Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-188/2022 17.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Femida” Vəkil Bürosunun vəkili X8 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, tərcüməçi X6 və təqsirləndirilən şəxsin iştirakları ilə, 23 avqust 1970-ci il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə, saat təxminən 17 radələrində Qusar rayonu Samur qəsəbəsində keçirilən toy məclisində sərxoş vəziyyətdə, heç bir səbəb olmadan həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb ona sataşaraq ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, toy məclisini tərk etdikdən sonra saat təxminən 18 radələrində arvadı Şahid3 ilə yaşadığı evin qarşısında dayanarkən, həmin vaxt oradan arvadı Şahid8 ilə birlikdə keçən Zərərçəkmiş şəxs görüb yenidən ona sataşaraq “sizin kökünüzü çıxaracam” sözlərini deyib onu söyməyə başlamış, Zərərçəkmiş şəxs da ona öz iradını bildirən zaman, onun üstünə hücum etmiş, sərxoş vəziyyətdə özünü idarə edə bilməyərək Zərərçəkmiş şəxs sataşmasına görə, Şahid8 qonşuluqda yaşayan bacısı Şahid1 və onun əri Şahid2 köməyə çağırdığından, onlar da ora gəlmişlər, daha sonra isə ətrafdakılar onu çətinliklə sakitləşdirərək yaşadığı evə tərəf aparmalarına baxmayaraq, Təqsirləndirilən şəxs yenidən əsəbi soyumadığından Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin niyyətlə yaşadığı evə gedib, mətbəx otağından mətbəx bıçağını götürüb yenidən yola çıxaraq, qaça-qaça Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş, bu zaman ona mane olmağa çalışan arvadı Şahid3 qarşısını kəsməsinə, orada olan Şahid4, Şahid8 və Şahid1 da məhəl qoymayaraq öz əməllərini davam etdirərək öz davranışı ilə ictimai qaydalara qarşı açıqca etinasızlıq, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs heç bir söz demədən, əlindəki bıçaqla onun arvadı Şahid8 və bacısı Şahid1 yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla onu dayanmadan vuraraq qəsdən öldürmək məqsədi ilə ümumilikdə 6 dəfə onun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsinin sol tərəfinə, həmçinin qarın, bel nahiyələrinə bıçaqla ard-arda zərbələr vuraraq ona “döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə, ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə, sol qabırğa altı sahədə bir yerdə, belində solda bir yerdə, bel oma nahiyəsində bir yerdə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara, qarının ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edib daxili üzvlərin zədələnməsinə səbəb olmayan kəsilmiş-deşilmiş yara” ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin bu zaman Zərərçəkmiş şəxs özünü müdafiə etmək, Təqsirləndirilən şəxs onu öldürməsinə mane olmaq üçün yumruq zərbəsi ilə onu vurub yerə yıxması, bundan sonra orada olan Şahid4 və Şahid3 onu çətinliklə saxlamalarına görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən 6 dəfə bədən xəsarəti yetirməsinə baxmayaraq, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin iyul ayının 19-da saat 13 radələrində qonşusu Şahid5 qızı Zaremanın toy məclisində iştirak etmək üçün onların evinə getmişlər, toyda iştirak etmiş, spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs da toy məclisində olmuşdur, lakin onunla eyni masa arxasında əyləşməmişdir. Eydurla o sinif yoldaşı olmuşlar, alarında heç vaxt ədavət olmamışdır. Toyda yeyib-içəndən sonra Zərərçəkmiş şəxsla mahnı üstündə mübahisələri olmuşdur. Əlbəyaxa olanda onları ayırmışlar. Saat təxminən 18 radələrində arvadı Şahid3 ilə birlikdə Rafikin qızının toy məclisindən çıxıb evlərinə tərəf gedib evin qarşısında yolda dayanmışlar. Zərərçəkmiş şəxs arvadı Şahid8 ilə birlikdə evlərinin qarşısından keçərkən, Eydur ilə bir daha aralarında sözlü mübahisə yaranmışdır. Eydur onun ünvanına nalayiq ifadə işlədərək söyüş söymüşdür. Eyduru qorxutmaq üçün evə gedib mətbəx otağından balaca meyvə bıçağını götürüb küçəyə qayıtmışdır. Eydurla əlbəyaxa olmuşdur. Eydur onu yumruq zərbəsi ilə vurmuş, yerə yıxılmışdır. Yerə yıxılanda o altda, Eydur isə üstündə olmuşdur. O da Eydurun altından çıxmaq üçün, özünü müdafiə etmək məqsədilə ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Sonra onları aralamışlar. İstintaq dövründə verdiyi ifadəsini təzyiq altında imzalamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1993-cü ildə Rusiya Federasiyasının Saratov şəhərində yaşadığı müddət ərzində içkili halda adam bıçaqladığına görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra təxminən 1996-cı ildə isə yenidən Qusar rayonu Samur qəsəbəsinə qayıtmışdır. Həmçinin 2018-ci ildə Qusar rayonu Samur qəsəbəsi ərazisində sərxoş vəziyyətdə tanımadığı bir nəfər şəxslə dava-dalaş edərək ona yüngül xəsarət yetirdiyinə görə Qusar rayon Polis Şöbəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı araşdırılmış, lakin sonradan zərərçəkmiş şəxslə barışdığına görə materialın icraatına xitam verilmişdir. Qusar rayonu Samur qəsəbə sakini Zərərçəkmiş şəxs həmkəndlisi, orta məktəbdə paralel sinif yoldaşı olmaqla əvvəllər onunla aralarında normal münasibətləri olmuş, heç bir mübahisə, münaqişə və ya ədavətləri olmamışdır. 19 iyul 2021-ci il tarixdə, saat təxminən 13 radələrində qonşusu Şahid5 qızı Zaremanın toy məclisində iştirak etmək üçün onların evinə getmiş, gün ərzində toy sahiblərinə kömək etmiş, eləcə də ayaqüstü hər stolda əyləşmiş tanışlarla yeyib-içmiş, araq spirtli içkisini qəbul etməklə sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs da həmin toy məclisində olsa da, onunla eyni masanın arxasında əyləşməmiş, bu toy məclisində həmkəndliləri X7, X11 və Qusar rayonu Samur qəsəbəsinin yaxınlığında yerləşən “Ges” kimi tanınan ərazidə yaşayan X2 ilə eyni masanın arxasında əyləşib yeyib-içmiş, onlar sonradan toy məclisini tərk etmişlər, özü isə həmin məclisdə qalıb iştirak etməkdə davam etmişdir. Eydurun bu toy məclisində gün ərzində hərəkətlərindən xoşu gəlmədiyindən, ona yaxınlaşıb toy məclisini tərk etməsini tələb etsə də, lakin o, iradlarına qulaq asıb toy məclisini tərk etməmiş, bu zaman sərxoş vəziyyətdə olduğundan onun bu hərəkətləri çox acığına, pisinə gəlmişdir. Həmin gün, saat təxminən 17 radələrində Eydurun hərəkətləri, ətrafdakılara sataşması onu qıcıqlandırdığı üçün təkrarən ona yaxınlaşıb özünü yaxşı aparmasını tələb edərkən onunla aralarında sözlü mübahisə yaranaraq təxminən 3-4 dəqiqə çəkmişdir. Bundan sonra özü toy məclisində iştirak etməyə davam etmişdir. Həmin gün, saat təxminən 18 radələrində arvadı Şahid3 ilə birlikdə Rafikin qızının toy məclisindən çıxıb öz evlərinə tərəf gedib evin qarşısında yolda dayanmışlar. Bu zaman Zərərçəkmiş şəxs arvadı Şahid8 ilə birlikdə evlərinin qarşısından keçərkən, Eydur ilə bir daha aralarında sözlü mübahisə yaranmış, onun üstünə getmişdir. Orada olan ailə üzvləri onu sakitləşdirməyə çalışsalar da, hər ikisi sərxoş vəziyyətdə olduqları üçün yaxınlaşıb birbirilərinin yaxasından tutaraq dartışıb əlbəyaxa olmuşlar. Həmin vaxt orada onlardan başqa arvadı Şahid3, Şahid8 da olmuşlar, sonra isə qızı Şahid4, qonşuları Şahid1 və Şahid2 də ora gəlmişlər. Pakizə, Amalya və Həsrət onu sakitləşdirmək üçün evə tərəf dartıb aparmışlar. Bu zaman Eydur uzaqdan onun ünvanına nalayiq ifadə işlədərək söymüşdür. Özü də əsəbiləşdiyindən bir neçə dəfə Eyduru vurub cəzalandırmaq üçün evlərinə gedib mətbəx otağından bir ədəd ağ saplı mətbəx bıçağını götürüb küçəyə qayıtmışdır. Eydurun bacısı Saranın evinin qarşısında onunla və arvadı Reqina ilə birlikdə dayanmasını görüb, Eyduru bıçaqla vurmaq üçün qəfildən ona tərəf qaçıb, evdən götürdüyü bıçaqla bir neçə dəfə onun bədəninin qarın nahiyəsinə, eləcə də qarnının yuxarı hissəsinə, ətrafına zərbə ilə ölümünə vurub xəsarət yetirmişdir. Həmin vaxt orada onlardan başqa olan Pakizə, Amalya, Reqina və Sara Eyduru vurmasına mane olmaq üçün onu saxlamağa çalışsalar da, lakin çox əsəbiləşdiyindən, gözü dönərək özünü saxlaya bilmədiyindən onların sözlərinə əhəmiyyət verməmiş, Eyduru dayanmadan bıçaqla vurmaqda davam etmişdir. Eydur onu bezdirmiş, özü onu harasına gəldi ölümünə vurmuşdur. Lakin bu zaman Eydur onu yumruq zərbəsi ilə vurduğundan, özü artıq yerə yıxılmış, bıçaq da əlindən yer düşmüş, onu daha bıçaqla vura bilməmiş, arvadı Pakizə və qızı Amalya da ona mane olmaq üçün tutub saxlamışlar. Sonra onu ayağa qaldırıb sakitləşdirmək üçün çətinliklə evə aparmışlar. Eydur onu həmin gün çox hirsləndirdiyindən bir neçə dəfə dayanmadan vurub öldürmək istəmişdir. Düzdür, Eydura sataşmağa başlayan, mübahisə yaradan özü olmuşdur. Toy məclisində onun hərəkətləri, özünü aparması xoşuna gəlmədiyindən, ona yaxınlaşıb toy məclisini tərk etməsini demiş, bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Ondan xoşu gəlməmiş, bir də içkinin təsiri altında ona qarşı lap acıqlı olmuşdur. Zərərçəkmiş şəxs bıçaq zərbələrini onun bacısı Şahid1 evinin qarşısında vurarkən, onun arvadı Şahid8 və bacısı Şahid1 orada olmuşlar, onu vurmasını görmüşlər. Eləcə də bundan başqa orada arvadı Pakizə və qızı Amalya da olmuşlar. Evlərinin mətbəx otağından götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin qarın, qarnının yuxarı hissəsi, ətrafından harasından gəldi bir neçə dəfə ölümünə vurmuş, lakin həmin vaxt sərxoş vəziyyətdə olaraq gözü döndüyündən ona ümumilikdə neçə dəfə bıçaq zərbəsi vurmasını dəqiq xatırlaya bilməmişdir. Sonra isə Eydur onu yumruq zərbəsi ilə vurub uzaqlaşdırdığından, Pakizə və Amalya onu tutub saxladıqlarından daha onu yenidən vura bilməmişdir, onlar ona mane olmuşlar. Həmin vaxt əsəbi hələ də soyumadığı üçün Zərərçəkmiş şəxs yenə də vurmaq istəsə də, Eydur onu yumruq zərbəsi ilə vurub özündən uzaqlaşdırmasaydı, arvadı Pakizə və qızı Amalya onu tutub saxlayaraq sakitləşdirməsəydilər, ona yenə də xəsarətlər yetirəcəkdi. Onlar ona mane olaraq bunun qarşısını almasaydılar, yəqin ki, Eyduru öldürəcəkdi. Çünki onun əlindən yanıqlı olmuşdur. Belə olmasaydı, onunla əlbəyaxa olmazdı, evdən bıçaq götürüb onun üstünə hücum çəkməzdi. Zərərçəkmiş şəxs onu söydüyünə görə çox əsəbiləşərək gözü dönmüş, onu öldürmək üçün bıçağı götürmüşdür. Əsəbi soyumadığı üçün əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurmaqda davam etmiş, dayanmaq fikri olmamışdır. Pakizə və Amalya onu sakitləşdirməyə çalışaraq evə apardıqdan sonra, evdə olan zaman onlar ağlamışlar. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları gedib onu Qusar rayon Polis Şöbəsinin binasına aparmışlar. Törətdiyi cinayət əməlinə görə peşman olmuş, təqsirini də boynuna almışdır. (Cild 1, iş vərəqləri 42- 46) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci il iyul ayının 19-da Şahid5 qızının toy məclisinə getmişdir. Təqsirləndirilən şəxs də orada olmuşdur. Təqsirləndirilən şəxs toy məclisində yemək yeyib spirtli içkilər qəbul etmişdir. O da 2 butulka pivə içmişdir. Təqsirləndirilən şəxs qızı onun qardaşı oğlu ilə evlənib boşandığı üçün Nazir onunla küsülü idi. Toy məclisində Nazir oyun havasına oynayarkən o araya girib oynamağa alışanda Nazir ona mane olmuşdur. Buna baxmayaraq o yenə də oynamışdır. Sonra aralarında mübahisə olmuşdur. Həmin mübahisəyə Nazirin arvadı Amaya da şahid olmuşdur. Saat təxminən 18 radələrində toy məclisindən çıxıb evə gedərkən Nazirin evinin qarşısından keçən zaman Nazir və arvadı Pakizə evlərinin qarşısında dayanmışdılar. Nazir onu yanına çağırmış, ona “get yat” deyəndə o da “sənə spiçka verən deyiləm” demişdir. Aralarında mübahisə olmuş, Nazir onun üstünə gəlib köynəyini tutub dartışdırmağa başlamışdır. Reqina və Pakizə onu sakitləşdirməyə çalışsalar da, sərxoş vəziyyətdə öz əməllərinə davam etmişdir. Daha sonra Reqina bacısı Sara və onun əri Həsrəti köməyə çağırmışdır. Həsrət Naziri sakitləşdirməyə çalışmışdır. Naziri güclə sakitləşdirdikdən sonra Nazir və qızları evlərinə, Reqina, Sara, o və Həsrət də Saragilin evlərinə tərəf getmişlər. Sara ilə onların evinin qarşısında dayanıb söhbət edərkən Nazir qaça-qaça üstünə gəlmiş, çatan kimi əlində olan bıçaqla onu vurmuşdur. O, özünü müdafiə etmək üçün başından yumruq zərbəsi vurmuş, Nazir yerə yıxılmışdır. Həmin vaxt arvadı Reqina, bacısı Sara, Nazirin arvadı Pakizə və qızları da orada olmuşdur. Nazirin qızı onun üstünə uzanıb sakitləşdirməyə çalışmışdır. Pakizə və qızları Naziri güclə sakitləşdirib evlərinə tərəf aparmışlar. Arvadı Reqina və bacısı Sara onun vəziyyətini görüb Saragilin evinə aparıb orada ona tibbi yardım göstərmişlər. O həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 iyul 2021ci ildə qardaşı Eydur və arvadı Reqina ilə qonşuları Rafikin qızının toy məclisinə getmişlər. Saat 18 radələrində Reqina qaça-qaça onlara gəlib küçədə Nazir ilə Eydurun dava elədiyini, kömək etmələrini xahiş etmişdir. O və əri Həsrət Reqinanın arxasınca getmişlər. Nazirgilin evlərinin qarşısına getdikdə, Nazir və Eydur artıq bir-birilərindən aralıda olmuşdur. Nazir əsəbi olduğundan ailə üzvləri, eləcə də Həsrət ona yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Nazirin arvadı Pakizə, qızları və Həsrət onu güclə sakitləşdirib evinə aparmışlar. Eydur və Reqina ilə evlərinə tərəf getmişlər. Onlarla evin qarşısında dayanıb söhbət edərkən Nazir qaça-qaça Eydurun üstünə hücum çəkmişdir. Mane olmaq üçün arxasınca qaça-qaça arvadı və qızları da gəlmişdir. Nazir Eydura çatıb sol əli ilə onun belindən tutub sağ əli ilə qarnından vurmağa başlamış, nə baş verdiyini anlamasalar da, sonradan Eydurun bədən nahiyələrindən qan axdığını görmüşlər. Həmin vaxt Nazirin əlində olan bıçaqla Eyduru bıçaqladığını bilmişlər. Eydur artıq Nazirin əlindən canını qurtarmaq üçün onun başından yumruq zərbəsi vurmuşdur. Nazir yerə yıxılmışdır. Nazir yerə yıxılan zaman qızı dərhal üstünə uzanıb onu sakitləşdirməyə çalışmışdır. Arvadı və qızı Naziri sakitləşidirib evə aparmışlar. Onlar da Eyduru evə aparmışlar. Eydurun yaralarına ilkin tibbi yardım göstərmişlər. Samur qəsəbə Ailə Sağlamlıq Mərkəzinin bölmə rəhbəri Şahid6 Eydura tibbi yardım göstərmiş, xəstəxanaya aparmalı olduqlarını demişdir. Onlar da onu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Savzixan oğlu ifadəsində göstərmişdir ki, Nazir onun keçmiş qudasıdır. Nazirin qızı onun oğlu ilə evli olub, boşandıqdan sonra oğlu dəm qazından zəhərlənərək ölmüşdür. Nazir onlarla küsülüdür. 2021-ci il iyulun 19-da axşam saatlarında evdə olarkən eşitmişdir ki, həmin gün Nazir çoxsaylı bıçaq zərbələri ilə Eydura xəsarətər yetirmişdir. Dərhal bacısı Saranın evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci il iyulun 19-da həm Eydurun ailəsi, həm də onlar qonşuları Rafikin qızı Zaremanın toyunda olmuşlar. Toyda iştirak etdikdən sonra evlərinə gəlib evin qarşısında dayanmışlar. Nazir sərxoş vəziyyətdə olmuşdur. Eydur və arvadı Reqina evlərinin qarşısından keçən zaman Nazir Eydura “get, yat” deyəndə Eydur kobud qaydada cavab verərək “sən kişi deyilsən” demişdir. Aralarında sözlü mübahisə yaranmış, onlar sakitləşdirmişlər. Qızı Amalya səsküyə evdən çıxmışdır. Nazirlə Eydur əlbəyaxa olmuşlar. Nazir və Eyduru sakitləşdirib birbirilərindən uzaqlaşdırmışlar. Sonra qonşuluqda yaşayan Sara və Həsrət də ora gəlmişlər. Reqina və Sara Eyduru evlərinə tərəf aparmışlar. O, da Amalya ilə birlikdə Naziri sakitləşdirərək evə aparmışlar. Nazir evin qabağından bıçağı götürüb gedib Eyduru bıçaqla vurmaq istəyəndə Eydur Naziri vurub yerə yıxmışdır. Nazir yerdə yıxılı vəziyyətdə olanda bıçaqla Eyduru vurmuşdur. Eydur dəfələrlə nalayiq ifadələr işlətdiyi üçün Nazir dözə bilməmiş, onu bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Eydurun oğlu ilə evli olmuşdur, boşandıqdan sonra onlarla heç bir ədavətləri olmamışdır. Hadisə 2021-ci il iyulun 19-da toydan gələndə olmuşdur. Atası və anası toya sonradan gəlmişlər. Eydurun ailəsi də orada olmuşdur. Atası və Eydur içkili olmuşdur. Toydan sonra evlərinin qabağında olanda Eydur söyüş söydüyü üçün atası onun söyüşünü götürməmiş, evdən balaca mətbəx bıçağını götürüb Eyduru qorxutmaq istəmişdir. Lakin Eydur yenə söyüş söymüşdür. Atasını döymək istəmişdir. Yerdə yıxılıb dava edərkən Eydur atasının üzərində onu döymüşdür. Atası özünü müdafiə etmək üçün onu bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2020-ci il yanvarın 1-dən “Qusar RMX” PHŞ-nin Samur qəsəbə Ailə Sağlamlıq Mərkəzinin bölmə rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir. 19 iyulda həmkəndlisi Rafikin qızının toy məclisində olmuşdur, 15 dəqiqə oturub yemək yedikdən sonra toydan çıxıb getmişdir. 19 iyulda saat 18 radələrində Samur qəsəbəsində yerləşən ərzaq dükanına gedərkən Eydurun ailəsi və Nazirin ailəsini söhbət edərkən görmüşdür. Lakin onlar mübahisə etməmişdir. Sonra ərzaq dükanından çıxıb qayıdarkən Eydurun bacısı Saranın yaşadığı evin qarşısına çatanda, Eydurun bədən nahiyələrinin qan içində olduğunu görmüşdür. Həmin vaxt orada Eydurun arvadı Reqina, bacısı Sara, onun əri Həsrət olmuşdur. Nazir isə yerdə əyləşmiş vəziyyətdə idi, yanında arvadı Pakizə və qızı Amalya dayanmışdı. Eydura tibbi yardım göstərməyə başlamışdır. Eydurun 3-dən çox nahiyəsindən qan axırdı. O da təcili yardım çağırmalarını söyləmişdir. O, Nazirin Eyduru bıçaqlamasını görməmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, 1997-ci ildən Qusar rayon X5 qəsəbə Sahə Xəstəxanasının baş həkimi, xx.xx.2020-ci il tarixdən isə “Qusar RMX” PHŞ-nin Samur qəsəbə Ailə Sağlamlıq Mərkəzinin bölmə rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndlidirlər, onlarla aralarında normal münasibətlər vardır, qohumluq əlaqələri yoxdur. 19 iyul 2021-ci il tarixdə, saat təxminən 18 radələrində yaşadığı Qusar rayonu Samur qəsəbəsində yerləşən ərzaq dükanından çıxıb piyada şəkildə evinə qayıtmışdır. Həmin vaxt həmkəndlisi Şahid5 qızı üçün toy məclisi keçirmişdir. Bu toy məclisində iştirak etməmiş, toy məclisinin qarşısından keçib, Zərərçəkmiş şəxs bacısı Şahid1 yaşadığı evin qarşısına çatdıqda, Eydurun bədən nahiyələrinin qan içində olduğunu görmüşdür. Həmin vaxt orada Eydurun arvadı Reqina, bacısı Sara, onun əri Həsrət olmuşlar. Nazir isə yerdə əyləşmiş vəziyyətdə olmuş, yanında arvadı Pakizə və qızı Amalya olmuşlar. Pakizə və Amalya Naziri tutub saxlamışlar. Orada başqa heç kəs olmamışdır. Həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər yetirmiş, sonra isə ailə üzvləri ona mane olub sakitləşdirməyə çalışmışlar. Nazir həmin vaxt özündə olmamış, çox əsəbi vəziyyətdə olmuşdur. Sonradan bilmişdir ki, o, Rafikin qızının toy məclisində spirtli içkilər qəbul edib sərxoş vəziyyətdə olmuşdur. Saragilin evinin qarşısında olan zaman Nazirin ailə üzvləri onu güclə saxlamışlar ki, ayağa qalxıb Eydura yenidən xəsarətlər yetirməsin, öldürməsin. Nazirin ailə üzvləri onu güclə sakitləşdirib evlərinə tərəf aparmışlar. Özü də həkim olduğundan, həmin vaxt xəsarət almış Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə başlamışdır. Onun köynəyini çıxartmışlar, ailə üzvlərinə yaralarını bağlamaq, qanaxmasını dayandırmaq üçün mələfə gətirmələrini demişdir. Sonra isə həmin mələfə ilə onun bel, qarın nahiyələrində olan yaralarının üstünü bağlamış, ailə üzvlərinə Eyduru təcili olaraq “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmalarını demişdir. Eydurun ailə üzvləri onu “Qusar RMX” PHŞnə aparmışlar. Nazirin hansı səbəbdən Eydur ilə mübahisə etməyə başlaması, onu bıçaqla bir neçə dəfə vurmasını deyə bilməmişdir. Eydurun bacısı Saragilin evinin qarşısından keçən zaman artıq onlar bir-birilərindən aralıda olmuşlar. Nazirin arvadı Pakizə və qızı Amalya onu güclə tutub saxlamışlar ki, ayağa qalxıb Eyduru yenidən vurmasın, öldürməsin. Həmçinin həmkəndlilərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl Rusiya Federasiyasında cinayət törətdiyinə görə məhkum edilmişdir, cəzasını çəkib qurtardıqdan sonra Qusar rayonu Samur qəsəbəsinə qayıtmışdır. Lakin onun həmin vaxt hansı cinayəti törətməsi barədə dəqiq məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əridir. Onunla aralarında mehriban münasibətləri vardır, mübahisə, münaqişə və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs isə həmkəndliləridir, eləcə də əri Eydurla eyni məktəbdə təhsil almışlar. Onunla aralarında əvvəllər heç bir mübahisə, münaqişə və ya ədavətləri olmamışdır. 19 iyul 2021-ci il tarixdə həmkəndliləri Şahid5 qızı Zarema üçün toy məclisi təşkil etdiyinə görə həmin gün, saat təxminən 09 radələrində əri Zərərçəkmiş şəxsla birlikdə onlara kömək etmək məqsədi ilə yaşadıqları Qusar rayonu Samur qəsəbəsində yerləşən evlərinə getmişlər. Orada qadınlar ayrı, kişilər də ayrı əyləşmişlər. Sonradan həmkəndliləri Şahid3 əri Nazirin toy məclisinə gəldiyini bildirmişdir. Sonradan bilmişdir ki, Nazir orada sərxoş vəziyyətdə heç bir səbəb olmadan əri Zərərçəkmiş şəxs sataşıb onu söymüşdür. Lakin özü qadınların arasında olduğundan, toy məclisində onların arasında yaranmış mübahisənin şahidi olmamışdır. Həmin gün, saat təxminən 18 radələrində özü və əri Zərərçəkmiş şəxs birlikdə toy məclisindən çıxmışlar, qonşuluqda yaşayan Eydurun bacısı Saragilin evinə getməli olmuşlar. Nazirin evinin qarşısından keçən zaman Nazir və arvadı Şahid3 evlərinin qarşısında dayanmışlar. Həmin vaxt Nazir Eydura əl işarəsi etməyə, sataşmağa, söz atmağa başlamış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Nazir orada özü və Pakizənin olmalarına baxmayaraq heç onlara əhəmiyyət vermədən özünü idarə edə bilməmişdir. Nazirin qızları Amalya və Alina da orada olmuşlar. Nazirin ailə üzvləri onu sakitləşdirməyə çalışsalar da, o, bunlara məhəl qoymayaraq əri Eydura qarşı öz kobud hərəkətlərini davam etdirmiş, hətta onun köynəyinin yaxasından tutub dartışdırmağa başlamışdır. Nazir sərxoş vəziyyətdə öz hərəkətlərini davam etdirdiyindən, orada qadınların, yəni onun və öz ailə üzvlərinin olmalarına baxmayaraq öz hərəkətlərini davam etdirdiyindən, Nazirin bu hərəkətlərinə son qoya bilmədikləri üçün Eydur onu özünə gətirmək üçün məcbur qalıb bir dəfə sifətindən sillə vurmuşdur. Lakin Nazir hələ də əsəbi soyumayaraq Eydura qarşı hərəkətlərini davam etdirmiş, onun köynəyindən tutub dartışdıraraq itələmiş, hələ də sakitləşməyərək öz əsəbini cilovlaya bilməmişdir. Bu zaman özü və Pakizə onları ayırmışlar. Nazirin heç kimi saymayaraq sərxoş vəziyyətdə ərinə sataşmasına mane olmaq üçün qonşuluqda yaşayan, əri Eydurun bacısı Saragilin evinə gedib onu və əri Həsrəti köməyə çağırmışdır. Özü də cəld Eydurun yanına qayıtmışdır. Nazirin ailə üzvləri onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxt Nazir özündə olmadığından, Həsrət də ona yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Nazirin arvadı Pakizə, qızları və Həsrət onu güclə sakitləşdirib evinə aparmışlar. Özü, Eydur, Sara və Həsrət də Saragilin evlərinə tərəf getmişlər. Həsrət evə girmiş, özü, Eydur və Sara isə onların evinin qarşısında dayanıb söhbət etmişlər. Təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs qaça-qaça Eydurun üstünə hücum çəkmişdir. Eydurun bədən nahiyələrindən qan axdığını görəndə bilmişlər ki, Nazir əlində olan bıçaqla Eyduru vurmaqda davam edir. Nazirə mane olmaq üçün arxasınca qaça-qaça arvadı və qızları da gəlmişlər. Nazir Eyduru bıçaqla dayanmadan vurmuşdur. Həmin vaxt Pakizə əri Nazirə “sən onu öldürürsən, vurma” desə də, Nazir bunların heç birinə məhəl qoymamışdır. Həmin vaxt özləri başa düşmüşlər ki, Nazirin dayanmaq fikri olmamış, Eyduru öldürəcəkdir. Ona mane olmaq istəmişlər. Eydur Nazirin onu öldürməsinə mane olmaq, həyatını xilas etmək üçün üçün onun başından bir dəfə yumruq vurmuş, Nazir də yerə yıxılmışdır. Həmin vaxt orada özü, Sara, Pakizə və qızları da olmuşlar. Nazir yerə yıxılan zaman onun qızı dərhal üstünə uzanıb sakitləşdirməyə çalışmışdır. Eləcə də orada olan Pakizə də Naziri sakitləşdirməyə çalışsa da, buna baxmayaraq Nazirin əsəbi soyumamışdır. Nazirin ailə üzvləri onu tutub saxlamışlar ki, yenidən Eydurun üstünə gedib vurmasın. Nazir sərxoş vəziyyətdə gözü dönmüş, heç biri onu sakitləşdirə bilməmişlər. Əgər onun ailə üzvləri ona mane olmasa idilər, Eydur onun əlindən canını qurtarmaq üçün yumruqla özündən uzaqlaşdırmasa idi, yəqin ki, Nazir onu öldürəcəkdi. Çünki onun dayanmaq fikri olmamış, gözü dönmüş vəziyyətdə Eyduru bıçaqla dayanmadan vurmaqda davam etmişdir. Orada qadınların, hətta öz ailə üzvlərinin olmalarına baxmayaraq, bunların heç birinə fikir verməmişdir. O, heç bir səbəb olmadan sərxoş vəziyyətdə Eydurla mübahisə yaradıb, sonra da bıçaq zərbələri ilə bir neçə dəfə vurmuşdur. Onun bu əməlinin qarşısı alındıqdan, ona mane olduqdan sonra Pakizə və qızları onu güclə sakitləşdirib evlərinə tərəf aparmışlar. Özü və Sara isə Eydurun yaralarına görə, Saragilin evinin həyətinə aparıb ona ilkin tibbi yardım göstərmişlər. Sonra isə toy məclisindən çıxan Samur qəsəbə Ailə Sağlamlıq Mərkəzinin bölmə rəhbəri Şahid6 da Saranın evinə gedib Zərərçəkmiş şəxs tibbi yardım göstərmiş, xəstəxanaya getməli olduğunu bildirmişdir. Ona görə də onu “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Nazirin arvadı Şahid3 baş vermiş hadisədən sonra ona Nazirin belə bir pis xasiyyəti olduğunu, sərxoş vəziyyətdə olduqda özünü idarə edə bilmədiyini, özündən çıxdığını, dərhal bıçaq axtardığını demişdir. Ona görə də Pakizə hər dəfə Nazir sərxoş vəziyyətdə olan zaman dərhal evdə olan bütün bıçaqları gizlətmişdir ki, Nazirin əlindən pis bir iş çıxmasın. Pakizə ona demişdir ki, Nazir Eyduru bıçaqla vuran gün də özü evdə olan bıçaqları gizlətmiş, lakin bıçaqlardan biri yadından çıxdığından, Nazir də həmin bıçağı alıb Eyduru vurmuşdur. Nazirin belə bir insan olduğunu yaşadıqları Qusar rayonu Samur qəsəbəsində hamı bilmişdir. O, əvvəllər də çox vaxt sərxoş vəziyyətdə olub mübahisələr yaratmış, bıçağa əl atmışdır. Onun bu xasiyyətini ailə üzvləri bildiklərindən həmişə onun sərxoş vəziyyətdə olması zamanı əlindən pis bir iş çıxacağını bilmişlər, ona görə də evdə olan bıçaqları gizlətməyə çalışmışlar. Nazir bıçaqla Eydurun bədəninin müxtəlif nahiyələrindən, eləcə də həyatı üçün təhlükəli olan ürəyinin yaxınlığından da bir neçə dəfə vurmuşdur. O, az qala Eyduru həyatdan məhrum edəcəkdi. Hamısı ona mane olmağa çalışsalar da, bunların heç birinə əhəmiyyət verməmişdir. Eydur isə canını qurtarmaq, onun əlindən xilas olmaq üçün yumruq vurub onu özündən uzaqlaşdırmışdır. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. (Cild 1, iş vərəqləri 152-158) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Onunla aralarında qonşu kimi normal münasibətlər vardır, qohumluqları yoxdur, hər hansı mübahisə, münaqişə və ya ədavətləri də olmamışdır. Zərərçəkmiş şəxs isə həmkəndlisidir, onunla da aralarında normal münasibətlər vardır, qohumluq əlaqələri yoxdur. Əvvəllər Nazir ilə Eydurun arasında hər hansı mübahisənin, dava-dalaşın şahidi olmamışdır. Uzun müddət əvvəl qızlarından ikisi ailə həyatı qurub evlərindən köçdüklərindən, özü, arvadı Validə və kiçik qızı Zarema birlikdə yaşamışlar. Zarema üçün də toy məclisi keçirməli olmuşdur. Onun toy məclisini 19 iyul 2021-ci il tarixdə keçirmək qərarına gəlmişlər, həmin toy məclisinə qonşusu Təqsirləndirilən şəxs, həmkəndlisi Zərərçəkmiş şəxs və onların ailə üzvlərini də dəvət etmişdir. 19 iyul 2021-ci il tarixdə, səhər saatlarında Eydur və onun arvadı Reqina toy məclisinə gələrək kömək etməyə başlamışlar. Nazirin arvadı Pakizə və qızı Amalya da ora gəlmişlər. Nazir özü isə toy məclisinə günorta saatlarında gəlmişdir. Onlar həm toy məclisində iştirak etmişlər, həm də ona köməklik etmişlər. Bu toy məclisində qohum-qonşular, tanışlar, bir çox həmkəndliləri olmuşlar. Təqsirləndirilən şəxs orada olan qonaqlarla yeyib-içmiş, oynamışdır. O, sərxoş vəziyyətdə olmuşdur. Toy məclisində başı qarışıq olduğundan, masa arxasında əyləşməyə vaxtı olmamışdır. Məclisi idarə etmək üçün zəruri işləri görmüş, aradabir çadırda olan stullarda əyləşən qonaqlara baxıb nəzarət etmişdir ki, toy məclisindən qonaqların narazılıqları olmasın. Həmin vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı sözlü narazılığın, mübahisənin yaranmasının şahidi olmasa da, lakin sonradan bilmişdir ki, toyda onların arasında sözlü mübahisə yaranmışdır. 19 iyul 2021-ci il tarixdə, axşam saatlarında Nazir, Eydur və onların ailə üzvlərini toy məclisindən çıxıb getmişlər. Həmin gün, saat təxminən 18-19 radələrində həmkəndlilərindən eşitmişdir ki, Nazir ilə Eydurun arasında mübahisə yaranmış, Nazir bıçaqla 5-6 dəfə Eydura xəsarətlər yetirmiş, onların yanında arvadları, ailə üzvləri də olmuşlar. Bundan sonra ailə üzvləri Eyduru “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Həmin vaxt toy məclisi ilə əlaqədar başı qarışıq olduğundan, onların yanına getməmişdir. X14 ailə üzvlərinin yanında bıçaqla dayanmadan xəsarətlər yetirməsini, orada olan şəxslərin Nazirə mane olmağa çalışıb onları ayırmalarını həmkəndlilərindən eşitmişdir. Həmçinin həmkəndlilərindən eşitmişdir ki, uzun müddət əvvəl Nazir Rusiya Federasiyasında cinayət törətdiyinə görə məhkum edilmişdir. Lakin onun həmin vaxt hansı cinayəti törətməsi barədə dəqiq məlumatı olmamışdır. Nazir özü spirtli içkilər qəbul etdikdə, əsəbi olur, onu saxlamaq, sakitləşdirmək olmur. Nazir onun qızı Zaremanın toy məclisində iştirak edərkən də, spirtli içkilər qəbul edib sərxoş vəziyyətdə olaraq həmkəndliləri Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş, bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, yanlarında olan şəxslər onu güclə sakitləşdirmişlər. Özü bu barədə həmkəndlilərindən, qonşulardan eşitmişdir. (Cild 1, iş vərəqləri 197-202) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan İsayev X4 Eydur Savzixan oğlu, Şahid8 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 159-165) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 14 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 121-126) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Qusar rayonu Samur qəsəbəsində yerləşən, Şahid2 məxsus fərdi yaşayış evinin qarşısıdır. Baxış zamanı evin giriş qapısının yanında, küçə tərəfdə qan izlərinin olması müəyyən edilmişdir. Şahid2 məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman evin həyətində giriş qapısının yanında qan izlərinin olduğu, evin giriş qapısının yanında qan izlərinin yuyulması, evin həyətində Zərərçəkmiş şəxs əynində olmuş paltarların qan içində olduğu müəyyən olunduğundan, həmin qan içində olan paltarlar əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 15-19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 695 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə, ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə, sol qabırğa altı sahədə bir yerdə, belində solda bir yerdə, bel oma nahiyəsində bir yerdə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara, qarının ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edib daxili üzvlərin zədələnməsinə səbəb olmayan kəsilmiş-deşilmiş yara kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 19 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 613/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, köynək və mələfə üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, həmçinin beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.(Cild 2, iş vərəqləri 135-141) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 441-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthində solda bir ədəd, ön səthinin sol aşağı nahiyəsində bir ədəd, arxa səthində sağda bir ədəd və arxa səthində solda dörd ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin), o cümlədən, eyni konstruktiv xüsusiyyətə malik hər hansı bir bıçağın (bıçaqların) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus şalvarın sol arxa cibin üzərində bir ədəd kəsilmiş-cırılmış zədə vardır. Bu zədə mexanizminə görə kombinə zədədir, çox güman ki, əvvəl hər hansı bir iti kənarı olan alətlə törənmiş, daha sonra dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin boyunluq tikişini və qismən sol çiyin tikişini əhatə edən sökülmə zədəsi vardır. Bu sökülmə küt qüvvə təsiri ilə köynəyin müvafiq nahiyəsinin kəskin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd cırılma zədəsi vardır. Bu cırılma küt yaranma mexanizminə malik olub, köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynəyin yaxasına tikilmiş 7 düymələrdən 5-nin (yuxarıdan saymaqla 3-7-ci düymələr) öz yerlərində olmaması aşkar olunmuşdur. Bu düymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. (Cild 2, iş vərəqləri 142-147) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunmuş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2250 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin simulyasiyası qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. O, inadkarlıq, hirslilik, tez özündən çıxmaq, tənqid və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 153- 158) Cinayət işinin istintaq materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 03946 protokollaşdırma nömrəli alkotester nəticəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 20:27-də Təqsirləndirilən şəxs alkoqolun miqdarı 1.946 % təşkil etmişdir. (Cild1, iş vərəq 14) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd qırmızı rəngli, xırda damalı, boyun hissəsində “tworss sport recognize quality 45” etiketi, sağ və sol tərəflərində döş cibləri, boyun hissəsindən aşağı hissəsinə qədər sol yan qoltuqaltı hissəsindən keçməklə cırılmış vəziyyətdə, üzərində müxtəlif ölçülərdə zədə izləri, qan ləkələri olan qısaqol kişi köynəyi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd göy rəngli, ön hissəsində “jeans” yazılı düyməsi, belində və arxa sağ cibinin üzərində “adidas” yazılı etiketləri olan, arxa sol cibinin üzərində zədə izi, üzərində qan ləkələri olan cins şalvar, hadisə yerindən götürülmüş, üzərində qan ləkələri olan mələfə, Şahid3 tərəfindən könüllü təqdim edilərək götürülmüş, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş sol ön cibinin aşağı hissəsində “adidas” sözləri yazılan tünd göy rəngli idman şalvarı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş boyun hissəsində “Türkoğlu classic made in turkey L” yazıları, sol döş cibi cırılmış vəziyyətdə, yanında da zədə izi olan, ağ rəngli qısaqol köynək iş üzrə maddi sübut kimi tanınaraq Qusar rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir.(Cild 3, iş vərəqləri 1- 27) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqləri 118-120) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, eləcə də bu cür xəsarətlərin zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında onlara əzab verdiyini dərk etməklə yetirilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməsi, kənardakı şəxslərin hadisəyə müdaxilə etməsi və ona vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Sərxoş halında olan təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan xırda mübahisəni bəhanə edərək öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoymaqla zərərçəkmiş şəxsi öz yaxınlarının gözü qarşısında öldürmək niyyətində olması isə cinayətin xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədilməsinin aşkar təzahürüdür. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması və zərərçəkmiş şəxsin ona zor tətbiq etməsinə görə özünü müdafiə etmək üçün ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin arvadı Şahid4 və qızı Şahid4 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi ilə bağlı qeyd etdikləri xüsusatları, təqsirləndirilən şəxsin xeyrinə və onun mənafelərinə uyğun xüsusatlar kimi qiymətləndirməklə, bu halları yaxın qohumlar kimi onların təqsirləndirilən şəxsi məsuliyyətindən qurtarmağa yönəlmiş cəhdləri kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xırda bir mübahisəni bəhanə edərək yaxın qohumlarının gözü qarşısında çox saylı bıçaq zərbələri vurmaqla onu öldürməyə cəhd etməsi bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməllər başa çatmamış cinayətlər olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı ilə həbs müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 19 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 109-110, Cild 2, 213-215) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan: bir ədəd mələfə və yararsız hala düşmüş Zərərçəkmiş şəxs məxsus tünd qırmızı rəngli kişi köynəyi və tünd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli idman şalvarı və ağ rəngli qısaqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Qusar rayon prokuroluğunda saxlanılan: bir ədəd mələfə, Zərərçəkmiş şəxs məxsus tünd qırmızı rəngli kişi köynəyi və tünd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli idman şalvarı və ağ rəngli qısaqol köynək məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-188/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-188/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver