Məhkəmə qərarları › İş №1(124)-188/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-188/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-188/2025 17.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızıl alveri ilə məşğul olaraq hər ikisinə gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs şəxsən 2023-cü ilin aprel ayının ortalarında sonuncunun yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən evində 3388 (üç min üç yüz səksən səkkiz) manat dəyərində, 2023-cü ilin may ayının ortalarında ünvan 2 ünvanında yerləşən zərərçəkmiş şəxsin rəfiqəsinin yaşadığı evdə 16200 (on altı min iki yüz) manat dəyərində, 2023-cü ilin iyun ayının sonlarında ünvan 3 ünvanında yerləşən zərərçəkmiş şəxsin atasının yaşadığı evdə 30160 (otuz min yüz altmış) manat dəyərində, 2023-cü ilin iyul ayında ünvan 4 ünvanında yerləşən zərərçəkmiş şəxsin yaşadığı evdə 25500 (iyirmi beş min beş yüz) manat dəyərində, xx.xx.2023- cü il tarixdə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən zərərçəkmiş şəxsin işlədiyi Bitki Mühafizəsi və X10 X6 Təcrübə Stansiyasının inzibati binasında 10010 (on min on) manat dəyərində, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən zərərçəkmiş şəxsin yaşadığı evdə 5865 (beş min səkkiz yüz altmış beş) manat dəyərində qızıl-zinət əşyalarını alıb sonradan həmin qızıl-zinət əşyalarını müxtəlif bank və lombardlara dəyərindən aşağı qiymətə girov qoyub əvəzində aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləməklə birbaşa qəsdlə zərərçəkmiş şəxsə ümumilikdə külli miqdar təşkil edən 91123 (doxsan bir min yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Ramilə xanımı beş ilə yaxındır ki, tanımışdır. Onunla hissə-hissə alış-verişi olmuşdur. Sonuncunun qızıl almağında da onu aldatmaq niyyəti olmamışdır. Məhsulu satıb xeyir götürmək niyyəti olmuşdur. Onun övladı qəzaya düşdüyünə görə həmin pul ora xərclənmişdir. Qızılı banka qoymuşdur. Ödəyib qızılları çıxardacağını düşünmüşdür. Ümumilikdə, ondan 350 qram qızıl almışdır. Həmin qızılları o, birdəfəlik götürməmişdir. Hissə-hissə götürmüşdür. Qızılın qramını ona 100 manatla vermişdir. Hissə-hissə də müəyyən ödənişlər etmişdir. Əgər ona heç bir halda ödəniş etməsəymiş, növbəti dəfə Ramilə ona qızıl verməzmiş. O, özünü təqsirli bilməmişdir. Ramilə xanımdan qızıl götürənə qədər özü qızıl alışı və satışı ilə məşğul olmamışdır. Qızıl götürənə qədər xadimə olaraq işləmişdir. Ramilə xanımla bir neçə ildir ki, alış-verişi vardır. Ramilə xanımla bacı kimi olmuşlar. Oğlu qəzaya düşəndən sonra pulu qaytara bilməmişdir. Məqsədi qızılları götürdüyü qiymətdən baha qiymətə satıb pul götürmək olmuşdur. Övladı qəzaya düşəndən sonra qızılları banka qoymuşdur. Bu barədə də Ramilə xanıma məlumat vermişdir. Övladına görə qızılları ucuz qiymətə lombarda qoyub pul götürmüşdür. Pis niyyətli olsaymış, qızılları lombarda qoyduğunu deməzmiş. İlk vaxtlar qızılı aldığı qiymətdən baha qiymətə satıb gəlir əldə etmişdir. Övladı qəzaya düşəndən sonra o aldığı qızılı baha qiymətə satıb gəlir əldə etməmişdir. Oğlunun qəzaya düşdüyü tarixi xatırlamamışdır. Oğlunun yanına getməyinin tarixi vardır. Ramilə xanıma o, ödəniş etmişdir. Oğlunun qəza törətməsi ilə bağlı zərərçəkmiş şəxsə 6 ay pul verilmişdir. 25 minə yaxın xərci çıxmışdır. Öz qızılları da lombarda qoyulmuşdur. Ramilə xanıma qızılları lombarda qoyduğunu demişdir. Qızılları lombarda qoyduğu tarix onun yadında deyildir. Ramilə xanım özü hətta onu filan banka qoysun deyə yönəltmişdir. Ona “əgər qızılları çıxara bilməsən mənə xəbər et” demişdir. O da özünə məlumat vermişdir. Daha vəziyyətinin yaxşı olmadığını və ödəyə bilmədiyini demişdir. Lombardda qızılın satış qiymətinin yarısı təklif olunmuşdur. Ramilə xanım ona qızılın lombardda batmamasını tapşırmışdır. Ramilə xanıma pul ödəmişdir. Hətta iş yoldaşı gəlib ondan pul götürmüşdür. Özünə də şəxsən vermişdir. O, qızılı götürəndən sonra onun övladı qəzaya düşmüşdür. Qəzadan bir neçə gün əvvəl qızılı götürmüşdür. Həmin qızılın pulu da övladına xərclənmişdir. Ramilə xanımla onun hər bir zaman alış-verişi olmuşdur. Qızılları o banka qoymuşdur. Bu barədə də Ramilə xanıma demişdir. O, qızılı götürəndə hissə-hissə ödəmək şərti olmuşdur. Qızılı götürəndən sonra da hissə-hissə ödənişləri də olmuşdur. Həmin pulun 6 min manatını Ramilə xanıma vermişdir. İstintaq zamanı da 6 min manat pulun Ramilə xanıma verilmədiyi aşkarlanmışdır. O qızılı götürəndə hissə-hissə qaytarmışdır. İstintaq zamanı Ülkərin həmin pulu Ramiləyə vermədiyi aşkalanmışdır. Ramilə xanım əlində qələm və kağızla ona “mən dediyim məbləği yazsan, sən nə qədər deyəcəksən mən də səni o qədər gözləyəcəm” demişdir. Oğlunun qəza törətməsi ilə bağlı ümumilikdə 25 min xərci çıxmışdır. Ramilə xanım “səni sən dediyin qədər gözləyəcəm” sözünü onun yaşadığı mənzilin həyətinə gələrək demişdir. Həmin günü hətta onun üstünə hücüm edib əl-qol atmaq istəmişdir. Ona “dediyim məbləği yaz səndən əl çəkim” demişdir. Qızılın pulu gecikdikcə qızılın qiyməti qalxırmış. Qızılın qiyməti qalxdıqca üzərinə pul gələcəyini deyirmiş. Həmin 91 mini özündən hesablayırmış. Onun qardaşının həyat yoldaşı və qayınanası da qızıllarını lombarda qoymuşdur. Bir ya da iki ay ödəniş etmiş və daha sonra ödəniş edə bilməmişdir. Bu barədə də məlumat vermişdir. Onun övladı Gürcüstanda qəzaya düşmüşdür. Avtomobil qəzasına düşmüşdür. Sürücü kimi onun öz övladı qəza törətmişdir. Oğlunun gözünə dəmir batdığı üçün alnından əməliyyat olunmuşdur. Ona görə onlar xərcə düşmüşlər. Onun özünün qızılları da lombarda qoyulmuşdur. O, qızılları ayrı-ayrı şəxslərə nisyə vermişdir, Ramiləyə qarşı dələduzluq etməmişdir. Ramilədən qızılları götürərkən hissə-hissə ödəyəcəyi barədə sonuncu ilə razılaşması olmuşdur. Onun övladı qəzaya düşdükdən sonra o, Ramiləyə həmin pulu qaytara bilməmişdir. Şahid4 Elnur oğlu düzgün ifadə vermişdir. O, Nəzakət xanımı tanımışdır. Evində də bir dəfə olmuşdur. Onun evində 1600 manatlıq qızıl almışdır. Nəzakət xanımın özü də qızıl alveri ilə məşğuldur. Ondan qızıl götürəndə heç Nəzakət xanım mətbəxdən çıxmamışdır. O, bir dəfəyə, ümumiyyətlə, 25 min manat pul götürməmişdir. Sədaqət xanım vasitəsi ilə 6 min manat pul vermişdir. O, Şahid2 və onun yoldaşı ilə Ramilə xanıma üç dəfə pul göndərmişdir. Pulu göndərəndə qəbz yazılmamışdır. Ramilə ona zəng edərək pulun arxasınca iş yoldaşının gələcəyini demişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2-3 ildir ki, tanıyır, aralarında heç bir ədavət olmamış, Ramilənin qızıl alveri etməsini eşitmişdir. 2023-cü ildə onun maddi vəziyyəti çox pis olmuş, bir neçə şəxsə borcu olmuşdur, oğlu Dağıstan Respublikasında tələbə olmuş, oğlunun təhsil aldığı müəssisənin ödənişlərini də etmək lazım olmuşdur. O, vəziyyətdən çıxış yolu kimi Ramilədən qızıl almaqda görmüşdür. Bu səbəbdən 2023-cü ilin aprel ayının ortalarıdan başlamaqla Ramilədən nisyə qızıl götürməyə başlamışdır. O, Ramiləyə demişdir ki, “qızıl alveri ilə məşğulam, mənə nisyə qızıl ver satıb sənə də pul qazandıracağam.” Ramilə də ona qızıl-zinət əşyalarını verməkdən imtina etməmişdir. O, Ramilədən Xaçmaz şəhərində və Köhnə Xaçmaz kəndində yerləşən evində, iş yerində, adını xatırlamadığı rəfiqəsinin evində bir neçə dəfə qızıl-zinət əşyaları götürmüşdür. O, Ramilədən hissə-hissə olmaqla ilkin olaraq bir qramı 100 manatda olmaqla 30-35 qram çəkidə qızıl almışdır. Lakin həmin qızılları faktiki olaraq aparıb 50-52 manatdan lombarda və banklara qoymuş, pulunu da götürüb yuxarıda qeyd etdiyi şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra da Ramilə qızılları banka və lombarda girov qoyduğundan xəbər tutmuşdur. O, da yenidən Ramilədən qızıl almağa davam etmişdir, ondan hissəhissə olmaqla ilkin götürdüyü 30-35 qram çəki ilə birlikdə cəmi 350 qram qızıl-zinət əşyaları almışdır. Həmin qızılların bir qramını Ramilədən 100 manatdan almış, beləcə ondan cəmi 35 min manatlıq qızıl-zinət əşyaları almışdır. Lakin həmin qızıl-zinət əşyalarını alqı- satqı etməmişdir, Xaçmaz şəhərində yerləşən “Muğanbank” adlı banka, “Lombarcini” adlı lombarda, “Prestige” adlı mağazanın yanındakı lombarda aparıb ucuz qiymətdən, bir qramı təxminən 50-52 manatdan olmaqla girov qoyub pul çıxarmışdır. Həmin pulları da qeyd etdiyi kimi öz problemlərinə, oğlunun təsil haqqında və digər xərclərə ödəmişdir. Hətta Ramilə özü bəzən lombardlarla danışıb onu yönəldirdi ki, “apar qızılı lombarda qoy”. O, da gedib qızılı ucuz qiymətə lombarda qoyurdu. Bundan başqa onun oğlu Gürcüstan Respublikasında yol- nəqliyyat hadisəsi törətmişdir. Qəza zamanı 2 nəfər ağır xəsarət almışdır, özü də ağır vəziyyətdə olmuşdur. O, buna görə özlərinə məxsus olan Xaçmaz şəhərində yerləşən yaşadıqları evi və torpağı sataraq zərərçəkmiş şəxslərin və oğlunun müalicəsinə xərcləmişdir. Maddi vəziyyəti daha da çətinləşdiyi üçün Ramilə pullarını tələb edəndə Ramiləyə yalandan demişdir ki, “qızılları satdığım adamlardan pulları ala bilmirəm biraz səbr et alıb hamısını ödəyəcəyəm.” Çünki Ramilə bir neçə dəfə gəlib səs-küy salmaqla onunla mübahisə etmişdir, onu işdən çıxartdıracağını demişdir, habelə qızının da işlədiyi gözəllik salonuna gedib qızından da pul tələb edərək mübahisə yaratmışdır. O, da Ramilənin mübahisə etməsini istəmirdi, bu səbəbdən Ramiləyə bu cür sözlər demişdir. Lakin zaman keçsə də Ramilənin pulunu ödəməmişdir, habelə bankda və lombardda girov qoyduğu qızılların da aylıq ödənişlərini etməmiş, buna görə də həmin qızıllar bank və lombard tərəfindən satışa çıxarılıb satılmışdır. Sonra Ramiləyə demişdir ki, onui lotareyaya qoşsun, tanışları arasında lotareya oynayıb yığılan pulları Ramiləyə versin. O, lotareyaya aylıq bir neçə dəfə 100 manat ödəniş etsə də sonradan həmin ödənişləri də tam ödəyə bilməişm, onun etdiyi 400 manat ödənişi də Ramilə özü götürmüşdür. Beləliklə o, Ramiləyə cəmi 35 min manat borcum vardır, onu da ödəyəcəkdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs yalan danışır, ondan 2023-cü ilin aprel- sentyabr ayları ərzində cəmi 35 min manatlıq qızıl-zinət əşyalarıni almış, Ramiləyə heç bir məbləğ ödəməmiş, cəmi 35 min manat da borcu vardır. Maddi vəziyyəti çətin olduğu üçün Zərərçəkmiş şəxs bir qramı 100 manatdan qızıl alaraq banka və lombarda ucuz qiymətə girov qoymuşdur, başqa çıxış yolu olmamış, ona təcili pul lazım olmuş, bu səbəbdən də bu yola əl atmışdır. Düşünürdü ki, əlinə pul düşsə Ramiləyə ödəyər, nisyə götürdüyü bütün borcunu bağlayar. Zərərçəkmiş şəxs qızılları alıb girov qoyduğu dövrdə onu maddi durumu çox çətin olmuş, heç bir yerdən alacağı olmamış, satacaq əmlakı da olmamışdır. O, həmin vaxtlarda X11 Kompleksində xadimə işləmiş, 350 manat civarında pul alırdı, həmçinin oğlu da 500 manata yaxın pul qazanırdı, düşünmüş ki, borcunu maaşlarını toplamaqla ödəyər. Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi əvvəlki ifadəsini təsdiq edərək əlavə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs aldığım qızılları 2023-cü il ərzində Xaçmaz şəhərində yerləşən “Muğanbank”-a, Xaçmaz şəhərində yerləşən lombardlara öz adına və oğlu Şahid5 adına rəsmiləşdirmə etməklə qoymuşdur, bankdan pul götürmüşdür. Həmin kreditlərdən heç birini maddi imkanı olmadığından ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs özü bir neçə dəfə onun kreditini bağlayaraq qızılları götürüb. Bundan başqa 1 qram qızılı Zərərçəkmiş şəxs 100 manata almışdır. 2023-cü ilin yanvar ayından aprel ayının ortalarınadək olan müddətdə, habelə 2023-cü ilin aprel-sentyabr aylarında da bir neçə dəfə öz yaxın qohumları onun adına qızıl-zinət əşyaları girov qoyaraq kredit götürmüşlər. Onlardan biri qaynanası Zinət Rəsulovadır, digərləri isə onun qohumları olmuşdur, lakin adlarını xatırlamır. Bununla yanaşı Ramilə ilə alver etdiyi dövrlərdə də özünə də məxsus olan qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. 2023-cü ilin əvvəllərində oğlu Əlinin adına rəsmiləşdirilmiş kredit və girov müqavilələri isə oğlu Əlinin özünə məxsus olmuşdur. O, Zərərçəkmiş şəxs aldığı qızılları girov qoysa da onlara görə kredit borcunu ödəyib qızılları çıxaracağını düşünmüşdür. Lakin ödəyə bilmədiyi üçün Ramilənin heç bir qızılını ödəyib qızılları götürə bilməmişdir. Ramilədən qızıl götürüb girov qoyub adına rəsmiləşdirdiyi kredit müqavilələrindən hansısa bağlanıbsa bunu Ramilə özü ödəyib və öz qızıllarını götürmüşdür. Zərərçəkmiş şəxs aldığı qızıllardan nağd şəkildə satdığı da olmuş, bunlardan biri tanışı Ülkər olmuşdur. Belə ki, 2023- cü ilin yay aylarında Ramilədən aldığı 70 qram qızıl-zinət əşyalarını Ülkərə bir qramını 100 manata satmış, heç bir qazanc əldə etməmişdir, Ramilə ona demişdir ki, “Ülkərdən pulu alan zaman sənə qazanc verəcəyəm.” Ülkər həmin qızıldan ona 1000 manat pul ödəmiş, o isə həmin pulu Ülkərin borcu kimi deyil, öz borcu kimi Ramiləyə ödəmişdir. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamış, əgər aldatmaq niyyəti olsaydı Ramiləyə ümumiyyətlə heç bir məbləğdə ödəniş etməzdi, həmçinin lombardlarda batan qızılların başqası tərəfindən alınmaması üçün Ramiləyə nə istiqamət, nə də heç bir məlumat verməzdi. O, xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına getmişdir, oraya geməsinin səbəbi oğlu Əlinin yol- nəqliyyat hadisəsi törətməsi olmuş, oğlu da hadisə zamanı xəsarət almışdır, buna görə 3 gün Gürcüstanda qalaraq xx.xx.2024-cü il tarixdə geri qayıtmışdır. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, Xaçmaz rayonu sakinidir. Xaçmaz rayonunda sayılan bir ailənin üzvüdür. Onun övladları xaricdə oxuduğuna görə qardaşı və atası ona pul vermişdir. Kimsə məcbur olub lombarda qızıl qoyanda o, həmin qızılları alırmış. Gələcəyi üçün qızıl alırmış. Bir müddət keçəndən sonra o, Elnurə xanımı Xaçmaz rayonunda qızıl satan kimi tanımışdır. Daha sonra həmin xanımla onun münasibəti yaranmışdır. Bir gün Elnurə xanım onun yanına gələrək qızıl istəmişdir. Özü gələcəyinə yatırım kimi qızıl alışsatışı ilə məşğul olurmuş. Birinci dəfə aprel ayında 388 manat dəyərində qızıl vermişdir. Həmin gün Nəzakət xanım onun evində olmuşdur. Elnurə xanım onun köhnə qızılları verdiyini və yerinə yeni qızıllar aldığını bilirmiş. 100 manatdan satacağını bildirmişdir. Həmin ərəfələrdə o sadəcə qızıl alırmış. Nəzakət xanımın evində qonaq olanda Elnurə xanım ona zəng etmişdir. Qızıl istəyən olduğunu demişdir. 16200 manat dəyərində qızılları satacağını demişdir. Qızılları verəndə bu qiymətlə verəcəyini demişdir. 5-6 ay ərzində qaytarmaq şərti ilə verəcəyini demişdir. 16200 manat dəyərində olan qızılı Nəzakət xanımın evində Elnurəyə vermişdir. İyun ayının sonunda o atasının evində olmuşdur. Həmin ərəfədə Elnurə ondan 30160 manat dəyərində qızıl almışdır. Avqust ayı olmuşdur. Yenidən ona zəng etmişdir. Həmin ərəfələrdə onun Elnurə ilə yaxşı münasibəti vardır. Qızılların pullarına münasibətdə ona geri dönüş olmamışdır. O, qızılı aşağı qiymətdən almışdır. Həmin qızılların müqabilində yaxşı pul verəcəyi üçün ona 6 ay vaxt vermişdir. Elnurəni sakit biri kimi tanıdığı üçün onunla razılaşmışdır. Xaçmaz rayonunda bina mənzilləri vardır. Həmin mənzildə olarkən Elnurə ona zəng etmişdir. Ona “Ay Ramilə həmin qızılları yaxşı qiymətə satmışam” demişdir. Başqa bir müştərinin olduğunu deyərək qızıl istəmişdir. O da etiraz etməmişdir. Həmin yaşadığı mənzilə çağırmışdır. Nəzakət xanımla onlar həmin gün harasa gedirmişlər. 5500 manat dəyərində ondan qızıl almışdır. Avqust ayının beşində yenidən ondan qızıl istəyəndə ona qızıl vermək istəməmişdir. Ona “qızılların pulunu ödə və o yenidən sənə qızıl verim” demişdir. Ona “yaxşı müştəridir və gəl qızılları verək” demişdir. Rəfiqə kimi olduğuna görə ona inanmışdır. Ona “mən səni aldadan deyiləm” demişdir. Daha sonra o, 10 010 manat dəyərində qızıl vermişdir. Həmin qızılları onun iş yerində vermişdir. İş yoldaşları da yanında olmuşdur. Yenidən Elnurə ondan qızıl istəyəndə ona qızıl vermək istəməmişdir. Özlüyündə “onsuz da ona bu qədər qızıl vermişəm” deyə fikirləşmişdir. 6 ay vaxt verdiyinə görə ona inanıb qızıl vermişdir. Daha sonra Elnurə ona zəng edərək oğlunun xaricə getdiyini demiş və qızılı onun adına keçirməyi təklif etmişdir. O, işdən çıxa bilmirmiş. Oğluna “sən get və qızılları adına keçirsin” demişdir. Övladı da gedərək qızılları adına keçirmişdir. Bir neçə ay keçəndən sonra ona bankdan zəng gəlmişdir. Bank işçiləri batan qızılları statusda paylaşırmışlar. Tanış bir əməkdaş ona zəng edərək məlumat vermişdir. Elnurə xanım ona qızılı oğlunun adına keçirməyinə baxmayayaq onların ödəyəcəklərini demişdir. O da buna inanmışdır. Bankdan o öz pulu ilə qızılları çıxarmışdır. Qızılları götürəndə öz qızılları olmadığını görmüşdür. Elnurə ilə zəng edib danışmışdır. Qızılların ona məxsus olmadığını demişdir. Həmin qızıllar indi də onun evindədir. Ona olan borcunu qaytararsa onun qızıllarını qaytaracaqmış. Dediyinə etiraz etməmişdir. Daha sonra başqa banklardan ona zəng gəlməyə başlamışdır. Onun verdiyi qızılların statusda paylaşıldığını görmüşdür. Həmin qızılların kimə məxsus olduğunu soruşmuş və Elnurə tərəfindən qoyulduğunu demişlər. O, həmin vaxtı hansı vəziyyətə düşməyini başa düşmüşdür. Həmin vaxtı onun Elnurə ilə mübahisəsi yaranmışdır. Elnurə xanım ondan başqa hələ bir neçə Xaçmaz sakininə 20 min manata yaxın pul atmışdır. Ondan başqa şəxslərin qızıllarını da banka qoymuşdur. Həmin şəxslərin polis orqanlarında izahatları vardır. Həmin qızılları da batırmışdır. Ümumilikdə məbləğ 91133 manat pul etmişdir. Ona hər hansı bir ödəniş edilməmişdir. Onun pullarını qaytarmadığını bilmişdir. Lotereya oynayırmış. Hamını bu adla aldadırmış. Onu lotereyaya yavaş-yavaş pulunu qaytarsın deyə qoşmuşdur. İki ay ona 200 manat olmaqla, ümumilikdə, 400 manat pul ödəmişdir. İki aydan sonra ona pul ödəməmişdir. Onun əlində sübut olmadığı üçün telefonu çəkiliş üçün bir yerə qoymuşdur. Ona “Elnurə 91 min manat pulun qarşılığında 1500 manat nə puldur” demişdir. O da olanının bu olduğunu demişdir. O, Elnurənin evinə getməmişdir. Onun evinə getməmişdir. Ona məcbur nəsə etdirməmişdir. Dəfələrlə onun evinə getmişdir. Bir dəfə də onu evinə çağırmışdır. Onun üzərinə şər atmasın deyə iş yoldaşı ilə birlikdə getmişdir. Həmin vaxtı Elnurəyə “mənə pul borclusan” demişdir. Olan söhbət bu formada olmuşdur. İş yoldaşı hətta ondan “bu pulu nə etmisən” deyə soruşmuşdur. Elnurəyə ümumilikdə beş dəfəyə vermişdir. 6 ay müddətinə pulu qaytarmalı olmuşdur. Onların razılıqları belə olmuşdur. Elnurə ona “aparıb qızılları satacam və sənə də pul qazandıracam” demişdir. 6 ay sonunda qazanc verməli imiş. Həmin müddət ərzində bircə manat da qaytarmamışdır. 1500 manat və iki min manat pul verdiyini onsuz da özü təsdiq etmişdir. Elnurə təkcə ona məxsus olan qızılları lombarda qoymamışdır. Mart ayında onun oğlu əməliyyat olunmuşdur. Elnurəyə “qızılları satmısan bəs pulunu niyə qaytarmırsan” sözünü demişdir. Aralarında 6 ay müddətində razılaşma olmuşdur. Ona görə də ona inanmışdır. Əvvəldən ona qızılları lombarda qoyacağını deməmişdir. Xanım ona zəng edərək oğlunun xaricə gedəcəyini demişdir. Onun yaxşı bir insan olduğuna inanmışdır. Lombarddan götürdüyü qızıllar onun evindədir. Həmin qızıl ona məxsus deyildir. Lombarddan bir dəfə qızıl çıxartmışdır. Onun qardaşı və atası ona pul göndərmişdir. O da gələcəyi üçün qızıl alırmış. Yoldaşı da işləyirmiş. O, kiməsə pul atıb qazanc əldə etməmişdir. Xaçmazın yarısı ona borclu deyildir. Müdafiəçi qəsdən məsələni başqa aspektə yönəltmişdir. O, Elnurə xanımla rəfiqə kimi olmuşdur. Evinə gəlib-getmişdir. Qonşularının hamısı Elnurə xanımı tanıyırmış. Saflığından istifadə etmişdir. Sakit cildi ilə onu aldatmışdır. Həmin vaxtı qızılın qramını 100 manatdan vermişdir. 6 ay müddətinə pul qazanmaq məqsədi olmuşdur. 16200 manat qızılın müqabilində ona qazanc verəcəkmiş. Qızılın hər qramından 5 manat Elnurə qazanc götürəcəkmiş. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Elnurənin oğlu onun yanına gələrək hər ay 200 manat pul verə biləcəyini demişdir. Fatma adlı şəxsə Elnurə 26 000 manat pul borcludur. Elnurə Xaçmazda tək ona deyil, bir çox adama pul borcludur. O, Elnurənin oğlunun təklifini qəbul etməmişdir. İndiyədək məhkəməyə verdiyi ifadələri təsdiq etmişdir. Elnurə bu vaxtadək ona hər hansı məbləğdə pul verməmiş, razılaşma əldə etmək üçün yaxınlaşmamışdır. Onun qızıllarının az hissəsi lombarddadır. Həmin qızılların pulunu özü ödəmişdir. Elnurə onun qızıllarını lombardlara qoymuşdur. Həmin qızılların məbləği ifadəsində qeyd olunmuşdur. Həmin qızılların 2 və ya 3-ü ona məxsus olmuş, dəyərləri təxminən 3000 manat olmuşdur. Digər qızıllar onun qızılları olmamış, lakin o, həmin qızılların da pulunu ödəmişdir. Elnurə ona zəng edərək oğlunun xaricə getdiyini, gec gələ biləcəyini, digər qızılları satdığını deyərək onun inamını qazanmışdır. O, Elnurə ilə rəfiqə olmuşdur. O, işdən çıxa bilmədiyi üçün öz oğlunu qızılları lombarda öz adına qoyması üçün göndərmişdir. Həmin qızılların pulunu özü ödəmişdir. Elnurə onun pulunu ödəyəcəyi halda həmin qızılları qaytaracaqdır. Elnurəyə verilən bütün qızıllar onun şəxsi qızılları olmuşdur. Qızılların 31 000 manatlıq hissəsini lombarddan götürmüşdür. Digər qızılları isə Elnurə lombardlara qoymuşdur. Lombarda pulunu ödədiyim, lakin ona aid olmayan qızılların məbləğini ifadəsində göstərmiş, lakin hal-hazırda xatırlamamışdır. Həmin qızılların yalnız 3000 manat dəyərində olan hissəsi ona qaytarılmışdır. O, Elnurəyə banka ödədiyi məbləği qaytaracağı halda ona məxsus olmayan qızılları geri verəcəyini demişdir. Elnurə 2000 manatdan başqa ona heç bir ödəniş etməmişdir. Fatma qızılları qaytarmadığı halda Elnurəyə həbs olunacağını bildirdikdə Elnurə “məni tutdurmaq Ramilənin başı üçün deyil” demişdir. Elnurə ondan qızılları hissə-hissə almışdır. O, Elnurəyə heç vaxt qərəzli münasibət bəsləməmişdir. Elnurə ona dediyi müddət ərzində bütün pulları qaytaracağını bildirmişdir. Elnurə banka qızıl qoyması barədə ona məlumat verdiyi üçün ona inanmışdır. Qızıllar müxtəlif əyarlı olmuşdur. O, qızılları ölçdükdən sonra Elnurəyə vermişdir. O, Elnurəyə verdiyi qızıllara dair heç bir sübutu olmadığı üçün Elnurəni danışdırdırıb onun səsini yazmağa başlamışdır. Elnurə 92 000 manatdan ona, 1500 manat lotoreyadan əldə etdiyi pulu qaytarmışdır. Elnurənin Xaçmazdakı bir çox şəxslərə pul borcu var. Elnurə ona “məni aylıq 200 manatdan lotoreyaya qoş, həmin pulu sənə verəcəm” demiş, lakin həmin pulu da ödəməmişdir. Elnurə videoda hər şeyi etiraf etmişdir. O, qızılları Elnurəyə verərkən əvvəlcə neçə ay ərzində qaytaracağı barədə razılaşmamışdır. Elnurə aldığı qızılları baha qiymətə satacağını dedikdə, o, həmin qızılları alan şəxsin birdən-birə qızılların bütün məbləğini ödəməyəciyini fikriləşdiyi üçün Elnurə ilə müddət barədə razılığa gəlməmişdir. Elnurə heç vaxt ona pul verməmişdir. Əgər Elnurə ona pul gətirsəymiş, o həmin pulu götürərmiş. İlk dəfə Elnurəyə 3388 manat dəyərində qızıl vermişdir. Qızılları Elnurəyə verərkən həmin qızılları satdıqdan sonra yenidən gəlib qızıl götürə biləcəyini demiş, lakin hansı müddətdə qızılların pulunu ona ödəməli olduğunu deməmişdir. Həmin gün onların evində xeyir iş olmuş və onu yoldaşı ilə qonaq çağırmışlar. Qızılı vermiş və Elnurə xanım getmişdir. 585 və 750 əyarlı qızıllar olmuşdur. O, qızılın qramını 100 manatdan vermişdir. 585 əyarlıq qızılı qramın neçə manatdan verdiyini xatırlamamışdır. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs bağışlamadığını, ona dəymiş ziyan ödənilmədiyi üçün ondan şikayətçi olduğunu və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Ramilə xanımla rəfiqədir. Onların ailəvi münasibətləri vardır. Elnurə xanımın Ramilə xanımdan üç dəfə qızıl götürməsini görmüşdür. Ramiləni tanıdığı müddətdə onu qızıl satan kimi tanımamışdır. Özü üçün qızıl alan şəxs kimi tanımışdır. Yaz aylarında, yəni aprel ayında bir dəfə köhnə Xaçmaz adlanan əraziyə o, Ramilənin evinə qonaq getmişdir. Həmin vaxtı Elnurə xanım ora gəlmişdir. Ramilədən qızıl götürmüşdür. Qramını 100 manatdan götürmüşdür. Qazanc əldə etmək məqsədi ilə qızılları götürmüşdür. 3200 manat miqdarında götürmüşdür. Hadisəni belə xatırlayır. İkinci dəfə Ramilə onun yaşadığı mənzilə qonaq gəlmişdir. Ona Elnurənin gələcəyini demişdir. Qızılları ona verəcəyini demişdir. Axşam saatları təxminən, saat 6 radələri olmuşdur. Onun evində Elnurəyə qızıl vermişdir. Məbləğ olaraq 16200 manat olmalı imiş. ünvan 4 ünvanında yerləşən evində Ramilə xanımın mənzili vardır. Bir dəfə də Elnurə xanım həmin ünvandakı evə gəlmişdir. Orada da yenə qızıl götürmüşdür. Orada məbləğ bir az artıq olmuşdur. 25 min manat civarında olan məbləği xatırlamışdır. Elnurə xanımla Ramilə xanım arasında olan telefon danışığı onun yanında olmuşdur. Ona 91 min manat civarda pul verməli olduğunu eşitmişdir. O bir dəfə Ramiləyə niyə o xanıma pul verirsən demişdir. Elnurədən “gözünün su içmədiyini” demişdir. Birinci dəfə 3200 manat civarda qızıl vermişdir. Qızılı onun yanımda vermişdir. Qızılın qiyməti üzərində yazılmamışdır. Ramilə xanımla uzun müddət münasibəti vardır. O, Ramiləni qızıl satan kimi tanımamışdır. Elnurə Ramiləyə “qızılları ver mənə və aparım satım” demişdir. 6 ay müddətinə verəcəyini demişdir. Yanında olan söhbət olduğu üçün məlumatlıdır. 25 min pulu ünvan 4 ünvanında yerləşən evində vermişdir. Həmin pulu öz evində vermişdir. Həmin mənzil Xaçmaz rayonunda yerləşir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Ramilə xanımla rəfiqə olduqları üçün ondan nə qədər qızıl aldığını ona deyirmiş. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır. Zərərçəkmiş şəxsi də tanıyır. Təqsirləndirilən şəxsi o, Ramilə xanım vasitəsi ilə tanımışdır. O, Ramilə xanımla bir yerdə işləyir. Ramilə xanım qızıl alışı və satışı ilə məşğul olmamışdır. Yatırım məqsədi ilə qızıl alırmış. X2 almışdır. Onun yanında ancaq qızıl verilmişdir. Pul verilməmişdir. 2023-cü ilin avqsut ayının beşi olmuşdur. İş vaxtı günorta saatları olmuşdur. 10010 manat miqdarda olan hissə yadındadır. Belə ki həmin məbləğdə qızıl vermişdir. Ramilə xanım Elnurəyə qızıl verəndə onun evinə getmişlər. O hətta Ramiləyə “nəyə görə ona bu qədər miqdarda qızıl verirsən” demişdir. Elnurə ilə arasında mübahisə olduğuna görə onu tək buraxmamışdır. Mübahisəli məsələ olduğuna görə yaxın bir rəfiqə kimi yanında getmişdir. Oğlu Türkiyədə olmuşdur. Qızılın pulunu almağa onunla getmişdir. Ramilə xanımla ailəvi dost olmuşlar. Ailəsinin bir üzvü kimi olmuşdur. 91 min manat miqdarda borcunun olduğunu bilmişdir. Onun yanında qızılı götürdüyünə görə 10010 manat olduğunu bilmişdir. Hətta ondan yenidən soruşanda eyni məbləği demişdir. Yekunda borcunun miqdarını 91 min manat civarında olduğunu bilmişdir. “Apar sat mən də qazanım. Az-az da mənə ver” demişdir. Nisyə formada vermişdir. 10010 manat miqdarında qızılı verəndə 6 ay müddət olmuşdur. O, lotereya məsələsinin şahidi olmuşdur. Ramilə xanım ona “gəl lotereya oynayaq və oradan mən pul götürərəm” demişdir. İki ay Elnurə xanım pul ödəmişdir. Daha sonra ödəməmişdir. İnandığını deyərək o qədər qızıl verdiyini demişdir. Əvvəlcə aldıqlarının pulunu qaytarmışdır. Daha sonra verməmişdir. Min manat verdiyini, daha sonra iki min manat pul qaytardığının şahidi olmuşdur. 2023-cü ilin yaz ayları olmuşdur. Satdığı malın pulunu vermişdir. Ondan başqa bir vaxtda pul qaytarmasını eşitməmiş və görməmişdir. Rəfiqəm onun pulu olmayanda maddi köməklik etmişdir. Çox köməklik etmişdir. 5 min manat pul verməmişdir. 2 min manat pul vermişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. İki manat pul aldığını demişdir. Ona 5 min manat pul verməmişdir. O, onsuz da iki min manat pul qaytardığını demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi bir ya da iki dəfə görmüşdür. Zərərçəkmiş şəxslə bir yerdə işləmişlər. Bu işlə bağlı onu istintaq zamanı dindiriblər. O, mühasib vəzisində işləmişdir. O bildiyi qədəri ilə Ramilə xanım Elnurə xanıma qızıl vermişdir. Onun yanında verilmişdir. Bir dəfə onun evində verilmişdir. 16200 manat miqdarında qızıl vermişdir. Həmin günü onlar bir yerdə olmuşlar. Onun yoldaşı Elnurə xanım gedəndən sonra Ramilə xanıma “Ay Ramilə, bu xanım düzgün adama oxşamır” demişdir. Nəyə görə o miqdarda qızıl verdiyini soruşmuşdur. Həmin miqdarda qızıldan əvvəldə o bilmədiyi miqdarda qızıl vermişdir. Bir dəfə də idarədə qızıl vermişdir. Həmin məbləğ maraqlı bir rəqəm olduğu üçün onun yadında qalmışdır. 10010 manat miqdarında olmuşdur. Ümumilikdə, 91 min manat civarında bir məbləğ olmalı imiş. Rəqəmləri yadında saxlamağının əsas səbəbi mühasib vəzifəsində işləməyi olmuşdur. Ramilə xanım evdə olanda və ya onun evində olanda Elnurə xanımla dəfələrlə zəngləşmişdir. Ramilə xanım Elnurə xanımdan pulunu tələb etmişdir. Ramilə xanım onlara yoldaşı ilə gəlmişdir. Həmin gəlişlərdə də Elnurədən pulunu istəmişdir. Elnurə qızılı onların evindən götürmüşdür. Nə üçün məhz onların evdə verdiyini bilməmişdir. Həmin günü onlar Ramiləni və yoldaşını evlərini qonaq çağırmışdır. O, qızılın müqabilində nə qədər qazancı olacağını bilməmişdir. Onun yoldaşı qızıl alışı və satışı ilə məşğul olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Yoldaşını və Ramiləni Elnurənin evinə sürücü kimi aparmışdır. O, avtomobildə oturmuşdur. Yoldaşı və Ramilə borcu istəmək üçün evə getmişdir. Onun vasitəsi ilə Elnurə Ramilə xanıma pul göndərməmişdir. Onun vasitəsi ilə Ramilə xanıma pul göndərməmişdir. Ramilə onlara gələndə yoldaşı ilə gəlmişdir. Elnurə onlardan gedəndən sonra evdə söhbət olmuşdur. Ramilə xanım bu qədər məbləğdə qızıl verdiyini demişdir. O, Elnurəyə qızıl verməmişdir. Ramilə ona məbləği həmin gün demişdir. Başqa bir söhbət eşitməmişdir. Nə vaxt qaytaracağını o bilməmişdir. Qızılın çəkisini də bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Elnurə xanım onların köhnə Xaçmazda yerləşən mənzillərinə gəlib-getmişdir. Onun anasından qızıl alan şəxsdir. Əsasən xanım həyat yoldaşı ilə gəlibgetmişdir. 2023-cü il tarixində yay aylarında Elnurə xanımın oğlu olan Əlidən etibarnamə almışdır. Birinci notariusda, ikincisi isə lombardın qarşısında etibarnamə almışdır. Həmin iki yerdə qızıllarla bağlı sənədə imza çəkmişdir. Lombarddan qızıl götürməmişlər. Qızıllar lombardda batırmış. Anası ilə Elnurə telefon vasitəsi ilə danışmışdır. Anası öz vəsaiti hesabına qızılların pulu ödənilmişdir. Lombardan çıxardıqları qızılların anasının qızılı olubolmaması barədə onun məlumatı yoxdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi o, Xaçmaz rayonunun sakini kimi tanıyır. Onunla heç bir ədavəti yoxdur. Zərərçəkmiş şəxsi də tanıyır. Hər ikisinə böyük hörməti vardır. O, bu işlə bağlı bir dəfə istintaq zamanı ifadə vermişdir. Zərərçəkmiş şəxsin sayəsində Elnurə xanımı tanımışdır. Onlar arasında olan məsələni istintaqa ifadə verməyə çağrılan zaman bilmişdir. Ramilə xanımla onun bir əlaqəsi olmamışdır. Ondan qızıl zinət əşyası almışdır. Nə qədər qızıl əşyası almışdırğını o hazırda xatırlamamışdır. Bir aydan çoxdur o İstintaq Təcridxanasında saxlanılır. Artıq demək olar ki, telefon nömrələri də yaddaşından silinmişdir. Qızıl alan zaman ilkin ödəniş kimi Elnurə xanıma pul ödəmişdir. Elnurə xanımın vasitəsi ilə Ramilə xanımdan qızıl götürmüşdür. Ramilə xanımı isə orada görüb tanımışdır. Ondan sonra isə Ramilə xanımı görməmişdir. Ramilə xanımdan qızılı götürüb onun yanından ayrılandan sonra Elnurə xanıma ilkin ödəniş etmişdir. 1800 manat pul ödəmişdir. Qalan məbləği də 6 ay müddətində ödəməyə razılaşmaqlarına baxmayaraq 4 ay müddətində ödəmişdir. Qızılın pulunu Elnurə xanıma ödəmişdir. Onun Elnurə xanıma heç bir borcu yoxdur. Onların telefon yazışmaları və danışıqları olmuşdur. O, sonradan Xaçmaz rayonuna çağrılmış və ifadə vermişdir. Verdiyi ifadə doğrudur. Qızılların pulunu Elnurə xanım onun kartına atmış və ona ödəmişdir. Elnurə ona iki fərqli kart göndərmişdir. Onun sabah yox biri gün həbsi bitir. O, bank çıxarışını həbsi bitdikdən sonra təqdim edə bilər. Qızılın pulunu ödəmək üçün Elnurə xanımdan 6 ay müddət istəmişdir. 4 ay müddətinə ödəmişdir. İlkin ödənişi də Muğanbank vasitəsi ilə Elnurə xanıma ödəmişdir. Xaçmazda E-manat vasitəsi ilə ödəmişdir. Abşeron rayon Məhkəməsinin qətnaməsi barədə məlumatım yoxdur. Onun heç kimə borcu yoxdur. O, bütün pulu ödədiyinə əmindir. Elnurə xanım onun iş yerini də bilirmiş və əgər ödəməsəymiş Elnurə xanım onunla əlaqə saxlaya bilərmiş. O, qızılları statusda görməmişdir. O, ilkin olaraq Elnurə xanımla tanış olduğum zaman satılan qızılları statusda görmüşdür. Statusdan qızılları görməyi ilə bağlı yazışmaları da vardır. İstintaqa verdiyi ifadəsinin əsas götürülməsini bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, anası ilə Zərərçəkmiş şəxs arasında alış-verişlər olmuş, lakin o, çox vaxt xarici ölkələrdə olmuş, buna görə bu barədə dəqiq bir söz deyə bilmir. Öz adına da qızıllar qoyulub, o, Gürcüstandan gələndə Ramilə xanımın oğlunun adına etibarnamə vermiş, qızıllar da oradan götürülmüşdür. Anası Təqsirləndirilən şəxs və onun adına 2023cü ildə bağlanmış kredit və girov müqavilələri bağlanmış, anasının da qızılları olmuş, qızılın miqdarını dəqiq deyə bilmir, lakin o, Azərbaycanda olan zaman öz qızıllarını məktəblə olan və yaranan şəxsi problemlərilə əlaqədar girov qoymuşdur. Zərərçəkmiş şəxs qızıl alarq girov qoymamış, o, yalnız öz şəxsi qızıllarını girov qoymuş, o, işləyərək, yığmışdı və xərcləməmək üçün qızıl almışdır. O, Gürcüstan Respublikasında olan zaman yol-nəqliyyat hadisəsi töprətmiş və anası Təqsirləndirilən şəxs ona atasının adından az miqdarda pul göndərmişdir. Lakin pulun mənbəyini, yəni haradan əldə etdiyini bilmir. Zərərçəkmiş şəxs əvvəl tanımış, onu 1-2 dəfə görmüş, aralarında heç bir ədavət olmamışdır. Anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı məbləğdə qızıl-zinət əşyaları almasını bilmirdi, onların arasında alış-veriş olmasını bilsə də, bunun qızıl və ya başqa nəsə olduğunu bilmirdi. Zərərçəkmiş şəxs bir neçə dəfə onlara gəlsə də onunla sözsöhbət olmasını görməmiş, çünki Azərbaycan Respublikasında az olmuş, əgər görmüş olsaydı deyərdi. Adına bağlanmış kredit və girov müqavilələri üzrə borcunu ödəyib qızılları tam olaraq götürməyib, qızıllar lombardda və ya bankda qalmışdır. Onun məktblə bağlı təcili pula ehtiyacı olmuş, ödənişlərini isə elə olmuş ki, ödəyə bilməmiş və qızıllarını batırmışdır. Qızılların 20-30 faizi isə öz dost-tanışının olmuş, onlardan götürüb girov qoymuşdur. Lakin onların mobil nömrələri yoxdur, həmçinin onların ata adlarını da bilmir. Özünə məxsus qızılları satmaq fikri olmamış, düşünmüş ki, işlərini görüb, sonra borcunu ödəyib qızıllarını girovdan götürər. O, anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızılzinət əşyaları alıb, pulunu verməməyini bilməmişdir. Yol-nəqliyyat hadisəsi keçən il Gürcüstan Respublikasında baş vermişdir, lakin tarixi dəqiq xatırlamır. Əlavə olaraq qeyd etmişdir ki, O, “Gl” lombardla xx.xx.2024-cü il tarixdə girov və kredit müqaviləsi bağlamış və lombarda 215,5 qram çəkidə qızıl-zinət əşyaları girov qoyub 12400 manat pul götürmüşdür. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid4 etibarnamə vermiş, bunu ona Zərərçəkmiş şəxs demişdi ki, “lombarddakı qızılları götürməliyik, bizə etibarnamə ver sonra get” o, da gedib Ramilənin oğlu Mətləbə etibarnamə vermişdir. Anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb qızıllarını ələ keçirməsindən məlumatı yoxdur. O, yalnız Muğanbank və Bank Republikaya qoyulan qızılların məsuliyyətini daşıya bilər. Şahid4 etibarnamə verdiyi kredit müqaviləsi üzrə 215,5 qram qızıl- zinət əşyasını girov qoyduğu qızılların özünə və ya Zərərçəkmiş şəxs məxsus olması tam olaraq yadında deyil, xatırlamır. Girov qoyduğu qızıllar isə anasına deyil, yalnız onun özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ifadəsində göstərmişdir ki, o, təxminən 4 il əvvəl evləndikdən sonra ata evindən çıxıb Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayır. Zərərçəkmiş şəxs isə anasının vasitəsi ilə tanımış, belə ki, anası bir neçə dəfə Ramilədən qızıl-zinət əşyaları almış, o, da anasının yanında olmuşdur. O, özü təxminən 2 il əvvəl Ramilədən bir dəfə qızıl qolbaq almışdır, həmin qolbağı Ramilədən 512 manata nisyə almışdır, pulunu 10 gün ərzində ödəməli olmuşdur. Lakin Ramilə qolbağı ona verdikdən 11 gün sonra Xaçmaz şəhəri, N.Nərimanov küçəsində qarşına çıxmış və ondan qızılın pulunu istəmişdir. Ramilə pulu ondan istəyən vaxt onun üzərində pul olmuş, buna görə elə oradaca Ramilənin 512 manat pulunu ödəmişdir. Həmin vaxtdan sonra anası Elnurə Ramilədən bir neçə dəfə müxxtəlif çəkilərdə qızıl almış olsa da, o, özü Ramilədən qızıl almamış, ona heç bir məbləğdə borcu yoxdur. Ramilə onun anasının ona olan borcuna görə bir neçə dəfə onun işlədiyi gözəllik salonuna gəlib, orada anasının barəsində onunla mübahisə etmiş, anasının qızıllara görə ona verməli olduğu pulu tələb etmiş, o, isə Ramiləyə başa salmışdır ki, anasıla aralarında olan məsləni özləri həll etsin, Ramiləyə demiş ki, “mənim bu işə aidiyyətim yoxdur. Çünki artıq 4 ildir ki, ata evimdən çıxmışam, başqa ünvanda yaşayıram.” Onun anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı qızılları nə edibsə bu barədə ona heç nə deməmiş, o, anasından soruşsa da ona bir məlumat verməmişdir. Ananız Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı çəkidə, hansı məbləğdə qızıl-zinət əşyaları alması barədə heç heç bir məlumatı yoxdur, onun bildiyi qədər anası Ramilənin 17 min manatlıq qızıl-zinət əşylarını almışdır, ondan artıq məbləğ barədə heç nə eşitməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlunun arvadıdır, onların arasında heç bir ədavət olmamışıdır. 2023-cü ilin əvvəlindən sonunadək olan dövrdə Təqsirləndirilən şəxs bank və lombardlara bir neçə dəfə qızıl-zinət əşyaları girov qoyaraq pul götürmüşdür. Elnurə həmin vaxtlarda ona demişdir ki, “Ramilədən qızıllar alıb girov qoyub pul götürmüşəm”. Lakin Ramiləni o, şəxsən tanımır, Elnurənin Ramilədən nə qədər qızıl-zinət əşyası almasını da bilmir. Həmin dövrlərdə Elnurə ona demişdir ki, “oğlum Əli avtoqəza keçirib, pula ehtiyacım var, mənə qızıl ver, girov qoyum pul götürüm.” Bundan başqa onun oğlu Azərə də pul lazım olmuşdur. Buna görə o, razılaşıb bir neçə dəfə Elnurəyə hissə-hissə olmaqla özünə və ailə üzvlərinə məxsus qızıllarını vermiş, cəmi Elnurəyə təxminən 300-350 qram qızıl-zinət əşyaları vermişdir. Elnurə onlardan bir hissəsinin pulunu öz ehtiyaclarına xərcləmişdir. Bir hissəsinin pulunu isə gətirib ona vermişdir. O, da Elnurənin ona verdiyi pulları oğlu Azərə vermişdir ki, öz işlərini görsün. Sonradan nə o, oğlu, nə də Elnurə həmin qızılların pulunu ödəyə bilməmiş deyə qızıllar bank və lombardlarda hərrac yolu ilə satılmışdır. O, evdə olan bütün qızıl-zinət əşyalarını Elnurəyə özü vermiş, ailələrində nə qədər qızıl olubsa hamısını Elnurəyə o, vermiş, onların hamısı tək onun deyildi, həmin qızılların hamısının cəmi çəkisi yuxarıda qeyd etdiyi kimi təxminən 300-350 qram olardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixoloji və psixiatrik ekspertizasına dair xx.xx.2024-cü tarixli 2741 saylı rəyində göstərilmişdir ki, məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Təqsirləndirilən şəxs hal-hazırda “müalyim dərəcəd ifadə olunmuş nevrasteniya əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən nerasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsinə əsasən- Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, qıcığa qarşı həssaslıq, əsəbilik, tez yorulma, hövsələsizlik, inadkarlıq və s.kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs intelektual imkanları nəzərə alınmaqla, o, ifadəsində göstərdiyi halların xarakter və mənasını anlamaq qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı psixi- emosional vəziyyətində iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək dəyişiklik müəyyən edilməmiş. Təqsirləndirilən şəxs hazırki müayinə zamanı psixi-emosional sferasında əsəbilik, hövsələsizlik və s. kimi əlamətlər müşahidə edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskin içərisində 01 ədəd video fayl vardır. Həmin fayl 5 dəqiqə 33 saniyəlik videogörüntüdür. Video açılan zaman məlum olmuş ki, görüntü qapalı məkanda, evə bənzər yerdə çəkilmişdir. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs danışaraq lotareyaya qoşulduğunu, habelə ayrı-ayrı şəxslərdən alacağının olmasını, adamların arxasınca “Alekseyevka” kəndinə kimi etdiyini bildirir. Görüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “nə pul toplamısan Elnurə” sözlərini deyir. Bu zaman Təqsirləndirilən şəxs “elə demə, 1500 manatdı, nə yığa bilirsəmsə gətirmişəm, yenə alacaqlarım var, alıb gətirəcəyəm” sözlərini demişdir. Zərərçəkmiş şəxs isə ona “91 min manat pulun qarşılığında 1500 manat nədir ki, gətirmisən” sözlərini demiş. Sonra Təqsirləndirilən şəxs 6 min manat maqazində ona borclu olmalarını, həmin pulu almaq üçün oraya getməsini, ona pul vermədiklərini, lakin alıb gətirəcəyini deyir. Bundan sonra sonra Zərərçəkmiş şəxs “nə qədər pul gətirmisən?” sualını verən zaman Təqsirləndirilən şəxs ona 1500 manat gətirməsini bildirir. Daha sonra Zərərçəkmiş şəxs ona “silirəm burdan” sözlərini deyir. Sonra Zərərçəkmiş şəxs “Elnurə səndən ona görə xoşum gəlmədi ki, çox yalan danışırsan, sənin yalanların səni bu günə gətirib çıxarıb” sözlərini deyir. Buna cavab olaraq Təqsirləndirilən şəxs “onlar hamısı Əli üçün getdi, Əli düşməsəydi mən pulunu ödəyəcəkdim” sözlərini demişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmiş ki, “mən evi satım pulu ödəyəcəyəm” sözlərini deyir. Sonra isə Zərərçəkmiş şəxs “sən evini çox baha deyirsən, çiy kərpicdir” sözlərini deyir və video orada bitmişdir. Diskə baxış zamanı Zərərçəkmiş şəxs videonu özünün çəkməsini, həmin dialoqların isə özü ilə Təqsirləndirilən şəxs arasında getməsini bildirmişdir. Müvafiq əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprelsentyabr aylarında Zərərçəkmiş şəxs qızıl alveri edib özünə və Zərərçəkmiş şəxs pul qazandıracağı adı ilə aldadaraq sonuncunun 90000(doxsan min) manatdan çox əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs qızıl alveri edərək Zərərçəkmiş şəxs heç bir məbləğdə pul qazandırmamış, əksinə ələ keçirdiyi qızılları daha ucuz qiymətə ayrı-ayrı şəxslərə satmış, habelə ucuz qiymətə girov qoyub ödənişini etməmiş, qızılların girov götürən lombard(bank) tərəfindən satılmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs qızılları satdığı şəxslərin və girov qoyduğu bankların (lombardların) adlarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. “Əmanətlərin Sığortalanması Fondunun” xx.xx.2024-cü il tarixli, 12- 5/2-2190/2024 nömrəli, “Bank Respublika” nın 013/478 nömrəli, xx.xx.2024-cü il tarixli, “Lombardcini” lombardının xx.xx.2024-cü il tarixli, 020/L/24 nömrəli məktubları ilə təqdim olunmuş Təqsirləndirilən şəxs və oğlu Şahid5 adına qızıl-zinət əşyalan girov qoyulmaqla bağlanmış kredit müqavilələrinin surətlərinə 17 oktyabr 2024-cü il tarixdə tərəfimdən baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və oğlu Şahid5 adına rəsmiləşdirilən kredit və girov müqavilələrindən görünür ki, xx.xx.2023-cü il tarixdən 2023-cü ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində ümumilikdə 1202,16 qram qızıl-zinət məmulatları girov qoyularaq ümumilikdə 70510 manat məbləğində kredit götürülmüşdür. 2023-cü ilin yanvar- mart ayları ərzində 499,4 qram qızıl-zinət əşyaları girov qoyulmaqla cəmi 28753 manat pul krediti götürülmüş, 2023-cü ilin aprel-sentyabr ayları üzrə isə 702,76 qram qızılzinət əşyaları girov qoyularaq 41757 manat pul krediti götürülmüşdür. Bundan başqa müqavilələrdən görünür ki, 2023-cü il ərzində bank və lombardlar tərəfindən girov götürülən qızıl-zinət əşyalarının girov qoyanla razılaşdırılmış likvid qiyməti 56-59 manat aralığında olmuşdur. Yəni girov götürən(bank, lombard) Təqsirləndirilən şəxs və oğlu Şahid5 1 qram qızıla görə 56-59 manat aralığında kredit vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel-sentyabr ayları ərzində ümumilikdə 91123 manat dəyərində olmaqla qızıl-zinət əşayalan vermiş, həmin tarixdən, yəni 2023-cü ilin aprel ayından əvvəl olan kredit müqavilərinin ona aidiyyatı yoxdur, Təqsirləndirilən şəxs böyük ehtimal ki, digər şəxslərdən də qızıl-zinət əşyaları alaraq girov qoymaqla kredit götürmüşdür. Özünün ifadəsində göstərdiyi rəqəmlər və tarixlər doğurudur, Təqsirləndirilən şəxs ondan 91123 manat dəyərində qızıl-zinət əşyaları alaraq ələ keçirmişdir, məbləğ həmin rəqəmdən artıq deyildir. Nəzərdən keçirdiyi müqavilələrdə girov qoyulan qızılların hansının ona məxsus olub-olmamasını müəyyən edə bilməmiş, çünki fotoşəkillər yoxdur və qızıllarının sayı da çox olmuşdur. “Əmanətlərin Sığortalanması Fondunun” xx.xx.2024-cü il tarixli, 12- 5/2-2190/2024 nömrəli, “Bank Respublika” nın 013/478 nömrəli, xx.xx.2024-cü il tarixli, “Lombardcini” lombardının xx.xx.2024-cü il tarixli, 020/L/24 nömrəli məktubları ilə təqdim olunmuş Təqsirləndirilən şəxs və oğlu Şahid5 adına qızıl-zinət əşyaları girov qoyulmaqla bağlanmış kredit müqavilələrinin surətlərinə 26 oktyabr 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını 2023-cü ilin aprel ayının ortalarından sentyabr ayının sonlarınadək almış, lakin Zərərçəkmiş şəxs 30-35 min manat dəyərində qızıl-zinət əşyaları almışdır. 2023-cü ilin yanvar ayından aprel ayının ortalarınadək olan müddətdə bir neçə dəfə öz yaxın qohumları onun adına girov qızıl-zinət əşyaları girov qoyaraq kredit götürmüşlər, 2023-cü ilin aprel ayının ortalarınadək olan dövrdə özünün adına rəsmiləşdirilmiş kredit və girov müqavilələrinin pulunu özü götürməmişdir, həmin dövrədək oğlu Əlinin adına bağlanmış girov və kredit müqavilələri isə oğlu Əliyə aid olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən (məhkumluğa dair arayışdan) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 4(067)-94/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. 18 avqust 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair bildirdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən cəmi 35000 manat dəyərində qızıl götürdüyünü həmin qızılardan ödənişlər etdiyini qalan hissəsini isə övladı avtonəqliyyat hadisəsi törətdiyi üçün hadisə nəticəsində yaranmış ziyanı aradan qaldırmaq məqsədilə xərclədiyi üçün qaytara bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin ona dəymiş ziyanla əlaqədar bildirdiyi məbləğ həqiqətə uyğundur və ayrı-ayrı vaxtlarda həmin qızılların təqsirləndirilən şəxsə verilməsi şahidlərin verdikləri ifadələrə əsasən öz təsdiqini tapır. Məhkəmə “Əmanətlərin Sığortalanması Fondun” dan təqdim edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış müqavilələrə əsasən hesab edir ki, təqsirləndirilən şəxs qeyri səmimi ifadə verir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş kredit müqavilələrindən surətindən göründüyü kimi təqsirləndirilən şəxs və onun oğlu 2023-cü ilin yanvar ayından etibarən müxtəlif məbləğlərdə lombarda qızıl zinyət əşyaları qoyaraq müxtəlif məbləğlərdə pulları kreditə götürmüşlər. Həmçinin diqqət çəkən məsələ ondan ibarətdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qızılları götürməyə başladığı 2023-cü ilin aprel ayınadək müxtəlif tarixlərdə lobarda qızıl qoymaqla kredit götürmüşdür. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ona məxsus qızılları baha qiymətə satıb gəlir əldə etməyə dair münasibətlər qurub vədlər verərkən, artıq biznes fəaliyyəti yaxşı vəziyyətdə olmamış, yaxud təqsirləndirilən şəxsin qızılların alqı satqısı kimi bir biznes fəaliyyəti ümumiyyətlə olmamışdır. Həmçinin digər bir diqqət çəkən məsələ ondan ibarətdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 2023-cü ilin aprel ayından həmin ilin sentyabr ayınadək zərərçəkmiş şəxsdən qızılları götürdüyü müddət ərzində 9 dəfə öz adına lombarda qızılları qoymaqla kredit götürmüş, 11 dəfə isə oğlunun adına lombarda qızıl əşyalarını qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür. Qeyd olunan hallardan başqa təqsirləndiirlən şəxsin hansısa şəxslər dairəsinə qızıl satması, böyük həcmdə ondan qızılları alan hər hansı bir müştərisinin olması məhkəmə istintaqı zamanı müəyyən edilməmiş və müdafiə tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs övladının avtonəqliyyat hadisəsi törətdiyini bildirsə də cinayət işin materiallarına əlavə edilmiş müqavilələrin surətindən görünür ki, 2023-cü ilin aprel ayından həmin ilin sentyabr ayınadək təqsirləndirilən şəxsin oğlu Şahid5 adına kredit müqavilələri rəsmiləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun avtonəqliyyat hadisəsi törətməsini, dələduzluq yolu ilə əldə etdiyi qızılları qaytarmaması üçün bir bəhanə kimi istifadə etmişdir. Bütün qeyd olunanlar belə deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən qızılları alarkən məqsədi biznes fəaliyyətlə məşğul olmaq olmamış, əksinə onun etibarından sui istifadə etməklə ona məxsus qızılları ələ keçirmək olmuşdur. Bundan başqa zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video diskdən aydın görünür ki, zərərçəkmiş şəxs “91 min manat pulun qarşılığında 1500 manat nədir ki, gətirmisən” sözlərini demiş. Sonra Təqsirləndirilən şəxs 6 min manat maqazində ona borclu olmalarını, həmin pulu almaq üçün oraya getməsini, ona pul vermədiklərini, lakin alıb gətirəcəyini deyir.” Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bildirdiyi rəqəmə etiraz etmir. Halbuki təqsirləndirilən şəxsin göstərdiyi rəqəm ilə zərərçəkmiş şəxsin bildirdiyi rəqəm arasında çox böyük bir fərq vardır. Yəni həmin məbləği almayan şəxsin bu qədər böyük bir fərqə heç bir reaksiya verməməsi ağlabatan deyil. Həmçinin məhkəmə müdafiə tərəfinin Şahid8 ilə əlaqədar epizodda təqdim etdikləri dəlilə münasibət bildirərək hesab edir ki, şahidin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr əsas götürülməlidir. Çünki məhkəməyə təqdim edilmiş qətnamədə şahidin mövqeyi bilinmir amma məhkəmə istintaqı zamanı şahid həm ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və sərbəst ifadə verərkən bildirdiklərində hər hansı bir ziddiyətin anlaşılmazlığın olması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların hər birinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün hazırda əsaslar yoxdur. Onlar hər biri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında qaldığı 2 (iki) ay 10 (on) gün müddət ona təyin olunan 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasını çəkməsinin əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında qaldığı 2 (iki) ay 10 (on) gün müddət ona təyin olunan 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar