Məhkəmə qərarları › İş №1(124)-170/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-170/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-170/2023 15.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və tiryəki, şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımaqla kirayədə yaşadığı mənzildə saxlamışdır. Belə ki, telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Mövsüm adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən pul müqabilində tapşıracağı yerə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 2021-ci ilin dekabr ayında bir qrup şəxs halında Mövsüm adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsində qoyduğu 01 ədəd plastik qabda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 1489,20 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 346,06 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 309,88 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 668,19 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitələr heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamini öz yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə gətirməklə daşımış və mənzilin qonaq otağında yerləşən dolabdakı 1 ədəd tünd qəhvəyi rəngli parça materialdan olan yol çantasında saxlamış, 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində saxlanılaraq, yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilinə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı dolabdakı 1 ədəd tünd qəhvəyi rəngli parça materialdan olan yol çantasından həmin 1489,20 qram narkotik vasitə heroin, 346,06 qram narkotik vasitə qurudulmuş marixuana, 309,88 qram narkotik vasitə tiryək və 668,19 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Masazır qəsəbəsində “Ceyran” adlı mağazanın yanında tutulmuşdur. Daha sonra isə onu Abşeron rayonunda yerləşən 117 nömrəli mənzilə aparmışdırlar. Həmin mənzildə isə çanta aşkar edilmiş və çantanın içərisindən narkotik vasitə çıxmışdır. Çanta ona məxus olmamışdır, taksi sürücüsü olduğuna görə çantanı ona müvafiq ünvana çatdırmağı üçün vermişdirlər. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadə etmişdir. İran İslam Respublikası vətəndaşı Mövsümü tanımamışdır. Taksi sürücüsü olduğuna görə əvvəllər müştəri olmuş şəxslərdən biri ona zəng edib çantanı götürməyini bildirmişdir. Həmin müştərini tanımamışdır. Həmin şəxs Azərbaycan Respublikasında yaşamış, taksi sürücüsü olduğuna görə bir neçə dəfə onu və ailəsini Sumqayıtda müvafiq ünvanlara avtomobillə aparmışdır. Çantanın içərəsində olanlar barədə məlumatı olmamışdır. Həmin çantanı dayanacaqda olan cavan bir oğlandan götürmüş və çantanı açıb baxmamışdır. Çantanın açılması üçün olan hissəsində kilid olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı o özünü təqsirli bilməmişdir. Yalnız çantanın onda olması faktını bildirmişdir. İbtidai istintaq zamanı o narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirməmişdir. Çantanı götürdükdən sonra həmin çantanı aparacağı ünvanı deyəcəyini bildirmiş, lakin çantanı götürdüyü gün ona zəng etməmişdir. Çantanı kirayə yaşadığı evə gətirmişdir. Masazır qəsəbəsində bazarlıq etdiyi zaman əməkdaşlar ona yaxınlaşmış və kirayə yaşadığı evə aparmışdırlar. Evdə heç kim olmamışdır. Evdə başqa heç yerdə narkotik vasitə olmamışdır. Yalnız verilən çantanın içərisindən narkotik vasitə aşkar edilmişdir. Mövsüm adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu bildirməmişdir. Onun istifadəsində olan telefonda “whatsapp” sosial şəbəkəsindən istifadə etmək mümkün olmamışdır. Narkotik vasitələrin daşınması sifarişini qəbul etməmişdir. O, çantanı qəbul etdikdən sonra həmin çantanı kimə və hansı ünvana çatdırmağı barədə məlumat vermək üçün ona zəng olunmamışdır. Çantanı açıb baxmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, vermiş olduğu izahatla bağlı ona qarşı heç bir təzyiq və digər ləyaqəti alçaldan rəftar edilməmişdir. İlk dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə gətirildiyi gün izahat vermiş, həmin izahatdan başqa heç bir izahat verməmişdir. Lakin cinayət işi materiallarında ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyinə dair izahat verməyi ilə bağlı sənəd olmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. 26 yanvar 2022-ci il tarixdə Abşeron rayonu ərazisində DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan sonra DTX əməkdaşları ilə birlikdə ünvan 5 ünvanında yerləşən kirayəyə götürdüyü mənzilə video çəkilişlə baxış keçirilmişdir. Mənzilə baxış keçirilən zaman DTX əməkdaşları ondan həmin mənzildə qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmaması əgər vardırsa həmin əşyanı təqdim etməyini istəmişlər. O da mənzilin qonaq otağında yerləşən dolabda saxladığı 1 ədəd tünd qəhvəyi rəngli parça materialdan olan yol çantasını götürüb onlara təqdim etmişdir. Həmin yol çantasına baxış keçirilən zaman çantadan 01 ədəd plastik qab və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 01 ədəd plastik qabın içərisinə baxış keçirilən zaman plastik qabdan 02 ədəd şəffaf rəngli və 01 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd ağlı-qırmızılı rəngli sellofan bükümündə narkotik vasitə olan heroin, 05 ədəd şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız qutunu içərisində olan narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Həmin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın təxmini çəkisi 420 qram olmuş, narkotik vasitə olan heroinin təxmini çəkisi 1620 qram, psixotrop maddə olan metamfetaminin təxmini çəkisi 1005 qram və narkotik vasitə olan tiryəkin təxmini çəkisi 380 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa aşkar olunmuş gümüşü rəngli elektron tərəzi də DTX əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 01 ədəd ona məxsus olan Texet markalı düyməli mobil telefonu, 01 ədəd Xiaomi markalı mobil telefonu, 70 manat pul, ona məxsus sürücülük vəsiqəsi, ona məxsus olan avtomobilin qeydiyyat şəhadətnaməsi, Araz marketə məxsus olan 02 ədəd endirim kartı və 01 ədəd Güvən Lombarda məxsus vizit kartı aşkarlanmışdır. Həmin aşkar olunmuş əşyalar da DTX əməkdaşları tərəfindən götürülərək qablaşdırılıb möhürlənmişdir. Bundan əlavə olaraq üzərində qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra evin digər hissələrinə də baxış keçirilmişdir. Lakin evindən hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Kirayə yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələri yalnız adının Mövsüm olduğunu bildiyi İran İslam Respublikası vətəndaşı vasitəsi ilə əldə etmişdir. Belə ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkə vasitəsi ilə Mövsüm adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onlar tanış olan zaman Mövsümə maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Mövsüm isə ona etibar etdiyini və onun vasitəsilə narkotik vasitələri və psixotrop maddələri Azərbaycana qaçaq yolla keçirəcəyini, daha sonra isə onun həmin narkotik vasitələr və psixotrop maddələri deyilən yerdən götürüb deyilən ünvana çatdırmağını, bir sözlə kuryerlik etməyini ona təklif etmişdir və buna görə də ona pul verəcəyini bildirmişdir. O da Mövsümün təklifi ilə razılaşmışdır. Bundan sonra 2021-ci il dekabr ayında Mövsüm həmin narkotik vasitələr və psixotrop maddələri tanımadığı şəxs vasitəsi ilə qaçaq yolla Azərbaycan Respublikası ərazisinə göndərmiş və bu barədə ona məlumat vermişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddələri tanımadığı kuryer vasitəsi ilə Xocahəsən qəsəbəsi ərazisində gizlətmişdir. Həmin yerin də şəklini çəkib ona Whatsapp vasitəsi ilə həmin şəkli ona göndərmişdir. O da Xocahəsən qəsəbəsi ərazisində həmin narkotik vasitələr və psixotrop maddələrin gizlədilən yerini tapıb həmin narkotik vasitələr və psixotrop maddələri götürüb kirayə tutduğu ünvan 5 ünvanında yerləşən mənzilə gətirib gizlətmişdir. Onun Mövsümlə aralarında olan razılaşmaya əsasən o, kuryerlik edib həmin narkotik vasitələr və psixotrop maddələri kiməsə verməli olmuş və buna görə də, yəni ki, onun kuryerlik etdiyinə görə də Mövsüm ona pul verməli olmuşdur. Nə qədər pul verəcəyini də Mövsümlə hələ danışıb razılaşmamışlar. Lakin DTX əməkdaşlarına yaxalandığı üçün kuryerliyini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, evindən aşkar olunmuş narkotik vasitələr və ya psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan yalnız adının Mövsüm olduğunu bildiyi şəxsin göstərişi ilə Xocahəsən qəsəbəsi ərazisindən götürüb tanımadığı şəxsə kuryer kimi verməli olmuşdur. Buna görə də Mövsümdən pul alacaqdı. DTX əməkdaşları tərəfindən saxlanılan zaman və sonra DTX əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xırdalan şəhərində kirayə müqaviləsi əsasında ev götürmüşdür. Həm təmir işləri, həm də Cavidanın müalicəsi məqsədilə həmin evi kirayə tutmuşdur. Əvvəllər narkoz qəbul etdiyi üçün çox məlumatı dəqiq xatırlamamışdır. DTX əməkdaşları Cavidanı kənarda tutub, evə onunla bilrikdə gəlmişdirlər. Cavidan tutulanda üzərində telefon olmamışdır. Cavidan adi telefondan istifadə etmiş, Cavidanın mobil nömrəsini əzbər olaraq bilməmişdir. Evdə olmağına baxmayaraq videoçəkilişdə iştirak etməmişdir. DTX əməkdaşları isə əməliyyataxtarış tədbirini Xırdalanda kirayə götürdüyü evdə həyata keçirmiş və həmin anda orada olmamışdır. Mövsüm adlı şəxsi tanımamışdır. Evi kirayə olaraq Mehparə Əjdərovadan götürmüşdür. Kirayə üçün aylıq haqqı 250 manat məbləğində razılaşdırmışdır. Cavidan xəstə olduğu üçün həmin evdə yaşamışdır. Cavidan psixi xəstədir. Cavidan o səbəbdən ayrı yaşamışdır. Cavidanı özü qəsdən uşaqlardan təcrid etmişdir. Şahid X2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. 16 yanvar 2022-ci il tarixdə Şahid1 ofislərinə müraciət edərək 1 otaqlı mənzil kirayələmək istədiyini bildirmişdir. O, öz növbəsində özündə olan Sadıxlı Nərminə məxsus olan ünvan 6 ünvanında yerləşən 01 otaqlı mənzili Şahid1 təqdim etmişdir. Şahid1 mənzili bəyəndiyini burada ailəsi ilə qalacağını bildirmişdir. Bu səbəbdən də həmin mənzili nikah şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin əsasında müqavilə bağlamaqla kirayə vermişdir. Müqaviləyə əsasən hər ayın 16-da Nərmin Sadıxlıya kirayə evə görə 250 manat pul ödənilməli olmuşdur. Qarşılıqlı razılıq əsasında kirayəşin və ev sahibəsi arasında telefon nömrələri bir-birilərin təqdim edilmişdir. ünvan 6 ünvanında yerləşən mənzildə qanunla qadağan olunmuş əşyaların olub olmamasından xəbəri olmamışdır. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 ifadəsində göstərmişdir ki, onun ünvan 6 ünvanında 01 otaqlı mənzili vardır. Orada yaşamadığına görə makler olan Şahid2 həmin evi kirayə verməsini bildirmişdir. 2022-ci il tarixdə Mehbarə onunla əlaqə saxlayaraq evə bir nəfər ailəli qadının kirayələmək istədiyini bildirmişdir. Evinin açarı Mehbarədə olduğuna görə sonuncuya evi həmin şəxslərə təqdim etməsini bildirmişdir. Bundan sonra Mehbarə həmin Şahid1 və ailəsinə təqdim etmiş və o da həmin evi onlara kirayə verməyə razılaşmışdır. Danışığa əsasən onlar hər ayın 16-da ona kirayə evə görə 250 manat pul ödəməli olmuşdur. Ona məxsus ünvan 6 ünvanında yerləşən mənzildə qanunla qadağan olunmuş əşyaların olub olmamasından xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Dövlət Təhlükəsizlik Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı Baş İdarəsinin narkotik vasitələrin qaçaqmaçılıqığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs barəsində verilmiş arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 7 ünvanında qeydiyyatda olan. Abşeron rayonuŞ Nazim Əsədov küçəsi, ev 64 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, onun narkotik vasitələri salamaq məqsədilə kirayələdiyi Xırdalan şəhəri, “Kristal ünvan 9 ünvanında keçirilmiş baxış zamanı oradan ona məxsus 1.5 kq yaxın narkotik vasitə olan heroin, 1 kq yaxın metamfetamin, 400 qr yaxın tiryək və 400 qr yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhər Səbail rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi , texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk və “baxış keçirilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü mənzilin qapısını açaraq içəri daxil olur. Əvvəlcə Təqsirləndirilən şəxs özü, ardınca Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mənzilə daxil olur. Ardıcıllıqla evin giriş hissəsi, dəhliz, sanitar qovşaq və eyvanına baxış keçirilir. Mənzilin otağında Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı bir əşyanın olması halında onu təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs qarşısında dayandığı dolabı açaraq orda qoyulan qara rəngli çantanı təqdim edir. Əvvəlcə çantanın üzərində olan zəncirbənd açılır, baxış keçirilir. Daha sonra çantanın əsas hissəsi açılır, oradan dördkünc plasmas saxlanc qabı, onun üzərində isə ağ rəngli tərəzi aşkar edilərək götürülür. Həmin saxlanc qabının içərisinə baxış keçirildikdə içərisindən ümumi çəkisi 1489,20 qram narkotik vasitə olan heroin, çəkisi 668,19 qram psixotrop maddə olan metamfetamin, çəkisi 346,06 qram olan narkotik vasitə qurudulmuş marixuana və çəkisi 309,88 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 23 fevral 2022-ci il tarixli, 6/543 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün № 95” və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün № 214” dairəvi möhür əksləri olan plastik qutudakı, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 495,6 qram və 993,5 qram, ümumi təmiz çəkisi 1489,1 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 668,0 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin bir ədəd bağlamada qablaşdırılmış vəziyyətdə təqdim etdiyi üçün, maddənin ayrı-ayrılıqda təmiz çəkisini və eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 309,8 qram tünd qəhvəyi rəngli qatranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 183,0 qram ağ rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Tədqiqata təqdim edilmiş kağız paketdə olan bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-biloji ekspertiza üzrə 17 fevral 2022-ci il tarixli, 7/79 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 346,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana bir ədəd paketdə olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 mart 2022-ci il tarixli, 1480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli, 793 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon məhkəməsinin 01 fevral 2022-ci il tarixli, iş № 5(012)-49/2022 saylı “telefon danışıqları barədə məlumatların götürülməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs adına rəsimiləşdirilmiş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 20 may 2022-ci il tarixli, BKC/LGL-8462/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 mart 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qalıq çəkisi – 1488,90 qram çəkidə narkotik vasitə heroin, 345,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 309,7 qram çəkidə narkotik vasitə tiryək, 667,90 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid1 və oğlu X4 ibarətdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X5 xx.xx.2021-cü il, X7 xx.xx.2020-ci il təvəllüdlü olmaqla azyaşlı, X6 isə xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu Mövsüm adlı İran İslam Respublikasının vətəndaşının satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsində qoyduğu 01 ədəd plastik qabda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 1489,20 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 346,06 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 309,88 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 668,19 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitələr heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamini öz yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə gətirməklə daşımış və mənzilin qonaq otağında yerləşən dolabdakı 1 ədəd tünd qəhvəyi rəngli parça materialdan olan yol çantasında saxlamış, 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində saxlanılaraq, yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilinə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı dolabdakı 1 ədəd tünd qəhvəyi rəngli parça materialdan olan yol çantasından həmin 1489,20 qram narkotik vasitə heroin, 346,06 qram narkotik vasitə qurudulmuş marixuana, 309,88 qram narkotik vasitə tiryək və 668,19 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır və bu Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi- 1488,90 qram çəkidə narkotik vasitə heroin, 345,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 309,7 qram çəkidə narkotik vasitə tiryək və 667,90 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi- 1488,90 qram çəkidə narkotik vasitə heroin, 345,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 309,7 qram çəkidə narkotik vasitə tiryək və 667,90 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar