Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-189/2024 19.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda 27 (iyirmi yeddi) ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 8,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib xx.xx.2023-cü il tarixdə səhər satlarında 27 (iyirmi yeddi) ədəd bükümlərdən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,305 qram narkotik vasitə olan heroini tanışı Şahid4 25 (iyirmi beş) manata satmış, qalan 26 (iyirmi altı) ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 8,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:10 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən «Bərəkətli» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd «Kinqston» markalı siqaret qutusunun içərisindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 26 (iyirmi altı) ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş 0,325 qram, 0,383 qram, 0,302 qram, 0,310 qram, 0,315 qram, 0,351 qram, 0,323 qram, 0,349 qram, 0,323 qram, 0,371 qram, 0,352 qram, 0,335 qram, 0,352 qram, 0,315 qram, 0,349 qram, 0,340 qram, 0,311 qram, 0,324 qram, 0,333 qram, 0,318 qram, 0,352 qram, 0,315 qram, 0,354 qram, 0,324 qram, 0,325 qram, 0,108 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 8,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 (bir) ədəd boş sellofan büküm və şalvarının sol yan cibindən üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 (bir) ədəd qara rəngli «Aosai» markah elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil həmin Məcəllənin 234.1-1ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirdi. O, narkotikə olan təlabatını ödəmək üçün özünü Akif kimi təqdim edən şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Həmin şəxsi tanımamış və görməmişdir, onunla sosial şəbəkə vasitəsilə danışmışdır. O heç vaxt narkotik vasitə satmamışdır. Sonuncu dəfə hazırki işlə bağlı tutulmamışdan 2-3 gün əvvəl 20 yanvar metrosunun yanından Akif adlı şəxsdən 8-9 qram öz istifadəsi üçün heroin almışdır. Polislər onu 07 fevral 2023-cü ildə tutan zaman onun üzərində 8 qram heroin olmuşdur. Onun üzərində tərəzi olmamışdır. Tərəzini polislər qoymuşdur. Həmçinin o Şahid4 narkotik vasitə satmamışdır. Şahinlə birlikdə narkotik vasitə istifadə etsə də, ona narkotik vasitə satmamışdır. 8 qram heroini xırda bükümlərdə alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində olan zaman Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən «Bərəkətli» marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Orada xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuşdur. O bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra ona üzərimdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa onları təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd «Kinqston» markalı siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 (bir) ədəd üzərində «Aosai» markalı qara rəngli elektron tərəzi də aşkar olunmuşdur. Siqaret qutusu açılan zaman oradan ayrı-ayrı 26 (iyirmi altı) ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə olan heroin və 01 (bir) ədəd içərisi boş vəziyyətdə olan sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı o narkotik vasitə olan heroini tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu ərazisində Akif adlı şəxsin ona verdiyini, həmin narkotik vasitələrə görə Akifə pul ödəmədiyini, üzərindən aşkar edilmiş elektron tərəzini isə 10-15 gün əvvəl mağazadan gümüş çəkmək üçün aldığını və üzərində gəzdirdiyini, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, tutulmamışdan bir gün əvvəl tanıdığı Şahin adlı şəxsə 01 büküm narkotik vasitə pay verdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin tərəziyə qoyularaq çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Narkotik vasitə olan heroini əldə etdiyi şəxsin adı Akif olmuş, onun digər anket məlumatlarını, mobil telefon nömrəsini bilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O saxlanılarkən, Sumqayıt ŞPİ-yə gətirilərkən, habelə polis idarəsində olarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təzyiq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, onun Şahid4lə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Şahinlə bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etsə də, ona narkotik vasitə satmamışdır. Şahinin ona qarşı ifadə verməsinin səbəbini izah edə bilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Cəmil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 17 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb polis idarəsinə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmiş, Cəmil bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan şalvarın cibində saxladığı 01 ədəd siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Cəmilin üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın digər cibindən 01 ədəd elektron tərəzi də aşkar olunmuşdur. Siqaret qutusu açılan zaman oradan ayrı-ayrı 26 ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə olan heroin və 01 ədəd içərisi boş vəziyyətdə olan sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Cəmil narkotik vasitə olan heroini tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu ərazisində Akif adlı şəxsdən aldığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə 10-15 gün əvvəl mağazadan gümüş çəkmək üçün aldığını və üzərində gəzdirdiyini, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, tutulmamışdan bir gün əvvəl tanıdığı Şahin adlı şəxsə 01 büküm narkotik vasitə pay verdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin tərəziyə qoyularaq çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 da məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. 28 iyul 2023-cü ildə ölmüş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş, Şahid4 həmin ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrdən istifadə edirdi. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən «Bərəkətli» marketin yaxınlığında olarkən təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı, söhbət edərkən adının Cəmil olduğunu bildiyi şəxsdən özü istifadə etmək üçün 25 (iyirmi beş) manata narkotik vasitə olan heroin alıb üzərində saxlamışdır. Həmin gün saat 15:00 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən «Bərəkətli» marketin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinmişdir. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa PB-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün «Şimal» vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümdə olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən «Bərəkətli» marketin yaxınlığında olarkən tanımadığı Cəmil adlı şəxsdən 25 manata alıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. O saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Cəmil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:10 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, Cəmil də özünü təqdim edir. Polsi əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb polis idarəsinə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili İftixar Əhmədovu təqdim etdi, Cəmil bildirişlə tanış olaraq, vəkilinə etiraz etmədi. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olundu. O da əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd «Kinqston» markalı siqaret qutusunu təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Cəmilin üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 (bir) ədəd üzərində «Aosai» markalı qara rəngli elektron tərəzi də aşkar olundu. Siqaret qutusu açılan zaman oradan ayrı-ayrı 26 (iyirmi altı) ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə olan heroin və 01 (bir) ədəd içərisi boş vəziyyətdə olan sellofan büküm aşkar edildi. Sorğu zamanı Cəmil narkotik vasitə olan heroini tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu ərazisində Akif adlı şəxsin ona verdiyini, həmin narkotik vasitələrə görə Akifə pul ödəmədiyini, üzərindən aşkar edilmiş elektron tərəzini isə 10-15 gün əvvəl mağazadan gümüş çəkmək üçün aldığını və üzərində gəzdirdiyini, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, tutulmamışdan bir gün əvvəl tanıdığı Şahin adlı şəxsə 01 (bir) büküm narkotik vasitə pay verdiyini bildirdi. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin tərəziyə qoyularaq çəkildi, müvafiq qaydada qablaşdırılaraq möhürləndi. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış görüntüləri özündə əks etdirən DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ilə X7 arasında keçirilmiş üzləşdirmə zamanı tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahin Rzayevin üzünə qarşı deyərək sonuncuya 01 ədəd bükümdə narkotik vasitə olan heroini pay olaraq verdiyini, Şahin Rzayev isə onun dediklərini qismən təsdiq edərək Təqsirləndirilən şəxs ona 01 bükümdə narkotik vasitə olan heroini 25 (iyirmi beş) manata satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 6862 saylı məktubu ilə daxil olmuş 01 (bir) ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka var. Həmin papkaya daxil olduqda, orada «***-***-**-**-SMS», «***-***-**-**-SMS», «***-***-**- **-SMS», «abunechiler», «antena» adh dokumentlər var. «Antena» adlı dokumetə daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 16:28 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, həmin gün saat 16:49 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilir. Polis əməkdaşları Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.20223-cü il tarixdə saat 16:20, 17:42, 18:21 radələrində Sumqayıt şəhəri, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 16:20, 19:09 radələrində Sumqayıt şəhərində müəyyən edilir. Həmin CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/751 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr (26 büküm) və bir ədəd elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd “Kinqston” siqaret qutusunun içərsində 26 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qram, 0,383 qram, 0,302 qram, 0,310 qram, 0,315 qram, 0,351 qram, 0,323 qram, 0,349 qram,0,323 qram, 0,371 qram, 0,352 qram, 0,335 qram, 0,352 qram, 0,315 qram, 0,349 qram,0,340 qram, 0,311 qram, 0,324 qram, 0,333 qram, 0,318 qram, 0,352 qram, 0,315 qram,0,354 qram, 0,324 qram, 0,325 qram, 0,108 qram ümumi təmiz çəkisi 8,459 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotki vasitə heroindir; bir ədəd qara rəngli qapaqlı elektron tərəzinin və bir ədəd boş sellofan bükümün üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütləsi ilə Şahid4 üzərindən aşkar olunmuş heroin kütləsi (maddə barədə xx.xx.2023-cü il tarixli 752 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2318 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi – 7,939 qram narkotik vasitə heroin, 01 (bir) ədəd qara rəngli “Aosai” markalı qapaqlı elektron tərəzi və 01 (bir) ədəd boş sellofan büküm maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə Şahid4 28 iyul 2023-cü ildə ölmüşdür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədəki qismən etirafedici ifadəsi, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə (üzərində tərəzi olmaması, Şahid4 narkotik vasitə satmaması) tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bükümlərinin cox və çəkilərinin oxşar olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyinə dair verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 7,939 qram narkotik vasitə heroin, 01 (bir) ədəd qara rəngli “Aosai” markalı qapaqlı elektron tərəzi və 01 (bir) ədəd boş sellofan büküm məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 7,939 qram olan narkotik vasitə heroin, 01 ədəd qara rəngli “Aosai” markalı qapaqlı elektron tərəzi və 01 ədəd boş sellofan büküm məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-189/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-189/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver