Məhkəmə qərarları › İş №1(124)-171/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-171/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-171/2022 03.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1962-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 29 may 2013cü il tarixli qərarına əsasən hökm ləğv edilərək Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli əfv sərəncamına əsasən həmin cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Quba rayonu Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 03 ədəd bükümdə olmaqla ayrı-ayırlıqda təmiz çəkiləri 15,378 qram, 0,666 qram və 0,112 qram, ümumi təmiz çəkisi 16,156 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evin zirzəmisində istifadəyə yarasız qaz sobasında gizlətməklə saxlamış, 12 iyun 2021-ci il tarixdə saat 12 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evdə baxış keçirilərkən həmin evin zirzəmisində olan qaz sobasında qanunsuz saxladığı 03 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 16,156 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib 2021-ci ilin yaz aylayında onlardan Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evinin həyətyanı sahəsində quraşdırdığı istixanada 23 ədəd, həmin həyətyani sahənin yaxınındakı yerdə olan qoz ağacı ətrafında 48 ədəd, həmçinin həyətyani sahədən təxminən 200 metr aralıda yerləşən taxıl sahəsində 39 ədəd olmaqla ümumilikdə 110 ədəd yəni, külli miqdarda çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 12 iyun 2021-ci il tarixdə saat 12 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin həyətyanı sahədə olan istixanaya, onun ətrafında olan sahəyə və həyətyanı sahədən kənarda yerləşən taxıl sahəsinə baxış keçirilən zaman, ümumilikdə 110 ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bildiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1, 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayında Bakı şəhərindən tanımadığı şəxsdən çətənə bitkisinin toxumlarını Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evin həyətində əkib yetişdirmişdir. Daha sonra, həmin bitkilərin yaşıl kütləsindən özü üçün 01 ədədi böyük kağız bükümdə, 02 ədədi isə xırda kağız bükümdə olmaqla 01 ədəd siqaret qutusunun içərisinə qoyub saxlamaqla cəmi 03 ədəd bükümlərdə narkotik vasitə marixuananı hazırlayıb əldə etmişdir. O həmin bükümlərdəki kütlələri evinin zirzəmisində qurudub saxlamış, imkanı olanda ondan az miqdarda çəkib qəbul eləmişdir. O həmin quru marixuananın olduğu bükümləri evin zirzəmisində qaz sobasının içərisində gizlədib saxlamışdır ki, lazım olanda ondan istifadə etsin. Sonrakı dövr, həyətlərində daha cox çətənə bitkiləri əkmək qərarına gəlmiş, təxminən 2021-ci ilin mart ayında Bakı şəhəri Hökməli qəsəbəsində olarkən orada tanımadığı şəxsdən bir torbada çətənə toxumu götürmüşdür. Onu gətirib Mirzəqışlaq kəndində yaşadığı evin həyətində quraşdırdığı istixanada əkib becərmişdir. Bundan başqa, həmin toxumlardan evinin həyətyani sahəsi yaxınındakı qoz ağazı olan yerin ətrafında da çətənə bitkiləri əkib becərmişdir. Əvvəlcə istixanadakı torpağı, qoz ağacının ətrafını belləyib oradakı bitkiləri yetişdirmiş, sonra istixanadakı yeri və qoz ağacının ətrafını arx suyu ilə suvarmaqla məşğul olmuşdur. Bundan əlavə o ayrıca olaraq özü həyətyani sahələrindən 200 metr aralıda yerləşən və özünün əkdiyi taxıl sahəsinin içində də bir cərgə boyunca cətənə bitkiləri əkib onlara qulluq etmişdir. 12 iyun 2021-ci il tarixdə təxminən saat 12 radələrində Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evə Quba RPŞnin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun evinin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğunu bildirmiş, bununla bağlı həyətinə və evə baxış keçirmək istədiklərini söyləmişlər. O buna etirazının olmadığını bildirərək həyətinə və evə baxış keçirilməsinə razılıq vermişdir. Əvvəlcə polis əməkdaşları onun, vəkilin və aqronomun iştirakı ilə evin həyətində taxta və polietilenden düzəldilmiş istixanaya baxış keçirmişlər. Orada ümumilikdə 23 ədəd çətənə əkib-becərilmiş çətənə bitkilərini aşkar etmişlər. Həmin kollar kök hissədən çıxarmaqla onları götürmüşlər. Sonra istixanadan götürülmüş 23 ədəd çətənə bitkiləri, dibindən çıxarılmaqla torbalara qoyularaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonradan o özü evinin həyətyani sahəsinin yaxınındakı qoz ağacının ətrafında narkotik tərkibli çətənə bitkilərinin olmasını bildirmişdir. Həmin yerə də baxış keçirildikdə oradan 48 ədəd çətənə kolu aşkar edilərək götrülmüşdür. Polislər ona həmin 48 ədəd bitki kolunu soruşduqda onlara həmin kolları da əkdiyini, onları arxın suyu ilə sulayıb qulluq etdiyini söyləmişdir. Sonradan evindən təqribən 200 metr uzaqlıqda yerləşən ətrafı dəmir torla hasarlanmış bugda əkin yerinə də baxış keçirildikdə isə həmin əkin sahəsinin axırında bir cərgə boyu 39 ədəd çətənə kolları da aşkarlanaraq kökdən çıxardılıb torbalara qoyulmaqla götürülmüşdür. Sonda isə yaşadığı evə baxış keçirildikdə evin alt mərtəbəsindəki zirzəmi yerində istifadəyə yarasız olan köhnə qaz sobasının içərisində bir ədəd ağ rəngli kağız bükümdə 26,2 qram, siqaret qutusunun içərisində isə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda 1,5 və 2,1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O polislərə bildirmişdir ki, qaz sobasının içərisindən götürülmüş 03 ədəd bükümlərdəki kütlələr də ona məxsusdur. Bununla bağlı protokollar tərtib edilmişdir. O protokolda yazılanlarla öz vəkilinin iştirakı tanış olub ona imza etmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc tətbiq edilməyib və ona qarşı heç bir təsir edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, evində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana saxladığını, eləcə də həyətində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərdiyini heç kim bilmirdi. O, özündə olan və əkib-becərdiyi narkotikdən heç kimə satmamış və ya verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-in CAB-in əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 2021-ci il iyun ayının 12-də Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz əkib yetişdirərək onları kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 12 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiyası ilə məşğul olmasında şübhəli olduğunu bildirib evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla evə və həyətyanı sahəyə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində quraşdırdıgı istixanadan 23 ədəd, həyətyanı sahənin yaxınındakı yerdə olan qoz ağacının ətrafından 48 ədəd, həyətyanı sahədən təxminən 200 metr aralıda yerləşən taxıl sahəsindən 39 ədəd olmaqla ümumilikdə 110 ədəd əkilib yetişdirilmiş çətənə bitkiləri aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evinin zirzəmisində olan qaz sobasından içərisində qurudulmuş marixuana olan 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-in CAB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il iyun ayının 12-də Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyani sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz əkib kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edilərək o, B.Ələkbər, Şahid3, Şahid2 və digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu Mirzəqışlaq kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparıılmaqla evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Aqronomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən ümumilikdə 110 ədəd çətənə bitkisi aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evinin zirzəmisində olan qaz sobasından 03 ədəd bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. Sonuncunun oğlu Kənan Babayevlə o, 2009-cu ildə ailə həyatı qurmuşdur, ondan iki azyaşlı uşağı vardır. O, Mirqasımın evdə dəfələrlə narkotikə oxşar bitkilərdən qurudub çəkdiyinin, həmçinin sonuncunun yaşadıqları evin həyətyani torpaq sahəsində quraşdırdığı istixanada, həyətdən bir qədər aralıdakı qoz ağacı ətrafında, eləcə də özlərinin yaxınlıqdakı taxıl sahəsində bel ilə əkib becərmə işləri gördüyünün, oralara vedrə ilə su daşıdığının şahidi olmuşdur. Lakin qaynatası Mirqasımdan qorxduğu səbəbindən onun gördüyü işlərə qarşı çıxmamış, hər hansı rəsmi quruma məlumat verməkdən çəkinmişdir. (Cild 1, iş vərəqləri 77-79) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Quba RPŞ-nin əməkdaşları Şahid3, Şahid5, Şahid8 Bahadr oğlu, Şahid2, Şahid7, Şahid6, habelə aqronom-mütəxəssis olaraq iştirak etmiş Şahid9 da şahid X2 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində bildirdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 250-251, 246-247, 196-197, 173-174, 171-172, 167-168, 165-166) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Evə baxış keçirilməsi haqqında” 12 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba rayonu Mirzəqışlaq kəndində yaşadığı evə gələrək sonuncuya evinin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğunu deyib onu şübhəli şəxs qismində tutmaqla evinə və həyətyani sahəsinə baxış keçirmək istədiklərini söylədikdən və baxış keçirilməsinə dair sonuncu etirazının olmadığını bildirdikdən sonra onun həmin həyətə və evə baxış keçirməyə başlamışlar. Əvvəlcə polis əməkdaşları onun, vəkilin və aqronomun iştirakı ilə evin həyətində taxta və polietilenden düzəldilmiş istixanaya baxış keçirmişlər. Orada ümumilikdə 23 ədəd çətənə əkib-becərilmiş çətənə bitkiləri aşkar etmişlər. Həmin kollar kök hissədən çıxarılaraq ölçülükdə hər birisinin uzunluğu 1.10-2 metr, ümumi çəkiləri isə 30.175 kq müəyyən edilmiş, sonra istixanadan götürülmüş 23 ədəd çətənə bitkiləri, dibindən çıxarılmaqla 05 ədəd torbaya qoyularaq polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Sonradan evin həyətyani sahəsinin yaxınındakı qoz ağacının ətrafında narkotik tərkibli çətənə bitkilərinin olmasını da Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin yerdə baxış keçirilməsi davam etdirilmişdir. Oradan kök boğazından 0.50-1.72 metr uzunluğunda 48 ədəd çətənə kolu aşkar edilərək 2 ədəd torbalara qoyulub qablaşdırılmış, elektron tərəzi ilə ölçüldükdə ümumilikdə qablaşma ilə birlikdə 15.01 kq olması müəyyən edilmişdir. Sonradan evdən təqribən 200 metr uzaqlıqda yerləşən ətrafı dəmir torla hasarlanmış buğda əkin yerinə də baxış keçirilmişdir. Həmin sahənin axırında bir cərgə boyu 39 ədəd kök boğazından 0.70- 1.30 metr uzunluğunda çətənə kolları da aşkarlanaraq kökdən çıxarılmaqla 01 ədəd torbaya qoyularaq elektron tərəzi ilə ölçüldükdə çəkisi 4.830 kq olması müəyyən edilmişdir. Sonda isə baxış evdə davam etdirilmiş, bu zaman evin alt mərtəbəsindəki zirzəmi yerində istifadəyə yarasız olan köhnə qaz sobasının içərisində bir ədəd ağ rəngli kağız bükümdə 26.2 qram, siqaret qutusunun içərisində isə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda 1.5 və 2.1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. (Cild1, iş vərəqləri 24-26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu 04 ədəd DVD diskə ibtidai istintaq zamanı baxış keçirilməsinə dair 05 sentyabr 2021-ci il tarixli protokoldan və həmin disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin evinə və həyətyanı sahəyə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 179-183) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 iyun 2021-ci il tarixli 7/551 №-li rəyində göstərimişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evinin zirzəmisində istifadəyə yararsız qaz sobasının içərisindən aşkar edilərək götürülmüş və birinci kağız paketdə qablaşdırılmış, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 15.378 qram, 0.666 qram olmaqla ümumi təmiz çəkisi 16.156 qram təşkil edən, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İkinci kağız paketdə tütün hissəcikləri və təmiz çəkisi 0.112 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqiqata təqdim olunmuş 08 ədəd sintetik torbada ümumi sayı 110 ədəd, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 5210 qram, 2) 6685 qram, 3) 7650 qram, 4) 7525 qram, 5) 4675 qram, 6) 5505 qram, 7) 4345 qram, 8) 5202 qram olmaqla ümumi çəkisi 46797 qram (46 kq 797 qram) bitki nümunələri əkilib-becərilməsi qadagan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 3335 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 207-208) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 2498 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərini dərk etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini ölçüb-biçmək, davranışlarını dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Bundan başqa həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi psixi xüsusiyyətləri hirslilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, emosional oyanıqlıq, qıcığa qarşı həssaslıq, implusivlik hesab edilir. Belə ki, onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik halları aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 252-255) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evində və həyətyanı sahəsində baxış nəticəsində aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 16.006 qram qurudulmuş marixuana, 110 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( Cild 1, iş vərəqləri 261-268) Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 29 may 2013-cü il tarixli qərarına əsasən ləğv edilərək əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edildikdən sonra ona 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli əfv sərəncamına əsasən həmin cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (Cild 1, iş vərəqləri 92-93, 137-156) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü, 83.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə yenidən həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqələri 81-86, 242-243) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 16,006 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 46.796,45 qram çəkidə 110 ədəd çətənə bitkisi kolları məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 16,006 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 46.796,45 qram çəkidə 110 ədəd çətənə bitkisi kolları məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar