Məhkəmə qərarları › İş №1(124)-19/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-19/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-19/2022 27.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Tərçüməçi- Qusar rayon Vedişqala kənd məktəbinin müəllimi X4, xx xxxx 1993-cü ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 150.1,157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, onun iradəsi ziddinə qanunsuz daxil olub ona qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa yönəldilmiş qəsdən törədilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, ona qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 01 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində Qusar şəhərində yerləşən “038” adlanan kafedə dostu ilə pivə içdikdən sonra sərxoş vəziyyətdə yenidən yaşadığı rayonun Yasab kəndinə qayıtmış, həmin gün, saat 22 radələrində Qusar rayonu, Yasab kəndində tək yaşayan həmkəndlisi, xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq fikrinə düşmüş, bu məqsədini həyata keçirmək üçün sonuncunun yaşadığı fərdi yaşayış evinə yaxınlaşmış, evə heç kimə görünmədən gizli olaraq daxil ola bilməsi üçün əvvəlcə evin darvazasının sağ tərəfində olan işıq sayğacını söndürmüş, bundan sonra hasardan tullanaraq evin həyətinə girib oradan tövlənin üstünə çıxaraq evin pəncərəsinin yuxarı şüşəsini sındıraraq əlini içəri salıb pəncərəni açıb Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, onun iradəsi ziddinə qanunsuz daxil olaraq onu görən kimi qışqıraraq kömək çağırmağa başlayan Zərərçəkmiş şəxs ağzını, sonra isə boğazını tutmuş, ona müqavimət göstərərək əlindən çıxmış Zərərçəkmiş şəxs yataq otağına qaçmasından sonra onu tutub, onunla zorla cinsi əlaqədə olmaq üçün arxasınca düşmüş, Zərərçəkmiş şəxs yataq otağının pəncərəsini açaraq qışqıra-qışqıra kömək çağırması zamanı onu arxadan tutub özünə tərəf çəkib, otağın pəncərəsini bağlayıb, onu çarpayının üstünə yıxaraq uzadıb, əynində olan şalvarını dartıb aşağı salmış, Zərərçəkmiş şəxs qışqırmasına mane olmaq üçün boğazından yapışaraq, onun üstündə olarkən ona müqavimətini qırmağa yönəlmiş “alt çənəsinin sol tərəfinin, sağ kürəkaltı nahiyəsinin, sağ və sol sarğının və sağ budun yuxarı 1/3-nin ön-iç səthinin qançırları, boynun sol yan səthinin orta şöbəsinin 5 ədəd, sağ yan səthin orta şöbəsinin və belin sıyrıqları” ilə müşayiət edilən, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək onunla zorla cinsi əlaqədə olmaq istəmiş, Zərərçəkmiş şəxs isə ona mane olub zəruri müdafiə vəziyyətində, yəni öz sağlamlığını və hüquqlarını qorumaq məqsədi ilə evdə masanın üstündə olan götürdüyü mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub xəsarət yetirmək yolu ilə ictimai təhlükəli qəsddən qorunmasına baxmayaraq, sonuncunun əlindən bıçağı alıb yerə atıb, Zərərçəkmiş şəxs şalvarını, həmçinin öz şalvarını da aşağı salaraq cinsiyyət orqanını çıxardıb Zərərçəkmiş şəxs ilə zorla təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin həmin vaxt bədən xəsarətləri alması və Zərərçəkmiş şəxs ona müqavimət göstərərək mane olması səbəbindən öz iradəsindən asılı olmayaraq sonuncu ilə zorla təbii yolla cinsi əlaqədə ola bilməmiş, daha sonra onun arxa tərəfini çevirərək zorla özünə tərəf sıxıb öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə toxundurub sürtərək seksual xarakterli zorakılıq hərəkətləri etmiş, lakin Zərərçəkmiş şəxs yenə də ona müqavimət göstərdiyindən cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edə bilməmiş, öz cinsiyyət orqanını zorla sonuncunun arxa keçəcəyinə bir qədər sürtdükdən sonra cinsi ehtirasının sönməsi və aldığı bədən xəsarətləri nəticəsində halsız düşdüyündən öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa yönəldilmiş qəsdən törədilən əməlini başa çatdıra bilməmiş, ona qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2020-ci il tarixdə dostu ilə kafedə oturub-yeyib içdikdən sonra evə qayıtmışlar. Evdə olarkən birdən qapı döyülmüş və qapını açdığı zaman tanımadığı iki nəfər ona “sənlə işimiz var” dedi, o, isə həmin şəxslərə bir az içkili olduğunu, gələ bilməyəcəyini, sabah danışmağı söyləmiş, həmin şəxslərdən biri isə ona bu gün danışmalı olduğunu demişdir. Daha sonra onun başı qarışıq olarkən həmin şəxslər onu danışa-danışa apararaq göstərdikləri evə girməyini söyləmişlər. O, həmin şəxslərdən bunu etməkdə məqsədin nə olduğunu soruşduğu zaman ona hədə-qorxu gələrək girdiyi evdən heç nə götürməyəcəyini söylədiklərində o, səbəbini soruşmuş, həmin şəxslər isə ona “Züleyxanın evi bizə qaytarması, qorxub bizə zəng edib çağırması üçün” bunu etdiklərini söyləmişdir. Züleyxa həmin evi satmaq istəmişdir. O, Züleyxanın evinə tək getməmiş, tək getməyi də mümkün deyildir. O, ilk olaraq hasardan tullanıb həyətə keçmiş, daha sonra tövlənin üzərinə çıxıb oradan da pəncərədən evin içərisinə keçmişdir. İbtidai istintaq zamanı verilən ifadədən xəbəri yoxdur, həmin ifadəsində guya Züleyxaya “siz necə gözəl xanımsız, sizlə birlikdə olmaq istəyirəm” dediyi yazılmışdır. O, Züleyxanın yaşadığı evi tanımamışdır. Həmçinin onun 28, Züleyxanın isə 65 yaşı var, sonuncu anasından 11 yaş böyükdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsini davam etdirib suallara cavab olaraq bildirdi ki, o, Züleyxanın evinə özü istəyərək getməmiş, Züleyxanın nəvəsi Hacımrirzə və yeznəsi İlham onu evə göndərmişdir. Züleyxa yaşadığı evi satmaq istəmiş, onların ev məsələsi problemli olmuş, nəvəsi və yeznəsi Züleyxanın evi satmaması üçün bunları etmişlər. Hadisə günü iki stəkan pivə və iki ədəd “GO” enerji içkisi içmişdir. Evə girdiyi zaman Züleyxaya qorxmaması üçün vəziyyəti başa salmaq istəmiş, ancaq sonuncu onun dediklərini eşitməmiş, pəncərədən qışqırmağa başlamış, həmin zaman isə o, Züleyxanı içəriyə tərəf çəkmiş, Züleyxa isə orada olan bıçağı götürərək onu dörd yerindən bıçaqlamışdır. O, Züleyxaya qarşı başqa heç bir hərəkət etməmişdir. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 1-ci cildinin 190- 195-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “2019-cu ilin avqust ayında rayonun Əniğ kənd sakini Səbinə Səfərova ilə ailə həyatı qurmuş, təxminən 6 ay əvvəl Səbinədən ayrılmış, birgə nikahlarından övladları olmamış, özü ikinci dəfə ailə həyatı qurmamışdır. Müvəqqəti olaraq heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, Zərərçəkmiş şəxs özünün yaşadığı rayonun Yasab kəndində tək yaşamış, onun təxminən 60 yaşı vardır. Onun mərhum əri Məlikmirzə Mirzağayevi də həmkəndlisi kimi əvvəllər tanımışdır. Zərərçəkmiş şəxs və onun mərhum əri Məlikmirzə Mirzağayev ilə heç bir qohumluğu yoxdur, əvvəllər onlarla arasında heç bir mübahisə, düşmənçilik və ya ədavət də olmamışdır. Zərərçəkmiş şəxs barəsində istər əvvəllər, istərsə də sonradan onun əxlaqsız işlərlə məşğul olması haqda heç nə eşitməmişdir. Bildiyi qədər kənddə öz evində tək yaşamış, heç kimlə də heç bir münaqişəsi olmayan bir şəxsdir. 01 dekabr 2020-ci il tarixdə yaşadığı evdə olmuş, həmin gün, saat 15 radələrində küçəyə çıxmış, bir qədər vaxt keçirdikdən sonra təxminən saat 18 radələrində dostu, həmkəndlisi Şahid1 mobil telefonuna zəng edərək ona birlikdə çay içmək üçün Qusar şəhərinə getmələrini təklif etmiş, o da razılaşmış, bundan sonra birlikdə taksi ilə Qusar şəhərinə gedərək “038” adlanan kafedə əyləşmişlər. Orada əvvəlcə çay içmişlər, özü 2 pivə bakalı pivə içmişdir. Bundan sonra təxminən saat 21 radələrində həmin kafedən çıxmışlar. Bu zaman da ərzaq dükanından “GO” spirtli enerji içkisi alaraq içmişdir. Bundan sonra Mayis və özü taksi ilə yaşadıqları kəndə qayıtmışlar. Kəndə çatdıqları zaman Mayis öz evinə getmiş, özü də ona yalandan evə gedəcəyini demişdir. Ancaq içdiyi içkidən kefləndiyi üçün ürəyindən qadınla cinsi əlaqədə olmaq istəyi keçmişdir. Heç özü də bilməmişdir, necə oldusa həmkəndlisi Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq ağlına düşmüş, bir anlığına fikrinə gəlmişdir. Ona görə də həmin gün, təxminən saat 22 radələrində sərxoş vəziyyətdə Zülayənin tək yaşadığı fərdi yaşayış evinin yanına gəlmiş, evə heç kim görmədən gizli olaraq girə bilməsi üçün əvvəlcə evin darvazasının sağ tərəfində olan işıq sayğacını söndürmüş, həmin vaxt evin işıqları sönmüşdür. Bundan sonra həyətin darvaza qapısı bağlı olduğu üçün hasardan tullanaraq evin həyətinə girmiş, sonra isə tövlənin üstünə çıxıb orada evin pəncərəsinin yuxarı şüşəsini sındırmış, əlini içəri salıb pəncərəni açaraq evin içərisinə qanunsuz daxil olmuşdur. Həmin vaxt əynində qara rəngli gödəkçə, ağ-qara rəngli sviter, qollu mayka, cins şalvar, alt şalvarı, tursik, qara rəngli papaq, qara ayaqqabı, üzündə göy rəngli tibbi maska, boğazında isə ağ-qara rəngli şərf olmuşdur. Ayaqqabıları palçıq olduğu üçün onları ayağından çıxartmışdır. Bu zaman Zülayənin telefonda kiminləsə danışdığını, “yaxşı, yaxşı, özündən muğayat ol” deməsini eşitmişdir. Həyətdə itlərin hürmə səsləri gəlmişdir. Zülayə əlində fənərlə onun olduğu eyvan otağına yaxınlaşıb onu görmüşdür. Zülayə onu görən kimi qışqıraraq kömək çağırmağa başlamış, lakin özü ona mane olmaq üçün əlləri ilə əvvəlcə onun ağzını, sonra isə boğazını tutmuşdur. Buna baxmayaraq Zülayə onu itələyərək müqavimət göstərmişdir. Həmin vaxt onun əlində olan fənər yerə düşmüşdür. Zülayə onun əlindən çıxaraq yataq otağına qaçmış, özü də onu tutub onunla zorla cinsi əlaqədə olmaq üçün onun arxasınca düşmüşdür. Zülayə yataq otağının pəncərəsini açaraq qışqıra-qışqıra kimisə köməyə çağırmış, lakin özü onu arxadan tutub özünə tərəf çəkib, otağın pəncərəsini bağlayıb, onu özünə tərəf dartıb çarpayının üstünə uzatmışdır. Həmin vaxt onu tutanda şalvarını dartıb aşağı salmışdır. O, qışqırmasın deyə boğazından yapışmış, bu zaman onunla cinsi əlaqədə olmaq istəmişdir. Zülayənin üstünə çıxmış, lakin Zülayə onunla cinsi əlaqədə olmasına imkan verməmişdir. O, birdən masanın üstündə olan mətbəx bıçağını götürərək onu bir neçə dəfə vurmuş, lakin özü həmin mətbəx bıçağını onun əlindən alıb yerə atmışdır. Qanı Zülayənin paltarlarının üstünə axmış, Zülayənin bıçaqla ona xəsarət yetirməsinə baxmayaraq əvvəlcə yaraları isti-isti olduğuna görə səhhətində hər hansı problem hiss etməmiş, hələ də onunla cinsi əlaqədə olmaq istədiyindən Zülayədən əl çəkməyərək öz əməllərini davam etdirmişdir. Bu məsələlər baş verdikdə və özləri əlbəyaxa olduqda çarpayı ilə divanın arasına düşmüşlər. Bu zaman Zülayənin şalvarını dartıb aşağı salmış, sonra isə öz şalvarını da aşağı salaraq cinsiyyət orqanını çıxartmışdır. Bu zaman Zülayə ilə cinsi əlaqədə olmaq istəmiş, lakin Zülayə ona müqavimət göstərərək mane olmuş, ora-bura tərpənmiş, bundan sonra onun arxasını özünə tərəf çevirərək sıxmış, öz cinsiyyət orqanını Zülayənin arxa nahiyəsinə toxundurub sürtməyə başlamış, lakin Zülayə ona müqavimət göstərdiyindən cinsiyyət orqanını onun arxa nahiyəsinə soxa bilməmişdir. Buna baxmayaraq Zülayənin arxa nahiyəsinə öz cinsiyyət orqanını bir neçə dəfə irəli-geri sürtdükdən sonra boşalmışdır. Sonra isə Zülayədən uzaqlaşmış, eyvan otağında olan ayaqqabılarını geyinib gəldiyi yoldan evdən çıxmışdır. Əynində olan şərf və tibbi maska düşərək Zülayənin evində qalmışdır. Küçəyə çıxdığı zaman bədənində olan xəsarətlərdən özünü pis hiss etdiyinə görə dostu Şahid2 avtomobili olduğu üçün onun mobil telefon nömrəsinə zəng edərək bıçaqlandığını, tibbi yardıma ehtiyacı olduğunu və onun qəbiristanlığın yanına gəlməsini demişdir. Qəbiristanlığın yanında Caizi gözləmiş, həmin vaxt bu barədə anası Firdusə Həmzətova və bacısının əri Şahid3 da zəng edərək məlumat vermişdir. Bir müddət sonra Caiz onun yanına gəlib təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra ona ilkin tibbi yardım göstərilmiş, onu təcili tibbi yardım avtomobilinə mindirmişlər, Caiz də yanında olmuşdur. Yolda olarkən isə Şahid3 da həmin avtomobilə minmişdir. Təcili tibbi yardım avtomobili ilə onu Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Həmin gün Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmaqda məqsədi həmin evdə yaşayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq olmuş, onunla cinsi əlaqədə olmaq istəyərkən Zülayə ona əl-qol atmış, itələmiş, hətta mətbəx bıçağı ilə xəsarət də yetirsə də, lakin buna baxmayaraq əvvəlcə yaraları isti-isti olduğuna görə səhhətində hər hansı problem hiss etməmiş, hələ də onunla cinsi əlaqədə olmaq istəmiş, ona görə də ondan əl çəkməyərək öz əməllərini davam etdirmişdir. Onunla cinsi əlaqədə ola bilməsə də, öz cinsiyyət orqanını onun arxasına toxundurub irəli-geri sürtəliyib öz cinsi ehtirasını ödədikdən sonra çıxıb getmişdir. Şərf və maskası Zülayənin evinə düşərək orada qalmışdır. Heç özü də bilməmişdir ki, necə oldu ki, spirtli içki içəndən sonra Zərərçəkmiş şəxs yadına düşmüşdür. Hamısı içkinin təsiri nəticəsində olmuşdur. Bir az içən kimi içki onu götürmüşdür. Törətdiyi əmələ görə peşman olmuşdur.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Məlikmirzə 2018-ci ildə vəfat etmiş, həmin vaxtdan özü tək yaşamış, övladları da olmamışdır. 01 dekabr 2020-ci il tarixdə, təxminən saat 21:30 radələrində yaşadığı evdə olarkən başını yuduqdan sonra öz yataq otağında televizora baxmış, həmin vaxt evin darvazası, həmçinin giriş qapısı kilidli olmuşdur. Bu zaman birdən evin işıqları söndüyündən fənər götürüb evin eyvan otağına çıxmış, həmin vaxt həyətdəki itin dayanmadan hürdüyünü eşitmişdir. Kiminsə evə girməsindən şübhələnərək itin buna görə hürdüyünü fikirləşmişdir. Ona görə də fənərlə həyətə baxmış, orada kölgə görmüş, lakin qaranlıq olduğundan kiminsə olub-olmadığını dəqiq bilməmiş, it isə hürməkdə davam etmişdir. Bu zaman mobil telefon nömrəsinə Bakı şəhərində yaşayan qardaşı Şahid5 zəng etdikdə onunla təxminən bir dəqiqə müddətində danışaraq ümumi olaraq hal-əhval tutduqdan sonra tez bir zamanda sağollaşıb telefonu söndürmüş və təzədən eyvanın digər hissəsinə gedərək evə kiminsə girib-girməməsini yoxlamışdır. Çünki it hürdüyündən çox narahat olmuşdur. Birdən mətbəx olan tərəfdə tində bir nəfər şəxsin dayanmasını görmüşdür. Onun əynində qara rəngli gödəkçə, şalvar, qara rəngli papaq, üzündə göy rəngli tibbi maska, boğazında isə ağ-qara rəngli şərf olmuşdur. Həmin şəxs həmkəndlisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs evə daxil olmuş, onu görən kimi iki əllə boğazından tutub onu boğmağa başlamış, özü onun əlindən çıxmaq istədikdə, arxaya yıxılaraq eyvan otağında olan stola dəymişdir. Həmin vaxt onun əlindən çıxaraq yataq otağına tərəf qaçmış, pəncərəni açaraq bir neçə dəfə “Səkinə, Səkinə” deyib qonşusunu köməyə çağırmış, lakin ona cavab verən olmamışdır. Bu zaman Təqsirləndirilən şəxs arxadan onu tutub özünə tərəf dartmış, çarpayısına uzadıb üstünə çıxaraq öz cinsiyyət orqanını onun üstünə sürtməyə çalışmışdır. Lakin özü ona imkan verməmişdir. Qulağında olan səseşitmə cihazı da həmin vaxt yerə düşdüyü üçün yaxşı eşitməmişdir. Təqsirləndirilən şəxs ondan əl çəkməyərək yenə də üstünə çıxdıqda özü qışqırmışdır. Vasif isə hər iki əli ilə onun boğazından tutaraq boğmağa, səsini kəsməyə çalışmış, sonra digər əlini onun şalvarına uzadaraq zorla şalvarını çıxartmağa və onunla cinsi əlaqədə olmağa çalışsa da, özü ona müqavimət göstərmişdir. Vasif onun üstündə hərəkət edərək öz cinsiyyət orqanını onun üstünə sürtmüş, şalvarını çıxardıb onunla zorla cinsi əlaqədə olmaq istəsə də, özü buna imkan verməmişdir. Amma sonradan şalvarının bir hissəsinin çıxdığını görmüşdür. Həmin vaxt onunla xeyli müddət əlbəyaxa olmuş, Vasif ondan əl çəkməmişdir. Ondan spirtli içki iyi gəlmişdir. Vasifə gücü çatmadığı üçün birdən ağlına masanın üstünə mətbəx bıçağı qoyması ağlına gəlmişdir. Bir əli ilə Vasifin onun boğazındakı qolunu tutmuş, digər əli ilə isə asta-asta masanın üstündən mətbəx bıçağını götürüb Vasifi bir neçə dəfə vurduqda onun alnından qan gəlmişdir. Təqsirləndirilən şəxs qanı onun sifətinə, saçlarına və paltarlarına düşmüşdür. Vasif onun əlindən bıçağı dartaraq alıb otağın digər tərəfinə tullamışdır. Özü ona mane olmaq üçün müqavimət göstərərkən çarpayı ilə masanın arasına yıxılmışdır. Vasif də onun üstünə çıxaraq onunla zorla cinsi əlaqədə olmaq istəmişdir. Vasif hələ də öz cinsiyyət orqanını onun üstünə sürtmüş, onu soyunduraraq zorla cinsi əlaqədə olmağa çalışmışdır. Özü ona “sənə nə istəyirsənsə, verirəm, pul, qızıl, məndən əl çək” deyərək yalvarmışdır. Vasif özünün və onun şalvarlarının yuxarı hissəsini aşağı salmış, öz cinsiyyət orqanını zorla ön tərəfdən onun cinsiyyət orqanına daxil etməyə çalışsa da, özü ona imkan verməmişdir. Vasifin əlindən qurtulmaq üçün özünü digər tərəfə çevirmişdir. Sonra Vasif onun üzünü çevirərək arxa tərəfdən özünə sıxıb zorla arxadan öz cinsiyyət orqanını onun arxa nahiyəsinə toxundurub sürtmüşdür. Vasif zorla öz cinsiyyət orqanını onun arxa nahiyəsinə daxil etməyə çalışsa da, özü buna imkan verməmişdir. Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun arxa nahiyəsinə sürtdükdən bir müddət sonra boşalmış, sperması arxa tərəfdən onun bədəninə axmışdır. Bundan sonra Vasif sakitləşmiş, heç nə demədən onun üstündən ayağa qalxıb çıxıb getmişdir. Özü də iyrəndiyinə görə hamam otağına gedib duş qəbul etmiş, Vasifin sperması onun alt paltarlarına və şalvarına axdığı üçün iyrəndiyindən həmin paltarları da yumuşdur. Sonra qonşularına və “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra evinə qonşular və polis əməkdaşlar gəlmişlər. Otağa baxarkən Təqsirləndirilən şəxs əynindəki şərfin, üzündəki tibbi maskanın yerə düşüb qalmasını, yataq otağındakı pərdənin də qana bataraq yerə düşməsi, onu vurduğu bıçağın da yerdə qalmasını görmüşdür. Polis əməkdaşları gələndə onlara həmin əşyaları təqdim etmişdir. Bundan sonra eyvanın pəncərəsinə baxdıqda, pəncərənin bir şüşəsinin sındırılaraq açıq qalmasını gördüyündən Təqsirləndirilən şəxs tövlənin üstünə çıxaraq orada pəncərədən evə daxil olmasını bilmişdir, çünki evin darvazasını, bütün qapılarını açarla bağlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu, məktəb vaxtlarında sinif yoldaşı olmuşdur. Onunla arasında dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs isə tək yaşayan həmkəndlisi kimi tanıyır. 01 dekabr 2020-ci il tarixdə, saat 17-18 radələrində Təqsirləndirilən şəxs ilə yaşadıqları rayonda yerləşən “038” adlanan kafedə əyləşmişlər. Vasif iki ədəd GO enerji içkisi içmişdir. Təxminən saat 21 radələrində həmin kafedən çıxıb taksi ilə yaşadıqları Yasab kəndinə qayıtmışlar. Kəndə çatdıqları zaman öz evinə getmiş, Vasif də ona evinə gedəcəyini bildirmişdir. Səhəri gün kənd sakinlərindən eşitmişdir ki, dostu Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə onunla sağollaşdıqdan sonra həmkəndliləri Zərərçəkmiş şəxs evinə onunla cinsi əlaqədə olmaq üçün evinə girmiş, həmin vaxt Zülayə Vasifə bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü, gecə saatlarında dostu Vasif ona zəng edərək pis vəziyyətdə olduğunu, ona kömək etməyini, qəbirstanlığın yanında gözlədiyini demiş, o, Vasifin yanına getdikdə sonuncunun yaralı olduğunu, güclə nəfəs aldığını görmüşdür. Vasifə onu evə aparmağı söylədikdə yaralarının pis vəziyyətdə olduğunu bildirərək onu xəstəxanaya aparmağını xahiş etmiş, avtomobil lazım olduğundan bir neçə tanışa zəng etsə də, heç kim boyununa götürmək istəməmidir. O,X18 zəng etmiş və 20 dəqiqədən sonra Vasifi xəstəxanaya apardıqda Qusar xəstəxanası qəbul etmədiyi üçün X16 Vasifi Xaçmaz xəstəxanasına aparmışlar. Yolda olarkən saxlanılmış və o, Vasifin dostu olduğumu söyləmiş, ona Vasifin törətdiyi əməli danışmışlar, o, isə deyilənlərə inanmamışdır. Vasif içkili olduğunu, oğurluq üçün həmin evə getdiyini söyləmişdir. İstintaq zamanı verdiyim ifadəmi tam oxumamış, onu tələsdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, baş verənlərlə bağlı bağlı heç nə bilmir, heç nə eşitməmiş və kimləsə bu barədə müzakirə etməmişdir. Hacımirzə onun oğlu, İlham isə yeznəsidir. Oğlu Hacımirzə bir müddət Zülayə yanında qalmışdır. Onun Zülayə ilə heç bir mübahissi olmayıb, ev problemi yaşamamışdır. Züleyxa ilə məhkəmədə işləri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, tarixi tam xatırlamasa da 2020-ci ilin təxminən dekabr ayında axşam saatlarında hal-əhval tutmaq üçün bacısı Zülayəyə zəng etmişdir. Telefonla danışarkən bir anda zəng kəsilmiş, Zülayənin sözü yarım qaldığına görə o, narahat olmuşdur. Sonrakı gün isə Zülayənin başına hadisə gəldiyini öyrənib dərhal yanına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 02 dekabr 2019-cu il tarixdə, gecə saat 22-23 radələrində bacısı Zülayə digər bacısına zəng edərək bir nəfərin evə girdiyini, onu öldürmək istədiyini demişdir. Həmin vaxt karantin vaxtı olduğu üçün həmin gecə Zülayənin gedə bilməmiş, dekabr ayının 2-si Yasab kəndinə getmişlər. Ora çatan zaman bacısı Zülayənin vəziyyətinin yaxşı olmadığını, bədəninin gömgöy olduğunu görmüşlər. Bacısı Zülayə çox utanmış, baş verənləri onlardan gizlətmək istəmişdir. Amma poçtla gələn məktubda Vasif belə bir hadisə olduğunu yazmışdır. O, Vasifin verdiyi ifadəsinin surəti idi. Məktub gəldikdən sonra onlar verənləri öyrənmişlər. O, şəxsən Zülayənin bədəninin göm-göy olduğunu görmüş, evdə isə yorğanların, xalçaların üzəri qan və Zülayənin paltarları, alt paltarı, “kalqotkası” cırılmış vəziyyətdə olmuşdur. Bu hadisədən sonra Zülayənin kənddə yaşaması çətin olduğu üçün sonuncunu yanına gətirmişdir. Buna görə də Zülayə ilə birlikdə prokurorluğa gedib-gəlmişdir. Zülayənin çox qorxur, rahat danışa da bilmir, ona sual verəndə cavab verə bilməmişdir. Zülayənin xəstədir, qulağı da eşitmir deyə o, istintaq hərəkətlərində sonuncu birlikdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma xalasıdır. 01 dekabr 2020-ci il tarixdə, təxminən saat 23 radələrində yaşadığı anası Şahid7 onu yuxudan oyadaraq Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə zəng edib evinə bir nəfər şəxsin qanunsuz olaraq girdiyini, ona qarşı zorakı hərəkətlər törətdiyini deməsini bildirmişdir. Dərhal Qusar şəhərində yaşayan dayısı oğlu İlkin Qayıtmazovun mobil telefon nömrəsinə zəng edərək gedib nə baş verdiyini aydınlaşdırmasını demişdir. Sonradan xalası Zülayənin yaşadığı evə onun iradəsi ziddinə qanunsuz daxil olub onunla zorla cinsi əlaqədə olmaq istəyib ona təcavüz edən şəxsin Qusar rayonu, Yasab kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma bacısıdır. Hadisə günü hər zaman olduğu kimi Zülayəyə təxminən saat 19 radələrində zəng etmiş və danışmışlar. Daha sonra təxminən saat 22-23 radələrində Zülayədən ona zəng gəlmiş, Zülayə ona “bir nəfər içəri girib, məni boğub öldürmək, daldan zorlamaq istəyir” demiş və tez zəngi bitirmişdir. Bu xəbərdən sonra o, çox pis olmuş və oğlu Nicata xəbər vermişdir. Daha sonra “102”ə zəng edib məlumat vermişlər. Bacısı tək olduğu üçün o, qardaşına zəng edərəkl tez Zülayənin yanına getməsini söyləmişdir. Hadisə günü karantin rejimi olduğu üçün həmin gün Zülayənin yanına gedə bilməmişlər. Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir ki, “mərhum atası Məlikmirzə Mirzağayev 2018-ci ildə, mərhum anası Nisə Mirzağayeva isə 1999-cu ildə vəfat etmişlər. Zərərçəkmiş şəxs mərhum atası Məlikmirzə Mirzağayevin ikinci arvadı olmuşdur. Onunla arasında heç bir dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onunla arasında qohumluq əlaqələri yoxdur, həmçinin hər hansı mübahisə, münaqişə və ya dava-dalaşları olmamışdır. Mərhum atası Məlikmirzə və ögey anası Zülayə 2003-cü ildə rəsmi nikah bağlamaqla Məlikmirzəyə məxsus, Qusar rayonu Yasab kəndində yerləşən evdə birlikdə yaşamışlar. 2018-ci ildə atası Məlikmirzə dünyasını dəyişmişdir. Bundan sonra Zülayə tək qalmışdır. Zərərçəkmiş şəxs barəsində istər əvvəllər, istərsə də hal-hazırda onun əxlaqsız işlərlə məşğul olması haqda heç nə eşitməmişdir. 01 dekabr 2020-ci il tarixdə, təxminən saat 23 radələrində oğlu İsmət ilə birlikdə yaşadıqları evdə televizora baxarkən Şahid7 onun mobil telefon nömrəsinə zəng edərək bacısı Zülayə Mizağayevanın ona zəng edib bir nəfər şəxsin evinə qanunsuz olaraq girdiyini, ona qarşı zorakı hərəkətlər törətdiyini, onunla zorla cinsi əlaqədə olmaq istədiyini, özlərinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiklərini bildirərək Zülayənin yanına getməsini demişdir. Özü də gecə vaxtı olduğu üçün qardaşı Seydinin arvadı Almanisənin mobil telefon nömrəsinə zəng edərək baş verənlər barədə məlumat verib Zülayənin yaşadığı evə onunla birlikdə getməsini demişdir. Oğlu ilə evdən çıxıb qardaşı Seydigilin evlərinin qarşısına getmişlər. Həmin vaxt küçədən təcili tibbi yardım avtomobilinin keçdiyini görmüşlər, Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Həmin vaxt qonşular da ora yığışmışlar. Bir müddət sonra isə polis əməkdaşları da gəlmişlər. Zülayə onlara evinə qanunsuz daxil olan şəxsin onun evinə işıq sayğacını söndürüb, evin pəncərəsini sındırıb qanunsuz olaraq daxil olduğunu, onun boğazından və ağzından tutaraq onun qışqırmasına mane olduğunu, özünün ona mane olmaq və kömək çağırmaq istəməsinə baxmayaraq həmin şəxsin hələ də öz əməllərini davam etdirməsini, onun şalvarını aşağı salaraq onunla zorla cinsi əlaqədə olmaq istəməsini, özünün bu şəxsə mane olaraq özünü müdafiə etmək və onun zorakılığından qurtulmaq üçün evdə olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmasına baxmayaraq bu şəxsin hələ də öz əməllərini davam etdirərək onunla zorla cinsi əlaqədə olmaq istəməsini, lakin ona imkan vermədiyindən onunla təbii yolla cinsi əlaqədə ola bilmədiyini, sonra isə çıxıb getdiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Özləri sonradan bilmişlər ki, Zülayə özünü Təqsirləndirilən şəxs çirkin, nalayiq zorakılıq hərəkətlərindən müdafiə etmək üçün ona bıçaq xəsarətləri yetirməsi nəticəsində Təqsirləndirilən şəxs aldığı xəsarətlərə görə təcili tibbi yardım avtomobili ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs ögey anası Zərərçəkmiş şəxs qarşı etdiyi təcavüz ona çox pis təsir etdiyindən o, gecələr qorxduğu üçün bir müddət onun evində qalmışdır.” (cild 2, iş vərəqə 198-205). Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadının qardaşıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 01 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən qaynı Təqsirləndirilən şəxs istifadəsində olan “070 338-38-26” saylı mobil telefon nömrəsindən onun istifadəsində olan “070 300-55-30” saylı mobil telefon nömrəsinə zəng edərək bıçaqla vurulduğunu deyib telefonu söndürmüş, sonra isə zənglərinə cavab verməmişdir. Özü də ona görə nə baş verdiyini öyrənmək üçün Vasifin qonşusu Şahid2 mobil telefon nömrəsinə zəng etmiş, Caiz əvvəlcə onun zənglərinə cavab verməsə də, sonra telefonu götürmüşdür. Caiz özünün Vasifin yanında olduğunu, onun harada və necə xəsarət almasından xəbərdar olmadığını, onu təcili tibbi yardım avtomobili ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparacağını demişdir. Özü, arvadı və atası Əladdin Vasifin vəziyyəti ilə maraqlanmaq üçün atasının avtomobili ilə “Xaçmaz RMX” PHŞ istiqamətində yola düşmüşlər. Onlar Qusar- Xaçmaz yolunda olarkən həmin təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar. Özü və arvadı atasının avtomobilindən yerə düşərək təcili tibbi yardım avtomobilində əyləşmişlər. Həmin vaxt Vasif özündə olmuş, onun əynində qara rəngli gödəkçə, ağ-qara rəngli sviter, cins şalvar və qara rəngli papaq olmuşdur. Vasifdən kimin ona xəsarət yetirdiyini soruşduqda o, cavab verməmişdir. Vasifi “Xaçmaz RMX” PHŞ-nə gətirmişlər. Orada Vasifə tibbi yardım göstərilmişdir. Qaynı Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə xəsarət aldıqdan sonra öyrənmişdir ki, o, həmin gün, axşam saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs adlı şəxsin yaşadığı evə gizli olaraq pəncərədən daxil olmuş, sonra isə evdə tək olan Zülayə ilə zorla cinsi əlaqədə olmağa cəhd etmiş, həmçinin ona qarşı əxlaqsız hərəkətlər etmişdir. 01 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirilməsini ona bildirən zaman kimin bıçaqlamasını əvvəlcə bildirməmiş, lakin Vasifin Zərərçəkmiş şəxs adlı şəxsə qarşı törətdiyi əxlaqsız əməllərdən xəbər tutduqdan sonra həmin vaxt Zərərçəkmiş şəxs onun cinsi zorakılığından qurtulmaq üçün özünü müdafiə etmək məqsədi ilə ona bıçaqla xəsarət yetirdiyini bilmişdir. Baş vermiş hadisədən əvvəl qaynı Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hadisədən təxminən 2-3 gün əvvəl onların evinə gedərkən görmüşdür. (cild 1, iş vərəqə 105-110) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 02.12.2020-ci il tarixli, 610 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çənəsinin sol tərəfinin, sağ kürəkaltı nahiyəsinin, sağ və sol sarğının və sağ budun yuxarı 1/3-nin ön-iç səthinin qançırları, boynun sol yan səthinin orta şöbəsinin 5 ədəd, sağ yan səthin orta şöbəsinin və belin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.12.2020-ci il tarixdə boğazını əllərlə sıxması və əl-qol zərbələri ilə döyülməsi, həmçinin zor tətbiq etməklə zorlamaya cəhd etmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, i.v. 52, 53) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07.12.2020-ci il tarixli, 620 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət orqanının ereksiya vəziyyətinə gətirilmə funksiyasını pozan hər hansı bir xarici əlamət (anamaliya, yara və s.) aşkar edilməmişdir. (cild 1, i.v. 54-56) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 yanvar 2021-ci il tarixli, 6/2761 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən geyim əşyalarından gödəkcənin üzərindən tapılmış tünd sarı rəngli akril liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən tünd sarı rəngli köynəyin üzərindən tapılmış boz rəngli akril liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs evindən aşkar edilməsi qeyd edilən şərfin tərkib liflərinə uyğun gəlir. (cild 2, i.v. 30-37) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 87 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. O, inadkarlıq, hövsələsizlik, laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs şüur və davranışlarına təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və onları qavramaq qabiliyyətində olmuşdur. (cild 2, i.v. 49-54) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 618/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından bir ədəd retuzun arxa səthinin aşağı hissəsində, ortada, küt yaranma mexanizminə malik və retuzun müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 03 (üç) ədəd cırılma zədələri aşkar olunmuşdur. (cild 2, i.v. 55-69) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 975/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) - (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0 (İ) - (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş pərdə, Təqsirləndirilən şəxs məxsus gödəkçə, şərf, papaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B və H antiqenləri alınmışdır. Həmin qan ləkələri B alfa/H/ (İİİ) qruplu bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayətçi H antiqeni vardırsa). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B və H antiqenləri alınmışdır. Həmin qan ləkələri B alfa/H/ (İİİ) qruplu bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayətçi H antiqeni vardırsa). Ekspertizaya təqdim olunmuş bıçağın üzərində zəif intensivlikdə qan alınmışdır. (cild 2, i.v. 70-78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiqləyərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün onun yaşadığı evə gizli olaraq girməsi, cinsi əlaqədə olmaq üçün onun və özünün şalvarını aşağı salması, lakin Zərərçəkmiş şəxs ona müqavimət göstərdiyindən onunla cinsi əlaqədə ola bilməməsini, bu zaman onun arxa nahiyəsinə öz cinsiyyət orqanını bir neçə dəfə toxundurub sürtdüyünü, lakin Zərərçəkmiş şəxs ona müqavimət göstərdiyindən öz cinsiyyət orqanını onun arxa nahiyəsinə soxa bilmədiyini, buna baxmayaraq Zülayənin arxa nahiyəsinə öz cinsiyyət orqanını bir neçə dəfə irəli-geri sürtdükdən sonra qurtardığını, cinsi ehtirasının ödənilməsi və aldığı xəsarətlər səbəbindən halsız düşərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə ola bilməyərək ondan uzaqlaşaraq gəldiyi yoldan çıxıb getməsi, Zülayənin evinə girərkən tək olmasını göstərmişdir. (cild 1, i.v. 210-220) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi xüsusatları onun üzünə qarşı deməklə bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs da üzləşdirmə zamanı Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub onunla zorla cinsi əlaqədə olmağa cəhd etməsini bir daha təsdiqləmişdir. (cild 2, i.v. 92-96) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar RPŞ-nin 13.01.2021-ci il tarixli, 149-693-1221 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kiriminalistik Tədqiqatlar İdarəsinin 30.12.2020-ci il tarixli, 011-12279-1220 nömrəli məktubundan görünür ki, Qusar RPŞ-nin 25.12.2020-ci il tarixli məktubu vasitəsi ilə Qusar rayonu Yasab kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz girilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 29.12.2020-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Qusar RPŞ-dən) xx.xx.1993-cü il tarixdə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik müəyyən edilmişdir. (cild 2, i.v. 17-21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X19 03.05.2021-ci il tarixli, 755 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək Xaçmaz RMX-nin cərrahiyyə şöbəsində “döş qəfəsinin ön sol hissəsinin döş boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası. Alın nahiyəsinin, boynun sol hissəsinin kəsilmiş deşilmiş yaraları. Hemopnevmotoraks” diaqnozu ilə stasionar müalicə almışdır. (cild 3, i.v. 158-167). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakcell” MMC-dən daxil olmuş 22.01.2021-ci il tarixli, BKC/LGL-467/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 28.01.2021-ci il tarixli protokoldan görünür ki, CD-də Zərərçəkmiş şəxs istifadəsində olmuş “055 919-47-63” saylı mobil nömrənin 01 noyabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. “Zənglərin_Detallaşması__**********5621___559194763” yazılmış fayla daxil olduqda Zərərçəkmiş şəxs hadisənin baş verdiyi gün, yəni 01 dekabr 2020-ci il tarixdə, saat 22:34:35-də qardaşı Şahid5 istifadəsində olmuş “055 393-25-71” saylı mobil telefon nömrəsi ilə 127 saniyə müddətində, saat 23:01:56-da və 23:05:10-da bacısı Şahid7 istifadəsində olmuş “055 864-76-94” saylı mobil telefon nömrəsi ilə 2 və 121 saniyə müddətlərində, saat 23:20:19-da bacısının qızı Şahid6 istifadəsində olmuş “055 416-11- 61” saylı mobil telefon nömrəsi ilə 129 saniyə müddətində, 02 dekabr 2020-ci il tarixdə, saat 00:32:01-də bacısı Şahid4 istifadəsində olmuş “055 852-35-78” saylı mobil telefon nömrəsi ilə 26 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir. (cild 2, i.v. 38- 43). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01.02.2021-ci il tarixli, AZF/LGL-49/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 11.02.2021-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “070 338-38-26”, Şahid3 istifadəsində olmuş “070 300-55-30” və Şahid2 istifadəsində olmuş “070 820-40-81” saylı mobil nömrələrin 01 noyabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CDdə əks olunmuş fayllara daxil olduqda Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün, yəni 01 dekabr 2020-ci il tarixdə, saat 17:14:51-dən saat 17:50:34-dək dostu Şahid1 istifadəsində olmuş “077 577-64-29” saylı mobil telefon nömrəsi ilə bir neçə dəfə müxtəlif müddətlərdə, saat 21:16:06-da qardaşı X5 istifadəsində olmuş “070 585-05-58” saylı mobil telefon nömrəsi ilə 976 saniyə müddətində, saat 22:58:14-də qonşusu Şahid2 istifadəsində olmuş “070 820-40-81” saylı mobil telefon nömrəsi ilə 54 saniyə müddətində, saat 22:59:48-də bacısının əri Şahid3 istifadəsində olmuş “070 300-55-30” saylı mobil telefon nömrəsi ilə 178 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir. (cild 2, i.v. 97-103). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azerfon”MMC-dən daxil olmuş 20.04.2021-ci il tarixli, AZF/LGL-11217/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30.04.2021-ci il tarixli protokoldan görünür ki, CD-də X1 istifadəsində olmuş “070 910-45-95”, X2 istifadəsində olmuş “070 274-49- 19”, Şahid8 istifadəsində olmuş “077 565-72-11” və Şahid1 istifadəsində olmuş “077 577- 64-29” saylı mobil nömrələrin 01 noyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. “Pdf” formatında olan “Zənglərin_Detallaşması__**********1910___775776429” yazılmış fayla daxil olduqda Şahid1 hadisənin baş verdiyi gün, yəni 01 dekabr 2020-ci il tarixdə, saat 17:14:51-dən saat 17:50:34-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş “070 338-38-26” saylı mobil telefon nömrəsi ilə bir neçə dəfə müxtəlif müddətlərdə danışıqlar aparması müəyyən edilmişdir. (cild 3, i.v. 145-151). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar RPŞ-nin 30.12.2020-ci il tarixli, 149-24197-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1, i.v. 245-248). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının Yasab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 mart 2021-ci il tarixli, 07 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs ailə tərkibi özündən ibarətdir. Zərərçəkmiş şəxs Məlikmirzə Mirzağayevin ikinci arvadı olmuş, Qusar rayonu Suvacal kəndindən rayonun Yasab kəndinə 2006-2007-ci illərdə ərə gəlmişdir, məhəllədə yaşıdları, qonşuları və qohumları ilə münasibətləri yaxşıdır, kəndin ictimai həyatında iştirak etmiş, ərinin sağlığında ailədaxili heç bir mübahisə və ya münaqişə olmamışdır. O, kəndin əksər sakinləri ilə tanış olmamış, yalnız qonşuları, qohumları və məhəllə sakinləri ilə tanış olmuşdur. Başqa məhəllələrin sakinləri ilə tanışlığı və ya əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs barəsində nə qonşuları, nə də kənd sakinlərindən nümayəndəliyə yazılı heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi 02.12.1968-ci il təvəllüdlü X3 (anası) və 07.12.1997-ci il təvəllüdlü X6 (qardaşı) ibarətdir. Təqsirləndirilən şəxs sakit və təmkinli olmuş, yaşıdları, qonşuları və kənd sakinləri ilə münasibətləri yaxşı olmuş, tənqid və özünütənqidə normal yanaşmış, kəndin ictimai həyatında iştirak etmiş, ailədaxili heç bir mübahisə və ya münaqişə olmamışdır. Orta məktəbdə oxuduğu müddətdə də özünü sakit və tərbiyəli bir şagird kimi aparmışdır. Həqiqi hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmət etmişdir. Təqsirləndirilən şəxs barəsində nə qonşuları, nə də kənd sakinlərindən nümayəndəliyə yazılı heç bir şikayət daxil olmamışdır.(cild 3, i.v.53-57) Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Namiq Məmmədov tərəfindən qəbul olunmuş 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon prokurorluğunun dəftərxana müdiri X11 tərəfindən istintaq zamanı müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, işgəncələrə məruz qalması, şərəf və ləyaqətinin alçaldılması öz təsdiqini tapmadığından toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmağa cəhd etmədiyi, sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmədiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyindən və həmin halın məhkəmə araşdırması zamanı da təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi baş verməsi sübuta yetirildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini CPM-nin 126.6-cı maddəsinə əsasən sübut növü kimi qəbul edir. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spsifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Hazırkı cinayət işi üzrə, ibtidai istintaqın gedişindən məlum olur ki, təqsirləndirilən şəxs ilkin vaxtlarda özünü təqsirli bilmiş, cinayətin açılmasına fəal kömək etmiş (bu hal ifadənin yerində yoxlması protokolu ilə tam təsdiq olunur), habelə əməlindən peşman olması istiqamətində addımlar atmışdır. İbtidai istintaqın sonunda, həmçinin məhkəmə istintaqında təqsirləndirilən şəxsin sırf cinsi sferada törətdiyi cinayətləri təkzib etməsi onun gələcəkdə qanunla ona təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətrafında qınaq obyektinə çevrilə biləcəyi qorxusu olmuşdur. Məhkəmə, ifadələrə qiymət verərkən ilk öncə həmin ifadələrin ağlabatanlığı və iş üzrə ittihamın həll olunmasına nə dərəcədə əsas ola biləcəyi kriteriyasından yanaşır. Məhz ağlabatanlıq kriteriyasından yanaşaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yaşı nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı yalan ifadə verə bilməsi mümkünsüzdür, xüsusilə nəzərə alındıqda ki, zərərçəkmiş şəxs hadisə barədə ilk olaraq yaxın qohumlarına məlumat vermişdir, bu hal, yəni zərərçəkmiş şəxsin yalan ifadə verməsi bir daha təkzib olunur. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsinin həm özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadadələrlə, habelə zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunması; təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin ifadələrlə məhkəmədə müəyyən olunan və iş üzrə şahidlərin ifadələri ilə üst-üstdə düşməsi; təqsirləndirilən şəxsin hadisə zamanı sərxoş olması; iş üzrə şahid ifadələrinin, xüsusilə zərərçəkmiş şəxsin yaxın qohumları olan bacısı, qardaşının ifadələrinin, həmin hal üzrə mobil telefon operatorlarının çıxarışları ilə bir daha təsdiq olunması bir daha sübut edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilinə qanunsuz daxil olmaqda məqsədi sırf sonuncu ilə cinsi əlaqəyə girmək olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1, 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1, 157.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına əsasən, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikası bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs cinayət əməlini hərbi vəziyyət şəraitində törətmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM- 61.1.11-ci maddəsinə əsasən isə cinayətin hərbi vəziyyət dövründə törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Göstərilənlərə əsasən, eləcə də törədilmiş cinayətin xarakteri, ictimai təhlüəlilik dərəcəsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki və sonrakı münasibətləri, təqsirləndirilən şəxsin davranışlarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət azadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 29,149.1 və 150.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməlidir. CM-nin 68.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. İş materiallarından görünür ki, 22.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Qusar Rayon Məhkəməsinin 23.12. 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 dekabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 158-175) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunda saxlanılan Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş şərf, pul kisəsi, gödəkçə, papaq, sviter, cins şalvar, pijama şalvarı, kofta (futbolka), tuman təqsirləndirilən şəxsə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, 01 ədəd bıçaq və tibbi maska məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 108.46 (yüz səkkiz manat, qırx altı qəpik) məbləğində pul ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 150.1, 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 29,149.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.1 maddəsi ilə 3 il 6 ay (üç il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla və Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunda saxlanılan- hadisə yerindən götürülmüş, üzərində qanabənzər ləkələr olan pərdə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş köynək, şalvar, tuman, finka zərərçəkmiş şəxs qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş şərf, pul kisəsi, gödəkçə, papaq, sviter, cins şalvar, pijama şalvarı, kofta (futbolka), tuman təqsirləndirilən şəxsə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq və tibbi maska məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 108.46 (yüz səkkiz manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar