Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-180/2024 28.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1970-ci il tarixində Cəlilabad şəhərində, anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi ev 5-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, kimyəvi komponent tərkiblərinə görə eyni olan, külli miqdarda, ümumilikdə, 2509,152 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və əl çantasında saxlamış, 14 fevral 2023-cü il tarixdə saat 18:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, Corat abidəsinin yanında Sumqayıt ŞPİ-nin 1-ci PB- nin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 1,152 qram, əlində olan üzərində “Adidas” yazılmış əl çantasının içərisindəki göy rəngli sellofan torbanın içərisindən 04 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 658,6 qram, 660,4 qram, 610,2 qram, 578,8 qram, ümumilikdə, 2509,152 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. 14 fevral 2023-cü il tarixdə günorta radələrində 1-ci bölmənin yanındakı aptekdən dərman almaq istəyərkən əməliyyatçılar ona yaxınlaşmışlar. Polis əməkdaşları olan Mikayılla Elşadı çoxdan tanıyır, həmin şəxslər onun vəziyyətini görüb maşına otuzdurmuşlar. Bu hadisələr kameraya da düşmüşdür. Sonra bölmənin rəis müavini Azər müəllim gəlmiş, “xəstəsən, get 1-2 il müalicə olun” demiş, vəziyyəti yaxşı olmadığı üçün özü nə baş verdiyini anlamamışdır. Narkotik vasitəni ona vermiş və videoya çəkmişlər. O da deyilənlərlə razılaşmışdır. Ağrılarına görə yalnız heroin istifadə etmişdir. Həmin gün üzərində heç nə olmamış,narkotik vasitəni polislər ona vermişdir. Üzərində qətiyyən narkotik vasitə olmadığını, polislərin cins şalvarının cibinə qoyduğunu vurğulamışdır. Onu tutandan sonra 5 saat maşında gəzdirmişlər. Həmin yerlərdə təhlükəsizlik kameraları da olmuş, ağrı-acı içində, vəziyyəti pis olduğundan deyilənlərlə razılaşmışdır. Ona olunan qanunsuzluqlarla bağlı çox yerə yazmışdır. Polis əməkdaşları Coratda qutab yeməyə, 13cü mikrorayonda mağazaya getmişlər. Ona “Coratda guya səni tutmuşuq, sən denən 20 yanvardan tapmışam, rayona getmək istəyirdim” məzmunlu ifadə verməyi bildirilmişdir. Bölmənin qabağında 264 nömrəli Nivanın içində oturmuş, Azər də ağ dörd göz 864 Mersedes ilə gəlmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin ve metamfetamin qəbul edir, narkomandır. Əvvəllərdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hal-hazırda da məhkumluğu ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə axşam tərəfi Bakı şəhəri, 20 yanvar metorsunun yaxınlığından keçiddən 1 ədəd göy rəngli selefon torba tapmış va həmin torbanın içərisinə baxdıqda içərisində 01 ədəd balaca sellofan bükümün və 04 ədəd qara rəngli iri sellofan bağlama olduğunu görmüşdür. Həmin bükümə və bağlamalara baxdıqda içərisində narkotik vasitə olan heroini olduğunu bilmişdir. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitə olan heroini götürüb kirayədə yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 31, mənzil 4-ə gəlmişdir. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində anadan olduğu Cəlilabad rayonuna getmək istəmişdir. Bir gün əvvəl tapdığı narkotik vasitələrdən balaca bükümü əynində olan qara rangli cins şalvarının sağ yan cibinə qoymuş, 4 ədəd bağlamadakı narkotik vasitə olan heroini tapdığı həmin selefon torbada paltarlarını yığdığı üzərində «adedas» sözləri yazılmış göy rəngli idman çantasının içərisinə qoyaraq orada saxlamışdır. Bundan sonra o, kirayədə qaldığı evdən çıxmışdır. Taksiyə minmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi Corat abidəsinin yanına gəlmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi Corat abidəsinin yanında olduqda 3 nəfər mülki geyimda olan şəxs ona yaxınlaşaraq polis əməkdaşlan olduqlarını üzərində və əlçantasında narkotik vasitə saxlamada şübhəli bilindiyini bildirərək onlarla Sumqayıt ŞPİ 1ci PB-nə getməli olduğunu demişlər. O da razılaşmış və birlikdə polis bölməsinə getmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda ona vəkilin siyahısı təqdim olunaraq hamin siyahıda olan vəkillərdən birini hüquqlarını müdafiə etmək üçün seçməyini dedilər. O da təqdim olunan vəkillərin siyahısından Sumqayıt 1 saylı hüquq bürosunun vəkili X2 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkilə telefonla məlumat verilmişdir. Sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi izah edilmiş və buna etiraz etməmişdir. Videogörüntü ilə şəxsi axtarış başladıqda vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və bununla bağlı bildiriş ona verilmişdir. Sonra təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və hər hansı qanunsuz əşya olub- olmaması, vardırsa təqdim etməyi bildirilmişdir. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selefbn bükümdə saxladığı qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra ona məxsus olan və əlində saxladığı, içərisinə paltarlarını yığdığı üzərində «Adidas» sözləri yazılmış çantada saxladığı içərisində 04 ədəd bağlamada narkotik vasitə heroin olan göy rangli slefon torbanı çıxanb masanın üzərinə qoymuşdur. Sonra həmin selofan torbada olan 4 ədəd qara rəngli sellofan bağlamadakı narkotik vasitə sellofandan çıxanlıb masanın üzərinə qoyulmuşdur. Bundan sonra üzərindən aşkar olunan 1 ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 1,25 qram olduğu, çantadan aşkar olunan 4 ədəd bağlamada olan narkotik vasita heroin tərəzidə çəkildikdə ayn-ayrılıqda İ bağlamada 712 qram, İİ bağlamada 686 qram, İİİ qram çəkidə 604 qram, İV bağlamada 585 qram ümumi 4 ədəd bağlamada cəmi çəkinin 2,585 kq olduğu məlum olmuşdur. Bundan sonra üzərindən aşkar olunan 1 büküm 1 ədəd zərfə qablaşdınlıb üzəri möhürlənmişdir. Çantadan aşkar olunan 4 ədəd bağlama tapdığı həmin göy rəngli sellofan torbaya qablaşdınlıb üzəri möhürlənmişdir. O, cibindən aşkar olunan 1 bükümü, eləcə də çantadan aşkar olunan 4 ədəd bağlamada olan narkotik vasita heroini bir gün əvvəl 20 yanvar metorsunun yanından keçiddən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində və çantasında şəxsi axtarış aparılmışdır. Lakin üzərindən va çantasından başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Çantasından aşkar edilmiş geyim əşyaları çantası ilə birlikdə özünə qaytarılmışdır. Nə saxlanılan zaman nə də şəxsi axtraış zamanı ona qarşı hər-hansı bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq, üzərindn aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlələrdən heç kimə satıb hədiyyə vermədiyini, özünün narkoik vasitə istifadəçisi olduğu üçün həmin kütlələri özünün istifadə edəcəyini fikirləşdiyi üçün gizlətdiyini, narkotik vasitənin çoxluğunun onu qorxutduğunu və bu səbəbdən gizlətmək üçün Cəlilabad rayonuna getmək istədiyini, əvvəllər kiməsə narkotik vasitə və ya psixatrop maddə satmadığını bildirmişdir.( cild 1, iş vərəqə 67-69) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışı ilə məşğul barədə məlumat daxil olmuşdur. Saat 18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən Corat abidəsinin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, Corat abidəsinin yaxınlığına getmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar 18:50-də Təqsirləndirilən şəxs görüb onu saxlayıb özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onu Sumqayıt ŞPİ-nin 1ci PB-nə dəvət etmişlər. O buna etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Pİ-də xidmtəi otaqların birində üzərinə videogörüntü və vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, daha sonra isə çantanı təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində 04 ədəd qara rəngli bağlamalar olan 01 ədəd göy rəngli sellofanın olduğu müəyyən edilmişdir. Həmin 01 ədəd sellofan büküm və 04 ədəd qara rəngli bağlamalar açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə “heoin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki maddənin “kakos”, yəni narkotik vasitə “heroin” olduğunu, həmin bükümü və bağlamaları bir gün əvvəl Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında yeraltı keçiddən tapdığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmədə ifadə alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusuatları özünə aid hissədə təsdiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 105-107) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1970-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 5-də qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. ( cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirdikdən sonra əlində olan içərisinə paltarlarını yığdığı, üzərində “adedas” sözləri yazılmış göy rəngli idman çantasını göstərib həmin çantanın içərisində də narkotik vasitə olan heroin olduğunu bildirərək çantanı masanın üzərinə qoyub içərisindən göy rəngli sellofan torbada olan 4 ədəd bükümü çıxarıb həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (cild 1, vərəqə 28-29) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, görüntünün ilk saniyəsində polis mayoru rütbəsində olan şəxs Özünü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edib.Rəşad Məhərrəmov olduğunu bildirir. Sonra yanında duran özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkiləri polis baş leytenantı Şahid1, polis leytenantı Şahid3, polis mayoru Şahid2 olduqlarını bildirdilər. Təhqiqatçı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yzərində və əl çantasında narkotik vasitənin olması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, Corat abidəsinin yanında saxlanılmasını, üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Pİ-nə gətirildiyini bildirir. Sonra müdafiəçi özünü təqdim edərək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunu vəkili Qoşqar Abbasov olduğunu bildirir. Pİ-də hüquq və vəzifələrinin izah edilməsi ilə bildiriş təqdim edilir və ona bir daha tanış olması bildirilir. Bundan sonra X5 Quliyev əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, daha sonra isə əlində olan içərisinə paltarlarını yığdığı, üzərində “Adidas” sözləri yazılmış çantanı təqdim etdi. Həmin çanta açıldıqda içərisində 04 ədəd qara rəngli bağlamalar olan 01 ədəd göy rəngli sellofanın olduğu müəyyən edildi. Həmin 01 ədəd sellofan bükümə və 04 ədəd qara rəngli bağlamalar açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə “heoin”ə bənzər maddənin olduğu aşkar edildi. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki maddənin “kakos” yəni narkotik vasitə “heroin” olduğunu bildirdi. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs həmin bükümü və bağlamaları bir gün əvvəl Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında yeraltı keçiddən tapdığını bildirdi. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildi və çəkisinin 1,25 qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs əlindəki çantanın içərisindən aşkar edilmiş 04 ədəd qara rəngli bağlama elektron tərəzidə çəkildi və çəkilərinin ayrı-ayrılıqda İ bağlamada 7,12 qram, İİ bağlamada 686 qram, İİİ bağlamada 604 qram, İV bağlamada 585 qram olması, ümumilikdə 2585 qram çəkidə olması müəyyən edildi. Aşkar edilmiş həmin büküm və bağlamalar Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə daha sonra şəxsi axtarış davam etdirildi, sübut əhəmiyyəti kəsb edəcək hər-hansı bir əşya aşkar edilmədi. Sonra çəkiliş dayandırıldı.( cild 1, iş vərəqə 103-104) “Şəxsi axtarışın keçirilməsi barədə”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/927 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №125”-li dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi l,152qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №125”-li dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs əlindəki idman çantasından aşkar olunan kütlələr” yazısı və imzalar olan bağlamadakı 4 (dörd) bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 658,6qr, 660,4qr, 610,2qr, 578,8qr, ümumi təmiz çəkisi 2508qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar sulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və idman çantasının içərisindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2509,152qram (2kq 509,152qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasınm ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 41-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 127-128) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2505,902 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 80, 130-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin 4-cü hissəsi, 23-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına 4-cü bəndinə əsasən, cəzası 06 ay azaldılıb və narkomaniyadan məcburi müalicəsi ləğv olunduqdan sonra azad olunub, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, o, məhkumluğu olan şəxsdir. (cild 1, iş vərəqə 89-92) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadə verməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə narkotiklə bağlı cinayət törədib həmin maddələrin sanksiyasının aşağı həddində ona cəza təyin olunmasına baxmayaraq o islah olunmamış, yenidən narkotiklə bağlı cinayət törətmişdir. Ona görə də, təqsirləndirilən şəxsə hazırkı iş üzrə sanksiya çərçivəsində daha ağır cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 fevral 2023cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 19, 76-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 fevral 2023-cü il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2505,902 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 ( yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2505,902 qram olan narkotik vasitə heroin məhv edilsin, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-180/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-180/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver