bibisi oğlu Elçinin işlətdiyi çay evinə istirahət etmək üçün getmişdir. Həmin vaxt o, çay evinin qarşısında nəsə sözlə mübahisə olduğunu və tanımadığı şəxslərlə Elçinin sözlə mübahisə ediklərini görmüşdür. O, onlara yaxınlaşıb nə baş verməsini öyrənmək istədikdə birdən gözlənilmədən ara qarışmış və hərə bir tərəfə qaçmağa başlamışdır. Bu zaman o, görmüşdür ki, Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və harasa aparmışlar. Həmin vaxt kassir Asif bildirmişdir ki, Elçini bıçaqla vurublar. Bundan sonra o, da idarə etdiyi avtomobilə əyləşərək Elçinin arxasınca xəstəxanaya getmişdir. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadət adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, o, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmişdir. O, həmin yerə yaxınlaşanda artıq Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını və Xaliq, Qəhrəman və Əlinin onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür Həmin mübahisənin şahidlərindən tanımadığı şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid16 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi yaxşı bir insan kimi tanımışdır. Təqsirləndirilən şəxslə onlar qohum olacaqmışlar. Bacısı təqsirləndirilən şəxsin nişanlısı olmuşdur. Hadisə olan vaxtı özü orada olmamışdır. Hadisə o gedəndən sonra baş vermişdir. Həmin günü o, tədbirə gəlmişdir. Hadisənin üstündən üç il keçdiyinə görə tam detallı olaraq xatırlamamışdır. Tədbirdə iştirak etdiyi kameradan da təsdiq olunmuşdur. Mübahisə masaya gülün gəlməsi üstündə baş vermişdir. Hadisənin əsas səbəbi qısqanclıq üstündə olmuşdur. Gül göndəriləndən sonra da oradan ayrılmışdır. Həmin masada özü, Aişə və digər xanımlar da olmuşdur. Gülü bir qız gətirmiş və masaya qoymuşdur. Gülü gətirən xanım gülün kim tərəfindən göndərildiyini deməmişdir. Sonradan Təqsirləndirilən şəxs masaya gülün gəldiyini bilmişdir. Daha sonra o, bıçaqlaşma olduğunu eşitmişdir. Kiminsə əlində bıçaq olmasını görməmişdir. Sədullanın əynində qan ləkəsinin olmasını görməmişdir. Onların masalarına qonşu masadan kiminsə yaxınlaşmasının şahidi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, O, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 6 ünvanında yaşayır. X28 və Aynisə Əsədova adında 2 övladı vardır. Onlardan Fikrətin 15, Aynisənin isə 16 yaşı vardır. Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bacısı İlahənin qızı Ayşə Məmmədova ilə nişanlanmış və 28 iyun tarixində nişan mərasimi keçirməyə hazırlaşmışlar. X9 05 iyun tarixdə 5 yaşı tamam olduğundan İlahə oğluna Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzində ad günü tədbiri keçirmək qərarına gəlmişdir. Buna görə də yaxın dost-tanışını həmin gün saat 20-də "Ləman” istirahət mərkəzinə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:30 radələrində o, “Ləman” istirahət mərkəzinə gəlmişdir. Uşqaları isə bacısı İlahə ilə birlikdə gəlmişlər. O gəldikdə artıq qonaqlar səhnənin qarşısında olmaqla 2 masada əyləşmişlər. Həmin masalardan birində qadınlar, digərində isə kişilər əyləşmişlər. Təxminən saat 24 radələrində qonaqların bəziləri getmiş, o, oğlu Fikrət, qızı Aynisə, xalası oğlu Xəyal Bayramlı, bacısı Şahid20, qızı Ayşə İsmayılova, oğlu Mamed İsmayılov, əmisinin arvadı Gülnarə, azyaşlı əmisi oğlanları Ötərxan, Kənan, İlahənin tanışı Ramiz və Sədulla restoranda əyləşmişlər. Qonaqlardan Şahid23 təxminən 15 dəqiqə əvvəl restorana gəlmişdir. Ramiz kişilər olan masada Sədulla, Xəyal, Fikrət, Ötərxan və Kənan ilə əyləşmişdir. O isə qadınlar əyləşən masada Ayşənin yanında əyləşmişdir. Bu zaman onların oturduqları masaya 2 ədəd qızılgül gətirilmişdir. O, gülsatan qıza ehtiyac olmadığını və həmin gülləri götürməsini bildirmişdir. Gül satan qız həmin gülləri götürsə də, bir qədər sonra yenidən gülləri gətirmiş və güllərdən birini ona, birini isə Ayşə çatmalı olduğunu demişdir. O həmin güllərin kim tərəfindən göndərildiyini bilməmişdir. Bu zaman yoldaşı tərəfindən onun telefonuna zəng gəldiyindən o, kənara çəkilərək telefonla danışmış və yoldaşının tələbi ilə evinə gəlmişdir. İlahəgil də ad günündən çıxaraq onların evə gələcəklərindən uşaqları İlahənin yanında qalmışdır. O, yolda olarkən qızı Aynisə ona mesaj yazaraq restoranda dava düşdüyünü bildirmişdir. O, hadisənin onların masalarına gələn gülə görə baş verdiyini ehtimal etdiyindən qızından bu barədə soruşmuş və qızı da bunu təsdiqləmişdir. Uşaqları taksi ilə evə gəldikdən sonra o öyrənmişdir ki, Ayşəyə göndərilən gülə görə Sədulla yan masada əyləşən şəxslərlə dalaşaraq, onları bıçaqlamışdır. Hadisə baş verəndən sonra onların masalarına güllərin Həmid adlı şəxs tərəfindən göndərildiyini öyrənmişdir. Onların əyləşdikləri masada tort olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid17 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. O, təqsirləndirilən şəxslə sözlü olmuşdur. Hadisənin üstündən iki il keçmişdir. Çox detallar yadında qalmamışdır. Həmin gün ona gül gəlmişdir. Təqsirləndirilən şəxs da gülün gəldiyini bilmişdir. Daha sonra həmin gülü göndərən şəxsə yaxınlaşmışdır. Onunla nə danışdıqlarını bilməmişdir. Ondan sonra dava başlamışdır. Bir-birilərinə stollar atmışlar. Hərə bir tərəfə qaçmışdır. Nələrin baş verdiyini bilməmişdir. Daha sonra hamısı arxaya çəkilmişlər. Daha başqa bir şey görməmişdir. Masanın üstündən Təqsirləndirilən şəxs bıçaq götürməsini görməmişdir. Onlar o biri tərəfdə dayanmışlar. Hadisə vaxtı bıçaqlaşma olmuşdur. O, bıçaqlaşmanı gözü ilə görməmişdir. Bıçaqlaşmadan sonra Təqsirləndirilən şəxs onların avtomobillərinə tərəf gəlmişdir. Həmin vaxtı hamı şokda olmuşdur. Daha sonra anası ona Təqsirləndirilən şəxs əynində olan köynəkdə qan izi görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə mübahisə edən şəxslərin bıçaqlandıqlarını eşitmiş, amma görməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid20 onun doğma anasıdır. Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onunla nişanlanmış və 28 iyun tarixində nişan mərasimi keçirməyə hazırlaşmışlar. Qardaşı Mamedin 05 iyun tarixində 5 yaşı tamam olduğundan anası Mamedə Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzində ad günü tədbiri keçirmək qərarına gəlmiş, buna görə də yaxın dost-tanışını həmin gün saat 20-də “Ləman” istirahət mərkəzinə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs, o və anası İlahə birlikdə “Ləman” istirahət mərkəzinə gəlmişlər. Onlar gəldikdə artıq qonaqlar səhnənin qarşısında olmaqla 2 masada əyləşmişlər, həmin masalardan birində qadınlar, digərində isə kişilər əyləşmişlər. Təxminən saat 24 radələrində qonaqların bəzisi getsə də, o, anasının xalası oğlu Xəyal Bayramlı, xalası Şahid16, oğlu Fikrət, qızı Aynisə, anasının əmisinin arvadı Gülnarə, azyaşlı oğlanları Ötərxan, Kənan, anasının tanışı Ramiz, Sədulla restoranda əyləşmişlər. Qonaqlardan Şahid23 təxminən 15 dəqiqə əvvəl restorana gəlmişdir. Ramiz kişilər olan masada Sədulla, Xəyal, Fikrət, Ötərxan və Kənanla əyləşmiş, Sədulla tez-tez onların masasına gələrək onun yanında əyləşib söhbət etmiş, hətta onun yanında olanda gül satan qızdan onun üçün bir ədəd gül də almış, təxminən 10-15 dəqiqə sonra gül satan qız ona yaxınlaşaraq iki ədəd gül gətirmiş, Sədulla qısa müddət əvvəl ona gül aldığından o, bir qədər tutulmuş və nə baş verdiyini başa düşməmiş, buna görə də güllərə toxunmayaraq stolun üzərinə qoymuş, gül satan qız yandakı masaya tərəf gedərək orada başda əyləşmiş bir nəfər oğlanla danışıb, yenidən onun yanına gələrək güllərin ona çatmalı olduğunu demişdir. O, qızdan gülləri kimin göndərdiyini soruşduqda, gül satan qız yandakı masada başda əyləşmiş oğlanı ona göstərib, güllərin həmin şəxs tərəfindən göndərildiyini bildirmiş, Sədulla ona gül göndərildiyini gördüyündən o, xalası qızı Aynisədən Sədullaya yaxınlaşmağını, onluq bir şey olmadığını, güllərin yan masadan göndərildiyini deməsini xahiş etmiş, Aynisə Sədullaya bunları dedikdən sonra Sədulla öz ona yaxınlaşaraq gülü kim göndərdiyini soruşmuş, o, Sədullaya gülün kim tərəfindən göndərildiyini bilmədiyini demiş, bundan sonra Sədulla gül satan qıza yaxınlaşaraq gülü göndərən şəxsi dəqiqləşdirmiş və yanda olan masada baş tərəfdə əyləşən, üzərində gül təsvirləri olan, göy rəngli qısaqol köynəkli, “çolkalı” bir oğlana yaxınlaşmış, Sədullanın həmin oğlanla nə danışdığını eşitməsə də, birdən birə həmin oğlanın yanında əyləşən qara rəngli qısaqol köynək geyinmiş oğlan yanında olan boş stulu götürüb Sədullanın başına çırpmış, Sədulla həmin oğlanla əlbəyaxa dalaşmağa başlamış, həmin oğlanın yanında əyləşən oğlanlar da Sədullanı döyməyə başlamışlar, əyləşdikləri masalardan isə heç kəs Sədullaya kömək etməmiş, restoranda olan ofisiantlar və digər müştərilər Sədulla ilə digər şəxsləri aralamağa, sakitləşdirməyə çalışırdırmışlar. O və anası İlahə də Sədullanı digər şəxslərdən aralamağa çalışmışlar, Sədulla həmin şəxslərlə dalaşa-dalaşa restoranın nisbətən sakit yerinə, kabinetlər olan tərəfinə getmişlər. Ona isə xalası qızı Aynisə Sədullanın ardınca getməyə imkan verməyərək qıraqda saxlamış, bir qədər keçdikdən sonra səs-küy düşdüyünü, Sədullanın dalaşdığı şəxslərdən ikisini bıçaqladığını eşitmiş, təxminən 10-15 dəqiqə sonra isə hadisə yerinə polislər gəlmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid18 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onlar restoranda oturmuş və yemək yemişlər. Daha sonra gül üstündə dava düşmüşdür. Sonradan masaya gül göndərilməsi üstündə dava olduğunu bilmişdir. Həmin davada kiminsə kimsəni vurmasının şahidi olmamışdır. Dava düşən zaman onun fikri davada olmamışdır. Həmin vaxtı o, stolda olmamış və geri qayıdandan sonra dava anidən düşmüşdür. O, əllərini yumaq üçün masadan ayrılmışdır. O, sonradan onların masasından başqa bir masaya gül göndərilməsini eşitmişdir. Davanın kimlər arasında olduğunu bilməmişdir. O, qarşı tərəfi tanımamışdır. O, zərərçəkmiş şəxslərin masasında olmuşdur. Zərərçəkmiş şəxs3 xəsarət almışdır. Sonradan Həmidin bıçaqlanmasını eşitmişdir. Öz masalarından onların masasına kiminsə yaxınlaşmasının şahidi olmamışdır. Hadisənin üstündən illər keçdiyinə görə detallı şəkildə xatırlamasa da, verdiyi ifadəni təsdiq etmişdir. Əvvəldən sona qədər orada olmuşdur. O, dava başlayanda orada olmamış, lakin sonradan orada olmuşdur. O, Həmidin köynəyinin qan olduğunu görmüşdür. Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində dostları ilə yeyib-içmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Ləman” istirahət mərkəzinin restoranına gəlmişlər. Ondan başqa yanında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Rüfət, Mustafa adlı oğlanlar, Vəfa və Rəvanə adlı qızlar da olmuşdur. Təxminən saat 23 radələrində bir nəfər sonradan adının Sədulla olduğunu bildiyim ağ paltarlı, saqqallı oğlan stolun baş tərəfində əyləşmiş Həmidə yaxınlaşıb nə isə dedi, onun başı qarışıq olduğundan onların nə barədə danışdıqlarını eşitməmiş, bir qədər sonra Sədulla Həmidi qırağa çəkib söhbət etmək istəmiş, artıq həmin oğlanın yanında bir nəfər qara paltarlı və qara kepkalı oğlan da dayanmış, bu zaman anidən həmin şəxslər Həmidi vurmağa başlamışlar, Namid Həmidə kömək etmək istədiyindən həmin şəxslər Namidin də üzərinə hücum etmişlər. Sədulla adlı şəxs bu zaman cibindən çıxardığı qara rəngli bıçağı Həmidə tərəf doğruldub vurmaq istəmiş, lakin Namid və Həmid orada olan stulları Sədullanın üzərinə atmaqla Sədullanın uzaq durmasına çalışmışlar, sonuncu əlindəki bıçaqla Həmidin qoluna bir neçə xəsarət yetirdikdən sonra, Namidi orada qovalamağa başlamış, ətrafda heç kəs Sədullanı sakitləşdirə bilməmiş, Namid Sədulladan qaçan zaman onun yanındakı oğlanlardan birinin Həmidi yumruqla vuraraq yerə yıxdığını görmüş, ardınca ətrafdakı insanlar Sədullanı tutaraq Namidi qovalamasınm qarşısını almışlar. Həmidi isə Sədullanın tanışlarından biri, qara köynəkli və qara papaqlı olan oğlan avtomobillərin parklandığı yerə tərəf çəkib söhbət etmiş, sonuncu Namidi bıçaqla vurmasın deyə Namid dəniz qırağına tərəf qaçaraq Sədulladan uzaqlaşmış, ardınca Sədulla və yanındakı şəxslər Həmidi restoranın qəlyənxanasınm arxasına çəkib söhbət etməyə başlamışlar. O, onları ayırmaq üçün qəlyanxananın arxasına gəldikdə Sədullanın və yanında əyləşmiş iki nəfər qara “kepkalı” şəxsin Həmidi əhatəyə alıb döydüklərini görmüş, həmin şəxslərdən birinin yumruq zərbəsi nəticəsində Həmid yerə yıxılmış, sonuncu Həmidə yaxınlaşıb kömək etmək istəyən zaman, Həmidin paltarının qan olduğunu görmüş, elə bu vaxt Həmid avtomobilin yanında dayanıb onu səsləyərək bıçaqlandığını demiş, o, cəld Namidin yanma qaçmış və Namidin yanma gəldikdə paltarının qan olduğunu gördmüş, bundan sonra Rüfət, o və Namidi avtomobilinə əyləşdirib Bakı şəhərinə, 1 saylı şəhər klinik xəstəxanasına gətirmişlər. Onların ardınca isə Mustafa Həmidi avtomobilinə əyləşdirərək 1 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid22 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisənin üstündən iki il keçmişdir. Tam yadında deyil. Onlar orada xanımlarla oturmuşlar. Hadisə olan vaxtı o, ayaqyolunda olmuşdur. O gələn ərəfədə dava başlamışdır. Davanın nə üstündə başlamasından xəbəri olmamışdır. Kiminsə kimisə vurmasını və döyməsini görməmişdir. Qan görəndə artıq onların artıq vurulduğunu bilmişdir. İbtidai İstintaq zamanı ifadə verərkən ona təzyiq edən və ifadəni bu cür yaz deyən olmamışdır. Yazdığı ifadəsinin altından imzalamışdır. O, zərərçəkmiş şəxslərin stolunda oturmuşdur. Həmin vaxtı o, Şahid18 ilə bir yerdə olmuşdur. O gələndə artıq dava başlamışdır. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 xəsarət almışdır. Sonradan onların bıçaqlandığını eşitmişdir. Davanın necə başlandığını görməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə, günorta saatlarında Xəyalə və Rəvanə ilə danışaraq axşam saatlarında Sumqayıt şəhərində, Novxanı qəsəbəsində restoranda yeyib-içməyi planlaşdırmışlar. Bundan sonra axşam saatlarında o, özü taksi ilə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzinə getmişlər, həmin vaxt orada Xəyalə və Rəvanə olmuş, onlar ikisi əyləşmişlər. Bir neçə dəqiqə sonra Xəyalənin sevgilisi Zərərçəkmiş şəxs4 və ortaq dostları Həmid, Rüfət və Mustafa gəlmişlər. Onlar bundan sonra spirtli içki qəbul etmişlər, Rəvanə, Namid və Rüfət isə spirtli içki qəbul etməmiş, bir neçə saat sonra o, stolda davadalaş olduğunu görmüş, tanımadığı şəxslərlə Namid və Həmid mübahisə etmişlər. Həmid bu zaman 2 dəfə yerə yıxılmış, o, sərxoş olduğundan həmin anı dəqiq xatırlaya bilmir, o və X19 yanında dayanmışlar. Həmin şəxslər Namidi və Həmidin ardınca düşüb restoranın dayanacağı tərəfə qovmuşlar, aralarında çəkişmə olmuş və həmin vaxt Namidin əli ilə sol tərəfini, Həmid isə əli ilə qarın nahiyəsini tutmuş, o, yaxınlaşan zaman Həmidin paltarlarının qan olduğunu görmüş, bundan sonra Namid, Xəyalə və Rüfət sonuncunun avtomobili ilə, Həmid və o isə Mustafanın avtomobli ilə X22 getmişlər. Bir neçə dəqiqə sonra Rəvanə X22 gedib Xəyalənin telefonunu ona qaytarmışlar, bir müddət orada qalandan sonra o, özü taksi ilə evə qayıtmış, səhərisi gün hadisə barədə maraqlanan zaman Həmidin qarşı stolda əyləşən hansısa xanıma gül göndərdiyini, bundan sonra hansısa oğlanın stola gələrək Həmidə bu barədə irad bildirdiyini, bundan sonra mübahisə baş verdiyini, baş vermiş mübahisə zamanı həmin oğlanın Həmidi və Namidi bıçaqladığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisənin üstündən iki ildən artıq müddət keçdiyinə görə təqsirləndirilən şəxsin üzünü tam xatırlamadığını bildirmişdir. Restoranda əyləşmiş və yemək yemişlər. Arada bir başını qaldıraraq ətrafa baxmışdır. Masaya gül göndərildiyini öyrənmişdir. Daha sonra bir bəyin masaya yaxınlaşmasını ondan sonra isə tərəflərin birbirinə girdiklərini görmüşdür. O həmin an qorxduğu üçün çatnasını götürərək restoranın arxa divar tərəfində dayanacaqda saxlanılmış avtomobillərin arxasında gizlənmişdir. O heç tərəfləri aralamağa çalışmamışdır. O, Zərərçəkmiş şəxs4 qaçdığını görmüşdür. Hadisənin hansı səbəbdən baş verdiyini danışan şəxslərdən sonradan hadisənin baş vermə səbəbini öyrənmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid18 onun tanışıdır. Vəfanı isə Xəyalənin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs4 isə Xəyalənin vasitəsi ilə tanımış, belə ki, Namid Xəyalənin sevgilisi olmuş, Həmid, Rüfət və Mustafanı isə hadisə olan gün tanımışdır. 05.06,2022-ci il tarixdə, saat 20 radələrində Xəyalə ona zəng edərək yemək yemək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Ləman” istirahət mərkəzinin restoranına dəvət etmiş, həmin vaxt Xəyalənin deməsinə görə orada ancaq qızlar olmalı imiş, oraya getmiş və bir müddət sonra stola Həmid, Namid, Rüfət və Mustafa adlı şəxslər də gəlmişlər. Həmin şəxsləri Xəyalə çağırmı, oğlanlar gələndən sonra o, Xəyaləyə narazılıq etmiş və telefonla oynamağa başlamış, bu zaman başı aşağıya olmuş və stola kiminsə yaxınlaşmasını görməmiş, ani bir məqamda stolda səs-küy gəlmiş və bir neçə şəxsin bir-birilərini vurduğunu görmüş, həmin dava-dalaşda stolda əyləşən şəxslər də olmuş, o, qorxduğundan dərhal çantanı götürüb ayaqyolu tərəfə getmiş, oradan baxan zaman Namidin qaçdığını, bir nəfər şəxsin isə onu qovaladığını görmüş, bundan başqa bir neçə nəfər şəxs də mübahisə etmiş, həmin vaxt Xəyalə onların yanında olmuş və mübahisə edən şəxsləri sakitləşdirmək istəmiş, o, Xəyaləyə yaxınlaşıb onu oradan uzaqlaşdırmaq istəsə də Xəyalə oradan çəkilməyərək aralamağa çalışmışdır. O, bundan sonra restoranın dayanacağında olan avtomobillərin arxasında gizlənmiş, bir müddət sonra polis əməkdaşları gəlmişlər və həmin vaxt avtomobillərin arxasından çıxmış, Xəyalənin telefonu onda qalmış və kimsə zəng etmiş, o, telefonu açıb Xəyalənin harada olduğunu soruşmuş, həmin şəxs isə onların X22 getdiklərini demişlər. Bundan sonra o, taksi sifariş etmiş və X22 getmişdir. Orada telefonu Xəyaləyə verəndən sonra evə getmiş, o, telefonu verən zaman ümumi söhbət zamanı ona məlum olmuşdur ki, stolda əyləşən oğlanlardan kimsə başqa stolda əyləşən qıza gül göndərmiş, həmin qızın nişanlısı isə Namid və Həmidi bıçaqla vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 099 çay evində dava-dalaş olduğunu xatırlasa da, hadisənin detallarını tam xatırlaya bilməmişdir. O həmin çay evinə yeyib-içmək üçün getmişdir. Zərərçəkmiş şəxs1 tanımışdır. O gələndə klubun qarşısında avtomobilə minmişlər. Aləm bir-birinə qarışmışdır. Onlar kluba gəlmiş və dava-dalaş olduğunu görmüşlər. Ondan sonra oradan çıxmışlar. O həmin davada olmamışdır. Onlar avtomobildən düşəndə Zərərçəkmiş şəxs1 avtomobili oradan getmişdir. Sonradan da kimin kimi vurmasını bilməmişdir. Gecə onlar avtomobildən düşmüşlər. Onlar soruşanda dava olduğunu demişlər. Mübahisə getməsini orada görməmişdir. Zərərçəkmiş şəxs1 avtomobilə minməsinin və xəstəxanaya aparılmasının şahidi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 1 il olar ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «Qaraj Azərbaycan» avtoservisində motorist işləmişdir. Zərərçəkmiş şəxs1 təxminən 6-7 il olar ki, tanımışdır, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, Elçin Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evini işlətmişdir. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə o, çay içmək məqsədi ilə Elçinin işlətdiyi obyektə gəlmişdir. Təxminən saat 23 radələrində o, çay evindən çıxıb orada yerləşən marketə siqaret almaq üçün daxil olmuş, o, marketdən çıxanda görmüşdür ki, çay evinin qarşısında nəsə sözlə mübahisə vardır. O, çay evinin yaxınlaşdıqda görmüşdür ki, tanımadığı şəxslər Elçinlə mübahisə edirlər və az keçməmiş ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamışdır. Bu zaman o, görmüşdür ki, Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və onlar birlikdə Elçini xəstəxanaya aparmışlar. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadət adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, sonradan eşitdiyinə görə həmin şəxslər Elçinin işlətdiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra çay evinin müdiri Elçin həmin yerə gələndə həmin şəxslər Elçinlə sözlə mübahisə yaratmışlar. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmişdir. Hətta o, sonradan görmüşdür ki, həmin şəxslər Elçinin işlətdiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. O, çay evinin qarşısına yaxanlaşanda həmin tanımadığı şəxslər Elçinlə sözlə mübahisə etmişlər və anidən ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, hətta həmin şəxslər əllərində daş, taxta və armaturla hamının üzərinə getmişlər. Bundan sonra o, Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını görmüş və ona yaxanlaşaraq Xaliq, Rəşad və Əlinin köməkliyi ilə onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin mübahisənin şahidlərindən tanımadığı şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid23 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Ləman restoranında baş verən hadisənin üstündən uzun müddət keçmişdir. O həmin vaxt ifadəsində də baş verənləri qeyd etmişdir. O həmin restorana çatmış və bir dəqiqədən də az bir müddətə stolda əyləşmişdir. Bundan sonra aləm qarışmışdır. Qapının ağzında polislər onu aparmışlar. Sədullanı o, ümumiyyətlə, tanımamış və şəxsin kimisə bıçaqla qovalamasının da şahidi olmamışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluğu olmuşdur. O, restoranda olarkən mübahisənin baş vermə səbəbinin şahidi olmamışdır. Onun restorana çatmağı ilə dava başlamışdır. Ləman restoranına həmin günü ad günü ilə əlaqədar getmişdir. Onun 44 yaşı vardır. Hal-hazırda işləmir. Həmçinin Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı İlahə ona övladına ad günü keçirtdiyini və buna görə onu Ləman istirahət mərkəzinə dəvət etmiş, o da həmin gün saat 21 radələrində Ləman istirahət mərkəzinə getmiş, orada İlahənin qohumları, övladları və tanışları olmuş, qadınlar ayrı masada kişilər isə ayrı masada əyləşmişlər. Kişiləri həmin vaxt tanımamış, sonradan bilmişdir ki, orada olan Sədulla İlahənin qızının nişanlısıdır. O, əyləşəndən bir neçə dəqiqə sonra Sədulla ayağa durub digər masaya keçmiş və əyləşən şəxsi ayağa qaldırıb söhbət etmiş, bundan sonra dava-dalaş başlamış, Sədulla həmin masada əyləşən şəxsləri bıçaqla qovalamış, restoranda əyləşən şəxslər hamısı ayağa qalxaraq qaçmağa başlamışlar. Sədullanı heç kim sakitləşdirə bilməmiş, sonuncu əlində bıçaq həmin masada əyləşən onun tanımadığı şəxsləri qovalamış, bundan sonra Sədulla həmin şəxslərdən ikisini bıçaqlamış və orada olan şəxslər çətinlikdə Sədullanı sakitləşdirmişlər. Sonradan bilmişdir ki, həmin masada əyləşən şəxs Sədullanın nişanlısına gül göndərmiş, Sədulla da bunu biləndən sonra həmin masaya söhbət etməyə getmiş və həmin masada olan iki nəfər şəxsi bıçaqlamışdır. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişlər və orada olduğundan onu də aparmışlar. Bundan sonra Sumqayıt şəhər prokurorluğunda şübhəli şəxs qismində saxlanılmış, sonra isə günahsız olduğu bilinəndən sonra azad edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid15 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. Hadisənin üstündən iki il keçmişdir. O, Ləman restoranında gül işində işləmişdir. Həmin günü də çörək pulu qazanmaq üçün getmişdir. O, hadisənin tərəflərini tanımamışdır. Onun fikrincə hadisə gülə görə baş verməmişdir. Hadisənin baş vermə səbəbini dəqiq bilməmişdir. Heç bir şey görməmişdir. Hadisə yerində bir az qalmaqal olmuşdur. Ondan sonra onlar çıxmış və evə gəlmişlər. O həmin restoranda həmin vaxt masalara gül paylamışdır. Masaya gül göndərilmişdir. Neçə gül və hansı masaya göndərildiyini dəqiq xatırlamamışdır. Ondan masaya gül qoyulması xahiş olunmuşdur. O masaya gül qoymaq istəyəndə kök xanım həmin gülü götürmüşdür. Göndərilən gülün pulunu kimin ödəməsi onun yadında deyil. Onu ofisiant çağırmışdır. Gülün üstündə baş verən mübahisəni xatırlamamışdır. Ona iclasdan əvvəl təzyiq və təsir olunmamışdır. Onların gül paylamaq vaxtları tez bitir. Gülü verəndən sonra dərhal uzaqlaşmışlar. Bir az qalmaqalın şahidi olmuşdur. Restoranda adam sayı çox olmuşdur. Mübahisə edən şəxslərin sayı az olmuşdur. Ləman restoranının yiyəsinin oğlu onu ifadə verməyə aparmışdır. İbtidai istintaq zamanı ona təzyiq olunmamışdır. İfadəsinə imza çəkməsini demişlər və o da imza çəkmişdir. O heç kimin əlində bıçaq görməmişdir. O həmin vaxtı orada olmamışdır. Onun əlindən güllər alınmışdır. Əlindən neçə gül alındığını xatırlamır. O həmin xanıma güllərin ona göndərildiyini demişdir. İfadəsini xatırlamamışdır. Onun yaddaş zəifliyi vardır. O epilepsiya xəstəsidir. Mübahisə başlayan zaman orda olmamışdır. Güllərin kimin tərəfindən göndərildiyini ondan soruşan oğlanı xatırlamamışdır. İfadə verən zaman düzgün ifadə vermişdir. Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə mən ilk iş günümdə saat 20-də “Ləman” istirahət mərkəzin gül satışına başlamış, təxminən saat 21 radələrində səhnənin mərkəzində 5-6 qızın və 3-4 nəfər oğlanın əyləşdiyi masadan bir nəfər stolun baş tərəfində əyləşmiş, “çolkalı” oğlan onu çağıraraq, masasında əyləşmiş bütün qızlara gül verməsini söyləmiş, o, həmin oğlanın dediyi kimi bütün qızlara gül vermiş, təxminən saat 23 radələrində həmin oğlan onu yenidən çağıraraq qarşılarında 5-6 nəfər qadının əyləşdiyi masanı göstərib, aralarında nisbətən cavan olan 2 qıza gül aparmasını demiş, həmin qadınlardan biri sarı saçlı olmaqla yaşıl rəngli paltar, digəri isə qara saçlı olmaqla qara rəngli paltar geyinmiş, o, sonuncu 4 gülünü satmaq üçün ilk öncə ağ paltarlı qıza yaxınlaşaraq yan masadan gül göndərildiyini bildirib gülləri uzatmış, bu zaman ağ paltarlı qızın yanında əyləşmiş yaşıl paltarlı qız gülləri onun əlindən alaraq həmin güllərin özü üçün göndərildiyini bildirmiş, bundan sonra o, həmin masadan ayrılmış və “çolkalı” oğlandan gülün pulunu almaq üçün yaxınlaşmış, oğlan qızların masasına boylanaraq nə üçün ağ paltarlı qıza gül vermədiyini soruşmuş, o isə hər iki qıza gül verdiyini lakin yaşıl paltarlı qızın ağ paltarlı qızdan gülləri alaraq özü üçün göndərildiyini dediyini söyləmiş, bundan sonra oğlan ona heçnə deməyərək 24 manat güllərin pulunu vermiş, təxminən 10 dəqiqə sonra həmin qadınların əyləşdiyi masanın aşağı tərəfində əyləşmiş masada bir nəfər saqqalı, ağ rəngli paltarlı oğlan ona yaxınlaşaraq qolunu bərkdən sıxaraq “çolkalı” oğlanın əyləşdiyi masanı göstərərək masada əyləşənlərin dostu olduğunu bildirmiş, ardınca ondan qadınlara gül göndərəni göstərməsini demiş, bu zaman yanında həmin oğlanın tanışı olan bir nəfər də qara paltarlı və qara “kepkalı” oğlan da yaxınlaşmış, o, onlara gül göndərən şəxsi göstərmiş, saqqallı oğlan göstərdiyi “çolkalı” oğlana yaxınlaşaraq onu söhbət etməyə çağırmış, gülləri satıb qurtardığı üçün artıq getməyə hazırlaşmış, bu zaman anidən qarışıqlıq düşmüş və ona yaxınlaşan saqqallı oğlanın “çolkalı” oğlanla və bir neçə adamla dalaşdığını gördmüş, dava düşdüyünü gördüyündən dərhal oradan uzaqlaşaraq getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid14 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisə vaxtı o həmin restoranda ofisiant işləmiş və təqsirləndirilən şəxsi oradan tanımışdır. İfadəsində də qeyd etdiyi kimi masaya özü qulluq etmişdir. Hadisə zamanı orada olmamış, yəni kənarda dayanmışdır. Başqa heç bir məlumatı olmamışdır. İstintaqda ifadə verən zaman onu döyən və ifadə verməsinə təsir edən olmamışdır. Hadisə ifadə verdiyi kimi olmuşdur. İstintaqa verdiyi ifadə düzgündür. Restoranın içərisində olmuşdur. Heç bir yerə də çıxmamışdır. Həmin vaxt ona zəng gəlmiş və ifadə vermək üçün dəvət olunmuşdur. Hadisə vaxtı hamı topalaşdığına görə kənarda dayanmışdır. Camaat səsə toplaşmışdır. O da sonradan belə bir hadisənin olduğunu bilmişdir. O indi də kimi kimin vurduğunu bilməmişdir. O hər hansı bir şəxsin əlində bıçaq olmasını görməmişdir. Masada olan şəxslərin sayı yadında deyildir. O, masaya qulluğunu edəndən sonra masanın yanında dayanmamışdır. Çağırılandan sonra masaya yaxınlaşmışdır. Kənar masadan qulluq etdiyi masaya kiminsə yaxınlaşmasını görməmişdir. Restoran böyükdür. Orada masaların sayı çoxdur. Eyni zamanda o təkcə bir masaya qulluq etməmişdir. Kənarda dayandığına görə kimə xəsarət yetirilməsini görməmişdir. Şahid20 kim olması onun yadına gəlməmişdir. Adminstratorun deməyinə görə xanımların və bəylərin masaları ayrı olmuşdur. İfadəsinin düzgünlüyünü təsdiq etmişdir. İşçilərdən kiminsə davanı ayırması onun yadında deyildir. Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzində ofisiant işləyir, Şahid20 adlı qadın xx.xx.2022-ci il tarixdə oğluna adgünü tədbiri keçirmək məqsədilə “Ləman” istirahət mərkəzinin restoranında səhnənin qarşısında olmaqla, stol sifariş etmiş, təxminən saat 20 radələrində Şahid20 ona masaları ayırmağı, biri masada kişilərin, digərində isə qadınların əyləşəcəyini bildirmiş, o da Şahid20 dediyi kimi edərək, masaları ayırmış, buna baxmayaraq hər iki masaya o, qulluq etmiş, kişilər əyləşən masada təxminən 3-4 nəfər, qadınlar əyləşən masada isə təxminən 5-6 qadın və uşaq əyləşmiş, qulluq etdiyi ərəfədə kişilər əyləşən masadan Şahid20 və digər qadınların əyləşdiyi masaya bir neçə ədəd gül göndərilmiş, lakin təxminən saat 23 radələrində İlahəgilin masasına daha iki ədəd gül göndərilsə də, o, həmin güllərin kim tərəfindən göndərildiyini bilməmiş, o, İlahəgilin masalarından təxminən 3-4 metr aralıda dayanmış, təxminən saat 24 radələrində İlahəgilin masasının arxasındakı masada dava-dalaş düşdüyünü görmüş, onun fikri İlahəgilin masasında olduğunda dava-dalaşın necə başlamasını görməmiş, diqqətlə baxdıqda dalaşanların İlahəgilin masasında əyləşmiş kişilər olduğu, digərlərinin isə tanımadığı şəxslər olduğunu görmüşdür. O, dava-dalaş düşdüyünü gördüyü üçün oradan uzaqlaşmış, müdaxilə etməmiş, həmin adamlar birbiriləri ilə dalaşdıqdan sonra ofisiantlar və digər müştərilər onları ayırmışlar və həmin şəxslər restoranın qəlyanxanasımn arxa tərəfinə gedərək mübahisələrinə orada davam etmişlər. O, digər masalarda əyləşən müştərilər getməsin deyə masaların başında gözləmiş və mübahisənin davam etdiyi qəlyənxanamn arxa tərəfində getməmiş, lakin təxminən 5-10 dəqiqə sonra qaçaqaç düşdüyünü görmüş və kiminsə bıçaqlandığını eşitmişdir. Təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 099 çay evində qaranlıq vaxtı mübahisə düşmüşdür. Ara qarışmışdırdı. Aşağı düşmüşlər. Mübahisə onun bildiyinə əsasən hesab üstündə baş vermişdir. Həmin çay evində o, kassir vəzifəsində işləmişdir. Kimin kimi vurmasını görməmişdir. Daha sonra çağrılmış və ifadə vermişdir. İfadə verəndə ona təzyiq edən və ifadə verməsinə təsir edən olmamışdır. Yazdıqları düzgündür. Onun işlədiyi dövrdə müdriyyət Zərərçəkmiş şəxs1 olmuşdur. Birinci masanın hesabını göndərəndə Zərərçəkmiş şəxs1 iştirak etməmişdir. Mübahisə çay evinin içərisində düşməmişdir. Mübahisə aşağıda, restorandan kənarda baş vermişdir. Mübahisəni edən şəxslərin üzləri yadında qalmamışdır. Hesabı ondan istəyən şəxs yadında deyildir. Təqsirləndirilən şəxs ondan hesab istəməmişdir. Təqsirləndirilən şəxs onunla hesab üstündə mübahisə etməmişdir. Mübahisə vaxtı onlar orada olmuşlar. Zərərçəkmiş şəxs1 avtomobilə minərək getmişdir. Ondan sonra onlar da çıxıb getmişlər. Zərərçəkmiş şəxs1 sonradan onların biri ilə danışmışdır. Kiminlə danışdığını bilməmişdir. Hesab istənilən vaxtı Zərərçəkmiş şəxs1 orada olmamışdır. Təqsirləndirilən şəxs kiminsə avtomobilinə daş atmasının şahidi olmamışdır. Şüşənin sınması anı kameradan götürülmüşdür. Özü orada olmamışdır. Şüşə sınan vaxtında əvvəl Zərərçəkmiş şəxs1 getmiş və onlar ondan sonra getmişlər. Onlar çay evini bağlamadan getmişlər. Sonradan geri gəlmişlər. Onlar xəstəxanaya Elçinin yanına getmişlər. İfadə verən zaman onu döyən və incidən olmamışdır. Sərbəst şəkildə ifadə vermişdir. İfadəsini özü şəxsən vermişdir. Ondan hesabın niyə yuxarı olması soruşulmuşdur. Hesab 36 manat olmuşdur. Orada tanımadığı şəxslər çox olmuşdur. Saqqallı olan başqa şəxs olmuşdur. Təqsirləndirilən şəxs olmamışdır. Onlar ondan sonra çay evinə qayıtmamış, daha sonra səhərə yaxın çay evinə qayıtmışlar. Bıçaqla vurulmasını görməmişdir. Şüşənin kimin tərəfindən sındırılmasını görməmişdir. Kamera görüntüləri əsasında elə ifadə vermişdir. O, orta təhsillidir. Bakı Ağır Cinayətlər Məhkəməsində də ifadə vermişdir. Bıçaqla bağlı hissəni orada da demişdir. O çıxıb gedəndən sonra şüşəyə daş atılmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «Dəli Dağ» restoranı ilə üzbə üz yerləşən «099» çay evində kassir işləmişdir. Həmin çay evinin müdiri Zərərçəkmiş şəxs1dur. Həmin çay evində ondan başqa 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, DC Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş və öz işi ilə məşqul olmuşdur. Təxminən saat 21:40 radələrində işlədiyi çay evinə əvvəllər təxminən 3 dəfə gəlmiş, lakin adlarını bilmədiyi üzdən tanıdığı 4 nəfər oğlanlar gəlib masa arxasında əyləşmişlər və «Hell» enerji içkisi, pivə və pendir, tum sifariş etmişlər. Aysel adlı ofisiant həmin 4 nəfər müştərinin sifarişləri aparmışdır. Həmin vaxt çay evində digər müştərilərdə olmuşdur. Həmin 4 nəfər müştərilər çay evi bağlanana kimi orada əyləşmişlər. Saat təxminən 23 radələrində həmin 4 nəfər müştərilərdən biri arıq bədənli oğlan ona yaxınlaşıb hesabı soruşmuş, o, hesaba baxıb 10 ədəd pivə, bir ədəd «Hell» enerji içkisi, 2 ədəd tum, bir ədəd 2 manatlıq pendir, 2 ədəd didilməmiş pendir olduğunu görüb həmin oğlana 29 manat hesab olduğunu bildirmişdir. Həmin oğlan geriyə oturduqları masaya qayıtmış və onlarla oturan digər oğlan yaxınlaşıb ondan hesabın niyə yuxarı olmasını soruşmuşdur. O, həmin oğlana da verdikləri sifarişi hesablayıb başa salmışdır. Bundan sonra həmin oğlanda geriyə masaya qayıtmışdır. Bundan sonra həmin oğlanlardan üzündə saqqalı olan oğlan ona yaxınlaşaraq «Elçinə denən pendirin qiymətini düzəliş versin» demiş və masaya qayıtmışdır. Aysel adlı ofisiant həmin müştərilərin masasına qulluq edərkən oğlanlardan biri «hesabı verməyəcəyik» demişdir. Bundan sonra həmin müştərilər çay evindən çıxmışlar və təxminən 10 dəqiqə sonra geri qayıdıb yenidən pivə, «bizon» enerji içkisi və tum sifariş vermişlər. Bu dəfə hesab 36 manat olmuşdur. Həmin müştərilər isə oturub yeyib içmişlər və hərdən həmin müştərilərdən üzündə saqqalı olan oğlan yumruğunu masanın üzərinə vuraraq qışqırmışdır. Təxminən saat 24 radələrində o, çay evini bağlamaq istəmiş və həmin müştərilərə hesabı göndərmişdir ki, bağlayırıq, hesabı ödəyin. Həmin müştərilərdən 2 nəfəri masadan qalxaraq çay evindən bayıra çıxmış, digər ikisi isə orada qalmışdır. Təxminən bir az keçmiş onlardan biridə masadan qalxıb çay evindən çıxmış və bu dəfə o, orada olan bədəncə arıq oğlana yaxınlaşmış və hesabı ödəməsini bildirmişdir. Həmin oğlan bildirmişdir ki, indi ödəyəcəklər və o, da çay evindən bayıra çıxmışdır. O, da onların arxasınca bayıra çıxanda görmüşdür ki, müdür Elçin idarə etdiyi «Mersedes» markalı dövlət qeydiyyat nişanını dəqiq bilmədiyi avtomobili ilə gələrək çay evinin qarşısında saxlamış və avtomobildən düşüb onlara yaxınlaşmışdır. Elçin ondan nə olmasını soruşmuş, o, da ona həmin müştərilərin hesabı ödəmədiklərini bildirmişdir. Həmin vaxt Elçin müştərilərdən üzündə saqqallı oğlana niyə hesabı ödəmədiyini və hesablarının 36 manat olduğunu bildirmişdir. Həmin oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt o, Elçinin arxa tərəfində dayanmış, həmin oğlanlar isə Elçini dairəyə almışlar, orada digər tanımadığı adamlarda olmuşdur. Bu zaman Elçin həmin oğlana «mənim üstümə bıçaq çıxartmısan ?» deyəndə o, baxıb həmin üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüşdür. Həmin vaxt onunla olan digər 3 nəfər oğlanlarda əllərini bellərinə atmışlar, lakin onların bıçaq çıxarmalarını o, görməmişdir. Bu zaman ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamışdır. Həmin vaxt üzündə saqqalı və əlində bıçağı olan oğlan qaçaraq orada dayanıb baxan Zərərçəkmiş şəxs2 yanından keçərkən onu əlindəki bıçaqla qarın nahiyəsindən bir dəfə vurmuş və İbadət əlini qarnına tutub kənara qaçmışdır. Bu zaman həmin oğlanlar yerdən daş və dəmir parçaları götürərək onların üzərlərinə atmışlar, hətta çay evinin giriş qapısının şüşəsini də daşla vurub sındırmışlar. Bu zaman o, görmüşdür ki, Elçin həmin adamların arasından çıxaraq əlini belinə tutub qaçmışdır. Ona məlum olmuşdur ki, Elçini həmin oğlanlardan hansısa bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra Elçinin dostu Xalid adlı oğlan Elçin avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan sonrada o, həmin oğlanların öz xuliqanlıq əməllərini davam etdirdiklərini görüb öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda o, onlara hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. O, da onların arxasınca bayıra çıxanda çay evinin müdiri Elçin gəlmiş və o, ona həmin şəxslərin hesabının 36 manat olmasını, lakin nədənsə narazı qaldıqlarını bildirmişdir. Həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış, lakin təxminən 3 dəfə onun işlətdiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, həmin 4 nəfər şəxslərdən üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüş, lakin həyəcanlı olduğu üçün bıçağa dəqiq fikir verməmiş, digərlərinin isə əllərini bellərinə atdıqlarını görsədə, bıçaq çıxarıb çıxarmadıqlarını görməmişdir. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamışdır. Həmin vaxt üzündə saqqalı və əlində bıçağı olan oğlan qaçaraq orada dayanıb baxan Zərərçəkmiş şəxs2 yanından keçərkən onu əlindəki bıçaqla qarın nahiyəsindən bir dəfə vurmuş və İbadət əlini qarnına tutub kənara qaçmışdır. Bu zaman o, görmüşdür ki, Elçin həmin adamların arasından çıxaraq əlini belinə tutub qaçmışdır. Ona məlum olmuşdur ki, Elçini həmin oğlanlardan hansısa bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra Elçinin dostu Xalid adlı oğlan Elçin avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Lakin Elçini bıçaqla kimin vurmasını o, görməmişdir. Həmin mübahisənin şahidlərindən çay evində DC işləyən Şamxal, Yusif adlı oğlan, Xalid və tanımadığı şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 099 çay evində olarkən əvvəlcə içəridə sonra çöldə dava olmuşdur. Çölə çıxanda dava olduğunu görmüşdür. Kiminsə bıçaq vurmasını görməmişdir. Təqsirləndirilən şəxs orada görməmişdir. Şəxs tərəfindən kiməsə bıçaq zərbəsi vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxsi ilk dəfə məhkəmədə görmüşdür. O, sonradan Zərərçəkmiş şəxs1 bıçaqla vurulduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 onun qohumudur. Onu kimin vurmasını görməmiş və eşitməmişdir. İstintaqda da bu formada ifadə vermişdir. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 8 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «Enerji» trinajor zalında məşqçi işləmişdir. Zərərçəkmiş şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs1 o, işlədiyi yerlə yan-yana təxminən 5 ay olar ki, «099» çay evini işlətmişdir. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021- ci il tarixdə o, həmişəki kimi trenajor zalını açıb işlətmişdir. Təxminən saat 23 radələrində zalda məşq edən olmadığından o, zalın işıqlarını söndürüb, içəridə oturaraq mobil telefonla danışmışdır. Təxminən saat 23:30 radələrində o, eşitmişdir ki, çay evinin qarşısında nəsə sözlə mübahisə var. O, yerindən qalxıb zalın giriş qapısına yaxınlaşdıqda görmüşdür ki, tanımadığı şəxslər Elçinlə mübahisə etmişlər və az keçməmiş ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamışdır. Bu zaman o, görmüşdür ki, Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və harasa aparmışlar. Həmin vaxt kassir Asif bildirmişdir ki, Elçini bıçaqla vurmuşlar. Bundan sonra o, da idarə etdiyi avtomobilə əyləşərək Elçinin arxasınca xəstəxanaya getmişdir. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadət adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, onun sonradan eşitdiyinə görə həmin şəxslər Elçinin işlətdiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra çay evinin müdiri Elçin həmin yerə gələndə həmin şəxslər Elçinlə sözlə mübahisə yaratmışlar. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmişdir. Hətta o, sonradan görmüşdür ki, həmin şəxslər Elçinin işlətdiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. O, trenajor zalından çıxanda artıq Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını və Xaliq, Qəhrəman və Əlinin onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Həmin mübahisənin şahidlərindən tanımadığı şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid19 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun yaddaşında qalmamışdır. O, içəriyə girəndə arxadan bir nəfəri görmüşdür. Mübahisə zamanı o, çöldə olmuşdur. İçəri girəndə aranın qarışdığını görmüşdür. Dostu Zərərçəkmiş şəxs3 tələsik çölə çıxanda görmüşdür. Dostu ona “Rüfət, ay Rüfət çıxaq buradan” demişdir. Oradan çıxmaq üçün avtomobilə yaxınlaşmışdır. Ondan sonra dostu Həmidi görməmişdir. Beş və ya altı dəqiqədən sonra Zərərçəkmiş şəxs3 ona zəng edərək “Rüfət, tez çıx və xəstəxanaya gəl” demişdir. Hadisə yerində ara qarışmış və hamı bir tərəfə qaçmışdır. Həmidin bıçaqlanmağını görməmişdir. 1 saylı birləşmiş şəhər xəstəxanasında Həmidi görmüşdür. Yaralandığını ona demişdir. Kim tərəfindən bıçaqlandığını xəstəxanada ona deməmişdir. Daha sonra Həmidi əməliyyata götürmüşlər.İstintaqda verdiyi ifadə düzgündür və həmin ifadəni təsdiq etmişdir. İfadə verən zaman kimsə ona təzyiq etməmişdir. Kimin kimi vurmasını görməmişdir. O, xəstəxanaya çatanda Həmidi reaminasiyaya götürmüşlər. Onlardan beş dəqiqə sonra polislər gəlmişdir. O, digər zərərçəkmiş şəxsi görməmişdir. Onları əməliyyata götürmüşlər. O, hadisənin səbəbini daha sonra bilmişdir. Həmid də içkili olmuşdur. Gül üstündə mübahisə baş vermişdir. Onun avtomobilimi hadisənin baş verdiyi yerin avtomobil dayanacağında olmuşdur. O bir nəfərin zərərçəkmiş şəxs olan Həmidin üstünə getdiyini görmüşdür. Həmin şəxsin əlində nə isə görməmişdir. Həmin şəxsi arxadan görmüşdür. Daha sonra qışqır bağır olmuşdur. Digər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs4 Həmidin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs tanımamış və əvvəllər görməmişdir. Onun özü həmin restoranda müştəri olmuşdur. Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində dostlarımızla yeyib- içmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi “Ləman” istirahət mərkəzinin restoranına gəlmiş, ondan başqa yanında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Mustafa adlı oğlanlar, Xəyalə, Vəfa və Rəvanə adlı qızlar da olmuşdur. Təxminən saat 23 radələrində o, ayaqyolundan gələn zaman stolun yanında bir nəfər sonradan adının Sədulla olduğunu bildiyi ağ paltarlı, saqqallı oğlanın Namidi bıçaqla qovaladığını görmüş, ətrafda heç kəs Sədullanı sakitləşdirə bilməmiş, ardınca ətrafdakı insanlar Sədullanı tutaraq Namidi qovalamasınm qarşısını almışlar. Namid dəniz qırağına tərəf qaçaraq Sədulladan uzaqlaşmış, restoranın qəlyənxanasınm arxasında Namid onun qarşısına çıxaraq bıçaqlandığını və onu təcili xəstəxanaya aparmasını bildirmiş, ardınca Xəyalə də gələrək avtomobilinə əyləşmiş, yolda olarkən o, Namiddən nə baş verdiyini soruşmuş, Namid ona Həmid və özünün Sədulla tərəfindən bıçaqlandığını bildirmiş, bundan sonra o, Bakı şəhərinə, 1 saylı şəhər klinik xəstəxanasına getmişlər. Onların ardınca isə Mustafa Həmidi avtomobilinə əyləşdirərək 1 saylı şəhər klinik xəstəxanasına gətirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Hadisənin detallarını tam xatırlamamışdır. O həmin yerdə işləmişdir. O həmin çay evində Dj işləmişdir. Hadisənin necə olduğunu görməmişdir. O həmin hadisənin olduğu çay evində musiqi qoşmalı olduğuna görə onlara, ümumiyyətlə, aşağı düşməyə icazə verməmişlər. O, hadisəni görməmişdir. İbtidai istintaqa düzgün ifadə vermişdir. O, ifadə verən zaman ona təzyiqlər olunmamışdır. İfadəni özü yazmışdır. O hər hansı bir mübahisənin şahidi olmamışdır. Daha sonra baş vermiş hadisə ilə maraqlanmamışdır. Şüşənin sınmasını görməmişdir. Hadisə gecə baş vermişdir. İfadəsini xatırlamış və təsdiq etmişdir. İbadəti tanımamışdır. İfadəsini oxumasa da onun danışdıqları yazılmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolunda kirayədə yaşamışdır. Onun əsl adı sənəddə Bəylər olsada, qohumlar və tanışlar onu Şamxal adı ilə çağırmışlar. O, təxminən 5 ay olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evində DC işləmişdir. Həmin çay evində ondan başqa kassir Asif, 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, Xaliq və Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş, kompyuterdə musiqi qoşaraq ora gələn müştərilri əyləndirmişdir. Həmin vaxt çay evinə asta-asta müştərilər yığışmağa başlamışlar. Onun işi musiqi olduğu üçün o, oraya gəlib gedən müştəriləri dəqiq görə bilməmişdir. Təxminən saat 23:30 radələrində hamı işini bitirib evə getməyə hazırlaşmışdır. Bu zaman görmüşdür ki, kassir Asif 4 nəfər müştəri ilə nəsə hesab söhbəti aparır. Bundan sonra onlar çay evindən bayıra çıxmışlar. O, da kompyuterini yığışdırmış, qızlar isə öz xidmət etdikləri masaları təmizləmişlər. Bu zaman bayırdan səs-küy eşitmiş və bayıra çıxanda görmüşdür ki, ara qarışıb, hərə bir tərəfə qaçır və tanımadığı oğlanların əllərində daş, dəmir boru və armatur hamıya hücum etmişlər. Bu zaman o, görmüşdür ki, çay evinin müdiri Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və harasa aparmışlar. Həmin vaxt kassir Asif ona bildirmişdir ki, Elçini bıçaqla vurublar. Bu zaman həmin tanımadığı şəxslər daş atmağa başlamışlar və çay evinin giriş qapısının şüşəsini sındırmışlar. Ona görə də o, və Asif qorxaraq oradan kənara qaçmışlar. Bundan sonra Asif çay evinə geri qayıtmış, o, isə yaşadığ evə getmişdir. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadəti bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, onun sonradan eşitdiyinə görə həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra çay evinin müdiri Elçin həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demiş və həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmiş, lakin onların əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə getmişlər. Hətta onlar daş ataraq işlədiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. O, çay evindən çıxanda artıq Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını və Xaliq, Qəhrəman və Əlinin onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Həmin mübahisənin şahidlərindən çay evində işləyən Xaliq, kassir Asif, Yusif adlı oğlan, Əli, Qəhrəman və tanımadığı şəxslər olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid20 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımışdır. O həmin günü restoranda oğluna ad günü keçirmişdir. O, təqsirləndirilən şəxsi Səyyad adı ilə tanımışdır. Sədulla onun əsl adıdır. Hamı onu Səyyad kimi çağırmışdır. O, oğluna ad günü keçirməmişdən iki və ya üç ay əvvəl onun qızı ilə nişanlanmışdır. O həmin günü oğlunun ad günü münasibəti ilə onu dəvət etmişdir. Həmin günü Təqsirləndirilən şəxs restorana dostları ilə birlikdə gəlmişdir. Daha dəqiqi onların ortaq dostları ilə birlikdə ad gününə gəlmişdir. Onlar öz masalarında olmuşlar. Onların oturduqları masaya bir ədəd gül gəlmişdir. Xanımlarla bəylər ayrı-ayrı masalarda əyləşmişlər. Səyyad kimi tanıdığı Sədulla hər ikisinin tanıdığı dostları ilə birlikdə oturmuşdur. Təqsirləndirilən şəxs bir anda ayağa duraraq xanımların əyləşdiyi masaya gəlmişdir. Yanlarında olan uşaq Sərdariyə gülün o biri masadan göndərildiyini demişdir. Onları tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs gələrək yanındakı dostu Rafiqə onların hörmətsizlik etdiyini demişdir. Ondan sonra gülü göndərən oğlanın yanına getmişdir. Orada tam olaraq nə baş verdiyini mən görməmiş, lakin aləmin bir-birinə dəydiyini görmüşdür. Sonradan Təqsirləndirilən şəxs bir nəfəri bıçaqladığını eşitmişdir. Özü şəxsən Təqsirləndirilən şəxs kimisə bıçaqladığını görməmişdir. Sonradan prokurorluqda bir nəfər şəxsi bıçaqladığını bilmişdir. Masaya tort vermiş və tortun yanında kəsmək üçün yaz bıçağı vermişlər. O, ifadə verən zaman kimsə onu məcbur etməmişdir. Ondan yazılı surətdə kimsə ifadə almamışdır. O, şəxsən prokurorun qəbulunda olmuşdur. Orada da Təqsirləndirilən şəxs kimisə bıçaqlamasını görmədiyini demişdir. Həmin işin müstəntiqi Bəhram adlı şəxs olmuşdur. Bir dəfə də olsun Bəhram onu çağırmamışdır. Özü zəng edib dəfələrlə Bəhramdan bu işi soruşmuşdur. Sərdarinin üzərində qan ləkəsi olmamışdır. Sərdarinin üstü tər təmiz olmuşdur. O, Təqsirləndirilən şəxs mədəni bir uşaq kimi tanımış, ona görə qızını onunla nişanlamışdır. Ləman restoranında oxuyan xanım bir-iki dəfə gəncəli Firdovsinin adına mahnılar oxumuşdur. Həmin şəxs avtoritet aləmində tanınmış şəxsdir. Gəncəlilər həmin şəxsin adına mahnı oxutdurmuşlar. Onların masalarında oturan iki nəfər şəxs də həmin haldan narazılıq etmişlər. Fikrincə bu məsələlər üstündə söhbət yaranmışdır. O birdən Rafiq adlı şəxsin bir nəfərə yaxınlaşdığını görmüşdür. Guya həmin oğlan gül göndəribmiş. Həmin şəxsin adı Namid olmuşdur. Həmin oğlanın başına bakal vurmuşlar. Ondan sonra dava başlamışdır. Təqsirləndirilən şəxs orada dava edənləri ayırmağa çalışmışdır. O, orada onun bıçaqlamağını görməmişdir. Hadisənin törədildiyi bıçaq kiminsə cib bıçağı olmuş, ya da yağ bıçağı olmuşdur. Orada Sərdari ilə birlikdə Rafiq və Osman adında şəxslər də olmuşdur. Onların üst-başı qan olmuşdur. Həmin şəxslər oradan qaçmışlar. Bircə Təqsirləndirilən şəxs orada qalmışdır. O öz avtomobilində əyləşmişdir. Həmin zaman Sərdariyə “avtomobildə əyləş və mən nə baş verdiyinə baxım” demişdir. Həmçinin ona “gözlə görüm Rafiqgilin üstləri niyə qandır və nə üçün qaçırlar” demişdir. Geri qayıdanda polis əməkdaşlarının Təqsirləndirilən şəxs avtomobildən düşürdüklərini görmüşdür. Onlardan nə baş verdiyini soruşanda polis əməkdaşları Təqsirləndirilən şəxs bir nəfər şəxsi bıçaqladığını demişlər. Ondan sonra da polis əməkdaşları onu aparmışlar. Rafiq Namidə əsəbi formada yaxınlaşmış və niyə gül göndərdiyini soruşmuşdur. Namid Rafiqin başına bakal vurmuş və daha sonra Rafiq Namidə vurmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs, o və qızı Ayşə birlikdə “Ləman” istirahət mərkəzinə gəlmişlər. O, gəldikdə artıq qonaqları səhnənin qarşısında olmaqla 2 masada əyləşmiş, həmin masalardan birində qadınlar, digərində isə kişilər əyləşmiş, təxminən saat 24 radələrində qonaqların bəzisi getsə də, o, xalası oğlu Xəyal Bayramlı, bacısı Şahid16, oğlu Fikrət, qızı Aynisə, əmimin arvadı Gülnarə, azyaşlı əmisi oğlanları Ötərxan, Kənan, tanışım Ramiz, Sədulla və övladları restoranda əyləşmişlər. Qonaqlardan Şahid23 təxminən 15 dəqiqə əvvəl restorana gəlmiş, sonuncu kişilər olan masada Sədulla, Xəyal, Fikrət, Ötərxan və Kənanla əyləşmiş və o da onlarla söhbət etmək üçün həmin masaya yaxınlaşmışdır. Bir qədər söhbətləşdikdən sonra Sədulla ilə birlikdə qadınlar əyləşən masaya keçmiş, bu zaman qadınlar oturan masaya 2 ədəd qızılgül gətirildiyini görmüş, o, həmin gülləri Sədullanın göndərdiyini düşünmüş, masaya güllər gəldikdən sonra Sədulla adını bilmədiyi gül satan qızdan gülləri kimin göndərdiyini soruşmuş, gül satan qız da öz növbəsində yanlarında olan masanı göstərərək gülün həmin masada əyləşən oğlanlardan birinin göndərdiyini söyləmiş, Sədulla yanlarından qalxaraq həmin masada baş tərəfdə əyləşən, üzərində gül təsvirləri olan, göy rəngli qısaqol köynəkli, “çolkalı” bir oğlana yaxınlaşmış, Sədullanın həmin oğlanla nə danışdığını eşitməsə də, birdən birə həmin oğlanın yanında əyləşən qara rəngli qısaqol köynək geyinmiş oğlan yanında olan boş stulu götürüb Sədullanın başına çırpmış, zərbənin təsirindən stul qırılmış, Sədulla isə yerə yıxılmış, Sədulla yerdən qalxaraq həmin oğlanla əlbəyaxa dalaşmağa başlamış, həmin oğlanın yanında əyləşən oğlanlar da Sədullanı döyməyə başlamışlar. Onların əyləşdikləri masalardan isə heç kəs Sədullaya kömək etməmiş, restoranda olan ofisiantlar və digər müştərilər Sədulla ilə digər şəxsləri aralamağa, sakitləşdirməyə çalışmışlar. O və qızı Ayşə də Sədullanı digər şəxslərdən aralamağa çalışmışlar. Sədulla həmin şəxslərlə dalaşa-dalaşa restoranın nisbətən sakit yerinə, kabinetlər olan tərəfinə getmişlər. O və qızı Ayşə də onların ardınca getdikdə, Sədullanın mübahisə etdiyi şəxsin qan içində olduğunu görmüş, həmin şəxsin dostları onu avtomobillərinə əyləşdirib dərhal oradan uzalaşdılrmışlar. Onlar da Sədullanı avtomobilinə tərəf gətirmişlər, bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid20 həmçinin ifadəsində Sədullanın sonradan adının Həmid olduğunu bildiyi üzərində gül təsvirləri olan, göy rəngli qısaqol köynəkli, “çolkalı” oğlanı bıçaqla vurduğunu bildiyini, mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, Sədullanın masanın üzərindən bıçağı götürməsini görməsə də, tort kəsmək üçün masanın üzərinə qoyulmuş iti uclu bıçağı həmin ərəfələrdə tapa bilmədiyini, tort kəsmək üçün masanın üzərinə qoyulmuş iti uclu bıçaq gündəlik mətbəxdə istifadə olunan bıçaqlardan olmaqla, dəstəyi qəhvəyi rəngli olduğunu, həmin bıçağın hal-hazırda harada olması barədə heç bir məlumatı olmadığım bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ay olar ki, Binəçıədi rayonu, Binəqədi şossesində yerləşən «Azərsity» çay evində nəzarətçi işləmişdir. Zərərçəkmiş şəxs2 o, işlədiyi çay evində barmen işləmişdir. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. 08 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi o, işini bitirdikdən sonra çay evində barmen işləyən Zərərçəkmiş şəxs2 ilə birlikdə söhbət edə-edə yolla piyada evə getmişlər. İbadət işlədikləri yerdən bir qədər qarşıda yaşamış, o, isə ondan ayrılandan sonra 1 manatlıq taksilərə minib evə getmişdir. Onlar gəzə-gəzə gəlib «099» çay evinin qarşısına çatanda görmüşlər ki, çay evinin qarşısında çoxlu sayda oğlanlar yığışıb, nə isə sözlə mübahisə var. Həmin vaxt orada çay evinin müdiri Elçin, onun qardaşı Əli, çay evində kassir işləyən Asif, DC Şamxal və Xalid adlı şəxslərdə olmuşlar. Digər şəxsləri isə tanımamışdır. Onlar yaxınlaşıb nə olmasını soruşmaq istərkən, birdən gözlənilmədən onların arasında dava başlamışdır. Bu zaman həmin tanımadığı oğlanlar əllərinə mişar daşı alaraq Elçingil tərəfə atmışlar, bundan başqa onların əllərində bıçaq, armatur və dəmir turbalar olmuşdur. Hadisə elə gözlənilmədən olmuşdur ki, ara qarışmış və hamı bir-birinə qarışmışdır. Bu zaman o, görmüşdür ki, çay evinin müdiri Elçini orada olan Xalid və qardaşı Əli avtomobilə əyləşdirib aparmışlar. Həmin vaxt İbadət ona yaxınlaşmış, o, görmüşdür ki, onun sol böyür nahiyəsindən qan axır və İbadət ona bildirmişdir ki, «ölürəm kömək elə». O, özünü itirmiş, bilməmiş nə etsin və tez orada yoldan keçən taksilərdən birini saxlayıb İbadəti avtomobilə əyləşdirmiş və Respublika xəstəxanasına aparmışdır. Orada İbadəti əməliyyata almışlar. Bundan sonra o, Əliyə zəng vurub bildirmişdir ki, çay evinin qarşısındakı dava zamanı İbadəti bıçaqla vurublar, o, onu xəstəxanaya gətirmişdir. Əli də ona bildirmişdir ki, onun qardaşı Elçini də bıçaqla vurmuşlar, onlarda xəstəxanadadırlar. Əlavə olaraq bildirmişdir ki, Həmin mübahisəyə səbəbi o, bilməmiş, o, həmin oğlanları tanımamış, lakin təxminən 2 dəfə onun işlədiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, həmin 4 nəfər şəxslərdən üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüş, lakin həyəcanlı olduğu üçün bıçağa dəqiq fikir verməmiş, digərlərinin isə əllərində daş, armatur və boru olmuşdur. Ara qarışmış, hərə bir tərəfə qaçmış, çünki həmin şəxslər daş atmışlar, qarşısına çıxanı armaturla vurmuşlar. Elçinin bıçaqlanmasını o, onun qardaşı Əlidən eşitmiş, İbadəti isə o, özü xəstəxanaya aparmış, lakin kimin vurmasını görməmişdir. Həmin mübahisənin şahidlərindən çay evində DC işləyən Şamxal, kassir Asif, Xalid, Əli və tanımadığı şəxslər olmuşlar. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, o, Zəngilan rayonu Ördəkli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Çeşidləmə məntəqəsində ailəsi ilə birlikdə yaşayır. O, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin sonradan dostu Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, onun işlətdiyi «099» çay evində işləsin, ona kömək etsin, çay evinin bazarlığını hər gün o, etsin. Ona görə də təxminən 1 il olar ki, o, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evində işləmişdir. Həmin çay evində ondan başqa kssir Asif, 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, DC Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş, çay evi üçün bazarlığını etdikdən sonra öz işlərinin arxasınca getmişdir. Təxminən saat 23:30 radələrində o, dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Elçinin idarə etdiyi «Mersedes» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işlədiyi çay evinə gəlmişlər ki, gün ərzində olan hesabı etsinlər. Onlar çay evinə yaxınlaşanda görmüşlər ki, çay evinin qarşısında çoxlu sayda adam yığışmışdır. Elçin avtomobili çay evinin qarşısında saxlamış və onlar həmin şəxslərə yaxınlaşanda orada kassir Asif, DC Şamxal orada olmuşlar. Elçin Asifdən ondan nə olmasını soruşmuş, Asifdə bildirmişdir ki, həmin müştərilər hesabdan narazıdırlar və ödəmək istəmirlər. Həmin vaxt Elçin müştərilərdən üzündə saqqallı oğlana niyə hesabı ödəmədiyini və hesablarının 36 manat olduğunu bildirmişdir. Həmin oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt o, Elçinin arxa tərəfində dayanmış, həmin oğlanlar isə Elçini dairəyə almışlar, orada digər tanımadığı adamlarda olmuşdur. Bu zaman ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı şəxslər əllərinə mişar daşı, dəmir boru və armatur alaraq onların üstünə gəlmişlər. Bu zaman Elçin həmin şəxslərin arasından çıxaraq əlini belinə tutmuş vəziyyətdə ona bildirmişdir ki, «məni vurdular, tez məni xəstəxanaya çatdır». Ona görə də o, orada olan Elçinin qardaşı Əli və Qəhrəmanla birlikdə Elçini idarə etdiyi «Mersedes» markalı avtomobilə əyləşdirərək oradan X22 gətirmişlər və orada Elçinə ilk tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. Onlar Elçini yaralı vəziyyətdə avtomobilə əyləşdirərkən həmin tanımadığı şəxslər öz xuliqanlıq əməllərini davam etdirərək daş atmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra onlar həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə « motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmiş, lakin onların əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə getmişlər. Hətta onlar daş ataraq işlədiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamış, lakin Elçin və İbadəti bıçaqla kimin vurmasını o, görməmişdir. Elçini bıçaq yarası ilə xəstəxanaya o, Elçinin qardaşı Əli və Qəhrəman aparmışlar. Həmin mübahisənin şahidlərindən çay evində DC işləyən Şamxal, kassir Asif, Yusif adlı oğlan, Əli, Qəhrəman və tanımadığı şəxslər olmuşlar. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, o, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xırdalan şəhərində kirayədə yaşamışdır. Onun sənədlə adı Cəmilədir, lakin qohumları və tanışları onu Çinarə adı ilə çağırmışlar. O, təxminən 1 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evində ofisiant işləmişdir. Həmin çay evinin müdiri Zərərçəkmiş şəxs1dur. Həmin çay evində ondan başqa Melisa, Rəna, Aysel adlı qızlar ofisiant, Asif kassir, DC Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş və öz işi ilə məşqul olmuşdur. Təxminən saat 21:40 radələrində işlədiyi çay evinə əvvəllərdə gəlmiş, lakin adlarını bilmədiyi üzdən tanıdığı 4 nəfər oğlanlar gəlib masa arxasında əyləşmişlər və «Hell» enerji içkisi, pivə və pendir, tum sifariş etmişlər. Aysel adlı ofisiant həmin 4 nəfər müştərilərə xidmət etmişdir. Həmin vaxt çay evində digər müştərilərdə olmuşlar, o, da digər masaya xidmət etmişdir. Saat təxminən 23:30 radələrində iş vaxtının sonu olmuş, o, xidmət etdiyi msasaları yığışdırmışdır ki, tez evinə getsin. Lakin ona bildirmişlər ki, çay evindən hələlik çıxmasınlar, 4 nəfər müştərilər hesabı ödəməkdən imtina etmişlər və nəsə mübahisə yaratmışlar. Ona görə də o, və digər ofisiantlar çay evinin zalında oturmuşlar və bayıra çıxmamışlar. Bu zaman bayırdan səs-küy, qışqırıq eşitmişlər və çay evinin giriş qapısının şüşəsinin qırılmasını eşitmişlər. Onlar qorxduqlarından bayıra çıxmamışlar. Lakin DC Şamxal nə olmasını öyrənmək üçün bayıra çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra kassir Asif gələrək onları bayıra çıxartmışdır ki, həmin 4 nəfər oğlanlar dava salmış və müdür Elçini və İbadəti bıçaqla vurmuşlar. Ona görə də onlar çay evindən çıxıb hərə öz evinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu ödəmək istəmədikləri üçün sözlə mübahisə yaratmışlar. O, həmin oğlanları tanımamış, İakin təxminən 3 dəfə onun işlədiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, Elçin və İbadət adlı şəxsləri kimin vurmasını görməmiş, bu barədə Asifdən eşitmişdir. Çünki dava zamanı o, digər ofisiantlarla birlikdə çay evinin zalında əyləşmişlər, qorxduqlarından bayıra çıxmamışlar. Həmin mübahisənin şahidlərindən çay evində kassir işləyən Asif, DC işləyən Şamxal və tanımadığı şəxslər olmuşlar. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdikləri ifadələri elan olunmaqla araşdırılmış şəxslər Şahid6, Şahid8 və Şahid7 Şahid5 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid9 ifadəsində göstərmişdir ki, o, Abşeron şəhərciyində müvəqqəti qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesİ, döngə 4 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Onun sənədlə adı Şahid9dur, lakin tanışları və ailəsi onu Əli deyə çağırmışlar. O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən «AzərCity» kafesini işlətmişdir. Zərərçəkmiş şəxs2 onun işlətdiyi kafedə kassir işləmişdir. Onun işlədiyi kafe hər gün saat 12 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Kafedə çay, pivə, viski, meyvə və arabir yeməkdə verilmişdir. Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evini işlətmişdir. 08 dekabr 2021-ci il tarixdə təxminən saat 23:30 radələrində o, kafedə işləyən kassir Zərərçəkmiş şəxs2lə birlikdə kafeni bağlayıb evə getmişlər. Onlar qardaşı Zərərçəkmiş şəxs1 işlətdiyi çay evinin yanından keçərkən görmüşlər ki, çay evinin qarşısında çoxlu adam toplaşıb və o, tez həmin yerə yaxınlaşmış və görmüşdür ki, qardaşı Elçin, yanında onun işçisi Asif və bir xeyli tanımadığı oğlanlar dayanıb nəsə söhbət edirlər. Söhbətdən anlamışdır ki, həmin şəxslər çay evində müştəri kimi istirahət etdikdən sonra sifarişin pulunu vermək istəməmişlər və həmin şəxslərdən üzü saqqallı olan oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdilər. Həmin vaxt qardaşı Elçin ona bildirmişdir ki, «obyekt mənimdir, mən qiyməti belə qoyuram, zor edirəm, istəmirsən ahb yemə». Bu zaman həmin oğlanın yanında olan digər uzun boylu, üzü saqqallı oğlan söhbətə müdaxilə edərək qardaşı Elçinin üzərinə gələrək «necə yanı zor etmişəm?» deyə sual verərkən, onun yanında olan üzü saqqallı Elçinlə birinci söhbət edən oğlan əlini belinə ataraq bıçaq çıxartmış, elə bu zaman o, həmin uzun boylu üzü saqqallı oğlanı itələmişdir. Həmin vaxt ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı şəxslər əllərinə mişar daşı, dəmir boru və armatur alaraq onların üstünə gəlmişlər. Həmin üzü saqqallı uzunboylu oğlanda əlinə daş alaraq onlara tərəf atmış və ona yaxınlaşıb əl qol atmağa başlamışdır. Bu zaman qardaşı Elçinin dostu Xaliq bildirmişdir ki, Elçin bıçaqla vurublar. Ona görə də o, Xaliq və Qəhrəmanla birlikdə Elçini idarə etdiyi «Mersedes» markalı avtomobilə əyləşdirərək oradan X22 gətirmişlər və orada Elçinə ilk tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. Onlar Elçini yaralı vəziyyətdə avtomobilə əyləşdirərkən həmin tanımadığı şəxslər öz xuliqanlıq əməllərini davam etdirərək daş atmışlar. Əlavə olaraq bildirmişdir ki, onun sonradan eşitdiyinə görə həmin 4 nəfər şəxslər qardaşı Elçinin işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra Elçin həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı o, həmin şəxslərdən Elçinlə ilk söhbət edən üzü saqqallı oğlanın əlində bıçaq görsədə, ara qarışdığı üçün həmin bıçağın necə olmasına dəqiq fikir verməmiş, lakin digərlərinin əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə gəlmişlər. Hətta onlar daş ataraq qardaşı Elçinin işlədiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamış, lakin Elçin və İbadəti bıçaqla kimin vurmasını o, görməmişdir. Elçinin dostu Xaliq qışqırandakı Elçini vurdular, onda Elçini bıçaq yarası ilə xəstəxanaya o, Elçinin dostu Xaliq və Qəhrəman aparmışlar. Həmin mübahisənin şahidlərindən Elçinin işlətdiyi çay evində DC işləyən Şamxal, kassir Asif, Yusif adlı oğlan, Xaliq, Qəhrəman və tanımadığı şəxslər olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, hadisə 08 dekabr 2021-ci il tarxidə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısıdır. Bir nəfər əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialından gödəkcə, üzü tüklü olan, şəxs çay evinin içərisində masa arxasında ayaq üstə duraraq bir nəfər ofisiant qızıla söhbət etməsi, digər iki nəfər cavan oğlanların isə masa arxasında yerləşən divanda oturmaları əks olunmuşdur. Bundan sonra, çay evinin qarşısında çoxlu şəxslərin yığılması, bir neçə nəfər şəxslərin toplaşaraq sözlə mübahisə etmələri, bu zaman aranın qarışması, bir nəfər əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialından gödəkcə, üzü tüklü olan şəxsin həmin toplaşmış şəxslərin arasından çıxaraq əlində olan bıçaqla orada dayanıb baxan şəxslərdən birinin yanından keçərkən əlindəki bıçaqla həmin şəxsin böyür nahiyəsindən vurması, bundan sonra digər 3 nəfər şəxslərin əllərində mişar daşı, dəmir boru və taxtia parçaları ilə orada olan şəxslərin üzərlərinə qaçmaları, əlində mişar daşı olan üzü saqqallı hündürboylu oğlanın həmin daşı kimlərinsə arxasınca atması, bundan sonra bir nəfər şəxsin əlini böyrünə tutaraq digər iki nəfər şəxs tərəfindən qoluna girərək onu avtomobilə əyləşdirib aparmaları, daha sonra əllərində mişar daşı, dəmir boru və taxta parçaları olan 4 nəfər şəxslərin çay evinin giriş qapısının şüşələrini sındırmaları və yolun kənarında dayanmış Mersedes markalı avtomobilə əyləşərək oradan uzaqlaşmaları müşahidə edilir. Bununla da, hadisə başa çatır. Bundan sonra, çay evinin qarşısında iki nəfər şəxslərin dayanaraq siqaret çəkib söhbət etmələri və sanki kimisə gözləmələri müşahidə edilir. 210040963 nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yerində yoxlanılmış ifadəsindən görünür ki, 08 dekabr 2021-ci il tarxidə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısında tanışları Orxan, Məhəmmədəli və Fikrət adlı şəxslərlə çay evinin giriş qapısının şüşələrini əllərindəki daş, armatur və taxta parçaları ilə sındırdıqları yeri əyani şəkildə göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 2125 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sol-yan səthinin plevra və qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağın və mədəaltı vəzini zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin (əşuanın) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adın Respublika Klinik Xəstəanası” PHŞ-yə müraciət etdiyi 09,12.2021-ci il saat 00:59-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədnində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla endirilmiş zərbə nəticəsində əməl gələ bilərdi. Məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 2192 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol yarsımın arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün “X26” PHŞ-yə müraciət etdiyi xx.xx.2021-ci il saat 00:25dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədnində aşkar olunmuş xəsarətin xarakteini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla enidirlmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 933/2021- MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində olan cədvəlin 22-ci bəndində onun qan qrupunun «İİİ-PLUS» olması barəsində qeyd vardır. Bu qeydə əsasən hazırda qəbul olunmuş təsnifat üzrə onun qan qrupunun B(İİİ)RH+ olmasını söyləmək olar. Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində olan cədvəlin 22-ci bəndində onun qan qrupunun «İ-PLUS» olması barəsində qeyd vardır. Bu qeydə əsasən hazırda qəbul olunmuş təsnifat üzrə onun qan qrupunun O(İ)RH+ olmasını söyləmək olar. Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olduğu göstərilən paltarları (alt köynəyi və qolsuz maykası) və Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olduğu göstərilən paltarları (uzunqol köynəyi, qısaqol köynəyi, qolsuz maykası) üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs2 paltarlarında olan ləkələrdə «B» antigeni və «alfa» aqqlyutinini alındı. «B» antigeni ABO sistemi ürə B(İİİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən antigen qismində yalnız onun, həmçinin aqqlyutinin qismində «alfa» aqqlyutininin də alınması ləkələrdə olan qanın ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə(şəxslərə) məxsus olmasını göstərir və bu halda ləkələrdə olan qan həmin qruplu Zərərçəkmiş şəxs2 da məxsus ola bilər. Zərərçəkmiş şəxs1 paltarlarında olan ləkələrdə qan qrupunun həmin sistem üzrə təyini zamanı isə antigen qismində yalnız «H» antigeni, aqqlyutinin qismində isə «alfa», «beta» aqqlyutininləri alındı. «H» antigeni əsas antigen kimi ABO sistemi üzrə 0(1) qrupunu formalaşdırıb xarakterizə etdiyindən antigen qismində yalnız onun, həmçinin aqqlyutinin qismində «alfa», «beta» aqqlyutininlərinin də alınması ləkələrdə olan qanın ABO sistemi üzrə 0(1) qruplu şəxsə(şəxslərə) məxsus olmasını göstərir və bu halda ləkələrdə olan qan həmin qruplu Zərərçəkmiş şəxs1 da məxsus ola bilər. Məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 903/MTKŞ-2021 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol alt köynəyinin və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmişkəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir təsirindən törənmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol alt köynəyinin və qolsuz maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd deşilmişkəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir təsirindən törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin yaxalığının sağ kənarında bir ədəd, yaxalığın sol kənarında bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malik cırılmış zədələrdir, köynəyin yaxalığının kəskin dartılması nəticəsində törənmişlər. Qısaqol köynəyin üzərində Zərərçəkmiş şəxs1 msəxsus digər paltarların (uzunqol köynək və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədəyə uyğun zədə aşkar edilmədi. 220736116 nömrəli cinayət işi üzrə “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyun 2022- ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzinin restoran hissəsidir. Restoranın ətrafı məhəccərlə əhatələnmişdir. Məhəccərlə əhatələnmiş hissədə plastik və taxta materialdan hazırlanmış stol və stullar vardır. Plastik stulların bəziləri aşmış vəziyyətdədir. 220736116 nömrəli cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının 05 avqust 2022-ci il tarixli, 1140 nömrəli rəyində göstərilmişdir ki, X10 bədəni üzərində qarının daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası, sol bazunun 2 ədəd yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, müddəti zərərçəkənin X22 daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. 220736116 nömrəli cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının 05 avqust 2022-ci il tarioxli, 1141 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində döş qəfəsinin sol yarsının yarası xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici alətin ola bilsin ki, bıçağın təsirindən törənmişdir, müddəti zərərçəkənin X22 daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 220736116 nömrəli cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2022-ci il tarixli, 1263 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. 220736116 nömrəli cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2022-ci il tarixli, 2273 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs Öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti var. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xaraketrli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X11 adlı 01 (bir) azyaşlı övladı vardır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(093)-143/2020 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 350 (üç yüz əlli) saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) saat ictimai işlərə məhkum olunmuşdur. Şübhəli şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(060)-268/2022 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-343/2023 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmiş və həmin ifadəsindən fərqli ifadə vermişdir. Məhkəmə Şahid13 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə dost olmasını və onların birgə cinayət törətmələrini nəzərə alaraq hesab edir ki, Şahid13 ibtidai istintaq zamanı daha səmimi və obyektiv ifadə vermişdir. Ona görə də Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi əsas götürülməlidir. Həmçinin Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Şahid23 ibtidai istintaq zamanı hadisədən qısa bir müddət keçəndən sonra dindirilidiyi üçün həmin ifadə daha obyektiv və səmimi verilmiş ifadə kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə - altı ildən onbir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.https://e-qanun.az/framework/46947 Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərədə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericilikdə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydam kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərlə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik , etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bir üvzünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(060)-268/2022 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbirinin seçilmişdir. xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-343/2023 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 24 (iyirmi dörd) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İttiham aktına əlavə edilmiş arayışda göstərilən maddi sübutların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-842/2024 saylı hökmünə əsasən həll edilməsi nəzərə alınmaldır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunan qəti 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 7 (yeddi) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İttiham aktına əlavə edilmiş arayışda göstərilən maddi sübutların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-842/2024 saylı hökmünə əsasən həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar