Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-187/2024 25.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1995-ci il tarixdə Şəki şəhəri Şəki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Şəki ərazi dairəsi Şəki kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Milli Aviasiya Akademiyasının arxasında yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxslə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 1052,711 qram çəkidə, külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binalarından birinin arxasındakı əraziyə 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış sellofan bağlamada və həmin sellofan bağlamanın üzərinə bərkidilmiş 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış sellofan bükümdə gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı və şifarişi əsasında sərnişin qismində əyləşdiyi Şahid5 idarə etdiyi “Kia Rio” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisinə gedərək ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən Sumqayıt ŞPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 21:35-də Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqsini keçdikdə yol kənarındakı ərazidə saxlanılıb Sumqayıt ŞPİnə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədilə əldə edib daşıyaraq əynindəki dəri materialdan hazırlanmış qara rəngli gödəkcənin içəri tərəfdən sol yan hissəsində saxladığı 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış sellofan bağlamada ümumi təmiz çəkisi 1038,8 qram təşkil edən, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin sellofan bağlamanın üzərinə bərkidilmiş 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış sellofan bükümdə ümumi təmiz çəkisi 13,911 qram təşkil edən, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə üçün ittihamda qeyd olunan əraziyə gəlmiş, lakin orada külli miqdarda narkotik vasitə olduğunu bilməmişdir. O, polis əməkdaşlarını gördükdən sonra taksiyə minib oradan uzaqlaşmış, narkotik vasitəni götürməmişdir. Onun üzərində 02(iki) qram narkotik vasitə və bıçaq olmuş, tutulan zaman üzərindən bunlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni tutulmamışdan 5-6 ay əvvəl istifadə etməyə başlamış, narkotik vasitələrdən heroin və marixiuananı çəkmə yolu ilə istifadə etmişdir. Üzərindən aşkar olunan 02 qram narkotik vasitəni almışdır. O, İran vətəndaşı ilə “Whatsapp’’ sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs dəfələrlə yazmış, lakin onu bloka atmışdır. O, İran Respublikasının vətəndaşı ilə işlə bağlı danışmış və ona suallar vermişdir. O, həmin şəxsin onun nömrəsini haradan əldə etməsi ilə maraqlanmamışdır. Həmin şəxs ona iş təklifi etmiş, o isə rədd etmişdir. Ona narkotik vasitəsi göndəriləcək, o isə kuryerlik edəcəkmiş. Həmin şəxsin adını telefonda “Maqsud” olaraq qeyd etmişdir. Onunla canlı danışmamışdır. Həmin şəxs ona iranlı olduğunu bildirmişdir. Hadisə zamanı danışmış və nömrə İran nömrəsi olmuşdur. O, əvvəllər Maqsuddan narkotik vasitə almamışdır. Ona narkotik vasitəni haraya yerləşdirəcəyi ilə bağlı məlumat verilməmişdir. Onun pula ehtiyacı olmuş və həmin şəxs ona 1000 manat verəcəyini bildirmişdir. Ona narkotik vasitənin çəkisi bildirilməmişdir. Taksi sifariş etmiş və hadisə yerinə taksi ilə getmişdir. Ona qabaqcadan narkotik vasitənin çəkisi deyilmədiyinə görə gedəndən sonra narkotik vasitənin külli miqdarda olduğunu görmüşdür. Narkotik vasitə qırmızı rəngli bağlamada olmuşdur. O, bağlamanın çəkisinin çox olduğunu görüb götürməmiş və taksiyə minib geri qayıtmışdır. Ona pul köçürülməmişdir. Polis əməkdaşları onu işıqforda saxlamışdırlar. Polis əməkdaşları ona ittihamda qeyd olunan ifadəni imzalamazsa, ailəsini bölməyə aparacaqları ilə hədələmişdirlər. Polis əməkdaşları onu döymüş, xəsarət almamışdır. O, ifadəsini məcbur imzalamaqla bağlı hakimə heç bir şey deməmiş, çünki ona bildirmişdilər ki, bunu imzalasa, hər şey yaxşı olacaq. Səs danışıqları qalmış və Azercell nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, hadisə yerində əməliyyatçıları 2-3 metr məsafədə görmüşdür. O, narkotik vasitənin qırmızı bağlamada olduğunu görmüşdür. Telefonunda şəkli olmuş və hal-hazırda telefonu müstəntiqdədir. Həmin qutu yapışqan şəffaf rəngdə olmuşdur. Bölmədə üzərindən gödəkçəsindən heroin aşkar olunmuşdur. Aşkar olunan heroin qara sellofanda olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, saxlanılmamışdan təxminən iki ay əvvəl istifadəsində olan mobil telefonun “WhatsApp” proqramına xatrırlamadığı İran İslam Respublikasında istifadə edilən müxtəlif nömrələrdən, müxtəlif şəxslər “SMS” yazaraq, həmçinin zəng edərək ondan istifadə etmək üçün narkotik vasitə almaq istəyib istəmədiyini soruşmuş, ancaq həmin şəxslərlə heç bir danışıq aparmamışdır. Sadəcə ona daha zəng edə, “SMS” yaza bilməsinlər deyə ona zəng edən və ya “SMS” yazan şəxslərin mobil nömrələrini bloklamışdır. Saxlanılmamışdan təxminən iki gün əvvəl yenidən unutduğu İran İslam Respublikasında istifadə edilən mobil nömrədən istifadəsində olan “WhatsApp” proqramına zəng edən şəxs özünü ona İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxs kimi təqdim edərək aralarındakı danışıq zamanı ona Azərbaycan Respublikası ərazisində qoyulmuş narkotik vasitəni onun dediyi yerdən götürüb, sonradan ona deyəcəyi ünvana yerləşdirməsi müqabilində pul ödəməyi, ödəyəcəyi pulu isə ona verəcəyi bank kartının bank hesabına elektron qaydada ödəməsini təklif etmişdir. Pula ehtiyacı olduğundan “Maqsud” adlı şəxsin təklifi ilə razılaşmış, “Maqsud” adlı şəxslə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış, həmin vaxt Maqsud adlı şəxs Sumqayıt şəhəri ərazisində qoyulmuş narkotik vasitəni onun dediyi yerdən götürüb sonradan ona deyəcəyi yerə qoyması müqabilində 1000 manat pul ödəməyə, həmçinin şəxsi istifadəsi üçün ona narkotik vasitə də verəcəyinə söz vermişdir. Aralarındakı danışıq zamanı pulunun olmadığını ona bildirməklə, ödəyəcəyi pulu əvvəlcədən ona ödəməsini təklif etdikdə, o razılaşmamış, narkotik vasitənin olduğunu bildirdiyi Sumqayıt şəhəri ərazisinə taksi avtomobili ilə gedə bilməsi üçün ancaq istifadəsində olan “Leobank” bank kartının bank hesabına təxminən 40 manat pul göndərmişdir. Həmin pul istifadəsində olan bank kartının hesabına köçürüldükdən sonra “Bolt” proqramı vasitəsilə Sumqayıt şəhərinə getmək üçün həmin vaxt olduğu yerə yəni, Bakı şəhəri Binə qəsəbəsi ərazisində yerləşən Milli Aviasiya Akademiyasının qarşısına onlayn qaydada taksi sifarişi vermişdir. Sifarişi əsasında sonradan ad, soy adı və ata adını öyrəndiyi Şahid5 idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə oraya gəlmiş, bundan sonra Sumqayıt şəhərinə yol düşmüşdür. Yolda olarkən Maqsud adlı şəxs Sumqayıt şəhəri ərazisində götürəcəyi narkotik vasitənin geolokasiyasını və fotoşəkillərini ona göndərmiş, həmin geolokasiya və fotoşəkillərdə narkotik vasitənin Sumqayıt şəhəri 9cu mikrorayon ərazisindəki “Bravo” marketi ilə üzbəüz yerləşən yaşayış binalarının arxa hissəsində olduğu göstərilmişdir. Bundan sonra həmin geolokasiyanı taksi sürücüsünə bildirmiş, aradan bir müddət keçdikdən sonra geolokasiyada göstərilən ünvana çatmış, Sumqayıt şəhərinə çatdıqdan sonra isə taksi sürücüsü idarə etdiyi avtomobili “Bravo” marketin qarşısında saxlamış, bundan sonra avtomobildən düşüb ona gödərilmiş şəkildə göstərilən narkotik vasitənin qoyulduğu yeri axtarıb tapmış, ancaq onu kiminsə izlədiyindən şübhələndiyindən narkotik vasitəni qoyulduğu yerdən götürməmişdir. Narkotik vasitə qırmızı rəngli selllofan bağlamada olmuş, geri qayıdıb taksi avtomobilinə əyləşmiş və sürücüdən onu geri qaytarmasını xahiş etmişdir. Taksi avtomobili təxminən 10-20 dəqiqə ərzində yolda hərəkət etdikdən sonra arxada hərəkətdə olan qara rəngli “CİP” markalı avtomobilin sürücüsü sərnişin qismində əyləşdiyi avtomobili arxadan vurmuş, həmin vaxt əyləşdiyi taksi avtomobili işıqforun qırmızı işığında dayanmış, bundan sonra sərnişin qismində əyləşdiyi taksi avtomobilinin sürücüsü yolu boşaltmaq üçün işıqfordan sağa dönmüş, bu zaman polis əməkdaşının gündəlik geyim formasında olan şəxs işarə verib taksi sürücüsündən idarə etdiyi avtomobili saxlamasını tələb etdiyindən o, idarə etdiyi avtomobili yol kənarında saxlamışdır. Polis əməkdaşının gündəlik geyim formasında olan şəxs sərnişin qismində əyləşdiyi avtomobili saxlatdıqdan sonra sürücüyə yaxınlaşıb ondan niyə işıq cihazlarını sola yandırıb sağa dönməsinin səbəbini soruşmuş, bu zaman isə sərnişin qismində əyləşdiyi avtomobilin ilk əvvəl arxa sağ qapısı, sonra isə sol qapısı açılmış, iki nəfər şəxs onu avtomobildən yerə düşürdüb ilk əvvəl sərnişin qismində əyləşdiyi avtomobilə arxadan çırpılmış qara rəngli “CİP” markalı avtomobilə əyləşdirmişlər. Bundan sonra isə onu Sumqayıt ŞPİ-nə gətirərək, orda onu “İlham” adlı polis əməkdaşının otağına aparmışlar. “İlham” adlı polis əməkdaşı isə “biz nə desək onunla razılaş, sənə kömək edəcəyik” deməklə onu sakitləşdirmiş, bundan sonra onu başqa bir otağa gətirmişlər, bundan əvvəl isə üzəri yapışqan lentlə sarınmış iri ölçülü bükümü taksi avtomobilində əyləşərkən əynindən çıxarıb yanına qoyduğu gödəkcəmi əyninə geyindirib gödəkcənin içəri tərəfdən sağ hissəsinə qoymuşlar. Sonra isə gödəkcənin yaxasını bağlamağını tələb etmişlər. Onların dediyi kimi etmiş, bundan sonra isə ona video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərinə qoyduqları narkotik vasitənin özünün olduğunu etiraf etməsini tapşıraraq, bunun müqabilində ona kömək edəcəklərinə söz vermişlər. Onlara inandığından, özünün olmayan narkotik vasitəni özününkü kimi təqdim etmiş, video çəkliş qurtardıqdan sonra isə ona müəyyən sənədlərə imza etdirmişlər, sonra isə onu müvəqqəti saxlama yerinə təhfıl vermişlər. İki gün sonra isə onu məhkəməyə aparmışlar. Məhkəmədə hakim tərəfindən barəsində həbs qətimkan tədbiri seçildiyindən hazırki vaxtadək istintaq təcridxanasında saxlanılır. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir kq-dan artıq narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni polis əməkdaşları üzərinə qoymuş, saxlanılarkən üzərində təxminən 0,5 qram şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin və birdə özünü müdafiə etmək üçün üzərində gəzdirdiyi mətbəx bıçağı olmuşdur. Sumqayıt şəhərinə narkotik vasitəni ona göndərilmiş geolokasiya və fotoşəkillərdə olan yerdən götürmək üçün gəlsədə narkotik vasitənin çəkisinin çox olduğunu görüb həmin narkotik vasitəni qoyulduğu yerdən götürməkdən qorxmuş və geri qayıtmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları başına iki üç yumruq zərbəsi vurmuş, bundan başqa polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, həmin vaxt hər hansı bədən xəsarəti almamış, bu səbəbdəndə tibbi müayindən keçməkdən imtina edir. Arada narkotik tərkibli maddələrdən istifadə etmiş, narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmamış, Sumqayıt şəhəri ərazisinə narkotik vasitə götürmək üçün gəlməsindən heç kimin xəbəri olmamışdır. Maqsud adlı şəxsin ancaq adını, birdə tran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, birdə ona məxsus mobil telefonunda həmin şəxsin əlaqə nömrəsi olmuşdur. Üzərinə şəxsi axtarış apanlarkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, sonra isə üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürüldüyünü üzərinə video çəkliş aparılmaqla şəxsi xatrış apanlarkən və sonradan bildirmək imkanı olsada, əvvəlcədən polis əməkdaşları ona köməklik göstərəcəklərinə söz verdiklərindən onlara inanıb video çəkliş aparılarkən və sonradan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Eləcədə polis əməkdaşlarından qorxduğudan hüuqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilə üzərinə şəxsi axtarış apanlarkən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ayının 1-də axşam saatlarında Sumqayıt şəhərinin 6 mikrorayon “Azpetrol” yanacaq doldurma məntəqəsi yaxınlığında saxlanılmış, Sumqayıt şəhər polis idarəsinə gətirilmiş, xidməti otaqlarının birində çəkiliş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Narkotik vasitənin çəkisi təqribən 1 kiloqram olmuşdur. Həmin narkotik vasitə sellofanda olmuşdur. Həmin büküm qara rəngli idi. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi idarəyə aparmışdırlar. Hadisə ilə əlaqədar olaraq əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2013-cü ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində isə 2022-ci ildən xidmət aparır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Rauf adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Rauf adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf adlı şəxsin xx.xx.1995-ci ildə Şəki şəhəri Şəki kəndində anadan olmuş, Şəki rayonu Şəki ərazi dairəsi Şəki kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Milli Aviasiya Akademiyasının arxasında yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:35-də digər polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqsini keçdikdə yol kənarındakı ərazidə olarkən Təqsirləndirilən şəxs həmin ərazidə yol kənarında dayanmış vəziyyətdə olan sonradan ad, soy adı və ata adını öyrəndiyi Şahid5 idarə etdiyi “Kıa Rio” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyi müəyyən edildiyindən Şahid5 və idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları Şahid4, Şahid2 və Şahid3la yaxınlaşaraq onları saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, onlara birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs və Şahid5 etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid5 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt NMB-nin əməliyyat müwəkkilləri Şahid4, Şahid2 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq ilk əvvəl əynindəki dəri materialdan hazırlanmış qara rəngli gödəkcənin yaxasını açaraq həmin gödəkcənin içəri tərəfdən sol yan hissəsində saxladığı üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamanı, əynindəki şalvarın arxa sol cibində saxladığı bir ədəd bıçağı, həmin şalvarın arxa sağ cibində saxladığı bir ədəd qara rəngli əl çantasını, əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd mobil telefonu çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin nə olmasım, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, o üzərindən aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu “Maqsud” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin şəxslə “WhatsApp” proqramındakı aralarındakı danışıq zamnı Maqsud adlı şəxsin Sumqayıt şəhəri ərazisində yerləşən “Bravo” marketin yaxınlığına qoyulmuş narkotik vasitəni qoyulduğu yerdən götürüb, sonradan onun dediyi yerə qoyması müqabilində ona 1000 manat pul və 20 qram şəxsi istifadəsi üçün narkotik vasitə verməsini təklif etdiyini, bununla razılaşdığım, bundan sonra Maqsud adlı şəxsin istifadəsində olan bank kartına göndərdiyi pulla taksi avtomobili sifariş verdiyini Sumqayıt şəhəri ərazisinə gəldiyini, Sumqayıt şəhəri ərazisində ona göndərilmiş konumda göstərilən narkotik vasitəni taparaq.qoyulduğu yerdən götürdüyünü, daha sonra geri qayıdarkən taksi avtomobilinin idarə etdiyi avtomobili Azpetrol YDM-nin yaxınlığında yol kənarında saxladığını, bu zaman avtomobildən yerə düşərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərindən aşkar edilmiş bıçağı isə özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli üzəri yapışqan lentlə sarınmış sellofan bağlamanın və həmin bağlamanın üzərinə yapışqan lentlə bərkidilmiş nisbətən kiçik ölçülü bükümün içərisinə baxış keçirildikdə həm böyük ölçülü bağlamanın, həmdə nisbətən kiçik ölçülü bükümün içərisindən qəhvəyi rəngli maddə aşkar edilmiş, aşkar edilmiş qara rəngli üzəri yapışqan lentlə sarınmış sellofan bağlama və həmin bağlamanın üzərinə yapışqan lentlə bərkidilmiş nisbətən kiçik ölçülü büküm tərəzidə çəkildikdə ümumi çəkilərinin müvafiq olaraq 1125 qram və 13,72 qram olduğunun müəyyən edilmiş, daha sonra isə bir ədəd bıçaq və bir ədəd mobil telefonla bərabər içəriləri boş zərflərə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qara rəngli əl çantasının içərisinə baxış keçilmiş, həmin əl çantasının içərsindən bir ədəd “Birbank” və bir ədəd “Leobank” bank kartları, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Bakı kart” gediş kartı, bir ədəd əmək kitabçası və bir ədəd daraq aşkar edilmiş, bank kartları və şəxsiyyət vəsiqəsi araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən bu Təqsirləndirilən şəxs izah edilərək, onun razılığı ilə qablaşdırılaraq götürülmüş, digər əşyalar isə sahibinə geri qaytrılmışdır. Sonda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, fevral ayının 1 gecə saatlarında əməliyyat məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9 mikrorayon “Azpetrol” yanacaq doldurma məntəqəsi yaxınlığında saxlanılmışdır. Polis idarəsinin xidməti otaqlarının birində təqsirləndirilən şəxsin üzərinə baxış zamanı təxmini 1 kiloqrama yaxın narkotik vasitəsi aşkar olundu. Təqsirləndirilən şəxs saxlandığı zamanı onun üzərinə baxış keçirilməmişdir. Təxmini olaraq narkotik vasitə təqsirləndirilən şəxsin gödəkçisinin sol cibimdə olmalı idi. Həmin narkotik vasitə sellofana bükülmüşdür. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, 2023-ci ilin fevral ayının 01-də axşam saat 21:00-22:00 radələrində, narkotiklə mübarizə bölməsinə daxil olmuş məlumat əsasında yola düşmüşdürlər. Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində daşıması, satış etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxlanılmış, bölməyə gətirilmiş, tədqiqatçı vasitəsi ilə araşdırma aparılmışdır. Üzərindən küllü miqdarda narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi 1 kilodan çox olmuşdur. Narkotik vasitə qara sellofana bükülü şəkildə, ya gödəkçəsində ya da şalvarında aşkar olunmuşdur. Təqsirləndirilən şəxs İran Respublikasindan əldə etdyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, keçən ilin fevral ayının axşam saatlarında məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yanında taksi sürücüsü olmuş, təqsirləndirilən şəxs bölməyə gətirilmiş, üzərindən təxmini bir kiloqram narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndiirlən şəxsi Sumqayıt şəhəri 6-ci mikrorayonda “Azpetrol”un yaxınlığında saxlamışdırlar. Maşın və taksi sürücüsü ilə birlikdə olmuş, taksi sürücüsünü bölməyə aparmışdırlar. Narkotik vasitə xidmət otaqlarında tədqiqatçı axtarış edən zaman gödəkçədən aşkar olunmuşdur. Sellofanın rəngi yadında deyil. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olunmamışdır. Şahidlər Şahid4, Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə fevral ayının 1-də baş vermişdir. Bolt tətbiqi vasitəsi ilə sifariş daxil olmuşdur. Müştəri düşdükdən sonra bu sifariş qəbul etmişdir. Həmin sifariş Nəsimi metrosu üzrə olacaqdı. Təqsirləndirilən şəxsi həmin ünvandan götürmüşdür. Həmin şəxs iki ünvana Sumqayıt şəhəri və Nəsimi metrosu yaxınlığına gedəcəklərini demişdir. Nəsimi metrosuna gələn zaman bildirdi ki, Sumqayıt şəhərinə getməyə ehtiyac olmadı. Təqsirləndirilən şəxslə heç bir söhbəti olmamışdır. Bu hadisədən sonra polis əməkdaşları onu bölməyə çağırmışdılar. Orda ona narkotiklə bağlı suallar vermişdirlər. O, bölmədə narkotiklə bağlı məlumatının olmadığını söyləmişdir. Təyinat nöqtəsindən hərəkətə başlamışdır. Təxmini 1 kilometrə yaxın yol qət etdikdən sonra bir avtomobil yüngül bir şəkildə onun avtobilimin sol hissəsindən sürtüb keçmişdir. Gecə olduğu üçün avtomobilin markasını və nömrəsini görə bilməmişdir. Sadacə avtomobilini sürtüb keçən şəxs qəza isıqlarını yandıraraq üzrxahlıq etmişdir. Siqaret almaq üçün dükana yaxınlaşdığı zaman polis əməkdaşalrı ona yaxınlaşmışdır. Ona sənədləri ilə bağlı suallar vermişdirlər. Sənədlər qaydasında olmuşdur. Daha sonra polis əməkdaşları avtobilimdə sübhəli şəxsin olduğunu bildirdilər. Təqsirləndirilən şəxsi bölməyə aparacaqlarını onlarla birlikdə getməli olduğunu dedilər. Onlar polis bölməsində bir otağa daxil olduqdan sonra təqsirləndirilən şəxsin üzərindən 1 büküm və bıçaq aşkar olundu. Axtarışdan sonra onlardan ayrı-ayrılıqda ifadələr alındı.Təqsirləndirilən şəxsi qandalla, onu isə qandalsız gətirmişdilər. Hadisə qışda baş vermişdir. Onun əynində papaqlı geyim olmuşdur. Təqsirləndirilən şəxsin əynində qara şişmə gödəkçə olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt şəhəri Pİ-nin NMB-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin qarşısını açaraq gödəkçənin sol yan hissəsində saxlamış olduğu 1 ədəd qara rəngli sellofan bükümü, əynində olan şalvarın arxa sol cibində saxlamış olduğu 1 ədəd bıçaq, mobil telefon və içərisində iki ədəd bank kartı olan pulqabını çıxardaraq masanın üzərində qoyur. Daha sonra təqdim edilmiş bir ədəd qara rəngli sellofan bükümə baxış zamanı həmin sellofan büküm üzərində ayrılıqda yapışqanlı lentlə bərkidilmiş qara rəngli sellofan bükümün olduğu, həmin bükümlərin hər birinin içərisində isə narkotik vasitə heroin olduğu müəyyən edilir. Narkotik vasitələr, bıçaq, telefon və bank kartaları ayrı ayrılıqda müvafiq qaydada qablaşdırılaraq möhürlənir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, “Azercell” mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, 16 avqust 1995-ci il təvəllüdlü, Şəki rayonu Şəki ərazi dairəsi, Şəki kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, xx.xx.2023-ci il tarixdə saat 16:11:38 radələrindən xx.xx.2023-cü il tarix saat 21:19:20 radələrinədək olan dövr ərzində “Azercell” və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:56-da 1- MKR, Cafar-Cabbarli kino-studiya, saat 21:13-də Saray qesebesi, saat 21:19-da SUMQAYİT ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa diskə baxış zamanı “*** *** ** **” saylı mobil nömrədə aşağıdakı məzmunda “SMS” mətnin olduğu müəyyən edilmişdir.
1. xx/xx/2023,14:52:48,**********72,**********66,Tez sivyaza cix tez zkya gedirig
2. xx/xx/2023,20:00:27,**********72,**********66,Tez yiq kola isdirsen usaq da var yez yiq
3. xx/xx/2023,12:42:11,**********72,**********66, Ay cindir acds mene 1m at 2 tamisam
4. xx/xx/2023,15:24:46,**********72,**********74, Atdiqim konuma gelmesen s......bacivi
5. xx/xx/2023,19:54:50,**********16,**********72, Ay qaqa men olurem girdan hardasan ozun gelirem ora 7 8 deyqan 20 deyqa keçdi bu ne demeydi ac gorum telfnu code dondum oldum ac soz deyoreemmm
6. xx/xx/2023,19:58:01,**********16,**********72, Ay qaqaw ac bir cavab denen gorummmm dee dayy usaq dolamisan sen niye bele wliyirsen ac gorum de dayyy
7. xx/xx/2023,20:11:10,**********16,**********72, Ay qaqaw senenen eyyy olurem deyirem bu ne hereketdi 15 manata goreee anasin s.... basqa seyde olar
8. xx/xx/2023,23:56:37,**********16,**********72, Ay qaqa bir vatsapa gir gorek qalmisiq colde poxa duseciyik bu deqa
9. xx/xx/2023,00:10:19,**********16,**********72, Ay qaqaw qalmisiq colde poxa duseciyik ac gorek bu yeri denen gorek surokumuznan oynuyursan biizim
10. xx/xx/2023,00:11:47,**********16,**********72, Ay qaqa qeyretin s polisder doludu colde neynemek fikrin var
11. xx/xx/2023,00:16:32,**********16,**********72, Gir vatsapa kart atiram pulu vur karta qeyretun s.... 10 deyqaya kimi gormesen pulu atmSan yaxsi sozder olmuyacaq tezolll Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun “Qalareya” bölməsində 03 (üç) ədəd - birincisi xx.xx.2023-cü il tarixdə saat 20:45-də mobil telefonun yaddaşına qeyd edilmiş çox mərtəbəli yaşayış binasını və həmin yaşayış binası ilə üzbəüz yolun əks tərəfində yerləşən üzərində “BRAVO” ticarət nişanı olan ticarət obyektini, birdə avtomobil yolunu əks etdirən, həmçinin foto şəklin üzərində fotoşəkildəki yaşayış binasının qarşısında yerləşən bir mərtəbəli tikililərə istiqamətlənmiş xətt çəkilmiş, ikincisi xx.xx.2023-cü il tarixdə saat 20:46-da mobil telefonun yaddaşına qeyd edilmiş, divar yanında taxta yeşik, yeşiklə divar arasında isə dairəyə alınmış qırmızı rəngli sellofan bağlama olan, sonuncusu xx.xx.2023-cü il tarixdə saat 20:46-da telefonun yaddaşına qeyd edilmiş fotoşəkil qeyd olunan bağlamanın yerləşdiyi yerin uzaqdan görüntüsünü ox işarəsi ilə göstərmişdir. Bundan başqa mobil telefona baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən 08 (səkkiz) ədəd, birincisi “PTT-20221214-WA0044” adlı, 76 kb həcmində, 32 saniyə davam edən, “ə qardaşım sağ salamtçılıqdı, sən niyə məni bu oyuna qoydun, mən malı bağlatdırdım atdırdım, malçı apardı atdı, anbardan çıxarıb aparmışdı, birdə götüzdürdüm ambara, deyirsən pulu vur, məndə dedim pulu əbə qardaş bunu mənə gecə deyərdində vurmuyacaq dana, nə olar ki bunu mənə xəbər eliyəsən, qırdı qaçdı deyil ki, məndə gecə üç idi yatmışam, nə olardi ki bunu mənə xəbər edərdin, nəğayrırsan, nə keçirsən, öz halın necədi” məzmununda, ikincisi “PTT- 20221214-WA0062” adlı, 57 kb həcmində, 23 saniyə davam edən “a kişi heç sənin əlin yox üçdənə, ondənə, iyrimi dənə zakaz de, mən onu atım çölə, onu həll eləmək mənim əlimdə bir saniyəlik vaxtdı, bu gün gördün sənə bir söz demədim ki, çöldə idik qayırdım satdım başqa adama, bilirsən nətərdi, məsəl üçün deyirəm elə bil pul atıldı mən zakaz deyəcəm, başa düşürsən heç sən olmayacaqsan verəcəm başqasına, heç yüzdənədə zakaz olsa mən heç çöldə” məzmununda, üçüncüsü “PTT-20230201-WA0085” adlı, 40 kb həcmində, 23 saniyə davam edən “ay sən allah deyirəm ki rahat ol, get qıraqdan bax götürdə, nəyi qorxursan, guya birinci dəfədi, hə nə olsun filan qədər, manyaksan e allah haqqı, ayrı vaxt belə yekə danışırsan, yenədə özün bilərsən, elə bilərsən Esmira səni tırkalıyır yox, rahat get gəl” məzmununda, dördüncüsü “PTT-20230201-WA0096” adlı, 40 kb həcmində, 17 saniyə davam edən “bəs sən kimi gözləyirsən, sən manyaksan denən hə yerindəyəm, indidən denən yerindəyəm, demə çatıram, atıram, manyaksan sən, e.., şəklini qoy göndərsin ki, götürəndən sonra deyərsən ki götürdüm, belə şey diyərlər” məzmununda, beşincisi “PTT-20230201-WA0097” adlı, 30 kb həcmində, 08 saniyə davam edən “Mən hələ Koroğluya çatmamışam heç, Nəsimiyə çatım, Nadir məni gözləyir Nəsimidə, Nadiri götürüm sonra” məzmununda, altıncısı “PTT- 20230201-WA0098” adlı, 26 kb həcmində, 11 saniyə davam edən “çatana yaxın de atacam, lazım deyil çatana yaxın indidən de he qaqas mən burdayam ha qoy sənə şəklini atsın” məzmununda, yeddincisi “PTT-20230201-WA0103” adlı, 40 kb həcmində, 17 saniyə davam edən “visyo əla ən rahat yerdi, kaş məndə gedərdim itnən, guya itnən gəzirəm, minya ani ne niznayut tanımırlar, guya it işiyir zad eliyir, ponil götürərdim gedərdim visyo” məzmununda, səkkizincisi “PTT-20230201- WA0110” adlı, 102 kb həcmində, 42 saniyə davam edən, “nə isə get allaha əmanət, yenə deyirəm ha rahat ol, şəkil hardan çəkilirdi, sən düz ordan getmədə böyük kruq vur, bildin necə, hədə fərqi yoxdu, götürüsən çox işiqlıqdı özüdə, götürürsən rahat i gedirsən, bidin taksi gələnə qədər götürmürsən, gördün taksi yaxınlaşdı uje onda götürüb i hop aradan çıxırsan” məzmununda səs yazılarının olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023- cü il tarixli 6/634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 13,911 qram olan qəhvəyi rəngli maddə və bir ədəd bükümdə təmiz çəkisi 1038,8 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 aprel 2023-cü il tarixli raportdan görünür ki, 01 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri Z.Hacıyev küçəsində quraşdırılmış Sumqayıt ŞPİ-nin “Təhlükəsiz Şəhər” xidmətinin STŞ- 018 nömrəli videogörüntü kamerasının arxiv müddəti keçdiyindən videogörüntünü təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 11 may 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Bravo” marketin təhlükəsizlik kamerasının 01 fevral 2023-cü il tarixdə saat 21:00-dan saat 21:35-dək çəkdiyi video görüntülərdə cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus, eləcə də cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı video görüntünün olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra müvafiq olaraq 13,811 qram və 1038,7 qram qalıq çəkiləri qalmış narkotik vasitə heroin və 1 (bir) ədəd bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd mobil telefon və 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər İcra hakimiyyəti Şəki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Şəki ərazi dairəsi Şəki kəndində qeydiyyatda olmuş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Milli Aviasiya Akademiyasının arxasında yerləşən fərdi evdə yaşamışdır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ona verilən ittihamda qeyd olunan narkotik vasitəni götürməməsi, qeyd olunan ünvana narkotik vasitəni götürmək üçün getməsi, lakin mülki geyimli polis əməkdaşlarını gördükdən sonra fikrindən daşınaraq geri qayıtması, verilmiş ittihamda göstərilən narkotik vasitənin onun üzərindən aşkar edilməməsi barədə göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, qurudulmuş marixuana və metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra müvafiq olaraq 13,811 qram və 1038,7 qram qalıq çəkiləri qalmış narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd bıçaq təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı və 02 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticə hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra müvafiq olaraq 13,811 qram və 1038,7 qram qalıq çəkiləri qalmış narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd bıçaq təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın və 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.