Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-178/2025 19.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla taktiki olaraq Xaçmaz rayonu, Nərəcan kəndi. Üzeyir Hacıbəyov küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cii ilin may ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndi, Üzeyir Hacıbəyov küçəsində, Xaçmaz- Xudat avtomobil yolundan şərq istiqamətində 200 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq qəsdən əkdiyi külli miqdar təşkil edən 17 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 06 avqust 2024-cü il tarixdə saat 11:00-11:25 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndi. Üzeyir Hacıbəyov küçəsində, Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 200 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 4515,0 qram olan 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, o, Xaçmaz rayonu, Nərəcan kəndi. Üzeyir Hacıbəyov küçəsində mərhum babasına məxsus evdə tək yaşamışdır. O. təxminən 4-5 il olarkı fasilələrlə narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkmişdir. Qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olmuş və o. çətənə toxumlarını götürüb özündə saxlamışdır. 2024-cü ilin aprel ayının əvvəllərində qərara gəlmişdir ki, özündə olan çətənə toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, 2024-cü ilin may ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsində, evin sağ tərəfində olan kolluq sahənin torpağını bellə yumşaldıb çətənə bitkisi toxumlarını əkməsi üçün yer hazırlamış və özündə olan 17 ədəd çətənə bitkisi toxumlarını həmin yerdə sıra ilə əkib sulamışdır. Təxminən 7-8 gün keçdikdən sonra baxanda görmüşdür ki, əkdiyi çətənə toxumlarınin bir hissəsi cücərib. Bir neçə gün keçdikdən sonra əkdiyi digər çətənə toxumlarıda cücərmişlər və o, həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərməyə, yəni diblərinə su, peyin tökməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək bəziləri 50 sm, bəziləri isə 1.5 metr hündürlükdə olmuşdur. 06 avqust 2024-cü il tarixdə təxminən saat 11 radələrində evdə olduğu vaxt yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda qapının qarşısında dayanmış şəxslər polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat olduğunu deyərək vdieoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmişlər, o, da polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət edərək onları çətənə bitkilərini əkdiyi yerə aparmışdır. Polis əməkdaşları əkdiyi çətənə bitkilərini görüb ondan həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşmuşlar, o. da əkdiyi bitkilərin çətənə bitkiləri olduğunu, 2024-cü ilin may ayında özünün əkib- yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs onun əkdiyi çətənə bitkilərinə baxdıqdan sonra bildirmişdir ki. əkdiyi bitkilər çətənə bitkiləridir, diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərilmişdir. Sonra əkdiyi çətənə bitkiləri onun iştirakı ilə tək-tək kökündən çıxarılıb sayılmış və əkdiyi çətənə bitkilərinin 17 ədəd olduğu məlum olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 06 avqust 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin qarşısına gedib evin həyət qapısını döymüşlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub evin sağ yan tərəfinə getmişlər. Evin sağ yan tərəfinə gəldikdə həmin yerdə torpaqda təxminən 50sm-l,5 metr hündürlükdə çətənə bitkilərinə oxşar bitkilərin əkilibyetişdirildiyini görmüşlər. Həmin yerdə torpaqda əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X7 Təqsirləndirilən şəxs həmin evin onlara məxsus olduğunu, bacısının harada yaşadığını, bitkiləri özünün tək əkdiyini, nə məqsədlə əkdiyini, nə vaxt əkdiyini, soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, tək yaşayır, bacısının öz evi var, yaşadığı ev babasından qalmışdır, özü uşaq yaşlarından həmin evdə yaşayır, çətənə bitkilərini isə 2024-cü ilin may ayında çəkməsi üçün özü əkmişdir, diblərinə su və peyin tökərək qulluq göstərmişdir. Bundan sonra X7 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilibyetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda 17 ədəd olması müəyyən edilmiş və həmin bitkilər 02 ədəd ağ rəngli sintetik kisələrdə qablaşdırılaraq möhürlənib həmin yerdə olan bir ədəd göy rəngli plastmas çəllək və bir ədəd başı hissəsi kəsilmiş plastmas su qabı ilə birlikdə götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 06 avqust 2024-cü il tarixdə o. Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı Taleh Ağayev tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri izah olunmuşdur. X6 Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən evlərdən birinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 10:30 radələrində o, X7, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1. Xaçmaz RPŞnin İTB-nin polis sahə rəisi Şahid2 və polis nəfəri Şahid3 Xaçmaz rayonu, Nərəcan kəndində olan evlərdən birinin qarşısına getmişlər. Polis əməkdaşları qapını döymüşlər və qapını açan şəxs Təqsirləndirilən şəxs olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-beeərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub- olmamasım soruşmuş. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub evin sağ yan tərəfinə getmişlər. X7 təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etsin. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmaqla su və peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur, hündürlükləridə 50sm-1.5 metrə qədərdir. O. bu barədə X7ə bildirdikdən sonra həmin bitkiləri tək-tək kökündən çıxarılıb sayıldıqda 17 ədəd olması müəyyən edilmiş və həmin çətənə bitkisinə oxşar bitkilər 02 ədəd ağ rəngli sintetik kisələrdə qablaşdırılaraq möhürlənib həmin yerdə olan bir ədəd göy rəngli plastmas çəllək və bir ədəd başı hissəsi kəsilmiş plastmas su qabı ilə birlikdə götürülmüş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə daxil oluş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirilmiş 17 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüş və saat 11:45-də Təqsirləndirilən şəxs izahatının alınmasından ötrü rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1297 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün №58» möhür əksi. «Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş bitki nümunələri; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Əspəndi; 3) /imza/ Razim; /imza/ Nemət; müstəntiq: /imza/ T.Ağayev» yazılar olan kisədəki ümumi sayı 11 (on bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-1000.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün №58» möhür əksi, «Təqsirləndirilən şəxsıı evinin həyətindən aşkar edilmiş bitki nümunələri; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Əspəndi; 3) /imza/ Razim; /imza/ Nemət; müstəntiq: /imza/ T.Ağayev» yazılar olan kisədəki ümumi sayı 06 (altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-3515,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş ümumi sayı 17 ədəd və ümumi təmiz çəkisi: 4515,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tbərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2024-cü il tarixli 5978 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan” və baxışa dair video diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndi, Üzeyir Hacıbəyov küçəsində, Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 200 metr aralı məsafədə yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 17 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən müəyyən olunur ki, aşkar edilmiş 17 ədəd çətənə kollarının ən kiçiyinin hündürlüyünün 50 sm, ən böyüyünün hündürlüyünün 150 santimetrdir. Həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sübhəli şəxs qismində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-123/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(067)-193/2024 saylı qərarından müəyyən olunur ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid1 Təqsirləndirilən şəxs həyatyanı sahəsinə qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi baradə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuş, Xaçmaz rayonu, Nərəcan kəndində yaşayış evində yaşayan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə polis əməkdaşları, vəkil və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 17 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilməsi barədə müdafiəçinin iştirakı ilə keçirilərək narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-123/2024 qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 60.0 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4514,66 qram çəkidə 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 01 ədəd göy rəngli plastmas çəllək və 01 ədəd başı hissəsi kəsilmiş plastmas su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndindəki evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4514,66 qram çəkidə 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 01 ədəd göy rəngli plastmas çəllək və 01 ədəd başı hissəsi kəsilmiş plastmas su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-178/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-178/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver