Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-172/2024 25.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şahmaz oğlunun iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X9 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ev 7 mənzil 44 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 7 dekabr 1990-cı il tarixdə Xanlar rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fərdi yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1990-cı il tarixdə Şuşa rayonu, Zarıslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olan və Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Ət-Süd” sanatoriyası ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2023-ci ilin yanvar ayının sonlarında telefon vasitəsi ilə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda külli miqdarda, 1445 qram metamfetamin psixotrop maddəsini və külli miqdarda, 3850 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin metamfetamin psixotrop maddəsini ayrı-ayrılıqda çəkiləri 510 qram, 460 qram və 475 qram olmaqla üzərində “Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun içində, heroin narkotik vasitəsini isə ayrı-ayrılıqda çəkiləri 500 qram, 950 qram, 550 qram, 900 qram və 950 qram olmaqla üzərində "Royal'’ sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazılar olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının içərisində yerləşdirib 2 sellofan paketə qoymuş, o isə qeyd olunan narkotik vasitənin və psixotrop maddənin yerləşdirildiyi həmin 2 sellofan paketi 30 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının "Yeddi bulaq" adlanan ərazisində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz əldə etmiş, özünə məxsus olan çamadana yerləşdirərək saxlamış, 1000 manat müqabilində Azərbaycan Respublikasında olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 çatdırılması üçün İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, 31 yanvar 2023-cü il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin maddələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi 1 ədəd qara rəngli selofan torbanı cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istinatqa məlum olmayan üzvünün tapşırığına əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq Quba-Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsindən təxminən 700-800 metr sağ kənarında yerləşən yarımtikilinin içərisində giriş qapısının sağında olan divarın aşağı tərəfindəki boşluqda saxlamış, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün 31 yanvar 2023-cü il tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi "Mercedes-Benz Vito” markalı **-ZS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ünvana gəlmiş, Təqsirləndirilən şəxs2 qeyd edilən maddələrin olduğu 1 ədəd qara rəngli selofan torbanı götürərək ərazidən uzaqlaşarkən əməliyyat müvəkkillərinin yaxınlaşdığını görüb əlində daşıdığı həmin selofan torbanı yerə ataraq “Mercedes-Benz Vito" markalı **-ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində əyləşərək Təqsirləndirilən şəxs2 gözləyən Təqsirləndirilən şəxs3lə birlikdə qaçmağa cəhd göstərmiş, keçirilmiş tədbirlər zamanı hər iki şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs2 2023-ci ilin yanvar ayının sonlarında telefon vasitəsi ilə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə tanışı Təqsirləndirilən şəxs3 ilə ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməkçilik edərək ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda külli miqdarda, 1445 qram metamfetamin psixotrop maddəsini və külli miqdarda, 3850 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin metamfetamin psixotrop maddəsini ayrı-ayrılıqda çəkiləri 510 qram, 460 qram və 475 qram olmaqla üzərində "Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun içində, heroin narkotik vasitəsini isə ayrı-ayrılıqda çəkiləri 500 qram, 950 qram, 550 qram, 900 qram və 950 qram olmaqla üzərində “Royal” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazılar olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının içərisində yerləşdirib 2 sellofan paketə qoymuş, Təqsirləndirilən şəxs1 isə ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd olunan narkotik vasitənin və psixotrop maddənin yerləşdirildiyi həmin 2 sellofan paketi 30 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının “yeddi bulaq” adlanan ərazisində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz əldə etmiş, özünə məxsus olan çamadana yerləşdirərək saxlamış, 1000 manat müqabilində Azərbaycan Respublikasında ona (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs3 çatdırılması üçün İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, 31 yanvar 2023-cü il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin maddələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi qara rəngli selofan torbanı cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünün tapşırığına əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq Quba-Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsindən təxminən 700-800 metr sağ kənarında yerləşən yarımtikilinin içərisində giriş qapısının sağında olan divarın aşağı tərəfindəki boşluqda saxlamış, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün31 yanvar 2023-cü il tarixdə saat 17:40-da o (Təqsirləndirilən şəxs2) tanışı cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz Vito” markalı 99- ZS-459 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ünvana gəlmiş, qeyd edilən maddələrin olduğu qara rəngli selofan torbanı götürərək ərazidən uzaqlaşarkən əməliyyat müvəkkillərinin yaxınlaşdığını görüb əlində daşıdığı həmin selofan torbanı yerə ataraq “Mercedes-Benz Vito” markalı **-ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində əyləşərək onu gözləyən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3lə birlikdə qaçmağa cəhd göstərmiş, keçirilmiş tədbirlər zamanı hər iki şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs3 2023-ci ilin yanvar ayının sonlarında telefon vasitəsi ilə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və tanışı Təqsirləndirilən şəxs2 ilə ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməkçilik etmək ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda külli miqdarda, 1445 qram metamfetamin psixotrop maddəsini və külli miqdarda, 3850 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin metamfetamin psixotrop maddəsini ayrı-ayrılıqda çəkiləri 510 qram, 460 qram və 475 qram olmaqla üzərində “Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və "ASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun içində, heroin narkotik vasitəsini isə ayrı-ayrılıqda çəkiləri 500 qram, 950 qram, 550 qram, 900 qram və 950 qram olmaqla üzərində "Royal" sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazılar olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının içərisində yerləşdirib 2 sellofan paketə qoymuş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan narkotik vasitənin və psixotrop maddənin yerləşdirildiyi həmin 2 sellofan paketi 30 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının "yeddi bulaq" adlanan ərazisində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz əldə etmiş, özünə məxsus olan çamadana yerləşdirərək saxlamış, 1000 manat müqabilində Azərbaycan Respublikasında olan ona (Təqsirləndirilən şəxs3) və Təqsirləndirilən şəxs2 çatdırılması üçün İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, 31 yanvar 2023-cü il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin maddələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi 1 ədəd qara rəngli selofan torbanı cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istinatqa məlum olmayan üzvünün tapşırığına əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq Quba-Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsindən təxminən 700-800 metr sağ kənarında yerləşən yarımtikilinin içərisində giriş qapısının sağında olan divarın aşağı tərəfindəki boşluqda saxlamış, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün 31 yanvar 2023-cü il tarixdə saat 17:40-da tanışı cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 onunla birlikdə sonuncunun idarə etdiyi "Mercedes-Benz Vito" markalı **-ZS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ünvana gəlmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 qeyd edilən maddələrin olduğu 1 ədəd qara rəngli selofan torbanı götürərək ərazidən uzaqlaşarkən əməliyyat müvəkkillərinin yaxınlaşdığını görüb əlində daşıdığı həmin selofan torbanı yerə ataraq "Mercedes-Benz Vito” markalı **-ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində əyləşərək Təqsirləndirilən şəxs2 gözləyən onunla (Təqsirləndirilən şəxs3lə) birlikdə qaçmağa cəhd göstərmiş, keçirilmiş tədbirlər zamanı hər iki şəxs saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona “zaklatka” ilə bağlı təklif etmişlər, qəbul etməmişdir. Onun nə Ayazla, nə Qorxmazla əlaqəsi olmamış, onları tanımamışdır. Ona paketlərdə mum olduğu deyilmişdir, gömrük nəzarətində paket açılan zaman içərisində narkotik olduğunu görmüşdür. Biləsuvarda İran gömrüyünü keçəndə onu saxlamışlar. Gömrük nəzarətinə təqdim etmişdir. Narkotik vasitəyə açıb baxanda 7-8 nəfər olmuşdur. Narkotik vasitə onun üstündən çıxıb onu otağa gətirmişlər. O da “hə” demişdir. Həmin şəxslərin yanında Rzaya zəng eləmiş, demişdir ki, birdən narkotik olar, o da demişdir ki, narahat olmasın, narkotik olsaydı, gömrükdə saxlayarmışlar, onun saxlanıldığını bilməmişdir. Narkotik vasitələri boşaltmış, boş vəziyyətdə ona gətirmişlər. İçinə qum doldurmuşlar, paketləmiş, zaklatkaya gətirmişlər. Əməliyyatçılarla birlikdə o da Sumqayıta gəlmişdir. İttihamda “qabaqcadan əlbir olan şəxslər” demişlər, amma o, bu şəxsləri tanımamışdır. Narkotik vasitənin heç bir növünü istifadə etməmişdir, taksi fəaliyyəti ilə Sumqayıtda və Bakıda məşğul olmuşdur. Ona zəng edib demişdir ki, bilir ki, taksi fəaliyyəti ilə məşğul olur, gəlib zaklatka qoysun, cavabında yox demiş, onda ona İrandan mum gətirməyini demişdir. Əməliyyatçılarla birlikdə paketləri Sumqayıtda deyilən yerə qoymuş, Ayaz yaxınlaşmış, polislər götürməyə düşmüşlər, Ayaz onda qaçmışdır. Orada heç narkotik vasitə olmamış, mum olmuşdur. O harasa qoyub Rzaya deməli olmuşdur ki, filan yerdədi, onlar da götürməli imişlər. Qorxmaz, ümumiyyətlə, maşından düşməmişdir, onu tanımır, dediyinə görə o, taksi kimi gəlmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək 31 yanvar 2023-cü il tarixli izahat və 1 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, X9 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 7, mənzil 44 ünvanında həyat yoldaşı, övladı və anası ilə birlikdə yaşamış, “Uber" və “Bolt" şirkətində taksi fəaliyyəti ilə məşğul olmuş, 2023-cü ilin yanvar ayının ortalarında bir nəfər şəxs +**********30 nömrəsindən istifadə etməklə “Vatsap" vasitəsilə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünü “Rza” adı ilə ona təqdim etmiş, sonuncudan mobil telefon nömrəsini kimdən əldə etdiyini soruşmuş, “Rza” adlı şəxs isə “onu deməzlər” deyərək ona cavab vermiş, söhbət zamanı “Rza” onun maddi cəhətdən çətinlik çəkdiyindən məlumatlı olduğunu və pul qazanmağı üçün narkotik vasitələrin Azərbaycan ərazisində əldə edilərək müxtəlif şəxslərə paylamağını və gündəlik 2-3 saat ərzində bu işlə məşğul olmağı müqabilində ona 1000 manat pul təklif etmiş, Təqsirləndirilən şəxs1 isə onun bu təklifini rədd etmiş, bundan bir gün sonra “Rza” adlı şəxs yenidən ona zəng edərək Naxçıvana gedib geri dönüş edərkən İran İslam Respublikasında “Yeddi Bulaq” adlanan dayanacaqdan Azərbaycana mum maddəsini gətirməyi ona təklif edərək, bu işin qarşılığında ona 1000 manat pul verəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs1 ondan mum maddəsinin narkotik vasitə olub-olmamasını soruşduqda o həmin maddənin narkotik vasitə olmadığını bildirmişdir. O, ifadəsində bildirmişdir ki, “Rza” adlı şəxs onun İran vasitəsilə Naxçıvanda olub-olmamağını soruşmuş, o isə cavab olaraq Naxçıvanda ümumiyyətlə olmadığını demiş, "Rza" adlı şəxs isə Təqsirləndirilən şəxs1 Naxçıvana İran ərazisindən keçməklə getməyi tapşırmış, o da “Rza” adlı şəxslə bu barədə razılaşaraq 22 yanvar 2023-cü il tarixində Bakı Beynəlxalq Avtovağzalından sərnişin avtobusu vasitəsilə İrandan keçməklə Naxçıvana getmiş, orada oteldə bir gün gecələdikdən sonra səhəri gün axşam radələrində sərnişin avtobusu ilə Azərbaycana geri qayıtmaq qərarına gəlmiş, yolda olarkən isə “Rza” adlı şəxs mütəmadi olaraq ondan harada olduğunu "Vatsap” vasitəsilə zəng edərək soruşmuş, gəldiyi sərnişin avtobusu İranda "Yeddi Bulaq” adlanan dayanacağa çatdıqda Təqsirləndirilən şəxs1 zəng edərək artıq dayanacaqda olduğunu ona demiş, “Rza" adlı şəxs ondan ərazini tanıyıbtanımadığını soruşmuş, növbəti gəlişində onunla həmin dayanacaqda görüşəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 heç bir kəslə görüşmədən Bakı şəhərinə qayıtmışdır. Növbəti günlərdə "Rza” adlı şəxs ona bir neçə dəfə “Vatsap” vasitəsilə zəng edib “mum” maddəsini Azərbaycana gətirməyini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, 29 yanvar 2023-cü il tarixində yenidən Bakı Beynəlxalq Avtovağzalına gedərək sərnişin avtobusu vasitəsilə Naxçıvana getmiş, eyni qaydada Naxçıvanda bir gün oteldə gecələdikdən sonra növbəti gün axşam radələrində sərnişin avtobusu vasitəsilə İran ərazisindən keçməklə Bakı şəhərinə yola düşmüşdür. İran ərazisində yolda olduğu müddətdə “Yeddi Gözəl” dayanacağına çatmağına az qalmış “Rza" adlı şəxsə “Vatsap"la zəng edərək ona məlumat vermiş, o isə həmin əraziyə özünün gələcəyini söyləmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, "Yeddi Bulaq” adlanan dayanacağına çatdıqda avtobusdan endikdən sonra bir nəfər şəxs əli ilə onu çağıraraq özünə tərəf gəlməli olduğunu işarə etmiş, o həmin şəxsin yanına çatdıqda həmin şəxs özünü “Rza" adlı şəxsin qardaşı olduğunu qeyd edərək idarə etdiyi ağ rəngli “Pejo” markalı nəqliyyat vasitəsinə əyləşməli olduğunu və içərisi dolu və bağlı halda 8 ədəd qutuları Təqsirləndirilən şəxs1 verərək Bakı şəhərinə çatdırmalı olduğunu bildirmişdir. "Rza” adlı şəxs isə sonradan “Vatsap” vasitəsilə ona zəng edərək Azərbaycana çatdıqdan sonra kamera olmayan istənilən bir yerə həmin qutuları qoymağını bildirmiş, Təqsirləndirilən şəxs1 isə 31 yanvar 2023-cü il tarixində səhər radələrində “Biləsuvar” gömrük postu vasitəsilə Azərbaycana daxil olduqda əl çantasını yoxlama qurğusuna yerləşdirmiş, orada olan gömrük əməkdaşı əl yükündə narkotik vasitə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs1 üzərində və əl yükündə heç bir narkotik vasitənin olmadığını qeyd etmiş, gömrük əməkdaşı isə əl yükündə olan qutuların daxilinə baxış keçirdikdə heroin və metamfetaminə oxşar maddələri aşkar etmişdir. 5 ədəd bağlamadan ibarət heroinə oxşar maddənin ümumi çəkisi 3971 qram, 3 ədəd bağlamada metamfetaminə oxşar maddənin ümumi çəkisi isə 1493 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs tərəfindən ona verildiyini deyərək həmin maddələri əldə edəcək şəxslərin müəyyən edilməsi məqsədilə əlindən gələni edəcəyini əməliyyat müvəkkillərinə bildirmiş, bundan sonra əməliyyat müvəkkillərinin nəzarəti altında “Rza" adlı şəxs ilə “Vatsap" vasitəsilə əlaqə saxlayaraq Azərbaycana daxil olduğunu bildirmiş, “Rza” adlı şəxs ona zəng edərək həmin maddələrin olduğu qutuları hansı şəhərə qoyulacağını ondan soruşduqda o, həmin maddələri Sumqayıt şəhərində bir yerə qoyacağını ona demişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən aşkar edilmiş heroin və metamfetaminə oxşar maddələr aşkar edildikləri qutulara yerləşdirdərək bir ədəd qara rəngli sellofan torbaya qoyulmuş, həmin sellofan torba Quba- Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsində yoldan bir qədər kənarda yarımçıq tikilinin içərisinə qoyulduqdan sonra əməliyyat müvəkkillərinin nəzarəti altında o həmin yerin lokasiyasını “Vatsap’la “Rza” adlı şəxsə göndərmiş, bir neçə dəqiqə sonra həmin əraziyə “Mercedes Vito” markalı, **-ZS-*** nömrə nişanlı nəqliyyat vasitəsi gələrək, həmin avtomobildən bir nəfər şəxs düşüb, həmin qutuların olduğu bir ədəd qara rəngli sellofan torbanı götürdükdən sonra əməliyyat müvəkkillərinin ona yaxınlaşdığını gördükdə qaçmış və digər şəxs tərəfindən idarə edilən "Mercedes Vito” markalı, **-ZS-*** nömrə nişanlı nəqliyyat vasitəsinə əyləşib ərazidən uzaqlaşmaq istəyərkən hər iki şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılmış, bundan sonra onlar onunla birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmiş, orada şirniyyat, yuyucu tozu və un məmulatı qutularına baxış keçirildikdə onların aşkar edildiyi vəziyyətdə olduğu kimi çəkilərinin təqribən eyni olduğu məlum olmuşdur. İş üzrə dindirilərkən Təqsirləndirilən şəxs1 verilmiş suala cavab olaraq bildirmişdir ki, onun "Rza” adlı şəxs ilə onunla əlaqə saxlamamışdan öncəyə qədər heç bir tanışlığı olmamış, Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsini “Rza” adlı şəxsin kimdən əldə edə bilməsi barədə hər hansı ehtimal və ya şübhəsi olmadığını ifadəsində qeyd etmiş, bundan sonra “Rza” adlı şəxsin qardaşı olaraq bildirdiyi şəxsin ona təhvil verdiyi qutuların daxilində olan maddələri yoxlamadığını bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, qutulara nəzər yetirdikdə onların şirniyyat, yuyucu tozu və un məmulatı qutularının olduğu məlum olmuş, aparılması təklif edilən maddənin isə mum olduğu ona bildirildiyi halda həmin qutuların içərisində olan maddənin həqiqətən nədən ibarət olmasını yoxlamamağının səbəbini belə əsaslandırmışdır ki, həmin qutuların tərkibində hər hansı bir qadağan olunmuş maddənin olmasını güman etməmişdir. Bundan sonra “Rza” adlı şəxsin əvvəlcə ona narkotik vasitələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsinin təşkili barədə təklif etdiyi halda onun növbəti dəfə mum adı ilə digər maddənin Azərbaycana gətirilməsini təklif etdikdə həmin maddənin narkotik vasitə və ya psixotrop maddə olması və “Rza” adlı şəxsin həmin maddələri Azərbaycan ərazisinə qaçaqmalçılıqla keçirilməsi niyyətinin olmasını güman edib-etməməyi ilə bağlı verilən suala cavab olaraq qeyd etmişdir ki, həmin maddənin narkotik vasitə olmasını, eyni zamanda həmin şəxsin mum adı ilə narkotik və ya psixotrop maddələrin qaçaqmalçılıqla Azərbaycana gətirilməsi niyyətini fikirləşməmiş, çünki “Rza” adlı şəxs əvvəlcə ona Azərbaycanda narkotik vasitələrin 2-3 saat ərzində dövriyyəsi ilə məşğul olmağı müqabilində 1000 manat, mum maddəsinin Azərbaycana gətirilməsinə də 1000 manat pul təklif etmiş, lakin həmin maddənin iki gün ərzində gətirilməsi mümkün olduğu üçün pul məbləğlərini müqayisə etdikdə mum maddəsinin narkotik vasitə və ya digər qadağan olunmuş maddə olmasına dair şübhəsi yaranmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi ondan aşkar olunan narkotik vasitə sayılan heroinə oxşar və psixotrop maddə sayılan metamfetaminə oxşar maddələri gömrük nəzarəti zamanı bəyan etməməsinin səbəbi soruşulduqda, o bunu həmin maddələrin narkotik və ya psixotrop maddə olmasından məlumatı olmaması ilə əlaqələndirmişdir. İş üzrə dindirilərkən gömrük əməkdaşı tərəfindən sorğu-sual edilərkən karton qutularda olan maddələri gömrük orqanına hətta mum olaraq da bəyan etməməsinin səbəbi soruşulduqda cavab olaraq həmin maddələrin qadağan olunmadığını düşündüyündən bəyan etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1, həmçinin narkotik vasitə və ya psixotrop maddələrdən bu günədək istifadə etmədiyini və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanımadığını və ya əvvəllər tanışlığı olmadığını qeyd etmişdir. ( Cild İ, iş vərəqə 162-165, Cild İİ, iş vərəqə 131-136) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımamışdır. İran vətəndaşı ilə danışmış, şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, o da yerini demişdir, həmin ünvana gedəndə orada qutular görmüşdür, onların onluq olmadığını demişdir. İran vətəndaşının adı Hüseyn olmuşdur. 3 qutu olmuş, onların onluq olmadığını demiş və götürməmişdir, oradan çıxanda tutulmuşdur. 234.1-ci maddə ilə məhkumluğu olmuşdur. Qorxmazı taksi şoferi kimi tanımışdır. 1-2 dəfə yol yoldaşı olmuşlar. Narkotik vasitə istifadə edib etməməsindən xəbəri olmamışdır. İran vətəndaşı ona özünü Hüseyn kimi təqdim etmişdir. Əvvəllərdə o işlə məşğul olmamışdır. Pulu karta atmış, “m10” tətbiqi vasitəsilə axırıncı dəfə atmışdır. Gündə 0.3 qram istifadə etmiş, 150 manat pula 5 qram göndərməli imiş, bu qədər narkotik vasitə ona 15-20 gün bəs imiş. Ünvanı “Whatsapp” nömrəsinə göndərmişdir. O, Binədə yaşamışdır. Qorxmaza zəng eləmiş, “Sumqayıta gedək, orada pul var, götürək” demişdir, onda zaryatka qurtardığına görə Qorxmazın telefonu ilə götürmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona əvvəldən 3 qutu deyilməmiş və o həmin yerdə olmamışdır, oranı görüb geri qayıtmışdır, o, heç nə götürməmişdir ,ondan aşkar etdikləri narkotik vasitə şəxsi istifadəsi üçün olmuşdur, avtomobildən heç nə çıxmamışdır. Qorxmazın heç nədən xəbəri olmamış, təzyiq altında ifadə vermişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, məhkəmə tərəfindən ev dustaqlığına buraxılmış, ev dustaqlığı 2022-ci ilin iyul ayının 30-da bitmişdir. O, ifadəsində bildirmişdir ki, 2011-ci ildən indiyə qədər müxtəlif fasilələrlə, ümumilikdə, 6 il Türkiyədə yaşamtş, orada turizm işi ilə məşğul olmuş, Türkiyədə tanış olduğu iranlılar ilə '‘İnstagram” sosial şəbəkəsində dost olmuş, elə o vaxtdan bəri həmin şəxslər onun “İnstagram" hesabında dostluqda qalmışdırlar. Qeyd etmişdir ki, təxminən 2020-ci il tarixdə Hüseyn adlı şəxslə sosial şəbəkədə tanış olmuş, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, 2020-ci ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmış, Rusiya Federasiyasına gedərək gəmiçilik kursu keçmiş, pandemiya başladıqdan sonra Azərbaycana qayıtmış, Bakıda ustalıqla məşğul olaraq pul qazanmağa başlamış, həmin dövrdən psixotrop maddə olan “metamfetamin" istifadə etməyə başlamış, bir müddət istifadə etmiş, sonra dayandırmış, 2022-ci ilin təxminən avqust-sentyabr aylarında o, sosial şəbəkə vasitəsi ilə Hüseyn adlı şəxsə mesaj yazıb hal-əhval tutmuş, sonra “Hüseyn” adlı şəxsdən metamfetamin istəmiş və göndərə bilib-bilməyəcəyini soruşmuş, “Hüseyn” adlı şəxs də bank kartının nömrəsini yazıb ona göndərmiş və əvvəlcə pulu göndərməyini tələb etmiş, sonra isə nə istəsə, ona göndərəcəyini vəd etmişdir. O, Hüseyn adlı şəxsin göndərdiyi karta “Million" vasitəsilə 150 manat pul göndərmiş, "Hüseyn” adlı şəxs də ona 8 qram metamfetamin göndərmiş, onu "28 may” metrostansiyası yaxınlığında yerləşən Amerika səfirliyinin yanındakı parkda ağacın dibinə qoyduğunu demiş, həmin parkın yerini və metamfetamin qoyulan ağacın şəklini çəkib ona göndərmiş, o da gedib metamfetamini götürmüş, bundan sonra bir dəfə 6 qram, bir dəfə 5 qram və bir dəfə də 12 qram və s. olmaqla “Hüseyn" adlı şəxsdən eyni qaydada metamfetamin almışdır. Bundan sonra həmin metamfetaminləri hər dəfə Bakı şəhərinin başqa yerlərindən götürmüş, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində o, “Hüseyn” adlı şəxsdən metamfetamin istəmiş, o da Təqsirləndirilən şəxs2 metamfetamini göndərdiyini, Buzovna qəsəbəsində “Albalı bağları” deyilən tərəfdə bir yerə qoydurduğunu, yerini və şəklini birazdan göndərəcəyini demiş, Təqsirləndirilən şəxs2 da “Bolt” taksi xidmətindən taksi sifariş vermiş və Hüseyn adlı şəxsin dediyi əraziyə tərəf yola çıxmış, taksi sürücüsü adının Qorxmaz olduğunu qeyd etmiş, onunla yolda söhbətləşmiş və aralarında isti münasibətlər yaranmışdır. Yolda olarkən “Vatsap” tətbiqi olan telefonu yanında olmadığından “Qorxmaz" adlı şəxsdən telefonunu istəmiş və “Hüseyn” adlı şəxs ilə danışmış, lakin o, “Hüseyn” adlı şəxs ilə danışmağı barədə “Qorxmaz” adlı şəxsə bildirməmişdir. O, "Qorxmaz” adlı şəxsin telefonu ilə əvvəlcədən yazıb götürdüyü Hüseyn adlı şəxsin nömrəsinə zəng etmiş, “Hüseyn” adlı şəxs ona metamfetamin qoyduğu yerin şəkillərini göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs2 “Qorxmaz" adlı şəxsin telefonundan mesajların hamısını sildiyini qeyd etmişdir. Həmçinin Əliyev X8 adlı şəxsin dediyi yerə çatdıqlarını, maşından endiyini və "Qorxmaz” adlı şəxsə gözləməyini bildirmiş, gedib metamfetamini götürdüyünü və "Qorxmaz” adlı şəxs ilə birlikdə geri qayıdan zaman isə yolda “Qorxmaz" adlı şəxsə metamfetamin götürdüyünü demişdir. “Qorxmaz" adlı şəxs ona özünün də narkotikdən istifadə etdiyini bildirmiş, sonra Binə qəsəbəsində onun yaşadığı məhəlləyə gəlmiş və orada “Qorxmaz” adlı şəxsin maşınında birlikdə metamfetamin çəkdiklərini qeyd etmişdir. Bundan sonra o, evə getmiş, “Qorxmaz” adlı şəxs də öz işinə davam etmişdir. Sonralar bir neçə dəfə “Qorxmaz” adlı şəxs ilə görüşmüş, lakin narkotik qəbul etməmiş, sonuncu dəfə də təxminən 3 gün əvvəl Təqsirləndirilən şəxs2 “Hüseyn” adlı şəxsdən metamfetamin istədiyini qeyd etmişdir. 31 yanvar 2023-cü il tarixdə günorta saatlarında yuxudan oyanmış, Hüseyn və "Qorxmaz” adh şəxslərin dəfələrlə ona zəng etdiyini görmüş, bundan sonra “Hüseyn” adlı şəxs ilə telefon ilə əlaqəsi saxlamış, o isə dediklərini göndərdiyini ona bildirmişdir. O, “Qorxmaz” adlı şəxsə zəng etmiş və gəlib onu Binə qəsəbəsindən götürməsini istədiyini demiş, “Qorxmaz" adlı şəxs gəlib Təqsirləndirilən şəxs2 götürmüş və Hüseyn adlı şəxsin ona dediyi Sumqayıt istiqamətində yola düşdüklərini qeyd etmişdir. Yolda olanda Təqsirləndirilən şəxs2 metamfetamin çəkmək üçün istifadə etdiyi bir ədəd şüşə kolbanı cibindən çıxarıb sınmasın deyə papağının içərisinə yerləşdirərək "Qorxmaz” adlı şəxsin maşınına qoyduğunu bildirmiş, bundan sonra "Qorxmaz” adlı şəxs Təqsirləndirilən şəxs2 axtaran zaman onun evinə gəldiyini, lakin anasının “Qorxmaz" adlı şəxsə onun evdə olmadığını dediyini bildirmişdir. “Qorxmaz" adlı şəxslə Təqsirləndirilən şəxs2 yolda olarkən "Hüseyn" adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi metamfetaminin qoyulduğu yerin məlumatlarını göndərmiş, Təqsirləndirilən şəxs2 xəritədə baxmışdır ki, həmin yer X9 qəsəbəsinin ərazisidir. Onların həmin yerə çatmağına az qalmış, Hüseyn adlı şəxsə mesaj yazıb çatdığını bildirmiş, “Hüseyn” adlı şəxs də ona "göndərdiyim bağlama sayı çoxdur, (təxminən 3 bağlama dediyini güman etmişdir) sən onları götür, mən sonra sənə nə edəcəyini bildirəcəm" demişdir. O həmin bağlamalarda nə olduğunu soruşmuş, "Hüseyn” adlı şəxs də ona bunu daha sonra deyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 həmin bağlamalarda heroin və metamfetamin olacağını təxmin etmiş, onların həmin yerə çatdıqdan sonra Hüseyn adlı şəxsin “malı” gizlətdiyi yerin yoldan bir qədər çox kənarda olduğunu görmüş, ona görə də "Qorxmaz” adlı şəxsə bir az qabağa sürməsini və ayaqyoluna gedəcəyini demiş, “Qorxmaz” adlı şəxs ona nə üçün bu yerə gəldiyini soruşduqda, o da metamfetamin götürməyə gəldiyini bildirmiş, “Qorxmaz" adlı şəxs də heç nə demədən maşını dediyi yerə sürmüş, bundan sonra Təqsirləndirilən şəxs2 maşından düşüb metamfetamin gizlədilmiş yerə getmiş və onları götürəndə bir neçə mülki geyimli şəxsin çıxıb onu tutmaq istədiyini bildirmişdir. O, "Qorxmaz” adlı şəxsin maşınına tərəf qaçmağa başlamış, “Qorxmaz" adlı şəxs isə onun narkotik vasitələr götürməyə gəldiyini bildiyinə görə, həmin vaxt qaçdığını görüb onu gözləmədən maşını sürmüşdür. O qışqıraraq "Qorxmaz” adlı şəxsi saxlamasını xahiş etmiş və çətinliklə maşına minmiş, bundan sonra onlar sürətlə oradan uzaqlaşmağa çalışmış, lakin onların arxası ilə maşınların gəldiyini görmüşlər. "Qorxmaz" adlı şəxs "Ayaz, bunlar polislərdi yəqin, daha çox sürə bilmərəm, məcbur saxlamalıyıq" demiş, sonra “Qorxmaz” adlı şəxs maşını saxlamış və həmin şəxslər gəlib onları tutmuşlar. Sonradan onlar bilmişlər ki, onları saxlayanlar gömrük əməkdaşlarıdır. Bundan sonra onlar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmiş, idarədə gömrük əməkdaşları onların və vəkillərinin iştirakı ilə "Hüseyn” adlı şəxs tərəfindən ona İran İslam Respublikasından göndərilmiş narkotik vasitələrə baxış keçirmiş, baxış zamanı həmin narkotik vasitələr qablaşdırmalarından çıxarılmış, onların güman edildiyi üzrə heroin və metamfetamin olduğu bilinmişdir. Sonra onlar elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan heroinin ümumi çəkisinin 3927 qram, metamfetaminin çəkisinin İsə 1493 qram olduğu məlum olmuşdur. İş üzrə dindirilərkən Təqsirləndirilən şəxs2 iranlı Hüseyn adlı şəxsin göndərdiyi 3927 qram narkotik vasitə və 1493 qram psixotrop maddəni götürüb kimə təhvil verəcəyi ilə bağlı soruşulduqda cavab olaraq Hüseyn adlı şəxsin "onları götür, mən deyəndə bir yerə qoyarsan" dediyini qeyd etmişdir. "Hüseyn” adlı şəxs ilə Təqsirləndirilən şəxs3 arasında hansı münasibətlərin olduğu ilə bağlı verilən suala Təqsirləndirilən şəxs2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 telefonuna Hüseyn adlı şəxsin nömrəsini özü yazmışdır, lakin sonradan Hüseyn adlı şəxslə danışıb-danışmamağı ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, "Qorxmaz” adlı şəxs ilə gömrük əməkdaşları tərəfindən tutulduğu gündən ikinci dəfə metamfetamin götürməyə getmiş, İran İslam Respublikasından göndərilən narkotik vasitə və psixotrop maddələrin növlərindən və çəkisindən əvvəlcədən məlumatı olmamış, "Hüseyn” adlı şəxs ona bu barədə məlumat verməmiş, narkotik vasitələr və psixotrop maddələr gətirən Təqsirləndirilən şəxs1 tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri “Hüseyn" adlı şəxsdən əldə etdiyini, Təqsirləndirilən şəxs3 idarə etdiyi **-ZS-*** dövlət qeydiyyat nişanlı "Mercedes-Benz Vito" markalı avtomobilinə baxış zamanı orada olan əşyaların içərisindən aşkar edilmiş 1 ədəd şüşə kolbanın, 1 ədəd kiçik ölçülü içərisinə müxtəlif rəqəmlər yazılmış dəftərçənin, 1 ədəd "xxxx"a məxsus olan "**********860840” kodlu plastik kartın özünə aid olduğunu, Hüseyn adlı şəxsin +**********03 mobil telefon nömrəsindən istifadə etdiyini, Təqsirləndirilən şəxs3 narkotik vasitələr və ya psixotrop maddələr aldığı şəxs və ya şəxsləri tanımadığını və saxlanan zaman ona qarşı hər hansı bir fiziki zorakılıq olmadığını qeyd etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 5 aprel 2023-cü il tarixli ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini və istintaqa verdiyi əvvəlki ifadəsini qismən təsdiq etdiyini bildirmişdir. O, ifadəsində qeyd etmişdir ki, ilkin ifadəsində də, 5 aprel 2023-cü il tarixli ifadəsində də özünü təqsirli bilsə də ilkin ifadəsində Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınması üçün qeyri-səmimi ifadə vermişdir. Təqsirləndirilən şəxs3 ilə birlikdə hadisə yerindən, yəni Bakı-Quba yolundakı yarımtikilinin yanından qaçan zaman hüquq-mühafizə orqanı əməkdaşlarının onları tutacaqlarını gördükdən sonra Təqsirləndirilən şəxs3 ona əleyhinə ifadə verməməyi və onun taksi sürücüsü olduğunu deməsini tapşırmış, əks təqdirdə ona problem yaradacağını bildirmişdir. O da ilkin ifadəsində Qorxmazın sadəcə olaraq taksi sürücüsü kimi ora gəldiyini bildirmişdir. O, ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs3ı təxminən 8 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs3 “Şüşə Qorxmaz” ləqəbi olduğunu, Binə qəsəbəsini Qorxmaz narkotik vasitə və psixotrop maddə ilə təmin etdiyini, özünün bir çox kuryeri olduğunu, satış məqsədi ilə narkotik vasitə almaq istəyənlərin külli midqarda narkotik vasitəni Qorxmazdan əldə etdiyini, Qorxmazın çox təhlükəli şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 özü də narkotik vasitəni ondan istifadə etmək üçün Qorxmazdan aldığını, hətta 2-3 dəfə təsir altında Qorxmazın dediyi yerdən narkotik vasitə apardığını bildirmişdir. Qeyd etmişdir ki, hadisə baş verən zaman hətta Qorxmaz ona məxsus telefonu öz telefonu kimi istintaqa təqdim etməyi tapşırmış, lakin o, Qorxmazın təklifi ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində “Hüseyn" adlı şəxsi sosial şəbəkədən tanıdığını, 2022-ci ilin təxminən dekabr ayında o, Qorxmaza “İranlı Hüseyn” adlı bir nəfərin olduğunu, qaçaqmalçılıq yolu ilə narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik göndərdiyini bildirmişdir. Daha sonra onun mobil nömrəsini Qorxmaza vermiş, Qorxmaz müstəqil şəkildə İranlı Hüseyn adlı şəxslə əlaqə saxlamağa başlamış, İranlı “Hüseyn” adlı şəxs Qorxmazla və onunla əlaqə saxlayaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Qorxmazın götürəcəyini, həmin maddənin satışı və ya başqa şəxsə təhvil verilməsini də Təqsirləndirilən şəxs3 həyata keçirməli olduğunu, ona isə həmin maddənin götürülməsinə görə İranlı Hüseynin 200-300 manat pul verəcəyini, bundan əlavə həmin maddənin üstündən şəxsi istifadəsi üçün maddə götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində "Nəyə görə Təqsirləndirilən şəxs3 həmin maddəni sizin iştirakınız olmadan özü tək götürməyə getməmiş, məhz sizin də həmin ünvana aparılmağınızı təmin etmişdir?" sualına cavab olaraq həmin narkotik vasitəni götürməyə Qorxmazın maşını ilə getdiklərini, Qorxmazın maşında onu gözləyəcəyini, problem olduğu halda maşınla həmin ərazidən uzaqlaşacaqlarını, məhz buna görə də Qorxmazın onu apardığını qeyd etmişdir. (Cild İ, iş vərəqə 162-165, Cild İİ, iş vərəqə 131-136) Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ona taksi kimi zəng edib gedib qapılarından götürmüşdür. Başqa heç nədən xəbəri olmamışdır. Getmişlər, sonra ona demişdir ki,avtomobili arxaya versin, bir dənə ayaqyoluna dəyib gəlir, o düşən kimi 4-5 nəfər polis əməkdaşı gəlmişdir. Ayazı 2-3 dəfə avtomobillə sərnişin kimi aparmışdır. Bir dəfə Bakıxanov qəsəbəsinə aparmışdır. Telefonunun zaryatkası olmamışdır, onun telefonundan istifadə etmişdir. O, narkotik vasitələrdən istifadə etməmişdir. Onda şübhə yarananda artıq gec olmuşdur, onun getdiyi yeri və avtomobilə qədər gəlməyini görmüşdür. Maşına oturanda da əlində heçnə olmamışdır, o, ümumiyyətlə, narkotik vasitə görməmiş və Yunisi tanımamışdır, tutulana qədər adını da eşitməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Bolt” taksi şirkətində sürücü işləmiş, **-ZS-*** nömrə nişanlı “Mercedes Vito” markalı avtomobili gündəlik kirayəyə götürmüş, onunla taksi fəaliyyətini həyata keçirmiş, 2012-ci ilin yanvar ayında adam bıçaqladığına görə cinayət məsuliyyətinə cəlb edilərək 3 il azadlıqdan məhrum edilmiş, təxminən 1 ay olar ki, “kakos" adlı narkotik vasitə istifadə etməyə başlamışdır. İfadəsində bildirmişdir ki, təxminən 4-5 gün bundan əvvəl (01 fevral 2023) axşamüstü Binə qəsəbəsinə müştəri aparmış, bu vaxt telefonunda olan ''Bolt1” mobil tətbiqinə yeni sifariş gəlmiş, o həmin sifarişə əsasən “Binə Sovxoz" deyilən əraziyə getmiş, orada taksi sifariş edən şəxs maşına əyləşmiş, Buzovna qəsəbəsinə gedəcəyini bildirmiş və onlar Buzovnaya gedərkən yolda söhbət əsnasında tanış olmuş və sərnişinin adının Ayaz olduğunu bilmiş, “Ayaz" adlı şəxs onun telefon nömrəsini götürmüş və taksi lazım olsa, ona zəng edəcəyini demiş, o, “Ayaz" adlı şəxsi aparıb Buzovna qəsəbəsində düşürmüş, “Ayaz” adlı şəxs ona 8 manat pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 işinə qayıtmışdır. Həmin gün axşam saatlarında “Ayaz" adlı şəxs yenidən ona zəng vurmuş və onu Buzovnada qoyduğu yerdən götürüb Binə qəsəbəsinə aparmağını xahiş etmiş, o da “Ayaz” adlı şəxsin dediyi kimi etmiş, onu Buzovna qəsəbəsindən götürüb “Binə Sovxoz” adlı yerə gətirmiş, yolda olan müddətdə onunla söhbət etmişdir. Söhbət zamanı “Ayaz” adlı şəxsin narkotik vasitələr qəbul etdiyini öyrənmiş və ona özünün də narkotik vasitədən istifadə etdiyini bildirmiş, bundan sonra “Binə Sovxoz" deyilən əraziyə çatmışlar. “Ayaz” adlı şəxsin məhəlləsində “Ayaz" adlı şəxs cibindən “patı” deyilən maddə və onu çəkmək üçün bir ədəd şüşə kolba çıxartmış, “patı”nı həmin kolbaya qoyub yandırmış və ikisi də çəkməyə başlamış, həmin vaxt “Ayaz” adlı şəxs telefonunda internetinin olmadığını, onun telefonu ilə kiməsə zəng edəcəyini demişdir. O, telefonunu “Ayaz" adlı şəxsə vermiş, o da adını bilmədiyi iranlı bir şəxsə "Vatsap" tətbiqi vasitəsilə zəng etmişdir, o ifadəsində bildirmişdir ki, onlar telefonda "karta pul göndərmək", “pul çəkmək" kimi söhbətlər etmiş, bundan sonra “Ayaz” adlı şəxslə həmin psixotrop maddəni çəkib qurtarmış, Ayaz ona lazım olsa, yenə zəng edəcəyini bildirmiş, ayrılıb evinə getmiş, Təqsirləndirilən şəxs3 da taksi fəaliyyətini davam etdirmişdir. Sonuncu dəfə 31 yanvar 2023-cü il tarixdə saat təxminən 14-15 radələrində daha öncə qeyd etdiyi iranlı şəxs ona zəng etmiş və “Ayaz" adlı şəxsin telefona cavab vermədiyini, onların evinə gedərək “Ayaz” adlı şəxsi tapmağını bildirmiş, o da iranlı şəxsə "yaxşı, birazdan gedib taparam" demişdir. Bundan bir neçə dəqiqə sonra “Ayaz” adlı şəxs ona zəng edib "Binə körpüsünə gəl, məni götür gedək Sumqayıta, orada nəsə var, onu götürək gələk" demişdir. O da Ayaza iranlı tanışının onu axtardığını bildirmiş, o da artıq iranlı ilə danışdığını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 Şüvəlan qəsəbəsində öz evində olmuş, “Ayaz" adlı şəxslə razılaşıb “Binə körpüsü”nə gəlmiş, onu götürmüş və Sumqayıt şəhəri istiqamətində yola düşmüşlər. Yol boyu “Ayaz” adlı şəxsin mobil telefonu ilə kiminləsə yazışdığını, səsli mesajlar göndərdiyini, telefonda kiməsə “tıxacdayam, çatıram" dediyini qeyd etmişdir. Saat 18 radələrində X9 qəsəbəsinə gedib çatmış, orada "Ayaz” adlı şəxs ona yaşayış evlərinin yanına sürməyini bildirmiş, o da maşını onun dediyi yerə sürmüş, bundan sonra "Ayaz” adlı şəxs maşından enib "ayaqyolu”na gedib gələcəyini bildirmişdir. O gedəndən bir neçə dəqiqə sonra “Ayaz” adlı şəxs qaçaraq maşına tərəf gəlmiş, o bundan qorxub maşını sürməyə başlamış, “Ayaz” adlı şəxs qışqıraraq dayanmağını istəmiş və o yavaşlamış, maşın hərəkətdə ola-ola "Ayaz” adlı şəxs maşına daxil olmuş və o, sürətlə sürərək oradan uzaqlaşmağa başlamışdır. Bu zaman o, arxasınca maşınların gəldiyini görmüş, həmin maşındakılar ona işarə edərək maşını saxlamağını bildirmişlər, lakin o saxlamamış, bir qədər getdikdən sonra “canını qurtara bilməyəcəyini” anlayıb maşını saxlamaq məcburiyyətində qalmışdır. Həmin vaxt bir neçə mülki geyimdə olan şəxsin onlara yaxınlaşdığını, gömrük əməkdaşları olduqlarını bildirdiklərini və onları saxlayıb Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirdiklərini qeyd etmişdir. İdarədə bilmişdir ki, “Ayaz” adlı şəxs X9 qəsəbəsindən narkotik vasitələr götürməyə getmişdir. Gömrük əməkdaşları onların və vəkillərinin iştirakı ilə “Ayaz” adlı şəxs üçün İran İslam Respublikasından göndərilmiş narkotik vasitələrə baxış keçirmiş, baxış zamanı həmin narkotik vasitələr qablaşdırmalanndan çıxarılmış, bundan sonra o, onların heroin və metamfetamin olduğunu bilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və narkotik vasitə heroinin ümumi çəkisinin 3927 qram, metamfetaminin çəkisinin isə 1493 qram olduğu Təqsirləndirilən şəxs3 məlum olmuşdur. 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə X9 qəsəbəsi ərazisinə hansı məqsədlə getdikləri barədə verilən suala cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə X9 qəsəbəsinə onun sifarişi ilə getmiş, Təqsirləndirilən şəxs2 ona zəng vurub həmin əraziyə getməli olduqlarını, oradan nəsə götürəcəyini (pul götürəcəyini dediyini güman etmişdir), onu da taksi kimi çağırdığını, qayıdanda yaxşı pul verəcəyini bildirmişdir. Qeyd etmişdir ki, cəmi bir dəfə Təqsirləndirilən şəxs2 ilə birlikdə “patı" çəkmişlər. Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməyə getdikləri narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasından göndərən iranlı şəxslə dəfələrlə telefon danışıqları olmağı ilə bağlı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin iranlı şəxsi Təqsirləndirilən şəxs2 tanıdığı gün tanımış, çünki Ayaz onun telefonu ilə ona zəng vurmuşdur. İranlı şəxsin adını da bilmədiyini qeyd etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasından və ya digər yerlərdən göndərilən narkotik vasitələr və ya psixotrop maddələri götürmədiyini, bunun birinci dəfə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri götürərkən onu saxlamaq istədikləri zaman onun maşınına tərəf qaçarkən onu gözləmədən maşını sürüb qaçmağa çalışmasının səbəbi kimi qorxduğunu və qaçmağa başladığını qeyd etmişdir. O, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 maşına oturandan sonra onun narkotik vasitə götürmək üçün gəldiyini və onları tutmağa çalışdıqlarını bilmiş, İran İslam Respublikasından göndərilən narkotik vasitə və psixotrop maddələrin növlərindən və çəkisindən əvvəlcədən məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hansı yaxınlıq münasibətləri olduğu ilə bağlı heç bir məlumatının olmadığı bildirmişdir, öz istifadəsi üçün narkotik vasitələri haradan əldə etməsi ilə bağlı qeyd etmişdir ki, onları adlarını xatırlamadığı narkotik aludəçilərindən pul ilə alıb istifadə edirmiş, sonuncu dəfə də Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etmişdir. Adını bilmədiyini qeyd etdiyi iranlı şəxsin +**********03 mobil telefon nömrəsindən istifadə etdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və ya psixotrop maddələr aldığı şəxs və ya şəxslər İlə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Əvvəllər başqa şəxslərlə birlikdə bu şəkildə narkotik vasitələr, psixotrop maddələr götürməyə getmədiyini, belə işlərdə iştirakının olmadığını, ilk dəfə idi ki, belə bir iş tutduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində Ayazla birlikdə Buzovna qəsəbəsində “Albalı bağları’’ deyilən tərəfə getdiklərini, özünün orada gözlədiyini, Təqsirləndirilən şəxs2 isə harasa gedib qayıtdığını, sonra da ona metamfetamin götürdüyünü bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs2 dediklərinə münasibət bildirərək Bakı-Quba yoluna gəldikdən sonra metamfetamin götürməyə gəldiklərindən xəbərinin olduğunu, ilkin izahatında qorxduğuna görə həqiqətə uyğun məlumat vermədiyini bildirmişdir. Bundan sonra idarə etdiyi **-ZS-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı avtomobildə olan 1 ədəd şüşə kolba, 1 ədəd kiçik ölçülü dəftərçə və "xxxx"a məxsus plastik kartın Təqsirləndirilən şəxs2, 1 ədəd “Prince” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Kapital Bank’’a məxsus olan plastik kartın isə özünə məxsus olduğunu, “Kapital Bank" a məxsus kartın sosial yardım verilməsi üçün ona verildiyini qeyd etmişdir. Üzərində şəxsi axtarış zamanı cibindən çıxararaq təqdim etdiyi 1 ədəd üzərində "Leobank” yazılmış “**********669060" kodlu və üzərində “Umico" yazılmış “**********158557” kodlu plastik kartların özünə məxsus olduğunu, öz adına olduğunu və müxtəlif ödənişlərdə istifadə etdiyini, saxlanan zaman ona qarşı hər hansı bir fikizi və psixi zorakılıq olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 223-227, Cildİİ, iş vərəqə 143-145) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o və Şahid3 fəhləliklə məşğul olurlar. 31 yanvar 2023-cü il tarixdə saat 7 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunun qarşısında olarkən gömrük əməkdaşı Şahid1 onlara yaxınlaşaraq bir nəfərin əlyükünə və üzərinə baxış keçiriləcəyini və onlara hal şahidi qismində iştirak etməyi təklif etmiş və onlar da həmin gömrük əməkdaşının təklifi ilə razılaşmış, onlara hüquq və vəzifələri izah edildikdən sonra, digər gömrük əməkdaşının iştirakı ilə “Yunis” adlı şəxsin əl yükünə baxış keçirilmişdir. Həmin əl yükünün 1 ədəd yük çantasının zəncirbəndi açılmış və çantadakı 2 ədəd sellofan torbalara yığılmış müxtəlif şirniyyat və yuyucu vasitələr əsaslı yoxlanılmış, yoxlama zamanı birinci sellofan torbada olan üzərində 2 ədəd şirniyyat qutularının, üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış açıq-qəhvəyi rəngli maddə aşkar edildi, daha sonra digər sellofan torbadakı mallar yoxlanıldı və torbada olan üzərində 2 ədəd şirniyyat qutusunun və 1 ədəd un məmulatı qutusunun hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, polietilen torbalarda qablaşdırılmış ağ rəngli, kristallik halda olan maddə aşkar edilmiş, cəmi 8 ədəd polietilen torbalarda olan maddələr ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, birinci sellofan torbada ümumi çəkisinin 3971 (üç min doqquz yüz yetmiş bir) qram təşkil etdiyi, 2 ədəd şirniyyat qutusunun və 1 ədəd un məmulatı qutusunun hər birinin içərisindəki ağ rəngli, kristallik halda olan maddənin ümumi çəkisinin 1493 (min dörd yüz doxsan üç) qram təşkil etdiyi müəyyən edilmiş, fakt aşkar edilən zaman sorğu-sual edilən Azərbaycan Respublikasının vətəndaşı “Yunis” adlı şəxs ondan aşkar edilən maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin qardaşı və tanımadığı qadından əldə etdiyini, həmin maddələri aparıb Bakı şəhərində kameranın çəkmədiyi ünvana qoyaraq, ünvan barədə “Rza” adlı şəxsə telefon vasitəsi ilə məlumat verəcəyini, bunun müqabilində 1000 manat məbləğində pul vəsaiti alacağını bildirmiş və daha sonra həmin maddələr qablaşdırılacaq götürülmüş, bundan sonra müvafiq əməliyyat müvəkkilləri həmin əraziyə gəlmiş və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün onların və həmin hal şahidlərinin iştirakı ilə 31 yanvar 2023-cü il tarixdə “Yunis" adlı şəxsdən götürülmüş həmin maddələr müvafiq tədbirlərin həyata keçirilməsi zamanı istifadə edilməsi məqsədi ilə qablaşdırıldığı 1 ədəd xüsusi qablaşdırma vasitəsindən çıxarılıb, hər biri şirniyyat, yuyucu vasitə və un məmulatı qutularına yerləşdirilərək əvvəlki vəziyyətinə qaytarılaraq sellofan torbalara yığılaraq aşkar edildiyi 1 ədəd yük çantasının içərisinə yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər hal şahidi Şahid3 Tağı oğlu eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 31 yanvar 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar" gömrük postunda Naxçıvan-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi 1 ədəd çantanın içərisində sellofan torbada olan 2 ədəd şirniyyat və 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının hər birinin içərisindən yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış çəkiləri müvafiq olaraq 501 qram, 502 qram, 967 qram, 999 qram və 1002 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 3971 (üç min doqquz yüz yetmiş bir) qram təşkil edən açıqqəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, eyni zamanda digər sellofan torbada olan 2 ədəd şirniyyat qutusunun və 1 ədəd un məmulatı qutusunun içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış çəkiləri müvafiq olaraq 490 qram, 530 qram və 473 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 1493 (bir min dörd yüz doxsan üç) qram təşkil edən ağ rəngli, kristal halda olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Faktla bağlı Təqsirləndirilən şəxs1 ondan aşkar edilən maddələri qəbul edəcək şəxsin müəyyən edilərək saxlanılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi üçün toplanmış materiallar və əməliyyat tədbirində istifadə edilməsi məqsədilə aşkar olunduğu şirniyyat, yuyucu tozu və un məmulatı qutularının içərisində qablaşdırılmış heroin və metamfetaminə oxşar maddələr nəzarət altında Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Sözügedən material üzrə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun rəhbəri təyin olunmuş, bundan sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi 2 ədəd mobil telefonuna daxil və xaric olan zənglər nəzarətə götürülmüş və sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitə sayılan heroinə oxşar və psixotrop maddə sayılan metamfetaminə oxşar maddələri təhvil alacaq şəxsin həmin predmetləri 31 yanvar 2023cü il tarixində Quba-Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsindən təxminən 700-800 metr sağ kənarında yerləşən yarımtikilinin içərisində giriş qapısının sağında yerləşən divarın aşağı tərəfindəki boşluqda olmaqla götürəcəyini nəzərə alaraq əməliyyat müvəkilləri tərəfindən həmin predmetlər aşkar olunduğu şirniyyat, yuyucu tozu və un məmulatı qutularının içərisində olmaqla 1 ədəd qara rəngli sellofan torbada həmin sahəyə qoyularaq nəzarətdə saxlanılmışdır. 31 yanvar 2023-cü il tarixində saat 17:40-da həmin tikilinin qarşısına içərisində bir nəfər kişi sərnişini olan "Mercedes-Benz Vito” markalı **- ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarə edilərək dayanmış və sərnişini Təqsirləndirilən şəxs2 düşərək içərisində heroin və matemfetaminə oxşar maddələrin yerləşdirildiyi bir ədəd qara rəngli sellofan torbanı götürüb ərazidən uzaqlaşarkən ona yaxınlaşdığımızı gördükdə əlində daşıdığı və şirniyyat, yuyucu tozu və un məmulatı qutularının içərisində yerləşdirilmiş heroin və metamfetaminə oxşar maddələrin olduğu 1 ədəd qara rəngli sellofan torbanı yerə atmış, eyni zamanda Təqsirləndirilən şəxs3 "Mercedes-Benz Vito" markalı **-ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək ərazidən uzaqlaşarkən Təqsirləndirilən şəxs2 həmin nəqliyyat vasitəsinə əyləşərək birlikdə qaçmağa cəhd göstərmiş, lakin keçirilmiş tədbirlər zamanı hər iki şəxs saxlanılaraq Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs3 alnının sağ nahiyəsində olan zədə ilə bağlı bildirmişdir ki, o saxlanılarkən yerə yıxılmış və başın alın nahiyəsi yerin səthinə dəyərək sürtülmüşdür, o, hər hansı bir fiziki zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Xidmətinin əməkdaşları Şahid5, Şahid6, Şahid8, Şahid7 Şükür oğlu eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda inspektor vəzifəsində xidmət edir, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.6 və 99-cu maddələrinə əsasən 31 yanvar 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar X14 İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin avtobusu ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi əl yükləri “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman onun yoxlanılması üçün rentgen qurğusuna qoyduğu yüklərdən içərisində müxtəlif ərzaq malları və yuyucu vasitələri olan 1 ədəd yük çantasında şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış, onun təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olubolmaması barədə sual verilmiş, o isə öz növbəsində təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmiş, bundan sonra Şahid1 onun təqdim etdiyi əl yüklərini Skanlaşdırma və Texniki nəzarət vasitələrinin Tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti kapitanı X2, dəvət edilmiş 2 nəfər hal şahidlərinin, Azərbaycan Respublikası vətəndaşı xx xxxxxxxx 1993-cü il təvəllüdlü, pasport №-si C03845085 olan (verilmə tarixi 16 mart 2022-ci il, AR DİN) Təqsirləndirilən şəxs1 iştirakı ilə yoxlamış, yoxlamada iştirak edən şəxslərə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 97.4-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 əl yüklərinə daxil olan 1 ədəd yük çantasının zəncirbəndi açılmış və çantadakı 2 ədəd sellofan torbalara yığılmış müxtəlif şirniyyat və yuyucu vasitələr əsaslı yoxlanılmış, yoxlama zamanı birinci sellofan torbada olan üzərində "Royal” sözləri yazılmış 2 ədəd şirniyyat qutularının, üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra digər sellofan torbadakı mallar yoxlanılmış və torbada olan üzərində “Golha” sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə aşkar edilmiş, cəmi 8 ədəd polietilen torbalarda olan maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, birinci sellofan torbada olan üzərində "Royal” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının hər birinin içərisindəki açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin çəkilərinin müvafiq olaraq 501 qram, 502 qram, 967 qram, 999 qram və 1002 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 3971 (üç min doqquz yüz yetmiş bir) qram təşkil etdiyi, "Golha” sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və "AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun hər birinin içərisindəki ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddənin çəkilərinin müvafiq olaraq 490 qram, 530 qram və 473 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 1493 (min dörd yüz doxsan üç) qram təşkil etdiyi müəyyən edilmiş, fakt aşkar edilən zaman sorğu-sual edilən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ondan aşkar edilən maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin qardaşı və tanımadığı qadından əldə etdiyini, həmin maddələri aparıb Bakı şəhərində kameranın çəkmədiyi ünvana qoyaraq, ünvan barədə “Rza” adlı şəxsə telefon vasitəsi ilə məlumat verəcəyini, bunun müqabilində 1000 manat məbləğində pul vəsaiti alacağını bildirmişdir. Şahid1 ifadəsində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 əl yükündən aşkar edilmiş gömrük nəzarətindən gizlədilmiş 3 ədəd polietilen torbalarda qablaşdırılmış, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 1493 (min dörd yüz doxsan üç) qram təşkil edən ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə və 5 ədəd polietilen torbalarda qablaşdırılmış, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 3971 (üç min doqquz yüz yetmiş bir) qram təşkil edən açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə bu protokol əsasında götürülərək 1 ədəd xüsusi qablaşdırılma vasitəsində qablaşdırılmışdır. Daha sonra müvafiq əməliyyat müvəkkilinin iştirakı ilə əməliyyat tədbirlərinin tədbirlərinin həyata keçirilməsi üçün 31 yanvar 2023-cü il tarixdə Biləsuvar X14 İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 əl yüklərinə daxil olan bir ədəd yük çantasından aşkar edilmiş 3 ədəd polietilen torbalarda qablaşdırılmış, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 1493 (min dörd yüz doxsan üç) qram təşkil edən ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə və 5 ədəd polietilen torbalarda qablaşdırılmış, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 3971 (üç min doqquz yüz yetmiş bir) qram təşkil edən açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə müvafiq tədbirlərin həyata keçirilməsi zamanı istifadə edilməsi məqsədi ilə qablaşdırıldığı 1 ədəd xüsusi qablaşdırma vasitəsindən çıxarılıb, hər bir şirniyyat, yuyucu vasitə və un məmulatı qutularına yerləşdirilərək əvvəlki vəziyyətinə qaytarılaraq sellofan torbalara yığılaraq aşkar edildiyi 1 ədəd yük çantasının içərisinə yerləşdirilmişdir.(cild 2, iş vərəqə 19-22) Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid9 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, könüllü olaraq istintaq orqanına gələrək qardaşı Təqsirləndirilən şəxs2 ilə bağlı ifadə vermək istəmiş, qardaşı Təqsirləndirilən şəxs2 təxminən 2 ildən çoxdur ki, narkotik vasitə istifadə etməyə başlamış, qardaşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə münasibətləri yaranmış, həmin tarixdən etibarən Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı qardaşı Təqsirləndirilən şəxs2 təsir göstərməyə başlamış, bununla bağlı dəfələrlə yaşadıqları evə gəlmiş, qardaşına narkotik vasitə saldırmışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan şəxs olduğunu bildikləri üçün Şahid9 və anası Qorxmazın ona yaxınlaşmasını istəməmiş, hətta dəfələrlə Qorxmazın onunla əlaqə saxlamaması üçün Təqsirləndirilən şəxs2 evdən çölə buraxmamışlar. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 bacısı Şahid9 və anasına bildirmişdir ki, onun Türkiyə Respublikasına getməyinə şərait yaratsınlar, əks təqdirdə Təqsirləndirilən şəxs3 ona problemlər yaradacaqdır. Onlar Təqsirləndirilən şəxs2 Türkiyəyə getdikdən sonra bir daha geri gəlməyəcəyini düşündükləri və tək qalacaqları üçün onun Türkiyə Respublikasına getməsinə icazə verməmişlər. Qeyd etmişdir ki, əvvəllər də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2ı döyərək ona fikizi güc tətbiq etmiş, Ayaz Qorxmazdan qorxduğu üçün onun istəklərinə qarşı çıxa bilməmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 ilə Şahid9 23 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında görüşdə olmuş, görüş zamanı qardaşı Şahid9 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınması üçün ilkin ifadəsində Təqsirləndirilən şəxs3ı "Bolt” taksi xidmətinin sürücüsü kimi göstərmiş, onunla təsadüfən tanış olduğunu bildirmiş, əslində narkotik vasitəni göndərən iranlının Qorxmazı da yaxşı tanıdığını, Qormazın narkotik vasitəni götürməyə gedəndə oradakı narkotik vasitədən əvvəlcədən xəbərinin olduğunu, hətta hadisə baş verməmişdən əvvəl, Bakı-Quba yolunda olarkən həmin maddələri götürməkdən imtina etdiyini Qorxmaza dediyini, Qorxmazın isə təkidlə həmin narkotik vasitəni götürməli olduğunu bildirdiyini qeyd etmişdir. Bununla yanaşı, qardaşı Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, əməliyyat müvəkkilləri hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsini idarə edərək qaçmağa başlamış, daha sonra Təqsirləndirilən şəxs2 da həmin nəqliyyat vasitəsinə əyləşmiş, əməliyat müvəkkillərinin onları saxlayacağını gördükdə isə, nəqliyyat vasitəsinin içərisində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 onunla bağlı ifadə verməməsini, onun bir taksi sürücüsü olduğunu deməsini, həmin maddələrdən Qorxmazın xəbərinin olmaması İlə bağlı ifadə verməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 istintaq orqanına gələn zaman Təqsirləndirilən şəxs3 hadisədən sonra xəbəri olan taksi sürücüsü olması ilə bağlı ifadə vermiş və Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınmasına çalışmışdır. O, ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında olan münasibətlər, o cümlədən Təqsirləndirilən şəxs3 narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmasını yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə- Savxoz deyilən ərazidə yerləşən bir çox şəxs təsdiq edə bilər. Sadəcə olaraq, həmin şəxslərin çoxu Təqsirləndirilən şəxs3 çəkindikləri üçün, gələcəkdə Qorxmazın onlarla düşmənçilik münasibəti yaranacağından qorxduqlarına görə istintaq orqanına gəlib ifadə verib-verməyəcəklərini dəqiq bilmədiyini qeyd etmişdir. (Cild İİ, iş vərəqə 65-68) Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid10 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, istintaq orqanına könüllü gələrək Təqsirləndirilən şəxs2la bağlı səmimi ifadə vermək istəmiş, Təqsirləndirilən şəxs2 onun qohumu, həm də əsgərlik yoldaşıdır, təxminən 2023-cü ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs2 anası Qətivə xanım onunla əlaqə saxlayaraq Ayazın və Qorxmazın narkotik vasitənin satışına görə tutulduğunu dediyini bildirmiş, o, ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə İstifadəçisidir və əvvəllər məhkumluğu olmuşdur. Qohum və dost kimi Ayaza dəfələrlə narkotik vasitə istifadə etməməsi üçün xəbərdarlıq etmiş və onun bu barədə dəfələrlə danışığı olmuşdur. Danışıq zamanı Ayaz ona bildirirmiş ki, o, narkotik vasitəni ‘'Qorxmaz" adlı şəxsdən alır və "Qorxmaz” adlı şəxs müxtəlif vaxtlarda narkotik vasitənin alqı-satqısı və narkokuryer kimi fəaliyyət göstərməsi üçün ona fiziki və psixi təzyiqlər göstərmişdir. Belə ki, Ayaz ona bildirmişdir ki, ilkin məhkumluq həyatından sonra Qorxmaz onu özünə məxsus olan narkotik vasitələrin satışı və müxtəlif şəxslərə çatdırılması üçün kuryer kimi işlətmək istəmiş və Ayaz bundan imtina etdikdə isə hətta buna görə ona fiziki təsirlər göstərmişdir. O, ifadəsində bildirmişdir ki, 2022-ci ilin təxminən noyabr ayında həmin hadisəni Ayaz ona danışmış və o da Təqsirləndirilən şəxs2 hüquqmühafizə orqanına müraciət etməyi tövsiyə etmiş, Təqsirləndirilən şəxs2 isə hüquqmühafizə orqanına müraciət etməkdən imtina etmişdir. Bir daha qeyd etmişdir ki, “Qorxmaz" adlı şəxs narkotik vasitənin satışı ilə məşğul olan şəxs olmuş, Təqsirləndirilən şəxs2 isə ondan qorxduğuna görə Qorxmazdan həm istifadə üçün narkotik vasitə almış, həm də narkokuryer kimi onun yanında işləmişdir. O, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 şəxsən tanıyıb-tanımamağı, onunla hər hansı bir münasibətinin olub-olmamağı barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs3 şəxsən tanımadığını, həmin şəxsi görmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 özü ona bildirirmiş ki, "Qorxmaz” adlı şəxs narkotik vasitənin satışı ilə məşğul olur, Təqsirləndirilən şəxs2 isə ondan qorxduğuna görə ondan həm istifadə üçün narkotik vasitə almış, həm də narkokuryer kimi onun yanında işləmişdir. Bununla yanaşı, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə satışı ilə məşğul olduğunu Binə qəsəbəsində hamı bilir, Təqsirləndirilən şəxs3 “Şüşə Qorxmaz" ləqəbi var, Binə qəsəbəsini Qorxmaz narkotik vasitə və psixotrop maddə ilə təmin edir. Özünün bir çox kuryeri olduğunu, satış məqsədi ilə narkotik vasitə almaq istəyənlərin külli midqarda narkotiki Qorxmazdan əldə etdiklərini, bununla yanaşı, özünün də çox təhlükəli şəxs kimi tanındığını, Binə qəsəbəsində bir çox adamın onun və adamlarının qorxusundan onun əleyhinə ifadə vermək istəmədiyini qeyd etmişdir. (Cild İİ, iş vərəqə 114-116) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi materiallarında olan “Əməliyyat qrupunun yaradılması və əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əl yükündən narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi faktı üzrə cinayətkar qrupun üzvlərinin müəyyən edilməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Şahid4, həmin şöbənin əməliyyat müvəkkili Şahid5, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin rəisi Şahid6, həmçinin Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Baş Əməliyyat müvəkkili X1 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Şahid4 təyin olunmuşdur. (cild İ, iş vərəqə 21-22) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "malların yoxlanılması haqqında”, "aşkar olunmuş predmetlərin yerləşdirilməsi haqqında”, “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında”, “baxış keçirilməsi və götürmə haqqında” 31 yanvar 2023-cü tarixli protokollardan görünür ki, 31 yanvar 2023-cü il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postunun piyada keçid xəttində İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən keçərkən aparılmış yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə ona məxsus 1 ədəd yük çantasından gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 3850 qram heroin narkotik vasitəsi və külli miqdarda, 1445 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş, əməliyyat tədbiri ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz Vito” markalı, **-ZS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 31 yanvar 2023-cü il tarixində saat 17:40-da Quba- Bakı yolunun X9 qəsəbəsindən keçən hissəsinə gələrək 700-800 metr məsafədəki ərazidən qeyd olunan narkotik vasitə və psixotrop maddəsini götürərkən saxlanılmışdır.(Cild İ, iş vərəqə 11-12, 23-27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “aşkar olunmuş predmetin yerləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu faktla bağlı şifahi izahat verərkən ondan aşkar edilən maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin qardaşı və tanımadığı qadından əldə etdiyini, həmin maddələri aparıb Bakı şəhərində kameranın çəkmədiyi ünvana qoyaraq, ünvan barədə Rza adlı şəxsə telefon vasitəsi ilə məlumat verəcəyini, bunun müqabilində 1000 manat pul vəsaiti alacağını bildirərək, bundan sonra ona şərait yaradılsa işin gedişatı üzrə mümkün köməklik göstərə biləcəyini, narkotik vasitələri qəbul edəcək şəxslərin ifşa olunmasında əlindən gələni etməyə hazır olduğunu qeyd etmişdir. (cild 1, iş vərəqə 16-17) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu şifahi sorğu-sual zamanı ondan aşkar edilən maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin qardaşı və tanımadığı qadından əldə etdiyini, həmin maddələri aparıb Bakı şəhərində kameranın çəkmədiyi ünvana qoyaraq, ünvan barədə Rza adlı şəxsə telefon vasitəsi ilə məlumat verəcəyini, bunun müqabilində 1000 manat pul vəsaiti alacağını bildirərək, bundan sonra ona şərait yaradılsa işin gedişatı üzrə mümkün köməklik göstərə biləcəyini, narkotik vasitələri qəbul edəcək şəxslərin ifşa olunmasında əlindən gələni etməyə hazır olduğunu qeyd etmişdir. (cild 1, iş vərəqə 19-20) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat tədbirinin davam etdirilməsi və şəxsin saxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu şifahi sorğu-sual zamanı ondan aşkar edilən maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin qardaşı və tanımadığı qadından əldə etdiyini, həmin maddələri aparıb Bakı şəhərində kameranın çəkmədiyi ünvana qoyaraq, ünvan barədə Rza adlı şəxsə telefon vasitəsi ilə məlumat verəcəyini, bunun müqabilində 1000 manat pul vəsaiti alacağını bildirərək, bundan sonra ona şərait yaradılsa işin gedişatı üzrə mümkün köməklik göstərə biləcəyini, narkotik vasitələri qəbul edəcək şəxslərin ifşa olunmasında əlindən gələni etməyə hazır olduğunu qeyd etmişdir. (cild 1, iş vərəqə 23-24) “Mobil telefona baxış keçirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə “İranlı Rza" adlı şəxsə məxsus +98-***-***-**-** nömrə ilə 18 yanvar 2023-cu il saat 15:45-dən etibarən “Vatsap" proqramı vasitəsi ilə danışıqlara başlamış, müxtəlif vaxtlarda danışıqlar həyata keçirilmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, “İranlı Rza” “Vatsap” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 mobil nömrəsinə 31 yanvar 2023-cü il tarixdə “Ay brat necəsən" məzmunlu mesaj yazmış, X16 “Gör nə deyirəm ay Rza sən danış, məndə uje yavaş-yavaş öz veşlərimi evə qoyum, axırı elə elə ki, hamısın bir yerə qoyumda, incitmə məni, onu qoyan kimi də qardaşına söz vermisən ki, 1000 manatda pul vurazsan da təmiz, qardaşım özün bilirsən də uşağım olmalıdı,vəziyyətim çox pisdi, deyəzsən ki pul söhbəti edirsən" məzmunlu mesaj göndərmiş, "İranlı Rza" ona “Otur evdə, çıxma, mən gələnləri düz qoşub edib sənə yazacam" məzmunlu mesaj göndərmiş, X16 ona "Qardaşım axır tez bazar elə də məndə evdə qala bilmirəm, onu çox saxlaya bilmirəm maşında" məzmunlu mesaj göndərmiş, “İranlı Rza" ona “Heç olmasa bir 20 dəqiqə 25 dəqiqəyə düz qoş elə qoy, o da gəlib çatsın, o dəfə kimi əsirin çıxmasın" məzmunlu mesaj göndərmiş, X16 ona “O vaxta kimi düz qoş edirəm, elə elə zibilə düşmüyüm" məzmunlu mesaj göndərmiş, “İranlı Rza” isə ona “Yox yox inşallah düşməzsən" məzmunlu mesaj göndərmiş, daha sonra Yunis Qaşımov "İranlı Rza”nın mobil nömrəsinə narkotik vasitə və psixotrop maddənin olduğu sellofanın yerlə yerləşdirtdiyi ərazinin "Googlemaps” proqramı üzrə yerin dəqiq ünvanı (lokasiyası) və fotosu göndərilmiş, daha sonra “İranlı Rza" ona “Qaqaş nəzarət edərsən də hə, götürəndə mənə deyərsən" məzmunlu mesaj göndərmiş, X16 ona “Qardaşım nə xəbər var, birdənə sən öyrən dedə, hansı tərəfdədir, yaxınlaşır, yaxınlaşmır, buralardayam düşərəm zibilə" məzmunlu mesaj göndərmişdir. Bununla yanaşı, baxış zamanı X5 istifadəsində olan ***- ***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-**, ***-***-**-** nömrələr arasında hər hansı bir telefon əlaqəsinin olması müəyyən edilməmişdir.(Cild İ, iş vərəqə 276-281) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Mobil telefona baxış keçirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 077-714¬24-25 nömrə vasitəsi ilə adını “iranlı Hüseyn" kimi qeyd etmiş şəxsə məxsus +98-908-798¬72-03 nömrə ilə 30 yanvar 2023-cu il saat 22:15-dən etibarən “Vatsap" proqramı vasitəsi ilə danışıqlara başlamış, 30 yanvar 2023-cu il tarixdə 2 dəfə, 31 yanvar 2023-cü il tarixdə 11:14- dən etibarən 29 dəfə danışıq həyata keçirilmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, “iranlı Hüseyn” “Vatsap" proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə 31 yanvar 2023-cü il tarixdə “Qadanalım bezdirib məni, sən hələ bunu paylayıb, bir seryada götürəcəksən, çox ləngsən hələ mənə dəqiq vaxt demirsən, 2 saata götürürsən?” deyərək narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi ərazinin ünvan və fotosunu göndərmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə mobil telefonda adını “Aatt” kimi qeyd etmiş Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** nömrəsi İlə mobil telefon və “Vatsap" proqramı vasitəsi ilə danışıqlar həyata keçirilmiş və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 mobil nömrəsinə “Vatsap" proqramı vasitəsi ilə 29 yanvar 2023-cü il tarixdə “Salam qaqaş, nətərsən hardasan?" Qaqaş hardasan? Çöldəyəm çıxırsan?", 30 yanvar 2023-cü il tarixdə “Binədəyəm, Hardasan Alo?", 31 yanvar 2023-cü il tarixdə “Salam qaqaş, nətərsən, Ayıqsan? Qaqaş hardasan? İşim var vacib? Tez məni yığ? Qaqa hardasan, mən uje evdən çıxmışam, mən gəlirəm binə tərəfə" məzmunda mesajlar yazmışdır.(Cild İ, iş vərəqə 264-268) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Mobil telefona baxış keçirilməsi haqqında” 8 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və telefonda olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə “İranlı Hüseyn” adlı şəxsə məxsus +98-***-***-**-** nömrə ilə 21 yanvar 2023-cu ildən etibarən “Vatsap” proqramı vasitəsi İlə danışıqlara başlamış, həmin tarixdən 01 fevral 2023-cü il tarixdək 22 dəfə danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə “İranlı Hüseyn” adlı şəxsə məxsus +98-***-***-**-** nömrə İlə 21 yanvar 2023-cu ild’n etibarən “Vatsap” proqramı vasitəsi ilə danışıqlara başlamışdır. Belə ki, həmin tarixdən 01 fevral 2023-cü il tarixdək 22 dəfə danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 oğlu İstifadəsində olan ***-***-**-** nömrə ilə “İranlı Hüseyn” adlı şəxsə məxsus +98-***-***-**-** nömrə arasında aşağıdakı məzmunda danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs3 “İranlı Hüseyn" adlı şəxsə 31 yanvar 2023-cü il tarixdə "Gücüm çatanı qulluğundayam" məzmunlu mesaj göndərmiş, hadisə baş verdikdən sonra isə “İranlı Hüseyn" Təqsirləndirilən şəxs3 "Ay qaqa nə baş verir, siz niyə cavab vermirsiz? Birdənə danışaq da, nə lazım olsa danışıb həll edək, söhbət aparmaq olar?" məzmunlu mesaj göndərmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 oğlu istifadəsində olan 055¬273-56-67 nömrə ilə mobil telefonunda adını "Sebuhi Malış” kimi qeyd etmiş ***-***-**-** nömrəsinin istifadəçisi ilə arasında danışıq həyata keçirilmiş, həmin nömrə istifadəçisi Təqsirləndirilən şəxs3 31 yanvar 2023-cü il tarixdə "Qardaşım, Hardasan? Birdənə yarı təşkil etmək olar?" məzmunlu mesaj göndərmişdir. Bundan əlavə, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə ilə mobil telefonunda adını “Cavid” kimi qeyd etmiş ***-***-**-** nömrəsinin istifadəçisi ilə arasında danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs3 "Salam, nəfərsən hardasan? Kola varındı?" məzmunlu mesaj göndərmiş, Cavid adlı şəxsi isə ona "Salam, ölürəm" məzmunlu mesaj göndərmişdir. Bundan əlavə, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə ilə mobil telefonunda adını “İlkin.Lerik” kimi qeyd etmiş ***-***-**-** nömrəsinin istifadəçisi ilə arasında danışıq həyata keçirilmiş Təqsirləndirilən şəxs3 ona "İlkin yarım saata 20 manatı göndər karta, yoxsa gəlirəm qapıya, məni buna vadar eləmə, o boyda söyüş söyürdün, Neçə dəfə kola götürüb vermisən mənə 1 manat əskik götürməmisən, nə də nisyə götürməmisən, 50 manatdan aşağı olmuyub, yaxşılıq düşmür sənə, 20 manat sənə baha başa gələcək" məzmunlu mesaj göndərmişdir.(Cild İ, iş vərəqə 267-282) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 3-cü Polis şöbəsinin 11 aprel 2023-cü il tarixli, 3-13-45- 3/2-3747/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatları əldə edilmiş, lakin Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçildiyinə görə həmin əməliyyat məlumatlarının realizə edilməsi mümkün olmamışdır. İş üzrə toplanmış sübutlar və Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 3-cü Polis şöbəsinin məktubundan da görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olmuşdur.(Cild İİ, iş vərəqə 204) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında" 21 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 ümumilikdə, 2 dəfə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasına gedərək geri qayıtmışdır. Həmin gedişin hər ikisi 2023cü yanvar ayında həyata keçirilmişdir. İlk səfər zamanı o, 22 yanvar 2023-cü il tarixdə saat 12:02-də Biləsuvar gömrük postundan keçərək İran İslam Respublikasına daxil olmuş, həmin gün saat 19:18-də Culfa gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasına daxil olmuş, 23 yanvar 2023-cü il tarixdə 19:25-də Culfa gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasını tərk etmiş 24 yanavr 2023-cü il tarixdə saat 03:17-də Biləsuvar gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuşdur. 2-ci səfərində isə Yunis Qaşımov 29 yanvar 2023-cü il tarixdə saat 11:47də Biləsuvar gömrük postundan keçərək İran İslam Respublikasına daxil olmuş, həmin gün saat 18:46- da Culfa gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasına daxil olmuş, 30 yanvar 2023-cü il tarixdə 20:20-də Culfa gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasını tərk etmiş 31 yanvar 2023-cü il tarixdə saat 07:02-də Biləsuvar gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuşdur.(Cild İİ, iş vərəqə 54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" ASC-də olan Təqsirləndirilən şəxs1 məxsus 4169 7388 3106 9129 nömrəli bank hesabı üzrə çıxarışa baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 İlk dəfə İran İslam Respublikasına gedən dövrdə bank çıxarışında rekvizitləri göstərilməyən hesabdan onun hesabına 520 və 480 manat olmaqla, ümumilikdə, 1000 manat pul köçürməsi həyata keçirilmiş, daha sonra həmin hesabdan 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilk dəfə İran İslam Respublikasına gedərkən əlavə olaraq 100 manat, daha sonra həmin hesabdan 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından geri qayıdan zaman əlavə olaraq 130 manat pul köçürülmüşdür. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, həmin hesabdan 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasına 2-ci dəfə gedərkən 200 manat pul köçürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus “Kapitalbank" ASC-də olan 4169 7388 3106 9129 bank hesabı 15 noyabr 2022-ci ildən etibarən aktiv olsa da, 19 yanvar 2023-cü il tarixədək rekvizitləri göstərilməyən hesabdan Təqsirləndirilən şəxs1 hesabına hər hansı bir ödəniş edilməmişdir. (Cild İİ, iş vərəqə 165-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 1 fevral 2023-cü il tarixli, 6/598 nömrəli rəydən görünür ki, 5 (beş) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 500qr, 950qr, 550qr, 900qr, 950qr, ümumi cəmi çəkisi 3850qram (3kq 850qr) qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510qr, 460qr, 475qr, ümumi təmiz çəkisi 1445 qram (1 kq 445qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd şüşə kolbanın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ekspert rəyinə əsasən heroinin təmiz çəkisi 3850 qr, tədqiqatlara sərf edilmiş çəki 0,2 qram, qalıq çəki isə 3849,8 qram təşkil etmiş, Metamfetaminin təmiz çəkisi 1445 qram, tədqiqatlara sərf edilmiş çəki 0,15 qram, qalıq çəki isə 1444,85 qram təşkil etmişdir.(Cild İ, iş vərəqə 131- 132) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Narkoloji Tibbi yoxlamanın 18 fevral 2023-cü il tarixli 946 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(Cild İİ, iş vərəqə 129-130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Narkoloji Tibbi yoxlamanın 18 fevral 2023-cü il tarixli 945 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, iş vərəqə 126-127) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Narkoloji Tibbi yoxlamanın 18 fevral 2023-cü il tarixli 941 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(Cild İİ, iş vərəqə 123-124) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin Müəyyənləşdirilməsi şöbəsi tərəfindən daxil olmuş 15 fevral 2023-cü İl tarixli, 34/151/006793 nömrəli məktubla göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci-ci maddəsi ilə aparılan araşdırma material üzrə cinayət işinin başlanması 21 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə rədd edilmişdir. (Cild İ, İş vərəqə 39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin Müəyyənləşdirilməsi şöbəsi tərəfindən daxil olmuş 15 fevral 2023-cü il tarixli, 34/151/006793 nömrəli məktubla göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin 28 aprel 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 3 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.(Cild İİ, iş vərəqə 43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin Müəyyənləşdirilməsi şöbəsi tərəfindən daxil olmuş 15 fevral 2023-cü il tarixli, 34/151/006793 nömrəli məktubla göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qərarı ilə həmin cəza 5 ildən 3 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli 513 nömrəli "ƏFV" fərmanına əsasən Təqsirləndirilən şəxs3 cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə cəzasını 26 may 2014-ci ildə çəkib qurtardığından, həmin müddətdən 8 il 11 ay keçdiyindən məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan hesab edilmişdir.(Cild İ, iş vərəqə 41) Cinayət işinin materiallarından görünür ki, ilkin tədqiqatlardan sonra ümumi çəkisi 3849,8 qram təşkil edən heroin narkotik vasitəsi və ümumi çəkisi 1444,85 qram təşkil edən metamfetamin psixotrop maddəsi, narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş 1 ədəd şüşə və həmin maddələrin gizlədildiyi- ümumilikdə, 8 qutu (üzərində “Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusu, üzərinə “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusu, üzərində “Royal” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutuları), Təqsirləndirilən şəxs1 məxsus “Samsung” və “Huwei” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” və “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs3 məxsus “Samsung” və “Prince" markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-də olan (Leobank) 4098 5844 6843 1141 nömrəli və “Kapitalbank" ASC-də 4169 7388 3106 9129 nömrəli plastik kartlar, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-də (Leobank) 4098 5844 7866 9060 nömrəli plastik kartı iş üzrə maddi sübut hesab edilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şahmaz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan qismən imtina etmiş və əməlin Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Həmçinin dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şahmaz oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə verilmiş ittihamdan qismən imtina etmiş və əməlin Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Bundan əlavə məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından onlar köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə və əməlin Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.2, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun , “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək, həşiş qətranı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələri, narkotik vasitə və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı verdikləri ilkin ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması və həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində ağırlaşdıran hal kimi müəyyən olunmamışdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdıran hal kimi müəyyən olunmamışdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən ona CM-nin 60-cı maddəsinin tətbiqi qanuni və əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir.(Cild İ, iş vərəqə 183-184) Təqsirləndirilən şəxs2 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 2 fevral 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, iş vərəqə 208-215) Təqsirləndirilən şəxs3 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 fevral 2023-cü il tarixlinömrəli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, iş vərəqə 238-243) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan ilkin tədqiqatlardan sonra ümumi çəkisi 3849,8 qram təşkil edən heroin narkotik vasitəsi və ümumi çəkisi 1444,85 qram təşkil edən metamfetamin psixotrop maddəsi, narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş 1 ədəd şüşə kolba Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında və həmin maddələrin gizlədildiyi .ümumilikdə, 8 qutu (üzərində “Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusu, üzərinə “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusu, üzərində “Royal” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutuları) məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” və “Huwei” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” və “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs3 məxsus “Samsung” və “Prince" markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-də olan (Leobank) 4098 5844 6843 1141 nömrəli və “Kapitalbank" ASC-də 4169 7388 3106 9129 nömrəli plastik kartlar, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-də (Leobank) 4098 5844 7866 9060 nömrəli plastik kartı təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 38 (otuz səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.2-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 8 il 6 ay (səkkiz il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 il 06 ay (on il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 10 il 06 ay (on il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub ilkin tədqiqatlardan sonra ümumi çəkisi 3849,8 qram təşkil edən narkotik vasitə heroin və ümumi çəkisi 1444,85 qram təşkil edən psixotrop maddə metamfetamin, narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş 1 ədəd şüşə kolba ümumilikdə, 8 qutu (üzərində “Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusu, üzərinə “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusu, üzərində “Royal” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazıları olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutuları) məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” və “Huwei” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” və “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs3 məxsus “Samsung” və “Prince" markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-də olan (Leobank) 4098 5844 6843 1141 nömrəli və “Kapitalbank" ASC-də 4169 7388 3106 9129 nömrəli plastik kartlar, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-də (Leobank) 4098 5844 7866 9060 nömrəli plastik kartı təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 38 (otuz səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-172/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-172/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver