Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-173/2023 28.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,674 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, habelə 2022-ci ilin mart ayının ortalarında əldə etdiyi 279 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində yerdə, dibçəkdə və qablarda əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, bu faktlar 19 aprel 2022-ci il tarixdə saat 17:55- 18:25 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yarımtikiliyə baxış keçirilən zaman torpaq sahəsində yerdə, 01 ədəd dibçəkdə və 02 ədəd plastik qablarda olmaqla ümumilikdə 279 ədəd yaş vəziyyətdə ümumi çəkisi 92,070 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə Xaçmaz rayon polis şöbəsinə gətirilib Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 19:35-19:45 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd «West» markalı siqaret qutusunun içərisindən 04 ədəd bükümlərdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,680 qram, 0,335 qram, 0,359 qram və 0,300 qram olmaqla ümumilikdə 1,674 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, metamfetamin onun üzərində olmamış, həmin maddə küçədən tapıldıqdan sonra ona göstərilmişdir. Narkotik tərkibli bitkiləri isə o öz istifadəsi üçün evində əkmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, uzun müddətdir ki narkotik vasitələrin istifadəçisidir. O, qurudulmuş marixuanadan istifadə etmiş, həyətyanı sahədə neçə çətənə toxumu əkdiyini xatırlamamışdır. Evdə anası ilə birlikdə yaşamış, anası onun əkdiyi çətənə kollarını görməmiş, belə ki, anası bir ay müddətində evdə olmamışdır. O, isə hadisədən təxminən 15 gün əvvəl çətənə kollarını əkmişdir. Polis əməkdaşları siqaret qutusunu gətirərək ona aid olub-olmadığını soruşmuş, o həmin siqaret qutusunun özünə məxsus olduğunu söyləmişdir. Daha sonra isə həmin siqarət qutusunun ona aid olmadığını anlamış və bu barədə polis əməkdaşlarına bildirmiş, lakin onlar etiraz etmişlər. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı ona fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində evində narkotik tərkibli bitkilər əkib-becərməsi haqqında Xaçmaz rayon polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs evinə yaxınlaşmış, və ona narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğunu və evinə video-çəkiliş ilə baxış keçiriləcəyini bildirilmişdir. O, etiraz etmədən əkdiyi doqquz ədəd çətənə bitkisinin yerini göstərmiş, yarım tikilinin bir tərəfindən yerdən yaş vəziyyətdə 134 ədəd, yarımtikilinin digər tərəfindən isə 136 ədəd dibçəkdə əkilmiş bitki, ümumilikdə isə 279 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüş, çətənə bitkilərinin ölçüsü uzun olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Xaçmaz rayon polis bölməsinə gətirilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, üzərindən 11 büküm, yəni 6 ədəd bükümdə marixuana, 4 ədəd bükümdə metamfetamin və 1 ədəd bükümdə heroin olmaqla aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmışlar. O, könüllü surətdə əkdiyi çətənə bitkilərini təqdim etmiş, ümumillikdə, 279 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq götürülmüşdür. Polis bölməsinə gətirilən zaman təqsirəndirilən şəxsin əlləri bağlı olmamış və təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs yaşadığı yerdə narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs iştirakı ilə onun həyətyanı sahəsinə video-çəkiliş müşayiətində baxış keçirilmiş və nəticədə çətənə bitkiləri aşkar edilmişdir. Həmçinin polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən 11 bükümdə marixuana, metamfetamin, heroin aşkar edilmiş və onun polis bölməsinə gətirilən zaman təqsirləndirilən şəxsin üzərindəki narkotik vasitələri harasa atmaq imkanı olub-olmadığını bilməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 19 aprel 2022-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvandakı evinin həyətində qanunsuz olaraq küllü miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu bilmişdir. Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 raportu əsasında onun özünün, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Xaçmaz rayonu İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqranomu Şahid5 də dəvət olunmuşdur. Qeyd olunan tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvandakı evinə gəlib ona barəsində məlumat daxil olduğunu bildirib həyətinə video görüntü ilə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onun razılığı ilə həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə narkotik tərkibli bitkiləri əkmişdir. Sonra da həyətdəki otluq ərazidə əkilən 9 ədəd bitkiləri, bundan sonra həyətindəki yarımtikilidə iki yerdə əkdiyi bitkiləri göstərmişdir. Həmin yarım tikilidən ümumilikdə 134 ədəd yaş vəziyyətdə bitkiləri, yarımtikilinin digər tərəfindən isə ümumilikdə 136 ədəd dibçəklərdə əkilmiş bitkilər aşkar edilmişdir. Aqranom Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra həmin bitklər köklərindən çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs dediyinə görə narkotik tərkibli bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi, həyətdə olan qablar da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Xaçmaz RPŞ-nə gətirilmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının qorunması üçün Xaçmaz Vəkil Bürosunun vəkili Nadir Lalayev təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibində olan «WestAşiqaret qutusunun içərisindən 9 ədəd, üst selofamn altında isə 2 ədəd olmaqla ümumilikdə 11 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən 6 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar, 4 ədəd bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar və 1 ədəd bükümdə isə narkotik vasitə olan heroinə oxşar maddələr olması müəyyən edilərək götürülmüşdür. Lakin onun üstündən qanunla gəzdirilməsi və ya saxlanması qadağan olunan başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülən bükümlərdəki bitki kütlələri və maddələr narkotik vasitədirlər və həmin narkotik vasitələri öz istifadəsi üçün üstündə saxlamışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X2 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Nemət Xasayev tərəfindən protokol tərtib etmiş, protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid5 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nemət Xasayev tərəfindən mütəxəssis təyin olunmasına dair qərara əsasən Xaçmaz RPŞ-nə dəvət olunmuş və müstəntiq Nemət Xasayev ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsində şübhəli olan Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən evin həyətinə baxış keçirəcəklərini demişdir. Şəxsən o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Bundan sonra o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə saat 18 radələrində ünvan 8 ünvanında yerləşən evə gəlmişlər. Orada Təqsirləndirilən şəxs razılığı əsasında həyətə daxil olaraq video çəkiliş vasitəsi ilə həyətə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən özü həyətdəki otluq ərazidə əkilən 9 ədəd bitkiləri, bundan sonra həyətdəki yarımtikilidə iki yerdə narkotik bitkiləri əkdiyi yerləri göstərmişdir. Həmin yarımtikilidən ümumilikdə 134 ədəd yaş vəziyyətdə bitkilər, yarımtikilinin digər tərəfindən isə ümumilikdə 136 ədəd dibçəklərdə əkilmiş bitkilər aşkar edilmişdir. O, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra ümumilikdə 279 ədəd bitklər köklərindən çıxarılaraq müvafiq qaydada qablaşdırılmaqla üzərləri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilməsi prosesinin video görüntüləri polis kapitanı Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 aprel 2022-ci il tarixli “əməliyyat tədbirinin həyata keçirilməsinə barədə” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni CD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən yaşadığı evdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyət qapısından həyətə daxil olunan zaman sol hissədə yerləşən torpaq sahəsindəki bitkilərin arasından əkərək qulluq göstərdiyi çətənə bitkilərinin yerini göstərməklə təqdim edir. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən «West» markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisindən 04 ədəd bükülüdə psixotrop maddə metamfetamin aşkar edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 6/2257-7/387 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 58» yazı və imzalar olan üzərində «1-9 ədəd- Təqsirləndirilən şəxs» yazı və imza olan zərfdə 9 ədəd yaş vəziyyətdə ümumi çəkisi 9,730 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Üzərində «.......solda olan yarıtikilidə» yazı və imzalar olan zərfdə 134 ədəd yaş vəziyyətdə ümumi çəkisi 40,040 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Digər zərfdə 136 ədəd yaş vəziyyətdə ümumi çəkisi 42,300 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş aqronomun rəyinə əsasən 279 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim edilmiş çətənə bitkiləri tərkiblərinə görə eynidir. Çətənə (kannabis) bitkiləri ilkin inkişaf fazasında olduğundan təqdim edilmiş marixuanalar ilə eynilik tədqiqatı aparmaq mümkün deyildir. Həmin zərfdə olan 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,680 qr, 0,335 qr, 0,359 qr və 0,300 qram olmaqla, ümumi çəkisi 1,674 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Məhkəmənarkoloji ekspertizasının 26 may 2022-ci il tarixli, 2793 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 19 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 279 ədəd yaş vəziyyətdə ümumi çəkisi 92,070 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 1,674 qram çəkidə psixotrop maddə metamfetamin, habelə 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış və üzərinə şəxsi axtarış keçirilmiəsinə dair 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut hesab edilmiş, qalan 279 ədəd 89,28 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, möhürlənmiş vəziyyətdə Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsndən aşkar edilərək götürülmüş 01 ədəd dibçək, 02 ədəd plastik qab, habelə içərisində gübrə olan 01 ədəd plastik bidon və içərisində bitki dərmanı olan 01 ədəd butulka iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanan 279 ədəd 89,28 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 1,474 qram çəkidə psixotrop maddə metamfetamin, habelə 01 ədəd dibçək, 02 ədəd plastik qab, içərisində gübrə olan 01 ədəd plastik bidon və içərisində bitki dərmanı olan 01 ədəd butulka məhv edilməlidir. 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanan 279 ədəd 89,28 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 1,474 qram çəkidə psixotrop maddə metamfetamin, habelə 01 ədəd dibçək, 02 ədəd plastik qab, içərisində gübrə olan 01 ədəd plastik bidon və içərisində bitki dərmanı olan 01 ədəd butulka məhv edilsin. 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-173/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-173/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver