Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-18/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X5, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 120.2.2, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qonşuluqda yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisi olması və yaşadıqları Qobu qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gələrək, habelə bir neçə gün əvvəl sonuncunun ona birlikdə narkotik vasitə satmağı təklif etməsini özünə qarşı şəxsiyyətini aşağılayan hərəkət kimi qəbul edərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 30 aprel 2022-ci il tarixdə əvvəlcə Qobu qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikiliyə gedərək, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib həmin yarımtikilidə gizlətdiyi tiyəsinin uzunluğu 195 mm olan soyuq silah hesab edilən xəncəri götürdükdən sonra, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini həyata keçirmək üçün saat 15 radələrində sonuncunun yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinin qarşısına gəlsə də, Zərərçəkmiş şəxs çölə çıxmadığı və evdə tək olmadığı üçün sonuncunu öldürə bilməmiş, daha sonra oradan uzaqlaşaraq yaşadığı evə, oradan isə dayısı Şahid8 məxsus mühafizəçi işlədiyi mebel sexinə getmiş, orada olduğu müddətdə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini həyata keçirə bilmək üçün sonuncunu yaşadığı evdən çölə çıxartmaq qərarına gəlib saat 21:08-də istifadəsində olan ********** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək satmaq üçün narkotik vasitə götürmək məqsədilə yaşadığı evin qarşısına gələcəyini bildirdikdən sonra, mebel sexindən çıxaraq saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş, onun gəldiyini görən qarşı tərəfdə dayanmış Zərərçəkmiş şəxs ona yaxınlaşıb qarşısında dayanaraq onunla narkotik vasitələrin satışı ilə bağlı söhbət etdiyi vaxt o, davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs və ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, istənilən məsələni zorakılıqla həll etmək gücünə malik olmasını nümayiş etdirib faktiki olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə, bu zaman müstəsna qəddarlıq nümayiş etdirib şalvarının arxa kəmərlik hissəsində gizlədərək üzərində gəzdirdiyi soyuq silah hesab edilən həmin xəncəri çıxarıb, Zərərçəkmiş şəxs ürək nahiyəsindən bir dəfə zərbə vurduqdan sonra hərəkətlərini davam etdirərək sonuncuya ardıcıl çoxsaylı zərbələr vurmuş, Zərərçəkmiş şəxs bir qədər arxaarxaya gedərək yerə yıxılsa da, o, əyilərək əlindəki xərcərlə Zərərçəkmiş şəxs daha bir neçə zərbə vurmaqla sonuncuya döş boşluğuna nüfuz edərək sağ ağciyəri, ürək kissəsini və ürəyi yaralayan və kəskin daxili və xarici kəsin qanitirmədən ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin arxa səthinin 1 ədəd, döş qəfəsinin ön səthinin 1 ədəd, döş qəfəsinin sağ yarısının 1 ədəd plevra boşluğuna nüfuz edən, sağ ağ ciyərin orta və aşağı paylarını, ürək kisəsini və ürəyin sol mədəciyini dəlib-keçən, iki tərəfli hemotoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaraları və sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin 2 ədəd, döş qəfəsinin sağ yarısının 3 ədəd və döş qəfəsinin sol yarısının 1 ədəd döş boşluğuna nüfuz etməyən, eləcə də sağ bazunun 2 ədəd, sağ saidin 1 ədəd və sol əlin 1 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ümumilikdə 13 xəsarət yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 228.4cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həbs olunanadək ünvan 2 ünvanında atası Zakir, anası Naibə, qardaşları Elvin və Elmirlə birlikdə yaşamışdır. X17 qəsəbəsində yerləşən mebel sexində mühafizəçi işləmişdir. 2017cı ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 185.2.4cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 2020-cı ildə azadlığa çıxmışdır. Özü əvvəllər nəşə, yəni marixuana istifadə etsə də, heç vaxt heroin, metamfetamin istifadə etməmişdir. Marixuananı sonuncu dəfə 30 aprel 2022-cı il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ödənişsiz alaraq çəkmişdir. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımışdır. Sonuncu onların qonşuluğunda yaşamışdır. Zərərçəkmiş şəxs həm narkotik vasitə istifadəçisi, həm də satıcısıdır. Gülağa həm marixuana, həm də, heroin, metamfetamin satışı ilə məşğul olmuşdur Lakin o, sonuncunun narkotik vasitələri haradan əldə etməsini bilməmişdir. Gülağa ilə aralarında əvvəllər hər-hansı bir mübahisə, münaqişə olmamışdır. Aprel ayının 27-si ya 28-i saat 15- 16 radələrində qəsəbə sakini Vüqarın ərzaq mağazasının qarşısında olduğu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşmış və “əlimdə nəşə və patı var səndə srok görmüş oğlansan, razılaşaq verim sənə sat” demişdir. O, isə həmin vaxt Gülağaya “gələrəm söhbət edərik” deyə cavab vermişdir. Elə həmin vaxt o, Zərərçəkmiş şəxs öldürmək fikrinə gəlmişdir. Buna görə də, Gülağanın narkotik vasitənin satışı ilə bağlı təklifini rədd etməmişdir ki, niyyətini həyata keçirmək üçün sonuncuya yaxın ola bilsin. Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olaraq qəsəbə sakinlərini pis yola çəkdiyi, pis vərdişlərə düçar olmalarına səbəb olduğu üçün və ona narkotik vasitə satmağı təklif etdiyi üçün sonuncunu öldürmək qərarına gəlmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs öldürməklə, qəsəbəni narkomandan təmizləmək olmuşdur. 30 aprel 2022-cı il tarixdə saat 14-15 radələrində istifadəsində olan ********** saylı mobil nömrədən Gülağanın istifadəsində olan mobil nömrəyə zəng edib "mənə nəşə düzəlt gəlib götürüm'’ demiş, sonuncu isə "tez gəl’’ deyə cavab vermişdir. Həmin vaxt Gülağadan nəşə istəməkdə məqsədi sonuncunu öldürə bilmək üçün yaşadığı evdən çölə çıxartmaq olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs öldürmək üçün, yaşadığı evin yaxınlığında yerləşən uzun illərdir yaşayış olmayan yarımtikiliyə gedib orada gizlətdiyi xəncəri götürmüşdür. Həmin xəncəri 2021-cı ilin may ayında 9-cu mkr.-da yerləşən fəhlə kimi işlədiyi evlərin birinin taxta döşəməsinin altından tapmış və əvvəlcə yaşadığı evdə, daha sonra isə ifadəsində qeyd etdiyi yerdə gizlətmişdir. Xəncəri götürüb əynimdəki şalvarın arxa kəmərlik hissəsinə taxaraq Gülağanın yaşadığı evə yollanmışdır. Saat 15:30-da Gülağanın yaşadığı evin qarşısına çatıb, zəng edərək gəldiyini bildirmiş, bu vaxt Gülağa həyətə giriş qapısını açaraq küçəyə çıxmadan ona bir dəfəlik istifadə üçün marixuana vermiş və “evdə qonaqlar var özüm sənə zəng edəcəm” deyib, qapını bağlamışdır. Buna görə də, o, həmin vaxt Gülağanı öldürə bilməmişdir. Bundan sonra o, Gülağanın verdiyi marixuananı yaşadığı evin yerləşdiyi məhəllədə kağıza bükərək çəkmiş, bir qədər məhəllədə gəzdikdən sonra dostu Alimlə rastlaşıb, birlikdə çayxanaya getmişdir. Daha sonra Alimlə sağollaşıb əvvəlcə bint almaq üçün aptekə, oradan isə yaşadığı evə getmişdir. Gülağadan nəşə aldıqdan evə qayıtdığı vaxtadək xəncər onun üzərində olmuşdur, xəncəri əynindəki şalvarın arxa kəmərlik hissəsində gizlətmişdir. Evə gəlib yemək yedikdən sonra, mühafizəçi işlədiyi dayısına məxsus mebel sexinə getmişdir. Sexdə olduğu zaman Gülağanın ona zəng etmədiyini görüb saat təxminən 21:30-da öz istifadəsində olan mobil nömrədən Gülağaya zəng edib marixuananı nəzərdə tutaraq 'bayaq götürdüyümdən bir yeşik hazırla, gəlib götürüm” demişdir. Gülağa isə ona "düzəldərəm amma 100 manatdır” deyə cavab vermiş, o isə "bahadır gözlə bir azdan yığaram' deyib, zəngi sonlandırmışdır. Təxminən 5 dəqiqə sonra Gülağaya yenidən zəng edib gələcəyini bildirmişdir. Gülağa isə həmin vaxt ona "tez gəl, çıxmalıyam şəhərə gedirəm ” deyə cavab vermişdir. İşlədiyim sexlə Gülağanın yaşadığı ev arasındakı məsəfə təxminən 5-10 dəqiqəlik yoldur. Təxminən 5-10 dəqiqə sonra Gülağanın evinin qarşısına çatıb, küçəyə çıxmasını bildirmək üçün sonuncuya yenidən zəng etmişdir. Bu vaxt Gülağa onun zənginə cavab verməmiş və o, bir qədər irəli baxdıqda Gülağanın küçədə, yolun digər tərəfində dayandığını görmüşdür. Zərərçəkmiş şəxs onu görüb yaxınlaşaraq hər iki dizini büküb onun qarşısında əyilmiş və onlar söhbətləşməyə başlamışlar.Gülağa ona əvvəlcə “pulu ver, gedib malı gətirim’’ dedikdə o, “qiyməti çox bahadır, bir az aşağı elə götürüm” deyə cavab vermiş, Gülağa isə onunla razılaşmayıb "mal evdədir, sən pulu ver mənə, gedib gətirim” demişdir. O isə "sən malı gətir, pulu verəcəm deyə cavab vermişdir. Elə bu vaxt Gülağanın ayağa qalxdığını görən o, şalvarının arxa kəmərlik hissəsində gizlətdiyi xəncəri çıxararaq sol əlinə alıb Gülağanın ürək nahiyəsindən həmin xəncərlə bir dəfə zərbə vurmuş və Gülağa zərbənin təsirindən xırıldamağa başlamışdır. Daha sonra həmin xəncərlə Gülağaya ardıcıl bir neçə zərbə daha vurmuşdur. Lakin o, zərbələrin sonuncunun hansı nahiyələrindən dəryməsini xatırlamır. Zərbələrin təsirindən Gülağa bir qədər arxa-arxaya gedərək işıqlıq tərəfdə arxası üstə yerə yıxılmış və o, əyilib həmin xəncərlə sonuncuya bir neçə zərbə daha vurmuşdur. Lakin Gülağaya ümumilikdə neçə zərbə vurduğunu xatırlamır. Bundan sonra Gülağanın meyitini bir neçə metr yuxarıya doğru sürüyərək qaranlıq tərəfə çəkmişdir ki, heç kim görməsin. Daha sonra isə yaşadığı evə gedib evə girmədən evin həyətindəki hovuzda qana bulaşmış əllərini yuduqdan sonra qəsəbə ərazisində taksilər dayanan yerə getmişdir. Oradan qəsəbə sakini Elnurun taksi kimi fəaliyyət göstərdiyi avtomobilinə minib, ondan avtomobili Qobu PB ilə üzbəüz yerləşən Yurd kafeyə sürməsini istəmişdir. O, Elnura Gülağanı öldürməsi barədə heç bir söz deməmişdir. Kafenin qarşısında taksidən düşüb Qobu PB-nə gedib təslim olmuş və Gülağanı qətlə yetirdiyi bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin aprel ayının 27-i və ya 28-i Gülağa ona narkotik maddələrin satışınını təklif etmişdir. Bu təklifdən sonra o, sonuncunu öldürmək fikrinə gəlmişdir. Buna görə də, Gülağanı öldürə bilmək üçün sonuncuya yaxın olmaq məqsədilə narkotik vasitələrin satışı ilə bağlı təklifini qəbul etmişdir. Hadisədən əvvəl mobil telefon vasitəsilə danışarkən Zərərçəkmiş şəxs narkotik vasitə istəməsinə səbəb sonuncunu öldürə bilmək üçün evdən küçəyə çıxmasına nail olmaq olmuşdur. Zərərçəkmiş şəxs narkotik vasitəyə görə ondan pul istəməsəymiş belə o, sonuncunu öldürəcəkmiş. Gülağanın yaşadığı evin qarşısına getməkdə məqsədi sonuncudan narkotik vasitə götürmək deyil, sonuncunu öldürmək olmuşdur. Zərərçəkmiş şəxs öldürməyə onu heç kim vadar etməmiş, Gülağanı öldürmək fikrinin olması barədə heç kimə heç bir söz deməmişdir. Həmçinin hadisədən sonra Gülağa öldürməsi barədə heç kimə heç bir söz deməmişdir. Hadisə vaxtı küçədə heç kim olmadığından Zərərçəkmiş şəxs qətlə yetirməsini heç kim görməmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona heç bir müqavimət göstərməmiş, xəsarət yetirməmişdir.( İ cild, i/v 80-85, İİ cild, i/v 105-110) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Gülağa narkotik vasitə istifadəçisi olmuşdur. Təxminən 17-18 il əvvəl anası ilə atası boşanmışdır. Həmin vaxtdan etibarən o, anası və bacısı atası Gülağadan ayrı yaşamışlar. 30 aprel 2022-ci il tarixdə saat 22 radələrində dostları ilə birlikdə olduğu vaxt bibisi Nazilə ona səsli mesaj göndərərək atası Gülağanın qətlə yetirildiyini bildirmişdir. Bundan sonra o, dərhal atası Gülağanın yaşadığı evə getmiş və evin qarşısına çatdıqda atasının üzərində xəsarətlər olan meyitinin yaşadığı evin qarşısında, çöldə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt orada olan tanımadığı şəxslər ona atasını Qobu qəsəbə sakini Təqsirləndirilən şəxs adlı şəxsin bıçaqla vuraraq qətlə yetirdiyini demişlər. Ətrafda toplaşmış tanımadığı şəxslərdən həmçinin, hadisə vaxtı Qobu qəsəbə sakini Natıbala adlı şəxsin atasının yaşadığı evin həyətində olduğunu və Zamirin yanında isə Şoşan deyilən şəxsin olduğunu, hadisədən sonra Şoşanın Natıbalaya “Gülağanı vurdular” dediyini eşitmişdir. Atası Zərərçəkmiş şəxs sağlığında narkotik vasitə istifadəçisi olsa da, onun sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs tanımasa da, sonuncunu qardaşı Elvini tanıyır, Elvinlə birlikdə hərbi xidmətdə olmuşdur.Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur, ondan şikayətçidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Bəgalı qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Qardaşı Gülağa sağlığında Abşeron rayonu, Qobu qəsəbəsində mərhum atası Bəyalıya məxsus evdə yaşamışdır. Qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir dəfə məhkum olunmuşdur. Gülağa təxminən 15 il olarki ailəsindən ayrılmış və həmin vaxtdan etibarən arvadından, qızından və oğlundan ayrı yaşamışdır. 30 aprel 2022-ci il tarixdə saat təxminən 22-23 radələrində bacısı Esmira ona zəng edib “Gülağaya nəsə olub, qonşu Məmmədağa oğlum Elçinə zəng edib dedi” deyə bildirmişdir. Həmin vaxt o, Esmiraya “gedin görün nə olub, mənə də, məlumat verərsiz” deyə cavab vermişdir. Sonradan Esmira yenidən ona zəng edib Gülağanın öldürüldüyünü bildirmişdir. Bundan sonra o, dərhal Gülağanın yaşadığı evə yollanmış və ora çatdıqda Gülağanın bıçaqlanaraq öldürüldüyünü bilmiş və meyitinin yaşadığı evin qarşısında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, bilmişdir ki, qardaşı Gülağanı Qobu qəsəbə sakini Zamir adlı şəxs qətlə yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə ifadəsi alınmış Şahid1 Bəgalı qızı ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Gülağa sağlığında Qobu qəsəbəsində özünə məxsus evdə tək yaşamışdır. Evləri arasındakı məsafə təxminən 500-600 metrdir. Dayısı Gülağa uzun illər narkotik vasitə istifadəçisi olmuşdur. Gülağa uzun illərdir ki, arvadından, oğlundan və qızından ayrı yaşamışdır. O, dayısı Gülağanın narkotik vasitə istifadəçisi olmasını bilsə də, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamışdır. Əvvəllər baş çəkmək üçün arabir dayısı Gülağanın yaşadığı evə gedib, sonuncuya siqaret, bir qədər ərzaq alsa da, son 5-6 ayda Gülağanın yaşadığı evə getməmişdir. Buna səbəb Gülağa ilə aralarında yaranmış inciklik olmuşdur. Çünki o, Gülağadan daha narkotik vasitə istifadə etməməsini xahiş etsə də, sonuncu onun sözlərinə məhəl qoymamışdır. Buna görə də, o, dayısı Gülağadan incimişdir. 30 aprel 2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olduğu vaxt qardaşı Elçin onun istifadəsində olan mobil nömrəyə zəng edib “xəbərin varmı Gülağanı vurublar, qalıb burada yerdə” demişdir. Bundan sonra o, dərhal yaşadığı evdən çıxaraq Gülağanın yaşadığı evin qarşısına getmiş və ora çatdıqda sonuncunun meyitinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 ifadə vermək istəmədiklərini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Zamir həbs olunmamışdan əvvəl o, arvadı və övladları Zamir, Elvin, Elmir Abşeron rayonu, Qobu qəsəbəsində ona məxsus evdə birgə yaşamışlar. Zamir onun böyük oğludur. Zamir 2017ci ildə tanışının avtomobilini qaçırtdığı üçün Binəqədi rayon məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2020-ci ilin iyun ayında isə azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyır, evləri arasında təxminən 300-400 metr məsafə vardır, hətta Bəyalı onun arvadı Naibə ilə uzaqdan qohumdur. Gülağa qəsəbə sakini olsa da, sonuncu ilə onun arasında yaxın münasibət olmamış, yalnız nadir hallarda qarşılaşdıqda salamlaşmışlar. Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisidir. Hətta qəsəbə sakinlərindən Gülağanın narkotik satışı ilə məşğul olduğunu da, eşitmişdir. Qəsəbədə Gülağanı hamı narkoman kimi tanımışdır. Oğlu Zamir isə o bildiyi qədəri ilə heç vaxt narkotik vasitə istifadə etməmişdir. 30 aprel 2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan mobil nömrəyə Qobu polis bölməsindən zəng gəlmiş və zəng edən polis əməkdaşı ona Zamirin Gülağanı qətlə yetirdiyini və hadisədən sonra Qobu polis bölməsinə gelərək təslim olduğunu bildirmişdir. Oğlu Zamir həbs olunduqdan sonra saxlanıldığı istintaq təcridxanasına getdikdə Zamir onlara Gülağanın ona narkotik vasitə satmağı təklif etdiyini və buna görə də, sonuncunu öldürdüyünü demişdir. Şahid6 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxslə onun oğlu Zamir və digər ailə üzvləri arasında əvvəllər heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Zamirlə Gülağa arasında ümumiyyətlə heç bir yaxın münasibət olmamışdır. ( cild 1, iş vərəqə 158-161) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 Şahid6 məhkəmə istintaqında elan olunub araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir.( cild 1, iş vərəqə 154-157) Məhkəmədə ifadəsi alınmış Şahid8 iş üzrə şahidlər Şahid7 və Şahid6 məhkəmə istintaqında elan olunub araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onların qeyd etdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Gülağa sağlığında Qobu qəsəbəsində özünə məxsus evdə tək yaşamışdır. Gülağa narkotik vasitə istifadəçisi olmuşdur. Hətta narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir dəfə məhkum olunmuşdur. O, ayda bir neçə dəfə Gülağanı görmək üçün yaşadığı evə getsə də, demək olar ki, qəsəbə ərazisində hər dəfə rastlaşdıqda sonuncu ondan siqaret istəmiş və o, hər dəfəsində Gülağaya siqaret almışdır. 30 aprel 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olduğu vaxt Gülağa ilə qonşuqluqda yaşayan Məmmədağa onun istifadəsində olan mobil nömrəyə zəng edib “Gülağanı vurublar, bilmirəm ölüb ya sağdır” demişdir. Bundan sonra o, qardaşı Çingizə zəng edib bu barədə məlumat vermiş və Çingizdən Gülağanın evinə getməsini istəmişdir. Bir qədər sonra Çingiz ona zəng edib Gülağanın yaşadığı evin qarşısında öldürüldüyünü bildirmişdir. Bundan sonra o da, Gülağanın yaşadığı evin qarşısına getmiş və ora çatdıqda Gülağanın meyitinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerinə getdikdə o, bilmişdir ki, Gülağanı qəsəbə sakini Zakirin oğlu Zamir bıçaqla vuraraq qətlə yetirmiş və Zamir hadisədən sonra polisə gedərək təslim olmuşdur. (cild 2, iş vərəqə 13-15) Şahid9 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsində anası və qardaşı ilə birlikdə yaşayır. Adı Şahin olsa da, tanışlarının bəziləri onu “Şoşi” deyə çağırır. Özü vətən müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs tanısa da, Zərərçəkmiş şəxs tanımamışdır. O, Təqsirləndirilən şəxs yaxşı bir insan kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 10 radələrində yaşadığı Qobu qəsəbəsində “Haş Hüseynli” məhəlləsində keçdiyi vaxt arxadan bir nəfərin “sən kimsən” deyə səsləndiyini eşitmişdir. O, arxaya döndükdə həmin şəxsin qəsəbə sakini olduğunu görüb “Şahin” deyə cavab vermişdir. Həmin şəxsi üzdən tanısa da, adını bilmir. Həmin şəxs ona “nə Şahin” dedikdə bu dəfə “Şana məhəlləsindən Şahin” deyə cavab vermişdir. Bu vaxt həmin şəxs ona“o kimdir, yerdə uzanıb” demiş və o, sola doğru baxdıqda yerdə bir nəfərin uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Yaxınlaşıb mobil telefonunun işığını həmin şəxsə doğru tutduqda, üzərində bir neçə xəsarət olduğunu görüb, qətlə yetirildiyini anlamışdır. Lakin öldürülən şəxsin kim olduğunu bilməmiş, tanımamışdır. Yalnız sonradan bilmişdir ki, qətlə yetirilmiş şəxs Zərərçəkmiş şəxsdir.Bundan sonra ona səslənən şəxs avtomobilini həyətinə doğru sürüb darvazanı bağlamış və o, orada tək qalmışdır. Lakin o, özünü itirməyib yerdə uzanıqlı vəziyyətdə olan şəxsin hansı evdə yaşadığını müəyyən etmək üçün yaxınlaşıb ətrafdakı evlərindən birinin qapısını əli ilə döymüş, amma qapını açan olmamışdır. Bu vaxt yandakı evin həyətinə giriş darvazasının bir qədər aralı olduğunu görüb, yaxınlaşaraq həmin darvazanı açmış və bir qədər içəri keçərək “kömək edin, kömək edin” deyə səslənmişdir. Elə bu vaxt səsinə həmin həyətdəki evdən qəsəbə sakini Natiqin çıxdığını görmüşdür. Natiq qəsəbədə Natıbala ləqəbi ilə tanınır. Natıq ona yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncuya çöldə meyit olduğunu demişdir. Bundan sonra Natiqlə birlikdə darvazadan çölə çıxmışlar və Natiq yerdə uzanıqlı vəziyyətdə olan meyiti görüb təntimiş və kəkələyə-kəkələyə meyitin Gülağaya məxsus olduğunu bildirmişdir. Natiq meyiti görüb həmçinin “kömək edin, təcili yardım çağırın, bəlkədə sağdır” deyə qışqırmağa başlamışdır. Bir qədər sonra ora qəsəbə sakinləri toplaşmış və daha sonra o, oradan uzaqlaşmışdır. Sonradan qəsəbə sakinlərindən eşitmişdir ki, Gülağanı Təqsirləndirilən şəxs bıçaqla vuraraq qətlə yetirmişdir. Zərərçəkmiş şəxs sağlığında narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuş, qəsəbə sakinləri arasında məhz belə tanınmışdır. ( cild 2, iş vərəqə 20-23) Şahid10 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Abşeron RİHB-nin Qobu Qəsəbə İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Qobu qəsəbə sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisədən sonra bilmişdir ki, onların hər ikisi narkotik vasitə istifadəçisi olmuşlar. O, Gülağa ilə Zamir arasında əvvəllər hər hansı bir mübahisə, ədavət və ya düşmənçilik olub-olmamasını bilmir. 30 aprel 2022-ci il tarixdə axşam saatlarında qəsəbə ərazisində Əli Bayramov küçəsindən keçdiyi vaxt evlərin birinin qarşısında bir nəfər kişi meyitinin yerdə uzanıqlı vəziyyətdə olduğu, meyitdən qan axdığını görmüşdür. Həmin vaxt ətrafda təxminən 10-15 nəfər qəsəbə sakinidə var idi. Lakin gecə vaxtı olduğundan, orada olan şəxslərin konkret kimlər olduqlarını bilməmişdir. Həmin şəxslərdən yerdə uzanıqlı vəziyyətdə olan şəxsin kimliyini soruşduqda ona qəsəbə sakini Zərərçəkmiş şəxs olduğunu və sonuncunun Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini bildirmişlər. Həmin şəxslərdən həmçinin hadisənin bir başa şahidi olub-olmadıqlarını soruşduqda, ona hadisənin şahidi olmadıqlarını bildirmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. (cild 1, iş vərəqə 114-116) Şahid Məmmədov Şahid11 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 1985-ci ildən ailəsi birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs qəsəbə sakinləri arasında mənfi xarakterizə edilən biri olmuşdur. Belə ki, Gülağa sağlığında həm narkotik vasitə istifadəçisi olmuş, həm də, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Hətta bir neçə il əvvəl Gülağa onun oğlu Elxana birlikdə narkotik vasitə satmağı təklif etmişdir. Elxan bu barədə ona bildirdikdə o qəzəblənərək Gülağaya “birdə oğluma narkotik vasitə satmağı təklif etsən səni öldürəcəm” deyərək sonuncunu hədələmişdir. Bundan sonra Gülağa Elxana bir daha birlikdə narkotik satmağı təklif etməmişdir. Gülağa sağlığında qəsəbə sakinlərindən çox cavanları bədbəxt etmiş, onların narkotik vasitə istifadəçisi olmalarına səbəbkar olmuşdur. Gülağa məhz narkotik vasitə istifadəçisi olduğu üçün ailəsi də dağılmışdır. Hətta Zərərçəkmiş şəxs bir neçə il əvvəl yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirdiyi üçün məhkum həyatı da, yaşamışdır. O, Təqsirləndirilən şəxs tanımasa da, sonuncunun atası Zakiri yaxşı bir insan kimi tanıyır 01 may 2022-ci il tarixdə səhər saatlarında qəsəbə sakinlərindən Zakirin oğlu Zamirin Zərərçəkmiş şəxs bıçaqla vuraraq qətlə yetirdiyini eşitmişdir. Lakin o, Zamirin Gülağanı hansı səbəbdən öldürməsini bilmir. Ola bilsin ki, Zamir Gülağanı məhz narkotik vasitə satmağı təklif etdiyi üçün öldürmüşdür. Çünki bir neçə ilə əvvəl Gülağa onun oğlu Elxana da, birlikdə narkotik vasitə satmağı təklif etmişdir. ( cild 1, iş vərəqə 205-207) Şahid Məmmədov Şahid12 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qonşususudur. Təqsirləndirilən şəxs isə qonşuluqda yaşayan həmkəndlisidir. Zərərçəkmiş şəxs sağlığında Əli Bayramov küçəsində özünə məxsus evdə tək yaşamışdır. Təxminən 20 il əvvəl sonuncu ailəsindən ayrılmışdır. Gülağa narkotik vasitə istifadəçisi olmuşdur. Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisi olduğu üçün o, həmişə sonuncuda uzaq gəzmiş, qarşılaşdıqda salam belə verməmişdir. Hətta Gülağa bir neçə il əvvəl yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirdiyi üçün məhkum həyatı da, yaşamışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün kəndin əksər sakinləri Zərərçəkmiş şəxslə münasibət saxlamamışdır. Təqsirləndirilən şəxs və onun ailə üzvlərini isə yaxşı insanlar kimi tanımışdır. 30 aprel 2022-ci il tarixdə axşam saatlarında oğlu Firuz onun istifadəsində olan mobil nömrəyə zəng edib Gülağanın öldürüldüyü bildirmişdir. O, sonradan bilmişdir ki, X7 öldürmüşdür. X13 hansı səbəbdən öldürdüyünü bilmir. ( cild 1, iş vərəqə 208-210) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, yaşadıqları kənddə kimsə narkotik vasitə alıb-satırsa ona pis baxılır. Zamir Gülağanının camaatın uşağını zəhərləməsini qəbul edə bilməmişdir. Gülağa əvvəl şofer olmuş, son zamanlar narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Gülağa barəsində təbdir görülməsini və ya tutulub aparılmasını eşitməmişdir. Təqsirləndirilən şəxslə ölən şəxsin arasında mübahisənin səbəbi Gülağanın narkotik vasitə satışı ilə məşğul olması olmuşdur. Onlar Gülağanın narkotik vasitə satışı ilə məşğul olması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Gülağanın işləməyini görməmişdir. Hamı onun pis işlərlə məşğul olduğunu, narkotik vasitə sataraq cavanları zəhərlədiyini demişdir. Təqsirləndirilən şəxslə Gülağanın mübahisələri buna görə yaranmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinin qarşısıdır.(cild 1, iş vərəqə 4-6) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş 30 aprel 2022-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 23:20-də, yəni cinayət hadisəsini törətdikdən sonra Qobu PB-nə könüllü gələrək, Zərərçəkmiş şəxs qətlə yetirdiyini bildirərək təslim olmuş və cinayəti tərədərkən istifadə etdiyi bıçağı könüllü olaraq təqdim etmişdir. (Cild 1, iş vərəqə 47) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ********** saylı mobil nömrə Zərərçəkmiş şəxs, ********** saylı mobil nömrə isə Təqsirləndirilən şəxs qardaşı X6 adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə hadisənin baş verdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14:39-da (37 saniyə), saat 14:43-də (04 saniyə), saat 21:08-də (38 saniyə) və saat 21:31də (10 saniyə) zəng olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:32-də (31 saniyə) zəng olunmuşdur. Diskə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə və Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrə onlar arasında danışıqların, həmçinin sonuncu danışığında aparıladığı vaxt və hadisənin baş verdiyi vaxt Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində aktiv olmuşdur.( Cild 1, iş vərəqə 233) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 30 may 2022-ci il tarixli 60 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən - döş qəfəsinin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin 1 (bir) ədəd, həmçinin döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd (ümumilikdə 3 (üç) ədəd) plevra boşluğuna nüfuz edən, sağ ağ ciyərin orta və aşağı paylarını, ürək kisəsini və ürəyin sol mədəciyini dəlib-keçən, iki tərəfli hemotoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaraları həm ayrıayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin ön səthinin 2 (iki) ədəd, həmçinin döş qəfəsinin sağ yarısının 3 (üç) ədəd və döş qəfəsinin sol yarısının 1 (bir) ədəd döş boşluğuna nüfuz etməyən, eləcə də sağ bazunun 2 (iki) ədəd, sağ saidin 1 (bir) ədəd və sol əlin 1 (bir) ədəd deşilmişkəsilmiş və kəsilmiş yaraları (ümumilikdə 10 (on) ədəd) dərəcəsinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə YÜNGÜL zərəvurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlər iti deşici-kəsici alətin (alətlərin) təsirindən, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim olunmuş xəncər və ya ona oxşar bıçaqlar təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdilər Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - döş boşluğuna nüfuz edərək sağ ağciyərin, ürək kissəsini və ürəyi yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaralar olmuşdur, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanadakı müayinəsindən (xx.xx.2022 saat 11:00) 12-14 saat əvvəl baş vermişdir, bu da qərarda qeyd olunan 30 aprel 2022-ci il saat 22 radələrinə uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.( cild 2, iş vərəqə 26-34) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə tibbikriminalistik ekspertizasının 28 iyun 2022-ci il tarixli 282-2022/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçənin sağ yaxalığın ön səthində dörd ədəd, idman gödəkçənin sağ qolunun ön yuxarı səthində iki ədəd, idman gödəkçənin sağ qolunun arxa səthində iki ədəd, idman gödəkçənin sol qolunun arxa səthində bir ədəd, idman gödəkçənin arxa səthinin sağ nahiyəsində bir ədəd; köynəyin ön səthinin sol nahiyəsində üç ədəd, köynəyin ön səthinin orta nahiyəsində bir ədəd, köynəyin ön səthinin sağ nahiyəsində dörd ədəd, köynəyin sağ qolun ön səthində iki ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində bir ədəd; maykanın ön səthinin sol nahiyəsində bir ədəd, maykanın ön səthinin orta nahiyəsində iki ədəd, maykanın ön səthinin sağ yuxarı nahiyəsində üç ədəd, maykanın sağ qol tikişində bir ədəd, maykanın arxa səthinin sol nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində, düymə bağlanan nahiyədə bir ədəd cırılma zədəsi aşkar olundu. Bu da, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, mayka, şalvar, kəmər və papaq üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Həmin rəydə həmçinin göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş predmet kustar üsulu ilə hazırlanmış xəncərdir və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir, üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişikllik edilməmişdir. ( cild 1, iş vərəqə 225-229) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli 3854 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.( cild 1, iş vərəqə 40-41) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 2638 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, nümayişkaranəlik, inadkarlıq, konfliktə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. ( cild 2, iş vərəqə 44-47) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2022-ci il tarixli 7/675 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı əynindəki şalvarın cibindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə olan bir ədəd kağız bükülü tədqiqata təqdim edilmişdir. Qeyd olunan tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,176 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. ( cild 2, iş vərəqə 38) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut qismində tanınmış –1 ədəd xəncər (qını ilə birlikdə), hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş ön hissəsi zərcirbəndlə bağlanan qara rəngli gödəkcə, ön hissəsində üfüqi istiqamətdə göy rəngli naxışı olan qara rəngli uzunqol köynək, ön hissəsi zərcirbəndlə bağlanan cins materialdan göy rəngli şalvar, suni dəridən qara rəngli kəmər, ağ rəngli qolsuz mayka, qara rəngli papaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş və sonuncunun meyitinə baxış zamanı götürülmüş ağ rəngli 3 düymə köynək, ön hissəsi zəncirbəndlə bağlanan boz rəngli papaqlı gödəkcə, boz rəngli qolsuz mayka, və üzərində dama-dama naxışları olan tünd göy rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan 3 ədəd daş və 2 ədəd qanabənzər nümunə, habelə Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı əynindəki şalvarın cibindən götürülmüş içərisində təmiz çəkisi 0,176 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağına təvhil verilmişdir. ( cild 1, iş vərəqə 72-86) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Ağaliyev X9 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. (cild 1, iş vərəqə 199-200) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 1(001)226/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.( cild 2, iş vərəqə 48-55) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 201- 202) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2012-ci il tarixli 1(101)-177/2012 nömrəli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2. və 237.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə əmlakı müsadirə olunmadan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Zərərçəkmiş şəxs qəti olaraq əmlakı müsadirə olunmadan 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4cü maddəsinə müvafiq olaraq Zərərçəkmiş şəxs narkomaniyadan məcburi müalicə təyin olunmuş və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmüşdür. ( cild 2, iş vərəqə 65- 70) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobu qəsəbəsi C.Cabbarlı küçəsi 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır, ailə üzvləri atası Şahid6 Ağalı oğlundan, anası Şahid7 və qardaşları X2 və X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, iş vərəqə 189-190) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs sağlığında Qobu qəsəbəsi Ə.Bayramov küçəsi 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda tək yaşamışdır. Zərərçəkmiş şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. ( cild 1, iş vərəqə 187-188) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, həmçinin əlavə şahid qismində dindirilmiş X12 və X4 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onlar hadisənin şahidi olmamışlar və verdikləri ifadələr təqsirləndirilən şəxslə tanışlıq münasibətinin olması ilə əlaqədar obyektik hesab edilmir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması və cinayətin alətini təqdim etməsi əməlində Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 may 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 13-14, 95-98) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 may 2022-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağına təvhil verilmiş 1 ədəd xəncər (qını ilə birlikdə), hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, qara rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli kəmər, ağ rəngli qolsuz mayka, qara rəngli papaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli köynək, boz rəngli gödəkcə, boz rəngli qolsuz mayka, və tünd göy rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan 3 ədəd daş və 2 ədəd qanabənzər nümunə, qalıq çəkisi 0,156 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsas tutaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsə aid edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 228.4-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü maddəsi üzrə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağına təvhil verilmiş 1 ədəd xəncər (qını ilə birlikdə), hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, qara rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli kəmər, ağ rəngli qolsuz mayka, qara rəngli papaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli köynək, boz rəngli gödəkcə, boz rəngli qolsuz mayka, və tünd göy rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan 3 ədəd daş və 2 ədəd qanabənzər nümunə, qalıq çəkisi 0,156 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-18/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-18/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver