Məhkəmə qərarları › İş №1(124)-181/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-181/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-181/2025 16.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləmiş,ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kazımov Təqsirləndirilən şəxs (Məmmədova) Ayşən Elşən qızı ilə 2023-cü ilin may ayından faktiki, 2024-cü ilin iyun ayından isə rəsmi nikah münasibətinə daxil olub, səhəti ilə əlaqədar tibbi müayinədən keçərkən müalicəsiz övladının olmayacağını öyrəndikdən sonra arvadının bir müddət əvvəl digər kişi ilə cinsi əlaqəyə girib hamilə qalması qənaətinə gələrək, 23 iyul 2024-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs ilə bu məsələni dəqiqləşdirmək, arvadının başqa kişi ilə intim həyat yaşamasını etiraf etməyəcəyi təqdirdə isə sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə əvvəlcədən planlaşdırdığı cinayətin icrasını asanlaşdırmaq və Zərərçəkmiş şəxs bu vəziyyətdə qeyd olunan məsələ ilə bağlı suallar verib sonuncudan konkret cavablar almaq üçün, birgə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” 24 saylı binanın 36 saylı mənzilində Zərərçəkmiş şəxs qarşı zor göstərib müqavimətini qıraraq yapışqan lentlə əllərini bağladıqdan sonra zərərçəkmişi sorğu-sual edib Zərərçəkmiş şəxs sonuncu gününü yaşadığını bəyan edib arvadından başqa kişi ilə intim münasibətdə olmaqla hamilə qalmasını öyrənmişdir. Bundan sonra o, qısqanclıq hissinin təsiri altında onda psixi emosional sferasında yaranmış hirslilik və aqressivlik fonunda fizioloji affekt halında olmadan, arvadının ona xəyanət etməsinə görə qisas alıb öldürmək qərarına gəlib, bu niyyətin icrası prosesində əvvəlcə sonuncunun göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vuraraq zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “Hər iki gözətrafı yumşaq toxumaların ovalvari formalı qançır şişkinliyi” xəsarətini yetirmiş, bunun ardınca o, öz üstünlüyünü göstərməklə masanın üzərindən götürdüyü qayçı ilə əlləri bağlı vəziyyətdə olan arvadının saçlarını müxtəlif yerlərdən kəsərək sonuncunun şəxsiyyətini ölümündən əvvəl ələ salıb məsxərəyə qoyaraq Zərərçəkmiş şəxs ona xəyanət etməsi barədə etirafedici danışığını öz mobil telefonunun kamerası ilə videoya çəkib qeydə almaqla, arvadına bu hərəkətinə görə yaşamamalı olduğunu bildirib sonuncuya özünü öldürməyi təklif etsə də, Zərərçəkmiş şəxs bu təkliflə razılaşmamasına və sonuncunun yaşadıqları binanın səkkizinci mərtəbəsindən qışqırıb kömək istəməsinə cavab olaraq, Zərərçəkmiş şəxsm öldürmək niyyətini tam qətiləşdirib, sonuncu əlləri bağlı vəziyyətdə olduğundan, ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edərək, üstəlik cinayətin törədilmə üsuluna görə müstəsna qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxsm arxadan qaldırıb hündürmərtəbəli binanın səkkizinci mərtəbəsindən yerə atmaqla ona alacağı xəsarətlərlə xüsusi ağrılar yetirəcəyini əzab verdiyini dərk edib, yəni həm ölümündən əvvəlki hərəkətləri ilə, həmdə törədilmə üsuluna görə xüsusi amansızlıqla pəncərədən aşağı atıb sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “Döş qəfəsinin, qarının küt travması, sağ ağciyərin cırılmış yaraları, soldan İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə, sağda İİİ, İV, V, Vİ, Vİİ qabırğaların ön qoltuqaltı xətti üzrə sınıqları, qabırğalar arası əzələlərə qansızmalar, qaraciyərin cırılmış yarası, sağ yuxarı ətrafın bazunun aşağı 1/3-dən tam amputasiyası (gövdədən ayrılması), sol bazunun orta 1/3-nin açıq deformasiya olunmuş sınığı, sol bud sümüyünün orta 1/3-nin deformasiya olunmuş açıq sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq deformasiya olunmuş sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq deformasiya olunmuş sınığı, sağ gicgah təpə nahiyəsinin cırılmış yarası, “Döş qəfəsinin ön səthinin geniş ölçülü sıyrığı, sağ əlin üst səthinin, sol əlin üst səthinin, sol əlin İİ, İİİ barmaqları nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları, sağ, sol bud, sağ baldır, sol bel nahiyələrinin sıyrıqları” xəsarətlərini yetirməsi ilə əlaqədar sonuncu aldığı xəsarətlərə görə yerləşdirildiyi “Abşeron rayon mərkəzi xəstəxanası” publik Hüquqi Şəxsində həmin gün saat 11:10 radələrində “Travmatikhemoragik şok, döş və qarın boşluqlarına qansızmalar, ağciyərin, qaraciyərin cırılmaları, iki tərəfli qabırğaların çoxsaylı sıyrıqları, sağ və sol bud sümüyünün açıq deformasiya olunmuş sınıqları, sağ yuxarı ətrafın bazunun aşağı 1/3-dən amputasiyası” səbəbindən ölməsi nəticəsində, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürüb, həyatdan məhrum etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Ayşənin ona xəyanət etməsini tutmuşdur. Ayşən ona həyat yoldaşı kimi yaxınlıq verməmişdir. Nə olduğunu ondan soruşmuşdur. Çöldən ona Ayşənin evdən çıxdığını demişlər. Özündən soruşanda isə evdən çıxmadığını demişdir. Ayşən hamilə qalmışdır. O daha sonra həkimə gedəndə həkim ona “sənin övladın ola bilməz” demişdir. Ayşən ilə bir müddət evli qalandan sonra övladının dünyaya gəlmədiyini görmüşdür. Ayşən qarnındakı uşağın ondan olduğunu deyərək, abort etdirmək istədiyini bildirmişdir. Həmin vaxt onlar kəbinlə yaşayırmışlar. Ayşən universitetdə oxuduğuna görə abort etdirməsinə razılaşmışdır. Həmçinin gələcəkdə övladlarının olacağını düşünmüşdür. Abortdan üç və ya dörd aydan sonra Ayşənin ana olmadığını gördükdə həkimə getmişdir. Həkimdən gələndən sonra Ayşənə həkimin dediklərini demiş və ondan uşağın necə olduğunu soruşmuşdur. Ayşən birinci məsələni ağzından qaçırtmışdır. Sonradan dediyini boynundan ataraq “yox uşaq səndən idi” demişdir. O, Gəncədə olanda Ayşənin xəyanət etməsini ona çatdırmışlar. O, Ayşəndən “mən evdə olmayanda sən çölə çıxmısan mı?” deyə soruşanda, Ayşən ona çölə çıxmadığını demişdir. Birinci dəfə onun bu formada yalanını tutmuşdur. Ondan sonra axşam yatmış və səhər oyanıb namazlarını qılmışlar. Ayşəni qorxutmaq məqsədi ilə “boynuna almasan səni öldürəcəm” demişdir. İki dəfə Ayşənə şillə vurandan sonra Ayşən boynuna almışdır. Daha sonra həmin uşağın Məhəmməd adlı şəxsdən olduğunu etiraf etmişdir. Məhəmməd adlı şəxsin sinif yoldaşı olduğunu və onunla xəyanət etməsini demişdir. Ondan ikinci dəfə kiminlə xəyanət etməsini soruşduqda, yenə də Məhəmməd adlı şəxslə xəyanət etdiyini demişdir. Ona evdə qoyduğu telefonla Məhəmməd adlı şəxsə zəng etdiyini və evə çağırdığını demişdir. Oradan da onu götürərək getdiklərini demişdir. O, həmin videoları Ayşənin anasına göndərmək məqsədi ilə çəkmişdir. Ayşənə ondan ayrılacağını demişdir. Məhkəmədə boşananda sübut qismində istifadə etmək niyyətində olmuşdur. Xəyanət üstündə boşamışam demək istəmişdir. Videoda özü xəyanət etdiyini təsdiq etmişdir. Ayşəni döymüşdür. Qohum-əqrəbasına videonu göstərəcəyini demişdir. Ayşən ona “bunu etsən mən qohum əqrabanın üzünə baxa bilmərəm” demişdir. Ayşən ona “mən belə yaşamaqdansa özümü öldürərəm” demişdir. Ayşən ondan su gətirməsini istəmişdir. Mətbəxə su gətirmək məqsədi ilə keçmişdir. Mətbəxlə olduğu yer arasındakı məsafə beş saniyəlik olmuşdur. O, stəkanı su ilə doldurana kimi özünü atmış və o da stəkanı tullayaraq Ayşənin arxasınca qaçmışdır. O, narkotik vasitə və psixatrop maddələrdən istifadə etməmişdir. Əvvəllər istifadə etmiş, lakin son 7-8 aydır ki, istifadə etməmişdir. O, narkotik vasitə və psixatrop maddələrdən evlənməmişdən əvvəl istifadə etmişdir. Hadisə günü spritli içki qəbul etməmişdir. Ailə həyatı qurmamışdan əvvəl başqa şəxslərlə münasibətinin olmasını onunla ailə həyatı quranda bilməmişdir. Ona ərə gələndə bakirə olaraq ərə gəlmişdir. İstintaqda ifadə verərkən ona dedikləri kimi ifadə vermişdir. Həmin vaxt özündə olmamışdır. O, Ayşəni o vəziyyətdə aşağıda görmüşdür. Ağlı üzərində olmamışdır. Elə həmin dəqiqə də onu çəkilişə gətirmişlər. Çəkilişi də iki dəfəyə etmişlər. Ayşənin əlini skoçla bağlamışlar. Ayşən özünü pəncərədən atmışdır. O, mətbəxdən pəncərənin yanına gələndə Ayşən artıq yerdə olmuşdur. Onlar divanda oturub mübahisə etmişlər. Ayşənin ondan kömək istəməsi yadında deyil. Ayşənin ayağa duraraq qaçdığı və özünün də onun arxasınca qaçdığı yadındadır. O, Ayşənə iki şillə vurmuşdur. Hava isti olduğuna görə pəncərə həmişə onlarda açıq olmuşdur. Şəxsin arxasınca baxanda onun yerdə uzanmasını görmüşdür. Kömək etmək məqsədi ilə aşağı düşmüşdür. Aşağıda olanda Ayşəndən özünü niyə atdığını soruşmuşdur. Ayşən ona cavab verməmişdir. Aşağı düşəndə şəxsin əlini açmışdır. O, şəxsi düzgün yola qaytarmaq istəmişdir. Düzgün yola qayıtmayacağı halda ayrılacağını bildirmişdir. Hər şeyi etiraf edəndən sonra ayrılacağını demişdir. Qohumlarının onu öldürəcəklərindən qorxaraq videonu göstərməməyini demişdir. Onun videonu göstərməkdə məqsədi ondan niyə boşanmasını soruşmamaqları üçün olmuşdur. O, şəxsi pəncərədən atmamışdır. Həmin vaxt onun üzərində mobil telefon olmamışdır. Hadisə yerində olan bir nəfər cavan oğlana təcili yardıma zəng etməsini demişdir. Ayşəni o vəziyyətdə görəndən sonra özü də qorxmuşdur. İ cild səhifə 179-da olan ifadəsini təsdiq etməmişdir. Onu döyməmişlər, lakin ona psixi təzyiq etmişlər. O, həmin zaman ikinci ifadə verməmişdir. İfadəsini oxumadan imzalamışdır. Hadisə yerində olan çəkiliş videosunu çəkdiklərində üç dəfə videonun çəkilişini dayandırmışlar. O, necə şikayət edəcəyini bilməmişdir. Onun vəkili heç bir şey etməmişdir. Vəkil müstəntiqin yanında sakitcə dayanmışdır. Ayşən ona ərə gələndən sonra onun universitetdə qızlarla birlikdə narkotik istifadə etməsini bilmişdir. Sonra da həmin qızlarla yazışmasını tutmuşdur. Ondan sonra telefonunu əlindən almışdır. Onların iki aylıq evlilikləri dövründə Ayşən heç bir yerdə işləməmişdir. Həkim ona övladının ola bilməyəcəyini dediyi üçün onun ürəyində şübhə qalmışdır. Özü rayona getmiş, anası da evdə olmamışdır. Ayşən evdə tək olmuşdur. Ona zəng edərək yoldaşının gecə saatlarında evdən çıxdığını demişlər. O da Ayşənə zəng edərək harada olduğunu soruşmuşdur. Ona evdə olduğunu və yatmış olduğunu demişdir. Həmin vaxtı saat hələ on ikini keçməmişdir. Ona “sənin yoldaşın gecə harasa getdi” sözünü deyən şəxsin adını və soyadını bilməmişdir. Ayşən Sumqayıt Dövlət Universitetində oxumuşdur. O, Ayşənə “anana deyərsən Hicaba girmək istəyirəm” demişdir. O, Ayşənə hicaba girməsi şərtilə dərsə gedib gəlməsini istəmişdir. Hicabı onun başından çıxartmışlar. Ayşənin yazışmasını tutanda Ayşən yazışdığının xanım olduğunu demişdir. O, Ayşənə ayrılmaq istədiyini bildirmiş və ayrılanda onu biabır edəcəyini demişdir. O da “dayım məni öldürər” demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, o ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu ildə Ayşən Məmmədova ilə Binəqədi rayonu Sulutəpə qəsəbəsində tanış olmuş, aralarında sevgi münasibəti başlamış, təxminən bir il bundan əvvəl isə bir yerdə yaşamaq qərarına gəlsələr də, Ayşənin valideynləri razı olmadığına görə sonuncu ona qoşulub qaçmışdır. Özü əvvəllər narkotik vasitələrdən istifadə etsə də, təxminən 2-4 aydır ki, istifadə etməmiş, arvadı Ayşən onunla birlikdə yaşamağa başlamazdan əvvəl narkotik vasitələrdən istifadə etmiş, amma 2023-cü ilin may ayından sonra narkotik vasitələrdən istifadə etməmişdir. 2023-cü ildən onlar atası Şahid6 məxsus Abşeron Gənclər Şəhərciyi bina 64, mənzil 36-da yaşamağa başlamış, 2024-cü ilin may ayında isə onlar rəsmi qaydada nikaha daxil olmuş, Ayşən “Kazımova” soyadını götürmüşdür. Onların övladı olmamış, amma Ayşən onların birlikdə yaşamadıqları dövrdə bir dəfə hamilə qalmış, evdə problem olmaması üçün abort etdirmişdir. Ayşən Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsil almış, lakin bir yerdə yaşadıqdan sonra ona dərsə getməyə icazə verməmiş, Ayşən evdə oturmuş, o, isə fəhlə kimi işləyib dolanışıqlarını təmin etmişdir. Təxminən 6 ay bundan öncə Bakı şəhərində hazırda adını xatırlamadığı xəstəxanada sperma faizi ilə bağlı analiz verəndə həkim aktiv sperma faizinin çox az olduğunu və müalicə olunmadığı vaxtda onun uşağının olmasının mümkün olmayacağını demişdir. Bundan sonra evdə olanda o, Ayşənlə oturub söhbət edib kimdən hamilə qaldığı barədə suallar vermiş, hətta onu döysə də, Ayşən ondan hamilə qaldığını söyləmiş, ona düzgün demədiyi təqdirdə ayrılacağını deyəndə Ayşən uşağın ondan olmadığını, bir az da üstünə gedəndə isə ondan hamilə qaldığını və qorxduğuna görə belə söylədiyini bildirmişdir. Onun sözlərinə inansa da, ürəyində xal qalmış, içində şübhə yarandığından onu izləmişdir. Bir necə ay bundan öncə o, evdə saxladığı özünə məxsus mobil telefona zəng etdikdə əvvəlcə xətt məşğul olmuş, daha sonra Ayşən cavab verəndə kiminlə danışdığını soruşduqda o, yalan deyərək heç kimlə danışmadığını demiş, evə gəlib mübahisə edəndə isə rəfiqəsi ilə danışdığını söyləmiş, telefona baxanda yazı və zənglər bölməsinin silindiyini görmüş, əli ilə onun üz və baş nahiyələrinə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, 23 iyul 2024-cü il tarixdə saat 04:20-da Ayşənlə məsələni dəqiqləşdirmək qərarına gəlib onun namaz qılıb qurtarmasını gözləmiş, daha sonra yataq otağında olan yapışqan lentlə (skoçla) əllərini bağlamış, bu zaman Ayşən “eləmə, əllərimi bağlama” deyib ona müqavimət göstərsə də, onun iradəsinə zidd olaraq əllərini qabaqdan yapışqan lentlə bağlamışdır. Bundan sonra Ayşənə ona kiminlə xəyanət etdiyini, kimdən hamilə qaldığı barədə suallar vermiş, ilkin olaraq o, yalan danışıb ona xəyanət etmədiyini söyləmişdir. Ayşənə “bu gün son gündür” deyəndə Ayşən Mahmud və ya Məhəmməd adlı şəxşlə intim əlaqədə olmasını etiraf etmiş, hətta ondan hamilə qaldığını söyləmişdir. Bundan sonra yataq otağında olan masanın üstündən qayçını götürərək Ayşəni cəzalandırmaq qərarına gəlib saçlarını müxtəlif yerlərdən kəsməyə başlamış, Ayşənin ağlayaraq “saçlarımı niyə kəsirsən, etmə, ayıbdı” deməsinə məhəl qoymamışdır. Bundan sonra o, Ayşənin videosunu çəkib anası Şahid4 “Whats App” mobil tətbiqi vasitəsi ilə göndərmiş, bunu etməkdə məqsədi gəlininin etdiyi xəyanəti bilməsi olmuşdur. Ayşəndən həmin oğlanın mobil nömrəsini tələb etdikdə o, qışqırıb verməkdən imtina etmiş, böyük biabırçılıq olacağını, bundansa yaşamamağın yaxşı olduğunu deyəndə ona özünü pəncərədən atmasını söyləmişdir. Ayşən də əlləri bağlı vəziyyətdə qonaq otağına keçib açıq olan pəncərənin qarşısına keçib dayanmış, ona “Ayşən at da özünü” deyəndə o, “kömək edin, kömək edin, məni öldürəcək” deyə pəncərədən qışqırmış, həyətdə və üzbəüz binada olan sakinlər baxmağa və toplaşmağa başlamışlar. Bundan sonra o, Ayşənin özünü pəncərədən atmayacağını görüb arxadan onu qaldırıb pəncərədən çölə çıxartmış, onun bədəninin yarısı artıq çöldə olmuş, ayaqlarından qaldırıb onu pəncərədən aşağı atmışdır. Daha sonra aşağıda olan sakinlərin səsləri gəlmiş, onun ölüb-ölməsini dəqiqləşdirmək üçün aşağı düşüb Ayşənin əlləri bağlı vəziyyətdə olan yerə getmiş, Ayşən onu görüb ətrafda olan adlarını bilmədiyi şəxslərə “qoymayın yanıma gəlsin o, məni öldürəcək” deyə söyləmişdir. Daha sonra evdən özü ilə gətirdiyi qayçı ilə Ayşənin əllərini bağladığı yapışqan lenti açıb yenidən evə qalxmış, tez bir zamanda polis əməkdaşları onun yaşadığı və hadisənin baş verdiyi evə gələrək onu polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Ayşənin əynində göy rəngli qolsuz qadın gecə köynəyi, özünün əynində isə yalnız göy rəngli şortik olmuş, yapışqan lenti isə anası Ofelya məişət əşyalarının bağlanmasında istifadə etmək üçün almışdır. Ayşənin əllərini lentlə bağlamaqda məqsədi müqavimət göstərməsinin qarşısını almaq olmuş, həmin vaxt Ayşən müqavimət göstərməsə də, o, qabaqcadan onun əllərini yapışqan lentlə bağlamış, həqiqəti danışmayacağı təqdirdə onu öldürəcəyini demişdir. Hadisə vaxtı özü xəsarət almamış, etdiyi əməldən peşmançılıq çəkməmiş, Ayşəni ona xəyanət etdiyinə və yalan danışdığına görə onu öldürmək qərarına gəlmiş, hadisə 23 iyul 2024-cü il tarixdə saat 06 radələrində baş vermişdir. Etdiyi əməldən peşman olmamış, onu pəncərədən atıb öldürməkdə məqsədi öz qeyrətini təmizləmək olmuşdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə, ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi ifadələrini qəbul etmədiyini həmin vaxt özündə olmadığını və müstəntiq tərəfindən ona nə deyilmişdirsə onları yazdığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. 2023cü ildə onun qızı təqsirləndirilən şəxsə qoşularaq qaçmışdır. 2023-cü ilin may ayının 18ində işdə olmuşdur. Onun telefonuna mesaj gəlmişdir. O, salatçı olaraq işləmişdir. Həmin vaxtı qızı ona mesaj yazmışdır. Qızı ona “Ana mən istədiyimə qoşuldum və qaçdım, polisə heç bir şey deməyin” yazmışdı. Eyni zamanda mesajda ona “vaxt gələcək sizi necə çox istədiyimi biləcəksiz” deyə qeyd etmişdir. Qızının qoşulub qaçacağı onun ağlına belə gəlməmişdir, çünki həmişə qızından istədiyi birinin olub-olmadığını soruşmuşdur. Qızı ona “ana mən universiteti bitirib, diplomumu sənə təqdim edəndən sonra evlilik haqqında düşünəcəm” demişdir. Ona heç bir zaman Hüseyni istədiyini deməmişdir. O, işdən evə gəlmiş və Ayşəndən belə bir mesaj gəldiyini yoldaşına göstərmişdir. Onlar Ayşəni kimin apardığını bilməmişlər. Binəqədi ərazisində yerləşən polis bölməsinə getmişlər. Polislər “narahat olmayın biz taparıq” demişlər. Həmin vaxt Ayşənin telefonu sönülü olmuşdur. Daha sonra Ayşən telefonu yandıranda polislər onun yerini tapmışlar. Ayşəni polis bölməsinə dəvət etmişlər. Hüseyn polis bölməsinə həmin vaxt gəlməmişdir. Qızı ilə Hüseynin anası polis bölməsinə gəlmişdir. Qızı polisdə ərizə yazaraq Hüseynlə könüllü getdiyini bildirmişdir. Qızı onun üzünə qarşı “ana mən özüm getmişəm” sözünü deməmişdir. Ondan sonra o, üç ay qızının üzünü görməmişdir. Qızı Hüseynlə gedən gündən telefon işlətməmişdir. Qızının telefonunu Hüseyn əlindən almışdır. Hüseyn qızını universitetə də getməyə qoymamışdır. O, qızı ilə danışmaq istəyəndə ancaq Hüseynin onlara verdiyi nömrəyə zəng etmişdir. O, qızı ilə danışanda həmişə Hüseyn qızının yanında olmuşdur. Sərbəst şəkildə qızı ilə söhbət edə bilməmişdir. Hər dəfə qızından harada olduqlarını soruşanda ona yalan danışaraq Gəncə şəhərində olduqlarını demişlər. Halbuki onlar Gəncə şəhərində deyil, Abşerondakı evlərində qalmışlar. O, qızını görmək istəmişdir. Hüseynin anası ilə danışanda hər dəfə anası imkan verməmişdir. Evi pisdir, evini təmir etdirmək bəhanələri ilə imkan verməmişdir. Anasının onlarla yaşamasını dəqiq bilməmişdir. O, şəxsin anasının harada yaşamasını və harada işləməsini bir neçə ay ərzində bilməmişdir. Anası bir dəfə qabyumada işlədiyini demişdir. Hətta yoldaşı ona “gəl tanışlarla sənə yaxşı iş düzəldək” deyəndə artıq orada işləmədiyini demişdir. Hüseyn də işləməmişdir. Sonradan Hüseyni də işə düzəltmək istəmişlər. Hüseyn onun yoldaşına “hə əmi məni işə düzəldərsən” demişdir. Yoldaşı işi danışmış və Hüseyn işə getməli olanda Hüseynin telefonuna zəng çatmamışdır. Anasına zəng edəndə, anası Hüseynin Gəncə şəhərinə getdiyini və ayağını sındığını, 15 gün sonra gələcəyini bildirmişdir. Hüseyn və anası evdə olmayanda onların evlərinin qapısı bağlı olmuşdur. Bir açar anasında, digər açar Hüseyndə olmuşdur. Hüseynə bu binanın səkkiz mərtəbədən ibarət olduğunu, evin içərisində yanğın ola biləcəyinə dair iradlar bildirmişdir. Bu sözü deyəndə “Ayşənə bir şey olsa mən də özümü öldürəcəm” demişdir. Ona “nə üçün mənim qızım bağlı qapılar arxasına qalmalıdır” deyə iradlar bildirmişdir. Neçə dəfə də bazar günləri yoldaşını Ayşənə baş çəkməsi üçün göndərmişdir. Hər dəfə də qapı bağlı olmuşdur. Halbuki qızı evdə olmuşdur. Onlar qızlarını görməyə gedəndə hər dəfə Hüseyn “əvvəlcə mənə zəng edin və sonra gəlin” demişdir. O bir dəfə qızından “ana məni apar” sözünü deməsini gözləmişdir. Onun qızına o sözü deməyə şərait yaratmamışlar. Qızı hara getmişsə Hüseyn də onun arxasınca getmişdir. Bir dəfə özü aşağı düşəndə Ayşəni ayaqyolunda qoymuşdur. Hüseyn gələnə qədər Ayşən ayaqyolundan çıxmamışdır. Ayşəni necə qorxutdusa qızına qapını açmasını desə də, Ayşən Hüseyn gələnə qədər qapını açmamışdır. O, Ayşənə nənəsinin gəlib onu görmək istədiyini deyəndə Hüseynin anası filan tarixdə gələ bilərsiniz demişdir. Qızının ölümündən bir gün əvvəl Hüseyn sosial şəbəkəyə narkotik istifadə edən qızlara bənzəyən iki qızla olan şəkilini statusa qoymuşdur. Onlar çimərlik geyimdə olmuşlar. Soruşanda xalası qızları olduğunu bildirmişdir. Hadisə günü saat altıda ona zəng gəlmişdir. Nömrəni tanımadığına görə əvvəlcə cavab verməmişdir. Onda getcontact programı olmuşdur. Həmin program vasitəsi ilə nömrənin yoxlamış və xanım adının olduğunu görmüşdür. Telefona cavab verəndə telefondakı xanım “siz Ayşənin nəyisiniz” deyə soruşmuşdur. Anası olduğunu demişdir. Telefondakı xanım “özünüzü tez xəstəxanaya çatdırın, qızınızı səkkizinci mərtəbədən aşağıya atmışlar” demişdir. Oğlu həmin vaxt işdə olduğu üçün xəstəxanaya tək getmişdir. Yoldaşı və oğlu sonradan gəlmişdir. O, xəstəxanaya çatanda artıq qızı xəstəxanada olmuşdur. Həkimlər qızını görməyinə icazə verməmişlər. Xəstəxanada işləyən xadimə ona “həkim qızınızın yanına girir və onu görəndə özündən gedir, siz hələ qızınızı o vəziyyətdə görsəniz dözə bilməzsiniz” demişdir. O, qızının yanına girəndə qızı sağ olmuş və danışmışdır. Hətta müstəntiq də yanına girərək qızını danışdırmışdır. Qızının kəsik qolunu görməmişdir. Hər yeri qan içərisində və paramparça olmuşdur. Gözünü açaraq ondan su istəmişdir. Daxili qanaxma keçirdiyinə görə su verməyə imkan verməmişlər. Sonradan onun öz vəziyyəti pisləşdiyinə görə palataya köçürmüşlər. Qızını xəstəxanaya çatdıran xanım qızının qayınanasının burada olduğunu və indi harada olduğunu soruşmuşdur. Onun qızını ora qoyub çıxıb getdiyini demişdir. Zəng edərək “camaatın qızını bura tullayıb hara getmisən” deyə demişdir. Hüseynin anasına zəng edəndə gələcəyini demişdir. Anası xəstəxanaya gələndə orada mübahisə yaşamışdır. O, şəxsin ansını söyməyə başlamışdır. Şəxsin anasına neçə dəfə “ Ay Ofelya, onlar yola getmirsə mənim qızımı mənim özümə ver” dediyini demişdir. Qızı ilə Hüseynin nikahında əvvəl telefon üstündə onların mübahisələri olmuşdur. Qızını universitetdən Hüseyn çıxarmışdır. Qayıblara görə universitetdən çıxmamışdır. Qızı ona ərə getdiyi gündən onun universitetə getməsinə imkan verməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onu bağışlamadığını və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun qızının yoldaşı olmuşdur. O, işə getmişdir. Ona yoldaşı zəng etmişdir. Cola şirkətinə məxsus olan avtomobillə getmişdir. O, içəri girəndə qolunun birinin qan içində olduğunu görmüşdür. Ondan sonra da qızı rəhmətə getmişdir. Qızının yoldaşı ilə münasibəti təzə-təzə normal olmuşdur. O, çox zaman işdə olduğu üçün hər dəfə qızına baş çəkmək üçün gedə bilməmişdir. Hər axşam da olmasa axşamları qızına baş çəkməyə getmişdir. O, bir dəfə qızına dəyməyə gedəndə gözünün altının qaraldığını görmüşdür. Bir dəfə Hüseynə “qızımı bağlayıb evin içərisində saxlayırsan” iradını bildirmişdir. O da “mən haqq edirəm” tərzdə cavab vermişdir. Ondan üç və ya dörd gün sonra qızını öldürmüşdür. Qızı ilə evlənəndən sonra ailələr kimi bir-birilərini tanımışlar. Onlar Sulutəpə ərazisində yaşamışlar. Ailə həyatı qurduqları dövrə qədər tanımamışdır. Onlar evlənəndən sonra qohum və qonşular Hüseynin ailəsinin o biri məhlədə yaşadıqlarını demişlər. Qızını qaçırdıqdan iki həftə sonra olduqları yeri, yəni Masazırda olduqlarını demişlər. Həmin dövrdə iki dəfə 40-cı polis bölməsinə zəng etmişdir. Onların evlərinə ən tez gedəndə saat doqquz olmuşdur, özü də olmayanda anası evdə olmuşdur. O, qızını evdə tək görməmişdir. O, qızının evinə gedəndə yoldaşı ilə birlikdə getmişdir. Qızının evinə, ümumiyətlə, onu kimsə zəng edib çağırmamışdır. Evdə səs olduğunu görüb qızını götürüb bir günlük xalasıgilə aparmışdır. Onun qızının Hüseynə xəyanət etməsi ilə bağlı hər hansı bir şəkli təqsirləndirilən şəxs onun yoldaşına göstərməmişdir. Onun özünün Təqsirləndirilən şəxs ilə yaxınlığı olmamışdır. Onun qızı ilə münasibəti yaxşı olmuşdur. Qızının bir sirri olsaydı, həmin sirri ona deyib və ya deməyəcəyini dəqiq deyə bilməmişdir. Qızı ilə aralarında pərdə olmuşdur. Qızı daha çox anasına dərdini demişdir. Bir il iki ay müddət evli olmuşlar. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, ayın iyirmi biri oradan çıxmışdır. O, evi təmir etdirərək ikinci əl mebel üçün danışmışdır. Ayşənin öldüyü gün o, həmin evə mebel aparmaq fikri olmuşdur. İmkanı çatmadığına görə ikinci əl mebel danışmışdır. Onlar neçə ildir sevgili kimi yaşamışlar. Onlar vətəndaş nikahı ilə yaşamışlar. Onun evi yoxdur. Onun böyük oğlu rəhmətə gedəndə onun ağlı başından getmişdir. Yoldaşı gedib morqu açdırmış və soyuducudan böyük oğlunun meyidi çıxanda onun ağlı başından getmişdir. Onun böyük oğlu apendisitdən rəhmətə getmişdir. Bu məsələdən sonra onun oğlu 200 kvadratlıq sahəsi olan evi yandırmışdır. Qardaşının otağına girərək ocaq qalamışdır. O, oğlunu müalicə etdirmişdir. Oğlunu əsgərliyə də aparmamışlar. Maştağaya müalicəyə yönləndirmişlər. Məxfi olaraq hörmət etmiş və psixotrop maddələri əldə edərək oğlunu müalicə etdirmişdir. Bu halı Ayşən də bilmişdir. Ayşən onlara gəlib getmişdir. Nübar xanım bacısı ilə onlara gələndə bu halı ona da demişdir. Oğlu onları ağıllı başlı qarşılamamışdır. Direli əlinə alaraq ora-bura getdiyini onlar özləri görmüşdür. Bakı İstintaq Təcridxanasında hal-hazırda yaxşıdır. Bakı İstintaq Təcridxanasından ona oğluna dərman verdiklərini deməmişlər. Qısaca torpaq qiymətinə evi satmışdır. Atası ona bir otaqlı ev vermişdir. Həmin o evi atası vermişdir. Oğluna bahalı motosiklet almışdır. Ayşənlə qəşəy formada dolanmışlar. Ayşən də Universitetdən çıxanda onlara gəlmişdir. Ya avtomobillə, ya da motosikletlə Ayşəni saat yeddidə aparmışlar. Bu dəfələrlə olmuşdur. Vətəndaş nikahı ilə rahat həyat yaşamışlar. Bu haldan Ayşənin valideynlərinin xəbərinin olub-olmamasını bilməmişdir. Onlara “müasir bir dövrdür və biz belə yaşayırıq” demişlər. Hadisə gününə gəldikdə isə səhər saatları olmuşdur. Oğlu ona zəng edərək Ayşənin öldüyünü demişdir. O, birinci bu məsələyə ciddi yanaşmamışdır. Sonradan “ana, Ayşən pəncərədən tullanmışam” deyəndə o, yenə də ciddi yanaşmamışdır. Sonradan “ana Ayşəni öldürmüşəm" demişdir. O, yenə də ciddi yanaşmamışdır. Qızına oğlunun dediklərini demişdir. Ona zəng gəlmiş və zəngə cavab vermişdir. Ayşənin yanında olduğunu və qaynanasına gəlməsini demişdir. Həmin zəng edən şəxs qonşu olduğunu bildirmişdir. Həmin an məsələnin ciddi olduğunu bilmişdir. O, birinci oğlunun Ayşəni döydüyünü zənn etmişdir. Taksidə xanıma zəng etmişdir. Harada olduqlarını və hansı qonşu olduğunu soruşmuşdur. O, həmin evin yaxınlığında olan qonşularını tanımamışdır. Xəstəxanada olduqlarını bildirmişlər. O, xəstəxanaya getmişdir. Onu içəriyə buraxmamışlar. Evə qayıdanda oğlu evdə olmuşdur. Polis gəlmiş və oğlunu aparmışdır. Oğlunu aparanda “ana, sənə bir video göndərmişəm" demişdir. O həmin videonu görməmişdir. Elvin Xəlilov adlı şəxs həmin videonun onda olub-olmadığını soruşanda videonun onda olduğunu demişdir. Müstəntiqin internetinə qoşularaq videonu ona göndərmişdir. Ondan sonra avtomobillə polis bölməsinə getmişdir. Oraya gedəndə Əsgər adlı əməkdaş ondan telefonunu almışdır. Bir sutka telefonu onun yanında qalmışdır. Onun həmin vaxt interneti olmadığına görə videoya baxa bilməmişdir. Mesajlaşmalar bir sutka qalmasına dair ayarlanmış olduğuna və bir sutka telefonu Əsgər adlı əməkdaşın yanına qaldığına görə video silinmişdir. Üç və ya dörd gündən sonra həmin videonu sosial şəbəkədə görmüşdür. Həmin videonu görəndə 102 xidmətinə zəng etmişdir. 102 xidmətinə həmin videonu təkcə polis idarəsinə təqdim etdiyini demişdir. Sonradan araşdırılmış və həmin videonu yayan şəxs aşkarlanaraq 10 sutkalıq cəza almışdır. Ayşənin hamilə olub-olmamasını müəyyənləşdirməyə bir yerdə aparmışlar. “Respublika” xəstəxanasında abort etdirmişdir. Rəsmi qaydada yazılmışdır. O, həmin vaxt Ayşənin yanında olmuşdur. Ayşənin rəfiqəsi kimi getmişdir. Xəstəxanadan uşaq böyük olanda nikah şəhadətnaməsini təqdim edilməli olduğunu demişlər. Uşaq kiçik olduğuna görə nikah şəhadətnaməsi lazım olmamışdır. Qeyri-rəsmi olduğu üçün pul verilmişdir. Oğlu ona Ayşənin hamilə olduğunu demişdir. Oğlu səhər saatlarında ona zəng etmişdir. Onlar namaz qılmaq üçün oyanmışlar. Abortla bağlı məsələni müstəntiqə deyəndə müstəntiq araşdırılacağını demişdir. Fakitiki olaraq abort zamanı Zərərçəkmiş şəxs soyadını daşımamışdır. Abortun harada keçirilməsini soruşanda ünvanı dəqiqliklə demişdir. “Respublikanski” xəstəxanasının ginekologiya şöbəsində keçirilmişdir. 120 manat xərcləri çıxmışdır. Hüseyn, Ayşən və o birlikdə getmişlər. O, oğluna “sənin uşağın ola bilməz” sözünü deməmişdir. Özü sonradan bilmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, saat beş və ya altı radələrində onlara hadisə ilə bağlı məlumat daxil olmuşdur. Digər əməkdaşları hadisə yerinə yönləndirmişdir. Daha sonra özü hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatanda mərhumu yerdən götürmüşlər. Şəxsi xəstəxanaya yerləşdirmişlər. Əməliyyat qrupunun iştirakı ilə mənzilə qalxmışdır. Şəxs evdən çıxarılaraq Abşeron rayon Polis İdarəsinə aparılmışdır. Təqsirləndirilən şəxsin anası onlardan əvvəl evə daxil olmuşdur. Onların arasında olan söhbətləri eşitməmişdir. Bir müddət sonra hadisəni törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs polis idarəsində cinayəti törətməsini etiraf edərək həmin cinayəti törətməmişdən əvvəl telefonuna videolar çəkdiyini və videoçəkilişi öz anasına “Whats App” tətbiqi ilə göndərdiyini söyləmiş, polis idarəsindən ona bu barədə deyilərək anasının telefonunda olan videolara baxmaq tapşırılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs anasına telefonunda videolar olub-olmadığı barədə suallar verib telefona baxış keçirmiş və oğlu Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş videoları öz telefonuna köçürmüşdür. Videoları özünə köçürməkdə məqsədi sübut əhəmiyyətli olması və silinməməsi olmuş, hadisə baş verənə qədər o, Zərərçəkmiş şəxsm və əri Təqsirləndirilən şəxs tanımamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2021-ci ilin may ayının 30-u onun oğlu dünyasını dəyişmişdir. Onu dəfn edəndən sonra 2021-ci ilin sentyabr ayında Hüseyn onun yanına gəlmişdir. Oğlunun psixoloji vəziyyəti çox pis vəziyyətdə olmuşdur. Onun böyük oğlu özünə qəsd etmişdir. Hüseyn özünü bir dəfə lüsturdan asmışdır. Bir dəfə pişiyin üstünə qışqıranda onun gözləri dolmuşdur. Səkkizinci mərtəbədən özünü atmaq istəyəndə ayaqlarından tutmuşdur. X11 zəng etmişdir. Oğlunun şəxsiyyət vəsiqəsi olmadığına görə sənədləri düzəltmişdir. Oğlunu evə qeydiyyata salmışdır. 2022-ci ilin may ayının 30-u onun böyük oğlunun ili çıxmışdır. O, Hüseynin də özünə bir şey edəcəyindən qorxmuşdur. Anası müdaxilə etmək üçün gəlib-getmişdir. Anası oğlunu respublika psixoloji mərkəzində yatırılmasına imkan verməmişdir. Xəstəxanada olarkən 102 xidmətinə zəng etməyinə baxmayaraq anası imkan verməmişdir. 2022-ci ilin may ayının 30-u evdən çıxmışdır. Oğlunun ailə qurmasının tarixini dəqiq bilməmişdir. Özü belə bir hadisənin olmasını xəbərlərdə eşitmişdir. O, hadisəni görməmişdir. Onun özü sonra evi tərk edərək kirayədə yaşamışdır. 2024-cü ilin iyun və ya iyul ayında xəbərlərdə bu hadisənin baş verməsini eşitmişdir. Dərhal prokurorluğa getmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi, bina 65, mənzil 44-də tək yaşayır. Hadisə baş verənə qədər Zərərçəkmiş şəxsm və Təqsirləndirilən şəxs tanımamışdır. 23 iyul 2024-cü il tarixdə səhər saat 07 radələrində öz evində uzandığı vaxt birdən “Ay Allah” səsini eşitmiş, həmin vaxt o, yerindən duraraq binanın həyətinə baxan otağa keçib pəncərədən aşağı baxanda bir qadının yerdə qanlar içində uzandığını görmüşdür. Həyətə düşüb yerdə uzanan qızın yanına yaxınlaşmış, həmin vaxt artıq ətrafda çoxlu sayda insan olmuş, qızın əynində ancaq kombinasiya (qadın paltarı) olmuş, dişləri sınmış, sağ əli isə dirsəkdən yuxarı qopmuşdur. O, ona adının nə olduğunu və bunu kim etdiyini soruşduqda o, “Ayşəndi adım, ərim məni atdı, xəyanət eləmişəm” deyə ona söyləmiş, bu vaxt binanın 8-ci mərtəbəsindən pəncərədən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs “Hələ ölməyib o?” deyə yüksək səslə onlara söyləmiş, aşağıda olan adamlar da ona öz iradlarını bildirmiş, bundan sonra təcili tibbi yardım stansiyasına və DİN-nin 102 məlumat mərkəzinə məlumat verilmişdir. Həmçinin orada Ayşənin yanında olan zaman o, yerdə qanlar içində uzanıb kömək istəyib ilkin olaraq anasının mobil nömrəsini ona söyləmiş, həmin nömrəyə zəng etsə də, telefona cavab verən olmamış, bundan sonra Ayşən “qaynanama yıg” deyib ***-***-**-** nömrəsini ona vermiş, telefonu açan qadına Ayşənin qaynanası olub-olmadığı barədə suallar verəndə o, “nə olub Ayşənimə” deyə soruşmuş, ona Abşeron Gənclər şəhərçiyinə gəlməsini, aralarında evdə söz-söhbət olduğunu demişdir. Bundan sonra təcili tibbi yardım stansiyasının əməkdaşları gələrək Ayşəni xəstəxanaya aparmış, həmin vaxt orada olan tibb işçisi onlarla getməyini xahiş etmiş, həmçinin Ayşən ona “məni tək qoyma, mamam gələnə qədər” dediyinə görə onunla getmiş, yolda olduqları zaman Ayşənin anası ona zəng edəndə ona qızının vəziyyətinin pis olduğunu və hazırda Abşeron rayon mərkəzi xəstəxanasına aparıldığını söyləmişdir. Bundan sonra onlar xəstəxanaya çatmış və orada Ayşəni qəbul edərək ixtisaslı tibbi yardım etməyə başlamış, bir müddət sonra Ayşənin qayınanası adını sonradan öyrəndiyi Ofelya, daha sonra anası da xəstəxanaya gəlmiş və orada onların mübahisəsi baş vermişdir. Daha sonra öz halı pisləşdiyi üçün oradan çıxıb getmiş, yaşadığı şəhərcikdə hadisədən sonra mərhum Ayşənin pis insan olmadığını, hicablı olduğunu, əri Hüseynin isə avara olduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 təqsirləndirilən şəxsin yaxın qohumu (bacısı) olduğu üçün ifadə verməkdən imtina etdiyini bildirmişdir. Qeyd olunan halı nəzərə alaraq məhkəbə Şahid5 ifadəsini elan etməklə araşdırmışdır. Belə ki, şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs psixi vəziyyəti pis olduğu üçün onunla arasında soyuq münasibətlər olmuş, demək olar ki, Hüseynlə hər hansı əlaqəsi olmamış, onun həyatı barədə anası Ofelyadan məlumat almışdır. X12 adlı qızla münasibəti olduğunu bilmiş və 2024-cü ilin iyun ayında onlar rəsmi olaraq nikaha daxil olmuşlar. Zərərçəkmiş şəxs yalnız bir dəfə nikah vaxtı görmüş, Ayşənlə ünsiyyəti olmamış, ailə üzvlərini də tanımamış, habelə qardaşının evinə gediş-gəlişi olmamışdır. 23 iyul 2024-cü il tarixdə səhər radələrində o, evdə olmuş, anası Ofelya da onun birlikdə yaşamış, həmin gün səhər radələrində qardaşı Hüseyn anasına zəng edərək arvadı Ayşəni yaşadıqları evin eyvanından atdığını bildirmiş, anası Ofelya dərhal qardaşı Hüseynin yaşadığı ünvana getmiş, sonra ona məlum olmuşdur ki, qardaşı Hüseyn yaşadığı binanın 8-ci mərtəbəsindən arvadı Ayşəni ataraq öldürmüşdür. Onlarla ünsiyyəti olmadığı üçün aralarında nə cür münasibətlərin olmasını bilməmiş və buna görə hadisənn nəyə görə baş verdiyindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 23 iyul 2024-cü il tarixli 101 saylı rəyi ilə mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar müəyyən olunmuşdur: - “Döş qəfəsinin, qarının küt travması. Sağ ağciyərin cırılmış yaraları. Soldan İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə, sağda İİİ, İV, V, Vİ, Vİİ qabırğaların ön qoltuqaltı xətti üzrə sınıqları, qabırğalar arası əzələlərə qansızmalar. Qaraciyərin cırılmış yarası”. - “Sağ yuxarı ətrafın bazunun aşağı 1/3-dən tam amputasiyası (gövdədən ayrılması). Sol bazunun orta 1/3-nin açıq deformasiya olunmuş sınığı. Sol bud sümüyünün orta 1/3nin deformasiya olunmuş açıq sınığı, sağ bud sümüyünün aşağı 1/3- nin açıq deformasiya olunmuş sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq deformasiya olunmuş sınığı. Sağ gicgah təpə nahiyəsinin cırılmış yarası. “Döş qəfəsinin ön səthinin geniş ölçülü sıyrığı, sağ əlin üst səthinin, sol əlin üst səthinin, sol əlin İİ, İİİ barmaqları nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları. Sağ, sol bud, sağ baldır, sol bel nahiyələrinin sıyrıqları”. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs hündürlükdən pilləli düşərək yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb - travmatik-hemoragik şok, döş və qarın boşluqlarına qansızmalar, ağciyərin, qaraciyərin cırılmaları, iki tərəfli qabırğaların çoxsaylı sıyrıqları, sağ və sol bud sümüyünün açıq deformasiya olunmuş sınıqları, sağ yuxarı ətrafın bazunun aşağı 1/3-dən amputasiyası (gövdədən ayrılması) olmuşdur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş hər iki gözətrafı yumşaq toxumaların ovalvari formalı qançır-şişkinliyi ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, ölümlə səbəbli əlaqələri yoxdur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs kənar şəxsin bədən hissəslərinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gəlmələri və xəsarətləri yetirən zaman xəsarət yetirən şəxslə üzbə-üz və ona yazın vəziyyətdə olması mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş hündürlükdən düşərək yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlmiş xəsarətlər qısa zaman kəsiyində baş verdiyindən dəqiq olaraq həmin xəsarətlərin hansı ardıcıllıqla törənməsi haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs ölümü Abşeron Rayon Mərkəz Xəstəxanasında 23 iyul 2024-cü il tarixdə saat 11:10-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan Morfin, 1,4 benzodiazepin qrupuna aid olan Midazolam adlı dərman maddəsi, fenialkilamin qrupuna aid olan Amfetamin aşkar edildi. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və salsilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 393- 2024/MTKŞ saylı rəyindən görünür ki, təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd gecə köynəyinin (kombinasiyanın) və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilməmiş, Təqsirləndirilən şəxs məxsus şortun sağ ayağının ön səthində isə bir ədəd kəsilmiş zədə aşkar olunmuş, bu zədə iti kənara malik hər hansı kəsici alətin (əşyanın) təsirindən əmələ gəlməyə xarakterikdir, zədənin müxtəlif şəraitlərdə, həmçinin həm şəxsin özü, həm də digər şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə-tibbi bioloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 531/2024- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə B(lll)-dir. Təqdim olunmuş pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus qadın alt paltarı (kombinasiya), tuman (trusik), Təqsirləndirilən şəxs məxsus şortik üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu qan ləkələrinin ABO sistemi üzrə tədqiq olunduqda maddi sübutlar üzərindəki ləkələrdə yalnız B antigeni alındı. Həmin qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-kompüter texniki ekspertizasının 02 sentyabr 2024-cü il tarixli 5/903 saylı rəyindən görünür ki, tədqiqata ekran hissəsi sınmış və ümumi gövdəsi deformasiyaya uğramış formada təqdim edilmiş arxa məlumat lövhəsinə görə “iPhone 6S Plus” markalı “A1687” modelli “**********29713” (“SİM” danışıq kartının yerləşdiyi yuvada olan qeydə əsasən) İMEİ kodlu mobil cihaz hazırkı halda işlək vəziyyətdə deyil, təyinatı üzrə istifadəyə yararlı deyildir. Təqdim edilmiş mobil smartfon tədqiqat zamanı işlək vəziyyətdə olmadığı üçün həmin cihazın yaddaşında hər hansı bir məlumatın olub- olmaması və pozulubpozulmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 3011 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilir. Aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edilsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Psixi fəaliyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hirslilik, kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, laqeydlik, emosional reaksiyalara, aqressiv davranışlara meyillilik, öz fikirlərini üstün tutmaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional sferasında hirslilik, aqressivlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhəri “ünvan 3 ünvanında yerləşir. Mənzil dəhlizdən, qonaq, yataq, mətbəx otaqlarından, sanitar qovşaqdan ibarətdir. Mənzil səliqəsiz vəziyyətdədir, qonaq otağında yerdə və divanın üstündə kəsilmiş top şəklində insan mənşəli saç qalıqları, divanın üstündə dəstəyi ağ-göy-qırmızı zolaqlı mətbəx bıçağı vardır. Yataq otağında çarpayıdan solda plastik materialdan hazırlanmış pəncərə açıq vəziyyətdədir, tək taylıdır, ümumi eni 177 sm, hündürlüyü 140 sm, açılan hissənin eni 50 sm, açıq pəncərənin iç divarından çöl divarınadək məsafə 33 sm, yerdən pəncərəyədək məsafə 1 metrdir. Həmin pəncərədən baxıldıqda aşağıda pəncərə ilə paralel istiqamətdə binanın qarşı tərəfində asfalt örtüyü üzərində gölməçə şəkilli qanabənzər ləkələr vardır. Həmin yerdən binanın divarına qədər olan məsafə 320 sm-dir, binadan 2 metr məsafədə olan dəmir məhəccərin yuxarı hissəsinin deformasiya olunduğu görünür. Hadisə yerinə baxış zamanı qonaq otağında stolun üzərindən 1 ədəd “İphone 6plus” markalı mobil telefon və saç nümunələri, habelə gölməçədən bir ədəd gigiyenik çubuqda qan nümunəsi götürüldü. Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis serjantı Şahid2 məxsus mobil telefondan götürülmüş videogörüntülər olan və Abşeron RPİ-nin 21 avqust 2024-cü il tarixli məktubu ilə daxil olmuş disklərə (2 ədəd) baxış keçirilmiş və baxış zamanı disklərdə 7 ədəd videofayl eynilik təşkil etmiş, Abşeron RPİ-dən daxil olmuş diskdə isə 1 videofayl fərqli olmuşdur. Həmin videogörüntülərdə aşağıdakılar əks olunmuşdur: - 01 nömrəli videogörüntü 35 saniyə davam edir və videogörüntüdə Təqsirləndirilən şəxs çılpaq vəziyyətdə arvadı Zərərçəkmiş şəxs “adı nədir o oğlanın?” deməsi, Zərərçəkmiş şəxs isə cavabında “Məhəmməd” deməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona Məhəmməd adlı şəxslə Sumqayıt şəhərində xəyanət etməsini sual verdiyini, Zərərçəkmiş şəxs isə Məhəmməd adlı şəxslə ona xəyanət etməsini təsdiq etdiyi, Təqsirləndirilən şəxs bundan sonra Məhəmməd adlı şəxsə həbs edildikdən sonra həbsdən çıxıb onu da öldürəcəyi ilə hədələməsi və Məhəmməd adlı şəxsin anasının ünvanına söyüşlər işlətməsi öz əksini tapır. - 02 nömrəli videogörüntü 01 saniyə davam edir və videogörüntüdə Təqsirləndirilən şəxs çılpaq vəziyyətdə arvadı Zərərçəkmiş şəxs “əlimi göt...” deməsi və videogörüntünün sonlanması öz əksini tapır. - 03 nömrəli videogörüntüyə baxış zamanı müəyyən edildi ki, həmin videogörüntü 02 nömrəli videogörüntü ilə eynilik təşkil edir. - 04 nömrəli videogörüntü 43 saniyə davam edir və videogörüntüdə Təqsirləndirilən şəxs çılpaq vəziyyətdə arvadı Zərərçəkmiş şəxs “bax Ayşən, mənə bax, sənə deyirdime, sən mənlə yalandan evlənirsən, mənə bax, mən səni qaçırmadım, sən özün qaçıb gəldin bura, qızdığın açıq idi, gör nə deyirəm, *xışıltı səsi*, düzdü? Nəyə görə. Qohumlarına görə, nə var-nə var, qohumların desin ki, evlənmisən. Ama demirlər ki, qəhbənin balasısan, anan barlarda qəhbəlik edir, Zahid onu sikir, dədən Elşən atır peysərə, özün də məni peysər eləmək istəyirdin?” deməsi öz əksini tapır. - 05 nömrəli videogörüntüyə baxış zamanı müəyyən edildi ki, həmin videogörüntü 04 nömrəli videogörüntü ilə eynilik təşkil edir. - 06 nömrəli videogörüntü 58 saniyə davam edir və videogörüntüdə Təqsirləndirilən şəxs çılpaq vəziyyətdə arvadı Zərərçəkmiş şəxs “Ayşən, gör nə deyirəm, bax hamilə idin, uşağı mənə götüzdürdün, yadında?” deməsi, Zərərçəkmiş şəxs cavabında “hə” deməsi, Təqsirləndirilən şəxs “gör nə deyirəm, indi mənə bax. Eşidirsən məni? Mal iyləyirdin sən?” deməsi, Zərərçəkmiş şəxs cavabında “iyləmişəm” deməsi, Təqsirləndirilən şəxs “mən nağardım, şərəfsizlik elədim?” deməsi, Zərərçəkmiş şəxs cavabında “yox” deməsi, Təqsirləndirilən şəxs “ailə həyatı qurdum səninlə? Mənə niyə qəhbəlik etdin, xəyanət elədin?” deməsi, Zərərçəkmiş şəxs cavabında “səhv etmişəm” deməsi öz əksini tapır. - 07 nömrəli videogörüntüyə baxış zamanı müəyyən edildi ki, həmin videogörüntü 06 nömrəli videogörüntü ilə eynilik təşkil edir. - Abşeron RPİ-dən daxil olmuş diskdə fərqli olan 1 ədəd videogörüntü 5 dəqiqə 40 saniyə müddətindədir, binanın aşağısında yerləşən "Şans” marketin müşahidə kamerasının görüntüləridir. Çəkiliş xx.xx.2024-cü il saat 06:13:50-dən başlanır, 06:14:05də isə yuxarıdan Zərərçəkmiş şəxs məhəccərin üstünə dəyərək pilləkənin yanına düşdüyü görünür və düşdüyü vəziyyətdə də hərəkətsiz qalır. Saat 16:18:08-də Təqsirləndirilən şəxs binanın digər tərəfindən qaçaraq gəlib Ayselə yaxınlaşır, bir qədər onun yanında durandan sonra əyilib ona baxır və sonra onun əlini açır, bağladığı əşyanı da özü ilə götürüb saat 16:19:09-da sərbəst şəkildə oradan uzaqlaşır. Videogörüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilmədi. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair protokola və buna dair videogörüntülərə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun olaraq hadəsə yerinə baş verənləri təsvir etmişdir. Abşeron RPİ-dən daxil olmuş raportlardan görünür ki, 23 iyul 2024-cü il tarixdə saat 06:19-da polis idarəsinə “Abşeron Gənclər Şəhərciyi” kompleksində Ayşən adlı qadının binanın 8-ci mərtəbəsindən yıxılması barədə məlumat verilmişdir. Abşeron RPİ-nin əməliyyat tapşırığına 21 avqust 2024-cü il tarixli cavab məktubuna əsasən, Zərərçəkmiş şəxs kimlərəsə pul borcunun, kimlərdənsə xidməti və ya sair cəhətdən asılı olması, ailə üzvləri və ya başqa hər hansı şəxs (şəxslər) tərəfindən amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, narkomaniyadan və alkoqolizmdən istifadə edib-etməməsi, Təqsirləndirilən şəxs ilə arasında əvvəllər hər hansı bir mübahisənin, münaqişənin və ya düşmənçiliyinin olub-olmaması, Təqsirləndirilən şəxs cinayəti törətməsində digər şəxslərin onunla əlbir olub-olmamasını təsdiq edə biləcək məlumat əldə etmək mümkün olmamışdır. Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə SHXÇDX-nin Abşeron rayon şöbəsinin göndərişi ilə xəstəxananın gündüz stasionar şöbəsinə yarımstasionar rejimli müayinəyə qəbul olunmuş, müayinələr nəticəsində ona “Emosionaldavamsız tipli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu qoyulmuş və 30 dekabr 2021-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Respublika Narkoloji Mərkəzi PHŞ-nin 16 avqust 2024-cü il tarixli məktublarına əsasən, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon məhkəməsinin 4(012)-560/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs, mərhum Zərərçəkmiş şəxs yaşadıqları binanın 8-ci mərtəbəsindən atmaqla əlaqədar ona qarşı verilmiş ittihamda özünü təqsirli bilməməsi ilə əlaqədar göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Sözügedən plenum qərarında həmçinin göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bütün istintaq müddətində özünü təqsirli bilmişdir. Lakin məhkəmə istintaqı zamanı ifadə verərkən həmin ifadələrini qəbul etmədiyini və mərhum zərərçəkmiş şəxsi yaşadıqları binanın səkkizinci mərtəbəsindən atmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı özündə olmadığı üçün o cür ifadələr verdiyini qeyd etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən əlavə onun video görüntü ilə hadisə yerində ifadəsi alınmışdır. Həmin video görüntülərə baxılarkən təqsirləndirilən şəxsin tam sərbəst, heç bir həyəcansız və tərəddüdsüz hadisəni təsvir etdiyi aydın görünür. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilkin ifadələrini hadisədən qısa müddət sonra versə də, sonuncu dəfə təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə yəni hadisənin üzərindən 3 aydan çox vaxt keçdikdən sonra ifadə vermişdir. Lakin təqsirləndirilən şəxs həmin ifadəsinidə də əvvəl verdiyi ifadələrinə uyğun vermişdir. Qeyd olunan hal təqsirləndirilən şəxsin etirafedici ifadələr verərəkən hadisənin şokunda olması özündə olmaması kimi fikirlərinin həqiqət olmaması qənaətinə gəlinməsinə əsas verir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs hər hansı bir fiziki təsirə məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən dərhal sonra qeydə alınmış video görüntüdəki davranışa əsasən qeyd edir ki, o zərərçəkmiş şəxsə yaxınlaşaraq heç bir kömək etmir, ona təcili tibbi yardım çağırmır və mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs isə şahidlərin ifadələrinə əsasən təqsirləndirilən şəxsin yaxınlaşdığını görüb ətrafdakı şəxslərdən kömək istəmişdir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ dair məhkəmə istintaqı zamanı bildirdikləri həqiqəti əks etdirmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və həmin məcəllənin 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 57.1-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizasına sərf olunmuş 100 (yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, həmçinin bir ədəd gigiyenik pambıq çubuğun ucundakı qan nümunəsi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd “iPhone 6S Plus” markalı “A1687” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, video çəkilişlərin yazıldığı elektron məlumat daşıyıcısı olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 100 (yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, həmçinin bir ədəd gigiyenik pambıq çubuğun ucundakı qan nümunəsi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd “iPhone 6S Plus” markalı “A1687” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın, video çəkilişlərin yazıldığı elektron məlumat daşıyıcısı olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar