Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-188/2023 23.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə,
2. xx xxxx 1964-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndi ərazisində 20 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,279 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına5’ daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu Məmmədli kəndi ərazisində üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Mehdiabad PB-yə gətirilib, bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli paltonun sol iç cibindən həmin 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,279 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2021-ci ilin noyabr ayında Abşeron rayonu Məmmədli kəndi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 175 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 7,604 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan üç bükümdə ayrıayrılıqda 7,612 qram,0,782 qram və 0,620 çəkidə ümumilikdə 9,014 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini eləcədə 2021-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonu Məmmədli kəndi ərazisində hədiyyə kimi ona verilən istintaqa məlum olmayan şəxsdən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 50,073 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilə tiryəki əldə edib yaşadığı Abşeron rayonu Məmmədli kəndinə daşıyaraq evində saxlamış,həmin narkotik vasitə olan heroindən 20 manat pul müqabilində 0,279 qramını xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 satmış, xx.xx.2022-ci il tarixdə onun Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən evinə keçirilmiş baxış zamanı qonaq otağında olan masanın üzərindən həmin 01 ədəd şəffaf selofana bükülmüş 50,073 qram çəkidə külli miqdarda narkotik vasitə olan asetilə edilən tiryək, həmin masanın üzərindəki ağ rəngli boşqabın içərisindən 7,612 qram, qonaq otağında olan şüşəli dolabın içərisindəki şüşə qabın içərisindən isə 01 ədəd şəffaf selofana bükülmüş 0,782 qram və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,620 qram ümumilikdə 9,014 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin,qonaq otağında olan şüşəli dolabın içərisində olan şüşə qabın içərisindən isə 01 ədəd plastik qabda 7,325 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndinə Təqsirləndirilən şəxs2 narkotik vasitə almaq üçün getmişdir. 20 manat müqabilində Təqsirləndirilən şəxs2 0,2 qram miqdarında heroin növündə narotik vasitə almışdır. Narkotik vasitəni aldıqdan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı evin qapısının önündə onu tutmuşlar. Heroin növündə narkotik vasitəni Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində almışdır. Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu yaşadığı evin önündə deyil, yaşadığı evin içərisindən tutmuşlar. Təqsirləndirilən şəxs 20 manat müqabilində ona narkotik vasitə satdığı barədə yalan ifadə vermişdir. O, heroin növündə narkotik vasitəni ona hədiyyə olaraq vermişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirən zaman 2 qram miqdarında heroin növündə narkotik vasitə aşkar edilmişdir. Lakin, ona qarşı irəli sürülən ittihamda 7 qram miqdarında heroin növündə narkotik vasitə aşkar edildiyi qeyd edilmişdir. Ümumiyyətlə, onun yaşadığı evdə tiryək olmamışdır. Soyuducuda “lavaşana” var idi. Polis əməkdaşları həmin “lavaşana”nı tiryək kimi rəsmiləşdirdilər. Onun üzərində və yaşadığı evdə ümumiyyətlə metamfetamin növündə psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə heroin və metanfetamindən istifadə edir. Təxminən iki ay əvvəl tanımadığı şəxsdən telefon vasitəsi ilə 8 qram metanfetamin, 5 qram heroin sifariş etmişdir. Həmin tanımadığım şəxs narkotik vasitələri Məmmədli kəndində elektrik dirəyinin dibində qoymuşdur.O da həmin narkotik vasitələri götürüb 175 manat pulu həmin şəxsin dediyi yerdə gizlətmiş və həmin şəxsə telefon vasitəsi ilə pulun yerini demişdir. Həmin vaxtdan narkotik vasitə olan heroin və metanfetamini Abşeron rayonu Məmmədli kəndində öz evində saxlayıb və ondan bir qədər istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə çoxdan tanıdığı balıqçı Mübariz adlı şəxs təxminən saat 17 radələrində onun yaşadığı evə gələrək toya gedəcəyini, öz şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Mübarizə çoxdan öz istifadəsi üçün aldığı narkotik vasitədən verəcəyini demişdir. Mübarizə bir büküm narkotik vasitə olan heroini vermişdir. Mübariz həmin narkotik vasitənin qarşılığında ona 20 manat pul vermişdir. Mübariz çıxıb getdikdən təxminən iki saat sonra küçə qapısının döyülməyini eşidib bayıra çıxmış və polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O, da etiraz etməmişdir. Daha sonra o təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarını müdafiə etmək üçün vəkillə təmin edilmiş və sonra vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz, əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra videoçəkilişlə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ondan yaşadığı evdə narkotik vasitə və ya başqa qanunsuz əşya olub-olmaması soruşulduqda, o yaşadığı evin qonaq otağında olan masanın üzərindən bir ədəd şəffaf selofanda narkotik vasitə tiryəki, həmin masanın üzərində olan ağ rəngli boşqabın içərisindən, qonaq otağında olan şüşəli dolabın içərisindəki şüşə qabın içərisindən bir ədəd şəffaf selofanda və bir ədəd siqaretin gümüşü kağızında psixotrop maddə metamfetamini, qonaq otağında olan şüşəli dolabın içərisindəki şüşə qabın içərisindən bir ədəd plastik qabda narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etdiyi maddələrə baxış keçirildikdən sonra həmin maddələr polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. O narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yaşadığı evdən aşkar olunmuş maddələri öz şəxsi istifadəsi üçün əldə etmişdir, Yaşadığı evin qonaq otağında masanın üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryeki isə yaşadığı Məmmədli kəndində tanımadığım şəxs ona lavaş adı ilə vermişdir, narkotik vasitə heroini Mübariz adlı şəxsə tanıdığı üçün vermişdir, həmin heroinə görə Mübariz ona 20 manat pul vermişdir ki, onu da sonradan verdiyi narkotikin qarşılığında yenisini alıb istifadə etmək məqsədi ilə götürmüşdür. O narkotiki satış məqsədi ilə Mübarizə verməmişdir.Sadəcə Mübarizi tanıdığı üçün vermiş pul almaqda da məqsədi verdiyi narkotikin əvəzinə yenisini almaq olmuşdur. (Cild 1, iş vərəqləri 102-105) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndinə getmişlər. Həmin kənddə Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşaraq, özlərini təqdim etmiş, barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa, onları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 heroin növündə narkotik vasitə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdəki narkotik vasitəni kimdən və harada əldə etməsi soruşulduqda, həmin heroin növündə narkotik vasitəni 16 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində Üzeyir adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra əməliyyat tədbirinin davamı olaraq həmin əməliyyat qrupunun üzvləri və təhqiqatçı ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndinə gedib Təqsirləndirilən şəxs2 özümüzü təqdim edərək, barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs2 dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 öz razılığı ilə yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən tiryək növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə və heroin növündə narkotik vasitə aşkar edilmişdir. 16 yanvar 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 barəsində idi. Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 İbrahim oğlu ifadəsində göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndinə getdik. Həmin kənddə Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşaraq, özlərini təqdim etmiş, barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa, onları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 heroin növündə narkotik vasitə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdəki narkotik vasitəni kimdən və harada əldə etməsi soruşulduqda, həmin heroin növündə narkotik vasitəni 16 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində Üzeyir adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra əməliyyat tədbirinin davamı olaraq həmin əməliyyat qrupunun üzvləri və təhqiqatçı ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndinə gedib Təqsirləndirilən şəxs2 özümüzü təqdim edərək, barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs2 dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 öz razılığı ilə yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən tiryək növündə narkotik vasitə və heroin növündə narkotik vasitə aşkar edilmişdir.Təqsirləndirilən şəxs2 yaşadığı evdən tiryək növündə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni soyuducuda gizlətmişdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Mehdiabad polis bölməsinin sahə rəisi Şahid3 ifadəsində digər şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəq 220) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qış paltosunun sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evinə baxış keçirilən zaman sonuncu yaşadığı evin qonaq otağında olan masanın üzərindən bir ədəd şəffaf selofanda narkotik vasitə tiryəkə bənzər maddəni, həmin masanın üzərində olan ağ rəngli boşqabın içərisindən, qonaq otağında olan şüşəli dolabın içərisindəki şüşə qabın içərisindən bir ədəd şəffaf selofanda və bir ədəd siqaretin gümüşü kağızında psixotrop maddə metamfetaminə bənzər maddəni, qonaq otağında olan şüşəli dolabın içərisindəki şüşə qabın içərisindən bir ədəd plastik qabda narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, həmin madədələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 68-71) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli və “Baxış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, şəxsi axtarış və ev baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 6/289 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə; iştirak etdi, Təhqiqatçı...imzalar” sözləri qeyd olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 74-78) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 6/290 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 evindən götürülmüş maddi sübut, iştirakçılar, tərtib etdi-imzalar” sözləri qeyd olunmuş iki ədəd polietilen bükümdə və bir ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi - 7,612 qram, 0,782 qram, 0,620 qram, ümumi təmiz çəkisi 9,014 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd plastik qabda təmiz çəkisi 7,325 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd polietilen bükümdə təmiz çəkisi - 50,073 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Bir ədəd ağ rəngli qabda təmiz çəkisi 6,962 qram ağ rəngli dənəvari formalı maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 78-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəməkimyəvi ekspertizasının 17 mart 2022-ci il tarixli, 6/998 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №95» dairəvi möhr əksləri olan iki ədəd kağız paketdə üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan heroin ilə üzərində «...Təqsirləndirilən şəxs2 evindən götürülmüş maddi sübut» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,275 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 223-228) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 fevral 2022-ci il tarixli, 864 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 228-230) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3862 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 234-236) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli, 1875 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 oglu qeyd edilən cinayət hadisələrini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 oglu hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onlara rəhbərlik etmək iqtidarındadır, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Əqli- intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, emosional halından asılı olaraq Öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 230-234) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 avqust 2022-ci il tarixli qərara əsasən ekspertiza tədqiqatından sonra qalıq qalan 7,522 qram heroin, 8,864 qram psixotrop maddə metamfetamin, 49,973 qram narkotik vasitə asetilə edilən tiryək maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 252- 265) Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının onu yaşadığı evdə tutmaları, üzərində və yaşadığı evdə metamfetamin növündə psixotrop maddə olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları, öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törədilmiş cinayətlər az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə törədilmiş cinayət isə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrin sanksiyaları həddində cəzalar təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan sənədlərdən və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər 16 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, həmçinin Abşeron rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində isə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı 13 may 2022-ci il və 16 avqust 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirləri məhkəmə icraatı zamanı dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 30, 63, 93-95, 105-108, 210-214) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 16 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 7,522 qram heroin, 8,864 qram psixotrop maddə metamfetamin, 49,973 qram narkotik vasitə asetilə edilən tiryək məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 195 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 97,5 manat və Təqsirləndirilən şəxs2 97,5 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və o, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası və barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 7,522 qram heroin, 8,864 qram psixotrop maddə metamfetamin, 49,973 qram narkotik vasitə asetilə edilən tiryək məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 97,5 manat məbləğində və Təqsirləndirilən şəxs2 97,5 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin