Məhkəmə qərarları › İş №1(124)-184/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-184/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-184/2023 13.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs- 10 aprel 1995-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmayan, işləməyən, Rusiya Federasiyası Yekaterinburq şəhəri Lenin prospekti ev 21 mənzil 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 1n nömrəsiz evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 15 ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə eyni olan ayrıayrılıqda təmiz çəkiləri 1009 qram, 0,447 qram, 0,962 qram, 0,968 qram, 0,994 qram, 0,147 qram, 0,431 qram, 0,434 qram, 0,454 qram, 0,931 qram, 0,466 qram, 0,060 qram, 1,224 qram, 0,844 qram, 0,213 qram olmaqla ümumi təmiz çəkisi 1017.575 qram (1 kiloqram 17, 575 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 15 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,918, 0,950 qram, 0,925 qram, 0,430 qram, 0,448 qram, 0,449 qram, 0,924 qram, 0,427 qram, 0,375 qram, 0,420 qram, 0,425 qram, 0,904 qram, 0,022 qram, 0,025 qram, 0,482 qram olmaqla ümumi təmiz çəkisi 8,124 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamini və 01 ədəd üzərində “Aosai” markalı elektron tərəzini əldə edib, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Füzuli küçəsi 5ci dalanda yerləşən fərdi evə daşıyaraq orada saxlamış, 01 mart 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Füzuli küçəs 5-ci dalanda yerləşən fərdi evdə keçirilmiş baxış zamanı evin yataq otağındakı şkafdakı göy rəngli kiçik sandıqçada 01 ədəd üzərində heroin və metamfetamin izləri olan “Aosai” markalı qara rəngli elektron tərəzi, «Kent» sözləri yazılmış siqaret qutusunun içərisindəki 15 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,918 qram, 0,950 qram, 0,925 qram, 0,430 qram, 0,448 qram, 0,449 qram, 0,924 qram, 0,427 qram, 0,375 qram, 0,420 qram, 0,425 qram, 0,904 qram, 0,022 qram, 0,025 qram, 0,482 qram, ümumi təmiz çəkisi 8,124 qram olan psixotrop maddə metamfetamin, həmin qutunun içərisindəki 14 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,447 qram, 0,962 qram, 0,968 qram, 0,994 qram, 0,147 qram, 0,431 qram, 0,434 qram, 0,454 qram, 0,931 qram, 0,466 qram, 0,060 qram, 1,224 qram, 0,844 qram, 0,213 qram, ümumi təmiz çəkisi 8,575 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, evin qonaq otağındakı divanın alt hissəsindən göy rəngli sellofan torbaya bükülmüş bir ədəd bükümdə 1009 qram olmaqla ümumilikdə 1017,575 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aydan adlı şəxslə Masazır qəsəbəsində kirayə tutduqları evdə yaşamışdırlar. Hadisə günü polis əməkdaşları tərəfindən yaşadığı mənzilə basqın edilmişdir. Siqaret qutusunun içərisində olan narkotik vasitə ona məxsus olmuş, lakin digər aşkar edilənlər ona aid olmamışdır. O, sadəcə narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları hadisə günü günorta saat 13 radələrindən 18 radələrinədək yaşadığı evdə olmuş, həmçinin ibtidai istintaq zamanı ona tərçüməçi təyin olunmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Rusiya Federasiyası vətəndaşı olduğunu, hazırda subay olduğunu və bir ildir ki, narkotik vasitə olan “şüşə”dən istifadə etdiyini bildirmişdir. Kosmetika məhsullarının online satışı ilə məşğul olmuş, Aydanı 1-2 ildir ki tanımışdır. Narkotik vasitəni evə polisin əməliyyatçısı Elnur müəllim qoymuşdur. Aydan da narkotik vasitədən istifadə etmişdir. Onun istifadəsində (055) *** ** ** mobil nömrə olmuşdur. *** ** ** mobil nömrənin istifadəsində olub-olmadığını xatırlamamışdır. Onun mobil nömrəsində narkotik vasitənin alqı-satqısı ilə bağlı yazışma olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Rusiya Federasiyasında yaşayarkən satıcı işlədiyini və pandemiya olduqdan sonra Rusiya Federasiyasına qayıda bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Masazır qəsəbəsində yaşadığı evdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və o qapını açmışdır. Onlar onda narkotik vasitə olması barədə məlumat olduğunu bildirmiş və könüllü olaraq narkotik vasitəni təqdim etməsini söyləmişdirlər. Təqsirləndirilən şəxs da şkafda olan narkotik vasitəni onlara təqdim etmişdir. Ümumillikdə onun evindən bükümlərdə olan heroin və metamfetamin, tərəzi, həmçinin 1 kq yaxın heroin aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ilə birlikdə yaşayan Aydan adlı şəxs də orada olmuş, bu proseslər video çəkiliş müşayiətində, vəkilin iştirakı ilə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni 20 Yanvardan tapdığını söyləmiş ona qarşı hər hansı bir formada fiziki və ya psixi zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə vətəndaş şikayətləri olmuşdur. Onlar saat 13 radələrindən 18 radələrinədək təqsirləndirilən şəxsin evində olmamışdırlar. Hadisə günü onun üzərində 055 *** ** ** mobil nömrə olmuşdur. Narkotik vasitələrin olduğu yeri təqsirləndirilən şəxs göstərmişdir. Əməliyyat tədbiri 01 mart 2022-ci il tarixdə keçirilmişdir. Təqsirləndirilən şəxsin evindən 15 büküm metamfetamin, 1009 qram heroin və tərəzi aşkar edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 Hafiz oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdirlər. Onun razılığı əsasında yaşdığı evə baxış keçirilmişdir. O, könüllü olaraq içərisində narkotik vasitə olan bükümləri təqdim etmişdir, həmçinin divanın arxasından da külli miqdarda narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxsin evinə baxış, axtarış keçirilməsi ilə bağlı qərar mövcud olmuşdur. Onların yeddi saata yaxın təqsirləndirilən şəxsin evində olması barədə deyilənlər yalandır. Hadisə günü 070 *** ** ** mobil nömrə üzərində olmuşdur. Aşkar edilən bütün narkotik vasitələr Təqsirləndirilən şəxs məxsus olmuşdur. Əməliyyat tədbirinin keçirilmə tarixini və aşkar edilən bükümlərin sayını xatırlamamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 Hafiz oğlu məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, dalan 5, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsi ərazisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmişlər və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, dalan 5, nömrəsiz evinə gəlmişlər. Bir nəfər qadın qapını açmış, müəyyən edilmişdir ki, həmin qadın 10 aprel 1995ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxsdır. Onlar ona evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlaması barədə şübhələr olduğunu və evinə baxış keçirilməsi təklif olunmuşdur. Oraya onlarla birgə gedən Abşeron rayon Pİ-nin TŞ-nin təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o yaşadığı nömrəsiz evdə narkotik vasitə heroin və psixotrop maddə metamfeatmin saxlayır, polis tərəfindən yaşadığı evə baxış keçirilməsinə razıdır, buna etirazı yoxdur. Etirazı olmaması barədə Təqsirləndirilən şəxs polis idarəsinin rəisinin adına ərizə yazmışdır. Təqsirləndirilən şəxs müdaifəçi ilə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Baxış vaxtı həmin evdə yaşayan Şahid4 da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə təklif edildi evində narkotik vasitə, psixotrop maddə və başqa qanunsuz əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evə onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağındakı şkafdakı göy rəngli kiçik sandıqçada 1 ədəd elektron tərəzi, «Kent» sözləri yazılmış siqaret qutusunun içərisindəki şəffaf rəngli sellofana bükülmüş 15 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, həmin qutunun içərisindəki şəffaf rəngli sellofana bükülmüş 14 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə, evin digər otağındakı şkafın içərisindən göy rəngli sellofan torbaya bükülmüş bir ədəd bükümdə 1009 qram qəhvəyi rəngli maddə heroin aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında ağacın dibindən tapdığını və yaşadığı evə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddə aşkar edilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolu imzaladılar. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət olunmuş və idarənin inzibati binasında otaqların birində polis əməkdaşlarının, ora dəvət olunmuş hal şahidinin və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarı zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz maddi sübut əhəmiyyət kəsb edəcək əşya və predmet aşkar ediməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olan şikayətlər və əməliyyat məlumatı əsasında 2022-ci ilin mart ayında əməliyyat qrupu yaradılaraq onun yaşadığı evə getmişdirlər. O, qapını açdıqdan sonra onlar içəri girmiş və barəsində daxil olan məlumatları bildirmişdirlər. Həmin vaxt evdə Aydan adlı şəxs də olmuşdur. O, evində narkotik vasitə olduğunu, lakin şəxsi istifadəsi üçün istifadə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 20 Yanvardan tapdığını bildirmişdir. Həmin evdə yaşayan Şahid4 da polis idarəsinə dəvət edilmiş, orada onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Aşkar edilən narkotik vasitənin çəkisini xatırlamamışdır. Təqsirləndirilən şəxs siqaret qutusunun, həmçinin sellofanın içərisində olan narkotik vasitələri təqdim etmişdir. Əməliyyat tədbiri axşam saat 20-21 radələrində keçirilmişdir. Hadisə günü üzərində 055 *** ** ** mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan dilində rahat danışmışdır. Əməliyyat tədbiri 01 mart 2022-ci il tarixdə keçirilmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, dalan 5, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsi ərazisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmişlər və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, dalan 5, nömrəsiz evinə gəlmişlər. Bir nəfər qadın qapını açmış, müəyyən edilmişdir ki, həmin qadın 10 aprel 1995ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxsdır. Onlar ona evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlaması barədə şübhələr olduğunu və evinə baxış keçirilməsi təklif olunmuşdur. Oraya onlarla birgə gedən Abşeron rayon Pİ-nin TŞ-nin təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o yaşadığı nömrəsiz evdə narkotik vasitə heroin və psixotrop maddə metamfeatmin saxlayır, polis tərəfindən yaşadığı evə baxış keçirilməsinə razıdır, buna etirazı yoxdur. Etirazı olmaması barədə Təqsirləndirilən şəxs polis idarəsinin rəisinin adına ərizə yazmışdır. Təqsirləndirilən şəxs müdaifəçi ilə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Baxışda vaxtı həmin evdə yaşayan Şahid4 da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə təklif edildi evində narkotik vasitə, psixotrop maddə və başqa qanunsuz əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evə onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağındakı şkafdakı göy rəngli kiçik sandıqçada 1 ədəd elektron tərəzi, «Kent» sözləri yazılmış siqaret qutusunun içərisindəki şəffaf rəngli sellofana bükülmüş 15 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, həmin qutunun içərisindəki şəffaf rəngli sellofana bükülmüş 14 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə, evin digər otağındakı şkafın içərisindən göy rəngli sellofan torbaya bükülmüş bir ədəd bükümdə 1009 qram qəhvəyi rəngli maddə heroin aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında ağacın dibindən tapdığını və yaşadığı evə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddə aşkar edilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolu imzaladılar. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət olunmuş və idarənin inzibati binasında otaqların birində polis əməkdaşlarının, ora dəvət olunmuş hal şahidinin və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarı zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz maddi sübut əhəmiyyət kəsb edəcək əşya və predmet aşkar ediməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə o və Təqsirləndirilən şəxs evdə olarkən qapı döyülmüş və Dünya qapını açmışdır. Polis əməkdaşları içəri girmiş, evdə külli miqdarda narkotik vasitə olmuşdur, lakin onun həmin narkotik vasitədən xəbəri olmamışdır. Həmçinin o, da özündə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs ilə bir il əvvəl “online” iş proqramından tanış olmuş, Dünyanın anası qızının kosmetika məhsulların satışı ilə məşğul olduğunu demişdir. O, özü də Dünyadan 30 manata metamfetamin almış, Dünyanın narkotik vasitəni haradan əldə etdiyini bilməmişdir. O, Dünyadan narkotik vasitə aldığı zaman Dünya ona narkotik vasitəni evdən çıxardıb vermişdir. Lakin Dünya ilə birlikdə narkotik vasitədən istifadə etməmişdir. Dünyanın dostları bəzən onların yaşadığı evə gəlmiş və Dünyadan narkotik vasitə almışdırlar. O, istintaq zamanı həyəcandan və qorxudan narkotik vasitəni tanımadığı şəxsdən aldığını söyləmişdir. Evdən aşkar edilən narkotik vasitə ilə onun üzərindən çıxan narkotik vasitə eyni tərkibli olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 mart 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportlardan görünür ki, xx.xx.1995-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı olan, Abşeron rayonu, Msazır qəsəbəsində Füzüli küçəsi dalan 5-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşlarının Masazır qəsəbəsində yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. 01 mart 2022-ci il tarixli “Baxış keçirilməsi və əşyanın götürülməsi” protokolu və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin yataq otağındakı şkafdakı kiçik sandıqçada 1 ədəd elektron tərəzi, «Kent» sözləri yazılmış siqaret qutusunun içərisindəki 15 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini, 14 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroini, evin qonaq otağındakı divanın alt hissəsindən göy rəngli sellofan torbaya bükülmüş bir ədəd bağlamada heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Bakcell MMC-dən daxil olmuş CD disk məhkəmə istintaqı zamanı tədqiq edərək Təqsirləndirilən şəxs istifadəsində olan 055 586-48-91 nömrəsinə xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək olan müddət ərzində narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 02 mart 2022-ci il tarixli 6/1277 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş…..» yazısı və imzalar olan bükümdəki 1 (bir) ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 1009 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş…..» yazısı və imzalar olan paketdəki 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 8,875 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,447 qram, 0,962 qram, 0,968 qram, 0,994 qram, 0,147 qram, 0,431 qram, 0,434 qram, 0,454 qram, 0,931 qram, 0,466 qram, 0,060 qram, 1,224 qram, 0,844 qram, 0,213 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 15 (on beş) ədəd bükümdə ümumi təmiz çəkisi 8,124 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,918 qram, 0,950 qram, 0,925 qram, 0,430 qram, 0,448 qram, 0,449 qram, 0,924 qram, 0,427 qram, 0,375 qram, 0,420 qram, 0,425 qram, 0,904 qram, 0,022 qram, 0,025 qram, 0,482 qram) ağ rəngli kristall şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 1017,57 qram (1 kq 17,575 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına daxildir (Siyahı İ) Metamfetamin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»-na daxildir (Siyahı İ) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1319 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyəyn edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. “Əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi” haqqında 04 mart 2022-ci il tarixli qərara əsasən bir ədəd zərfdə 1017,095 qram qalıq heroin və 7,824 qram qalıq metamfetamin, üzərində heroin və metiamfetaminin izləri olan bir ədəd «Aosai» yazısı olan qara rəngli elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı evinə baxış keçirməsi barədə video çəkiliş görüntüləri olan boz rəngli üzərində “Kodak” sözü yazılmış 02 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 21 may 2022-ci il tarixli 2689 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2014-cü il və X5 xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalığı 1017,095 qram qalıq qalan heroin və 7,824 qram qalıq qalan metamfetamin məhv edilməli, bir ədəd «Aosai» markalı elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, 1017,095 qram qalıq qalan narkotik vasitə heroin və 7,824 qram qalıq qalan psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd «Aosai» markalı elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar