Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-177/2023 20.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Aslan oğlunun, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın dövlət kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə baş mütəxəssisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Arxiv şöbəsində mütəxəssis vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən rüşvət qismində almış, qeyrisinin köməkçiliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” adlandırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 01 mart 2013-cü il tarixli, 104/K nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki invertarlaşdırma və ünvan şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə mütəxəssisi vəzifəsinə, 29 iyun 2021-ci il tarixli, 197/k nömrəli əmrə əsasən isə həmin sektorun kadastr üzrə baş mütəxəssisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs üzrə 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən həmin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilməklə həmin vəzifələrdə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2009-cu il tarixdə 3437 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”nın 1-ci bölməsinin 1-ci yarım bölməsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünün araşdırılması, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verilməsi, daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edilməsi, kadastr məlumatlarının kadastr xəritəsinə daxil edilməsi, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edilməsi, çap edilmiş kadastr xəritəsindən çıxarışların yoxlanılması və imza edilməsi, kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsi, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsi və bərpa edilməsi, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsinin həyata keçirilməsi, kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrının aparılması, kadastr xəritələrində onların əks etdirilməsi və kadastr planının çap edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 318A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Hacıyeva (Niyazova) Natəvan Əlibala qızının mülkiyyətinə verilmiş ünvan 5i ünvanında yerləşən 0,08 ha ölçüdə torpaq sahəsinin sənəd üzrə olan koordinatlarının dövlət mülkiyyətində olmaqla ona məxsusluğuna dair heç bir rəsmi sənədi olmamaqla faktiki istifadəsində olan və əri Şahid13 xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 258 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə məxsus olan, ünvan 11i ərazisində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsi ilə eyni hasarın içərisində olan ərazidən fərqlilik təşkil etməsi səbəbindən Natəvan Hacıyevanın əri Şahid13 tanışı cinayətdən xəbərsiz Şahid12 vasitəsilə özünə Natəvan Hacıyevanın mülkiyyətinə verilmiş müvafiq torpaq sahəsinin koordinatlarının dəyişdirilərək Şahid13 JN 258 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə məxsus olan torpağın yanına işlənməsi və həmin koordinatlara dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi ilə əlaqədar 2021-ci ilin mart ayında etdiyi müraciətlə bağlı Natəvan Hacıyevanın faktiki istifadəsində olan torpaq sahəsinə dair sonuncunun mülkiyyət, istifadə və sahiblik hüququnun olmasını müəyyən edən hər hansı bir rəsmi sənədi olmamasına baxmayaraq, həmin qanunsuz hərəkətlərin edilməsinə görə ünvan 5i ərazisində Şahid12 vasitəsilə Şahid13 özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib Şahid13 razılığını aldıqdan sonra 2021-ci ilin mart ayının sonlarında cinayətdən xəbərsiz Şahid12 vasitəsilə Şahid13 özü üçün birbaşa yolla maddi nemət olan 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 5i ərazisində rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra tərtib edəcəyi “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin düzgün və əsaslı olaraq tərtib edilməsi görüntüsü yaratmaq məqsədilə Natəvan Hacıyevanın istifadəsində olan torpaq sahəsinin faktiki yerinin fərqli olması barədə məlumatların əks olunduğu, işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X24 tərəfindən Natəvan Hacıyeva və həmin ərazidə yaşayan digər 3 nəfər şəxsin iştirakı ilə JN 318A nömrəli şəhadətnamənin elektron baza məlumatları ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında fərqin mövcudluğu və sözügedən torpaq sahəsinin Şahid13 məxsus JN-258 nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin qonşuluğunda, eyni hasar daxilində yerləşməsi məzmununda 30 mart 2021-ci il tarixli aktın, Novxanı bələdiyyəsi tərəfindən mətninə bilə-bilə yalan məlumatlar daxil edilmiş Abşeron rayon, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış adlı sənədin, Novxanı bələdiyyəsi tərəfindən Ərazi İdarəsinə bu barədə məlumat xarakteri daşıyan məktubun, 31 mart 2021-ci il tarixli müayinə aktının tərtib olunub özünə təqdim olunmasına nail olduqdan sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni Natəvan Hacıyevanın adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarına əsasən elektron baza məlumatlarında təxminən 350 metr aralı məsafədə yerləşdiyi halda həmin torpaq sahəsinin Şahid13 məxsus 0.10 ha torpaq sahəsinə bitişik torpaq sahəsinin koordinatlarına uyğun məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin “NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Natəvan Hacıyevanın adına rəsmiləşirilmiş xx.xx.2021-ci il tarixli, AA №604542 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Natəvan Hacıyevaya xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********65 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olub vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 07 may 2019-cu il tarixli, 154/k nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv üzrə mütəxəssisi vəzifəsinə təyin edilməklə faktiki həmin idarədə hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsini yerinə yetirən Təqsirləndirilən şəxs2 məsləhət və məlumatlar verməklə yardım etməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında Abşeron rayonu, Masazır bələdiyyəsinin mülkiyyətində olmuş 0.038383 ha ölçüdə torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, 007843 nömrəli Şəhadətnamə və 31 iyul 2019-cu il tarixli, AN İ, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid2 satılmasından sonra həmin torpaq sahəsini gələcəkdə almağı planlaşdıran Şahid1 müvafiq torpaq sahəsini alacağı halda həmin sahənin koordinatlarının dəyişdirilərək faktiki olaraq özünün istifadəsində olan və adına rəsmiləşdirilmiş heç bir sənədi olmayan 0.038383 ha ölçüdə digər torpaq sahəsinə işlənilməsi yolu ilə “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışın verilməsi barədə 2021-ci ilin sentyabr-oktyabr aylarında özünə Təqsirləndirilən şəxs2 vasitəsilə müraciəti ilə əlaqədar Şahid2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi üçün məhkəmə orqanlarına müraciət edilməli olduğu və yaxud Şahid1 özünün istifadəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Abşeron rayon Masazır bələdiyyəsinə müraciət edilməli, bundan sonra bələdiyyə qərarının, bələdiyyənin yerquruluşu planından çıxarış, Abşeron Rayon İcra Hakimiyyətinin rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tərəfindən müvafiq rəy verilib torpaq sahəsinin Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətinə keçməsindən sonra hərracın təşkil edilərək alqı-satqı müqaviləsi əsasında müvafiq torpaq sahəsini mülkiyyətinə keçirməli olduğu halda, həmin prosedurlar gözlənilmədən qanunsuz yolla müvafiq hərəkətlərin edilməsinə görə 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasının yanında Şahid1 özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə rüşvət qismində istəyib Şahid1 razılığını aldıqdan sonra 2021-ci ilin dekabr ayının ortalarında müvafiq pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsi, X27 ərazisində alınaraq özünə ünvan 7 ünvanında yerləşən “Medeyra” adlı mebel salonunun qarşısında təqdim edilməsi ilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə təkrarən rüşvət qismində özü üçün birbaşa yolla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra Şahid1 verdikləri vədi yerinə yetirmək məqsədilə müvafiq torpaq sahəsinə dair tərtib edəcəyi “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin qanuni və əsaslı tərtib olunması görüntüsünü yaratmaq üçün Təqsirləndirilən şəxs2 vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə Şahid1 koordinatlarının işlənməsini istədiyi müvafiq torpaq sahəsinin koordinatları əks olunmuş, mətninə bilə-bilə yalan məlumatlar daxil edilmiş “Abşeron rayonu, X2 planından çıxarış” adlı sənədin tərtib edilərək bələdiyyə sədri vəzifəsində işləyən Şahid10 tərəfindən imzalanması və Abşeron rayon, Masazır bələdiyyəsinin möhürü ilə təsdiq olunması barədə tapşırıq verib həmin sənədin Şahid1 tərəfindən təqdim edilməsindən sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni müvafiq torpaq sahəsinin yerləşdiyi koordinatlar fərqli olduğu halda həmin torpaq sahəsinin 1.190 metr aralı məsafədə yerləşməsi barədə məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin “NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Şahid1 qardaşı X9 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, A № 711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsində 196278 inventar nömrəli qovluqda saxlanılan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A №352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətinin imzaların əks olunduğu və möhürlə təsdiq olunmuş üz qabığının surətini A4 formatında olan kağızın bir tərəfində, həmin kağızın isə digər tərəfində sonradan koordinatları dəyişdirərək Elnur İsrafilovun adına tərtib etdiyi xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin koordinatları görünən iç tərəfinin surətini əks etdirdikdən sonra həmin qovluqda olan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın verilməsi üçün toplanmış sənədlər toplusuna əlavə etməklə əvvəlki həqiqi məlumatları əks etdirən plan və ölçü sənədinin surətini məhv edib Elnur İsrafilova xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olaraq Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs2 məsləhət və məlumatlar verməklə yardım etməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında X3 mülkiyyətində olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən, 0.10 ha ölçüdə torpaq sahəsinin 0.025 ha ölçüdə olan hissəsinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid3 satmasından və sonuncu tərəfindən həmin torpaq sahəsində həmin tarixdən 2022-ci ilin yanvar ayınadək iki mərtəbəli qeyri-yaşayış sahəsinin tikilməsindən sonra 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 vasitəsilə özünə müvafiq torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsi üçün müraciət etmiş Şahid3 həmin torpaq sahəsinin faktiki vəziyyətinin torpaq sahəsinə görə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəddə göstərilmiş koordinatlara uyğun gəlməməsi barədə Təqsirləndirilən şəxs2 tərəfindən məlumat verilməsini təmin etməklə Təqsirləndirilən şəxs2 vasitəsilə özü üçün “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtibi ilə əlaqədar 6.000 (altı min) manat, bölgü sxeminin tərtibi üçün 500 (beş yüz) manat olmaqla, həmin sənədlərin tərtib edilməsinə görə, ümumilikdə külli miqdar təşkil edən cəmi 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini Şahid3 rüşvət qismində istəyib Şahid3 yalnız “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtibi ilə əlaqədar ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini verməsinə dair razılığını aldıqdan sonra 2022-ci ilin yanvar ayının sonlarında özü üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə 4 saylı Abşeron Ərazi İdarəsinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında Şahid3 təkrarən rüşvət qismində özü üçün birbaşa yolla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra Şahid3 Təqsirləndirilən şəxs2 vasitəsilə verdiyi vədin icrası ilə əlaqədar istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən xx.xx.2022-ci il tarixli müvafiq torpaq sahəsinin sənəd üzrə bölünməsini təsdiq edən bölgü eskizi adlı sənədin tərtib olunub “Tərtib etdi: Şahid4” qrafasında, “Yoxladı Təqsirləndirilən şəxs1” qrafasında isə özü ilə eyni sektorda mütəxəssis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid6 tərəfindən imzalanmasına, həmçinin işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsində mühəndis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 tərəfindən xx.xx.2022ci il tarixli müayinə aktına həmin torpaq sahəsinin sənəd üzrə bölünməsi barədə qeydlərin edilməsinə nail olduqdan sonra xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Şahid3 xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olmuşdur. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 1615A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X4 mülkiyyətinə verilmiş ünvan 5i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şahid8 Şahid7 vasitəçiliyi ilə satılaraq Şahid8 xx.xx.2022-ci il tarixli hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın texniki pasportunun verilməsi barədə müraciəti ilə əlaqədar xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsindən, lakin torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki göstəricilər arasında fərq olması səbəbindən “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsindən imtina edilməsindən, Şahid8 xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi ilə əlaqədar təkrar müraciətindən sonra həmin torpaq sahəsinin alqı-satqısında vasitəçilik etmiş şəxs Şahid7 müvafiq torpaq sahəsinin sənəd üzrə koordinatlarının yerləşdiyi faktiki yerdən fərqli olmasını bildirib həmin koordinatların dəyişdirilərək faktiki yerə işlənməklə “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi imkanının olduğunu izah edərək Şahid8 faktiki istifadəsində olan torpaq sahəsinə dair sonuncunun mülkiyyət, istifadə və sahiblik hüququnun olmasını müəyyən edən hər hansı bir rəsmi sənədin olmamasına baxmayaraq, həmin qanunsuz hərəkətlərin edilməsinə görə 2022-ci ilin yanvar ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefon vasitəsilə danışan zaman Şahid7 özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib sonuncunun alqı-satqıda iştirak etdiyi üçün özünə qalmış komissiya haqqından həmin pulu verməsi barədə razılığını aldıqdan sonra 2022-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid7 özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra tərtib edəcəyi “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin düzgün və əsaslı tərtib edilməsi görüntüsü yaratmaq məqsədilə Şahid8 istifadəsində olan torpaq sahəsinin faktiki yerinin fərqli olması barədə məlumatların əks olunduğu Novxanı bələdiyyəsi tərəfindən məzmununa bilə-bilə yalan məlumatların daxil edilmiş müvafiq Abşeron rayon, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış adlı sənədin özünə təqdim olunmasına nail olduqdan sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni Şahid8 adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarına əsasən elektron baza məlumatlarında fərqli yerdə yerləşdiyi halda həmin torpaq sahəsinin faktiki yerləşdiyi sahənin koordinatlarına uyğun məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin “NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, A № 711876 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzalamaqla və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilməsinə nail olaraq təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni hər ikisi eyni, yəni xx.xx.2018-ci il tarixli olmaqla **********23 və **********25 reyestr nömrəli çıxarışlar əsasında X20 adına rəsmiləşdirilmiş, eyni daş hasar daxilində yerləşən müvafiq olaraq 0.052 və 0.035 ha ölçüdə olan torpaq sahələrinin ortasında qalmış ərazinin də müvafiq torpaq sahələrinə birləşdirilərək vahid “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsinə görə Adil Həsənovun tanışı olan Şahid9 vasitəsilə Şahid7, sonuncunun isə özünə müraciəti ilə əlaqədar qeyd edilən sahənin dövlət mülkiyyətində olmaqla ona məxsusluğuna dair heç bir rəsmi sənədin olmamasına baxmayaq, həmin sənədin verilməsi və bununla əlaqədar qanuna zidd zəruri xidməti hərəkətlərin edilməsinə görə Şahid7 21 fevral 2022-ci il tarixdə, istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramında Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj şəklində yazmaqla özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət və qanunsuz hərəkətə görə Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla özü vasitəsilə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” adlandırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 07 may 2019-cu il tarixli, 154/k nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv üzrə mütəxəssisi vəzifəsində işləyərkən həmin Xidmət üzrə 01 mart 2013-cü il tarixli, 104/K nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki invertarlaşdırma və ünvan şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə mütəxəssisi vəzifəsinə, 29 iyun 2021-ci il tarixli, 197/k nömrəli əmrə əsasən isə həmin sektorun kadastr üzrə baş mütəxəssisi vəzifəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs üzrə 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən həmin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2009-cu il tarixdə 3437 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”nın 1-ci bölməsinin 1-ci yarımbölməsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünün araşdırılması, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verilməsi, daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edilməsi, kadastr məlumatlarının kadastr xəritəsinə daxil edilməsi, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edilməsi, çap edilmiş kadastr xəritəsindən çıxarışların yoxlanılması və imza edilməsi, kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsi, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsi və bərpa edilməsi, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsinin həyata keçirilməsi, kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrının aparılması, kadastr xəritələrində onların əks etdirilməsi və kadastr planının çap edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs Təqsirləndirilən şəxs1 məsləhət və məlumatlar verməklə yardım edərək və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında Abşeron rayonu, Masazır bələdiyyəsinin mülkiyyətində olmuş 0.038383 ha ölçüdə torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, 007843 nömrəli Şəhadətnamə və 31 iyul 2019-cu il tarixli, AN İ, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid2 satılmasından sonra həmin torpaq sahəsini gələcəkdə almağı planlaşdıran Şahid1 müvafiq torpaq sahəsini alacağı halda həmin sahənin koordinatlarının dəyişdirilərək faktiki olaraq özünün istifadəsində olan və adına rəsmiləşdirilmiş heç bir sənədi olmayan 0.038383 ha ölçüdə digər torpaq sahəsinə işlənilməsi yolu ilə “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışın verilməsi barədə 2021-ci ilin sentyabr-oktyabr aylarında özünə müraciəti ilə əlaqədar Şahid2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi üçün məhkəmə orqanlarına müraciət edilməli olduğu və yaxud Şahid1 özünün istifadəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Abşeron rayon Masazır bələdiyyəsinə müraciət edilməli, bundan sonra bələdiyyə qərarının, bələdiyyənin yerquruluşu planından çıxarış, Abşeron Rayon İcra Hakimiyyətinin rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tərəfindən müvafiq rəy verilib torpaq sahəsinin Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətinə keçməsindən sonra hərracın təşkil edilərək alqı-satqı müqaviləsi əsasında müvafiq torpaq sahəsini mülkiyyətinə keçirməli olduğu halda, həmin prosedurlar gözlənilmədən qanunsuz yolla müvafiq hərəkətlərin edilməsinə görə 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasının yanında Şahid1 Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində köməkçilik edərək istəyib Şahid1 razılığını aldıqdan sonra 2021-ci ilin dekabr ayının ortalarında müvafiq pul vəsaitini Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsi, X27 ərazisində şəxsən alıb Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında yerləşən “Medeyra” adlı mebel salonunun qarşısında təqdim etməklə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində sonuncu üçün birbaşa yolla köməkçilik edərək alıb Təqsirləndirilən şəxs1 verdikdən sonra Şahid1 verdikləri vədi yerinə yetirmək məqsədilə müvafiq torpaq sahəsinə dair Təqsirləndirilən şəxs1 tərəfindən tərtib ediləcək “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin qanuni və əsaslı tərtib olunması görüntüsünün yaradılması üçün Şahid1 koordinatlarının işlənməsini istədiyi müvafiq torpaq sahəsinin koordinatları əks olunmuş, mətninə bilə-bilə yalan məlumatlar daxil edilmiş “Abşeron rayonu, X2 planından çıxarış” adlı sənədin tərtib edilərək bələdiyyə sədri vəzifəsində işləyən Şahid10 tərəfindən imzalanması və Abşeron rayon, Masazır bələdiyyəsinin möhürü ilə təsdiq olunması barədə Təqsirləndirilən şəxs1 tapşırıqlarını çatdırıb həmin sənədin Şahid1 tərəfindən təqdim edilməsindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni müvafiq torpaq sahəsinin yerləşdiyi koordinatlar fərqli olduğu halda həmin torpaq sahəsinin 1.190 metr aralı məsafədə yerləşməsi barədə məlumatların bilə-bilə tamah niyyəti ilə işlədikləri 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs1 istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin “NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edərək Şahid1 qardaşı X9 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, A № 711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin Təqsirləndirilən şəxs1 tərəfindən tərtib edilib çap edilərək imzalandıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən törətdiyi cinayət əməlinin pərdələnməsi məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsində 196278 inventar nömrəli qovluqda saxlanılan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A №352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətinin imzaların əks olunduğu və möhürlə təsdiq olunmuş üz qabığının surəti A4 formatında olan kağızın bir tərəfində, həmin kağızın isə digər tərəfində sonradan koordinatları dəyişdirilərək Elnur İsrafilovun adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin koordinatları görünən iç tərəfinin surəti əks etdirildikdən sonra həmin qovluqda olan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın verilməsi üçün toplanmış sənədlər toplusuna əlavə edilməklə əvvəlki həqiqi məlumatları əks etdirən plan və ölçü sənədinin surətinin məhv edilərək Elnur İsrafilova xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olunaraq Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs Təqsirləndirilən şəxs1 məsləhət və məlumatlar verməklə yardım edərək və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında X3 mülkiyyətində olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən, 0.10 ha ölçüdə torpaq sahəsinin 0.025 ha ölçüdə olan hissəsinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid3 satmasından və sonuncu tərəfindən həmin torpaq sahəsində həmin tarixdən 2022-ci ilin yanvar ayınadək iki mərtəbəli qeyri-yaşayış sahəsinin tikilməsindən sonra 2022-ci ilin yanvar ayının ortalarında özünə müvafiq torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsi üçün müraciət etmiş Şahid3 Təqsirləndirilən şəxs1la müzakirə etməsindən sonra cinayətkar niyyətlərinə uyğun olaraq həmin torpaq sahəsinin faktiki vəziyyətinin torpaq sahəsinə görə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəddə göstərilmiş koordinatlara uyğun gəlməməsi barədə Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş məlumatları çatdırmaqla sonuncu üçün “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtibi ilə əlaqədar 6.000 (altı min) manat, bölgü sxeminin tərtibi üçün 500 (beş yüz) manat olmaqla, həmin sənədlərin tərtib edilməsinə görə, ümumilikdə külli miqdar təşkil edən cəmi 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini Şahid3 təkrarən köməkçilik edərək rüşvət qismində istəyib Şahid3 yalnız “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtibi ilə əlaqədar ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini verməsinə dair razılığını aldıqdan sonra 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitini 4 saylı Abşeron Ərazi İdarəsinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında Şahid3 təkrarən köməkçilik edərək rüşvət qismində şəxsən Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla alıb sonuncuya verdikdən sonra Şahid3 verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 tərəfindən istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən xx.xx.2022-ci il tarixli müvafiq torpaq sahəsinin sənəd üzrə bölünməsini təsdiq edən bölgü eskizi adlı sənədin tərtib olunub “Tərtib etdi: Şahid4” qrafasında, “Yoxladı Təqsirləndirilən şəxs1” qrafasında isə sonuncu ilə eyni sektorda mütəxəssis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid6 tərəfindən imzalanmasına, həmçinin işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsində mühəndis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 tərəfindən xx.xx.2022ci il tarixli müayinə aktına həmin torpaq sahəsinin sənəd üzrə bölünməsi barədə qeydlərin edilməsinə nail olduqdan sonra xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtib edilib çap edilərək imzalandıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Şahid3 xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə, səhər saat 09:30 radələrində o işdə olarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onun olduğu otağa daxil olmuşdurlar. Onlar özlərini təqdim etdikdən sonra mobil telefonlarını əllərindən almış və onları bir otağa yığmışdırlar. Yoxlamadan sonra avtomobilə mindirilərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılmışdırlar. Orada olarkən onları ayrı-ayrılıqda dörd otaq üzrə bölmüş və onlara nəzarətçi təhkim etmişdirlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onların telefonlarını yoxlamış, daha sonra ona telefonunda korrupsiya ilə bağlı yazışmalar olduğu söylənilmişdir. Təxminən gecə saat 03 radələrində həmin proses bitmişdir Ona “Səni şahid qismində dindiririk” deyə bildirilmiş, lakin o “Siz mənə sual verirsiz ki, rüşvət qismində pul almısızmı, bu şahidə verilən sual deyil axı. Siz məni təqsirkar kimi dindirirsiz, xahiş edirəm məni vəkil ilə təmin edin” demiş, qarşılığında isə “Vəkil məsləhət deyil, vəkil lazım olsa biz sizə deyəcəyik” deyə bildirilmişdir. Təxminən saat 04 radələrində yaşlı bir vəkil gəlmiş və sənədləri imzalamışdır. Daha sonra onları Binəqədi rayonunda yerləşən müvəqqəti saxlama yerinə aparmışdırlar. Şahid3 və Şahid1 ilə bağlı olan epizodlar üzrə onlardan özü üçün pul götürdüyünü, çünki onların bütün sənədlərinin həm hüquqi, həm də texniki cəhətdən düzgün olduğunu, sadəcə olaraq həm Şahid3, həm də Şahid1 aldadaraq onlardan pul aldığını bildirmişdir. Onun gördüyü işlər üzrə ondan daha yuxarı vəzifədə olan ən azı 6 nəfər şəxs olduğunu, digər epizodlar üzrə isə özünü təqsirli bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq 2006-cı ildən mütəxəssis olaraq həmin müəssisədə çalışdığını, vəzifəsinin daxil olmuş sənədi çap etməkdən ibarət olduğunu, Təqsirləndirilən şəxs2lə eyni şöbədə işləmədiyini bildirmişdir. Həmçinin müəssisə daxilində daxil olan sənədlərin dövriyyəsini izah edərək sənədin ilk başda qəbula daxil olduğunu, qaydasındadırsa rəis tərəfindən dərkənar qoyularaq ardınca yoxlanış üçün arxivə və texniki şöbəyə getdiyini, daha sonra sənədin baş mühəndisin dərkənarına, ardınca isə hüquq şöbəsinə getdiyini, hüquq şöbəsindən keçdikdən sonra isə onların şöbəsinə gəldiyini, əgər sənəd qaydasındadırsa bu halda onlar şöbədə sənədi çap etdiklərini, sənəd düzgün olmadıqda isə rəis tərəfindən dərkənar qoyularaq imtinaya getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid3 və Şahid1 epizodları üzrə özünü təqsirli bilmiş, onlardan pul aldığını bildirmişdir. Şahid3 və Şahid1 pulu Təqsirləndirilən şəxs2 vasitəsilə almışdır. Şahid3 sənədləri düzgün olmuş, lakin imtina cavabı aldığı üçün narahat olmuşdur. Şahid3 işi ilə bağlı 5.000 manat alınmışdır. O, həmin 5.000 manatdan nə Mirhəmidə, nə də ki bir başqasına pul verməmişdir. Şahid3 sənədi ilə faktiki vəziyyət arasında fərq olmuş, buna görə də əvvəllər ona imtina cavabı verilmişdir. İmtinaya səbəb olan həmin fərq aradan qalxmamış, elə o formada da qalmışdır. Sənəd üzrə çıxarışın verilməsinə etiraz olunmaması ilə bağlı notarial ərizə əsasında çıxarış verilmişdir. Çıxarış verilməsi üçün pul alınması ilə bağlı Mirhəmidlə aralarında heç bir yazışma olmamışdır. Məbləğin məhz 5.000 manat olmasını kimin söylədiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq işinin yalnız kargüzarlıqla bağlı olduğunu, bununla bağlı olaraq adının sənəddə “tərtib etdi” hissəsində olduğunu, kargüzarlıqdan başqa heç bir səlahiyyətinin olmadığını göstərmiş, Şahid1 məxsus torpaq sahəsinin bələdiyyə sənədi olmaqla həmin sənədə istinad olunduğunu, həmin sənədlə bağlı və Şahid3 sənədləri ilə bağlı da heç bir saxtakarlıq etmədiyini bildirmişdir. Yerquluşu sxemini ilk başda mühəndis yoxlamış, daha sonra kadastr şöbəsinə daxil olmuş, ardınca sektor müdiri, həmçinin şöbə müdiri onu yoxlamış və həmin sənəd baş mühəndisə getmiş və o, sənədə dərkənar qoymuş, icazəsi olduğu halda isə sənəd tərtib olunmuşdur. Yəni hər bir halda 5.000 manat verilmədiyi halda belə çıxarış alınmış olacaqdır. Bütün sənədlər sektor və şöbə müdirinin imzaları ilə təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri mülkiyyət hüququ verən yox, mülkiyyət hüququnu qeydiyyatdan keçirən orqan olmuşdur. Qanuni sənəd olduğu üçün pullar ona çatmadığı halda belə vətəndaşlar sənədləri ala biləcəkdilər. Mirhəmid həm ona, həm də həmin vətəndaşlara sadəcə olaraq yaxşılıq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid7 5.000 manat istəməmiş, Şahid7 1.000 manat məbləğində pul almamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 və Şahid1 5.000 və 6.000 manat məbləğində pul alınmış və həmin məbləğlər Təqsirləndirilən şəxs1 tərəfindən sənədlərlə bağlı olaraq istənilmişdir. O, da həmin məbləğləri Təqsirləndirilən şəxs1 özünə vermişdir. Belə ki, Şahid3 və Şahid1 sənədin verilməsi ilə bağlı imtina cavabı gəlmiş, Təqsirləndirilən şəxs1 da həmin məbləğlərin verilmədiyi halda yenidən imtina veriləcəyini bildirmişdir. Onun bu məsələlərlə bağlı heç bir maddi marağı olmamış və pul bölgüsündə iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq sənədlərin qəbulu şöbəsində çalışdığını, Təqsirləndirilən şəxs1 isə “kadastr və ünvan” şöbəsində çalışmaqla, onunla eyni şöbədə işləmədiyini bildirmişdir. O, bölgü sənədlərinin qəbulu ilə məşğul olmuş, ancaq idarədə oturmuş, bölgü ilə bağlı sahəyə çıxmamışdır. Təqsirləndirilən şəxs1 2020-ci ildən bəridir ki, tanımışdır. Onun qohumu Şahid3 müdir olduğu bağçada çalışmış, onu həmin vasitə ilə tanımışıdr. Şahid3 sənədlərlə bağlı imtina cavabı gəldiyi üçün o, sənədlərini gətirmiş və ona aid olan ərazidə sürüşmə olduğunu deyib kömək etməsini xahiş etmişdir. Qeyd edilən məsələ ona aid olmadığından Aydaş müəllimə müraciət etmiş və Şahid3 sənəd almaq istədiyini söyləmişdir. Aydaş müəllim Şahid3 notarial sənəd gətirməli olduğunu və imtina cavabı verilməməsi üçün 6.000 manat məbləğində pul verməsini bildirmişdir. Şahid3 işini pulla həll etmək istəməmiş, o, sadəcə həmin ərazi üzrə çıxarış almaq istəmişdir. Şahid3 həmin məsələni pul vasitəsilə həll etmək istədiyini ona deməmiş, həmin məsələnin ümumiyyətlə, pul vasitəsilə həll olunduğunu bilməmiş, Aydaş müəllimə müraciət etdikdən sonra pul tələb edildiyini öyrənmişdir. O, telefon vasitəsilə Şahid3 ilə əlaqə saxlamış və 6.000 manat istənildiyini bildirmişdir. Şahid3 ona “Əgər sənədim düzəlirsə bu qədər məbləği verməyə hazıram” demişdir. Şahid3 pulu idarəyə gətirərək kassaya qoymuş, o, həmin pulu kassanın yanından götürmüşdür. Həmin pullar bağlı şəkildə olduğu üçün o, onların hansı əskinasda olduğunu, həmçinin sayını bilməmişdir. O, pulu götürdüyü şəkildə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 da həmin puldan ona heç nə verməmişdir. Onun bu işlə bağlı heç bir marağı olmamış, sadəcə olaraq Şahid3 qohumunun müdiri olduğu üçün ona kömək etmək istəmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 epizodu üzrə dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 bina tikintisi ilə məşğul olan şəxs olduğunu, ipoteka ilə ev aldığı vaxt İsrafil də həmin əraziyə gəlib-getdiyi üçün onu tanıdığını bildirmişdir. Həmçinin, “imtina”nın birbaşa rəis tərəfindən verildiyini demişdir. Daha sonra sənədin ilk başda dərkənara getdiyini, belə ki, rəisin köməkçisinin sənədi rəisə verdiyini, sənədə dərkənar qoyulduqdan sonra arxivə, ardınca isə texniki şöbəyə gedərək müdəndisin yerində yoxlama aparmaqla rəy yazdığını bildimişdir. Daha sonra sənəd kadastr şöbəsinə daxil olmuş və sektor müdiri onu yoxladıqdan sonra şöbə müdirinə göndərmiş, şöbə müdiri isə baş mühəndisə sənədi yollamışdır. Komissiya 7 üzvdən ibarət olmuş, ekspertin rəisi baş mühəndis hesab olunmuş və o, rəylərə baxdıqdan sonra sənədi imzalamış və sənəd Təqsirləndirilən şəxs1 çalışdığı şöbəyə göndərilmişdir. Rəis imzaladıqdan sonra sənəd tərtib edilərək yenidən sektor müdiri, şöbə müdiri, baş mühəndis, rəis müavini və rəis tərəfindən imzalanmış, daha sonra sənəd vətəndaşa verilmişdir. İmtina cavabı da eyni prosedur qayda üzrə aparılmışdır. Yer ilə bağlı problem olduğu üçün Şahid1 müraciətinə imtina cavabı verilmişdir. Sənədə imtina cavabı verilməsi texniki şöbə ilə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs1 Şahid1 sənədini göstərmiş və imtina cavabı aldığını söyləyərək “Nə etməlidir ki, o, çıxarış ala bilsin” deyə soruşmuşdur. Aydaş müəllim isə ona “Bələdiyyədən yer quruluşu sxemi lazımdır” demiş və 5.000 manat məbləğində pul tələb etmişdir. O, Şahid1 yer quruluşu sxeminin lazım olduğunu və 5.000 manat pul istənildiyini demişdir. O, Şahid1 ilə Masazır qəsəbəsində görüşmüş, əslində Aydaş müəllim də oraya gələcəyinə baxmayaraq gecikmişdir. Şahid1 100 manatlıq əskinazları ona vermiş və 10 dəqiqədən sonra Aydaş müəllim gəldikdə o pulları və yer quruluşu sxemini ona vermişdir. Şahid1 üç həftə sonra isə çıxarışını almışdır. Aydaş müəllim ona heç bir məbləğdə pul verməmişdir. Onun Aydaş müəllimlə pul məsələləri ilə əlaqədar yazışmaları olmamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, birinci dəfə Aydaş müəllimə pulu verəndə o, ona “Gözlə, rəislə danışım ondan sonra” sözlərini demişdir. O, sənədi ona göstərəndə “Rəhbərliklə danışılmalıdır, 2-3 gün gözlə, sənə məlumat verəcəm” deyə bildirmişdir. Həmin vaxt o, ondan pul istəməmiş və ona “Yenə imtina cavabı veriləcək, mən rəhbərliklə danışmalıyam” deyə söyləmişdir. O, ilk başda pulun rəhbərlik tərəfindən istənildiyini düşünmüş, Təqsirləndirilən şəxs1 həmin pulları özü üçün istədiyini bilməmiş, Təqsirləndirilən şəxs1 onu da aldatmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq məqsədinin tanışına kömək etməkdən ibarət olduğunu, onun barəsində heç bir şikayətin olmadığını, mövcud məsələlərin Aydaş müəllimin telefon yazışmaları vasitəsilə ortalığa çıxdığını bildirmişdir. O, ibtidai istintaq zamanı da verdiyi ifadəsində də alınan pulun bölüşdürülməsində iştirak etmədiyini söyləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində torpaq sahələrində ev tikib satmaqla məşğul olduğunu, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getdiyi vaxtdan, elə orda təxminən 2-3 ildən bəridir ki tanımışdır. Mirhəmid müəllim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sənədlərin bölgüsü işi ilə məşğul olmuşdur. Onun Masazır kəndində iki ayrı torpaq sahəsi olmuş, onlardan birinin çıxarışı, digərinin isə bələdiyyə sənədi mövcud olmuşdur. Həmin torpaq sahələrinin ikisinə birlikdə çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib, Mirhəmid müəllimə məsələni danışmış, Təqsirləndirilən şəxs2 səlahiyyətlərini dəqiq bilməmiş, lakin sənədlərin bölgüsü işi ilə o, məşğul olduğu üçün sonuncuya müraciət etmişdir. O, Mirhədim müəllimə zəng edərək vəziyyəti izah etmiş və sənədlərin koordinatlarını dəyişməyin mümkün olubolmadığını soruşmuşdur. O, isə ona “Sənədləri at mənə, danışıb sizə deyərəm” demişdir. Ona sənədləri atmış, Mirhədim müəllim ona “İşin xərci var, görüşüb danışarıq” demiş və o, da onunla görüşmüş, bu işin 5.000 manat xərci olduğunu bildirmişdir. Qanuni yolla həmin işi həll etmək mümkün olmamış, çünki müraciətə rədd cavabı gəlmişdir. Mirhəmid müəllim sənədin yerinin dəyişdirilməsi üçün ondan 5.000 manat istəmişdir. O, Mirhəmid müəllimdən bu işi tək, yoxsa kiminsə vasitəsilə həll etdiyini soruşmamışdır. O, 5.000 manatı Mirhəmid müəllimə 8-9 ay əvvəl Masazır kəndində, X15 yaxınlığında, Mirhəmid müəllimin idarə etdiyi avtomobilin yanında vermiş, həmin vaxt Mirhəmid müəllim tək olmuşdur. Pul əskinasları 100-lüklər olmuşdur. Mirhəmid müəllim ona “Danışıb, sənə xəbər edəcəm” demiş, lakin onun kimlə danışdığını bilməmişdir. Onun sənədləri 21 gün ərzində düzəlmişdir. Sənədsiz torpaq sahəsi sənədli torpaq sahəsinə birləşdirilmişdir. Çıxarışın ona necə veriləcəyi ilə maraqlanmamışdır. Sənədin hazır variantı ona təqdim edilmişdir. Aldığı çıxarışdakı kooridinatla bələdiyyənin təqdim etdiyi koordionat eyni olduğu üçün sənədin doğruluğuna əmin olmuşdur. Aldığı çıxarış məhkəmə qaydasında ləğv olunmamışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən təsdiq olunmuşdur. Bu işlə bağlı o, heç bir dövlət orqanına müraciət etməmiş, sözügedən torpaq sahəsi 4-5 ildir ki, onun mülkiyyətində olmuş, bələdiyyə sənədləri də düzgün olmuşdur. Onun heç bir şikayət və ya tələbi olmamış, ərizəni isə istintaq zamanı vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Aşağı Güzdək kəndi ərazisində olan torpaq sahəsində bölgünün düzgünlüyünü, yəni reyestrini, sahəsini, ölçülərini yoxlayaraq müvafiq sənədi imzalamışdır. Şahid3 tanımış, Aşağı Güzdək kəndi ərazisində olan torpaq sahəsi ona aid olmuşdur. Otaqda iş çox olduğu zaman bölgü eskizlərinin bir hissəsini o yoxlamışdır. Bölgü eskizi heç bir əhəmiyyət kəsb etməyən sənəddir. Torpaq sahəsinin koordinatı ərazidə yoxlanılmışdır. Mühəndis əraziyə gedərək torpaq sahəsinin koordinatını yoxlamış və ona uyğun bölgü tərtib etmişdir. O, Aydaş müəllimlə eyni funksiyalı işləri görmüş, Aydaş müəllim dərəcə və təcrübə cəhətdən ondan yüksək olmuşdur. Aydaş müəllim şablon bölgü eskizlərini yoxlamadığı üçün, onların bir hissəsini o, yoxlayaraq imzalamışdır. Aydaş müəllimin əvəzinə sənədləri imzalamağı ilə bağlı göstəriş verilməmiş, sadəcə olaraq işin çoxluğu ilə bağlı belə razılaşmışdırlar. Başqa əməkdaşın əvəzinə hər hansı sənədi imzalamağı ilə bağlı təlimat olmamışdır. Koordinatlar səhv olduğu halda qanunauyğun qaydada düzəldilmişdir. O, Aydaş müəllimin kimdənsə pul və ya rüşvət aldığını görməmişdir. Sənəd ilk olaraq idarəyə daxil olduqdan sonra rəis tərəfindən dərkənar qoyulur, ardınca texniki şöbəyə göndərilir. Mühəndislər texniki şöbənin işçiləridir, sənəd, məsələn, bölgü eskizi texniki şöbədə ərazi üzrə mühəndislərə paylanır. Daha sonra mühəndis vətəndaşa zəng edir və gedib ərazini yoxlayır, bu, rəsmiləşdirilir, ardınca isə sənəd onların şöbəsinə gəlir. Onlar isə mühəndisin tərtib etdiyi bölgüdə ad, soyad hissəsini, həmçinin hərf səhvi olub-olmadığını yoxlamışdırlar. Mühəndis bələdiyyənin sənədləri ilə birlikdə ərazini yerində yoxlayır, sənədlər mühəndis tərəfindən baxıldıqdan sonra onlara gəlir. Onlar əraziyə keçirilən baxışda iştirak etmir, sənədlər, ümumillikdə, 4-5 şöbədən keçir. Sənədlərin yoxlanılmasında onların şöbəsi üçüncü yerdədir, bu cür sənədlər, qəbul, texniki, kadastr, qeydiyyat şöbələrindən və müdriyyətdən keçir. Müdriyyət deyilən zaman, şöbə müdiri, rəis müavini və rəis nəzərdə tutulur. Bütün sənədlər müdriyyətdən keçmir, məsələn, bölgü eskizi mühəndisdən sonra onların şöbəsinə, daha sonra isə qeydiyyat şöbəsinə keçir. Hər sənədin dövriyyəsi fərqli formalarda olur. Bölgü eskizi hazır texniki pasportu verilən sənədlərdə olur. Mühəndis bölgü eskizini tərtib edir, onlar sənədin sadəcə olaraq mexaniki səhvlərini yoxlayır, mühəndis öz işi ilə bağlı məsuliyyət daşıyır. Bələdiyyədən daxil olan sənədlər onların idarəsinə gəlir. Bələdiyyədən daxil olan yer quruluşu sxemini həqiqət kimi qəbul etmişdirlər. Vətəndaşlara çıxarış və texniki pasportun verilməsi ilə onların şöbəsi məşğul olmuş, yekun sənədi isə idarənin rəisi imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o təxminən bir il əvvəl öz torpağını Şahid1 satmışdır. Həmin torpaq sahəsi Masazır kəndində yerləşir və 04 sota yaxındır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Aşağı Güzdək kəndi ərazisində olan torpaq sahəsi üzrə bölgüyə sənəddə uyğunsuzluq olduğu, yəni göstərilən yer sənəddən kənarda yerləşdiyi üçün iki dəfə imtina cavabı verildiyini, daha sonra vətəndaş tərəfindən şikayət daxil olduğu üçün ona bölgü eskizi tərtib olunaraq təhvil verildiyini bildirmişdir. Həmin sahə üzrə müayinə aktını özü tərtib etmişdir. Sonradan sənəd əsasında bölgü aparılaraq çıxarış vətəndaşa verilmişdir. Şahid3 bölgü ilə bağlı müraciət etmişdir. Göstərilən yer sənəddən kənarda yerləşdiyi üçün Şahid3 iki dəfə imtina cavabı verilmişdir. Yerində baxış keçirməklə göstərilən yer sənədin koordinatlarına uyğun gəldiyi halda bölgü aparılmışdır. Şahid3 alqı-satqı etdiyini bildirmiş və sənəd üzrə bölgü aparılmasını tələb etmişdir. O, sonradan öyrəndiyi qədəri ilə vətəndaş sənəd üzrə bölgünün aparılması ilə bağlı qaynar xəttə şikayət etmiş və şikayətdən sonra bölgü həyata keçirilmişdir. Sənəd əsasında bölgü aparılaraq Şahid3 çıxarış verilmişdir. Bölgü eskizindəki imzanın kimə məxsus olduğunu bilməmişdir. Bölgü eskizi kadastr şöbəsində hazırlanmışdır. Təqsirləndirilən şəxs1la münasibəti iş yoldaşı kimi yaxşı olmuşdur. Həmin bölgü eskizindəki imza ona aid deyildir. O, ərazidə olduğu, həmçinin vətəndaş tərəfindən şikayət verildiyi üçün kimsə onun yerinə həmin sənədi imzalamışdır. Heç kim ona müayinə aktı tərtib etməyilə bağlı göstəriş verməmişdir. Sənəddəki koordinatlar əsasında çıxarış verilmişdir. Şahid3 müraciətində göstərdiyi ərazidə 2-3 dəfə olmuşdur. Həmin vətəndaş imtina cavablarını aldıqdan sonra alqı-satqı əsasında əldə etdiyi sənədlərdə göstərilən koordinatlara uyğun olaraq çıxarış verilməsini tələb etmişdir. O, üçüncü dəfə həmin əraziyə baxmamış, belə ki, o, oraya iki dəfə baxmış, buna görə də vətəndaş Şahid3 ilə əlaqə saxlayaraq müraciətdəki ərazinin həmin yer olub-olmadığını soruşmuş və o da eyni ərazi olduğunu bildirmişdir. O, da eyni ərazi olduğu üçün sənədi geri qaytarmışdır. Şahid3 isə cavabdan şikayət edərək sənəd üzərində ona çıxarış verilməsini istəmişdir. Belə ki, o, sənədi götürmədən müraciətinə imtina cavabı verilməməsini tələb etmişdir. O, ərazidə olarkən vətəndaş idarəyə gələrək şikayət etmişdir. Həmin əraziyə çıxdığı üçün onun adı sənəddə qeyd olunmuşdur. O, sənədi tərtib etdikdən sonra kadastr şöbəsi onu yoxlamışdır. Həmin sənədi Aydaş müəllimin yoxlayıb-yoxlamadığını bilməmişdir. Həmin torpaq sahəsinə baxmağı Aydaş müəllim ondan xahiş etməmiş və ya bu barədə tapşırıq verməmişdir. Texniki sənəd olduğu üçün onun əvəzinə kimsə həmin bölgü eskizini imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Aşağı Güzdək kəndi ərazisindən aldığı torpaq sahəsinin ölçüsü ilə ona göstərilən torpaq sahəsinin ölçüləri uyğun gəlməmişdir. Bununla bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrinə iki dəfə müraciət etmiş, lakin ona rədd cavabı gəlmişdir. Onun müdiri olduğu bağçada işləyən Nərmin adlı tanışı söhbət zamanı “Mənim qohumum orada çalışır, istəsəz sizə kömək edə bilər” deyə bildirmışdir. O, həmin qohumunun nömrəsini istədikdə ona Mirhəmid müəllimin nömrəsini vermişdir. O, Mirhəmid müəllimə yaxınlaşaraq sənədlərini göstərmiş, çıxarış almaq istədiyini bildirmiş və sənədinin alınması ilə bağlı ona kömək etməsini xahiş etmişdir. O, “Nə lazımdırsa hörmət edəcəm, mənə sənədim verilsin” demiş və dəfələrlə xahiş etdikdən sonra Mirhəmid müəllim ona “Bu, mənim səlahiyyətim deyil, yuxarı adamlarla danışım, sizə xəbər edəcəm” deyə söyləmişdir. O, bundan bir müddət sonra Mirhəmid müəllimlə əlaqə saxlamış, Mirhəmid ona “6.000 verərsiz, bu sənədi düzəldib verəcəklər” deyə bildirmişdir. O, həmin pulu toplayaraq Daşınmaz Əmlakın Dövlət Reyestrinə getmiş, Mirhəmid müəllimə pulu vermək istədikdə, o, pulu götürməmiş və ona “O pul mənə çatmır, qoyarsız kassaya, özləri gəlib götürəcəklər” demişdir. O, da pulu aparıb kassaya qoymuş, kassada dayanan kişini tanımamışdır. Pulu verdiyi zaman ona qəbz verilməmiş, orada olan şəxs pulu götürüb qırağa qoymuşdur. O, kassada dayanan şəxsə “Yuxarıdan gəlib götürəcəklər” demiş, o isə ona heç bir söz deməmişdir. O, Mirhəmid müəllimə heç bir “hörmət” etməmiş, Mirhəmid müəllim ondan əlavə pul istəməmiş, ona əlavə olaraq 500 manat verməmişdir. Ən sonda, mübahisələndirilən 20 kvadrat ərazi nəzərə alınmadan çıxarış ona təqdim olunmuş, yəni ilkin sənədlərə uyğun olan çıxarışı almışdır. O, torpağın düzgün bölüşdürülməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə iki dəfə rəsmi qaydada müraciət etmişdir. Onun əvvəlki iki müraciətinə verilən imtina cavabı əsassız olmuşdur. Ona verilən imtina cavablarındakı imza Mirhəmid müəllimə aid olmamış, o, daha sonradan onu tanımışdır. 20 kvadratı da nəzərə almaqla çıxarış verilməsi ilə bağlı müraciətlər etmiş, lakin ona ən sonda verilən çıxarış ilkin qanuni sənədlərdəki ərazi üzrə olmuşdur. Onun mübahisələndirdiyi məsələ həmin 20 kvadratı ilə bağlı olmuş və pulu da bunun üçün vermişdir, lakin ona qanuni sənədlər üzrə çıxarış verilməmişdir. O, cəmi 6.000 manat pul vermiş, hazırkı məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etmişdir. Verdiyi pul ona qaytarılmamışdır. Mirhəmid müəllimin əmisi qızı onun yanında çalışmış, o, kömək olunması məqsədilə Mirhəmid müəllimə müraciət etmişdir, lakin sonda bu nəticələrin baş verəcəyini bilməmiş, Mirhəmid müəllimin başına bu hadisələrin gəlməsini istəməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən göstərmişdir ki, 2017-ci ildən Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xarıbülbül” uşaq bağçasını təsis edərək hal-hazıradək həmin uşaq bağçasının təsisçi direktorudur. 2017-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək kəndində 0,025 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsində xərc çəkərək iki mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Həmin torpaq sahəsinə dair adına çıxarış da mövcuddur. Həmin torpaq sahəsinə dair bölgü etdirib ayrı-ayrı çıxarış almaq məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmiş, lakin həmin dövrdə Bakı şəhərində olmadığından torpağa baxış keçirilməsi mümkün olmamışdır. Daha sonra 2022-ci ilin yanvar ayında yenidən həmin idarəyə rəsmi olaraq müraciət etmişdir. İlk olaraq işçisi Nərmin adlı şəxsin qohumu olan Təqsirləndirilən şəxs2 yaxınlaşmış və ona tanışlıq verərək müraciət etmək istədiyini bildirmişdir. Sonuncu da ondan sənədləri qəbul etmişdir. Daha sonra 2022-ci ilin yanvar ayının sonu qeyd edilən torpaq sahəsinə həmin idarənin adını bilmədiyi mühəndisi tərəfindən baxış keçirilmiş və ona torpaq sahəsində problemlər olması, 27 kv.m sürüşmənin olması, yəni torpaq sahəsinin 27 kv.m olan hissəsinin sənədinin olmaması məlum olmuşdur. O, mühəndisə torpaq sahəsində sürüşmənin olduğunu əvvəlcədən bildiyini demişdir. Ona görə də o, bundan əvvəl məsələnin həlli məqsədi ilə tanış olduğu üçün Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu isə ona bu barədə rəhbərliklə danışıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, tez-tez Təqsirləndirilən şəxs2lə işinin həll edilməsi üçün danışmışdır. Növbəti dəfələrdən birində öz istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng edən zaman sonuncu ona idarəyə yaxınlaşmasını bildirmişdir. O da həmin vaxt, yəni 2022-ci ilin yanvar ayında idarədə Təqsirləndirilən şəxs2 yaxınlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bölgünün aparılıb çıxarış verilməsi üçün rəhbərlikdən 6.000 (altı min) manat məbləğində, əlavə sxem üçün isə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tələb edildiyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs2 sxemi istəmədiyini, yalnız bölgünün aparılıb çıxarışının verilməsini və 6.000 (altı min) manat məbləğində pul vəsaitini də həmin vaxt vermək istədiyini bildirmişdir. Həmin vaxtı bağçaya aid işlərlə bağlı üstündə pul vəsaitləri olmuşdur. Təqsirləndirilən şəxs2 həmin vaxtı pulu idarənin kassasına verməsini bildirmişdirlər. O da Təqsirləndirilən şəxs2 dediyi kimi 6.000 (altı min) manat pulu kassada ağzında maska ilə oturan kişi cinsli şəxsə vermişdir. Onun pul verməsini həmin vaxt heç kim görməmişdir. Pulu verdikdən təxminən 14 gün sonra ona çıxarışın hazır olması barədə “sms” gəlmiş və o da həmin sənədi gedib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində Təqsirləndirilən şəxs2 götürmüşdür. Şahid3 həmçinin ifadəsində Təqsirləndirilən şəxs2 dəqiq olaraq verdiyi 6.000 (altı min) manat məbləğində pul vəsaitini kimə verəcəyini bildirmədiyini, sadəcə olaraq ona həmin pulu rəhbərliyə verəcəyini dediyini, Təqsirləndirilən şəxs2 ondan pul vəsaitini istəyən zaman yanlarında heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, altı ildir ki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində işləyir. Mirhəmid və Aydaş müəllimi isə iş yoldaşı olaraq tanımışdır. İstintaq zamanı mütəxəssis olaraq ifadə vermişdir. Şahid3 məxsus torpaq sahəsi ilə bağlı həmin vətəndaş sənəd üzrə çıxarışın verilməsinə etiraz etmədiyi üçün bölgü aparılaraq ona çıxarış verilmişdir. Hər bir sənədin elektron baza məlumatları olmuş və məlumatlara əsasən torpaq sahəsi uyğunlaşdırılmışdır. Vətəndaşın ərizəsi əsasında idarənin göstəşi ilə mühəndis sahəyə getmişdir. Təqsirləndirilən şəxs1 sadəcə olaraq bölgünü elektron baza xəritəsində yoxlamaqla məşğul olmuşdur. Şahid3 6.000 manatın alınması ilə bağlı məlumatı olmamışdır. Hər bir torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olanda onlar vətəndaşa imtina cavabı vermişdirlər. Vətəndaş sənəd üzrə çıxarış verilməsinə dair notarial ərizə verdikdən sonra onlar həmin sənədi icra etmişdirlər. Şahid3 da sənəd düzəldikdən sonra verilmişdir. Çöl ölçmə işlərinin nəticəsi rəhbərliyə məruzə olunmuşdur. Ərizənin təmin, yaxud da rədd olunması ilə bağlı komissiyanın sədri qərar vermişdir. Hər hansı bir qanunsuzluq olduğu halda sənədə dərkənar qoyulmamış, əgər sənədə dərkənar qoyulduqdan sonra Aydaş müəllimə getmişsə, bu o deməkdir ki, həmin sənəd qanuni olmuşdur. Hər bir sənəd ilkin olaraq rəisə getmiş, o, dərkənar qoyduqdan sonra sənəd arxivə yollanır, ardınca texniki inventarlaşma şöbəsinə, qiymətləndirmə və ünvan reyestr şöbəsinə getmişdir. Mühəndis çöldə müayinə baxışı keçirir, aidiyyatı üzrə kadastr şöbəsinə sənədi verir və sənəd elektron baza xəritəsində araşdırılır. O, isə bütün qeydləri ekspertiza vərəqinə yazmış, daha sonra isə sənəd hüquq şöbəsinə getmişdir. Hüquq şöbəsi sənədə öz qeydlərini yazmış və ardınca sənədə qeydiyyatın eksperti baxmışdır. Daha sonra isə sənəd komissiya sədrinə və baş mühəndisə göndərilmişdir. Sonda isə icra olunan sənəd rəisə getmişdir. Aydaşın vəzifəsi sadəcə olaraq çap etməkdən və bölgünü yoxlamaqdan ibarət olmuş, onun sənədlə bağlı digər prosedurları etmək səlahiyyəti olmamışdır. Təsdiqlənmə prosesinin Aydaşa aidiyyatı olmamışdır. Mütəxəssis olaraq qeyd etmişdir ki, nə Fatimə, nə də ki İsrəfil adlı şəxslərin işi ilə bağlı heç bir hüquq pozuntusu olmamışdır. Onlara təqsirləndirilən şəxslər barəsində vətəndaşlardan şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı fərmanına əsasən orada göstərilən sənədlərdən biri əskik olduğu halda imtina cavabı verilmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onların idarəsinə səhər saat 09:30 radələrində gəlmişdir. Həmin əməkdaşlar onların idarəsində təxminən bir saat qalmışdırlar və içəriyə girdikləri zaman əllərində siyahı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Şahid3 məxsus 2,5 sot torpaq sahəsi faktiki vəziyyətlə əvvəlki sənəd üzrə olan vəziyyət arasında guya fərq olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin ərazi bələdiyyə sənədi əsasında verilmiş torpaqdır. Əvvəlki vəziyyət ilə sonrakı vəziyyət arasındakı fərq bazada aşkar olunmuşdur. Həmin ərazidə cüzi kənara çıxmalar olmuş, belə ki, orada tikili mövcud olmuşdur. Tikilinin bir hissəsi də hasardan kənarda qalmışdır. Şahid3 işi ilə bağlı sənəd üzrə 54 m2 qonşunun ərazisinə düşmüş, 78 m2 isə hasardan kənarda yerləşmişdir. Şahid3 məxsus ərazi isə 250 m2 olmuşdur. Şahid3 verilən sonuncu sənəd ilkin sənədlə eyni olmamış, təxminən 140 m2 fərq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, torpaq sahəsi aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən zəng gəlmişdir. Lakin ona imtina cavabı gəlmiş və o, sənədlərini götürə bilməmişdir. Daha sonra həmin torpaq sahəsini aldığı şəxslə danışmış və sənədlərini götürə bilmədiyini, imtina cavabı gəldiyini bildirmişdir. O isə “4-5 gün gözlə, həll edərik” demişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona zəng gəlmiş və bu dəfə oraya getdiyi zaman təxminən 80 və 70 manat ödəyərək sənədlərimi götürmüşdür. Ona torpağı satan şəxs Şahid7 olmuşdur. Həmin torpağı 30.000 manata almışdır. O, Zaura sənədi ala bilmədiyini, ona 30.000 manatdan artıq xərci çıxmayacağını dediyini bildirmiş, o isə ona qarışmamağını, məsələnin həll olunacağını söyləmişdir. O, heç kimə rüşvət olaraq pul verməmişdir. Şahid7 ona məsələnin necə həll olunduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onu idarəyə çağırmışdır. Orada olduğu zaman isə ona “Aydaşla sənin yazışman var” deyə bildirmişdirlər, o, da Aydaşın onun dostu olduğunu, aralarında yazışmalar ola biləcəyini söyləmişdir. İstintaq zamanı ifadə verərkən o heç bir sənədin düzəlmədiyini, sadəcə olaraq Şahid8 satdığı torpaq sahəsi ilə bağlı Aydaşdan kömək etməsini xahiş etdiyini və Aydaşın da həmin sənədi düzəldərək verdiyini bildirmişdir. O, sənədin düzəlməsində kömək etməsini Aydaşdan xahiş etmiş və hörmət edəcəyini söyləmişdir. O, Aydaşa 1.000 manat vermişdir. Torpaq alqı-satqısından ona 1.500 manat komissiya haqqı qalmış və Aydaşa həmin puldan 1.000 manat vermişdir. Nizami sənədləri ala bilmədiyini dedikdə ona “Mən düzəldib verəcəm” demişdir. Sürüşmə olduğu üçün ərazi ilə bağlı sənədlər düzgün olmamışdır. 10-15 gün ərzində sənədləri əldə etmişdirlər. Həmin sənədlərin Aydaşa pul vermədiyi təqdirdə də hazır olacağını, “hörmət” olaraq öz istəyi ilə həmin pulu Aydaşa verdiyini, ondan heç bir orqana şikayət etmədiyini bildirmişdir. Şahid7 dövlət ittihamçısının suallarına cavab olaraq İlkini tanıdığını, İlkinin də onun dostu olduğunu, İlkinlə olan danışıqlarına əsasən iki sənədin birləşdirilməsi üçün Aydaşa müraciət etdiklərini, lakin həmin məsələnin alınmadığını, Aydaşın bununla bağlı 5.000 manat istədiyini bildirmiş, Aydaşla telefonla danışdığını, həmçinin onunla “WhatsApp” danışıqları olduğunu demişdir. Onu Şahid8 satdığı torpaq sahəsinin sənədlərinin düzəlməsi maraqlandırmış, həmin pulun kimə çatacağını bilməmişdir. Şahid8 həmin torpaq sahəsini 30.000 manata satmışdır. Sənədləşmə ilə bağlı xərclər ona aid olmuşdur. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, ünvan 5ində məskunlaşmışdır. Uzun müddətdir ki, Novxanı kəndində yerləşən evlərin və torpaqların alqı-satqısı üzrə agent kimi işləyir. Əvvəllər Novxanı kəndində ofisi də olmuşdur. Hal-hazırda isə yeni ofis icarǝyǝ götürmüşdür və təmir etdirir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin işçisi Təqsirləndirilən şəxs1 4 ildir ki, tanıyır. Sonuncunu ilə əmisi oğlu Rauf adlı şəxs vasitəsilə tanış olmuşdur. Rauf adlı şəxs tamam başqa sahədə işləyir və bu sahənin adamı deyildir. Təqsirləndirilən şəxs1 konkret olaraq hansı vəzifədə işlədiyini bilməmişdir. Ancaq o, torpaq alqı-satqısı ilə məşğul olduğundan tez-tez Təqsirləndirilən şəxs1 işlədiyi qurumla bağlı ona da müraciətlər olmuşdur. Torpaq sahələrinin xəritədəki vəziyyətindən nisbətən kənara çıxması, sürüşməsi və ya digər hallarla bağlı bir neçə dəfə ayrı-ayrı şəxslər ona köməklik üçün müraciət etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Dürdanə Vəliyeva və Şahid8 adlı şəxslər arasında torpaq alqı-satqısı həyata keçirilməsi ilə əlaqədar vasitəçilik etmişdir. Həmin torpaq sahəsi ünvan 5ində yerləşmiş, torpaq sahəsinin reyestr çıxarışı olsa da, texniki pasportu olmamışdır. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı prosedurlar onun öhdəsinə düşdüyündən texniki pasportun alınıb verilməsini də öz üzərinə götürmüşdür. Bu məsələ ilə bağlı özünə məxsus ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib müraciət etmişdir. Onsuzda texniki pasportun verilməsinə sonuncunun işlədiyi idarə imtina verdiyindən Təqsirləndirilən şəxs1 artıq hansı məsələ ilə bağlı ona müraciət etdiyini anlamışdır. Təqsirləndirilən şəxs1 telefonda ona 1000 (bir min) manat məbləğində pul vəsaitinin qarşılığında texniki passportu verə biləcəyini bildirmişdir. O da bu səbəbdən alqı-satqı zamanı komissiya haqqı kimi özünə qalan pul vəsaitinin 1.000 (bir min) manat olan hissəsini 2022-ci ilin yanvar ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər parkının yaxınlığında Təqsirləndirilən şəxs1la görüşüb sonuncuya vermişdir. Pul verildikdən sonra yenidən müraciət edilmiş və texniki pasport təhvil verilmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında yaxın dostu Şahid9 adlı şəxsə məxsus Mehdiabad qəsəbəsində yan-yana yerləşən 2 torpaq sahəsinin birləşdirilməsi üçün yenidən Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Hər iki torpaq sahəsi də Şahid9 məxsus olmuşdur. Həmin torpaq sahələrinin sənəd üzərinə bir torpaq sahəsi kimi qeydiyyata alınması və bir çıxarış verilməsi barədə Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona qısa zaman sonra cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra yəni, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “whatsapp” tətbiqi ilə ona həm yazaraq, həm də səs yazısı göndərərək bu məsələnin həlli üçün ona 5.000 (beş min) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirmişdir. O isə Təqsirləndirilən şəxs1 zəng edərək həmin məbləğin kifayət qədər çox olduğunu, buna görə də razılıq vermədiyini bildirmişdir. Şahid7, həmçinin ifadəsində Təqsirləndirilən şəxs1 aldığı 1.000 (bir min) manat və tələb etdiyi 5.000 (beş min) manat məbləğlərində pul vəsaitlərindən hansısa hissəni hər hansı digər şəxsə verəcəyi barədə heç bir məlumat vermədiyini, sonuncunun aldığı puldan ona heç nə vermədiyini, nə də ki, sonuncu ilə bu barədə danışıqlarının olmadığını, ikinci məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 imtina cavabı verdiyini, çünki, sonuncunun tam qanuni və sadə bir proseduru icra etmək üçün həddən artıq çox pul vəsaiti istədiyini, ilk dəfə 1.000 (bir min) manat məbləğində pul vəsaitini verənzaman isə həmin alqı-satqda vasitəçiliyi özü etdiyindən Təqsirləndirilən şəxs1 istədiyi həmin pulu da öz komissiya haqqından ödədiyini, əlavə olaraq heç kimdən heç bir məbləğdə pul vəsaiti istəmədiyini və almadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, qonşuluqda olan torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsinin ortasında boş yer olmuşdur. Həmin ərazi üzrə sənədlərin birləşdirilməsi üçün Zaura müraciət etmiş və ona bir məbləğ deyilmişdir, lakin həmin məsələ ilə bağlı razılıq əldə olunmamışdır. Həmin sənədlərin hazırlanması ilə bağlı qonşu Adil ona müraciət etmişdir. Qonşu Adil söhbət zamanı ona mövcud məsələni danışmış və o, da ona maraqlanacağını bildirmişdir. Bu məsələ ilə bağlı Zaura müraciət etmiş və o da maraqlanacağını demişdir. Zaur həmin sənədlərin alınması üçün 5.000 manat pul istənildiyini söyləmiş, lakin həmin pulun kim tərəfindən istənildiyini bildirməmişdir. 5.000 manat istənildiyini Adilə dedikdə, o, həmin işdən imtina etmişdir. Adil tərəfindən sənədlərin alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə rəsmi qaydada müraciət edilib-edilmədiyini bilməmişdir. O, Adilə kömək etmək məqsədilə vasitəçilik etmişdir. Adil ilk başda dövlət rüsumu ödəməyi düşünmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid12 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən 2014-cü il tarixədək Abşeron rayon, 1 saylı notariat kontorunda qeyri-rəsmi olaraq işləmişdir. Həmin notariat kontorunda faktiki olaraq kargüzar kimi fəaliyyət göstərmişdir. Notariat kontorunda olan işlərlə əlaqədar təxminən 2005-2006-cı il tarixlərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs1 tanımışdır. Zaman keçdikcə Təqsirləndirilən şəxs1la münasibətləri yaxınlaşmışdır. Bəzi hallarda Təqsirləndirilən şəxs1 müəyyən vətəndaşların işlərini həll etməsini, yəni vətəndaşların əmlaklarına dair çıxarış və ya plan-ölçü sənədlərinin verilməsini xahiş etmişdir. Şahid13 yaşadığı ünvan 5inin sakini kimi tanımışdır. Həmçinin, sonuncu ilə uzaqdan qohumluqları da çatır. Belə ki, hər ikisinin babaları ona məlum olmayan qaydada qohumdurlar. Sonuncu təxminən, 2021-ci ilin mart ayında ona müraciət etmişdir. Belə ki, ünvan 5ində Şahid13 mülkiyyətində 0.10 ha və sonuncunun arvadı Natavan Hacıyevanın mülkiyyətində isə 0.08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahələri yanaşı yerləşmişdir. Şahid13 və Natavan Hacıyevanın müvafiq torpaq sahələrinə dair şəhadətnamələri olmuşdur. Şahid13 bu torpaq sahəsinin satışını həyata keçirmək üçün çıxarış əldə etmək istəmiş, ona bununla əlaqədar müraciət etmişdir. Şahid13 həmin vaxt ona müvafiq şəhadətnamələri təqdim etmişdir. O da həmin şəhadətnamələri Təqsirləndirilən şəxs1 sonuncu ilə Novxanı kəndində olan çayxanada görüşərək göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ünvan 5ində torpaq sahəsi vardır və sonuncu həmin dövrdə ev tikintisini həyata keçirdiyinə görə kəndə tez-tez gəlib-getmişdir. Təqsirləndirilən şəxs1 müvafiq sənədlərə baxdıqdan və həmin sənədlər barədə araşdırma apardıqdan sonra ona həmin torpaq sahəsinə dair elektron baza məlumatlarında sürüşmə olması barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs1 müvafiq işi həll etməsi və vətəndaşların torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Həmin vaxt sonuncu ondan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmişdir. O, bu barədə Şahid13 məlumat vermiş və sonuncu həmin məbləğlə razılaşmışdır. Şahid13 2021-ci ilin təxminən mart ayında 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin dövrdə təxminən mart ayının sonu və ya aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1la Novxanı kəndinin ərazisində görüşərək sonuncuya 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vermişdir. Bundan müəyyən müddət sonra Şahid13 müvafiq plan-ölçü sənədi və çıxarış verilmişdir. Həmin sənədlərin verilməsindən sonra isə sonuncu müvafiq torpaq sahəsini satmışdır. Şahid12, həmçinin, ifadəsində Şahid13 aldığı pul vəsaitinin 500 (beş yüz) manat məbləğində olan hissəsini özünə götürdüyünü, Təqsirləndirilən şəxs1 ilkin olaraq ondan 5.000 (beş min) manat məbləğində pul vəsaiti tələb etsə də sonradan sonuncu ilə həmin məsələni 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti qarşılığında həll etməsi barədə razılaşdığını, Təqsirləndirilən şəxs1 ondan aldığı müvafiq pul vəsaitini özünə götürməsi və ya 4 saylı Abşeron Ərazi İdarəsinin hər hansı bir vəzifəli şəxsin verməsi barədə ona məlumat vermədiyini, sonuncunun ona yalnız “5.000 (beş min) manat ver vətəndaşın plan-ölçü sənədi və çıxarışını verim” dediyini, Təqsirləndirilən şəxs1la aralarında olan “whatsapp” yazışmaları barədə isə həmin mesajların onun tərəfindən icra edildiyini, “Qaqaw gozleyerik sonra zibilin çıxardarıq. Bayram qabaqidi. Bazarliq elemey lazimdi balara. Daniw hec olmasa 500 menim 4500 oranin. Hell eleyek getsin” məzmununda olan mesajın da özü tərəfindən yazıldığını, bəzi hallarda Təqsirləndirilən şəxs1 müvafiq vətəndaşlara məxsus torpaq sahələrindən “whatsapp” proqramı vasitəsilə olduğun yeri bildirən mesaj ataraq həmin ərazinin müvafiq elektron baza məlumatlarında sənədinin olub-olmamasını dəqiqləşdirdiyini, bəzi hallarda isə Təqsirləndirilən şəxs1 müvafiq torpaq sahələrinin bölgü sxemini çəkməsini xahiş etdiyini, belə olan hallarda isə Təqsirləndirilən şəxs1 hər hansı bir məbləğdə pul vəsaitləri vermədiyini, əvvəllər notariat kontorunda işlədiyinə görə yaşadığı Novxanı kəndində tanındığını, kənddə yaşayan vətəndaşların Ərazi İdarəsi ilə bağlı işləri olan zaman ondan bu barədə xahişlər etdiklərini, təxminən 2020-ci ilin əvvəllərində ünvan 5ində yaşamış və hazırda ölmüş Hacı Telman adlı şəxslə bağlı da Təqsirləndirilən şəxs1 xahiş etdiyini, sonradan Hacı Telman adlı şəxslə Təqsirləndirilən şəxs1 görüşdürdüyünü, Təqsirləndirilən şəxs1 Hacı Telman adlı şəxsdən nə qədər pul alması barədə məlumatının olmadığını və Hacı Telman adlı şəxsin təxminən 2021-ci ilin əvvəllərində öldüyünü bildirmişdir. Şahid13 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 30 il bundan qabaq Novxanı sovxozunda işləyən zaman ona ünvan 5i ünvanında 0.18 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt torpağın 0.10 ha olan hissəsi onun adına, 0.08 ha olan hissəsi isə yoldaşı X5 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahələrini satmaq məqsədilə birləşdirərək çıxarış əldə etmək istəmişdir. Bunun üçün 2021-ci ilin təxminən aprel ayının əvvəllərində qohumu olan Şahid12 müraciət etmişdir. Belə ki, özünün bu işlərdən başı çıxmadığına görə sonuncuya müraciət etmişdir. Həmin vaxt torpaq sahələrinə aid sənədləri də Şahid12 vermişdir. Şahid12 həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə danışıb bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Şahid12 ona müraciət edərək “4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə danışmışam, onlara rüşvət qismində 5.000 (beş min) manat məbləğində pul verməlisən ki, məsələ həllini tapsın.” demişdir. O, Şahid12 bu sözü əsasında sonuncuya 5.000 (beş min) manat məbləğində pul vəsaiti vermişdir. Bundan bir müddət sonra Şahid12 ona həmin torpaq sahələrinə aid 1 ədəd çıxarış təqdim etmişdir və həmin torpaq sahəsini satmışdır. Şahid13, həmçinin ifadəsində Şahid12 ona müvafiq torpaq sahələrinə dair elektron baza məlumatlarında sürüşmə olması barədə məlumat verdiyini, ifadəsində göstərdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini də həmin problemlərin aradan qaldırılması müqabilində verdiyini, pul vəsaitinin verilməyəcəyi təqdirdə həmin torpaq sahəsinə çıxarış verilməyəcəyi barədə Şahid12 tərəfindən ona məlumat verildiyini, özünün də müvafiq torpaq sahəsini tez satmaq istədiyinə görə həmin pulu verdiyini, lakin, Şahid12 həmin pul vəsaitini 4 saylı Abşeron Ərazi İdarəsinin hansı vəzifəli şəxsinə verməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə verilmiş 01 mart 2013-cü il tarixli, 104/K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma və ünvan şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektoruna kadastr üzrə mütəxəssis vəzifəsinə, 29 iyun 2021-ci il tarixli, 197/K nömrəli əmrlə kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs üzrə verilmiş 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın dövlət kadastrı və ünvanların verilməsi sektoruna kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə verilmiş 07 may 2019-cu il tarixli, 154/k nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinin Arxiv şöbəsinə arxiv üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs üzrə verilmiş 15 fevral 2022-ci il tarixli, K-025 nömrəli əmrə əsasən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən 4 saylı Abşeron Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 23 fevral 2022-ci il tarixli, **********79 nömrəli məktubdan görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının vəzifə öhdəliklərini müəyyən edən sənəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2009-cu il tarixdə 3437 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”dır. Həmin “Kitabça”nın 1-ci böməsinin 1-ci yarımbölməsinə əsasən müəyyən edilmişdir ki, kadastr üzrə baş mütəxəssis və mütəxəssisin vəzifə öhdəlikləri hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünün araşdırılması, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verilməsi, daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edilməsi, kadastr məlumatlarının kadastr xəritəsinə daxil edilməsi, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edilməsi, çap edilmiş kadastr xəritəsindən çıxarışların yoxlanılması və imza edilməsi, kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsi, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsi və bərpa edilməsi, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsinin həyata keçirilməsi, kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrının aparılması, kadastr xəritələrində onların əks etdirilməsi və kadastr planının çap edilməsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 yanvar 2018-ci il tarixli, 01 bömrəli qərarı ilə Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin, o cümlədən 4 saylı Abşeron Ərazi İdarəsinin əsasnamədən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin fəaliyyət istiqamətləri dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və hüquqa xitam verilməsinin dövlət qeydiyyatının həyata keçirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma və torpaq sahələrində mərzçəkmə işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələsinin plan və ölçüsünün tərtib edilməsi və verilməsinin təmin edilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi, daşınmaz əmlakın, o cümlədən torpaqların, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən olunmuş qaydada qiymətləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, daşınmaz əmlakın kadastrı və ünvan reyestrinin tərtib edilməsi və aparılmasında iştirak edilməsi, dövlət reyestrinə daxil edilən daşınmaz əmlak obyektlərinə dair vahid məlumat bazasının yaradılmasını və lazımi məlumatların Komitəyə və Xidmətə verilməsinin təmin edilməsi, yeni geoinformasiya texnologiyalarının əldə olunması və tətbiqi, müasir avadanlıqlardan, o cümlədən elektron ölçmə cihazlarından və proqram təminatından istifadə etməklə texnoloji prosesləri təkmilləşdirmək istiqamətində fəaliyyətdə iştirak edilməsindən ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2022-ci il tarixlı “baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “iPhone 5 S” markalı mobil telefonun “whatsapp” proqramında iş üçün əhəmiyyət kəsb edən bir sıra yazışma pəncərələri mövcuddur. Həmin proqram vasitəsilə Təqsirləndirilən şəxs1 14 mart 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsinə “Esger” adlı istifadəçiyə aşağıdakı məzmunlu mesajlar göndərmişdir: [3/14/21, 7:42:22 ] “Esger”: (səs yazısı) Qaqaş, axşamın xeyir. Necəsən? İmkan olsa əlaqə saxlayaq da. [3/14/21, 7:43:08] Aydaş: (səs yazısı) Buyur, eşidirəm. [3/14/21, 7:50:57] Esger: (Şahid13 adına rəsmiləşdirilmiş Şəhadətnamənin fotoşəkili) [3/14/21, 7:52:31] “Esger”: (səs yazısı) Qaqaş, deməli, 258A, o, yerindədir. Özün də şəhadətnamələrə baxanda görəcəksən. Natiq və Natavan ər-arvaddılar. İnşallah “forma 1” alanda da görəcəksən. Onlar öz yerində. 258-in elə bilki bax, 3415BB boş saxlayıblar. Guya, bələdiyyə balansıdı. Bu boş deyil. Bu yetimin yeri hasarın içindədir. Bütövdür yeri. Həyətdə artığı da var. Artığı heç. Əsas 18 sot sənəd üzrə nədi, sənəd biz üzrədə verəcəyik. Bu 8 sot elə bil ki, özün baxacaqsa bir az ondan bilmirəm kəndə tərəfdir, üzü Saray istiqamətinədir. Yəni ki, bu yerdən bir 300 metr fərqi var. Özün baxanda allah qoysa görəcəksən. Elə bil ki, bu 318A gəlib oturmalıdı 258A-nın yanında. Yəni, bunlar birləşməlidir da. Əsas odu. İnşallah bax, bir azdan gedib yerin üstündə də “mesto polojeniya” atıram sənə, Allah qoysa bir dənə gör neynirsən? [3/14/21, 7:53:53] Aydaş: (səs yazısı) Əsgər, birdən lazım olsa, problem deyilsə, sxem eləmək olar? Yəni təsdiqlədə bilər bələdiyyədə? Problem olmaz ki, onun üçün? [3/14/21, 7:55:33] “Esger”: (səs yazısı) Problem yoxdu, qaqaş. Bir dənə plan-sxem verərsən, mənim gözüm üstə, lap özüm girib “peçat” vurdurub çıxaram. Problem deyil, yəni, yetimin öz yeridir. İndi gedim ora “mesto-polojennie” atım özün baxarsan. [3/14/21, 7:56:16] Aydaş: (səs yazısı) Oldu, Əsgər. Sabah birdən sənə cavab verə bilmərəm “obedə” kimi narahat olma. Ola bilər, sabah nazirlikdən yoxlama, komissiya falan gələcək, yəni, biləsən də narahat olma. “Obed”də sənə deyəcəm də nəvar nə yox. Yaxşı? [3/14/21, 7:56:48] “Esger”: Ok [3/14/21, 8:12:57] Esger: (olduğu yeri bildirən mesaj) [3/14/21, 8:15:19] Aydaş: (səs yazısı) Bu boş yerdi hə? Tikili olmayan yer hə? O ev buna aid deyil də, hə? [3/14/21, 8:15:49] “Esger”: (səs yazısı) Bəli, qaqaş, elə bil ki, həyət bu boş görünən yerdir. Elə bil ki, sənədin biri həyətindədi. O, birisi arvadının adına olanı 300-400 metr fərqlidir. Onu gətirib bunun yanına otuzdurmalısız. İkisi də bu həyətdə olmalıdır. [3/14/21, 8:16:36] Aydaş: (səs yazısı) Oldu,Əsgər. Bildim, bildim. 15 mart 2021-ci il [3/15/21, 11:55:44] “Esger”: Qaqaw salam [3/15/21, 11:55:53] “Esger”: Demiwdin yadima sal [3/15/21, 11:56:06] “Esger”: Baxa bildin? [3/15/21, 11:56:49] Aydaş: Gostermisem deyecekler yoxlama getsin [3/15/21, 11:56:59] “Esger”: Ok qaqaw\ [3/15/21, 12:04:18] “Esger”: (Xəritə fotoşəkili) [3/15/21, 12:04:36] “Esger”: (səs yazısı) “Qaqaş, inşallah bu formada otuzdurmaq lazımdır. Allahın köməkliyi ilə bir dənə diqqət yetirərsən də.” [3/15/21, 12:05:26] Aydaş: (səs yazısı) “Bilirəm, bilirəm Əsgər, narahat olma.” [3/15/21, 2:13:23] “Esger”: “Qaqaw gozleyerik sonra zibilin cixardariq. bayram qabaqidi. bazarliq elemey lazimdi balara.daniw hec olmasa 500 menim 4500 oranin. hell eleyek getsin” [3/15/21, 2:32:40] Aydaş: Yaxshi danisim deyirem [3/15/21, 7:17:43] “Esger”: Qaqaw salam [3/15/21, 7:18:05] “Esger”: Ne xeber oldu [3/15/21, 7:18:13] Aydaş: (səs yazısı) “Axşamın xeyir, Əsgər. Əsgər, demişəm. İndi sabah deyib, eləyib, dəqiqləşdirəcəklər. Yaxşı? Sabah inşallan deyəcəyəm, günün birinci yarısı. “ [3/15/21, 7:18:40] Esger: Ok qaqaw [3/15/21, 7:19:25] “Esger”: Obede qeder dese inwallah abedden sonra forma 1 e vere bileremde? [3/15/21, 7:19:49] Aydaş: (səs yazısı) İnşallah danışarıq. Deyərəm sənə. 6 mart 2021-ci il 1 [3/16/21, 4:24:04] Aydaş: (səs yazısı) Həci, onların “birka”larının şəkilini çəkib atarsan da mənə, ikisini də. [3/16/21, 4:48:47] “Esger”: (səs yazısı) Qaqaş sənə bir koordinat atıram bax gör bunun həyətin şəhadətnaməsi, sənədi, nəyi var bu həyətin? [3/16/21, 4:49:22 PM] Esger: (olduğu yeri bildirən mesaj) [3/16/21, 4:51:27 PM] Esger: (Şahid13 və Natəvan Hacıyevanın ərizə nömrəli göstərilən sənədin fotoşəkli) [3/16/21, 4:54:32] Aydaş: (səs yazısı) Üç bucaq yerdən sonarkı yerdi, içində ev olan? [3/16/21, 4:55:56] “Esger”: (səs yazısı) Həri qaqaş, de o, ləçək kimi olan yer. Bir dənə gör ora hansısa sənəd zad var? [3/16/21, 4:58:42] Aydaş: (səs yazısı) Hacı, üçbucaq yeri deyrisənsə oranın sənədi yoxdu. Ondan qabakı var. Üçbucaq yerinki yoxdur. Yəni, var e. Çəkilib, bələdiyyə, şəhadətnamə kimi çəkilib, şəhadətnaməsi də yoxdu da, belə deyək bələdiyyə vurulub, tindəki də, üçbucaq yer. 28 mart 2021-ci il [3/28/21, 9:14:36] “Esger”: Salam qaqaw [3/28/21, 9:14:40] “Esger”: Necesen [3/28/21, 9:15:14] “Esger”: İnwallah gor neynirsen ayin 31 ne caliw alindiraq qaqaw [3/28/21, 9:15:15] Aydaş: Saqliqin [3/28/21, 9:15:20] Aydaş: Sen necesen [3/28/21, 9:15:30] “Esger”: Yaxwiliqdi qaqaw [3/28/21, 9:15:37] “Esger”: Allah razi olsun [3/28/21, 9:15:49] Aydaş: Maksimum [3/28/21, 9:15:55] Aydaş: Calishaciyiq [3/28/21, 9:16:01] “Esger”: İnwallah 29 mart 2021-ci il [3/29/21, 10:12:46] “Esger”: Salam qaqaw [3/29/21, 10:12:50] “Esger”: Necesen [3/29/21, 10:13:13] “Esger”: İrelileyiw var iwimizde? 30 mart 2021-ci il [3/30/21, 3:29:18] Aydaş: (səs yazısı) Salam Hacı, nətərsən, nə var nə yox? Hacı, sən şey elə. Çünki, biz akt yazmalıyıq. Sadəcə mənə 3 nəfər, biri sən, sən də olar, sən də Novxanıdadır da qeydiyyat, bir də iki nəfər də gör istənilən Novxanı qedyiyyatı olan qonşu kimi də guya ki, şəxsiyyət vəsiqəsi. Gör o tərəfdən olan tanıyırsansa lap yaxşı. Olmasa da fərqi yoxdur. Novxanılı olsun iki nəfər də. Eyni ad, soyad olasın da amma. Yəni, bir ailənin üzvü yox da, iki dənə də ayrı passport səninki ilə birlikdə. 3 dənəsini mənə çək göndər. Akt bağlayaq, həm onların izasın çəkəcik, həm də, həm də passport nörəsini ki, qonşularla birlikdə gəldi, filankəsin yeri burada olub. Altı yazandan sonar lap şəklini də çəkib ataram sənə. Onları bir dənə mənə şey elə mən aktı yazım hazırlatdırım. [3/30/21, 3:49:18] Esger: Qaqaş indi axşamacan atacam sənə 6-ya qədər 7-yə qədər. Bir dənə də qurban olum nə qədər bacarırsan bunu tezləşdirək. Bunun “klienti” burcudar e allah haqqı. Cəmi 500 (beş yüz) manat beh veriblər bunlar, sabah dəbbəliyərlər. Gözləyirlər. Deyirik bu gün–sabah, bu gün-sabah. Qardaşımsan, qurbban olaram Aydaş nə qədər bacarırıq tez eləyək ki, mən açığı ona demişdim 31-i şey olacaq, indi 1-2 gün fırladacam. Bir dəfə qurban olun, nə olar, dəbbələyər bunun klienti biabır olaraq e. Sabah bələdiyyənin zadın da yanında qalaram belə. Bələdiyyə də Allah köməyi olsun “peçat” vurdu. [3/30/21, 3:56:11] Aydaş: (səs yazısı) Belə pis çıxmasın mən səndən də çox darıxıram. Bunun məsuliyyəti mənim üstümdədir. Bunların nə vecinədir e. İkimizik də belə deyim. Çıxarışı çıxıb, zamin mən durmuşam ki narahat olmayın. Burada kimə nə lazımdır burada şey eliyin. Alanda “kom” verəcək. Demişəm kimə nə lazımdı şey eliyin çatdırın. Axırda mən özüm həll edəcəm. Hə, sən bunları göndər, sabah səhər bu aktı yazdırım inşallah bir iki günə həll olsun, bunları elə üstümüzə düşəni biz eləyək, şey olsun, tez alınsın da. Bunlar da istiyir, hamı istiyir ki, tez şey olsun. Tez haqq-hesab olsun. Gündə bir dəyişiklik olur bu gəlir, o gedir. Hamı deyir ki, tez şey olsun ki, problem çıxmasın. [3/30/21, 4:03:36] “Esger”: Ok qaqaw [3/30/21, 5:03:46] “Esger”: (Sakit Mehtiquliyevin şəxsiyyət vəsiqəsinin fotoşəkli) [3/30/21, 5:04:07] “Esger”: (Şahid12 şəxsiyyət vəsiqəsinin fotoşəkli) [3/30/21, 5:10:50] “Esger”: (Şahin Quliyevin şəxsiyyət vəsiqəsinin fotoşəkli) 2 aprel 2021-ci il [4/2/21, 1:04:31] Aydaş: (səs yazısı) Salam hacı, necəsən? Proses şey olur, görək, çalışırıq yəqinki, uzağı 1-ci günə olacaq. Görüm də bu gün də çalışıram. Passportu zadı hazırlayıb vermişik çıxarışa. Sadəcə indi rəisin də vermək söhbəti, görək inşallah. İnşallah tez versə, bu gün də olmasa birinci gün olacaq, Allah qoysa. Yəni, əsas odur ki, pasport işlənib, çıxarış işlənib, vermişik qeydiyyata. Narahatçılıq yoxdur. Sadəcə bir az da səbr eləsinlər. Darıxmasınlar, həll olur. [4/2/21, 1:27] “Esger”: (səs yazısı) Salam qaqaş, sağol sən necəsən qaqaş? Allah canını sağ eləsin, oldu atam, problem yoxdur. İnşallah, mən onsuz da ehtiyatımı görmüşəm, demişəm ki, ikinci gün alqı-satqı eləyəcəyəm, ürəyimə elə dammışdı, Allahın köməkliyi ilə, Allah canını sağ eləsin. Birinci gün olar lap əla, birinci gün götürüb birbaşa alqı-satqı eləyib, sonra görüşürəm səninlə, harada deyirsən. Oldu, qaqaş, Allah canını sağ eləsin bir daha. [4/2/21, 1:30] Aydaş: (səs yazısı) Görək də inşallah hazır olur. İndi bir mərdimazarçılıq çıxmasa. Sənəd cəhətdən hazırlıq cəhətdən problem yoxdur. Sadəcə vermək cəhətdən də türkün məsəli rəis, səyliyi tutmasa problem yoxdur. Hazırlanıb əsas odur. Pasport da, çıxarış verilib. Bir dənə qorxum rəisdəndir ki, saxlaya da özündə ki, vaxtı filan vaxtdır. Başqa inşallah heç bir problem yoxdur. Sən deyən kimi də çap elədim. 21 sot, 3 sot da arxada dediyin “zəbt” vəssalam. [4/2/21, 1:31:46] “Esger”: (səs yazısı) Odu qaqaş, inşallah düzələr Allahın köməkliyi ilə. 4 aprel 2021-ci il [4/4/21, 11:15:01] “Esger”: (səs yazısı) Qaqaş, necəsən nəvar nə yox? Bir şey öyrənə bilmədin? 5-ci gün nə yerdə qaldı sənəd? [4/4/21, 11:48:05] Aydaş: (səs yazısı) Salam, salam, yaxşılıq salamatlıq. İşlənib çıxarış, falan da çap olunub. Çıxıbdır yuxarı. İndi görək, bir dənə qalıb düşmək məsələsi. Yubandırmasa inşallah, 1-ci gün biləcəm nə var nə yox. [4/4/21, 11:48:49] “Esger”: İnwallah 5 aprel 2021-ci il [4/5/21, 10:43:33] “Esger”: (səs yazısı) Salam qaqaş, necəsən, nə var nə yox? Qaqaş bir dənə nəzarətdə saxla da. Mənə bir dənə hə-yox deyərsən də. Düşsə, tez xəbər elə mənə gəlib götürüm. [4/5/21, 10:53:05] Aydaş: Narahat olma Haci deyecem [4/5/21, 10:53:16] “Esger”: Ok.qaqaw [4/5/21, 2:50:25] “Esger”: (səs yazısı) Qaqaş, necəsən, nə var nə yox? Bir xəbər öyrənə bilməmisən hələ? [4/5/21, 2:51:10] Aydaş: (səs yazısı) Hacı bu şey yoxdur, müavin gəlməyib, səhər gəlib icazə alıb gedib O, qol çəkir axırda sənədlərə. Onu gözləyirik görək, indi gəlir “obed”dən sonra yoxsa yox. Gəlsə çəkməlidir ki, düşsün. [4/5/21, 5:03:13] “Esger”: (səs yazısı) Qaqaş, çox güman ki, qalar sabaha daha, mən bilən. Hə, Sabaha nə bilirsən? Sabaha düzələr inşallah? [4/5/21, 5:03:46] Aydaş: İnşallah, yəqin ki, olacaq səhər. İndi görək, müavin gəlib çıxıbdır, qollayır sənədləri bir-bir, görək.Yəqinki inşallah səhər olacaq. 6 aprel 2021-ci il [4/6/21, 11:58:16] “Esger”: (səs yazısı) Qaqaş, bir xəbər yoxdur hələ? Necəsən nə var nə yox? [4/6/21, 12:07:43] Aydaş ( səs yazısı) Səbr elə görək, Hacı, səbr elə [4/6/21, 1:18:40] Aydaş: (səs yazısı) Şey elədik onu indi qoldadı. Bunun vaxtı 13-dür ya da 14-ü bilmirəm də. Bu ən tez, bu müddətə götürürlər də, 15 günlük, ilkin sənədləri. Maksimum dərəcədə demişəm, tapşırmışam, demişəm Səbinəyə də. Bunu əməlli başlı tapşırıblar e, yoxsa bu iş keçəsi deyil. Şey eliyən uje deyə bilmir tez götür. Başa düşdün? Nə mənada, deyə bilməyib ki, mənim işimdir, deyib ki, düz işdir, bunu demək olar. İndi deyə bilmir ki, bunu tez elə. Onda deyəcəklər burada nəsə marağın var imiş ki, bunu elətdirdin. Başa düşdün? Bu biraz rəisin xasiyyəti xarabdır. Ona tez deyəndə tez deyilənləri götürüb tuallayır qırağa. İndi Səbinəyə də demişəm “moment” düşən kimi deyib ki, şey eliyəcəm də. Yəni, boyun durmur heç kim. Çünki, bunun xasiyyəti belədir bunu hamı bilir. Bilir ki, kimsə, nəsə sənəd deyəndə götürür tullayır qırağa. Ona görə səbr eləmək, gözləmək lazımdır. Düşən kimi mən deyəcəm, gəlib götürərsiz. Hamıdan çox mən tələsirəm, mən narahatam. Çünki, hamıya söz vermişəm. İşin içində olan hamıya, işin içində olan hamı mənim üzərimdədir. Ona görə gözlə. [4/6/21, 1:47:28] “Esger”: Ok qaqaw [4/6/21, 4:40:00] Aydaş (səs yazısı) Hacı axşamın xeyir. Nətərsən qardaş, nə var nə yox? Düşdü sənədlər, gəlib götürə bilərsən. Elə istəyirsənsə gəl, götür, səhər də başla işə. Budan başqa Təqsirləndirilən şəxs1nın istifadəsində olan mobil nömrənin “whatsapp” proqramına baxış keçirilən zaman həmin mobil nömrə ilə “Mirhemid Bt” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə arasında aparılan yazışmaya baxış keçirilmişdir. Yazışmanın məzmunu aşağıdakı kimidir. 01 dekabr 2021-ci il [xx.xx.2021, 10:04:58] “Mirhemid Bt”: Qardas [xx.xx.2021, 10:05:04] “Mirhemid Bt”: 15 sotdan [xx.xx.2021, 10:05:11] “Mirhemid Bt”: Ne xbr oldu? [xx.xx.2021, 10:07:09] Aydaş: Bu gun yada saba [xx.xx.2021, 10:15:04] “Mirhemid Bt”: He elden cıxmasın [xx.xx.2021, 10:15:23] Aydaş: İs gedir [xx.xx.2021, 10:47:32] “Mirhemid Bt”: Görek inwallah [xx.xx.2021, 10:47:42] “Mirhemid Bt”: İsteyen çoxdu 03 dekabr 2021-ci il [xx.xx.2021, 12:55:08] Aydaş: (səs yazısı) Həmid, başına dönüm, mən dediyimdən öyrənmədin bir şey? [xx.xx.2021, 13:09:10] Aydaş: ? [xx.xx.2021, 13:10:00] “Mirhemid Bt”: Ad familya at [xx.xx.2021, 13:10:06] “Mirhemid Bt”: Baxfırım imtina deqiq [xx.xx.2021, 13:10:17] Aydaş: Ok [xx.xx.2021, 13:12:55] Aydaş: Memmedov rovsen saresin [xx.xx.2021, 13:13:01] Aydaş: Sh [xx.xx.2021, 13:16:16] “Mirhemid Bt”: (səs yazısı) Bunu atmısan? Elə bildim imtina səbəbini atmısan. Qoy idarəyə qayıdım baxım onda. Çöldəyəm, gözəl insan. [xx.xx.2021, 13:16:33] Aydaş: (səs yazısı) Sarışındır. S-A-R-İ-Ş-İ-N, yəni “s” hərfi “ş” hərfidir orda. “Sarışın” yaz. [xx.xx.2021, 14:27:25] Aydash: Ne xeber [xx.xx.2021, 14:51:29] Aydash: ? [xx.xx.2021, 14:52:02] “Mirhemid Bt”: Tapa bilmirem [xx.xx.2021, 14:52:22] “Mirhemid Bt”: Wexsiyyet atsan [xx.xx.2021, 14:52:24] “Mirhemid Bt”: Deqiq baxdırarsım [xx.xx.2021, 14:54:28] Aydaş: Ok [xx.xx.2021, 15:10:19] Aydaş: (X7 adına ünvanlanmış imtina məktubunun fotoşəkli) [xx.xx.2021, 15:20:16] Aydaş: ? 04 dekabr 2021-ci il [xx.xx.2021, 11:32:06] Aydaş: Sabahin xeyir [xx.xx.2021, 11:32:14] Aydaş: Bir xeber var? 15 dekabr 2021-ci il [xx.xx.2021, 9:36:33] Mirhemid Bt: (Şahid2 adına rəsmiləşdirilmiş çıxarışın fotoşəkli) [xx.xx.2021, 10:05:10] Aydaş: (səs yazısı) Hə, seyid. Nə istəyir bu, qadan alım. Nə dərdi var? Nə səri var? Problemi nədir? Nə eləmək istəyir? [xx.xx.2021, 10:15:41] “Mirhemid Bt”: Bunun [xx.xx.2021, 10:15:45] “Mirhemid Bt”: Yer deyiwmek elemek [xx.xx.2021, 10:15:50] Mirhemid Bt: Belediyye alıb [xx.xx.2021, 10:16:01] Mirhemid Bt: (olduğu yeri bildirən fotoşəkil) [xx.xx.2021, 12:25:16] “Mirhemid Bt”: Deyir [xx.xx.2021, 12:25:21] “Mirhemid Bt”: Sxem problem deyil [xx.xx.2021, 12:25:37] Aydaş: Ok [xx.xx.2021, 12:25:31] “Mirhemid Bt”: Bu sened satır [xx.xx.2021, 12:25:38] “Mirhemid Bt”: Alan adam tanıwdı iqbal zad tanımıram [xx.xx.2021, 12:25:52] Aydaş: Gosterim deyerem [xx.xx.2021, 12:26:00] “Mirhemid Bt”: Lap sxem cekerik özderi pecat vurdurar [xx.xx.2021, 12:26:05] “Mirhemid Bt”: He bugun gosterde [xx.xx.2021, 12:26:07] “Mirhemid Bt”: Gozduyur cvb [xx.xx.2021, 12:26:12] Aydaş: Ok [xx.xx.2021, 13:09:21] Aydaş: 5 [xx.xx.2021, 14:02:09] Aydaş: (səs yazısı) - Bu (məbləği nəzərdə tutur) bunlar deyəndi də. özünü də nərə al. Çünki, belə pis çıxmasın bunların stilindən baş çıxarmaq olmur. Bilmirsən kimə nə verirlər, neynirlər. Özünü nəzərə al ki, sonar, yəni.., belə problem deyil mənə çatandan, qardaş üçün şey eləyərəm (pulu bölməyi nəzərdə tutur) Mən bilmirəm mənə nə verirlər. “Rasxodu” çıxır, “prixodu” çıxır. Yəni, deyirəm ki, sən calağını qoy bəri başdan, sonra şey olmasın. [xx.xx.2021, 14:02:19] Aydaş: Amma sxemi gətirmək şərti ilə də. Bilirsən sxemi təsdiqlənmiş sxem gətirmək şərti ilə. [xx.xx.2021, 14:04:32] “Mirhemid Bt”: Bawa duwdum [xx.xx.2021, 15:00:19] Aydaş: (səs yazısı) Seyid, mən ordan şey olsa deyə bilərəm e, ki, məsələn, dörd yarım (məbləği nəzərdə tutur) verir tutaq ki, 500 (beş yüz) də sən şey eləyəsən. Sadəcə onda gərək deyəm ki, Həmid deyib. İstiyirsənsə deyim adını, istəmirsənsə belə pis çıxmasın özün istə. Belə mən deməmişəm ya sən demisən. Sənin işindi. Yəni şey olsa gərək mən deyim ki, Mirhəmid də var onu da nəzərə al. [xx.xx.2021, 15:01:47] “Mirhemid Bt”: Narahat olma [xx.xx.2021, 15:01:48] “Mirhemid Bt”: Bawa duwdum [xx.xx.2021, 15:01:53] “Mirhemid Bt”: Yo menim adım deme [xx.xx.2021, 18:12:31] “Mirhemid Bt”: Meni yiğarsan [xx.xx.2021, 18:12:35] “Mirhemid Bt”: Tek olanda [xx.xx.2021, 18:13:10] Aydaş: Ok 16 dekabr 2021-ci il [xx.xx.2021, 8:59:09] Aydaş: Qardaş, necəsən? Nə var, nə yox? Dedim yadına salım, bunlar gedib alqı-satqı eliyər birdən. Mən 5 (beş) yazmışam. Dedim birdən, bilmərsən, elə bilərsən 500 (beş yüz) zad, dedim dəqiqləşdirim, 5 manatdı da, bildində, yəni 5.000 (beş min)-di, manatı bilirsən, beş mindir. Hə, onu deyirdim, qadan alım. Dedim birdən deyərsən, o da gedib “naxadı” alqı satqı eləyər, biyabır olarıq. Hə bir dənə “ok” de, “ok” eləyək. [xx.xx.2021, 9:03:56] “Mirhemid Bt”: Ewi sendeki [xx.xx.2021, 9:04:05] “Mirhemid Bt”: O qeder safam? [xx.xx.2021, 9:04:41] Aydaş: (Səs yazısı) Yox, bilirdim, dedim birdən də baxma, “rasxod”, “prixod” var. Hə heç nə, oldu, oldu. 17 dekabr 2021-ci il [xx.xx.2021, 13:43:05] Mirhemid Bt: (X2 planından çıxarış adlı sənədin imzası və möhürsüz fotoşəkli) [xx.xx.2021, 13:44:25] Aydaş: (səs yazısı) Heç nə, Miri, bir dənə təsdiqlətsin, vəssalam. Ya arxayındısa təsdiqlədər, getsin alqı-satqısını bu gün eləsin, fərqi yoxdur. De ki, təsdiqlənməmiş mümkün deyil. Başa sal, vəssalam. Daha öz işdir. Denən bu sxem qane edir, gedər. Daha özü bilir də, özü ölçdürüb, biçdirib. Özü necə uyğundursa elə də edib. Hə de ki, sxemi gördük, “dabro”, peçatı vurdur, istəyirsən get alqı-satqını elə vurdur, gəl vurdur öz işindi. Peçat olmasa, qəbul eləməyəcəyik. [xx.xx.2021, 13:48:46] “Mirhemid Bt”: Pecat vurduracaq aparır indi [xx.xx.2021, 16:27:27] Mirhemid Bt: (X2 planından çıxarış adlı sənədin imzalı və möhürlü fotoşəkli) [xx.xx.2021, 16:27:56] Aydaş: (səs yazısı) Əla, qardaş, əla. Allah qəbul eləsin, vəssalam. Hazır. 18 dekabr 2021-ci il [xx.xx.2021, 12:31:18] Aydaş: (səs yazısı) Nesəsən? Nə var, nə yox? İşdəsən, yoxsa yox? [xx.xx.2021, 12:31:46] “Mirhemid Bt”: (səs yazısı) Yox. Bu gün istirahət veriblər mənə. İşdə deyiləm. [xx.xx.2021, 12:32:13] Aydaş: (səs yazısı) Sənəndlə bağlı şey eləyəcəm indi. İşdəyəm çölə çıxım, zəng eləyəcəm inşallah. [xx.xx.2021, 12:39:34] “Mirhemid Bt”: (səs yazısı) Yaxşı. Tək olanda zəng elə danışaq. Bir şey fikirləşərik 20 dekabr 2021-ci il [xx.xx.2021, 11:07:59] Mirhemid Bt: (Elnur İsrafilovun ərizə nömrəsi əks olunmuş sənədin fotoşəkli) [xx.xx.2021, 11:08:31] Aydaş: Ok [xx.xx.2021, 11:08:42] Ayda.: Texpasportu gotur [xx.xx.2021, 11:09:30] “Mirhemid Bt”: Mende [xx.xx.2021, 11:09:49] Aydaş: Ok [xx.xx.2021, 11:09:57] “Mirhemid Bt”: Cırım atım? [xx.xx.2021, 11:09:58] “Mirhemid Bt”: Sene verim? [xx.xx.2021, 11:10:11] Aydaş: Ver [xx.xx.2021, 14:06:11] Aydaş: Bos olanda qalxda yuxari zehmet [xx.xx.2021, 15:53:08] Aydaş: (səs yazısı) Seyid, təşrif buyur də bura zəhmət olmasa [xx.xx.2021, 16:00:05] “Mirhemid Bt”: (səs yazısı) Vaxt yoxdu e, allaha and olsun, vaxt eləyim gələcəyəm. [xx.xx.2021, 16:00:30] Aydaş: Ok 2 yanvar 2022-ci il 1 [xx.xx.2022, 19:37:23] “Mirhemid Bt”: (səs yazısı) Necəsiz Aydaş müəllim? Bir xəbər olmadı dediyimdən? O belə yaxın adamdır. Mənə yalvarır ki, köməklik elə. Nəsə belə bir yüngülvari bir şey olsaydı eləyərdik onun üçün. [xx.xx.2022, 19:38:57] Aydaş: (səs yazısı) Axşamın xeyir olsun, seyid. Göstərdim, Kənan tanıyır oranı, onun yanında dostu qalır. Deyir obyektdir ora. Daha qiymət demədi açığı. Artıq axşam üstü idi. Deyir tanıyıram oranı obyektdir ora. Sabah şey eləyərik nəsə. Baxarıq, deyərik. Qeyri-yaşayışdır ora. [xx.xx.2022, 19:40:10] “Mirhemid Bt”: (səs yazısı) Daha bilmirəm qeyri-yaşayışdır yoxsa yox, yalançı olaram. Satan bunu aldadıb. Deyib ki, buradadır. Bu da alıb iki sot yarım, bölgünü göstərəndə görüblər ki, həmin yer deyil, arxasıdır. Gör də nəsə eləmək olsa, xəbər elə . [xx.xx.2022, 19:43:09] Aydaş: (səs yazısı) Onu eləmək olacaq, eləməyinə. Sadəcə mən də çıxdım. İnşallah düzələn işdi. Mən Kənana dedim buradı bu ev. Kənan dedi ki, ev deyil, ora obyektdir. Dedim valla mən nə bilim. Mənə obyekt demədilər, mənə torpaq dedilər. Daha mən də dirəşmədim ki, fikirləşməsin ki, mən bunu bilirəm, demirəm nədir. Ona görə dərinə getmədim. Səhər soruşub deyəcəyəm, narahat olma. 13 yanvar 2021-ci il [xx.xx.2022, 14:31:34] “Mirhemid Bt”: Qardae [xx.xx.2022, 14:31:40] “Mirhemid Bt”: Bir xbr yoxdu?? [xx.xx.2022, 14:31:57] Aydaş: Van minut [xx.xx.2022, 14:37:29] Aydaş: (səs yazısı) “Obeddə” burada yox idim, 1 saata falan deyəcəyəm. Yaxşı? [xx.xx.2022, 14:37:41] “Mirhemid Bt”: Oldu [xx.xx.2022, 16:24:53] Aydash: Bosalanda qalxda [xx.xx.2022, 17:50:29] “Mirhemid Bt”: Qardaw [xx.xx.2022, 17:50:37] “Mirhemid Bt”: Onu istese [xx.xx.2022, 17:50:41] “Mirhemid Bt”: Metresi nedi [xx.xx.2022, 17:50:45] “Mirhemid Bt”: Nece metre [xx.xx.2022, 17:51:20] Aydaş: (səs yazısı) Sən soruş. Sabah inşallah deyək. “dabro” versə sabah səhər soruşum. [xx.xx.2022, 17:54:42] “Mirhemid Bt”: He yaxshı qoy danıwım [xx.xx.2022, 18:45:04] “Mirhemid Bt”: Yo problem yoxdu danıwdım [xx.xx.2022, 18:53:57] Aydaş: Ok [xx.xx.2022, 13:07:23] Mirhemid Bt: Xbr yoxdu [xx.xx.2022, 13:08:13] Aydaş: (səs yazısı) Kənanı görməmişəm hələ. “Obed”dən sonra gəlir otağa, deyəcəm narahat olma. [xx.xx.2022, 13:53:16] “Mirhemid Bt”: Oldu [xx.xx.2022, 15:49:12] “Mirhemid Bt”: Ozuvuz necesiz [xx.xx.2022, 15:56:52] Aydaş: (səs yazısı) Çox sağol. Hə onu dedilər, 6 dənə olacaq onunku (6 min nəzərdə tutur), plusdaki sxem. Sxemi biz çəkəcəyik bələdiyyədə təsdiqlədəcək. Yaxşı? “Obşi” sola çəkməklə. Mən dediyim variant. [xx.xx.2022, 16:26:24] Mirhemid Bt: Sxem zad belediye bizlikdide? [xx.xx.2022, 16:26:47] Mirhemid Bt: Yeni sxem pecat [xx.xx.2022, 16:26:51] Aydaş: Onnuq [xx.xx.2022, 16:27:08] Aydaş: (səs yazısı) Biz çəkib verəcəyik. Bələdiyyədə təsdiqlədəcək. [xx.xx.2022, 16:27:01] “Mirhemid Bt”: O eliyen pox deyil qızdı [xx.xx.2022, 16:29:28] Aydaş: (səs yazısı) Gərək ondan 300-500 manat artıq alasan ki, sxemi biz elətdirək. Başa düşdün? Gərək özümlə aparam bələdiyyədə təsdiqlədəm. 500 manat lazımdı ki, eləsin. Bax da gör. [xx.xx.2022, 16:30:35] “Mirhemid Bt”: Özünen danisim [xx.xx.2022, 9:51:34] “Mirhemid Bt”: Necesiz [xx.xx.2022, 9:51:59] Aydaş: Saqliqin [xx.xx.2022, 9:52:06] Aydaş: Sen necesen [xx.xx.2022, 9:52:28] “Mirhemid Bt”: Salamatciliq [xx.xx.2022, 9:53:20] “Mirhemid Bt”: Gor imksn varsa bu deyir 6 gücüm catır alınırsa elesin olmursa gozdesin [xx.xx.2022, 9:54:14] Aydaş: +500sxem [xx.xx.2022, 9:54:32] “Mirhemid Bt”: Qaldı [xx.xx.2022, 9:55:15] “Mirhemid Bt”: Dediö dünen dedi 6 dene gucum catır qıZdı deye day hecne demedim onu vere bılır deyecem get ozun adam tap onda [xx.xx.2022, 9:55:40] Aydaş: Ok deyerem [xx.xx.2022, 9:56:05] “Mirhemid Bt”: Xbr deyersen atkaz gedim ya yox [xx.xx.2022, 9:56:15] Aydash: Ok [xx.xx.2022, 9:56:17] Mirhemid Bt: Sora bezdirmesin her deqiqe [xx.xx.2022, 9:56:19] Mirhemid Bt: Zehmet olmasa [xx.xx.2022, 9:56:27] Aydaş: Duzeler insallah [xx.xx.2022, 14:18:02] Aydaş: (ərizə nömrəsinin fotoşəkli) [xx.xx.2022, 14:22:44] Aydaş: 6 [xx.xx.2022, 14:22:48] Aydaş: Dabro [xx.xx.2022, 14:22:53] Aydaş: Gotur 20 yanvar 2022-ci il [xx.xx.2022, 13:57:06] “Mirhemid Bt”: Aydaş müəllim, necəsiz, kefiniz, halınız? Yəqin o birisi işdə problem olmadı da, hə? Qaydasındadır hər şey? [xx.xx.2022, 13:58:14] Aydaş: Salam, nətərsən, nə var nə yox qardaş? Ə, yox, inşallah olmaz əşşi. Pulu verəndən sonra vəssalam e, verdinsə qurtardı. Verməyəndə çıxır, gözlə, baxarıq, əlli dənə şey çıxır. Verdinsə, həll olundu. – (gülür) – inşallah çıxmaz, narahat olma. Kənana çatdı, Ramikə dedi ki, belə belə. Bəs onu tapşırıblar yuxarıdan, yüksək səviyyədə o işi eləmək lazımdır. Bundan başqa Təqsirləndirilən şəxs1nın istifadəsində olan mobil nömrənin “whatsapp” proqramında “Zaur Novxani” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə arasında aparılan yazışmaya baxış keçirilmişdir. Həmin yazışmanın məzmunu aşağıdakı kimidir. 17 yanvar 2022-ci il [1/17/22, 16:15:30] Zaur Novxani: (Şahid8 təqdim olunmuş imtina məktubunun fotoşəkli) [1/17/22, 16:15:59] Zaur Novxani: (Şahid8 adına rəsmiləşdirilmiş çıxarışın fotoşəkli) [1/26/22, 10:30:10] Zaur Novxani: (Şahid8 ərizə nömrəsini əks etdirən sənədin fotoşəkli) [1/26/22, 10:34:40] Aydaş: Hele gelmiyib [1/26/22, 10:34:54] Aydaş: Gelen kimi hel eliyecem [1/26/22, 10:36:03] Zaur Novxani: Zəhmət olmasa onu tecili hell et [1/26/22, 10:36:30] Aydash: Bas uste helsin [1/26/22, 10:36:33] Aydash: G [1/26/22, 10:36:40] Aydash: Ok [1/26/22, 10:36:45] Aydash: Eliyecem [1/26/22, 10:41:57] Zaur Novxani: Maç 28 yanvar 2022-ci il [1/28/22, 10:06:40] Aydaş: (səs yazısı) Hacı, necəsən nə var nə yox? Onu çap elədik verdik Nazimə de. Maraqlansın. də, üstündə işləsin. Düşmək məsələsi də. Yaxşı? [1/28/22, 10:21:04] Zaur Novxani: Ok 18 fevral 2021-ci il [2/18/22, 15:54:44] Zaur Novxani: (X20 adına rəsmiləşdirilmiş çıxarışın fotoşəkli) [2/18/22, 15:54:55] Zaur Novxani: X20 adına rəsmiləşdirilmiş digər çıxarışın fotoşəkli) [2/18/22, 15:56:35] Aydaş: (ortofoto xəritəsinin fotoşəkli) [2/18/22, 15:56:41] Zaur Novxani: (səsyazısı): Hacı, bir dənə bunabax gör bunları birləşdirə bilərik? Orada arada boşluq var aryı-ayrı. Bir dənə bunu elə eləyək, kollektiv çərçivəyə alaq. Təmiz bir sənəd verək eybi yox. Ayrı ayrı verək yanaşı olsun. Belə bir şey eləmək lazımdır da. Onun yerində bir az əyri-üyrü şeylər var. Onu kvadrat eləyək. Başa düşdün? Gör onu neynəmək olar? [2/18/22, 15:58:35] Aydaş: (səs yazısı) Hacı, bilirsən bu niyə belədi ümumiyyətlə, bu sağ tərəf hissə görürsən paydır. Pay torpaqlarıdır. Bu sol tərəddəki uzun yerdən bölünüb e, o, natura olub da belə deyək, Bələdiyyədən ya nədənsə almadır. Yəni, pay deyil. Hə ona görə o formadadır o. Onun birləşməsini səhər danışaram deyərəm sənə. 21 fevral 2021-ci il [2/21/22, 14:43:56] Aydaş: (səs yazısı) Hacı onu şey elədim. O, Mehdiabad var idi e yolun qırağında, onu dedilər 5 dənə. “Prosta” bir dənə şey lazım olacaq. Sxem çəkəcəyik, onu təsdiq etdirəcək. Bir də ki, əməliyyat getməlidi. Bağışlama eləməlidir. İndi kiməsə də arvadına, uşağına bağışlamaq. Eləyib, birləşdirib, natura vəziyyətində veririk. Sxemi də özümüz çəkirik, bələdiyyədə də təsdiq elətdirir. İcra da lazım deyil, tək bələdiyyədən. OK? [2/21/22, 14:44:36] Aydaş: (səs yazısı) Bu da şey olacaq. Natura verəcik də. Şey yox, sənəd üzrə zad yox. Natura, yer haradır, öz nöqtələri ilə. Natura vəziyyətində bitişik bir dənə sənəd alacaq əlinə. Çiçək kimi. [2/21/22, 14:45:02] Zaur Novxani: Ok [2/21/22, 14:49:23] Zaur Novxani: (səs yazısı) Hacı, dedim indi. Birləşdirəcəksiniz də onu? Elə? Bağışlanma eləsin, birləşmə bir yerdə olsun də. Olar elə? [2/21/22, 15:56:21] Aydaş: (səs yazısı) Bağışlama eləyəcək, o çıxacaq naturaya. Sonra da verib ikisini bir dənə səndi alacaq. Başa düşdün? Elə şey olanda müqavilədən sonra “pryamoy” birləşdirmirik axı. Başa düşdün? Verəcək birləşməyə, ikisi də natura cıxacaq yerində, sonra verib istəsə birləşdirəcək. İstəsə ayrı-ayrı, natura yerində olacaq. [2/21/22, 15:56:33] Aydaş: (səsə yazısı) Bələdiyyə təsdiqi demisən də? Sxem çəkiləcək özü təsdiq elətdirəcək. [2/21/22, 15:57:47] Zaur Novxani: Ok [2/21/22, 15:58:31] Aydaş: (səs yazısı) Bildin də, hacı, beş dənə. Yazıram. [2/21/22, 15:58:34] Aydash: 5000 [2/21/22, 15:58:43] Zaur Novxani: Ok [2/21/22, 15:58:48] Aydaş: (səs yazısı) De ki, siz balacadan demisiz ki, indiyə kimi?! Üç sıfırdan aşağısı olub ki?! Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli “baxış” protokoluna əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə ilə Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 50 dəfə, Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 15 dəfə telefon danışığının aparılması müəyyən olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-sənədlərin texniki və məhkəmə-xətşünaslıq ekspertizasının 7 aprel 2022-ci il tarixli, 4/394-5/329 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Abşeron rayon, Aşağı Güzdək ərazisində yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2022-ci il tarixli bölgü eskizi adlı sənəddə “Yoxladı: Təqsirləndirilən şəxs1” qrafasındakı imza – Şahid6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Abşeron rayon, Aşağı Güzdək ərazisində yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2022-ci il tarixli bölgü eskizi adlı sənəddə “Tərtib etdi: Şahid4” qrafasındakı imza – Şahid4 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, X31 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X16 tərəfindən yox, Şahid5 tərəfindən yox, X13 tərəfindən yox, X32 tərəfindən yox, X25 tərəfindən yox, X41 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Abşeron rayon, Aşağı Güzdək ərazisində yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2022-ci il tarixli bölgü eskizi adlı sənəddə “Tərtib etdi: Şahid4” qrafasındakı imzanın – Şahid6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, Abşeron rayon, Aşağı Güzdək ərazisində yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2022-ci il tarixli bölgü eskizi adlı sənəddə möhür və ştamp əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş plan ölçü, ilkin qeydiyyat zamanı Aşağı Güzdək bələdiyyəsi tərəfindən təqdim olunmuş yerqurluşu planındakı koordinatlara uyğun olaraq 0.1 ha sahəyə tərtib olunmuşdur və ümumi sahənin təqribən 130 kv.m hissəsi elektron baza məlumatlarına əsasən hasarlanmış sahədən kənarda yerləşir(qərb tərəfdən). xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin 0.10 ha sahənin 0.025 ha hissəsi Şahid3 adına özgəninkiləşdirilmişdir və dövlət reyestrində **********95 saylı nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən 0.025 ha torpaq sahəsinin də təqribi 78 kv.m hissəsi hasarlanmış sahədən kənarda yerləşir. Sahədə yerləşən tikilinin təqribən 54 kv.m hissəsi, qonşu X3 mülkiyyətində olan ərazidə yerləşir. Şahid3 adına verilmiş 0.025 ha sahəyə dair plan ölçü, bölgü sxeminə əsasən ilkin plan ölçüyə uyğun tərtib olunmuşdur. Faktiki vəziyyət ilə sənəd üzrə sahə arasında yuxarıda qeyd olunan kənara çıxmalar mövcuddur. Elektron bazada, sahənin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı hər hansı bir sürüşmə, düzəliş aşkar olunmadı. Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2014 cü il tarixli, 14/12 nömrəli qərarı ilə ayrılmış 0.04 ha torpaq sahəsi, yerqurluşu planına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində **********87 saylı nömrə ilə Abşeron rayonu Masazır bələdiyyəsinin adına qeydiyyatdan keçmiş və plan ölçü tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən sözügedən sahə ƏlŞahid2 adına özgəninkiləşdirilmiş və sonuncunun adına AN 352840 nömrəli plan ölçü tərtib olunmuşdur. Tərtib olunmuş plan ölçüdə koordinatları verilmiş sahə ilkin qeydiyyat zamanı plan ölçüsü verilmiş sahədən təqribən 1190 metr aralı məsafədə yerləşir(sürüşmə mövcuddur). Həmin sahə sonradan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmişdir və sonuncunun adına plan ölçü tərtib olunmuşdur. Həmin plan ölçüdə qeyd olunan sahə də, ilkin qeydiyyat zamanı qeydiyyata alınan sahədən 1190 metr aralı məsafədə yerləşir. X10 adına tərtib olunmuş plan ölçünün əvvəlki mülkiyyətçidə olduğu vəziyyəti ilə bağlı uyğunsuzluğunun kim tərəfindən edilməsinin aşkar olunması mümkün olmadı. Həmin torpaq sahəsinin bir hissəsi xx.xx.2021 ci il tarixində alqı satqı müqaviləsinə əsasən X1. X5 adına rəsmiləşdirilmiş ünvan 11i ünvanında yerləşən torpaq sahəsi, xx.xx.2021-ci il tarixli, 30945 uçot nömrəli plan ölçüdə qeyd olunan koordinatlara uyğundur. JN-318 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində sahə koordinatlarla göstərilmədiyindən, akt tərtib olunaraq sözügedən faktiki sahəyə çıxarış ve plan ölçü tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixdə alqısatqı olunaraq X14 adına keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2022-ci il tarixdə baxış protokolundan görünür ki, 196278 inventar nömrəli qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin qovluqda olan sənədlər ünvan 12i ünvanında yerləşən 0.038383 ha torpaq sahəsinə aiddir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsi xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarış əsasında Masazır bələdiyyəsinin mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Müvafiq torpaq sahəsinin xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin mövcud olması müəyyən edilmişdir. Ardınca müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, 007843 nömrəli Şəhadətnamə və 31 iyul 2019-cu il tarixli, AN İ, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid2 satılmış və sonuncunun adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarış hazırlanmışdır. Həmin çıxarışdan sonra müvafiq sənədlər toplusunda xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin olması müəyyən edilmişdir. Şahid2 adına rəsmiləşdirilmiş sənədlər toplusunda olan “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin “Torpaq sahəsinin planı, Miqyas 1:5000” bölməsində olan xəritə məlumatlarının, “Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış” adlı bölmədə olan cizgilərin, “Torpaq sahəsinin kadastr göstəriciləri” adlı bölmədə olan koordinatların Abşeron rayon, Masazır Bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin eyni bölməsində olan məlumatlarla tamamilə fərqlilik təşkil etməsi müəyyən edilmişdir. Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2022-ci il tarixli, 276 nömrəli məktubla istintaqa göndərilmiş 20 dekabr 2022-ci il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsi zamanı təqdim edilmiş Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin “Torpaq sahəsinin planı Miqyas 1:5000” bölməsində olan xəritə məlumatlarının, “Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış” adlı bölmədə olan cizgilərin, “Torpaq sahəsinin kadastr göstəriciləri” adlı bölmədə olan koordinatların Abşeron rayon, Masazır Bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin eyni bölməsində olan məlumatlarla tamamilə eynilik təşkil etməsi müəyyən edilmişdir. 196278 inventar nömrəli qovluqda Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın arxa tərəfinə tikilmiş xx.xx.2019-cu il tarixli, A352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin “Torpaq sahəsinin planı Miqyas 1:5000” bölməsində olan xəritə məlumatlarının, “Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış” adlı bölmədə olan cizgilərin, “Torpaq sahəsinin kadastr göstəriciləri” adlı bölmədə olan koordinatların sonradan X10 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, A 689479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin eyni bölmələrində olan göstəricilərlə, eyni zamanda istintaqla Şahid2 adına rəsmiləşdirilmiş sənədlər toplusuna 2021-ci ilin dekabr ayında əlavə edilməsi müəyyən edilmiş Abşeron rayonu, X2 planından çıxarış adlı sənəddə göstərilmiş koordinatlarla eynilik təşkil etməsi müəyyən edilmişdir. 228477 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda X6 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli ünvan 5i ərazisində olan 0.08 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir. Həmin sənədlər toplusunda JN-318A nömrəli Şəhadətnamə, Ərazidə kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş akt, Novxanı kənd bələdiyyəsinin Yerquruluşu planından çıxarış, Novxanı bələdiyyəsinin məktubu və digər sənədlərin olması müəyyən edilmişdir. 228478 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda Şahid13 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli ünvan 5i ərazisində olan 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir. 239359 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda Şahid3 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.025 ha torpaq sahəsinə dair çıxarışın və xx.xx.2022-ci il tarixli, A711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir. 173193 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda Şahid3 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsinin əvvəlki sahibi X3 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir.176647 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında olan 0.052 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir.176648 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında olan 0.035 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir.223010 inventar nömrəli qovluğa baxış keçirilən zaman həmin qovluqda Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli, ünvan 5i ünvanında olan 0.10 ha torpaq sahəsinə dair çıxarışın və xx.xx.2022-ci il tarixli, A 711876 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsinə əsas olan sənədlər toplusunun olması müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərara əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 196278 inventar nömrəli qovluqda olan Abşeron rayonu, Masazır bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, X9 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, A 689479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228477 inventar nömrəli qovluqda olan X6 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604542 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228478 inventar nömrəli Şahid13 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604543 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 239359 inventar nömrəli qovluqda olan Şahid3 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 173192 inventar nömrəli qovluqda olan X3 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın, 176647 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli, A 224242 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 176648 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışın, 223010 inventar nömrəli qovluqda olan Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A 711876 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətləri, Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2022-ci il tarixli, 276 nömrəli məktubla istintaqa təqdim edilmiş AN-İ ******* nömrəli, 20 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətləri, eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “iPhone 5 S” markalı mobil telefon, "xxxx" MMC-nin 31 mart 2022-ci il tarixli, 2523 nömrəli, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli, BKC/LGL-4680/22 nömrəli və "xxxx" MMC-nin 7905/22 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdırlar və hər iki şəxsin məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 13 iyun 2022-ci il tarixli, 533 nömrəli məktubuna əsasən göndərilmiş arayış və xasiyyətnaməyədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 14 ünvanında valideynləri ilə yaşamışdır və yaşadığı müddətdə onun barəsində Binəqədi rayonu 102 saylı Mənzil Kommunal İstismar sahəsinə heç bir şikayət və ya təqsirləndirici material daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsinin 22 iyul 2022-ci il tarixli arayışı və xaiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında atası X21, anası X17, arvadı X18 və övladları X19 və X26 ilə birlikdə yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Qonşular arasında hörmətə malikdir, ictimai işlərdə yaxından iştirak etmişdir. Nümunəvi ailə başçısıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə Şahid1 qardaşı X9 adına tərtib edərək çap etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin məzmununda rüşvət müqabilində hər hansı saxtakarlığa yol verməməsi, həmin sənədin əsasını təşkil edən digər müvafiq sənəd və məlumatların əslində həqiqəti əks etdirməsi, Şahid1 verdikləri vədi yerinə yetirməyərək ondan 5.000 manat məbləğində pulu aldadaraq əslində dələduzluq yolu ilə ələ keçirməsi, Fatma Talıbovaya verilən “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin Şahid3 faktiki istifadəsində olan torpaq sahəsinin kordinatlarına uyğun gəlməməklə onun əsasında verilən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”da hər hansı saxtakarlığa yol verilməməsinə dair məhkəmə istintaqı zamanı verdiyi, həmçinin ona elan edilmiş digər epizodlar üzrə- Şahid13 Şahid12 vasitəsilə özü üçün birbaşa yolla 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində alması, Şahid7 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb Şahid8 adına rəsmiləşdirilmiş “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap etməsi, X20 tanışı Şahid9, sonuncunun isə Şahid7 vasitəsilə ona müraciəti edərək birbaşa yolla 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə dair ittihamlarla razı olmayaraq həmin əməlləri törətməməsi barədə istintaqı zamanı verdiyi ifadəsini onun özünü müdafiəsi, törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin sanksiyasında daha yüngül cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə nail olmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü hallar yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamın hər iki epizodu üzrə təqsirini qismən etiraf edən ifadə verərək Şahid1 köməkçi kimi rüşvət qismində aldığı 5.000 manat pulu Təqsirləndirilən şəxs1 verməsi və Şahid3 köməkçi kimi rüşvət qismində aldığı 6.000 manat pulu Təqsirləndirilən şəxs1 verməsindən ibarət cinayət əməllərini törədərkən hər hansı tamah niyyətinin olmadığını, bununla bağlı nə Təqsirləndirilən şəxs1, nə də qarşı tərəflərin ona hər hansı bir məbləğ vermədiyini, özünün də belə bir tələb isrəli sürmədiyi və istəmədiyini, məqsədinin ona müraciət edən şəxslərə kömək etməkdən ibarət olduğunu bildirmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Hər iki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 verilmiş ittihamın məzmunundan aydın olur ki, 31 mart 2021-ci il tarixli müayinə aktının tərtib olunub özünə təqdim olunmasına nail olduqdan sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni Natəvan Hacıyevanın adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarına əsasən elektron baza məlumatlarında təxminən 350 metr aralı məsafədə yerləşdiyi halda həmin torpaq sahəsinin Şahid13 məxsus 0.10 ha torpaq sahəsinə bitişik torpaq sahəsinin koordinatlarına uyğun məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin “NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Natəvan Hacıyevanın adına rəsmiləşirilmiş xx.xx.2021-ci il tarixli, AA № 604542 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Natəvan Hacıyevaya xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olub vəzifə saxtakarlığı törətmişdir. Qeyd olunan xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin epizod ona cəza təyin edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ali təhsilli olmasını, əməlini qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində ahıl valideynlərinin və yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməklə əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətini təkrarən törətməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir, Azərbaycan Respublikası CM-in təqsirli bilindiyi hər bir maddəsi üzrə sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin maddələrinin sanksiyasına nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvipsixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ali təhsilli olmaqla yaşının gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, yaşadığı yerdə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Bu səbəbdən Məcəllənin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Məhkəmə həm Azərbaycan Respublikası CM-nin, həm də Konstitusiya Məhkəməsi Plenumunun iştirakçılıqla törədilən cinayətlərdə cinayətkar nəticənin əldə edilməsində köməkçinin fəaliyyətinin icraçının məqsədi, niyyəti və hərəkətləri ilə şərtləndiyi, dolayısı ilə onun hərəkətlərindən törəndiyi barədə mövqeyinə söykənərək belə hesab edir ki, cinayətin törədilməsində köməkçi kimi iştirak etmiş Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın cinayətin icraçısına təyin ediləcək cəzadan fərqləndirilməsi zəruridir. Məhkəmə, həmçinin məhkəmə istintaqı zamanı təqdqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi hər iki epizod üzrə əməlində tamah niyyətinin olmaması onun əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan haldır. Belə ki, digər Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə əldə etdiyi pul vəsaitindən ona heç bir məbləğ vermədiyini, Təqsirləndirilən şəxs2 də ondan bu barədə hər hansı bir tələb irəli sürmədiyini, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 “məbləğ” deyilməsi barədə aralarında olan “whatsapp” yazışması zamanı Təqsirləndirilən şəxs1 onun özünü də nəzərə alaraq “məbləğ”i deməsini və ya “rəhbərlik”ə məruzə edərkən onun adını çəkməklə ona həmin məbləğdən hər hansı bir hissəni verə bilməsi barədə təklifini qəbul etməyərək onun adını çəkməməsini bildirmiş, həmçinin onun köməkçiliyi ilə Şahid1 alınmış 5.000 manat Təqsirləndirilən şəxs1 verilməklə həmin məbləğlərdən özü üçün hər hansı bir hissə götürməmiş və istəməmişdir. Həmçinin onun köməkçiliyi ilə Şahid3 alınaraq Təqsirləndirilən şəxs1 verilən 6.000 manat məbləğdən də öz şəxsi istifadəsi üçün hər hansı bir hissə götürməmiş, Təqsirləndirilən şəxs1 və Şahid3 etdiyi köməkçiliyə görə hər hansı bir məbləğ almamış və istəməmişdir. Odur ki, qeyd edilən hallar – hər iki epizod üzrə Təqsirləndirilən şəxs2 tamah niyyətinin olmaması onun törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla cəza təyini zamanı nəzərə alınmalı hallardır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə onun törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan halların çoxluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal həbsdən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin bildirir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməli olduğu göstərilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 22 fevral 2022-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək olan müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxmamaqla təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 196278 inventar nömrəli qovluqda olan Abşeron rayonu, Masazır bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, X9 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, A 689479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228477 inventar nömrəli qovluqda olan X6 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604542 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228478 inventar nömrəli Şahid13 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604543 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 239359 inventar nömrəli qovluqda olan Şahid3 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 173192 inventar nömrəli qovluqda olan X3 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın, 176647 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli, A 224242 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 176648 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışın, 223010 inventar nömrəli qovluqda olan Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A 711876 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətləri, Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2022-ci il tarixli, 276 nömrəli məktubla istintaqa təqdim edilmiş AN-İ ******* nömrəli, 20 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətləri cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “iPhone 5 S” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalı, 03 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Odur ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 150 manat (yüz əlli) manat və Təqsirləndirilən şəxs2 76 manat (yetmiş altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2, 32.5, 311.3.3cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5, 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş qəti 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 196278 inventar nömrəli qovluqda olan Abşeron rayonu, Masazır bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, X9 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, A 689479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228477 inventar nömrəli qovluqda olan X6 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604542 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 228478 inventar nömrəli Şahid13 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA 604543 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin, 239359 inventar nömrəli qovluqda olan Şahid3 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A711873 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 173192 inventar nömrəli qovluqda olan X3 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın, 176647 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli, A 224242 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin, 176648 inventar nömrəli qovluqda olan X20 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışın, 223010 inventar nömrəli qovluqda olan Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli, A 711876 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətləri, Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2022-ci il tarixli, 276 nömrəli məktubla istintaqa təqdim edilmiş AN-İ ******* nömrəli, 20 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A 352840 nömrəli “Torpaq sahəsinin planı və ölçüs” adlı sənədin və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətləri cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “iPhone 5 S” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın, 03 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 150 manat (yüz əlli) manat və Təqsirləndirilən şəxs2 76 manat (yetmiş altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-177/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-177/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver