Məhkəmə qərarları › İş №1(124)-186/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-186/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-186/2022 07.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər vuran cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, “Göycə” adlı mağazanın yaxınlığında yerləşən “Bata-Bat” kafesindən təxminən 80-100 metr aralıda heç kimin olmadığı yerdə tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibələr zəminində baş vermiş mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona- qarının ön divarının 1(bir) ədəd daxilə nüfuz edərək, qaraciyəri, qaraciyər arteriyası şaxəsini yaralayan daxilə qanaxma törədən deşilmiş kəsilmiş yarasıdərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə vermək istəmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, onun Orxanı öldürmək məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmışdır. 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Laçın rayonunun azad edilməsinə görə medalla təltif edilmişdir. Bunların nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2-3 aya yaxındır tanımışdır. Yaşadığı evin yaxınlığında yerləşən, Şahid2 işlətdiyi “Bata-Bat” kafesinə mütamadi gedib-gəlmiş, kafedə pivə içdiyi vaxt sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs gördükdə ona tanış gəldiyi üçün baxmış, Orxan ona baxdığını gördükdə “xala oğlu, tanış gəlirəm, nəyə görə baxırsan?” deyərək soruşduqda, ona tanış gəldiyi üçün baxdığını, “kişi-kişiyə baxar da” demiş, aralarında bu mövzuda sözlə mübahisə olmuşdur. Bir neçə dəqiqədən sonra kafedən çıxıb getmiş, həmin vaxtdan Orxanı tanımışdır. Bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Emin» şadlıq sarayında toy şənliyində olmuş və orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra “Bata-Bat” kafesinə pivə içmək üçün getmişdir. Kafedə boş yer olmadığından Zərərçəkmiş şəxs masada tək oturduğunu görüb masaya yaxınlaşıb orada oturmuş və içməyə pivə sifariş vermişdir. Təxminən 2-3 bakal pivə içdikdən sonra Zərərçəkmiş şəxsla əvvəl aralarında olan mübahisəyə görə sözləri düz gəlməmiş və əvvəlki söhbətə aydınlıq gətirmək üçün kafedən küçəyə çıxmışlar. Orxan ilə sözlə mübahisə edə-edə kafedən təxminən 80-100 metr uzaqlaşmış və heç kimin olmadığı yerdə dayanıb mübahisələrini davam etdirmişlər. Həmin tarixdə dəqiq yadında qalmayan obyektdən özünü müdafiə etmək üçün götürdüyü qara dəstəkli mətbəx bıçağını bel nahiyyəsinə, şalvarının kəmərinə keçirdib qoymuşdur. Mübahisə zamanı Orxanı qorxutmaq üçün üstündəki həmin bıçağı çıxartmış, Orxan üzərinə hücum çəkdiyinə görə, bıçaq Orxanın qarın nahiyəsinə girmişdir. Orxan aldığı xəsarətdən yerə yıxılmışdır. Orxanın xəsarət aldığını gördükdə nə edəcəyini bilməmiş və özünü bir anlığa itirmiş, köməyə adam çağırmaq üçün ətrafda heç kim olmamışdır. Bıçağı cibinə qoymuşdur. Həmin vaxt Orxanı axtaran qardaşı Aftandil gəlmiş və Orxana nə olduğunu soruşmuş, Orxanın qarın nahiyyəsində qan olduğunu gördükdə, orada onlardan başqa heç kim olmadığı üçün Orxanın onun tərəfindən bıçaqla vurulduğunu bilmiş və buna görə Aftandil ona hücum edərək, onunla əlbəyaxa olduqda, içkili olduğuna görə yerə yıxılmışdır. Sonra Aftandil onu buraxıb tez qardaşı Orxanın yanına qaçmış, Aftandil yoldan keçən avtomobillə Orxanı xəstəxanaya aparmışdır. O isə oradan evinə getmişdir. Orxana xəsarət yetirdiyi bıçağı istintaqa təqdim etmişdir. Hadisə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, “Göycə” adlı mağazanın yaxınlığında yerləşən, “Bata-Bat” kafesinin qarşısından təxminən 80-100 metr kənarda baş vermiş, hadisə yerində ondan və Orxandan başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri “Azbentonik” mərmər elmalatxanasının yanı adlanan yerdə fərdi yaşayış evində yaşayır, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Qardaşı Şahid2 Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsində yerləşən işlətdiyi “Bata-Bat” kafesinə bəzən çay içməyə getmişdir. Xatırlamadığı tarixdə kafedə olduğu vaxt sonradan adını öyrəndiyi, kafedə oturub pivə içən Təqsirləndirilən şəxs ona daim baxdığını, gözünü ondan ayırmadığını gördükdə ona “xala oğlu, tanış gəlirəm, nəyə görə baxırsan?” deyərək soruşduqda, Məmməd ona tanış gəldiyi üçün baxdığını, sonra da “kişikişiyə baxar da” demiş və buna görə Məmmədlə aralarında sözlə mübahisə olmuşdur. Sonra Məmməd heç bir söz demədən kafedən çıxıb getmişdir. Bir müddətdən sonra xx.xx.2021-ci il tarixdə, saat 22-23 radələrində yenə qardaşı Aftandilin işlətdiyi “Bata-Bat” kafesində olduğu vaxt oturduğu masaya Məmməd gəlib oturmuş və içməyə pivə sifariş vermişdir. Məmməd ilə oturduqları masada onlardan başqa heç kim olmamışdır. Məmməd təxminən 2-3 bakal pivə içdikdən sonra onunla olan əvvəlki mübahisəyə görə onun düz olmadığını demiş və buna görə yenə aralarında sözləri düz gəlməmişdir. Məmmədin təklifi ilə əvvəlki mübahisələrinə aydınlıq gətirmək üçün küçəyə çıxmış və həmin mövzuda söhbət edə-edə kafedən təxminən 70-100 metr uzaqlaşaraq adamların olmadığı yerdə dayanmışlar, aralarındakı mübahisə davam etmişdir. Məmməd həmin vaxt sərxoş olmuşdur. Məmməd mübahisə zamanı bel nahiyyəsindən çıxartdığı bıçaqla onun qarın nahiyyəsindən bir dəfə vuraraq xəsarət yetirmiş, aldığı xəsarətdən, ağrıdan özünü saxlaya bilməyib yerə yıxılmışdır. Köməyə adam çağırmaq üçün ətrafda heç kim olmamışdır. Məmməd onu vurmağa davam etməmişdir. Həmin vaxt qardaşı Aftandil onun arxasınca gəldiyinə görə onu yerdə, qarnından qan axdığını gördükdə ondan nə baş verdiyini soruşmuş, Məmmədin onu bıçaqla vurduğunu demişdir. Aftandil buna görə Məmmədin üstünə gedib onunla əlbəyaxa olmuş və hər ikisi yerə yıxılmışlar. Sonra Aftandil tez onun yanına gəlmiş və yoldan keçən İlkinin idarə etdiyi avtomaşınla onu Bakı şəhəri MKX-a aparmış və orada onu təcili əməliyyat etmişlər. Təqsirləndirilən şəxlə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, bunun nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs 10 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Şahid2 göstərdi ki, 2021-ci ilin yay aylarında iş olmadığına görə Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Bata- Bat” kafesini icarəyə götürüb işlətməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə, saat 22-23 radələrində kafedə olduğu vaxt qardaşı Orxan gəlmiş və kafedə kənarda olan kiçik bir masanın arxasında oturub çay içməyə başlamışdır. Təxminən 10-15 dəqiqədən sonra kafeyə sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs adında müştəri gəlmiş və ətrafa baxdıqdan sonra gedib Orxan ilə bir masada oturmuşdur. Həmin masada Orxan və Məmməddən başqa heç kim olmamışdır. Kafeni işlətdiyi vaxtdan Məmmədi tanımışdır. Məmməd kafeyə tez-tez pivə içməyə gəlmiş, müştəri kimi onunla aralarında heç bir narazılıq olmamışdır. Məmməd gələn kimi özünə 2-3 pivə sifariş vermiş və pivələri içərkən Orxan ilə söhbətlərinin düz gəlmədiyini hiss etmişdir. Lakin onlar yavaş danışdıqları üçün nə barədə söhbət etdiklərini bilməmişdir. Sonra Məmməd ilə Orxanın kafedən sakit halda küçəyə çıxdıqlarını görmüş, onların hərəkətlərində ciddi narazılıq, narahatçılıq olmasını hiss etməmişdir. Məmməd kafedən çıxarkən onun sərxoş olduğunu görmüş, buna görə qardaşı Orxanın qayıtmadığını gördükdə narahat olduğu üçün kafedən çölə çıxıb ətrafa baxmış, lakin heç kimi görməmişdir. Məmməd və Orxanın təxmini gedə biləcək yeri zənn etdiyinə görə həmin istiqamətə getmiş və orada Məmmədi, yerdə uzanmış vəziyyətdə qardaşı Orxanı görmüşdür. Orxandan nə baş verdiyini soruşduqda Orxan Məmmədin bıçaqla onun qarın nahiyyəsindən vurduğunu demişdir. Orxanın qarın nahiyyəsindən qan gəldiyini görmüş, Məmmədin üstünə gedib qardaşını niyə bıçaqla vurduğunu soruşaraq onunla əlbəyaxa olmuş, Məmməd sərxoş olduğundan yerə yıxılmışdır. Qardaşı Orxanı tez xəstəxanaya çatdırmasının lazım olduğunu bilmiş, buna görə Məmmədə əhəmiyyət verməyərək, yoldan keçən avtomaşına əl edib saxlatmışdır. Avtomaşını idarə edən tanışı Şahid1 Oqtay oğlu olduğunu görmüş, ona qardaşı Orxanın bıçaqla vurulduğunu, onu tez xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. Orxanı İlkin ilə birlikdə onun idarə etdiyi “Devvoo Centra” markalı avtomaşının arxa oturacağına qoyub Bakı şəhəri MKX-a aparmış və orada Orxan aldığı xəsarətdən əməliyyat olunmuşdur. O, hadisə yerinə gələnə qədər artıq Təqsirləndirilən şəxs Orxanı bıçaqla vurub xəsərət yetirdiyinə görə hadisənin necə baş verdiyini görməmişdir. Hadisə yerində və ətrafda onlardan başqa heç kim olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22-23 radələrində idarə etdiyi “Devvoo Centra” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gedən zaman yolda tanışı Aftandilin ona əl edərək saxla işarəsi vermiş, onun çox həyəcanlı halda olduğunu gördükdə avtomobili saxlamış və ondan nə baş verdiyini soruşduqda Aftandil qardaşı Orxanın bıçaqlandığını, tez onu xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. Aftandil ilə birlikdə Orxanı idarə etdiyi avtomabilin arxa oturacağına uzatmışdır. Avtandil isə qabaq oturacaqda oturmuşdur. Yolda Orxandan kim tərəfindən vuruduğunu soruşduqda, Orxan aralarında olan mübahisə zamanı Məmmədin bıçaqla onun qarın nahiyyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Orxanı avtomobilinə qoyduqda onun qarın nahiyyəsində qan olduğunu görmüşdür. Orxanı tez Bakı şəhəri MKX-a aparmışlar və orada Orxana tibbi yardım göstərilmiş, onun əməliyyat olduğunu sonradan eşitmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 2076 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qarının ön divarının 1(bir) ədəd daxilə nüfuz edərək, qaraciyəri, qaraciyər arteriyası şaxəsini yaralayan daxilə qanaxma törədən deşilmiş kəsilmiş yarası- iti deşici-kəsici alətin təsirindən törənmişdir; törədilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild İ, i.v. 95-96) İş materiallarında olan kompleks məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021ci il tarixli 524-2021/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta hissəsində bir ədəd kəsilmiş zədə vardır. Bu zədə iti kənara malik hər hansı bir alətin (predmitin) təsirindən əmələ gəlmişdir və bıçağın tiyəsinin kəsici kənarı ilə əmələ gəlməsi istisna olunmur. 2.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyin üzərində aşkar olunmuş kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ülgücü və ya oxşar konstruktiv alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. 3.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun dairəvi tikişi üzərində və arxa səthinin yuxarı hissəsində, orta küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik olan cəmi 02 (iki) ədəd sökülmə zədələri vardır. 4.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin yarısının yuxarı hissəsində, sol çiyinliyi ətrafında 06 (altı) ədəd, arxa səthinin orta hissəsində 04 (ədəd), arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin sağ yarisinin yuxarı hissəsində 01 (bir) ədəd küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyyələrinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik cəmi 13 (on üç) ədəd cırılma zədələri vardır. 5. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (cild İ, i.v. 101-106) İş materiallarında olan məhkəmə bioloji və məhkəmə trassoloji ekspertizasının rəyindən görünür: 1. Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə B alfa (İİİ). 2. Ekspertizaya təqdim edilmiş köynək üzərində olan ləkələr B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmadı. (cild İ, i.v. 151-154) Cinayət işinin materiallarında olan Komisyon Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2201 nömrəti rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild İ, i.v. 157-158) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək götürülmüş, maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild İ, i.v. 11- 15, 181-192) İş materiallarında olan şəxsin könüllü gəlməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlmişdir. (cild İ, i.v.9) İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.32) İş materiallarında olan qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v.69) İş materiallarında olan BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. (cild İ, i.v.119-120, 141-144, 174-180, ) İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı icraya yönəldilmiş, icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti başa çatmışdır. Ona görə də, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə ehtiyata tərxis edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı üstündə saxladığı bıçağını Zərərçəkmiş şəxs qorxutmaq üçün çıxartdığını və sonuncunun onun üzərinə hücum çəkdiyinə görə bıçağın onun qarın nahiyəsinə girdiyini bildirməsi məhkəmədə tam, obyektiv və hərtərəfli qaydada, digər sübutlarla müqayisə edilməklə araşdırılmış, amma təsdiq edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki onun hadisəni ona verilən ittihamda göstərilən qaydada törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından və tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq orqanına gəlmiş, hadisə barədə məlumat vermiş, təqsirini etiraf etmişdir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeni də nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi, həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Vətən Müharibəsində iştirak edərək medalla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Bununla belə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, Vətən Müharibəsində iştirakını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin etməyi məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli 11 avqust 2021-ci ildən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq və yararsız halda olan 1 ədəd köynək məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq və 1 ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar