Məhkəmə qərarları › İş №1(124)-186/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-186/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-186/2025 13.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X14, Müdafiəçi – ünvan 3qayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,389 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarının yaxınlığında ünvan 3qayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd «Pall Mail» siqaret qutusunun içərisindən külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,389 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulana qədər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitə əldə etmək üçün “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və ondan narkotik vasitə istəmişdir. Həmin şəxsin adını bilmir, özü onda narkotik vasitə olduğunu və istəyib-istəmədiyini yazmışdır. Həmin şəxslə iki gün yazışdıqdan sonra narkotik vasitəni götürməyə getmişdir. Lakin getdikdən sonra görmüşdür ki, orada ona lazım olan bir şey yoxdur, torpaq və duzdur. Ona görə də, həmin kütləni götürməmişdir. Qayıdanda yol polisi əməkdaşları onu saxlamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxsə pul göndərməmişdir. Həmin şəxslə 200 manata razılaşmışdır. İranlı şəxs ona 10 qram marixuana göndərməli imiş. Onun özü fəhlə işləyirmiş. Ailəlidir və himayəsində 3 övladı var. Aylıq 400-500 manat pul qazanırmış. 200 manatın hamısını bir dəfəyə deyil, hissə-hissə ödəyəcəkmiş. İranlı ona marixuananın şəklini göndərməmiş, sadəcə konum (məkan şəkli) göndərmişdir. Konuma çatanda orada ona lazım olan bir şeyin olmadığını görmüş və ona görə götürməmişdir. Konum ünvan 3qayıt şəhərində 9-cu mikrorayonda olmuşdur. Oradan qayıdanda polis əməkdaşları onu ünvan 3qayıt şəhəri, 18-ci mikrorayonda Saray körpüsünün yaxınlığında yanacaq doldurma məntəqəsinin yanında saxlamışlar. Onların avtomobilini ilk növbədə yol patrul xidmətinin əməkdaşları saxlamış, daha sonra digər polis əməkdaşları yaxınlaşıb onları tutmuşdur. Polis əməkdaşları taksi sürücüsünə təzyiq göstərdikləri üçün məcbur olub narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu etiraf etmişdir. Polis əməkdaşları onun özünə təzyiq göstərməmişlər. Lakin polis əməkdaşları onu buraxmaq üçün qardaşını çağırmışlar və ondan pul istəmişlər. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə narkotik vasitələrin ona məxsus olmadığını deməyə imkanı olmamışdır. Taksi sürücüsü onun tanıdığı şəxs olmuş, əvvəllər onun yaşadığı evdə yaşamışdır. Onun üzərində sadəcə siqaret qutusu olmuşdur. Lakin polis əməkdaşları narkotik vasitələri çəkilişdən əvvəl onun cibinə qoyub çəkilişdə ona məxsus olduğunu bildirməsini istəmişlər. Polis əməkdaşları narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsə, taksi sürücüsünü tutacaqlarını bildirmişlər. Onu günorta saat 4-dən gecə saat 1-ə kimi idarədə saxlamış, daha sonra X18 təhvil vermişlər. Polis əməkdaşları qardaşından pul istəmişlər. Ekspert ondan heç bir analiz götürülmədən rəy vermişdir. Ekspert ondan hansı narkotik vasitələri qarışdırıb istifadə etdiyini soruşmuş, o da heç bir narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Ekspert onun qollarında heç bir iz aşkar etməmişdir. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Polis əməkdaşları onu günorta saat 4-5 radələrində tutmuşlar. Onu 19:15 radələrində deyil, ondan 3 saat əvvəl saxlamış və gecə saat 1 radələrində X18 təhvil vermişlər. Hazırda konumun telefonunda olub-olmadığını bilmir. İranlının ona göndərdiyi konuma getmişdir. Orada razılaşdıqları narkotik vasitənin olmadığını görmüş və qayıtmışdır. Daha sonra iranlıya bununla bağlı səs yazısı da göndərmişdir. Müstəntiq telefonuna baxış keçirəcəyini demişdir. Telefonunun ailə üzvlərinə qaytarılıbqaytarılmadığına dair məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. Taksi şoferi Atəş onun narkotik vasitə dalınca getdiyini bilməmişdir. Ona demişdir ki, vacib adamla görüşməlidir. Atəş onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Saxlanılanda üzərinə baxış keçirilməmiş, polis idarəsinə aparıldıqdan sonra keçirilmişdir. Gecə saat 12-yə qədər üzərinə şəxsi axtarış aparılmamış, o vaxta qədər digər otaqda bir-iki sual verib sonra qardaşını çağırmışlar. Həmin vaxta qədər vəkillə təmin edilməmiş, vəkil yalnız gecə onun üzərinə şəxsi axtarış edilən zaman gəlmişdir. O, iranlıdan nömrəni hardan aldığını soruşmuş, amma o, cavab verməmişdir. Qabaqdan ad günü gəldiyi üçün özünə narkotik vasitə almaq istəmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 gün qabaq yəni, xx.xx.2024-cü il tarixdə whatsapp nömrəsinə İran İslam Respublikasının nömrəsindən SMS gəlmiş, kimliyini bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, o ondan narkotik vasitələr və psixotrop maddələr istəyib-istəmədiyini soruşmuş, o da ona əgər narkotik vasitələr və psixotrop maddələr istəsə xəbər edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1-2 saat qabaq İran İslam Respublikasının vətəndaşı ilə whatsapp sosial şəbəkə vasitəsi ilə danışmış və ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. Ondan narkotik vasitə və psixotrop maddələr götürdükdən sonra, həmin şəxsin kart hesabına 200 manat göndərməli olmuş, o da ona onların razılaşmalarına əsasən ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon “Bravo” marketin yaxınlığına qoyduğunu bildirmişdir. Həmin ünvanı biləndən sonra, o tanışı taksi sürücüsü Osmanov Atəş Yunis oğlu ilə əlaqə saxlayıb ondan onu ünvan 3qayıt şəhəri, 9cu mikrorayon ”Bravo” marketin yaxınlığına aparmasını xahiş etmiş, sonuncu da razılaşmışdır. Bundan sonra onlar ünvan 3qayıt şəhərinə getmişlər. ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon “Bravo” marketin yaxınlığına çatdıqda Atəşə avtomobildə qalmasını demiş, özü isə İİR-nın vətəndaşının onun üçün qoyduğu narkotik vasitəni və psixotrop maddəni axtarmağa başlamış və həmin bükümləri tapmışdır. xx.xx.2024-cü il tarixdə, saat 19:15 radələrində ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon, Daş bazarının yaxınlığında tanışı taksi sürücüsü Atəş Osmanov ilə birlikdə olan zaman onlara mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün polis idarəsinə dəvət etmişlər və o da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Həmin zaman tanışı taksi sürücüsü Osmanov Atəş Yunis oğlu da gəlmişdir. Orada xidməti otaqda onu gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Pall Mail” siqaret qutusunu, həmçinin sol yan cibində saxlamış olduğu üzərində 050 ***-**-** mobil nömrəsi olan “İphone” markalı mobil telefonu və əynində olan köynəyin sağ üst cibində saxlamış olduğu 01 ədəd “Rothmans” markalı siqaret qutusu və 01 ədəd alışqanı, həmçinin sol üst cibində saxlamış olduğu 13 manat pulu təqdim etmişdir. 01 ədəd “Pall Mail” siqaret qutusu açılan zaman içərisində 01 ədəd qara rəngli, 01 ədəd isə şəffaf sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlərdən şəffaf rəngli sellofanın içərisində ağ rəngli kristal şəklində olan, qara rəngli sellofan bükümün içərisində isə qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o ağ rəngli kristal şəklində olan maddənin “duz”, qəhvəyi rəngli toz halında olan maddənin isə “torpaq” olduğunu, həmin bükümləri narkotik vasitə adı ilə 2 gündür sosial şəbəkədə tanış olduğu tanımadığı İran vətəndaşının ona göndərdiyi məkan yeri (konum) üzrə ünvan 3qayıt şəhəri, Bravo marketin arxasından götürdüyünü, götürdükdən sonra 200 manat ödəniş edəcəyinə dair razılaşdıqlarını, həmin bükümləri şəxsi istifadəsi üçün götürdüyünü, götürdükdən sonra isə içərisində olan maddələrin narkotik vasitə olmadığını gördüyünü bildirmişdir. Bundan başqa o saxlanılan zaman yanında olan şəxsin taksi sürücüsü olduğunu, həmin şəxsin məsələdən ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 2.60 qram, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün çəkisinin isə 3,12 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd “Rothmans” markalı siqaret qutusu və 01 ədəd alışqan, həmçinin 13 manat pul özünə qaytarılmış, üzərində ***-***-**-** mobil nömrəsi olan “İphone” markalı mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Narkotik vasitə və psixotrop maddə satan şəxsin İran İslam Respublikasının vətəndaşını ümumiyyətlə görməmiş, sadəcə olaraq həmin şəxslə danışan zaman onun danışığından hiss etmiş, həmçinin özü də ona İran İslam Respublikasının vətəndaşı olmasını bildirmiş, həmçinin onun nömrəsi İİR-nın nömrəsi olmuşdur. İran İslam Respublikasının vətəndaşının mobil telefon nömrəsini əzbərdən bilməmiş, hər dəfəsində də, onunla əlaqə saxlayandan sonra onun mobil telefon nömrəsini silmişdir. Əvvəllər həmin şəxsdən narkotik vasitə, psixotrop maddə almamış, ilk dəfə idi ki, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almışdır. O narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri və psixotrop maddələri hardan əldə etməsi barədə ümumiyyətlə heç nə soruşmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən yanında tanışı taksi sürücüsü Osmanov Atəş Yunis oğlu olmuş, Atəşin onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi, üzərində olması bu barədə məlumatı olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı heç kim zor tətbiq etməmiş və onu heç kim döyməmişdir (cild 01, iş vər. 66-68). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il sentyabr ayının əvvəllərində ünvan 3qayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu ilə birlikdə saat 7-8 radələrində ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Daş” bazarı deyilən əraziyə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu və yanındakı taksi şoferini ünvan 3qayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Daha sonra inzibati otaqların birində videoçəkiliş vasitəsilə şəxsin üzərində şəxsi axtarış keçirilmiş, şəxsin üzərindən çəkisi 2 və 3 qram olmaqla metamfetamin, o cümlədən heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat qrupuna 3 nəfər - o, Şahid2 və Şahid3 daxil olmuşdur. Şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Narkotik vasitə siqaret qutusunun içində olmuşdur. Narkotik vasitə polis idarəsində şəxsin üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Şəxsi ünvan 3qayıt şəhərində, 18-ci mikrorayon ərazisində yerləşən “Daş” bazarın yaxınlığında saxlamışlar. Şəxs taksi sürücüsü ilə birlikdə maşının yanında dayanmışdır. Əvvəllər bu şəxs barəsində onlara məlumat daxil olmamışdır. Şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz tədbir keçirilmişdir. Digər şəxsin üzərinə baxış keçirilməmişdir. Şəxsi axşam saat 7-8 radələrində saxlamışlar. Şəxsi həmin saatdan tez saxlamamışlar. Həmin vaxt mobil telefon üzərində olmuş və istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Əməliyyat tədbirində Yol Patrul Xidmətinin əməkdaşları iştirak etməmişdir. Şəxs onlara qarşı müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və ünvan 3qayıt şəhəri, “Daş” bazarı deyilən əraziyə getmişlər. Orada şəxsi saxlamış və ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmiş, həmin vaxt vəkil də iştirak etmişdir. Şəxs üzərindəki narkotik vasitəni özü könüllü şəkildə təqdim etmiş və həmin narkotik vasitəni “Bravo” marketin yaxınlığında İran vətəndaşının göndərdiyi konumdan götürdüyünü bildirmişdir. Həmçinin, götürdüyü bükümün içində narkotik vasitə deyil, torpaq və duz olduğunu demişdir. Aşkar olunan narkotik vasitənin çəkisi 2-3 qram olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, onlar tərəfindən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Şəxsi maşının yanında taksi sürücüsü ilə birlikdə dayanmış vəziyyətdə saxlamışlar. Şəxsin ifadəsində qeyd etdiyi hal, yəni onların əvvəlcə yol polisi əməkdaşları tərəfindən saxlanılması və daha sonra idarənin əməkdaşları tərəfindən aparılmaları halı olmamışdır. Şəxsi günün ikinci yarısı saat 7-8 radələrində saxlamış, daha tez saxlamamışlar. Şəxs aşkar olunanların duz və torpaq olduğunu bildirmişdir. O, çəkilişdə iştirak etmişdir. Şəxsi maşının yanında dayanmış vəziyyətdə saxlamışlar. Əməliyyat tədbirində o, Şahid1 və Şahid3 iştirak etmişdir. Əməliyyat tədbirinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb edilməmişdir. Şəxs hadisə yerindən qaçmağa cəhd göstərməmiş, ona qarşı heç bir təzyiq göstərilməmişdir. Digər şəxsin üzərinə baxış keçirilib-keçirilmədiyini xatırlamır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. O özü kiçik inspektordur, həmin vaxt üzərində mobil telefon olmuş və istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə daxil olan əməliyyat məlumatına əsasən şəxsi axşam saatlarında ünvan 3qayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Daş” bazarı adlanan ərazidə saxlamışlar. Şəxsin yanında bir nəfər taksi şoferi də olmuş və hər ikisini ünvan 3qayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman telefon, siqaret və narkotik vasitə aşkar edilmiş, şəxs narkotik vasitəni 200 manata İran vətəndaşının göndərdiyi konumdan-ünvan 3qayıt şəhərində yerləşən “Bravo” marketin yaxınlığından əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, onlar tərəfindən şəxslərə heç bir güc tətbiq olunmamışdır. Onlar şəxsləri saxlayan zaman maşına yaxınlaşıb özlərini təqdim etmiş və şəxsləri ünvan 3qayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Onların yanında yol polisi əməkdaşları olmamışdır. Şəxslərə güc tətbiq etməmişlər. Hadisə zamanı ətrafda vətəndaşlar da olmuşdur. Şəxsləri axşam saat 7-8 radələrində saxlamışlar. O, özü polis serjantıdır. Həmin vaxt üzərində mobil telefon olmuş və istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxsləri saxlayan zaman onlara müqavimət göstərməmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Osmanov Atəş Yunis oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 04 sentyabr 2024-cü il tarixində Nicat ona zəng edərək onu Saray qəsəbəsinə aparmasını xahiş etmişdir. O da müştərisi olduğu üçün 1 saat sonra gələ biləcəyini bildirmişdir. O, ünvan 3qayıt şəhərini yaxşı tanımırmış, ona görə də, Nicatı naviqator vasitəsilə aparmışdır. Şəhərin girişinə çatanda yol polisi əməkdaşları onları saxlamışlar və idarənin əməkdaşları gəlib onu döyməyə başlamışlar. Bundan sonra onları polis idarəsinə aparmışlar və onu orada 5-6 saat saxlamışlar. O, döyüldüyü üçün ayağından qan axdığını bildirsə də, ona heç bir kömək etməmişlər. Daha sonra onu buraxmışlar. Onu niyə saxladıqlarını soruşduqda isə Nicatla əlaqədar saxladıqlarını bildirmişlər. Ondan Nicatın nə etdiyini bilib-bilmədiyini soruşmuşlar, o da bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onlar ünvan 3qayıt şəhərinə çatanda Nicat ondan maşını saxlamasını istəmiş və harasa getmişdir. O, 5 dəqiqədən sonra qayıtmışdır. Ona nə ilə bağlı getdiyini deməmiş və geri qayıtmalarını istəmişdir. Geri qayıdanda yol polisi əməkdaşları onları saxlamışlar. Onları saxlayan yol polisi əməkdaşlarının maşınının nömrəsini xatırlamır. Onları saxlayan polis əməkdaşlarının ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları olub-olmadıqlarını bilmir. Onlar özlərini təqdim etməmişlər. Polis idarəsində polis əməkdaşları onu Nicatla bağlı saxladıqlarını bildirmişlər. Onun üzərinə baxış keçirmişlər. Üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onları ayrı-ayrı maşınlarda polis idarəsinə aparmışlar. Buna görə də, Nicatın döyülüb-döyülməməyi ilə bağlı heç bir məlumatı yoxdur. Saxlanıldıqdan sonra Nicatı polis idarəsində dəhlizdə görmüşdür. Nicatın üzərindən narkotik vasitə aşkar olunub-olunmadığını görməmişdir. Onu buraxdıqdan sonra da bu barədə məlumatı olmamışdır. Polis əməkdaşlarının onu döyməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Müstəntiq onu axşam saatlarında çağırıb izahata imza çəkməsini istəmişdir. Şahid Osmanov Atəş Yunis oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır. xx.xx.2024-cü il tarixdə Nicat ona zəng edərək onu yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindən götürüb ünvan 3qayıt şəhərinə aparmasını xahiş etmişdir. Bundan sonra onlar ünvan 3qayıt şəhərində yerləşən "Bravo" marketin yanına getmişlər. Orada olan zaman Nicat bir qədər gözləməsini bildirmiş və getmişdir. Bir qədər keçdikdən sonra Nicat gəlmiş və onlar ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən "Daş” bazarının yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb Nicatı narkotik vasitələrin qəbul və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib ünvan 3qayıt ŞPİ-yə dəvət etmişlər, həmçinin onun da həmin ŞPİ-yə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək onlarla birlikdə həmin idarəyə getmişdir. Orada ondan izahat alınmışdır. Nicat saxlanılan zaman onun üzərində narkotik vasitə olubolmamasından məlumatı olmamışdır. Özü isə ümumiyyətlə narkotik vasitə qəbul etmir. Onlara qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüquqları pozulmamışdır (cild 1, iş vər. 104-105). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu idarədə döyməmiş, yol polisi əməkdaşları onları saxladıqdan sonra idarəyə aparılmamışdan əvvəl maşının yanında döymüşlər. Müstəntiq ona heç bir təzyiq göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Sənədləri maşınının baqajında olduğu üçün maşından enib arxaya keçəndə polis əməkdaşları onu döyməyə başlamışlar. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə ilkin təhqiqat hərəkətlərini aparmış ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 şahid qismində dindirilmiş və şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis idarəsinə gətirilmiş, bu zaman o işdə olmuş və şəxsin gətirilməsi barədə ona məlumat verilmişdir. Bundan sonra, onun tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil çağırılmış, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən səhv etmirsə, iki büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxsdən aşkar olunan bükümlərin nə olduğunu soruşduqda, o, torpaq və duz olduğunu bildirmişdir. Şəxsin saxlandığı tarixi və vaxtı xatırlamır. Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən sonra heç bir problem olmamış, şəxsin səhhətində nasazlıq yaranmamış və dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxsin polis idarəsinə gətirildiyi və üzərinə şəxsi axtarış keçirildiyi vaxt arasındakı fərqin səbəbini dəqiq xatırlamır. Ola bilsin ki, müdafiəçinin gecikməsi ilə bağlı hal olmuş, müdafiəçi ilə əlaqə saxlanıla bilməmiş, müdafiəçi ünvan 3qayıt şəhərində başqa polis bölməsində və ya Bakı şəhərində olmuşdur. Bu zaman o, arayış tərtib edib iş materiallarına əlavə edir. Hazırki iş üzrə bu hallardan hər hansı birinin olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxslər polis idarəsinə gətirildikdən sonra dərhal üzərilərinə baxış keçirilə bilməməsi az hallarda olur. Müdafiəçini mobil telefon vasitəsilə çağırırlar, hazırki iş üzrə o, şəxs tutulub polis idarəsinə gətirildikdən sonra növbətçilik üzrə cədvələ baxmış və müdafiəçini öz şəxsi telefon nömrəsi vasitəsilə zəng edib çağırmışdır. Şəxs saxlanılarkən əməliyyatçılar tərəfindən üzərinə şəxsi axtarış keçirilməmişdir. Şəxslər polis idarəsinə gətirildikdən sonra növbətçi hissədə qeydiyyata alınır, daha sonra təhqiqatçının otağına aparılırlar. Şəxsin birbaşa əməliyyatçının otağına aparılması qanunsuzdur. Bu qayda səhv etmirsə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş "X12 növbətçi hissələrinin işinin təşkilinə dair” Təlimatı ilə tənzimlənir. Şəxsə növbətçilik üzrə cədvəl təqdim olunmuş və şəxs də növbədə olan 3 vəkildən X1. Həmin vaxt özü ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Təqsirləndirilən şəxslər polis idarəsinə gətirildikdən sonra protokolun tərtib olunma müddəti təxminən 15 dəqiqə çəkir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 3qayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə ünvan 3qayıt şəhəri ərazisində “Nicat” adlı şəxsin dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat və vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nicat” adlı şəxsin xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə ünvan 3qayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 3qayıt şəhəri ərazisində narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsində şübhəli bilinən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs və yanında olan xx.xx.1977-ci il təvəllüdlü Osmanov Atəş Yunis oğlu ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon, Daş bazar yaxınlığında saxlanılaraq birlikdə aidiyyəti üzrə ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan “Şübhəli şəxsə müdafiəçi siyahısının təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra ona dövlət hesabına müdafiəçidən istifadə etmək hüququnun təmin edilməsi məqsədi ilə ünvan 3qayıt Regional Vəkil Bürosunun müdafiəçilərinin siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini növbədə olan vəkillərdən ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X15 tərəfindən təmin olunmasını xahiş etmişdir (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan “ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili ilə telefon əlaqəsi saxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə narkotik vasitənin istifadəsi və gəzdirilməsində şübhəli bilinərək ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon, Daş bazar yaxınlığında saxlanılaraq ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs tutma zərurəti yarandığından, onun hüquqlarını müdafiə etmək məqsədi ilə ünvan 3qayıt Regional Vəkil Bürosunun növbətçi vəkili X15 ilə saat 19:30-da telefon əlaqəsi saxlanılmış və vəkil Elman Musayev şəxsi işinin olması səbəbindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün həmin tarixdə saat 21:40-da gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə şəxsi axtarışla bağlı çəkilişə başlanılmışdır (cild 01, iş vər. 18a) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunan müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 19:15-də CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, protokolun tərtib edilməsi xx.xx.2024-cü il tarixdə saat 21:40-dan həmin tarixdə saat 21:57-ə qədər davam etmişdir (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan xx.xx.2024 tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 21:50-dən saat 22:00-dək polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Pall Mall” siqaret qutusu, sol yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “İphone” marakalı mobil telefon, əynində olan boz rəngli köynəyin sağ üst cibindən 01 ədəd “Rothmans” marakalı siqaret qutusu və 01 ədəd alışqan, həmçinin sol üst cibindən 13 manat aşkar edilmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş 01 ədəd “Pall Mall” siqaret qutusunun içərisində 01 ədəd qara rəngli, 01 ədəd isə şəffaf sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən şəffaf rəngli sellofanın içərisində çəkisi 3.12 qram ağ rəngli kristal şəklində olan, qara rəngli sellofan bükümünün içərisində isə çəkisi 2.60 qram qəhvəyi rəngli toz halında olan maddələr aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 01,iş vər 28-29). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4432 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №124» dairəvi möhür əksi, “(imza) saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 2,378 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,389 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 01,iş vər 40-45). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 6527 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01,iş vər 107- 108). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olan mobil nömrə üzrə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə 04 sentybar 2024-cü il tarixdə saat 17:28-dən sonra ünvan 3qayıt şəhəri, 9-cu mkr, saat 19:25-dən sonra isə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206, 234.2, 234.4.1, 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər 113-120). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə zalında tədqiq olunmuş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş mobil nömrəyə dair məlumatlardan görünür ki, polis əməkdaşı olan Şahid3 istifadəsində olan ********** saylı mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə istifadə edilməmişdir. Polis əməkdaşı olan Şahid1 istifadəsində olan ********** saylı mobil nömrə xx.xx.2018-ci ildən etibarən Bakcell mobil operatoruna daşınmış və onun istifadəsində olan ********** saylı həmin mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə saat 17:46-dan sonra, polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** saylı mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə saat 17:29-dan sonra, iş üzrə şahid Osmanov Atəş Yunis oğlunun istifadəsində olmuş ********** saylı mobil nömrə isə 04 sentyabr 2024-cü il tarixdə saat 17:48-dən sonra ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə zalında tədqiq olunmuş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş mobil nömrəyə dair məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X7 istifadəsində olan ********** mobil nömrəsinə ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 istifadəsində olan ********** mobil nömrəsindən heç bir zəng və ya SMS gəlməmiş, ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X7 istifadəsində olan ********** mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə yalnız saat 22:53-dən sonra günün sonuna kimi ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 istifadəsində olan ********** mobil nömrə isə həmin tarixdə saat 17:36-dan saat 21:44-ə kimi ünvan 3qayıt şəhəri, İsmət Qayıbov küçəsindəki Dan Ulduzu restoranının yerləşdiyi ünvanda, həmin tarixdə saat 22:08-dən isə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə, həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (1 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin) aşkar olunduğu xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə materialların məhkəmə ekspertizanın xx.xx.2024-cü il tarixli 6/4432 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6527 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (1 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrıayrılıqda münasibət bildirmədən öncə, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunanadək əməliyyat axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar, protokol və s.) görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3qayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat və vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində ünvan 3qayıt şəhəri ərazisində “Nicat” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nicat” adlı şəxsin xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda anadan olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxs xx.xx.2024-cü il tarixdə saat 19:15-də ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarının yaxınlığında saxlanılaraq ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirilmiş, həmin tarixdə saat 21:50-dən saat 22:00-dək olan zaman kəsiyində ünvan 3qayıt Şəhər Polis İdarəsində müdafiəçinin də iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən maddi sübut kimi tanınan 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə nakotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi, habelə şübhəli şəxs kimi faktiki tutulduğu vaxt kimi xx.xx.2024-cü il saat 19:15 göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanmasının hazırki iş üzrə rəsmi sənədlərdə göstərilənlərdən 2 saat öncə, daha dəqiq xx.xx.2024-cü il tarixdə saat 17 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində xx.xx.2024-cü il tarixdə saat 17 radələrində tanışı Atəş adlı şəxslə sonuncunun avtomobilində olduğu vaxt ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarının yaxınlığında saxlanıldığını və ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirildiyini, saxlanılmasından 5-6 saat keçdikdən sonra müdafiəçi ilə təmin olunduğunu, o müddət ərzində qardaşının polis idarəsinə dəvət edildiyini, ondan pul tələb edildiyini, pul verilmədiyi üçün polis idarəsində psixi təsirə məruz qaldığını və məcbur qalıb ona aid olmayan narkotik vasitə və psixotrop maddəni üzərinə götürdüyünü, eyni zamanda onun üzərinə şəxsi axtarışın cinayət işinin materiallarında göstərilən vaxtda da deyil, ondan da gec müddətdə yəni həmin gün gecə radələrində aparıldığını, əslində isə saxlanılan zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən Osmanov Atəş Yunis oğlu öz ifadəsi ilə təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qeyd etdikləri cinayət işinin materiallarına əlavə olunmaqla məhkəmə istintaqı zamanı tədqiq edilən "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş təqsirləndirilən şəxsin, o cümlədən iş üzrə şahidlər (polis əməkdaşları) Şahid1 və Şahid2, habelə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Osmanov Atəş Yunis oğlunun istifadəsində olan mobil nömrə ilə bağlı məlumatlar araşdırılarkən öz təsdiqini tapmışdır. Belə ki, sözügedən məlumatlardan müəyyən olunmuşdur ki, polis əməkdaşı olan Şahid1 istifadəsində olan ********** saylı mobil nömrə xx.xx.2018-ci ildən etibarən Bakcell mobil operatoruna daşınmış və onun istifadəsində olan ********** saylı həmin mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə saat 17:46-dan sonra, polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** saylı mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə saat 17:29dan sonra, iş üzrə şahid Osmanov Atəş Yunis oğlunun istifadəsində olmuş ********** saylı mobil nömrə isə 04 sentyabr 2024-cü il tarixdə saat 17:48-dən sonra ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Qeyd olunmalıdır ki, ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvan rəsmi olaraq internet portalında ünvan 11 də, "xxxx" MMC-nin anten ötürücüləri ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi həmin ərazini ünvan 12 ünvanı kimi (nəzərə alınmalıdır ki, Mehdi Hüseynzadə küçəsi Nizami küçəsi ilə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda kəsişir), "xxxx" MMC-nin anten ötürücüləri isə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi həmin ərazini ünvan 3qayıt Baş Poçt İdarəsinin yerləşdiyi ünvan üzrə, yəni ünvan 3qayıt şəhəri, ATS ünvanı kimi qeydə alır. Bu hal hər iki operatorun ötürücü antenlərinin yerləşdiyi yerə görə baş verir. Eyni zamanda, o da qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin saxlanıldığı ünvan 3qayıt şəhəri, 18-ci mikrorayon, Daş bazarı adlanan ərazi ilə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvan eyni anten dairə ötürücülərinin əhatə dairəsinə düşmür. “Google Map” internet portalı vasitəsi ilə araşdırdıqda müəyyən olunur ki, iki obyekt arasındakı məsafə 7.4 km təşkil edir. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs heç də xx.xx.2024-cü il tarixdə saat 19:15-də deyil, həmin tarixdə məhz saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə həmin Məcəllənin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə həmin Məcəllənin 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə məhz saat 17 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun şübhəli şəxs qismində tutulması xx.xx.2024cü il tarixdə saat 21:40-da rəsmiləşdirilmiş, protokolda həmin tarixdə saat 19:15-də faktiki saxlanılması qeyd edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı vaxt olaraq məhz 19:15 götürülmüş, yəni onun şübhəli şəxs kimi sözügedən saatdan tutulması qəbul edilmişdir (cild 01, iş vər. 20). Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, rəsmiləşdirməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:15-də faktiki tutulsa da, onun dövlət hesabına müdafiəçi ilə təmin olunması, yəni müdafiə hüququnun təmin olunması, habelə onun barəsində tutma qərarının və protokolunun tərtib olunması, rəsmi olaraq şübhəli şəxs qismində tutulması və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarışın keçirilməsi yalnız xx.xx.2024-cü il tarixdə 21:40-dan sonra mümkün olmuşdur. Bu halı iş üzrə ilkin tədqiqat hərəkətlərini aparan təhqiqatçı Elnur Feyzullayev həm məhkəmə istintaqı zamanı məhkəmə iclasında dindirilərkən, həm də iş materiallarına əsasən (cild 01, iş vər. 18a - protokol) onunla izah etmişdir ki, Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün həmin günü növbətçi olan vəkillərdən ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X9 dövlət hesabına onun hüquqlarını müdafiə etmək üçün seçdikdən sonra həmin müdafiəçi ilə saat 19:30-da öz istifadəsində olan mobil nömrə vasitəsi ilə əlaqə saxlamış və vəkil şəxsi işlərinin olduğunu bildirərək yalnız bir müddət sonra gələcəyini qeyd etmiş, ona görə də vəkil Elman Musayev yalnız həmin tarixdə saat 21:40da gəldikdən sonra prosessual hərəkətlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan bu xüsusatlarla razılaşmadığından və israrla həmin tarixdə yalnız gecə radələrində vəkili gördüyünü, onun üzərinə şəxsi axtarışın da məhz gecə radələrində keçirildiyini bildirdiyindən, qeyd olunan məlumatların da dəqiqləşdirilməsi üçün sorğu verilərək "xxxx" MMC və "xxxx" MMC-dən həm vəkilin istifadəsində olan mobil nömrəyə, həm də həmin vaxt ilkin təhqiqat hərəkətlərini aparan təhqiqatçı Elnur Feyzullayevin istifadəsində olan mobil nömrəyə dair məlumatlar götürülərək cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə zalında tədqiq olunmuşdur. Həmin məlumatlar tədqiq olunarkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X7 istifadəsində olan ********** mobil nömrəsinə ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 istifadəsində olan ********** möbil nömrəsindən heç bir zəng və ya SMS gəlməmiş, ünvan 3qayıt Regional Vəkil Bürosunun vəkili X7 istifadəsində olan ********** mobil nömrə 04 sentyabr 2024-cü il tarixdə yalnız saat 22:53-dən sonra günün sonuna kimi ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 istifadəsində olan ********** mobil nömrə isə həmin tarixdə saat 17:36-dan saat 21:44-ə kimi ünvan 3qayıt şəhəri, İsmət Qayıbov küçəsindəki Dan Ulduzu restoranının yerləşdiyi ünvanda, həmin tarixdə saat 22:08-dən etibarən isə ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Sözügedən vəkillə ünvan 3qayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 istifadəsində olan mobil nömrə ilə deyil, başqa yolla (başqa mobil nömrə vasitəsi ilə və s.) əlaqə saxlanması ehtimalına münasibətdə isə qeyd olunmalıdır ki, hər bir halda mövcud anten məlumatlarından görünür ki, vəkil Elman Musayevin istifadəsində olan mobil nömrə yalnız həmin tarixdə saat 22:53-dən sonra günün sonuna kimi ünvan 3qayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvanda (ərazidə) qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı əldə olunmaqla məhkəmə prosesində tədqiq olunan məlumatlar iş materiallarında olan və sözügedən xüsusatla bağlı aparılan rəsmiləşdirmənin (vəkillə əlaqənin saxlanılması, vəkilin saat 21:40-da polis idarəsinə gəlməsi və s.) heç də həqiqəti əks etdirməməsi ilə bağlı fikir formalaşdırmışdır. Bütün bu hallar məhkəmə heyətində iş üzrə ilkin sübutların əldə olunması və rəsmiləşdirilməsi ilə bağlı prosesin etibarlığına dair ciddi şübhələr yaratsa da, sübutların tədqiqi mərhələsində digər sübutların tədqiqi olunması ilə, daha dəqiq xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsi zamanı iş üzrə təhqiqatçı Elnur Feyzullayev tərəfindən tərtib olunan protokola və ona əlavə olunan video görüntülərə baxış keçirilməsindən sonra həmin şübhələr daha da artmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsi zamanı iş üzrə təhqiqatçı Elnur Feyzullayev tərəfindən tərtib olunan protokolda göstərilənlərlə sözügedən prosessual hərəkətin gedişini özündə əks etdirən video görüntülər arasında ziddiyyət müəyyən olunmuşdur. Sözügedən video görüntülərdən aşkar olunmuşdur ki, ümumiyyətlə təhqiqatçı həmin prosessual hərəkətin hansı tarixdə aparıldığını və sonlandırıldığını göstərsə də, həmin prosessual hərəkətin hansı saatda (halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhz prosessual hərəkətin keçirildiyi həmin zaman kəsiyini də mübahisələndirmişdir) aparıldığını göstərməmiş, bu informasiyanı yalnız prosessual hərəkətin gedişatının əks olunduğu protokolda qeyd etməklə kifayətlənmişdir. Bu hal ilk baxışdan narahat verici bir məqam kimi görünməsə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və onun üzərindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, sözügedən saatda saxlanılmaması barədə bildirdikləri fonunda məsələyə diqqət yetirəndə, o cümlədən sonrakı ardıcıllıqla sübutları tədqiq etdikdə, təqsirləndirilən şəxs tərəfindən qeyd olunanların heç də müdafiə taktikasından irəli gərəln hərəkətlər olmaması ilə bağlı qənaət formalaşmışdır. Həmin video görüntü (şəxsi axtarış) tədqiq edilərkən diqqət çəkən digər məqam təqsirləndirilən şəxsin üzərindən mobil telefonun aşkar olunması olmuşdur. Belə ki, həmin mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkiliş zamanı həmin mobil telefonun işlək vəziyyətdə olubolmaması yoxlanılmamış, telefonun ekranı sönülü vəziyyətdə yandırılmadan zərfə qoyularaq yalnız təqsirləndirilən şəxsdən işlək vəziyyətdə olması soruşulmaqla qablaşdırılmışdır. Məhkəmə istintaqının sonrakı gedişində mövcud sübutları tədqiq etdikcə məhkəmə heyətində formalaşan qənaət ondan ibarət olmuşdur ki, təhqiqatçının həmin vaxt sözgedən mobil telefonun ekranını yandırmamaqda, mobil telefonun ümumiyyətlə işlək vəziyyətdə olub-olmamasını yoxlamamaqda məqsədi kənar izləyicilər tərəfindən (yəqin ki, gələcəkdə işə mahiyyəti üzrə baxacaq olan məhkəmə tərəfindən) həmin anda mövcud olan zamanın müəyyən edilməməsi olmuşdur (çünki təhqiqatçı çəkiliş gedən zaman həmin mobil telefonun açılması ilə ekranda tarix və zamanın görünəcəyini təxmin edirdi). Bundan əlavə, o hal da vurğulanmalıdır ki, iş üzrə ilkin təhqiqat hərəkətlərini həyata keçirən təhqiqatçı Elnur Feyzullayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli “Tutma” protokolundan görünür ki, həmin protokol sözügedən tarixdə saat 21:40-dan saat 21:57dək olan müddət ərzində tərtib olunmuşdur (cild 01, iş vər. 20). Eyni zamanda, həmin təhqiqatçının tərtib etdiyi xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış sözügedən tarixdə saat 21:50-dən saat 22:00-dək olan müddət ərzində keçirilmiş, müvafiq protokol isə 22:02-dən 22:18-dək olan müddət ərzində tərtib edilmişdir. Göründüyü kimi, bu iki prosessual hərəkətin keçirilməsi müddəti arasında da uyğunsuzluqlar vardır. Belə ki, əgər təhqiqatçı sözügedən tarixdə saat 21:40-dan saat 21:57-dək olan müddət ərzində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasını rəsmiləşdirirdisə, necə ola bilərdi ki, həmin ərəfədə həm də (21:50-dən saat 22:00-dək) şəxsin üzərinə həmçinin video çəkilişlə şəxsi axtarışı həyata keçirir. Bütün bunları ümumiləşdirdikdə və mövcud olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə yozulduqda məhkəmə heyəti tərəfindən məhkəmə istintaqı zamanı gəlinən qənaət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz xx.xx.2024-cü il tarixdə saat 17 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə saat 19:15-də faktiki tutulması rəsmiləşdirilsə də, Təqsirləndirilən şəxs hansısa səbəbdən həmin tarixdə saat 22 radələrinədək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni müdafiəçinin yardımından istifadə etmək hüquqları ona izah edilməmiş, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş, habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının X18 təhvil verilməmiş, tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamışdır. Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 17 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək, faktiki müdafiə hüququ təmin edilənədək olan 5-6 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesinin etibarlığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra uzun müddət orada saxlanmasını, həmin tarixdə gecə radələrində polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin isə ona aid olmamasını, üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu sual zamanı məcbur qalıb həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını bildirdiyini qeyd etdiyindən, habelə ibtidai araşdırmanın sonrakı mərhələsində də polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalacağından qorxduğu üçün məcbur qalıb etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında sözügedən maddi sübutun onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaranmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin də pozuntularını müəyyən etmiş və həmin qərarında bir sıra digər məsələllərlə yanaşı göstərmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X16rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 3qayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3qayıt Şəhər Polis İdarəsinə gətirilmiş, həmin tarixdə saat 22 radələrindək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, faktiki olaraq həmin tarixdə saat 22 radələrində (bu müdafiəçiyə məxsus mobil nömrə üzrə anten dairə məlumatları əsasında müəyyən edilir) barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş və yalnız ondan sonra vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən 01 büküm narkotik vasitə olan heroin və 01 büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından 5-6 saat sonra aparılmışdır. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 5-6 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs ünvan 3qayıt Şəhər Polis İdarəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenum qərarında da tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayət işləri üzrə istənilən şübhəli şəxsin saxlanılmasından birbaşa sonra onun üzərinə baxışın həyata keçirilməsi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 17 radələrində saxlanılmasını və üzərinə şəxsi axtarış keçirilənədək keçən müddət ərzində, yəni 5-6 saat ərzində polis nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (01 büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetaminin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. İş üzrə mövcud olan və ittiham tərəfinin istinad etdiyi digər sübutlara, o cümlədən polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən, həmin polis əməkdaşlarının şahid ifadələri (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr) iş materialları və məhkəmə istintaqı zamanı əldə olunaraq tədqiq olunmuş sübutlarla (yuxarıda sadalanmış əlavə şahid Atəş Osmanovun ifadəsi, müvafiq mobil operatorlardan götürülmüş məlumatlar və s.) üst-üstə düşməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs və iş üzrə əlavə şahid qismində dindirilən Atəş Osmanovun məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına məhz həmin ifadələri qoyur. Bununla bağlı məhkəmə kollegiyası CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi yeganə etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olması ilə bağlı ekspert rəyləri həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlandığı istintaq təcridxanasından həbsdən azad edilməlidir. Hazırki cinayət işindən iş üzrə maddi sübut qismində tanınan kütlənin əldə olunması mənbəyi ilə bağlı cinayət işi və ya material ayrılmadığından, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kütlənin aşkar olunması prosesi özü məhkəmə kollegiyası tərəfindən ümumilikdə etibarsız sayıldığından, dolayısı ilə də CPM-in 350.4-cü maddəsində nəzərdə tutulan hal baş vermədiyindən, cinayət işi üzrə maddi sübut olmaqla ünvan 3qayıt Şəhər Polis İdarəsində saxlanılan 2,278 qram heroin və 2,289 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması isə nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 114 AZN (bir yüz on dörd manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və ünvan 3qayıt Şəhər Polis İdarəsində saxlanılan 2,278 qram heroin və 2,289 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 AZN (bir yüz on dörd manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində ünvan 3qayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar