Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-174/2022 28.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 6,617 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 0,399 qram çəkidə psixatrop maddə olan metmfetmini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 04 sentyabr 2021-ci il tarixdə saat 16:40-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 14-ün yanında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli idman şalvarının sağ cibindən 03 (üç) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,101 qram, 0,096 qram, 0,202 qram ümumilikdə 0,399 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda 4,350 qram, 1,643 qram, 0,384 qram, 0,240 qram ümumilikdə 6,617 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şalvarın sol cibindən üzərində heroin izləri olan 01 ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin sentyabr ayının 4-də saat 11-12 radələrində evdə olarkən saxlanılmışdır. O, ünvan 2 ünvanında yaşayır. Ceyhun onlarda olmuşdur. İlk öncə dostu Ceyhunu tutmuşlar. Ceyhun hər gün onlara gəlmiş, birlikdə narkotik vasitə olan metamfetamin qəbul etmişlər və Ceyhun ondan narkotik vasitə almışdır. Yay ayları olduğundan ailəsi evdə olmamış bu səbəbdən də Ceyhun hər gün onlara gəlmişdir. Həmin gün gecə qalıb səhər çıxıb getmiş, sonra ona zəng edib onlara gələcəyini bildirmişdir. 10- 15 dəqiqə sonra qapı döyülmüş, qapını açarkən 7-8 nəfər polis evə girib onu tutmuşlar. Tutularkən evdə tək olmuşdur. Evin içindən onun gözünün qabağında stolun üstünə 1 büküm narkotik və elektron tərəzi qoymuşlar. O, həmin elektron tərəzinin Ceyhunun olduğunu bildirmiş, narkotik vasitə və tərəzinin ora Ceyhun tərəfindən qoyulduğunu yəqin etmişdir. Ceyhunun soyadı Qənbərovdur. Narkotiki həmişə ondan almışdır. Polislər onu üzü üstə yıxmışlar, ona görə də onların haranı axtardıqlarını görməmişdir. Evdən ona aid olan 02 ədəd telefon, bıçaq, 1 büküm narkotik vasitə, 0,3 qram metamfetamin aşkar edilmişdir. Sonra onu polis bölməsinə aparmış, orada təzyiq etmişlər. Yeznəsi hərbçi olduğuna görə onu işdən çıxaracaqlarını bildirməklə fiziki və psixoloji təzyiq etmişlər. Polis idarəsinə getdikdən sonra polislər onun cibinə narkotik vasitə qoyub çəkilişdə götürmüşlər. Narkotik istifadə etmədiyinə görə ağrıları olmuş, polis idarəsinin ayaqyolunda ona metamfetamin və heroin vermişlər. Sonra onu müdafiəçinin olduğu otağa aparmışlar. Əynində göy şalvar və hazırda geyindiyi köynək olmuşdur. Üzərinə baxış keçiriləndə elektron tərəzi, heroin və metamfetamin aşkar edilmişdir. Üzərində telefon olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə hədiyyə kimi narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin və psixatrop maddələrin aludəçisidir. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tanışları Şahid5 və Şahid4lə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 04 ədəd şəffaf sellofana bükülmüş maddələri, digər 03 ədəd bükümdəki maddələri və həmin şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini təqdim etmiş, həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış 03 bükümdə spesifik iyə malik, ağ rəngli kristall şəkilli psixotrop maddə olan “metamfetaminə”ə bənzər maddənin olduğu, 04 bükümdə isə «heroin» ə bənzər maddələrin olduğu müəyyən olundu. Sorğu zamanı o, aşkar olunan 03 büküm maddələrin "metamfetamin” olduğunu, 04 bükümün isə heroin olduğunu, aşkar olunmuş həmin bükümlərdəki maddələrin Sumqayıt şəhərində, Ceyranbatan ərazisi tərəfində yaşayan Ceyhun adlı şəxsin xx.xx.2021-ci il tarixdə ona verdiyini, həmçinin elektron tərəzinin də Ceyhuna məxsus olduğunu bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş «metamfetamin» maddələri tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kağız bükümlə birlikdə çəkisilərinin 0,58 qram, heroinin isə 7,57 qram olduğu müəyyən edildi, aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Sonra bu barədə protokol tərtib edildi. Onlar tərtib edilmiş protokola imza etdilər. İfadədə verilən sualllara cavab olaraq, narkotik vasitə olan heroini, psixatrop maddə olan metamfetamini və tərəzini Ceyhun adlı şəxsdən xx.xx.2021-ci il tarixdə əldə etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün və satış məqsədi ilə əldə etdiyini, əvvəllər narkotik vasitə və psixatrop maddə satdığını və hədiyyə verdiyini, saxlanılan zaman ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 75-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də mütəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla birlikdə Şahid2, Şahid3 və kiminalist olmuşdur. Onlar 04 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 14-ün, yəni yaşadığı evin yanında olarkən saxlayıb Sumqayıt ŞPİ-ə gətirdik. Saxlanılarkən yanında başqa iki nəfər şəxs olmuşdur. Həmin şəxsləri A. Babayevlə birlikdə saxlamışlar. Sumqayıt ŞPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videogörüntü ilə müdafiəçinin iştirakı təmin edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd elektron tərəzi, 03 ədəd ağ rəngli kağız büküm və 04 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs ağ rənglil kağız bükümlərdə psixatrop maddə olan metamfetamin və şəffaf rəngli sellofan bükümlərin içərisində isə narkotik vasitə olan heroin olduğunu, elektron tərəzini, narkotik vasitə və psixotrop maddəni tanışı Ceyhun adlı şəxsin ona saxlama üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, satması barədə daxil olan məlumat əsasında onu 2021-ci il sentyabr ayının 4-də saat 16 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 14-ün yanında olarkən saxlamışlar. Əməliyyat tədbirinə Şahid1 rəhbərlik etmişdir. Əməliyyat tədbiri zamanı əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılarkən yanında iki nəfər başqa şəxs olmuşdur. A. Babayevin əynində hazırda məhkəmədə geyindiyi kofta olmuşdur. Saxlanıldığı yerdə şəxsi axtarış aparılmamışdır. Saxladıqdan sonra onu Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə videogörüntü vasitəsilə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərindən elektron tərəzi, ümumilikdə 7 ədəd büküm olmaqla 03 ədəd büküm metamfetamin, 04 ədəd büküm heroin, telefon, elektron tərəzi aşkar edilmişdir. Bükümlərin içərisində metamfetamin və heroin olmuşdur. Narkotik vasitə və psixotrop maddəni tanışı Ceyhun adlı şəxsin ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin sərxoşluğu yox idi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsindən görünür ki, o digər şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. (Cild 1, iş vərəqləri 167-169) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı binanın 4-cü mərtəbəsində yaşayır, çölə çıxıb baxmaq istəyəndə onun üstünə “çölə çıxma, gir içəri” deyə qışqırmışlar. Hadisə saat 12 radələrində olmuşdur. 5 nəfər polis əməkdaşı var idi. Təqsirləndirilən şəxs evdə saxlamışlar. Hadisə yerində Təqsirləndirilən şəxs üzbəüz qonşusu olmuşdur. Arizin evində arvadı və iki uşağı yaşayır. Arizin narkotik vasitə istifadə etməsindən xəbəri yoxdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə qapıbir qonşudurlar. Arizi saat 12 radələrində evində tutmuşlar. Ariz evin içərisində idi, evin qapısı açıq idi. 5-6 nəfər polis əməkdaşı var idi. Polislər binanın blokunda Arizlə danışmışlar. Onlar Arizi döyməmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qardaşıdır. 2021-ci ilin sentyabr ayının 4-də saat 11-12 radələrində qonşular ona zəng edib Arizin polislər tərəfindən saxlanıldığını demişlər. Hətta qonşuları ilə Whatsapp yazışmaları da vardır. Onlar maşına minib Bakıdan Sumqayıta gəlmiş, yolda maşın bir neçə dəfə radara düşmüşdür. Onlar birinci dəfə polis bölməsinə getmiş, onlara demişlər ki bir nəfər oğlan həmişə Arizin evinə gedib gəlirmiş, Arizi onunla bir yerdə tutmuşlar. Arizin evinin açarı cinayət axtarış bölməsinin əməkdaşı Bəxtiyar məllimdə idi. Bəxtiyar müəllim evin qapısını bağlayıb öz sürücüsə vermişdi. Evin açarını Bəxtiyar müəllimdən götürmüşlər, evə girib baxanda əşyaların dağıdıldığını görmüşdür. Arizin tutularkən özündə olmadığını, polislərdən narkotik vasitə istədiyini, narkotiki istifadə etdikdən sonra onların istədiklərini edəcəyini demişlər. Qonşular da hadisəni görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Ariz 4 sentyabr tarixində saxlanılarkən onun yanında olmamışdır. Ceyhun Qənbərovu tanıyır. 4 sentyabr tarixində 12-13 radələrində onları saxlamışlar. Ariz onların yanında olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında məlumatı yoxdur. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan ifadəsində o, 04 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tanışları Şahid4 və Təqsirləndirilən şəxslə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb onların narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi səbəbiylə saxladıqlarını bildirib polis idarəsinə dəvət etmişlər, polis idarəsində olan zaman üzərinə baxış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, bu barədə ərizə təqdim etmişdir. Üzərindən qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Özü “şüşə” adlandırılan psixotrop maddə istifadəçisidir və bu maddəni həmişə Ceyhun adlı şəxsdən almışdır. (Cild1, iş vərəqləri 98-99) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdiim etsin, o isə əynindəki boz rəngli idman şalvarının sağ cibindən 03 (üç) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,101 qram, 0,096 qram, 0,202 qram ümumilikdə 0,399 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda 4,350 qram, 1,643 qram, 0,384 qram, 0,240 qram ümumilikdə 6,617 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şalvarın sol cibindən üzərində heroin izləri olan 01 ədəd “AOSAİ” markalı elektron tərəzini çıxardaraq təqdim etmişdir. ( Cild 1, İş vərəqləri 27-28) “Şəxsi axtarış keçirilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 12 sentyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 95-97) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə “baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə müxtəlif mobil nömrələrin sahibləri arasında ismariclar aşkar olunmuşdur: 1. 09 aprel 2021-ci il tarixdə, saat 00:54-də +**********50 saylı mobil telefon nömrəsinə “Ramiz.alinmirsa denen.qaqas meni gozduyur 5 man almısam ki suse verecem”, 2. 12 aprel 2021-ci il tarixdə saat 10:58-də +**********60 saylı mobil telefon nömrəsinə “Qaqas sabahin xeyir Arizdi.20man var kola goturmek olar?bir soz de” və digər bu məzmunlu “SMS” mətnləri müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 113-166) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi olan 03 ədəd ekspert tərəfindən 1-3 sayla işarələnmiş zərfdə: 1№-li zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,101 qram: 0,096qram: 0,202qram: ümumi təmiz çəkiləri 0,399qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir, 2№-li zəfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,350qram: 1,643qram: 0,384qram: 0,240qram: ümumi təmiz çəkiləri 6,617qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir: 3№-li zərfdəki 01 ədəd “AOSAİ” markalı elektron tərəzininn səthində heroinin izləri olması müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 47-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kanabioidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asliliq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (Cild 1, iş vərəqləri 181-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 03 ədəd büküm olmaqla ümumi təmiz çəkisi 0,399 qram psixotrop maddə metamfetamin; ümumilikdə 04 ədəd büküm olmaqla 6,617 qram narkotik vasitə heroin, həmçinin üzərində heroin izləri olan “AOSAİ” markalı tərəzi maddi sübut kimi tanınmışdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 188-196) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin bacısı X3, eləcə də qonşuları X2, X5, dostu Şahid5 məhkəmədə verdikləri ifadələrini və təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı gətirdikləri dəlilləri təqsirləndirilən şəxsin müdafiəsi və onun müsbət xarakterizə edilməsi məqsədi ilə verilmiş ifadələr kimi, həmçinin onun cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş cəhd kimi qiymətləndirməklə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 6,617 qram narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 44 dəfə külli miqdardan isə təxminən 3 dəfə artıq olması, həmçinin 0,399 qram psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır.(Cild 1, iş vərəqləri 56-59) Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 83-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən iş üzrə sübut kimi tanınmış 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,537 qram heroin, 0,309 qram metamfetamin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 109,90 (yüz doqquz manat doxsan qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 6,537 qram çəkidə narkotik vasitə heroin, 0,309 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-174/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-174/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver