Məhkəmə qərarları › İş №1(124)-176/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-176/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-176/2025 05.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, 14-cü məhəllə, yataqxana 7, otaq 31-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2024-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən Sumqayıt şəhər 1 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs yanında olan tanışı ilə danışıq tərzini bəyənməyib, onlar arasında yaranmış mübahisəyə müdaxilə etməsindən sonra aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ailə üzvülərinin ünvanına nalayiq ifadə işlədilməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqca etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs kürək və sağ qol nahiyəsinə zərbələr vurmaqla ona sağ çiynin arxa səthinin və sağ saidin bayır səthinin kəsilmiş deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd boşluğa keçən kəsilmiş deşilmiş yarası kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, ona birinci dəfə Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə ittiham elan etmişlər. Daha sonra burada olanda Azərbaycan Respublikası CM-in 126.2.4 maddəsi ilə ittiham elan etmişlər. O, zərərçəkmiş şəxsə, ümumiyyətlə, ağır zərər vurmamışdır. Hadisə söyüş üstündə baş vermişdir. Hadisə günü o, yəni özü bir bakal pivə içmişdir. Onun dostu və eyni zamanda qohumu olan bir nəfər şəxslə zərərçəkmiş şəxsin problemi olmuşdur. Onun üstündə zərərçəkmiş şəxslə mübahisə etmişdir. Sonradan zərərçəkmiş şəxs onu söymüş və o da söyüş söydüyü üçün onu bıçaqla vurmuşdur. Onun üstünə gəldiyini görə o, restorandan bıçaq götürmüşdür. Zərərçəkmiş şəxslə barışıq əldə edib-etmədiyindən hazırda xəbəri yoxdur. Atası barışıq etmək üçün zərərçəkmiş şəxsin yanına getmişdir. Hazırda zərərçəkmiş şəxsin onunla barışıb-barışmadığından məlumatı yoxdur. Əməlindən peşman olmuşdur. Birinci mübahisəni onun yanında olan qohumu ilə etmişdir. Onun üstündə onlar dalaşmışlar. Sonra zərərçəkmiş şəxs onun yanından ayrılmış və o, elə zənn etmişdir ki, zərərçəkmiş şəxs bıçaq götürmək üçün getmişdir. O da özünü qorumaq üçün bıçaq götürmüşdür. Üç və ya dörd dəfə bıçaq zərbəsi vurmuşdur. Hüsü dedikdə Hüseyn adlı şəxsi nəzərdə tutmuşdur. Hüseyn zərərçəkmiş şəxsə cavab verə bilmədiyinə görə o, zərərçəkmiş şəxsə cavab vermişdir. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxs onu söyəndə özündə olmamışdır. Həmin zaman o, əsəbi olmuşdur. Zərərçəkmiş şəxslə əvvəllər dost olmuşlar. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi ziddiyyətli olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 02 avqust 2024-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən Sumqayıt şəhər 1 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs yanında olan tanışı ilə danışıq tərzini bəyənməyib, onlar arasında yaranmış mübahisəyə müdaxilə etməsindən sonra aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ailə üzvülərinin ünvanına nalayiq ifadə işlədilməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqca etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs kürək və sağ qol nahiyəsinə zərbələr vurmaqla ona sağ çiynin arxa səthinin və sağ saidin bayır səthinin kəsilmiş deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd boşluğa keçən kəsilmiş deşilmiş yarası kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi üzrə ittihamla özünü təqsirli bilməsə də, ona qarşı verilmiş ittiham aşağıdakı sübutlarla təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, motosikleti təkəri partladığı üçün əli ilə sürə-sürə yanındakı uşaqla evə gedirmiş. Evə gedəndə qarşısına Təqsirləndirilən şəxs çıxmışdır. Əvvəlcə deyib gülmüşlər. Təqsirləndirilən şəxs yanında bir uşaq olmuşdur. Həmin uşaqla sözləri bir tutmamışdır. Onun üstündə Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Onun fikri uşaqla mübahisə etmək olmuşdur. O, özü söyüş söyməyə başlamış, söyüş söyəndən sonra da Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamışdır. Bundan sonra Kamrana “gözlə, motosikleti evə qoyub gəlirəm” demişdir. O da gəlməyəni “belə-belə olsun” demişdir. Motosikleti evə qoyanda o öz yanındakı uşağı da özü ilə çağırmışdır. Onun həmin uşağı çağırmaqda məqsədi təqsirləndirilən şəxsi təkləmək olmamış, Təqsirləndirilən şəxsla dava edərsə həmin uşaq onları ayırsın. Geri qayıdanda mübahisələri olmuşdur. O, Təqsirləndirilən şəxsı kənara çəkib başa salmaq istəmişdir. Kamran bıçaq götürmək üçün həmin yerdən qaçıb getmişdir. Evə gedəndə Təqsirləndirilən şəxs obyektdən söyüş söyəsöyə gəldiyini görmüşdür. Kamran onun nəslini söyə-söyə gəlirmiş. O da onun üstünə qaçmışdır. Bıçaqla vurmaq istəyəndə sifətinə dəymişdir. Onunla dalaşanda sol əli ilə onu quçaqlamış, sağ əli ilə kürəyindən bıçaq zərbəsi vurmuşdur. Dörd dəfə kürəyindən bıçaq zərbəsi vurmuşdur. O isə Kamrana bir ədəd yumruq zərbəsi vurmuş və bir ədəd də bıçaq zərbəsi qolundan dəymişdir. Barışıq olmamışdır. Xəstəxanada olduğu müddətdə nə Təqsirləndirilən şəxs atası gəlmiş, nə də xəstəxana xərclərini ödəmişdir. 4000-5000 manat xərci çıxmışdır. O, fəhlə işləmişdir. Onun atasına “heç olmasa min manat gətir xərcimi ver, qalan pulu istəmirəm” demişdir. O, min manatı versəymiş, qalan çəkdiyi xərciləri ona bağışlayacaqmış. Təqsirləndirilən şəxs yanındakı uşağı uzaqdan tanımışdır. Həmin şəxsin salam verməyi onun xoşuna gəlməmişdır. Ona həmin uşaq o tərzdə salam verdiyi üçün həmin şəxsin salamını almamışdır. Birinci həmin şəxsə salamın Allah salamı olduğunu və düzgün formada salam verməli olduğunu demişdir. Daha sonra həmin uşaqla mübahisə edəndə Təqsirləndirilən şəxs ona “o uşaqdır və uşaqla nə işin var” demişdir. Təqsirləndirilən şəxs onların yanına ayrımaq məqsədi ilə gəlmişdir. Daha sonra söyüşlə danışmağa başlamışdır. Daha sonra evə gedib qayıtdıqdan sonra Təqsirləndirilən şəxs kənara çəkmış və onunla dalaşmışdır. Onun çəkdiyi xərcləri ödəyəcəyi halda, şikayətçi olmayacağını bildirmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Daha sonra fikrini dəyişərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, soy adını və atasının adını bilmədiyi Ayazı uzun müddətdir tanıyır. Ayaz dostu olmuşdur. Bundan başqa Şahid1da uşaqlıqdan tanımış, onunla eyni binada yaşamışlar, aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən bir il əvvəl tanımışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində dostu Ayazla birlikdə özünə məxsus mopedi xarab olduğu üçün evlərinə aparmış, həmin vaxt Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən 1 saylı tam orta məktəbin qarşısında Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Həmin vaxt Kamranın yanında üzdən tanıdığı, lakin adını bilmədiyim oğlanda olmuşdur. Kamranla rastlaşdıqları vaxt görüşüb salamlaşmışlar. Həmin vaxt Kamranın yanında olan oğlan kinayəli formada ona “salam tanıdın məni” deməklə sual vermiş, cavabında isə həmin şəxsə tanımadım, tanımaqda istəmirəm deməklə cavab vermişdir. Sonrada Kamran onun sözünə əsəbləşib “qardaşımla o nə danışıqdı danışırsan, başın gedib sənin” deməklə ona müraciət etdikdə Kamrana “yanımda kimsə səninlə elə danışsa mən cavabını verərəm” sözlərini demiş və bunun üstündə aralarında mübahisə yaranmışdır. Bundan sonra Kamran bir əli ilə yaxasından tutmuş, digər əli ilə isə ona yumruq atmış, lakin Kamranın atdığı yumruq ona dəyməmişdir. Cavabında Kamranı yumruqla vurmuş, vurduğu zərbə Kamranın qoluna dəymişdir. Kamranın yanında olan oğlan isə Kamrana əlbəyaxa olanda ordan qaçıb getmiş, Ayaz isə kənarda dayanıb onlara tamaşa etmişdir. Kamranla dalaşan vaxt kənardan tanımadığı şəxslər gəlib onları ayırmış, Kamrandan uzaqlaşarkən o gözləməsini istəmiş, cavabında ona “sən gözlə mopedi qoyub yanına qayıdıram” demiş, sonra isə Ayazla birlikdə özünə məxsus mopedi aparıb yaşadığı evə qoymuşdur. Daha sonra Kamranla qayıdıb söhbətlərini davam etdirərkən onun başqa adam üstümə gətirəcəyindən ehtiyatlanaraq, qapı qonşusu olan Rüfətin yanında olması üçün onun evinin qapısını döymüş, Rüfət qapını açdıqda ona çölə çıx səninlə işim var demiş, Rüfət evdən çölə çıxıb onunla birlikdə piyada məhəllələrindən çıxaraq 1 saylı məktəb tərəfə gedərkən, ona məsələni danışıb uşaqla söhbəti düşdüyünü demiş, həmçinin həmin şəxsi vurmamasını, onunla özünün dalaşacağını, sadəcə qıraqdan kimsə gəlsə onu təkləmələrinə mane olmasını istəmişdir. Bundan sonra yolun qırağına çatanda Kamrannm onu gəzlədiyini görərək Kamrana yaxınlaşıb onun kürəyinə girib söhbət etmək üçün kənara çəkmiş və ondan niyə belə etməsinin səbəbini soruşmuşdur. Kamran isə cavabında zor edirəm, qardaşımla niyə belə danışırsan deməklə cavab vermiş, ondan niyə söyüşlə danışdığının səbəbini soruşduqda Kamran yenidən əcəb edirəm deməklə cavab vermişdir. Bundan sonra əsəbləşdiyindən Kamranın yaxasından tutub ona kəllə vurmaq istədikdə, o arxaya çəkilmiş, Kamranın köynəyi cırılmış, bundan sonra köynəyi əlindən buraxmışdır. Daha sonra bir-birlərini nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Rüfət və kənardan onlara yaxınlaşan tanımadığı şəxslər onları ayırıb, dalaşmamalarını istəmişlər. Buna baxmayaraq Kamran ünvanına nalayiq ifadələr işlədərək üstünə gələndə ona yumruq atmış, atdığı yumruq zərbəsi onun sol qoluna dəymişdir. Həmin vaxt başqa tanımadığı şəxs kənardan ona yaxınlaşıb onu Kamrandan ayırmış və yaşadığı evə tərəf aparmış, Rüfət isə Kamranı ayırıb kənara çəkmişdir. Buna baxmayaraq Kamran ondan aralaşıb bazar tərəfə qaçmış, bundan sonra yaşadığı məhəllə tərəf getmiş, həmin vaxt Ayazda yanında olmuşdur. Ancaq təxminən 2 dəqiqə sonra Kamran arxasınca nalayiq ifadələr işlədərək qaça-qaça üstünə gəlmiş, onun Kamranla dalaşmağına mane olmaq istəyən Ayazı kənara çəkib Kamranın üstünə getmişdir. 1 saylı məktəbin qarşısında bir-birlərinə çatdıqda Kamran əlindəki bıçaqla onu vurmaq istəmiş, lakin Kamranın ilk əvvəl onu vurmaq istədiyi bıçaq zərbəsi ona dəyməmiş, bundan sonra Kamranı yumruqla vurmuş, Kamrana vurduğu ymruq zərbəsi ya onun sifət, yada sol qol nahiyyəsinə dəymişdir. Daha sonra Kamranın hər iki ayağının arasına girib fənd işlədərək onu qaldırıb kürəyi üstə yerə çırpaq istədikdə, Kamran əlindəki bıçaqla üç dəfə sol çiyin tərəfinə, bir dəfə sağ çiyn tərəfinə zərbə vurduğundan zəifləyərək onu buraxmış, Kamranın sifətinə bir dəfə yumruqla vurmuş, ikinci dəfə də vurmaq istədikdə Kamran əlindəki bıçaqla bu dəfə sağ qoluna bir zərbə vurmuşdur. Bundan sonra ordan aralaşıb qaçmış, həmin vaxt kamran isə onu söyə-söyə yenidən arxası ilə gəlir. Bundan sonra dayanmış və Kamranı vurmaq istədikdə sağ qolu qanadığından Kamranı vura bilməmiş, Kamran isə qolunun qanadığını görüb ondan aralaşıb çıxıb getmişdir. Bundan sonra yerə çöküb oturmuşdur. Ayaz isə gedib valideyinlərini çağırmış, Rüfət isə ona yaxınlaşaraq köynəyini çıxartmış, ətrafdakı şəxslərin gətirdiyi suyu bel nahiyəsinə tökmüşdür. Daha sonra atası Babək yanına gəlmiş, sonradan isə hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobili ilə ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aprılmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Kamranın əlində bıçağın olduğunu görsədə, lakin bıçağın hansı formada olduğunu dəqiq görə bilməmiş, Təqsirləndirilən şəxs ona bıçaq zərbələri vurduqdan sonra, ona yenidən bıçaq zərbələri vurmaq üçün imkanı olsada, bunu etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi cəmi bir dəfə görmüşdür. Axşam vaxtı evdə olmuş və bu zaman qonşusu Pərviz gəlmişdir. Axşam saat on ikidə Pərviz onu evdən çağıraraq onunla işi olduğunu bildirmişdir. O da Pərvizdən onunla nə işi olduğunu soruşmuşdur. Pərvizə gəlməyəcəyini demişdir. İki ya da üç dəfə israr etmişdir. Ona maraq güc gəldiyi üçün nə məsələ olduğunu öyrənmək istəmişdir. Əvvəlcə onun motosikletlə qəzəya düşdüyünü fikirləşmişdir. Daha sonra aşağı düşəndə Təqsirləndirilən şəxs da görmüşdür. Pərviz onu görən kimi Kamranı vurmaq üçün onun üstünə qaçmışdır. Onları aralayaraq məsələni maraqlanmışdır. İfadəsində də qeyd etdiyi kimi onları bir dəfə də zibilliyin yanında ayırmışdır. Pərvizin və ya Kamranın hansının ilk olaraq söyüş söydünü dəqiq xatırlamamışdır. Amma bir-birilərini söydüklərini xatırlamışdır. Həmin vaxtı onları aralayırmış. O ayırandan sonra sakitçilik olmuş, sakitlik olandan sonra uşaqlarla görüşməyə getmişdir. Daha sonra Pərvizin yerə oturub onu çağırdığını görmüşdür. O yaxınlaşanda Pərvizin yerə oturduğunu görmüşdür. Pərvizin əlində qan görmüşdür. Ondan nə olduğunu soruşanda Kamranın onu vurduğunu demişdir. Pərviz onu görən zaman cəsarətlənmişdir. Mübahisəni ilkin olaraq kimin başlatmasını bilməmişdir. O, Pərvizin onu evdən çağırdığı müddətdən sonra baş verənləri bilmişdir. Pərvizi xəstəxanaya o, aparmamışdır. Pərvizin atası və anası gəlmişdir. Nənəsi və ya anası onu xəstəxanaya aparmışdır. Ondan sonra evə getmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Bundan başqa Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, onunla eyni binada yaşamış, aralarında dostluq münasibətləri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman yaşadığı mənzilin qapısı döyülmüş, qapım açdıqda qapını döyənin onunla qonşuluqda yaşayan Pərviz olduğunu görmüşdür. Həmin vaxt Pərviz onu çölə çağıraraq, onunla işi olduğunu demiş, həmin vaxt həmçinin Pərviz həyəcanlı və tənginəfəs olmuşdur. Bundan sonra yaşadığı evdən çıxaraq piyada Pərvizlə birlikdə 1 saylı məktəbin yerləşdiyi ərazi istiqamətində getməyə başlamış, Pərvizdən onunla nə işi olduğunu soruşduqda, o heç nə deməmiş, ancaq onunla gəlməsini xahiş etmişdir. Həmin vaxt binaların arasında iki nəfər oğlan çıxmış, sonradan həmin şəxslərdən birinin Hüsü, digərinin isə Kamran olduğunu bilmiş, həmin vaxt Pərviz qaça-qaça Kamranın üstünə gedərək onun qarnından tutub yerə yıxmağa çalışmış, onlar bir birlərinin ünvanlarına nalayiq ifadələr işlədərək bir-birlərini söyüb təhqir etmişlər. Bundan sonra aralarına girib onları ayırmış, həmin vaxt kənardanda 2-3 nəfər tanımadığı şəxs onlara yaxınlaşıb Kamran və Pərvizə sakit olmalarını, dalaşmamalarım bildirmişlər. Buna baxmayaraq onlar yenidən əlbəyaxa olaraq dalaşmış, bir-birlərini yumruqla vurmuşlar. Bu dəfədə onlara yaxınlaşıb onları ayırmış, onların sakitləşdiklərini görüb kənarda dayanıb onlara baxan məhəllə uşaqlarının yanına getmişdir. Daha sonra Pərviz və Kamranın yenidən dalaşdıqlarını gördükdə onları aralamaq üçün yenidən onların yanına qayıtmış, bu vaxt Pərvizin sağ qolunun qanadığını görmüş, Pərviz isə Kamranın onu bıçaqla vurduğunu bildirmişdir. Pərvizin kürək nahiyəsinə baxdıqda, onun kürək nahiyəsindədə xəsarət olduğunu, qan axdığını görmüş, daha sonra ətrafdakı şəxslərin gətirdiyi suyu Pərvizin bel nahiyəsinə tökmüşdür. Daha sonra Pərvizin atası Babək ora gəlmiş, sonradan isə hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobili ilə Pərvizə tibbi yardım göstərilməsi üçün o xəstəxanaya aparılmışdır. Hadisə vaxtı heç kimlə mübahisə etməmiş, heç kimi vurmamış, nədə ki, hadisə vaxtı onu vuran olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, hadisə vaxtı orada olmamışdır. Zərərçəkmiş şəxs ilə birlikdə gəlirmişlər. Əllərində motosiklet olmuşdur. Onların qarşılarına çıxmışlar. Onlarla görüşmüş və bir az da deyib gülmüşlər. Aralarında bir az mübahisə olmuşdur. Birinci salam üzərindən mübahisə olmuşdur. Hüseyn Kamrana gəl gedək demişdir. Təqsirləndirilən şəxs onunla getməmiş, buna görə də Hüseyn tək getmişdir. Mübahisənin baş verəcəyini anladığı üçün onun Pərvizin atasını çağırmaq üçün getmişdir. O, bıçaqlanma hadisəsinin şahidi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Bundan başqa ibtidai istintaq zamanı qanuni nümayəndəsi X6 iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşma çatmayan Şahid3 Afıq oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, Pərvizlə qonşuluqda yaşamışlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Pərvizə məxsus moped xarab olduğundan, ona kömək göstərərək Pərvizə məxsus mopedi onların yaşadığı evə aparmış, həmin vaxt, yəni saat 22 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 1 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs və onun yanında olan tanımadığı bir nəfər şəxslə qarşılaşmışdır. Kamranı isə həmin hadisədən təxminən bir ay əvvəl tanımış, Kamranla qarşılaşanda salamlaşmışlar, həmin vaxt Kamranın yanında olan şəxs Pərvizə “salam tanıdın məni?” deməklə müraciət etmiş, Pərviz isə cavabında ona “tanımadım, tanımaqda istəmirəm” deməklə cavab vermişdir. Bundan sonra Kamran onların arasında olan danışığa müdaxilə edib Pərvizə “o mənim qardaşımdır, qardaşımla bu nə danışıqdı danışırsan” sözlərini demiş, bu səbəbdən də onlar arasında mübahisə yaranmış, onlar əlbəyaxa olub bir-birlərini sinələrindən geri itələməyə başlamışlar. Bundan sonra oraya gəlmiş tanımadığı şəxslərlə birlikdə Kamranla Pərvizi ayırmış, Pərviz isə Kamrana mopedi evlərinə qoyub qayıdacağını, onu gözləməsini demiş, bundan sonra isə Pərvizə kömək edib ona məxsus mopedi yaşadıqları evin qarşısına gətirmişdir. Daha sonra Pərviz evlərinə qalxmış, bir qədər sonra yanında Rüfət adlı qonnşuları ilə birlikdə geri qayıtmışdır. Bundan sonra Rüfət və Pərviz 1 saylı orta məktəbin qarşısına tərəf getdiklərindən, onların arxası ilə həmin yerə getmiş, ora çatanda Kamranla Pərviz bir birlərinə yaxınlaşıb ilk əvvəl söhbət etməyə, sonra isə yenidən əlbəyaxa olub dalaşmağa başlamışlar. Bundan sonra orda olan Rüfət və digər şəxslər Kamran və Pərvizi ayırmış, ancaq buna baxmayaraq Pərviz və Kamran bir birlərinin ünvanlarına nalayiq ifadələr işlətmiş, sonradan isə yenidən əlbəyaxa olaraq dalaşmışlar. Rüfət və orda olan şəxslər onları yenidən ayırmış, bundan sonra Pərvizlə birlikdə yaşadıqları məhəllə istiqamətində gedərkən Kamran yenidən nalayiq ifadə işlədə işlədə Pərvizin üstünə gəlmiş, Pərviz isə Kamranın ayaqlarından tutaraq onu yerə yıxmaq istəmiş, bundan sonra Kamran və Pərviz bir birlərinə qarşılıqlı olaraq zərbələr vurmuşlar. Sonradan Pərvizin dizi üstə yerə oturduğunu gördükdə Pərvizə yaxınlaşmış, həmin vaxt Pərviz Kamranın onu bıçaqla vurduğunu bildirmişdir. Pərvizin bədən səthinə baxdıqda onun qolundan qan gəldiyini görmüş, bundan sonra Pərvizin yaşadığı evə gedərək onun ailə üzvülərinə məlumat vermiş, sonra isə yaşadığı evə qayıtmış, daha sonra olanlardan məlumatsız olmuşdur. Hadisə Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən 1 saylı orta məktəbin qarşısında küçədə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt hadisə yerində tanıdığı şəxslərdən Kamran və Pərvizdən başqa Rüfət adlı qonşuları olmuş, birdə hadisə zamanı yaranmış səs küyə oraya kənar şəxslər gəlib Pərviz və Kamranı ayırmağa çalışmış, ancaq həmin şəxslərin kim olması barədə hər hansı məlumatı olmamışdır. Hadisə zamanı Pərviz və Kamran ancaq qarşılıqlı əlbəyaxa olaraq dalaşmış və bir birlərinə zərbələr vurmuş, hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən nə ona, nədə orda olan digər şəxslərə qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Rüfət ora gəldikdən sonra onun nə Təqsirləndirilən şəxs ilə, nədə hər hansı digər şəxslə arasında dava dalaş və ya mübahisə olmamış, o ancaq əlbəyaxa olaraq dalaşan Kamran və Pərvizi ayırmaya çalışmışdır. Kamranla Pərvizin əlbəyaxa olub dalaşdıqlarını və bir-birlərinə qarşılıqlı olaraq zərbələr vurduğunu görsədə, Kamranın Pərvizi bıçaqla vurmasını görməmiş, sonradan Pərvizin dizi üstə yerə oturduğunu görüb ona yaxınlaşdıqda onun sağ qolundan qan axdığını görüb nə baş verdiyini Pərvizdən soruşduqda o, Kamranın onu bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə baxışında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxs ilə gələn zaman Zərərçəkmiş şəxs da bir nəfərlə gəlirmiş. Onlar salamlaşdıqdan sonra söhbət etməyə başlamışlar. Onların sözü üst-üstə düşmədiyi üçün o, Kamrana getməyi təklif etmişdir. Onun özü həmin vaxt tələsirmiş. Təqsirləndirilən şəxs onunla birgə gəlməmişdir. O da tək getmişdir. Əvvəlcə bibisioğlunun yanına, oradan da evə getmişdir. Səhər bıçaqlanma hadisəsinin baş verdiyini xəbər tutmuşdur. O, bıçaqlanma hadisəsinin şahidi olmamışdır. O, Pərvizə salam vermiş, lakin verdiyi salam Pərvizin xoşuna gəlməmişdir. Birinci mübahisə onun üzərində olmuşdur. Daha sonra özlərinin sözləri üst-üstə düşməmişdir. O, salamı sol əli ilə verdiyinə görə onun xoşuna gəlməmişdir. Əlində əşya olduğuna görə sol əli ilə salam vermişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. İfadə verən zaman nümayəndəsi də iştirak etmişdir. Bundan başqa ibtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşma çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ata tərəfdən uzaq qohumudur. Zərərçəkmiş şəxs isə Kmaranın vasitəsi ilə hadisədən təxminən bir neçə ay əvvəl tanımış, münasibətləri çoxda yaxın olmasada, aralarında heç vaxt qərəz, ədavət olmamış, qarşılaşanda həmişə bir birlərinə salam vermişlər. Sonuncu dəfə 02 avqust 2024-cü il tarixdə saat təxminən 20 radələrində Kmranla Sumqayıt şəhəri ərazisində gəzişərkən, yolda köşklərin birindən Kamran pivə alıb içmiş, saat təxminən 22 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Aksiom” kafesinə tərəf getmişlər. Ancaq içəri girdikdə, içəridə adam çox olduğundan kafedə biraz qalıb sonra çölə çıxmışlar, yola çıxıb Kamranın yaşadığı məhəllə tərəfə gedəndə Pərviz və Pərvizin yanında olan Ayaz adlı şəxslə qarşılaşmışlar. Ayazıda uzaqdan uzağa tanımış, həmin vaxt Ayazın əlində Pərvizin mopedi olmuş, moped xarab olduğundan Ayaz itələyərək mopedi aparmağa çalışmışdır. Bir birlərinə yaxınlaşanda bir birlərinə salam verib, əl ilə görüşmüşlər. Pərvizlə görüşəndə əlində nəsə əşya olduğundan ona sol əli ilə salam vermiş, bu səbəbdən Pərviz ona “bu necə görüşməkdi mənimlə görüşürsən” demiş, cavabında ona heç nə deməsədə, Pərvizə Kamrana “bu nə danışıqdı onunla belə danışırsan” demiş, bundan sonra onlar arasında mübahisə yaranmış və onlar bir birlərinin əl ilə sinələrindən geri itələməyə başlamışlar. Davamında isə əlbəyaxa olub yumruq və təpiklə bir birlərinə zərbə vurmuşlar. X13 “burda gözlə gəlirəm, gözləməyən peysərdi” demiş və çıxıb getmişdir. Bundan sonra ordan çıxıb getmiş, sonradan Pərvizlə Kamranın yenidən dalaşdıqlarını və həmin vaxt Kamranın bıçaqla Pərvizə xəsarət yetirdiyini öyrənmişdir. Kamranın dayısı oğlu deyildir. Kamran ata tərəfdən uzaq qohumu olmuşdur. Soy adı Abışov yox, Əlizadə, adı Hüsü yox Hüseyn olmuş, tanışları ona Hüsü deyə müraciət etmişlər. Ata adı isə Tıyıq yox, Faiq olmuş, Tıyıq atasının ləqəbi olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1465 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. “Döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd boşluğa keçən kəsilmiş-deşilmiş yarası, sağ çiynin arxa səthinin və sağ saidin bayır səthinin kəsilmiş-deşilmiş yarası”

2. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd boşluğa keçən kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ çiynin arxa səthinin və sağ saidin bayır səthinin kəsilmiş-deşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaqla yetrilə bilməsi inkar olunmur. Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 422- MTKŞ/2024 nömrəli rəyindən görünür ki,

1. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdir.

2. Ekspertizaya təqdim olunmuş X9 məxsus köynəyin arxa səthində olan 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr onun bədənin arxa səthində aşkar edilmiş 04 (dörd) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Sağ saidin bayır səthinin kəsilmiş deşilmiş yarası paltarda öz əksini tapmamışdır. Məhkəmə bioloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli № 572/2024-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A- /İİ/.(axtarış vərəqəsinin lcsero surətinə əsasən).

2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız A antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2466 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:

1. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab olunmalıdır.

2. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertiza və X8 PHŞ şəxsinin xx.xx.2024-cü il tarixli, 1318 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. xx.xx.2024 tarixli, A/1886 saylı, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun orta dərəcəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-249/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsindən, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs onun yanında olan Şahid2 ilə salamlaşma ilə bağlı mübahisələrini bəhanə gətirərək heç bir əsas olmadan içkili vəziyyətdə zərərçəkmiş şəxsi təhqir etməklə, əvvəlcə xırda xuliqanlıq hərəkətləri ilə zərərçəkmiş şəxsi mübahisəyə sövq etmiş və nəticədə xuliqanlıq niyyətilə, restorandan götürdüyü bıçaqla zərərçəkmişə ağır xəsarət yetirmişdir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında” qeyd edilmişdir ki, “şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir”. Araşdırılan iş üzrə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin heç bir qanuni yola əl atmadan zərəçəkmiş şəxsə qarşı sərgilədiyi davranış ağlabatan deyildir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə;- altı ildən onbir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-249/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və onun cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş üzərində insan qanı ləkələri və 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr olan 01 (bir) ədəd ön hissəsi ağ, arxa hissəsi isə qara rəngli qısaqol köynək məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş üzərində insan qanı ləkələri və 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr olan 01 (bir) ədəd ön hissəsi ağ, arxa hissəsi isə qara rəngli qısaqol köynək məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar