Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-18/2023 14.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsi tərəfindən 29 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 68.1.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 il 2 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Sumqayıt şəhər məhkəməsinin 04 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, 11 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağçılıq cəmiyyəti ərazisi, S.Vurğun küçəsi, Uçuq binada yaşamış, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə,
2. 28 fevral 1972-ci il tarixdə Qubadlı rayonu, Yuxarı Mollu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 26-cı məhəllə, yarımçıq Bərpa sanatoriyasında müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 27 may 2021-ci il tarixdə Sumqayıt şəhəri,Xəzər bağları, ”Uçuq bina” adlanan yerdə tanışı Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,117 qram, 0,102 qram ümumilikdə təmiz çəkisi -1,861 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 may 2021-ci il tarixdə saat 20:55-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi,üzərində saxlaması və satmasında şübhəli olmasıyla bağlı Sumqayıt şəhər, S.Vurğun küçəsi, Bərpa xəstəxanasının qarşısında keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı onların cinayətkar niyyətlərindən məlumatsız olan X3 idarə etmiş olduğu “Mercedes Benz C200” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Sumqayıt ŞPİ-yə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 02 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş ümumilikdə təmiz çəkisi 1,861 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməklə saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi 586,473 qram olmaqla külli miqdar təşkil edən, küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, Sumqayıt şəhəri, Xəzər bağları, ”Uçuq binada” yerləşən, yaşadığı evə daşıyaraq orada saxlamış, həmin heroinin yeddi ədəd kiçik bükümlərə böldüyü, ayrı-ayrılıqda təmiz çəkiləri 1,201 və 0,660 qram təşkil edən 2 ədəd bükümdə olmaqla, ümumi təmiz çəkisi 1,861 qram təşkil edən hissəsini 27 may 2021-ci il tarixdə Sumqayıt şəhərində tanışı Təqsirləndirilən şəxs1 20 manat məbləğində pula satmış, ayrı-ayrılıqda təmiz çəkiləri 2,801, 2,605, 2,510, 2,401, 1,295 qram təşkil edən 05 ədəd bükümdə olan, ümumi çəkisi 11,612 qram olan hissəsini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 573 qram təşkil edən bir ədəd bağlamada olan hissəsini isə yaşadığı evin qonaq otağındakı stolun alt hissəsindəki rəfdə gizlədərək saxlamış, həmin kütlələr 27 may 2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhər polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər,S.Vurğun küçəsi, Bərpa xəstəxanasının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onların cinayətkar niyyətlərindən məlumatsız olan X3 idarə etmiş olduğu “Mercedes Benz C200” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Sumqayıt ŞPİ-yə gətirildikdən sonra üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, 28 may 2021-ci il tarixdə sonuncunun yaşadığı evə özünün iştirakı və razılığı ilə baxış keçirilən zaman həmin evin qonaq otağındakı stolun alt hissəsindəki rəfdə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş iittiham üzrə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilərək göstərdi ki, üç ildən çoxdur ki, narkotik vasitə heroin istifadə edir. Onun barəsində daha əvvəl də cinayət işi başlanılmış, məhkəmədə həmin cinayət işi üzrə bəraət aldıqdan sonra həmin hökmdən protest verilmişdir. Ona görə də məhkəmə iclaslarına gedib-gəlirdi. 2021-ci ilin may ayının 27-də Sərxanla birlikdə məhkəməyə gəlmiş, Sərxan onu çöldə gözləmişdir. Daha sonra məhkəmədən çıxarkən taksi ilə gedib heroini götürüb qayıtmışdır. Bərpa xəstəxanasının yanında polislər onu saxlayıb qoluna qandal vurub Sumqayıt ŞPİ-ə aparmışlar. Üzərindən çıxan narkotik vasitəni tərəziyə qoymuşlar. Narkotikin çəkisi 1,86 qram olmuşdur. Narkotik vasitəni Sumqayıt şəhəri, 5-ci mikrorayonda, Şəhidlər Xiyabanının qarşısında Əhməd adlı şəxsdən almışdır. Oradan birbaşa evə gəlmiş, blokun qarşısında onu tutmuşlar. Çəkilişdən qabaq üzərinə narkotik qoymuş və yarısını da evə qoyacaqlarını demişlər. Buraxmağın qarşılığında ondan pul istəmişlər, o isə razılaşmışdır. Ona çəkiliş apardıqdan sonra gedib pulu gətirməsini, gətirəcəyi təqdirdə diski atacaqlarını, gətirməyəcəyi halda cinayət işi başlayacaqlarını bildirmişlər. Lakin sonra onu buraxmamışlar, MSY-ə aparmış, iki gün orada saxladıqdan sonra qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirmişlər. O, müdafiəçini çəkilişdən sonra görmüşdür. Onun üzərində cəmi 1,86 qram narkotik vasitə olmuşdur. İttihamda göstərilən digər narkotik vasitəni isə Bəxtiyar gətirib Möhübbətə vermiş, o da bükümlərə ayırıb stolun üzərinə qoymuşdur. ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ona məxsusdur, ***-***- **-** saylı mobil telefon nömrəsi vasitəsilə İran vətəndaşından narkotik vasitə almaq üçün bir neçə dəfə danışığı olmuşdur. “Milliön” terminalı vasitəsilə narkotik vasitə almaq üçün həmin İranlıya 90 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, təxminən 3-4 ildir ki, narkotik vasitə heroini zərdə yandıraraq tüstüsünü qəbul edir və narkomaniya xəstəliyinə düçar olmuşdur. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, danıdığını və həmin şəxsin də narkotik maddə heroin istifadəçisi olduğunu bildirmişdir. Şərxanla heç bir ədavəti olmadığını demişdir. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan 070 *** ** ** saylı nömrəyə “Vatsap” ani mübadiləşmə vasitəsi ilə yadında qalmadığı nömrədən İran vətəndaşı mesaj yazaraq narkotik vasitə heroin olduğunu söyləmiş və ona narkotik vasitənin şəkilini çəkib göndərmişdir. O, həmin narkotik vasitənin yarım kiloya yaxın olduğunu bildirmişdir. O, həmin şəxsə narkotik vasitəni neçiyə satdığını söyləyəndə həmin şəxs ondan həmin narkotik vasitəyə görə 1000 manat pul istəmiş, o, da yalnız 500 manat pul göndərə biləcəyini demiş və razılaşmışlar. İran vətəndaşı ona nömrəsi yadında qalmadığı “Bank of Bank”-a məxsus kartın şəklini göndərmiş və ona həmin karta pulu vurmağını demişdir. O, da Sumqayıt şəhəri, 9-cu mikrarayonda yerləşən ”Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat pul ödəniş etmiş və qəbzin şəklini çəkərək İranlı şəxsə atmışdır. Bir neçə saat sonra İranlı ona narkotik vasitənin qoyulduğu yeri çəkib atmış və ona həmin yerdən narkotik vasitə olan heroini gedib götürməsini demişdir. O, həmin 9-cu mikrorayonda yerləşən yerə gedərək narkotik vasitə heroini oradan götürüb evinə gətirmişdir. Təxminən saat 20 radələrində Sərxanı yaşadığı evə çağırmış, Sərxan ondan öz istifadəsi üçün narkotik vasitə heroin istədimiş və o, da həmin narkotik vasitə olan heroindən təxminən 2 qramını Sərxana təmənnasız vermişdir. Daha sonra yerdə qalan narkotik vasitədən özü də bir qədər götürüb 05 ədəd bükümlərə bölərək öz istifadəsi üçün cibinə qoymuş və yerdə qalan narkotik vasitəni isə hissə-hissə istifadə etmək üçün yaşadığı evdə stolun altındakı rəfdə gizlətmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa xəstəxanasının qarşısındakı küçədə taksi fəaliyyəti ilə məşğul olan X3 idarə etdiyi “Mersedes Benz” markalı dövlət nömrə nişanını bilmədiyi maşınla Təqsirləndirilən şəxs1lə birlikdə hərəkətdə olan zaman polis əməkdaşları onları saxlamış, daha sonra onları Sumqayıt ŞPİ-nə aparmışlar. Sumqayıt ŞPİ-də inzibati otaqda onu ora gətirən polis işçilərinin və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, əynində olan qara rəngli, cins şalvarın sağ yan cibindən hər biri şəffaf rəngli sellefona bükülmüş 05 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmiş və həmin bükümlərin içərisində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, hər bir bükümün ayrı-ayrılıqda çəkiləri 3,07 qram, 2,75 qram, 2,80 qram, 1,44 qram, 2,61 qram ümumilikdə çəkisi 12,66 (on iki tam yüzdə otuz altı) qram olmuş, həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, yaşadığı evdə də narkotik vasitənin olduğunu söyləmiş, vəkilin və təhqiqatçının iştirakı ilə yaşadığı evə getmişlər. Orada evinə baxış keçirilməsinə etiraz etməməyi ilə bağlı ərizə verdikdən sonra yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya və premet olub-olmaması barədə ondan soruşulan zaman o, yaşadığı evin qonaq otağında sol tərəfdə yerləşən stolun alt hissəsindəki rəfdə saxlamış olduğu 01 ədəd qara rəngli sellefon torbanı təqdim edərək həmin torbanın içərisində heroin olduğunu təhqiqatçıya demişdir. Sumqayıt ŞPİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, üzərindən və evindən aşkar edilərək götürülmüş kütlənin heroin olduğunu,ona məxsus olduğunu,öz istifadəsi üçün üzərində,yaşadığı evdə saxladığını və həmin heroini xx.xx.2021-ci il tarixdə, səhər radələrində əvvəllər tanımadığı və üzünü görmədiyi İran islam respublikası vətəndaşından aldığını bildirmişdir. (Cild 1, iş vərəqləri 95-97; 124-126; 241-243; 308-309) Məhkəmədə digər Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisədən bir il əvvəldən etibarən narkotik vasitə istifadə edirdi. Hadisə günü Ceyhun Quliyevlə apellyasiya məhkəməsindən çıxdıqdan sonra 5-ci mikrorayona getmişlər, oradan narkotik vasitəni almış, geri qayıdıb evlərinin yanına çatanda, yəni Bərpa xəstəxanasının yanında taksidən düşərkən polislər onları saxlamışlar. Onları ayrı maşınlara mindirib Sumqayıt ŞPi-nə aparmışlar. Saxlanılanda üzərində narkotik vasitə olmamışdır. Lakin o da narkotik vasitə istifadəçisidir. Təzyiq edildiyi üçün narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Ceyhun həmin gün götürdüyü narkotik vasitənin 0,2-3 qramını pulsuz olaraq ona verməli idi. O, Ceyhunun narkotik vasitə aldığı şəxsin üzünü görməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək uzun müddətdir ki, narkotik vasitələrdən heroini zərdə yandırmaq üsulu ilə qəbul etdiyini və heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olduğunu bildirmişdir. X8 uzun müddətdir ki tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2-3 aydır ki, Ceyhundan bir neçə dəfə narkotik vasitə heroin aldığını qeyd etmişdir. Bədənimdə ağrılar olduğuna görə 27 may 2021-ci il tarixdə, saat 20 radələrində yenə Ceyhun yaşadığı evə getmiş və ona 20 manat pul verib ondan 02 bükümdə öz istifadəsi üçün narkotik vasitə heroin almiş,daha sonra evə getmək istəyən zaman Ceyhunun onmdann xahiş edib onunla birgə bir yerə getməyi söyləməsini demişdir. Bu zaman həyətə düşəndə orada Zabil adlı taksi sürücüsünün avtomaşına əyləşmiş.Zabillə birgə avtomaşında hərəkətdə olan zaman həmin gün saat 20:55 radələrində o, Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Bərpa xəstəxanasının yaxınlığında mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu Sumqayıt ŞPİ-yə aparmışlar. Orada xidməti otaqda onu oraya gətirən polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən iki ədəd şəffav rəngli sellofan bükümdə narkotik vasitə heroin çıxardaraq təqdim etmiş və həmin bükümlərin içində heroin olduğunu təhqiqatçıya demişdir. Sonradan təhqiqatçı həmin bükümlərin içinə baxıb heroin olmasını özü də aşkar etmişdir. Sorğu zamanı həmin narkotik vasitə bükümlərinin özünə məxsus olduğunu, Ceyhunun ona 20 manat satdığını bildirmişdir. Bundan sonra onun üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə olan nakotik vasitə heroinin kütlələri elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 1,40 qram və 0,97 qram olması müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir (Cild 1, iş vərəqləri 91-93; 107-108; 252-253) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməkdaşı, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edilərək R. Quliyev, Şahid4, Şahid5, Şahid2 ibarədt əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 2021-ci ilin mayın 27-də saat 20 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və taksi sürücüsünü Sumqayıt şəhərində Bərpa xəstəxanasının yaxınlığında saxlamışlar. Saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-ə gətirilmişlər. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə birinci Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən də 5 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxslər videoçəkiliş zamanı üzərlərində narkotik vasitə olmasını etiraf etmişlər. Təqsirləndirilən şəxslərə qarşı polislər tərəfindən təzyiq göstərilməmiş, onların müdafiə hüququ təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri satması, üzərində saxlaması və istifadə etməsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci ilin mayın 27-də saat 20 radələrində Sumqayıt şəhəri, Bərpa xəstəxanasının qarşısında taksidə olarkən saxlanılmışlar. Saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nə gətirilərək videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı təmin edilməklə onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən 5 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Həmin şəxslərin üzərindən, həmçinin evdən narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə saxlaması, satması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Qrupda o, Şahid1, R. Quliyev, Şahid4, Şahid5 olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməliyyat qrupunun üzvləri ilə birlikdə 2021-ci ilin mayın 27-də saat 20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa xəstəxanasının qarşısında X5 məxsus “Mersedes Benz” markalı avtomaşında olarkən saxlanılmışlar. Saxlanıldıqdan sonra üçünü də Sumqayıt ŞPİ-nə aparmışlar. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı təmin edilməklə ilk növbədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən 5 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini 2021-ci il mayın 27-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam təfərrüatları ilə xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Bərpa xəstəxanasının qarşısında maşının içərisində olanda saxlayıb Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də videoçəkiliş vasitəsilə onların üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 aldığını demişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən isə onun üzərindən də narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxslər onlara müqavimət göstərməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid5 digər şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3lə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 159-162) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə “Şəxsi axtarışın keçirilməsi barədə” 27 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəlcə üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddə olan 02 (iki) ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. (Cild 1, iş vərəqləri 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə “Şəxsi axtarış keçirilməsi haqqında” 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlcə üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddə olan 05 (beş) ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. (Cild 1, iş vərəqləri 55-56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürülməsi barədə” 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Uçuq binada yerləşən yataqxananın 1-ci mərtəbəsinə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə sol tərəfdə yerləşən stolun alt hissəsindəki rəfdə saxlamış olduğu, içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olan 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. (Cild 1, iş vərəqləri 58-59) “Şəxsi axtarış keçirilməsi haqqında” 27 may 2021-ci il və 28 may 2021-ci il tarixli protokollarda, həmçinin “Baxış keçirilməsi və götürülməsi barədə” 28 may 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 (iki) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 28 may 2021-ci tarixli protokollarla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı, hımçinin evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 28, 60, 86-89) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli, 6/2129 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... X4...» yazıları olan paketdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,801 qram, 2,605 qram, 2,510 qram, 2,401 qram, 1,295 qram ümumi təmiz çəkiləri 11,612 qram qəhvəyi rəngli maddə kütlələri və üzərində «... X6 mənzilindən...» və yazıları olan paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi 573 qram qəhvəyi rənglimaddə kütlələri kustar üsulla hazırlanmış narkotik heroindir. 05 bükümdə və 01 ədəd qara rəngli sellofan torbadakı maddə kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 77-82) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli, 6\2130 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Təqsirləndirilən şəxs1 aşkar olunmuş...» və s yazılar,imzalar olan zərfədki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,201 qram, 0,660 qram umumi təmiz çəkiləri 1,861 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi təkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1, iş vərəqləri 71-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 6\3331 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X4 aşkarlanmış bir bükümdə olan heroin kütləsi, Təqsirləndirilən şəxs1 aşkarlanmış 02 ədəd bükümdə olan eynitərkibli heroin kütləsi, Təqsirləndirilən şəxs2 üzərindən və mənzilindən aşkar olunmuş eyni tərkibli heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında fərqlidirlər. (Cild 1, iş vərəqləri 302-305) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli, 2339 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 168-169) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 2385 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 170-171) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 584,392 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,741 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 171-184) Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda göstərilən miqdarda narkotik vasitənin üzərlərində olmaması, polis əməkdaşları tərəfindən onlara təzyiq edilməsi, aralarında narkotik vasitələrin alışı və satışının olmaması ilə bağlı məhkəmədəki ifadələrində göstərdiyi xüsusatları, öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri, işin hallarına daha uyğun ifadələr kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törədilmiş cinayət az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə törədilmiş cinayət isə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrin sanksiyaları həddində cəzalar təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs2 29 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəlb olunsa da, Sumqayıt şəhər məhkəməsi tərəfindən həmin cinayət işinə 15 sentyabr 2020-ci il tarixdə bəraət verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqləri 184-185) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsi tərəfindən 29 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 68.1.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 il 2 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Sumqayıt şəhər məhkəməsinin 04 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, 11 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqləri 207-209) Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (cild 1, iş vərəqləri 200, 202-206) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (Cild 2, iş vərəqləri 2-8) Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi olduğundan bu hal onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən cəza təyini zamanı da nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 və 56.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Sumqayıt şəhər məhkəməsinin 29 may 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 132-136) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu və həbsdə olduğu 05 (beş) ay müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 586,08 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 164 manat 85 qəpik, Təqsirləndirilən şəxs2 164 manat 85 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 may 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 05 (beş) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 01 (bir) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik, Təqsirləndirilən şəxs2 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 586,08 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatı disk cinayət işi materiallarında salxanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.h