Məhkəmə qərarları › İş №1(124)-189/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-189/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-189/2025 15.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Anlaqsız vəziyyətdə cinayət əməli törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi-Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə məqsədi ilə saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq xx.xx.2023-cü il tarixdə anası X1 ilə birgə yaşadığı ünvan 3 ünvanının qapısını açmayıb anasını evə daxil olmağa icazə vermədiyindən sonuncunun çağırışı əsasında polis və digər FHN əməkdaşları ilə birlikdə oraya gələn hakimiyyət nümayəndəsi - Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək bağlı olan mənzilin qapısını açıb içəri daxil olduqda əlində olan tiyəsinin uzunluğu 205 mm, dəstəyinin uzunluğu 140 mm olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağından istifadə edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə endirib, sonuncunun qarın nahiyəsinin periton boşluğuna nüfuz edən, nazik bağırsağı yaralayan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmuşdur Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, həmin vaxtdakı psixi durumu Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılmasına, o cümlədən onun dindirilməsinə imkan verməmişdir. Hal-hazırda da həmin vəziyyətdə olduğundan Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Respublikası FHN-nin XRXX-nin Çevik Xilasetmə İdarəsində baş çavuş rütbəsində xilasedici vəzifəsində işləyir. 15 dekabr 2023cü il tarixdə xidmətdə olarkən saat təxminən 21:00 radələrində FHN-nin "112" xidmətindən ünvan 5-də vətəndaşın bağlı qapı arxasında qalması barədə məlumat daxi olmuşdur. Xidmət yoldaşları Rəfail Nuriyev, Fikrət Həsənov və Şahid2la birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda bir nəfər yaşlı qadının mənzilin qarşısında gözlədiyini görmüşlər, qadın onlara oğlunun ruhi xəstə olduğunu, 3 gündür qapın açmadığını bildirmişdir. Orada polis əməkdaşlarını və ruhi-əsəb xəstəxanasının həkim briqadasını gözləmişlər. Onlar gəldikdə təxminən 1 saat 30 dəqiqədən sonra mənzilin qapısını xüsusi qurğu vasitəsi ilə açmışlar. Evin işıqları sönülü vəziyyətdə olmuşdur. Dəhlizdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs sağ əlini arxasında saxlamış vəziyyətdə dayandığını görmüşdür. Sahə inspektoru Şahid1 içəri girib Təqsirləndirilən şəxs əlində nə saxladığını soruşmuşdur. Bu vaxt Aqşin əlini arxasından çıxarmışdır. Sonuncunun əlində uzun mətbəx bıçağı olmuşdur. Təqsirləndirilən şəxs bıçaqla Şahid1 vurmaq istmiş, ancaq Bəybala evin içərisinə doğru qaçıb zərbədən yayınmışdır. Qapının qarşısında dayandığından Aqşin onun üzərinə gəlmiş və əlindəki bıçaqla qarın nahiyəsindən xəsarət yetirmişdir. Hadisə yerində olan iş yoldaşları və polis əməkdaşları Aqşini zərərsizləşdirib saxlamışlar. Daha sonra təcili yardım çağırılmış və onu X3 aparmışlar. Orada həkimlər onu müayinə etdikdə bıçağın daxilə nüfuz etdiyini bildirib, onu dərhal əməliyyat etmişlər. Zərərçəkmiş şəxs ifadəsində anasının onlara verdiyi məlumata əsasən Aqşinin ruhi-xəstə olduğunu və əvvəllər də ruhi əsəb xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Məhkəmə ifadəsi elan olunaraq araşdırılmış şahid Abşeron RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin sahə rəisi, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksinin ərazisi xidməti ərazisidir. 15 dekabr 2023-cü il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən "AAAF Park” yaşayış kompleksi bina 6, mənzil 23-də yaşayan yaşlı qadının oğlunun qapını bağlayıb evə buraxmaması barədə məlumat almış, həmçinin 112 xidmətindən Abşeron RPİ-yə məlumat daxil olmuşdur. FHN-nin XRXX əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Bir nəfər yaşlı qadın ruhi-xəstə oğlunun 3 gündür mənzilin qapısını açmadığını bildirmişdir. Ruhi-əsəb xəstəxanasının həkim briqadasına bu barədə məlumat verib, onları gözləmişlər. Təxminən 1 saat 30 dəqiqədən sonra FHN-nin əməkdaşları mənzilin qapısını xüsusi qurğu vasitəsi ilə açmışlar. İlkin olaraq mənzilə o daxil olmuşdur, evin işıqlan sönülü vəziyyətdə olmuş, dəhlizdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs sağ əlində mətbəx bıçağı ilə üzərinə gəlmişdir. 1-2 dəfə bıçağı ona tərəf atsa da kənara çəkilib zərbədən yayınmışdır. Təqsirləndirilən şəxs bıçaqla onun arxasında dayanmış FHN-nin əməkdaşı Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurmuşdur. FHN-nin əməkdaşları ilə birlikdə Aqşini zərərsizləşdirib saxlamış, daha sonra təcili yardım çağırıb Zərərçəkmiş şəxs xəstəxanaya göndərmişlər. Təqsirləndirilən şəxs isə ruhi əsəb xəstəxanasına yerləşdirilmişdir. Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ona xəsarət yetirmədiyini, sonuncunun ona tərəf bıçağı 1-2 dəfə atdığını, ancaq kənara çəkildiyindən zərbədən yayındığını bildirmişdir. Məhkəmə ifadəsi elan olunaraq araşdırılmış FHN-nin XRXX-nin Çevik Xilasetmə İdarəsində gizir rütbəsində baş xilasedici vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş stasionar məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qarın nahiyəsinin periton boşluğuna nüfuz edən, nazik bağırsağı yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.(İ cild, iş vərəqə 22-43) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 627 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir.(İ cild, iş vərəqə 48-50) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş stasionar məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi qüsur əlamətləri ilə müşayiət olunan “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə A. R.Mirzəyev törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən Paranoid şizofreniya xəstəliyi qüsur əlamətləri ilə müşahidə olunduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı psixi durumu onunla istintaq hərəkətləri aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyəti kəsb etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (İ cild, iş vərəqə 112-117) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 471/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Abeta/ll/ (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt mayka və kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni və “beta” aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan bıçaq üzərindəki ləkələrdə qan aşkar olunmadı.(İ cild, iş vərəqə 99-104) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 341/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və qolsuz maykanın hər birinin ön səthinin sağ yarısında bir ədəd deşilmiş- kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqdim olunmuş bıçağın tiyəsi əsasında tam köndələn sındığından, müqayisəli müayinə məqsədilə Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində ekspertimental zədələrin yetirilməsi mümkün deyil. Bununla belə, təqdim edilmiş paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin tiyəsinin konstruktiv xüsusiyyətlərini və tiyəsinin ölçülərini, iz törədən alətin tiyəsinin konstruktiv xüsusiyyətləri ilə təqdim edilmiş bıçağın eyni qrup daxilində olmasınə nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, onun bədən səthində olan xəsarət yerləşməsinə və xarakterinə görə üst-üstə düşür. Təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (İ cild, iş vərəqə 105-111) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, hadisə yeri ünvan 5 ünvanıdır. (cild 1, iş vərəqə 5-9) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( cild 1, i/v: 97-98) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 4(012)-655/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.(İ cild, iş vərəqə 126-127, 132-133) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli 4(12)-648/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir.(İ cild, iş vərəqə 120-125, 128-131) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində stasionar tibb müəssisəsinə yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində stasionar tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübut hesab edilmiş Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- 01 ədəd bıçaq (tiyəsi və dəstəyi sınmış vəziyyətdə), zərərçəkmiş Təqsirləndirilən şəxs məxsus uzunqol kofta və qolsuz mayka məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə edilsin. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcraat materialları üzrə maddi sübut hesab edilmiş Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- 01 ədəd bıçaq (tiyəsi və dəstəyi sınmış vəziyyətdə), zərərçəkmiş Təqsirləndirilən şəxs məxsus uzunqol kofta və qolsuz mayka məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar