Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-185/2025 16.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Nizami oğlunun sədrliyi, X16 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1977-ci ildə Abşeron rayonu Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Xızı rayon Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə bağlı 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, bir ədəd sellofan kəsiyi bükülüdə ümumi təmiz çəkisi 3,900 qram təşkil edən psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyun 2024-cü il tarixdə saat 08:30 dəqiqədə Xızı rayonu Giləzi qəsəbə ərazisində saxlanılaraq, Xızı rayon Polis Şöbəsinə gətirilib orada həmin tarixdə saat 09:15 dəqiqədən 09:25 dəqiqəyədək olan müddət ərzində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükülüdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 3,900 qram təşkil edən külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, göstərdi ki, o, iyun ayının doqquzu 2024-cü ildə Xızı rayonunun Giləzi kəndində saat doqquzun yarısı saxlanılmış və MSY-yə gətirilmişdir. Səhəri günü on-on bir radələrində onu yuxarı qaldırmışlar. Əlini və ayağını skoçla bağlayıb, qarşısına bir kiloqram narkotik qoymuşlar. Ona “bu narkotiki götürməlisən” demişlər. O da razılaşmamışdır. Məhəmməd adlı müavin “bu şəxsi aparın və 234.1-ci maddəsi ilə rəsmiləşdirin” demişdir. O da Fərid adlı müstəntiqin yanına gəlmişdir. Məhkəmədə olan danışıqları da vardır. O, 234.1-ci maddəsinin nə olduğunu Fərid adlı müstəntiqdən soruşanda ona ikinci dəfə tutulduğuna görə 234.1-ci maddəsini üzərinə qoyduqlarını demişdir. Məhkəmədə ona 4 aylıq həbs qətimkan tədbiri seçiləndə o, üzərinə külli miqdarda narkotik qoyulduğunu bilmişdir. Həmin narkotik vasitə onun üzərində olmamışdır. O, 234.1-ci maddəsinə münasibətdə razılaşmış və 3 saylı İstintaq Təcridxanasında külli miqdarda olduğunu bilmişdir. O, narkotik vasitələrdən istifadə etmişdir. Onu müavinin yanına qaldırmışlar. İstifadəçi olduğunu bildirmişdir. Müavin ona nəzərən “onu istifadəçi kimi rəsmiləşdirin” demişdir. O, dəfələrlə məhkum olunmuşdur. Bir dəfə də onu 480 qramlıq narkotiklə yükləmişlər. O, 234-cü maddə ilə ikinci dəfə tutulmuşdur. Ona təzyiq göstərmişlər. Bununla bağlı şikayət və vəsatət göndərmişdir. ***- **-** saylı mobil nömrədən istifadə etmişdir. Narkotik vasitələrinin dövriyyəsi ilə bağlı ona gələn smslərdən xəbəri yoxdur. O, həmin şəxsləri tanımır. O, narkotiki özü istəmişdir. Kimsə ondan narkotik istəməmişdir. Onun telefonundan da üç ay istifadə olunmuşdur. Əllərini və ayaqlarını skoçla bağlamaqda məqsədləri narkotiki boynuna qoymaq olmuşdur. Bir dəfə çəkilişlə onun evinə girmişlər. Ona “necə evinə bir dəfə girmişik və yenidən evinə girərək narkotiki evinə qoyarıq” demişlər. Üzərində pul və telefon olmuşdur. Ona bir-iki dəfə zərbə vurmuşlar. Onu çox da döyməmişlər. Sanksiya məhkəməsində onu yükləmələrini deməmişdir. Evdən onun üçün vəkil tutmuşlar. O, vəkildən imtina etmişdir. Hakimə özünə qarşı zor tədbiq olunduğunu deməmişdir. Narkotikin özünə məxsus olduğunu bildirmişdir. Narkotikin külli miqdarda olduğunu bilməmişdir. Maddələrdən başı çıxmamışdır. O, 234.1-1-ci maddənin nə olmasını maraqlanmışdır. Müstəntiq ona ikinci dəfə tutulan şəxslərin həmin maddə ilə rəsmiləşdirildiyini demişdir. Müstəntiq ona sanksiya məhkəməsində “narkotik vasitə mənə məxsusdur və mən onu 20 Yanvar ərazisindən tapmışam” deyərsən demişdir. O tutulanda üzərindən telefon çıxmışdır. O, oktyabr ayında bu ittihamın olduğunu, məhkəmədə ağırlaşdırıldığını bilmiş və vəkil tutmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixli ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası ilə birlikdə Xızı rayon Giləzi qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1997-ci ildən ara-sıra narkotik vasitə istifadə edir. Əsasən “şüşə” deyilən, yəni psixotrop maddə metamfetamini inyeksiya yolu ilə şprislə damara vururmaqla qəbul edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə getmiş və 20 yanvar metrostansiyasında keçidin yaxınlığında piyada gedərkən, həmin vaxt yerdə şəffaf sellofan bükümü onun diqqətini cəlb etmiş və əyilib həmin bükülünü götürüb üzərindən baxarkən içərisində ağ rəngli "şüşə" kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görüb sevinmiş və gizlincə cibinə qoymuşdur ki, heç kim görməsin. Həmin vaxt o yaşadığı Giləzi qəsəbəsinə qayıtmış və həmin gün tapdığı metamfetaminin üzərindən az bir miqdarda götürüb istifadə etmiş, qalan hissəsini isə anasını görməməsi üçün cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə səhər vaxtlarında çörək almaq üçün yaşadığı evdən çıxıb market istiqamətində piyada hərəkət etməyə başlamış və marketə az bir məsafə qalmış həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulacağı izah edilmişdir. Daha sonra həmin polis əməkdaşları onu Xızı RPŞ-yə aparmışlar. Saxlanılmağı ilə əlaqədar olaraq müstəntiq tərəfindən hüquqlarının müdafiəsi üçün ona təqdim edilən vəkillər siyahısından Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 və həmin vəkil qısa zaman ərzində Xızı RPŞ-yə dəvət edilmişdir. Hüquqlarının vəkil tərəfindən qorunduğu bildirilərək ona təqdim edilmiş və bütün hüquqları ona izah edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməyi ona təklif edilmişdir. Bu zaman o qara rəngli şalvarının sağ yan cibindən bir ədədə şəffaf sellofana bükülmüş "şüşə"ni yəni metamfetamini müstəntiqə təqdim etmişdir. Həmin vaxt onun üzərində qanunsuz başqa heç bir əşya və predmet olmamışdır. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni ağ rəngli zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş psixotrop maddəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və öz imzası ilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin narkotik vasitənin qoyulduğu kağız zərfin üzərində də imza etmişdir. O, bildirmişdir ki, 10 iyun 2024-cü il tarixdə üzərindən aşkar olun psixotrop maddə - metamfetamin ona məxsusdur. Aşkar edilmiş 3,900 qram miqdarında metamfetamini satmaq məqsədi olmamışdır. Onda başqa psixotrop maddə olmamış, həmin metamfetamindən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamır. Polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. Onun heç bir xəsarəti olmamış, polis əməkdaşlarından şikayət etməmiş, ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X5 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 10 iyun 2024-cü il tarixdə Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. O həmin məlumatı raportla Xızı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirə salınmaz əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul edilmişdir. Xızı rayon polis şöbəsinin 10 iyun 2024-cü il tarixli əmri ilə onun, əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Xızı rayon polis şöbəsinin KTQ-nin inspektor-kriminalisti polis baş leytenantı Şahid3 Həsən oğlunun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Sonra o, Şahid2 və Şahid3lə birlikdə polis şöbəsindən çıxmış Xızı rayonu Giləzi qəsəbəsinə getmişlər. Saat 08:30 radələrində onlar Təqsirləndirilən şəxs həmin kənddə yolun kənarı ilə piyada gedərkən görmüş və Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin vaxt onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demişlər və üzərində şəxsi axtarış aparılacağını izah etmişlər. Təqsirləndirilən şəxs isə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncunu Xızı rayon polis şöbəsinin inzibati binasına aparıb baş X26a təhvil vermişlər. Baş X26 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Sonra Xırdalan şəhər Vəkil Bürosunun vəkili X17 müdafiəçi təyin edilmişdir. Sonra xidməti iş otağında baş X26 onun, Şahid2 və Pərvanə Hüseynovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, inspektorkriminalist Şahid3 kamera ilə video çəkiliş aparmağa başlamışdır. Baş X26, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədə sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılarkən içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütləni 4-5 gün əvvəl Bakı şəhərində 20 yanvar deyilən ərazidən yerdən tapdığını, üzərindən istifadə etdiyini, 1997-ci il tarixdən narkotik istifadəçisi olduğunu, metamfetamin satmaq məqsədinin olmadığını, başqa bir şəxsə satmadığını və pay vermədiyini bildirmişdir. X26 metamfetaminə bənzər maddəni ağ rəngli zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış başa çatmışdır. Sonra baş X26 protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. Sonra o, protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş RPŞ-nin polis əməkdaşı Şahid2 Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 Həsən oğlunun isə ifadəsi elan olunmaqla araşdırılmış və Şahid1 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Xızı rayon, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istifadəsilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat məlumatlarının yoxlanılması barədə” qərardan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Xızı rayon, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Xızı rayon, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 08:30-da Xızı rayon, Giləzi qəsəbəsiondə saxlanılaraq Xızı RPŞ-nə gətirilmişdir. 10 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 09:15 dəqiqədən saat 09:25 dəqiqəyədək olan müddət ərzində Xızı rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin istintaq hərəkətində Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis mayoru X25, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyən polis leytenantı Şahid2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili işləyən X17 iştirak etmişdir. Şəxsi axtarış Xızı rayon polis şöbəsinin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı Şahid3 Həsən oğlu tərəfindən mobil telefon vasitəsilə vidoçəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm tərəfimdən açılmış, içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz maddə, əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni 4-5 gün əvvəl Bakı şəhərində 20 yanvar ərazisində yeraltı piyada keçidində pilləkənlərin yanında tapdığını, üzərindən istifadə etdiyini,şəxsi istifadəsi üçün üzərində saxladığını, 1997-ci il tarixdən ara-sıra narkotik vasitə istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hər hansı bir şəxsə satmadığını, pay vermədiyini, yaşadığı evdə və ya digər bir yerdə narkotik vasitə saxlamadığını, polis şöbəsinə gətirilən zaman hər hansı bir təzyiqə məruz qalmadığını və üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütlənin özünə məxsus olduğunu bildirmişdir. Vəkil Pərvanə Hüseynovanın sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin şəxsi istifadəsi üçün üzərində saxladığını,uzun müddətdir ki, nakotik istifadəçisi olduğunu polis tərəfində təziqə məruz qalmadığını və heç bir şikayyət və tələbinin olmadığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindənyan bir ədəd sellofan bükümdə aşkar edilmiş psixotrop maddəmetamfetaminə bənzər kütlə bir ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin açıq yeri yapışdırılmış, zərfin üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminə bənzər kütlə ” sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Zərfin birləşmə yerlərinə Azərbaycan Respublikası DİN “Zərflər üçün № 131” möhür yapışdırılmışdır. Bir ədəd sellofan bükümdə olan psixotrop maddə-metamfetaminə bənzər kütlə bir ədəd zərfdə götürülmüşdür. Şəxsi axtarış aparılarkən “Xiomi poco 3 ” markalı mobil telefon vasitəsi ilə aparılmış, video çəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş zəng, sms və anten məlumatlarında Təqsirləndirilən şəxs adına qeydiyyatda olan 070- ***-**-** saylı telefon nömrəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********** nömrəsinin zəng və SM statistikasına dair məlumatlara baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş X29, X31, Əliyev şahbala Bəybala oğlu, X6, X12 ilə mütəmadi danışıq və sms göndərildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs adma qeydiyyatda olan ********** nömrəsinin SMS məlumatlarına baxış zamanı X21 adına qeydiyyatda olan və faktiki qardaşı X22 istifadəsində olan ********** nömrəsinə xx.xx.2024cü il tarixdə “almırsan ha, yox de” məzmunlu, xx.xx.2024-cü il tarixdə isə ********** nömrəsindən ********** nömrəsinə “Birgün 3 dənə, bir gündə 2 dənə düzəlt pulunu verim al çəksin” məzmunlu mesaj gəlmişdir. Həmçinin, X4 adına qeydiyyatda olan ********** nömrəsindən xx.xx.2024-cü il tarixdə “.... özünü tanıyırsan Peymanın şotuna mal vur” , “ Maldan ötrü hər .... edirsən”, “mal vurursan, sənə o qədər yaxşılıq elədim” məzmunlu mesaj gəlmişdir. Bundan başqa, X14 adın qeydiyyatda olan ********** nömrəsinə “Sabir mene bir söz de men öldüm burda biraz dawda veribler senini vezyetim pisdi brat” məzmunlu mesaj göndərilməsi müəyyən olunmuşdur. Həmçinin, X13 adına qeydiyyatda olan ********** nömrəsindən xx.xx.2024-cü il tarixdə “daşın 1 in saxla 4 götürəcəm” məzmunlu mesaj göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3189 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "Azərbaycan Respublikası DİN-nin zərflər üçün №131"-li dairəvi möhür əksi," Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şübhəli şəxs...(imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 3,900 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 3,900 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,800 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X34 Şəxsin 31 avqust 2024-cü il tarixli 5975 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN,Kannabinodilərin və Psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 17 sentyabr 2024-cü il tarixli 18-1-83/2-383/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Xızı rayon Mərkəzi xəstəxanası" PHŞ-də yalnız narkoloji kabinetində "Tiryək alkoloidlərin tərkibində saxlanan maddələrdən və çətənə bitkisi pereparatlarından sui-istifadə ilə nəticələnən narkomaniya" diaqnozu ilə dispanser qeydiyyatındadır. Əməliyyat tapşırığına verilmiş Xızı rayon polis şöbəsinin 30 iyul 2024-cü il tarixli və 19 avqust 2024-cü il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 3,900 qram psixotrop maddə -metamfetamin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən hər hansı şəxs və ya şəxslərlə əlbir olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə( CM-nin 177, 228.1, 234.1 -ci maddələri ilə) məsuliyyətə cəlb olunduğu müəyyən edilmişdir. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,900 qram miqdarında metamfetamini haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, X8 ( **********), X29 (**********) X18 (**********), X14 ( **********) narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmuş şəxslərdir. X2 rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.X22 şahid qismində dindirilməsi üçün İQ-na gəlməsi təmin edilmişdir. Tapşırıqda adları qeyd olunan digər şəxslər qeydiyyatda olduğu ünvanda yaşamadığından, onların faktiki yaşadığı ünvanları müəyyən etmək mümkün olmadığından İQ-na gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. Xızı rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 5(068)-25/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə 10 yanvar 2024-cü il tarixdən saat 08:30-dan 10 iyun 2024-cü il tarixə saat 08:30-dək olan müddət ərzində ötürücü stansiyaları göstərilməklə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS- lərin mətnləri, daxil və xaric olan zənglərin, eləcə də SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu abunəçilərin anket məlumatları və həmin tarixlərdə yuxarıda göstərilən nömrələrin, həmçinin qeyd olunan nömrələrə daxil olan və çıxan zənglərin əhatə dairəsi barədə məlumatlar əldə edilməsi qərara alınmışdır. Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(068)-15/2021 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(068)-27/2021 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-d maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xızı Rayon Məhkəməsinin 08 aprel 2021-ci tarixli, 1(068)-15/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 09 (doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti cəza 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunal xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143M 3HİS,242"A" maddələri ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,(əmlakı müsadirə olunmaqla) xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3cü maddəsi ilə təqsirli bilinib, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2009-cu il il tarixli hökm dəyişdirilib, CM-nin 177.3.3-cü maddəsi CM-nin 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə təqsirli bilinib, 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,qüvvəyə mindiyi tarix xx.xx.2021-ci il, Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi və 66.5-ci maddəsinə əsasən təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respubliksaı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokolda müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Xızı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(068)-3/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Xızı Rayon Polis Şöbəsinə xx.xx.1977-ci il təvəllüdlü Xızı rayon, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istifadəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatlarının yoxlanılması barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən, yəni əynində olan şalvarının sağ yan cibindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığını bildirsədə istintaq təcridxanasına qəbul olunarkən üzərində heç bir xəsarətin olmadığını, polis əməkdaşlarının onu mökəm döymədiyini bildirmişdir. Həmçinin barəsində qətimkan tədbiri iləlaqədar məsələyə baxarkən xəsarətinin olması barədə heç nə demədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ona fiziki təsir və təzyiq göstərilməsi ilə əlaqədar bildirdiklərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs psixitrop maddələrdən istifadə etməsinə baxmayaraq həmin maddələrin satışı ilə məğul olmadığını bildirsə də, onda aşkar edilmiş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq olması, telefonunda aşkar edilmiş smslər Təqsirləndirilən şəxs həmin maddələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə və ibtidai istintaq zamanı satış məqsədinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasın təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respubliksaı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsa da məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xızı rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(068)-3/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ümumi qalıq çəkisi 3,800 qram miqdarında psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ümumi qalıq çəkisi 3,800 qram miqdarında psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-185/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-185/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver