Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-184/2025 24.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, taksi sürücüsü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmək məqsədi ilə 11 iyul 2024- cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Saipa Sunny” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, əvvəlcədən mobil telefon vasitəsilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən narkotik vasitələrin və psixotrop maddənin qoyulduğu əraziyə - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 118-ci kilometrliyində yerləşən “Qardaşlar” restoranının qarşısına gəldikdən sonra avtomobildən enərək özünə məxsus mobil telefonuna İran İslam Respublikası vətəndaşı tərəfindən «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrləri üzrə yolun sağ tərəfində yerləşən “Qardaşlar” restoranı yazılan plakatın qarşısında otluq olan ərazidən üzərində “EXPARDO” yazılmış ağ-göy rəngli selofan torbada narkotik vasitə olan heroin, marixuana, həşiş qətranı və psixotrop maddə olan metamfetamini götürüb əldə edərək üzərində saxlamaqla daşımış və avtomobili istiqamətinə gedən zaman Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 118-ci kilometrliyində yerləşən “Qardaşlar” restoranının qarşısında saxlanılaraq Şamaxı rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin gün saat 21:40-dan etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əlindəki ağ-göy rəngli üzərində “EXPARDO” yazılmış sellofan torbanın içərisindən bir ədəd qara rəngli bükümdə içərisində külli miqdarda təmiz çəkisi 1025 (min iyirmi beş) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli bükümdə içərisində külli miqdarda təmiz çəkisi 18,270 (on səkkiz tam mində iki yüz yetmiş) qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış nakotik vasitə olan heroin, bir ədəd qara rəngli bükümün içərisində külli miqdarda təmiz çəkisi 62.91 (altmış iki tam mində doxsan bir) qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı, bir ədəd qara rəngli bükümün içərisində külli miqdarda təmiz çəkisi 3,462 (üç tam mində dörd yüz altmış iki) qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir, amma narkotik vasitələrin satışı ilə məşğul olmur. O, narkotik vasitələrin olduğu ünvana getmişdir. Götürəndən sonra polis əməkdaşları onu saxlamışlar. Mülki formada ona yaxınlaşmışlar. O qaçmışdır. Dairəvi yoldan dönmüşdür. Kənd yoluna girmişdir. Orada olan iki nəfər ona polis avtomobili onun arxasınca düşdüyünü demişdir. Avtomobilini həyətə salmışlar. Piyada qaçıb taksiyə minmək istəyəndə polis əməkdaşları onu tutmuşlar. Ondan sonra onu bölməyə aparmışlar. Bölmədə onu döymüşlər. İki nəfər ona kömək edən şəxsi polis əməkdaşları ona qoşmaq istəmişlər. Onları tutmasınlar deyə özü boynuna götürmüşdür. Aralarında pul məsələsi olmuşdur. Hansı ki, pulla bu məsələ yoluna qoyulacaqmış. Daha sonra cinayət məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan etmişlər. Ondan sonran cinayət məcəlləsinin 234.4.3-cü maddəsinə çevirmişlər. O, avtomobili tanımadığı bir həyətə salmışdır. Polis onun arxasınca düşdüyünə görə elə etmişdir. Onlar da ona kömək etmişlər. Avtomobili həyətdə saxlayıb taksiyə minib qaçmaq istəyəndə polis əməkdaşları onu saxlamışlar. İranlı ona konum atmışdır. O, 10 qram metamfetamin sifariş etmişdir. O, İranlıya pul verməmişdir. Nisyə formada götürmüşdür. İranlıya pul vermək fikrində olmamışdır. 10 qram metamfetamini 300 manata razılaşmışdır. O, taksi sürücüsü kimi işləyirmiş. Bakı şəhərində ailəsi ilə qalır. Şamaxı rayonuna taksi kimi müştəri aparır. O, narkotiki konumdan götürüb avtomobilə minən zaman iki nəfər onun arxasınca gəlmişdir. Onlardan qaçmışdır. O, hadisəni olduğu kimi danışır. O, qaçdığına görə digər narkotik vasitələri əlavə etmişlər. O İranlı ilə birinci dəfə danışırmış. Bakı ərazisindən götürürmüş. Bir nəfər İranlıya yazan kimi nə qədər İranlı var sənə yazmağa başlayır. Birinci dəfə rayondan narkotik götürürmüş. Həmin ərazinin taksisi olduğu üçün getmişdir. Narkotiki götürəndən sonra avtomobilinə minmişdir. Əraziyə o konumla getmişdir. Ərazidə kafe olmuşdur. Qaçmağı ilə tutulmağı arasında saat yarım məsafə olmuşdur. Saatın neçə olduğunu bilməmişdir. Ona yaxınlaşanda polis olduqlarını bilməmişdir. Taksi sürücüsü ağ Vaz 2106 markalı avtomobil istifadə edirmiş. Taksi sürücüsünü polis idarəsinə gətirməmişlər.Taksiyə minəndən iki dəqiqə sonra saxlanılmışdır. Polis əməkdaşları ona zor tədbiq etmişlər. Onu polis nəzarətinə vermişlər. Boynuna götürməyinə görə döymüşlər. İki gündən sonra onu bölmədən buraxmışlar. O, xəsarətləri ilə bağlı ekspertizaya gedəndə ona “Şamaxı şəhərindən gələndə min cür hadisə baş verə bilər” cavabı verərək gərək Şamaxı şəhərində xəsarətləri ilə bağlı müraciət etməli olduğunu demişlər. Onu döyməkləri ilə bağlı kiməsə şikayət etməmişdir. İstintaqa verdiyi ifadə yadında deyildir. İfadəsində özünü təqsirli bilmişdir. O, konumdan bir ədəd paket götürmüşdür. Sonradan sellofan olmuşdur. Ona kömək edən iki nəfəri gətirmişlər. O, həmin iki nəfəri əvvəllər tanımamışdır. O kəndin içərisinə avtomobili sürmüşdür. İlk gördüyü şəxslər ona kömək etməmişdir. Sonradan iki nəfər yolda dayanan şəxsləri görmüşdür. Avtomobilinin sənədsiz olduğunu deyərək DYP əməkdaşlarının arxasınca düşdüyünü demişdir. Onlar ona kömək etmişdir. Avtomobili onların həyətinə salmışdır. Daha sonra avtomobil onların həyətində qalmışdır. Onu taksilər olan yerə aparmışlar. Polislərin gəldiyini görmüşdür. Onlar ikisi qalmışdır. O qaçaraq taksiyə minmişdir. O narkotikləri qəbul edəndən sonra polis əməkdaşları ona kömək edən iki şəxsi buraxmışlar. Həmin şəxslərin adlarını bilməmişdir. Ona nə deyiblər onu da yazmışdır. O məhkəmə zalına çıxmamışdır. O, ayın on biri saxlanılmışdır. Ayın on üçü buraxılmışdır. Birinci ona “sənin işin bağlanır” desələr də, sonradan ona ittiham elan etmişlər. İki nəfər polis əməkdaşı ağaclıqda gizlənmiş və narkotiki götürən zaman gəlmişlər. O, narkotiki götürmüşdür. O, narkotikin çəkisini mübahisələndirmişdir. O, 2-3 qram narkotikin arxasınca getmişdir. 10 qram narkotik danışmışdır. Ona “çox miqdarda narkotik at və pulunu yavaşyavaş verim” demişdir. O, Şamaxı rayonuna müştəri aparmışdır. Yolunun üstündə olduğuna görə narkotiki götürmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özü uzun müddətdir ki narkotik vasitə istifadəçisidir. Bir müddət əvvəl o, narkotik vasitədən müalicə almağa başlamışdır, yəni bununla əlaqədar olaraq o, iki dəfə narkoloji dispanserə müraciət edərək orada müalicə almış və hazırda da iki gündən bir narkoloji dispanserə gedərək orada həkimlərin hazırladığı müalicəvi sudan istifadə edir. O, əvvəllər əsasən narkotik vasitə olan heroindən istifadə etmiş, bu səbəbdəndə ağrıları çoxalmağa başlamışdır. Buna görə də o, müalicə alır. Narkoloji dispanserdə müalicə aldığı müddətdə o, artıq narkotik vasitə olan heroindən istifadə etmir. Lakin demək olar ki iki gündən bir o, narkotik vasitə olan marixuana və yaxudda psixotrop maddə olan metamfetamin istifadə edir. O, adətən həmin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamini Bakı şəhərində İran İslam Respublikası vətəndaşlarından internet sosial şəbəkə vasitəsi ilə alır. Yəni həmin şəxslərlə instagram və yaxudda whatsapp vasitəsi ilə danışdıqdan sonra onların ona göndərdiyi kartlara müəyyən məbləğdə pul göndərərək narkotik vasitə alır. Yəni ki, o, pul göndərdikdən təxminən bir saat sonra həmin şəxslər narkotik vasitəni qoyduqları yerin şəklini və konumunu ona göndərir və o, da gedib oradan götürür. 2024-cü ilin iyul ayının əvvəllərində tanımadığı İran İslam Respublikası vətəndaşı ona instagram sosial şəbəkə vasitəsi ilə yazaraq ona nisyə narkotik vasitə satmağı təklif etmişdir. O, ilk əvvəl bundan ehtiyyat etmiş və onunla razılaşmamışdır. Lakin həmin şəxs ona ehtiyyat etməməyi və heçnədən qorxmamağı bildirmişdir. O, həftə ərzində iki-üç dəfə İran İslam Respublikası vətəndaşından bir qram psixotrop maddə olan metamfetamini 50 manata aldığından həmin şəxs ona söyləmişdir ki, ona nisyə olaraq psixotrop maddə olan metamfetamini teztez ucuz qiymətə yəni qramını 30 manatdan verəcək, pulu olduğu təqdirdə onun pulunu qaytarsın. Daha sonra onlar razılaşmış və 11 iyul 2024-cü il tarixdə həmin şəxs onunla danışaraq bildirmişdir ki, Şamaxı şəhərində psixotrop maddə olan metamfetamini nisyə olaraq qoyacaqdır, gedib həmin psixotrop maddəni götürsün, daha sonra hissə-hissə pulu olduğu təqdirdə onun pulunu qaytarsın. O, da onunla razılaşmış və bundan sonra idarə etdiyi “Saipa Sunny” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o, Bakı şəhəri Şamaxinka adlanan əraziyə gələrək təxminən saat 16 radələrində 3 nəfər Şamaxı şəhərinə gələn sərnişin götürərək onlarla birlikdə Şamaxı şəhəri istiqamətinə gəlmişdir. O, yolda gələn zaman whatsapp vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. Həmin şəxs ona söyləmişdir ki, Şamaxı şəhərinə çatan zaman ona psixotrop maddəni qoyduğu yerin şəkillərini göndərəcəkdir. O, Şamaxı rayonu Sabir qəsəbəsi yaxınlığında həmin sərnişinləri avtomobildən endirdikdən sonra İran İslam Respublikası vətəndaşı ilə whatsapp vasitəsi ilə danışmış və həmin şəxs ona psixotrop maddəni qoyduğu yerin yəni “Qardaşlar” restoranının şəklini, həmin restoranın qarşısında olan plakatın şəkilini və qeyd olunan yerin konumunu ona göndərərək psixotrop maddənin plakatın altında olduğunu bildirmişdir. O, da təxminən saat 20:30 radələrində İran İslam Respublikası vətəndaşının ona göstərdiyi yerə gəlib çatdıqdan sonra avtomobili yol kənarında saxlayaraq ilk əvvəl avtomobildə ətrafa baxış keçirtmiş və İran vətəndaşı ilə yazışmalarını silmişdir. Bundan sonra isə avtomobildən enərək həmin plakata yaxınlaşmış və plakatın altında bir ədəd ağ-göy rəngli sellofan torba olduğunu görmüş və həmin torbanı götürmüşdür. İlk əvvəl torbanı götürən zaman torbanın bir qədər ağır olduğunu gördüyü üçün özlüyündə zənn etmişdir ki İran İslam Respublikası vətəndaşı onun üçün narkotik vasitə olan marixuanada qoymuşdur. Lakin o, orada torbanı açıb baxmayaraq həmin torbanı götürüb avtomobili istiqamətinə gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şamaxı RPŞ-nə dəvət etmişdirlər. O isə məsuliyyətdən yayınmaq məqsədi ilə onlara üzərində hər hansısa bir narkotik vasitə olmadığını bildirmiş və niyyəti onların fikrini yayındırıb avtomobilə əyləşərək uradan uzaqlaşmaq olmuşdur. Lakin polis əməkdaşları onu Şamaxı RPŞ-nə dəvət etdiyi üçün, onlarla birlikdə gəlmədiyi təqdirdə fiziki güc tətbiq edəcəklərini bildirdiklərinə görə o, məsuliyyətinin ağırlaşacağından ehtiyyat etdiyi üçün onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla video görüntüyə çəkilməklə müdafiəçi X3 iştirakı ilə onun üzərinə baxış keçirtmişdirlər. Üzərinə baxış keçirilən zaman əlində olan üzərinə “EXPARDO” yazılmış ağ-göy rəngli selofan torba aşkar olunmuşdur. Polis əməkdaşları həmin torbanı açaraq içərisinə baxış keçirdən zaman torbanın içərisindən bir ədəd böyük, üç ədəd balaca qara selofana bükülmüş büküm aşkar olunaraq götürülmüş, həmin bükümlər açılaraq içərisinə baxıldıqda böyük bükümün içərisindən açıq yaşıl rəngli spesifik iyə malik olan marixuana, kiçik bükümlərin birinin içərisindən ağ rəngli iysiz maddə olan metamfetamin, digər kiçik bükümün içərisindən açıq qəhvəyi rəngli spesifik iyə malik olan heroin, digər kiçik bükümün içərisindən isə qaramtıl rəngli spesifik iyə malik olan həşiş qətranına oxşar kütlə aşkar olunmuşdur. Əynindəki boz rəngli idman şalvarının ciblərindən 1 ədəd “Tecno Spark” markalı mobil telefon, pul qabı, “Vinçestr” yazılmş siqaret qutusu və kibrit qutusu aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzi ilə ayrı-ayrılıqda çəkilmiş, narkotik vasitə olan marixuananın çəkisi 1 kq 160 qram, psixotrop maddə olan metamfetamin 4.2 qram, narkotik vasitə olan heroin 20,6 qram, narkotik vasitə olan həşiş qətranı isə 65 qram gəlmişdir. Daha sonra həmin sellofan torbanı polis əməkdaşları qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişdirlər. Bununla əlaqədar protokol tərtib edilmiş, Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, təxminən saat 21:00 radələrində Şamaxı RPŞ-nə gətirilmişdir. RPŞ-nə gətirildikdən dərhal sonra onu təhqiqatçının otağına aparaq barəsində müvafiq sənədləşmə aparılmışdır. O, əvvəllər narkotik vasitə olan heroin istifadə etmiş, daha sonra isə marixuana və psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Təxminən bir il əvvəl isə o, iki üç dəfə narkotik vasitə olan həşiş qətranı istifadə etmişdir. Başqa növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. O, narkotik vasitə olan marixuananın bir qramını 12 manata, psixotrop maddə olan metamfetaminin isə bir qramını 50 manata alır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmur. O, həftədə iki-üç dəfə, hər dəfəsində yarım qram psixotrop maddə olan metamfetamin istifadə edir. Şamaxı rayonuna gəlməkdə məqsədidə 10 qram psixotrop maddə olan metamfetamin götürmək olmuşdur. Onun başqa hər hansısa bir məqsədi olmamışdır. Yəni o, bilməmişdir ki, İran İslam Respublikası vətəndaşı tərəfindən həmin torbanın içərisinə külli miqdarda marixuana, heroin və həşiş qətranı qoyula bilər. O, İran İslam Respublikası vətəndaşına söyləyəndaki həmin psixotrop maddəni Bakı şəhərində bir yerə qoysun ki oradan götürsün, lakin o, Bakı şəhərində əmanət edəcəyi bir yerin, həmçinin psixotrop maddəni qoyacağı adamı olmadığı bildirmişdir. Həmin şəxsin ona deməsinə görə Şamaxı şəhərində adamı vardır və həmin adam psixotrop maddə olan metamfetimini qeyd olunan ünvana qoyacaqdır. 10 qram psixotrop maddənin dəyəri təxminən 500 manat edir. Onun niyyəti həmin psixotrop maddəni götürüb İran vətəndaşının pulunu verməmək olmuşdur. Bu səbəbdəndə o, 3 nəfər sərnişin götürərək yol xərclərini onlardan alıb gəlib həmin psixotrop maddəni götürmək istəmişdir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. O, İran İslam Respublikası vətəndaşlarından narkotik vasitə almaq məqsədi ilə onlarla əlaqə saxlayan zaman hər dəfəsində həmin şəxslər ona Azərbaycan Respublikasında kimlərinsə adına olan müxtəlif bank kartları göndərmişlər və o, da həmin bank kartlarına pul göndərmişdir. Lakin narkotik vasitəni götürdükdən sonra həmin bank kartının fotoşəkillərini və İran İslam Respublikası vətəndaşlarına məxsus yazışmaları silmişdir. Bu səbəbdəndə hazırda həmin bank kartlarının fotoşəkilləri onda olmadığından onları istintaqa təqdim edə bilmir. O, Qardaşlar restoranının qarşısına gələn zaman artıq hava qaranlıq olmuşdur. Ümumilikdə o, hər dəfə narkotik vasitə almağa gedən zaman İran İslam Respublikası vətəndaşları tərəfindən narkotik vasitəni qoyulduğu yerdən götürərkən həmin narkotik vasitəyə açıb baxmamışdır. Yəni tutulacağından ehtiyyat etdiyi üçün dərhal götürərək oradan uzaqlaşır və daha sonra avtomobildə ona uyğun olan yerdə açıb narkotik vasitəyə baxır. O, qardaşlar restoranının qarşısında plakatın altında iri həcmli sellofan torbanı gördüyündən, eyni zamanda həmin torbanı götürən zaman ağır olduğunu hiss etdiyindən həmin vaxtı anidən düşünmüşdür ki, İran İslam Respublikası vətəndaşı onun üçün əlavə olaraq narkotik vasitə olan marixuana qoymuşdur. Bu səbəbdəndə o, həmin torbanı götürüb avtomobili istiqamətinə getmişdir. Eyni zamanda o, hər bir halda həmin narkotik vasitəni və psixotrop maddəni əldə etdikdən sonra həmin İran vətəndaşına hər hansısa bir məbləğdə pul ödəməyəcəkdi. Onun ailə üzvləri, eyni zamanda yaxınları və tanışları onun müalicə aldığını bildikləri üçün zənn edirlərki o, ümumiyyətlə narkotik vasitədən istifadə etmir. Bu səbəbdəndə o, müalicə almağa başladığı müddətdən etibarən narkotik vasitədən istifadəni azaldaraq bütün hər kəsdən bunu gizlətmişdir. Yəni kimsə onun narkotik vasitədən istifadə etməyini bilməmişdir. Eyni zamanda onunda əldə edəcəyi narkotik vasitədən kiməsə vermək niyyəti olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi o, hadisə ilə bağlı tanıyır. 2024-cü ilin iyun və ya iyul ayında Şamaxı rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında o və digər polis əməkdaşı ilə birlikdə Şamaxı rayonunda yerləşən “Qardaşlar” restoranının yaxınlığına getmişlər. Həmin ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Üzərində hər hansı bir qanunla qadağan olunan əşya və ya predment olubolmadığını soruşmuşlar. Hər hansı qanunsuz əşyanın olmadığını bildirmişdir. Şəxsin şübhəli hərəkətləri ilə bağlı Şamaxı rayon Polis İdarəsinə dəvət etmişlər. İlk öncə onlarla gəlmək istəməmişdir. Daha sonra könüllü şəkildə gəlmişdir. Əlində olan sellofan torbaya və şəxsin üzərinə baxış keçirərkən marixuana və metamfetaminə bənzər kütlələr aşkar olunmuş, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Əməliyyata rəhbərliyi özü etmişdir. Əməliyyat məlumatı şöbəyə daxil olmuşdur. Narkotiklə bağlı olmuşdur. Narkotik vasitələri üzərində gəzdirməsi ilə bağlı olmuşdur. Əməliyyatda onlar üç nəfər olmuşlar. Şəxsə qarşı təzyiq olmamışdır. Əməliyyat məlumatı şöbəyə daxil olmuşdur. Məlumatda bir nəfər şəxsin əlində torba olması qeyd olunmuşdur. Onun yadında bu formada qalmışdır. Şəxsi axşam doqquz və ya on radələrində saxlamışlar. Şəxsi saxladıqdan dərhal sonra idarəyə dəvət etmişlər. Şəxsi tutan zaman üzərində şəxsi axtarış aparmamışlar. Şəxs özü şöbədə olarkən etiraf etmişdir. Şəxsə qarşı təzyiq etməmişlər. Şəxs könüllüü gəlmişdir. Birinci onlarla gəlmək istəmirmiş. Sonradan onlarla razılaşmışdır. Gəlməyəcəyi təqdirdə fiziki güc göstərəcəklərini bildirmişlər. Fiziki güc göstərməyə ehtiyac olmamışdır. Şəxsin avtomobilinə şöbədə baxış keçirmişlər. Üzərinə baxış keçirdikdən sonra olmuşdur. Saatı xatırlamır. Üzərindən bir il keçmişdir. Şəxsin avtomobilindən heç bir şey aşkar olunmamışdır. Hadisə təqsirləndirilən şəxsin dediyi kimi olmamışdır. Şəxs yalan danışır. İfadəsində göstərdikləri kimi hadisələr baş vermişdir. İbtidai istintaq zamanı verdiyi İfadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. 2024-cü ilin on bir iyul tarixdə Şamaxı rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında bir nəfər şəxsi, yəni Təqsirləndirilən şəxs saxlamışlar. Məlumatda bir nəfər şəxsin Şamaxı rayonuna gələcəyi və üzərində narkotik vasitənin olacağı göstərilmişdir. Şahid1 daxil olmuş məlumatı rəhbərliyə məruzə etmişdir. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bakı-Şamaxı-Yevlax yolunun “Qardaşlar” restoranının yaxınlığında şübhəli şəxsi görmüşlər. Şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində hər hansı bir qanunla qadağan olunan əşya və ya predment olub-olmadığını soruşmuşlar. Üzərində heç bir qanunsuz əşya olmadığını demişdir. Ondan sonra Şamaxı rayon Polis İdarəsinə getməyə dəvət etmişlər. Əvvəlcə onlarla getməyə etiraz etsə də, sonradan onlarla könüllü şəkildə gəlmişdir. Təhqiqatçı Polis Baş X6 xidməti otağında vəkil Tofiq Hüseynovun iştirakı ilə videoçəkilişlə onun üzərinə və sellefonuna baxış keçirilmişdir. Sellefonuna baxış keçirilən zaman bir ədəd böyük və iki-üç ədəd balaca sellefonda marixuana və psixotrop maddə sayılan metamfetamin aşkar olunmuş və 73 saylı möhürlə möhürlənmişdir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda Qardaşlar restoranı yerləşir. Yolun sağında yerləşir. Əməliyyat məlumatı şöbəyə daxil olmuşdur. Məlumatda Şamaxı rayonuna bir nəfər vətəndaşın gələcəyi göstərilmişdir. Üzərində narkotik olacağını və həmin narkotiki daşıyacağı göstərilmişdir. Şəxsi avtomobilə əyləşmək istəyəndə saxlamışlar. Şəxsi saxlayana qədər əlindəkinin narkotik olduğunu bilməmişlər. Axşam saat doqquz radələri olmuşdur. Özlərini təqdim etmişlər. Şəxsin üzərinə baxışı şöbədə keçirmişlər. Həmin vaxt saata baxmaq imkanı olmamışdır. Şöbəyə daxil olandan sonra təhqiqatçının otağına aparmışlar. Xidməti otaqda videoçəkilişlə baxış keçirmişlər. Avtomobilə baxış keçirilmişdir. Protokol tərtib olunmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq edir. Şəxs qaçmamışdır. Onlar şəxsi saxlamışlar. Birinci onlarla getməyə etiraz etmişdir. 535-ci maddəni ona xatırlatmışlar. Ondan sonra onlarla birgə getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxslə onun əvvəllər tanışlığı olmamışdır. 2024-cü ilin iyun və ya iyul ayında şəxs saxlanılmışdır. Şamaxı rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında saxlanılmışdır. Şahid1 və X5 ilə birlikdə o, Şamaxı rayonu “Qardaşlar” restoranı adlanan əraziyə yaxınlaşmışlar. Həmin ərazidə şəxsi görmüşlər. Şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində hər hansı bir qanunla qadağan olunan əşya və ya predment olub-olmadığını soruşmuşlar. Üzərində heç bir qanunsuz əşya olmadığını demişdir. Həmin vaxt onlar şəxsə özünü şübhəli apardığına görə suallar verirdik. Suallardan yayınırdı..Ondan sonra Şamaxı rayon Polis İdarəsinə getməyə dəvət etmişlər. Əvvəlcə onlarla getməyə etiraz etsə də sonradan onlarla könüllü şəkildə gəlmişdir. Polis Şöbəsində şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsin əlində paket olmuşdur. Paketin içərisində bir ədəd böyük bağlama, iki və ya üç ədəd balaca bağlama olmuşdur. Marixuana, metamfetamin və heroin olmuşdur. Onlar təqsirləndirilən şəxslə danışanda üzünü maşına tərəf çevirmişdir. Özünə 535-ci maddənin tələblərini izah etmişlər. Ondan sonra onlarla getməyə razı olmuşdur. Şəxsi saxlayanda özlərini təqdim etmişlər və həmin gün mülki geyimdə olmuşlar. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 1, ev 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması baradə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 1, ev 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 1, ev 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün həmin tarixdə, Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. 11 iyul 2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, 11 iyul 2024-cü il tarixdə saat 21:40-dan başlayaraq Şamaxı RPŞdə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış və onun əlindəki üzərinə “EXPARGO” yazılmış ağ-göy rəngli selofan torba açılaraq içərisinə baxıldıqda içərisindən bir ədəd böyük, üç ədəd balaca qara selofana bükülmüş büküm aşkar olunaraq götürülmüş, həmin bükümlər açılaraq içərisinə baxıldıqda böyük bükümün içərisindən açıq yaşıl rəngli spesifik iyə malik olan marixuana, kiçik bükümlərin birinin içərisindən ağ rəngli iysiz psixotrop maddə olan metamfetamin, digər kiçik bükümün içərisindən açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin, digər kiçik bükümün içərisindən isə qaramtıl rəngli spesifik iyə malik olan həşiş qətranı aşkar edilmiş, həmin narkotik vasitələr və psixotrop maddə elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş videogörüntü olan DVD disk iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolodan görünür ki, Baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan “Tecno Smart” markalı mobil telefon qara rəngli olmaqla, “smartfon” funksiyalı", tək simkart tipli, sensorlu (ekrana ) mobil telefondur. Mobil telefon işə salınaraq, telefonun yaddaşına, mobil proqramlarına, sosial şəbəkə proqramlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs hər hansısa bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, hər hansı bir məlumat, digər foto və digər video görüntü, mesaj və SMS aşkar edilməmişdir. “Məhkəmə-bioloji ekspertiza” üzrə xx.xx.2024-ci il tarixli “7/1143” nömrəli ekspert rəyinə əsasən müəyyən qeyd olunur ki, Təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...”уazısı və imzalar olan karton qutudakı polietilen bağlamann içərisində: - 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-1025,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - bir ədəd qara rəngli polietilen bağlamada sayı 02 (iki) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri : 40,87 qram; 22,04 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Həşiş qətranının ümumi çəkisi- 62,91 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2024-ci il tarixli “6/3613” nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 73” möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən...” və s. adlar, soyadlar, imzalar olan 01 ədəd karton qutudakı 01 ədəd bükümdə təmiz çəkisi 18,270 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 3,462 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli 5539 nömrəli rəyinə əsasən müəyyəm olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Remissiya mərhələsində olan OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Hal hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur". Bundan əlavə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli 5539 nömrəli rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin Respublika Mərkəzi Publik Hüquqi şəxsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU diaqnozu ilə stasionar şəraitdə müalicə kursu almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi əvəzedici terapiya proqramı iştirakçısına verilən 196/23 nömrəli sertifikatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən Narkoloji Dispanserdə qeydiyyatdadır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli 2364 nömrəli rəyinə əsasən müəyyən olunur ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (10 iyul 2024-cü il tarixdən, 13 iyul 2024-cü il tarixədək) hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs qeyd olunan hadisədən əvvəl və sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırdada öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə olunmadı. Həmçinin Təqsirləndirilən şəxs ilə Məhkəmə Psixatrik Ekspertiza Mərkəzində şifahi sorğu aparılan zaman o, 2014-cü ildən narkotik vasitələrdən istifadə etdiyini və buna görə də iki dəfə narkoloji dispanserdə müalicə aldığını, eyni zamanda polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olan metamfetamin olduğunu və törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq vermiş olduğu ifadəsində üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini, marixuananı, həşiş qətranı, həmçinin psixotrop maddə olan metamfetamini kimdən və necə əldə etməsi, onun narkotik vasitələrin satışı ilə məşqul olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə əməliyyat tapşırığı verilmiş, Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubundan göstərilmişdir ki, əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağı Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı, heroini, həşiş qətranını və psixotrop maddə olan metamfetamini kimdən hansı formada əldə etməsi, onun üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin əldə edilmə mənbəyi, onun Şamaxı şəhərinə gəlməsindən əvvəlcədən məlumatlı olan şəxslərin dairəsi, Təqsirləndirilən şəxs Şamaxı rayonu və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdən kimlərlə əlaqə saxlaması, eyni zamanda onun saxlanıldığı vaxtadək hər hansısa bir şəxsə narkotik vasitə satıb-satmaması və iş üzrə əhəmiyyət kəsb edən məlumatlar, şübhə doğuran hallar və şəxslər müəyyən edilməmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı iki azyaşlı övladları vardır. Medalın vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” ilə təltif edilmişdir. “Veteranlıq” vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1025 qram olan narkotik vasitə qurudulmuş mçarixuana, 02 ədəd bükümdə ümumi çəkisi 62.91 qram olan narkotik vasitə həşiş, 01 ədəd bükümdə təmiz çəkisi 18.270 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 3.462 qram olan psixotrop maddə metamfetamin onun özünə məxsus olmuşdur. Onları özü istifadə etmək məqsədi ilə əldəetmişdir. O, 2020-ci ilin 44 günlük qazisidir. Üzərində aşkar olunan vasitələri də yaralanması ilə bağlı ağrıları olduğu üçün istifadə etmək məqsədilə əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun himayəsində iki azyaşlı uşağı vardır. Onun daimi yaşayış yeri Bakı şəhəri Binə qəsəbəsidir. Tutulmasında istintaqa köməklik edəcəkdir. İstintaqa səmimi ifadə vermişdir. Qeyd etdiklərini nəzərə alaraq istintaq orqanından onun barəsində həbs qətimkan tədbirinin seçilməməsindən imtina edilməsini xahiş etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək, istintaq orqanının çağırışlarına vaxtinda gələcəyini bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə edilmiş və cəriməni tam olaraq ödəmişdir. Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən daxil olmuş diskə baxış keçirdən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansısa bir məlumat əldə edilməmiş və anten dairələri bu cür qeyd edilmişdir: “xx.xx.2024 17:08:11 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgul qəsəbəsi, 2113-cü məhəllə, “xx.xx.2024 17:26:22" - Bakı şəhəri, Moskva prospekti 73 ünvanı, “xx.xx.2024 17:56:22"- Abşeron rayonu, Atyalı sahəsi, Bakı-Şamaxı şossesi 21-ci km “xx.xx.2024 18:26:22” - Qobustan rayonu, Cəngi kəndi, “xx.xx.2024 18:56:22” - Qobustan rayonu, Təklə kəndi, “xx.xx.2024 19:12:37" - Qobustan rayonu, Təklə kəndi, “xx.xx.2024 19:26:22”- Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 19:31:56”- Şamaxı rayonu, Sabir kəndi, "xx.xx.2024 19:51:15"- Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 19:56:22"-Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 19:57:53"- Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 20:12:33"- Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 20:13:32” - Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 20:18:24” - Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 20:17:57" - Şamaxı rayonu, Sabir kəndi, “xx.xx.2024 20:23:41” - Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, “xx.xx.2024 20:26:22" - Şamaxı səhəri, Aşıq Məmmədağa 50, 9 saylı məktəbin yanı, "xx.xx.2024 20:36:31” - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, "xx.xx.2024 20:46:34" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, "xx.xx.2024 21:01:07" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, "xx.xx.2024 21:16:00" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, "xx.xx.2024 21:25:42" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt İdarəsi, "xx.xx.2024 22:07:52" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, "xx.xx.2024 22:26:22" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, “xx.xx.2024 22:49:46" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi, “xx.xx.2024 23:34:28" - Şamaxı şəh, Heydər Əliyev küç, Mərkəzi poçt idarəsi “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 1, ev 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq şöbəyə gətirilmiş, onun üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq götürülmüş, narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin və psixotrop maddənin, şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin və psixotrop maddənin növ müxtəlifliyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, ibtidai istintaq zamanı verdiyi ifadəsində satış məqsədinin olmaması ilə əlaqədar özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərindən və yaşayış yerindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs həmin şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsif edilməsinə əsas ola bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan 234.4.1-ci maddə xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun 44 günlük vətən müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 188 (yüz səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 18,170 qram heroin, 3,362 qram metamfetamin, 1024,8 qram qurudulmuş marixuana və 62,87 qram həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunan 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 188 (yüz səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 18,170 qram heroin, 3,362 qram metamfetamin, 1024,8 qram qurudulmuş marixuana və 62,87 qram həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-184/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-184/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver