Məhkəmə qərarları › İş №1(124)-178/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-178/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-178/2024 10.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Əmi" dediyi şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2023- cü il tarixdə İran İslam Respublikası vətəndaşı "Əmi" dediyi şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı "Əmi" dediyi şəxsin istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 1 (bir) bükümdə, təmiz çəkisi 11,851 qram narkotik vasitə heroini Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində qoydurması, həmin narkotik vasitə heroini götürdükdən sonra 5 qram və 3 qrama bölüb başqa şəxslərin əldə etməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə sonuncuya göndərməsi və qalan heroini isə özünə götürməsi ilə bağlı razılığa gəldikdən sonra sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini müəyyən edib 1 (bir) bükümdə, təmiz çəkisi 11,851 qram narkotik vasitə heroni Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində qoyulduğu yerdən götürərək 5 qram və 3 qram bölüb başqa şəxslərin əldə etməsi üçün ayrı-ayrı yerlərə çatdırıb qoyması məqsədi ilə üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Sumqayıt şəhəri, 9-cu mkr, 55 saylı yaşayış binanın qarşısında olan zaman həmin vaxtı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşlarını görüb qaçarkən polis əməkdaşları tərəfindən saxlanılıb ərazidə baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və bölmədə xidməti otaqda şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin sol yan cibindən külli miqdarda, bir bükümdə təmiz çəkisi 11,851 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, ona “konum” göndərilmişdir. İnternet zəif olduğundan göndərilmiş yeri təyin edə bilməmiş, daha sonra polis əməkdaşları onu həmin ərazidə tutub polis idarəsində aparmışdırlar. Şəxsi axtarış zamanı üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni 2023-cü ilin sentyabr ayından etibarən çəkmə yolu ilə qəbul etmiş, gün ərzində təqribən 1-2 qram narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmiş, onunla “Whatshapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Əvvəllər onun telefonu ilə başqa şəxs əlaqə saxlamış, həmin şəxsin ləhcəsi talış ləhcəsinə bənzəmiş, 11-12 qram narkotik vasitə göndərəcəyini bildirmişdir. Pulu karta köçürməmiş, çünki həmin şəxsi aldatmaq istəmişdir. Həmin ərazini polis əməkdaşları ilə bir neçə dəfə fırlanmış, daha sonra narkotik vasitəni tapmışdırlar. Polis əməkdaşları onu döymüş, lakin xəsarət almamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, üzərində tərəzi gəzdirməmiş, müstəntiq ona göstəriş verdiyi üçün o, ifadəsində elə qeyd etmişdir. 3 nəfər polis əməkdaşı onun üzərinə şəxsi axtarış etmiş, onu tutub bölməyə aparmış, videoçəkiliş zaman orada olmuşdurlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə heroini zərli kağızda yandırmaqla tüstüsünü qəbul edir. Polis işçiləri tərəfindən tutulmazdan təxminən 10 gün əvvəl instaqram sosial şəbəkəsində İran vətəndaşı ilə tanış olmuş, həmin İran vətəndaşına "əmi" deyərək müraciət edirmiş, "əmi"yə narkotik vasitə heroin istifadə etdiyini bildirmiş, "əmi" ilə istifadə etdiyi ***-***-**-** nömrəsinin Whatsappı ilə onun +**********25 nömrəsi əlaqə saxlayırmış, "əmi"nin nömrəsini istifadə etdiyi "Mi Al" markalı mobil telefonunda "AAA KENAN" adı ilə qeyd etmişdir. "Əmi" ilə əlaqə saxlayan zaman sonuncu ona qramı 25 manata narkotik vasitə heroin təşkil edə biləcəyini və heroini qoydurduğu yerlərdən götürə biləcəyini bildirmiş, o, da "Əmi" ilə razılaşmışdır. "Əmi" ilə əlaqə saxlayan zaman aralarında səmimiyyət yaranmış və ona nisyə narkotik vasitə göndərəcəyini, pulunu sonradan hissə-hissə ödəyəcəyi ilə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında "əmi"yə Whatsappda səs ataraq ona heroin təşkil etməsini demiş, "Əmi" həll edəcəyini, heroini qoyduracağı yer barədə ona məlumat verəcəyini demişdir. Bir neçə saatdan sonra gecə saatlarında "Əmi" 20 qram narkotik vasitə heroinin Abşeron rayonu, Məhəmmədi kəndində qoydurduğu yerin fotoşəklini və həmin yerin işarələnmiş "konum"unu (məkan yeri) ona göndərərək, həmin yerdən heroini götürməyini və həmin heroindən 5 qram və 3 qram böldükdən sonra başqa şəxslərin götürməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə ona göndərməyini, qalan heroinin isə özünə götürməyini demiş, o, "Əmi"yə narahat olmamasını, göz qabağında olmayan yerlər tanıdığını və rahat yerlərə heroini qoyacağını deyərək razılaşmışdır. O, da, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində taksi sifarişi xidmətindən sifariş etdiyi tanımadığı taksi ilə "Əmi"nin ona məkan yerini göndərdiyi yerə gedərək oradan üzərində 18 rəqəm yazısı olan 1 ədəd selofan bükümdə heroini götürüb bu barədə "Əmi"yə məlumat vermiş və götürdüyü 1 bükümdə olan heroinin fotoşəklini çəkib "Əmi" yə göndərmiş və Sumqayıta yola düşmüşdür. "Əmi" həmin yerə 20 qram heroin qoydurduğunu, 2 qramın əskik olduğunu, ziyana düşməsin deyə heroini həmin yerə qoymuş şəxsə göndərməsi üçün ona götürdüyü heroini tam vəziyyətdə çəkisini elektron tərəzidə çəkdikdən sonra fotoşəklini çəkib ona göndərməyini və yalnız bundan sonra götürdüyü heroini bölərək 5 qram və 3 qram başqa şəxslərin götürməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanlan ilə birlikdə ona göndərməyini, qalan heroinin isə özünə götürməyini demişdir. Yolda olarkən mağazaların birindən elektron tərəzi almış, sonra Sumqayıt şəhəri, 9-cu mkr, 55 saylı binanın yanma gəlmişdir. Həmin binanın yanında yerdə 1 bükümdə heroini elekron tərəziyə qoyub 18,8 qram çəkisinin fotoşəklini çəkərək "Əmi" yə göndərrmişdir. Sonra həmin 1 bükümdə olan heroini əynində olan göy rəngli gödəkcəsinin sol yan cibinə qoyub saxlamış və "Əmi"nin dediyi kimi həmin heroindən 5 qram və 3 qram bölüb ayrı-ayrı yerlərə qoymaq üçün binanın ətrafında rahat yer axtarırmış, saat 02:15 radələri olarmış, həmin vaxtı binanın qarşısından post patrul avtomobilin keçdiyini görüb həyəcandan qaçaraq əlindəki elektron tərəzini qaranlıq yerə tulamış, lakin polislər arxasınca qaçaraq onu tutub saxlamış, özlərini təqdim edərək ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3- cü PB-nə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə bölməyə getmişlər. Belə ki, yolda sorğu-sual zamanı bilmişdir ki, onsuzda bölmədə üzərində olan 1 bükümdə heroini aşkar edəcəklər ona görə də, polislərə üzərində narkotik vasitə heroin saxladığını etiraf etmişdir. 3-cü polis bölməsinə gətirildikdən sonra xidməti otaqda baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X3 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan göy rəngli gödəkcəsinin sol yan cibində saxladığı 1 ədəd şəffav selofanda olan heroini, 2 ədəd ödəniş qəbzini, gödəkcəsinin sağ yan cibindən ***-***-**-** nömrəli mobil telefonunu təqdim etmişdir. Mobil telefonun arxasına, keçirilmiş kauçuq qoruyucuda nömrəsini xatırlamadığı işləməyən 1 ədəd nar nömrə aşkar olunmuş, sonra isə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Maqna" siqaretini təqdim etmişdir. Bundan sonra üzərində keçirilən şəxsi axtarış keçirilən zaman cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Ona verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunmuş 1 ədəd bükümün içərisində "kakos", yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd şəffav selofan bükümdə olan qara rəngli selofan bükülünün içərisinə baxılan zaman narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra qara rəngli selofan bükülüdə olan heroin elektron tərəzidə çəkilərək olduğu qara rəngli selofanla birlikdə çəkisi 13,63 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar olunmuş 2 ədəd ödəniş qəbzi, mobil telefonu və nömrəsini xatırlamadığı işləməyən 1 ədəd nar nömrə baş təhqiqatçı tərəfindən götürülmüş, "Maqna" siqaret qutusu isə özünə qaytarılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş heroini xx.xx.2023-cü il tarixdə "Əmi" dediyim İran vətəndaşının Abşeron rayonu, Məhəmmədi kəndində öncədən razılaşdıqları kimi qoydurduğu yerdən götürüb əldə etmişdir. Bu birinci dəfə idi ki, "Əmi" dediyi İran vətəndaşının qoydurduğu yerdən narkotik vasitə heroin götürüb əldə etmişdir. "Əmi" dediyi şəxs İran İslam Respublikasının vətəndaşıdır, onunla +**********25 saylı İran mobil nömrəsi ilə əlaqə saxlayırmış, "Əmi"nin kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. "Əmi"yə narkotik vasitə heroini istifadə etmək üçün aldığını bildirmişdir."Əmi"nin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə "Əmi"dən heçnə soruşmamışdır. "Əmi" dediyi İran vətəndaşı ilə onun qoydurduğu yerdən heroini götürməyi və həmin heroindən 5 qram və 3 qram bölüb başqa şəxslərin götürməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə ona göndərməyi və qalan heroinin isə özünə götürməyi ilə razılaşmışdır, lakin sonra polislər tərəfindən saxlanıldığı üçün, həmin heroindən bölüb başqa şəxslərin götürməsi üçün qoyacağı yerlər məlum olmamışdır. Həmin heroinin Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində kim və ya kimlər tərəfindən qoyulması, narkotk vasitənin haradan gətirilməsi barədə məlumatı yoxdur. Narkotik vasitələrin satışı ilə məşğul olmur, özünə qəbul edir, sadəcə arabir üzdən tanıdığı şəxslərə vəziyyətdən çıxmaq üçün narkotik vasitə vermişdir. Əvvəllər narkotik vasitə heroini Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman həyəcanlı olduğundan narkotik vasitə heroini "Əmi" dediyi İran vətəndaşının göndərmiş olduğu özünü İbrahim kimi təqdim edən şəxsdən polislər tərəfindən saxlanılmazdan 5-10 dəqiqə əvvəl Sumqayıt şəhəri, 9-cu mkr, 55 saylı binanın qarşısında olan zaman pulunu sonradan vermək şərtilə 125 manat müqabilində aldığını bildirmişdir. Hazırda istintaq zamanı həqiqəti bildirir ki, narkotik vasitə heroini "Əmi" dediyi İran vətəndaşının Bakı şəhəri, Məhəmmədi kəndində öncədən razılaşdıqları kimi qoydurduğu yerdən götürüb əldə etmişdir və heç bir İbrahim adlı şəxs tanımır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 2 ədəd Ödəniş qəbzində xx.xx.2023-cü il tarixdə saat 13:26-da anası X1 Leobank kartına 35 manat, xx.xx.2023-cü il tarixdə saat 02:27-də tanışı X6 Leobank kartına 20 manat pul borcunu göndərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisənin üstündən uzun müddət keçdiyi üçün hadisəni tam təfsilatı ilə xatırlamır. Gecə saatları idi, xidməti ərazini müayinə etdikləri zaman iş üzrə təqsirləndirilən şəxsi görmüş, Təqsirləndirilən şəxs onları görüb qaçmışdır. Yaxınlaşıb onu bölməyə dəvət etmiş, təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsi döyməmiş, onu aiddiyyatı üzrə Sumqayıt şəhəri 3-cü Polis Bölməsinə aparmışdırlar. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri vəzifəsində işləyir. Polis kiçik serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə 9175 çağırışlı avtopatrulda postaçı yoldaşları PPXT-nin 2-ci bölüyün polis nəfərləri, polis baş serjantı Şahid1 və polis serjantı Şahid3 ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan zaman saat 02:15 radələrində Sumqayıt şəhəri, 9-cu mkr, 55 saylı binanın qarşısında bir nəfər şəxsin onları görən kimi özünü şübhəli aparıb surətlə qaçdığını görəndə həmin şəxsin xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələrində iştirakı olmasından şübhələnmişlər və həmin şəxsin arxasınca qaçaraq tutub saxlamışlar. Özlərini təqdim edib həmin şəxsdən kimliyi barədə, həmin yerdə nə etməsini və onları görən kimi qaçmağının səbəbini soruşduqda, həmin şəxs adının Telman olduğunu desə də, soyadı və ata adı, yaşadığı ünvan, qaçmasının səbəbi barədə məlumat verməkdən yayındığı üçün həmin şəxsin avtopatrul avtomobilinə əyləşdirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə yola düşmüşlər. Belə ki, həmin şəxsi bölməyə gətirkən sorğu- sual zamaı həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək bildirmişdir. Bölməyə gəldikdən sonra həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuş və o da baş vermiş hal barədə raportla bölmə rəhbərliyinə məruzə edərək aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun icrası bölmənin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşova həvalə edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X3 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 də şəxsi axtarış zamanı iştirak edirmiş. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffav selofan bükümü, 2 ədəd ödəniş qəbzini, gödəkcəsinin sağ yan cibindən nömrəsinin ***-***-**-** dediyi "Mia" markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etmiş, mobil telefonun kauçuk üzlüyündə nar mobil nömrə aşkar olunmuş və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrənin işləmədiyini və dəqiq nə nömrə olması barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu özünü Əmi kimi təqdim edən İran vətəndaşının göndərmiş olduğu özünü İbrahim kimi təqdim etdiyi şəxsdən saxlanmazdan 5-10 dəqiqə əvvəl Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən 55 saylı binanın qarşısında olan zaman pulunu sonradan vermək şərtilə 125 manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümün içərisində baxılan zaman içərisində olan qara rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra qara rəngli selofan bükümdə olan maddə elektron tərəzidə çəkilərək olduğu qara rəngli selofanla birlikdə çəkisi 13,63 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd ödəniş qəbzi, mobil telefonu və nömrəsini xatırlamadığı 1 ədəd nar nömrə baş təhqiqatçı tərəfindən götürülmüş, "Maqna" siqaret qutusu isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində xidməti araşdırma apararkən Təqsirləndirilən şəxsı saxlamışdırlar. İş üzrə Təqsirləndirilən şəxs onların xidməti maşınlarını gördükdən sonra qaçmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün binanı dəqiq xatırlamır. Təqsirləndirilən şəxsi gecə saatlarında saxlamışdırlar. Təqsirləndirilən şəxs saxlayaraq maşına gətirmiş və o özü üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Daha sonra ərazi üzrə Sumqayıt şəhər, 3-cü Polis Bölməsinə aparmışdırlar. Təqsirləndirilən şəxsdə hansı narkotik vasitənin olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs üzərində başqa bir əşyanın olması barədə nə isə deməsini xatırlamamışdır. Onlar təqsirləndirilən şəxsin üzərində narkotik vasitə və telefon aşkar etmişdirlər. Ağ rəngli telefonu olduğunu və ağ rəngli üzərində rəqəm yazılan sellofan olduğunu xatırlayır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə 9175 çağırışlı avtopatrulda postaçı yoldaşları PPXT-nin 2-ci bölüyün polis nəfərləri, polis baş serjantı Şahid1 və polis serjantı X4 ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan zaman saat 02:15 radələrində Sumqayıt şəhəri, 9cu mkr, 55 saylı binanın qarşısında bir nəfər şəxsin onları görən kimi özünü şübhəli aparıb surətlə qaçdığını görəndə həmin şəxsin xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələrində iştirakı olmasından şübhələnmişlər və həmin şəxsin arxasınca qaçaraq tutub saxlamışlar. Özlərini təqdim edib həmin şəxsdən kimliyi barədə, həmin yerdə nə etməsini və onları görən kimi qaçmağının səbəbini soruşduqda, həmin şəxs adının Telman olduğunu desə də, soyadı və ata adı, yaşadığı ünvan, qaçmasının səbəbi barədə məlumat verməkdən yayındığı üçün həmin şəxsin avtopatrul avtomobilinə əyləşdirib Sumqayıt ŞPİnin 3-cü PB-nə yola düşmüşlər. Belə ki, həmin şəxsi bölməyə gətirkən sorğu- sual zamaı həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək bildirmişdir. Bölməyə gəldikdən sonra həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuş və o da baş vermiş hal barədə raportla bölmə rəhbərliyinə məruzə edərək aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun icrası bölmənin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşova həvalə edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X3 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 də şəxsi axtarış zamanı iştirak edirmiş. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffav selofan bükümü, 2 ədəd ödəniş qəbzini, gödəkcəsinin sağ yan cibindən nömrəsinin ***-***-**-** dediyi "Mia" markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etmiş, mobil telefonun kauçuk üzlüyündə nar mobil nömrə aşkar olunmuş və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrənin işləmədiyini və dəqiq nə nömrə olması barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu özünü Əmi kimi təqdim edən İran vətəndaşının göndərmiş olduğu özünü İbrahim kimi təqdim etdiyi şəxsdən saxlanmazdan 5-10 dəqiqə əvvəl Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən 55 saylı binanın qarşısında olan zaman pulunu sonradan vermək şərtilə 125 manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümün içərisində baxılan zaman içərisində olan qara rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra qara rəngli selofan bükümdə olan maddə elektron tərəzidə çəkilərək olduğu qara rəngli selofanla birlikdə çəkisi 13,63 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd ödəniş qəbzi, mobil telefonu və nömrəsini xatırlamadığı 1 ədəd nar nömrə baş təhqiqatçı tərəfindən götürülmüş, "Maqna" siqaret qutusu isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisədən uzun müddət keçdiyi üçün tam təfsilatı ilə xatırlamır. Sumqayıt şəhəri, 9 mkr-da xidməti araşdırma aparıldıqları və məhəllənin qarşısında hərəkətdə olduqları zamanı iş üzrə Təqsirləndirilən şəxs görmüşdürlər. Təqsirləndirilən şəxs sayrışan işıqlar olduğu yerdən digər istiqamətə doğru hərəkət etmiş, ona tərəf yaxınlaşan zaman qaçmağa başlamışdır. Daha sonra onu saxlamış və avtopatrula əyləşdirən zaman özü üzərində narkotik vasitəsi olduğunu etiraf etmişdir. Daha sonra şəxsi ərazi üzrə 3-cü Polis Bölməsinə aparmışdırlar. Təqsirləndirilən şəxs qaçan zamanı üstündən heç nə atmamış, narkotik vasitənin çəkisini bilməmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri vəzifəsində işləyir. Polis baş serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə 9175 çağırışlı avtopatrulda postaçı yoldaşları PPXT- nin 2-ci bölüyün polis nəfərləri, polis kiçik serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan zaman saat 02:15 radələrində Sumqayıt şəhəri, 9-cu mkr, 55 saylı binanın qarşısında bir nəfər şəxsin onları görən kimi Özünü şübhəli aparıb surətlə qaçdığını görəndə həmin şəxsin xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələrində iştirakı olmasından şübhələnmişlər və həmin şəxsin arxasınca qaçaraq tutub saxlamışlar. Özlərini təqdim edib həmin şəxsdən kimliyi barədə, həmin yerdə nə etməsini və onları görən kimi qaçmağının səbəbini soruşduqda, həmin şəxs adının Telman olduğunu desə də, soyadı və ata adı, yaşadığı ünvan, qaçmasının səbəbi barədə məlumat verməkdən yayındığı üçün həmin şəxsin avtopatrul avtomobilinə əyləşdirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə yola düşmüşlər. Belə ki, həmin şəxsi bölməyə gətirkən sorğu- sual zamaı həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək bildirmişdir. Bölməyə gəldikdən sonra həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuş və o da baş vermiş hal barədə raportla bölmə rəhbərliyinə məruzə edərək aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun icrası bölmənin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşova həvalə edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X3 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Sumqayıt ŞPİ- ' nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 də şəxsi axtarış zamanı iştirak edirmiş. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffav selofan bükümü, 2 ədəd ödəniş qəbzini, gödəkcəsinin sağ yan cibindən nömrəsinin ***-***-**-** dediyi "Mia" markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etmiş, mobil telefonun kauçuk üzlüyündə nar mobil nömrə aşkar olunmuş və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrənin işləmədiyini və dəqiq nə nömrə olması barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu özünü Əmi kimi təqdim edən İran vətəndaşının göndərmiş olduğu özünü İbrahim kimi təqdim etdiyi şəxsdən saxlanmazdan 5-10 dəqiqə əvvəl Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən 55 saylı binanın qarşısında olan zaman pulunu sonradan vermək şərtilə 125 manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümün içərisində baxılan zaman içərisində olan qara rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra qara rəngli selofan bükümdə olan maddə elektron tərəzidə çəkilərək olduğu qara rəngli selofanla birlikdə çəkisi 13,63 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd ödəniş qəbzi, mobil telefonu və nömrəsini xatırlamadığı 1 ədəd nar nömrə baş təhqiqatçı tərəfindən götürülmüş, "Maqna" siqaret qutusu isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs PPXT əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün o, növbədə olmuş və iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Saxlanıldıqdan sonra polis bölməsinə gətirilən zamanı iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti keçirilən zamanı narkotik vasitə aşkar olunmuşdur. Təxmini olaraq 1 büküm heroin olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs gecə radələrində saxlanılıb. İş növbəsi səhər saat 09:00-dan, ertəsi günün səhər saat 09:00-ya qədərdir. Gecə radələri idi, təxmini olaraq, saat 02:00-03:00 olmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. 24.01,2023-cü il tarixdə saat 02:30 radələrində bölmədə əməliyat qrupunda növbədə olan zaman, Sumqayıt ŞPİ-nin PPXT-nin xidmətdə olan polis nəfərlərinin bölməyə gətirdikləri xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtanşın keçirilməsində iştirak etmişdir. Bölmədə baş təhqiqatçı, polis mayoru Səbuhi Dadaşov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edildi, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X3 müdafiəçi kimi seçdi. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, 2 ədəd ödəniş qəbzini, gödəkcəsinin sağ yan cibindən nömrəsinin 055- 833- 44.38 dediyi "Mia" markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etdi. Mobil telefonun kauçuk üzlüyündə nar mobil nömrə aşkar olundu və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrənin işləmədiyini və dəqiq nə nömrə olması barədə məlumatı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış keçirilən zamanı üzərindən cinayət xarakterli əşya, predmet aşkar olunmadı. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu özünü “Əmi” kimi təqdim edən İran vətəndaşının göndərmiş olduğu özünü İbrahim kimi təqdim etdiyi şəxsdən saxlanmazdan 5-10 dəqiqə əvvəl Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən 55 saylı binamn qarşısında olan zaman pulunu sonradan vermək şərtilə 125 manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirdi. Həmin bükümün içərisində baxılan zaman içərisində olan qara rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olundu. Bundan sonra qara rəngli selofan bükümdə olan maddə elektron tərəzidə çəkilərək olduğu qara rəngli selofanla birlikdə çəkisi 13,63 qram oldu. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırıldı və möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparılaraq imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd ödəniş qəbzi, mobil telefonu və nömrəsini xatırlamadığı 1 ədəd nar nömrə baş təhqiqatçı tərəfindən götürüldü, "Maqna" siqaret qutusu isə özünə qaytarıldı. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edildi, protokolun məzmunu bizə ucadan oxundu, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində 9175 çağırışlı avtopatrulda polis kiçik serjantı Şahid2 və Şahid3lə birlikdə xidmətdə olan zaman saat təxminən 02:15 radələrində 9 mkr. bina 55-in qarşısında bir nəfər şəxs polis əməkdaşarını görərək sürətlə qaçmağa başlamış, polis əməkdaşları onu saxlamışdırlar. Həmin şəxsi avtopatrula əyləşdirib bölməyə gətirən zaman üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş, onu ərazi üzrə 3-cü polis bölməsinə gətirib təhvil vermişdirlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, 2 ədəd ödəniş qəbzini, mobil telefonu və 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etdiyi, verilən suallara cavab olaraq aşkar olunmuş 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu özünü Əmi kimi təqdim edən İran vətəndaşının göndərmiş olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin olduğu büküm, 2 ədəd ödəniş qəbzi, mobil telefon və 1 ədəd nar nömrə qablaşdırılaraq götürülmüş, siqaret qutusu isə özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** mobil nömrəsi olan "Xiaomi" markalı mobil telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 935-875-3925 nömrəsinin "AAA KENAN" kimi yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "AAA KENAN"(AK) profil ilə - Təqsirləndirilən şəxs (NM) profili arasında aşağıdakı məzmunlu mesajlar olduğu məlum olur: xx.xx.2023- cü il tarixdə saat 18:39-da "NM" adlı şəxs "AK" adlı şəxsə "yaxşı olsun, o dəfə ki kimi, yoxsa ziyana gedərəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:16-da "AK" adlı şəxs "NM" adlı şəxsə "tema yaxşı temadı arxayın ol, pulunuda ödədim, ərazi deyərlər səni çıxardarlar gedərsən” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:17-da "AK" adlı şəxs özünə yönləndirilmiş “17-ci mikrorayonda qalıram, adım Rəşiddi, qoşduğun adama denən Rəşid, özü biləcəy mən kiməm. Qoş problem deyil. Nə vaxt istəsən gedib o qocanı taparam mən” səsli mesajı "NM" adlı şəxsə göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:18-da "AK" adlı şəxs "NM" adlı şəxsə "tanıyırsan bu adamı Nəriman?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:19-da "NM" adlı şəxs "AK" adlı şəxsə "yox qardaşım tanımadım. Tapmışıq, hamısı yerbəyerdi. Bir dənə lazımdı ki getmək, prosta məni görməsin. Vso.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:21-də "NM" adlı şəxs "AK" adlı şəxsə "uzağı 8-ə kimi gələr? Yəni dağıda bilimdə heç olmasa” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:22-da ”AK" adlı şəxs özünə yönləndirilmiş “bu harda qalır qaqa bilmirsən?” səsli mesajı "NM" adlı şəxsə göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:22-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Əhliman deyir harda qalır? Onun evinin adresini mənə dəqiq deyə bilərsən?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:22-də "NM" adlı şəxs "AK" adlı şəxsə "9-da qalır. Papinada satırdılare 9-da köşk. O praxadnoydan bir az qabağa gedirsən dom var. Həmin domun nömrəsinin şəklini atmışdım sənə. Gör qalıbsa at şəklini. Mən padezin qapısını tanıyıram. İstəyirsən nömrəmi ver.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:29-da "NM" adlı şəxs "AK" adlı şəxsə "bina ilə üzbəüz dayananda soldan 2-ci padez, 2-ci mərtəbə sağ qapı.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:33-də "AK" adlı şəxs "NM" adlı şəxsə "mən işləyən adamımın, o birisi işləyən adamıma heç vaxt nömrəsini vermərəm. Amma Elşad və Seymur yaxşı qardaşlardı. Onlar olsaydı qoşardım sənə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:34-da "NM" adlı şəxs "AK" adlı şəxsə "mənim üçün şərtdi siz tərəfə gəlmək. Ordanda Ərdəbilə dəyəcəm Məhəmmədgilə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:36-da "NM" adlı şəxs "AK" adlı şəxsə "8-in yarısıdı burda. Yarım saata gələr? Dünəndən həmin o trıxat qalıb məndə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:37-də "AK" adlı şəxs "NM" adlı şəxsə "darıxma gedib götürəcəksən, bu gün yüzə yüz malı verəcəm sənə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 2Q:20-də "AK" adlı şəxs "NM" adlı şəxsə "5 dənənin üstünü bağlatdıra bilsəm. 15 dənə desəm onun 5 dənəsini ayırım bir yerə ünvan deyib konum şəklini mənə ata biləcəysən Sumqayıtda?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 20:22-də "NM" adlı şəxs "AK" adlı şəxsə "baş üstə qulluğundayam. Amma denən ki ayrı-ayrı eləsində, qatmasın bir yerə. Amma bir dənə buralar olsaydı” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 20:23-də "AK" adlı şəxs "NM" adlı şəxsə "İnşallah ki yaxın olar. Onu 15 dənə eliyəcəm. Sən onun 5 dənəsini atarsan orda bir ünvan diyərsən” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 20:23-də "NM" adlı şəxs "AK" adlı şəxsə "baş üstə, amma dediyim ki ayrı-ayrı eləsin, qatmasın bir yerə. 10 ayrı olsun, 5 ayrı. Denən lap yazsın” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 20:32-də "NM" adlı şəxs "AK" adlı şəxsə "uje yerini də elədim. Elə atacam ki gözüm görsün.gəldilər götürdülər.şəklini çekəcəm. Şəkil ilə biryerdə konumuda atacam sənə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 21:35-də "AK" adlı şəxs "NM" adlı şəxsə "yarım saat uzaq başı 40 dəqiqəyə sənə ərazi deyirəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 21:34-də "NM" adlı şəxs "AK" adlı şəxsə "soruş ki hansı tərəf olacaq, neçə dəqiqə çekəcək. Əmidə zəng eləyib mənə deyir ki, səni gözləyim yoxsa başqa yerə gedim?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 22:58-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Məhəmmədliyə nə qədər yolun var Nəriman?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:00-da "NM" adlı şəxs "AK" adlı şəxsə "mən çıxım? Məhəmmədlididə. Taksiyə demişəm gəlir. Sən konum atarsan mənə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:01-də "AK" adlı şəxs "NM" adlı şəxsə "yox, səbrli ol mən deyəndə çıxarsan” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:03-də "AK" adlı şəxs "NM" adlı şəxsə "qoy gəlsin, konumu vur taksiyə. Birbaşa get çıx malın üstünə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:19-da "NM" adlı şəxs "AK" adlı şəxsə "təxmini konum neçə dəqiqəyə gələr? işimi bilərdim” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:20-də "AK" adlı şəxs "NM" adlı şəxsə "adam çöldədi, anbarda çöldədi. Bizimdə mal xırda maldı özün bilirsən. 10-15 dənəni lap axırda atıram. Yəni əvvəldə 100-dən başlayır. 80, 70 ta 30-40. Yəni ən aşağı mah saxlayırıq axıra. Yəni bizimdə mal azdı. 26-dənə də ünvandı. Tez gələr tezdə atarıq. Bir nəfərində malını ver arxayın olaq” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:20-də "NM" adlı şəxs "AK" adlı şəxsə "gözləyən var məni, istəyirəm verəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:50-də "AK" adlı şəxs "NM" adlı şəxsə "bu mal 20 dənə oldu, 5- ni bir ünvan eliyəssən, 5-ni bir ünvan eliyəssən. 10 dənəsi də sənindi” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:52-də "AK" adlı şəxs "NM" adlı şəxsə "özündə yavaş-yavaş dur get Məmmədliyə sarı” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 23:59-da "NM" adlı şəxs "AK" adlı şəxsə "baş üstə çıxıram onda” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 00:00-da "AK" adlı şəxs "NM" adlı şəxsə "2 dənə 5-5 ünvandı. Bunları atacaqsan bir yerə. Sumqayıtda bir yerə atginən gedib götürəcəklər. Konumla şəklidə ver” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 00:10-da "NM" adlı şəxs "AK" adlı şəxsə "mən taksi zakaz verim çıxım?dünənki söhbətdən ola ağzımız yanıb. Ara yerdən camaatdan pul almışıq” məzmunlu səsli mesaj göndərib. . xx.xx.2023- cü il tarixdə saat 00:12-də "AK" adlı şəxs "NM" adlı şəxsə "çıx get Məhəmmədli kruquna” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 00:15-da "NM" adlı şəxs "AK" adlı şəxsə "baş üstə, zakaz verdim taksini” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 00:41-də "AK" adlı şəxs "NM" adlı şəxsə “məkan” bildirən məlumat göndərir. xx.xx.2023- cü il tarixdə saat 00:41-də "AK" adlı şəxs "NM" adlı şəxsə göndərmiş foto şəkildə “üzərində qırmızı rənglə yazılmış “beton” yazısı olan panelin bitişik olduğu daş hasarın dibinə istiqamətlənmiş yaşıl rəngli ox işarəsi" görünür. xx.xx.2023- cü il tarixdə saat 00:41-də "AK" adlı şəxs özünə yönləndirilmiş “20k” tekst mesajı "NM" adlı şəxsə göndərib. xx.xx.2023- cü il tarixdə saat 00:41-də "AK" adlı şəxs özünə yönləndirilmiş “arxası” tekst mesajı "NM" adlı şəxsə göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:04-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Nəriman çatdın ünvana?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:12-də "NM" adlı şəxs "AK" adlı şəxsə "konumu səhv atıb. Hər yer asvaltdı.bunun atdığı yerdə qruntavoy göstərir. Düz gəlmişəm konumun üstünə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:15-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Nəriman nə iş gördün? Telefonu söndür yandır bir” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:15-də "AK" adlı şəxs özünə yönləndirilmiş “konum düz aparıb, 20-25 dənə ünvan götürüb.” səsli mesajı "NM" adlı şəxsə göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:18-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Mənə niyə bir söz demirsən Nəriman, konum işdədi ya yox?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:19-da "NM" adlı şəxs "AK" adlı şəxsə "Əmi karoçi salamatçılıqdı. Sən deyən kimi oldu. Söndür-yandır söhbəti. Hər şey əladı” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:20-də "NM" adlı şəxs "AK" adlı şəxsə göndərmiş 1-ci foto şəkildə "əlin barmaqlarının üzərində 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində qara-qəhvəyi rəngli maddə olan büküm” və 2-ci foto şəkildə “əlin barmaqlarının üzərində 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində 18 rəqəmi yazılmış sarı rəngli kağız parçası və qara-qəhvəyi rəngli maddə olan büküm görünür. xx.xx.2023- cü il tarixdə saat 01:21-də "AK" adlı şəxs "NM" adlı şəxsə "get evə 5-5 elə onu” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:21-də "AK" adlı şəxs "NM" adlı şəxsə "onun üstünə neçə yazılıbdı?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:22-da "NM" adlı şəxs "AK" adlı şəxsə "Əmi üstünə 18 yazılıb. İstəyirsən uşaqlarınkını verim, mənə qalsında şey. Uşaqların yanında pad udar qalmayım” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:23-də "AK" adlı şəxs "NM" adlı şəxsə "yox, sən ordan 10 dənə sap götür. 5 dənə bir dənə qardaşım var. O 5 dənəni düz atginən. 3 dənəni bir yerə bağlayaSsan” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:25-də "AK" adlı şəxs "NM" adlı şəxsə "onun ağzını açma. Eləcə qoy tərəziyə. Şəklini verəssən mənə, mənə burda dedilər 20-di. Yəni mənim cibimdən gedir.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:25-da "NM" adlı şəxs "AK" adlı şəxsə "sən nə deyirsən odu. 3 biri, 5 biri” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:25-də "AK" adlı şəxs "NM" adlı şəxsə "səhv düşüb. Deyirki ünvan olannan səhv yazılıbdı.yəni deyir üstünün yazısı səhvdi. Deyir 20 dənədi. Sən elə onu qoy tərəziyə şəklini ver mənə, yoxsa 2-dənə burdan mənim cibimdən gedir.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:26-da "NM" adlı şəxs "AK" adlı şəxsə “məkan” bildirən məlumat göndərir. xx.xx.2023- cü il tarixdə saat 01:34-də "AK" adlı şəxs "NM" adlı şəxsə "o temanın ağzım açma. Açsan mənim cibimdən gedəcək, eləcə qoy tərəziyə. 18-də görsənsin. Mənə də bir dənə şeklini ver. Ağzını açma. Açsan bizdən getdi pul, 2 qram cibimdən getdi.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:34-da "NM" adlı şəxs "AK" adlı şəxsə "ölərəm sənin dediyindən bir santı o üzə bu üzə çıxmaram. Narahat olma. Bir dənə tərəzini ələ keçirdim” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:36-də "AK" adlı şəxs "NM" adlı şəxsə "bu günləri onların işlərini yerbəyerə salaq mənim boynuma böyük minnət qoyassan. Onların o 5 bir versən 3 bir versən böyük minnət qoyarsan mənə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 01:56-da "NM" adlı şəxs "AK" adlı şəxsə göndərmiş foto şəkildə “elektron tərəzinin üzərində 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində 18 rəqəmi yazılmış sarı rəngli kağız parçası və qara-qəhvəyi rəngli maddə olan büküm”, eləcə də, “həmin büküm tərəzidə çekilən zaman bükümün çekisinin 18.8 qram olması” görünür. xx.xx.2023- cü il tarixdə saat 01:58-də "NM" adlı şəxs "AK" adlı şəxsə "mən heç səni qoyaram darda. Dediyim kimi, yarım verirəm indi buna elə bilki tərəzi mənə qalacaq. İndi də buna yarım verib 3-bir 5-bir bölürəm qoyuram kloka, konum qoyacam gəlib götürsünlər”, “uzağı yarım saata hazırdır” məzmunlu səsli mesajlar göndərib. xx.xx.2023- cü il tarixdə saat 03:14-də "AK" adlı şəxs "NM" adlı şəxsə "Nəriman mən temanın üstündən bir qəpikdə istəmirəm. Yalnız ondan 5 dənə qoy bir yerə, başqa bir uşağındı. Məni onların yanında pis eləmə. Qoy getsinlər malını götürsünlər. 5 dənə qoy bir yerə. O birisinidə qoymayıbsan. Mən burda pis adam eləmə. Qoy gedib götürsünlər malı” məzmunlu səsli mesaj göndərib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 6/432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 11,851 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X12" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 844 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət içinin materiallardan başqa cinayət işinin ayrılması haqqında ” 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,801 qram narkotik vasitə heroin maddi sübut qismində Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş üzrə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın video görüntüsünü əks etdirən 1 ədəd DVD disk, həmçinin səsli mesajları əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər icra hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin 08 saylı mənzil komunl sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 67-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Onun barəsində 08 saylı MKS heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşağı xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatmayandır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, qurudulmuş marixuana və metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,801 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı və 3 ədəd CD və 1 ədəd DVD diskin cinayət işinin materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,801 qram qalıq narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın və 3 ədəd CD və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar