Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-181/2022 15.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxxxx 1989-cu il tarixində Aşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
2. xx xxxx 1986-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyətilə, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Seva » adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə ümumi razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan, istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq 06 avqust 2021-ci il tarixdə günorta vaxtı Abşeron rayonu, Saray qəsəbəsində «Seva» adlı şəxsdən pul müqabilində beş ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 41,724 qram, 39,736 qram, 26,676 qram, 38,875 qram, 3,049 qram ümumi çəksi 150,06 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş küllü miqdarda narkotik vasitə olan heroini və dörd ədəd polietilen bükümlərdə ayrı - ayrılıqda təmiz çəkiləri 1,972 qram, 0,481 qram, 0,300 qram, 2,018 qram, ümumi təmiz çəkiləri 4,771 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamış və daşımış, həmin narkotik vasitə heroinin bir ədəd bükümdə 3,049 qramını həmin gün saat 20:30 radələrində satmaq üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə ona verilən həmin narkotik vasitə heroini satmaq üçün qanunsuz əldə edib üzərində saxlamış, 06 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində o, Təqsirləndirilən şəxs2la birlikdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Saray PB-yə gətirilib, şəxsi axtarışları aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində saxladığı dörd ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 41,724 qram, 39,736 qram, 26,676 qram, 38,875 qram, ümumi çəksi 147,011 qram olan narkotik vasitə heroin, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,972 qram, 0,481 qram, 0,300 qram, 2,018 qram, ümumi çəkisi 4,711 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,049 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin avqust ayının 6-da telefonu işləmədiyi üçün Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq evinin yanında Ramili gözləmişdir. O, Ramillə Saray qəsəbəsində eyni məhəllədə yaşadığı müddətdə tanış olmuşdur. Ramilə narkotik vasitə axtardığını demiş, Ramil isə ona mal götürməyə getdiyini bildirmişdir. Onlar birlikdə Saray qəsəbəsində, “Al market”in arxasında yerləşən Qəzənfər adlı şəxsin evində yaşayan Seva adlı şəxsdən narkotik vasitə götürməyə getmişlər. Daha öncə həmin evə getməmişdir. Evə girəndən sonra polislər gəlib evdə onları tutmuşlar. Tutularkən telefonla çəkiliş aparılmış, onların üzərindən narkotik vasitə aşkar edilməmişdir. Divarda olan çantanın içərisindən narkotik vasitə çıxmış və onu stolun üzərinə qoymuşlar. Seva yalvarmağa başlamış, evdə Bəhruz adlı şəxsdə olmuş və onlar dördü də pəncərədən çıxıb qaçmışlar. Sonra onları tutmuşlar. Onlarla birlikdə Bəhruz adlı şəxs də tutulmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, Ramil ilə ikisinin ümumilikdə 15 manat pulu olmuş, bu məbləğə isə cəmi 0,5 qram narkotik vasitə almaq mümkün olmuşdur. O, həmçinin bildirmişdir ki, tutulana qədər kakos adlandırdılan narkotik vasitə olan heroin istifadəçisi olmuş, metamfetamin istifadə etməmişdir. Ramil ona narkotik vasitə verməmişdir. Seva adlı qızı əvvəllər tanımamış, ondan narkotik vasitə almamışdır. İstintaq dövründəki ifadəni təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayır. Ailəlidir və 8 yaşlı oğlu vardır. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, təxminən 1 ildən çoxdur ki, narkotik vasitə qəbul edir. O, həmin narkotik vasitəni çəkmək yolu ilə qəbul edir. Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır, onunla uşaqlıqdan bir yerdə böyümüşdür. Münasibəti yaxşıdır. 06 avqust 2021-ci il tarixdə axşam saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 və digər tanışı Şahid1 ilə birlikdə Saray qəsəbəsində yerləşən “AL” marketin qarşısında görüşmüşdülər. O, Ramil ilə görüş əsnasında ağrılarının olduğunu bildirib, ondan çəkmək üçün narkotik vasitə olan “kokos” yəni, heroin istəmişdir. Buna görə də Ramil üzərində olan narkotik vasitələrdən bir büküm heroin çıxardıb ona təmənnasız vermişdir. O isə həmin narkotik vasitəni sonra istifadə etmək üçün Ramildən alıb şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra adını çəkdiyi ərazidə dayanıb bir qədər söhbət etmişdilər. Bu zaman dayanıb söhbət etdiyi məqamda iki nəfər mülki geyimdə polis əməkdaşı onlara yaxınlaşmışdır. Polislər özünü təqdim edərək, Abşeron RPİ-ni Saray PB-nin əməkdaşları olduqlarını bildirmişdilər. Bundan sonra hər iki polis əməkdaşı onlara yəni, ona, Ramilə və Bəhruza narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını yəni, bu barədə onlarda əməliyyat məlumatının olduğunu bildirib, birlikdə rayon polis idarəsinə getməli olduqlarını bildirmişdilər. Bundan sonra hər üçü polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşmişdilər. Abşeron RPİ-nə gəldikdən sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparacaqlarını bildirdib, video çəkiliş dəvət etmişdilər. Orada hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra, polis əməkdaşları tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, səmimi olaraq etiraf edib, üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Sonra həmin narkotik vasitəni könüllü olaraq təhvil verməyini polis əməkdaşları təklif etmişdilər. O isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Daha sonra həmin bükülü polis əməkdaşları tərəfindən açılmışdır. İçərisində həqiqətən narkotik vasitəyə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükülünün içərisindəki maddənin həqiqətən narkotik vasitə olubolmamasını müəyyən etmək üçün ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Həmin zərf imzalarla təsdiq olunmuşdur. Həmin narkotik vasitəni kimdən və necə əldə etməyi barədə ona sual verdikdə isə 06 avqust 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ramil ona maddi qarşılıq əsasında deyil, pay kimi ona təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, hər hansı psixi təzyiqə məruz qalmadığını bildirmişdır. O, uzun müddət narkotik vasitə istifadəçisi olmuş, hazırda da ağrıları olduğuna görə istifadə etmişdir. Narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etmişdir. (Cild 1, iş vərəqləri 76-77) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə yox, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o tutulanda üzərində narkotik vasitə olmamışdır. 2021-ci ilin avqust ayının 6-da günorta saat 14 radələrində narkotik vasitə almağa gedərkən yolda Turalla qarşılaşmışlar. Tural ona canın ağrıdığını və narkotik lazım olduğunu demişdir. Buna görə də, birlikdə narkotik vasitə almağa getmişlər. Saray qəsəbəsində “Al market” in arxasında yerləşən evə girdikdən 2 dəqiqə sonra polislər gəlib onları tutmuşlar. Sevanın çantasının içindən narkotik çıxmışdır. Narkotiki satan Seva olmuş, evdə onlardan başqa Bəhruz adlı şəxs də olmuşdur. Bəhruz onlarla birlikdə getməmişdir. Bəhruzu qiyabi olaraq tanımışdır. O, həmçinin bildirmişdir ki, 4 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. Təqsirləndirilən şəxs2la tanışdır. Onunla birlikdə narkotik vasitə istifadə etməmişlər. Seva adlı şəxslə internet vasitəsilə tanış olmamış, ondan narkotik alıb Turala verməmişdir. Narkotik vasitənin onun olduğunu təzyiq altında boynuna almışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayır. Ailəlidir. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş, təxminən 2 ildən çoxdur ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. O, həmin narkotik vasitəni və psixotrop maddəni çəkmək yolu ilə qəbul edir. Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır, onunla uşaqlıqdan bir yerdə böyümüş, münasibəti yaxşıdır. 06 avqust 2021-ci il tarixdə axşam saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 və digər tanışı Şahid1 ilə birlikdə Saray qəsəbəsində yerləşən “AL” marketin qarşısında görüşmüşdülər. Tural onunla görüş əsnasında ağrılarının olduğunu bildirib, ondan çəkmək üçün narkotik vasitə olan “kokos” yəni, heroin istəmişdir. Onu da bildirmişdir ki, 06 avqust 2021-ci il tarixdə təxminən günorta radələrində sosial şəbəkə vasitəsi ilə tanış olduğu lakin, adını bilmədiyi şəxsdən 9 büküm narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, onlardan 5 bükümü heroin, 4 büküm isə metamfetamin olmuşdur. O, həmin narkotik vasitəni və psixotrop maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Buna görə də üzərində olan narkotik vasitələrdən bir büküm heroin çıxardıb Turala təmannasız vermişdir. Tural isə həmin narkotik vasitəni isə istifadə etmək üçün ondan alıb şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra adını çəkdiyi ərazidə dayanıb bir qədər söhbət etmişdilər. Bu zaman dayanıb söhbət etdikləri məqamda iki nəfər mülki geyimdə polis əməkdaşı onlara yaxınlaşmışdır. Polislər özünü təqdim edərək, Abşeron RPİ-ni Saray PB-nin əməkdaşları olduqlarını bildirmişdilər. Bundan sonra hər iki polis əməkdaşı onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını yəni, bu barədə əməliyyat məlumatının olduğunu bildirib, birlikdə rayon polis idarəsinə getməli olduqlarını bildirmişdilər. Bundan sonra hər üçü polislərin idarə etdikləri avtomobilə əyləşmişdilər. Abşeron RPİ-nə gəldikdən sonra təhqiqatçı tərəfindən üzərlərinə şəxsi axtarış və götürmə aparacaqlarını bildirib, video çəkiliş dəvət etmişdilər. Orada hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuşdur. O isə səmimi olaraq etiraf edib, üzərində narkotik vasitə və psixotrop maddə gəzdirdiyini bildirmişdir. Sonra həmin narkotik vasitəni könüllü olaraq təhvil verməyini polis əməkdaşları təklif etmişdilər. O isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 8 ədəd sellofana bükülmüş bükülüləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Daha sonra həmin bükülülər bir-bir polis əməkdaşları tərəfindən açılmışdır. İçərisində həqiqətən narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr olması müəyyən olunmuş, həmin bükülülərin içərisindəki maddələrin həqiqətən narkotik vasitə və psixotrop maddə olub-olmamasını müəyyən etmək üçün ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Həmin zərfi imzalarla təsdiq etmiş, həmin narkotik vasitəni kimdən və necə əldə etməyi barədə ona sual verdikdə isə 06 avqust 2021-ci il tarixdə tanımadığı şəxsdən internet vasitəsi ilə 100 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, aldığı narkotik vasitədən Turala da vermişdir. (Cild 1, iş vərəqləri 90-92) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün 2021-ci il avqust ayının 6-da əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid4, Şahid3 və digərləri daxil olmuşdur. 2021-ci il avqustun 6-da saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Al” marketin yaxınlığında saxlamışlar. Saxlanılarkən onların yanında başqa bir nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxslərin yanında Seva adlı şəxs olmamışdır. Ramil və Turala narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduqlarını bildirib onları və yanlarında olan sonradan adını öyrəndikləri Şahid1 Abşeron RPİ-ə aparmışlar. Polis İdarəsində müdafiəçinin iştirakı ilə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən onun üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Sual edildikdə Təqsirləndirilən şəxs2 həmin bükümü Təqsirləndirilən şəxs1 istifadə etmək üçün aldığını bildirmişdir. Digər şəxs Şahid1 üzərinə də baxış keçirilmiş, lakin həmin şəxsin üzərində qanunla qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-in Saray PB-in rəis müavini, polis mayoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, qrupa o rəhbərlik etmişdir. 2021-ci il avqust ayının 6-da saat 20:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yanlarında olan Şahid1 birlikdə Saray qəsəbəsi, “Al” marketin yaxınlığında saxlayıb Abşeron rayon polis idarəsinə aparmışlar. Saxlanılarkən onların üzərinə baxış keçirilməmişdir. Polis İdarəsində müdafiəçinin iştirakı ilə üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən isə narkotik vasitə heroin aşkar edilmişdir. Şahid1 da üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edimiş heç nə aşkar olunmamışdır. Saxlanılarkən onların yanında Seva adlı şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə Seva adlı şəxslə tanış olmuş, razılaşıb onun evinə getmişdir. Sevanın evi Saray qəsəbəsində “AL market”dən 50-100 metr məsafədə yerləşir, həyət evidir. Onun evinə ilk dəfə idi ki, getmişdir. Bir az sonra Ramil və Tural da gəlmişdir. O, Ramil və Turalı Saray qəsəbəsindən tanımış, lakin narkotik vasitə istifadəçiləri olduqlarını bilməmişdir. Onun özü isə narkotik vasitə istifadə etməmişdir. Onlardan niyə gəldiyini soruşanda Sevadan narkotik vasitə götürməyə gəldiklərini demişlər. Həmin vaxt o, Sevanın narkotik satıcısı olduğunu bilmişdir. O, evdən çıxıb getmək istəmişdir. Lakin 3 nəfər polis əməkdaşı evə daxil olub onları saxlamış, üzərilərində axtarış aparmış, hər üçünün üzərindən heçnə çıxmamışdır. Seva isə evdən qaçmışdır. Polislər evdə olan qara rəngli qadın çantasından narkotik tapmışlar. Tapılan narkotik ağ rəngli sellofan paketdə olmuşdur. Daha sonra, onları Abşeron RPİ-ə aparmışlar. Orada yenidən üzərinə axtarış aparmışlar, lakin üzərindən heçnə aşkar olunmamışdır. Hadisə 06 avqust 2021-ci il tarixdə olmuşdur. Sonra baş verən hadisələrdən isə xəbəri olmamışdır. Polis idarəsində təqdim edilən sənədi oxumadan imzalamışdır. Saxlanılarkən ona və təqsirləndirilən şəxslərə fiziki və psixi təsir göstərilməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində götərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində nömrəsiz fərdi yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. 06 avqust 2021-ci il tarixdə saat 20:35 radələrində Saray qəsəbəsində “Al” marketin qarşısından keçən zaman tanışları Ramil və Turalı görüb onlarla salamlaşmış və hal-əhval tutmuşdur. Daha sonra bir neçə dəqiqə onlarla söhbət edən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib özlərini təqdim etmişdilər. Tural və Ramilin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı polis əməkdaşlarına məlumat daxil olduğunu bildirib birlikdə Abşeron RPİ-nə getməli olduqlarını söyləmişdilər. O da Ramil ilə Turalın yanında olduğu üçün onu da RPİ-nə aparacaqlarını bildirmişdilər. Bu səbəbdən onlar etiraz etmədən polislərin idarə etdiyi avtomaşına əyləşərək oradan idarə istiqamətində gəlmişdilər. Abşeron RPİ-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişdilər. Daha sonra, xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilən əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, polislərə onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bu səbəbdən üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində heç bir narkotik vasitə və ya psixotrop maddənin olmadığı müəyyən edilmişdir. Qeyd olunan proses video kamera ilə çəkilərək diskə yazılmış, bununla bağlı protokol tərtib edilərək tərəfindən imza ilə təsdiq olunmuşdur. (Cild 1, iş vərəqləri 179-180) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, Təqsirləndirilən şəxs2 isə məhəllədən tanıyır. Polislər ona zəng edib idarəyə yaxınlaşmasını istəmişlər. Ondan Raminin nə üçün tutulduğunu eşidib-eşitmədiyini, nə üçün Raminə zəng etdiyini soruşmuşlar. O da Raminə niyə zəng etdiyini izah etmişdir. Özü narkotik vasitə istifadəçisi deyil. Polislər ona aid problem olmadığını deyib deyib sənədə imza etməyini istəmişlər. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olmasından xəbəri olmamışdır. Onları son dəfə tutulmamışdan 20 gün qabaq görmüşdür. Polislər ona bu barədə sual verməmişlər.X11 görə çağırmışlar. T. Yusifov barədə sual verməmişlər. X2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq oluna ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur, onunla yaxın münasibəti yoxdur, Təqsirləndirilən şəxs1 isə uzaq qohumdur. Bildiyinə görə hər ikisi narkotik vasitə istifadəçisidir. Qəsəbə camaatından onların narkotik vasilərin satışı ilə məşğul olduğunu eşitmişdir. Buna görə də onların hər ikisi ilə münasibəti yoxdur. Narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün onların Saray PB tərəfindən tutulduqlarını eşitmişdir. Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub evlərinə əlaqə saxlaması üçün danışmışdır. (Cild 3, iş vərəqləri 111-112) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur, Təqsirləndirilən şəxs1 isə qəsəbə sakini kimi tanıyır. Onu polis bölməsinə çağırıb Turalı soruşmuşlar, o isə tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi və ya satması barədə sual verməmişlər. Saray qəsəbəsindən Seva adlı şəxsi isə tanımır. İstintaq dövründə verdiyi ifadəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə X10 Yusifovla Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməklə narkotik vasitələrin satışa ilə məşğul olduqlarını eşitməsini göstərmidir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində heroinə bənzər kütlə olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm prosesual qaydada qablaşdırılaraq götürülmüşdür. ( Cild 1, iş vərəqləri 46-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər 8 ədəd sellofana bükülmüş bükülüləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış keçirilməsi barədə” 06 avqust 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 avqust 2021-ci il tarixli 6/3350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki 4 (dörd) ədəd polietilen bükümdə ümumi təmiz çəkiləri 147,011 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 (dörd) ədəd polietilen bükümdə ümumi təmiz çəkiləri 4,711 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkiləri 3,049 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 59-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4689 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş 4 (dörd) bükümdəki heroinlərdən 3 (üç) ədəd bükümdə qəhvəyi qəhvəyi rəngli yumuşaq konsisetensiyalı heroinlər xariji əlamətlərinə görə və kimyəvi komponet tərkiblərinə görə eynidirlər, bir ədəd bükümdə isə qəhvəyi rəngli bərk konsistensiyalı heroin 3 ədəd bükümdə olan heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir; Təqsirləndirilən şəxs1 götürülmüş, 4(dörd) ədəd bükümdəki, heroinlərdən, 1ədəd bükümdə qəhvəyi rəngli bərk konsistensiyalı heroin Təqsirləndirilən şəxs2 götürülmüş, qəhvəyi rəngli bərk konsistensiyalı heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Lakin Təqsirləndirilən şəxs1 götürülmüş digər bükümdə olan heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir. Təqsirləndirilən şəxs1 götürülmüş, 4 ədəd bükümdəki ağ rəngli kristal şəkilli metamfetamin kiməyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (Cild 3, iş vərəqləri 42- 28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məcburi narkoloji tibbi muayinəyə dair ekspertizanın 03 sentyabr 2021-ci il tarixli, 3227 və 3228 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. (Cild 2, iş vərəqləri 195-196; Cild 3, iş vərəqləri 105-106) Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması” haqqında 12 noyabr 2021-ci il tarixli və “Cinayət işi üzrə maddi sübut kimi tanıınma haqqında” 20 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,989 qram narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,771 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,511 qram metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 49-50, Cild 2, iş vərəqləri 182-183) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 sentyabr 2021-ci il və 16 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 147,011 qram, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 980 dəfə, külli miqdardan isə təxminən 73 dəfə artıq olması, həmçinin 4,711 qram, yəni psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 31 dəfə artıq olması, Təqsirləndirilən şəxs2 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3,049 qram, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 20 dəfə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunması kimi ifadələrində göstərdiyi xüsusatları, özlərini müdafiə üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, şahidlər Şahid1, X2 və X4 məhkmədə verdikləri ifadələr təqsirləndirilən şəxslərlə tanışlıq münasibətlərindən irəli gələn, onların mövgeyinə uyğun ifadələr kimi qiymətlərindilməli və mötəbər sübut kimi qəbul edilməməli, onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, müdafiə tərəfinin mobil telefon vasitələri ilə aparılan danışıqlara istinad edərək ərazi üzrə anten məlumatlarına əsasən ayrı-ayrı şəxslərin müxtəlif ərazilərdə olması barədə gətirdikləri dəlillərlə bağlı göstərilməlidir ki, mobil telefon şəxsdən ayrıla bilən cihaz olduğundan və şəxsin bir neçə mobil telefon və mobil telefon nömrəsi ola bildiyindən, tək bu əsasa görə təqsirləndirilən şəxslərin təqsirzsizliyi və aparılan istintaq hərəkətinin etibarsızlığı ilə bağlı hər hansı bir mülahizə irəli sürmək əsassızdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4.-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (Cild 2, iş vərəqləri 135-138) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Əliyev X5 rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 17 sentyabr 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə təyin edilmiş cəzası 01 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 30 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 156-157) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Abşeron rayon məhkəməsinin 08 avqust 2021-ci il tarixli qərarları ilə onların barələrində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21, 42, 120-128) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,989 qram narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,771 qram narkotik vasitə heroin və 4,511 qram metamfetamin məhv edilməli, iş materiallarında olan 04 ədəd “CD” formatlı disk cinayət işi materiallarında salxanılmalı, bir ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 114 manat (yüz on dörd) manat məbləğində, Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 149,76 qram çəkidə narkotik vasitə heroin, 4,511 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, iş materiallarında olan 04 ədəd “CD” formatlı disk cinayət işi materiallarında saxlanılsın, bir ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat məbləğində, Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin