Məhkəmə qərarları › İş №1(124)-171/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-171/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-171/2024 19.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 7 mart 1987-ci ildə Xaçmaz rayonu,Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Xaçmaz Rayon Məhkməsinin 05 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 14 dekabr 2021- ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya bəndinin 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2,403 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,077 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmək məqsədilə “İnstagram" sosial şəbəkəsində tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan Fazil adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq sifariş etmiş, sifariş etdiyi narkotik vasitənin və psixotrop maddənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli" adlanan ticarət mərkəzinin yaxınlığında yol nişanının yanına qoyulması barədə ona mesaj gəldikdən sonra həmin yerə gedib götürərək üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 18 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən, “Gold marketin yanındakı avtomobil təmiri sexinin qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan dəri materiallı açar kisəsinin içərisindən 6 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,345, 0,415, 0,321, 0,328, 0,497 və 0,191 qram olmaqla ümumi xalis çəkisi 2,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,332, 0,382, 0,321 və 0,042 qram olmaqla ümumi xalis çəkisi 1,077 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tarixdə, saat 20 radələrində Quba RPŞ-də üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sağ yan cibində olan dəlikdən cibin astarına düşərək qalmış 1 ədəd bükümdə xalis çəkisi 0,306 qram olmaqla ümumilikdə onun üzərindən xalis çəkisi 2,403 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Xaçmaz rayonu, Qalağan kəndində arvadı və 4 yaşlı qızı ilə birlikdə yaşamışdır. Fərdi əməklə məşğul olmuşdur. Tutulmamışdan təxminən 1 il yarım əvvəldən başlayaraq “kakos, kola və torpaq” kimi tanınan narkotik vasitə heroindən və “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamindən falqaya doldurub çəkmək üsulu ilə istifadə etmişdir. Tutulmamışdan bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində adının Fazil olduğunu bildirməklə özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsin səhifəsindən narkotik satışı elanını görüb orada qeyd olunmuş telefon nömrəsini götürərək həmin şəxslə “WhatsApp” vasitəsilə ilə əlaqə saxlayarkən həmin şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bir qramını 30 manata satdığını bildirmişdir. Bunun üçün o, alacağı narkotik vasitənin pulunu Fazilin göndərdiyi kart hesabına yükləyərək ödəniş etməli, Fazilin Azərbaycanda olan kuryeri satacağı narkotik vasitəni və psixotrop maddəni müəyyən bir yerə qoyaraq bu yerin şəklini çəkib Fazilə göndərməli, Fazil də öz növbəsində “WhatsApp” vasitəsilə həmin yerin “məkan"ını və şəkilini ona göndərməli, o da şəkildə göstərilən yerə gedərək qoyulmuş narkotik vasitəni götürməli idi. Fazilin kuryerə narkotik vasitəni necə və hansı üsulla verməsi barədə məlumatı olmamışdır. Tutulmamışdan təxminən 4-5 gün əvvəl, saat 18 radələrində yaşadığı Xaçmaz rayonunda olan zaman Fazillə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb 3 qram narkotik vasitə kakos və 1 qram psixotrop maddə şüşə (patı) sifariş etmişdir. Fazilin “WhatsApp”la göndərdiyi kart hesabına alacağı kakosa görə bir qramı 30 manatdan olmaqla 90 (doxsan) manat, bir qram patıya görə isə 30 (otuz) manat olmaqla cəmi 120 manat pulu yükləyərək ödəniş etmiş və ödəniş qəbzinin şəklini çəkərək “WhatsApp”la Fazilə göndərmişdir. Fazil sifariş etdiyi narkotik vasitə və psixotrop maddənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” adlanan ticarət mərkəzinin yaxınlığında olan yol nişanının yanına qoyulduğunu bildirərək həmin yerin “məkan"ını və şəklini "WhatsApp’la ona göndərmişdir. O, lizinqlə alaraq idarə etdiyi “Xəzər Lada” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə göndərilən məkana uyğun olaraq həmin yerə getmiş və yolun döngəli olmasını göstərən yol nişanı dirəyinin dibinə qoyulmuş 4 ədəd sellofan bükümü götürmüşdür. Bükümləri açarkən birində kristal şəkilli maddə, yəni patı (şüşə), digər üçündə qəhvəyi rəngli maddə, yəni kakos olduğunu görmüşdür. Yolda gələrkən kakos bükümlərindən birini 3 hissəyə, digər üçünü 2 hissəyə, patı bükümünü isə 4 hissəyə ayırmışdır ki, balaca bükümlərdən özü üçün rahat istifadə edə bilsin. Deməli, onda 7 ədəd kakos və 4 ədəd patı olmaqla cəmi 11 ədəd büküm olmuşdur. Tutulana qədər kakosdan bir neçə dəfə götürərək istifadə etmişdir. Həmin bükümlərin hamısını cibinə qoyaraq üzərində daşımışdır ki, lazım olanda özü üçün istifadə edər. 18 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “Xəzər Lada" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Xaçmaz rayonundan çıxaraq yolda təsadüfən rastlaşdığı tanışı X12 ilə birlikdə Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən, “Gold market”in yanındakı avtomobil təmiri sexinə gəlmişdir ki, həmin avtomobilini ustaya göstərsin. Belə ki, Xaçmaz rayonunda onun avtomobilinin farsunkalarının yuyulması üçün usta tapa bilməmişdir. Saat 18 radələri olarmış ki, o, təmir sexinin qarşısında Raminlə birlikdə dayanıb usta tərəfindən işin yekunlaşdırılmasını gözləyərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Təhqiqatçı gələndən sonra vəkilin İştirakı ilə videoçəkilişindən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Özünü Quba RPŞ-nin təhqiqatçısı Mübariz kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə saxlandığım həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində olan narkotik vasitəni və psixotrop maddəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonu, içərisində heroin və metamfetamin bükümləri olan dəri materiallı açar kisəsini, siqaret qutusunu və digər ciblərindən pulları çıxarıb sexin qarşısında saxladığı avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Açar kisəsinin zəncirbəndini açarkən içərisindən 10 ədəd büküm aşkar edilmişdir ki, bu bükümləri də açarkən 6 ədədinin içərisindən qəhvəyi rəngli, 4 ədədinin içərisindən isə ağ rəngli kristal şəkilli kütlə aşkar edildi. O, qəhvəyi kütlənin “kakos, kola və torpaq” kimi tanınan narkotik vasitə heroin, ağ rəngi kütlənin “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri öz istifadəsi üçün sifariş edərək əldə edib saxlamışdır. İran vətəndaşı kimi tanıdığı Fazil adlı şəxsdən başqa kimdənsə narkotik vasitə və psixotrop maddə almamış, kiməsə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Onunla birlikdə olan Şahid1 onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamağı barədə hər hansı bir formada məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə və psixotrop maddə satmamış, onların istifadəçisi olmuş, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün saxlamış, satış məqsədi olmamışdır. O, həmçinin bildirdi ki, əynindəki gödəkçəsinin sağ yan cibində deşik olduğundan bir ədəd heroin bükümü həmin deşikdən cibin astarına düşmüşdür. Bu səbəbdən polis şöbəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində ikinci dəfə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs Quba rayonu ərazisində də qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını işlədiyi qrupun əməliyyat müvəkkili Şahid2 raportla rəhbərliyə məruzə etdi və məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildi. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Şahid2 və Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, həmçinin şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən, "Gold market”in yanındakı avtomobil təmiri sexinə öz avtomobilini gətirməsini və sexin qarşısında öz tanışı, onun sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Şahid1 ilə birlikdə dayanıb usta tərəfindən işin yekunlaşması üçün gözləməsini müəyyən etmişlər. 18 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs həmin yerdə yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət edilmişdir. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Qısa vaxtda gələn təhqiqatçı Mübariz Zəkəryəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Şahid4 bildirdi ki, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonu, dəri materialdan olan açar kisəsini, siqaret qutusunu və digər ciblərindən pulları çıxarıb sexin qarşısında saxladığı avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etdi. Açar kisəsinin zəncirbəndini açarkən içərisindən 10 ədəd büküm aşkar edildi ki, bu bükümləri də açarkən 6 ədədinin içərisindən qəhvəyi rəngli, 4 ədədinin içərisindən isə ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin “kakos, kola və torpaq” kimi tanınan narkotik vasitə heroin, ağ rəngli kütlənin isə “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirdi, içərisində heroin olması barədə göstərdiyi bükümlər elektron tərəzi ilə çəkilərkən 2,66 qram, metamfetamin olması barədə göstərdiyi bükümlər çəkilərkən isə 1,38 qram təşkil etdi. Aşkar edilmiş 6 ədəd və 4 ədəd büküm ayrı-ayrı olmaqla 2 ədəd kağız zərfdə qablaşdırıldı. Təqsirləndirilən şəxs və müdafiəçisi qablaşdırılmış zərflərin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilmədiyini dedi. Videoçəkiliş başa çatandan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu videoçəkilişlərə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs Quba rayonu ərazisində də qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını işlədiyi şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 raportla rəhbərliyə məruzə etmiş və məlumat yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Şahid2 və həmin qrupun baş əməliyyat müvəkkili Şahid4, həmçinin şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən, “Gold marketin yanındakı avtomobil təmiri sexinə öz avtomobilini gətirməsini və sexin qarşısında öz tanışı, onun sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi, Şahid1 ilə birlikdə dayanıb usta tərəfindən işin yekunlaşması üçün gözləməsini müəyyən edilmişdir. 18 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs həmin yerdə yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət edilmişdir. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Qısa vaxtda gələn təhqiqatçı Mübariz Zəkəryəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Bundan sonra şahid qeyd etdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və videoçəkiliş Fuad İslamov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişlər, Təqsirləndirilən şəxs isə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonu, dəri materialdan olan açar kisəsini, siqaret qutusunu və digər ciblərindən pulları çıxarıb sexin qarşısında saxladığı avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Açar kisəsinin zəncirbəndini açarkən içərisindən 10 ədəd büküm aşkar edildi ki, həmin bükümləri də açarkən 6 ədədinin içərisindən qəhvəyi rəngli, 4 ədədinin içərisindən isə ağ əngli kristal şəkilli kütlə aşkar edildi. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin “kakos, kola və torpaq” kimi tanınan narkotik vasitə heroin, ağ rəngli kütlənin isə “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. İçərisində heroin olması barədə göstərdiyi bükümlər elektron tərəzi ilə çəkilərkən 2,66 qram, metamfetamin olması çarədə göstərdiyi bükümlər çəkilərkən isə 1,38 qram təşkil etdi. Aşkar edilmiş 6 ədəd və 4 ədəd büküm ayrı-ayrı olmaqla 2 ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi qablaşdırılmış zərflərin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Videoçəkiliş başa çatandan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi. Protokolun məzmunu videoçəkilşə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. Bundan başqa şahid Həzrət Şadıyev bildirdi ki, polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən izahatı alınıb yekunlaşarkən izahatına əlavə olaraq bildirmişdir ki, əynindəki gödəkçəsinin sağ yan cibində deşik olduğundan bir ədəd heroin bükümü həmin deşikdən cibin astarına düşmüşdür. Bu səbəbdən polis şöbəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində ikinci dəfə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinin astarına düşən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar edildi ki, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, gödəkçəsinin cibi deşik olduğundan astara düşdüyünü və bu heroinin birinci dəfə şəxsi axtarış aparılarkən həmin cibindəki açar kisəsinin içərisindən aşkar edilmiş heroinlərlə eyni olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilərkən 0,306 qram təşkil etdi və kağız zərfdə qablaşdırıldı. Qablaşdırılmış zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Videoçəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edildi. Protokolun məzmunu videoçəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla araşdırılmış şahidlər Şahid2 və Şahid1, şahidlər Şahid4 və Həzrət Şadıyevin ifadələrinə uyğun ifadələr verdikləri, sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdikləri müəyyən olundu. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan və yaşayan narkotik vasitələrdən istifadə etməsi və saxlaması şübhəsi ilə Quba şəhəri, Azərbaycan küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs cinayət məmlinin ifşa olunması məqsədilə yoxlanılması üçün təhqiqat bölməsinə məlumat verilməsi xahiş olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ cibindən dəri materiaallı açar kisəsi içərisindən ümumi çəkisi 2,66 qram olan 6 ədəd bükümdə “heroinə” oxşar kütlələr, ümimu çəkisi 1,38 qram olan 4 ədəd “metanfetaminə” oxşar kütlələr və qanunla qadağan edilməyən digər şəxsi əşyalar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. Mobil telefona baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A8” markalı mobil telefona cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi üçün baxış keçirilmişdir. Baxış keçirilərkən ani mesajlaşma mübadilə sistemində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması məzmununda aşağıdakı yazışmalar və danışıq səsləri aşkar edilmişdir. “Əvvəlcə telefonda “WhatsApp”a baxış keçirildi. “WhatsApp”dakı “profil” bölümü açılaraq votsap nömrəsinin ***-***-**-** olması müəyyən edildi. “WhatsApp”ın “söhbətlər” bölümündə “Amil Dosti” (+994 51 706 38 96) mobil nömrəsi ilə aparılmış iş üçün əhəmiyyət kəsb edən aşağıdakı yazışma və danışıq səsi aşkar edildi: xx.xx.2023-cü il tarixdə, saat 19:33-də “Amil Dosti” səs göndərir: Salam qaqaş, nə var, nə yox, nətərsən, nətərdi vəziyyət qardaş, tanıdın məni? xx.xx.2023-cü il tarixdə, saat 19:45-də “Amil Dosti” yazır: Daş var, yaxşıdan? xx.xx.2023-cü il tarixdə, saat 19:46-da “Amil Dosti" səs göndərir: Qardaş, yaxşı daşdan ; sa, 20 dənə, 30 dənə, 40 dənə, yaxşıdan olsa, özün bilirsən də, mən nə deyim sənə, nə qədər olsa, götürmək olar, 10 dənə, 20 dənə də torpaq. xx.xx.2023-cü il tarixdə, saat 19:53-də Təqsirləndirilən şəxs səs göndərir: Eləmək olar brat, ' yə olmur ki, deyərəm səsin üçün. xx.xx.2023-cü il tarixdə, saat 19:54-də Təqsirləndirilən şəxs səs göndərir: Qaqa, daşa söhbət yoxdu, yəni daş, çox gözəl daşdı da, kolası da əladı, yəni mən bunun dəqiqliyi ilə bilirəm, bu dəqiqə götürmüşəm. xx.xx.2023-cü il tarixdə, saat 19:55-də Təqsirləndirilən şəxs səs göndərir: Tam fikrini qəti edib mənə de ki, brat bir belə. xx.xx.2023-cü il tarixdə, saat 20:34-də “Amil Dosti” səs göndərir: Qaqa, qiymət de də. xx.xx.2023-cü il tarixdə, saat 20:37-də Təqsirləndirilən şəxs yazır: 25 xx.xx.2023-cü il tarixdə, saat 20:37-də Təqsirləndirilən şəxs səs göndərir: Həmişə brat 20-yə götürürdüm, indi qaldırıb ediblər brat 25, yəni səsləri də var məndə. xx.xx.2023-cü il tarixdə, saat 20:37-də Təqsirləndirilən şəxs səs göndərir: Başqa şey ağlına gəlməsin. xx.xx.2023-cü il tarixdə, saat 20:46-da “Amil Dosti” yazır: 40 dənə, 20+20 xx.xx.2023-cü il tarixdə, saat 20:47-də Təqsirləndirilən şəxs yazır: ok xx.xx.2023-cü il tarixdə, saat 20:47-də Təqsirləndirilən şəxs səs göndərir: Nə vaxta, brat. xx.xx.2023-cü il tarixdə, saat 20:56-da “Amil Dosti” yazır: Yarım saata səndədi. xx.xx.2023-cü ıl tarixdə, saat 21:36-da “Amil Dosti” yazır: Qaqa səni rus nömrəmnən yığıram, at bura. xx.xx.2023-cü il tarixdə, saat 21:54-də Təqsirləndirilən şəxs yazır: ok xx.xx.2023-cü il tarixdə, saat 22:00-də Təqsirləndirilən şəxs yazır: Qaqa 20 20 oldu da, elə xx.xx.2023-cü il tarixdə, saat 22:02-də Təqsirləndirilən şəxs yazır: ********* M10 Millio^ aparatından yükləsin. xx.xx.2023-cü il tarixdə, saat 22:02-də Təqsirləndirilən şəxs 1 dəqiqə 8 saniyə müddə:video göndərir (həmin video hal-hazırda açılmır). xx.xx.2023-cü il tarixdə, saat 22:02-də Təqsirləndirilən şəxs yazır: Qaqa, 920 buna taparsan 80 manata kuruyerin, kartına atacaqsan, başa düşdün. xx.xx.2023-cü il tarixdə, saat 22:09-da Təqsirləndirilən şəxs səs göndərir: qaqa, Amil də durdu, atıb sən demə. xx.xx.2023-cü il tarixdə, saat 22:17-də Təqsirləndirilən şəxs yazır: **********235542 kuriyerin, Respublika bankı. xx.xx.2023-cü il tarixdə, saat 22:18-də "Amil Dosti” səs göndərir: Problem yoxdur qardaş zəng vururam indi Amilə, görüm durub, nə qayırır xx.xx.2023-cü il tarixdə, saat 22:22-də Təqsirləndirilən şəxs səs göndərir: qaqa, sənin başına dönərəm, mən burda gəlimişəm, çıxmışam Amilgilin yanına, sənin bir dənə dəqiq söz de xx.xx.2023-cü il tarixdə, saat 22:54-də “Amil Dosti” səs göndərir: Qardaş Çıxartdım pulu narahat olma, bu saat Milliön aparatdan vururam, de burda Azpetroldayam. xx.xx.2023-cü il tarixdə, saat 22:54-də Təqsirləndirilən şəxs səs göndərir: bildin də qaqa, hara vuracaqsan, hansı kartlara vuracaqsan, 920 80 xx.xx.2023-cü il tarixdə, saat 22:54-də Təqsirləndirilən şəxs səs göndərir: atarsan da mənə xx.xx.2023-cü il tarixdə, saat 22:55-də “Amil Dosti” səs göndərir: Oldu qardaş, oldu narahat olma, bir dənə səbrli ol, vurub atıram, xx.xx.2023-cü il tarixdə, saat 22:54-də Təqsirləndirilən şəxs səs göndərir: atarsan da mənə xx.xx.2023-cü il tarixdə, saat 22:55-də “Amil Dosti” səs göndərir: Oldu qardaş, oldu narahat olma, bir dənə səbrli ol, vurub atıram, xx.xx.2023-cü il tarixdə, saat 23:15-də “Amil Dosti” aşağıdakı iki şəkil göndərir: xx.xx.2023-cü il tarixdə, saat 22:17-də Təqsirləndirilən şəxs səs göndərir: bəs o biri brat, 80 xx.xx.2023-cü il tarixdə, saat 22:19-da Təqsirləndirilən şəxs səs göndərir: gəlib çıxmayıb axı brat xx.xx.2023-cü il tarixdə, saat 23:19-da “Amil Dosti” səs göndərir: atıram da brat saa, bax xx.xx.2023-cü il tarixdə, saat 23:19-də “Amil Dosti” aşağıdakı şəkili göndərir: (şəkil cinayət işinin materiallarında səhifə 78) 16.01,2023-cü il tarixdə, saat 23:21-də “Amil Dosti” səs göndərir: gör nə deyirəm qardaş, başına dönərəm sənin, mən həmişə kartdan rahat köçürürəm, kartdan karta bir dəqiqə çəkmir, bax məni gecikdirən, nədi bu, bax bu aparat elədi, yəni üzürlü say da, başına dönüm, 17.01,2023-cü il tarixdə, saat 00:01-də Təqsirləndirilən şəxs səs göndərir: 20 dəqiqə səbrli ol, hazırdı xx.xx.2023-cü il tarixdə, saat 00:01-də Təqsirləndirilən şəxs yazır: qaqa 20 dəqiqəyə hazırdı 17.01,2023-cü il tarixdə, saat 00:31-də “Amil Dosti” yazır: qaqa nə 17.01,2023-cü il tarixdə, saat 00:32-də Təqsirləndirilən şəxs səs göndərir: 5-10 dəqiqəyə səndədi brat 17.01,2023-cü il tarixdə, saat 00:32-də “Amil Dosti” yazır: ok, çatmısan 17.01,2023-cü il tarixdə, saat 01:08-də Təqsirləndirilən şəxs səs göndərir: qaqa, sən bu Günəşli tərəfə gedəcəksən, istiqamətini təxminən deyim sənə. xx.xx.2023-cü il tarixdə, saat 01:27-də ‘Amil Dosti” səs göndərir: qardaş, ağlın nə kəsir, ou işdən görəm bizim o günkü, (qeyri-etik ifadə) elə bil oyun olmaz ki. 17.01,2023-cü il tarixdə, saat 01:27-də Təqsirləndirilən şəxs yazır: qaqa, atacaq 17.01,2023-cü il tarixdə, saat 01:28-də Təqsirləndirilən şəxs səs göndərir: yox qaqa, yox, biz gördüyümüz işlərdə (qeyri-etik ifadə) olmur 17.01,2023-cü il tarixdə, saat 01:28-də Təqsirləndirilən şəxs səs göndərir: mən belə Amilə ::rə tanımışam səni, Amil var ortada, bizim işlərimizdə (qeyri-etik ifadə) olmur brat, bir saat :=a-qabağa olur, ancaq (qeyri-etik ifadə) olmaz, o keçən dəfə, o nə idi, sənin dostun, o zeyri-etik ifadə) elədi 17.01,2023-cü il tarixdə, saat 01:29-də “Amil Dosti” səs göndərir: yoxxx, sənlik deyilə qardaş, sən gördüyün işə görə demirəm, bu yolçu vare, yolçular, yolçular görsə özlərini qoyurlar da cındırlığa 17.01,2023-cü il tarixdə, saat 01:30-da “Amil Dosti” səs göndərir: yoxe qardaş, nə daışırsane sən, sizin gördüyünüz işləri demirəme mən, elə şey olar qardaş, həyatı boyu, prasta bu cındırlıq yolçuda olur həmişə, görürsən bu yolçular cındırlıq eliyir, camaatın başına oyun açırlar, nə bilimə mən dəqiq də bilmirəm, yolçular eliyir bunu, yolçular elə ağsaqqalları * . r, yoxsa qurdayları eliyir, adam qalır belə də, pis vəziyyətə, görmədin məni 2 gün sizin : cağınızda necə aciz qaldım mən, məni qoydu böyür üstə 17.01,2023-cü il tarixdə, saat 01:31-də Təqsirləndirilən şəxs səs göndərir: bratuxa, sən gəl götürdə, brat, gəlirsən brat. xx.xx.2023-cü il tarixdə, saat 02:40-də Təqsirləndirilən şəxs yazı göndərir: qaqa, wawa. 17.01,2023-cü il tarixdə, saat 02:48-də Təqsirləndirilən şəxs şəkil göndərir: Şəkil açılmır 17.01,2023-cü il tarixdə, saat 02:40-də Təqsirləndirilən şəxs yazı göndərir: Zığdan Əhmədliyə : zəndə, sağda bunun arxasında reklamın içində 20 20 '7.01,2023-cü il tarixdə, saat 02:40-də Təqsirləndirilən şəxs səs göndərir: qaqa yazdım orda Z ::an Əhmədliyə gedəndə sağda, o gördüyünüz nədi o, onun arxasında, reklamın içində zret qabının içindədir. 1 7.01,2023-cü il tarixdə, saat 02:52-də Təqsirləndirilən şəxs yazı göndərir: qaqa 17.01,2023-cü il tarixdə, saat 04:37-də “Amil Dosti” şəkil göndərir: (şəkil cinayət işinin materiallarında 79-cu səhifədə ) xx.xx.2023-cü il tarixdə, saat 04:37-də “Amil Dosti” səs göndərir: Qaqa nə qayırırsan, yaxşısan, bax, bunların tərfli patıların görürsən qaqa, başdan başdıyıb əridə-əridə gəlmişik, içindən çıxana bax, xx.xx.2023-cü il tarixdə, saat 04:56-da “Amil Dosti” səs göndərir: qaqa, nə qayrırsan, nə fikirləşirsən, salamatçılıqdı, çatmısan, yatmamışdın, narahat eləmdim ki səni. xx.xx.2023-cü il tarixdə, saat 09:32-də “Amil Dosti”-dən buraxılmış zəng xx.xx.2023-cü il tarixdə, saat 13:15-də Təqsirləndirilən şəxs yazı göndərir: yatmışam, indi oxuyuram. xx.xx.2023-cü il tarixdə, saat 02:09-da “Amil Dosti” səs göndərir: salam qardaş, nə var nə yox brat , nətərsən, nətərdi vəziyyət zad, nə qayrırsan qardaş, narahat eləmdim ki səni, sənin qadan alım, ay Müşfiq, deyəsən bir xəbər çıxmadı ki, o tərəfdən, dedin onlara, ya gəldin bura, bərilərə gəlməmişdin ki, şəhərə tərəf, dedim görüm gəldin, baxdın, nətər oldu. xx.xx.2023-cü il tarixdə, saat 02:09-da Təqsirləndirilən şəxs səs göndərir: yox brat yox, gəlməmişəm şəhərə, Amillə danışmı xx.xx.2023-cü il tarixdə, saat 03:04-də “Amil Dosti” yazı göndərir: qaqa xx.xx.2023-cü il tarixdə, saat 38:38-da Təqsirləndirilən şəxs yazı göndərir: hə brat, qardaşım xx.xx.2023-cü il tarixdə, saat 03:59-da “Amil Dosti” yazı göndərir: Amildə götürmür, nə cavab yazmır xx.xx.2023-cü il tarixdə, saat 04:00-da Təqsirləndirilən şəxs səs göndərir: qaqa mən başqa yerdəyəm, belə sabah görüşəcəyik, nədi nə deyil, mən demişəm, qoyulacaq da yoluna narahat olma. xx.xx.2023-cü il tarixdə, saat 04:11-da “Amil Dosti” yazı göndərir: İnşallah qardaşım xx.xx.2023-cü il tarixdə, saat 04:11-də Təqsirləndirilən şəxs yazı göndərir: oldu, gecən xeyirə xx.xx.2023-cü il tarixdə, saat 04:11-da “Amil Dosti” yazı göndərir: bağışla, narahat elədim. xx.xx.2023-cü il tarixdə, saat 04:11-da “Amil Dosti” səs göndərir: oldu brat səhər görüşərik, heç bir narahatçılıq yoxdur xx.xx.2023-cü il tarixdə, saat 04:11-də “Amil Dosti” yazı göndərir: sənin də xx.xx.2023-cü il tarixdə, saat 03:41-də “Amil Dosti” yazı göndərir: salam qardaş xx.xx.2023-cü il tarixdə, saat 20:416-da “Amil Dosti”-dan buraxılmış zəng” Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla aparılan danışıqlara dair məlumatların köçürüldüyü "xxxx" MMC-dən 6195/23 nömrəli, 29 mart 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olan 1 (bir) ədəd diskə baxış keçirilərkən onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması məzmununda aşağıdakı yazışmalar aşkar edilmişdir. “xx-xx-2022 19:15:41 xx-xx-2022 19:15:41 1.1.**********06 1.1.**********15 Qardaş 11 qram vur elebil mencin vermisen verdiyin qiymete ustune geli 250 nide hesab et ver torpaq mene 250 lini yerne 25 den 10 qram edir xx-xx-2022 19:15:41 xx-xx-2022 19:15:46 1.1.**********06 1.1.**********15 menimcun verdiyin 11 de yerine 500 man edir verdiyunden hesab edirsense xx-xx-2022 22:31:49 xx-xx-2022 22:33:11 1.1.**********06 1.1.**********63 Aftobuzun qapisindan iceri girmeyinen saq terefde 1 ci skamekanin altinda fayqada qoysan Mail gotur senin gotun sisibde meni caqrsan cole cixiesan zo xx-xx-2022 03:17:32 xx-xx-2022 03:17:32 1.1.**********06 1.1.**********75 Qaqa burdayam men malim yoxdudeye baqrim catdayr xx-xx-2022 19:32:35 xx-xx-2022 19:32:35 1.1.**********06 1.1.**********27 Qaqa biraz mail goturde cekmeye xx-xx-2022 19:11:39 xx-xx-2022 19:11:39 1.1.**********06 1.1.**********68 Telefonda danisma uz uze dansarq men 3 4 de olacam eayonda xx-xx-2023 22:56:47 xx-xx-2023 22:56:47 1.1.**********06 1.1.**********71 Cammat qirilir rayonda kime tapsirim men kamil menim dunen bakida olmaqmi hardan bilir bilmirsen evdeyem mende xx-xx-2023 22:57:46 xx-xx-2023 22:57:46 1.1.**********06 1.1.**********71 Birki q heresinden çoxdan qoymuşdum tapa bilmirem gilinc qalmısam ozumde xx-xx-2023 23:04:35 xx-xx-2023 23:04:35 1.1.**********06 1.1.**********71 Deyrem ite donmusem tapa bilmirem hecneyi derman demisem girib eve cixacam herseyden fsyo uje mal satanlar mail eleyenler qalib men uje deyirler musfi SMS_Tarixcesi_**********3509_702200906 Fayl 324 kb yaddaş tutumundan və 27 səhifədən ibarətdir. Həmin fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS-lərin dax; olması aşkar edildi: xx-xx-2022 02:17:42 1.1.**********25 1.1.**********06 Qardaw sen cani ax sabah yatib qalma men pulu duzldenecen canimda aqriyir caliwb tez elaqe saxlicam senle 10 q kola 2 q daw saxla mencun arxeyinem sene xx-xx-2022 13:01:28 1.1.**********27 1.1.**********06 Qaqaş nedeyirdime xaloğlumgiliçin isdryirdim daşı olarda bakya çıxm xx-xx-2022 13:01:30 1.1.**********27 1.1.**********06 ağ isdiyirler daşa göre qalıblar yollarından vezyetderde pisdi bidr xx-xx-2022 13:20:00 1.1.**********27 1.1.**********06 Qaqaş gelrmde haz ' elede daşı qaqaş birdeki qardaşna varsa birçet xx-xx-2022 13:20:01 1.1.**********27 1.1.**********06 dobru el borcu kola versrsende birazdan götrende verecem imkan varsa xx-xx-2022 22:45:34 1.1.**********12 1.1.**********06 Musu hay verde bra: mene hardasan qardasm?gorerdm seni 5deq imkandisa xx-xx-2022 17:25:20 1.1.**********63 1.1.**********06 men senden ne artq b' sey istirem ki balavn balamn cani pis veziyetdeyem evde olurem isde var idi isdiye bilmedm xais elirem qardaş kimi basa dusek bir birmizi xx-xx-2022 17:29:26 1.1.**********63 1.1.**********06 gozdurem seni evde pisem Musu pis pis bu mal meni dacada pis eledi pisem pisem xx-xx-2022 19:28:25 1.1.**********27 1.1.**********06 Daş ehtiyacdı varındı 05 lazımdır xx-xx-2022 20:32:28 1.1.**********27 1.1.**********06 Qaqaş qonağım var 05 daş ehtiyacdır vaxtdakı yoxdur yolüsdüdür im xx-xx-2022 23:17:26 1.1.**********63 1.1.**********06 getr mene kola ver pıs veziyetdeyem varyoxnalenet kisisende seni gozduye qaldm bu hereketi mene qars eledinde sen xx-xx-2022 11:11:13 1.1.**********63 1.1.**********06 10manat varmdi he: olmasa veziyetden cxaq dunen pis lomkadayarn nie bele elirsen ki xx-xx-2022 11:46:17 1.1.**********63 1.1.**********06 cxdn evden brat?co« pisem gelb goreceksen xais elirem tez gel pulda verecem sen ol brat pisem bled xx-xx-2022 01:17:07 1.1.**********12 1.1.**********06 Gelirsen pulda var kola ver ged seni gözdürem evde yaxşi deilem ürexx-xx-2022 01:17:07 1.1.**********12 1.1.**********06 Gelirsen pulda var kola ver ged seni gözdürem evde yaxşi deilem üre xx-xx-2022 00:56:27 1.1.**********63 1.1.**********06 buralardasan?yarı istirdm mumkunse alindira bilersen 22manat varımdi. xx-xx-2022 18:11:15 1.1.**********27 1.1.**********06 Qaqaş kola ehtiyacdı vezyetdeki pisdi telfonda yığram açmırsan qaqa xx-xx-2022 20:42:17 1.1.**********27 1.1.**********06 Qaqaş mene özümçün kola isdiyrem varsa bidene pütöv qardaşa saxlaya xx-xx-2023 03:54:49 1.1.**********27 1.1.**********06 Kola götürmey istiyirdim imkan varsa yatıb qalmışam indi xx-xx-2023 11:50:26 1.1.**********21 1.1.**********06 Yari,ko, pati,10man opse 35 Man var xx-xx-2023 17:34:39 1.1.**********63 1.1.**********06 Hardasansa de gelmde yari istirem yaxşi deil veziyet pul parada var xx-xx-2023 11:54:05 1.1.**********63 1.1.**********06 Qalmişam aqrida bir söz demirsene hacan gelersen axi” Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/351 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə xalis çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və onun üzərindən aşkar olunmuş 6 ədəd bükümdə olan ayrı- ayrılıqda xalis çəkiləri 0,345, 0,415, 0,321, 0,328, 0,497 və 0,191 qram olmaqla ümumi xalis çəkisi 2,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/352 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6 ədəd bükümdə ayrı- ayrılıqda xalis çəkiləri 0,345, 0,415, 0,321, 0,328, 0,497 və 0,191 qram olmaqla ümumi xalis çəkisi 2,097 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,332, 0,382, 0,32 və 0,042 qram olmaqla ümumi xalis çəkisi 1,077 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2174 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə ballistik ekspertizanın 21 fevral 2023-cü il tarixli 3/125 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkməsinin 05 iyul 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya bəndinin 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və saxlaması şübhəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq, saxlanıldığı yerdə müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə və heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək üzərindən aşkar edilmiş heroinin və psixotrop maddənin ona məxsus olduğunu lakin, satmaq məqsədilə əldə etmədiyini və heç kimə satmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs telefonundakı “whatsup” proqramındakı yazışmalar, həmçinin ona məxsus telefon nömrəsindən əldə edilmiş smslər araşdırılarkən, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair çoxlu smsləri aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı qeyd olunan sübutlar məhkəmə tərəfindən araşdırılarkən təqsirlədirilən Təqsirləndirilən şəxs həmin sms yazışmaları heç bir məntiqli cavabla izah etməmiş, yalnız həmin smslərdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran ( müəyyən olunmamışdır) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən onun şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 226 ( iki yüz iyirmi altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş,Quba RPŞ-nin Maddi sübutların saxlanma otağında saxlanılan ümumi qalıq çəkisi 1,997 qram heroin və ümumi qalıq çəkisi 0,977 qramı psixotrop maddə metanfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 226 (iki yüz iyirmi altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş,Quba RPŞ-nin Maddi sübutların saxlanma otağında saxlanılan ümumi qalıq çəkisi 1,997 qram heroin və ümumi qalıq çəkisi 0,977 qramı psixotrop maddə metanfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar