Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-177/2022 29.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16, mənzil 16-da qeydiyyatda olan və faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 10,531 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 29 avqust 2021-ci il tarixdə saat 08:10-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İnşaatçılar küçəsində yerləşən Qubadlı rayon İH-nin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 3-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən 01 ədəd şəffaf və göy rəngli qarışıqlı sellofan bükümdə satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 10,531 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 4 ilə yaxındır ki, narkotik vasitə heroin və düşdükdə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Heç kimə narkotik vasitə satmamış, yalnız özünə narkotik lazım olduqda əldə etmişdir. Həbsdə olan qardaşının ailəsi tək qalmasın deyə onun evində qardaşının uşaqları və arvadı X5 ilə birlikdə yaşamışdır. 28 avqust 2021-ci il tarixdən 29 avqust 201-ci il tarixə keçən gecə saat 24-01 radələrində Qubadlı RİH-nin yanında olan ödəmə terminalından telefon nömrəsinə kontur vurmaq üçün evdən çıxmışdır. Həmin vaxt 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılmışdır. Həmin vaxtı polislər bir nəfər Asif adlı şəxsi də tutmuşlar. Saxlanıldıqdan sonra polis bölməsində onu döymüşlər ki, 10 qram narkotik vasitənin onun üzərində olmasını boynuna alsın. Lakin üzərində narkotik vasitə olmadığı üçün o, narkotiki boynuna almaqdan imtina etmişdir. Narkotikin onda olmasını etiraf etmədiyi üçün videoçəkiliş bir neçə dəfə aparılmışdır. Döyülmə nəticəsində, eləcə də polislərin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiricəklərini demələrinə görə məcbur qalıb videoçəkiliş zamanı onun üzərinə qoyulan narkotikin onda olmasını boynuna almışdır. Lakin sonra Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham verildiyini görüb etiraz etmişdir. Ona verilən sənədlərdən yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi qeyd olunan sənədləri imzalamış, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi qeyd olunan sənədlər isə onun tərəfindən imzalanmamışdır. Buna görə polis əməkdaşları tərəfindən yenə də döyülmüşdür. Onu döyən polis əməkdaşlarının adlarını bilmir. Döyülmə nəticəsində o, huşunu itirmiş və polislər ona təcili tibbi yardım çağırmışdılar, sonra isə xəstəxanaya aparmışdırlar. Onun qabırğası əzildiyi üçün travmotoloq həkimə aparılmış və rentgen müayinəsindən keçirilmişdir. Hətta barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılan zaman üzərində təpik izlərinin olmasını, boynunda və qulağında qızartıların olmasını hakimə göstərmiş və hakim tərəfindən onun barəsində həbs seçilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə 2021-ci ilin avqust ayının sonlarında əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmış və onun saxlanılması üçün tədbirlər görülmüşdür. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində Qubadlı RİH-in yaxınlığında olması müəyyən edildiyindən əməliyyat qrupunun üzvləri Şahid3, Şahid2 və Şahid4, eləcə də inspektor kriminalist Orxan Aslanovdan ibarət qrupla əməliyyat mövqeyi tutmuşlar və videoçəkiliş aparılmaqla Qubadlı RİH-nin qarşısına gələn Təqsirləndirilən şəxs yaxınlaşmaqla özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu üçün onu 3-cü PB-yə dəvət etmişdirlər. 3-cü PB-yə çatdıqda müdafiəçinin iştirakı ilə çəkiliş davam etdirilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroin aşkar edilmişdir. Bükülü tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Bu haqda Təqsirləndirilən şəxs soruşduqda o, narkotik vasitəni Aytən adlı şəxsdən 120 manata aldığını və Aytənin kartına 120 manat pul göndərməklə onun dediyi yerdən narkotik vasitəni götürdüyünü bildirmişdir. Daha sonra, Şahid1 göstərmişdir ki, polis bölməsində Təqsirləndirilən şəxs döyülməmiş və ona hər hansı bir tibbi yardım göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında səhər saatlarında Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhərində Qubadlı RİH-nin binasının yaxınlığında yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs saxlanılması kriminalist tərəfindən videoçəkilişlə aparılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs 3-cü PB-yə aparılmış və orada təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun üzərində axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs sağ cibində bir ədəd bükülü aşkar edilmişdir. Daha sonra, o, verilən suallara cavab olaraq qeyd etmişdir ki, əməliyyat qrupunda Şahid1, Şahid4 və Şahid2 olmuşdurlar. Təqsirləndirilən şəxs tək saxlanılmış, saxlanıldığı yerdən PB-nə çatanadək kriminalist tərəfindən videoçəkiliş aparılmış, narkotik vasitəni isə Aytən adlı şəxsdən aldığını demişdir. Polis bölməsində Təqsirləndirilən şəxs döyən və ona təzyiq edən olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi vəzifəsində, polis leytenantı rütbəsində xidmət etmiş Şahid2 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid1 bir nəfər şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumat daxil olmuşdur. Həmin şəxsi müəyyən edib saxlanılması üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda o, Şahid4, Şahid3, Şahid1 daxil olmuşdur. Sumqayıt şəhərində yerləşən Qubadlı RİH-nin binasının yaxınlığında gecə saatlarında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar və 3-cü PByə dəvət etmişlər. Orada üzərində şəxsi axtarış aparılarkən onda heroin aşkar edilmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs polis bölməsində döyülməmiş, ona tibbi yardım göstərilməmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən onun üzərində hər hansı bir xəsarətin olmasının şahidi olmamışdır. Yalnız istintaq zamanı verdiyi ifadəsində olan ziddiyyət, yəni təqsirləndirilən şəxsin saxlanıldığı vaxt Şahid2 bildirildikdə, o, Təqsirləndirilən şəxs səhər saat 08 radələrində saxlanılmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid4 da Şahid2la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, əri Vüqar Əliyev həbsdə olduğundan uşaqları ilə yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qubadlı RİH-nin yanında olan 8 №-li yataqxananın 10 nömrəli mənzilində qayını Təqsirləndirilən şəxs onunla birlikdə qalmışdır. 2021-ci ilin avqust ayının 29-da təxminən gecə saat 01 radələrində İlqara zəng gəlmiş və o, getdiyini deməklə qapını bağlamasını ondan xahiş etmişdir. Həmin gecədən sonra İlqar evə gəlməmişdir. Sonra qaynanası ona İlqarın tutulduğunu demişdir. Evdə tək olduğu üçün uşaqlarını da götürüb qaynanasının evinə getmişdir. 2 gün sonra axşam radələrində İlqar evə gəlmişdir. Bu zaman o, sinəsini tutub saxlamış, boynunda qızartılar olmuşdur. İlqar polislər tərəfindən narkotiklə bağlı tutulduğunu və tutulduqdan sonra döyüldüyünü demişdir. Bundan başqa, Viktoriya Məmmədova qeyd etmişdir ki, İlqar tutulmamışdan əvvəl onun boynunda hər hansı bir xəsarət və xəsarət izi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında travmatoloq vəzifəsində işləyən X11 ifadəsində göstərdi ki, qeydiyyat kitabında olan yazıya əsasən deyə bilər ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə saat 12:40-da müraciət etmiş və ona döş qəfəsinin əziyi diaqnozu qoyulmuşdur. Döş qəfəsinin əziyi fiziki mexaniki təsirlərdən, yəni yıxılmaqdan və zərbə nəticəsində ola bilər. Döş qəfəsinin əziyinin nəticəsi nəfəs darlığı və ağrılar olmuşdur. Təqsirləndirilən şəxs rentgendən keçirilmiş və bu zaman onda döş qəfəsinin əziyi olması müəyyən edilmişdir. Döş qəfəsinin əziyi nəticəsində şəxs tənəffüs zamanı ağırlarının artmasından şikayət edə bilər. Lakin Təqsirləndirilən şəxs konkret olaraq nəyin nəticəsində xəsarət aldığını deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə ibtidai istintaqı apamış müstəntiq X7 ifadəsində göstərdi ki, onun tərəfindən iş üzrə ibtidai istintaq aparılmışdır. Təqsirləndirilən şəxs onda hər hansı bir xəsarətin olması barədə məlumat verməmişdir. 30 avqust 09:50dən 10:35-ə qədər Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirmiş və onunla digər istintaq hərəkətləri aparmış, sonra isə o, Sumqayıt ŞPİ-nin X8yıtmışdır. Onun tərəfindən istintaq hərəkətləri aparılarkən Təqsirləndirilən şəxs Sumqayıt TTYX-yə müraciət etməsi barədə məlumatı olmamışdır. 30 avqust saat 12:40-da Təqsirləndirilən şəxs onun sərəncamında olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3769 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 10,531 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. (Cild 1, iş vərəqləri 39-42) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (Cild 1, iş vərəqləri 148-149) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarışın keçirilməsi” barədə 29 avqust 2021-ci il tarixli protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra saat 08:55-də inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonic” markalı videokamera işə salınmış və xidməti otaqda videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan iç cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Kütlə ölçüldükdə qablaşdırma ilə birlikdə çəkisi 10,71 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmasını və Aytən adlı qadından almasını demişdir. Həmin istintaq hərəkəti videoçəkilşlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Qeyd edilməsi zəruridir ki, həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdikləri ifadələrində əməliyyatda iştirak edən polis əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid2 göstərmişlər ki, 29 avqust 2021-ci il tarixdə saat 08:15-də Sumqayıt şəhəri Qubadlı RİH-nin yanına gəlmişlər və orada inspektor-kriminalist tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs saat 08:30-da gəlmiş və onu saxlamışlar. Göründüyü kimi itiham tərəfininin əsas şahidləri olan polis əməkdaşları videoçəkilişin şəxsin tutulduğu yerdən aparıldığını göstərmişlər. Lakin məhkəmədə tərəflərin iştirakı ilə “Şəxsi axtarışın keçirilməsi” barədə 29 avqust 2021-ci il tarixli protokola aid videogörüntülərə baılarkən müəyyən edilmişdir ki, həmin videoçəkiliş təhqiqatçının xidməti otağında başlamaqla təqsirləndirilən şəxsin saxlanıldığı yerdə polis əməkdaşlarının ona yaxınlaşması videoçəkilişdə öz əksini tapmamışdır. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun səhər saatlarında deyil gecə saatlarında saxlanılması, polis bölməsində döyülməsi və bir neçə dəfə videoçəkilişin aparılması ilə bağlı halların həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan halların isə həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4 və 245.3cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Bundan başqa, videoçəkilişdən göründüyü kimi, tutulmuş şəxs Təqsirləndirilən şəxs ən azından Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən ona izah edilməmiş, keçirilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmiş, yalnız hüquq və vəzifələrinə dair bildiriş kağızda ona verilməklə sonrakı mərhələdə tanış ola biləcəyi ona deyilmişdir. Qeyd edilənlərə əsasən “Şəxsi axtarışın keçirilməsi” barədə 29 avqust 2021-ci il tarixli protokol mötəbərliyi şübhə altına alınan sübut olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən döyülməsi və ona ilkin olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməsinin deyilməsinə görə viddeoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını deməsi, sonra isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham verilməsini gördükdə buna etiraz etməsi, polis əməkdaşları tərəfindən yenidən döyülməsi, nəticədə xəsarət alması, huşunu itirməsi və təcili tibbi yardım xəstəxanasına aparılması ilə bağlı hallara xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab edir ki, bu halların həqiqət olması ehtimalları aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmətibbi müayinədən keçirilməsinə dair məhkəmə-tibb eskpertinin 30 avqust 2021-ci il tarixli 1148 nömrəli ekspert rəyinin nəticə hisssində əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının və boyun nahiyəsinin qançırları kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 29 avqust 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Rəyin anamnez hissəsinə əsasən müayinə olunanın deməsinə görə 29 avqust 2021-ci il tarixdə saxlanılaraq üzərinə baxış keçirilən zaman həmin xəsarətləri almışdır. (Cild 1, iş vərəqləri 87-88) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 20 sentyabr 2021-ci il tarixli qərarın mətnindən görünür ki, Sumqayıt ŞPİ-də “Müvəqqəti saxlama yerinin daxli intizam Qaydalarına” uyğun olaraq tərtib edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” kitabından çıxarışə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə MSY-ə daxil olmuşdur. Daha sonra həmin qərarda göstərilmişdir ki, Sumqayıt ŞPİ-də “Müvəqqəti saxlama yerinin daxili intizam Qaydalarına” uyğun olaraq tərtib edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X14 daxil olarkən onun üzərində ilkin müayinə zamanı kürək nahiyəsində hiperemiya, yuxarı ətraflarda bilək nahiyəsində sıyrıqlar aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 100-102) Məhkəmənin sorğusuna əsasən “Sumqayıt Tibb Mərkəzi Təcili Xəstəxanası” X22 tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 944” nömrəli məktubdan və işə əlavə edilmiş qeydiyyat kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə saat 12:40-da xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişdir. X20 xəstəni müayinə etmişdir. Rentgen müayinəsi məsləhət olunmuş, xəstə rentgen müayinə olunmadan getdiyi üçün ambulator müalicəyə yazılmış, xəstə zədəni harada almasını deməmişdir. Xəstəyə ilkin müayinə nəticəsində “Döş qəfəsinin əziyi” diaqnozu qoyulmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə dair yuxarıda qeyd edilən ekspert rəyinin təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Sumqayıt şəhət TTYX-nin rentgen şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yarısının rentgenoqrammasında ağ ciyər sahələrinin təmiz olması, sümüklərin tamlığının pozulmasının müşahidə edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, şahid ifadələrinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparılarkən tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş “döş qəfəsinin sağ yarısının və boyun nahiyəsinin qançırları”, eləcə də məhkəmə tibbi müayinəsindən sonrada aşkar edilməsi istinsa edilməyən, MSY-ə qəbul edilərkən qeydə alınmış “kürək nahiyəsinin hiperemiyası, yuxarı ətraflarda bilək nahiyəsində sıyrıqlar” kimi xəsarətlərin məhz onun saxlanılmasından sonra polis bölməsində alınması ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “Şəxsi axtarış keçirilməsi barədə” 29 avqust 2021-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 20 sentyabr 2021-ci il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). İş materiallarında olan Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərində şəxsi istifadəsi üçün 10 qram çəkidə narkotik vasitə heroinin olduğunu, həmin heroini əvvəldən tanıdığı Aytən adlı şəxsdən 120 manata alıdığını etiraf etmişdir. (Cild 1, iş vərəqləri 31-32, 47-48, 62-63) Lakin cinayət işində olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina ilə bağlı Sumqayıt şəhər məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilməsindən və guya üzərində narkotik vasitə olmasını etiraf etməsindən bilavasitə sonra məhkəmədə çıxış edərək üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və ona xəsarət yetirildiyini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi ona vəd edildiyi üçün polislərlə razılaşdığını qeyd etmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 20 sentyabr 2021-ci il tarixli qərarın mətnindən görünür ki, izahatı alınmış Təqsirləndirilən şəxs həmin izahatında da üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və barəsində işin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparıldığı ona deyildiyi üçün polislərlə razılaşdığını göstərmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən çıxış edən zaman, həm də prokurorluğa izahat verən zaman Təqsirləndirilən şəxs hər iki halda üzərində narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən döyülməsini göstərdiyi halda, yalnız polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir. Eyni ilə polis əməkdaşları Şahid1, Şahid3 Şahid4 və Şahid2 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrindən də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Hətta baş əməliyyat müvəkkili, polis mayoru Aqşin Mehtiyevin ifadəsini sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsinə köçürən müstəntiq sonuncunun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində olmasını da ifadəyə köçürmüşdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid3 Şahid4 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Mübahisəsizdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs vеrilmiş ittihamın əsasını, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hеsab еdir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3769 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2021-ci il tarixli, 3253 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə gələn və gedən “sms” mətnləri təhlil edilmiş və ittiham tərəfi bu “sms”-lərdə narkotik vasitələrin alış-verişi ilə bağlı ayrı-ayrı şəxslərlə yazışmaların olmasını iddia etmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X13rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X19 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il tarixli hökmlərlə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Cinayət işinin materillarında olan “Maddi sübut kimi tanınma haqqında” 01 sentyabr 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,481 qram olan narkotik vasitə heroin, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd və telefonla danışıqlara dair məlumatları özündə əks etdirən 01 ədəd, cəmi 02 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 10,481 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 10,481 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-177/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-177/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver