Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-170/2024 10.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Quba rayonu Bağbanlı kəndində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay müddət təşkil edən, Quba rayonu Bağbanlı kəndində daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Şimal Bölgəsi üzrə X14 Həlli üzrə Ağentliyinin icraçı direktoru kimi təqdim edib etibarından suiistifadə edərək onun Xaçmaz rayonu, Aşağı Ləgər kəndi ərazisində icarə müqaviləsi əsasında istifadə etdiyi kənd təsərrüfatı təyinatlı örüş sahəsini sonuncunun xüsusi mülkiyyətinə keçirmək adı ilə yalan vədlər verməklə 2019-cu ilin avqust ayında Xaçmaz rayonu, Aşağı Ləgər kəndi ərazisində Zərərçəkmiş şəxs1 7000 manat məbləğində pul vəsatini alıb ələ keçirdikdən sonra onu aldadaraq xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özünü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Şimal Bölgəsi üzrə X14 Həlli üzrə Ağentliyinin icraçı direktoru kimi təqdim edərək onun etibarından suiistifadə edərək Qusar rayonu, Yasab-oba kəndi ərazisində yerləşən 45 ha-lıq torpaq sahəsini ona göstərdikdən sonra həmin sahəni satmaq adı ilə yalan vədlər verməklə əvvəlcə ondan 2021-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu, Aşağı Altuc kəndi ərazisində 10.000 manat, sonra 10 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri ərazisində əlavə 100.000 manat, axırıncı dəfə isə 02 mart 2022-ci il tarixdə Quba-Xaçmaz yolunda Quba rayonu, Bağbanlı kəndi ərazisində daha 110.000 manat olmaqla ümumilikdə 220.000 manat məbləğində pul vəsatini alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 aldadaraq ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, onu zərər çəkmiş şəxslərlə mərhum X8 tanış etmiş və o, zərər çəkmiş şəxsləri əvvəlcədən tanımamışdır. İş üzrə Şahid2 polis şöbəsinə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxslərdən alınmış pul vəsaiti X17 pulu özlərinə geri qaytardığını demişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, onu Zərərçəkmiş şəxs1 ilə X26 tanış etmişdir. O, evlərin layihələndirilməsi işi ilə məşğul olmuş və Cabbar Ağaliyevi də oradan tanımışdır. Təqsirləndirilən şəxs ali təhsilli olduğunu, polis əməkdaşlarının ittiham aktında olan məlumatları özləri qeyd etdiyi üçün onun haqqında olan məlumatları yanlış qeyd etdiklərini bildirmişdir. O, Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirmişdir. Təqsirəndirilən şəxs layihələndirilmə ilə bağlı vətəndaşları maarifləndirirdiklərini, daha sonra isə memarın layihələrə baxdığını və onların birlikdə vətəndaşları tikinti ilə təmin etdiklərini bildirmişdir. O, X14 həlli üzrə rəsmi agentlikdə işləməmişdir. Kənd təsərrüfatı təyinatlı torpağın Zərərçəkmiş şəxs1 mülkiyyətinə keçməsinə dair heç bir vəd verməmiş, Xaçmaz rayonunda Zərərçəkmiş şəxs1 7.000 manat məbləğində pul almamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə pul barəsində telefon zəngi belə olmamışdır. Bu proseslərdə ancaq şahid kimi Cabbar Ağaliyevin yanında olmuşdur, Zərərçəkmiş şəxs1 Cabbar Ağaliyevə pul verdiyini görməmişdir. Zərərçəkmiş şəxs2 da Cabbar Ağaliyev vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs2 pul almamışdır. Bir dəfə Zərərçəkmiş şəxs2 Cabbar Ağaliyevə pul verərkən onların yanında olmuşdur. Cabbar Ağaliyev bir ildən yarım müddətdir ki, rəhmətə getmişdir. Onun heç kimə pul qaytaracağı ilə bağlı, həmçinin Zərərçəkmiş şəxs2 173.000 manat məbləğində borc pulun geri qaytarılması ilə bağlı əlyazması olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq bildirmişdir ki, onunla pul barəsində telefon danışıqları olmamış və Zərərçəkmiş şəxs1 həmişə Cabbar Ağaliyevin yanında görmüşdür. O, Zərərçəkmiş şəxs1 60.000 manat pulun qarşılığında 45 hektar sahənin mülkiyyətinə keçirəcəyinə dair vəd verməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Cabbar Ağaliyevin maşını olmadığı üçün onun maşını ilə birgə zərər çəkmiş şəxslərlə görüşməyə getdiklərini bildirmişdir. X17 “Müslüm və Hacıağa ilə danışmışam, onlara torpaq veriləcəkdir” demişdir. O, sadəcə Cabbar Ağaliyevin yanında sürücü olaraq getmişdir. Müslüm X12 yanında 63.000 manat məbləğində pul vermişdir. Cabbar Ağaliyev torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin Cabbar Ağaliyevə pul verdiklərini görməmişdir. O, 220.000 manat məbləğində olan pulun Cabbar Ağaliyev tərəfindən alındığının şahidi olmamışdır. X27 Bayramovdan aldığı pulun qarşılığında ona torpaq sahəsi verəcəyi barədə vəd vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, X26i əvvəlcədən tanımışdır. Bir dəfə sənədləşdirmə məsələsi olmuş və Cabbar Ağaliyev ona “bir nəfər var sənədləşdirmə məsələsini həll edir və mənim də sənədlərimi o həll edib” demişdir. O da Cabbarla razılaşmış, daha sonra isə Təqsirləndirilən şəxslə Cabbar Ağaliyev vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxslə sənədləşmə işi ilə bağlı zəngləri, müvafiq görüşləri olmuşdur. Təqsirləndirilən şəxs ona “sizin sənədinizi 15.000 manat məbləğində olan pula həll edərəm” demişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğin 7.000 manatını vermiş və “geri qalan 8.000 manat məbləğində olan pulu verəcəm” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefon danışıqları zamanı işin bu günə sabaha həll olunması ilə bağlı vədlər vermiş, amma heç bir nəticə olmamışdır. Bir dəfə Şahid1 ona zəng edib “Nizami sizin sənədlərinizi düzəldə bildi?” soruşmuşdur. O da Müslümə “hələ yox” cavabını vermişdir. Şahid1 ona “mən Nizamiyə 110.000 manat məbləğində pul vermişəm, yenə də bizdən pul istəyir, amma heç bir yekun nəticə yoxdur” demişdir. Bu söhbətdən 2 gün sonra Nizami ona zəng edib “Sevda xanım, siz mənə 60.000 manatı nağdı verin, mən 45 hektar olan sahəni sizin mülkiyyətinizə keçirəcəm” demişdir. O da Nizamiyə “axı, Nizami sən onu Müslümə düzəldirsən, onda necə olacaq?” demiş, Nizami də ona “Müslüm pulun geri qalan hissəsini vermədi və onun pulu artıq batdı” demişdir. Zərərçəkmiş şəxs1 ona məxsus sahədə tikili olmadığını, Təqsirləndirilən şəxs layihə göstərmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs 7.000 manat məbləğində pulu Xaçmaz rayonunda təxminən 2019-cu ildə Cabbar Ağaliyevin yanında verdiyini bildirmişdir. O, təxminən 2023-cü ildə X19 şikayət etmişdir. Nizami ona sənədlərin 1 il ərzində düzələcəyini bildirmiş, pulu Nizamidən geri tələb edəndə “Sevda xanım, elektron islahatlar gedir, sənədləriniz yaxın müddətə hazır olacaqdır” demişdir. Təqsirləndirilən şəxs özünü səlahiyyətli bir şəxs olaraq təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş 7.000 manat zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə yaxın münasibətləri olan Şahid1 “Cabbar adlı bir tanışım var, o mənə deyir ki, Nizami adlı bir nəfərdə 45 hektar torpaq sahəsi var və həmin torpaq sahəsini satmaq istəyir, gəl birlikdə, həmin torpaq sahəsini alaq” demişdir. Onlar həmin torpaq sahəsini almağa razılaşmış, Cabbar da onları Təqsirləndirilən şəxslə tanış etmişdir. İlk dəfə Nizaminin onlardan 10.000 manat məbləğində beh pul istədiyini, ümumi olaraq həmin torpaq sahəsini almaq üçün 300.000 manat istədiyini və 280.000 manata razılaşdıqlarını bildirmişdir. Onlar 20.000 manatı da X23 Piriyevi onlarla tanış etdiyinə görə vermək barədə razılığa gəlmişdilər. Onlar Nizamidən həmin torpaq sahəsinin kimə aid olduğunu soruşduqda, o, həmin torpaq sahəsinin Qusar internat məktəbinin Yasab kəndində ərazi olduğunu, Sovet Hakimiyyəti dağılandan sonra onlara həmin torpağa istifadə hüququ verildiyini demişdir. Onlar da Təqsirləndirilən şəxs dedikləri ilə razılaşıb 10.000 manat beh pul vermişdilər. Bir müddət keçəndən sonra Nizami onunla əlaqə saxlayıb ona yenə də sənədlərin hazırlanması üçün pul göndərməli olduğunu demişdir. Xaçmaz rayonunda çayxanaların birində pulu Nizamiyə vermiş və Nizami də 2 ay ərzində hər şeyin düzələcəyini demişdir. Bundan sonra Nizamidən heç bir xəbər gəlməmişdir. Nizami sonra ona “1992-ci ildən sonra orada vergilər yığılıb qalıb, o vergilər ödənilməlidir” demişdir. Daha sonra onlardan yenə 110.000 manat pul almış və onlara “mən X14 Həlli üzrə Agentlikdə icraçı direktoram” demişdir. Onlar da Təqsirləndirilən şəxs dediklərinə inanmışdılar. Onlara aldığı pulu təsdiqləyən əlyazma ilə yazı vermişdir. Onlar Nizamiyə ümumi 220.000 manat pul vermişdilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara guya Asya Manafova adlı sabiq deputatın 45 hektar torpaq sahəsini istifadəyə verdiyi demişdir. O, bununla bağlı hər hansı dövlət qurumlarına müraciət etməmişdir. Onlar pullarını geri istəyəndə Nizami “narahat olma, 1 ay ərzində geri qaytaracam” demişdir. Onlar Nizamidən pulun verilməsi ilə bağlı əlyazma almış və Nizamidən öz xətti ilə 173.000 manat olan əlyazmaya imza çəkmişdilər. Bir müddətdən sonra Cabbar Ağaliyev xəstələnmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Ağaliyev Cabbarı tanımamış, Şahid1 onları tanış etmiş, Cabbarı onlara yaxın bir insan olaraq tanıtmışdır. Onlara Təqsirləndirilən şəxs X14 Həlli üzrə Agentlikdə icraçı direktor kimi tanıtmışdılar. Təqsirləndirilən şəxs onlara 45 hektar olan torpaq sahəsinin daimi istifadəsində olmaqları ilə bağlı olaraq sənədlər düzəldəcəyi barədə vəd vermişdir. Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs özünə verdiyini, hər üç dəfə pul ödənişi edəndə Cabbar Ağaliyevin onların yanında olduğunu bildirmişdir. Cabbara 20.000 manat məbləğində pul verəcəkləri üçün o da görüşlərə Nizami ilə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun yaxın qohumudur. Hadisə ilə bağlı bütün proseslərdə o özü iştirak etmiş, Təqsirləndirilən şəxs də Cabbar Ağaliyev vasitəsilə tanımışdır. Onlar Hacıağa ilə birgə bağ salmaq istəmiş, buna görə də onların dedikləri ilə razılaşmışdılar. Cabbar Ağaliyev onlara “mənim sənədlə bağlı işimi də Təqsirləndirilən şəxs həll edib və ona bunun qarşlığında 50.000 manat məbləğində pul vermişəm” demişdir. Onlar Nizami ilə 300.000 manat məbləğində pula razılaşmış, Nizami onlara sənədlər təqdim etmiş və “bu torpaq sahəsi Şahdağ MMC-dir, Asya Manafovanın ailəsinə məxsus torpaqdır. Bunun sənədləri 1992-ci ildən qalan sənədlərdir və yenilənməlidir. Mən bu torpaq sahəsini 280.000 manata verirəm, amma ilkin sənədləşmə üçün pul lazımdır” demişdir. Daha sonra bərabər gedib torpaq sahəsinə baxmış, 2 gündən sonra Hacıağa 10.000 manat məbləğində beh pulunu Nizamiyə vermişdir. Nizami həmin pulu götürüb “bir neçə gündən sonra sənədləşmə ilə bağlı mənə yenə də pul lazım olacaqdır” demişdir. Xaçmaz rayonunda çayxanaların birində oturmuş, Hacıağa 100.000 məbləğində həm manatlıq, həm də dollar olan pulu vermişdir. X20 “bunların məsələsi nə vaxta həll olunar?” soruşmuş, Nizami də “təxmini 1 ay yarım ərzində bu məsələ həll olunacaqdır” demişdir. Daha sonra isə Nizami ilə ancaq telefon vasitəsilə əlaqə saxlamış, bir müddətdən sonra Nizami 1992-ci ildən qalan vergiləri ödəmək üçün yenə də bir o qədər pul lazım olduğunu demişdir. Yenə də Hacıağa ilə birlikdə 110.000 manat məbləğində Nizamiyə pulu vermişdilər. Bir müddətdən sonra Nizaminin özünə onun qonşuluğunda ev aldığını eşitmişdir. Onlar Nizamiyə pulu verəndə hər dəfə Nizami onlara həqiqətən bu sahənin Şahdağ MMC olmağı ilə bağlı sənədlər təqdim etmişdir. O, Cabbar Ağaliyevi 20 ildir ki, torpaq alqı-satqısı ilə məşğul olan birisi kimi tanımışdır. Ümumi olaraq 220.000 manat məbləğində pulu əlbəəl Təqsirləndirilən şəxs almışdır. İlk dəfə manatla, ikinci dəfə dollarla, üçüncü dəfə yenə manatla pul ödənişi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, onun iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə münasibəti olmamış, atası X4 yanında Nizamini görməmişdir. Müstəntiq ondan ifadə alandan sonra Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı da belə cinayət əməlləri olduğunu araşdırmışdır. Təqsirləndirilən şəxs dediyinə görə onun atası X2 Bayramov adlı şəxsdən 110.000 və 163.000 manat pul almışdır. Amma O, atasının heç kimdən pul almadığını bildirmişdir. Onun atası X8 2022-ci ilin senytabrın 21-də vəfat etmişdir. Atası rəhmətə getdikdən sonra Təqsirləndirilən şəxs atasının üstünə belə böhtan atmışdır. Əgər atası göstərilən məbləği almış olsaydı, xəstə olan vaxtı onun müalicəsi üçün kredit alıb müalicəyə göndərməzdi. Hal-hazırda buna görə nə qədər krediti və bocu vardır. O, atasının Xudat şəhərində torpaq sahəsi olmadığını, ümumiyyətlə torpaq işi ilə məşğul olmadığını, Xudat şəhərində fərdi evlərinin olduğunu və hal-hazırda orada yaşadıqlarını bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Şahid2 ilk dəfədir ki gördüyünü bildirmişdir. Sadəcə olaraq Şahid2 Göyçay rayonunda işlədiyini və bu işə heç bir aiddiyatı olmadığını bilmişdir. Onu birinci şikayət edən şəxs Müslüm olmuşdur. Şahid2 atası ilə torpaq alış-verişi ilə bağlı münasibəti olmuşdur. O, X6 pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs heç tanımamışdır. O, Rusiyada yaşamış, Rusiyadakı evini satıb Xaçmaz şəhəri, Nərimanov 74 ünvanında 3 otaqlı ev almış, reyestrdən sənədləri çıxardıqdan sonra Rusiyaya getmişdir. Başqa bu məsələ ilə bağlı heç bir şey bilməmişdir. Müqavilədə evin qiyməti 20.000 manat qeyd olunmuş, lakin evi 57.000 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X26lə uzun müddət X24 birlikdə işləmiş, onunla yaxın dostluq münasibəti olmuşdur. O, tez-tez Xudata getmiş və orada Cabbarla görüşmüşdür. Axırıncı il yarım isə onun qardaşı rəhmətə gedəndə Cabbar Nizami ilə hüzürə gəlmişdir. Hüzürdə olanda Cabbar ona “Nizami sizin qonşu kənddən uzaq qohumdur” demiş, ondan sonra Nizamini tanımışdır. Onlardan nə işlə məşğul olduqlarını soruşduqda, Cabbar 1995-ci ildən torpaq alqı-satqısı ilə məşğul olduğunu və Nizaminin də evlərin layihələndirilməsi, evlərin satışı, evlərin kirayəsi və s. ilə məşğul olduğunu demişdir. Cabbar son vaxtlar özündən şikayət etmiş və əməliyyata gedəcəyini demişdir. Bir neçə gündən sonra Cabbar ona Bakıdan zəng edib “Əmrəli, artıq mən əməliyyat olunmuşam, bir-iki günə çıxıb gələcəm” demişdir. İki-üç gündən sonra Cabbar Nizami ilə Xaçmaza gəlmiş, Nizami Cabbarı düşürdüb özü çıxıb getmişdir. Onlar Cabbarla oturub söhbət edərkən Cabbarın vəziyyətinin yaxşı olmadığını görmüşdür. Cabbar ona “mənim oğlum, gəlinim Rusiyada yaşayır və mən də bir iki günə onların yanına getməyə hazırlaşıram” demişdir. Bu söhbətdən bir-iki gün sonra Cabbar ona zəng edib “səndən bir xahişim olacaq, Xaçmazda Müslüm adlı bir nəfər yoldaş var, onun telefon nömrəsini sənə verəcəm, onunla bir görüş, mənə tez-tez zəng edir, amma mənim halım da yaxşı deyil. Müslümü başa sal ki, qoy gedib-gəlim əməliyyata, qayıtdıqdan sonra isə onun bütün problemlərini həll edəcəm” demişdir. O, Cabbarla razılaşmış, ertəsi gün Müslümə zəng etmiş “mən Dəmir yolları tərəfdə yaşayıram və səni gözləyirəm, səninlə tanış olaq, sənə sözüm vardır” demişdir. Müslüm onunla görüşə tək gəlməmiş, yanında Hacı adlı bir nəfər də olmuşdur. Oturub bir xeyli söhbət etmiş və Cabbarın xahişini çatdırmağa gəldiyini bildirmişdir. Onun bu danışdıqlarına Müslüm bir az əsəbləşmişdir. O, Müslümə Cabbarın pis adam olmadığını, hər işin öhdəsindən layiqincə gələcəyini demişdir. Bir-iki gün keçəndən sonra Müslüm onu çağırmışdır. Onlar yenidən görüşərkən 1 aya yaxın idi ki, mərhum Cabbar hələ də Rusiyadan geri qayıtmamışdır. Müslüm ilə Cabbar arasındakı məsələ torpaq barəsində sənədləşdirmədən gedirdi, Müslümün dediyinə görə, Cabbar torpaq sənədləşdirməsini ləngitmişdir. O, sadəcə olaraq, mərhum Cabbarın xahişini Müslümə çatdırmış, Müslümgil isə işin ləngiməsi ilə bağlı ondan incimişdir. Müslümgilin torpaq sənədləşməsinin işini Cabbarın aparacağını bildirmişdir. Bu işdə Təqsirləndirilən şəxs rolu ondan ibarət idi ki, evlərin layihələndirilməsi, evlərin satışı, evlərin kirayəsi və s. ilə o məşğul olmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun əsl adı Əmrəli olsa da, onu tanıyanlar Yunus adı ilə çağırır. Təqsirləndirilən şəxs onun qohumudur, əmi nəvəsidir. X3 isə onun dostudur. Onun Nizami və Cabbarın birlikdə gördüyü işlərdən xəbəri yoxdur. Nizaminin cinayət əməllərinə onun aidiyyəti yoxdur. O, heç kimi aldatmamış və heç kimə qarşı dələduzluq etməmişdir. Təxminən 2022-ci ilin iyul ayında yataq şəraitində müalicə alan Cabbarın xahişi ilə o, Nizamidən pulu geri tələb edən Müslüm adlı şəxslə danışmış və sonuncudan Nizaminin onlara söz verdiyi torpaq sənədlərinin düzəldəcəyini söyləyərək onun səbirli olmasını və Nizaminin verdiyi sözlərinə əməl edəcəyini bildirmişdir. O nə Müslümü, nə də Hacıağanı tanımır. Onları da Nizami ilə Cabbar tanış etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, onu Hacıağa adlı bir nəfərin Nizamiyə pul verməsi ilə bağlı polis şöbəsinə çağırmışdılar. O, Hacıağanı 3-4 ildir ki, tanıdığını bildirmişdir. Hacıağa həmin pulu ondan alıb vermişdir. Polis əməkdaşları ondan “Hacıağaya pul verdiyini təsdiq edirsənmi?” soruşmuş, o da “Bəli, təsdiq edirəm” demişdir. Həmin borc ümumilikdə 210.000 manat təşkil etmişdir. Hacıağa torpaq almağa görə həmin borc pulu istəmişdir. O, Hacıağagilin onun pulunu geri qaytarmadığını və Nizami ilə gedib pul barəsində görüşmədiyini bildirmişdir. Qeyd olunan pullar etap ilə verilmişdir. O, Hacıgilə “Nizami kimdirsə, sizi aldadır, pulunuzun hamısını verməyin ona” demişdir. Hacıağa ilə onun arasında dostluq münasibətləri olmuş və bir gün Hacıağa ona “Orxan, mənə pul ver, bir yaxşı iş var, torpaq alqı-satqısı söhbəti gedir, alınsın sənin pulunu da geri qaytaracam” demişdir. Torpağın 270.000 manata alınacağı və həmin vəsaitin Cabbar və Nizami adlı şəxslərə veriləcəyi danışılmışdır. O, həmin məbləği verməyəcəyini Qubada “Buta” kafesində əyləşərkən Nizaminin də orada olduğunu və əlində bir xeyli torpaq sənədləşdirilməsi ilə bağlı sənədlər olduğunu bildirmişdir. O, 210.000 manat məbləğində pul verəndə aralarında heç bir sənədləşmə işi aparılmamışdır. Ona pulunu sentyabr ayında geri qaytaracaqlarını demişdilər. Hacıağagil ona bu torpağı alıb satacaqlarını, ola bilsin ki, ona da pay verə biləcəklərini və s. demişdir. Həmin vəsaitdən 8.000 manat məbləğində pul geri qaytarılmışdır. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, həqiqətəndə 13 oktyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri ev 74, mənzil 43-də yerləşən özünə məxsus 03 otaqlı yaşayış evini Təqsirləndirilən şəxs satmış, həmin evin qiymətini 63.000 manata danışmış və Təqsirləndirilən şəxs ona həmin məbləğdə pul vəsaitini ödəmişdir. Lakin evin satışının rəsmi qiymətini notariusda imzalanmış alqı-satqı müqaviləsində 20.000 manat olaraq göstərmişlər. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs onun əri olmuş, aralarında qeyri-rəsmi nikah münasibətləri olmuş və ondan 05 yaşlı oğlu vardır. 2018-ci ildən o, Nizamidən ayrı, azyaşlı oğlu ilə birlikdə Xaçmaz şəhəri Natəvan keçəsində valideynlərinin evində yaşayır. Hazırda Nizami 05 yaşlı oğlunun saxlanılması üçün ona ayda 150 manat məbləğində pul vəsaiti ödəyir. Ayrılmalarından bir müddət sonra Nizami onunla barışmaq istəmiş, bu məqsədlə Xaçmaz şəhərində Zəminə adlı qadından 03 otaqlı ev də aldığını bildirərək təkrarən bir ailə kimi onunla yaşamasını istəmiş, lakin Nizami onunla nikahlarını rəsmiləşdirməkdən imtina etdiyindən aralarında razılıq əldə edilməmişdir. Zəminə adlı qadından evi hansı qiymətə satın aldığı bilmədiyini, bu barədə Nizaminin ona heç nə demədiyini bildirmişdir. Onun Nizaminin cinayətkar əməllərindən xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ilkin araşdırma zamanı Şahid1 tərəfindən 30 dekabr 2022-ci il tarixdə istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq ona verilən 02 mart 2022-ci il tarixli olmaqla “Word” proqramında yazılan və 02 oktyabr 2022-ci il tarixli olmaqla təqsirləndirilən şəxs tərəfindən icra edilən aktlardan görünür ki, sonuncuya Qusar rayon Yasab-oba kəndi ərazisində 45 ha-lıq torpaq sahəsi ilə bağlı ümümilikdə 220.000 manat pul verilmiş, eləcə də pul alması Təqsirləndirilən şəxs öz imza ilə təsdiqləmişdir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli 4/139 №li rəyində göstərilmişdir ki, təqdim edilmiş 02 mart 2022-ci il tarixli “Akt”ın aşağı hissəsində “1” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza və möhür əksinin sağ hissəsində olan imza; üzərində AA seriyası ******* saylı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunmuş AA formalı kağızın sağ hissəsində yazılmış “Mən Təqsirləndirilən şəxs....” yazıları ilə başlayıb “...aldığım 173-min manatı (yüz yetmiş min) qaytaracağıma söz verirəm” sözləri ilə bitən yazılar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 28 fevral 2023-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş, həmin protokolda Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılan telefon danışıqlarını əks etdirən aşağıdakı məzmunlu danışıq səslərinin olması müəyyən edilmişdir: 1-ci səs yazı: Təqsirləndirilən şəxs: Alo. Şahid1: Alo, salam-aleykum. Təqsirləndirilən şəxs: Salam Müslüm kişi yarımsaat qırx dəqiqə səbirli ol yığacam səni. Şahid1: Yox eee. yığıb nə mənası var. Boş yerə nəyə yığırsan məni qardaş. Həll olunmur qaytar pulları gətir. Başqa burda variant yoxdur. 16 aya həll olunmayan şey indi həll olan deyil. Nə özüvü aldat, nə də bizi aldat qardaş. Heç kəs sənə uşaq deyil. Xoşluqda qaytar pulları. Bax müəllimdə bunu deyir. Yoxsa tədbir görəcəm. Təqsirləndirilən şəxs: Yaxşı olsun, yaxşı olsun. 2-ci səs yazı: Şahid1: Alo. Təqsirləndirilən şəxs: Müslüm kişi necəsən nə var nə yox. Şahid1: Sən nətərsən. Mən necə olacam? Təqsirləndirilən şəxs: Mən... Mənə bax. Mən bu dəqiqə yığacam da sənə. Bir 5-10 dəqiqədən sonra bir dənə yer eləyək yığacam səni oldu qardaş. Oldu səbirli ol. Oların şeyini çatdırmışam. Dünənləri 40 dənə də çatdırmışam olara. Şahid1: İndi nətər olacaq necə olacaq. Təqsirləndirilən şəxs: İnşallax yəni bir dənə səbirli bir dənə şey eləyəcəm danışacam sənlə. Yəni pis deyil, yaxşı olmasa day mən durub dəli deyiləmki? Evimi də satıb 40 min pul göndərmişəm. Aparıb vermişəmdə axır. Səbirli ol axır deyəcəm sənə, oldu qardaş. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış 31 mart 2023-cü il tarixli 3-2-1- 3-34/2-3610/2023 №-li məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına 07 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli **********90 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Barlı kəndində ümumi birgə 0,0742 ha torpaq sahəsinə verilmiş JN-173F KOD 30316028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Eyni zamanda həmin məktubdan görünür ki, Qusar və Xaçmaz rayonları ərazisində Təqsirləndirilən şəxs məxsus hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış 31 mart 2023-cü il tarixli 3-2-1-3-34/2-3611/2023 №-li məktubdan görünür ki, 2021-2022-ci illərdə X3nun adına Qusar və Xaçmaz rayonları ərazisində, o cümlədən də Xaçmaz rayonu Xudat şəhər ərazisində qeydə alınmış hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı Notariat Ofisindən alınmış 06 aprel 2023-cü il tarixli 400 №-li məktubuna əsasən göndərilmiş 13 oktyabr 2021-ci il tarixli 4Ə-2088 №-li alqı-satqı müqaviləsindən məlum olur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu dələduzluq cinayətini törədərək külli miqdarda pul vəsaitini ələ keçirdikdən sonra Şahid6 ünvan 2 ünvanında yerləşən yaşayış evini 20000 manat qiymətinə satın almışdır. Yenə həmin məktuba əsasən göndərilmiş 29 noyabr 2022-ci il tarixli 4Ə-2905 №-li alqı-satqı müqaviləsindən məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşayış evini 20000 manat qiymətinə X1. İstintaq zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən alınmış 13 aprel 2023-cü il tarixli **********275000 №-li məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Şimal Bölgəsi üzrə X14 Həlli üzrə Ağentliyi” adlı hüquqi şəxs vergi uçotuna alınmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 pulu X3na verməsi, zərər çəkmiş şəxslərə qarşı dələduzluq etməməsi, habelə zərərçəkmiş şəxslərdən alınmış pul vəsaiti X17 pulu özlərinə geri qaytardığını deməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda-təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs övladı X22 xx.xx.2018-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 11 ay, 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 11 ay 19 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarla 18 yanvar 2023-cü il tarixdə Quba RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs tutulduğu 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəza çəkilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 04 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-170/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-170/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver