Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-181/2024 23.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan bir ədəd sellofan bükümdə külli miqdarda 2,116 qram çəkidə narkotik vasitə heroini, 64,5 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan 01 ədəd sellofan bükümdə 1,556 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Hökməli kəndi ərazisinə daşımış, Abşeron rayon polis idarəsinin X18 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Hökməli kəndi ərazisində yerləşən məktəbin yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinin X18 inzibati binasına gətirildikdən sonra həmin gün saat 17:35-dən 17:50-dək onun üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı göy rəngli sellofan paketdən həmin 01 ədəd sellofan bükümdə külli miqdarda 2,116 qram çəkidə narkotik vasitə heroin, 64,5 qram çəkidə qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə 1,556 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və qurudulmuş marixuananın izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu təxminən saat doqquzun yarısı radələrində evdən yatdığı yerdən aparmışlar. Saxlanan zaman onun üzərində narkotik vasitə olmamış, “Ramil” adlı polis əməkdaşının təzyiqi altında ona narkotik vasitə yükləmişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə marixuana, arabir də heroin və metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu evdən aparanda qonşular da görmüşdür. Onu səhər evdən aparmış, sonra evə özləri baxış keçirmişlər. Kazım onu evdən aparanda yanında ailəsinin və bacısının olduğunu bildirmişdir. Onu səhərdən saat 5-ə kimi saxlamış, narkotik vasitəni boynuna almağı bildirirmiş, ailəsi ilə hədələmişlər. Ona “Ya narkotik vasitəni boynuna alacaqsan, ya da ailəni də götürüb gələcəyik” deyə hədə-qorxu gəlmişlər. Daha sonra saat 5-də video çəkiliş olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyini bildirmişdir. İbtidai istintaq zamanı dövlət hesabına təyin olunmuş vəkil ona “yaxın durmamış”, hər şeyin yaxşı olacağını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onu səhər saat doqquz radələrindən aparmış, heç bir istintaq hərəkəti həyata keçirməmişlər. Narkotik vasitələri boynuna almağı tapşırdıqları üçün video çəkiliş olanda polis əməkdaşlarının ona dediklərini qeyd etmişdir. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları evə gələndə saat təxminən səkkiz-doqquz radələri olmuş, həyətdən səs-küy gəldiyini eşitmiş, həyətə çatanda qardaşı İlqar Niyazovu həyətdə sürümüşlər. Onlara çatıb “Bu nə hörmətsizlikdir?” demiş, buna görə onu da təpikləməyə başlamış, dörd nəfər onu alt köynəyində, ayaqqabısız halda evdən götürüb X19 aparmışlar. Saxlanan zaman sahə rəisini orada görməmiş, bölməyə getdikdən sonra sahə rəisini görmüşdür. Saxlanılan zaman “Cenqo” ləqəbli şəxs iştirak etmiş, evindən onu götürən zaman evdəki əşyalardan bəzilərini - uşağın video aparatını, stəkanın içərisindəki 80 (səksən) manat pulu, saatlarını, boyunbağı və sırğa aparmışlar. Onunla birlikdə qardaşı İlqar Niyazovu da bölməyə aparmışlar. Polis Bölməsinə getdikdən sonra saat 4-5-ə kimi onu təzyiq altında saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, heç yerdə işləmir. Özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Belə ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Təxminən üçdörd ay olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində xatırlamadığı yerdə tanımadığı şəxsdən ümumilikdə 230 manat müqabilində bir qədər marixuana, bir büküm heroin və bir büküm “patı” adlandırdığı metamfetamin almışdır. Həmin narkotik vasitələri alarkən çəkisini dəqiq yoxlamaq məqsədi ilə oraya gedərkən üzərində bir ədəd də elektron tərəzi aparmışdır. Həmin şəxsdən narkotik vasitələri aldıqdan sonra onları tərəzini saxladığı göy rəngli sellofan torbaya qoymuş və əlində saxlamışdır. Daha sonra yaşadığı Abşeron rayonu, Hökməli kəndinə qayıtmışdır. Həmin gün təxminən saat 17 radələrində Hökməli kəndində yerləşən məktəb binasının yaxınlığında bir nəfər polis əməkdaşının və yanında bir neçə tanımadığı şəxsin ona yaxınlaşdığını gördükdə əlindəki sellofan paketi gizlətməyə çalışmış, lakin həmin şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinin X19 dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin X19 getmişdir. Bölmədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı deyilmiş, o isə heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda o da könüllü olaraq əlində daşıdığı sellofan paketin içərisində saxladığı qurudulmuş marixuana kütləsini, bir ədəd elektron tərəzini, bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Ondan həmin maddələrin nə olduğunu soruşduqda sellofan paketdəki açıq kütlənin marixuana, balaca bükümlərdən birinin metamfetamin, birinin isə heroin olduğunu bildirmişdir. Daha sonra ondan elektron tərəzini nə məqsədlə saxladığı və daşıdığı soruşduqda narkotik vasitələri alarkən, habelə istifadə edərkən çəkisini müəyyən etmək üçün saxladığını və daşıdığını bildirmişdir. Daha sonra həmin marixuana kütləsi, elektron tərəzi və iki ədəd büküm onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Törətdiyi əmələ görə peşmandır. Sonda o, həmin psixotrop maddə və narkotik vasitələri 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən ümumilikdə 230 manat müqabilində aldığını, həmin psixotrop maddə və narkotik vasitələrdən heç kimə satmadığını və ya hədiyyə vermədiyini, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon polis idarəsinin X18 əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində saxlayan zaman özü, digər əməliyyat müvəkkili Fərid, sahə inspektoru Mahir və əməliyyat müvəkkili Şahin iştirak etmişlar. Dördü birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlayan zaman onlara qarşı hər hansı müqavimət və ya zorakılıq göstərməmişdir. Həmçinin onlar tərəfdən də Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğunu xatırlamadığını, şəxsi saxlayıb polis bölməsinə gətirdiklərini bildirmişdir. Bölmədə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, aşkar olunmuş narkotik vasitə ilə bağlı ekspertiza keçirilib ekspert rəyi tərtib olunmuşdur. Ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Kazım saxlanmamışdan qabaq dəfələrlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinib saxlanmış şəxslər hamısı narkotik vasitəni Kazım və qardaşı İlqardan aldığını bildirmişlər. Şahid2 Kazım saxlanandan sonra az müddət ərzində X17 əməliyyat müvəkkili işləmiş, daha sonra xidməti iş yerini dəyişmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı alıcı müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs evinə daxil olaraq tərəfindən evə baxış keçirilmədiyini bildirmişdir. Kazım saxlanan zaman yanında onlardan başqa heç kim olmamışdır. Şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aparılmış video çəkilişin saatını xatırlamadığını, tədbirin üzərindən xeyli müddət keçdiyini bildirmişdir. Şahid2 qeyd etmişdir ki, qandal vurmağa ixtiyarlarının olmamasına görə Kazımı saxlayan zaman qoluna qandal vurmamışlar. X14 qəsəbəsində, yaşadığı evin yaxınlığında saxladığını, saxlanılan zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin X18 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Abşeron RPİ-nin Qobu PB-nin rəisi, polis mayoru Samir Qayıbov tərəfindən 30 yanvar 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində X18 əməkdaşları Şahid3, Şahid1, Şahid4 və onun iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Niyazov X10 rayonu, Hökməli kəndi ərazisində saxlanaraq Abşeron rayon polis idarəsinin X18 inzibati binasına dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd göy rəngli sellofan torba olmuşdur. Abşeron RPİ-nin Qobu PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əlində saxladığı göy rəngli sellofan paketin içərisində saxladığı bir ədəd ağ rəngli tərəzini, iki ədəd sellofan bükümü və açıq halda narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, üzərində aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddənin heroin, digər bir ədəd şəffaf rəngli sellofan bükümdəki kristal şəkilli maddənin psixotrop maddə metamfetamin, sellofan torbadakı açıq halda olan maddənin isə marixuana olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən ümumilikdə 230 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin Kibercinayətlərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, hadisə zamanı Abşeron rayon polis idarəsinin X18 əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs Hökməli ərazisində yaşamış, onu yaşadığı evin yaxınlığında saxlamışlar. Hadisə barədə əməliyyat müvəkkilinin məlumatı olmuş, əməliyyat tədbiri də onun tədbiri olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşaraq onu polis bölməsinə aparmışlar, həmin vaxt əlində göy rəngli sellofan torbada nəsə olmuşdur. Təhqiqatçı video çəkiliş vasitəsilə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini həyata keçirən zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində böyük bükümdə marixuana olması, cibindən “patı” ya da “kokos” aşkar olunması yadında qalmışdır. Həmin dövrdə Hökməli ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olan hansı şəxsi saxlamışlarsa, hamısı narkotik vasitəni Kazımdan əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli əvvəldən onlara məlum olmuşdur. Kazımı saxlayan zaman dörd nəfər polis əməkdaşı olmuş, bir də qapı tərəfdə təqsirləndirilən şəxsin ailə üzvləri olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs saxlama tarixi və vaxtı ilə bağlı bildirdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin X18 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 daxil olmuş məlumat əsasında Hökməli qəsəbəsində, evinin yaxınlığında olan ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Hökməli qəsəbəsini Kazımla qardaşı narkotik vasitə ilə təmin etmişdir. Təqsirləndirilən şəxs saxlayıb polis bölməsinə gətirmiş, bölmədə şəxsə müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs özü narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Şahid1 xatırladığına görə Kazım narkotik vasitələri ümumilikdə 230 (iki yüz otuz) manata Binəqədi ərazisindən aldığını qeyd emişdir. Orada həmçinin metamfetamin, heroin və marixuana da olmuşdur. O, Təqsirləndirilən şəxs saat 17 radələrində, nahardan sonra tək saxladıqlarını və saxlayarkən yanında ailə üzvlərinin olmadığını bildirmişdir. Kazımı saxlayan kimi təhqiqatçı və vəkil çağırmışlar, daha sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şahid1 bildirmişdir ki, narkotik vasitə istifadəçiləri hamısı özünü müdafiə məqsədilə saxlanma yerlərini ittihamdakından fərqli olduğunu qeyd edirmişlər. Təqsirləndirilən şəxs saxlayana kimi o, bütün kəndi narkotik vasitəylə məhv etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin X18 əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat aparatına Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsində yaşayan Təqsirləndirilən şəxs Hökməli qəsəbəsi ərazisində narkotik vasitələrin saxlaması, gəzdirməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra həmin vaxt bölmə rəisi olan Samir Qayıbov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 30 yanvar 2023-cü il tarixdə günortadan sonra, axşamüstü saat 4-5 radələrində vətəndaş Niyazov X11 qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Saxlanılan zaman Kazımın əlində sellofan torba olmuşdur. Şəxs polis bölməsinə dəvət olunmuş, polis bölməsindəki xidməti otaqlardan birinə vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılacağı əvvəlcədən bildirilmiş, Kazım buna narazılıq etməmişdir. Qeyd olunan istintaq hərəkəti həyata keçirilən zaman şəxsə könüllü olaraq üzərində dövriyyəsi qanunla qadağan olunmuş predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Belə ki, şəxsi axtarış zamanı sellofan torbadan elektron tərəzi, açıq şəkildə sellofan torbanın içərisindən qurudulmuş marixuana və iki büküm narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Şahid4 həmin ərazinin sahə rəisi olduğunu, sadəcə olaraq kömək məqsədilə tədbirdə iştirak etdiyini bildirmişdir. Tədbir keçirilən zaman Şahid4 həmin əraziyə təxminən iki-üç ay əvvəl sahə rəisi təyin olunduğunu, hələ ərazini və əhalini o qədər də yaxşı tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onda əvvəlcədən məlumat olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 ifadəsində hadisədən uzun müddət keçdiyi üçün hadisəni necə baş verdiyini, birinci Təqsirləndirilən şəxs, yoxsa qardaşının bölməyə aparılmasını xatırlamadığını bildirmişdir. O, şübhəli şəxs barəsində tutma protokolunu tərtib etmiş, həmin protokolu təsdiq etmiş, şübhəli şəxs barəsində şəxsi axtarışı keçirmişdir. Məmmədxan Həsənov şəxsin tutulub bölməyə gətirildiyi zamanla 10- 15 dəqiqə bölməyə girdikdən sonra fərq olduğunu, bölmədə o saatları qeyd etdiklərini bildirmişdir. Bir nəfər şəxsin tutulmasının, bölməyə gətirilməsinin, təhqiqat hərəkətlərinin sənədləşdirilməsi təxmini olaraq 40-45 dəqiqə olduğunu, bir vəkilin bölməyə gəlib orada iştirak etməyinin çox vaxt da, az vaxt da apara biləcəyini, ümumi sənədləşdirilmənin 2 saat müddətə qədər baş verdiyini qeyd etmişdir. Narkotik vasitə qablaşdırıldıqdan sonra ən geci gün ərzində kspertizaya göndərilir. O, bildirmişdir ki, şübhəli şəxsin tutulması barədə protokolla şübhəli şəxs barəsində şəxsi axtarış keçirilən saatlar arasındakı fərq texniki səhvlərə görə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, polislər hadisə günü onu yaşadığı evindən polis bölməsinə aparmışlar. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs onun arxasınca gəlmişdir. Onların səsküylərinə qardaşı Kazım çıxmışdır. Onlar elə başa düşmüşlər ki, uşağa nəsə olmuşdur. Qardaşının tutulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü və yerdə olduğunu görmüş və hadisəyə müdaxilə etmək istəmişdir. Birinci onu, daha sonra da qardaşını eyni şəxslər polis bölməsinə aparmışdır. Təqsirləndirilən şəxs bu işdə heç bir təqsiri olmamışdır. Bölmədə xidməti otaqların birində təhqiqatçının iştirakı ilə video çəkiliş aparılmışdır. Təhqiqatçı birinci onun işini, daha sonra isə qardaşının işini sənədləşdirmişdir. İlqar sənədləşdirilənə qədər Kazımla ayrı-ayrı otaqlarda olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, onlar yatarkən saat doqquz radələrində gəlmiş, həyətdə səs-küy salmışlar. O, qapını açmış, arxasınca da əri Kazım çıxmışdır. Kazım cins şalvarını geyinib bayıra çıxanda polsilər evə basqın etmişdir. Qaynının oğlu xəstə olduğundan ona nəsə olduğu səs-küy gəldiyini düşünmüş, amma polislərin olduğunu görmüşdür. Polislər evə girmiş, ərini götürüb sürüyə-sürüyə aparmış, özünü də döymüşlər. Bədəninin gömgöy şəkillərinin olduğunu bildirmişdir. “Cenqo” ləqəbli şəxs ona qarşı nalayiq təhqiredici ifadələr işlətmiş, polis əməkdaşları həmçinin evdən qızılları, pulları da aparmışlar. Polis Bölməsinə ilk olaraq Kazımı, daha sonra da İlqarı aparmışlar. Ərini tutan polis əməkdaşları etdikləri ilə bağlı harasa şikayət etməməyi, əks halda onları da aparacaqlarını bildirmişlər. X21 təxminən bir ildir ki, narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, o, Hökməli dairəsində olan zaman “Cenqo” ləqəbli Cəmaləddin ona zəng edib tez xalasıgilin qapısına gəlməyi, bacısının üzərində narkotik vasitə olduğunu bildirmişdir. Cəmaləddin ona zəng edən zaman saat doqquz radələri olmuşdur. Gəldikdə evin içərisinin polis əməkdaşları ilə dolu olduğunu, evi dağıdıb-tökdüklərini, Kazımgili apardıqlarını görmüşdür. Cəmaləddin bacısını soyundurmaq istəmiş, lakin Rəşad onda narkotik vasitə olmadığını bildirərək buna icazə verməmişdir. Polis əməkdaşları çıxıb getdikdən sonra X12 arxasınca getmişdir. Cəmaləddin ona beş min verməklərini, bunun qarşılığında Kazımı buraxacaqlarını, üç gün ərzində İlqarı da məhkəməylə buraxacaqlarını demişdir. O, Kazımgilin saxlanıldığı günün axşamı, saat beş-altı radələrində polis bölməsinə tək getmişdir. Orada bölmə rəisi Samirin işlərinə baxan X5rşılamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsi ərazisində narkotik vasitələri satması, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən 01 ədəd DVD formatlı disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən bir ədəd elektron tərəzi, bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamini, bir bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroini və açıq qurudulmuş marixuananı təqdim edərək öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitə və psixotrop maddələr sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək müvafiq qaydada qablaşdırılır və möhürlənir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/577 nömrəli rəyin əsasən üzərində: “Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,116 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 1,556 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 7/137 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd sellofan paketdə təmiz çəkisi 64,5 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 1623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 845 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azercell Telecom MMC-dən daxil olan, özündə, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə gələn mesaj mətnləri əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, həmin mesaj mətnlərində “KAZİM MENEM FERRUXDU SENEN İSİM VAR ACDA TELEFONU”, “1qıram.kola.lazımdi.beyaqda.gelib.birkisaat.gözledim.seni.çıxdın. getdin.gelmedin.biyanıma.1qıram.gelsem.menimçün.tapıb.almaq.olar.qaqa?”,“Salam.ata.ne cesen.gelsem.qardaşçin.yarıdan.birden.ala.bilersen?” və s.məzmunlu narkotik vasitələrin satışını ehtiva edən məlumatlar vardır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,016 qram olan heroin, 1,506 qram olan metamfetamin, 64,45 qram olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Niyazov X2, Dağlıq küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs haqqında Hökməli qəsəbə İƏDÜ nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin arvadı X1 və digər qohumlarının məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin himayəsində xx.xx.2017-ci il təvəllüdlü azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırna hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 2,016 qram qalıq heroin, 1,506 qram qalıq metamfetamin, 64,45 qram qalıq qurudulmuş marixuana məhv edilməli, bir ədəd elektron tərəzi müsadirə edilməli, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 2,016 qram heroin, 1,506 qram metamfetamin, 64,45 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 372 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-181/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-181/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver