Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-179/2025 19.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Rusiya Federasiyasının Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qəsdən qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 16 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 18 avqust 2024-cü il tarixdə saat 18:25-19:10 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 60 kiloqram çəkidə olan 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və himayəsində iki azyaşlı övladı vardır. Özü ev ustası kimi çalışır. Əvvəllər narkotik vasitələrdən heç birindən istifadə etməmişdir. 2024-cü ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı ünvandan bir ədəd kibrit qutusunda toxumlar tapmış, həmin toxumlara bənzəyən toxumları internet vasitəsilə əvvəllər gördüyü üçün də onların tərkibində narkotik vasitə olan çətənə bitkilərinin toxumları olmasını bilmişdir. Buna görə də həmin tumları həyətində əkmək üçün üzərində saxlamışdır. Həmin tumları 2024-cü ilin may ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında yerləşən həyətyanı sahəsində olan dalan əraziyə əkmiş və onlara qulluq göstərmişdir. Əkdiyi yerdən həmin bitkilər sürətlə böyüdüyü üçün qarşısını almaq məqsədilə yuxarı üst hissəyə göy rəngli plastik tor hörmüşdür. Bir çox yerə tum səpsə də, onlardan yalnız 16 ədədi cücərmiş və inkişaf etmişdir. Bildirir ki, o, narkotik vasitə olan marixuanadan istifadə etmir, lakin ona həmin bitkilərin inkişafı maraqlı oluğu üçün tum səpərək, həmin bitkilərin böyüməsini təmin etmişdir. 18 avqust 2024-cü il tarixdə saat 18:00-da onun yaşadığı evin qarşısına polis əməkdaşları yaxınlaşaraq tərkibində narkotik vasitə olan bitkiləri əkib-becərməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olmasını deyərək, videoçəkiliş apararaq yaşadığı evin həyətinə baxış keçirəcəklərini demişlər. O, həyətinə baxış keçirilməsi üçün etirazının olub-olmamasını soruşanda polis əməkdaşlarına heç bir etirazının olmadığını və onlara bitkiləri əkdiyi yeri göstərə biləcəyini demişdim. Bundan sonra istintaq hərəkətinin iştirakçıları ilə birlikdə fərdi yaşayış evinin həyətinə daxil olmuş və həmin yerdə polislərə əkdiyi bitkiləri göstərmiş, polis əməkdaşları da həmin əraziyə baxış keçirmiş və aqronom bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir və onlaraq aqrotexnik qaydada qulluq edilmişdir. Həmin vaxt o da etiraf edərək həmin bitkiləri özünün əkdiyini bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən orada əkilmiş bitkilər kökündən çıxarılmışdır. Həmin bitkilərin sayı ümumilikdə 16 ədəd olmuş və onlar sayılaraq 04 ədəd ağ rəngli sintetik torbalarda paketlənib üzəri imzalarla təsdiq edildikdən sonra ekspertizaya təqdim edilmək üçün möhürlənib götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkməsi və kultivasiya etməsi barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin əkilməsi və kultivasiya olunması barədə RPŞ-nə məlumat daxil olduğunu və həmin məlumat əsasında da onun evinə baxış keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkdiyini və könüllü olaraq həmin bitkiləri aqronoma və polis əməkdaşlarına göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra istintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxslə birlikdə fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü şəkildə yaşadığı evin həyətində əkib aqro-texniki qayda da qulluq göstərdiyi narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmiş, həmin əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ərazidə ümumilikdə 16 ədəd çətənə bitkisi əkilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri 2024-cü ilin may ayında tək başına əkdiyini söyləmiş, ardınca isə istintaq hərəkətinin iştirakçılarının iştirakı ilə həmin bitkilər bir-bir kökü ilə birlikdə torpaqdan çıxarılaraq ağ rəngli kisələrə yığılaraq qablaşdırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və aqronom kimi çalışır. 18 avqust 2024 - cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları onunla alaqə saxlayaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilər əkməsi və kultivasiya etməsi barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun həyətinə baxış keçirmək lazım olduğunu bildirib və onu həmin ünvana dəvət etmişlər. O da həmin dəvət əsasında həmin günü saat 18 radələrində qeyd edilən ünvanın qarşısına gəlmişdir. Daha sonra RPŞ-dən gəlmiş müstəntiq tərəfindən Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin əkilməsi və kultivasiya olunması barədə RPŞ-nə məlumat daxil olduğunu və həmin məlumat əsasında da onun evinə baxış keçirmək istədiyini bildirdi. Təqsirləndirilən şəxs də fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkdiyini və könüllü olaraq həmin bitkiləri onlara göstərə biləcəyini qeyd etmişdir. Ardınca isə istintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxslə birlikdə fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs könüllü şəkildə yaşadığı evin həyətində əkib aqro-texniki qayda da qulluq göstərdiyi narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Həmin əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, həmin ərazidə ümumilikdə 16 ədəd çətənə bitkisi əkilmişdir. Aşkar edilmiş bitkilərin hündürlükləri orta hesabla 01 metrdən 03 metr aralığındadır. Bitkilərin dibləri yumşaldılmış, diblərinə gübrə verilmiş və sulanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri 2024-cü ilin may ayında tək başına əkdiyini söyləmişdir. Ardınca isə istintaq hərəkətinin iştirakçılarının iştirakı ilə həmin bitkilər bir-bir kökü ilə birlikdə torpaqdan çıxarılaraq ağ rəngli kisələrə yığılaraq qablaşdırılmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanda yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.Məmmədov küçəsi ev 5 ünvanının həyətyanı sahəsində çətənə kollarının kultivasiyası ilə məşğul olması barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, ünvan 4 ünvanda yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.Məmmədov küçəsi ev 5 ünvanının həyətyanı sahəsində çətənə kollarının kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2024-cü il tarixli, 7/1374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4(dörd) ədəd torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 17 kq, 13 kq, 17 kq və 13 kq olmaqla, ümumi sayı 16(on altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 60 kq olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləridir. Məhkəmə - Narkoloji Ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 6353 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal - hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid2 və mütəxəssis aqronom Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirir. X8 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirməli olduğunu bildirərək, etirazının olub-olmamasını soruşur, sonuncu isə etirazının olmadığını bildirir. X8 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilərin əkib-əkməməsi barədə soruşur, sonuncu da yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilərin olmasını bildirir və könüllü olaraq həmin yeri göstərir. Baxış keçirilən evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 16 ədəd çətənə bitkisinə bənzər bitki X8 tərəfindən 4 ədəd torbada qablaşdırılır və 16 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Daha sonra X8 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin başa çatmasını bildirir, etirazların olub-olmamasını dəqiqləşdirir, etiraz olmadığı üçün görüntünün dayandırılmasını bildirir və görüntü də həmin yerdə bitir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 il 06 ay müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 10 sentyabr 2024-cü il tarixli Xaçmaz rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Aqronomun (mütəxəssisin) rəyinə əsasən müəyyən olunur ki, Xaçmaz şəhəri, Mehman Məhəmmədov küçəsi, ov 5-də yaşayan X7 yaşadığı evinin həyətində narkotik tərkibli bitkiləri əkib yetişdirdiyi yerə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi ümumilikdə 16 (on altı) ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Onların dibləri boşaldılmış, diblərinə gübrə verilmiş, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sübhəli şəxs qismində saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-128/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş ailə tərkibi haqqında arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladları vardır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə kollarının kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərar qəbul olunmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə polis əməkdaşları, vəkil və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 16 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Bundan sonra bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Həmin məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-128/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxsndan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş və Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 16 ədəd ümumi çəkisi 60 kiloqram olan narkotik tərkibli çətənə bitkilərinin ekspertiza tədqiqatından qalıq qalmış 59 kiloqram 999,2 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş və Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 16 ədəd ümumi çəkisi 60 kiloqram olan narkotik tərkibli çətənə bitkilərinin ekspertiza tədqiqatından qalıq qalmış 59 kiloqram 999,2 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-179/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-179/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver