Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-170/2025 16.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şimal Vəkil Bürosunun Vəkili X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007- ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2di tikili evdə yaşayan, barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında qohumluq münasibətlərində olduğu dayısı oğlu Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaq ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vurub ona döş qəfəsinin ön səthinin sağ yarısının, sağ plevra boşluğuna nüfuz edən sağ ağciyəri yaralayan, sağtərəfli emopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında qardaşı Şahidla birlikdə dayısı oğlu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sətdar Bəlulzadə küçəsində yerləşən fərdi tikili evinə getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs onun anasının ünvanına nəlayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt qardaşı Şahid onları sakitləşdirmiş və onlar həmin evdən çıxıb getmişlər. O, özü və ailə üzvlərilə birlikdə müxtəlif metalları zibillikdən toplayırlar. Rasimin evindən çıxdıqdan sonra onun evinin yaxınlığında olan zibillikdə metal axtaran zaman, sarı rəngli tutaçağı olan, tutacağı ilə birlikdə təxminən 20 sm uzunluqda olan 01 ədəd mətbəx bıçaqı tapmışdır. Həmin bıçaqı götürüb əynində olan şalvarın sol yan cibinə yerləşdirmişdir. Bıçağı götürməsinin səbəbi gələcəkdə yerdən tapacağı, naqillərin üzərində olan üzlüyü təmizləmək üçün istifadə etmək olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində qardaşı Muradla birlikdə Rasimin evinin qarşısından keçən zaman, Rasim yaşadığı evin qapısının qarşısında dayandığını görmüşdür. Rasim onu görən zaman yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Aralarında sözlü mübahisə yaranmış Rasim onun üzərinə gəlmiş və onu vurmaq istəmişdir. O da əsəbləşib cibində olan bıçağı çıxarıb, bir dəfə həmin bıçaqla Rasimin qarın nahiyəsindən vurmuşdur. Daha sonra bıçağın üzərində qan olduğunu görmüş və qorxmuş, qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 01 aprel 2024-cü il tarixdə səhər saatlarında bibisi uşaqları Şahid və Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmişlər. O, sərxoş olduğundan Teymurla aralarında sözlə mübahisə baş vermişdir. Sonra onları sakitləşdirmişlər və Teymur qardaşlı ilə çıxıb getmişlər. Təxminən 10-15 dəqqiqədən sonra siqaret çəkməsi üçün evin qarşısına çıxmışdır. O həmin vaxt küçədə içkili vəziyyətdə olmuşdur. Spirtli içki qəbul etmişdir. Küçədə olan zaman bibisi oğlunu görmüşdür. O, təqsirləndirilən şəxsi vurmuş və onun anasını söymüşdür. Ağzına gələni danışmışdır. Həmin vaxt təqsirləndirilən şəxs zibillikdən bıçaq götürərək onu vurmuşdur. O vurulduqdan sonra yerə yıxılmışdır. Daha sonra onu həkimə aparmışlar. Amma onu kimin həkimə apardığını bilməmişdir. Onun qoqquz övladı vardır. Xəstəxanada olan zaman təqsirləndirilən şəxslə barışmışdır. Ona bir ədəd bıçaq zərbəsi vurulmuşdur. Xəstəxana xərcini özü ödəmişdir. Təqsirləndirilən şəxsin ailə üzvləri zibillikdən metal yığmaqla məşğul olmuşlar. Ona görə də xəstəxana xərclərini ödəmək imkanları olmamışdır. O, içkili olduğu üçün təqsirləndirilən şəxsi səbəbsiz yerə söymüşdür. O, təqsirləndirilən şəxsi birinci vurmuşdur. Təqsirləndirilən şəxs onun qarşısından qaçmışdır. Ondan sonra təqsirləndirilən şəxsin anasını söymüşdür. Təqsirləndirilən şəxs söyüşdən sonra bıçaqla onu vurmuşdur. Ayaqüstündə onun dayanmağa halı olmamışdır. Təqsirləndirilən şəxsin ona növbəti bıçaq zərbəsi vurmaq imkanı olmuşdur. Təqsirləndirilən şəxs ondan qorxduğuna görə bıçaqla vurmuşdur. O, evlidir. Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Həmçinin zərərçəkmiş şəxs ifadəsinin davamında təqsirləndirilən şəxsi bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə xx.xx.2024-cü il tarixdə səhər saatlarında dayısı oğlu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sətdar Bəhlulzadə küçəsində yerləşən fərdi tikili evinə getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs onun anasının ünvanına nəlayiq ifadələr işlətmiş, bu səbəbdən qardaşı Teymurla aralarında sözlü mübahisə yaranmışdır. Bunu görüb o, onları sakitləşdirmiş və həmin evdən qardaşı ilə çıxıb getmişlər. Özü və ailə üzvlərilə birlikdə müxtəlif metalları zibillikdən toplayırlar. Rasimin evindən çıxdıqdan sonra onun evinin yaxınlığında olan zibillikdə metal axtarmışlar, lakin dəyərli hər-hansı bir əşya tapmamışlar. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində qardaşı Teymur ilə birlikdə Rasimin evinin qarşısında keçən zaman, Rasimin yaşadığı evin qapısının qarşısında dayandığını görmüşlər. Rasim yenidən Teymurun üzərinə hücum eləmiş və onu təhqir etməyə başlamışdır. Daha sonra qardaşı cibindən bıçaqı çıxarıb Rasimin qarın nahiyəsindən bir dəfə vurmuşdur. Teymura nə etdiyini soruşmuş və iradını bildirmişdir. Teymur qaçaraq oradan uzaqlaşmış və o da onu arxasınca getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 952 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin sağ yarısının, sağ plevra boşluğuna nüfuz edən sağ ağciyəri yaralayan, sağtərəfli emopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1855 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulmsı haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-319/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdə hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-415/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini həmin məcəllənin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı hədinin təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə əməlindən səmimi peşman olmasını nəzərə alıb, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsini tətbiq etməklə, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindəndə az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğuna görə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(012)-319/2024 saylı qərarı ilə xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(012)-415/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, cəzasını çəkməsinin əvvəli hökmün elan olunduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tədbiq edilməklə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay müddət ona təyin olunan 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) aya müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılnsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 üçün Penitensiar Müəssisəsinə yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-170/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-170/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver