Məhkəmə qərarları › İş №1(124)-185/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-185/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-185/2023 26.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə İmişli rayonu Məzrəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən 04 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə üzərində 03 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, Ə.Həsənov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu «Həmid» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncudan satış məqsədi ilə külli miqdarda qanunsuz əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin müəyyən miqdarda qazanc əldə etmə və şəxsi istifadəsi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirilməsində vasitəçilik etməsi barədə ümumi razılığa gəlib, 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində bir qrup şəxs halında «Həmid» adlı şəxsin Abşeron rayonu, Masazır kəndində yerləşən «Bazarstore» mağazasının yaxınlığında yerə qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş çəkisi 2649,53 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbayan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş 6,894 qram çəkidə külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək yaşadığı Abşeron rayonu, Masazır kəndi, Ə.Həsənov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evə daşıyıb, öz növbəsində birgə satışını təmin etmək üçün hissələrə bölüb 26 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, yeni məhəllədə həmin narkotik vasitə olan heroindən 1,075 qram çəkidə olan hissəsini Şahid6 10 manata satmış, həmin tarixdə saat 23 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, Ə.Həsənov küçəsində saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 9,829 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə 6,894 qram çəkidə psixotrop maddə metamfetamin, bundan sonra əməliyyat tədbirlərinin davamı kimi 27 yanvar 2022-ci il tarixdə saat 00:40 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, Ə.Həsənov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının altına qoyduğu karton qutunun içərisindən iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 1070 qram və 1500 qram olan narkotik vasitə heroin, yataq otağında olan jurnal masasının üzərindəki günəbaxan tumunun qırmızı rəngli qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 68,626 qram olan narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onda 20 qram narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni evə gətirmişdir. Saxlanıldığı gün tanışı Cəmilə də onlarda olmuş, ancaq onu Səbinə kimi tanımışdır. Bir də taksi sürücüsü evdə olmuşdur. Belə ki, taksi sürücüsü onları evə gətirmiş və avtomobilinin benzini qutardığı üçün evdə gözləmişdir. Polis əməkdaşları onu evin qapısının ağzında saxlamışdırlar. Daha sonra onu evin içərisinə salmışdırlar. Polis əməkdaşları özləri ilə iki bükümdə iki kiloqram narkotik vasitə gətirmişdirlər. Özləri ilə götürdükləri narkotik vasitəni polis əməkdaşları gətirib evə qoymuşdurlar. Bundan sonra onun tərəzisi olmadığı halda, onu narkotik vasitəylə yanaşı tərəzi ilə yükləmişdirlər. Götürmüş olduğu narkotik vasitədən istifadə etmişdir, bir-iki nəfərə də vermişdir. Narkotik vasitələrin satışı ilə öz şəxsi istifadəsi, kirayəsinin pulunu çıxarmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, özü narkotik vasitə istifadəçisidir. 04 ildir ki narkotik vasitə istifadə etmişdir. O, “kokos” kimi bilinən narkotik vasitə və “şüşə” kimi bilinən psixotrop maddə istifadə etmişdir. “Kokos” dedikdə narkotik vasitə heroini nəzərdə tutmuşdur. Saxlanıldığı gün Cəmilə onun evində olmuş, amma Cəmiləyə mal verməmişdir. Cəmilə ondan narkotik vasitə götürməli olmuş, ancaq o, Cəmiləyə narkotik vasitə verməmişdir. Sulutəpə yolunda 20 qram narkotik vasitəni qoyulmuşdur, o, da gedib götürmüşdür. Narkotik vasitəni aldığı şəxsi tanımamış, həmin şəxslə “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Narkotik vasitəni aldığı şəxsin nömrəsi İran İslam Respublikasına məxsus mobil nömrə olmuşdur. İran nömrəsinin istifadəçisi ilə yazışmaları və mesajlaşmaları olmuşdur. Yazışmalar narkotik vasitənin hansısa ünvana atılması, onun da gedib götürməsi barəsində olmuşdur. 2-3 dəfə narkotik vasitəni atıldığı ünvandan götürmüşdür. Narkotik vasitənin miqdarı 5, 10 və ya 20 qram olmuşdur. O, iranlıya təxminən 150-200 manat civarında pul vermişdir. Narkotik vasitənin çəkisinə görə pulun məbləği də dəyişmişdir. Pulu kartla köçürmüşdür. Axırıncı dəfə ona 20 manat pul vəsaiti göndərmişdir. 2 kiloqram narkotik vasitə ona məxsus olsaydı, etiraf edərdi. O, iş üzrə həqiqəti əks etdirən xüsusatları, yəni ehtiyacından dolayı narkotik vasitə satdığını, kimlərəsə narkotik vasitə verdiyini etiraf etmişdir. Övladları hazırda atalarının himayəsindədirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları döyməmişdirlər. Polis əməkdaşları ona təzyiq göstərərək, ona qarşı nalayiq təhqiredici ifadələr işlədərək onu qorxutmuşdurlar. İran İslam Respublikasının vətəndaşı onunla olan mesajlaşmalarında hansı ünvana hansı çəkidə narkotik vasitə atıldığını, narkotik vasitənin qiymətini qeyd etmişdir. O, narkotik vasitə aldığı şəxsə səsli mesaj da atmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdirlər. Yaşadığı evin yaxınlığında onlar Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin vaxt orda müdafiəçi də olmuşdur. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, üzərində narkotik vasitə daşıdığını etiraf etmiş və üzərindəki narkotik vasitəni təqdim etmişdir. Video çəkiliş zamanı Sehrana evində də narkotik vasitə saxladığını qeyd etmişdir. Bundan sonra onun yaşadığı mənzilə də baxış keçirilmiş və evindən də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən, o cümlədən yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitənin çəkisi hazırda yadında deyildir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar üç nəfər polis əməkdaşı olmuşdurlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra saxlanıldığı yerdə onlar tərəfindən video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Narkotik vasitəni Sehrana özü könüllü şəkildə onlara təqdim etmişdir. Sehrananın üzərindən səhv etmirsə narkotik vasitə heroin və metamfetamin aşkar olunmuşdur. Sehrananın üzərindən aşkar olunmuş maddənin çəkisini xatırlamamışdır. Sehrananın üzərindən aşkar olunmuş maddənin çəkisi ilə bağlı istintaqa vermiş olduğu ifadəsindəki xüsusatı təsdiq etmişdir. Narkotik vasitə Sehrananın üzərində olmuş, sonuncu da onlar tərəfindən evinin yaxınlığında küçədə saxlanılmışdır. Onlar tərəindən Sehrananın yaşadığı mənzilə baxış keçirilmişdir. Video çəkilişdə müdafiəçi və onunla yanaşı, digər polis əməkdaşları da iştirak etmişdir. Sehrananın üzərində şəxsi axtarış aparıldıqdan sonra yaşadığı mənzilə baxış keçirilmişdir. Sehrananın yaşadığı mənzildən narkotik vasitə aşkar olunmuşdur. Sehrananın yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitənin miqdarını xatırlamamışdır. Təqsirləndirilən şəxs yanvar ayının 20-i ərəfələrində saxlanılmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Əsəd Həsənov küçəsinə getmişlər və orada bir nəfər qadının yolda getdiyini görüb ona yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə ona özlərini təqdim edərək, xidməti vəsiqəni göstərib orada təhqiqatçı tərəfindən o, polis əməkdaşaları həmçinin dəvət olunmuş müdafiəçi – vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsiyyəti onlara sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sehrana könüllü olaraq qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən siqaret qutusunda iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək birinin içəriçində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya olmadığını, lakin yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının alt hissəsindən karton qutunu çıxararaq içərisindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bağlı şəkildə iri həcmli bükümləri təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə həmin otaqda jurnal masasının üzərinə qoyduğu günəbaxan tumunun qırmızı rəngli qabının içərisindəki şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan bükümü və bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Onlar həmin kütlələr barədə soruşduqda, narkotik maddə heroin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını, həmin narkotik vasitə və psixotrop maddəni təxminən bir həftə əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından Abşeron rayonu, Masazır qəsəbəsi, «Bazarstore» mağazası yaxınlığından əldə etdiyini və başqa ünvana çatdırmaq üçün saxladığını bildirmişdir. Buna görə də müdafiəçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddələr qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ujadan oxunmuş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Bildirmişdir ki, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən yaşadığı ünvanda saxlanılmışdır. Bundan sonra təhqiqatçı dəvət olunmuş və video çəkiliş aparılmışdır. Hadisənin üzərindən xeyli müddət keçdiyindən hadisə ilə bağlı bir çox xüsusatı dəqiqliklə xatırlamamışdır. Təqsirləndirilən şəxs evindən də külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Evdə Sehranadan əlavə başqa şəxslər də olmuşdur. Əməliyyat məlumatı idarənin narkotik bölməsinin əməliyyat məlumatı olmuşdur. Cinayət axtarış şöbəsinin əməkdaşları olaraq onları da əməliyyat qrupuna əlavə etmiş və onlar da əməliyyat tədbirində iştirak etmişdirlər. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı barədə olmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən Masazır kəndində saxlanılmışdır. Sehrananın saxlanıldığı ünvan kəndin içərisində qarışıq bir yer olmuşdur. Sehrana küçədə deyil, evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin mənzildə kirayə yaşamışdır. Sehrananın üzərindən nə aşkar olunduğunu hazırda tam dəqiq şəkildə xatırlamamışdır. Bununla yanaşı, Sehrananın yaşadığı mənzildən də narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Sehrananın evindən bükümlərdə narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin Sehrananın yaşadığı mənzilin hansı yerindən aşkar olunduğunu tam olaraq xatırlamamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, evindəki narkotik vasitə çarpayının altından aşkar edilmişdir. Çarpayının altından aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları özləri gətirib evə qoymuşdurlar. Polis əməkdaşı Şahid3 xatırlamamışdır. Polis əməkdaşı Şahid2 əlində narkotik vasitə gətirərək evə qoymuşdur. Narkotik vasitəni çantanın içində gətirmişdirlər, daha sonra karton qutuya qoyaraq çarpayının altına yerləşdirmişdirlər. Bütün bu söylədikləri video çəkilişdən qabaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə günü Sehranagilə getmişdir. Sehrana iki dəqiqəlik bayıra çıxmış və evə qayıtmışdır. Birdən bir neçə polis əməkdaşı evə daxil olmuş və onları tutmuşdurlar. O, narkotik vasitə istifadəçisi olmuşdur. Üzərindəki narkotik vasitəni almış, lakin Sehranagilin evində olmuşdur. Üzərindəki narkotik vasitəni anket məlumatlarını bilmədiyi başqa bir şəxsdən almış, Sehranadan almamışdır. O, saxlanıldığı gün Sehrananın yaşadığı mənzildə olmuşsa da, sonuncudan narkotik vasitə almamışdır. Saxlanıldığı ərəfədə o, ətir satışı ilə də məşğul olmuşdur. Sehranagilə ətir aparmışdır. O, ətir satışı ilə məşğul olmuş, Sehrana ilə də yaxın münasibəti olmuşdur, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sehrananın narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. O, Sehranagildə olanda axşam olmuşdur. O, evin içində olmuşdur, Sehrana çölə çıxmışdır. İçəriyə təxminən 4-5 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları içəri daxil olduqdan sonra onu saxlamış və polis bölməsinə aparmışdırlar. Sehrananı onun yanında saxlayıb dindirməmişdirlər. Polis əməkdaşları onları yoxlayan zaman onun üzərindən istifadə üçün üzərində gəzdirdiyi narkotik vasitə aşkar olunmuşdur. Sehrana ilə də ayrılıqda söhbət edib tutmuşdurlar. Birinci onu, daha sonra Sehrananı aparmışdırlar. Sehrananın evinə onun yanında baxış keçirmiş və həmin evdən narkotik vasitələr aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Evdən narkotik vasitə onların saxlanıldığı otağın yanındakı otaqdan aşkar edilmiş, lakin narkotik vasitə çıxarılan zaman şahidi olmadığı üçün narkotik vasitənin tam olaraq haradan aşkar edildiyini bilməmişdir. Polisin evə narkotik vasitə gətirib qoyduğunu bilməmişdir. Polis əməkdaşları daxil olanda əllərində heç nə olmamışdır. Sehranadan narkotik vasitə almamışdır. Girişdən həm sağa doğru, həm də sola doğru otaq olmuşdur. Onları otağın birinə salmış, o, çarpayının yanında olmuşdur, onu ümumiyyətlə tərpənməyə qoymamışdırlar. O, istintaq zamanı ifadə verəndə Sehranadan narkotik vasitə aldığını bildirmiş, lakin reallıqda o, heç bir zaman Sehranadan narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, evdə bir neçə polis əməkdaşı olmuş və onları saxlamışdırlar ki, harasa qaçmasınlar. Onlar saxlanıldığı üçün yan otaqda nə baş verdiyini tam olaraq görməmişdirlər. Birdən polis əməkdaşının biri əlində narkotik vasitəylə gəlmişdir. Narkotik vasitəni haradan, necə, hansı şəraitdə gətirdiyini bilməmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi qaydada səyyar şəkildə ətir alqı-satqısı ilə məşğul olur. Təxminən 8-9 ay müddətdir ki, arada narkotik vasitə heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə Sima adlı qiyabi tanıdığı X1 10 manat müqabilində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümünü sonra özü istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmış, onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayonu polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü aşkar edilmişdir. Sorğu zamanı o, həmin məhəllədə Sima adlı tanıdığı Sehranadan 10 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. O, qeyd etmişdir ki, ilk dəfədir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 10 manat müqabilində bir büküm narkotik vasitə heroin almışdır. Əvvəllər o, Sehranadan heç bir narkotik vasitə və ya psixotrop maddə almamışdır. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsi NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyirəm, polis mayoruyam. Abşeron rayon Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, 26 yanvar 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni o, Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid2, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid4 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Əsəd Həsənov küçəsinə getmişlər və orada bir nəfər qadının yolda getdiyini görüb ona yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə ona özlərini təqdim edərək, xidməti vəsiqəni göstərib orada təhqiqatçı tərəfindən o, polis əməkdaşaları həmçinin dəvət olunmuş müdafiəçi – vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsiyyəti onlara sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sehrana könüllü olaraq qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən siqaret qutusunda iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək birinin içəriçində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya olmadığını, lakin yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının alt hissəsindən karton qutunu çıxararaq içərisindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bağlı şəkildə iri həcmli bükümləri təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə həmin otaqda jurnal masasının üzərinə qoyduğu günəbaxan tumunun qırmızı rəngli qabının içərisindəki şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan bükümü və bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Onlar həmin kütlələr barədə soruşduqda, narkotik maddə heroin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını, həmin narkotik vasitə və psixotrop maddəni təxminən bir həftə əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından Abşeron rayonu, Masazır qəsəbəsi, «Bazarstore» mağazası yaxınlığından əldə etdiyini və başqa ünvana çatdırmaq üçün saxladığını bildirmişdir. Buna görə də müdafiəçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddələr qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Bildirmişdir ki, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayon Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 26 yanvar 2022-ci il tarixdə polis əmkdaşları ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Əsəd Həsənov küçəsində bir nəfər qadının yolda getdiyini görüb ona yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə ona özlərini təqdim edərək, xidməti vəsiqəni göstərib orada təhqiqatçı tərəfindən o, polis əməkdaşaları həmçinin dəvət olunmuş müdafiəçi – vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsiyyəti onlara sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olubolmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. O həmcins qadın olduğu üçün Şəxsi axtarış zamanı Sehrana könüllü olaraq qara rəngli qolsuz gödəkçəsinin sol yan jibindən siqaret qutusunda iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək birinin içəriçində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya olmadığını, lakin yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının alt hissəsindən karton qutunu çıxararaq içərisindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bağlı şəkildə iri həcmli bükümləri təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə həmin otaqda jurnal masasının üzərinə qoyduğu günəbaxan tumunun qırmızı rəngli qabının içərisindəki şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan bükümü və bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Onlar həmin kütlələr barədə soruşduqda, narkotik maddə heroin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını, həmin narkotik vasitə və psixotrop maddəni təxminən bir həftə əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından Abşeron rayonu, Masazır qəsəbəsi, «Bazarstore» mağazası yaxınlığından əldə etdiyini və başqa ünvana çatdırmaq üçün saxladığını bildirmişdir. Buna görə də müdafiəçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddələr qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ujadan oxunmuş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Bildirmişdir ki, həmin vaxtı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair” 26 yanvar 2022-ci il tarixli qərar, eyni tarix və məzmunlu raportlardan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokol və həmin protokola əlavə edilmiş video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qara rəngli qolsuz gödəkçənin sol yan cibindən siqaret qutusunda iki ədəd şəffaf rəngli sellofan bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çıxardaraq təqdim edir. Həmin narkotik vasitə və psixotrop maddəni 20 yanvar 2022-ci il tarixdə saat 14 radələrində tanımadığı Həmid adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, hazırda yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə saxladığını göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə” protokolu və və həmin protokola əlavə edilmiş video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Həsənov küçəsi, nömrəsiz fərdi yaşayış evindəki yataq otağına baxış zamanı çarpayının alt hissəsindən karton qutunun içərisindən iki ədəd şəffaf rəngli sellofan bükümdə içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Yataq otağında olan jurnal masasının üzərindəki günəbaxan tumunun qırmızı rəngli qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin kütləsi və bir ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs baxış zamanı evindən aşkar olunmuş iki ədəd sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroini 20 yanvar 2022-ci il tarixdə saat 14 radələrində tanımadığı Həmid adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, satmaq üçün üzərində və evində saxladığın, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Samsung Galaxy J3» markalı, üzərində 055 ***-**-** mobil nömrəsinin olduğu mobil telefonun “Whatsapp” bölməsində «Alın» adı ilə qeyd olunan şəxsin istifadəsində olan +98 939 *** **** nömrəsi ilə narkotik vasitə və psixotrop maddələrin saxlanıldığı yer, şəxslərin narkotik vasitə və psixotrop maddə almaq istəmələri ilə bağlı səsli mesajlar aşkar olunduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/523 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki, bir ədəd bükümdə təmiz çəkisi 9,829 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 6,894 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının alt hissəsindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan iki ədəd paketdəki, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1070 qram və 1500 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə masanın üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan bir ədəd paketdəki, bir ədəd qırmızı rəngli günəbaxan tumu qabının içərisində bir ədəd bükümdə təmiz çəkisi 68,626 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2648,455 qram (2kq 648,455 qr) təşkil edir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/862 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumilikdə 4 ədəd bağlamada olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/520 №li rəyindən görünür ki, vət.X2 aşkar edilərək götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1902 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1608 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavramaq təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında” 17 iyul 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş 2648,455 qram narkotik vasitə olan heroin, 6,894 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və maddə qalığı narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən 04 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə üzərində 03 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İmişli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixə əlavə cəzasının çəkilməmiş hissəsi 1 il 08 ay 01 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixə nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş 1 il 08 ay 01 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elekron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs övladı X6 xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan, X4 xx.xx.2010-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinin, yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 6,794 qram qalıq metamfetamin, 9,729 qram, 1069,8 qram, 1499,8 qram, 68,526 qram qalıq heroin məhv edilməli, bir ədəd fləş kartın cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən təyin edilmiş 04 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş 1 il 08 ay 01 gün hissəsi hazırki hökmlə təyin edilmiş əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 08 ay 01 gün nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzanın əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş 6,794 qram qalıq metamfetamin, 9,729 qram, 1069,8 qram, 1499,8 qram, 68,526 qram qalıq heroin məhv edilsin, bir ədəd fləş kartın cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar