Məhkəmə qərarları › İş №1(124)-174/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-174/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-174/2025 26.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X18 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddəni etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə şəxsi istifadəsində olan “Huawei Y7 Prime” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 46 (qırx altı) ədəd skotçlanmış qara rəngli polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1050,0 qram, 1045,0 qram, 1085,0 qram, 980,0 qram, 985,0 qram, 970,0 qram, 1025,0 qram, 1005,0 qram, 1035,0 qram, 950,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 970,0 qram, 1000,0 qram, 990,0 qram, 920,0 qram, 1225,0 qram, 985,0 qram, 935,0 qram, 980,0 qram, 980,0 qram, 1045,0 qram, 950,0 qram, 950,0 qram, 1000,0 qram, 950,0 qram, 935,0 qram, 965,0 qram, 1010,0 qram, 940,0 qram, 905,0 qram, 940,0 qram, 940,0 qram, 995,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 1015,0 qram, 940,0 qram, 945,0 qram, 955,0 qram, 980,0 qram, 1005,0 qram, 950,0 qram, ümumi təmiz çəkisi 45190 (45 kiloqram 190 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 29,676 qram ksutar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 28,057 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən yarımçıq tikilinin içərisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Huawei Y7 Prime” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, heroini və psixotrop maddə metamfetamini həmin yerdən qanunsuz olaraq, satış məqsədi ilə əldə edib üzərində daşıyaraq Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “TESS 1” zavodunun yaxınlığındakı dənizkənarı istiqamətində olan boş torpaq sahədə gizlətməklə saxlamış, 26 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə aralarında olan razılaşmaya əsasən əldə etdiyi narkotik vasitədən 01 ədəd bükümdə, 1030,0 qram çəkidə qurudulmuş marixuananı götürərək sonuncunun deyəcəyi yerə qoymaq məqsədilə əlində, həmçinin “Baba” adlı şəxslə aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə əldə etdiyi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 29,676 qram heroini və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 28,057 qram metamfetamini əynində olan şalvarının sağ yan aşağı cibində daşıyaraq saxlamış, 26 avqust 2024-cü il tarixdə, saat 17:40 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Bərpa” xəstəxanasının yaxınlığında saxlanılmaqla Sumqayıt Şəhər Polis İdarəsin aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1030,0 qram qurudulmuş marixuana, şalvarının sağ yan aşağı cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 29,676 qram heroin və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 28,057 qram metamfetamin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 19:26 radələrində Təqsirləndirilən şəxs göstərdiyi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “TESS 1” zavodunun yaxınlığındakı dənizkənarı istiqamətində olan boş torpaq sahəyə baxış keçirilən zaman həmin ərazidə yerləşən çuxurdan 03 ədəd torbada, külli miqdarda, ümumilikdə 45 ədəd skotçlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram, 1045,0 qram, 1085,0 qram, 980,0 qram, 985,0 qram, 970,0 qram, 1025,0 qram, 1005,0 qram, 1035,0 qram, 950,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 970,0 qram, 1000,0 qram, 990,0 qram, 920,0 qram, 1225,0 qram, 985,0 qram, 935,0 qram, 980,0 qram, 980,0 qram, 1045,0 qram,950,0 qram, 950,0 qram, 1000,0 qram, 950,0 qram, 935,0 qram, 965,0 qram, 1010,0 qram, 940,0 qram, 905,0 qram, 940,0 qram, 940,0 qram, 995,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 1015,0 qram, 940,0 qram, 945,0 qram, 955,0 qram, 980,0 qram, 1005,0 qram, 950,0 qram, ümumi təmiz çəkisi 44160 (44 kiloqram 160 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Tutulmamışdan bir ay əvvəl mən evdə olanda hazırki iş üzrə məni tutan polis əməkdaşları həyətimin qapısını və evin pəncərələrini qırıb içəri girdilər. Mən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırdım. Polis əməkdaşları evimə girib onlarla getməli olduğumu söylədilər, mən də anamın evdə olmadığını dedim və qapını bağlayıb onların arxasınca getdim. Çölə çıxanda həyətin qapısını qırdıqlarını gördüm, onların maşınına oturdum və məni Sumqayıt Şəhər Polis İdarəsinə gətirdilər. Mənim cibimə “nəşə” və tiryək qoyub məni CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirdilər, 48 saat idarədə saxladıqdan sonra buraxdılar. Onlar məni guya bizim evimizdən yuxarı tərəfdə yerləşən “Las Vegas” adlı kafedə tutduqlarını yazmışdılar, mən də buraxıldıqdan sonra qonşumuza gəldim və onun evinin kamerasından polis əməkdaşlarının məni saxladıqları görüntüləri çıxardım. Həmin görüntüləri diskə köçürüb özümdə saxladım, çünki məhkəmədə mənə lazım olacağını düşündüm. Bundan sonra ətrafda bir-iki söhbət danışdığıma görə polis əməkdaşları məndə görüntü olduğundan xəbər tutdular və təxminən avqust ayının 5-i və ya 6-sı evimə yaxın ərazidə yenidən məni tutdular. Məni idarəyə gətirib söyüş söydülər və qarşıma 1 kq narkotik vasitə qoyub bu dəfə məni bununla rəsmiləşdirəcəklərini dedilər. Mən onları aldadıb evdə xeyir iş olduğunu dedim, mənə 1 həftə vaxt vermələrini istədim və 1 həftə sonra istəsələr məni 5 kq narkotik vasitə ilə rəsmiləşdirmələrinə problem olmadığını söylədim. Onlar mənim səmimiyyətimə inandılar, mənim fikrim isə qaçıb getmək idi. İdarədən çıxdım və evə gəldim. Həmin vaxt onlardan qaçırdım, lakin məni hər yerdə axtardıqlarını eşidib öldürəcəklərindən qorxduğum üçün özüm yenidən idarəyə getdim. Mən özüm narkotik vasitə istifadəçisiyəm, “kakos” və “patı” istifadə edirdim. Polis əməkdaşları hər gün zəng edib məni çağırırdılar, mənə “mal” verirdilər və mən də qarşılığında 5-10 manat ödəyirdim. 1 həftədən sonra eşitdim ki, polis əməkdaşları narkotikləri yığırlar və bizim evə qoymaq istəyirlər, anam da həmin vaxt kənddə idi. Anama zəng edib vəziyyəti izah etdim və evə gəlməsini istədim. Anam kənddən evə gəldi deyə artıq polis əməkdaşları evə girə bilmirdilər. Daha sonra anam bacımgilə getmək istəyirdi, mən anama polis əməkdaşlarının mənə verdiyi 1 həftə müddətin bitdiyini, onlardan qaçdığımı, hər yerdə məni axtardıqlarını dedim və məni evdə tək qoymamasını, yoxsa polis əməkdaşlarının məni evdən götürəcəklərini bildirdim. Həmin vaxt anamla birlikdə bacımgilə getdim, bacımgildə oturduğumuz vaxt qonşumuz anamın telefonuna video göndərdi, anam da məni çağırıb həyətimizə tullanan şəxslərin kim olduğunu soruşdu. Videoya baxıb həmin şəxslərin Bəxtiyargil olduğunu gördüm, onlar yenidən bizim evə girib məni axtarırdılar. Lakin məni tapmadıqlarına görə çıxıb gediblər. Həmin vaxt mən tutulmamışdan, yəni avqust ayının 26-dan bir həftə əvvəl olardı. Anam “102”-yə zəng edib həyətimizə girənləri şikayət etdi, onlar anamdan həyətə girənlərin kim olduqlarını soruşdular, anam da Bəxtiyar müəllimgil olduğunu söylədi. Onlar anamdan bunu haradan bildiyini soruşdular, anam da əlində videogörüntü olduğunu söylədi, onlar bu şikayəti araşdıracaqlarını bildirdilər. Üzərindən 5 dəqiqə keçmişdi ki, Bəxtiyar müəllimin kabinetindən anama zəng edildi. Zəng edən şəxs anamdan Bəxtiyar müəllimdən şikayət edib-etmədiyini soruşdu, anam da şikayət etdiyini söylədi. O, anamdan mənim narkoman olduğumu bilib-bilmədiyini maraqlandı, anam mənim narkoman olduğumu bildiyini, lakin onların məni şərləyib yükləməyə çalışdığını dedi. Həmin şəxs anama şikayətinə baxılacağını söyləyib telefonu söndürdü. Anam məndən hara şikayət edə biləcəyini soruşdu, mən də heç yerə şikayət etməməsini, əks halda məni öldürəcəklərini dedim. Polis əməkdaşlarının evimdə axtarış aparmaq üçün icazə kağızı aldıqlarını da görmüşdüm, çünki “nəşə”ləri evimə qoymaq istəyirdilər. Mənə zəng edib “səni sabah rəsmiləşdirəcəyik, ananı evdən çıxart” dedilər, mən də anamın evdən çıxmadığını söylədim. Onlar problem olmadığını, yer tapacaqlarını bildirdilər və sabah mütləq idarədə olmağımı istədilər. Səhər tezdən durub Bakıya qaçdım, özümə nömrə və telefon aldım. Polis əməkdaşları daha əvvəl mənə nömrə almışdılar və məni çağırıb “mal” verəndə iranlı bir şəxslə danışdırırdılar. Mən ancaq səsli mesajlar göndərirdim, qarşı tərəfin isə nə yazdığını bilmirdim. Polis əməkdaşları telefonumu da özlərində saxlamışdılar. Bakıda olanda Bəxtiyar müəllim mənim yeni nömrəmə zəng edirdi, lakin mən söndürürdüm. Onun nömrəsi ***-***-**-** idi, mənim köhnə nömrəm isə ***-***-**-** idi. Bundan əlavə ***-***-**- ** olan bir nömrəm də var idi. Bu nömrə qardaşımın adına idi, lakin mən işlədirdim. Təzə nömrəmi bir gün işlətdim deyə yadımda deyil. Polis əməkdaşları məni birinci dəfə tutub buraxdıqdan sonra həmin ərəfədə daim köhnə nömrələrimlə onlarla danışırdım. Bir gün Bəxtiyar müəllimgil narkotikləri yığıb məni yükləmək ərəfəsində olanda Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları məni tutdular. Həmin vaxt mənim yanıma bir narkoman göndərib “mal” verəndə məni tutdular. Çəkiliş edib məni rəsmiləşdirdilər və idarəyə gətirdilər. Həmin vaxt avqust ayının 22-si və ya 23-ü olardı, məni 48 saat saxladılar və ekspertizaya apardılar. Həmin vaxt Bəxtiyar müəllimgil hər yerdə məni axtarırdılar. Polis əməkdaşları mənə daha çox “WhatsApp” vasitəsilə zəng edirdilər, lakin internetim olmayanda nömrəmə də zəng edirdilər. Ekspertizadan sonra məni CM-in 234.1-ci maddəsi ilə sanksiya vermək üçün prokurorluğa gətirdilər, oradan çıxıb maşına minəndə əməliyyatçılar məni gördülər. Onlar məni hər yerdə axtarırdılar deyə təəccübləndilər. Prokurorluqda müstəntiq sanksiya vermək üçün məni yuxarı qaldıranda mən onlarla razılaşmışdım, çünki 50 kq əvəzinə, daha yüngül çəki ilə məni rəsmiləşdirirdilər. Həmin vaxt müstəntiqə zəng gəldi və məni X14ytardılar, daha sonra qapını açıb çıxmağımı istədilər və evə gedə biləcəyimi söylədilər. Oradan çıxanda əməliyyatçıların hamısını qapının önündə gördüm, onlar məndən hara qaçmaq istədiyimi soruşdular və elə qapının ağzında bir iranlı şəxslə məni danışdırdılar. Sonuncu dəfə həmin şəxsə səsli mesaj göndərdim, əməliyyatçılar 2 gündür içəridə olduğumu söyləyib mənə “mal” verdilər və evə gedib axşam saat 8-də evdə olmağımı istədilər. Məni evdən götürəcəklərini dedilər. Həmin vaxt telefonum onlarda qaldı, bundan sonra mən Bakıya qaçıb gəldim və yeni nömrə aldım. Bakıda olan vaxt anam zəng edib qapımıza məni tanımayan dostlarımın da gəldiyini deyirdi, əslində onlar əməliyyatçıların adamları idi və məni axtarırdılar. Nə edə biləcəyimi düşünürdüm ki, məhkəməyə çıxsam günahsız olduğumu sübut edə bilim. 5 dəfə məhkum olunduğuma görə bu cür prosesləri yaxşı bilirdim. Anamın telefonunda “WhatsApp” vasitəsilə Bəxtiyar müəllimə zəng etdim və öz telefonumla da onun səsini yazmağa başladım. Bəxtiyar müəllimə məni hər yerdə axtardıqlarını dedim, o da məndən harada olduğumu soruşdu. Onun səsi əsəbi gəlirdi. Mən ondan “çantamı yığıb gəlim? Məni həbs edirsən?” deyə soruşdum. O isə söyüş söydü. O məni idarənin qabağında gözlədiyini və söhbət etmək istədiyini dedi. Həmin vaxt həftənin 6-cı günü, yəni avqust ayının 24-ü idi, 1-ci gün, yəni avqust ayının 26-sı da məni rəsmiləşdirəcəkdilər. 6-cı gün idarəyə getdim, Bəxtiyar müəllimdən məni rəsmiləşdirəcəyini soruşdum, o isə mənim şəklimi çəkib kiməsə göndərdi. Daha sonra mənə “mal” verəcəyini dedi və gedib 1-ci gün yenidən qayıtmağımı istədi. Belindəki tapançanı da göstərib bu dəfə keçməyəcəyini bildirdi. Mən də razılaşdım və onu 1-ci gün idarədə olacağıma inandırdım. Ondan sabah mənə nəsə verib-verməyəcəyini soruşdum, o da sabah idarənin qabağına gəlməyimi istədi. Bazar günü evdə oturmuşdum, Bəxtiyar müəllim mənə zəng etdi və mən yenidən onun səsini yazmağa başladım. Məndən harada olduğumu soruşdu, mən evdə olduğumu bildirdim və mənə səhv etmirəmsə, saat 3-də idarənin qabağında olmağımı söylədi. Həmin vaxt idarənin qabağına gəldim, mənə “mal” və 50 manat pul verib səhəri gün saat 1-də idarənin yanındakı kafedə olmağımı istədi. Səhəri gün tezdən durdum, gəzə-gəzə bunlardan “mal” almağa getdim, həmin vaxt yenə də qaçmaq fikrim var idi. İdarənin qabağına gəldim, əməliyyatçılar hamısı çıxdılar və Orxan adlı əməliyyatçı məndən “sənə deməmişdilər ki, 1-də gəl?” deyə soruşdu. Mən də canımın ağrıdığını dedim, onların hamısının əl-ayaqda olduqlarını, birinin yapışqan, digərinin qara torba axtardığını gördüm. Mən onların malları yerbəyer etməyə ləvazimatlar axtardıqlarını başa düşdüm. Mənə “mal” verib əməliyyatçı Əli müəllimin maşınına mindirdilər, Əli müəllimə də mənə etibar etmədiklərini dedilər və məni evə aparıb düşürməsini istədilər. Mən evdə “mal”ı istifadə etdikdən sonra yenidən məni maşına mindirib yanında fırlatmağı, onlar deyəndə məni hadisə yerinə aparmasını dedilər. Əli müəllim məni evimin qapısında düşürdü, evə girib “mal”ı istifadə etdim və 2-ə 15 dəqiqə qalmış evdən çıxdım. Əli müəllim məni evimizin yanındakı 9 nömrəli məktəbin yanında gözləyirdi. Evdən çıxmamış anamın telefonu ilə özümü videoya çəkdim, anam da evdə idi. Sözün düzü həmin videonu məhkəmə üçün çəkmişdim, videoda məni qapının ağzında gözlədiklərini, başqa çarəm olmadığını, məni 40-50 kq narkotik vasitə ilə tutacaqlarını və s. bildirmişəm. Bundan sonra məni taksiyə mindirib narkotik vasitələrin olduğu yerə gətirdilər. Bəxtiyar müəllim və Elvin adlı əməliyyatçı da yanımda idi. Onların mənə verdiyi telefon bir dəfə olsun, bizim evdə olmayıb. O, telefon heç vaxt məndə olmayıb. Məni saxladıqdan sonra iş materiallarında necə yazılıbsa, həmin proseslər baş verib.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən bu iş üzrə tutulmamışdan əvvəl Sumqayıt Şəhər Polis İdarəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işim davam edirdi, həmin işdə də məni Bəxtiyar müəllimin əməliyyatçıları Yusif və Orxan adlı şəxslər tutmuşdular. İşimi müstəntiq Toğrul müəllim araşdırırdı. Həmin işin nəticəsinin necə olduğunu bilmirəm. Deyəsən, xitam olundu, bu işlə birləşdirmədilər. Bundan sonra məni evimin ərazisində bir də tutdular və 1 kq narkotik vasitə ilə rəsmiləşdirmək istəyirdilər. Həmin vaxt onları aldadıb 1 həftə vaxt vermələrini istədim və istəsələr, 5 kq narkotik vasitə ilə rəsmiləşdirə biləcəklərini dedim. Mənim məqsədim qaçmaq idi. Lakin Toğrul müəllimdə cinayət işim olduğuna görə qaça bilmirdim, bir gündən bir idarəyə gəlirdim. Məni idarəyə istintaq hərəkətləri üçün çağırmırdılar, elə olsaydı Bəxtiyar müəllim deyil, Toğrul müəllim zəng edərdi. Bu iş üzrə avqust ayının 26-sı axşam saat 6 radələrində tutulub rəsmiləşdirilmişəm. Avqust ayının 24-ü, həftənin 6-cı günü Bəxtiyar müəllim anamın telefonuna “WhatsApp” vasitəsilə zəng edib məni söydü, həmin vaxt onun səsini yazırdım. Bəxtiyar müəllim mənə “5-ci gün gələrsən, səni 1 kq narkotik vasitə ilə rəsmiləşdirəcəm” demişdi. 5-ci gün isə mən qaçmışdım, onun çağırışına getməmişdim. 6-cı gün zəng edib mənə əsəbləşdi, məni idarənin yanında gözlədiyini dedi və mən də idarənin yanına getdim. Orada 6-7 nəfərin oturub gözlədiyini gördüm, məndən niyə qaçdığımı soruşdular, mən də onlardan mənə bir gün də vaxt vermələrini xahiş etdim. Həmin vaxt üstümdə telefon yox idi, telefonumu almışdılar. Məhkəməyə təqdim etdiyim videogörüntüdə tarix və saat görünür, oradan 6-cı gün Bəxtiyar müəllimin mənə zəng etdiyini sübut edə bilərəm. 6-cı gün mənə 1-ci günə qədər vaxt verdilər və mən getdim. Bazar günü Bəxtiyar müəllim bir də mənə zəng etdi, saat 3-də idarənin qabağında olmağımı istədi və saat 3-də idarənin qabağında oldum. Bəxtiyar müəllim mənə 50 manat pul və “kakos” verib getməyimi istədi və 1-ci gün zəng edəcəyini dedi. Bazar günü idarəyə gedəndə üstümdə telefon yox idi. Yanımda idarəyə girib-çıxdığımı çəkən heç kim olmayıb. Bəxtiyar müəllim mənə bazar günü zəng edəndə də onu videoya çəkmişəm. Həmin vaxt da mənə “WhatsApp” vasitəsilə zəng etmişdi. Nömrə Bəxtiyar müəllimin öz nömrəsi idi. 1ci gün Bəxtiyar müəllim mənə zəng etmədi, o mənə saat 1-də idarənin qabağında olmağımı tapşırmışdı, mən həmin gün idarəyə biraz tez, təxminən saat 11-12-də getdim. Orxan adlı əməliyyatçı idarənin qabağında idi, o mənə “sənə saat 1-də gəlməyin tapşırılmayıb?” deyə sual verdi, mən də canımın ağrıdığını dedim və “mal” istədim. O, Bəxtiyar müəllimə zəng etdi və onlar aşağı düşdülər. Bəxtiyar müəllimə də canımın ağrıdığını dedim və ondan “mal” istədim. O da Əli müəllimi çağırdı, onun yanında mənə “mal” verdi və Əli müəllimdən mənə etibar etmədiyini deyib məni evimə aparmasını istədi. Əli müəllim məni evimə apardı və “mal”ı evimdə istifadə etdim. Evim ünvan 2 ünvanında yerləşir. Həmin vaxt Əli müəllimin mobil telefonu üstündə idi. Əli müəllim mənə saat 2-nin yarısı məni götürəcəyini, çöldə gözləyəcəyini və ona zəng etməməyimi demişdi. Mən saat 2-yə 15 dəqiqə qalmışa kimi gözlədim ki, o mənə zəng etsin və onun da səsini yazım. Lakin zəng etmədi. Saat 2-yə 15 dəqiqə qalmış evdən çıxdım, Əli müəllim bizim məhəllədə peşə məktəbinin yanında məni gözləyirdi, mən gedib maşınına oturdum və məni maşında biraz fırlatdı. Hətta məni kafeyə aparıb yemək də aldı və nahar etdik. Bundan sonra axşamtərəfi idarənin qabağından Bəxtiyar müəllimi də götürdük və məni “nəşə”ləri yığıb saxladıqları yerə apardılar. Orada Bəxtiyar müəllim və “Elgün” yaxud “Elvin” adlı əməliyyatçı yanımda idi. Bu iş üzrə həmin şəxsi şahid kimi yazmayıblar. Mənim əlimə telefon verdilər ki, taksiyə zəng edim, guya taksi sifariş verirəm. Məndən 20 Yanvara taksi sifariş etməyimi istədilər, mən də etdim və zəngi söndürdülər. Mənə taksiyə oturmağımı, biraz getdikdən sonra məni saxlayacaqlarını dedilər. Taksi şoferi də öz adamları idi, əvvəlcədən danışmışdılar deyə həmin əraziyə yaxın gəlib dayanmışdı. Taksiyə oturdum, biraz qabağa getdikdən sonra guya Post-patrul xidməti əməkdaşları bizi saxladılar və əməliyyatçılar gəldilər. Narkotik vasitələr həmin yerdə qalmışdı, mənim əlimə bir bağlamada 1-1.5 kq “nəşə” vermişdilər. Bir də 15-20 qram “patı” və “kakos” vermişdilər. Əvvəlcə məni idarəyə apardılar, guya mən orada üzərimdəkindən əlavə 45 kq narkotik vasitənin də həmin ərazidə olduğunu etiraf etdim. Əməliyyatçıların qeyd etdikləri yer dəniz qırağıdır, orada 45 kq narkotik vasitəni gizlətmək mümkün deyil. Əli müəllim məni maşınla evimə aparanda, oradan da digər yerlərə gedəndə mənim telefonum üstümdə olmayıb. Amma Əli müəllimin telefonu üstündə idi. Məni həbs edəcəkdilər deyə anamın telefonunu da götürməmişdim. Bazar günü idarəyə gedəndə də anamın telefonu üstümdə deyildi. Əlinin mobil telefonu ***-***-**-**-dir. Polis idarəsindən mənim evimə yarım saatlıq yoldur. Əli müəllimin soyadını bilmirəm. Mən telefonda video çəkəndə anam və bacım evdə idi. Onlar hər şeyə şahid olublar. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində bir cinayət işim də araşdırılıb. Mən Bəxtiyar müəllimgildən qaçırdım deyə onlar nəsə etdilər və 5-ci Polis Bölməsinin əməkdaşları məni saxladılar. Məni döydülər və çəkiliş vasitəsilə CMin 234.2-ci maddəsi ilə rəsmiləşdirdilər. Məni idarəyə gətirdilər, həmin vaxt müstəntiq Bəhrəm müəllim idi və o sənədlər gətirib imzalamağımı istədi. Mən də imzalamaqdan imtina etdim. O, məni sanksiya üçün prokurorluğa gətirdi, əvvəlcə 1-ci mərtəbədə müavinin yanına girdi, daha sonra məni yuxarı qaldırdılar. Yuxarıda prokurorun qəbuluna girməyimi gözləyirdim, həmin vaxt müstəntiqə zəng gəldi və məni qaytarıb X22 saldılar. Biraz sonra qapını açıb çıxmağımı istədilər, qapının ağzına çıxanda Bəxtiyar müəllimin əməliyyatçılarının dayandığını gördüm, onlar mənə “bizdən qaça bilməzsən” dedilər.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 10-15 ildir narkotik və psixotrop maddələrdən qəbul edir. Təxmiənn 3-4 gün əvvəl internetdə Baba adlı İran vətəndaşı ilə tanış olmuş, söhbət zamanı Babaya narkotik və psixotrop maddələr qəbul etdiyini və həmin maddələri almaq üçün maddi çətinlik çəkdiyini danışmışdır. Baba isə ona təklif etmişdir ki, onun qoydurduğu yerlərdən narkotik maddələri götürüb deyəcəyi ünvanlara çatdırması müqabilində ona hər kiloqramına 300 manat pul verəcək və əlavə olaraq özünə qəbul etməyə də heroin və metafetamin göndərəcək. O, da Babanın təklifi ilə razılaşmış və beləcə bir neçə gün yazışmışlar. Bir neçə gün əvvəl Baba ona votsapda göndərdiyi məkan yeri və fotoşəkil əsasında Sumqayıt şəhəri, Yaşma deyilən ərazidən 3 ədəd torbada 50 kq-dan artıq narkotik maddələri götürüb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi yolu istiqamətində yerləşən «TESS 1» zavodun yaxınlığında dəniz kənarına tərəf olan çöllük ərazidə çuxurda gizlətmişdir. Baba ona demişdir ki, həmin torbalarda çoxu qurudulmuş marixuanadır, içərisində ayrı-ayrı hərəsi 1 kq olmaqla bağlamalara bükülmüşdür, həmçinin 2 kq tiryək və özü üçün qəbul etməyə də 25 qram heroin və 30 qram metamfetamin qoydurmuşdur. xx.xx.2024-cü il tarixdə günorta radələrində Baba ona zəng edərək göndərdiyi torbadan 1 kq qurudulmuş marixuananı götürüb Bakı şəhəri, 20 Yanvar metro stansiyası tərəfə aparıb çatdırmasım, oraya çatanda ona qoyacağı ünvanı deyəcəyini demişdir. O, da gizlətdiyi yerdən 1 ədəd bağlamada 1 kq qurudulmuş marixuananı qara rəngli selofana qoymuş, Babanın onun üçün göndərdiyi heroin və metamfetamini də götürüb şalvarının cibinə qoymuş və taksi sifariş etmişdir. Taksi gəlib onu yolun kənarından götürmüş və yola düşmüşlər. Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən «Bərpa» xəstəxanasının yaxınlığından keçən zaman onları polis işçiləri saxlamışlar və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. İdarədə ona siyahıdan seçdiyi və təqdim olunmuş vəkili Ələsgər Məmmədovun iştirakı ilə videoçəkilişlə üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı selofanda qurudulmuş marixuananı, əynində olan şalvarının sağ yan aşağı cibindən selofanda olan heroin və metamfetamin bükümləri, şalvarının sol yan aşağı cibindən, «nimesil» dərman tozunu, özünün şəxsiyyət vəsiqəsini, kağız parçası və 2 ədəd «Birbank» kartlarını çıxarıb masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərdə «kakos» və patı olduğunu bildirmişdir. Üzərində «25 p» yazı qeydi olan bükümün içərisinə baxılanda psixotrop maddə metamfetamin, üzərində «30 g» yazı qeydi olan bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra şalvarının sağ arxa cibindən ümumilkdə 25 manat 40 qəpik pul və şalvarının sağ yan cibində 1 ədəd göy rəngli «Huavei» markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli başqa əşya aşkar olunmamışdır. Sonra üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bağlamada qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman çəkisinin 1 kq 115 qram, üzərindən aşkar olunmuş 1 bükümdə heroin elektron tərəzidə çəkilən zaman çəkisi 34,38 qram, 1 bükümdə metamfetaminin çəkisi isə 34,80 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsi üçün 1 ədəd bağlamada qurudulmuş marixuana aşkar olunduğu selofanda xüsusi qaydada, 1 ədəd heroin və 1 ədəd metamfetamin isə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzərlərində qeydlər aparılmış və imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş özünün şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartları və mobil telefonu müstəntiq tərəfindən götürülmüş, «nimesil» dərman tozu, 25 manat 40 qəpik pul özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı ona yaşadığı ünvana daxil olma və baxış keçirilməsi haqqında məhkəmə qərarı elan olunmuş, o, yaşadığı ünvanda heç bir cinayət xarakterli əşyanın olmadığını, İran vətəndaşı Baba adlı şəxsin ona göndərdiyi narkotik maddələri Sumqayıt şəhəri, H.Z.Tağıyev istiqamətində gedən yolda açıq sahədə gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, onunla birikdə saxlanılan taksi sürücüsünün onun qanunsuz əməllərindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra onun saxlanıldığı taksi avtomobilinə keçirilən baxış zamanı heç bir cinayət xarakterli əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşları ilə birlikdə narkotik maddələri gizlətdiyi yerə getmişlər və həmin narkotik maddələri polis işçilərinə təqdim etmişdir. Orada çöllük ərazidə yoldan biraz aralıda olan çuxurda üzərlərini tullantı parça ilə örtüb gizlətdiyi şəffaf yapışqan lentlə bükülmüş 3 ədəd polietilen torbaları təqdim etmişdir. Həmin torbaların içərisinə baxıldıqda qurudulmuş marixuana və 2 ədəd bükümdə tiryək aşkar olunmuşdur. Aşkar olunmuş içərlərində qurudulmuş marixuana olan torbalar hər biri ayrı-ayrılıqda əl tərəzisində çəkilmiş, 1-ci torbanın çəkisi 14 kq 05 qram, 2-ci torbanın çəkisi 19 kq 48 qram, 3-cü torbanın çəkisi 19 kq 30 qram olmuşdur. Bundan başqa aşkar olunmuş içərlərində tiryək olan 2 ədəd bağlama sellofan torbaya qoyularaq əl tərəzisində çəkilmiş, ümumi çəkisi 1 kq 555 qram olmuşdur. Bundan sonra ekspertizaya göndərilməsi üçün 3 ədəd içərisində qurudulmuş marixuanaya bənzər maddələr olan torbalar ayrı- ayrılıqda və 2 ədəd içərisində tiryəkə bənzər maddələr olan bağlamalar bir ədəd selofan paketdə xüsusi qaydada qablaşdırılmışlar və möhürlənmişlər üzərlərində qeydlər aparılmış və imzalanmışdır. Sonra birlikdə yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına getmişlər və yaşadığı evə baxış zamanı heç bir cinayət xarakterli əşya aşkar olunmamışdır. Baba ilə razılaşmışlar ki, sonuncu müəyyən ərazilərə narkotik maddələr qoyduracaq, o da həmin maddələri sonradan Babanın ona deyəcəyi yerlərə qoyacaq, buna görə sonuncu ona pul və istifadə etməsi üçün narkotik maddələr verəcəkdir. O, heç kimə narkotik vasitə satmamış, Babanın göndərdiyi narkotik vasitəni deyəcəyi yerə qoymaq üçün götürmüş, lakin bunu edə bilməmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Baba tərəfindən həmin narkotik vasitələrin hansı üsulla Azərbaycan Respublikası ərazisinə gətirilməsindən məlumatı olmamışdır. Ələd etdiyi narkotik vasitələrin hansı şəxs və ya şəxslər tərəfindən Sumqayıt şəhəri, Yaşma ərazisinə gətirilərək qoyulmasından məlumatı olmamışdır. O, təkcə Baba ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə əlaqə saxlayaraq sonuncunun göndərdiyi narkotik vasitələri əldə etmiş, başqa şəxslərlə narkotik vasitələrin satışı barədə hər hansı sosial şəbəkə vasitəsilə əlaqə saxlamamışdır. Babadan narkotik vasitə əldə etməsi barədə başqa heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Şəxsi istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır (cild 01, iş vər. 124-127). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bəxtiyar müəllim Cinayət-Axtarış Şöbəsində müavin idi. 4-5 gün idi ki, X7 rəis təyin edilmişdi. Mən belə başa düşürəm ki, o rəis təyin olunduğu üçün kimisə külli miqdarda narkotik vasitə ilə rəsmiləşdirmək lazım idi. Məni də 5 dəfə məhkumluğu olan adam kimi rəsmiləşdirmək daha rahat idi. Bacım və anam Bəxtiyar müəllim tərəfindən bir dəfə tutulub buraxılmağıma şahid olublar. Bəxtiyar müəllim mənim nömrəmə yalnız “WhatsApp” vasitəsilə deyil, adi zənglə də zəng edib. O mənim ***-***-**-** saylı nömrəmə zəng edib. O mənə birinci dəfə məni buraxdıqdan sonra zəng edirdi. Qaçmayım deyə mənimlə teztez əlaqə saxlayırdı. Barəmdə həm Sumqayıt Şəhər Polis İdarəsində, həm də həmin idarənin 5-ci Polis Bölməsində cinayət işi olub. CM-in 234.1-ci maddəsi ilə Toğrul müəllimdə, 234.2-ci maddəsi ilə Bəhrəm müəllimdə cinayət işim olub. Hər iki işdə videoçəkilişlər olub, ona görə də dəqiq yadımdadır.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxsin barəsində mənə də narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olurdu. Hazırki iş üzrə əməliyyat məlumatı daxil olduqdan sonra rəisə məruzə olundu, əməliyyat qrupu yaradıldı və mən əməliyyat qrupunun üzvü oldum. Şəxsi saxlayıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirdik və idarədə özü narkotik vasitəni İran vətəndaşından əldə etdiyini, bir konumda gizlətdiyini etiraf etdi. Şəxsin üzərindən 1 kq-a yaxın narkotik vasitə aşkar olundu, daha sonra dediyi konuma getdik və orada bağlamalarda 46 kq-a yaxın narkotik vasitə aşkar olundu. Həmin bağlamalarda müxtəlif növ narkotik vasitələr var idi. Şəxsin üzərindən aşkar olunan narkotik vasitə marixuanaya bənzər idi.” Şahid3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən, Şahid2 və Şahid1 daxil idik. Biz X5 əməkdaşlarıyıq. Mən şəxs tutulan ərəfədə həmin bölməyə təzə gəlmişdim. Həmin ərəfədə bölmənin rəisi Bəxtiyar müəllim idi, o da təzə təyin olunmuşdu. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi hallar-Bəxtiyar müəllimlə əvvəlcədən münasibəti olması, Bəxtiyar müəllimin ona zəng edib şöbəyə çağırması və onu tutacağını deməsi, daha sonra onun qaçması, ittihamda göstərilən tarixdə Bəxtiyar müəllimin yenidən ona zəng etməsi və polis əməkdaşı ilə yenidən evinə qayıtması və s. hallar olmayıb. Təqsirləndirilən şəxsin telefonunda onun 1 kq narkotik vasitəni götürüb iranlının dediyi konuma qoyacağı barədə videogörüntü də var. Təqsirləndirilən şəxs Bəxtiyar müəllimlə telefon danışığı olması barədə heç bir məlumatım yoxdur. Şəxs tutulmamışdan əvvəl onu polis idarəsində görməmişəm. Şəxsin mənim yanımda bizim şöbənin əməkdaşları ilə sövdələşməsinin şahidi olmamışam. Şəxsi saxlayanda onun barəsində başqa cinayət işinin olub-olmadığını bilmirəm. Bunu əməliyyat qrupuna rəhbərlik edən daha yaxşı bilər. Məndə agentlərim vasitəsilə şəxs barəsində əvvəldən külli miqdarda narkotik vasitələri gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat var idi. Həmin vaxt mən idarəyə təzə gəlmişdim, digər iş yoldaşımda da şəxs barəsində məlumat olduğu üçün o, rəhbərliyə məruzə etdi və şəxsi tutduq. Sumqayıt Şəhər Polis İdarəsində işə başlamamışdan əvvəl Tovuz Rayon Polis Şöbəsində Cinayət- Axtarış Şöbəsində işləmişəm. Sumqayıtda olan agentlərlə də əlaqəmiz olub. Ona görə də, işə təzə başlamağıma baxmayaraq təqsirləndirilən şəxs barəsində mənə məlumat verilmişdi. Şəxsi tutulmamışdan əvvəl tanımamışam. Mən Sumqayıt Şəhər Polis İdarəsinə 2024-cü ilin avqust ayında gəlmişəm. İyun ayında şəxsi tutmaq üçün evinə getməmişəm. Şəxsi hazırki işdən əvvəl hər hansı əməliyyat tədbiri ilə bağlı saxlamamışıq və rəsmiləşdirməmişik. Şəxsin CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xatırlamıram. Təqsirləndirilən şəxsin qeyd etdiyi hallar-tutulmamışdan iki gün əvvəl, yəni avqust ayının 24-ü idarənin yanındakı çayxanaya gəlməsi, orada mənim, əməliyyatçılar Əli və Şərailin, həmçinin Bəxtiyar müəllimin olmağımız, Bəxtiyar müəllimin şəxsin şəklini çəkməsi və onu birinci gün qayıtması şərtilə göndərməsi və s. olmayıb. Şəxsi tutduğumuz gün daha öncədən idarənin qabağına gəlməyib və mən onu görüb Bəxtiyar müəllimə zəng etməmişəm. Təqsirləndirilən şəxsin saxlanılmasında şəxsən iştirak etmişəm. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Əməliyyat məlumatı daxil olduqdan sonra səhv etmirəmsə, raportla məruzə olundu və əməliyyat tədbiri keçirdik. Daha əvvəl şəxs barəsində əməliyyat tədbiri keçirmək üçün qərar qəbul edilməmişdi. Şahid1 tərəfindən bununla bağlı qərar qəbul edilib-edilmədiyini bilmirəm. Şəxsi əməliyyat tədbirində tanımışam. Bəxtiyar müəllim bizim idarədə X5 rəisidir. Şəxsi Sumqayıt şəhəri ərazisində saxlamışıq, lakin dəqiq yer yadımda deyil. Şəxsi saxladığımız vaxtı və saatı da xatırlamıram. Şəxsi saxladıqdan sonra yerində deyil, idarədə təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirdik. Şəxsin üzərindən 1 kq-a yaxın marixuana aşkar olundu. Şəxsin üzərindən başqa heç nə aşkar olunmadı. Şəxsin nəqliyyat vasitəsi var idi. Şəxsin evinə də baxış keçirdik. Daxil olan əməliyyat məlumatında şəxsin narkotik vasitələri harada saxladığı qeyd olunmamışdı, şəxs özü saxlanıldıqdan sonra etiraf etdi. Şəxs narkotik vasitələri İran vətəndaşından əldə etdiyini, dəniz qırağında bir yerdə gizlətdiyini bildirdi. Bundan sonra şəxsin evinə baxış keçirdik, həmin vaxt anası da evdə idi. Şəxs barəsində daha əvvəl məndə sadəcə məlumat var idi, məlumatı dəqiqləşdirdikdən sonra əməliyyatçı kimi tədbir görməyə hazırlaşacaqdım. Lakin şəxs barəsində məndə rəsmiləşdirilmiş bir məlumat olmayıb. Şəxs barəsində əməliyyat tədbiri keçirmək üçün məhkəməyə müraciət olunub qərar alındığını xatırlamıram. Şəxs barəsində təxirəsalınmaz əməliyyat tədbirinin keçirilib-keçirilmədiyini Şahid1 daha yaxşı bilər. Şəxsə qarşı tərəfimizdən təzyiq, təsir olmayıb. 2024-cü ilin iyul ayından əvvəl Tovuz Rayon Polis Şöbəsində işləyirdim. Bizim idarədə 4-5 nəfər əməliyyatçının bir yerdə oturması üçün otaqlar var. Hər əməliyyatçının özünün seyfi var. Bizim özümüzün əməliyyat məlumatları ilə bağlı qeydiyyat jurnalımız yoxdur. Məlumatları özümüz üçün vərəqə qeyd edirik, daha sonra da həmin vərəqləri atırıq. İbtidai istintaq zamanı verdiyim ifadəni xatırlamıram. İbtidai istintaq zamanı ifadə verəndə məni heç kim heç nəyə məcbur etməyib.” İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin X5 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanında saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmaq və baxış keçirilməsinə icazə verilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 5(060)-675/2024 saylı qərarına əsasən daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 26 avqust 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən "Bərpa" xəstəxanasının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 26 avqust 2024-cü il tarixdə, təxminən saat 17:40 radələrində Təqsirləndirilən şəxs "Kia Carens" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşməsini və həmin avtomobilin "Bǝгра" xəstəxanasının yaxınlığı ilə hərəkətdə olmasını müşahidə etmiş, sonra isə polis əməkdaşları Şahid1 və Şahid2la birlikdə həmin avtomobili saxlatdırıb sonradan adını bildiyi sürücü X3 və Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Süleyman Abdullayevlə birlikdə polis idarəsinə dəvət etmiş, onlar da etiraz etməyib polis idarəsinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində sellofan torba saxlamış, polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müstəntiq Mustafa Mustafazadənin xidməti otağına aparmış, orada müstəntiq tərəfindən sonuncuya şübhəli şəxs qismində tutulacağı bildirilərək hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş və sonuncu həmin siyahıdan hüquqlarının vəkil Ələsgər Məmmədov tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil dəvət olunduqdan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə özü əlində saxladığı qara rəngli selofan torbanı masanın üzərinə qoyub içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxıldıqda içərisində şəffaf yapışqan lentlə bağlanmış 1 ədəd bağlama aşkar olunmuş, həmin bağlamanın içərisinə baxıldıqda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan aşağı cibindən 2 ədəd sellofan bükümləri, şalvarının sol yan aşağı cibindən, üzərinə «nimesil>» sözü yazılmış dərmanı, özünə məxsus şəxsiyyət vəsiqəsini, kağız parçasını və 2 ədəd <<Kapital Bank» kartlarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə «kakos» və patı olduğunu bildirmişdir. Üzərində <25p» yazı qeydi olan bükümün içərisinə baxılanda psixotrop maddə metamfetaminə bənzər, üzərində «30g» yazı qeydi olan bükümün içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən ümumilikdə 25 manat 40 qəpik pul və şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli «Huawei>> markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 10-15 ildir ki, narkotik maddələr qəbul etdiyini, 3-4 gün əvvəl internetdə tanış olduğu İran vətəndaşı Baba adlı şəxsin “Whatsapp” vasitəsilə ona məkan yerini göndərdiyi Sumqayıt şəhəri, Yaşma ərazisindən narkotik maddələri əldə etdiyini, həmin şəxsin tapşırığı ilə onun dediyi yerlərə narkotik maddə qurudulmuş marixuana aparıb çatdırmağını, bunun müqabilində Baba adlı şəxsin ona hər kiloqramına 300 manat pul verəcəyi ilə razılaşdığını, həmçinin özünə də qəbul etməyə heroin və metamfetamin qoydurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində qeydlər aparılmış və imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartları və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, üzərinə «nemesil» sözü yazılmış dərman və 25 manat 40 qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olma və baxış keçirilməsinə dair məhkəmənin qərarı elan olunmuş, sonuncu yaşadığı ünvanda heç bir cinayət xarakterli əşyanın olmadığını, İran vətəndaşı Baba adlı şəxsin ona göndərdiyi narkotik maddələri Sumqayıt şəhəri «Nasosnu» yolunda, düzənlik ərazidə gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, onunla birikdə saxlanılan taksi sürücüsünün onun qanunsuz əməllərindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra 26 avqust 2024-cü il tarixdə, saat 19:05 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin həyətində polis əməkdaşları, Süleyman Abdullayev, Təqsirləndirilən şəxs və vəkil Ələsgər Məmmədovun iştirakları ilə Süleyman Abdullayevin idarə etdiyi "Kia Carens" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra 26 avqust 2024-cü il tarixdə, saat 19:25 radələrində Sumqayıt Şəhər Polis İdarəsindən çıxaraq Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən "Tess 1" zavodunun yaxınlığında, dənizkənarı hissədə, açıq torpaq sahəyə gəlmiş, orada videoçəkiliş aparılmaqla polis əməkdaşları və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətdiyi yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə həmin ərazidə olan çuxurun yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs üzərləri tullantı parçalarla örtülmüş şəffaf yapışqan lentlə bükülmüş 3 ədəd polietilen torbaları göstərmiş, həmin torbalar açıldıqda içərilərində yaşıl rəngli, qurudulmuş bitki kütləsi, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar olunmuş, həmçinin torbaların birində 2 ədəd bağlamada içərisində narkotik vasitə tiryəkə bənzər maddələrin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs torbalarda olan maddələrin qurudulmuş marixuana, 2 ədəd bağlamada olan maddənin isə tiryək olduğunu, həmin maddələri İran vətəndaşı Baba adlı şəxsin "Whatsapp"da ona məkan yerini göndərdiyi Sumqayıt şəhəri, Yaşma ərazisindən narkotik maddələri əldə edib hazırda olan ərazidə gizlətdiyini bildirmişdir. Bundan sonra həmin maddələr elektron əl tərəzisi vasitəsilə çəkilmiş, ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və möhürlənmiş, üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təkrarən məhkəmə qərarı elan olunaraq yaşadığı ünvana baxış keçiriləcəyi izah olunmuş və yaşadığı ünvanda cinayət xarakterli hər hansı bir əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda heç bir qanunsuz əşya olmadığını və evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra 26 avqust 2024-cü il tarixdə, saat 20:30 radələrində polis əməkdaşları, vəkil Ələsgər Məmmədov və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına gəlmiş, orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvandan qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır (cild 01, iş vər. 201-205). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid3 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “15 avqustda şəxsin evinə baxış keçirmək üçün məhkəmə qərarı aldıqdan sonra 26 avqusta qədər gözləməyimizin səbəbini bilmirəm. Məhkəməyə təxirəsalınmazlıq barədə yalan məlumat verib qərar almamışıq. Şəxsi maşında saxlamışdıq və yanında şofer də var idi. Şəxsin üzərində heroin və metamfetamin də olub. Şəxs “Huawei” markalı telefonunu da təqdim etdi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxsə qarşı tərəfimizdən təzyiq, təsir göstərilməyib. Şəxs bizə qarşı müqavimət göstərməyib.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Mənə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumatın realizə olunması məqsədilə 15 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün məhkəmə qərarı da almışdıq. 26 avqust 2024-cü il tarixdə şəxs saxlanılıb polis idarəsinə gətirildi və üzərinə keçirilən şəxsi axtarış zamanı 1 kq-a yaxın narkotik vasitə marixuana aşkar olundu. Daha sonra müəyyən olundu ki, səhv etmirəmsə şəxsin Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində “Esmira” şadlıq sarayının qarşısında düzənlik bir ərazidə basdırdığı 50 kq-yaxın marixuana və tiryək var. Biz vəkilin də iştirakı ilə videoçəkilişlə həmin əraziyə baxış keçirdik və narkotik vasitələr aşkar edilib götürüldü. Bundan sonra şəxsin yaşadığı evə də getdik, baxış keçirildi, lakin hər hansı narkotik vasitə və ya qeyri-qanuni əşya aşkar olunmadı.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Məhkəmə qərarının 15 avqustda alınmasına baxmayaraq şəxsin evinə 26 avqustda baxış keçirilməsinin səbəbi məhkəmə qərarı alındıqdan sonra külli miqdarda narkotik vasitənin şəxsin evində olmama ehtimalının daha çox olması barədə əməliyyat məlumatının daxil olması idi. Şəxsin aşkar olunan külli miqdarda narkotik vasitələri haradasa gizlətdiyini bilirdik, lakin ünvan olaraq dəqiq bilmirdik. Onun üzərinə şəxsi axtarış keçirildikdən sonra özü həmin ünvanı etiraf etdi. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi hallar-Sumqayıt Şəhər Polis İdarəsinin X5 rəisi Bəxtiyar müəllimlə mütəmadi danışıqları olması, onu tutulmamışdan əvvəl idarəyə çağırması, çayxanada mənim də iştirakımla görüşməyimiz, Bəxtiyar müəllimin onu evinə göndərməsi və 3 gün sonra tutulacağını deməsi, onunla bir polis əməkdaşını göndərməsi, 40 kq-a yaxın narkotik vasitənin aşkar olunduğu yerdə Bəxtiyar müəllimin tapşırığı ilə dəfələrlə çəkiliş aparılması, şəxsin narkotik vasitə istifadəçisi olmasına görə Bəxtiyar müəllimin onu çağırıb narkotik vasitə verməsi və s. olmayıb. Deyilənlərin heç biri həqiqəti əks etdirmir. Şəxsi hazırki iş üzrə saxlanılmamışdan əvvəl polis idarəsinin inzibati binasında görmüşəm. Səhv etmirəmsə, onun bizim idarədə CM-in 234.1-ci maddəsi ilə cinayət işi araşdırılırdı və xitam verildi. Şəxsi 2021-ci ildə bir dəfə şəxsən özüm də saxlamışam. Şəxs barəsində yetərincə məlumatımız var idi. Şəxs tutulmamışdan əvvəl bizim idarədə onunla rastlaşmışam, bunun səbəbi də istintaqda araşdırılan cinayət işi idi. Şəxslə idarənin Cinayət-Axtarış Şöbəsinin və ya X5 otaqlarının hər hansı birində profilaktik söhbət aparılması yaxud onun həmin şöbə və bölmənin rəislərinin otağından çıxması halları olmayıb. Şəxsi 2021-ci ildən tanımışam. Həmin vaxt təxminən 400 qram marixuanaya görə tutulmuşdu. CM-in 234.1-ci maddəsi ilə tutulmuşdu. Hazırki iş üzrə əməliyyat qrupuna mən rəhbərlik etmişəm. Daxil olan əməliyyat məlumatı külli miqdarda narkotik vasitələrin satışı ilə bağlı idi. Əməliyyat məlumatı aldıqdan sonra məlumat dəyişə bilir, məhkəmə qərarı aldıqdan sonra şəxsin evində heç nə aşkar etməsəydik, boşuna əməliyyat tədbiri keçirmiş olardıq. Bundan sonra Təqsirləndirilən şəxs tapmaq olmazdı. Biz ayın 14-ü vəsatət verib, 15-i qərar alırıqsa, elə ayın 14-ü axşam məlumatın məzmunu dəyişə bilir. 15 avqustda şəxsin saxlanılması mümkün olmayıb. Şəxsin 50 kq narkotik vasitəni iranlı şəxsdən əldə etməsi və satacağı barədə məlumat daxil olduqdan sonra dərhal ağlımıza onu evində saxlayacağı fikri gəlir, ona görə də məhkəmə qərarı alıb saxlayırıq. Şəxsin narkotik vasitələri gizlətdiyi yer barədə məlumatımız yox idi, o özü narkotik vasitənin evində olmadığını və düzənlik ərazidə gizlətdiyini dedi. ***-***-**-** nömrəsi mənə məxsus deyil və bu nömrə ilə şəxsə zəng etməmişəm. İdarənin qabağında şəxsə heç bir narkotik vasitə verməmişəm. Şəxsin qeyd etdiyi hal-onu Bəxtiyar müəllimlə birlikdə saxlamağımız, 1 kq narkotik vasitə ilə yükləmək istəməyimiz, onun bizdən 1 həftə vaxt istəməsi, çıxıb getməsi və qayıdıb 5 kq narkotik vasitə ilə tutulmağa razı olduğunu bildirməsi və s. olmayıb. Şəxsin adına iranlı ilə danışması üçün nömrə almamışam. Şəxsin evinə baxış keçirməzdən əvvəl heç vaxt evinə girməmişik. Şəxs tutulan ərəfədə evinin ətrafında olmuşuq, lakin şəxsin evdən çıxdığını görməmişik. Evdə olduğunu bilsək, məhkəmə qərarımız var deyə evə daxil olacaqdıq. Şəxsə evdə olmasını, onun evinə narkotik vasitə qoyacağımızı deməmişəm, o cümlədən həmin vaxt anasını evə gətirdiyi üçün onu söyməmişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxsə qarşı heç bir təzyiq, təsir olmayıb. Aramızda hər hansı sövdələşmə olmayıb. Şəxs bizə müqavimət göstərməyib. Bəxtiyar müəllim bizim bölməyə 2024-cü ilin may ayında, hadisədən 3 ay əvvəl rəis təyin olunub. 3 ay ərzində keçirilən əməliyyat tədbirlərində ən çox çəkidə narkotik vasitə bu işdə aşkar olunmuşdu. Daha sonra da 30-35 kq narkotik vasitənin aşkar olunduğu əməliyyat tədbirləri keçirilib.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Şəxsi əvvəldən Sumqayıt şəhər sakini kimi tanıyırdım, onun Sumqayıt Şəhər Polis İdarəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi araşdırılırdı. Şəxsin daha əvvəl saxlanılmasında iştirak etməmişəm. 26 avqust 2024-cü il tarixdə, saat 17:40 radələrində şəxs “Bərpa” xəstəxanasının yaxınlığında “Kia Carens” markalı avtomobillə hərəkətdə olarkən tərəfimizdən saxlanıldı, idarəyə gətirildi və üzərinə şəxsi axtarış keçirildi. Üzərində 2 “Kapital Bank”a məxsus plastik kart, “Huawei” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və “Nemesil” dərman tozu aşkar olunub. Daha sonra şalvarının sağ yan cibindən 2 ədəd “25” və “30” yazıları olan metamfetamin və heroinə bənzər kütlələr aşkar olunub. Həmçinin, əlindəki qara rəngli sellofan torbadan marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra idarənin həyətində maşına baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Şəxsə evinə baxış keçirilməsi üçün məhkəmə qərarı olduğu bildirildikdən sonra evində heç nə olmadığını bildirmiş və Sumqayıt şəhərində “Tess 1” zavodu deyilən yerlə üzbəüz dənizkənarı çöllük bir ərazidə gizlətdiyi 3 ədəd böyük torbaları təqdim etmişdir. Həmin torbaların içindən 2 ədəd bükümdə tiryəkə və marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsin evinə də baxış keçirilmiş, lakin evindən heç nə aşkar edilməmişdir.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Torbaların içində 2 ədəd bükümdə tiryəkə bənzər maddələr də olub. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi hallar-Bəxtiyar müəllimin ona zəng etməsi, Şahid1 vasitəsilə ona narkotik vasitə verməsi, hazırlaşmasını və onu tutacaqlarını tapşırması və s. olmayıb. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Şəxsin barəsində olan əməliyyat məlumatı narkotik vasitələri istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə idi. Şəxsin Bəxtiyar müəllimlə danışmasının və ya sövdələşməsinin şahidi olmamışam. Şəxsin 26 avqust tarixində idarənin qabağına gəlməsi və Bəxtiyar müəllimin mənə onu evinə aparmağımı tapşırması kimi hallar olmayıb. Həmin gün saat 2-yə 15 dəqiqə qalmış şəxsi evindən götürməmişəm. Həmin gün saat 1-2 radələrində təqsirləndirilən şəxslə evinin ərazisində olmamışam. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxs saxlanılarkən bizə müqavimət göstərməyib. Şəxsə qarşı güc tətbiq etməmişik. Şəxsi avqust ayının 26-sı saat 17 radələrində saxlamışıq. Həmin gün şəxsin evinin müşahidə edilməsində iştirak etmiş ola bilərəm. Şəxs saxlanılmamışdan əvvəl onunla bağlı hər hansı əməliyyat tədbirində iştirak etməmişəm. 2-3 gün əvvəl evinin ərazisinə getmişik, lakin evinin içinə daxil olmamışıq.” Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin X5 rəisi, polis mayoru X15 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımışam. 12 ildir ki, Sumqayıt şəhərində işləyirəm. 5 il Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində müavin işləmişəm, 1 ildir ki, X5 rəisiyəm. Təqsirləndirilən şəxs 4-5 il olar ki, tanıyıram. Təqsirləndirilən şəxslə aramızda qanuna zidd heç bir münasibət olmayıb. Onun narkotik vasitələrlə bağlı 6 dəfə məhkumluğu olub, onun barəsində narkotik vasitə istifadəçisi kimi məlumatım olub. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi hallar-o, tutulmamışdan əvvəl onu otağa çağırmağım, sabaha hazırlaşmasını və onu tutacağımızı deməyim, ona şəxsi istifadəsi üçün narkotik vasitə verməyim, bu təkliflərdən sonra onun qaçması, onu axtarıb tapmağımız, mənim adam göndərib onu tutdurmağım, külli miqdarda narkotik vasitəni polis əməkdaşlarının boş əraziyə qoymaları və onun təzyiq nəticəsində məcbur qalaraq həmin narkotik vasitəni boynuna alması, necə və hansı yolla əldə olunmasını etiraf etməsi, o cümlədən mənim ona dəfələrlə zəng etməyim və s. hallar olmayıb. Mən Təqsirləndirilən şəxs narkotik vasitə satan şəxs kimi tanımışam. Bizim aramızda danışıq olmayıb və onu polis idarəsinə dəvət etməmişəm. Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı tutulduğu üçün bu cür hallar qeyd edir. Şəxs bu iş üzrə tutulmamışdan əvvəl Sumqayıt Şəhər Polis İdarəsində CM-in 234.1-ci maddəsi ilə başqa cinayət işi də araşdırılırdı. Səhv etmirəmsə, o zaman da şəxsi bizim bölmə əməkdaşları tutmuşdular. Həmin işin nəticəsi barədə məlumatım yoxdur. Şəxslə aramızda digər narkotik vasitə istifadəçiləri barədə məlumat almaq üçün danışıqlar olub. O bir növ bizim informator olub. 2024-cü ilin avqust ayının 24-ü və ya 25-i şəxs mənə zəng edəndə onu söyməmişəm. Həmin vaxt Təqsirləndirilən şəxs barəsində bizdə məlumat yox idi. Tutulmamışdan əvvəl bir gün əvvəl şəxsi polis idarəsinə çağırdığımı xatırlamıram. Ola bilsin ki, çağırıb ondan narkotik satanlarla bağlı məlumat almışam. 2024-cü ilin iyul ayında Yusif və Orxan adlı əməliyyatçılarla şəxsi evində tutub onu CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirməyimizi xatırlamıram. Şəxsin yaşadığı evin həyətinə girməmişəm. Səhv etmirəmsə, şəxsin yaşadığı evə baxış keçirilməsi barədə məhkəmə qərarı icra olundu və şəxsin evindən heç nə aşkar olunmadı. 15 avqust 2024-cü il tarixdə məhkəmə qərarı alınmasına baxmayaraq, şəxsin evinə 25 avqust 2024-cü il tarixdə baxış keçirilməsinin səbəbini belə izah edərdim ki, bəzən əməliyyat məlumatı daxil olduqdan sonra məhkəmə qərarını alıb şəxsin evinə baxış keçirdikdə şəxs evdə olmur. Gərək bizdə dəqiq məlumat olsun ki, şəxs evdədir. Biz sadəcə evdə narkotik vasitə olması ilə bağlı məhkəməyə müraciət etmişik. Mənim mobil nömrəm ***-***-**-**-dir. Mənim illərdir işlətdiyim nömrə budur. Bu nömrədə “WhatsApp” tətbiqi var.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir: “Oğlum mənə zəng edərək evə gəlməyimi istədi. Nə baş verdiyini soruşduqda telefonda danışılacaq məsələ olmadığını, mütləq şəkildə evə gəlməyimin vacib olduğunu bildirdi. Mən də həmin gün deyil, növbəti günün səhəri evə qayıtdım.Tarixi dəqiq xatırlamıram. Oğlum ağlaya-ağlaya evimizə girmək istədiklərini, onun üzərinə külli miqdarda narkotik vasitə qoymaq istədiklərini dedi. Mən də niyə sadəcə ona bunu etmək istədiklərini soruşdum. Oğlum səbəbini bilmədiyini söylədi. Oğlum mənə evə başqa şəxslərin daxil olacağını və külli miqdarda narkotik vasitə yerləşdirəcəklərini bildirdi. Mən də gedib danışacağımı və səbəbini öyrənəcəyimi bildirdim. O ağladı və onsuz da narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi üçün təzyiq göstərəcəklərini dedi. Daha sonra mən nəvəmi qızımgilə, öz evlərinə aparanda qonşum mənə zəng vuraraq evimizin həyətində polislərin olduğunu bildirdi. Qonşumun kamerası bizim həyəti çəkir. Oğluma zəng edib həyətimizdə polislər olduğunu dedim. Oğlum da evdə olmadığını, gedib baxacağını bildirdi. Oğlum evə gedəndə onlar artıq getmişdilər. Mən həmin gün DİN-in “102” Xidmətinə zəng vuraraq bildirdim ki, mən evdə olmaya-olmaya polis əməkdaşları mənim hasarımdan tullanaraq həyətimə və evimə daxil olublar. Onlar evimə daxil olanların kimlər olduğunu soruşdular, mən də polis əməkdaşları olduğunu bildirdim və mənə işə baxılacağını dedilər. Amma hələ də bu məsələyə baxılmayıb. Polislər tez-tez oğlumla əlaqə saxlayır, onu çağırır, oğlum da gedirdi. Oğlum özü onlara zəng vurub çantasını götürüb gələcəyini dedi. Mən mane oldum və onunla getmək istədiyimi bildirdim. O onsuz da hara getsə, onu tutacaqlarını söylədi. Mən də ağladım. Səhər oğlum özü getdi, axşam gördüm ki, onu əli bağlı şəkildə, yanında polislərlə gətirdilər. Polis əməkdaşları evimizə daxil olmaq istəyəndə əvvəlcə icazə vermədim. Sonra mənə məhkəmə sənədi göstərdilər ki, evdə axtarış keçirməyə icazələri var. Bu zaman oğlum dedi ki, “evə girsinlər, baxsınlar, onsuz da evdə heç nə yoxdur”. Mən də icazə verdim. Onlar evə girib baxdılar, lakin heç nə tapmadılar. Sonradan qonşular mənə dedilər ki, televizorda guya evimizdən külli miqdarda narkotik vasitə çıxdığını göstəriblər. Halbuki bizim evimizdən heç nə tapılmamışdı.” Əlavə şahid Yaqut Musayeva məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən oğlumun nə ifadə verdiyini bilmirəm. Mən nə bilirəmsə, onu danışdım. Oğlumla bəzən danışırıq. Sadəcə mənimlə hal-əhval tutur. Oğlum mənə zəng vuraraq bildirmişdi ki, polis əməkdaşları gələcək. Tarixi tam dəqiq xatırlamıram, may-avqust ayları idi. Polislər mənim həyətimə daxil olanda mən DİN-in “102” Xidmətinə zəng etmişdim. Həmin tarixi dəqiq xatırlamıram. Oğlum tutulmamışdan əvvəl polis əməkdaşları həyətimizə daxil olmuşdular. Polis əməkdaşlarının bizim evə daxil olduğu görüntüləri qızıma vermişəm və o, məhkəməyə təqdim edib. Oğlum narkotik vasitə istifadəçisidir və əvvəllər məhkum olunub. Hazırki iş üzrə tutulmamışdan əvvəl iyul və ya avqust ayında oğlumun tutulması ilə bağlı dəqiq məlumatım yoxdur. Məhkəməyə təqdim etdiyim videogörüntülərdə polis əməkdaşlarının evimizə daxil olması görüntüləri var. Oğlum mənim yanımda video çəkdi, mən həmin vaxt ağlayırdım və oğlum tutulandan sonra həmin videogörüntünü məhkəməyə təqdim etməyimi istədi. Səhv etmirəmsə, oğlum həmin videogörüntünü çəkdiyi gün tutulmuşdur. Oğlum onu gözlədiklərini bildirdi və mən onunla getmək, onu aparan şəxsin kim olduğunu öyrənmək istədim. Lakin oğlum xəstəliyimə görə icazə vermədi. Oğlum mənə külli miqdarda narkotik vasitə ilə tutulacağını bildirmişdi. Mən öz telefonumla DİN-in “102” Xidmətinə zəng etmişdim. Mənim mobil nömrəm ***-***-**-**-dir. Polislər mənim həyətimə girəndə zəng etmişdim. Sakit polis əməkdaşları ilə mənim yanımda danışıb. Mən, yalnız oğlumun danışdığı şəxslərdən Bəxtiyar müəllimin adını eşitmişəm. İbtidai istintaq zamanı ifadə verməmişəm.” Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(060)-675/2024 nömrəli qərarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin X7 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaş(lar)ından külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı ünvanda saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin X7 “Sakit” adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1988-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1988-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Bərpa” xəstəxanasının yaxınlığında sərnişin kimi əyləşdiyi “Kia Carens” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, taksi fəaliyyəti ilə məşğul olan X8 və Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gətirilən zaman Təqsirləndirilən şəxs üzərində müxtəlif növ narkotik vasitələr olduğunu bildirmişdir (cild 01, iş vər. 13). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da müdafiəçinin iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, 24). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:20-dən saat 18:42dək polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs özü əlində saxladığı qara rəngli selofan torbanı masanın üzərinə qoyub içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxıldıqda içərisində şəffaf yapışqan lentlə bağlanmış 1 ədəd bağlama aşkar olunmuş, həmin bağlamanın içərisinə baxıldıqda yaşıl rəngli, qurudulmuş bitki kütləsi, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan aşağı cibindən 2 ədəd sellofan bükümləri, şalvarının sol yan aşağı cibindən, «Nemesil» dərman tozunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, kağız parçası və 2 ədəd «Kapital Bank» kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə «kakos» və patı olduğunu bildirmiş, üzərində «25p» yazı qeydi olan bükümün içərisinə baxılanda psixotrop maddə metamfetaminə bənzər, üzərində «30g» yazı qeydi olan bükümün içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən ümumilkdə 25 manat 40 qəpik pul və şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli «Huawei» markalı mobil telefonu çıxarıb təqdim etmiş, sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 10-15 ildir ki, narkotik maddələr qəbul etdiyini, 3-4 gün əvvəl internetdə tanış olduğu İran vətəndaşı Baba adlı şəxsin “Whatsapp” vasitəsilə ona məkan yerini göndərdiyi Sumqayıt şəhəri, Yaşma ərazisindən narkotik maddələri əldə etdiyini, həmin şəxsin tapşırığı ilə onun dediyi yerlərə narkotik maddə qurudulmuş marixuana aparıb çatdırmağını, bunun müqabilində Baba adlı şəxsin ona hər kiloqramına 300 manat pul verəcəyi ilə razılaşdığını, həmçinin özünə də qəbul etməyə heroin və metamfetamin qoydurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər maddə əlelektron tərəzisində çəkilərək çəkisinin 1 kq 115 qram, üzərindən aşkar olunmuş 1 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 34,38 qram, 1 bükümdə metamfetaminin çəkisinin isə 34,80 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, üzərində qeydlər aparılmış, möhürlənmiş və imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş özünün şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartları və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, «Nemesil» dərman tozu, 25 manat 40 qəpik pul sonuncunun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olma və baxış keçirilməsinə dair məhkəmənin qərarı elan olunmuş, sonuncu yaşadığı ünvanda heç bir cinayət xarakterli əşyanın olmadığını, İran vətəndaşı Baba adlı şəxsin ona göndərdiyi narkotik maddələri Sumqayıt şəhəri «Nasosnu yolu»nda, düzənlik ərazidə gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, onunla birikdə saxlanılan taksi sürücüsünün onun qanunsuz əməllərindən məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 32-33, 36). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 19:05-dən saat 19:08-dək polis əməkdaşlarının, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə video çəkilişlə onun saxlanıldığı və Sumqayıt Şəhər Polis İdarəsinin inzibati həyətinə gətirilmiş "Kia Carens" markalı, **-FA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən iş üzrə əhəmiyyət kəsb edən və ya cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Avtomobilə baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 35-36). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 19:26-dan saat 19:54-dək polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Tess 1” zavodunun yaxınlığındakı dənizkənarı istiqamətində açıq sahəyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs gizlətmiş olduğu narkotik vasitələrin yerini göstərməsi təklif edilmiş və sonuncunun göstərdiyi istiqamətlə baxış iştirakçıları həmin ərazidə olan çuxurun yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs üzəriləri tullantı parça ilə örtülmüş şəffaf yapışqan lentlə bükülmüş 3 ədəd polietilen torbaları göstərmiş, həmin torbalar açıldıqda içərilərində yaşıl rəngli, qurudulmuş bitki kütləsi, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar olunmuşdur. Həmçinin torbaların birində 2 ədəd bağlamada içərisində narkotik vasitə tiryəkə bənzər maddələrin olması aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs torbalarda olan maddələrin qurudulmuş marixuana, 2 ədəd bağlamada olan isə tiryək olduğunu, həmin maddələri İran vətəndaşı Baba adlı şəxsin “Whatsapp”da ona məkan yerini göndərdiyi Sumqayıt şəhəri, Yaşma ərazisindən əldə edib hazırda olan ərazidə gizlətdiyini bildirmişdir. Aşkar olunmuş içərlərində qurudulmuş marixuanaya bənzər maddələr olan torbalar hər biri ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, 1-ci torbanın çəkisinin 14 kq 05 qram, 2-ci torbanın çəkisinin 19 kq 48 qram, 3-cü torbanın çəkisinin 19 kq 30 qram olması müəyyən olunmuşdur. Bundan başqa aşkar olunmuş içərlərində tiryəkə bənzər maddələr olan 2 ədəd bağlama sellofan torbaya qoyularaq çəkilmiş, ümumi çəkisinin 1 kq 555 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, möhürlənmiş və üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təkrarən məhkəmə qərarı elan olunaraq yaşadığı ünvana baxış keçiriləcəyi izah olunmuş və yaşadığı ünvanda cinayət xarakterli hər hansı bir əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda heç bir qanunsuz əşya olmadığını və evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Əraziyə baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 39-40, 42). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 20:29-dan saat 20:32-dək polis əməkdaşlarının, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə video çəkilişlə onun yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evdən iş üzrə əhəmiyyət kəsb edən və ya cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Evə baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 41-42). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1426 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 1030,0 qram və üç ədəd torbalarda ümumi sayı 45 (qırx beş) ədəd skotçlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram, 1045,0 qram, 1085,0 qram, 980,0 qram, 985,0 qram, 970,0 qram, 1025,0 qram, 1005,0 qram, 1035,0 qram, 950,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 970,0 qram, 1000,0 qram, 990,0 qram, 920,0 qram, 1225,0 qram, 985,0 qram, 935,0 qram, 980,0 qram, 980,0 qram, 1045,0 qram, 950,0 qram, 950,0 qram, 1000,0 qram, 950,0 qram, 935,0 qram, 965,0 qram, 1010,0 qram, 940,0 qram, 905,0 qram, 940,0 qram, 940,0 qram, 995,0 qram, 945,0 qram, 940,0 qram, 980,0 qram, 1015,0 qram, 940,0 qram, 945,0 qram, 955,0 qram, 980,0 qram, 1005,0 qram, 950,0 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 45190,0 qramdır (cild 01,iş vər 54-58). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1476 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01,iş vər 65-67). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,676 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 28,057 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi ərazidən götürülmüş 2 (iki) ədəd bağlama...” yazısı və imzalar olan bağlamadakı 2 (iki) ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 995 qram və 475 qram tünd qəhvəyi rəngli maddə kütlələrinin tərkibində kofein və asetaminofen maddələrin olması müəyyən edilmişdir. Kofein və asetaminofen 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarı siyahısı”na və “Zəhərli maddələrin siyahıları”na daxil deyildir (cild 01,iş vər 99-105). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli, 2- 558/2-43183/24 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə etdiyi “Baba” adlı İran İslam Respublikası vətəndaşının, həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 153). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Huawei Y7” markalı olmaqla yaşıl-göy rənglidir, arxa hissəsində zavod üsulu ilə “Huawei” və digər yazılar qeyd olunmuşdur. Mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi sahədən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini əldə etdiyini bildirdiyi yerin və həmin maddələrin işarələnmiş fotoşəkillərinin mobil telefonda quraşdırılmış “Whatsapp” tətbiqi vasitəsilə +**********95 saylı İran İslam Respublikasına məxsus mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs göndərilməsi müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs həmin İran vətəndaşı ilə aralarında aparılmış danışıqlar aşkar olunmuşdur. Bundan başqa “Whatsapp” tətbiqində çəkiliş tarixi xx.xx.2024-cü il, saat 16:53 kimi qeyd olunmuş 11 saniyə müddətində davam edən videogörüntü olması aşkar olunmuşdur. Həmin videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə bükümlərindən birini əlində tutaraq “Baba sənin dediyin əmanəti götürdüm, hara atmaq lazımdır yerin de ora atım” deməsi müəyyən edilmişdir. Baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək digər fotoşəkil və videogörüntülər aşkar olunmamışdır. Mobil telefona baxış keçirildikdən sonra aşkar olunan videogörüntü DVD diskə, fotoşəkillər isə çap olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 158-165). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 182-183). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 32.5,206.3.2, 206.3.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1 barəsində CM-in 307.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni ona qanunsuz olaraq satmış şəxsin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində xx.xx.2024-cü il tarixli qərarla hazırki cinayət işindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 01, iş vər 213-232). Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə edilmiş “DVD” diskə baxış keçirilmişdir. Disk açıldıqda içində 6 ədəd videofayl olması görünür və 1-ci fayla baxış keçirildikdə içində xx.xx.2024-cü il tarixdə saat 20:26:03-də qeydə alınmış 58 saniyəlik videogörüntü olması, videogörüntüdə 2 nəfər şəxsin evin həyətinə daxil olması və “Sakit” adlı şəxsi çağırmaları, videonun 40-cı saniyəsində ağ rəngli avtomobilin evin ön tərəfindən geriyə dönərək qayıtması görünür. 2-ci fayla baxış keçirildikdə içində 08 saniyəlik videogörüntü olması, videogörüntüdə Təqsirləndirilən şəxs bir nəfər şəxsə zəng edib “Alo, mənəm, müəllim Sakit. Bir dənə mənə zəng elə də. Evin telefonudur” deyəndən sonra zəngi söndürməsi və telefonun ekranında zəng etdiyi şəxsin adının “Bəxtiyar” kimi qeyd edildiyi görünür. 3-cü fayla baxış keçirildikdə içində 18 saniyəlik videogörüntü olması, videogörüntüdə Təqsirləndirilən şəxs bir nəfər şəxsə zəng etməsi, həmin şəxsin ona “Hə, Sakit” deyə cavab verməsi, Təqsirləndirilən şəxs həmin şəxsə “İdarə tərəfə gəlmək istəyirəm, o tərəfə keçməmisiniz?” deyə sual verməsi, qarşı tərəfin ona “Yox, bir saata keçəcəm.” deyə cavab verməsi, Təqsirləndirilən şəxs həmin şəxsə ”Hə, heç nə. 1 saatdan sonra bu nömrəyə ya telefonum da yoxdur, mən gəlim də o üzə” deməsi və qarşı tərəfin “Yaxşı” deməsi və bundan sonra Təqsirləndirilən şəxs zəngi söndürməsi görünür. 4-cü fayla baxış keçirildikdə içində 01 dəqiqə 25 saniyəlik videogörüntü olması, videogörüntüdə Təqsirləndirilən şəxs özünü çəkməsi və “Hə, bu uje axırıncı videomdur, indicə bu dəqiqə çağırdılar məni. Dedilər ki, saat ikinin yarısı, uzağı iki tamama kimi burda ol. Başqa yolum yoxdur, and olsun Allaha, möhtərəm hakim. Bundan o tərəfi yoxdur, gedirəm, 20-dir, 24-dür, 25-dir, çəkisini bilmirəm, onu bilirəm külli miqdar nəşə zad qoyacaqlar, yükləyib göndəcəklər sroka öz vəzifələrinə görə. Başqa yolum yoxdur, and ola Allaha, getməsəm, bir dənə ümidim sizədir, möhtərəm hakim. Bunu çəkdim, bir dənə sizə inanıram, başqa heç kimə. “102”-yə kimi zəng etdik bu barədə, anam dedi xeyri olmadı, axırıncı çəkilişdir, çəkirəm ki yəni biləsiniz ki günahım yoxdur. And ola Allaha, nəşəm də yox, gedirəm indi hamısını, nə varsa yükləyəcəklər üstümə, “aformat” edəcəklər, nə var vəzifələri qalxsın, getməsəm də ki, başqa yolla bədbəxt edəcəklər, girəcəklər evə, nəşə atacaqlar, neynəyəcəklər bir Allah bilir. Bunu da çəkdim sizə, indi çıxıram evdən, bunu da verirəm telefonu anama, qalsın anamda. Anam “102”-yə kimi zəng etmişdi, xeyri olmadı, anam da oturub burada” deməsi görünür. 5-ci fayla baxış keçirildikdə içində xx.xx.2024-cü il tarixdə saat 20:27:03-də qeydə alınmış 58 saniyəlik videogörüntü olması, videogörüntüdə 1 nəfər şəxsin evin həyətində “Sakit” adlı şəxsi çağırması, videonun 36-cı saniyəsində iki nəfər şəxsin evin həyətindən çıxmaları və birinin qapını bağlaması görünür. 6-cı fayla baxış keçirildikdə 2-ci faylda olan videogörüntü ilə eyni məzmunlu olması görünür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosundan verilmiş xx.xx.2025-ci il tarixli, 96 nömrəli məktub və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli “müdafiəçi dəvət edilməsi barədə” və xx.xx.2024-cü il tarixli “müdafiəçi təyin etmək barədə” qərarlardan görünür ki, həmin tarixlərdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin NK-1/1907 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Polis İdarəsinin NK-1/1443 nömrəli təhqiqat materialları üzrə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunması qərara alınmış və qərarlar icra olunması üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosuna göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-58/2-10369 nömrəli məktubdan və ona əlavə edilmiş qərarların surətlərindən görünür ki, həmin idarənin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə icraatı dayandırılmış ********* nömrəli və xx.xx.2024-cü il tarixdə icraatı dayandırılmış ********* nömrəli cinayət işləri vardır. ********* nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə cinayət işi başlamış və icraata qəbul edilmiş, ********* nömrəli iş üzrə isə xx.xx.2024-cü il tarixdə cinayət işi başlamış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Sumqayıt Regional Vəkil Bürosundan verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan bürodan vəkil təyin olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Şimal Vəkil Bürosundan verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət və inzibati işlərdə iştirak etmək üçün vəkil təyin edilməsi barədə qeyd olunan büroya müraciət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş diskdə olan anten-dairə məlumatlarından görünür ki, X11 məxsus ***-***-**-** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məxsus **********77279 nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 20:29:08-də zəng edilmiş və zəng müddəti 63 saniyə davam etmiş, bundan başqa qeyd olunan nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məxsus **********50617 nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 20:51:54-də zəng edilmiş və zəng müddəti 79 saniyə davam etmiş, həmçinin həmin tarixdə saat 20:57:45-də zəng edilmiş və zəng müddəti 273 saniyə davam etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/2-10759/25 nömrəli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2024-cü ildə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə daxil olan məlumatların araşdırılması mümkün deyildir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış əlavə şahid X11 məxsus “Xiaomi” markalı “Redmi” modelli mobil telefonun “Qalereya” bölməsinə baxış keçirilmiş və orada xx.xx.2024-cü il tarixdə saat 13:42-də çəkilmiş 1 dəqiqə 25 saniyəlik videogörüntü olması aşkar edilmişdir. Videogörüntüyə baxış keçirildikdə Təqsirləndirilən şəxs özünü çəkməsi və “Hə, bu uje axırıncı videomdur, indicə bu dəqiqə çağırdılar məni. Dedilər ki, saat ikinin yarısı, uzağı iki tamama kimi burda ol. Başqa yolum yoxdur, and olsun Allaha, möhtərəm hakim. Bundan o tərəfi yoxdur, gedirəm, 20-dir, 24-dür, 25-dir, çəkisini bilmirəm, onu bilirəm külli miqdar nəşə zad qoyacaqlar, yükləyib göndəcəklər sroka öz vəzifələrinə görə. Başqa yolum yoxdur, and ola Allaha, getməsəm, bir dənə ümidim sizədir, möhtərəm hakim. Bunu çəkdim, bir dənə sizə inanıram, başqa heç kimə. “102”-yə kimi zəng etdik bu barədə, anam dedi xeyri olmadı, axırıncı çəkilişdir, çəkirəm ki yəni biləsiniz ki günahım yoxdur. And ola Allaha, nəşəm də yox, gedirəm indi hamısını, nə varsa yükləyəcəklər üstümə, “aformat” edəcəklər, nə var vəzifələri qalxsın, getməsəm də ki, başqa yolla bədbəxt edəcəklər, girəcəklər evə, nəşə atacaqlar, neynəyəcəklər bir Allah bilir. Bunu da çəkdim sizə, indi çıxıram evdən, bunu da verirəm telefonu anama, qalsın anamda. Anam “102”-yə kimi zəng etmişdi, xeyri olmadı, anam da oturub burada” deməsi görünür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1187 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonda tədqiqatı tələb olunan videofonoqram ilkin yazılmış videofonoqram olub, yazılış zamanı və ya yazılışdan sonra hər hansı montaj əlamətləri müəyyən olunmamış, ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi markalı Redmi modelli” mobil telefon ilə xx.xx.2024-cü il tarixdə, saat 16:12-də qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-58/2-38346/25 nömrəli məktubdan və ona əlavə edilmiş “Şəhər, Rayon, Xətt Polis Orqanlarına X9” Kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:49-da Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə X22 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə, həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in sözügedən maddələri ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən və əlində olan sellofan torbadan, o cümlədən Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Tess 1 zavodunun yaxınlığında dəniz kənarı istiqamətdə çöllük ərazidən maddi sübutun (1 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin, ümumilikdə 46 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana) aşkar olunduğu xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında, o cümlədən baxış keçirilməsi haqqında protokollar, habelə məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1426 saylı rəyi, materialların məhkəmə ekspertizanın xx.xx.2024-cü il tarixli 6/4348 saylı rəyi, mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6533 saylı rəyi, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, habelə polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında, o cümlədən baxış keçirilməsi haqqında protokollar təşkil etmiş, həmin prosessual hərəkətlər iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (1 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin, ümumilikdə 46 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananın) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələri və s.) həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol tərtib olunanadək əməliyyat axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə, o cümlədən həmin anadək Təqsirləndirilən şəxs ətrafında və məhz olunla bağlı baş verən hadisələrə diqqət yetirməyi zəruri saymışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlar və məhkəmə kollegiyasına təqdim etdiyi sübutlar, sözügedən məsələlərin məhkəmə istintaqı zamanı ətraflı şəkildə araşdırılmasını labüd etmiş, nəticədə həmin xüsusatların ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (vəsatət, təqdimat, məhkəmə qərarı, raport, əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar, protokol və s.) görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin X5 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar vəsatətlə Sumqayıt şəhər prokuroruna müraciət edərək xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına daxil olma və baxış keçirilməsi barədə məhkəməyə təqdimat verilməsini xahiş etmiş, həmin tarixli təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, 5(060)-675/2024 saylı qərarla təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin X7 “Sakit” adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, əməliyyat yolu ilə həmin şəxsin Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Bərpa” xəstəxanasının yaxınlığında sərnişin kimi əyləşdiyi “Kia Carens” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, taksi fəaliyyəti ilə məşğul olan X8 ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bükümdə qurudulmuş marixuana, şalvarının sağ yan aşağı cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 19:26 radələrində Təqsirləndirilən şəxs göstərdiyi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “TESS 1” zavodunun yaxınlığındakı dənizkənarı istiqamətində olan boş torpaq sahəsinə baxış keçirilən zaman həmin ərazidə yerləşən çuxurdan 03 ədəd torbada, ümumilikdə 45 ədəd skotçlanmış qara rəngli polietilen bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı həm iş materiallarında olan sübutların tədqiqi, həm də əldə olunan əlavə sübutların tədqiqi ilə müəyyən olunan hallar Təqsirləndirilən şəxs ətrafında cərəyan edən hadisələrin heç də cinayət işinin materiallarında əks etdirildiyi kimi deyil, daha fərqli olduğu qənaətinə gəlməyə əsas vermiş, dolayısı ilə də məhkəmə heyətində iş üzrə maddi sübut qismində tanınan narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlərin etibarlılığına dair şübhələr yaratmışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə tutulmamışdan öncə, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin X5 əməkdaşları və xx.xx.2024-cü il tarixdə isə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilməsi, gəzdirilməsi və istifadəsində şübhəli bilinərək saxlanılmış, həmin tədbirlərin gedişində müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər dəfə müxtəlif çəkidə və müxtəlif növdə narkotik vasitə, o cümlədən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Nə qəribə təsadüfdür ki, əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi olan və əvvəllər dəfələrlə eyni cinsli cinayətlərin törədilməsinə görə məhkumluqlar yaşamış (cild 01, iş vər. 169-171– tələbnamə) Təqsirləndirilən şəxs barəsində ilk dəfə xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirinin nəticəsi ilə əlaqədar CM-in 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi, xx.xx.2024-cü il tarixdə keçirilmiş tədbirlə bağlı isə xx.xx.2024-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmasına və CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış, bir müddət sonra isə hazırki iş üzrə ibtidai istintaq aparılarkən, daha dəqiq ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə, ********* saylı cinayət işi ilə bağlı isə xx.xx.2024-cü il tarixdə məhz hazırki işin ibtidai istintaqını aparmış Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Bəhruz Qulamov tərəfindən qəbul edilən qərarlarla Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hər iki iş üzrə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə qəbul edilən qərarlarla CPM-in 53.1.1-ci maddəsinə əsasən - təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmadıqda əsası ilə icraat dayandırılmışdır (sözügedən qərarlar sorğu edilərək əldə olunmaqla iş materiallarına əlavə edilmişdir) Qeyd olunmalıdır ki, hər iki cinayət işi üzrə məhz Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməklə üzərindən müxtəlif növdə və müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddə metamfetaminin aşkar olunmasına, sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmasına və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına baxmayaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edilməməsi və sonradan da ona münasibətdə cinayət təqibinə xitam verilməklə sözügedən cinayət işləri üzrə yuxarıda qeyd olunan əsasla (CPM-in 53.1.1-ci maddəsinə əsasən) icraatın dayandırılması, davamında, yəni baş verən proseslərin fonunda hazırki iş üzrə Təqsirləndirilən şəxs saxlanılması və külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilməsi məhkəmə kollegiyasında hazırki iş üzrə ibtidai araşdırma dövründə əldə olunan sübutların mötəbərliyi il bağlı ciddi narahatlıqlar yaratmış, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində təqdim etdiyi sübutlarla iş üzrə müəyyən olunan hallar birlikdə araşdırıldıqda, sonuncunun qeyd etdiyi xüsusatların əsaslılığına dair inam formalaşmışdır. Digər tərəfdən, Sumqayıt Şəhər Polis İdarəsinin X7 daxil olan əməliyyat məlumatı əsasında təcili şəkildə vəsatət və təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmasına və məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 5(060)-675/2024 saylı qərarla Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilməsinə baxmayaraq, həmin qərarın qəbul olunmasından sonra keçən 11 gün ərzində faktiki olaraq heç bir iş görülməmiş, sözügedən ünvana baxış keçirilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə daxil olan yeni əməliyyat məlumatı əsasında müvafiq əməliyyat tədbiri keçirilməklə Təqsirləndirilən şəxs saxlanılmış və məhz bundan sonra onun barəsində yaşadığı evə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarının olması qeyd olunmaqla sonuncunun yaşadığı ünvana baxış keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təxirəsalınmaz qaydada tədbir keçirilməsi üçün məhkəməyə müraciət edilərək müvafiq yaşayış sahəsinə baxış keçirilməsi üçün qərar əldə edən orqan həmin qərarın icrasının təcililiyini sanki unutmuşdur ki, bu halın özü də məhkəmə heyəti üçün anlaşılmaz olmuşdur. Əgər Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatında onun yaşadığı ünvanda saxlamış olduğu qanunsuz əşyalar, o cümlədən narkotik vasitələr barədə əsaslı şübhələr var idisə, onda niyə tədbir vaxtında icra edilməklə həmin qanunsuz əşyalar və ya narkotik vasitələr aşkar edilməmişdir, yox əgər belə bir şübhə hələ yox idisə, onda təcili şəkildə məhkəmə qərarının əldə edilməsinə nə zərurət var idi? Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunan DVD diskdə olan video görüntülərdən belə müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində polisin nəzarəti altına vemrə növündə qətimkan tədbiri seçilməklə sərbəst buraxılan Təqsirləndirilən şəxs polis əməkdaşlarından gizlənmiş, nəticədə polis əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 20 radələrində onun yaşadığı ünvana gələrək onu soraqlamışlar. Bunu həmin diskdə olan sözügedən tarixdə saat 20:26:03-də qeydə alınmış 58 saniyəlik videogörüntü təsdiq etmişdir ki, həmin videogörüntüdə 2 nəfər şəxsin Sakitin yaşadığı evin həyətinə daxil olması və “Sakit” adlı şəxsi çağırmaları, videonun 40cı saniyəsində ağ rəngli avtomobilin evin ön tərəfindən geriyə dönərək qayıtması görünür. Eyni zamanda, vurğulanmalıdır ki, həmin ərəfədə, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gələrək onu soraqlamaları zamanı artıq polis əməkdaşlarının əlində Sumqayıt Şəhər Məhkəməsinin sözügedən evə daxil olmaqla baxış keçirilməsi üçün icazənin verilməsinə dair müvafiq qərarı mövcud olmuş, yuxarıda da qeyd olunduğu kimi anlaşılmaz səbəbdən sözügedən qərarın icrası nədənsə təmin edilməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, hazırki iş üzrə anlaşılmazlıqlar bununla da bitməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi müvafiq diskdə olan digər video görüntülərdən müəyyən olunur ki, o, müəyyən vaxtlarda Bəxtiyar adlı polis əməkdaşı ilə mobil telefonla əlaqə saxlayır, onun yanına nə vaxt gələcəyi ilə maraqlanır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı video görüntüdə əks olunan və mobil telefonla danışdığı şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin X5 rəisi olan Bəxtiyar Hacıyev olduğunu bildirdiyindən, o cümlədən onun mobil telefon nömrəsini məhkəməyə təqdim etdiyindən, həmin xüsusatın araşdırılması üçün sözügedən şəxs məhkəməyə dəvət olunaraq əlavə şahid qismində dindirilmiş, həmin şəxs ilk əvvəl Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə danışmadığını bildirsə də, daha sonra şəxslə aralarında digər narkotik vasitə istifadəçiləri barədə məlumat almaq üçün danışıqlar olduğunu qəbul etmiş və məhkəmə istintaqı zamanı təqdim etdiyi istifadəsində olan mobil telefon nömrəsinin məhz Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mobil telefon nömrəsi ilə eyniyyət təşkil etdiyi müəyyən olunmuşdur. Bütün bu qeyd olunanların baş verməsi fonunda məhkəmə heyətində ibtidai araşdırmanın ilkin mərhələsində, yəni xx.xx.2024-cü il tarixdə maddi sübut olan narkotik vasitə və psixotrop maddələrin aşkar olunması prosesinin etibarlılığı ilə bağlı ən ciddi şübhə yaradan məqam Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi diskdə yer alan və sonuncunun məhz məhkəməyə ünvanladığı video görüntülər olmuşdur. Belə ki, şəxs 1 dəqiqə 25 saniyə davam edən həmin video görüntüdə özünü lentə alaraq məhkəməyə müraciət ünvanlamış və bildirmişdir ki, bu artıq axırıncı videodur, onu artıq çağırıblar, onu tutacaqlar və 20-25 kiloqram, bəlkə də daha artıq narkotik vasitə ilə yükləyib göndərəcəklər cəza çəkməyə. Anası dəfələrlə DİN-in “102 xidməti”nə zəng edib, heç bir nəticə olmayıb. Məhkəmə kollegiyası sözügedən videoda göstərilən xüsusatların əhəmiyyətini anlayaraq və həmin video görüntüdə əks olunanların montaj olma ehtimalını də nəzərə alaraq iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün həmin çəkilişin edildiyi mobil telefonu əldə edərək müvafiq ekspertiza təyin etmiş və əldə olunaraq iş materiallarına əlavə olunan ekspertizanın rəyindən məlum olmuşdur ki, həmin video görüntülərdə montaj əlaməti yoxdur, o cümlədən həmin video görüntülər məhz xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmamışdan bir müddət əvvəl çəkilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs, o cümlədən hər hansı şəxsin bir neçə dəqiqə və ya bir saat sonra baş verə biləcək hadisələri öncədən görmə kimi bir qabiliyyətinin olması qeyri-mümkün olduğundan, məhz xx.xx.2024-cü il tarixdə bu çəkiliş həyata keçiriləndən bir qədər sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının bir təsadüf olması ağlabatan deyil. Təqsirləndirilən şəxs sözügedən video görüntüdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində anasının DİN-in “102 xidməti”nə zəng edib, dəfələrlə qeyd olunan hallarla bağlı şikayət etməsini bildirdiyindən, bununla bağlı dolğun məlumat almaq üçün həm DİN-in X10 Xidmətinə sorğu verilmiş, eyni zamanda anası Yaqut Musayevanın istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə müvafiq mobil telefon operatoruna sorğu ünvanlanmış, DİN-in X10 Xidmətindən daxil olmuş məktubda, arxivlərin saxlanma müddəti bitdiyindən, 2024-cü ildə “102 Xidməti”nə daxil olan məlumatların araşdırılmasının qeyri-mümkün olması qeyd olunmuş, Bakcell MMCdən əldə olunan məlumatlara baxış keçirildikdə isə sözügedən nömrədən DİN-in “102 xidməti”nə zənglərin edildiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmasınadək onun ətrafında baş verən hadisələri ardıcıllıqla tədqiq edib mövcud sübutlarla qarşılıqlı araşdırıb özünün müəyyən etdiyi halları əsas götürərək, həmçinin şəxsin üzərindən aşkar olunmuş maddi sübutun (01 büküm narkotik vasitə qurudulmuş marixuana, 01 büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetaminin), o cümlədən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Tess 1” zavodunun yaxınlığındakı dənizkənarı istiqamətində açıq sahəyə baxış keçirilməklə aşkar olunan maddi sübutun (ümumilikdə 45 bağlamada narkotik vasitə qurudulmuş marixuananın) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. İş üzrə mövcud olan və ittiham tərəfinin istinad etdiyi digər sübutlara, o cümlədən polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs sözügedən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, məcburiyyət nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən, həmin polis əməkdaşlarının şahid ifadələri (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr) iş materialları və məhkəmə istintaqı zamanı əldə olunaraq tədqiq olunmuş sübutlarla (yuxarıda sadalanmış əlavə şahid Yaqut Musayevin ifadəsi, müvafiq mobil operatorlardan götürülmüş məlumatlar, video görüntülər və s.) üst-üstə düşməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs və iş üzrə əlavə şahid qismində dindirilən – anası Yaqut Musayevanın məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına məhz həmin ifadələri qoyur. Bununla bağlı məhkəmə kollegiyası CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi yeganə etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşakr olunan mobil telefonda mövcud olan video görüntüyə və foto şəkillərə gəldikdə isə qeyd olunmalıdır ki, həmin mobil telefonda aşkar olunan video görüntünün çəkilmə vaxtına diqqət etdikdə müəyyən olunmuşdur ki, həmin video görüntü məhz Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlamaq üçün özünü evdə lentə aldığı video görüntüdən sonra, lakin Təqsirləndirilən şəxs saxlanılmamışdan qısa müddət əvvəl çəkilmişdir. Odur ki, həmin sübutun etibarlığı da məhkəmə kollegiyası üçün şübhə doğurmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olması ilə bağlı ekspert rəyləri həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlandığı istintaq təcridxanasından həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 45187 qram (45 kq 187 qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana, 29,476 qram çəkidə narkotik vasitə heroin və 27,857 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməli, iş materiallarında olan 01 ədəd “Huawei Y7” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd “Xiaomi” markalı “Redmi” modelli mobil telefon sahibi X11 qaytarılmalı, 03 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 186 AZN (bir yüz səksən altı manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 45187 qram (45 kq 187 qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana, 29,476 qram çəkidə narkotik vasitə heroin və 27,857 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, iş materiallarında olan 01 ədəd “Huawei Y7” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd “Xiaomi” markalı “Redmi” modelli mobil telefon sahibi X11 qaytarılsın, 03 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 336 AZN (üç yüz otuz altı manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar