Məhkəmə qərarları › İş №1(124)-189/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-189/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-189/2022 28.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X3 Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1991-ci il tarixdə Şəki rayonu, Babaratma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Şorsu kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində 30 may 2019-cu ildən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs, azyaşlı övladları - 2019-cu il təvəllüdlü X6 və 2020-ci il təvəllüdlü X7 ilə kirayədə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 120 saylı marşurt xəttinin son dayanacağının yaxınlığında yerləşən birmərtəbəli nömrəsiz evdə olarkən 2021-ci ilin mart ayından etibarən arvadı Zərərçəkmiş şəxs başqa kişilərlə ona xəyanət etməsindən şübhələndiyi üçün sonuncu ilə bu barədə evin yardımçı otağında söhbət edərkən arvadının ona həyatını istədiyi kimi yaşayacağını bildirməsi, həmçinin ona boşanma təklif etməsindən sonra şübhələrinin əsaslı olduğu qənaətinə gələrək onu qısqanclıq zəminində öldürmək qərarına gəlib əvvəlcədən evin mətbəxindən götürüb cibinə qoyduğu tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını sağ əlinə alaraq Zərərçəkmiş şəxs saçından sol əli tutub aşağı dartıb bıçaqla kürək nahiyəsinə bir zərbə vurmuş, bu zaman Zərərçəkmiş şəxs səsinə otağa daxil olmuş, həmin vaxt evlərində qonaq olan öz anası Şahid2 onun əməllərinin qarşısını almağa çalışmasına əhəmiyyət verməyib, nənələri ilə birlikdə otağa daxil olmuş övladlarının gözü qarşısında həm azyaşlı övladlarına, həm də zərərçəkmiş şəxsin özünə xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs kürək nahiyəsinə bıçaqla daha bir neçə zərbə vurmuş, anasının oğluna müqavimət göstərməsindən istifadə edən Zərərçəkmiş şəxs imkan tapıb otağın qapısını örtüb qaçdıqdan sonra öz anasının da yalvarışlarına əhəmiyyət verməyib, Zərərçəkmiş şəxs öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə sonuncunu evdə axtaran zaman evin böyük otağının pəncərəsinin nəfəsliyindən qonşuluqdakı evə qaçdığını başa düşüb qonşuluqdakı evin həyətinə daxil olmuş və həyətdə olan qan ləkələri ilə Zərərçəkmiş şəxs həmin evdə olduğunu yəqin edib, evin pəncərəsinin dəmir hissəsini evin divarından əli ilə aralayıb və yenə əli ilə həmin pəncərənin şüşəsini sındıraraq evə daxil olduqdan sonra evdə olan şəxslərin etiraz etmələrinə baxmayaraq, əməllərini davam etdirib evin yataq otağında çarpayıda yanı üstə uzanmış və yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq qalxıb onunla getməyi təklif etdikdən sonra sonuncunun bunu etməyəciyini bildirdiyindən onu yerə yıxaraq müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, ona xüsusi ağrı yetirdiyini dərk etməklə, əlində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsindən 10, sağ kürəkaltı nahiyədən 1, sol kürəkaltı nahiyədən 2, sol kürək nahiyəsindən 3, sağ saiddən 1, sol bazudan 1, bel nahiyəsindən 4, sağ kürəküstü nahiyədən 2, sol saiddən 2, başın alın təpə nahiyəsindən 1 xəsarət yetirməklə sonuncuya döş qəfəsinin və bel nahiyəsinin daxilə nüfuz edərək hər iki ağciyərin zədələnmələri ilə müşayiət olunan deşilmiş kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan döş qəfəsinin 9 ədəd, sağ kürəkaltı nahiyənin 1 ədəd, sol kürəkaltı nahiyənin 2 ədəd, sol kürək nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, həmçinin sağ saidin 1 ədəd, sol bazunun 1 ədəd, bel nahiyəsinin 4 ədəd, döş qəfəsinin 1 ədəd, sol kürəküstü nahiyənin 2 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, habelə sol saidin 2 ədəd qançırı, başın alın-təpə nahiyəsinin 1 ədəd qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlər, yəni çoxsaylı cəmi 27 xəsarət yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 avqust 2021-ci il tarixində ailəsi ilə birlikdə hadisənin baş verdiyi evə köçmüşdürlər. 2021-ci ilin mart ayında arvadının başqa kişilərlə mobil telefonda yazışmasının şahidi olmuşdur. Həmin vaxt onlar Şəki rayonunun Şorsu kəndində yaşayırmışlar. İncinin mobil telefonunu əlindən alaraq, onun mobil telefondan istifadə etməsini qadağan etmişdir. Xırdalan şəhərinə köçməkdə məqsədi də İncinin başqa kişilərlə münasibət saxlamasının qarşısını almaq olmuşdur. Daha sonra İncinin yenidən mobil telefon işlətdiyinin şahidi olmuşdur. Bu səbəbdən İncinin ona başqa kişilərlə xəyanət etməsindən qəti əmin olmuşdur. O, əlindən gələni etmişdir ki, bəlkə İnci dəyişər. İnci 2 körpə uşağı evdə qoyub pəncərədən çıxıb getmişdir, nə etmişdirsə xeyri olmamışdır. Hadisədən bir gün əvvəl yəni 06 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində İnci ilə mübahisələri olmuşdur. O, uşaqlarının başı aşağı olmasın deyə, İncini öldürmüşdür. O, belə olmasını istəməmişdir. Məcbur olaraq bilərəkdən bu hadisəni törətmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, İnciyə neçə bıçaq zərbəsini vurduğunu bilməmişdir. İncinin ona xəyanət etdiyini görmüşdür. Niyyəti İncini öldürmək olmuşdur. Hadisə vaxtı anası uşaqlarla digər otaqda olmuşdur. 4-5 bıçaq zərbəsi vurduqdan sonra anası otağa gəlmişdir. İncı daha sonra qonşya qaçmışdır. O, qonşunun qapısını sındırıb evə daxil olmuş, İncinin öldüyünə əmin olduğdan sonra oranı tərk etmişdir. Uşaqlar hadisəni görməmişdirlər. İnciyə əzab vermək niyyəti olmamışdır. Sadəcə onun niyyəti onu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürmüşdür. İnci ilə 2018-ci ilin aprel ayında qeyri-rəsmi yaşamağa başlamış, 30 may 2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahdan iki övladı (2019-cu il təvəllüdlü X6 və 2020-ci il təvəllüdlü X8) dünyaya gəlmişdir. İnci onun ikinci həyat yoldaşı olmuşdur. Belə ki, əvvəl, yəni 24 dekabr 2014-cü il tarixdə Şəki rayon sakini X2 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan övladları olmadığına görə Şəki rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. İnci ilə evləndiyi ilk dövrlərdə ailə münasibətləri normal olmuşdur. 3-4 ildir ki, Sumqayıt şəhərində müxtəlif yerlərdə fəhlə işlədiyindən evləndikdən sonra ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Bir-birilərini sevib evləndikləri üçün münasibətləri də normal olmuşdur. 20 avqust 2021-ci il tarixdə ailəsi ilə birlikdə hadisənin baş verdiyi evə köçmüşdür. 2021-ci ilin mart ayında arvadının başqa kişilərlə mobil telefonda yazışmasının şahidi olmuşdur. Həmin vaxt onlar Şəki rayonunun Şorsu kəndində olmuşlar. İncidən mobil telefonunu, mobil nömrələrini (********** və **********) götürərək anasına vermişdir. Bundan sonra İnciyə mobil telefon və nömrə almamış və sonuncuya mobil telefondan istifadə etməsini qadağan etmişdir. Xırdalan şəhərinə köçməkdə məqsədi də İncinin başqa kişilərlə münasibət saxlamasının qarşısını almaq olmuşdur. Təxminən bir ay yarım qabaq İncinin yenidən mobil telefon işlətdiyinin şahidi olmuşdur. Həmçinin İnci onun almadığı təzə paltarlar geyinmişdir. Bu səbəbdən İncinin ona başqa kişilərlə xəyanət etməsindən qəti əmin olmuşdur. Hadisədən bir gün əvvəl yəni 06 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində İnci “sən mənə sərbəstçilik ver mən həyatımı yaşamaq istəyirəm, gəl boşanaq oğlan səndə qalsın qız məndə” demişdir. Həmin gün anası Şahid2 da Şəki rayonundan yaşadıqları evə gəlmiş, lakin gecə onlarla qalmamışdır. Bütün gecə yatmayaraq aqibətləri haqqında düşünməyə başlamışdır. Səhər tezdən saat 08 radələrində evdən çıxaraq işə getmişdir. Lakin işə çatdıqda işləyə bilməmiş və geri qayıtmışdır. Evə çatdıqda İnci, uşaqlar və anası evdə olmuşlar. İnci ilə ciddi söhbət edərək sonuncunun başqa kişilərlə əlaqə saxlamamasını tələb edəcəkmiş. Evə girdikdən sonra İnci ilə söhbət etməmişdən qabaq mətbəxə keçərək oradan bir ədəd sapı qırmızı, göy və ağ rəngli bıçağı götürmüşdür ki, əgər İnci etiraz etsə onu həmin bıçaqla öldürsün. İnci ilə söhbət etmək istədikdə sonuncu bir gün əvvəlki gecə dediklərini təkrar etmişdir. Saat təxminən 11 radələri olmuşdur. Söhbətləri evin dəhlizində sol tərəfdən sonda yerləşən, pal-paltar qoymaq üçün istifadə olunan otaqda baş vermişdir. İncinin yenə də “mənə sərbəstlik ver, həyatımı yaşayım boşanaq” sözlərindən sonra əsəbləşərək sağ cibində olan bıçağı sağ əlinə götürərək birinci dəfə İncinin saçından başını aşağı çəkərək kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. İnci bu zərbədən sonra qışqırsa İncinin qışqırtısına əhəmiyyət verməyərək yenidən iki dəfə zərbə endirmişdir. Bundan sonra İncinin qışqırtısına evdə anası gəlmiş və özünü üstünə atmışdır. Anası ilə birlikdə uşaqlar da gəlmişlər. Lakin anasının onu aralamaq istəməyinə əhəmiyyət verməyərək yenidən İnciyə bir neçə dəfə zərbə endirmişdir. İnciyə zərbə endirməsini uşaqlar da görmüşlər. Zərbələri endirərkən İncinin saçı əlində olmuşdur. Lakin İnci macal taparaq əlindən qaçmış və otağın qapısını bağlamışdır. Otağın qapısı çətin açıldığı üçün bıçaqla qapını zorla açmış və təxminən 1-2 dəqiqə vaxt keçmişdir. Qapını açmaq istəyən zaman anası da ondan yapışaraq “eləmə, eləmə” demişdir. Anasının sözlərinə əhəmiyyət verməmiş və qapını bıçaqla açaraq dəhlizə çıxmışdır. Qan izlərinə baxdıqda İncinin zalda olan pəncərədən qonşuya keçdiyini bilmişdir. Evin arxası ilə gedərək həmin evə darvazadan daxil olmuş və qapını döymüşdür. Lakin içəridə olan adamlar ona qapını açmayaraq polisə zəng vurduqlarını bildirmişlər. Onlara “açın sizinlə işim yoxdur” demişdir. Lakin onlar dediklərinə əhəmiyyət vermədiklərindən qapının sol tərəfində yerləşən pəncərənin qarşısındakı dəmir barmaqlığı (“reşotka”nı) güc verərək divardan ayırmış və pəncərəni əlləri ilə güclü zərbə endirərək qırmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuş və qadınların və uşaqların olduğunu görmüşdür. Onlar ona mane olaraq İnciyə yaxınlaşmağa imkan verməmişlər. Lakin onlara “sizinlə işim yoxdur çəkilin qırağa” demişdir. Onlar imkan vermədikləri üçün güclə onların əlindən çıxmış və yataq otağında çarpayıda uzanmış vəziyyətdə olan İncini çarpayıdan götürərək evə aparmaq istəmişdir. İncinin saçından tutub dartmış, evə aparmaq istəyərkən İnci “yalvarıram eləmə” deyərək döşəməyə yıxılmışdır. İncini öldürmək məqsədi ilə yenidən həmin evdə onun müxtəlif nahiyələrinə xeyli sayda xəsarət yetirmişdir. İncinin öləcəyinə əmin olduqdan sonra qonşunun evini tərk etmiş və yaşadıqları evə getmişdir. Bundan sonra anası ilə görüşüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək arvadını öldürdüyünü bildirmişdir. Sonra tanımadığı polis əməkdaşı ilə Abşeron RPİ-yə gedərək könüllü surətdə təslim olmuş və İncinin öldürmək üçün istifadə etdiyi bıçağı növbətçi hissəyə təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsində arvadının istifadə etdiyi mobil telefonun sadə mobil telefon olduğunu və həmin telefonu özünün almadığını bildirmişdir. Arvadının işlətdiyi mobil nömrəni isə bilməmişdir. Hadisə vaxtı əynində qara rəngli şalvar, ağ rəngli jaket, qara rəngli jilet olmuşdur. İncinin əynində isə qırmızı rəngli jaket, qara rəngli şalvar olmuşdur. Arvadını qısqanclıq zəminində öldürmüşdür, çünki ona başqa kişilərlə xəyanət etməsindən şübhələnmişdir. Arvadının 2021-ci ilin mart ayında başqa kişilərlə mesajlaşmasını tutmuşdur. Həmin mobil telefon smartfon olmuşdur. Həmin mobil telefonu anasına vermiş və bundan sonra arvadına mobil telefon almamışdır. Lakin hadisədən ay yarım əvvəl arvadının yenidən mobil telefon işlətdiyinin, həmçinin onun almadığı başqa paltarlar geyinməsinin şahidi olmuşdur. Bu da arvadının ona tanımadığı kişilərlə xəyanət etməsi şübhəsini artırmışdır. Lakin təqdim edəcəyi əsaslı bir sübut olmamışdır. Hadisə vaxtı evdə o, anası, İnci və uşaqlar olmuşdur. Uşaqlar da, anası da hadisənin şahidi olmuşlar. Anası ona mane olmaq istəsə də anasının sözlərinə əhəmiyyət verməmiş, İncini öldürmək niyyətini başa çatdırmaq üçün evdən çıxmış və qonşunun evinə gedərək sonuncunu orada qətlə yetirmişdir. Hadisə vaxtı arvadına ən azı 10 xəsarət yetirmişdir. Qonşuluqda yaşayan şəxsləri tanımamışdır. Çünki özü də həmin evə təzə köçmüş və qonşularla elə də əlaqəsi olmamışdır. Qonşulara xəsarət yetirməmiş və onları hədələməmişdir. Sadəcə olaraq onlara “sizlik deyil, siz qarışmayın” demişdir. Hadisə vaxtı sağ və sol əllərindən xəsarət almışdır. Xəsarətlər həm İncini bıçaqla vurarkən, həm də pəncərənin şüşəsini sındırarkən yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarxidə əri Təqsirləndirilən şəxs tərəfindən kirayə yaşadıqları Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən Zərərçəkmiş şəxs onun doğma qızıdır. Sənan qonşunun pəncərəsini sındırıb, qızını qonşunun evində öldürmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Sənan İncinin qolunu sındırmışdır. Onlar qızları ilə danışan zaman telefon həmişə səs ucaldıcıda olmuşdur. Qızı ilə danışmaq üçün həmişə Sənana zəng etmişlər. Sənandan şikayətçidir. İbtidai istinatqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1982-ci ildə X4 ilə ailə həyatı qurmuş, bu nikahdan 3 övladı (Elmira, Sənan və Sahil) dünyaya gəlmişdir. 5-6 il əvvəl əri İlyas ürəktutmadan vəfat etmişdir. Elmira Şəki şəhər sakini Samir adlı şəxslə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Şəki şəhərində yaşayır. Sahil isə subaydır və onunla birlikdə Şorsu kəndində yaşayır. Sənan isə 2019-cu ildə Ağdaş şəhər sakini İnci adlı qadınla ailə həyatı qurmuş, bu nikahdan onların 2 övladı (İlyas və Nur) dünyaya gəlmişdir. İnci və Sənan evləndikləri ilk dövrlərdə ailədaxili münasibətləri normal olmuşdur. İnci və Sənan uşaqlarla birlikdə Sənanın iş yeri Sumqayıt şəhərində olduğu üçün Bakı şəhərində yaşamışlar. Lakin onlar bəzən kəndə gəlib-getmişlər. Təxminən 7-8 ay əvvəl onlar kənddə olduqları zaman Sənan İncinin mobil telefonunu içərisində olan mobil nömrələrlə alıb ona vermiş və “ona telefon olmaz, o telefon işlətməsin, mən telefonu ona qadağan edirəm” demişdir. Həmin mobil telefonun markası yadında olmasa da, onun sensor ekranlı olduğu və ağ rəngli olduğu yadındandır. Həmin telefon bir müddətdən sonra qırılmış və tam yararsız hala düşmüşdür. Həmin telefonu daha sonra o atmışdır. Hiss etdiyi qədər ilə Sənan İncinin ona xəyanət etməsindən şübhələnmişdir. Sənan abırlı oğlan olduğundan bu barədə ona konkret söz deməmişdir. İncinin konkret olaraq başqa kişilərlə münasibət saxlamağının şahidi olmamış və bu barədə heç bir şey eşitməmişdir. 06 oktyabr 2021-ci il tarixdə qardaşı Teymur Əzizov xəstə olduğu üçün sonuncunun yanına getmək məqsədi ilə Xırdalan şəhərinə gəlmişdir. Həmin gün saat saat 17 radələrində qardaşıgildən çıxaraq Sənangilin Xırdalan şəhərində kirayə yaşadığı evə getmişdir. Orada olarkən İnci ona “Sənan mənimlə yola getmir, mən ondan boşanacam və uşaqların birini özümlə götürəcəm” demişdir. İncidən bunun səbəbini soruşduqda İnci konkret bir cavab verməmişdir. Həmin vaxt Sənan işdə olmuşdur. Sənan saat 20 radələrində işdən gəlmişdir. Sənandan nəyə görə birlikdə mehriban dolanmadıqlarını soruşduqda sonuncu “sən bilmədiyin işlər çoxdur” demişdir. Sənan ona İncinin ondan xəbərsiz tez-tez evdən çıxdığını bildirmişdir. Saat 23 radələrində onların yaşadığı evdən çıxmış və gecə qardaşıgildə qalmışdır. 07 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sənan onu qardaşıgildən götürərək yaşadıqları evə aparmışdır. Sənan həmin gün işə gedibgetməməsini soruşduqda sonuncunun işinə getməsini istəmişdir. Sənan saat təxminən 20:30-da evdən çıxıb işə getmişdir. O, İnci və uşaqlar evdə qalmışlar. Sənan çıxdıqdan bir müddət sonra İncinin atası Hüseynə zəng edərək “gəlin qızınızı aparın bunlar dolanmırlar” demişdir. Sonuncu isə ona “mən gələ bilmərəm, mən sənə qız verməmişəm ki, sən də mənim qapıma qaytarasan” demişdir. Cavabında “mənim oğlumun başını yeməyin, gəlin qızınızı götürün, yoxsa oğlum qızını öldürə bilər” demişdir. Bundan sonra telefonu bağlamışdır. Saat təxminən 11 radələrində Sənan evə gəlmişdir. Sənan gəldikdə İncidən “sən bu evdən neçə dəfə çıxıb getmisən, uşaqları da özünlə aparmısan?” soruşmuşdur. İnci isə cavabında “mən iki dəfə gəzməyə çıxmışam” demişdir. Sənan isə İnciyə “yalan deyirsən, sən iki dəfə yox beş dəfə çıxmısan” demişdir. Sənanın hər gün işə getdiyindən İncinin ondan xəbərsiz evdən çıxmasının real olduğunu bildirmişdir. Həmçinin İnci “niyə məni belə sıxırsan, lazım gəlsə boşanarıq, uşağın biri məndə qalar, biri səndə” demişdir. Sənan isə ona “əgər sən məndən xəbərsiz burdan çıxmısansa başqa çöldə hər şey edə bilərsən” demişdir. İnci bundan sonra acıqlı olaraq Nuru götürmüş və dəhlizin sol tərəfində sonda yerləşən əşya qoymaq üçün istifadə olunan yardımçı otağa getmişdir. Sənan da onun arxasınca getmişdir. Sənanın dalınca getmiş və həmin otaq soyuq olduğu üçün Nuru ordan götürmüşdür. Nuru digər otağa aparıb qoyan kimi İncinin qışqırtısını eşitmiş və onlar olan yardımçı otağa girmişdir. Oraya çatdıqda Sənanın əlində bıçaq görmüş, İncini isə onun qarşısında başı aşağı vəziyyətdə görmüşdür. Uşaqlar da səsə gəlmiş və ağlaşmışlar. Onlar da bu hadisəni görmüşlər. Sənanın İncini öldürməsinin qarşısını almaq məqsədi ilə sonuncunun üstünə atılmışdır. Bu zaman İnci fürsət tapıb Sənanın əlindən qaçmış və qapını örtmüşdür. Həmin qapı çətin açıldığından Sənan çətinlikdə qapını açmış və çölə çıxmışdır. Həmin vaxt uşaqlar ağlaşdığı üçün, qan gördüyü üçün özünü itirmiş və Sənanın evdən necə çıxdığını görə bilməmişdir. Bir müddət sonra Sənan evə gəlmiş və “mən gedirəm təslim olmağa, onu cəzasına çatdırdım, o mənim papağımı yerə soxdu” demişdir. Bundan sonra Sənan Abşeron RPİ-yə gedərək arvadını öldürdüyünü boynuna alıb təslim olmuşdur. Şahid2 ifadəsində Zərərçəkmiş şəxs başqa kişilərlə yaxın münasibət saxlamasını görmədiyini və konkret kiminləsə münasibət saxlaması barədə heç bir şey eşitmədiyini bildirmişdir. Bu barədə sadəcə olaraq oğlu ona demişdir. İnci ilə Sənanı ayırmaq istəyərkən xəsarət almamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən kirayə yaşadıqları Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirilən 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızı olmuşdur. 1996-cı ildə X3 ilə ailə həyatı qurmuş, bu nikahdan iki övladı (1997-ci il təvəllüdlü Pünhan və 1999-cu il təvəllüdlü İnci) dünyaya gəlmişdir. İnci təxminən 2018-ci ildə Şəki rayonu, Şorsu kəndi sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu nikahdan onların 2 övladı (2019-cu il təvəllüdlü İlyas və 2020-ci il təvəllüdlü Nur) dünyaya gəlmişdir. Sənan və İnci bir birilərini sevərək əvvəlcə qoşulub qaçmış, daha sonra isə evlənmişlər. Sənan metal doğrayıcı işi ilə məşğul olaraq ailəsini dolandırmışdır. Sənanın işi ilə əlaqədar olaraq İnci və uşaqlar da onunla birlikdə əvvəlcə Novxanıda, son təxminən 1 ayı isə Xırdalan şəhərində yaşamışlar. COVİD-19 pandemiyası ilə əlaqədar Respublika ərazisində olan karantin vaxtı onlar Şəki rayonunun Şorsu kəndində yaşamışlar. Onların ailədaxili münasibətləri normal olmuşdur. Sənanla heç vaxt problemləri olmamışdır. 07 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Sənanın anası İradə zəng edərək “gəlin pozğununuzu burdan aparın evinizə” demişdir. O da İradəyə “ağzına gələni danışma yenə nə olubdu” demişdir. İradə bundan sonra mobil telefonunu söndürmüşdür. Ərinin mobil telefonu ilə Sənanın özünə zəng edib “Sənan nə olub bunlar nə məsələdi, aranızda nə baş verib, evinizdə nə söz söhbət var” deyə soruşmuşdur. Sənan isə “heç bir şey olmayıb mən indi evə gedirəm” demişdir. İnci də mobil telefon işlətmədiyindən qızı ilə əlaqə saxlaya bilməmişdir. Həmin gün saat 11 radələrində Rusiya Federasiyasının Moskva şəhərində yaşayan oğlu Pünhan zəng edərək “ana, Sənan İncini bıçaqlayıb öldürüb” demişdir. Bundan sonra Sənanın dayısı arvadı Şəfaya zəng edib soruşduqda sonuncu bu barədə heç bir şey bilmədiyini demişdir. Həmin gün əri Hüseyn qızının meyitini gətirib Ağdaş şəhərində dəfn edilməsi üçün Bakı şəhərinə getmişdir. 08 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində əri qızı İncinin meyitini gətirmiş və İnci Ağdaş şəhər qəbristanlığında dəfn edilmişdir. Şahid1 ifadəsində qızının başqa kişilərlə əlaqə saxlamasını heç vaxt ehtimal etmədiyini, Sənanın şübhələrinin tam əsassız olduğunu bildirmişdir. Qızı mobil telefondan istifadə etməmiş həmişə Sənanın mobil nömrəsi vasitəsi ilə əlaqə saxlamışlar. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində bildirmişdir ki, 2017-ci ildə Şahid4 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 övladı (2019-cu il təvəllüdlü Dəniz və 2020-ci il təvəllüdlü Məhəmməd) dünyaya gəlmişdir. 09 avqust 2021-ci il tarixdə ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 120 nömrəli marşrut xəttinin son dayanacağında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayə yaşamağa başlamışdır. 07 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində əri Rəşadı işə yola saldıqdan az sonra qonşuluqda yaşayan şəxslərin ciddi münaqişə etdiyini eşitmişdir. Belə ki, bir qadın “Sənan geri qayıt” demişdir. Bir gün əvvəl xalası Şəhla əri Şamxal və 2 azyaşlı uşağı ilə yaşadıqları evə qonaq gəlmiş və gecəni orda qalmışlar. Həmin gün saat 11 radələrində yaşadıqları evin qapısının bir qadın tərəfindən möhkəm döyüldüyünü və arxadan “yalvarıram açın, mənə kömək edin” deməsini eşitmişlər. Qapını açdıqda qara şalvar və qırmızı rəngli jaket geyinmiş cavan qadın tez içəri daxil olmuş və qapının yanında yerə yıxılmışdır. Həmin qadını tanımamışdır. Həmin qadın ağzı üstə yerə yıxıldığından köynəyinə nəsə töküldüyün hiss etmişdir. Qadına əlini vurduqda jaketin qan olduğunu başa düşmüşdür. Həmin qadın ərinin onu bıçaqladığını demişdir. Şamxal təcili tibbi yardım çağırmaq məqsədi ilə evdən küçəyə çıxmışdır. Həmin vaxt həyətə baxdıqda 30-35 yaşlarında bir kişinin əlində bıçaq darvazadan içəri daxil olduğunu görmüşdür. Həmin şəxsin əynində qara rəngli şalvar, ağ rəngli jaket və qara rəngli jilet olmuşdur. Həmin şəxsin yanlarında olan qadını öldürmək üçün gəldiyini başa düşdüyündən evin qapısını bağlamışdır. Həmin şəxs qapını döyərək “qapını açın” demişdir. Xalası həmin vaxt qapının arxasından oğlana “get burdan polisə zəng vurmuşuq” demişdir. Oğlan isə qapının arxasından israrla qapını açmaqlarını istəmişdir. Yataq otağında gedərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək olanları bildirmişdir. Oğlan qapının arxasında “günah məndən getdi” demişdir. Bundan sonra xalası Şəhla qadını sürüyərək yataq otağında olan qapıya yaxın çarpayının üzərinə uzandırmışdır. Oğlan bu zaman qapının çöldən sol tərəfində içəridən isə mətbəxdə yerləşən pəncərəsini güclə qıraraq içəri daxil olmuşdur. Bunu səslərdən başa düşmüşdür. Xalası həmin vaxt uşaqları yataq otağına aparmışdır. O da həmin vaxt yataq otağında olmuşdur. Həmin oğlan içəri daxil olduqdan sonra mətbəxdən onların olduqları otağa əlində bıçaq daxil olmuşdur. Xalası həmin oğlana yalvararaq “qardaş yalvarıram sənə heç nə eləmə” demişdir. Oğlan isə cavabında “mənim sizinlə işim yoxdur, sizə heç bir şey etməyəcəm” deyərək qadının uzandığı çarpayıya yaxınlaşaraq yaralı qadının qolundan tutaraq aparmaq istəmiş, lakin qadın buna etiraz etdiyindən oğlan qızın qolundan tutaraq çarpayıdan yerə salmış və qadında “səni burda doğramayım, çıx burdan” demişdir. Oğlan qadının saçından tutaraq boğazını kəsmək istəmişdir. Hamısı bunu görüb qışqırdıqları üçün oğlan bu niyyətindən əl çəkmişdir. Bu zaman xalası öz uşaqlarını yataq otağından çıxarmış və birlikdə küçəyə çıxmışlar. O isə öz uşaqları ilə birlikdə orda qalmışdır. Daha sonra bu mənzərəyə baxa bilmədiyindən uşaqları da özünə sıxaraq yataq otağında divara qısılmışdır. Oğlanın qadına xəsarət yetirdiyini görməmişdir. Çünki bu mənzərəyə həm özünün baxmasını, həm də uşaqların baxmasını istəməmişdir. Amma oğlanın “fsyo, fsyo” dediklərini eşitmişdir. Təxminən 30 saniyə uşaqları ilə birlikdə həmin vəziyyətdə qalmışdır. Çönəndə isə oğlanın bıçağı sildiyini görmüş və “fsyo öldün, bəsdi” dediyini eşitmişdir. Bundan sonra oğlan evdən çıxmış, qadın isə sağ yanı üstə yataq otağının qapısının yanında döşəməyə uzanmış vəziyyətdə qalmışdır. Şamxal bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili ilə gəlmiş, gələn həkimlər qadının hələ yaşadığını bildirərək onu ordan götürmüşlər. Daha sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. Sonradan həmin qadının səhər saatlarında münaqişə edən qadın olduğunu yəqin etmişdir. Şahid3 ifadəsində həmin qadını və kişini tanımadığını, özlərinin də oraya yeni köçdüklərini bildirmişdir. Evə daxil olan kişi onlara heç bir xəsarət yetirməmiş və onlara hədə-qorxu gəlməmişdir. Həmin şəxs onlara “sizinlə işim yoxdur” demişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində bildirmişdir ki, 2017-ci ildə Şahid3 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 övladı (2019-cu il təvəllüdlü Dəniz və 2020-ci il təvəllüdlü Məhəmməd) dünyaya gəlmişdir. 09 avqust 2021-ci il tarixdə ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 120 nömrəli marşrut xəttinin son dayanacağında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayə yaşamağa başlamışdır. 07 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində işə getmişdir. Həmin gün saat 11 radələrində arvadı Leylaya zəng etdikdə, sonuncu qonşu qadının evə gəldiyini və ərinin onu bıçaqladığını demiş və telefonu söndürmüşdür. Bundan sonra dərhal müdiriyyətdən icazə almış və evə getmişdir. Təxminən 40 dəqiqə sonra evə çatmışdır. Yolda olarkən Leylaya zəng etmişdir. Leyla ona təcili tibbi yardımın qadını apardığını demişdir. Leylaya cavabında “yoldayam gəlirəm” demişdir. Evə çatdıqda evdə Leyla, uşaqlar, Leylanın xalası Şəhla, onun uşaqları və əri Şamxal orada olmuşlar. Onlardan qonşuluqda yaşayan tanımadığı kişinin kömək üçün yaşadıqları evə gələn arvadını yaşadıqları evdə bıçaqladığını və getdiyini öyrənmişdir. Daha sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşaşayış massivi, Nuray MTK-nın arxa hissəsində yerləşən, 1 mərtəbəli özəl tikili yaşayış evidir. (İ cild, iş vərəqə 5-10) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixlin 116 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 24 (iyirmi dörd) ədəd deşilmiş-kəsilmiş yara, 3 (üç) ədəd qançır aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yarlardan 15 (on beş) ədədi daxilə nüfuz etmişdir. Həmin xəsarətlər aşağıdakılardır: 1. Döş qəfəsinin sağ yarısının arxa səthinin qoltuq xətti üzrə İX-X qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara İX-X qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edir, ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7 sm-dir. İstiqaməti sağdan-sola, bir qədər aşağıdan yuxarıya və arxadan önə doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 2. Döş qəfəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİİ-İX qabırğaarası sahədə sağ plevra boşluğuna nüfuz edir, ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 6 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarıya və sağdan-sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 3. Sağ kürəkaltı nahiyənin Vİİ-Vİİİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİ-Vİİİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edir, ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər yuxarıdanaşağı və sağdan-sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 4. Döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı xətt üzrə Vİİ- Vİİİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara sağ plevra boşluğuna nüfuz edərək, ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər soldan-sağa və aşağıdanyuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 5. Döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı səthi üzrə İX döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş kəsilmiş yarası (2,5x0,5 sm ölçüdə); Yara sağ plevra boşluğuna nüfuz edir və ağciyərin orta payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər yuxarıdan-aşağı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 6. Döş qəfəsinin arxa səthinin sol yarısının kürək xətti üzrə X döş fəqərəsi proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara İX-X qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 7. Döş qəfəsinin arxa səthinin sol yarısının kürək xətti üzrə Vİİİ-İX döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİİ-İX qabırğaarası sahədən sol plevra boşluğunun nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və soldansağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır.

8. Döş qəfəsinin arxa səthinin sol yarısının kürək xətti üzrə Vİİİ-İX döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,1x0,5 sm ölçüdə); Yara Vİİİ-İX qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər yuxarıdanaşağı və soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 9. Döş qəfəsinin arxa səthinin sol yarısının kürək xətti üzrə Vİİİ-İX döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİİ-İX qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7,5 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 10. Sol kürəkaltı nahiyənin onurğayanı xətti üzrə Vİİ-Vİİİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİ-Vİİİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 6,5 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 11. Sol kürəkaltı nahiyənin kürək xətti üzrə Vİİ-Vİİİ döş fəqərləri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİİ- Vİİİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7,5 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 12. Sol kürək nahiyənin kürək xətti Vİ-Vİİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara Vİ-Vİİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8,0 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdanyuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 13. Sol kürək nahiyəsinin kürək xətti Vİ-Vİİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,1x0,5 sm ölçüdə); Yara Vİİİ-İX qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8,0 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdanyuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 14. Döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara V-Vİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 8,0 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdanyuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 15. Sol kürək nahiyəsinin bayır kürək xətti üzrə V-Vİ döş fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara V-Vİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 7,0 sm-dir. İstiqaməti arxadan-önə, bir qədər aşağıdanyuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. Daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar: 1. Sağ saidin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,5x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3 sm-dir. İstiqaməti arxadan-önə və bir qədər yuxarıdan-aşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 2. Sağ bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 2 sm-dir. İstiqaməti arxadan-önə və bir qədər sağdan-sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 3. Bel nahiyəsinin sağ yan səthinin deşilmişkəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 4 sm-dir, istiqaməti sağdansola bir qədər aşağıdan-yuxarı və öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 4. Bel nahiyəsinin sol yarısının deşilmişkəsilmiş yarası (1,5x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti soldansağa bir qədər aşağıdan-yuxarı və öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 5. Bel nahiyəsinin sağ yarısının deşilmişkəsilmiş yarası (1,8x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti sağdansola, bir qədər aşağıdan-yuxarı və öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 6. Bel nahiyəsinin orta hissəsinin İ, İİ bel fəqərələri proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (1,4x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 7. Döş qəfəsinin arxa səthinin sol yarısının onurğayanı xətti üzrə X döş fəqərəsi proyeksiyasında yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 5 sm-dir, istiqaməti arxadan-önə, bir qədər soldan-sağa və aşağıdanyuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 8. Sol kürəküstü nahiyəsinin deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti arxadan-önə, bir qədər soldan-sağa və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. 9. Sol kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə); Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti arxadan-önə, bir qədər soldan-sağa və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd qırmızı rəngli qansızmalıdır. Yara ayaq altından 126 sm yuxarıda yerləşmişdir. Küt əşyanın təsirindən əmələ gələn xəsarətlər: 1.2. Sol saidin aşağı 1/3-nin 2 ədəd qançırı (3,0x2,5 sm və 1,0x1,0 sm ölçülərdə); 3. Başın alın-təpə nahiyəsinin qançırı (4,0x4,0 sm ölçüdə). Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, həmin xəsarətlərdən deşilmiş kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin) təsirindən, sol said nahiyəsinin və başın alın-təpə nahiyəsinin qançırları isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş daxilə nüfuz edən 15 (on beş) ədəd deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın, 9 (doqquz) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs meyitindən aşkar edilmiş sol said nahiyəsinin 2 (iki) ədəd və başın alın-təpə nahiyəsinin 1 (bir) ədəd qançırı xəsarətləri isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və bel nahiyəsinin daxilə nüfuz edərək hər iki ağciyərin zədələnmələri ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2021-ci il tarixdə saat 16:00-da) 5-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş qançırların müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, əl barmaqları, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponun məhkəmə-bioloji tədqiqi zamanı spermatazoidlər aşkar edilməmişdir. (İ cild, iş vərəqə 235-244) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 634-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolunun arxa səthində 01 (bir) ədəd və köynəyin arxa səthində cəmi 23 (iyirmi üç) ədəd deşilmiş kəsilmiş zədə aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd tuman və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində heç bir düzəliş edilməmişdir. (İ cild, iş vərəqə 245-256) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2021ci il tarixli 772/2021-MTBŞ saylı rəyindən görünür ki, Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus trusik, sviter (jaket), şalvar, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, jilet, jaket, onun təqdim etdiyi bıçaq, iki ədəd tül pərdə, odeyal, üç ədəd gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddə nümunələrində insan qanı ləkələri aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs məxsus trusik, ona məxsus sviterin (jaketin) ön və arxa səthlərində, ona məxsus şalvarda və bir cüt corabda, Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayaq hissəsinin ön, yan hissələrində olan ləkələrdə, ona məxsus jiletin sol yarısında öndə aşağı kənardan 7 sm, sol kənarından 12 sm məsafədə olan hissəsində, ona məxsus jaketin sağ-aşağı kənarı səviyyəsində, həmçinin bıçaq, iki ədəd tül pərdə, odeyal, üç ədəd gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddə ləkələrində antigen qismində yalnız “H” antigeni alındı. Bu antigen əsas antigen qismində yalnız 0(1) qrupunu formalaşdırıb xarakterizə etdiyindən ləkələrdə tək onun alınması qanın birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda yuxarıda göstərilən ləkələrdə qan AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qrup mənsubiyyətinin təyini zamanı digər ləkələrdə yəni Zərərçəkmiş şəxs məxsus sviterin (jaketin) qollarında, Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayaq hissəsində kəsmə cibinin girişində və ondan azca aşağıda, ona məxsus jiletin sol yarısında aşağı kənardan 23 sm, sol kənardan 5 sm məsafədə olan hissəsində və ondan azca aşağı-sağda, ona məxsus jaketin ön səthinin sol aşağı hissəsində, sağ qolunun əsasən arxa-yan hissəsində aşağı kənarı səviyyəsində, sol qolunun arxa səthində, sol qolunun sərbəst kənarı səviyyəsində antigen qismində “A” və “H” antigenləri alındı. Ləkələrdə AB0 sisteminin iki antigeni alındığı üçün burada qanın qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Belə ki, alınmış nəticənin təhlilinə görə “A” antigeni istənilən halda qan qrupunu əsas antigen kimi xarakterizə edir. “H” antigeni isə qan qrupunu həm müşayətçi, həm də əsas antigen kimi xarakterizə edə bilər. Bu antigenin qan qrupunun yaranmasında müşayiətçi qismində iştirak etdiyi halda o, əsas “A” antigeni ilə birlikdə A(H) (İİ) qrupunu formalaşdırır və bu zaman göstərilən qan ləkələrinin Təqsirləndirilən şəxs məxsus olması mümkündür (onun qanında müşayiətçi “H” antigeni vardırsa). Ləkələrin yaranmasında “H” antigeni əsas antigen qismində 0(1) qrupunu formalaşdırdığından bu ləkələrin A(İİ) (müşayiətçi “H” antigeni ilə birlikdə və ya onsuz) və 0(1) qruplu şəxslərin qarışmış qanları hesabına yaranması mümkünlüyü barəsində fikir söyləmək olar. Göstərilən halda işin məzmunu, qan ləkələrinin ölçü və xarakteri, yaranma mexanizmi nəzərə alınmaqla bu ləkələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qan qarışığının olması da mümkündür. (İ cild, iş vərəqə 257-272) Cinayət işinin materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2905 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, çılğınlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsuiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt halında) olmamışdır. (2 cild, iş vərəqə 31-35) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir. (cild 1, i.v. 122-130) Cinayət işinin materiallarından grünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi 01 ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 03 ədəd pambıq tampon, 02 ədəd pərdə, 01 ədəd odeyal, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jilet, 01 ədəd jaket, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd trusik, 01 ədəd sviter (jaket), 01 ədəd şalvar, 01 cüt corab cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (cild 1, i.v. 46-62) Cinayət işinin materiallarında olan Şəki rayon Məhkəməsindən daxil olmuş 20 oktyabr 2021-ci il tarixli SDS-6382 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “nikahın ləğv edilməsi” tələbi ilə Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli müvafiq qətnaməsi cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs barəsində 2015-ci ildən indiyədək hər-hansı müraciət, ərizə, şikayət və ya inzibati xarakterli material olmamışdır. (cild 1, i.v. 199-202) Cinayət işinin materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 1326/1 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “Şəki RMX” PHŞ-nin Poliklinika şöbəsinin Travmatologiya kabinetinə müraciət etmiş, “Daban sümüyünün sınığı” diaqnozu ilə ambulator müalicə almışdır. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə “Şəki RMX” PHŞ-nin poliklinika şöbəsində Travmatologiya kabinetinə müraciət etmiş, “Dirsək sümüyünün sınığı” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə “Şəki RMX” PHŞ-nin Poliklinika şöbəsinin Uralogiya kabinetinə müraciət etmiş, “Sidik axarı daşları” diaqnozu ilə ambulator müalicə almışdır. (cild 1, i.v. 203-204) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 05 noyabr 2021-ci il tarixli xx/xx-12614 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. (cild 1, i.v. 226-227) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 21 oktyabr 2021ci il tarixli 8990 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. (cild 1, i.v. 205-206) Cinayət işinin materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. (cild 1, i.v. 191- 198) Cinayət işinin materiallarında olan tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışlar. (cild 2, iş vərəqə 1-5) Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 189-33959- 1121 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində təqsirləndirici material yoxdur. (2 cild, iş vərəqə 27-28) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 adlı 1 azyaşlı uşağı vardır. (cild 1, iş vərəqə 83) Məhkəmə, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində öldürməsi, xüsusi amansızlıqla öldürməməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs həmin vaxt evlərində qonaq olan öz anası Şahid2 onun əməllərinin qarşısını almağa çalışmasına əhəmiyyət verməyib, nənələri ilə birlikdə otağa daxil olmuş övladlarının gözü qarşısında həm azyaşlı övladlarına, həm də zərərçəkmiş şəxsin özünə xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs kürək nahiyəsinə bıçaqla daha bir neçə zərbə vurması, Zərərçəkmiş şəxs öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə əməllərini davam etdirib, Zərərçəkmiş şəxs qaçıb gizləndiyi qonşuluqdakı evə daxil olaraq, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, ona xüsusi ağrı yetirdiyini dərk etməklə hərəkətlərinə davam etməsi təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs İlyas oğlunun törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən azyaşlı uşaqlarının olmasını, 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynyna alması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 45, 118-121) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunda saxlanılan– hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 03 ədəd pambıq tampon, 02 ədəd pərdə, 01 ədəd odeyal, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jilet, 01 ədəd jaket, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd alt paltarı, 01 ədəd sviter (jaket), 01 ədəd şalvar, 01 cüt corab cinayət işi üzrə 1 ədəd ətir qabı, 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunda saxlanılan –03 ədəd pambıq tampon, 02 ədəd pərdə, 01 ədəd odeyal, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd jilet, 01 ədəd jaket, Zərərçəkmiş şəxs məxsus 01 ədəd alt paltarı, 01 ədəd sviter (jaket), 01 ədəd şalvar, 01 cüt corab cinayət işi üzrə 1 ədəd ətir qabı, 1 ədəd bıçaq məhv məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar