Məhkəmə qərarları › İş №1(124)-186/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-186/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-186/2023 01.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonu Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin “İnstaqram” səhifəsində tanış olduğu, istintaqa məlum olmayan “Məryəm” adlı İran İslam Respublikası vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, sonucunun satış məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla 250 manat müqabilində qanunsuz əldə edəcəyi külli miqdarda narkotik vasitənin qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə bir qrup şəxs halında “Məryəm” adlı şəxsin İran İslam Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Bakı-Sumqayıt yolunun kənarında “İst” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 08 ədəd bükümdə hər-birinin ayr-ayrılıqda çəkiləri 11,578 qram, 0,193 qram, 4,650 qram, 0,675 qram, 0,274 qram, 0,265 qram 0,410 qram və 0,06 qram ümumilikdə 18,105 qram çəkidə heroini götürüb, qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxs kimi yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 30 nömrəli evinin qarşısında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:30 da üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 08 (səkkiz) ədəd bükümlərdə ümumi çəkisi 18,105 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış markotik vasitə-heroin və 1 ədəd səthində heroin izləri aşkar edilən gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə onun ad günü yığıncağı ilə əlaqədar evdə qonaqlarla birlikdə toplaşmış, həmin vaxt polis əməkdaşları evə gələrək Saray qəsəbəsində adını xatırlamadığı general rütbəli məmurun evində oğurluq hadisəsi ilə əlaqədar onun əl-barmaq izlərinin götürülməsinin lazım olduğunu bildirərək onlarla birlikdə getməyi xahiş etmişlər. Bölməyə gətirildikdən sonra isə ona məlum olmayan faktlarla bağlı aidiyyəti olmayan suallar verərək barəsində cinayət işi başlamalı olduqlarını bildirmişlər. Daha sonra isə polis əməkdaşları narkotik vasitə və tərəzini gətirmiş, video çəkiliş hazır vəziyyətə gətirməmişdən əvvəl ona videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu deməsi tələb olunmuş, o isə buna etiraz etmişdir. Təxminən gecə saat 3-ün yarısı atası və qardaşı bölməyə gətirilmiş, onların haqsız səbəbdən saxlanılması səbəbindən polis əməkdaşlarının ona bildirdiklərini təsdiq etmək məcburiyyətində qalmış və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra sənədlərdə 20 qram narkotik vasitə qeyd edildiyi və narkotik vasitələrin satışında ittiham edildiyini bilmişdir. Sözügedən cinayət işi ilə bağlı ibtidai istintaq zamanı izahatı alınmamışdır. 08 avqust 2022-ci il tarixdə gecə Abşeron rayonundakı polis orqanına gətirilmiş, orada ondan verilən sənədlərə imza çəkməsi tələb olunmuşdur. O, sənədin nə ilə bağlı olduğunu soruşduqda isə polis əməkdaşı ona barəsində olan cinayət işinin yekunlaşması ilə əlaqədar olduğunu bildirmişdir. Halbu ki, ondan izahat alınmamışdır. Daha sonra özünə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra ona köməklik edəcəklərini bildirərək tərəzini və əlavə 5 qram narkotik vasitəni rəsmiləşdirməyəcəklərini, habelə qaçaqmalçılıq cinayətini ittihamdan xaric edəcəklərinə söz vermişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2016-cı ildən narkotik vasitə istifadəçisi olduğunu, “kokos”dan istifadə etdiyini, polis əməkdaşlarının onu 24 fevral 2022-ci il tarixdə günorta saat 3-4 radələrində evdən apardıqlarını, həmin vaxt qohumlarının evdə olduğunu, evinə Miri və Azad adlı iki polis əməkdaşının gəldiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılığın edilmədiyini, onu daha ağır maddə ilə ittiham edəcəkləri ilə hədələdiklərini, həmin vaxt üzərində narkotik vasitə olmadığını, heç kəsə narkotik vasitə satmadığını, Məryəm adlı şəxsi tanımadığını bildirmişdir. Protokollarda olan imzaların ona məxsus olduğunu, lakin məzmununun həqiqəti əks etdirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir və çəkmək yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Abşeron rayonu Saray qəsəbəsi M.Ələkbərov küçəsi 30 nömrəli fərdi yaşayış evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nin X16 getməli olduğunu bildirmişlər. О da polis əməkdaşlarına etiraz etmədən birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet vardırsa onu təqdim etsin. Bundan sonra о, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusundakı içərisində heroin olan səkkiz ədəd bükümü təqdim etmişdir. Heroin 6 ədədi şəfaf selofana, bir ədədi yaşıl rəngli kağıza bir ədədi isə siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olmuşdur. Bundan başqa üzəriнdən olan bir ədəd gümüşü rəngli elektron tərəzi və üzərində “Argo” yazılan içərisində 11 ədəd siqaret olan siqaret qutusunu da təhvil vermişdir. Həmin narkotik vasitəni adını Məryəm kimi tanıdığı şəxsdən 300 manata almış, həmin şəxsə instaqram sosial şəbəkəsi vasitəsilə təxminən 3 (üç) ay bundan əvvəl tanış olmuş, оnunla heç vaxt görüşməmiş, nə də ki, hər hansı şəkildə (video görüntülü, foto və s) görməmişdir. Adını Məryəm kimi bildiyi İran İslam Respublikasının vətəndaşı ilə instqaram sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb danışmış, Məryəmə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində heroin almaq üçün 300 manat pulu kart hesabına Saray qəsəbəsində yerləşən “Oba” adlı marketdə olan Milli-ön ödəmə terminalı vasitəsilə göndərmiş, həmin şəxs isə təxminən 3 saat sonra Bakı- Sumqayıt yolunda gizlədilmiş narkotik vasitə olan heroinin yerini ona bildirmişdir. О da həmin əraziyə gedib narkotik vasitəni götürmüş, bundan əvvəl də adını Məryəm kimi bildiyi şəxsdən 3 dəfə narkotik vasitə olan heroin almışdır. Sonuncu hər dəfə ona müxtəlif kart hesabları verib, pulu ona göndərəndən sonra isə heroinin yerini demiş, Məryəmə pulu göndərəndən təxminən 4-5 saat sonra heroinin yerini demiş, о da götürmüşdür. Onu polis əməkdaşları xx.xx.2022-ci il tarixdə saat 17 radələrində saxlayan zaman həmin narkotik vasitə üzərində olmuş, şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi “Argo” siqaret qutusunun içərisindəki 8 ədəd bükülüdə olan heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Həmin narkotik maddəni şəxsi istifadəsi üçün almış, аra-sıra həmin narkotik maddəni özü istifadə etdiyi narkotik vasitənin pulunu çıxartmaq üçün satmaqla məşğul olmuşdur. Üzərindən çıxan tərəzindən satdığı narkotik maddəni çəkisini çəkmək üçün istifadə еtdiyini bildirmişdir Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində X16 daxil olan əməliyyat məlumatı əsasında rəhbərləyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun digər üzvü polis nəfəri Şahid2 olmuşdur. Əməliyyat məlumatında zahiri görkəmi və xarici görünüşü ilə uyğunluq təşkil etdiyinə görə Saray qəsəbəsində Elnur adlı şəxsə yaxınlaşıb onun barəsində cinayətin törədilməsində şübhələnməyə əsas verən məlumatların olmasını bildirib X16 dəvət etmiş, X13 xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmiş, baxış zaman onun şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan səkkiz bükümdən ibarət heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə və tərəzi qablaşdırılaraq müvafiq rəyin əldə edilməsi məqsədilə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində isə sözügedən narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu və əvvəllər tanımadığı Məryəm adlı şəxsdən 300 manat müqabilində aldığını qeyd etmişdir. Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq daxil olan əməliyyat məlumatının Saray qəsəbəsində Elnur adlı şəxsin narkotik vasitədən istifadə etməsi, onu saxlaması və satması ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, yaşadığı evin yaxınlığında saxlanıldığını, Təqsirləndirilən şəxs göstərdiyi halların həqiqəti əks etdirmədiyini, ona qarşı heç bir fiziki və psixi zorakılığa yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatında zahiri görkəmi və xarici görünüşü ilə uyğunluq təşkil etdiyinə görə Saray qəsəbəsində Elnur adlı şəxsə yaxınlaşaraq onun barəsində cinayətin törədilməsində şübhələnməyə əsas verən məlumatların olmasını ona bildirmişlər. Həmçinin ona yaxınlaşan zaman o özünü şübhəli aparmış, bu səbəbindən onu X16 dəvət etmişlər. X13 xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmişdir. Şahid2 dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxsi Saray qəsəbəsində saxladıqlarını, onun yaşadığı evdə deyil, yaşadığı evin yaxınlığında olarkən saxlanıldığını, ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, ailə üzvlərinin bölməyə gətirilməsi, habelə ona qarşı zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onun hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X8 ifadəsində bildirmişdir ki, hadisə günü oğlunun ad günü olmuş, qohumlar, tanışlar qonaq gəlmişlər. O, evdə olarkən bir nəfər Elnuru çağırmış, daha sonra oğlunun oğurluq hadisəsi ilə bağlı barmaq izinin götürülməsi üçün getdiyini öyrənmiş, söhbətin üzərindən xeyli keçməsinə baxmayaraq oğlu evə gəlməmişdir. O, da polis bölməsi gedib oğlunun harada olduğunu soruşmuş, ona Elnurun üzərindən narkotik vasitə aşkar edilərək polis bölməsindən göndərildiyi söylənmişdir. Polis əməkdaşları oğlunu döyüb ona təsir göstərmiş, hadisədən bir müddət keçdikdən sonra gecə saat 03 radələrində ona zəng gəlmiş və oğlunun özünə xəsarət yetirdiyi deyilmişdir. Elnur Bayram evindən götürülərək polis bölməsinə aparılmış, çöldə saxlanılmamışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq polis əməkdaşlarının evə daxil olmadıqlarını, oğlunun polis əməkdaşları tərəfindən aparıldığını görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hadisə günü hamı evdə olarkən kimsə Elnuru çağırmışdır. Hündür boy, enlikürək birisi ona Elnuru çağırmağını söyləmiş, Elnur da həmin adamın yanına getmişdir. Daha sonra Elnurdan hara getdiyini soruşduqda o, barmaq izinin götürülməsi üçün polis bölməsinə getdiyini, qayıdıb gələcəyini demişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq evlərinə iki nəfər polis əməkdaşının gəldiyini, onlardan biri avtomobildə, digərinin də çöldə dayandığını, Elnurun haqsız yerə tutulmasına etiraz olaraq təcridxanada olarkən özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X1 Ağalar Qiyas oğlu və X5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 24 fevral tarixində Elnurun ad günü olduğu üçün onlara qonaq getmiş, birlikdə söhbət edərkən əmisi oğlu Elnuru kiminsə çağırdığını söyləmiş və Elnur da çölə çıxmışdır. Daha sonra Elnurun anası Elnuru barmaq izlərini götürmək üçün apardıqlarını söyləmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərar, eyni tarixli raportlardan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbulu, saxlanması və satışı barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində 08 (səkkiz) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 6/1189-7/190 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №246» dairəvi möhür əksi, «İştirakçılar 1 imza…..3 imza Bayramov Е….» yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,578 qram, 0,193 qram, 4,650 qram, 0,675 qram, 0,274 qram və 0,265 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr, 1 ədəd bükümdə təmiz çəkisi 0,410 qram tünd qəhvəyi rəngli maddə və bir ədəd bükümdə təmiz çəkisi 0,06 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd 11*6 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Həmin zərfdə olan bir ədəd üzərində “AREO” yazılan siqaret qutusunda 11 ədəd tamlığı pozulmamış siqaretlərin içərisində narkotik bitki hissələri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-cı il tarixli 3207 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-cı il tarixli 2170 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırdakı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlinin törədildiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 18,105 qram narkotik vasitə heroin, bir ədəd 11*6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qalıq qalmış 17,785 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübut saxlancı anbarına təhvil verilmiş, bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X15 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs uşağı X11 xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasıını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 17,785 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd 11*6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi müsadirə edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham təsdiqini tapmadığından cinayət təqibinə xitam verilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi 17,785 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd 11*6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi müsadirə edilsin, bir ədəd DVD disk cinayət işinin mteriallarında saxlansın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar