Məhkəmə qərarları › İş №1(124)-184/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-184/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-184/2022 16.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 15 avqust 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, heroini, sintetik narkotik vasitə olan metadonu, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini faktiki yaşdığı Xaçmaz rayonu, Xaçmaz şəhəri, Dədə Qorqud küçəsi 39 nömrəli evin həyətində yerləşən yarımtikilinin otağında saxlamış, bu fakt 02 sentyabr 2021-ci il tarixdə saat 11:00-dan 11:25-dək olan vaxt ərzində Xaçmaz RPŞ-in əməkdaşları tərəfindən həmin evin həyətində yerləşən yarımtikiliyə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,200qr, 5,190 qr, 5,650 qr, 5,489 qr, 4,830 qr, 5,250 qr, 5,940 qr, 6,690 qr, 5,530 qr, 6,620 qr, 5,810 qr, 5,580 qr, 6,320 qr, 6,350 qr, 7,260 qr, 1,390 qr, 5,090 qr, 5,940 qr, 6,023 qr, 6,200 qr, 5,450 qr, 6,213 qr çəkilərdə, 02(iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 1,865 qr, 13,596 qr çəkilərdə, 01 (bir) ədəd falqada 3,385 qram çəkidə olmaqla ümumilikdə 143,861 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibində 0,1 qram çəkidə metadon təsir maddəsi olan 2 ədəd və 1/2 ədəd həb, sintetik narkotik vasitə - metadon, 05(beş) ədəd şəffaf sellafon kəsiyi bükümündə ayrı-ayrılıqda 0,448 qr, 0,875 qr, 0,435 qr, 0,475 qr, 0,450 qr çəkilərdə, 36 ədəd falqa kağızı kəsiyi bükümündə ayrı-ayrılıqda 0,076 qr, 0,195 qr, 0,087 qr, 0,116 qr, 0,129 qr, 0,100 qr, 0,144 qr, 0,132 qr, 0,136 qr, 0,143 qr, 0,236 qr, 0,082 qr, 0,104 qr, 0,087 qr, 0,104 qr, 0,188 qr, 0,092 qr, 0,111 qr, 0,120 qr, 0,080 qr, 0,154 qr, 0,092 qr, 0,130 qr, 0,099 qr, 0,164 qr, 0,076 qr, 0,096 qr, 0,115 qr, 0,074 qr,.0,102 qr, 0,080 qr, 0,147 qr, 0,065 qr, 0,111 qr, 0,106 qr, 0,057 qram çəkilərdə olmaqla ümumilikdə 6,813 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd 1 ml həcmli şprisin içərisindəki 0,2 ml heroin məhlulunda quru çəkisi 0,001 qram olan heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda 13,573 qr, 0,864 qr, 0,409 qram çəkilərdə olmaqla ümumilikdə 14,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları səhər-səhər evə gəlib onu saxlamış, o, özü narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. O, cibində olan 4, 5 qram metamfetamini cırıb yerə səpmiş, polis əməkdaşları həmin narkotik vasitəni fırça vasitəsi ilə yerdən toplamış, psixotrop maddə 4,5 qram metamfetamin ona məxsus olmuşdur. Narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt satışla məşğul olmamışdır. Narkotik vasitələrin ona qardaşından qalmışdır. Həmçinin narkotik vasitələrdən heroin, metamfetamin və marixuana istifadəçisi olmuşdur. İttihamda qeyd edilən narkotik vasitələr ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində ailə üzvlərilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş, təxminən iyirmi ildir ki, narkotik vasitələrdən istifadə etmiş, o, Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində 39 nömrəli evdə anadan olmuş, lakin sonradan qeydiyyatda olduğu ünvana köçmüş, bir neçə il orada yaşadıqdan sonra yenidən Dədə Qorqud küçəsi ev 39 ünavanında yerləşən evə gəlmiş və Kamranla həmin evin həyətində ayrıca bir ev tikmişlər, lakin 2019-cu ilin may ayında qardaşı Kamran Tahirov vəfat etdikdən sonra evin təmiri, tamamlanması yarımçıq qalmış, həmin vaxtdan evdə yaşayış olmamış və ev yarımtikili, təmirsiz vəziyyətdə olmuş, qardaşı Kamran vəfat etdikdən sonra o, həmin yarımtikilini təmir edib başa çatdırmaq istəmiş, buna görə də o, evin təmirinə başlamış, 2019-cu ilin yay aylarında həmin tikili evi təmir edən zaman, o, divardakı köhnə taxta rəfləri sökən zaman divarın içərisindən yerə dəmir və karton qutuda nəsə düşdüyünü görmüş, o, həmin qutuları açdıqda həmin qutuda narkotik vasitələri və dərman preparatlarını, psikotrop maddələri tapmış, o, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün, evdən tapdığı maddələrin narkotik vasitə, qurudulmuş marixuana, heroin, metadon həbləri və psixotrop maddə olduğunu bilmiş, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün əksər hallarda yaşadığı küçədə və öz evində olmuş, mütəmadi olaraq, həmin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, lakin həmin narkotik vasitə və psixotrop maddələr onun istifadəsi üçün çox olmuş, buna görə də bir müddət istifadə etdikdən sonra o, həmin narkotik vasitələri və psixotrop maddələri gündəlik siqaret pulu xərclərini ödəmək üçün satışı ilə məşğul olmuş, o, həmin narkotik vasitələri ayrı-ayrı hissələrə ayrılmış, kibrit qutularına və falqalara, kiçik sellofan torbalara doldurulmuş vəziyyətdə tapmış, o, narkotik vasitələri və psixotrop maddələri evinin həyətində olan yarımtikilidən tapan zaman tərəzi də tapmış, o, bundan sonra narkotik vasitə heroini tərəzidə çəkib gümüşü və göy rəngli falqalara, kiçik sellofan torbalara bükərək evdən götürdüyü dəmir qutunun içərisinə bükümlər halında yığmağa başlamış, bundan sonra isə qurudulmuş marixuananı da tərəzidə çəkdikdən sonra kibrit qutularına yığmağa başlamış, qurudulmuş marixuananı kibrit qutularına doldurduqdan sonra narkotik vasitələri satan zaman işinin asan olması üçün ayrıca karton qutuya yığıb saxlamış, bundan sonra psixotrop maddə metamfetamini şəffav sellofan torbalarda büküb qutuya qoymuş, üzərində “Methadone 40” yazısı olan həbləri də qutunun içərisinə qoyub saxlamış, o, həmin narkotik vasitələri və psixotrop maddələri həmin yarımtikilinin bir otağında saxlamış, ailə üzvlərindən gizlin gəlib həmin yerdə qəbul etmiş, həmin otağa şprislər və limon duzu da alıb gətirib qoymuş, həmin limon duzunu o, heroin məhlulu düzəldib damarlarına və əzələ daxilinə vurmaq üçün istifadə etmiş, beləki, limon duzu ilə psixotrop maddə metamfetamini və narkotik vasitə heroini göy plastmas kiçik qaşığa bənzər alətlə qarışdırıb, bişirdikdən sonra şprisə çəkib damarına və ya əzələ daxilinə yeritmiş, bundan sonra yenə həmin şprisləri, limon duzunu, narkotik vasitə və psixotrop maddələri qutulara yığıb həmin otağı küncündə saxlamış, əksər hallarda onunla tanımadığı şəxslər əlaqə yaradıb ondan pul müqabilində narkotik vasitə və ya psixotrop maddə almışlar, o da gündəlik siqaret pulu xərclərini təmin etmək üçün pul müqabilinə həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxlərə satmış, bununla yanaşı o, marixuananı siqaretə doldurub çəkmək yolu ilə də qəbul etmiş, sonuncu dəfə bir neçə gün bundan əvvəl o, həmin narkotik vasitə və psixotrop maddələri sayını müəyyən etmək üçün sayıb qutulara doldurmuş, beləliklə o, içərisində qurudulmuş marixuana olan 22 ədəd kibrit qutusunu və 2 ədəd kağız bükümü, 1 ədəd marixuana bitkisinin quru hissəsini sayıb karton qutuya qoymuş, bundan başqa üzərində “Methadone 40” yazılan tünd qəhvəyi rəngli dərman bağlamasında olan 2 ədəd həbləri və yarısını istifadə etdiyi həbi də qutuya qoymuş, həmin vaxt aptekdən aldığı 04 ədəd şprisin birini orada heroin məhlulu düzəldərək bədəninə yeritdikdən sonra şprisin içərisində qalan heroin məhlulunu sonra istifadə etmək üçün şprisin iynəsinin qapağını bağlamış, həmin şprislərdən daha sonra da birini istifadə etmiş, heroin məhlulunu bədəninə yeritdikdən sonra otağın divarının kənarına qoymuş, daha sonra psixotrop maddə metamfetamini də 03 ədəd sellofan bükümlərdə büküb saxlamış, bununla yanaşı orada limon duzunu bir ədəd şüşə qabda və bir ədəd də sellofanda büküb qutuya heroin məhlulu düzəldən zaman istifadə etmək üçün qoymuş, beləliklə 05 ədəd sellofan bükümdə heroin və 36 ədəd isə falqada heroin bükümləri olmuş, o, həmin vaxt heroin bükümlərini dəmir qutuya qoymuş, bundan sonra isə özünə məxsus olan bütün narkotik vasitə və psixotrop maddələri dəmir və karton qutuya qoyub, sonra isə qara rəngli sellofanın içərisinə yığmış, həmin sellaofanı da otağı küncündə gizlətmiş, satmaq məqsədi olduğu üçün, narkotik vasitə olan heroinləri kiçik bükümlərə yığaraq evində saxlamış, almaq istəyən adam olanda isə o, evindən çıxararaq onlara pul müqabilində vermiş, xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində bir neçə nəfər polis əməkdaşı onun yaşadığı evin qarşısına gələrək onu yaşadığı evin giriş qapısına dəvət etmiş, o, giriş qapısına getmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra, ona qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirmiş və o da həqiqəti deyərək buna etiraz etməmiş, polis əməkdaşlarına o, həqiqətən narkotik vasitə istifadə etdiyini, hal-hazırda yaşadığı evin həyətində olan yarımtiki evin içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu demiş, bundan sonra, müstəntiq yaşadığı evə baxış keçirilməsinə başlamış, baxış başlamazdan əvvəl müstəntiq ondan videoçəkiliş vasitəsilə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, o da baxışın keçirilməsinə etirazının olmadığını demiş, bundan sonra, yaşadığı evin həyətinə daxil olmuş, müstəntiq ona narkotik vasitələrin yerini göstərməyi təklif etmiş, o da, polis əməkdaşlarını yaşadığı həyətində olan yarım tikiliyə aparmış, həmin yarımtikilidə otağın içərisində olan narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin otağı küncündə qara rəngli sellofan torbanın yerini göstərib narkrotik vasitə və psixotrop maddələrin həmin sellofanın içərisində olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları videoçəkiliş vasitəsi ilə qara sellofan torbanın içərisindən qutuları çıxarıb içini açdıqda 22 ədəd içərisində narkotik vasitə qurulmuş marixana olan kibrit qutusu, 2 ədəd içərisində qurudulmuş marixuana olan kağız büküm, 36 ədəd içərisində narkotik vasitə heroin olan falqa bükümlər, 5 ədəd içərisində heroin olan sellofan büküm, 2 ədəd içərisində metamfetamin olan sellofan büküm, 1 ədəd içərisində limon duzu olan sellofan büküm, 1 ədəd içərisində limon duzu olan şüşə qab, bir ədəd yaş vəziyyətdə, çətənə bitkisinin hissəsi, 2 ədəd bütöv, yarısı kəsilmiş dərman, 4 ədəd şpris, 01 ədəd tərəzi, 01 ədəd göy rəngli plastik qaşıq olmuş, bundan sonra onun və baxışda iştirak edən digər şəxslərin iştirakı ilə müstəntiq evindən aşkar olunanları bir ədəd sellofan paketdə qablaşdırmış, möhürləmiş və həmin sellofan paketin üzəri baxışda iştirak edən şəxslər tərəfindən və onun tərəfdən imzalandıqdan sonra götürülmüş, müstəntiq həmin bükümləri ekspertiza tədqiqatına təqdim etmək üçün götürdüyünü bildirmiş, bundan sonra, müstəntiq evdən aşkar edilmiş tərəzini nə üçün istifadə etdiyini soruşduqda, o, narkotik vasitə və psixotrop maddələri satmaq üçün tərəzidən istifadə etdiyini, şprisləri nə üçün istifadə etdiyini soruşduqda isə onlardan narkotik vasitə heroini bədəninə yeritmək üçün istifadə etdiyini bildirmiş, bundan sonra, həmin əşyalar da müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, müstəntiq bundan sonra ondan, yaşadığı evdə daşınması, saxlanması qadağan olunmuş hər hansı bir qanunsuz əşya və yaxud narkotik vasitə, psixotrop maddə olub-olmadığını soruşduqda, o evində başqa hər hansı bir qanunsuz əşya və yaxud narkotik vasitə, psixotrop maddə olmadığını bildirmiş, daha sonra o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və oradan polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, Xaçmaz RPŞ-də ona vəkili təqdim edilərək törətdiyi əmələ görə şübhəli şəxs kimi tutulmuş, etdiyi əmələ görə peşiman olduğunu bildirmiş, verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələr ona mərhum qardaşı Kamrandan qalmış, özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş, evindən aşkar olunmuş tərəzi də buna xidmət etmiş, o, narkotik vasitələrin satışı ilə məşğul olsa da, həmin şəxsləri tanımamış, adətən tanımadığı şəxslərə narkotik vasitə və psixotrop maddələr satmış, onun aşkar olunmuş narkotik maddə və psixotrop maddələri yaşadığı yerdə saxlamağından heç kimin məlumatı olmamış, o, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı, bir ədəd içərisində olan nömrəsini xatırlamadığı “MAXVİ” markalı mobil telefonu və içərisində (055) ***-**-** və (050) ***-**-** mobil nömrələr olan “X9 8” markalı mobil telefonu işlətmiş, polis əməkdaşları yaşadığı evə baxış keçirən zaman, ona qarşı hər hansı bir qanunsuzluq, hüquq pozuntuları olmamış, kobud hərəkət edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlamaqla, daşıması və yaşdığı evin həyətindəki yarımtikilidə saxlaması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, CAB-nun əməliyyat müvəkkili Şahid4, CAB-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, 02 sentyabr 2021-ci il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılovla birlikdə getmiş, həmin ünvanda müstəntiq qapını döydükdən sonra bir nəfər şəxs qapını açıb bayıra çıxmış, həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu və hal hazırda qapısından çıxdığı evdə yaşadığını bildirmiş, bu zaman müstəntiq Mətləb İsmayılov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə edib, saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatının daxil olduğunu və həmin məlumat əsasında onun yaşadığı evin qarşısına gəldiyini və videoçəkilişlə yaşadığı evə polis əməkdaşlarının iştirakı ilə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması barədə soruşduqda Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, bundan sonra müstəntiqin təklifi ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxladığı yeri göstərmək üçün yaşadığı evin həyət qapısından içəri daxil olmuş, daha sonra girişlə üzbə-üz yerləşən, həyətdəki yarım tikiliyə daxil olub, oradan otaqların birinə daxil olmuş, bundan sonra otağın divarının yanında bir neçə ədəd qutu, tərəzi və digər əşyaları göstərmiş, həmin sellofan torbanın müstəntiq tərəfindən açıldıqda içərisindən bir ədəd qutu aşkar olunmuş, həmin qutunu açdıqda qutunun içərisindən bir ədəd göy rəngli polietilen paketdə qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlələrin doldurulduğu kibrit qutuları və bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kağız büküm, eləcə də, həmin qutunun içərisindən əlavə olaraq narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutuları və bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kağız büküm aşkar edilmiş, bundan başqa həmin otaqda divarın yanından bir ədəd plastik dondurma qabında şüşə qabın içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə, içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə olan sellofan bükümlər, yeni və istifadə edilmiş şprislər, bundan başqa, bir ədəd yaş vəziyyətdə narkotik tərkbili çətənə bitkisinə oxşar bitki hissəsi, bərabər sayda bölünmüş kağız və sellofan parçalar, bir ədəd dəmir qabda içərisindən narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddələr olan falqa bükümlər içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olan sellofan bükümlər, tünd qəhvəyi rəngli konvalyut kəsiyində dərmanlar, bir ədəd tərəzi, bir ədəd üzərində ağ rəngli tozlar olan göy rəngli qaşığa bənzər plastik əşya aşkar edilərək götürülmüş, baxış keçirilən zaman o da müstəntiqlə birlikdə gümüşü rəngli falqa bükümləri açıb içərisində nə olmasını baxan zaman bir ədəd bükümün içərisinin boş olduğunu həmin bükümdə heç bir kütlənin olmadığını görmüş, həmin gümüşü rəngli kağızı boş olduğuna görə büküb kənara qoymuş, lakin sonradan müstəntiq aşkar edilən gümüşü rəngli kağız bükümləri qablaşdıran zaman onun kənara qoyduğu boş bükümü də sayıb qablaşdırıb, götürmüş, həmin vaxt o, baxış keçirilməsinə müdaxilə etməmək üçün bükümün boş olması barədə müstəntiqə məlumat verə bilməmiş, Təqsirləndirilən şəxs baxış zamanı, həmin bükümlərin içərisində olan qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, ağ rəngli kristal halında olan maddələrin bir hissəsinin limon turşusu olduğunu, bir hissəsinin isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, baxış zamanı aşkar olunan tərəzini nə məqsədlə istifadə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs həmin tərəzini narkotik vasitə və psixotrop maddələrin satışı zamanı dozalara bölmək üçün istifadə etdiyini bildirmiş, bundan başqa, baxış zamanı aşkar olunan bitki kütlələrini göstərərək Təqsirləndirilən şəxs onların narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, eyni zamanda, baxış zamanı aşkar olunan kəsilərək eyni ölçüdə hazırlanmış kağız və falqa hissələrini özününü hazırladığını, həmin parçalanmış sellofan və falqaların narkotik vasitələri bükümlərə bükərkən istifadə etmək üçün hazırladığını bildirmiş, baxış zamanı müstəntiq Təqsirləndirilən şəxs sual verərək, həmin narkotik vasitlərin satıb, satmadığını soruşduqda Təqsirləndirilən şəxs aşkar olunun, özünə məxsus narkotik vasitləri pul müqabilində satdığını etiraf etmiş, bundan başqa, baxış zamanı aşkar olunaraq götürülən şprisləri, narkotik vasitəni bədəninə yeritmək üçün istifadə etdiyini bildirmiş, baxış zamanı, aşkar olunan narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr müstəntiq tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış, üzəri möhürlənmiş, üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış və ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 məhkəmədə ifadəsi alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid Xaçmaz RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə 174-177) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** nömrəli mobil telefon nömrəsi öz adına olmuş və öz istifadəsində olmuş, o, Xaçmaz rayonu, Dədə Qorqud küçəsində yaşayan Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, Zahid onun yaşadığı küçədən bir küçə aralıda ailə üzvləri ilə birlikdə yaşamış, əsl adı Zahid olsa da tanışları və o, Zahidə “Zaxar”, “Zoxa” deyərək müraciət etmiş, Zahidin narkotik vasitələrdən istifadə etdiyini və buna görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini bilmiş, hətta Zahid bir müddər Rusiya Federassiyasında da yaşamış, 2021-ci ilin sentyabr ayının əvvəllərində o, tanışlarından Zahidin yaşadığı evdən narkotik vasitələr aşkar edildiyi üçün həbs edildiyini öyrənmiş, Zahidin ***-***-**-** saylı mobil telefon nömrəsini işlətdiyini bilmiş, mütəmadi olaraq Zahidlə ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamış, xx-xx-2021 ci il tarixdə saat 12:50:46-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “am qardsşımsan dünən mən aldığım xoşuma gəlmədi həmdə az idi qsrfaşımsan sənın kanaluva bidənə zəng elə yarı tapşırda pulun varsa al qoy sən öl gəlib pulun verirəm pul görə narahat olma brat” məzmunlu ismarıc yazmısı barədə verilən suala cavab olaraq özünün 2002-ci ildə yolnəqliyyat hadisəsi zamanı ağır xəsarət alandan sonra bədənində olan ağrılara görə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmiş, həmin ismarıcı o, Təqsirləndirilən şəxs yazmış, Zahidin narkotik vasitələri istifadə etdiyini, özündə saxladığını bilmiş, Zahid ona narkotik vasitəni kimdənsə aldığını demiş, o da Zahidə pul onun üçün də narkotik vasitə alması üçün pul vermiş, o, Zahidin özündə olan narkotik vasitəni ona pul müqabilində verdiyini və ona da narkotik vasitəni kimdənsə aldığını dediyini bildirmiş, buna görə də o, Zahidə yuxarıda qeyd edildiyi məzmundə ismarıc yazdığını bildirmiş, bir neçə dəfə dəqiq xatırlamadığı vaxtlarda o, yuxarıda qeyd etdiyim formada Zahiddən narkotik vasitə almışdır. (cild 1, iş vərəqə 189-191) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxsla evlənmiş və həmin nikahından 3 övladı olmuş, qız övladlarından Fəridənin 16 yaşı, Nəzrinin isə 15 yaşı, oğlan övladı Ömərin isə 8 yaşı olmuş, o, Zahidlə ailə qurduqdan sonra onun yaşadığı Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində yeləşən 39 nömrəli evinə gəlin gəlmiş, həmin ev Zahidin ata evi olmuş, yaşadığı evin həyətində onun əri Zahid köhnə evi söküb, yeni evi tikmiş, həmin ev yarımtikili vəziyyətdə olmuş, Zahid 2017-ci ildə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, 2020-ci ildə isə cəzasının sonu ilə azadlığa buraxılmış, həmin vaxtdan fəhlə kimi bağlarda işləyib meyvə, tərəvəz yığmaqla gəlir əldə etmiş, 02 sentyabr 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı küçədə olan dükana oğlu Ömərlə birlikdə getmiş, o, dükanda olan zaman evə nə lazım olub, olmadığını soruşmaq üçün qızı Nəzrinə zəng etmiş və həmin vaxt qızı telefona cavab verərkən ağladığı üçün o, dükandan evə qayıtdıqda yaşadığı evin həyətində polis əməkdaşlarının olmasını və polis əməkdaşlarının Zahidin iştirakı ilə onların yaşadığı evin həyətindəki yarımtikiliyə baxış keçirdiyini görmüş, bundan sonra orada olan polis əməkdaşları ona yaşadığı evin həyətində olan yarımtikilidə külli miqdarda Zahidə məxsus narkotik vasitələr aşkar edilib götürüldüyünü bildirmiş, bundan sonra Zahid də polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getmiş, Zahid bir neçə dəfə narkotik vasitlərin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu bilmiş, Zahid ümumiyyətlə bu bardə ona heç nə deməmiş, həmişə bunu gizlətmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, o, əksər hallarda gün ərzində yaşadığı evdə olduğum üçün əri Zahidin yanına kimlərin gəlib-getdiyini görməmiş, bu barədə Zahidlə maraqlanmamış və Zahid də bu barədə heç nə deməmiş, evin həyətində olan yarımtikilidə gecələr Zahidlə birlikdə qalmış, və gün ərzində isə öz evində ev işləri ilə məşğul olmuş, Zahid heç kəsi evə dəvət edib gətirməmiş, Zahidi ondan yalnız bir neçə dəfə qonşuları soruşmuş həmin vaxtlarda da Zahid evdə olmadığı üçün o, Zahidin evdə olmadığını bildirmiş, Zahid içərisində ***-***- **-** saylı mobil nömrə olan bir ədəd “Samsung” markalı, bir ədəd içərisində olan nömrəsini bilmədiyi “MAXVİ” markalı mobil telefonu və içərisində (055) ***-**-** və (050) ***-**-** saylı mobil nömrələr olan “X9 8” markalı mobil telefonu işlətmiş, o, Zahidin istifadəsində olmuş içərisindəki (055) ***-**-** və (050) ***-**-** saylı mobil telefon nömrələri olan sensorlu smartfon “X9 8” markalı mobil telefonu və içərəsində nömrə olubolmadığını dəqiq bilmədiyim bir ədəd sadə “Samsung” markalı telefonu və bir ədəd “Maxvi” markalı sadə mobil telefonu istintaq orqanına təqdim edə biləcəyini bildirmişdir. (cild 1, iş vərəqə 97-100) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nin NMQ-na məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarı ilə Xaçmaz RPŞ-nin, NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan yarımtikili olmuş, Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısı dəmir materialdan olmaqla iki hissəli olmuş, giriş qapısından həyətə daxil olan zaman, qapıdan təxminən 5 metr qarşıda yarımtikili ev olmuş, həmin evin giriş qapısı olmamış, evin giriş hissəsindən içəriyə daxil olduqda evin mişar daşlarından tikilmiş olması, yarım tikili və yaşayış üçün yararsız vəziyyətdə olması müşahidə olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixatrop maddələri həmin evin girişi ilə üzbəüz yerləşən otaqda saxladığını bildirirək, həmin otağı göstərmiş, qeyd olunan otağa daxil olan zaman otağın döşəməsində qırmızı rəngli xalça olması müşahidə olunmuş, həmin xalçanın üzərində, otağın divarının yanında bir neçə ədəd qutu, tərəzi və digər əşyalar olması görünmüş, eləcə də Təqsirləndirilən şəxs otağın sol küncündə olan bir ədəd qara rəngli sellofan torbanı göstərərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən sellofan torba açıldıqda sellofan torbanın içərisindən bir ədəd karton qutu aşkar olunmuş, həmin qutunu açdıqda qutunun içərisindən bir ədəd göy rəngli polietilen paket və 14 ədəd kibrit qutuları, 01 ədəd kağız büküm aşkar edilmiş, polietilen paket açıldıqda isə içərisindən 07 ədəd kibrit qutuları və 01 ədəd kağız büküm aşkar edilmiş, 07 ədəd kibrit qutuları açıldıqda hər birinin içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, 01 ədəd kağız büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, karton qutunun içərisində olan 14 ədəd kibrit qutuları və 01 ədəd kağız büküm açıldıqda 14 ədəd kibrit qutularının və 01 ədəd kağız bükümün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunan bitki tərkibli kütlələrin “nəşə”, yəni qurudulmuş marixuana olmasını bildirmiş, bundan başqa, həmin otaqda divarın yanından bir ədəd qapağı olmayan ağ rəngli plastik qabının içərisindən 01 ədəd şüşə qab və 02 ədəd işlənməmiş şpris aşkar edilmiş, 01 ədəd şüşə qabın içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd şüşə qabın içərisində limon duzu olmasını bildirmiş, bundan başqa divarın yanından 02 ədəd istifadə edilmiş şpris, 01 ədəd yaş vəziyyətdə bitki hissəsi, bərabər sayda bölünmüş kağız və sellofan parçalar aşkar edilmiş, 02 ədəd şprislərdən 01 ədədinin içərisində tünd qəhvəyi rəngli heroin məhluluna oxşar maye halında məhlulun olması, digər şprisin isə içərisinin boş olması aşkar edilmiş, bundan başqa divarın kənarından bir dəmir qutu aşkar edilmiş, həmin dəmir qutu açıldıqda içərisindən 01 ədəd kibrit qutusu, 37 ədəd falqa bükümlər, 05 ədəd sellofan bükümlər aşkar edilmiş, 01 ədəd kibrit qutusu açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, 37 ədəd falqa bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli, tozşəkilli kütlənin olması aşkar edilmiş, 05 ədəd sellofan bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli, tozşəkilli kütlənin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin tünd qəhvəyi rəngli tozşəkilli kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri dozalara bölüb istifadə etdiyini, satışı ilə məşğul olduğunu bildirmiş, bundan başqa divarın kənarında qapağı açıq vəziyyətdə olan digər dəmir qutu aşkar edilmiş, həmin dəmir qutunun içərisindən 02 ədəd dərman və 01 ədəd ½ dərman, 02 ədəd şəffav sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin dərmanların ağrıkəsici olmasını bildirmiş, 02 ədəd şəffaf sellofan bükümlər açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kristal halında maddənin psixotrop maddə metamfetamin olmasını bildirmiş, bundan başqa divarın kənarından 01 ədəd elektron tərəzi, 01 ədəd üzərində ağ rəngli tozlar olan göy rəngli qaşığa bənzər plastik əşya, 01 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki hissəsi, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər şəffaf kristalşəkilli kütlə, hissələrə bölünmüş falqa və sellofan kəsikləri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin elektron tərəzinin özünə məxsus olduğunu və narkotik vasitlərin çəkilərini düzəltmək üçün istifadə etdiyini, aşkar olunun bitki hissəsinin, marixuana olmasını, şəffaf kristalşəkilli kütlənin limon duzu olduğunu bildirmiş, bundan başqa otağın giriş qapısından sağ tərəfdə yerdə şəffaf kristalşəkilli maddənin döşməyə dağılması və bir ədəd açıq halda sellofan bükümün döşəməyə dağıdılan kütlənin yanında olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, polislərin gəldiyini başa düşüb, özünü itirib həmin narkotik vasitəni yerə dağıtdığını bildirmiş, hadisə yerinə baxış zamanı döşəməyə dağıdılmış psixotrop maddəyə oxşar kristallşəkilli maddə döşəmədən yığılaraq tərəfimdən şəffaf sellofana bükülmüş, bundan sonra karton qutudan aşkar edilən 14 ədəd, həmin karton qutunun içərisindəki polietilen torbadan aşkar edilən 07 ədəd və dəmir qutudan aşkar edilən 01 ədəd cəmi 22 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlələr, karton qutudan aşkar edilən 01 ədəd və karton qutunun içərisindəki polietilen torbadan aşkar edilən 01 ədəd cəmi 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki tərkibli kütlələr, aşkar edilən 01 ədəd bitki hissəsi isə tərəfimdən falqaya bükülməklə, aşkar edilən 02 ədəd dərman və 01 ədəd ½ dərman tərəfimdən falqaya bükülməklə, otaqdakı divarın kənarındakı qapağı açıq dəmir qutudan aşkar edilən 02 ədəd sellofan bükümdə və otağın döşəməsindən yığılaraq, şəffaf sellofana bükülməkdə 01 ədəd sellofan bükümdə, divarın kənarından aşkar edilən 01 ədəd sellofan bükümdə cəmi 04 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli maddə, 01 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə olan şüşə qab, dəmir qutudan aşkar edilən 05 ədəd şəffav sellofan bükümlərdə və 37 ədəd falqa bükümlərdə narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli, tozşəkilli kütlələr tərəfimdən dəmir qaba yerləşdirildikdən sonra, otaqda divarın yanından bir ədəd qapağı olmayan ağ rəngli plastik qabının içərisindən 02 ədəd işlənməmiş şpris və 01 ədəd işlənmiş içərisi boş olan şpris, içərisində tünd qəhvəyi rəngli heroin məhluluna oxşar maye halında məhlul olan 01 ədəd şpris qara rəngli sellofan torbada qablaşdırılaraq üzəri hadisə yerinə baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənərək tərəfimdən götürülmüş, otağın divarının kənarından aşkar edilən 01 ədəd üzərində ağ rəngli tozlar olan göy rəngli qaşığa bənzər plastik əşya, 01 ədəd elektron tərəzi, hissələrə bölünmüş falqa və sellofan kəsikləri bir ədəd polietilen torbada qablaşdırılaraq üzəri hadisə yerinə baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüş, bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. (cild 1, iş vərəq 11-13) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 6/3855-7/879 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 58” dairəvi möhür əksi, “...22 ədəd kibrit qutusu marixuanaya bənzər.......” yazı və imzalar olan paketdə 22 ədəd kibrit qutusunda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,200qr, 5,190 qr, 5,650 qr, 5,489 qr, 4,830 qr, 5,250 qr, 5,940 qr, 6,690 qr, 5,530 qr, 6,620 qr, 5,810 qr, 5,580 qr, 6,320 qr, 6,350 qr, 7,260 qr, 1,390 qr, 5,090 qr, 5,940 qr, 6,023 qr, 6,200 qr, 5,450 qr, 6,213 qr, 02(iki) ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,865 qr, 13,596 qr və, 01 (bir) ədəd falqada təmiz çəkisi 3,385 qr olmaqla ümumi çəkisi 143,861 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Paketdə olan “Methadone 40” yazısı olan iki ədəd və 1/2 həb sintetik narkotik vasitə- metadondur. Təqdim olunmuş 2 ədəd və 14 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,1 qram (Həbin üzərində olan göstəricyə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Həblər öz aralarında kimyəvi tərkibinə görə eynilik təşkil edir. Paketdə olan 3 ədəd boş şprisin içərisində narkotik vasitənin izləri yoxdur. 1 ədəd 1 ml həcmli şprisin içərisində 0,2 ml həcmində heroin məhlulu olub, heroinin quru çəkisi 0,001 qramdır. Paketdə olan 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 13,573 qr, 0,864 qr, 0,409 qram olmaqla, ümumi çəkisi 14,846 qram ağ rəngli, kristall şəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Paketdə olan 05(beş) ədəd şəffaf sellafon kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,448 qr, 0,875 qr, 0,435 qr, 0,475 qr, 0,450 qr qəhvəyi rəngli tozşəkillfmaddə və 36 ədəd falqa kağızı kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qr, 0,195 qr, 0,087 qr, 0,116 qr, 0,129 qr, 0,100 qr, 0,144 qr, 0,132 qr, 0,136 qr, 0,143 qr, 0,236 qr, 0,082 qr, 0,104 qr, 0,087 qr, 0,104 qr, 0,188 qr, 0,092 qr, 0,111 qr, 0,120 qr, 0,080 qr, 0,154 qr, 0,092 qr, 0,130 qr, 0,099 qr, 0,164 qr, 0,076 qr, 0,096 qr, 0,115 qr, 0,074 qr,.0,102 qr, 0,080 qr, 0,147 qr, 0,065 qr, 0,111 qr, 0,106 qr, 0,057 qram olmaqla ümumi çəkisi 6,813 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (cild 1 iş vərəqə 41-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 noyabr 2021-ci il tarixli, 4360 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. ( cild 1, iş vərəq 212-213) Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitlərdən 6,813 qram heroinin eskpertiza tədqiqatından sonra qalıq qalmış 6,608 qramı, 14,846 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,696 qramı, 143,861 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 143,611 qramı, 0,2 ml heroin məhlulunun ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,1 qramı, 2 ədəd və ½ ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd və ¼ ədəd metadon həbləri qalığı, 1 ədəd 1ml həcmili şpris, hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd elektron tərəzi, bir ədəd göy rəngli qaşığa bənzər plastik əşya, maddi sübut kimi tanınmamış 03 ədəd şpris, 1 ədəd şüşə qabda təmiz çəkisi 5,024 qr ağ rəngli kristalşəkilli və təmiz çəkisi 20,374 qr ağ rəngli kristalşəkilli narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddələr saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. ( cild 1, iş vərəqə 126-128) Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və Xaçmaz rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş məhkumluğu ödənilməmiş, əməllərində cinayətlərin residivi vardır. ( cild 1, iş vərəqə 137-145, 146-148) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Xaçmaz rayon İHB-nin Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarekterizə olunur. İş materiallarından görünür ki, orta təhsillidir, ünvan 3 ünvanında qeydiyyatda olsa da Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində yaşamışdır, arvadı 1984-cü il təvəllüdlü Şahid6, qızı 2005-ci il təvəllüdlü X1, qızı 2006-cı il təvəllüdlü X2, azyaşı oğlu 2013-cü il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. ( cild 1, iş vərəqə 102-103) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 18-19, 78-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan – 6,608 qram heroin, 14,696 qram metamfetaminin, 143,611 qram marixuana, 0,1 qram heroin məhlulu, 1 ədəd və ¼ ədəd metadon həbləri, 1 ədəd 1 ml həcmli şpris, hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd elektron tərəzi, bir ədəd göy rəngli qaşığa bənzər plastik əşya məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan 6,608 qram narkotik vasitə heroin, 14,696 qram psixotrop maddə metamfetamin, 143,611 qram narkotik vasitə marixuana, 0,1 qram heroin məhlulu, 1 ədəd və ¼ ədəd metadon həbləri, 1 ədəd 1 ml həcmli şpris, bir ədəd elektron tərəzi, bir ədəd göy rəngli qaşığa bənzər plastik əşya məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar