Məhkəmə qərarları › İş №1(124)-183/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-183/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-183/2022 28.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxx 1996-cı ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Qurd dərəsi” bağlar massivində yerləşən nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda - 9,293 qram çəkidə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxil edilmiş psixotrop maddə metamfetamini əldə edərək iki ədəd bükümə bölüb üzərində saxlamaqla daşımış, bundan başqa istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd predmeti qanunsuz əldə edərək üzərində gəzdirmiş və bu haqda daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:25-də Sumqayıt şəhəri, məhəllə M-19 ünvanının qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, orada həmin tarixdə saat 19:09-dan üzərində keçirilən şəxsi axtarış və götürmə əməliyyat-istintaq hərəkətləri zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,198 qram və 4,095 qram, ümumilikdə isə şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda - 9,293 qram çəkidə psixotrop maddə metamfetamin və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd predmet aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, aralarında maşın alış-verişi olan Aslan adlı şəxslə telefonda mübahisələri düşmüş və onunla görüşə gedərkən 17 avqust 2021-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası DİN-nin Sumqayıt Qeydiyyat İmtahan Şöbəsinin yaxınlığında 8 nəfər tanışları birlikdə maşınları xarab olmuş və onlar yolda qalmışlar. Maşının yanında dayanarkən Sumqayıt ŞPİ-nin və DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onu maşına mindirib Sumqayıt ŞPİ-yə aparmışlar. Polis idarəsində onu döymüşlər, içgəncə vermişlər və təzyiq göstərmişlər. Daha sonra, ona həbsə getməli olduğunu deyib cibinə narkotik və beşbarmaq qoymuşlar. Bir gün saxlanıldıqdan sonra onunla saxlanılanların hər birini ayrıayrı polis bölmələrinə aparmışlar. Onunla birlikdə tutulan şəxslərin də üzərinə müxtəlif miqdarlarda narkotik vasitələr və psixotrop maddələr qoyulub onlar da tutulmuşlar. Sonra onları yenidən Sumqayıt ŞPİ-yə, oradan isə gecə saat 03 radələrində DİN-nin BMCMİ-ə aparmışlar, orada müdafiəçi ilə təmin olunmadan üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, bu zaman o, döyülmə və təzyiq nəticəsində ona verilən psioxtrop maddənin və beşbarmağın onun olmasını demişdir. Daha sonra, Nərimanov rayon məhkəməsinə aparılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, qeyd etmişdir ki, onunla birlikdə 8 nəfər, yəni tanışları Aydın Rəşad, Tərlan, Emin, Sədi və Arif tutulmuşdur. Saxlanılan 8 nəfərin hamısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi tutulmuş, sonradan DİN-nin MCMBİ-də 3 nəfərin əməli Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə sənədləşdirilmişdir. Onunla birlikdə saxlanılan hər bir şəxsin üzərində 2 bükümdə 7-10 qram narkotik vasitələrin olduğu yazılmışdı. O, həmçinin göstərmişdir ki, “kigboksing” idman növü ilə məğul olmuş, Aslanı uzun müddətdir ki, tanımış və polis əməkdaşlarının təzyigi nəticəsində 2-3 dəfə çəkiliş olmaqla polislərin dediyi ifadələri vermişdir. Bundan əlavə, Yunis Dadaçlı göstərmişdir ki, onda soyuq silah hesab edilən beşbarmaq adlandırılan predmet də olmamış, həmin predmet polis tərəfindən ona verilmiş və o, təzyiq altında həmin “beşbarmağın” ona məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, mütəmadi olmasa da müəyyən müddət psixotrop maddə metamfetamin istifadə etmişdir. Metamfetamini əsasən Sumqayıt şəhərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün az miqdarda əldə etmişdir. Sonuncu dəfə 16 avqust 2021ci il tarixdə Sumqayıtda yaşayan Əli adlı şəxsdən şəxsi istifadəsi üçün 60 manat pulun müqabilində iki ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin bükümlərdən birindən bir qədər istifadə etdikdən sonra yenidən öz bükümündə qablaşdırıb digər bükümlə birlikdə cibinə qoymuşdur. Ailə üzvlərinin onun psixotrop maddə metamfetamin istfadə etməsindən xəbərləri olmadığı üçün həmin bükümləri cibində saxlamışdır. 18 avqust 2021-ci il tarixdə saat 17-18 radələrində şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən avtotəmir sexlərinin yaxınlığına getmişdir. Həmin ünvanın qarşısında olan zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim edərək onu Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkəm əynində olan qara rəngli idman şalvarının sol yan cibindən beş barmağı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini və “İphone X” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları həmin iki ədəd bükümlərin hər birinə ayrı-ayrılıqda baxış keçirmişlər və hər birinin içərisində ağ rəngli kristal halda psixotrop maddə olan metafetaminə bənzər maddələrin olduğunu bildirmişlər. Şifahi sorğu zamanı üzərində olan iki ədəd şəffaf sellofana bükülmüş maddələri tutulmamışdan iki gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını və həmin maddələr onda maraq oyatdığı üçün özündə saxlamaqla gəzdirdiyini bildirmişdir. İlkin olaraq Əlinin adını söyləmək istəmədiyi üçün üzərindən aşkar edilmiş bükümləri tapdığını bildirmişdir. Lakin sonra yalan danışmağın mənasız olduğunu anladığı üçün əslində psixotrop maddələri Əli adlı şəxsdən əldə etdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı üzərindən aşkar olunan beşbarmağın ona məxsus olduğunu və üç il əvvəl Yardımlı rayonunda köhnə tanışlarından aldığını bildirmişdir. Ondan aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofanda psixotrop maddələr və bir ədəd beşbarmaq polis əməkdaşları tərəfindən götürülərək ayrı-ayrılıqda xüsusi qaydada zərfə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra ona məxsus “İphone X” markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün imzalamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə axtarış keçirilərkən ona qarşı hər hansı bir təzyiqin olmadığını, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə müəyyən vaxtlar psixotrop maddə metamfetamin istifadə etdiyini, həmin bükümləri də istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. (Cild 1, iş vərəqləri 69-71, 87-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək mötəbərliyi üzrə qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə edib üzərində saxlaması barədə məlumat daxil olduqdan sonra, həmin məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində olduğu müəyyən edildiyi üçün Sumqayıt ŞPİ-nin 2 nəfər əməkdaşı Şahid3 və Şahid2lə birlikdə 2021-ci ilin avqust ayının 18-də saat 18 radələrində Sumqayıt şəhəri 19-cu məhəllədə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlamışlar. Saxladıqdan sonra o, Sumqayıt ŞPİ-ə aparmış və orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onda içərisində psixotrop maddə metamfetamin olan iki ədəd büküm və bir ədəd gümüş rəngli kustar üsulla hazırlanmış “beşbarmaq” dəmir parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni yaşadığı evin yaxınlığında yerdən tapdığını, “beşbarmaq” dəmir parçasını isə üç il əvvəl Yardımlı rayonunda köhnə tanışlarından birindən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlaması üçün DİN-nin BMCMİ-nin əməkdaşının keçirdiyi əməliyyat tədbirinə köməklik edilməsi üçün onunla Sumqayıt ŞPİ-nin digər əməkdaşı Şahid3 cəlb edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində olduğu müəyyən edildiyi üçün Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupunun tərkibində 2021-ci ilin avqust ayının 18-də saat 18 radələrində Sumqayıt şəhəri 19-cu məhəllənin ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Saxladıqdan sonra Yunisi Sumqayıt ŞPİ-yə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı içərisində psixotrop maddə metamfetamin olan iki ədəd büküm və bir ədəd gümüş rəngli kustar üsulla hazırlanmış “beşbarmaq” aşkar edilmişdir. Sorğun edildikdə Təqsirləndirilən şəxs psixotrop maddələri yaşadığı evin yaxınlığında yerdən tapdığını, beşbarmaq dəmir parçasını isə Yardımlı rayonunda köhnə tanışlarından birindən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarışı üzrə kiçik inspektoru Şahid3 Şahid2lə oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:25də Sumqayıt şəhəri, məhəllə M-19 ünvanının qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 19:09-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,198 qram və 4,095 qram olmaqla ümumilikdə külli miqdarda - 9,293 qram çəkidə psixotrop maddə metamfetamin və əynindəki qara rəngli idman şalvarın sol yan cibindən kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 29-30) “Şəxsi axtarış keçirilməsi barədə” 18 avqust 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə tərəflərin iştirakı ilə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli, 6/3594 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,198 qram, 4,095 qram, ümumi təmiz çəkisi 9,293 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahına daxildir. (Cild 1, iş vərəqlər 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silahdır. (Cild 1, iş vərəqlər 180-182) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji yoxlamaya dair ekspertin xx.xx.2021-ci il tarixli 4530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə hal-hazırda Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olmuşdur. Lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 183-184) Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs salxanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə 18 avqust 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqləri 128-129, 138-139) İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 9,193 qram olan psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd soyuq silah hesab edilən, kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet maddi sübut qismində tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı dusk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 185-199) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – ümumi təmiz məkisi 9,293 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümə bölüb üzərində saxlamaqla qanunsuz daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs üzərində iki bükümdə ümumi təmiz çəkisi 9,293 qram çəkidə aşkar edilmiş psixotrop maddə metamfetaminin mövcud olmasından başqa onun narkotik vasitəni qanunsuz əldə etməsi, satışı ilə məşğul olması, bu məqsədlə hər hansı bir şəxslə sövdələşməsi, danışıqlar aparması və ya narkotik vasitənin satışına cəhd etməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut və dəlil əməliyat və ya istintaq yolu ilə müəyyən edilməmişdir. Başqa sözlə, həm təhqiqat, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini, daşımasını və saxlamasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. (Cild 1, iş vərəqləri 185-199) İstintaq orqanı həmin qərarda qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində üzərində aşkar edilmiş psixorop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstintaq orqanı hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, istintaq zamanı toplanmış mötəbər sübutlarla Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop madə metamfetamini satış mqsədi ilə əldə etdiyi tam sübuta yetirilmişdir.” Qərarda göstərdiyi bu bəndlə istintaq orqanı faktiki olaraq olmayan sübütlara istinad etməklə, hansı mötəbər sübutlarla təsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini belə açıqlaya bilməmişdir. Bundan başqa, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi vərərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində, eləcə də iştirak etdiyi istintaq hərəkətlərində psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının rəyinin anamnez hissəsində də qeyd edilmişdir ki, X5 deməsinə görə o, bir neçə dəfə psixotrop maddə metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. Onda aşkar edilmiş psixotrop maddə metamfetamini isə özünün istifadə etməsi məqsədi ilə əldə edib saxlamışdır. (Cild 1, iş vərəqi 184) Məhkəmə bu hala diqqət yetirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və ən əsası bir neçə növ narkotik vasitə və psixotrop maddə aşkar oluna bilərdi. Lakin təqsirləndirilən şəxsdə cəmi iki bükümdə yalnız özünün istifadə etdiyi psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan başqa, ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığının cavabında fomal olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilsə də, hər hansı bir mötəbər məlumata istinad edilməmiş, əksinə Təqsirləndirilən şəxs nə vaxt, kimdən, harada və hansı şəraitdə psixotrop maddənin əldə edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması ilə bağlı hər hansı bir müsbət nəticənin əldə edilmədiyi göstərilmişdir. (Cild1, iş vərəqə 140) Həmçinin müstəntiqin vəsatəti və bununla bağlı olan prokurorun təqdimatına əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 01 may 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində gələn və gedən zənglərin, “SMS”-lərin siyahısı, mətni, vaxtı, müddəti və anten üzrə əhatə dairəsi ilə bağlı məlumatların “Azerfon” mobil rabitə operatorundan götürülməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə bağlı əldə edilmiş məlumatların əks olunduğu “CD” formatlı diskə, eləcə də, tutulan zaman Təqsirləndirilən şəxs üzərində olan “İphone X” markalı mobil telefona bilavasitə baxış keçirilməsi ilə bağlı 23 avqust və 08 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən ümumiyyətlə heç bir məlumat həmin cihaz və elektron daşıyıcıda mövcud olmamışdır. (Cild1, iş vərəqləri 112, 146-148) İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, psixotrop maddə metamfetaminin istifadəçisi olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetaminin və soyuq silah hesab edilən predmetin olmaması, həmin predmet və psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, həmçinin polis əməkdaşları tərəfindən onun döyülməsi və işgəncəyə məruz qalması, ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş 28 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması ilə bağlı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanlı verdiyi ifadəsi işin faktiki hallarına və müəyyən edilmiş dəlillərə uyğun olan mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, müdafiə tərəfi məhkəməyə X6 2 bükümdə 6,950 qr. çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünü, X3 2 bükümdə 8,038 qr. çəkidə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmünü, eləcə də X2 2 bükümdə 8,337 qr. çəkidə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə hökmlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə ilə bağlı deyil, polis əməkdaşlarının başqa əsasla keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulmasının təsdiq etməyə çalışaraq, həmin şəxslərin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi onunla eyni yerdə və eyni tarixdə, yəni 18 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulan şəxslər olduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, həmin hökmlər üzrə məhkum olunmuş şəxslərin Təqsirləndirilən şəxs və ona verilmiş ittihamla bağlılığının olması, eləcə də bu hökmlərin hazırki işə münasibətdə preyudisial qüvvəyə malik olmasını təsdiq edən heç bir dəlil və sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 228.4cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyaları hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 dekabr 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 6 ay 10 gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18 avqust 2021-ci il tarixdən fasiləsiz həbsdə olduğundan həmin hökm icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 1 il 6 ay 10 gün müddətə azadlığı məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 09 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Nərimanov rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 106-110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan mcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNnin BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 9,193 qram olan psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən kastet tipində predmet məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığı məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-də saxlanılan: 9,193 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən kastet tipində predmet məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar