Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-177/2024 13.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X16, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəllesinin 46.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda həmin cəzanı çəkən və barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini gələcəkdə həyata keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “1ST Petrol” yanacaq doldurma məntəqəsində dəmirçi usta kimi fəaliyyət göstərən Şahid3 təmir sexində müştəri kimi olarkən Şahid3 söhbət əsnasında özünün guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin sahədə lazım olan köməkliyi edə biləcəyini bildirərək aldatma yolu ilə sonuncunun etibarını qazandıqdan sonra özgə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Rostov şəhərində yerləşən X36 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azerbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında Şahid3 ona müraciətindən sonra sonuncuya bir daha guya özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsilə ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvet qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Xetai rayonu, Əhmədli qəsəbəsində yerləşən “1ST Petrol” yanacaq doldurma məntəqəsinin təmir sexində görüşləri zamanı Şahid3 aldatmaqla deyib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus 4.000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün Zərərçəkmiş şəxs1 ümumvətəndaş pasportu və xarici ölkədə aldığı ali təhsil haqqında diplomun verilməsinin zəruri olmasını bildirməklə özünə inam yaratdıqdan sonra 2021-ci ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən tarixdə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “İST Petrol" yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs1 məxsus ümumvətəndaş pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomu və 4.000 manat məbləğində pul vəsaitini Şahid3 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid5 Ukrayna Respublikası Xarkov Milli Daxili İşlər Universiteti tərəfindən verilmiş ali təhsil diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən tarixdə sonuncunun anası Zərərçəkmiş şəxs2 özünə müraciətindən sonra Zərərçəkmiş şəxs2 guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X6 yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınması imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Nərimanov rayonu X9rşısında görüşləri zamanı Zərərçəkmiş şəxs2 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün sonuncuya ilk növbədə Şahid5 Təhsildə X1 ilk imtahanından aldığı qeyri-məqbulun həll edilməli olduğunu, sonra isə digər məsələləri həll edəcəyini və aidiyyəti adamlarla görüşüb diplomun tanınmasını həll edəcəyini bildirməklə özünə inam yaratdıqdan sonra 2021-ci ilin Oktyabr ayında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı heykəlinin qarşısında 5000 (beş min) manat pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 30 oktyabr 2021-ci ildə özünə müraciət edən sonuncunun atası Zərərçəkmiş şəxs3 guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X6 yüksək vəzifədə İşlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınması imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 4000 (dörd min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını toy məclisi zamanı Zərərçəkmiş şəxs3 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs3 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün Şahid1 hərbi bileti, ümumvətəndaş pasportu və xarici ölkədə aldığı ali təhsil haqqında diplomun verilməsinin zəruri olmasını bildirməklə özünə inam yaratdıqdan sonra 18 noyabr 2021-ci İldə Sumqayıt şəhəri, Xətai rayon 59 saylı tam orta məktəbin qarşısındakı keçid körpüsünün altında istifadəsində olan “HUNDAİ" markalı avtomobilində Şahid1 4000 (dörd min) manat, daha sonra vahid niyyətlə Şahid1 sənədlərinin tərcümə etdirilməsi adı ilə 2021-ci ilin noyabr ayında İstintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi" adlanan “Nargilə" kafesinin qarşısında Şahid1 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaitini alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 2021-ci ilin may ayında sonuncunun özünə müraciətindən sonra Zərərçəkmiş şəxs4 guya özünün Azərbaycan Respublikası Tehsil Nazirliyi Təhsildə X6 yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınması imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin iyun ayında istintaqla müəyyən edilməyən tarixdə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkında Zərərçəkmiş şəxs4 qardaşı Şahid6 ilə görüşləri zamanı Şahid6 aldatmaqla deyib, Zərərçəkmiş şəxs4 razılığını almaqla onunla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs4 məxsus 9.000 (doqquz min) manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün Zərərçəkmiş şəxs4 şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomu və diploma əlavənin verilməsinin zəruri olmasını, ilk növbədə Zərərçəkmiş şəxs4 Təhsildə X1 ilk imtahanından aldığı qeyri-məqbulun həll edilməli olduğunu, sonra isə digər məsələləri həll edəcəyini və aidiyyəti adamlarla görüşüb diplomun tanınmasını həll edəcəyini bildirməklə özünə inam yaratdıqdan sonra 8 iyun 2021-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “BAKU ELECTRONİCS” ticarət mərkəzinin qarşısında Şahid6 3.000 (üç min) manat, daha sonra vahid niyyətlə 8 dekabr 2021-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısında istifadəsində olan “HUNDAİ" markalı avtomobilində Şahid6 4500 (dörd min beş yüz) manat, daha sonra vahid niyyətlə 12 dekabr 2021-ci ildə Zərərçəkmiş şəxs4 Sumqayıt şəhərində yerləşən «Qold Qayalı» marketin içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı vasitəsi ilə onun adına Rabitəbank ASC-yə məxsus, 526163******8053 nömrəli plastik kartına göndərdiyi 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 178.2.2 və 178.2.4-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmiş və qısa şəkildə göstərmişdir ki, Şahid3 Zərərçəkmiş şəxs1 məxsus diplomun təsdiqi ilə bağlı 4000 manat, Zərərçəkmiş şəxs2 Şahid5 məxsus diplomun təsdiqi ilə bağlı 5000 manat, Zərərçəkmiş şəxs3 Şahid1 məxsus diplomun təsdiqi ilə bağlı 4250 manat, Şahid6 Zərərçəkmiş şəxs4 məxsus diplomun təsdiqi ilə bağlı 6000 manat pul almışdır. Bununla bağlı ittihamları qəbul edir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid3 maşınını təmir etdirən zaman söhbət əsnasında tanımış, ona Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Şahid3 “İST Petrol” yanacaq doldurma məntəqəsində 4000 manat pul almış və həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Şahid3 yanında hər hansı bir vəzifəli şəxslə danışmamışdır. İttihamda qeyd olunan məbləğdə pulu qeyd olunan yerdə alaraq öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Onunla Zərərçəkmiş şəxs2 yaxın olduğu bir adam tanış etmiş və “28 May” metrostansiyasının yaxınlığında onunla görüşərək Şahid5 məxsus diplomun təsdiqi ilə bağlı 5000 manat pul almış, həmin pulu da şəxsi ehtiyacları üçün istifadə etmişdir. Həmin epizod üzrə Zərərçəkmiş şəxs2 yanında hər hansı bir vəzifəli şəxslə danışıb məlumat verməmişdir. Zərərçəkmiş şəxs3 ilə səhv etmirsə toyda tanış olmuşlar, ona diplomun təsdiqi ilə bağlı köməklik edəcəyini bildirərək ondan 4250 manat pul almış, həmin pulu da şəxsi ehtiyacları üçün sərf etmişdir. Şahid6 qardaşının diplomunu təsdiq etmək müqabilində səhv etmirsə iki müxtəlif yerlərdə 1500 və 4500 manat pul almışdır. İstintaq zamanı ona hər hansı təzyiq və təsir olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Zərəçəkmiş şəxslərdən pul almaqda məqsədi həm həqiqətən kömək etmək olmuş, həm də pula ehtiyacı olmuş, amma kömək edə bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində işlədiyini bildirmiş və oğlu Şahid5 məxsus diplomu təsdiq etmək müqabilində ondan 5000 manat pul almışdır. Uzun müddət gözlədikdən sonra oğlunun mübaribədən gəldiyini, pula ehtiyaclarının olduğunu bildirərək oğlunun diplomunun tanıtdırılması üçün Təqsirləndirilən şəxs verdiyi 5000 manat pulu tələb etmiş, qarşılığında Təqsirləndirilən şəxs diplomu təsdiq etmək üçün pulu lazımi yerə verdiyini bildirərək pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və ondan pulunu tələb edir. Yalnız pulunu qaytaracağı halda təqsirləndirilən şəxsdən şikayətçi olmayacaqdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi şəxsən tanımamış və onunla yalnız telefon vasitəsiylə əlaqə saxlamışdır. Təhsil ilə əlaqədar Rusiyaya getmiş, bir qohumu ona bir tanışının olduğunu və diplomunu təsdiq etdirməkdə ona kömək edə biləcəyini söyləmiş, o da razılaşmışdır. Tural Sadxzadə ilə yalnız telefon zəngləri və səsli mesajlar vasitəsiylə əlaqə saxlamış və Tural dəfələrlə ona sənədinin hazır olduğunu, saytdan girib yoxlamasını söyləmiş, o isə təsdiq olunmadığını bildirmiş və beləliklə Tural onu aldadaraq 2 ilə yaxın prosesi uzatmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, qohumu Namiq adlı şəxs vasitəsiylə Turalla tanış olmuş, qohumu ona Turalın Təhsil Nazirliyində işlədiyini bildirmişdir. O, Rusiya Federasiyasının Rostov şəhərində yerləşən X36 Universitetində iqtisadiyyat fakültəsini bitirmişdir. 18 ildən sonra qəflətən uşağı olduğu üçün Təhsil Nazirliyinə diplomunun təsdiqi ilə bağlı müraciət edə bilməmiş, çünki 2 il müddətində sərhədi keçməmişdir. Təqsirləndirilən şəxs ondan diplomu təsdiq etdirmək müqabilində 4000 manat pul almış, o, pulu evdə qohumu Namiq adlı şəxsə vermişdir. Tural uzağı 3 aya diplomunun təsdiq ediləcəyini bildirmişdir. Namiq uzun müddət keçdikdən sonra Turalın onu aldatdığını başa düşərək şikayət vermişdir. Diplomu hələ də təsdiq olunmamışdır. X26 mübaribəsi əlilidir, heç bir yerdə işləmir. X37 Orucovun vasitəsi ilə tanımışdır. Məhkəmə istintaqının əvvəlində Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, pulunun qaytarılmasını tələb etdiyini bildirsə də, məhkəmə istintaqının yekununda təqsirləndirilən şəxsin yaxınları tərəfindən dəymiş zərərin ona tamamilə qaytarıldığını, ona görə də təqsirləndirirlən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bildirmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Elnur adında qonşusu Turalın sinif yoldaşı olmuşdur və Tural öz şəxsi işi ilə əlaqədar Elnurun vasitəsiylə onun yanına gələn zaman tanış olmuşlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs Təhsil Nazirliyində diplomların tanıdılması şöbəsində işlədiyini bildirdiyi üçün, o, Təqsirləndirilən şəxs oğlu X12 Federasiyasının Moskva Dövlət Pedaqoji Universitetinin dövlət və bələdiyyələrin idarəedilməsi ixtisasının 3-cü kursunda təhsil aldığını və həmin universiteti başa çatdırdıqdan sonra diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də demişdir ki, uşaq universiteti bitirib diplomunu aldıqdan sonra kömək edəcək. X20 həqiqətən Təhsil Nazirliyində işlədiyini soruşmuş və qonşusu təsdiq etmişdir. Oğlu universiteti bitirdikdən sonra Turalın yaxın qohumunun toyunda onunla qarşılaşmış və oğlunun universiteti bitirdiyini söyləmiş, Tural isə lazım olan sənədləri sabah işdən sonra ona təqdim etməsini söyləmişdir. İşdən çıxdıqdan sonra Turalla əlaqə saxlamış və Tural ona diplomun təsdiq olunmasının ümumi 4500 manat pul tutacağını bildirmiş, o, pulu və sənədləri oğluna verərək aparıb Turala verməsini söyləmişdir. Tural 21 iş günü müddətində diplomun tanınacağını bildirmiş, amma uzun müddət keçməsinə baxmayaraq bir nəticə çıxmamışdır. Məlumat almaq üçün Turala zəng edən zaman ona zəng çatmadığını görüb şübhələnməyə başlamış və qonşusu Elnurdan Turalı soruşan zaman Elnur Turalın tutulduğunu söyləmişdir. Turalın bacısı və atası onunla əlaqə saxlayaraq pulu ödəyəcəklərini, şikayət etməməsini söyləsə də, o, aidiyyati üzrə 37-ci polis bölməsinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təhsil Nazirliyinə Turalın vasitəsi ilə müraciət etdiyini düşünərək ayrıca müraciət etməmişdir. Sonradan oğlu Təhsil Nazirliyinə müraciət etmiş və diplomu pulsuz tanınmışdır. O, Turala 4000 manat vermiş, daha sonradan Tural diplomu tərcümə etdirmək üçün 250 manat almış, toplam 4250 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır və ondan pulunun qaytarılmasını tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2015-ci ildə o, Ukrayna Respublikasında Dənizçilik Akademiyasına daxil olmuş, həmin akademiyanı 2019-cu ilə bitirmişdir. 2020-ci ildə diplomunun təsdiq olunması üçün Təhsil Nazirliyinə sənədlərini vermiş, lakin 2020-ci ilin mart ayında rus dili biliyi qənaətbəxş olmadığından o, müsahibədən qeyri-məqbul almışdır. Ukraniyada bir yerdə təhsil aldığı tanışları diplomu təsdiq etdirmək üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya biləcəyini söyləmişlər. O da məcbur qalaraq 2021-ci ilin may ayında Turalla əlaqə saxlamış və Tural Təhsil Nazirliyində işlədiyini, onun diplomunu təsdiq edə biləcəyini söyləmişdir. O, dənizdə olduğu üçün qardaşı Şahid6la əlaqə saxlamış və ona Turalla əlaqə saxlamasını söyləmişdir. Qardaşı 2021-ci ilin iyun ayının əvvəllərində Turalla görüşmüş, Tural onlardan bəzi sənədləri təqdim etmələrini istəmiş və ilkin ödəniş olaraq 3000 manat, daha sonra isə 6000 manat ödəmələrini söyləmişdir. Daha sonra dekbar ayında qardaşı Turala əlavə olaraq 4500 manat ödəmiş, qalıq qalan 1500 manatı isə o, dənizdən qayıtdıqdan sonra Turala məxsus bank hesabına ödəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs ödənişi hissə-hissə etmişlər, 7500 manatı qardaşı Turala əlbəəl vermiş, qalıq qalan 1500 manatı isə o, kart vasitəsi ilə ödəmişdir. Tural ilin sonuna kimi məsələni həll edəcəyini söyləmişdir. Məsələnin həll olunmadığını, gecikdiyini gördükdə Turalla əlaqə saxlamışlar və Tural hər dəfəsində bir bəhanə gətirmişdir. Turalla əlaqə saxlamamışdan əvvəl özü Təhsil Nazirliyinə müraciət etmiş, amma imtahandan kəsilmişdir. Dəymiş ziyanla bağlı ona heç bir ödəniş edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır və ondan pulunun qaytarılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 iş üzrə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin əməkdaşı kimi tədqim edərək onun diplomunu təsdiq etmək məqəsdi ilə 4250 manat pul almış, sonradan Turalın Təhsil Nazirliyində işləmədiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 iş üzrə Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə vermiş və ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının ortalarında qardaşı ona Təqsirləndirilən şəxs Bəhram oğlu ilə əlaqə saxlamasını və başına gələn bütün problemləri ona danışmasını söyləmişdir. Onlar Sumqayıt şəhərində görüşmüşlər və Tural Təhsil Nazirliyində işlədiyini, onların məsləsini həll edə biləcəyini söyləmişdir. Tural onlardan ilkin olaraq 3000 manat istəmiş və iyun ayının əvvəllərində o, Turalla görüşərək 3000 manat vermişdir. Tural 2 aya məsələnin həll olunacağını bildirmişdir. Onlar Turalla əlaqə saxlayan zaman Tural onlara bəhanələr gətirmişdir. Müəyyən müddət keçdikdən sonra noyabr ayında Tural onlara məsələnin birinci hissəsinin həll olunduğunu, ikinci hissəsinin həll olunması üçün əlavə olaraq 6000 manat ödəmələrini bildirmişdir. O, həmin vaxt dənizdə olmuş, gəminin limana gəlməsini gözləmiş, həmçinin üzərində pul olmamışdır. Onlar Turalın avtomobili ilə "xxxx" ASC-ə getmişlər və o, kredit götürərək Turala 4500 manat vermiş, qalıq qalan 1500 manatı isə sonradan qardaşı Turalın bank hesabına ödəmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xeyli müddət idi ki, qohumu Zərərçəkmiş şəxs1 diplomunun tanıtdırılması ilə bağlı probleminin olduğunu bilirmiş. Zərərçəkmiş şəxs1 ondan bu məsəldə köməklik edə biləcək tanışının olubolmamasını soruşmuşdur. O da dostu Şahid3 tanışlarının çox olduğunu və maraqlanacağını bildirmişdir. Dostu Şahid3 2019-cu İldən etibarən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “İST” petrolda dəmirçi usta vəzifəsində çalışır. Şahid3 müştərilərinin arasında vəzifəli şəxslər də olurmuş. O da bunu bildiyindən, Şahid3 bu məsələdə onlara köməklik edə biləcək tanışının ola biləcəyini düşündüyündən Orucdan soruşmuşdur. Təxminən 2021-ci ilin avqust ayının ilk on günlüyündə o, dostu Şahid3 dəmirçi sexinə gedərək qohumu Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Rostov şəhərində yerləşən X36 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün sonuncuya köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Dostu Şahid3 ona qohumu Zərərçəkmiş şəxs1 köməklik etmək məqsədi ilə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən Tural adlı müştərisinin olduğunu və maraqlanacağını bildirmişdir. O, sonradan, ibtidai araşdırma zamanı onun tam adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Orucun sexinə daimi gəlib-gedən müştəri olmuşdur. Təqsirləndirilən şəxs özünü Şahid3 Təhsil Nazirliyinin yüksək vəzifədə işləyən İşçisi kimi təqdim etmişdir. Şahid3 ona Təqsirləndirilən şəxs bir dəfə Təhsil Nazirliyi ilə bağlı nəsə problemi olsa özünə müraciət etməsini və həmin sahədə ona lazım ola bilən köməklik edəcəyini dediyini bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs təxminən 6 aya yaxın müddət ərzində tanıdığını və həmin müddətdə elə bir probleminin olmadığı üçün Turaldan heç bir köməklik istəmədiyini və bu məsələ barədə xahiş edəcəyini ona bildirmişdir. Şahid3 onunla danışdıqdan sonra həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq ondan diplomun tanıtdırılmasında köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs də Şahid3 diplomu tanıtdırılmalı olan şəxsin diplomunun və xarici pasportunun şəkilini ona gördərməsini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 diplomunun və xarici pasportunun şəkilini "whatsapp” tətbiqetməsi vasitəsilə Şahid3 göndərmişdir. Şahid3 da öz növbəsində istifadəsindəki mobil telefonda olan “whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə şəkilləri göndərmişdir. Şəkilləri göndərdikdən təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs Şahid3 zəng edərək özünün sexə gələcəyini və bu məsələni danışacağını bildirmişdir. O da sexi tərk etmiş və Şahid3 ona da məlumat verməsini xahiş etmişdir. Həmin gün günorta vaxtı Təqsirləndirilən şəxs Şahid3 dəmirçi sexinə gəlmiş, Şahid3 və Təqsirləndirilən şəxs diplomunun tanıtdırılması barədə danışmışdır. Təqsirləndirilən şəxs söhbət zamanı Şahid3 Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1 diplomunu tanıtdıracağını bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs etibar etdiyindən ondan Təhsil Nazirliyində hansı vəzifədə işlədiyini və işin həll edilməsi üçün kimdən xahiş edəcəyini belə soruşmamışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında Şahid3 tam inandırmışdır ki, özü Təhsil Nazirliyində yüksək vəzifədə işləyir və Təhsil Nazirliyindən yüksək vəzifədə olan tanışları vardır və Zərərçəkmiş şəxs1 diplomunu 3 ay müddətində tanıtdıracaq. Təqsirləndirilən şəxs, Şahid3 Zərərçəkmiş şəxs1 diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün 7000 (yeddi min) manat pulun verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həm də Şahid3 bildirmişdir ki, pul ilə birlikdə eyni vaxtda ona Zərərçəkmiş şəxs1 diplomun təsdiq edilmiş surəti və xarici pasportunun əsli də verilməlidir. Şahid3 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs dediklərini ona da bildirmişdir. O da Zərərçəkmiş şəxs1 ilə danışaraq Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pul istədiyini bildirmişdir, Zərərçəkmiş şəxs1 da razı olmuşdur. Daha sonra Şahid3 Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs1 həmin məbləğə razılıq verdiyini bildirmişdir. Təxminən bir neçə gün sonra o, 4000 manat məbləğdə vəsaiti və Zərərçəkmiş şəxs1 diplomun təsdiq edilmiş surətini və xarici pasportunun əslini götürərək Orucun sexinə getmişdir. Şahid3 da öz növbəsində Təqsirləndirilən şəxs zəng edərək sənədlərin hazır olduğunu və gəlib götürməsini bildirmişdir. Həmin gün günorta radələrində Təqsirləndirilən şəxs Şahid3 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Təbrik restoranının yanında yerləşən “İST” petrol yanacaq doldurma məntəqəsində olan dəmirçi sexinə gəlmişdir. Həmin vaxtı sexdə o və Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs yanında o, pulu və sənədləri Şahid3 təqdim etmişdir ki, Təqsirləndirilən şəxs versin. Şahid3 da öz növbəsində 4000 (dörd min) manat məbləğində vəsaiti və Zərərçəkmiş şəxs1 diplomun təsdiq edilmiş surətini və xarici pasportunun əslini Təqsirləndirilən şəxs vermişdir. Pulu verərkən onlar Zərərçəkmiş şəxs1 maddi imkanın 4000 (dörd min) manata çatdığını bildirmişlər. Tural Sadtxzadə isə onlara bu işi Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə görəcəyini, diplomun təsdiqindən sonra 3000 (üç min) manatın verilməli olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs ilə razılaşmışlar. X21 niyə 3 ay çəkdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs də onlara öz tanışları vasitəsi ilə görüləcəyini və bunun da vaxt aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onları tam əmin etmişdir ki, diplomun tanıtdırılmasında heç bir problem olmayacaq. Onlar pulu verdikdən sonra Şahid3 tez-tez Təqsirləndirilən şəxs istifadəsinə olan nömrəyə zəng edərək məsələ barədə maraqlanırmış. Təqsirləndirilən şəxs hər dəfə Şahid3 yaxşı olacağını, söz verdiyi vaxta qədər işin həll ediləcəyini bildirirmiş. Pulu vermələrindən 3 ay keçdikdən sonra artıq o da Təqsirləndirilən şəxs mobil nömrəsinə tez-tez zəng edərək maraqlanırmış, lakin Təqsirləndirilən şəxs ona da Şahid3 dediyi sözləri deyib özünə vaxt qazanırmış. 12 yanvar 2023-cü il tarixdə saat İ2:16-da hazırda xatırlamadığı nömrədən Şahid3 zəng gəlmişdir. Həmin vaxtı o da Şahid3 sexində yanında imiş. O, təqaüdçü olduğundan tez-tez dostu Şahid3 sexində olur. Həmin zəngi açdıqda zəng edən şəxsin Tual Sadıxzadə olduğunu bilmişlər. Təqsirləndirilən şəxs Şahid3 3 saylı istintaq Təcridxanasının nömrəsi ilə zəng etmişdir. Şahid3 tez onun telefonunu götürüb “whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs səsini yazmış və öz telefonuna göndərmişdir. Həmin səs yazısını Şahid3 CD diskə yükləmiş və araşdırmaya təqdim edəcək. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs Şahid3 şikayətini geri götürməyini, ona iki ay vaxt verməyini istəmişdir. O, Təqsirləndirilən şəxs dostu Oruc vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğdə pulu vermişdir. Təqsirləndirilən şəxs öz vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğdə vəsaiti aldatma və etibarlarından sui-istifadə edərək ələ keçirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında “whatsapp” tətbiqetməsi vasitəsilə yazışmalar vardır. Həmin yazışmalarda Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 işinin tezliklə həll ediləcəyini, yüksək vəzifəli şəxslərə dediyini, hətta “qaqaş" dediyi hansısa şəxsin işini həll etdiyini və Zərərçəkmiş şəxs1 da işini həll edəcəyini bildirmişdir (cild 01 iş vər. 85-89). Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “İST” petrolda dəmirçi usta vəzifəsində çalışır. Həmin müddət ərzində oraya yanına gələn müştərilərin bəziləri ilə tanışlığı olmuş və ümumi ünsiyyəti yaranmışdır. Onlardan biri də Tural adlı şəxs olmuşdur. O, sonradan, ibtidai araşdırma zamanı tam adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onun sexinə daimi gəlib-gedən müştəri olmuşdur. Təqsirləndirilən şəxs özünü ona Təhsil Nazirliyinin yüksək vəzifədə işləyən İşçisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs səlis danışıq tərzi var imiş, həmişə səliqə geyimdə olurmuş. Təqsirləndirilən şəxs bir dəfə ona Təhsil Nazirliyi ilə bağlı nəsə problemi olsa özünə müraciət etməsini və həmin sahədə ona lazım ola bilən köməklik edəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin avqust ayının ilk on günlüyündə dostu Şahid2 ondan qohumu Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Rostov şəhərində yerləşən X36 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azerbaycan Respublikası ərazisində tanınması üçün sonuncuya köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. O da dostu Şahid2 köməklik etmək məqsədi ilə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən Tural adlı müştərisinin olduğunu və maraqlanacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs təxminən 6 aya yaxın müddət ərzində tanıdığından və həmin müddətdə elə bir problemi olmadığı üçün sonuncudan heç bir köməklik istəməmişdir. O, Şahid2la danışdıqdan sonra həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq sonuncudan diplomun tanıtdırılmasında köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs də ondan diplomu tanıtdırılmalı olan şəxsin diplomunun və xarici pasportunun şəkilini Özünə göndərməsini bildirmişdir. Şahid2 Zərərçəkmiş şəxs1 diplomunun və xarici pasportunun şəkilini “whatsapp" tətbiqetməsi vasitəsilə ona göndərmişdir. O da öz növbəsində istifadəsində olan mobil telefonda olan “whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsindən olan ***-***-**-** mobil nömrəsinə şəkilləri göndərmişdir. Şəkilləri göndərdikdən təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs özünün sexə gələcəyini və bu məsələni danışacağını bildirmişdir. Həmin gün günorta vaxtı Təqsirləndirilən şəxs onun sexisə gəlmiş, o və Təqsirləndirilən şəxs diplomunun tanıtdırılması barədə danışmışlar. Təqsirləndirilən şəxs söhbət zamanı ona Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1 diplomunu tanıtdıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs etibar etdiyindən ondan Təhsil Nazirliyində hansı vəzifədə işlədiyini və işin həll edilməsi üçün kimdən xahiş edəcəyini belə soruşmadır. Təqsirləndirilən şəxs söhbət əsnasında onu tam inandırmışdır ki, özü Təhsil Nazirliyində yüksək vəzifədə işləyir və Təhsil Nazirliyindən yüksək vəzifədə olan tanışları vardır və Zərərçəkmiş şəxs1 diplomunu 3 ay müddətində tanıtdıracaq. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün 7000 (yeddi min) manat pulun verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həm də ona bildirmişdir ki, pul ilə birlikdə əyni vaxtda ona Zərərçəkmiş şəxs1 diplomun təsdiq edilmiş surəti və xarici pasportunun əsli də verilməlidir. O, Şahid2 istifadəsində olan 055*624-58-58 mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs ona dediklərini bildirmişdir. Şahid2 da Zərərçəkmiş şəxs1 ilə danışaraq Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pul istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 razı olmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs1 həmin məbləğə razılıq verdiyini bildirmişdir. Təxminən bir neçə gün sonra Şahid2 4000 manat məbləğdə vəsaiti və Şəhla xanımın diplomun təsdiq edilmiş surətini və xarici pasportunun əslini götürərək onun sexinə gəlmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs zəng edərək sənədlərin hazır olduğunu və gəlib götürməsini bildirmişdir. Həmin gün günorta radələrində Təqsirləndirilən şəxs onun Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Təbrik restoranının yanında yerləşən “1ST" petrol yanacaq doldurma məntəqəsində olan dəmirçi sexinə gəlmişdir. Həmin vaxtı onun yanında Şahid2 da var imiş. Təqsirləndirilən şəxs yanında Şahid2 pulu və sənədləri ona təqdim etmişdir ki, o da Təqsirləndirilən şəxs versin. O da öz növbəsində 4000 (dörd min) manat məbləğində vəsaiti və Zərərçəkmiş şəxs1 diplomun təsdiq edilmiş surətini və xarici pasportunun əslini Təqsirləndirilən şəxs vermişdir. Pulu verərkən o, Zərərçəkmiş şəxs1 maddi imkanın 4000 (dörd min) manata çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona bu işi Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə görəcəyini bildirərək diplomun təsdiqindən sonra 3000 (üç min) manatın verilməli olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs ilə razılaşmışlar.Onlar Təqsirləndirilən şəxs niyə 3 ay çəkdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs onlara guya öz tanışları vasitəsi ilə işin görüləcəyini və bunun da vaxt aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onları tam əmin etmişdir ki, diplumun tanıtdı olmasında heç bir problem olmayacaq. Onlar pulu verdikdən sonra tez-tez Təqsirləndirilən şəxs istifadəsinə olan nömrəyə zəng edərək məsələ barədə maraqlanırmışlar. Təqsirləndirilən şəxs hər dəfə ona yaxşı olacağını, söz verdiyi vaxta qədər işin həll ediləcəyini bildirirmiş. Pulu vermələrindən 3 ay keçdikdən sonra artıq Şahid2 da Təqsirləndirilən şəxs mobil nömrəsinə tez-tez zəng edərək maraqlanırmış, lakin Təqsirləndirilən şəxsŞahid2 da ona dediyi sözləri deyib özünə vaxt qazanırmış. 12 yanvar 2023-cü il tarixdə saat 12:16-da hazırda xatırlamadığı nömrədən ona zəng gəlmişdir. Həmin zəngi açdıqda zəng edən şəxsin Tual Sadıxzadə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona 3 saylı İstintaq Təcridxanasının nömrəsi ile zəng etmişdir. Bu zaman onun yanında təsadüfən dostu Şahid2 da var imiş. O, tez Şahid2 telefonunu götürüb "whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs səsini yazıb öz telefonuna göndərmişdir. Həmin səs yazısını o, CD diskə yükləmiş və araşdırmaya təqdim edəcək. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs ondan şikayətini geri götürməsini, ona iki ay vaxt verilməsini istəmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1. Nurəhməd qızına məxsus 4000 (dörd min) manat məbləğdə pul vermişdir. Təqsirləndirilən şəxs isə öz vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğdə vəsaiti aldatma və etibarlarından sui-istifadə edərək ələ keçirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında ''whatsapp” tətbiqetməsi vasitəsilə yazışmalar olsa da telefonu qırıldığından təzə telefon almışdır (cild 01 iş vər. 79-83). Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ildən Sumqayıt və Bakı şəhəri arasında taksi fəaliyyəti ilə məşğul olur. İstifadəsində olan avtomobil "Opel Zafira” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlıdır. O, Zərərçəkmiş şəxs4 və Şahid6 təxminən 20 ildir ki tanıyır. 2021- ci ilin noyabr ayında dəqiq xatırlamadığı günündə Şahid6 onun istifadəmdə olan 070- ***-**-** mobil nömrəsinə zəng edərək ona bəzi sənədləri Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsə çatdırmasını xahiş etmişdir. O da Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 3 ünvanına gedib, faylin içərisinə qoyulmuş sənədləri götürmüşdür. Şahid6 ona Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağı üçün ***-***- **-** mobil nömrəsini ona vermişdir. O, istifadəmdə olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir, Təqsirləndirilən şəxs ona Bakı Şəhərində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yaxınlığında yerləşən “ARAZ” super marketin qarşısına gəlməsini bildirmişdir. O, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs qara rəngdə “HUNDAY SONATA” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində onu gözləyirmiş. Təqsirləndirilən şəxs avtomobilindən düşərək onunla görüşmüş və o, sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında başqa söhbət olmamışdır (cild 01 iş vər. 235-237). Məhkəmə istintaqı zamanı şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 267 saylı orta məktəbdən 2016-cı ildə məzun olmuş və həmin il Ukrayna Respublikası Xarkov Milli Daxili İşlər Universitetinin hüquq fakültəsinin hüquqmühafizə ixtisasına daxil olmuş, eyani formada təhsil almış və 2020-ci ildə məzun olmuşdur. Ona hüquqmühafizə ixtisasına dair diplom verilmişdir. Həmin diplom Ukrayna Respublikası tərəfindən apostil olunmuşdur. 2020-ci ilin sentyabr ayında o, diplomunun tanınması üçün Təhsildə Keyfiyyətin Təminatı Agentlinə müraciət etmiş və müsahibədə iştirak etmişdir. Lakin müsahibənin nəticəsini bilməmiş o, 2020-ci ilin oktyabr ayında hərbi xidmətə getmişdir. O, Azərbaycana qayıtdıqdan sonra hərbi xidmətə getmiş, bir il hərbi xidmət keçmişdir. O, hərbi xidmətdə olan zaman anası Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci ildə onun şəxsi kabinetinə daxil olaraq müsahibədən kəsildiyini öyrənmişdir. Hərbi xidmətdən 2021-ci ilin oktyabr ayında qayıtdıqdan sonra o, diplomunu Azərbaycanda təsdiq etdirmək barədə düşünmüşdür. O, hərbi xidmətdə olan dövr ərzində 2021-ci ilin iyun ayında məzuniyyətə gəlmiş, məzuniyyət vaxtı Təhsildə Keyfiyyətin Təminatı Agentlindən diplomunun tanınması barədə verilmiş qeyri-məqbulun ləğv olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Çünki Təhsildə X4ynar xəttindən ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra məzuniyyət bitdiyi üçün hərbi xidmətə getmişdir. O, hərbi xidmətdən 2021-ci ilin oktyabr ayında qayıtdıqdan sonra, hazırda xatırlamadığı tanışından Təqsirləndirilən şəxs adlı şəxsin diplomların Azərbaycanda tanınmasında köməklik göstərə biləciyini öyrənmişdir və həmin şəxs ona Tural Sadıxzadenin ***-***-**-** mobil nömrəsini vermişdir. 2021-ci ilin oktyabr ayının sonları anası Zərərçəkmiş şəxs2 öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Turalın istifadəsində olan ***-***-**-** mobil nömrəsi İlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə anası telefonla danışanda o da yanında olmuşdur. Telefonda anası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun oxuduğu universitet barəsində və diplomun tanınması üçün Təhsildə Kefİyyət Agentliyinə müraciət etdiyini, qeyri-məqbul aldığını, ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs özünü onlara Təhsildə X6 yüksək vəzifədə işlədiyini və həmin Agentlikdə işləyən öz tanışları vasitəsi itə onun doplomunu tanıtdıracağını, bir çox adamın işini həll etdiyini, belə işi ümumilikdə 6000 (altı min) manata həll edə biləcəyini, pul verilməsə işin alınmayacağını, heç bir problem olmayacağını bildirmişdir. Tural Sadıxzade onları Bakı şəhəri Nərimanov rayonu X9rşısına görüşə çağırmışdır. Telefon danışığından təxminən 2 gün sonra o, anası Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə getmiş və Təqsirləndirilən şəxs ilə ayaqüstə söhbət etmişlər. Tural Sadıxzade yenə də özünü onlara Təhsildə X6 yüksək vəzifədə işlədiyini və həmin Agentlikdə işləyən öz tanışları vasitəsi ilə onun doplomunu tanıtdıracağını, bir çox adamın işini həll etdiyini, belə işi ümumilikdə 6000 (altı min) manata həll edə biləcəyini bildirmişdir. Anası Zərərçəkmiş şəxs2 onun müharibədə iştirak etdiyini və 6000 manata imkanının olmadığını, aşağı məbləğə həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs uzun təkiddən sonra onlara onun diplomunu 5000 manat müqabilində tanınmasını təxminən 1 ay ərzində həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk növbədə onun Təhsildə X2 ilk imtahandan aldığı qeyri məqbulun həll edilməli olduğunu, sonra isə digər məsələləri həll edəcəyini və aidiyyəti adamlarla görüşüb diplomun tanınmasını həll edəcəyini bildirmişdir. Onlara da daha sonra ayrılmışlar. Növbəti gün Tural Sadıxzade anası Zərərçəkmiş şəxs2 mobil nömrəsinə zəng edərək aidiyyəti adamlardan razılıq aldığını və pulun onlara çatdırılmalı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxssən pulu hazırlaması üçün bir neçə gün istəmişdir. Təqsirləndirilən şəxs telefonda anası Zərərçəkmiş şəxs2 zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında olan Cəfər Cabbarlı heykəlinin qarşısında olmalarını və pulu onlarda orada götürəcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonları o, anası Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında olan Cəfər Cabbarlı heykəlinin qarşısına gedərək orada 5000 manat vəsaiti Təqsirləndirilən şəxsye təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs2 arasında “whatsapp" tətbiqetməsi vasitəsilə danışıqlar olmuşdur. Anası Sevinc istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə tez-tez əlaqə saxlayırmış. Təqsirləndirilən şəxs anasına hər dəfə onun əmrini ay ərzində götürəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara “whatsapp" tətbiqetməsi vasitəsilə səs göndərərək guya rəhbərliyin dəyişdiyi üçün diplomun tanıtdırılmasının gecikdiyini, təkcə müsahibənin qaldığını, yeni il bayramından sonra müsahibənin olacağını, müsahibənin onlayn olacağını, narahat olmamasını bildirmişdir. Bəzən Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə anasına səs göndərərək guya xəstə olduğu üçün işə gedə bilmədiyini, o cümlədən anası Sevinc Turala səs atdıqda Təqsirləndirilən şəxs işdə olduğundan rahat danışa bilmədiyini, dediyi vaxtda məsələni həll edəcəyini, onun məsələsinin etibarlı əllərdə olduğunu, onların yalançı adam olmadığını, işgörən adam olduqlarını, hamının diplomlarının tanıtdırılmasının uzandığını, onun diplomu üçün rəhbərlikdən xahiş olunduğunu, səbrli olmalarını bildirmişdir. Onlar artıq Təqsirləndirilən şəxs onları aldatdığından şübhələndikləri üçün onun diplomunun tanıtdırılması üçün Təqsirləndirilən şəxs verdikləri 5000 manat pulu tələb etmişlər və bununla bağlı “whatsapp” tətbiqetməsi vasitəsilə bildirmişlər. Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə anası Zərərçəkmiş şəxs2 səs göndərərək “pulu qaytar deyəndə ki, pul mənim cibimdə deyile, pul verilib, iş görülüb, düzdümü, bu iş alqı-satqı deyile, aldız-satdız” demişdir. Anası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsye onları uşaq yerinə qoymamasını bildirmiş, Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə anasına səs göndərərək “mən sənə uşaq demirəm, hərənin öz işi var, hərə öz işini ətraflı, mükəmməl işini yaxşı bilir, siz el arasında olan sözləri deyirsiz, amma mən lazım işləri bilirəm. Çox adam deyə bilər ki, mümkün deyil, bizim qanunlarımızı heç kim bilmir." demişdir. Bu söhbetdən sonra Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 səs göndərərək anasının suallarına cavab vermək istəmədiyini, onun işi ilə bağlı nəsə yazdıqda cavab verməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları aldadaraq onun bir neçə günə məhkəməsinin olacağını, onun tapşırıldığını, hər şeyin qaydasında olduğunu, onun barəsində heç kimin pis fikirdə olmadığını, neçə nəfərin işini həll etdiyini bildirmişdir. Bununla bağlı əlavə olaraq bildirir ki, o, 2021-ci ilin iyun ayında hərbi xidmətdən məzuniyyətə gəlmiş, məzuniyyət vaxtı Təhsildə Keyfiyyətin Təminatı Agentlindən diplomunun tanınması barədə verilmiş qeyri-məqbulun ləğv olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Heç o vaxtı onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamışlar. Məhkəmə prosesi isə 2021-ci ilin dekabr ayına kimi uzanmışdır. Onlar Təqsirləndirilən şəxs məhkəməyə müraciət etməsi barədə məlumat vermişdir. O, məhkemə prosesi zamanı hakimin sualların əla cavab verdiyi üçün həqiqətən yaxşı təhsil aldığını əyani olaraq sübut etdiyindən iddia ərizəsi təmin olunmuşdur. Təqsirləndirilən şəxs isə bunu öz adına çıxararaq guya onun məhkəmə işinin tapşırdığını bildirib, onlara işin həll ediləcəyini və səbr eləmələrini bildirirmişdir. Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə anası Zərərçəkmiş şəxs2 səs göndərərək “Narahat olmayın, İnşAllah sürətləndirəcəyik. Yəni özü də getdi məhkəmədə gördü də hakim ona nə dedi. Yəni hamısı danışılmışdı. Həll edilmişdi. Heç ona ehtiyac yox idi. O, getdi problem yoxdu. Narahat olmayın. Narahatçılığa ehtiyac yoxdu.” demişdir. Daha sonra Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə anasına səs göndərərək onun qərarının müsbət olduğunu, onun işlərinin qaydasında olduğunu, guya sistemdə onun sənədinin qəbul edilmiş yazıldığını, müsabiqədən 15-20 gündən sonra sertifikatın sistemdə göründüyünü bildirmişdir, Təqsirləndirilən şəxs heç onun məhkəməsinin nə vaxt olacağını belə bilməmiş, onlardan soruşmuşdur. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 onun diplomunun tanınması adı ilə aldadaraq anasına 5000 manat ziyan vurmuşdur (cild 01 iş vər. 229-233). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid3 Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “İst Petrol”un içərisində (Təbrik restoranı yanında) ondan diplomu təsdiq etmək bəhanəsi ilə 4000 (dörd min) manat pul almışdır (cild 01, iş vər. 26). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək, RF-nin Rostov şəhərində yerləşən X36 Universitetini bitirməsi ilə əlaqədar aldığı diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etmək (tanınmaq) üçün 2021-ci ilin avqust ayının ortalarında qohumu Şahid2 vasitəsi ilə Tural adlı şəxsə 4000 manat pul verdiyini, lakin sonuncunun vədinə əməl etməyərək onu aldadaraq məsələni həll etmədiyini və 4000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiyini bildirmişdir (cild 01 iş vər. 123). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2022-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında “28 may” metrostansiyasının qarşısında özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən X11 5000 (beş min) manat borc pul verməsinə baxmayaraq həmin şəxs onun pulunu geri qaytarmamışdır (cild 01 iş vər. 149). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı heykəlinin qarşısında baş vermiş hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 01 iş vər. 162-164). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs3 Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə müraciət edərək, 18 noyabr 2021-ci il tarixdə oğlu Şahid1 Təhsil Nazirliyində diplomunun tanınması ilə bağlı Təqsirləndirilən şəxs 4500 manat verdiyini, lakin onu aldadıb pulunu mənimsədiyini bildirmiş, həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir (cild 01 iş vər. 215). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid1 18 noyabr 2021-ci il tarixdə “İphone 5” markalı mobil telefonundakı proqram ilə qeydə aldığı səs yazısının olduğu CD diskə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, CD-də “AUDİO-2023- 02-28-11- 36-51.m4a” adlı fayl vardır. Həmin fayla kliklədikdə 5 dəqiqə 29 saniyə davam edən səs yazısı vardır. Səs yazısının 37-ci saniyəsində avtomobil qapısının örtülməsi səsi eşidilir. 42-ci saniyəsində Təqsirləndirilən şəxs telefonda başqa şəxslə danışdığı və telefondakı şəxsə özünün geri zəng edəcəyini bildirdiyi eşidilir. 50-ci saniyədə Təqsirləndirilən şəxs Şahid1 ilə salamlaşaraq necə olmasını soruşur. 57-ci saniyəsində Təqsirləndirilən şəxs Şahid1 sonuncunun o vaxtı papağının avtomobildə qaldığını, deyəsən oğlunun götürdüyünü, sabah tapıb verəcəyini bildirir. 1 dəqiqə 14-cü saniyəsində Şahid1 “bunu verim sənə” dediyi eşidilir. 1 dəqiqə 16-cı saniyəsində Təqsirləndirilən şəxs Şahid1 atasının evdə olmasını soruşur. Şahid1 atasının evdə olduğu, atasının bir balaca soyuqladığını bildirir. Təqsirləndirilən şəxs isə heç bir problem olmadığını ya atası, ya da özünün gəlməsinin heç bir eybi olmadığını, heç bir fərqin olmadığını bildirir. 1 dəqiqə 22-ci saniyəsində Şahid1 Təqsirləndirilən şəxs 4000 manat olduğunu bildirdiyi eşidilir. 1 dəqiqə 24-cü saniyəsində Təqsirləndirilən şəxs “saymısan da qardaş” dediyi, Şahid1 ona özünün də saymasını bildirdiyi zaman Təqsirləndirilən şəxs “Belə şey ayıbdı, vallah mən belə şeydən utanıram” deyir. Şahid1 isə israr edir ki, pulu Təqsirləndirilən şəxs özü də saysın. 1 dəqiqə 44-cü saniyədə Təqsirləndirilən şəxs pul sayması səsi eşidilir. Bu zaman 1 dəqiqə 46-cı saniyədə Şahid1 “onda birinci dəfə deyildə, düzəlir də bu işlər. Düzəldə biləcəksən də İnşallah" dediyi və Təqsirləndirilən şəxs “həri, həri” deyərək təsdiqlədiyi eşidilir. 1 dəqiqə 52-ci saniyədə telefona zəng gəldiyi və eyni zamanda 2 dəqiqə 02-ci saniyədək pul sayma səsi eşidilir. Təqsirləndirilən şəxs Şahid1 2 dəqiqə 02-ci saniyədə “otuz doqquz, qırx, xeyirli olsun, əziz qardaş” və başqa sözünün, tapşırığının olub-olmamasını soruşduğu, “nömrən var, əlaqədəyik” dediyi eşidilir. 2 dəqiqə 12-ci saniyədə Şahid1 Təqsirləndirilən şəxs müsahibənin gələn həfətnin neçənci gününə düşdüyünü, işə gedib-getməməsini soruşur. Təqsirləndirilən şəxs isə cavabında ona sms gələcəyini bildirir. 2 dəqiqə 20-ci saniyədə Təqsirləndirilən şəxs Şahid1 sms gələn zaman ona deməsini və heç bir problem olmadığını, sonuncunu “whatsapp” mobil tətbiqi ilə qoşulacağını, müsahibəyə girə bilməsə 2 gün sonraya təyin etdirəcəyini, müsahibə zamanı Şahid1 özünün haqqında danışmalı olduğunu bildirir. Şahid1 nə sual verəcəklərini soruşur və Şahid1 təkcə öz tərcümeyi- halını öyrəndiyini və ona təkcə tərcümeyi-haldan sual verilməsini xahiş edir. Təqsirləndirilən şəxs də ona müsahibə zamanı danışanda Naxçıvanlı olduğunu, danışanda ləhcəsində bir balaca dəyişiklik ola bilməsi, universiteti bir neçə il qabaq qurtarması, bir az yadından çıxardığını deməsini bildirir. Şahid1 təkrar olaraq Təqsirləndirilən şəxs imtahan götürən şəxslərə onu çox sıxmamalarını deməsini bildirir. Təqsirləndirilən şəxs bu barədə dediyini, narahat olmamasını bildirir. 3 dəqiqə 01-ci saniyədə Şahid1 sənədlərini verəcəyini dediyini bildirərək, sənədlərinin itməməsini xahiş edir. Təqsirləndirilən şəxs sənədlərin qızlarda olduğunu, qızların sabah işə çıxacağını, sabah onlardan götürüb onu çağıracağını bildirir. Bundan sonra Şahid1 müsahibə zamanı ona diplom işindən sual verilməməsini xahiş edir. Təqsirləndirilən şəxs bir daha narahat olmamasını və heç bir problemin olmayacağını, müsahibədən 15-20 gün sonra sənədini götürə biləcəyini bildirir. 04-cü dəqiqədə Şahid1 atasına zəng edir, lakin zəngi uğursuz alınır. Davamında Şahid1 Təqsirləndirilən şəxs Elnuru görüb-görməməsini soruşur, Təqsirləndirilən şəxs cavabında axırıncı dəfə toyda gördüyünü bildirir. 4 dəqiqə 24-cü saniyədə Təqsirləndirilən şəxs Şahid1 atasının sözü olsa onu yığmasını bildirir. Söhbət zamanı bir-birilərinin harada yaşamaları, təhsil aldıqları yer barədə danışırlar. Təqsirləndirilən şəxs Elnurla bir sinifdə oxuduğunu, Bakı şəhəri 116 nömrəli məktəbdə oxuduğunu bildirir, 4 dəqiqə 50-ci saniyədə sağollaşırlar. Şahid1 sabah öz sənədlərini ondan götürəcəyini bildirir. 4 dəqiqə 58-ci saniyədə avtomobil qapısının örtülməsi səsi eşidilir (cild 02 iş vər. 53-58). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid3 könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng etməsi zamanı qeydə aldığı səs yazısının olduğu CD disk götürülmüşdür. Şahid3 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng etməsi zamanı qeydə aldığı səs yazısının olduğu CD diskə 06 mart 2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, CD diksdə bir ədəd 2 dəqiqə 04 saniyə davam edən səs yazısı vardır. Baxış zamanı Şahid3 həmin səs yazısında onunla telefonda danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 12 yanvar 2023-cü il tarixdə saat 12:16-da zəng etdiyini bildirmişdir. Baxış zamanı Şahid2 həmin zəng vaxtı Şahid3 yanında olduğunu və Şahid3 onun telefonunu götürərək “whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs səsini yazıb öz telefonuna göndərdiyini bildirmişdir. Səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Şahid3 pulu geri qaytaracağını, bunun üçün ona vaxt verilməsini Şahid3 xahiş edir. Şahid3 da öz növbəsində Təqsirləndirilən şəxs ailə üzvləri ilə danışdığını və pulun ona qaytarılmadığını bildirir. Təqsirləndirilən şəxs isə ona 1-2 ay vaxt verilməsini, torpağının satılıb pulun ödənilcəyini, Şahid3 Zərərçəkmiş şəxs1 vaxt almasını bildirir. Şahid3 da öz növbəsində Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyini bildirir və pulun ödənilməsini tələb edir. Baxış zamanı Şahid3 əslində Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət etmədiyini sadəcə Təqsirləndirilən şəxs pulu tez zamanda ödəməsi üçün belə dediyini bildirir. Təqsirləndirilən şəxs Şahid3 təkrar zəng edəcəyini bildirir. Baxış zamanı Şahid3 Təqsirləndirilən şəxs ona sonradan heç bir zəng etmədiyini bildirmişdir (cild 02 iş vər. 90- 93). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, stintaq zamanı Şahid2 istifadəsində olan “Redmi” markalı mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Şahid2 istifadə etdiyi “Redmi” markalı telefonun kontaktlarına +99455 *** ** ** mobil nömrəsinin “Tural Müəllim” adı ilə qeyd edildiyi və Şahid2 istifadəsində olan +99455 *** ** ** mobil nömrəsindən Təqsirləndirilən şəxs +99455 *** ** ** mobil nömrəsi arasında çoxsaylı danışıqların olduğu müəyyən edilmişdir Baxış protokolundan görünür ki, telefonun “watsapp" tətbiqetməsinə daxil olduqda Şahid2 istifadəsində olan +99455 *** ** ** mobil nömrəsi ilə həmin tətbiqetmədən qeydiyyatdan keçmişdir. "Watsapp” tətbiqetməsi vasitəsi ilə telefona "Tural Müəllim” adı ilə qeyd edilmiş +99455 *** ** ** mobil nömrəsi arasında yazışmaların və səsli mesajların olduğu müəyyən edilmişdir. Həmin yazışmalardan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə 19 yanvar 2022-ci il saat 18:37-də “salam” yazaraq danışmağa başlayır. Həmin tarixdə saat 18:38-də Təqsirləndirilən şəxs “salam” yazır. Şahid2 19 yanvar 2022-ci il saat 18:38-də "... Şəhla xanıma görə narahat etdik ki, İnşallah, yəqinki bununla məşğul olursuzda..” məzmunlu səsli mesaj göndərir. Təqsirləndirilən şəxs cavab olaraq 19 yanvar 2022-ci il saat 18:39-da “..heç bir problem yoxdu, qulluğunuzdayam, o da İnşallah bitmək üzrədi” məzmunlu səsli mesaj göndərir. Şahid2 24 yanvar 2022-ci il saat 15:14-də yazaraq “Tural müəllim ... Şəhla xanım çox narahatdı hər dəqiqə zəng edir” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 24 yanvar 2022-ci il saat 16:06-da “.... bu da həll olunacaq, narahat olmayın” məzmunlu səsli mesaj göndərir. Şahid2 Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il saat 19:10-da səsli mesaj göndərərək bir tanışının imtahanlardan kəsrinin olduğunu və həmin uşağa köməklik edə bilməsini soruşur. Təqsirləndirilən şəxs cavab olaraq 26 yanvar 2022-ci il saat 19:37-de “Yoxe, mümkün deyil, belə xırda şeylərə “Bunlar” girişmirlərdə, mənim ağız açdığım elə bir adamdı ki. Yəni bizim nazirlikdə. O kuratordu. Kolleclərin, o da elə şeylərə girmir ” məzmunlu səsli mesaj göndərir. Şahid2 Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il saat 20:31-də “Tural müəllim, sizdən artıq dərəcədə xahiş edirəm. Şəhla xanımın məsələsini həll eləginən, qurtarsın. Valla hər gün zəng edirlər, mən sənə utanıram zəng etməyə..” məzmunlu səsli mesaj göndərir. Həmin gün başqa yazışma olmamışdır. Şahid2 Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il saat 12:24-də səsli mesaj göndərərək Zərərçəkmiş şəxs1 işinin həll olunmasını, işin üstünə düşməsini, Zərərçəkmiş şəxs1 diplomunun təsdiq olunmadığına görə müəyyən yerlərə gedə bilmədiyini, vəzifəsinin artmadığını, tezləşdirməsini bildirir. Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il saat 12:25-də səsli mesaj göndərərək Zərərçəkmiş şəxs1 işini həll edəcəyini, başqa şəxsin işini hell etdiyini, bu işi de hell edəceyini bildirir. Şahid2 Tural Sadtxzadəyə 01 fevral 2022-ci il saat 11:43-də səsli mesaj göndərərək Zərərçəkmiş şəxs1 sənədindən xəbərin olub-olmamasını, Şəhla xanımın çox narahat olduğunu bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 01 fevral 2022-ci il saat 11:53-də yazaraq “Gözləyirik, az səbr eləsinlər” bildirir. Şahid2 07 fevral 2022-ci il saat 14:40-da yazaraq "Tural müəllim salam necəsən, Şəhla xanımın işindən nə xəbər var” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 07 fevral 2022-ci il saat 14:40-da yazaraq “Olacaq az qalıb” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il saat 13:05-də səsli mesaj göndərərək Zərərçəkmiş şəxs1 işindən xəbərin olub-olmamasını, vəziyyətin gərgin olduğunu, zənglərdən bezdiyini, çox vaxt getdiyini bildirir. Şahid2 10 fevral 2022-ci il saat 11.20-də yazaraq “Tural müəllim salam necəsən, Şəhla xanımın işindən nə xəbər var” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 10 fevral 2022-ci il saat 11:24-də yazaraq “salam” bildirir. Şahid2 12 fevral 2022-ci il saat 20:13-də yazaraq “Tural müəllim salam necəsən, Şəhla xanımın işi çox uzandı” bildirir. Şahid2 14 fevral 2022-ci il saat 16:25-də yazaraq “Salam Tural müəllim nə xəbər var” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 14 fevral 2022-ci il saat 16:34-də səsli mesaj ilə “... bu gün bir xəbər olmayıb” bildirir. Şahid2 15 fevral 2022-ci il saat 12:42-də yazaraq “Tural müəllim salam necəsən Şəhla xanımın sənədinə görə bir söz de çox uzandı” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 15 fevral 2022-ci il saat 12:43-də səsli mesaj ilə dəqiq bir şey yoxdu deyə, ona görə bir söz deyə bilmirəm” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il saat 14:59-da səsli mesaj göndərərək hər dəqiqə zəng etdiyi üçün utandığını, sənədlərin çox uzandığını, işin alınıb-alınmadığını bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 15 fevral 2022-ci il saat 16:51-də səsli mesaj ilə bu məsləyə ilə bağlı ona bir nəfər şəxsin zəng etdiyini, əyni gündə iki nəfər şəxsə cavab verə bilmədiyini, həmin şəxsə zəng edib özünün dəqiq bir söz deyəcəyini, səbrli olmalarını deməsini bildirir. Şahid2 21 fevral 2022-ci il saat 17:58-də yazaraq “Tural müəllim salam mən artıq söz davasına çıxmışam əsəblərim yerində deyil senə de zəng vururlar cavab vermirsən” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 21 fevral 2022-ci il saat 20:24-də yazaraq “işdə olanda yığmasınlar” bildirir. Şahid2 21 fevral 2022-ci il saat 20:43-də yazaraq “Şəhlanın sənədinə görə sənə zəng edirlər bəs insanlar narahatdırlar gör neçə aydı adam görüşmək istəyir sabah” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 21 fevral 2022-ci il saat 20:58-də yazaraq “görüşmək istəyir görüşəkdə” bildirir. Şahid2 28 fevral 2022-ci il saat 17:57-də yazaraq “Tural müəllim salam necəsən vallah sistemdəyəm neçə gündü bu Şəhlanın zəngləri meni məhv etdi” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 02 mart 2022-ci il saat 18:04-də səsli mesaj göndərərək “bu işlərə baş qoşduğununa görə böyük səhv etdiyini, Şəhla xanımın işinin düzəlib-düzəlmədiyini, zənglərə cavab verə bilmədiyini, ona bir xəbər verməsini" bildirir. Şahid2 Təqsirləndirilən şəxs 02 mart 2022-ci il saat 18:32-də səsli mesaj göndərərək “Təqsirləndirilən şəxs telefonu götürmədiyini, onun pis vəziyyətdə qaldığını, Təqsirləndirilən şəxs telefona cavab verməsini” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 02 mart 2022-ci il saat 18:34-də səsli mesaj ilə “danışdığını, narahat olmamasını” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 03 mart 2022-ci il saat 18:04-de səsli mesaj göndərərək “Şəhla xanımın işinin iki günə, beş günə düzəlcəksə Şəhla xanıma zəng edib işinin düzəlməsini deməsini” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 03 mart 2022-ci il saat 18:09-da səsli mesaj ilə “digər işləri həll etdiyini, gözləmələrini, vaxtı deyəcəyini, əsas can sağlığı olduğunu, belə məsələlərin düzəldiyini, bir az yubandığını” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 04 mart 2022-ci il saat 15:26-da səsli mesaj göndərərək “Şəhla xanıma zəng edib sənədinin verilməsi haqqında melumat verməsini” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 04 mart 2022-ci il saat 16:56-da səsli mesaj ilə “..Şəhla xanımla əlaqə saxlanılacağını” bildirir. Şahid2 Təqsirləndirilən şəxsya 05 mart 2022-ci il saat 15:47-də yazaraq “Tural müəllim salam həftənin 1-ci günü görüşmək istəyirlər vaxt dəyərsiz bir yerdə görüşək” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 04 mart 2022-ci il saat 16:56-da səsli mesaj ilə “Birinci gün əlaqə saxlayarıq” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 09 mart 2022-ci il saat 18:23-də yazaraq "Tural müəllim salam necəsən Şəhla xanımın işindən nə xəbər sabah görüşmək istəyir” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 09 mart 2022-ci il saat 21:05-də səsli mesaj ilə “bayaq danışdığını, o şöbənin Şəhla xanımla əlaqə saxlayacağını, narahat olmamasını, görüşməyin problem olmadığını, dünən üçün görüşmək istəyirdilər, lakin bir xəbər çıxmadığını” bildirir. Şahid2 Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il saat 17:46-da səsli mesaj göndərərək “Şəhla xanımın işindən xəbər verməsini, vaxtın bitdiyini, işi yoluna qoymasını” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 04 aprel 2022-ci il saat 17:56-da yazaraq “məni yığın” bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il saat 16:23-də yazaraq “Salam Tural müəllim Şəhlanın valideyni görüşmək istəyir sənnən bu gün saat neçədə desən deyib görüşək” bildirir. Təqsirləndirilən şəxs cavab olaraq 08 aprel 2022-ci il saat 16:29-da yazaraq “Axşama zəngləşərik” bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il saat 18:55-də yazaraq “Menə zəng elə görüşəyin” bildirir (cild 02 iş vər. 95- 115). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs2 istifadəsində olan "Samsung” markalı mobil telefona və telefonda olan məlumatlara 16 mart 2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, telefonun “watsapp” tətbiqetməsinə daxil olduqda Zərərçəkmiş şəxs2 istifadəsində olan +99450 *** ** ** mobil nömrəsi ilə həmin tətbiqetmədən qeydiyyatdan keçdiyi və “watsapp” tətbiqetməsi vasitəsi ilə telefona “TURAL. M. TƏHSİL NAZİRİNİN MAVİNİ” adı ilə qeyd edilmiş +99455 *** ** ** mobil nömrəsi arasında yazışmaların və səsli mesajların olduğu müəyyən edilmişdir. Həmin yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə 03 dekabr 2021-ci il saat 20:27-də “salam necəsiz Elminin prosesi niyə uzandı fevralın 18 kimi, imkan olsa yığın çox narahatam” yazaraq danışmağa başlayır. Həmin tarixdə saat 20:27- də Təqsirləndirilən şəxs “salam, sabah yığacam, bu ay qərarı alınacaq” yazmışdır. Daha sona Zərərçəkmiş şəxs2 oğlu Şahid5 işi ilə bağlı maraqlanır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il saat 12:49-da yazaraq oğlu Şahid5 işinin nə vaxt həll olunacağını soruşur. Həmin gün saat 13;43-də Təqsirləndirilən şəxs səsli mesaj göndərərək işdə olduğundan rahat yaza bilmədiyini və bu ay əmri götürəcəyini bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il saat 19:37-də yazaraq ayın bitməsinə 3 gün qaldığını, müsabiqənin bu ay olacağını soruşur. Həmin gün saat 19:38-də Təqsirləndirilən şəxs səsli mesaj göndərərək “üç gün deyəndə sabah axırıncı iş günüdür. Bizdə də 3 gündür, 4 gündür rəhbərlik dəyişib, səbəb bu oldu, yəqin məlumatınız var. Bu işlə maraqlanırsınızsa yəqin məlumatınız var ki, bizdə sədr dəyişdi. Bayramdan sonra bəlkə salar müsahibəni” bildirir. Həmin gün saat 19:42-də Zərərçəkmiş şəxs2 yazaraq müsahibənin yanvar ayının neçəsi olacağını soruşur. Həmin gün saat 19:44-də Təqsirləndirilən şəxs səsli mesaj göndərərək “Valla onu indidən demək tezdi, İnşallah bayramdan sonra deyəcəm” bildirir. Zərərçəkmiş şəxs2 Tural Sadıxzadeyə 11 yanvar 2022-cİ il saat 10:09-da yazaraq oğlunun imtahanın uzanmasının səbəbini soruşur. 11 yanvar 2022-ci il saat 10:12-də Təqsirləndirilən şəxs səsli mesaj göndərərək soyuqladığı üçün işə çıxa bilmədiyini, biriki günə sağalıb əlaqə saxlayacağını bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il saat 18:48-də yazaraq Şahid5 işi barədə soruşur. 17 yanvar 2022-ci il saat 18:48-də Təqsirləndirilən şəxs səsli mesaj göndərərək “hər vaxtınız xeyir olsun bir daha, işdə olanda rahat danışa bilmirəm. Mən dediyim vaxta çatıracıyıq narahat olmayın. Qurban sizə, az səbr eləyin, yəni sizin məsələ etibarlı əllərdədi, narahat olmayın, rahat olun” bildirir. Daha sonra Təqsirləndirilən şəxs Sadıxzadə səsli mesaj göndərərək dediyi vaxtda məsələni həll edəcəyini, onların yalançı adam olmadığını, işgörən adam olduqlarını, işlərini yaxşı, mükəmməl bildiklərini bildirir. Bundan sonra Zərərçəkmiş şəxs2 oğlunun işinin uzanmasının səbəbini soruşur. Təqsirləndirilən şəxs Sadıxzadə 17 yanvar 2022-ci il saat 18:52-də səsli mesaj göndərərək uzanmasının səbəbinin onluq olmadığını, hamının sənədlərinin uzandığını, narahatçılığa səbəb olmadığını bildirir. Təqsirləndirilən şəxs Sadıxzadə 17 yanvar 2022-ci il saat 18:56-da səsli mesaj göndərərək işi ayın axırına bitirəcəyini, özünün çox iş saxlamadığını, onların idarəsinin sistemə işlənildiyini, bir az səbr etməsini, məlumat gələcəyini, şəxsi kabinetə baxmalarını bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il saat 09:44-də yazaraq oğlunun işinin nə yerdə qaldığını, oğlunun şəxsi kabinetində heç bir dəyişikliyin olmadığını bildirir. Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il saat 10:34-də yazaraq narahat olmamasını bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il saat 19:28-də yazaraq oğlunun işinin ayın sonuna qalmayacağını dediyini, 3 aydı kredit ödədiyini, necə etməsini bildirir. Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il saat 19:28-də Zərərçəkmiş şəxs2 “Mən 3 aydı kredit ödəyirəm axı" mesajını işarələyib “Menim problemimdi?” mesajı ilə cavablandırır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 30 yanvar 2022-çi il saat 19:31-də yazaraq “Deyirsənki mənim problemimdi əlbətdəki mənim problemimdi amma axı iş həll olmadı ay qardaş belə olmur axı” bildirir. Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il saat 19:37-də yazaraq “Xanım bazar günü men size ne deyim axı?” bildirir. Daha sonra Zərərçəkmiş şəxs2 yazaraq artıq bütün səbrinin tükəndiyini bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 17:47-də yazaraq “Siz gətirin pulu 6 günə kimi verin biz ta diplom zad təsdiqləmirik gətirin verin pulumuzu vəssalam qardaş ta lazım deyil” bildirir. Təqsirləndirilən şəxs 02 fevral 2022ci il saat 17:48-də səsli mesaj göndərək məsələnin həll olunacağım bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 17:50-də yazaraq “Ay qardaş portala düşən ad necə qəbul oluna bilər axı mən dəli oldum vallah”, “İstəmrik ta gətir pulu ver istəmirik vəssalam” bildirir. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci ii saat 17:50-də yazaraq “Siz menim İşimi mendən yaxşı billrsuz?” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 17:51-də yazaraq “ne deyirsən men deylremki yoldaşımda dedidiki pulu al vəssalam tam İstemirik vəssalam”, “gətir ay qardaş pulu qaytar istəmirəm” bildirir. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 17.51-də səsli mesaj göndərərək səbr etməsini, nə etdiyini bildiyini,4şlni dəqiq gördüyünü bildirir. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 17:5l-də səsli mesaj göndərerək “xanım, pulu qaytar deyəndə ki, pul mənim cibimdə deyöle, pul verilib, iş görülüb, düzdümü, bu alqı-satqı deyöle alduz-satduz” bildirir. Zərərçəkmiş şəxs2 02 fevral 2022-ci il saat 17:52-də səsli mesaj göndərərək oğlunun işinin uzandığını, onu uşaq yerinə qoymamasını bildirir. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il saat 18:26-da səsli mesaj göndərərək “Ay anam, mən sənə uşaq dəmirəm, hərənin də öz İşi var, hərə də öz işiynən ətraflı, mükəmməl işini yaxşı bilir. Yeni siz el arasında olan sözleri deyirsiz, amma mən lazım olan işləri bilirəm. Nə yerdədi, nə yedə döyül, onu sizə çox adam deyə bilər ki, mümkün döyül, bizim qanunlarımızı heç kim bilmir.” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il saat 12:23-də səsli mesaj göndərərək oğlunun işi ile bağlı narazılığını bildirir. Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il saat 13:10-da səsli mesaj göndərərək “Sevinc xanım, çox gözəl danışırsız. Çox gözəl danışırsız, men sizin bu suallarınıza cavab vermək istəmirəm. Mən sizə nəsə yazanda Elmin haqqında, ona cavab verün. Qurtardı getdi” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il saat 16:28-də yazaraq "Salam siz nə vaxt gətirsiniz pulu, gətirin lazım deyil, diplom zad təsdiqləmək istəmirik” bildirir. Təqsirləndirilən şəxsy 04 fevral 2022-ci il saat 16:32-də yazaraq “Salam Sevinc xanım, siz yoldan keçən biri ilə danışmırstz, uşaq oyunacağı deyil ki bu, 1 gün belə deyirsiz 1 gün beke deyirsiz olmure belə Sevinc xanım” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il saat 17:13-də yazaraq Elminin işindən nə xəbər olduğunu bildirir. Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il saat 17:14-də yazaraq “Sevinc xanım İnşallah ki bu hefte men sizi sevindirecem” bildirir. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il saat 14:41-də yazaraq Şahid5 məhkəmə prosesi ilə bağlı gələn sms-in şəkilini ona göndərməsini bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il saat 14:44-də yazaraq “O esemes ELMİNİN telfonuna gəlib ayı 18 məhkəməyə gəlin mütləq gəlin”, “İmtahan şöbəsinində pulunu çatdırın ki problem olmasın Elmin yaza bilməyəcək mətin düşəcək yaza bilməyəcək bilirəmki keçən dəfə yazıdan kəsilib” bildirir. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il saat 14:47-də yazaraq “Pul hamısı çatıb” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il saat 14:56-da məhkəmə prosesi ilə bağlı sms-in şəkilini göndərir. Həmin şəkildən görünür ki, iddiaçı Şahid5 xx.xx.2021-ci ildə saat 10:00-da Bakı İnzibati Məhkəməsində 2-1 (112J-8902/2021 saylı iş üzrə iddiaçı qismində məhkəmə iclasında iştirak etməsinin zəruri olduğu bildirilir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yazaraq onda olan bu köhnə sms-in olduğunu, bu prosesin olub keçdiyini, təzə sms-in Elmində olduğunu bildirir. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il saat 15:44-də yazaraq hakimin kim olduğunu soruşur. Zərərçəkmiş şəxs2 10 fevral 2022-ci il saat 15:45- də yazaraq prosesin fevralın 18-iolacağını bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il saat 13:37-də yazaraq Elminin bir gün sonra məhkəməsi olacağını, əgər işi həll edə bilməyəcəksə pulunu verməsini, uşağmın axırıncı şansı olduğunu bildirir. Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il saat 13:38-də səsli mesaj göndərək “ay xanım narahat olmuyun, mən Elminlə də danışmışam, sabah yox birisi gün onun məhkəməsidi. O tapşırılıb, hər şey qaydasındadır. Narahat olmuyun, mən heç kimə ziyanlıq eləmirəm. Mən heç kimə işvuranhq eləmirəm. Mənim haqqımda heç kim pis fikirdə ola bilməz. Mən əksinə göndərə bilərəm sizə neçə nəfərin mən sənədini həll edib vermişəm. Mən pislik eləmirəm” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il saat 13:39-də yazaraq “Elmin rus dilini yaxşı bilmir ha həmdə yazıdanda rahat yazmayacaq vaxtında görün imtihan şöbəsi balam gilinc olmasın” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il saat 22:29-da yazaraq “Siz demişdizki bəraət almışam bəs əgər bəraət alınıbsa məhkəməyə getməyi düzdü?” bildirir. Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il saat 22:35-də yazaraq “Danışılıb beli” bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il saat 10:52-də yazaraq oğlu Elminin işi barədə soruşur. Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il saat 10:58-də səsli mesaj göndərərək “Narahat olmayın, İnşAllah sürətləndirəcəyik. Yəni özü də getdi mehkemedə gördü de hakim ona nə dedi. Yeni hamısı danışılmışdı. Həll edilmişdi. Heç ona ehtiyac yox idi. O, getdi problem yoxdu. Narahat olmayın. Narahatçılığa ehtiyac yoxdu.” demişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 01 mart 2022-ci il saat 21:29-da yazaraq Elmin şehadetnaməsinin verilməsi barədə maraqlanır və bayrama kimi həll olunacağını ümid etdiyini bildirir. Təqsirləndirilən şəxs 01 mart 2022-ci il saat 22:06-da səsli mesaj göndərərək heç bir problem olmadığını, bayram kimi qurtaracağını bildirir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 09 mart 2022-ci il saat 19:24-də yazaraq Elminin bəraətinin niyə verilmədiyini, işin düzəlmədiyini bildirir. Təqsirləndirilən şəxs 09 mart 2022-ci il saat 19:44-də səsli mesaj göndərərək vaxtı gələndə veriləcəyini bildirir. Daha sonra Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs “watsapp” tətbiqetməsi vasitəsi ilə oğlu Şahid5 şəxsi kabinetinə heçənə gəlmədiyini, işinin nə yerə olduğunu bildirir. Hər dəfəsində Təqsirləndirilən şəxs səbrli olmasını, işi həll olunacağını, narahat olmamasını, hər şeyin sistemləşdirildiyini, guya yəqinki sistemdə Elminin sənədinin qəbul edilmiş yazıldığını, müsabiqədən 15-20 gündən sonra sertifikatın sistemdə göründüyünü bildirir (cild 02 iş vər. 168-195). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “CD diskə və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs öz səsi ilə ona “vatsapp” tətbiqetməsi vasitəsi ilə göndərdiyi səsli mesajları CD diskə köçürmüşdür. Həmin səsli mesajlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 adını çəkərək onun gəlməsini, quruda olubolmamasını soruşur. Təqsirləndirilən şəxs işdə olduğundan səs ata bilmədiyini, işlərin qaydasında olduğunu, Zərərçəkmiş şəxs4 onunla bir-iki gündən bir əlaqə saxlamasını bildirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 şəxsi kabinetinə daxil olmasını və şəxsi kabinetində nəyin yazıldığını soruşur. Təqsirləndirilən şəxs işlərin qaydasında olduğunu və sms-in gələcəyini, narahat olmamasını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs sms-in gələcəyini, təkcə Zərərçəkmiş şəxs4 işinin deyil, digər şəxslərin də işlərinin gecikdiyini, bir şeyin qalmadığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 onun işində problem olmadığını, az səbr etməsini və şəhadətnaməsini sistemdə görəcəyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 onların nazirlikdən asılı olduqlarını, ona görə dəqiq gün demədiklərini, amma onun məsələsinin hazır olduğunu bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 öz idarəsinin onu boğaza yığdığını, bu günə sabaha xəbər çıxacağını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 az səbr etməsini, sədrdən də xahiş etdiyini, hər gün onun meseləsini sədrdən xahiş etdiyini, narahat olmamasını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 nazirliyin heç kimə dəqiq vaxt demədiyini və ara sözlərə ehtiyac olmadığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 onun işini yekunlaşdırmağa çalışdığını bildirir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs istifadəsində olan +99455 *** ** ** mobil nömrəsi ilə "vatsapp” tətbiqetməsi vasitəsi aparılmış yazışmaların fotoşəkillərindən görünür ki, 12 dekabr 2021-ci il saat 13:48-də Təqsirləndirilən şəxs “vatsapp” tətbiqetməsi vasitəsi Zərərçəkmiş şəxs4 öz adına "xxxx" ASC tərəfindən verilmiş 5261 6333 3308 8053 nömrəli kredit kartının şəkilini göndərir. xx.xx.2021-ci il saat 14:31-də Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə Zərərçəkmiş şəxs4 yazaraq “1500 gəldi qardaş” bildirmişdir. xx.xx.2021-ci il saat 09:35-de Təqsirləndirilən şəxs “whatsapp” tətbiqetməsi vasitəsilə Zərərçəkmiş şəxs4 yazaraq şəxsi kabinetinin şifrə və kodunu ona gönderməsini bildirir (cild 02 iş vər. 205-227). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs adına olan Rabitəbank ASCyə məxsus, 526163******8053 nömrəli plastik kart vasitəsi ilə xx.xx.2021-xx.xx.2022 tarix aralığında aparılmış əməliyyatların hesabdan çıxarışına 01 aprel 2023-cü ildə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə kartın hesabın təyinatında “terminaldan hesaba medaxil_12603” qeyd edilməklə 1400 və 100 manat mədaxil olunmuşdur (cild 03 iş vər. 20). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, +99450 *** ** ** mobil nömrəsi Təqsirləndirilən şəxs, +99451 *** ** ** mobil nömrəsi Şahid6 və +99450 *** ** ** mobil nömrəsi Zərərçəkmiş şəxs2 məxsusdur. 27 aprel 2022-ci il saat 10:41-də Zərərçəkmiş şəxs2 istifadəsində olan +99450 *** ** ** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +994 50 *** ** ** mobil nömrəsinə “Hara qaçmısan gətir pulumu ver nə qədərki gec deyil sonra sənin üçün pis olacaq” məzmunlu sms göndərilmişdir. Eyni zamanda “antena5159-2022.xls" və “antena5159-2021.xls" adlı faylı açdıqda içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin əks olunduğu müəyyən edilmişdir. Həmin telefon zənglərinin siyahısından görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan +99470 *** ** ** mobil nömrəsi, Şahid2 istifadəsində olan +99455 *** ** ** mobil nömrəsi, Şahid6 istifadəsində olan +99451 *** ** ** və +99470 *** ** ** mobil nömrələri, Zərərçəkmiş şəxs4 istifadəsində olan +99470 *** ** ** mobil nömrəsi, Zərərçəkmiş şəxs3 istifadəsində olan +99455 *** ** ** mobil nömrəsi, Şahid1 istifadəsində olan +99477 *** ** ** və +99477 *** ** ** mobil nömrələri, zərərçəkmiş şəxs Sevinc Nəriman qızının istifadəsində olan +99450 *** ** ** mobil nömrəsi arasında müxtəlif vaxtlarda dəfələrlə çoxsaylı telefon danışıqları olmuşdur (cild 03 iş vər. 21-38). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Elm və Təhsil Nazirliyinin aparatı və yerli bölmələrində Təqsirləndirilən şəxs adlı şəxs çalışmır (cild 03 iş vər. 53). Cinayət işi materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Rəsulova Şəhla Nurəhməd qızının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda Şahid1 sənədlərinin araşdırılması çərçivəsində adıçəkilən vətəndaşın təhsil aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin yoxlanılması zərurəti yaranmış və vətəndaş müsahibəyə dəvət olunmuşdur. Lakin vətəndaş təyin olunan müsahibədə iştirak etmədiyindən sənədlərin icraatı xx.xx.2022-ci il tarixində dayandırılmışdır. Zərərçəkmiş şəxs4 xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və ona müvafiq şəhadətnamə təqdim edilmişdir. Şahid5 xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı elektron ərizə vasitəsi ile təqdim etdiyi sənədlər xx.xx.2023-cü il tarixində icraata götürülmüş və hazırda tərəflərindən baxılmaqdadır (cild 03 iş vər. 57-58). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Narkoloji Mərkəz" X29 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı çəkilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 03 iş vər. 60). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X29 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicədə olmayıbdır (cild 03 iş vər. 70). Cinayət işinin materiallarında olan 28 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 310-cu maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli qərardadında şəxsin əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi CM-nin 178 və 32.4, 312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilmişdir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Qərarı) Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 14 iyul 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərdən çıxış edərək qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hər dörd zərərçəkmiş şəxsə münasibətdə niyyəti onlara məxsus əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, etibardan sui-istifadə və ya aldatma yolu ilə həmin şəxslərin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş, beləliklə də onun tərəfindən dələduzluq cinayəti törədilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü (X22), xx.xx.2006-cı il təvəllüdlü (X23) və xx.xx.2015-ci il təvəllüdlü (X14) uşaqları var (cild 03 iş vər. 44-46). Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Rəsulova Şəhla Nurəhməd qızına dəymiş maddi ziyan tam olaraq təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən, o cümlədən məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq Cinayət Məcəllesinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 12-20, cild 02 iş vər. 136-137). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərdən Şəhla Rəsulova ilə barışığın əldə olunması, sonuncunun ondan heç bir şikayəti və tələbinin olmaması CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırda Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsininxx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli hökmləri çıxarılmazdan əvvəl onun törədilmiş başqa cinayətlərdə təqsirli olması müəyyən edildiyindən, onun əməllərində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, lakin bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilmədiyini və onlarla barışığın əldə olunmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə qəti əsas cəza təyin edilməli, habelə CM-in 66.4-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin olunan əlavə cəza hazırki qəti əsas cəzaya birləşdirilməlidir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və oan həmin maddədə nəzərdə tutlan ittiham elan olunmuşdur (cild 03 iş vər. 71-74). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixli qərarla hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasında həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə son olaraq məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2022-cü il tarixdən hesablanmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan 06 ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda, iş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmünə əsasən əsas cəza qismində təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və həmin hökmlə əlavə cəza qismində təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Şahid3 Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng etməsi zamanı qeydə aldığı səs yazısının köçürüldüyü 1 ədəd CD disk, Şahid1 mobil telefonundakı proqram ilə Təqsirləndirilən şəxs ondan pul vəsaitini alarkən qeydə aldığı səs yazısının olduğu 1 ədəd CD disk, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onunla "watsapp" tətbiqetməsi vasitəsi ilə yazışmaları zamanı ona göndərdiyi səsli mesajlarını köçürüldüyü 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 istifadəsində' olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi zamanı "watsapp” tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında aparılmış yazışmaların şəkillərinin və “watsapp” tətbiqetməsi vasitəsi göndərilmiş səsli mesajların köçürüldüyü 1 ədəd CD disk, Şahid2 istifadəsində olan “Redmi” markalı mobil telefona baxış keçirilməsi zamanı “watsapp” tətbiqetməsi vasitəsi ilə Şahid2 və Təqsirləndirilən şəxs arasında aparılmış yazışmaların şəkillərinin və “watsapp” tətbiqetməsi vasitəsi göndərilmiş səsli mesajların köçürüldüyü 1 ədəd CD disk və "Azercell” MMC-dən daxil olmuş 1 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-177/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-177/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver