Məhkəmə qərarları › İş №1(124)-18/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-18/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-18/2025 22.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Nizami oğlunun sədrliyi, X9 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Bakı şəhər 5 saylı Vəkil Bürosu vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,461 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2023-cü tarixdə saat 14:10-da ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 16:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4,461 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham aktının onunla heç bir bağlılığı yoxdur. 17 aprel 2023-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqka Mübarizə İdarəsinin əməkdaşları ona zəng edərək özlərini başqa bir əməkdaş kimi təqdim etmişlər. Leo Bankdan kart sifariş verdiyini demişlər. O, kart sifariş vermədiyini bildirmişdir. Ona aydınlaşdırdıqdan sonra əlaqə saxlayacaqlarını bildirmişlər. Telefonu söndürdükdən bir saat sonra yenə zəng gəlmişdir. Ona onun nömrəsinin əvvəllər başqa bir adamın adına olduğunu bildirmişlər. Həmin adamın da kart sifariş verdiyini demişlər. Nömrənin yenidən satışa çıxdığını və onun həmin nömrəni aldığını demişlər. Həqiqətən də hadisələr elə cəryan etmişdir. O, doğurdan da, həmin nömrəni təxminən bir ildir ki, almışdır. Ona “konum göndər və kartı kuryer gətirsin” demişlər. ***-***-**-** nömrəsi onun istifadəsində olmuşdur. Onun iki nömrəsi olmuşdur. Ona “nömrəni almısız və kart sizin adınıza keçmişdir” demişlər. O həmin vaxt Novxanı adlanan yerdə işləmişdir. Whatsapp sosial şəbəkəsi ilə ona zəng gələn nömrəyə konum göndərmişdir. Novxanıda dam ustası kimi işləmişdir. Konumu göndərəndən sonra kuryerin gətirəcəklərini bildirmişlər. Üstündən yarım saat keçəndən sonra ona zəng edərək yola çıxmasını istəmişlər. O da telefonla danışa-danışa yola çıxmışdır. Onların polis əməkdaşları olduqlarını bilməmişdir. O yola çıxdıqda ona yaxınlaşmış və Daxili İşlər Nazirliyinin əməkdaşları olduqlarını bildirərək ona avtomobilə əyləşməsini təklif etmişlər. O, avtomobilə əyləşdikdə ona “sən kriminalı təbliğ edirsən” deyə sual ünvanlamışlar. O, instagram sosial şəbəkəsindən pulla səhifə almışdır. Aldığını şəxsi isə tanımamışdır. Səhifənin adı dəqiq yadında deyil. Həmin səhifəni işlədən adam əvvəllər həmin səhifədə kriminal videolar paylaşmışlar. Həmin səhifənin 8 min izləyicisi olmuşdur. Profili alandan bir ay sonra Baş Polis İdarəsi onu çağırmışdır. İfadəni alıb buraxacaqlarını bildirmişlər. Ona krimanalı təbliğ edib-etməməyimi soruşduqdan sonra profili ondan alaraq “get işinlə məşğul ol” demişlər. Daha sonra onun kriminallıqla heç bir aidiyyatı olmadığını görmüşlər. Onu yola salmışlar və o da çıxıb getmişdir. Üstündən bir müddət keçdikdən sonra yenə ona zəng gəlmişdir. O, avtomobildə olarkən polis əməkdaşı avtomobili saxlayaraq avtomobildən düşərək harasa zəng etmişdir. Telefonda kiməsə “rəis Təqsirləndirilən şəxs götürmüşük və onun telefonunda elə bir səhifə yoxdur” demişdir. Onu dördüncü mərtəbəyə apararaq rəis müavininin otağına salmışlar. Orda rəis müavini “aparın boynuna narkotiki qoyun” demişdir. Ona bu narkotiki boynuna götürməsən evindən bir kiloqram narkotik çıxardacaqlarını demişlər. İnstagramda həmin səhifəni aldıqda aldığı adam profili təmizləyib adını dəyişdirərək ona vermişdir. O həmin səhifədə əvvəllər nə məzmunda paylaşımların olduğunu bilməmişdir. Onun kriminallıqla əlaqəsi olmamışdır. Onun ailəsində, ümumiyyətlə yaxın qohum və əqrabasında narkotiklə bağlı anlayış yoxdur. Narkotiki sən boynuna götürməsən evindən bir kiloqram narkotik çıxardacaqlarını bildirmişlər. Onu ailəsi ilə hədələmişlər. O tutulana qədər narkotikin hər hansı bir növündən istifadə etməmişdir. Ona fiziki təsir elə də çox göstərməmişlər. Onu vurmuşlar. Rəis müavini otağında digər əməkdaşa onu vurması göstərişini vermişdir. Sonra “boynuna narkotik qoy və yola sal getsin” demişlər. Onun gözlə görünən xəsarəti olmamışdır. Psixiloji təzyiq evindən narkotik çıxardacaqları ilə bağlı hədələrdir. O, çəkilişdə etiraf etmişdir. Əməliyyatçı ona çəkilişdən əvvəl “satış məqsədim olmadan götürdüyünü deyərsən” demişdir. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmədə narkotik vasitənin onun olmadığını bildirməmişdir. Onun anlayışı olmadığına görə bildirməmişdir. Onu satın aldığı instagram səhifəsi ilə polisə çağırmaqlarını xatırlayır. Həmin səhifəni uzun müddət əvvəl almışdır. O heç bir vaxt narkotik istifadə etməmişdir. Həmin səhifə ilə əlaqədar onu saxladıqlarını düşünmüşdür. Telefonda həmin səhifənin telefonda olub-olmamasına baxmışlar. Həmin səhifənin ona məxsus olduğunu onlara deməyəcəyi təqdirdə onun cibindən çəkiliş vasitəsi ilə narkotik vasitə çıxaracaqlarını bildirmişlər. O ayın 17-si tutulmuş və ayın 18-i analiz üçün aparılmışdır. Analizlə sanksiya eyni gündə olmuşdur. Səhəri gün məhkəməyə çıxarılmışdır. Ayın 18-i səhər analiz üçün onu aparmışlar. Günortadan sonra onu yenidən idarəyə gətirmişlər. Məhkəmədən sonra onu Kürdəxanıya aparmışlar. Məhkəməyə təqribən günortadan sonra saat dörd və ya beşdə aparılmışdır. Sidikdən və qandan analiz vermişdir. Ayın 18-i hardasa saat 11-12 arası analizə aparılmışdır. Həmin vaxtı onda saat və telefon olmamışdır. O təqribi saatı deyə bilməmişdir. Həmin günü səhər yuxudan oyanmış və yemək yemişdir. Ondan yarım saat sonra analizə aparılmışdır. Səhər yeməyini saat səkkizdə yemişdir. Səhər yeməyinə çay, pendir və çörək vermişlər. Analizə idarənin avtomobili ilə getmişdir. Avtomobildə onunla bərabər dörd nəfər də olmuşdur. Yolda olarkən ona kola verilmişdir. Daha sonra su və dönər verilmişdir. Yolda olarkən avtomobili saxlamış və kola almışlar. Həmin kolanı ona vermişlər. Onun yanında əyləşən ikinci bir dustağa da kola vermişlər. Adını bilməmiş və həmin şəxsi tanımamışdır. Dönər yeməsi üçün verilmişdir. Analiz üçün gedəndə onu aparan şəxslərdən heç bir şey istəməmişdir. Həmin gün 18 aprel 2023-cü il olmuşdur. Onu analiz üçün otağa tək salmışlar. Qanından və sidiyindən nümunələr götürmüşlər. Eyni tərkibdə onlar geri qayıtmışlar. İdarəyə onlar nahardan sonra qayıtmışlar. O, nahardan sonra geri qayıdandan təxminən bir saat sonra məhkəməyə aparılmışdır. Saat iki olanda qayıtmışdır. Məhkəməyə özü tək çıxmışdır. Məhkəməyə aparılanda onlar üç nəfər olmuşdur. Həmin şəxslərin ikisi onunla bir yerdə analizdə olmuşlar. Həmin şəxslərin içərisində biri onunla bir yerdə cola içmişlər. Nərimanov rayon Məhkəməsinə aparılmışdır. Həmin şəxslərin biri onunla bir yerdə geri qayıtmışdır. Ona dörd ay həbs verilmişdir. Hamıya dörd ay həbs verilmişdir. İdarəyə qayıdanda hava yavaş-yavaş qaralmışdır. Digər təqsirləndirilən şəxslərin biri onun yanında saxlanılırdı. Hamısı narkotik vasitələr ilə əlaqədar saxlanılmış idi. Səhəri gün ikisi ilə birlikdə təcridxanaya aparılmışdır. Analizə digər şəxs onlarla bir yerdə getməmişdir. Həmin şəxs sanksiyaya çıxarılmamışdır. Ayın 19da Kürdəxanıya aparılmışlar. O həmin şəxslərlə Kürdəxanıda görüşməmişdir. Onlardan xəbəri olmamışdır. Onları görsə tanıyar, lakin adlarını bilmir. Sanksiya məhkəməsində onların dediklərini deməsə onu təzyiq altında saxlayacaqlarını bildirmişlər. O tutulduğu gün kart almaq üçün çölə çıxmışdır. O ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə etmişdir. O həmin nömrələrlə narkotiklərlə bağlı hər hansı bir şəxslə yazışmamış və danışmamışdır. Onun instagram direktində narkotiklərlə bağlı yazışması və danışması olmamışdır. Ona 17 aprel 2023-cü ildə zəng gəlmişdir. Həmin vaxt saat təxminən ikinin yarısı olmuşdur. Haradasa saat iki tamamda yolda əməkdaşları görmüşdür. O, yola çıxarkən iş geyimində olmuşdur. Üzərimdə cins şalvar, ağ köynək və gödəkcəyə bənzər paltar olmuşdur. Cibi cırıx olmamışdır. O həmin formada ictimai nəqliyyatdan istifadə etməmişdir. Evə gedəndə iş geyimini dəyişirmiş. Həmin geyim isə işdə qalırmış. Novxanı bağlarında onunla birgə başqa şəxslər də işləmişdir. Aslanov Məhəmməd, Əliyev Tacəddin və özü birgə işləmişlər. Aslanov Məhəmmədin təqribən 42-43 yaşı olmuşdur. Əliyev Tacəddinin isə təxminən 37-38 yaşı olmuşdur. Həmin şəxslər onun həmkəndliləridir. Məhəmməd onun qonşusudur. Tacəddin isə qonşu kənddəndir. O həmin şəxsləri rayondan tanımışdır. Onlara kart sifarişi vermədiyini demişdir. Zəng edən şəxslər ona əlavə kartın hazır olduğunu, şəhər yeri olduğu üçün işinə yarayacağını bildirmişlər. Dörd nəfər avtomobildən düşmüşlər. Salam vermək üçün əl uzatmışdır. Qolundan tutmuş Daxili İşlər Nazirliyindən olduqlarını və avtomobilə əyləşməli olduğunu bildirmişlər. Biri sağında, biri solunda, ikisi də ön oturacaqlarda əyləşmişlər. Heç bir xidməti vəsiqə göstərilməmişdir. O, Poliklinikaya yaxın bir yerdə işləyirmiş. Onu orada saxlamışlar. Geyiminə baxış keçirilməmişdir. Təkcə telefonunu götürmüşlər. Təxminən saat üçə on beş dəqiqə və ya iyirmi dəqiqə işləmişdir. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Təxminən onlar idarəyə gələndə saat üç olmuşdur. Əsas giriş qapıdan giriş etmişlər. Onun telefonu həmin vaxtı üzərində deyilmiş. Təxminən onlar 40 dəqiqə yol gəlmişlər. Birbaşa rəis müavinin otağına aparmışlar. Dördüncü mərtəbəyə onu aparmışlar. Otağa girdikdən sonra onun üstünə qışqırmağa başlamışlar. O, rəisə səhifənin ona məxsus olmadığını bildirmişdir. Bu sözdən sonra ona danışmağa imkan verməmişlər. Onun boynunun arxasından əməliyyatçı vurmuşdur. Onu saxlanılmamışdan 15 gün əvvəl Xətai rayon Polis İdarəsinə dəvət etmişlər. Səhifəni təxminən 1 ay əvvəl almışdır. Səhifəni aldığından 15 gün sonra onu birinci dəfə çağırmışlar. ***-***-**-** nömrəsindən o, Xətai polis İdarəsində olarkən zənglər gəlmişdir. Orda ola-ola ona zəng gəlmişdir. Üstündən 15 gün keçdikdən sonra o, işdə olarkən yenə həmin nömrədən ona zənglər gəlmişdir. Onu boynunun arxasından vurandan sonra onu otağa aparmışlar. Otaq dördüncü mərtəbədə yerləşmişdir. Seyfi açmış və ona “həmin narkotik üzərimdən aşkar olundu” deməsini demişdir. Narkotiki bundan sonra onun qarşısına qoymuşdur. Seyfdən bir büküm narkotik götürmüşdür. Sellofanın içərisindən görünmüşdür. Daha öncə narkotik vasitə görməmişdir. Qarşısına narkotiki qoyana qədər narkotik vasitə görməmişdir. Ona “narkotiki götürmüşəm amma istifadə etmədən tutulmuşam” deməsini tapşırmışlar. O də onların dediklərini demişdir. Onu təzyiq altında saxlamışlar. Daha sonra çəkiliş təşkil olunmuşdur. Çəkiliş saat 17:00-dan sonra baş tutmuşdur. Çəkilişdə təhqiqatçı, narkotiki onun qarşısına qoyan əməliyyatçı, müdafiəçi və başqa əməliyatçılar da iştirak etmişdir. Avtomobildə olanlardan təkcə narkotiki onun qarşısına qoyan iştirak etmişdir. Həmin şəxs də çəkiliş etmişdir. Ümumi olaraq beş nəfər iştirak etmişlər. Çəkilişdə ona nə demişlərsə onu da təkrar etmişdir. Çəkilişdən sonra onu MSY-yə vermişlər. Pəncərədən baxanda hava qaralmışdır. İdarədən çöldə yemək yemiş və kola içmişdir. Tutulandan idarəyə gələnə qədər heç nə yeməmiş və içməmişdir. MSY-də olarkən çay içmiş və yemək yemişdir. Sulu yemək yemişdir. O, MSY-də olarkən çay içmişdir. Səhər narkolojiyə aparılarkən yolda kola alıb vermişlər. Kola açılmış vəziyyətdə olmuşdur. 250 ml-lik kola olmuşdur. Özləri kolanın qapağını açıb ona vermişlər. Qapağını əvvəl açmışlar və daha sonra bağlamışlar. Kolanın açılıb və yenidən bağlanmağı baxan kimi hiss olunmuşdur. Onu ekspertizaya aparanda saat 11 olmuşdur. İdarəyə gəlmiş və yenidən MSY-yə aparılmışdır. Ekspertizaya aparmış və orada analiz götürmüşlər. Sidikdən və qandan analiz vermişdir. Ümumi proses iki və ya üç saat çəkmişdir. Günorta yeməyinə qədər geri qayıtmışlar. Saat birə qədər idarəyə qayıtmışlar. Həmin günü daha ona kola verməmişlər. Həmin günün səhəri məhkəməyə çıxarılmışdır. Günortadan sonra məhkəməyə çıxarılmışdır. Ondan sonra yenidən Baş İdarəyə gətirmişlər. O üç gün idarədə saxlanılmışdır. Həmin günü bir dəfə idarədən çıxarılmışdır. Ayın 19-u Kürdəxanıya aparılmışdır. Həmin vaxt hava qaralmışdır. Məhkəmə zalından idarəyə qayıtmışdır. Məhkəmənin səhəri günü Kürdəxanıya getmişdir. Narkoloji ekspertiza ilə məhkəmə eyni gündə olmuşdur. Bir dəfə müstəntiq idarədə yanına gəlmişdir. Onu çıxarmış və başqa bir otağa salmışlar. Ayın 17-si axşam çəkilişdən sonra izahatı alınmışdır. Həmin vaxtı hava qaralmışdır. 10-15 dəqiqə çəkmişdir. Telefonuna baxış yanında keçirilməmişdir. Xətai rayon Polis İdarəsi onu çağırmış və səhifəsini orada silmişlər. 15 gün sonra tutulmuşdur. Saxlanılan zaman səhifə artıq yox imiş. O, saxlanılan zaman avtomobilə əyləşmişdir. Birinci telefonu ondan almışlar. Ona öz telefonlarından kriminal bir səhifənin profilini göstərərək ona aid olub-olmadığını soruşmuşlar. O da həmin səhifənin ona aid oladığını bildirmişdir. Həmin səhifənin 6 min izləyicisi olmuşdur. Səhifənin ona aid olmadığını dediyi zaman ona inanmamışlar. Bundan sonra telefonla rəisə “ şəxsi götürmüşük və telefonunda elə bir səhifə yoxdur. Nə etmək lazımdır?” deyə soruşmuşlar. O, məhkəməyə analizdən sonra getmişdir. Saatı görmək və soruşmaq imkanı olmamışdır. Heç bir əməkdaşdan saatı soruşmamışdır. Digər şəxslərin analiz verməsini görməmişdir. Ayın on səkkizi dəliliklə bağlı ekspertizadan keçmişdir. Xəsarətlərlə bağlı ekspertizaya getməmişdir. Onu döyməmişlər. Kolanı mənə verəndə ağzı açıq vəziyyətdə olmuş, yəni kolanın ağzını açıb daha sonra bağlamışlar. Kolanın əvvəl açılıbbağlanmasını hiss etmişdir. Kolanı içəndə dadında qəribəlik hiss etməmişdir. Sanksiya məhkəməsinə çıxmamışdan əvvəl ona narkotik vasitəsini şəxsi istifadə məqsədi ilə bağlı götürdüyünü deməsini bildirmişlər. Ona görə də o özünü qismən təqsirli bildiyini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş və həmin ifadənin ona aidiyyatı olmadığını bildirmişdir. Videoçəkiliş zamanı onların əvvəlcədən dediklərini demişdir. Deməsinə səbəb isə ailəsi ilə bağlı hədələmələri olmuşdur. Ata və anası Ağcabədidə yaşayırlar. O onların Ağcəbədiyə gedərək ailəsini idarəyə gətirəcəklərinə inanmışdır. O, instagram səhifəsini 20 manat müqabilində almışdır. Həmin səhifənin 8 min izləyicisi olmuşdur. O səhifəni alanda həmin şəxsdən nə üçün bu səhifəni 20 manata satdığını soruşmuşdur. Səhifə boş idi və heç bir şey paylaşılmamışdır. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Ondan qan nümunəsi götürmüş və ekspertizaya göndərmişlər. Ona narkotiki çayın və ya kolanın içərisində vermişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arada narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. Rayonda yaşamağına baxmayaraq tez-tez Bakı şəhərinə şəxsi işləri ilə əlaqədar olaraq gəlirmiş. İnstagram sosial şəbəkəsində bir nəfər tanımadığı şəxslə tanış olmuş və söhbət əsnasında həmin şəxs narkotik vasitə təşkil edəcəyinə söz vermişdir. 16 aprel 2023-cü il tarixdə Bakı şəhərində olarkən anket məlumatlarını bilmədiyi və mobil nömrəsini xatırlamadığı həmin şəxslə “Vatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq Bakı şəhəri Novxanı adlanan qəsəbədə görüşmüş və ondan 5 qrama yaxın 1 ədəd bükümdə adını “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin əldə etmişdir. Bunun müqabilində həmin şəxsə 20 manat pul vermişdir. Həmin şəxs 30 yaşlarında biri idi və ilk dəfə idi ki, ondan psixotrop maddə almışdır. Əldə etdiyi psixotrop maddənin bir hissəsini özü istifadə etmiş və qalan hissəsini isə cibinə qoymuşdur. Bundan sonra 17 aprel 2023-cü il tarixdə, saat 14:10-da ünvan 3 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə "şüşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 01 siqaret qutusunu və 01 ədəd alışqanı, şalvarının sağ yan cibində olan 01 ədəd "Redmi" markalı mobil telefonu və şalvarının sol arxa cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində "şüşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, lakin həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını, həmin maddənin üstündə olmasından keç kimin məlumatının olmadığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üstündən aşkar edilmiş 01 ədəd siqaret qutusuna baxış keçirilərkən içərisində 04 ədəd siqaretin olması müəyyən edilmişdir. Aşkar edilmiş siqaret qutusu və 01 ədəd alışqan özümə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edildmişdir. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi İlə yenidən ittiham elan edilən zaman Təqsirləndirilən şəxs həmin maddə ilə özünü təqsirli bilmədiyini bildirərək, ifadə verməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. 2023cü ilin aprel ayında şəxsi saxlamışlar. Əvvəlcə şəxs barəsində baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin daxil olmuş məlumat əsasında Abşeron rayonun ərazisində şəxsi saxlamış və Baş İdarəyə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin üzərindən istifadəsində olan mobil telefon və bir büküm narkotik vasitə aşkar olunmuşdur. Həmin bükümü özü istifadə etmədiyini bildirmişdir. Satmaq niyyətinin olmadığını və həmin bükümdən gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat qrupuna o, Şahid2 və Şahid3 daxil olmuşdur. Təqsrləndirilən şəxsə hər hansı bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Şəxsin üzərində saxlanılan zamanı mobil telefonu olmuşdur. Şəxsin instaqram səhifəsinin olması və orada kriminal paylaşımların olması məlumatı onlarda olmamışdır. O, BMCİ-nin baş əməliyyat müvəkkilidir. Səkkiz ildir həmin idarədə işləyir. 2023-cü ilin aprel ayında şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda şəxsin qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Dərhal raporta dərkənar qoyulmuş və növbəti addımlar yerinə yetirilmişdir. Məlumatda ehtimal kimi təqsirləndirilən şəxsin hazırda harada olması göstərilmişdir. Bəzən məlumatda səhvliklərin olmasına baxmayaraq təqsirləndirilən şəxs məhz məlumatda göstərilən ərazidə olmuşdur. Əlimizlə qoymuş kimi şəxsi tapmamışlar. Məlumat sadecə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin dəqiq saxlandığı ünvanı xatırlamamışdır. Yolda tək olmuşdur. Üzərindən bir ildə çox vaxt keçdiyinə görə əlində nə olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs həmin vaxtı mövsümə uyğun geyim geyinmişdir. Onlar həmin vaxtı üç nəfər olmuşlar. Şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Ona onlarla birgə baş idarəyə getməli olduğunu bildirmişlər. Şəxs onlarla razılaşaraq müqavimət göstərmədən gəlmişdir. Təqsirləndirilən şəxsi saxlamamışdan əvvəl zəng etməmişlər. ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Hal-hazırda da həmin nömrədən istifadə edir. Ola bilər ki, həmin gün şəxsi telefonundan yox, “ratsiyadan” istifadə etmişdir. Şəxsi günorta saatlarında saxlamışlar. Saat 13:00-16:00 arası olmuşdur. Şəxsi avtomobilin arxa oturacağında əyləşdirmişlər. Arxada təqsirləndirilən şəxsin yanında Ceyhun və Fərid əyləşmişdir. Şəxsə hər hansı bir təzyiq olunmamışdır. Şəxsi saxlayarkən qərar göstərmişlər. Tədbirin keçirilməsi ilə bağlı qərar olmuşdur. Qərarın tarixini xatırlamamışdır. Qərarın yazılması üçün protokol hissəsini bilməmişdir. Daha sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun yaradılması ilə bağlı göstərişin verilməsi onun səlahiyyəti daxilində deyil. Dediyi proseslərin hamsını bir saat ərzində etməkləri mümkündür. Saat birə qədər eyni gündə etmişlər. Onlar təqsirləndirilən şəxsi qərarın qısa məzmunu ilə tanış etmişlər. Onlara heç bir müqavimət göstərməmişlər. Şəxsin saxlanıldığı yerdən bir başa idarəyə gəlmişlər. İdarəyə gələndə saat 13:00-16:00 arası olmuşdur. Dediyi bütün proseslər həmin saat ərzində olmuşdur. Saatı dəqiq xatırlamamışdır. Şəxsi saxlayan kimi dərhal idarəyə gəlmişlər. Coşqunu Baş İdarədə yerləşən otaqların birinə aparmışlar. Təqsirləndirilən şəxsi döyməmişlər. Otağın neçənci mərtəbədə yerləşdiyi yadında deyil. Daha sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxslə müdafiəçi arasında konfidensial görüş olmuşdur. Çəkilişin kim tərəfdən aparılması onun yadında deyil. O xidmət etdiyi dövrdə bəzən çəkilişi özü aparmışdır. Çəkilişdən əvvəl təqsirləndirilən şəxsə növbətçi vəkillərin siyahısı təqdim olunmuşdur. Müdafiəçini şəxsən özü seçməmişdir. Növbətçi olan ilk vəkilin adını çəkən zaman etiraz etməmişdir. Vəkil gəlib çatandan sonra çəkiliş aparılmışdır. Şəxsi saxlayan zaman üzərinə axtarış keçirməmişlər. Dərhal İdarəyə gətirmişlər. Şəxsin üzərindən mobil telefonla, metamfetaminə bənzər bir büküm aşkar olunmuşdur. Çəkisi yadında deyil. Çəkiliş zamanı narkotik vasitlərindən istifadə etmədiyini, 20 manata aldığını və gələcəkdə istifadə edəcəyini bildirmişdir. Çəkilişdən sonra protokol yazılmışdır. Təhqiqatçının etdiyi hərəkətlərdir. Daha sonra təqsirləndirilən şəxsi görməyini xatırlamamışdır. Təqsirləndirilən şəxsi ekspertizaya aparıb-aparmamağını xatırlamamışdır. Təqsirləndirilən şəxsi yaşadığı mənzildən saxladıqları yerə onlar çağırmamışlar. Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə elə ifadə vermişdir. Onlar tərəfdən ona heç bir şey içizdirilməmişdir. Onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxsi narkotiklə bağlı saxlamışlar. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna siyahıda şahid qismində göstərilmiş şəxslər daxil olmuşdur. Abşeron rayon Masazır qəsəbəsindən 2023-cü ilin aprel ayının on yeddisində əməliyyat tədbiri keçirilmişdir. Günorta saat bir və ya iki arası şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Baş idarəyə dəvət etmişlər. Baş İdarədə üzərinə baxış keçirilən zaman özünün şüşə kimi adlandırdığı bir büküm metamfetaminə bənzər narkotik vasitə aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Bir təqsirləndirilən şəxsin üzərindən mobil telefon aşkar olunmuşdur. Mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Narkotiki haradan əldə olunması soruşulduqda bir gün əvvəl əldə etdiyini bildirmişdir. Əməliyyat qrupuna üç nəfər daxil olmuşdur. Şəxsi bir avtomobillə gətirən zaman arxa oturacaqların birində əyləşdirirlər. Təqsirləndirilən şəxs həmin günü çirkli paltarda olmuşdur. Şəxsi saxlayan zaman baxış keçirməmişlər. Şəxsi saxlayan zaman yolun kənarında dayanmışdır. Ünvan dəqiq yadında deyildir. Onlar Coşquna zəng vurmamışlar. Coşqunun nə üçün yolun kənarında dayandığını bilməmişdir. Onlar tərəfdən ona zəng olunmamışdır. Daxil olmuş məlumatda şəxsin olduğu ünvan təxmini deyilmişdir. Şəxsi saxlayan zaman saat təxminən iki olmuşdur. Oradan da BMCİ-yə getmişlər. Saat neçədə idarəyə gəldiklərini bilməmişdir. Masazırdan həmin idarəyə nə qədər müddətə getmək olursa o qədər müddətdə idarədə olmuşlar. Normal qaydada getmişlər. Yolda hər hansı bir ünvanda dayanmamışlar. Bir başa təqsirləndirilən şəxsi təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağı birinci mərtəbədə yerləşmişdir. Daha sonra təhqiqatçı protokol tərtib etmişdir. Müdafiəçi dəvət olunmuşdur. Şəxsin üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçının sualı əsasında təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şüşə kimi adlandırdığı narkotik vasitəsinin olduğunu bildirmişdir. Narkotik vasitəni bir gün əvvəl aldığını bildirmişdir. 20 manata aldığını demişdir. O, tədbirdə mobil telefondan istifadə etməmişdir. Şəxsi saxlanılarkən onlara müqavimət göstərməmişdir. Onlarla könüllü şəkildə gəlmişdir. Qərarla tanış etmiş və Baş İdarəyə dəvət etmişlər. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət olunaraq dindirilmiş X1 ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla bir yerdə iki il işləmişdir. Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. Tutulduğu gün bir yerdə günorta yeməyi yemişlər. Həmin vaxtı ona tanımadığı nömrədən zəng gəlmişdir. Qəribə bir nömrə olmuşdur. O, Coşquna “telefona cavab ver və kim olduğunu öyrən” demişdir. O da telefona cavab vermişdir. Telefonda ona Leobank kartını sifariş verdiyini bildirmişlər. Təqsirləndirilən şəxs telefonda danışdığı şəxsə kart sifariş vermədiyini bildirmişdir. Bu zaman o, Coşquna telefonu söndürməsini demişdir. Coşqun telefondakı şəxsə istəmirəm demiş və telefonu söndürmüşdür. Beş və ya on dəqiqə sonra həmin nömrədən yenə zəng gəlmişdir. Telefondakı şəxs “Təqsirləndirilən şəxs siz deyilsiz mi?” deyə soruşmuşdur. Coşqun da təsdiq etmişdir. Həmin şəxs bundan sonra ona məxsus olan kartın hazırda onda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs “konum at və olduğun yerə kartı çatdıraq” deyə bildirmişdir. Təqsirləndirilən şəxsin həmin an telefon danışığını özü eşitmişdir. Onlar həmin vaxt üç nəfər yemək yeyirmişlər. Coşqun ona “Məhəmməd bir dəqiqəlik interneti aç həmin şəxsə konum atım” demişdir. O da onun üçün internet açmışdır. Həmin şəxsə Təqsirləndirilən şəxs konumunu göndərmişdir. Telefondakı şəxsə Əhlimanlı X2 çatdırılmasına görə pul verməli olub-olmadığını soruşmuşdur. Telefonda danışdığı şəxs həmin kartın çatdırılması üçün ödənişə ehtiyac olmadığını bildirmişdir. Ona görə də onun konum atmasına mane olmamışdır. Əgər onlar kartın çatdırılmasına görə Təqsirləndirilən şəxs pul tələb etsəymişlər, o Coşqunun qapıdan çölə çıxmasına icazə verməyəcəkmiş. Konumu atandan bir müddət sonra ona zəng etmiş və konumun müəyyən ərazidən sonra göstərmədiyini söyləmişlər. Onların işlədikləri yerə iki yol vardır. Təqsirləndirilən şəxsin yola çıxdığı tərəfdə kamera olmamışdır. Həmin yerdən təqsirləndirilən şəxsə zəng olunmuşdur. Təqsirləndirilən şəxs həmin yerə çağırmışlar. Coşqun ondan kartı götürmək üçün icazə istəmiş və o da icazə vermişdir. Üç və ya dörd dəqiqə sonra yanındakı şəxsə “get bax Təqsirləndirilən şəxs haradadır” demişdir. Yanındakı şəxs həmin yerdən ona zəng edərək orada heç kimin olmadığını demişdir. İki il ərzində Təqsirləndirilən şəxs arzu olunmayan vərdişlərin aludəçisi olmamışdır. Təqsirləndirilən şəxsin fəhləlik etməsi onun yanından başlamışdır. Onun yanında işə başlamamışdan əvvəl onun olduğu kənddə yaşamışdır. Onun yanına gələndə hələ o, əsgərlikdən yenicə gəlmişdir. Çobanlıq etmişdir. O bir dəfə dostunun evində işləyən zaman ona kömək etmiş və o zamandan onu tanımağa başlamışdır. Həmin işdən sonra da yanında işləməyə başlamışdır. Təqsirləndirilən şəxs elə bir insan olmuşdur ki, hər gecə anası ona zəng edərək gecə yatanda üstünü örtübötmədiyini maraqlanmışdır. Coşqun onun yanında işlədiyi dövrdə kirayədə yaşamışdır. Həmin ev dostlarına məxsus olmuşdur. Tacəddin adlı şəxslə bir yerdə yaşamışlar. Onun özü Mərdəkanda yaşamışdır. Bir yerdə işlədikləri dövrdə işdən qaldığı gün olmamışdır. Günü 25-30 manata işləmişdir. Onun bəzən interneti belə olmamışdır. Əvvəl Keşlə adlanan ərazidə işləmişlər. Yeznəsinin qardaşının evinin üstünü düzəldmişlər. Həmin vaxtı təqsirləndirilən şəxsə zəng gəlmiş və o İdarəyə dəvət olunmuşdur. Şəxs həmin idarədə olduğu müddətdə onu çöldə gözləmişdir. Həmin idarəyə onu özü aparmışdır. Onu orada 3- 4 saat gözləmişdir. Ondan sonra geri qayıtmışdır. Coşqundan “səni nə üçün bura çağırmışlar” deyə soruşmuşdur. O səhifə aldığını və həmin səhifəni işlətdiyinə görə çağrıldığını demişdir. Həmin səhifəni ona sildirərək telefonu özünə qaytarmışlar. X13 rayonunun sakinidir. Cinayət aləminə məxsus olan səhifəni Coşqun özü işlətdiyini və sildirdiklərini demişdir. Coşqun bloqerliklə məşğul olmamışdır. Tutulmamışdan on beş gün əvvəl idarəyə çağrılmışdır. Həmin idarədən onu özü götürərək evinə aparmışdır. Şəxs bizim yanımızdan ayrılanda adi işçi geyimində olmuşdur. Qara köhnə cins şalvarda olmuşdur. O, şəxsin hansı şəraitdə tutulmasını görməmişdir. Məhkəmə baxışında ölkə xaricində olduğu üçün digər proses iştirakçıların da razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış X4 şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verməklə sonuncuların ifadələrində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "Coşqun" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə məlumat daxil olmuş və "Coşqun" adlı şəxs xx.xx.1998-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olamaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1998-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olamaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə eldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən xx.xx.1998-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olamaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 14:10-da ünvan 5 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü saxlanıldığı yerdən həmin avtomobili ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Cinayət işinin materiallarında olan 17 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel may 2023-cü il tarixdə saat 14:10da ünvan 3 ünvanın qarşısında olduğu zaman saxlanılaraq ünvan 6 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 16:00-da şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd bükümdə ümumilikdə təmiz çəkisi 4,461 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18 aprel 2023-cü il tarixli 6/2258 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,461 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qalıq 4,411 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X15 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2023-cü il tarixli 1431/K nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan Heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X15 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 171/MEŞ nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 aprel 2023-cü il tarixli, 2301 nömrəli rəyinə əsasə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əhlimanlı X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, deməsinə görə narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən arabir düşəndə istifadə edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. xx.xx.2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş "xxxx" MMC-dən alınmış diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ğlunun istifadəsində olmuş hər “Redmi" markalı mobil telefon aparatları işlək vəziyyətdə olub, sensor ekranlı, daxili yaddaşlı və antenalıdır. Mobil telefonlar işlək vəziyyətinə gətirilərək daxilinə baxış keçirilən zamanı iş üçün əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-562/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17.04.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2023-cü il tarixdə daxil olmuş 6/130 № sorğuya cavabdan müəyyən olunur ki, xx.xx.1998-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat tapşırığına əsasən müəyyən olunur ki,  Təqsirləndirilən şəxs psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azorbaycan Respublikasının ərazisinə keçirib-keçirmədiyi yoxlanılsın, müsbət halda əvvəllər psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi hallarının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığı yoxlanılsın, müsbət halda əvvəllər kimə, harada və hansı şəraitdə narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satması hallarının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  Təqsirləndirilən şəxs əlaqələri müəyyən edilsin, onların narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələri yoxlanılsın;  Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  Təqsirləndirilən şəxs psixotrop maddəni verən tanımadığı şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının, aidiyyətinin olub-olmadığı yoxlanılsın. Narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin və tapşırıqda göstərilən digər istiqamətlərdə tərəfimizdən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1998-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olamaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edərək evində və üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun narkotik vasitənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin mobil nömrəsindən əldə edilmiş məlumatlarda və telefonuna keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X8 ifadəsinə qiymət verərək qeyd edir ki, sözügedən şahidin və təqsirləndirilən şəxsin özlərinin bildirdiklərinə əsasən müəyyən olunduğu kimi, şahid X10 Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olan həmkəndlisi və tanışdırlar. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadə vermişdir. Həmçinin həmin şahidin ifadəsində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qaldığını bildirsə də məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında buna dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin şəxsi axtarış protokoluna əlavə edilmiş DVD diskdə olan görüntülərə baxılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı br xəsarətin olması müəyyən olunmur. Bundan başqa inayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir.Qeyd olunanlara əsasən məhkəmə, müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması barədə göstərdiklərinin əsassız olduğu qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tutulduğu andan heç bir fiziki və psixi təsirə məruz qalmamış və öz hüquqlarından tam istifadə etməklə ona qarşı irəli sürülmüş ittihamı tamamilə rədd etmək kimi müdafiə taktikası seçmişdir. İbtidai istintaq orqanı isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində toplanmış sübutlara istinadən cinayət işini məhkəməyə göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı ibtidai istintaqda xx.xx.2023-cü il tarixdə özünü təqsirli bilməməsi və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi (xx.xx.2023cü il tarixli ifadə) etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 ( altmış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN BMCMİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 4,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN BMCMİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 4,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar