Məhkəmə qərarları › İş №1(124)-189/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-189/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-189/2023 30.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq salış məqsədi ilə külli miqdarda bir ədəd şəffaf rəngli sellofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”-na daxil olan təmiz çəkisi 37)644 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd şəffaf rəngli sellofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”-na daxil olan təmiz çəkisi 200,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, sellofanın içərisində əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub, özü ilə Abşeron rayonu, Saray qəsəbəsi, Bakı Sumqayıt avtomobil yolunun yaxınlığında yerləşən “ Balıq evi” adlanan restoranın yaxınlığına daşıyaraq saxlamış, 13 fevral 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin post patrul xidmətinin polis nəfərləri tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Bakı Sumqayıt avtomobil yolunun yaxınlığında yerləşən “ Balıq evi” adlı restoranının qarşısında saxlanılıb Abşeron RPİ-si Saray polis bölməsinə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 37,644 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 200,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 13 fevral 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitəni götürməyə gedəndə polis əməkdaşları onu saxlamış və bölməyə aparmışdır. Bölmədə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən çıxan narkotik vasitələr ona məxsus olmuşdur. Həmin narkotik vasitələri satmaq məqsədi ilə əldə etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramam, qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayır. Ailəlidir və bir azyaşlı uşağı vardır. 13 fevral 2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Bakı Sumqayıt yolunun yaxınlığında yerləşən “Balıq evi” restoranının qarşısında olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə getməli olduğumu söyləmişlər. O, buna etiraz etməmiş, sonra polis əməkdaşlarının idarə etdiyi xidməti avtomaşına əyləşib Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofanın içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroin olan bükülünü və 1 ədəd sellofanın içərisində olan kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülər açıldıqdan sonra onlara baxış keçirilmişdir. Ondan həmin narkotik vasitələri haradan və kimdən almağım soruşulmuşdur. Həmin sellofan bükümlər elektron tərəzi ilə çəkilmiş, aşkar edilmiş sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan maddələrin adını “Patı”, “Şüşə” kimi bildiyi, psixotrop maddə metamfetamin və heroin olduğunu, özünün isə 2 ildir ki, metamfetamin istifadəçisi olduğunu, həmin maddəni Sumqayıt şəhərində tanımadığı şəxsdən yolun kənarından götürdüyünü, həmin maddələri Ramanı qəsəbəsində yaşayan Fuad adlı şəxsə verməsi müqabildə 50 manat pul əldə etməli olduğunu, saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 51-53) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 13 fevral 2022-ci il tarixdə Saray qəsəbəsində xidmətdə olan zaman Saraq qəsəbəsi, Bakı-Sumqayıt yolunun kənarında yerlşən “Balıq Evi” adlı restoranın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ- nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxs yolda onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə videoçəkilş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən iki ədəd şəffaf rəngli sellofan paketi çıxararaq təqdim etmiş, həmin sellofan torbaların birinin heroin, digərində isə metamfetamin olduğunu bildirmişdir. Soğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitələri əldə dərək Ramana qəsəbəsində Fuad adlı şəxsə 50 manat müqabilində vermək məqsədi ilə saxladığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Quliyev X2 Tural Elşad oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsində iş yoldaşları Abşeron RPİ-də PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid3 ilə bir yerdə xidmət aparan zaman Saraq qəsəbəsi, Bakı-Sumqayıt yolunun kənarında yerlşən “Balıq Evi” adlı restoranın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsi Abşeron RPİ- nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxs yolda onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Abşeron RPİ-nin Saray PB-də onlar bölmə rəisinin adına raportla müraciət etmişlər həmin şəxsi bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında otaqların birində video çəkilişdən İstifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən iki ədəd şəffaf rəngli sellofan paket çıxararaq təqdim etmişdir. Həmin iki ədəd şəffaf rəngli sellofan paketin içərisinə baxdıqda həmin şəffaf rəngli sellofn paketlərin birində qəhvəyi rəngli tozşəkilli maddə, digər şəffaf rəngli paketin içərisində ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli idman şalvarının sağ cibindən çıxararaq təqdim eldiyi iki ədəd şəffaf rəngli sellofan paketlərin birinin içərisində narkotik vasitə heroin digərinin içərisində isə psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini alıb özü ilə Bakı şəhəri Ramana qəsəbəsinə aparıb Fuad adlı şəxsə 50 manat müqabilində vermək üçün özü ilə Abşeron rayonu, Saray qəsəbəsi, “Balıq evi” adlanan restoranın yaxınlığına daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır.( cild 1, 93-95) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən iki ədəd şəffaf rəngli sellofan paket çıxararaq təqdim etmişdir. Həmin iki ədəd şəffaf rəngli sellofan paketin içərisinə baxdıqda birində qəhvəyi rəngli tozşəkilli maddə, digər paketin içərisində isə ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffaf rəngli sellofan paketlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. ” (cild 1, vərəqə 22-24) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində qara rəngli üzərində “Tonnu Milfılliger” sözləri yazılmış idman şalvarı, qara rəngli yarrıdan çox hissəsi bənövşəyi rəngli papaqlı idman jaketi, ağzında qara rəngli tibbi maska olan orta boylu şəxs əynində olan qara rəngli idman şalvarının cibindən iki ədəd şəffaf rəngli sellofan paket çıxararaq təqdim etdi. Həmin iki ədəd şəffaf rəngli sellofan paketin içərisinə baxdıqda həmin şəffaf rəngli sellofn paketlərin birində qəhvəyi rəngli tozşəkilli maddə, digər şəffaf rəngli paketin içərisində ağ rəngli kristalşəki 1 li maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara rəngli üzərində “Tonnu Milfılliger” sözləri yazılmış idman şalvarı, qara rəngli yarrıdan çox hissəsi bənövşəyi rəngli papaqlı idman jaketi, ağzında qara rəngli tibbi maska olan orla boylu şəxs onun özüdür, əynində olan qara rəngli idman şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffaf rəngli sellofan paketlərin birinin içərisində narkotik vasitə heroin digərinin içərisində isə psixotrop maddə metamfetamindir. ”. Bildirmişdir ki, “təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində olarkən şəxsdən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini alıb özü ilə Bakı şəhəri Ramana qəsəbəsinə aparıb Fuad adlı şəxsə 50 manat müqabilində vermək üçün özü ilə Abşeron rayonu, Saray qəsəbəsi, “Balıq evi” adlanan restoranın yaxınlığına daşıyaraq saxlamışdır. ( cild 1, iş vərəqə 136-137) “Şəxsi axtarış və götürmə aparılması barədə”, diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2022-ci i] tarixli 6/909 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 246” möhür əksi olan Vət. Təqsirləndirilən şəxs..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 200,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, Digər bir ədəd bükümdə təmiz çəkisi 37,644 qram ağ rəngli kristalşəki11i kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (cild 1, iş vərəqə 30-35) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 1628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə 115-116) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmiçinin törətdiyi əməl dövründə hərhansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X6 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyi dərk etmək və onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1,ax: iş vərəqə 125-128) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 199,95 qram qalmış narkotik vasitə heroin, 37,594 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan boz rəngli üzərində “heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 73-76; 139-147) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax şəhər İHB-nın Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Nəmirli kəndində qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 83-84) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 adlı azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 86) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 fevral 2022ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut olan ekspertizadan sonra 199,95 qram qalmış narkotik vasitə heroin, 37,594 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut olan ekspertizadan sonra 199,95 qram qalmış narkotik vasitə heroin, 37,594 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar