Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-172/2023 13.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, döngə 3, ev 2-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli marqolin konstruksiyalı tapançalardan, toz modellli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan ştat patronlarını qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Bundan başqa o, 2022-ci ilin aprel ayının əvvələrində yaşadığı Quba rayonu, Xucbala kəndində tanışı Təqsirləndirilən şəxs2 1,886 qram narkotik vasitə tiryək, külli miqdarda, yəni təmiz çəkisi 5,447 qram narkotik vasitə heroin və 0,055 qram psixotrop maddə metamfetamini 140 manat müqabilində alaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib evinə saxlamış, habelə istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 533,243 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq hissələrə bölməklə yaşadığı evdə saxlamış, 05 aprel 2022-ci il tarixdə saat 14:45 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı Quba rayonu Xucbala kəndində yerləşən evinə baxış keçirilərkən evin ikinci mərtəbəsindəki otağın pəncərəsinin kənarında üzərində “Kureniye ubivayet” sözləri yazılmış dəmir siqaret qabının içərisindən iki ədəd ağ kağız bükülüdə ayrı ayrılıqda çəkiləri 1,401 və 4,046 qram olmaqla, ümumi təmiz çəkisi 5,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qara rəngli kağız bükümdə 0,428 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,055 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1,886 qram narkotik vasitə tiryək və üç ədəd plastik qabda olan çəmi 94 kibrit qutusu içərisindən ümumi təmiz çəkisi 533,243 qram narkotik vasitə qurudulmuş marixuana və həmin otaqda jurnal masasının üstündən 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan, Toz modellli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan ştat patronları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 1,886 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda, yəni təmiz çəkisi 5,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, habelə 0,055 qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla 2022-ci ilin aprel ayının əvvəllərində Quba rayonu, Xucbala kəndinə daşıyıb gətirərək həmin kənd sakini Təqsirləndirilən şəxs1 140 manat müqabilində satmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, polis əməkdaşları ifadələrində demişdirlər ki onu dəvət ediblər. Belə şey olmayıb, 6-7 nəfər evə hücum edib əl-qolunu qırmışdırlar. Polis əməkdaşlarının dediyi qədər narkotik vasitə onun evində olmamışdır. Elektron tərəzi, patronlar onda olmamışdır. Polis əməkdaşları onu döyməmiş, sənəd və s. olmadan evinə hücum etmişdirlər. Narkotik vasitə istifadə etdiyi üçün onda narkotik olmuşdur. Narkotik vasitə istifadəçisidir. Əfqanıstan veteranıdır, 1986-cı ildən narkotik vasitə istifadə edir. Onun evində elektron tərəzi və istintaq materiallarında qeyd olunan qədər külli miqdarda narkotik vasitə də olmamışdır. Necə olur ki, evdən məhz 533 qram narkotik vasitə aşkarlanmışdır. Evində marixuana, heroin, "şüşə" adalan "patı", tiryək olmuşdur. Dibçəyə gəldikdə isə, dibçəyə tum atmış, o da böyümüşdür. Silahlarının da sənədi olmuş, xəncərlər isə alüminiumdan olan suvenirlərdir. Patronlar onun evində olmamışdır. O, patronların evində olmasını lap əvvəldən inkar etmişdir. İstintaqın sonunda ona 3 ədəd patron göstərilmiş, hansı ki o patronların onunla əlaqəsi olmamışdır. Çünki heç o patronlara uyğun onun evində silah olmamışdır. Ov tüfəngi var, onun patronu da var. Tir tüfəngi var, elə onun da qırması var. Ona ciblərindən balaca kalibrli 3 ədəd paslı patron çıxarıb göstərmişdirlər ki, bəs bunlar da onun evindən aşkar olunmuşdur. Ancaq həmin patronlar onun deyildir. Tərəzi də onun evində olmamışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 1986-cı ildən marixuana istifadə edir. Ancaq marixuana istifadə etmişdir. Pandemiya olduqdan sonra isə digərlərini az-az istifadə etmişdir. Narkotik vasitələri ancaq çəkmiş, narkotik vasitələrini inyeksiya yolu ilə qəbul etməmişdir. Evindəki marixuana plastik bankanın içərisində olmuşdur. Marixuanın miqdarı 300-400 qram idi. Marixuananı hazır bir şəkildə meşələrdən əldə etmişdir. Marixuanın qoza olan hissəsini yığıb qurudub istifadə etmişdir. Yarpaqlarını istifadə etməmişdir. Metamfetamini, heroini, tiryəki “Meyvəli”dən tanış olduğu Ruslan adlı şəxsdən almışdır. Metafetamini, heroini, tiryəki Ruslandan özü tutulmamışdan 2 ay əvvəl almışdır. O, Ruslanın yanına tez-ez gedib-gəlib ondan almışdır. İstintaq materialında beş tam nə qədərsə yazıblarsa, o qədər olmamışdır. Təqsirləndirilən şəxs2 tutulmamışdan 4-5 ay əvvəl olar ki tanımışdır. Qubadan olan dostu onları tanış etmişdir. Təqsirləndirilən şəxs2 ona pul müqabilində narkotik vasitə satmamışdır. Sadəcə bir yerdə istifadə etmişdirlər. İfadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığını deməmişdir. Sadəcə Ruslan adlı şəxsdən aldığını qeyd etmişdir. Onun iki ədəd tüfəngi olmuşdur. Biri yivsiz ov tüfəngi, digəri tir tüfəngi olmuşdur. Ov tüfənginin 2 dənə patronu olmuşdur. Maraqlıdır ki, nə üçün o 3 patron onun olmadığı halda polis əməkdaşları həmin patronların onun olduqlarını iddia etmişdirlər. Hansı ki ov tüfəngi atasından ona qalmışdır. Sənədləri olmuşdur. Tir tüfənginə də sənəd lazım olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2lə üzləşmişdir. Üzləşdirmə zamanı da birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmişdir. Samirdən pulla narkotik vasitə almamışdır. Samirlə birlikdə narkotik vasitə istifadə etmişdir. Elə olub ki, o da ona bir az narkotik vasitə vermiş, birlikdə istifadə etmişdirlər. O, da ona bir az narkotik vasitə vermiş, birlikdə istifadə etmişdirlər. Pulu “milli ön” ödəmə terminalı vasitəsilə Samirə ödəmişdir. Oradakı çekdə də göndərilən şəxsin adı yazılmışdır. Təqsirləndirilən şəxs2 "milliön" aparıtı ilə etdiyi ödənişin qəbzi hal-hazırda evdə axtarış etmiş polislərdədir. Onun əl-qolunu bağlayıb, çarpayıda üzüaşağı uzatmışdırlar. Həmin vaxt vəkil olmamışdır, altı-yeddi nəfər əməliyyatçı olmuşdur. Polis əməkdaşları bildikləri kimi evdə axtarış aparmış, evdən pul vəsaitləri, bahalı saat, bahalı əşyalar oğurlanmışdır. Evdən pulun və digər əşyaların polislər tərəfindən oğurlanması ilə bağlı müraciətlər edilmiş, bununla bağlı vəkili maraqlanır. Heroini Ruslandan almışdır. İstintaqda Samirin adını çəkməmişdir. Ali təhsilli deyildir. Ali təhsilli olmasa da, oxuyubyazmağı bacarır. İfadəni o, yazmamışdır, lakin onu oxumuşdur. Orada qeyd edilələrin doxsan doqquz faizi yalandır. Tutulandan sonra öz hesabına müdafiəçi tutmuşdur. İş materiallarında Samirin adı, onun Samirin adını çəkməyi göstərilə bilər. Amma iş materiallarını o, yazmamışdır. Ona müdafiəçinin yanında şiddət göstərilməmiş, amma ondan qabaq olmuşdur. Hətta o, istintaqda müdafiəçi ilə görüşməmişdən əvvəl onu arvadını tutmaqla hədələmişdirlər. Bu barədə öz müdafiəçisinə demişdir. Təqsirləndirilən şəxs1 müdafiəçilərinin suallarına cavab olaraq bildirmişdir ki, sahibi olduğu silahlar qanunidir, silahların vəsiqəsi vardır. Çəkilişdən sonra ona 3 ədəd patron göstərmişdirlər, o da demişdir ki, bunlar onun deyil. Onda həmin patronlara uyğun silah olmamışdır. Təqsirləndirilən şəxs2lə alma yeşikləri alarkən münasibətləri yaranmışdır. Pandemiya dövründə hərdən görüşəndə bir yerdə narkotik vasitə istifadə etmişdirlər. Təqsirləndirilən şəxs2lə görüşləri Bakıda da olmuş, Samir onlara da gəlib, o, da onun yaşadığı evə getmişdir. İstintaq materiallarında əks olunan, onun narkotik vasitə və psixotrop maddələri 2022-ci ilin aprel ayının əvvəllərində Samir Atakşiyevdən 140 manata almağı ilə bağlı xüsusat tamamilə yanlışdır. Samirə ödəmiş olduğu 140 manat pul yeşiklərin pulu olmuşdur. 140 manat pulu Samirin bank kartına köçürmüşdür. O, saxlanılan zaman Təqsirləndirilən şəxs2 onun yanında olmamışdır. O, saxlanılandan 2 ay sonra Təqsirləndirilən şəxs2 saxlamışdırlar. O, Samirdən narkotik vasitə aldığını deməmişdir. Sadəcə olaraq evindən çeklər tapılmışdır. Evində axtarış olan zaman evindəki şkafın siyirməsindən çeklər tapılmışdır. Çeklərdən biri Samirə 140 manat göndərdiyi özündə əks etdirmişdir. Həmin pul da yeşiklərin pulu olmuşdur. Ad vermək məsələsinə gəldikdə isə, hazırda adını xatırlamadığı üçüncü bir şəxs tutulmuş və həmin şəxs onunla Samiri tanımış, hər ikisinin də adını polis əməkdaşlarına vermişdir. Daha sonra onunla Samir polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, görüntüdəki getdikləri yer meşədir, hansı ki o, marixuananı meşədə göstərdiyi yerdən tapmışdır. Marixuananı tapanda hazır, qurudulmuş vəziyyətdə olmuşdur. Video görüntüdə polis əməkdaşalrının evə baxış keçirməsi əks olunsa da, polis əməkdaşları artıq evinə baxış keçirmişdir. Video çəkiliş evdəki axtarışdan sonra olub. Hazırkı video çəkilişdən sonra ona patron göstərmişdirlər. Narıncı qabdakı marixuanadır, digəri isə tiryəkdir. Diqqətlə baxılsa əslində oradakılarla istintaq materailları arasındakı çəkilər arasında da fərq olduğu görünər. Hətta metamfetamin görüntü zamanı çəkilmiş və tam olaraq çəkisinin iki qram olduğu müəyyən edilmişdir. Hansı ki, istintaq materiallarında metamfetaminin çəkisi iki qramdan çox qeyd edilmişdir. Tiryək də həmçinin. Polis əməkdaşları aşkar etdikləri narkotik vasitələri onun yanında tərəzidə çəkmişdirlər. Lakin gözünün qabağında ölçülmüş çəki ilə ona verilən ittihamdakı çəkilər üst-üstə düşməmişdir. Qutuda götürdükləri marixuanadır. Meşədən tapdığı marixuanalardır. Marixuananı meşədən paketlərdə qablaşdırılmış vəziyyətdə tapmışdır. Kibrit qutularında olan marixuana kibrit qutusunda hazır paketdə olmuşdur. Meşə evlərinin yanındadır, meşədə özü üçün gəzmişdir. Görüntüdəki üç qutu ondan çıxmışdır, ancaq çəkiləri ona verilmiş ittihamdakı qədər olmamışdır. Evdən bunlardan başqa heç nə çıxmamışdır. Tərəzini sonradan özləri çıxarıb qoyub ölçmüşdürlər. Meşədə narkotik vasitələri kim isə hazır vəziyyətdə gizlədib qoyub o isə tapmışdır. Borucuqlar da onda olmuşdur. Metamfetamin, heroin çəkmək üçün onları istifadə etmişdir. O tapılan qəbzlər alma yeşiklərinindir. Alma yeşiklərinin satışından əldə olunan pul idi. Hazırda görüntüdə olanlar suvenir xəncərlər, ov bıçağıdır. Heç onların yeri görüntüdə onların aşkar olunduğu yer olmayıb, başqa yer olub. Polis əməkdaşları özləri oraya qoyub oradan çıxarıblar. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 ildir ki, özü istifadə etmək məqsədi ilə narkotik vasitə olan çətənə bitkisi əkib becərir. Eləcə də özü narkotik vasitə olan heroin, metamfetamin, tiryək və marixuanadan istifadə edir. Keçən il yəni 2021-ci ilin aprel ayında evindən təxminən 300- 400 metr aralıda Quba-Qusar avtomobil yolunun sağ kənarında təpəlikdə təxminən 17-18 ədəd çətənə kolu əkib qulluq göstərərək becərmişdir. Həmin ilin sentyabr ayında o, həmin çətənə kollarını kökündən çıxarıb götürmüşdür. Həmin kolları qurudub evində xüsusi kibrit qutularına yığıb qablaşdırmışdır. Həmin kibrit qutularını isə 3 ədəd plastik qaba yığımışdır. O, özü bəzən Bakı şəhərinə meyvə tərəvəz aparıb satmışdır. Bakı şəhəri, Qaradağ rayonunda Meyvəli bazarda olarkən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Növbəti günlərin birində Təqsirləndirilən şəxs2 ona özündə narkotik vaitələr olduğunu və satdığını bildirmişdir. Bundan sonra o, 7-8 dəfə Samirdən narkotik vasitə heroin alıb istifadə etmişdir. O, narkotik vasitələri Təqsirləndirilən şəxs2 ya Meyvəli bazardan almış, ya da ki, o, özü onun yaşadığı Quba rayonu, Xucbala kəndinə gətirib ona satmışdır. 2022-ci ilin aprel ayının əvvələrində o, Samirin xatırlamadığı nömrəsinə zəng vurub onun üçün yaşadığı kəndə narkotik vasitə gətirməsini xahiş etmişdir. Samir onunla razılaşmışdır. Səhərisi gün Samir xatırlamadığı taksi avtomobili ilə onun yaşadığı kəndə gəlmiş, yaşadığı evin yaxınlığında ona bir büküm narkotik vasitə heroin, bir büküm tiryək və bir büküm psixotrop maddə metamfetamin vermişdir. O, Təqsirləndirilən şəxs2 bunun əvəzində 140 manat pul vermişdir. Sonra Samir Bakı şəhərinə qayıtmışdır. Həmin narkotik vasitə olan heroindən bir qədər özü düzəltdiyi kağız borucuqlar vasitəsi ilə çəkib istifadə etmişdir. Özündə çətənə bitkilərinin toxumları olan 3 ədəd bükümü üzərində Apteçka yazılmış plastik qaba qoymuşdur. İki bükümdə olan heroini, bir bükümdə olan tiryəki, bir bükümdə olan psixotrop maddə metamfetamini, bir bükümdə olan qurudulmuş marixuananı, borucuq halına saldığı iki ədəd kağızı “Kureniye ubivayet” sözləri yazılmış dəmir siqaret qutusunun içərisinə qoymuşdur. Bütün bu narkotik vasitələri isə evinin ikinci mərtəbəsindəki orta otaqda pəncərənin kənarına qoymuşdur. Bundan başqa o, gül dibçəyində 1 ədəd çətənə birkisi əkib həmin otağın digər pəncərə kənarına qoymuşdur. 4 ədəd digər çətənə kollarını isə 4 ədəd plastik stəkanlarda əkib evinin eyvanına qoymuşdur. Bundan başqa onun özünün İJ-26 markalı, 12 çaplı, C-12000 nömrəli qoşalülə ov tüfəngi, həmin tüfəngə aid 3 ədəd gülləllər və bir ədəd üzərində 4,5 kalibrli, S-98391 nömrəli tir tüfəngi, 5 ədəd tüfəng patronu, bir ədəd tüfəng nişangahı, bir ədəd digər odlu silaha aid silaha aid nişangahı, üç ədəd isə bıçağı vardır. O, güllələrdən üçünü həmin otaqdakı divanın qarşısındakı jurnal stolunun üstünə qoymuşdur. Bir ədəd elektron tərəzini isə həmin otaqdakı güzgülü şkafın siyiməsinə qoymuşdur. Ov tüfəngini yan otaqdakı divarın dibinə qoymuşdur. Tüfəngi çarpayının altına, bir ədəd tüfəng nişangahını, digər silaha aid dəmir nişangahı, beş ədəd patronu və üç ədəd bıçağı isə çarpayının altına qoymuşdur. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olarkən bir neçə polis əməkdaşı evə gələrək ona qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu, bu səbəbdən vəklin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, yaşadığı evə isə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına üzərinə şəxsi axtarış keçirilməsinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları vəkil X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən bir ədəd Samsung markalı, bir ədəd Nokia markalı mobil telefon, iki ədəd siqaret qutusu, bir ədəd eynək aşkar edilmişdir. Həmin telefonlar araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Digər əşyalar isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Polis əməkdaşları ondan yaşadığı evdə qanunsuz narkotik vasitə olub olmadığını soruşduqda onlara yaşadığı evdə əkib becərdiyi çətənə bitkiləri və digər narkotik vasitələr olduğunu demişdir. Bundan sonra polis əməkaşları yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin ikinci mərtəbəsindəki orta hissəsində yerləşən otaqda pəncərənin kənarında “Apteçka” adlı dəmir qabda 3 büküm çətənə bitkisinə oxşar toxumlar, bir ədəd “Kureniye ubivaet” adlı dəmir siqaret qabında iki bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli kütələr, bir bükümdə narkotik vasitə tiryək, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə marixuana, borucuq halına salınmış iki ədəd kağız, üç ədəd kauçuk qabda 94 ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilərək ayrı-ayrı qablarda qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin otaqdakı digər pəncərə kənarından bir ədəd gül dibçəyində torpağa əkdiyi bir ədəd çətənə bitkisi aşkar edilərək çıxarılmış, daha sonra eyvanda olan 4 ədəd plastik stəkanlarda torpağın içində əkdiyi 4 ədəd çətənə kolları aşkar edilib çıxarılmışdır. Həmin beş ədəd çətənə bitkisi zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, onlar həmin zərfi imzalamışlar. Daha sonra həmin otaqdakı divanın qarşısında jurnal stolunun üstündən 3 ədəd tüfəng gülləsi, həmin stolun altındakı taxta üzərindən tütünləri boşaldılmış 4 ədəd arqo siqaret papirosu, güzgülü şkafın siyirməsindən bir ədəd elektron tərəzi, şəxsiyyət vəsiqəsi, 2 ədəd terminal qəbzləri, bir ədəd ov tüfənginin şəhadətnaməsi polis əməkdaşları tərəfindən götürülmüşdür. O, polis əməkdaşlarına bildirmişdir ki, o biri otaqda ov tüfəngi vardır. Bu həmin silahın sənədidir. Bundan sonra digər otağa baxış keçirilmişdir. Baxış zamanı yan otaqdan divar dibindən parça qabda bir ədəd qoşalülə ov tüfəngi, otaqdakı çarpayının altından bir ədəd dəmir nişangah, beş ədəd 12 kalibrli tüfəng patronu, 3 ədəd xəncər bıçaq aşkar edilərək götürülmüşdür. Həmin tüfənglər, patronlar, bıçaqlar və nişangahlar qablaşdırılaraq götürülmüşdür. O, evindən aşkar olunaraq götürülən narkotik vasitə marixuananı keçən il əkdiyi çətənə kollarından hazırlayıb qurudub hazırlamışdır. Narkotik vasitə heroini, tiryəki və mtamfetamini isə 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 140 manata almışdır. Həmin narkotik vasitələri özü istifadə etmək məqsədi ilə evində saxlamışdır. O, əvvəlcə Samirin adını göstərmək istəmədiyi üçün ifadəsində bu cürə göstərmiş, əsl həqiqət odur ki, Ruslan adlı şəxs ümumiyyətlə yoxdur. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Bıçaqlardan ikisini Moskva şəhərində olarkən xatırlamadığı dostları hədiyyə etmişdir. Bir ədəd ov bıçağını isə Qusar rayonundakı xatırlamadığı mağazadan almışdır. Ov tüfəngini atası Əli ona bağışlamışdır, hal hazırda onun adınadır, qanuni şahədatnaməsi vadır. Tir tüfəngini isə Qusar şəhərində xatırlamadığı şəxsdən 150 manata almışdır. Həmin tüfəngdən bir iki dəfə istifadə etmiş, bıçaqlardan və ov tüfəngindən heç vaxt istifadə etməmişdir. Yaşadığı evə baxış zamanı otaqdakı divanın qarşısında jurnal stolunun üzərindən aşkar olunaraq götürülən 3 ədəd tüfəng gülləsi ona məxsus deyil. Onun elə güləlləri olmamışdır. Qalan digər silahlar və patrronlar ona məxsusdur. İzahat və ifadə verərkən atasına məxsus tüfənginə aid patronları nəzərdə tutmuş, əsl həqiqətdə həmin güllələr ona məxsus deyil. ***-***-**-** mobil nömrəsini xatırlamır, kimə məxsus olması barədə heç nə deyə bilmir. ***- ***-**-** mobil nömrəsindən istifadə edir. Evində narkotik vasitələr saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Evindən aşkar olunaraq götürülmüş elektron tərəzini xatırlamadığı tanışı bağışlamışdır. O, həmin tərəzidən heç vaxt istifadə etməmişdir. Çətənə bitiklərini əkdiyi və aşkar edilərək götürülmüş toxumları hər dəfə çətənə bitkilərini əkərkən yığmışdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə aldıqdan sonra ona terminal vasitəsi ilə bir dəfə 150 manat, bir dəfə isə 100 manat pul göndərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu Xocəsən kəndində evində olmuşdur. Polisər gəlib evi basmış, onu Quba rayon polis şöbəsinə aparmışdırlar. Ona Azərə narkotik vasitə satmağı ilə bağlı suallar vermişdirlər, o, isə satmadığını demişdir. Özü az narkotik istifadə etmişdir, ancaq narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 3 ildir ki tanımışdır. O, narkotik vasitələrdən “kokos” kimi bilinən heroin və “nəşə” kimi bilinən marixuanadan istifadə etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilə üzləşmişdir. Təqsirləndirilən şəxs1la düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, tutulmamışdan 2-3 il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. O, 1-2 dəfə Azərlə birlikdə narkotik vasitə istifadə etmişdir. Üzləşdirmə zamanı Azər narkotik vasitəni ondan aldığını bildirməmişdir. Təqsirləndirilən şəxs1 qarşılığında nəsə gözləyərək narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təxminən 5-6 ay əvvəl Elçin adlı tanışı ona İran vətəndaşının xatırlamadığı mobil nömrəsini verib həmin nömrənin sahibinin İran vətəndaşı olduğunu, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. O, həmin İran vətəndaşının mobil nömrəsinə zəng vurub özünü təqdim edib adının Samir olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, onun narkotik vasitə satdığını eşidib zəng vurduğunu demişdir. Həmin şəxs adının Baba olduğunu, həqiqətən də narkotik vasitə satdığını demişdir. O, bundan sonra Baba kimi təqdim edən şəxsin ona dediyi xatırlamadığı kart hesabına pul köçürmüşdür. O, da ona Bakı şəhərində müxtəlif ünvanları demişdir. O, da baba kimi təqdim edən şəxsin dediyi müxtəlif ünvanlara gedib orada yerdən narkotik vasitə heroini götürüb istifadə etmişdir. Eləcə də o, əvvəllər Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Meyvəli bazar adlanan ticarət mərkəzində meyvə tərəvəz ticarəti ilə məşğul olmuşdur. Hal hazırda orada işləmir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 da orada meyvə satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan onlar bir biri ilə tanış olmuşlar. Tanışlıq müddətində Azər ona narkotik vasitələr qəbul etdiyini, onun üçün narkotik vasitə tapmasını bildirmişdir. O, Azərə demişdir ki, İran vətəndaşı var, o, özü həmişə ondan narkotik vasitə alıb istifadə edir. Onun üçün də İran vətəndaşından narkotik vasitə heroin alıb gətirə bilər. O, bir neçə dəfə Azər üçün İran vətəndaşından narkotik vasitə heroin alıb gətirmişdir. Bunun müqabilində Azər bir dəfə 03 sentyabr 2021-ci il tarixdə onun kart hesabına 100 manat, 30 mart 2022-ci il tarixdə 150 manat pul köçürmüşdür. O, isə həmin pulların xeyli hissəsini İran vətəndaşının ona dediyi xatırlamadığı kart hesabına göndərmişdir. Həmin pulun isə bir qismini öz ehtiyacları üçün xərcləmişdir. Eləcə də Azər onun üçün gətirdiyi narkotik vasitənin bir hissəsini özü istifadə etmək üçün ona vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Samir onun mobil telefonuna zəng vurub yaşadığı Quba rayonu, Xucbala kəndinə gəlib ona 5-6 qram narkotik vasitə heroin gətirməsini demişdir. O, Baba kimi özünü təqdim edən İran vətəndaşının mobil telefonuna zəng vurub ondan 5-6 qram çəkidə narkotik vasitə heroin istəmişdir. O, ona Yasamal rayonu ərazisində yerə atılmış narkotik vasitə heroini gedib götürməsini demişdir. O, Yasamal rayonuna gedib 77 nömrəli avtobusun axırıncı dayanacağında yerdən bir büküm ağ rəngli sellofan parçasına bükülmüş heroini götürmüşdür. Sonra Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanımadığı taksi avtomobili ilə Quba rayonu, Xucbala kəndinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs1la görüşüb narkotik vasitə heroini ona vermişdir. Əvəzində Təqsirləndirilən şəxs1 ona 140 manat pul vermiş, eləcə də həmin narkotik vasitədən ona da istifadə etmək üçün bir qədər vermişdir. Sonra tanımadığı taksi avtomobili ilə Bakı şəhərində qayıtmışdır. Həmin pulun hamısını İran vətəndaşının xatırlamadığı hesab nömrəsinə göndərmişdir. O, əvvəllər heç kəsə narkotik vasitə satmamışdır. Yalnız Təqsirləndirilən şəxs1 xahişi ilə İran vətəndaşından narkotik vasitə alıb ona gətirmişdir. Təqsirləndirilən şəxs1 ondan xahiş etdiyi üçün ona narkotik vasitrə heroin vermişdir. O, İran vətənndaşından Təqsirləndirilən şəxs1 üçün narkotik vasitə heroin götürərkən həmin narkotik vasitədən bir qədər özü istifadə etmək üçün götürmüşdür. Eləcə də Təqsirləndirilən şəxs1 narkotik vasitəyə verdiyi puldan öz ehtiyacları üçün, yəni, yol pulu, siqaret pulu və narkotik pulu götürmüşdür. O, Təqsirləndirilən şəxs1 yalnız narkotik vasitə heroin vermişdir. O, Təqsirləndirilən şəxs1 yalnız Quba rayonu, Xucbala kəndində narkotik vasitə heroini vermişdir. Ona başqa narkotik vasitələr verməmişdir. O, ***-***-**-** mobil nömrəsi ilə İran vətəndaşına məxsus xatırlamadığı nömrəsi ilə əlaqə saxlamışdır. O, həmin şəxsi görməmiş, danışıq ləhcəsindən onun Cənubi Azərbaycanlı olduğunu hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hal hazırda təhqiqatçı olsa da, hazırda barələrində cinayət icraatı aparılan şəxslərin saxlanılması zamanı narkotiklərlə mübarizə qrupunun rəhbəri və baş əməliyyat müvəkkili olmuşdur. Samirlə Azərin saxlanılma tarixi dəqiq olaraq yadında deyildir. Onlar Azərin evinə gedib onu qapıya çağırmışdırlar. Həmin vaxt təhqiqatçı və müdafiəçi də yanlarında olmuşdur. Azəri çağırdıqdan sonra sonuncu ilə birlikdə onun evinə daxil olmuşdurlar. Onlar tərəfindən evə baxış keçirilmiş və qutularda marixuana, heroin aşkar etmişdirlər. Azərin evindən aşkar olunanların hamısı dəqiqliklə yadında deyildir. Azər adlı şəxsin evində külli miqdarda narkotik vasitə olması barədə əməliyyta məlumatı daxil olmuşdur. Aşkarladıqları narkotik vasitələrin miqdarı dəqiq yadında deyildir. Başqa aşkar etdikləri içərisində suvener, nəsə xəncərlər olmuşdur. Bir də səhv etmirsə, pəncərənin ağzında bir dibçəkdə marixuana olmuşdur. Saxlanılan şəxsin narkotik vasitələri haradan əldə etdiyi haqqında məlumatı yoxdur, çünki şəxsin üzrəində şəxsi axtarış və götürülmə aparıldıqdan sonra narkotik vasitənin haradan alınması barədə saxlanılan şəxsə tədqiqatçı sual vermişdir. Qanunsuz olaraq narkotik vasitələrindən başqa hadisə yerindən xəncərlər tapılmışdır. Azərin evinə baxış video çəkiliş vasitəsilə aparılmışdır. Təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün onlar tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra da vəkil və təhqiqatçı ilə birlikdə ünvana getmişdirlər. Ünvana çatdıqdan sonra evdə axtarış keçirilməsinə etirazın olmaması ilə bağlı Azərin ərizəsi qəbul olunmuşdur. Daha sonra da evə baxış keçirmiş və yuxarıda qeyd etdiklərini aşkar etmişdirlər. Xatırladığı qədəri ilə sadəcə narkotik vasitələri və xəncərləri aşkar etmişdirlər. Dibçəkdə marixuana, qutularda “nəşə”, heroin və tərəzi var idi. Təqsirləndirilən şəxs1 Samirlə birlikdə saxlamamışdırlar. Samir adlı şəxsi hazırda xatırlamır. Samir adlı şəxsin saxlanılmasında iştirak etmişdir. Samirin saxlanmasında iştirak etmiş, ancaq hazırda onun saxlanması ilə bağlı xüsusatları xatırlamamış, saxlamamışdan qabaq da Samiri tanımamışdır. Samir saxlanılan zaman onu tanımışdır. Samiri hazırda xatırlamır, heç onun Samirlə demək olar dialoqu olmamışdır. Amma Azərlə söhbət də etmiş, onu az-çox yadda saxlamışdır. Samirin Xırdalan ərazisində saxladığını bildirməmişdir. Samiri harada saxladıqlarını xatırlamır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2lə bağlı əməliyyat məlumatının necə əldə olunduğunu və əməliyyta məlumatının nə ilə bağlı olduğunu hazırda xatırlamır. Azərin evində aşkar olunmuş silahlar sənədləşdirilərək götürülmüşdür. Daha həmin silahların qanunu olub-olmamasını o, yoxlamamışdır. Təqsirləndirilən şəxsin evində xəncərlər, səhv etmirsə, yatağın aşağı hissəsində tüfəng, binokul aşkarlanmışdır. Azərin evindən aşkar olunanların içərisində güllənin olub-olmadığı yadında deyil. Azərin evindən aşkar olunanların içərisində avtomat olmamışdır. Təqsirləndirilən şəxs2lə bağlı əməliyyat məlumatı yadında deyil. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-cı ilin mart ayından Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba rayonu, Xucbala kənd sakini Təqsirləndirilən şəxs1 üzərində və həmin kənddə yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan ondan, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, PPXB-nün polis nəfərləri, polis serjantı Şahid4, polis serjantı Cəfərsadiq Sultanovdan, KTQ-nun baş inspektor kriminalisti polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 05 aprel 2022-ci il tarixdə saat 14:45 radələrində Təqsirləndirilən şəxs1 Quba rayonu, Xucbala kəndində yaşadığı evə getmişlər. Onlar Təqsirləndirilən şəxs1 yaşadığı evə gəldikdə ona qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu, bu səbəbdən vəklin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, yaşadığı evə isə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara üzərinə şəxsi axtarış keçirilməsinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirimiş, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd Samsung markalı, bir ədəd Nokia markalı mobil telefon, iki ədəd siqaret qutusu, bir ədəd eynək aşkar edilmişdir. Həmin telefonlar araşdırma zərurəti ilə əlaqədar götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz narkotik vasitə olub-olmadığını soruşduqda o, yaşadığı evdə əkib becərdiyi çətənə bitkiləri və digər narkotik vasitələr olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsindəki orta hissəsində yerləşən otaqda pəncərənin kənarında “Apteçka” adlı dəmir qabda 3 büküm çətənə bitkisinə oxşar toxumlar, bir ədəd “Kureniye ubivaet” adlı dəmir siqaret qabında iki bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli kütələr, bir bükümdə narkotik vasitə tiryək, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə marixuana, borucuq halına salınmış iki ədəd kağız, üç ədəd kauçuk qabda 94 ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilərək ayrı-ayrı qablarda qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin otaqdakı digər pəncərə kənarından bir ədəd gül dibçəyində torpağa əkilmiş bir ədəd çətənə bitkisi aşkar edilərək çıxarılmış, daha sonra eyvanda olan 4 ədəd plastik stəkanlarda torpağın içində əkilmiş 4 ədəd çətənə kolları aşkar edilib çıxarılmışdır. Həmin beş ədəd çətənə bitkisi zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, onlar həmin zərfi imzalamışlar. Daha sonra həmin otaqdakı divanın qarşısında jurnal stolunun üstündə olan 3 ədəd tüfəng gülləsi, həmin stolun altındakı taxta üzərindən tütünləri boşaldılmış 4 ədəd arqo siqaret papirosu, güzgülü şkafın siyirməsindən bir ədəd elektron tərəzi, şəxsiyyət vəsiqəsi, 2 ədəd qəbzləri, bir ədəd ov tüfənginin şəhadətnaməsi götürülmüşdür. Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, o biri otaqda ov tüfəngi vardır. Bu həmin silahın sənədidir. Bundan sonra digər otağa baxış keçirilmişdir. Baxış zamanı yan otaqdan divar dibindən parça qabda bir ədəd qoşalülə ov tüfəngi, otaqdakı çarpayının altından bir ədəd dəmir nişangah, beş ədəd 12 kalibrli tüfəng patronu, 3 ədəd xəncər bıçaq aşkar edilərək götürülmüşdür. Həmin tüfənglər, patronlar, bıçaqlar və nişangahlar qablaşdırılaraq götürülmüşdür. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokollar ucadan oxunduqdan sonra tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş, Samir adlı şəxsin saxlanılmasında isə iştirak etməmişdir. 5 aprel 2022-ci ildə günorta saat 3 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana-Quba rayonu Xucbala kəndinə getmişdirlər. Evin qarşısında onu təhqiqatçı, vəkilin iştirakıyla saxlamış və onun üzərində şəxsi axtarış keçirmişdirlər. Şəxsi axtarış zamanı onun üzərindən qanunsuz heç bir maddə və ya əşya aşkarlanmamışdır. Ondan evində narkotik vasitə olub-olmamasıyla bağlı soruşduqda evində narkotik vasitənin olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsin evinin ikinci mərtəbəsinə çıxdıqda orada dərman apteçkasına oxşar qabın içərisində toxumlar, heroin, metamfetamin, tiryək, 94 ədəd kibrit qutusunda marixuana və 5 ədəd də çətənə kolu aşkar olunmuşdur. Hazırkı ifadəsində sadaladıqlarından başqa Azərin evindən tüfəng, xəncər və patronlar aşkar olunaraq götürülmüşdür. Patronlarının sayı hazırda yadında deyil. Evə baxışda əvvəldən axıra qədər iştirak etmişdir. Evə baxışı video çəkiliş vasitəsilə vəkilin iştirakı ilə aparmışdırlar. Evdə axtarış edən zaman narkotik vasitələri tapdıqları yerdən 3 ədəd patron aşka etmişdirlər. Daha sonrası isə yadında deyil. Evə girib 2-ci mərtəbəyə çıxanda pəncərədə tüfəng tapmışdırlar. Patronlar da həmin otaqda olmuşdur. Patronlar və narkotik vasitələrinin tam dəqiq yerini deyə bilməmişdir. Amma onları evdə ayrı-ayrı yerlərdə aşkar etmişdirlər. Azərin evindən üç ədəd patron aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 5 aprel 2022-ci il tarix saat 3 radələrində əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid3, Şahid1, Şahid4, Sadiq Sultanov, Fuad müəllim və vəkil Quba rayonu Xucbala kəndinə getmişdirlər. Qapını döymüş, qapını Azər özü açmışdır. Üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya olub-olmaması barədə sual verildikdən sonra Azərin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən 02 ədəd telefon, 01 ədəd eynək və bir də nəsə var idi, amma o yadında deyildir. Yəni üzərində qanunsuz əşya yox idi. Evə daxil olmağa Azərdən icazə aldıqdan sonra evində qanunsuz əşya və ya başqa bir predmet olduğunu soruşduqda sonuncu "var" cavabını vermişdir. Evə daxil olanda evdə apteçkada 3 bükümdə marixuana toxumu, dəmir siqaret qutusunda tiryək, 3 büküm heroin və 1 büküm metamfetamin olmuşdur. Daha sonra həmin otaqda üç plastik qabda, 94 ədəd kibrit qutusunda marixuana bitkisi aşkar olunmuşdur. Həmin otağın pəncərəsində gül qabında əkilmiş balaca marixuana bitkisi var idi. Eyvanda 04 ədəd plastik qabda hərəsində bir ədəd olmaqla yenə marixuana bitkisi aşkar olunmuşdur. Azərin evindən həmçinin iki və yaxud da üç tüfəng aşkar olunmuş, sayı hazırda dəqiq yadında deyildir. Bir də patronlarla xəncərlər də var idi. Evə baxışda əvvəldən sona qədər iştirak etmişdir. Evə təqsirləndirilən şəxsin icazəsi ilə daxil olmuşdurlar. Baxış təqirləndirilən şəxsin evində keçirilmişdir. Baxış təqsirləndirilən şəxsin evinin ikinci mərtəbəsində keçirilmişdir. Sadaladığı narkotik vasitələrindən başqa digər aşkarladıqları əşyaları evdə həmin marixuana tapdıqları otaqda sağda divan və yaxud da taxt olmalıdı idi, səhv etmirsə, onun altında aşkar etmişdirlər. Silahların yerini Azər özü göstərmişdir. Silahların patronlarının harada yerləşdiyi tam yadında deyildir. Bütün bu proseslərin hamısı video görüntüyə alınmışdır. Təqsirləndirilən şəxs Xucbala kəndinin meşəsinin hansı hissəsində narkotik vasitələrinin əkdiyi yeri onlara gösərmişdir. Azərin evindən yeri yadında olmayan bir ədəd elektron tərəzi də aşkar etmişdirlər. Şahid Quba RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahid polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, saat 11-12 radələri idi və o, yemək bişirirmiş. Toyuqların ürkdüyünü görmüş, əlindəki qazanı qırağa çəkib bağa getmək istəmişdir. Bir də görmüşdür arxa qapıdan iki nəfər tullanaraq içəri girdi. Onlardan biri gəlib onu itələmiş, digəri isə gedib həyət qapısını açmiş, digəri də yuxarı çıxmışdır. Ona salam belə verməmişdirlər. O, da onların üzərinə qışqırmışdır ki, "kimsiniz? Nə istəyirsiniz? Niyə həyətimə girmisiniz?". Onun heçnə haqqında xəbəri olmamışdır. Onlar onun suallarına cavab verməyib ona baş qoşmamışdırlar. Küçədə gələnlər də ona fikir belə verməmiş birdəfəlik yuxarıya qalxmışdırlar. Həyəcandan ayaqları tutulmuş, asfaltın üzərində oturub qalmışdır. Onlara heçnə edə bilməyəcəyini anlamışdır. Yuxarıdan-onlardan çoxlu səs-küy gəlmişdir. O da sürünə-sürünə yuxarıya qalxmışdır. Onların oraları dağıtdıqlarını görmüşdür. Onlardan soruşmuşdur ki, "nə olub? nə xəbərdir?". Onlar isə onun üzərinə qışqırmışdırlar ki, "elə etməyin ki, səni qandallayaq". O, görmüşdür ki, onlar ərinin qolunu buraraq qolunu qandallayırlar. Əri polislərə demişdir ki, o xəstədir, sizin onunla işiniz yoxdur. O, da aşağı düşərək dərman atıb divanda uzanmışdır. Bəlkə, 15-20 nəfər olardı ki, girirdilər, çıxırdılar. Polis əməkdaşları əllərində böyük torblarla evə nə isə gətirmişdirlər. O, apteklərdə verilən böyük sellofan torbanı polis əməkdaşlarının əllərində gördükdə əvvəl onları evdən çıxarıldığını düşünmüşdür. Onların nə olduğunu soruşduq da isə polis əməkdaşları ona demişdirlər ki, "sən get işinlə məşğul ol." Polis əməkdaşları evdən gedəndən 15-20 dəqiqədən sonra özünə gəlmişdir. Yanına qonşu gəlmişdir. Həmin qonşu onu qolundan tutub yuxarı çıxaranda evində olan suvenerlər və xəncərləri görməmişdir. Ərinin bahalı qol saatı da yox idi. O, bazarda işləyib alver etmiş, oradan qazandığı 800 manat miqdarında pul da yox idi. Sanki polis əməkdaşları evi talan etməyə gəlmişdirlər. Suvenerlər yuxarıda divardan asdığı xalçanın üzərində idi. Ərinin narkotik istifadə etdiyini bilmiş, hətta, bununla bağlı evlərində dəfələrlə mübahisə də olmuşdur. Adını dəqiq bilmədiyi, tütün deyilən narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitələri əri çəkən zaman əlində olmuş, sonra da yoxa çıxmışdır. Narkotik vasitəni ərinin əlində az miqdarda görmüş, özü çəkən qədər görmüşdür. Ərinin narkotik vasitələri haradan əldə etdiyini bilməmişdir. Onun və yoldaşı barəsində evlərində sadaladığı qanunsuzluqlar olduğu zaman 102-ə zəng etmək ağlıma gəlməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Quba rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 05 aprel 2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli raportdan görünü ki, Təqsirləndirilən şəxs2 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ş.Mollazadə küçəsi, döngə 3, ev 2-də qeydiyyatda yaşayır, Binəqədi RPİ-də barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi var, istintaqdan yayınır. Polis əməkdaşları tərəfindən axtarılır. Onun və Təqsirləndirilən şəxs1 digər əlaqələrinin, digər narkotik vasitələrin əldə etdiyi Mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 01 iyun 2022-ci il tarixdə Bakı şəhərində müəyyən edilərək Quba RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 5.447 qram narkotik vasitə heroini, 1.886 qram narkotik vasitə tiryəki, 0,055 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 140 manat müqavilində satmışdır. Cinayət işinin materiallarında olan 05 aprel 2022-ci il tarixli şəxsi axtarışın və baxışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd Samsung markalı, bir ədəd Nokia markalı iki ədəd mobil telefon, iki ədəd siqaret qutusu, bir ədəd eynək aşkar edilir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunla gəzdirilməsi və daşınması qadağan edilmiş əşya və ya vasitə aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 soruşulduqda yaşadığı evdə əkib yetişdirdiyi narkotik tərkibli çətənə bitkiləri və narkotik vasitələr olduğunu bildirdi. Şəxsi axtarışın ardınca evə baxış keçirilən zaman ortadakı otağın pəncərəsinin kənarında bir ədəd dəmir qabda üç büküm çətənə bitkisinin toxumları, bir ədəd dəmir siqaret qabında iki bükümdə narkotik vasitə heroini, bir bükümdə narkotik vasitə tiryəki, bir bükümdə psixotrop maddə metamfetamini, bir bükümdə narkotik vasitə marixuanı, borucuq halına salınmış iki ədəd predmet və üç ədəd kalçuk qabda cəmi 94 ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik asitə marixuana aşkar edildi. Çətənə toxumları olan üç büküm yerdə elektron tərəzidə çəkildi. Narkotik vasitələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildi. Narkotik vasitələr zərflərə qoyularaq möhürləndi. Bundan sonra həmin otaqdakı digər pəncərə kənarından bir ədəd dibçəyində torpaqda əkilmiş bir ədəd çətənə bitkisinin şitili aşkar edilib kökündən çıxarıldı, daha sonra eyvanda olan plastik stəkanlarda torpaq içində əkilmiş bir stəkanda cəmi dörd ədəd çətənə bitkisi şitilləri aşkar edilib torpaqdan çıxarıldı. Daha sonra həmin otaqdakı divanının qarşısındakı jurnal stolunun üstündən açıq vəziyyətdə olan kiçik kalibrli 3 ədəd tüfəng gülləsi, həmin stolunnn altındakı taxta üzərindəın tütünləri boşaldımş dörd ədəd papiros, şkafın siyirməsindən bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs2 adına ğöndrilmiş terminal qəbzləri, bir ədəd İJ-26 markalı, 12 çaplı, C-12000 nömrəli qoşalülə tüfənginin şəhadətnaməsi aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs1 bildirdi ki, o biri otaqda tüfəngi var, onun sənədidir. Bundan sonra yan otağa baxış keçirildi. Baxış zamanı yan otaqdan divar dibindən parça qabda bir ədəd İJ-26 markalı, 12 çaplı, C-12000 nömrəli qoşalülə ov tüfəngi, otaqdakı çarpayının altından bir ədəd üzərində 4,5 kalibrli, S-93391 nömrəsi yazılmış tir tüfəngi, bir ədəd tüfəng nişangahı, bir ədəd dəmir nişangah, beş ədəd 12 kalibrli tüfəng patronu və 3 ədəd xəncərbıçaq aşkar edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, aşkar olunmuş bütün əşyalar və kütlələr özünə məxsusdur. Aşak olunmuş marixuananı isə keçən il Qusar rayonuna gedən istiqamətdə, meşə ərazisində özü əkib götürmüşdür, digər narkotik vasitələri isə ona bir neçə gün əvvəl Quba rayonunda tanımadığı bir şəxs 140 manata satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 meşə ərazisində əkdiyini bildirdiyi yeri göstərmək üçün onunla həmin yerə baxış keçirildi. Baxış zamanl ərazidə şübhə doğuran izlər və ya kollar, çətənə koları aşkar edilmədi. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən mesajların gəldiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 06 aprel 2022-ci il tarixli, 7/328 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilmiş evindən(...) 0,06 qram çəkidə narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 1 nömrəli zərfdə bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,428 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş bir ədəd...” “Apteçka” adlı qabda ....”yazılar və imzalar olan 2 nömrəli zərfdə üzərində “Apteçka” yazısı olan narıncı rəngli plastik qabda 2 ədəd şəffaf sellofan və 1 ədəd konfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,058 qram, 4,443 qram, 0,992 qram, ümumi çəkisi 7,493 qram olan bitki toxumları əkib becərilməsi qadağan edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq..... bir ədəd dibçəkdə cəmi 5 ədəd narkotik tərkibli çətənə bitkiləri” yazılar və imzalar olan 3 nömrəli zərfdə 1 ədəd uzunluğu 11 sm, yaş vəziyyətdə çəkisi 0,240 qram olan bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, 4 ədəd hər birinin uzunluqları 3 sm, yaş vəziyyətdə ümumi çəkisi 0,085 qram olan isə bitki cücərtiləridir. Onlar ilkin fazada olduğu üçün hansı bitkiyə aid olub-olmadığını müəyyən etmək mümkün deyil. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış çəhrayı rəngli sellofan bağlamada 94 ədəd kibrit qutusunda ayrı-ayırlıqda təmiz çəkiləri 4,174 qram- 7,589 qram, ümumi çəkisi 533,243 qram biti mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabos) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs1 evindən götürülmüş 1 nömrəli zərfdə bir ədəd qara rəngli kağız bükümdə olan marixuana ilə çəhrayı rəngli bağlamada 94 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin marixuanaların ümumi çəkisi 533,671 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizsının 06 aprel 2022-ci il tarixli, 6/1846 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş..siqaret qabından aşkar olunmuş bir bükümdə..” və s. yazıları olan kağız paketdə 02 ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkiləri 5,447 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdə heron kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 1,886 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə tiryəkdir. 01 ədəd bükümdə təmiz çəkisi 0,055 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd kustar üsulla borucuq formasına salınmış predmetin daxilində metamfetaminin izləri müəyyən edildi, predmetlərin daxilindən səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş elektron tərəzi...” və s. yazılar olan paketdə 01 ədəd “ML-A05” markalı elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkilrinin müəyyən edilməsi və eynişləşdirlmə üzrə təqdiqatın aparılması mümkün olmadı. Heroin, tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahısı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 23 aprel 2022-ci il tarixli, 325R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş S-98391 nömrəli tüfəng, zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş, KRAL AİR RİFLE modelli, 4,5 mm kalibrli idman məşqləri üçün nəzərdə tutulmuş yaylı-porşenli pnevmatik tüfəngdir və odu silah hesab edilmir. Həmin tüfəng texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Təqdiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olumuş 12X70 kalibrli ov patronlarıdr, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan, TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmu ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yaralıdır. Təqdiqata təqdim edilmiş 62 ədəd boz rəngi qurguşun gülləllər zavod üsulu ilə istehsal olunmuş 4,5 mm kalibrli olmaqla həmin kalibrli pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş gülləllərdir, istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 701075 nömrəli cihaz zavod üsulu ilə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş PQO-7Vmodelli, RPQ-7 modelli qumbara atanın optik görmə cihazıdır və döyüş sursatı hesab edilmir. Həmin cihaz texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır. DİN KTİ-nin “güllə-giliz”kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizrin qeydiyyatı aparıldığından DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası keçirlməməsi səbəbindən qərarın “Təqdim olunmuş tüfəngdən əvvəllər törədilmiş cinayətlərdə istifadə olunbmu və Təqdim olunmuş tüfəngdən axırıncı dəfə nə vaxt atəş açılmışdır suallara cavab verilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli 3447 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispnaserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli 3450 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispnaserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 20 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş 5,347 qram qalıq çəkidə narkotik vasitə heroin, 1,786 qram qalıq çəkidə narkotik vasitə tiryək, 0,025 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 531,771 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 7,433 qram qalıq çəkidə çətənə bitkisi toxumları, 0,220 qram qalıq çətənə bitkisi, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli patronlar tərəfimdən maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Quba RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülən 03 ədəd güllənin ona məxsus olmaması, evindən aşkar olunaraq götürülən narkotik vasitələrin miqdarının ittihamda göstərildiyi qədər olmaması, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışını həyata keçirmək olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirərək Təqsirləndirilən şəxs1 narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun da ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələridə də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxslərin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 19 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 17 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022- ci il tarixə cəzasının 02 ayını çəkmiş, çəkilməmiş hissəsi 02 il 09 ay 28 gün təşkil edir. Quba RİHB-nın Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 aprel 2022-ci il tarixli 248 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla himayəsində azyaşlı uşağı yoxdur. Quba RİHB-nın Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 ilə bağlı xasiyyətnaməsində onunla bağlı nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Bakı şəhəri, Binqəqədi RİHB-nın Xocəsən İƏD üzrə nümayəndəliyinin 21 iyun 2022-ci il tarixli, 1418-79 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 3-cü döngə, 2 saylı evdə qeydiyyatda olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çaymayan uşağı (xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X11) vardır. Bakı şəhəri, Binqəqədi RİHB-nın Xocəsən İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 ilə bağlı xasiyyətnaməsində onunla bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 övladı X12 44 günlük “Vətən Müharibəsində” iştirak etməsini, “Vətən uğrunda” medalı ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 Əli oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilkən şəxs Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2022-ci il tarixli qərar ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Quba RPŞnon MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 barəsində Quba rayon Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Quba RPŞ-nin saxlanc otağında saxlanılan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli patronlar məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi 1,786 qram çəkidə narkotik vasitə tiryək, qalıq çəkisi 0,025 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 531,771 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 7,433 qram çəkidə çətənə bitkisi toxumları, qalıq çəkisi 0,220 qram çətənə bitkisi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs1 246 manat (iki yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Binəqədi rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş hissəsi 02 il 09 ay 28 gün olan azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 01 il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Quba RPŞ-nin saxlancı ambarına təhvil verilmiş 5,347 qram qalıq çəkidə narkotik vasitə heroin, 1,786 qram qalıq çəkidə narkotik vasitə tiryək, 0,025 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 531,771 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 7,433 qram qalıq çəkidə çətənə bitkisi toxumları, 0,220 qram qalıq çətənə bitkisi məhv edilsin, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli patronlar məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 246 manat (iki yüz qırx altı) manat Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-172/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-172/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver