Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-174/2024 24.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı , müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2005-ci ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-ci maddəsi, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Sülh küçəsi, ev 18-də qeydiyyatda olan və Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68A-da yaşamış, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1 və 234.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında Təqsirləndirilən şəxs2 90 (doxsan) manata aldığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 21 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümdə xalis çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram narkotik vasitə heroini əldə edərək 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 90 (doxsan) manata satmış, Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,900 qram narkotik vasitə heroini və 0,450 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 22 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, Xaçmaz şəhəri ərazisində saxlanılaraq Quba RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə xalis çəkisi 0,900 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə xalis çəkisi 0,450 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bircə dəfə narkotik vasitədən istifadə etmişdir, onun üzərindən narkotik vasitə çıxmamışdır, ona demişlər ki “boynuna götür, götürməsən satışla rəsmiləşdirəcəyik, götürsən 1-2 saata buraxacayıq.” Hacı adlı şəxs gəlmiş, polis əməkdaşları ilə kafedə oturmuş,söhbət etmişlər. Hacını Nügədi kənd sakini kimi tanıyır, o, heç kimdən narkotik vasitə almamışdır, bir dəfə Bakıda istifadə etmişdir. Ona zor tətbiq etmişlər, məcbur etmişlər ki, etiraf etsin. Dəqiq yadında olmasa da 10-15 dəqiqə bədəninin hər yerindən vurmuşlar. Xəsarət almış, ancaq şikayət etməmişdir, qorxmuşdur ki, onu yenidən tutarlar. O bildirmişdir ki, istintaqda verdiyi ifadələr tam yadımda deyil, onu kəndlərində saxlamış, Amsar kəndinə döyə döyə gətirmişlər. onun Fuadla heç bir zəngi olmamışdır, ona nə deyiblərsə, de, onu demişdir. Təsir altında ifadə vermiş, başqasının fikirlərini demişdir. Məhkəmədə ona görə elə ifadə vermişdir ki, qorxusundan demişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi İlə ona elan olunmuş yenidən ittihamla özünü təqsirli bilərək həmin tarixdə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində valideynləri, qardaşı, bacısı və nənəsi ilə birlikdə yaşayır. Tutulmamışdan bir ay əvvəl "kakos və ya kola” kimi tanınan narkotik vasitə heroindən falqaya doldurub çəkmək üsulu ilə istifadə etməyə başlamışdır. 2-3 dəfə istifadə etmişdir. İlk dəfə Bakı şəhərində olarkən istifadə etmişdir. Sonra yaşadığı kəndə gələrək həmkəndlisi əvvəllər narkotik istifadəçisi olmuş Hacı adlı şəxslə təsadüfən rastlaşarkən söhbət əsnasında soruşmuşdur ki, "kakos haradan tapa bilərəm?". Hacı cavab vermişdir ki, "narkotik istifadə etməyi tərgitmişəm, buralardan çətin taparsan, ancaq Xaçmazdan tapa bilərsən, eşitdiyimə görə Xaçmazda Ruslan adlı şəxsdə olur". Hacıdan xahiş etmişdir ki, Ruslanın mobil nömərisini versin və özü əlaqə saxlayıb Ruslanla görüşsün. Həmin vaxt Ruslanla əlaqə saxlamaq mümkün olmadığı üçün Hacıdan xahiş edərək soruşmuşdur ki, "narkotik ala biləcək Ruslandan başqa tanıdığın adam varmı?". Hacı cavab vermişdir ki, "eşitdiyimə görə Xaçmazda Fuad adlı şəxs də narkotik satır, Fuad narkotik istifadəçisidir, Fuad özü də narkotiki Ruslandan alır". Hacı Fuadın mobil nömrəsini ona vermişdir ki, özü danışıb əlaqə saxlayaraq Fuadla görüşsün. Onun telefonunda balans olmadığından xahiş edərək Hacının telefonunu götürüb Fuadla danışaraq tanışlıq yaratmış və görüş təyin etmişdir. Bir neçə gün sonra o, Xaçmaz şəhərinə getmiş və H.Əliyev parkında Fuadla görüşərək kakos lazım olduğunu bildirmişdir. Fuad demişdir ki, Ruslandan alaraq təşkil edə bilər. Təxminən 3-4 gün sonra, yəni 20 sentyabr 2022-ci il tarixdə Fuada zəng edib kakos tapması barədə soruşmuşdur. Fuad Ruslandan kakos aldığını bildirmişdir. Həmin günü axşam saatlarında Xaçmaza yola düşmüş və Xaçmaz şəhərində yerləşən Nərimanov heykəlinin yanında Fuada görüşmüşdür. Fuad ona Ruslandan aldığı bir büküm kakosu 90 manata satmaq istədiyini bildirmişdir. O, bir ədəd 50 və iki ədəd 20 manat əskinaslardan ibarət olan cəmi 90 manat pulu Fuada verərək əvəzində bir büküm kakos almışdır. Yaşadığı evə getmək üçün Xaçmaz-Quba taksilərindən birinə əyləşib yola düşmüşdür. 21 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, yaşadığı kəndə piyada gedərək daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Özünü Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyov kimi təqdim edən polis əməkdaşı tərəfindən şübhəli şəxs qismində tutularaq ona dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümü və sol yan cibindən isə özünə məxsus bir ədəd Nokia markalı mobil telefonu çıxarıb avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, o, bu kütlənin kakos və kola, yəni narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün Xaçmazdan 90 manata aldığını bildirmişdir. Bükümü elektron tərəzidə çəkilərkən 1,1 qram təşkil etmişdir. Həmin büküm çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərfin üzərinə o, özü də daxil olmaqla iştirakçılar imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamış, heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. (Cild 1, iş vərəqləri 252-254) 07 fevral 2023-cü il tarixdə Quba Rayon Məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmiş göstərmişdir ki, Xaçmaz şəhərində parkda olan zaman Fuad ona yaxınlaşmış və söhbət zaman Ruslan barədə danışmış, Fuad ona "Ruslandan niyə alırsan, mən sənə elə-belə verə bilərəm" demiş və təmənnasız olaraq narkotik vasitə vermişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman qorxduğu üçün narkotik vasitəni Fuaddan pul müqabilində aldığını demişdir. (1-ci cild, i.v: 318-322) Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21-i axşam tutulmuşdur, ona zəng gəlmiş, başqa nömrədən elə səslə danışmışlar ki, bilməmişdir ki, kimdir, Təqsirləndirilən şəxs1ı tanımır. Nərimanov heykəlinin yanında tutulmuşdur. İttihamda yazılan qədər onda narkotik vasitə olmamışdır. İlqara heç nə satmamışdır. Şöbədə biraz onu incitmişlər, ona görə elə demişdir. İlqar şöbədə demişdir ki, ondan almışdır. Tutulmamışdan 7-8 ay əvvəldən narkotik vasitə istifadə etmiş, İlqarı tanımamışdır. Vüsal adlı şəxsi tanımış,Vüsal Xaçmazdandır. Ona Hacıdan zəng gəlmiş, Hacı demişdir ki, əmisi oğlunu göndərir. Polislərin gəldiyini görüb narkotiki yerə atmışdır. Heç kimə narkotik satmamış, metamfetamin vaxtilə istifadə etmiş, İlqarı tanımamış, ona heç nə satmamışdır.” Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Sülh küçəsi, ev 18-də valideynləri, arvadı və 10 yaşlı qızı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 5-6 aydır ki, “kakos və ya kola" kimi tanınan narkotik vasitə heroindən və “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamindən falqaya doldurub çəkmək üsulu ilə istifadə edir. Çox vaxt narkotik vasitəni və psixotrop maddəni Xaçmaz şəhər sakini Elxanın oğlu Ruslandan 1 qramını 40 manata olmaqla bir bükümünü, yəni yarım qramını 20 manata alır. 2022-ci ilin sentyabr ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev parkında gəzişərkən bir nəfər tanımadığı şəxs yaxınlaşaraq ondan soruşmuşdur ki, "Ruslanı necə tapa bilərəm?". O, Ruslanı tanıdığı üçün söhbət əsnasında onların tanışlığı yaranmış və bu şəxs Qubadan gəldiyini, adının İlqar olduğunu bildirmişdir. O, İlqardan Ruslanı niyə axtardığını və nə lazım olduğunu soruşmuşdur. İlqar ona öz istifadəsi üçün kakos lazım olduğunu demişdir. O, İlqara bildirmişdir ki, Ruslandan kakos alıb təşkil edə bilər. İlqar onun mobil telefon nömərəsini götürmüşdür ki, o, Ruslandan kakos alanda ona (İlqara) xəbər edib Xaçmaza çağırsın. Bir neçə gün sonra, yəni 19 sentyabr 2022-ci il tarixdə Ruslanla həmin parkda görüşərək ondan 20 manata bir büküm kakos almışdır ki, İlqara satar. Növbəti gün İlqar ona zəng edərək kakos tapmağı barədə soruşmuşdur. O, Ruslandan kakos aldığını bildirmişdir. Həmin günü, yəni 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Nərimanov" heykəlinin yanında İlqarla görüşmüş və Ruslandan 20 manata aldığı bir büküm kakosu İlqara 90 manata satmışdır. Növbəti gün, yəni 21 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında yenidən Ruslanla həmin yerdə görüşərək öz istifadəsi üçün 20 manata bir büküm kakos, 20 manata bir büküm isə patı almışdır. 22 sentyabr 2022-cil tarixdə, saat 00:00 radələrində Xaçmaz şəhərində ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını, barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, istifadə etmə və satma barədə məlumat olduğunu, Quba rayon sakini İlqar adlı şəxsə narkotik vasitə satdığını bildirmişlər. O, bir gün əvvəl İlqara narkotik vasitə satdığını səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları onu dəvət edərək Quba RPŞ-yə aparmışlar. Yolda gedərkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotik vasitə və psixotrop maddə bükümlərini özündən kənarlaşdıra bilməmişdir. Polis şöbəsində baş X3 tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olumuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməyərək İlqara narkotik vasitə satmağı ilə bağlı olanları səmimi şəkildə demişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif edilmişdir. O, üzərində olan narkotik vasitə və psixotrop maddə bükümlərini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ kristal şəkilli maddə aşkar olunmuşdur ki, o, qəhvəyi rəngli maddənin “kakos və ya kola" kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “şüşə və ya patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükümləri elektron tərəzidə çəkərkən kakos bükümü 1,2 qram, patı bükümü 0,3 qram təşkil etmişdir. Həmin bükümlər ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzərinə əvvəlcə o, olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilərək qablaşdırmanın tamlığı təsdiq edilmişdir. Üzərində saxladığı özünə məxsus mobil telefon və digər şəxsi əşyalarını da təqdim etdikdən sonra şəxsi axtarışın keçirilməsi davam etdirildiş, lakin onun üzərindən qanunla qadağan heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. O, İlqardan başqa heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq Quba RPŞ- yə gətirilən zaman və gətirildikdən sonra polis şöbəsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. (Cild 1, iş vərəqləri 134-135) 07 fevral 2023-cü il tarixdə Quba Rayon Məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə özünü qismən təqsirli bilmiş və narkotik vasitələrin satışı ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, İlqara narkotik vasitə satmamış, görüşüb elə-belə vermişdir. Xaçmaz şəhərində, Nərimanov heykəlinin yanında polis əməkdaşlarının ona yaxınlaşdığını görərək əlində saxladığı narkotik vasitəni yerə atmış, polis əməkdaşları bunu görüb götürmüşlər. Tutulana kimi narkotik vasitə kakaosdan istifadə etmi, kakosu online olaraq iranlı şəxsdən 20-50 manata almışdır. Parkda olan zaman İlqar ona yaxınlaşıb narkotik vasitə istəmiş, o da təmənnasız vermişdir. Ona məxsus telefonda narkotik vasitələrin kiməsə satılması ilə bağlı sms-lər olmuş, lakin o, İlqara satmamış, başqasına satmışdır. 1-ci cild, i.v: 318-322 Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin Qonaqkənd Polis bölməsinin baş əməliyyat müvəkkili işləməklə polis mayoru rütbəsindədir. Quba rayonu 1-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, işlədiyi Qonaqkənd Polis bölməsinin polis nəfəri Şahid2 və Quba RPŞ-nin Əməliyyat-rabitə qrupunun kiçik inspektoru X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs1 yaşadığı Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində olmasını müəyyən etmiş və 21 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində piyada gedərək yaşadığı kəndə daxil olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs1 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. X3 tərəfindən müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs1 saxlandığı həmin yerdə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs1 şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Video çəkiliş əməliyyat-rabitə qrupunun kiçik inspektoru Eyvaz Sultanov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümü və sol yan cibindən isə bir ədəd Nokia markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına, yəni onlara məxsus avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs1 bu kütlənin kütlənin “kakos və ya kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün Xaçmazdan 90 manata alaraq üzərində saxladığını bildirmişdir. Bükümü elektron tərəzidə çəkilərkən 1,1 qram təşkil etmişdir. Həmin büküm çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə satan “Fuad” adlı şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. O, işlədiyi bölmənin polis nəfəri Şahid3 ilə birlikdə 22 sentyabr 2022-cil tarixdə, saat 00:00 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Xaçmaz şəhərində yaxınlaşıb özlərini təqdim edərək barəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat olduğunu, Quba rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını və bu səbəbdən Quba RPŞ-yə aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs2 bir gün əvvəl Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını səmimi olaraq etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs2 Quba RPŞ-yə gətirərkən hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, üzərindən kənarlaşdıra bilməsin. Polis şöbəsində X3 tərəfindən müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən şəxsi axtarışın keçirilməsinə etiraz etməyərək Təqsirləndirilən şəxs1 narkotik vasitə satması ilə bağlı olanları səmimi şəkildə bildirmişdir. Video çəkiliş Quba RPŞ-nin baş inspektor kriminalisti X5 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 könüllü olaraq əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli maddənin “kakos və ya kola” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “şüşə və ya patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükümləri elektron tərəzidə çəkərkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş büküm 1,2 qram, içərisindən ağ rəngli kütlə aşkar olunmuş büküm 0,3 qram təşkil etmişdir. Həmin bükümlər çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş bükümün qoyulduğu zərfin üzərinə imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, 22 sentyabr 2022-cil tarixdə, saat 00:00 radələrində Xaçmaz şəhərində onlar Təqsirləndirilən şəxs2 yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 onları görən kimi üzərində olan heroin və metamfetamin bükümlərini yerə atmamış, onlar da Təqsirləndirilən şəxs2 yerə atdığı heroin və metamfetamin bükümlərini götrüb Təqsirləndirilən şəxs2 verməmişlər ki, Təqsirləndirilən şəxs2 Quba RPŞ-yə aparandan sonra orada özü təqim edər. Belə bir hal ümumiyyətlə, baş verməmiş, Təqsirləndirilən şəxs2 yalan danışır. (Cild 1, iş vərəqləri 21-22, 180-181) Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək, həmin faktla bağlı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqləri 192-193) Quba RPŞ-nin əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki,o da eyni məzmunlu ifadə verərək, həmin faktla bağlı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 190- 191) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 19 fevral 2022-ci tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əyinində olan tünd göy rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf sellofanın içərisinə yığılmış bükümdə narkotik vasitə olan metamfetaminə oxşar kütləni və 01 ədəd göy sellofan bükümdə olan heroinə oxşar kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamindir və həmin kütlələri xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon sakini Ruslan adlı şəxsdən özü istifadə etmək üçün hər bükümünü 20 manata alıb əynində olan şalvarın cibində saxladığını, bu gün də Xaçmaz şəhərinə evlərinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofanın içərisində narkotik vasitə olan metamfetaminə oxşar kütlə “CONSTANT 14192-33” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisi 0,3 qram, heroinoxşar kütlənin çəkisi isə 1,2 qram olduğu müəyyən olundu.Həmçinin Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən Nokia markalı mobil telefon və 1 ədəd işlək vəziyyətdə alışqan, 1 ədəd də işlək vəziyyətdə olmayan alışqan aşkar olundu. ( Cild 1, iş vərəqləri 98-99) Şəxsi axtarış aparılması haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan məhkəmə- kimyəvi ekspertizasının 21 sentyabr 2022ci il tarixli, 6/5377 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 67” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində yığılmış heroinə oxşar kütlə...Təqsirləndirilən şəxs1- imza, iştirak etdi - iki imza, Tərtib etd: Təhqiqatçı - Famil Mirzəbəyov - imza...” yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,285 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,285 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,235 qram. (cild 1, iş vərəqələri 37-41) Cinayət işinin materiallarında olan 22 sentyabr 2022-ci il tarixli məhkəmə- kimyəvi ekspertizasının 6/5404 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “....Təqsirləndirilən şəxs2....heroinə oxşar kütlə..." yazı və imzalar olan zərfdə bir ədəd göy rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,900 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “....Təqsirləndirilən şəxs2....metamfetaminə oxşar kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,900 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,850 qram. Metamfetaminin təmiz çəkisi - 0,450 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,40 qram. . (cild 1, iş vərəqələri 107-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2022-ci il tarixli, 6330 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqələri 215-216) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2022-ci il tarixli, 6332 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqələri 217-218) Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişlərin köçürüldüyü 2 (iki) ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. ( cild 1, iş vərəqə 30- 47) İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,80 qram və 0,185 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,4 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 227-228) "Azercell Telekom” MMC-dən 22346/22 nömrəli, 28 oktyabr 2022-ci il tarixli müşayiət məktubu ilə daxil olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla aparılan danışıqlara dair məlumatların köçürüldüyü bir ədəd «DVD» diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə, saat 11:34:04-də onun istifadəsində olmuş həmin nömrəyə Azercell-in 9622 qısa nömrəsindən SMS gələrkən antenin yerləşdiyi inzibati ərazi vahidi Xaçmaz rayonu, Yergüc kəndi olmuşdur. Bununla da onun həmin günü həqiqətən Xaçmaz rayonuna getməsi bir daha təsdiqini tapmışdır. (cild 1, iş vərəqələri 208-210) "xxxx" MMC-dən 02 noyabr 2022-ci il tarixli, 12698/22 nömrəli müşayiət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055-306¬12-29 nömrəli mobil telefonla aparılan danışıqlara dair məlumatların köçürüldüyü bir ədəd «DVD» diskə baxış keçirilərkən onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, müxtəlif vaxtlarda həm öz istifadəsi üçün, həm də satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməsinə dəlalət edən SMS yazışmaları aşkar edilmişdir. (cild 1, iş vərəqələri 208-210) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 168) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 169) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Liseyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birgə Xaçmaz şəhər, N.Nərimanov 68A ünvanında yerləşən X9 yaşayır. Yaşadığı müddətdə onun barəsində şikayətlər daxil olmamışdır. (cild 1, iş vərəqə 182-183) Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmaması, həmçinin Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə aşkar olunmaması, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması barədə məhkəmədə verdikləri ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər tutularkən polis əməkdaşları tərəfindən zor tətbiq olunduğuna görə etiraf edici ifadələr verdiklərini bildirsələr də, onların tutulduqdan təxminən 5 ay sonra Quba rayon məhkəməsində verdikləri ifadələrində törətdikləri əməlləri qismən etiraf etmələrini də məhkəmə hökm çıxararkən nəzərə alır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.3-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, «narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.3-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən, yəni yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri 25 yanvar 2023-cü il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzasının 02 (iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmuşdur, hal-hazırda Təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza təqdiqatından sonra qalıq qalmış 0,80 qram və 0,185 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,4 qram psixotrop maddə metamfetamin məhv edilməli, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 268 ( iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 134 (yüz otuz dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi yaş həddi ilə əlaqədar olaraq mümkün olmadığından ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi üzrə isə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza təqdiqatından sonra qalıq qalmış 0,80 qram və 0,185 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,4 qram psixotrop maddə metamfetamin məhv edilsin, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 268 (iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 134 (yüz otuz dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-174/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-174/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver