Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-183/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 20 avqust 1998-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonu Şıxahağalı kəndində qeydiyyatda olan və Abşeron rayonu Qobu qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1981-ci il tarixdə Qazax rayonu Sadıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, o cümlədən şəxsiyyəti istintaqa məlum olmayan “Peyman” və “Namiq” adlı şəxslər tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 narkotik vasitə almaq üçün verdiyi 60 manat pulu sonuncu ona qaytarmağına görə 02 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında olan beş mərtəbəli yaşayış binasının yanında qabaqcadan müəyyən etdikləri rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşısını kəsib, onunla söhbət edərək onu həmin binanın qarşısındakı söhbətgaha aparıb orada təxminən 5-6 dəqiqə söhbət etmiş, həmin vaxt üzərində olan mobil telefonla zəng etməklə tanışları şəxsiyyəti istintaqa məlum olmayan "Namiq" adlı şəxsi və Təqsirləndirilən şəxs2 həmin yerə çağırmış, “Namiq” adlı şəxs idarə etdiyi qara rəngli “Kia Rio" markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobil ilə qrupun üzvləri Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan "Peyman” adlı şəxslə birlikdə həmin yerə gəldikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir qolunu, Təqsirləndirilən şəxs2 isə digər qolunu tutub saxlamış, “Peyman” adlı şəxs Zərərçəkmiş şəxs1 təyinatı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağın arxası ilə, yumruqla və əli ilə sifətinə, başına zərbələr vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 “Namiq" adlı şəxsin idarə etdiyi “Kia Rio” markalı avtomobilin arxa oturacağına zorla əyləşdirib iradəsinə zidd olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivində yerləşən evinə apararaq oğurlamış, həmin evdə “Peyman” adlı şəxs sonuncunun sifətinə yumruq və təpiklə vurmuş, üst paltarlarını çıxardıb ona diz çökdürüb üzərinə soyuq su tökərək, şalvarının kəməri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq, Zərərçəkmiş şəxs1 sol bazunun yuxarı 1/3-nin bayır-arxa səthi, bel nahiyəsinin zolaqvari qançırları və sıyrıqları, sağ saidin orta 1/3-nin ön səthi, döş qəfəsinin sağ yan səthi, sağ bazunun orta 1/3-nin iç səthinin qançırları, sol əlin arxa səthinin sıyrığından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək zor tətbiq etməklə 500 manat pul tələb etmiş, niyyətlərinə nail olmaq üçün 03 iyul 2022-cı il tarixdə, saat 10 radələrində həmin evə gəlmiş tanışı istintaqa məlum olmayan “Yusif’ adlə şəxsin ***-***-**-** nömrəli telefonu ilə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs3 ***-***-**-** nömrəli telefonuna zəng edib, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs2 özünü yalandan 22-ci polis bölməsinin əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tutulduğunu və azad etməkləri müqabilində 500 manat məbləğində pulun Zərərçəkmiş şəxs1 üzərindəki bank kartına köçürülməsini bildirməklə hədə-qorxu ilə tələb etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, onlar Zərərçəkmiş şəxs1la əvvəldən tanış olmuş, hər ikisi narkotik maddə istifadəçisi olmmuşdur. Bir gün narkotik maddə almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 bank kartına pul atmış və Şirin ona narkotik vasitə alıb verəcəyini bildirmişdir. Pulu atdıqdan sonra Şirin onun telefon zənglərinə cavab verməmişdir. Təxminən bir həftə sonra Şirin ona zəng edərək başına iş gəldiyini, narkotik vasitə təşkil edə bilmədiyini, kart hesabına yenidən pul atmasını söyləmiş və o, Şirinin kartına pul atmışdır. Daha sonra Şirini görməmiş, “Peyman” adlı tanışından Şirini görüb-görmədiyini soruşmuş, Peyman da Şirinin ona 100 manat borcu olduğunu bildirmişdir. Bir gün 3-cü mikrorayon dairəsində Şirinin motosikletdən düşdüyünü görmüş və onu saxlayaraq Şirinlə danışmış, bu zaman Şirin bir yerə gedib, qayıdacağını bildirmişdir. Yolu keçdikdən sonra isə Şirin sürətlə yeriməyə başlamış, o da Şirinin qaçacağını başa düşüb onun arxasınca getmiş, binanın qabağında Şirinin qarşısını kəsmiş və niyə qaçdığını soruşmuşdur. Şirin gedib pulu götürüb gələcəyini bildirmiş, lakin o, artıq ona inanmamış Peymana zəng edərək Şirinin yanında olduğunu söyləmiş, Peyman maşınla gəlmiş və gedib onların evində qalmalarını, orada söhbət etmələrini bildirmişdir. Şirini də götürüb onun evinə getmişlər. Evdə Şirinlə söhbət etmişlər və Peyman Şirini vurmuşdur. Şirin özü onlara pulunun olmadığını, evdən istəsə də ona inanıb ona pul verilməyəcəyini bildirmiş, polis adı ilə evə zəng edib pul istəmələrini, başqa çarələrinin olmadığını, onların pulunu qaytara bilməyəcəyini qeyd etmişdir. O isə bunun adam oğurluğu kimi qiymətləndiriləcəyini bilməmişdir. Şirinin ailəsi ilə əlaqə saxlamışlar, qardaşı 5 dəqiqəyə karta pul atacağını bildirmişdir. Onlar Şirinin qardaşının polisə şikayət edəcəyini düşünməmişlər. Bir müddət sonra Şirin ac olduğunu bildirmiş, onlar marketə getmək üçün qapını açan zaman polis əməkdaşları içəri girib onları tutmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə vaxtı üzərilərində bıçaq olmuş, amma Şirini öldürmək niyyətləri olmamışdır. Şirini videoya çəkmişlər, amma niyyətləri pis olmamış və həmin video görüntüləri heç kimə göndərməmişlər. Şirin özü könüllü şəkildə maşına minmişdir. Şirinin evdən getmək imkanı olmuşdur. Çünki onlar qapını bağlamamışdır. Polis şöbəsində ona heç bir təziq və ya təsir olunmamışdır. Peyman Şirinə bıçaq göstərməmiş, onlar evə girəndə Peyman bıçağı stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıq müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Zərərçəkmiş şəxs1 2 ildən artıq müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs1la münasibətləri əvvəllər normal olmuşdur.O, həmişə Şirindən patı adlanan psixotrop maddə alıb istifadə edirmiş. Şirin özü ona zəng edib onda psixotrop maddə olan patı olduğunu bildirib ona təklif edirmiş, o, da pulu olanda Şirindən şəxsi istifadəsi üçün patı adlanan psixotrop maddə alırmış. O, narkotik vasiətlərin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, Zərərçəkmiş şəxs1 narkotik vasitəni hardan əldə etdiyi barədə məlumatı olmamışdır. Təxminən 1 il bundan əvvəl Şirin özü ona zəng edib onda “patı” adlanan narkotik vasitə olduğunu bildirmiş və ondan “patı” istəyib-istəmədiyini soruşmuşdur. O, da Şirindən 20 manat dəyərində “patı" istədiyini bildirmiş və Şirinin sözü ilə həmin 20 manat pulu onun bank kartına göndərmiş, lakin, Şirin ona “patı" verməyib onu aldatmışdır. O, Şirinə bir neçə dəfə zəng etsə də Şirin zənglərinə cavab verməmişdir. Bundan iki üç gün sonra Şirinlə telefonla danışdıqda Şirin başına hadisə gəldiyini bildirmiş və demişdir ki, onun bank kartına 40 manat pul göndərsə üstünü də düzəldib ona “patı" alıb verə bilər. O, həmin vaxt Şirinə inanıb onun bank kartına 40 manat pul göndərsə də Şirin onun üçün “patı” təşkil etməmişdir. Üstündən iki və ya üç ay keçmiş, təxminən üç-dörd ay bundan qabaq o, Şirinə zəng edərək demişdir ki, “Şirin patı düzəldə bilərsən? Şirin düzəldə bilcəyini deyib pulu onun bank kartına atmağını bildirmişdir. O, isə Şirinə inanmadığı üçün onunla razılaşmamışdır. O, Şirinə üzbəüz görüşməyi təklif etmişdir. O, Şirinlə görüşüb həmin vaxt Şirinə onun 60 manat pulunu niyə vermədiyini soruşmuş, Şirin isə həmişəki kimi zarafata salıb pulunu qaytarmayıb çıxıb getmişdir. Bundan sonra o, Şirinə dəfələrlə zəng etsədə Şirin pulu qaytarmayacağını bildirilmişdir. Sonuncu dəfə Şirin ilə mobil telefonla danışanda Şirin onu təhqir etmişdir. 02 iyul 2022-ci il tarixdə, saat 17 radələridə Şirinin 3-cü mikrorayon dairəsində motosikletdən düşdüyünü görmüş və Şirin ilə salamlaşıb, ona söz demək işlədiyini bildirmiş, Şirin əlini uzadıb əli ilə göstərdiyi yerə gedib, qayıdacağını bildirib, yolun digər tərəfinə keçib arxaya baxa-baxa surətlə getməyə başlamışdır.O, başa düşmüşdür ki, Şirin onu aldadır, gedib qayıtmayacaq.Ona görə Şirinin arxasınca getməyə başlamış və Memar Əcəmi metro stansiyasına təxminən 300 metr qalmış orada olan yaşayış binasının qarşısında Şirinin qarşısını kəsib ona bildirmişdir ki, “mənə qayıdacağını bildirib niyə qaçırsan, mənim pulumu niyə vermirsən?” Şirin ona bildirmişdir ki, “gedək pulu evdən götürüb verim sənə". Şirinin ona bəhanələr eldiyini görüb tanışı Kia Rio markalı avtomobilin sürücüsü Namiq adlı şəxsə zəng edərək, Memar Əcəmi ərazisində Forsaj adlı avtomobil yuma məntəqəsinin yanına gəlməsini, onu Qobu qəsəbəsinə yaşadığı evə aparmasını, həmçinin gələrkən tanışı Həsəni də götürməsini bildirmişdir. Tanışı Namiq əlavə məşğuliyyət kimi Kia Rio markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur, həm də elektrik ustası kimi fəaliyyət göstərir. Bundan sonra Namiq idarə eldiyi Kia Rio markalı avtomaşınla onun Şirinlə söhbət etdiyi yerə gəlmişlər. Bu zaman avtomaşınla tanışını Peyman adlı şəxs və tanışı Həsən də gəlmişlər. Peyman avtomobildə qabaq oturacaqda sürücünün yanında, Həsən isə arxa oturacaqda oturmuşdur. Onu da qeyd etmişdir ki, həmin gün günorta vaxtı o, tanışı Həsənlə görüşmüşmüş və Həsən ona bildirmişdir ki, qalmağa yeri yoxdur, o, da Həsənə bildirmişdir ki, onun evində qala bilər. O, Şirinlə birlikdə avtomobilə arxa oturacağa oturmuşlar. Bundan sonra onlar onun yaşadığı Qobu qəsəbəsindəki evinə getmişlər.Onlar evə çaldıqdan sonra Peymanla Namiq evə daxil olmadan çıxıb getmişlər. Avtomaşında olan zaman Peyman və Həsən də Şirinin onlara olan borcundan danışırmışlar və ondan niyə borclarını qaytarmamasını soruşurmuşlar.Onlar yaşadığı evə gəldikdən sonra o, Şirinə zərbələr endirərək, onu telefonda danışarkən niyə təhqir etdiyini və onu aldadaraq verdiyi 60 manat pulunu nəyə görə qaytarmadığını soruşmuş, Şirin isə həmişəki kimi yalanlar uydururmuş. Saat təxminən 21 radələri olarmış o, Həsən ilə görmüşlər ki, Şirin onun pulunu qaytarmaq fikrində deyil, ona görə ona təsir göstərmək kimi demişlər ki, əynində olan paltarlarını çıxartsın. Şirin də əynində olan bütün paltarlarını çıxartmışdır. Həmin vaxt Həsən Şirin ilə söhbət edirmiş ki, nəyə görə onun və Peymanı aldadıb pullarını qaytarmır. O, isə stolda oturub Həsən ilə Şirinin danışıqlarını istifadə etdiyi telefonda çəkmişdir ki, birdən sonarlar Şirin onlara borclu olduğunu danacaq. Ondan sonar da Şirin paltarlarını geyinmiş və saat təxminən 22-23 radələri olarmış, Həsən Şirin ilə evdə qalmış və o, isə evdən çıxıb qəsəbədə olan marketə gedib siqaret alıb evə gəlmişdir.Ondan sonar da onlar yatmaq istəmişlər, Şirinin də üsütndə yol pulu olmadığı üçün o, da onlarla uzanıb yatmışdır. Səhər saat təxminən 09:30 radələrində oyanmışlar, əvvəllər bir yerdə fəhlə kimi işlədiyi Yusif adlı şəxs ona ***-***-**-** nömrəsi ilə zəng edərək, harda olduğunu soruşmuş, o, Yusifə evdə olduğunu və işləri olduğunu deyərək, ondan su və şirniyyat alıb gətirməsini xahiş etmişdir. Aradan təxminən yarım saat sonra Yusif ora gəlmiş və şirniyyat alıb gətirmişdir. Həmin vaxt o, Həsən ilə Şirindən pulu qaytarması ilə bağlı söhbət edirmişlər, Şirin də təklif etmişdir ki, onlar onun valideyinlərinə zəng edib desinlər ki, guya Şirini 22-ci polis bölməsində tutublar və buna görə 500 manat pul göndərsinlər ki, işi həll olunsun və onu buraxsınlar.Onlar da Şirinin təklifi ilə razılaşmışlar, lakin onların telefonlarında kontur olmadığı üçün evə gələn Yusifdən xahiş etmişlər ki, telefonu versin bir adam var onunla bir iki kəlmə danışsınlar.Yusif telefonunu onlara vermiş və Şirin özü anasına zəng etmiş və anasına tutulduğunu demiş, sonra telefonu Həsənə vermiş və Həsən də telefonda danışaraq Şirinin dediklərini deyərək onun tutulduğunu və buraxılması üçün 500 manat karta pul göndərməklərini demişdir. Daha sonar isə Yusifin telefonuna polis əməkdaşları zəng etmişlər və Şirinin anasının nömrəsi ilə bu nömrədən danışıldığını soruşmuşlar, Yusif də telefonu Şirinə vermişdir ki, özü danışsın, Şirin də telefonu Həsənə ötürmüş, Həsən polis əməkdaşları ilə danışmış, telefonda danışan şəxslər 25-ci polis bölməsinin əməkdaşı olduğunu və Həsəni sorğu-sual etmişlər. Ondan sonar Həsən də telefonu söndürüb, Yusifə qaytarmış və Yusif çıxıb getmişdir. Aradan bir qədər sonra o, evin qapısını açıb Şirin ilə dükana getmək istəyəndə polis əməkdaşları onları saxlamışlar və onları 25-ci polis bölməsinə, sonra isə Nizami RPİ-yə aparmışlar. Qeyd etmişdir ki, Şirini ona görə telefonda çəkmişdir ki, birdən Şirin sonralar onlara olan borcunu etiraf etməz. Ona görə onun borcunun etirafını telefonunda çəkmişdir. O, Şirininin çılpaq görüntülərini heç kimə yaymamış və elə bir məqsədlə də həmin çəkilişi etməmişdir. Onlar Şirinə pulun qaytarmasının təsiri kimi ona demişlər ki, paltarlarını soyunsun, başqa heç bir məqsədləri olmamışdır. Peynman, Namiq və Yusif adlı şəxslərin şəxsiyyətlərini bilmir, onlar Şirin ilə onun və Peymanın pulunu hansı səbəbə qaytarmadığı ilə bağlı söhbət etməyə görə evinə aparmışlar. Onlar Şirin ilə xeyləm söhbət etmişlər, artıq gec olduğuna görə Şirin özü demişdir ki, getməyə heç yol pulusu yoxdur və özü onlarla evdə qalmışdır, Şirinin evdən çıxıb getməsinə heç bir maneə də olmamış, o, gecə Həsən ilə yatmışdır, Şirin də onlarla yatmış, Şirin istəsəydi gecə onlar yatandan sonra çıxıb gedərdi. Zərərçəkmiş şəxs1 Qobu qəsəbəsindəki evinə aparan zaman və ondan sonra Şirinə qarşı hər hansı silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməmiş, yanında olan şəxslərin də hər hansı bu qisimdə əşya tətbiq etməsini görməmişdir (cild 1, iş vər. 142-144). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, Təqsirləndirilən şəxs1 ifadəsini təsdiqləyərək xəstə olduğunu və hadisəni xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq isə göstərmişdir ki, Əli ona zəng edib hal-əhval tutmuş, o da söhbət əsnasında qalmağa yerinin olmadığını bildirmişdir. Belə olub Əlinin evinə getmişdir. Peymanın üzərində bıçaq görməmişdir. Videonu Əli çəkmiş, o isə polis əməkdaşı qismində Şirinin ailəsinə zəng etmişdir. Polis şöbəsində ona heç bir təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2-3 ildən artıq müddətdir ki, tanıyır. O, əvvəllər kafe işlədirmiş və Zərərçəkmiş şəxs1 həmin kafeyə gəlib yemək yeyirmiş, pulunu sonradan verirmiş. Şirin ona borclarını vaxtında verirmiş, onu heç incitmirmiş. Təqsirləndirilən şəxs1 təxminən 1 ildir tanıyır, Təqsirləndirilən şəxs1 da ayrı-ayrı obyektlərdə iş düşəndə fəhləlik edirmiş, Əli ilə münasibətləri işlə bağlı yaranmışdır. 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la söhbət zamanı ona pulu olmadığını, həmçinin gecə qalmağa yeri olmadığını bildirmişdir. Bu zaman Əli ona bildirmişdir ki, onun Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evində qala bilər. 02 iyul 2022-ci il tarixdə Əli ilə razılaşdığı kimi onun yaşadığı evinə getməyi razılaşmışlar. Həmin vaxt əvvəllər tanıdığı Peyman ona zəng edərək, Əlinin dostu onun isə tanımadığı Namiq ilə birlikdə olduğunu onunla birlikdə Əlinin yanına gedəcəklərini deyib, onunla 3-cü mikrorayon dairəsində görüşüb, Memar Əcəmi metrosunun yaxınlığında Əlinin yanına getmişlər. Namiq idarə etdiyi Kia Rio markalı, qeydiyyat nömrəsini bilmədiyi avtomobili ilə gəlmişdir. Peymanı təxminən 15-20 ildir kı, tanıyır, onu da fəhlə kimi işlədiyi zaman tanımışdır. Peymanın da bildiyinə görə Şirindən alacağı pul olmuşdur. X17 metrostansiyasının yaxınlığında olan yaşayış binasının qarşısına çatdıqdan sonra Əli Şirinlə birlikdə onun olduğu avtomobilə oturmuşlar. Peyman qabaq sağ oturacaqda, onunla Əli arxa oturacaqda, Şirin onların arasında arxa oturacaqda oturmuşlar. Avtomobildə gedərkən Şirinə Əlinin və Peymanın borcunu niyə qaytarmadığını soruşduqda, Şirin imkanı olmadığını, lakin hal-hazırda qaytara biləcəyini bildirmişdir. Onlar Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə çatdıqdan sonra Peymanla Namiq evə daxil olub bir neçə dəqiqədən sonra çıxıb getmişlər. Peyman Şirinin pulu olmadığını görüb çıxıb getmişdir.O, Əli və Şirinlə nə qədər söhbət etsələr də Şirin Əlinin və Peymanın pulunu qaytrmamışdır. Onlar Şirinə pulun qaytarmasına təsir kimi ona demişlər ki, əynində olan paltarlarını çıxartsın və Şirin də paltarlarını çıxartmışdır. Lakin bunun da heç bir nəticəsi olmamış, Şirin demişdir ki, onların pulunu qaytara bilmir. Ondan sonra artıq saat təxminən 22-23 radələri olarmış, yatmaq istəyirmişlər, Şirin də demişdir ki, onun gecə bu vaxtı evinə getməyə pulu yoxdur və onlarla qalmaq İstəmişdir. Onlar da buna etiraz etməmişlər və birlikdə həmin evdə yatmışlar. Səhər saat təxminən 09 radələrində yuxudan oyanmışlar, aradan bir qədər sonra onun tanımadığı, Əlinin tanışı Yusif adlı şəxs ora gəlmiş və Əli üçün şirniyyat, su alıb gətirmişdir. Həmin vaxt onlar da Şirin ilə pul ilə bağlı söhbət edirmişlər, Şirin özü demişdir ki, onlar onun valideyinlərinə zəng edib yalandan desinlər ki, guya onu 22-ci polis bölməsində tutublar və onlar polis əməkdaşlarıdırlar, 500 manat karta pul göndərsinlər ki, onu buraxsınlar. Həmin vaxt onların telefonlarında kontur olmadığı üçün Əli Yusifdən xahiş etmişdir ki, telefonunu zəng etmək üçün ona versin. Yusif də telefonunu Əliyə vermiş, sonra Əli telefonu Şirinə vermiş və Şirin anasını yığıb telefonu ona vermiş, o, telefonda Şirinin qardaşı kimi deyən şəxs ilə danışmış və Şirinin dediklərini, yəni demişdir ki, onlar 22-ci polis bölməsinin əməkdaşlarıdırlar, Şirin tutulub və buraxılması üçün 500 manat pul göndərsinlər ki, onu buraxsınlar. Ondan sonra danışığı bitirmiş və telefonu Yusifə vermişdir. Bir qədər sonra Yusifin telefonuna polis əməkdaşı zəng edərək onunla danışmışlar.Polis əməkdaşı olduğunu deyən şəxs ondan həmin nömrə ilə Şirinin valideyinlərinə zəng olduğunu və onu sorğu-suala tutmuş, o, da telefonda danışığı bitirib telefonu Yusifə qaytarmış və Yusif çıxıb getmişdir. Aradan bir qədər sonra polis əməkdaşları qaldığı evə gəlib onları oradan 25-ci polis bölməsinə, sonra da Nizami RPt-уэ aparmışlar.Qeyd etmişdir ki, onun Şirin ilə çılpaq vəziyyətdə olan zaman söhbət edərkən Əli bunları telefonunda video çəkməsindən xəbəri olmamışdır. X18 və Peymanın pulunu hansı səbəbə qaytarmadığı ilə bağlı söhbət etməyə görə Əlinin evinə aparmışlar, onlar Şirin ilə xeyləm söhbət etmişlər, artıq gec olduğuna görə Şirin özü demişdir ki, getməyə heç yol pulusu yoxdur və Özü onlarla evdə qalmışdır. Şirinin evdən çıxıb getməsinə heç bir maneə də olmamış, o, gecə Əli ilə yatmışlar, Şirin də onlarla yatmış, əgər Şirin istəsəydi gecə onlar yatandan sonra çıxıb gedərdi. Peyman, Namiq və Yusif adlı şəxslərin şəxsiyyətlərini və telefon nömrələrini bilmir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaşadığı Qobu qəsəbəsindəki evinə aparan zaman və ondan sonra Şirinə qarşı hər hansı silah və ya silah qismində İstifadə edilən əşyalar tətbiq etməmiş, yanında olan şəxslərin də hər hansı bu qisimdə əşya tətbiq etməsini görməmişdir (cild 1, iş vər. 155-157). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun Təqsirləndirilən şəxs1 borcu olmuş, lakin hazırki hadisə Təqsirləndirilən şəxs1 olan borcun üstündə deyil, “Peyman” adlı şəxsə olan borcuna görə baş vermişdir. “Peyman” adlı şəxsə 100 manat borcu olmuş, həmin borca görə Təqsirləndirilən şəxs1 onun qarşısını kəsmiş, Peymangili çağırmış və “Kia Rio” markalı avtomobilin arxa oturacağına zorla əyləşdirib iradəsinə zidd olaraq tanımadığı bir yerə, tanımadığı bir evə aparılmışdır. Maşını idarə edən şəxsi tanımamışdır. Evdə olan zaman onu döyüb pul tələb etmişlər. Onlar yuxuya gedən zaman öz mobil telefonu ilə qardaşına olduğu yer barədə məlumat (konum) atmış və mail adresini demiş, qardaşı da polis əməkdaşları ilə birlikdə gəlib onu xilas etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır, hadisə yay aylarında baş vermişdir. Hadisə günü ona birinci Əli yaxınlaşmış, hər ikisi piyada vəziyyətdə olmuş, sonradan avtomobil gəlmişdir. Əli yaxınlaşaraq onu söhbətə tutmuş, bir adamdan narkotik götürüb gətirməsini bildirmiş, o isə cavabında artıq narkotik istifadə etmədiyini bildirmişdir. Əli kənarda telefonla danışaraq onu ləngitməyə başlamış və daha sonra maşın gələrək onun qabağını kəsmiş, qoluna girib zorla maşına əyləşdirmişlər. Maşını tanımadığı şəxs idarə etmiş, sürücünün yanında Peyman, arxada Əli, ortada özü, sağında isə Həsən əyləşmişdir. Evə gedən zaman səhv etmirsə evdə heç kim olmamış, açarı yerdən götürərək qapını açmışlar. Ev bir mərtəbəli balaca həyət evi olmuşdur. Evdə onu döymüşlər. Ən çox Peyman vurmuş, sürücü isə heç vurmamışdır. Tələbləri ancaq 500 manat olmuşdur. Onu döyən zaman mobil telefonunu əlindən almışlar, onları yuxu tutan zaman telefonunu götürüb qardaşı ilə əlaqə saxlamış, sonra isə mesajları silərək telefonu yerinə qoymuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş, amma borc narkotik vasitə ilə bağlı olmamışdır. Evdə səhv etmirsə gecədən səhərə kimi qalmışdır. Evin qapısı içəridən bağlanmış və qapıya qıfıl vurulmuşdur. Qaçmaq üçün şərait olmamışdır. Polislər gələn zaman evdə onunla bərabər Həsən və Əli olmuşdur. Maşına otuzdurmadan əvvəl Peyman ona vurmuş və Əli ilə Həsənə tapşırmışdir ki, onu tutub aparsınlar. Peymanın əlində xənçəl formasında bıçaq olmuş, qabı isə qeyri-adi formada olmuş və onu öldürəcəyini bildirmişdir. Peyman 100 manat borcunun əvəzinə 500 manat istəmiş, o da valideynlərindən istəməsini bildirmişdir. Valideynlərinə zəng edən zaman özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bu söhbətlərdən əvvəl o dayısına, anasına və qardaşına zəng edib məsələni bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, gecə saatlarında telefonuna qardaşı tərəfindən mesaj göndərilmiş, mesajı səhər saatlarında görmüşdür. Qardaşı mesajda onu tanımadığı bir yerə apardıqlarını və telefon vasitəsi ilə onun yerini tapmasını söyləmişdir. Mesajı oxumadan əvvəl anası polis idarəsindən zəng gəldiyini, qardaşını narkotik cinayətindən tutduqlarını və pul istədiklərini bildirmişdir. 22-ci polis bölməsi ilə əlaqə saxlayıb məlumatın səhv olduğunu bildikdən sonra telefonuna baxmışdır. Anasına bildirmişdir ki, onlarla əlaqə saxlayıb pulu verəcəklərini söyləsin. Bu zaman ərzində vaxt qazanaraq qardaşının yerini müəyyən etmiş və polis əməkdaşları ilə birlikdə Qobu qəsəbəsinə getmişdir. Həmin ərazidə şübhəli balaca bir ev görmüşlər. Evin qapısı çöldən kilidli olmuş, amma içəridən səs gəlmişdir. Evin ətrafını tutan zaman evdən biri çıxmış və onlar polis əməkdaşları ilə birlikdə içəri girmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, mobil telefon üzrə proqramçı işlədiyi üçün qardaşının yerini müəyyən edə bilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyil və onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 da ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə olan gecə oğlu Şirin evə gəlməmişdir. Dostugildə qalan zaman evə gəlməyəcəyi barədə əvvəldən məlumat vermişdir. Xəbər vermədiyi üçün narahat olub oğlu Riyada bildirmişdir. Səhərə yaxın ona zəng gəlmiş, 22-ci polis bölməsindən zəng etdiklərini, oğlu Şirini saxladıqlarını bildirmiş və pul istəmişlər. Bu barədə oğlu Riyada məlumat vermiş və sonra məlum olmuşdur ki, oğlu Şirini oğurlayıblar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, ondan 500 manat pul istəmişlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyil və onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 iyul 2022-ci il tarixdə Poliş şöbəsində vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında HKT1/1642 saylı materialın araşdırma zərurəti ilə tərəfindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun qardaşı Zərərçəkmiş şəxs1 naməlum şəxslər tərəfindən saxlanılır və qardaşını saxlayan şəxslər ona zəng edərək, özlərini 22-ci polis şöbəsinin əməkdaşı kimi təqdim edərək, Şirinin tutulduğunu və 500 manat pul müqabilində onu azad edəcəklərini, əks halda isə məsuliyyətə cəlb ediləcəyini bildirmişlər. Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 olan telefonun gmail vasitəsi ilə olduğu yeri müəyyən etmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Abşeron rayonu Qobu qəsəbəsinin ərazisindədir. Onlar əməliyyat qrupu ilə birlikdə müraciət edən şəxs Zərərçəkmiş şəxs2 da onlarla birlikdə həmin ünvana getmişlər. Həmin ünvan Abşeron rayonu Qobu qəsəbəsində yeni yaşayış massivində olmuş və həmin massivdə olan bir mərtəbəli fərdi yaşayış evinə yaxınlaşmışlar, onlar evin qapısını döymüşlər və qapını içəridə olan şəxslər açandan sonra evə daxil olmuşlar, Zərərçəkmiş şəxs1 həmin evdə olmuş, ondan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslər də həmin evdə olmuşlar, onlar həmin şəxsləri gətirib 25ci polis bölməsinə təhvil vermişlər və onlarla bağlı araşdırma aparılmağa başlanmışdır. Sorğu zamanı da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 narkotik vasitə almaq üçün bir dəfə 20 manat, bir dəfə də 40 manat pul vermiş, Zərərçəkmiş şəxs1 isə Əlini aldadaraq ona narkotik vasitə verməmiş və pulunu da qaytarmayaraq ondan gizlənirmiş. 02 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə Memar Əcəmi metrosunun yaxınlığında rastlaşmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanında saxlayaraq tanışları Təqsirləndirilən şəxs2, Riyad və Namiq adlı şəxsləri ora çağırmış, ondan sonra Şirini zorla avtomobilə mindirib həmin evə gətirib orada saxlamışlar. Riyad və Namiq adlı şəxslərin şəxsiyyətlərini müəyyən edə bilməmişlər (cild 1, iş vər. 112-118). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə vətəndaş X10 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Turab Paşayevə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:34 radələrində qardaşına məxsus olan ***- ***-**-** mobil nömrədən özünü 22-ci Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs ona məxsus olan ***-***-**-** sim nömrəsi ilə əlaqə saxlayaraq, qardaşının tutulduğunu bildirmiş, buraxılması müqabilində ondan 500 manat miqdarında pul istəmişlər. O, qardaşının “Gmail”-i vasitəsi ilə onun yerini müəyyən etmiş və görmüşdür ki, qardaşı 22-ci Polis Şöbəsində yox, Qobu qəsəbəsində saxlanılmışdır (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə Abşeron rayonu Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən hadisə yerinin olduğu bir mərtəbəli nömrəsiz yaşayış evinə baxış keçirilmiş və zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə qeyd etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vər. 114-116). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsuatları əyani şəkildə bir daha qeyd etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vər. 115-124). Cinayət işinin materiallarında olan 05 iyul 2022-ci il tarixli, 573 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bazunun yuxarı 1/3-nin bayır-arxa səthi, bel nahiyəsinin zolaqvari qançırları və sıyrıqları; sağ saidin orta 1/3-nin ön səthi, döş qəfəsinin sağ yan səthi, sağ bazunun orta 1/3-nin iç səthinin qançırları; sol əlin arxa səthinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk kül əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin bildirdiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranması inkar edilmir, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (cild 01, iş vər. 125-127). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 iştirakı ilə onun istifadəsində olan mobil telefondan köçürülmüş video çəkiliş olan bir ədəd diskəbaxış keçirilmiş, diskdə olan görüntüdə evin otağında çarpayının üzərində paltarsız vəziyyətdə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 çarpayına oturmuşdur, onun yanında əlində şalvar kəmərini əlində tutan digər Təqsirləndirilən şəxs2 onunla sorğu-sual edərək, onu döyəcəyi ilə hədələyir və ondan 500 manat pul verməsini tələb edir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin video çəkilişi istifadə etdiyi mobil telefonla 03 iyul 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Qobu qəsəbəsində yaşadığı evdə çəkmişdir (cild 2, iş vər. 66). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər Əli Nəsənov və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsussatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vər. 132-137). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.2, 156 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, şəxsiyyəti istintaqa məlum olmayan “Peyman” və “Namiq” adlı şəxslər barəsində CM-in 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə, şəxsiyyəti istintaqa məlum olmayan “Yusif” adlı şəxs barəsində isə CM-in 307.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır (cild 02, iş vər. 146-158). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamla bağlı dolğun fikir əldə etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» 21 oktyabr 2011-ci il tarixli Qərarına nəzər yetirmək və Konstitusiya Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyi nəzərə almaq zərurəti yaranır. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Bundan əlavə, həmin qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in 134-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür. Cinayət Məcəlləsinin 182.2.3 və 182.3.3-cü maddələrində barəsində zor tətbiq edilmiş, sağlamlığına ağır zərər vurulmuş zərər çəkmiş şəxs dedikdə, CM-in 182.1-ci maddəsində göstərilən dairəyə daxil olan şəxslər, yəni həm əmlakına (əmlak hüququna) qəsd edilən şəxs, həm də onun yaxın qohumları nəzərdə tutulur. Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyası 5 ildən 10 ilədək, 182.3.3cü maddəsi isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla CM-in 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın , CM-in 182.2.3-cü maddəsi isə sağlamlığa az ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyindən, sağlamlığa ağır və yaxud az ağır zərərin vurulması ilə nəticələn hallarda əməlin cinayətlərin məcmusu kimi həm də CM-in 126 və yaxud 127-ci maddələri ilə tövsfi edilməsinə zərurət yaranmır. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. CM-in 144.1-ci maddəsinə əsasən isə adam oğurluğu cinayət sayılır və həmin əməli törətməyə görə təqsirli bilinən şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə və ya tamah məqsədi ilə törədildikdə şəxsin əməli CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilətövsif olunur və həmin əməli törətməkdə təqsirli bilinən şəxslər səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edən, o cümlədən mövcud sübutları ayrı-ayrılıqda və məcmu halında araşdıraraq mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin şahid ifadəsi, üzləşdirmə, baxış keçirmə istintaq hərəkətlərinin protokoları ilə, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini qismən təqsirli bilmələri ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışlar. Belə ki, zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlarla üst-üstə düşən, obyektiv həqiqiəti əsk etdirən ifadə verməklə təqsirləndirilən şəxsləri ifşa etmiş, həmçinin təqsirləndirilən şəxslər özləri də ibtidai istintaq zamanı iş materilları ilə üst-üstə düşən ifadələr vermişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və onlarla razılaşmır. Əksinə onların ibtidai istintaq zamanı verdikləri ifadələrin işin obyektiv halları ilə üst-üstə düşməklə digər sübutları tamamladığı üçün həmin ifadələri əsaslı sayaraq onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş “Ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Həsənov X11 rayonundan məcburi köçkündür, Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyində 106 saylı mənzildə qeydiyyatdadır, subaydır, azərbaycanlıdır. Həsənov X4 qaçqın və köçkün şəhərciyində yaşadığı vaxtlarda özünü intizamlı aparmışdır. (cild 02, iş vərəqi 126-127). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 119-120). Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, məcburi köçkün olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək Təqsirləndirilən şəxs1 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəzanın məqsədinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Muradov X7 şəhəri H.Z.Tağıyev küçəsində qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində onun barəsində 5 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vərəqi 124- 125). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Muradov X8 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 121-122). Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəzanın məqsədinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl qəsdən törədilən ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barələrində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 37,62, 104-107, 108-111). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları və həbsdə olduqları müddət cəzalarına aid edilməli, onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduqları vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd DVD diksin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-346, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 182.2.1 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 182.2.1 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD diksin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Elçin Məmmədov Nurəddin Hüseynli
Məhkəmə qərarları › İş №1(124)-183/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-183/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver