Məhkəmə qərarları › İş №1(124)-180/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-180/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-180/2022 09.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər- X1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Müqabil oğlu Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X7, xx xxxxxx 1985-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində dörd azyaşlı uşaqları olan, məhkumluğu olmayan, Ağdam şəhəri R.Məmmədov küçəsi ev 17-də qeydiyyatda olan və Bərdə şəhəri 866 ailəlik qəsəbə bina 15, mənzil 24-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 13 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2, sonuncuya məxsus “VAZ-2103 minik” markalı, 66BD073 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Xındırıstan kəndinə getmək istədiyini və avtomobili 14 dekabr 2020-ci il tarixdə həmin kəndində yerləşən polis şöbəsinin yanında qoyacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsindəki evinin qarşısında “VAZ-2103 minik” markalı, 66BD073 dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirib, Bərdə rayonu Yeni şəhərcikdə avtomobilin hissələrini söküb sataraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə 07 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivi M.S.Ordubadi küçəsində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Şahid3 kirayədə yaşadığı evdə olan zaman Şahid3 mobil telefonuna zəng edən taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 Şahid3 ilə hansı münasibətdə olmasını aydınlaşdırmaq bəhanəsi ilə, əslində isə Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu Zərərçəkmiş şəxs1 evində tək olduğunu deyib aldadaraq həmin ünvana dəvət etmiş, orada Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan basqın edərək, yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə, sonra isə evin mətbəxindən götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə sol bazu nahiyyəsindən iki dəfə zərbə vuraraq, ona sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası, sol yanaq nahiyyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı xəsarətlərini yetirməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq, 200 manat dəyərində **********7801 imey “Samsung S7” markalı mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə, 25 manat pulunu və 4800 manat dəyərində olan “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilini vahid niyyətlə 5035 manat məbləğində olan xeyli miqdarda əmlakını ələ keçirib quldurluq etmiş, həmçinin avtomobilin içərisində olan Zərərçəkmiş şəxs1 AZE-******** nömrəli şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədlər olan AC-013549 nömrəli sürücülük vəsiqəsini və “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 Müqabil oğlunun adına olan AC-046298 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirməklə talamış, qabaqcadan əlbir olduğu qrupun üzvü Şahid3 ilə birlikdə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əynində olan paltarlarını soyundurmağa məcbur edib, onun çılpaq vəziyyətdə foto şəkillərini həmin “Samsung S7” markalı mobil telefon ilə çəkmiş, rüsvayedici məlumatlar olan çılpaq foto şəkillərini sosial şəbəkədə yayacağını və foto şəkilləri silmək üçün 2500 manat pul verməsini bədənin müxtəlif nahiyələrinə əli ilə vuraraq zor tətbiq etməklə hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə edib, qrupun üzvü Şahid3 ilə birlikdə Xırdalan dairəsinə gəlmiş və orada Zərərçəkmiş şəxs1 çılpaq vəziyyətdə olan foto şəkillərini silmək üçün tələb etdiyi 2500 manat puldan 300 manatı almış, daha sonra avtomobili idarə edərək birlikdə Qaradağ rayonu Sahil qəsəbəsinə gedərək, orada Zərərçəkmiş şəxs1 avtomobildən düşürdüb, avtomobili idarə etməsini davam edib oradan uzaqlaşaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5335 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, kirayə yaşadığı evdə olduğu zaman Gülnarəyə zəng gəldiyini görmüşdür. Zəng edən şəxsin kimliyini Gülnarədən soruşduğu zaman Gülnarə taksi sürücüsünün onu narahat etdiyini bildirmişdir. O, Gülnarəyə zəng edib həmin şəxsi evə çağırmağını demişdir. Xaləddin onların evinə gəldiyi zaman o, sanitar qovşağında olmuşdur. Xaləddin onlara gecə saat 3 radələrində gəlmişdir. Xaləddin ona bura borcunu almağa gəldiyini demişdir. Xaləddinə bir şillə zərbəsi endirmiş, lakin onun telefon və pulunu götürməmişdir. Xaləddindən telefonu alıb onun arvadına zəng etmək istəmişdir ki, Xaləddinin onun evində nə işi var, lakin Xaləddin yalvardığına görə evinə zəng etməmişdir. Xaləddinin çılpaq şəkillərini çəkməmişdir. Hadisə vaxtı əlində bıçaq olmamışdır. Xaləddinə Bərdə rayonuna getməli olduğunu demiş, Xaləddin onu avtomobili ilə aparmağa razılıq vermişdir. Yolda olarkən Xaləddinin telefonuna zəng gəldiyi üçün Xaləddin çıxıb getmiş, avtomobil onda qalmışdır. Xaləddindən pul almamışdır. Digər Zərərçəkmiş şəxs2 1000 manata avtomobil almış, həmin avtomobilin motoru xarab olduğu üçün, Namiq ona VAZ- 2103 markalı avtomobili vermiş, həmin avtomobili isə metal qəbuluna 300 manata satmışdır. Namiqə qarşı dələduzluq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Şahid3 ilə adlı qadın ilə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad qismində yaşamışdır. 2021-ci ilin fevral ayında Gülnarə Abşeron rayonu Masazır qəsəbəsində kafedə işə düzəlmiş və elə Masazır qəsəbəsində də bir evdə kirayədə qalırmış, elə həmin günlərdə o, da Gülnarənin Masazır qəsəbəsində kirayəyə qaldığı evə gəlib onu Bərdə rayonuna aparacaqmış və iki gün olmuşdur ki, Gülnarə ilə həmin kirayədə qaldığı evdə qalırmış. 07 fevral 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələri olardı görmüşdür ki, Gülnarənin telefonuna zəng gəlir. Gülnarə ondan zəng edən şəxsin kim olduğunu əvvəl gizlətmiş, lakin o, Gülnarədən həmin zəng edən şəxsin kim olmasını soruşduğu üçün Gülnarə demişdir ki, ona zəng edən şəxs bir taksi avtomobilin sürücüsüdür. Gülnarə demişdir ki, həmin taksi avtomobilin sürücüsü ilə bir dəfə yol gedib və sürücü onun nömrəsinə zəng edərək onunla tanış olmaq və onunla yaşamaq istəmişdir. O, da Günarəyə demişdir ki, həmin şəxs ilə telefonda danışsın. Gülnarə də həmin şəxs ilə telefonda danışmış və həmin şəxs demişdir ki, həmin gün yaxşı işləyib pul qazanıb, nə istəyirsə alıb onun evinə gəlmək istəyir. O, da Günarəyə demişdir ki, etiraz etməsin qoy həmin şəxs gəlsin görsün kimdir. Aradan 10-15 dəqiqə sonra həmin şəxs Gülnarə ilə telefonda danışaraq gəldiyini demiş, o, həmin vaxt ayaq yolunda olmuşdur. Gülnarə də həyətin qapısını açaraq həmin şəxsi qarşılamış və birlikdə evə girmişlər. Ondan sonra o, da ayaq yolundan çıxıb evə girib və həmin şəxs onu görən kimi duruxmuş, o, həmin şəxsdən kim olduğunu və gecə bu vaxtı ora nəyə görə gəlməsinin səbəbini soruşmuşdur. Həmin şəxs heç nə deməmiş, o, həmin şəxsdən yenə də Gülnarənin evinə nəyə görə gəlməsini soruşmuş, həmin şəxs demişdir ki, Gülnarənin ona pul borcu var. O, da hirslənib stolun üstündə olan çəngəli götürüb həmin şəxsin sol qolundan vurmuşdur. Həmin vaxt həmin şəxsin mobil telefonunu da almışdır ki, Gülnarənin nömrəsini silməsin. Ondan sonra da həmin şəxs ilə bir qədər sözlə mübahisə etdikdən sonra, demişdir ki, paltarını çıxartsın görək qolundan xəsarət alıb ya yox. Həmin şəxs də gödəkçəsini çıxartmış və baxmışdır ki, qolunda bir az xəsarət yaranmışdır. Həmin şəxsin adı Xaləddin olmuşdur. Xələddin başlamışdı ona yalvarmağa ki, bir səhv edib evinə gəlib, o, bu barədə heç kimə deməsin. O, da Xələddinə demişdir ki, bir böyüyü gəlsin ki, görək gecənin bu vaxtı nəyə görə onun yaşadığı qızın evinə gəlib. Xələddin yalvarmışdır ki, ailəsi bu barədə bilməsin, qardaşını çağırıb onunla söhbət etsin. Ona görə onlar evdən çıxmışlar və Xələddin demişdir ki, qolu ağradığı üçün avtomobili o idarə etsin. Ona görə də o, Xələddinin Mersedes markalı avtomobilinə oturmuş, Xələddin də onun yanında, Gülnarə də arxada oturub avtomobili idarə edərək, Xırdalan dairəsinə gəlmişlər. O, Xələddinə demişdir ki, ya onları Lökbatan dairəsinə aparsın, ya da onları bir taksi ilə yola salsın. Xələddin demişdir ki, siqaret almaq istəyir və ona görə avtomobildən düşüb getmiş siqaret alıb gəlmiş və avtomobilə oturmuş, o, Xələddinə demişdir ki, onları Lökbatan qəsəbəsinə kimi avtomobillə aparsın.Həmin vaxt Xaləddin demişdir ki, qardaşına zəng etmək istəyir. Ona görə Xələddinin telefonunu aldığı üçün öz Samsung markalı telefonunu Xələddinə vermişdir ki, zəng etsin. Elə telefonunun üstündəki ***-***-**-** nömrəsi də Xələddinə verdiyi telefonda qalmışdır. Xələddinin avtomobilini özü idarə edərək Lökbatan dairəsinə getmişlər, yolda Xələddin demişdir ki, anası xəstədir, Sahil qəsəbəsində Xələddin avtomobildən düşmüş və demişdir ki, səhər görüşüb söhbət edər.Xaləddin demişdir ki, yol pulu yoxudur və o, Xələddinə 20 manat da pul vermiş, lakin avtomobili onda qalmışdır. O, avtomobili idarə edərək Kürdəmir rayonuna getmiş və Kürdəmir rayonunda Xələddinin avtomobili xarab olmuş, bu barədə Xələddinə də zəng edib demişdir.O, avtomobili Kürdəmir rayonunda saxlayıb yol maşını ilə Bərdə rayonuna getmiş və səhər yenə Gülnarə ilə Kürdəmir rayonuna gələrək avtomobili yavaş-yavaş sürərək Bərdə rayonuna aparıb orada avtomobili özü təmir edərək ötürücülər qutusunu dəyişmişdir. 23 fevral 2021-ci il tarixdə Xələddinin avtomobil qeydiyyat nömrələrini açıb özünə məxsus avtomobilin 10CZ044 qeydiyyat nömrəsini bağlayıb Gülnarə ilə Bakı şəhərinə gəlirmişlər, Bərdə rayonunda qonşusu Emil ilə rastlaşmış və Emil də Bakı şəhərinə getmək istədiyini bildirdiyi üçün onu da avtomobilə mindirib birlikdə Bakı şəhərinə gəlmişlər. Emil 20 yanvar dairəsində onlardan ayrılıb öz işləri ilə bağlı getmiş, həmin gün axşam tərəfi o, Bakı şəhərində olan Alman aptekindən dərman almağa getmək istəyirmiş, lakin aptekin yerini bilmədiyi üçün Emil ilə zəngləşib onunla görüşərək aptekə gedəndə DYP əməkdaşları onu saxlamışlar. Ondan sonra avtomobilin ona məxsus olmadığını görüb PPX dəvət edib onları polis bölməsinə, sonra isə Abşeron rayon Pİ-nə aparmışlar. Bundan başqa Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla qohumluğu və ədavəti olmamışdır.Təxminən 2020-ci ilin dekabr ayında mən Bərdə rayonunda yerləşən avtomobil bazarından orada makler işləyən Kənanın vasitəsilə Namiq adlı şəxsdən 900 manata VAZ-2107 markalı, 10??375 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobilin etibarnaməsinin müddəti bitdiyi üçün Namiq də ona etibarnamə verə bilməmiş, ona görə də aralarında heç bir sənədləşmə aparılmamışdır. Həmin avtomobil nasaz olduğu üçün onu əlavə təmir etdirmiş və müəyyən ehtiyyat hissələrini dəyişdirmiş, buna görə də onun 600 manat əlavə xərci çıxmışdır. Bir müddətdən sonra həmin avtomobilin mühərrikində nasazlıq yaranmış, buna görə Namiqə zəng etmiş və ona avtomobilin tamamilə nasaz olduğunu və geri qaytarmaq istədiyini bildirmiş, Namiq də razılaşmış və avtomobili gətirməyi demişdir. Həmin avtomobil işə düşmədiyi üçün onu başqa bir avtomobillə qoşqu kimi bağlayıb Ağcabəcbədi rayonu, Hindarx qəsəbəsinə Namiqin yaşadığı evə aparmışdır. Namiq ona demişdir ki, o, avtomobili gətirəndən sonra pulunu verəcək. Lakin o, avtomobil aparmış Namiq ona demişdir ki, gecə vaxtıdır, hazırda pulu yoxdur, səhər gəlib pulunu götürər. O, da narazıçılq etmədən oradan getmiş və səhəri gün Namiqə zəng etmiş, lakin Maniqin telefonuna zəng çatmamışdır. Buna görə də o, tək olaraq Namiqin evinə getmiş və Namiqlə görüşüb ona demişdir ki, avtomobilə çəkdiyi xərcləri hesaba almır, lakin ona verdiyi 900 manat pulu özünə qaytarsın. Namiq də demişdir ki, onun pulum yoxdur, gözləsin, avtomobili mühərrikini düzəltdirib və satandan sonra onun pulunu verəcək. Namiqin evinin yanında avtomobil təmiri sexi də var. Onlar sexdə dayanıb söhbət edirmişlər. O, Namiqə demişdir ki, avtomobili yoxdur, onda digər avtomobilini ona versin, hələlik sürsün, pulu verəndən sonra özünə qaytaracaq. Çünki Namiqin həyətində özünə məxsus başqa VAZ-2103 markalı avtomobil də olmuşdur. Namiqin deməsinə görə həmin avtomobili 300 manata almışdır. Namiq də razılaşıb ona demişdir ki, yaxşı avtomobilini sürüb aparsın, bu biri avtomobili düzəltdirib satandan sonra onun 900 manatını verəcək, onda VAZ-2103 markalı avtomobili geri qaytaracaq. O, da həmin avtomobili sürüb Bərdə rayonuna, öz evinə getmiş, aradan bir neçə gün keçdikdən sonra o, xatırlamadığı öz istifadəsində olan mobil nömrədən Namiqin xatırlamadığı nömrəsinə zəng edib pulu soruşmuş, Namiq də demişdir ki, hələ ki, pulu düzəltməyib, hələ avtomobilini sürsün, pulu düzəldəndə verəcək. O, bir neçə gün həmin VAZ- 2103 markalı avtomobili idarə etmiş, lakin həmin avtomobil də nasaz olmuş, o, həmin avtomobili düzəltdirə bilməmiş, ona görə də avtomobili ehtiyyat hissələrini satmaq üçün yaşadığı binanın qarşısında sökmüş, bu hadisələr 2020-ci ilin dekabr ayında baş vermişdir. O, həmin VAZ-2103 markalı avtomobilin ehtiyyat hissələrini tanımadığımı şəxslərə satmış və 400 manat qazanc əldə etmiş və Namiqə zəng edib avtomobili söküb satdığını, 400 manat əldə etdiyini və qalan 500 manat pulunu istəmiş, lakin hələ də həmin pulu Namiq verməmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 avtomobilini aparanda yanında olan qadın ilə bir gün əvvəl Bərdə şəhərində tanış olmuş, onun heç harada yaşadığını da bilmir, hazırda adını da bilmir və Namiqin avtomobili ilə gedəndə həmin qadını da yolda düşürtmüş və həmin qadın da çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 avtomobilinin hissələrini satdığı şəxsin şəxsiyyətini bilmir, həmin şəxsə demişdir ki, öz köhnə avtomobili olub hissələrini satır, o, həmin şəxsə avtomobilin Namiqə məxsus olmasını deməmişdir. 07 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 Gülnarənin yaşadığı ünvana çağırmağında məqsədi Xələddinin Gülnarəyə çay içməyi təklif etməsini soruşmaq, həmçinin Gülnarə ilə arasında hansı münasibətinin olmasını aydınlaşdırmaq, onların necə tanış olmaqlarını bilmək olmuşdur.O, Zərərçəkmiş şəxs1 Gülnarənin vasitəsi ilə evə çağırmaqda ona qarşı hər hansi bir cinayət törətmək məqsədi olmamış, Xələddin telefonda Gülnarə ilə danışanda eşitmişdir ki, Gülnarəyə deyir ki, görüşüb bir çay içək. O, onların arasında olan münasibətləri bilmək üçün Gülnarəyə demişdir ki, həmin şəxsə desin ki, istəyirsə elə indi gəlsin evdə çay içsin.Onun Xələddin ilə nə barədə söhbət edəcəyini Gülnarə bilməmişdir. Zərərçəkmiş şəxs1 ondan ayrılıb gedəndə Xələddinin mobil telefoununu da ona qaytarmış, Xələddinin telefonu onda qalmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobili sahibi Zərərçəkmiş şəxs3 4200 manata almış, lakin hələ mülkiyyətinə keçirməmiş, faktiki olaraq avtomobil ona məxsusdur. O, həmin avtomobillə 2111 və 0404 taksi xidmətində işləyirmiş və ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmişdir. 2021-ci ilin fevral ayının ilk günlərində İlahə kimi tanıdığı sonradan adının Gülnarə olduğunu bildiyi qadını Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivindən Neftçilər metrosuna aparmış, oradan da bir nəfər oğlanı avtomobilə mindirib onları Hövsan qəsəbəsinə aparmışdır.Həmin oğlan ona 15 manat yol haqqı vermişdir. Gülnarə ona ***- ***-**-** nömrəsi ilə zəng edib sifariş vermişdi. Aradan bir-iki saat sonra Gülnarə ilə olan oğlan ona zəng edib demişdir ki, Gülnarəni Hövsan gəsəbəsində düşürtdüyü yerdən götürsün. O, da həmin yerə getmiş və görmüşdür ki, Gülnarə adlı həmin müştəri küçədə gözləyir və onu avtomobilə mindirib Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivinə gətirmiş, lakin Gülnarə ona evinə gətirməyinin pulunu verməyib demişdir ki, sonra onun pulumu verəcək.Yolda İlahə onunla söhbət edərək özü haqqında danışmış və günə 10 manat olan işdə işlədiyini, yaxşı pul olan iş axtardığını deyərək və ondan da xahiş etmişdir ki, onun üçün yaxşı iş tapsın.Ondan sonra da Gülnarə ona zəng edərək onun üçün iş tapıb-tapmadığını soruşmuşdur. 06 fevral 2021-ci il tarixdə də İlahə ona bir neçə dəfə zəng etmiş, lakin o, cavab verə bilməmişdir. 07 fevral 2021-ci il tarixdə, saat təxminən 01 radələrində o, Gülnarəyə zəng etmiş və onunla hal-əhval tutmuş, İlahə ondan yenə iş tapıb-tapmadığını soruşmuş, o, da Gülnarəyə hələ iş tapmadığını demiş və arada bir gün oturub çay içməyi təklif etmiş, sonra onunla sağollaşmışdır. Aradan 1-2 dəqiqə sonra Gülnarə yenə ona zəng edərək, evində tək olduğunu və onu evinə çay içməyə, onunla işi olduğunu demişdir. O, da 10-15 dəqiqədən sonra Gülnarənin yaşadığı evin qarşısına getmiş və Gülnarə bu zaman qapını açıb onu qarşılamışdır.O, Gülnarənin evinə girib əynində olan gödəkçəni çıxardıb çarpayının üstündə oturmuş, bu zaman bir nəfər cavan oğlan adını sonradan bildiyi Qorxmaz içəri girib ondan gecənin bu vaxtı ora nəyə görə gəlməyini soruşmuşdur. O, Qorxmaza taksi sürücüsü olduğunu və Gülnarənin ona 15 manat borclu olduğunu demişdir. Qorxmaz ona hücüm edərək özünün Masazır qəsəbəsində vəziyyətə baxan şəxs olduğunu bildirmişdir. Qorxmaz onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr vuraraq üstündə olan əşyaları stolun üstünə qoymasını demiş, sonra mətbəxdən götürdüyü mətbəx bıçağı ilə sol qolundan iki dəfə vuraraq ona xəsarət yetirmiş və demişdir ki, üzərində olan əşyaları çıxarıb stolun üsütnə qoysun. O, da qorxduğundan avtomobilinin açarını, 25 manat pulu və Samsung S7 markalı mobil telefonunu stolun üstünə qoymuş, Qorxmaz onun mobil telefonunu götürüb və İlahə adlı qadına demişdir ki, o, mətbəxə keçsin, Gülnarə mətbəxə keçəndən sonra Qorxmaz ona demişdir ki, əynində olan paltarlarının hamısını soyunsun. O, da əynində olan paltarlarını soyunmuş, sonra Qorxmaz onu telefonu ilə çəkmişdir. Daha sonra o, paltarlarını geyinmiş və Qorxmaz ona demişdir ki, onun şəkillərini sosial şəbəkədə yayacaq, həmin şəkilləri yaymamaq üçün ona 2500 manat pul verməlidir. O, Qorxmazdan nə qədər xahiş etsədə, Qorxmaz dediyindən dönməmiş və onun yaxasından tutub onu silkələyərək bədənin müxtəlif nahiyələrinə əli ilə vurub dediyi məbləğdə pulu ona verməsini demişdir. Qorxmaz onun harada yaşadığını soruşub və demişdir ki, indi gedib onun üçün dediyi pulu gətirsin, ondan sonra onun telefonunu və avtomobilini də ona verəcək. O, Qorxmaza demişdir ki, qoy getsin görək nə qədər pul əldə edib gətirib ona verə biləcək. Qorxmaz ona demişdir ki, əgər bu barədə polisə və ya kiməsə desə, onda şəkillərini sosial şəbəkədə görəcək. Ondan sonra Qorxmaz və Gülnarə ilə evdən çıxmışlar, Qorxmaz demişdir ki, avtomobilini də özü idarə edəcək və onlar Xırdalan dairəsinə gəlmişlər, Qorxmaz ona 5 manat pul verib və demişdir ki, ondan istədiyi pulu gedib əldə etsin və həmin yerə gətirsin. O, da avtomobildən düşüb qardaşı Ələddinin evinə gedib ondan 300 manat pul istəmiş və Ələddin qolunda olan xəsarəti də görmüş, lakin Ələddinə bu barədə heç nə deməmiş, yalandan demişdir ki, bir müştəri ilə dalaşmış, pulu ona verəcək. Həmçinin Ələddinin mobil telefonunu da ondan götürmüşdür ki, həmin şəxsdə olan öz telefonuna zəng edib əlaqə saxlasın.O, qardaşının ***-***-**-** nömrəsi ilə özünün ***-***- **-** nömrəsinə zəng edərək həmin şəxsə 300 manat pul düzəltdiyini, bundan başqa imkanı olmadığını demişdir. Qorxmaz demişdir ki, Xırdalan dairəsinə gəlsin, ancaq tək gəlsin, narahat olmasın. O, da Xırdalan dairəsinə gəlmiş və Qorxmazın idarə etdiyi öz avtomobilinə oturub. 300 manat pulu Qorxmaza vermişdir. Həmin şəxs ona demişdir ki, özünün avtomobili Lökbatan qəsəbəsinədir və onun avtomobili ilə ora gedəcək, orada avtomobilini qaytaracaq. Həmin şəxs onun avtomobilini idarə edərək Lökbatan qəsəbəsinə yola düşmüşlər, lakin yolda Sahil qəsəbəsində qardaşı ona zəng edib demişdir ki, telefonunu istəyir. Həmin şəxs avtomobili saxlamış və ona 20 manat pul verib demişdir ki, avtomobili onda qalacaq, səhər saat 10 da görüşüb qaytaracaq. O, buna razı olmasada həmin şəxs avtomobilini qaytarmamışdır. Sonra o, öz mobil telefonunu həmin şəxsdən istəmiş, lakin həmin şəxs onun mobil telefonunun içərisindəki 10 manat dəyərində nar nömrəsini və özündə olan işləməyən bir mobil telefonu ona verib demişdir ki, həmin telefonu istifadə etsin, qalan əşyalarını isə qaytarmamışdır. O, da oradan bir taksi ilə evinə gəlmiş və qardaşının telefonunu da ona qaytarmışdır. Növbəti gün o, Gülnarənin nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, Qorxmaz demişdir ki, Kürdəmir rayonundadır. O, ondan görüşməyini istəmiş, 1500 manat pul verməsə avtomobilini və telefonunu qaytarmayacağını Qorxmaz ona demişdir. Qorxmaz onunla görüşə gəlməmişdir. Onun şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi də avtomobilində qalmışdır. O, özünə məxsus mobil telefonu da 05 fevral 2021-ci il tarixdə 200 manata almışdır. Avtomobilində başqa əşya olmamış, o, avtomobili alandan sonra ona təzə hissələr alıb dəyişmiş və avtomobilinin dəyəri 4800 manat olmuşdur. Qorxmaz onu vurub əşyalarını və pulunu ondan alanda Gülnarə otaqda olmuş və hər şeyi görürmüş, Qorxmaz avtomobilini aparanda həmin şəxsə demişdir ki, sənədləri avtomobildədir, heç olmasa sənədləri qaytarsın, lakin Qorxmaz demişdir ki, avtomobili qaytaranda sənədlərini də qaytaracaqdır. Daha sonra polisə şikayət etdikdən sonra Qorxmaz və Gülnarə müəyyən edilərək polisə dəvət edilmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Müqabil oğlu ifadəsində göstərdi ki, “Mersedes 190D” markalı 90EC485 dövlət qeydiyat nişanlı avtomobil ona məxsus olmuşdur. O, həmin avtomobili 2019-cu ilin may ayında Xaləddin Məmmədova 4200 manata satmış və ona avtomobili idarəetməyə görə etibarnamə vermişdir. Avtomobilin sahibi Xaləddin Məmmədovdur, həmin avtomobilə onun heç bir tələbi yoxdur. Hadisədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvələr tanımamış, aralarında heç bir ədavəti və ya düşmənçilik olmamışdır. 2020-ci ilin yayında Mingəçevir şəhər sakini X5 VAZ-2103 markalı, ** BD *** d/q nişanlı minik avtomobilini ucuz qiymətə, 1000 manata almışdır.Araz demişdir ki, o, da avtomobili sahibindən almışdır, avtomobilin sahibi ilə danışacaq və sahibi ona etibarnamə verəcək.Lakin hələ etibarnamə almamışdır.Ona məxsus olan başqa bir VAZ-2107 markalı, 10??375 dövlət qeydiyyat nişanlı avtomobilini isə 2020-ci ilin dekabr ayında avtomobil alqı-satqısı ilə məşğul olan Kənan adlı şəxsin vasitəsi ilə Qorxmaz adlı şəxsə 900 manata satmış, Qorxmaz 870 manat pul vermiş, 30 manatını isə borclu qalmışdır. Bir müddət keçdikdən sonra Qorxmaz VAZ-2107 markalı minik avtomobilini qaytarıb mühərrikin sıradan çıxdığını, düzgün işləmədiyini demişdir. Həmçinin Qorxmaz avtomobilin şüşələrini, oturacaqlarını və başqa ehtiyyat hissələrini götürüb keyfiyyətsizi ilə dəyişmişdir. O, avtomobilin pulunun 500 manatını qaytarıb, iki gün sonra isə 200 manatını Qorxmaza qaytarmış və demişdir ki, əgər avtomobilin ehtiyyat hissələrini gətirsə pulunun qalan 170 manatını da qaytaracaq. 13 dekabr 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Qorxmaz yenə də onun yaşadığı ünvana gəlmiş və yanında tanımadığı bir qadın da olmuş, hiss olunurmuş ki, qadın yüngül həyat tərzi keçirəndir. Qorxmaz ona demişdir ki, Qazel markalı maşın gələcək, guya onun avtomobilinin hissələri gətiriləcəkdir. Qorxmaz demişdir ki, ona satdığı avtomobilin üzərinə yaxşı ehtiyyat hissələri alıb quraşdırıb, ona görə də onun avtomobilə quraşdırdığı ehtiyyat hissələrin hamısını çıxardıb ona qaytarsın.Onlar axşama kimi gözləmişlər, amma heç bir avtomobil gəlməmiş, sonra isə Qorxmaz və yanındakı qadın su istəmişlər, o, idarə etdiyi VAZ-2103 markalı, ** BD *** d/q nişanlı minik avtomobili yaşadığı evin qarşısına sürmüş, evdən onlara su gətirib vermişdir. Sonra isə onları Ağdam rayonunun Xındırıstan kəndinə aparmaq üçün paltarlarını geyinmək məqsədilə yenidən evə qayıtmış, o, evə girəndə çöldən avtomobil səsini eşitmiş və dərhal nə baş verdiyni öyrənmək üçün çölə çıxanda görmüşdür ki, Qorxmaz onun VAZ 2103 markalı, ** BD *** d/q nişanlı minik avtomobilini işə salıb və təxminən 40-50 metr yolun digər tərəfi ilə gedir. O, Qorxmazdan hara getdiyini soruşanda Qorxmaz avtomobili saxlayıb və demişdir ki, Xındırıstan kəndinə gedir, səhər avtomobili orada polis şöbəsinin yanında qoyacaq və onun gedib oradan avtomobilini götürməyini xahiş etmişdir.O, da Qorxmaza inanıb onunla razılaşaraq evinə qayıtmışdır.14.dekabr 2020-ci il tarixdə Ağdam rayonu Xındırıstan kəndində Qorxmazın dediyi yerə getmiş, lakin avtomobilini tapa bilməyib, Qorxmaza zəng etmiş, avtomobilin hara qoyduğunu soruşanda, Qorxmaz avtomobili Bərdə rayonunda Saray deyilən yerdə qoyduğunu demişdir. O, Bərdə rayonunda Saray deyilən yerə getsədə, avtomobilini orada tapa bilməyib, yenidən Qorxmaza zəng etmiş, lakin onun mobil telefonuna zəng çatmamışdır.O, həmin vaxtdan sonra neçə dəfə onu axtarsada, tapa bilməmiş və buna görə də polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir.Qeyd etmişdir ki, onun avtomobilin qapıları açıq olmuş və avtomobili yaşadığım evin qarşısında küçədə saxlamışdır.Avtomobili işə salmaq üçün açara ehtiyyac olmamış, avtomobilini işə salmaq sükanın yanında xüsusi düymə olmuş, düyməni fırlatmaqla avtomobili işə salınırmış. Qorxmazın yanındakı qadın ilə heç bir söhbəti olmamışdır. Hazırda Qorxmazdan şikayətçidir, onun ziyanı ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qoxmaz onlarda olduğu zaman onun telefonuna zəng gəlmişdir. O, Qorxamaz zəng edən adama 15 manat borcu olduğunu demişdir. Qorxmaz ona həmin adama bura gəlməyini söyləməsini Gülnarəyə bildirmişdir. Xaləddin gələn zaman Qorxmaz onu söymüş və döymüşdür. O, həmin vaxt mətbəxdə olmuşdur. Qorxmazın Xaləddindən pul tələb etməyini bilməmişdir. Qorxmaz maşını Xələddinə qaytarmaq fikri olmuşdur. Qorxmazın Xaləddini soyundurmasını bilməmişdir. Xaləddinin Qorxmaza 300 manat pul verdiyini bilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə ailə qurmuş və iki uşağı olmuş, 2011-ci ildə həyat yoldaşından ayrılmışdır.Onun adını hamı İlahə kimi bilir, lakin rəsmi adı isə Gülnarədir.Təqsirləndirilən şəxs ilə 2017-ci ildə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad qismində yaşamağa başlamışdır. O, həyat yoldaşından ayrılandan sonra bir müddət Bərdə rayonunda kirayədə qalırmış. 2021-ci ilin yanvar ayının sonunda işləməyə Bakı şəhərinə gəlmiş və Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə adlanan yaşayış massivində bir evdə kirayədə yaşamağa və yaxınlıqda olan kafedə yemək bişirən işləməyə başlamışdır.2021-ci ilin fevral ayının təxminən 5 ya 6-da Qorxmaz da onun Masazır qəsəbəsi Cantəpə yaşayış massivində kirayədə qaldığı evə gəlmiş və onunla qalırmış. Qorxmaz gəlməmişdən bir neçə gün əvvəl o, istifadə etdiyi ***-***-**-** nömrəsi ilə 2111 taksi xidmətinə zəng edərək taksi sifariş etmişdir. Həmin vaxt bir Mersedes markalı taksi avtomobilin sürücüsü ona ***-***-**-** nömrəsi ilə zəng edərək onun yaşadığı ünvana gələrək o, həmin taksi ilə Bakı şəhəri Neftçilər metrosunun yaxınlığına getmiş və orada oğlu Ramini də götürüb, Hövsan qəsəbəsinə getmiş, oğlu 15 manat da sürücü Xələddinə vermişdir. Hövsan qəsəbəsində təxminən bir saat oğlunun dostunun evində oturandan sonra həmin taksi sürücüsünə zəng edib onu götürməyi xahiş etmişdir. Həmin taksi sürücüsü Xələddin gəlib onu Hövsan qəsəbəsindən götürüb Masazır qəsəbəsinə kirayədə qaldığı evə gətirmişdir. Ondan sonra Xələddin ilə bir neçə dəfə telefonda danışmışdır ki, ona bir iş tapsın, Xələddin də demişdir ki, hələ elə bir iş yoxdur. 07 fevral 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Qorxmaz da onunla evdə olanda Xələddin ona zəng etmiş, bunu görən Qorxmaz ona demişdir ki, taksi sürücüsü nəyə görə ona gecənin bu vaxtı zəng edib və buna görə əsəbləşərək demişdir ki, o, telefonu açıb zəng edən taksi sürücüsü ilə danışsın, özü də onların arasında hər hansı bir münasibətin olub-olmamasını bilmək istəyir. O, da Xələddinin zəngini açmış və Xələddin onunla salamlaşaraq hal-əhval tutmuş və ona demişdir dedi ki, səhər görüşüb bir yerdə çay içərik. Xələddinin belə deməsinə əsəbləşən Qorxmaz demişdir ki, özü ayaq yolunda gizlənəcək, o, Xələddini qarşılasın ki, Xaləddin evə gəlsin. Aradan 10-15 dəqiqə sonra Xələddin demişdir ki, artıq evinin qarşısına gəlib, o, qapını açıb küçəyə çıxmış və Xələddin idarə etdiyi taksi avtomobili ilə gəlmişdir və Xələddin onunla birlikdə içəri evə girmişlər.Xələddin evə girən kimi əynində olan gödəkçəsini çıxardaraq çarpayının üstündə oturmuş. bu zaman Qorxmaz içəri girib və Xələddini sorğu-suala tutaraq onun kim olduğunu və gecənin bu vaxtı evimdə nə işi olmasını soruşdu. Xələddin də demişdir ki, 15 manat yol haqqı borcunu almağa gəlmişdir. X8 nəyə görə gəldiyini bilirmiş, Qorxmaz Xələddin ilə dalaşmış və ona demişdir ki, üstündə olan əşyaları stolun üstünə qoysun. Həmin vaxt Xələddin bir ədəd mobil telefonu, avtomobilin açarını və 10-15 manat pulu da stolun üstünə qoymuşdur. X10 hirslənərək onun ailə üzvlərinə bu barədə məlumat verəcəyini demiş, Xələddin də ondan xahiş etmişdir ki, bu barədə ailə üzvlərinə məlumat verməsin. Qorxmaz hirslənərək Xələddinə hücüm edirmiş. Qorxmaz ona demişdir ki, o, qarışmasın və mətbəxə keçsin, o, da mətbəxə keçmişdir. Aradan 5-10 dəqiqə sonra Qorxmaz ona demişdir ki, Xələddin ilə gedir və o, da onlarla gəlsin. Qorxmaz Xələddinin avtomobilinə sükan arxasına oturmuş, o, arxada, Xələddin də qabaqda oturmuş və Xırdalan dairəsinə gəlmişlər, orada Xələddin avtomobildən düşmüş və Qorxmaz ona 5 manat vermiş, Xələddin demişdir ki, gedir bir azdan gəlir.Ondan sonra o, Qorxmazla yenidən evə qayıtmışlar və Qorxmaz ona demişdir ki, əşyalarını yığsın Bərdə rayonuna gedirlər. O, da paltarlarını yığıb yenidən Qorxmazla Xələddinin avtomobili ilə Xırdalan dairəsinə gəlmişlər və Xələddin orada avtomobilə oturmuş, ondan X10 demişdir ki, onlarla Lökbatan qəsəbəsinə getsin, orada avtomobili ona qaytaracaq. Onlar yolda Sahil qəsəbəsində olanda Xələddinə kimsə zəng etmiş və o, demişdir ki, qardaşı onunla maraqlanır, evinə getməlidir. Sahil qəsəbəsində Xələddin avtomobildən düşüb demişdir ki, o, evinə getmək istəyir, yol pulu yoxdur, Qorxmaz ona 20 manat yol pulu vermiş, sonra Qorxmaz Xələddinin telefon nömrəsini də qaytarmış, onlar demişlər ki, səhər görüşəcəklər. Ondan sonra onlar Bərdə rayonuna yola düşmüşlər, Kürdəmir rayonunda Xələddinin avtomobilin sürətlər qutusu nasaz olmuş, ona görə avtomobili yoldan kənarda saxlamışlar və yoldan keçən avtomobillə Bərdə rayonuna getmişlər. Səhəri günü yenidən Qorxmazla Kürdəmir rayonuna gəlib Qorxmaz Xələddinin avtomobilini yavaş-yavaş idarə edərək Bərdə rayonuna aparmış və avtomobili Bərdə rayonunda təmir etdirmiş, avtomobil elə Qorxmazda qalmışdır. 23 mart 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Xələddinin avtomobili ilə Bakı şəhərinə çıxmışlar. Bərdə şəhərindən çıxanda Qorxmazın qonşusu Emini görmüşlər və Emin demişdir ki, o, da Bakı şəhərinə gedir, ona görə Emin də avtomobilə oturmuş və birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri 20 yanvar dairəsində Emin avtomobildən düşüb getmiş. həmin gün axşam saatlarında onlar dərman almağa Almanların aptekinə getmək istəyirmişlər, lakin aptekin yerini bilmirmişlər, ona görə Qorxmaz Emin ilə danışmış, yenidən Emin ilə görüşüb onunla birlikdə Xələddinin avtomobili ilə Bakı şəhərində aptekə gedəndə DYP əməkdaşları onları saxlamışlar və Qorxmaza demişlər ki, onun idarə etdiyi avtomobil axtarışdadır. Ondan sonra PPX əməkdaşları gəlib onları Polis bölməsinə aparmışlar, ondan sonra da Abşeron rayon Pİ-nə gətirmişlər.Məlum olmuşdur ki, Xələddin bununla bağlı şikayət etmişdir.Qeyd etmişdir ki, Masazır qəsəbəsində kirayədə qaldığı evdə Qorxmazın Xələddini bıçaqla vurmasını, onun paltarlarını soyunmağı deməsini, onun şəkillərini çəkməsini, şəkilləri silməyə görə pul tələb etməsini, Xırdalan dairəsində 300 manat pul almasını görməmişdir.Qorxmaz ona demişdir ki, o, mətbəxə girsin, o, da mətbəxə girmiş, Qorxmaz onun yanında Xələddini vurub və ona demişdir ki, üstündə olan əşyaları stolun üstünə qoysun. Xaləddin də avtomobilin açarlarını, 10-15 manat pulunu və mobil telefonunu stolun üstünə qoymuş, Qorxmaz onları götürmüşdür. Qorxmaz Xələddin ilə evdə dalaşanda və əşyalarını alanda o, həmin otaqda olmuş, lakin Xələddinin şəkilini çəkəndə və ondan pul tələb edəndə o, mətbəxdə olmuş, Xırdalan dairəsində avtomobildə də o, arxada olmuş, 300 manat pulun verilməsini görməmişdir. Qorxmazın Xələddinin avtomobilinin ələ keçirdiyini bildiyini X6 bu barədə ona görə məlumat verməmişdir ki, Qorxmaz demişdir ki, o, Xələddin ilə razılaşıb və Xələddin özü avtomobili ona vermiş, razılaşdıqları vaxtda da avtomobilini qaytaracaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır və onun “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 07 fevral 2021-ci il tarixdə, saat təxminən 03 radələrində qardaşı Xələddin yaşadığı evə gələrək ona bildirmişdir ki, onun problemi var və qolundan bir nəfər şəxs ona bıçaqla xəsarət yetirib və həmin şəxsə 300 manat pul verməlidir. O, da Xələddindən nə baş verdiyini soruşmuş, lakin Xələddin ona tam açıqlama verməmiş və o, da Xələddinə 300 manat pul vermiş, Xələddin demişdir ki, avtomobili və mobil telefonu da həmin şəxsdədir. Ona görə də o, Xələddinlə əlaqə saxlamaq üçün öz mobil telefonunu Xələddinə vermiş və Xələddin getmişdir. Ondan sonra artıq saat 06 radələri olmuş və o, işə getməli olduğu üçün evdə olan telefonla öz mobil nömrəsinə zəng edərək Xələddin ilə danışmış və Xələddin evə gəlmişdir. Xələddin gələndə yenə avtomobili və mobil telefonu onda olmamış, o, bildirmişdir ki, həmin şəxs onun avtomobilini və mobil telefonunu qaytarmayıb. O, Xələddinə bununla bağlı şikayət etmək lazım olduğunu demiş, lakin Xələddin demişdir ki, həmin şəxs deyib ki, avtomobili və telefonunu qaytaracaq. Həmin gün o, özü də həmin şəxs ilə danışmış və həmin şəxs bildirmişdir ki, qardaşı Xələddinin avtomobili ondadır. Avtomobili təmir edib, 500 manat pul ona verəndən sonra avtomobili qaytaracaq. Lakin 09 fevral 2021-ci il tarixədək həmin şəxs ilə dəfələrlə danışmış, həmin şəxs demişdir ki, 2500 manat pul ona versələr avtomobili qaytaracaq. Lakin yenə də həmin şəxs avtomobili və Xələddinin mobil telefonunu qaytarmamışdır. 09 fevral 2021-ci il tarixdə də Xələddin 102 xidmətinə məlumat vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi M.S.Ordubadi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı evin yanında bir otaqlı yaşayış evi vardır.Həmin evi arada kirayəyə verir. 2021-ci ilin fevral ayının ilk günlərində İlahə adlı qadın yaxınlıqda olan kafedə işləyirmiş və ondan xahiş etmişdir ki, evində kirayə qalmaq istəyir. O, evini ona 100 manata kirayəyə vermişdir. İlahə onun evində tək kirayədə qalırmış, lakin hələ heç evin kirayə pulunu da verməmişdir. 07 fevral 2021-ci il tarixdə ona məlum olmuşdur ki, İlahə öz əşyalarını da götürüb evi ona təhvil vermədən və kirayə pulunu da vermədən çıxıb getmişdir. Polis əməkdaşları yaşadığı ünvana gələndən sonra ona məlum olmuşdur ki, 07 fevral 2021-ci il tarixə keçən gecə İlahənin yaşadığı oğlan həmin evə gəlmiş Xələddin adlı taksi sürücüsünü döyərək onun avtomobilini əlindən almışdır. Qeyd edilən hadisədən onun heç xəbəri olmamışdır, İlahənin yaşadığı oğlanı da tanımır, onların hara getdiklərini, İlahənin şəxsiyyətini də bilmir. (cild 1, iş vərəqə: 37) Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir, o, Abşeron rayonu Masazır qəsəbəsi M.S.Ordubadi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla qonşudurlar, aralarında heç bir qərəzli münasibətləri yoxdur. 23 mart 2021-ci il tarixdə, təxminən saat 12 radələrində yaşadığı məhəllədə olan zaman Qorxmaz idarə etdiyi Mersedes markalı avtomobillə məhəllədən keçəndə onunla salamlaşmış və Qorxmazın yaşadığı Gülnarə adlı qadın da avtomobildə olmuşdur. O, Qorxmazla hal-əhval tutmuş, Qorxmaz Bakı getdiklərini demiş.O, da Qorxmaza demişdir ki, Bakı şəhəri Balaxanı qəsəbəsi Sənaye parkında fəhlə işləmişdir və oradan 150 manat pul almalıdır, ona görə də onlarla Bakı şəhərinə getmək istəyir.Qorxmaz da etiraz etməmiş və o, da Qorxmazın avtomobilinə oturub Bakı şəhərinə gəlmişlər.O, Bakı şəhərində 20 yanvar dairəsində avtomobildən düşmüş, öz işləri ilə bağlı getmiş, həmin gün axşam tərəfi Qorxmaz ona zəng edib harada olduğunu və Bakı şəhərində Almanların aptekinin yerini bilib-bilmədiyini soruşmuşdur.O, da Qorxmaza həmin aptekin yerini bildiyini demiş və Qorxmaz idarə etdiyi avtomobillə Dərnəgül yolunda onunla görüşmüş, Gülnarə də orada olmuş, onları Bakı şəhərində Göy meçidin yaxınlığında DYP əməkdaşları bizi saxlamışlar və Qorxmaza demişlər ki, onun idarə etdiyi avtomobil axtarışdadır. Ondan sonra PPX əməkdaşları gəlib onları Polis bölməsinə aparmışlar, ondan sonra da Abşeron rayon Pİ-nə gətirmişlər.Orada ona məlum olmuşdur ki, Qorxmazın idarə etdiyi avtomobil başqa şəxsə məxsus olmuş, Qorxmaz həmin avtomobili sahibindən almış və özünə məxsus avtomobilin qeydiyyat nömrələrini həmin avtomobilə bağlayaraq idarə edirmiş. Qorxmazın həmin avtomobili sahibindən nə vaxt və hansı şəraitdə alması barədə heç bir məlumatı olmamışdır. Qorxmazın idarə etdiyi avtomobilin də kimə məxsus olmasını bilmir.Qorxmaz da ona avtomobili kimdən alması barədə heç nə deməmişdir. (Cild 1, iş vərəqə: 58) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçiriməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivi M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evində törədilmişdir. (Cild 1, iş vərəqə: 21-22) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evin qarşısında törədilmişdir. (Cild 1, iş vərəqə: 190-193) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tanınmaya təqdimetmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş şəxslərin arasında Təqsirləndirilən şəxs tanıyaraq 07 fevral 2021-ci il tarixdə ona qarşı cinayət törədən şəxsin həmin şəxs olduğunu göstərmişdir. (Cild 1, iş vərəqə: 53) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsussatları bir-birinin üzünə təsdiq etmişlər. (Cild 1, iş vərəqə: 55-57, cild 2, iş vərəqə: 169-170) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs1 ilə şahid qismində dindirilmiş Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsussatları bir-birinin üzünə təsdiq etmişlər. (Cild 1, iş vərəqə: 83-85) İş üzrə Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə saxlanılan zaman idarə etdiyi zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özünə məxsus 10CZ044 dövlət qeydiyyat nişanlarını bağlayaraq idarə edirmiş, avtomobilin iki ədəd 90EC485 dövlət qeydiyyat nömrə nişanları isə avtomobilin yük yerində aşkar edilmişdir. İki ədəd 10CZ044 dövlət qeydiyyat nişanları götürülmüş və “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobil isə sahibinə qaytarılmışdır. (Cild 1, iş vərəqə: 49-52) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yoxlanılan zaman o, Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivi M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evdə törətdiyi cinayəti əyani olaraq göstərmişdir. (Cild 1, iş vərəqə: 81-82) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 fevral 2021-ci il tarixli, 349 saylı rəyində göstərilmişdir ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazu nahiyəsinin yuxarı 1/3nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; sol yanaq nahiyyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən: sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Dol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası, sol yanaq nahiyyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəqə: 35-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 01 dekabr 2021-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə rayon məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 % dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəqə: 153-155) İş materiallarına əlavə edilmiş “Akvapolis” Kommersiya Mərkəzinin 30 noyabr 2021ci il tarixli arayışında göstərilmişdir ki, 1990-cı il buraxılışlı istifadə olunmuş normal vəziyyətdə “Mersedes 190D minik” markalı avtomobilin 2021-ci ilin fevral ayına Respublikada orta bazar qiyməti təxminən 4500-4800 manat müəyyən edilir. (Cild 1, iş vərəqə: 159) İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs tərəfindən həmin avtomobilə bağlanmış iki ədəd 10CZ044 dövlət qeydiyyat nömrə nişanları mühüm sübüt əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış, iki ədəd 10CZ044 dövlət qeydiyyat nişanları saxlanılması üçün Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqə: 171-183, 220) İş materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 5335 manatdan 5010 manatın ödənilməsi təmin edilmiş, Zərərçəkmiş şəxs1 325 manat və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 1000 manat ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı 2008-ci il təvəllüdlü qızı İlknur Nəsirova, 2011-ci il təvəllüdlü qızı Nuray Nəsirova, 2015-ci il təvəllüdlü qızı Gültac Nəsirova, 2018-ci il təvəllüdlü oğlu Pərvaz Nəsirov vardır. (cild 2, iş vərəqə 157) İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Ağdam RİHB-nın Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 158) Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, Xaləddin Məmmədova qarşı heç bir cinayət əməli törətməməsi, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməməsi barədə məhkəmədə söylədiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Xaləddin Məmmədov və Zərərçəkmiş şəxs3la barışıq əldə etməsi, 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş Xaaləddin Məmmədova dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 mart 2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə saxlanılan- iki ədəd 10CZ044 dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polis İdarəsinə təhvil verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə, CM-nin 182.2.1, 182.2.2, 182.2.3-ci maddələri ilə 6 (altı) il müddətinə, CM-nin 326.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə saxlanılan- iki ədəd 10CZ044 dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polis İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar