Məhkəmə qərarları › İş №1(124)-19/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-19/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-19/2023 26.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 41ci məhəllə, yataqxana 7A, otaq 33-də qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 11,364 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib 0,178 qramım üzərində, 11,186 qramım yaşadığı evdə saxlamış, 16 iyul 2021-ci il tarixdə saat 20:50-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, 7A saylı yataqxananın qarşısında saxlanılıb 3-cü PB-ya aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dama-dama şalvarın sol yan cibində saxladığı bir ədəd “vinehestr" markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızma bükülmüş 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,097 qram, ümumi təmiz çəkisi 0.178 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 23:15-də ona məxsus yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A, olaq 33 ünvanına keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının üzərindəki döşəyin alı hissəsində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş 03 ədəd, şəffaf sellofana bükülmüş 01 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qram, 0,264 qram, 0,094 qram və 10.636 qram ümumi təmiz çəkisi 11,186 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, saxlanarkən üzərində narkotik vasitə olmayıb,o narkotik vasitəni çəkib qutardıqdan sonra onun evinə polis əməkdaşları daxil olmuşdurlar. O, eyni məhəllədə yaşadığı şəxsdən yarım qram narkotik vasitə almışdır. Narkotik vasitəni çəkib qutardıqdan sonra qapı döyülmüş, o, qapını açdığında sahə rəisi və digər polis əməkdaşlarını görmüşdür. Onu döyüb daha sonra polis idarəsinə aparmışdırlar. Bölmədə onu çox hədələmişdirlər. O, savadsız adam olmuşdur. Ona elan olunmuş maddəni tam anlamamışdır. Ona demişdirlər ki, sən bu sənədlərə qol çək. O, narkotik vasitə istifadə etmişdir. Bu narkotik vasitə onun olmamışdır. Ona qarşı haqsızlıq olmuşdur. Tərəzi onun olmamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə istifadə etmişdir. Yarım qram narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşı ona narkotik vasitənin İran vətəndaşından aldığını bildirmişdir. Müstəntiq ona kömək edəcəyini bildirmişdir. Onun telefonunda bir dənə narkotiklərin satışı ilə bağlı yazışma olmamalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir il olarki narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20:50 radələrində o, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində olarkən bir nəfər mülki geyimdə, iki nəfər isə polis formasında ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin qəbulunda, satışında və daşınmasında şübhəli bildiyini ona bildirmişlər. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. Orada xidməti otaqlardan birində ona yenidən nə üçün saxlanıldığı izah olunmuş və ona hüquq vəzifələri it baıədə bildiriş, eləcə də hüquqlarını müdalıə elmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bu hərəkətlər hamısı videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Bundan sonra ona üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur.O. əynində olan qara rəngli dama-dama şalvarın sol yan cibindən bir ədəd «Winchester» markalı siqareti, sağ yan cibindən isə 77 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusuna baxarkən içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşı bükümün içərisində nə olduğunu soruşmuşdur. O. bükümlərin içərisində olan maddənin narkotik vasitə «kakos» yəni heroin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyini soruşduqda o, həmin maddəni bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Belə ki, o, həmin şəxsin bank kartına yəni hesabına 100 manat köçürmüşdür. O, isə həmin narkotik vasitəni Sumqayıt şəhərində 41-ci məhəllə ərazisində bir yerə qoydurmuşdur. O, isə gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Bundan sonra o, yenədə həmin şəxsə pul göndərməli olmuş, lakin o, həmin şəxsə pul göndərməmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş spesifik iyə malik olan maddə yəni narkotik vasitə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Bundan sonra ondan başqa narkotik vasitə olub-olmadığı soruşulmuşdur. O. isə yaşadığı evdə də narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və onlar zərfi imzalamışlar. Bundan sonra üzərində olan 77 manat pul və siqaret onun özünə qaytarılmışdır. O, əməlindən peşiman olduğunu bildirmişdir. Sonra onun yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş və video çəkiliş dayandırılmışdır. Bundan sonra o. polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişdir. O, yaşadığı otağın qapısım açmış və polis əməkdaşları ilə birlikdə yaşadığı otağa daxil olmuşdur. Orada ona evdə olan narkotik vasitənin harada olduğunu göstərmək təklif olunmuşdur. O, otaqda olan çarpayının üzərindəki döşəyin altında olan siqaretin gümüşü kağızma bükülmüş 03 ədəd büküm, şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda yaşadığı otaqda masanın üzərində olan heroin çəkmək üçün istifadə etdiyi «borucuq», falqa kağız parçası, alışqanlar, falqa kağız parçaları, falqa kağız rulonu aşkar olunmuşdur. Bundan sonra evdən aşkar olunmuş 04 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Sonra isə aşkar olunmuş narkotik vasitə və digər əşyalar təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Onlar isə həmin qablaşdırılmış zərfi imzalamışlar. O. narkotik vasitə olan heroindən istifadə edir. Lakin heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Vətəndaşların onun narkotik vasitələrin satışı İlə məşğul olmasını bildirmələri ilə bağlı suala cavab verərkən bildirmişdir ki. o. narkotik vasitələrdən istifadə edən şəxsləri öz evinə dəvət etmiş və onun evində narkotik vasitələrdən istifadə etmələri üçün şərait yaratmışdır. Buna görə də qonşular ondan narazılıq etmişlər. O, bu əməlindən səmimi peşimandır. O, 070 ***-**-** mobil telefon nömrəsini istifadə edir. (cild 1, iş vərəqə 65-67) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Valeh onun qonşusudur. O, 3-cü mərtəbədə Valeh isə 4-cü mərtəbədə yaşayır. Onunla münasibəti bir qonşu kimi həmişə yaxşı olmuşdur. Lakin son vaxtlar Valeh narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Onun hərəkətlərindən və xarici görünüşündən bu hiss olunmuşdur. Valehin yaşadığı evə mütəmadi olaraq tanımadıqları müxtəlif şəxslər gəlmişlər. Onların du danışıqlarından, xarici görünüşlərindən və davranışlarından narkoman olduqları bilinmişdir. Bu da onu və digər sakinləri narahat etmişdir. Valehin evinə gələn şəxslər özlərini ədəbsiz aparmış və o, onların dəfələrlə narkotik vasitələr barədə telefonla danışdıqlarına şahid olmuş, yəni eşitmişdir Onlar dəfələrlə Valehə evinə belə adamlar çağırmaması barədə xəbərdarlıq elmişlər. Lakin Valeh onların sözlərinə məhəl qoymamışdır və narkotik vasitələrin satışı ilə məşğul olmağa davam etmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində yataqxana sakinləri ilə həyətdə olan zaman polis əməkdaşlarının Valehi gətirdiklərini görmüşlər. Onlar maraqlanıb öyrənmişlər ki, polis əməkdaşları Valehin üzərində narkotik vasitə aşkar etdikləri üçün tutublar və onun yaşadığı otağa baxış keçirmək üçün gəliblər. O, və qonşusu Şahid5 polis əməkdaşlarından xahiş etmişlər ki, yataqxana sakinləri kimi keçiriləcək baxışda iştirak etməklərinə icazə versinlər. Polis əməkdaşları onların təkliflərinə etiraz etməmişlər. Bundan sonra o, Nazim və polis əməkdaşları ilə birlikdə Valehin yaşadığı otağa daxil olmuşlar. Otağa baxış keçirilərkən otaqda olan çarpayının üzərindəki döşəyin altından siqaretin gümüşü rəngli kağızına bükülmüş 03 ədəd, şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Polis əməkdaşları Valehdən həmin kütlələrin nə olduğunu soruşmuşlar. Valeh bildirmişdir ki, həmin kütlələr narkotik vasitə olan heroindir. Eyni zamanda otaqda kiçik masanın üzərində «borucuq» gümüşü falqa kağız parçaları, çoxlu alışqanlar, falqa kağız, rulonları aşkar olunmuşdur. Valeh bildirmişdir ki. borucuq və falqa kağız vasitəsi ilə heroin qəbul edir. Baxış zamanı Valehin otağından aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr ayrı- ayrılıqda elektron tərəzidə çəkilmişdir Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A, otaq 33 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatım yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil elmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 18:15 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Valeh nə üçün saxlanıldığını soruşmuşdur. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə elmə, saxlama və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığım və bu səbəbdən üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİnin 3-cü PB-nə aparılacağını izah etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə etiraz etsə də sonradan heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli dama-dama şalvarın sol yan cibindən bir ədəd «Winchester» markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd büküm aşkar olunmuşdur. Bükümlər açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddələr olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu demişdir. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o. həmin narkotik maddəni bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Belə ki, o, həmin şəxsin bank karlına yəni hesabına 100 manat köçürmüş, o, isə həmin narkotik vasitəni Sumqayıt şəhərində 41-ci məhəllə ərazisində bir yerə qoydurmuşdur. O, isə gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Narkotik vasitənin qalan pulunu isə İran vətəndaşına göndərməyə söz versə də göndərməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi 0.22 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 7A nömrəli yataqxanaya getmişlər. Onlar həyətdə olanda orada yaşayan sakinlərdən iki nəfər də onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsində iştirak etmək istədiklərini bildirmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisı olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana çıxmışlar. Baxış zamanı otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsində siqaretin gümüşü rəngli kağızma bükülmüş 03 ədəd, şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə maddələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümlərdəki kütlələr narkotik vasitə olan heroindir. Eyni zamanda baxış zamanı otaqda kiçik masanın üzərində «borucuq», gümüşü falqa kağız parçalan, çoxlu alışqanlar, falqa kağız rulonları aşkar olunmuşdur. Valeh bildirmişdir ki, borucuq və falqa kağız vasitəsi ilə heroin qəbul edir. Baxış zamanı Valehin otağından aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş. 03 ədəd gümüşü rəngli kağız bükümlərdəki maddələr ayrı-ayrılıqda 0,28qr, 0,42qr və 0,20qr və 01 ədəd şəffaf rəngli sellofanda olan maddə isə 10,83 qram olmuşdur. Bundan sonra aşkar olunmuş bükümlər, «borucuq» və 01 ədəd falqa kağız parçası ekspertizaya göndərilmək üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin sahə rəisi Şahid3 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin sahə rəisi Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 100-103) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, satışı və dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlamasına dair məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A, otaq 33-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib üzərinə baxış keçirilməsi barədə qərarın qəbul edilməsi Sumqayıt şəhər məhkəməsinin hakimi X2 xx.xx.2021-ci il tarixli qərarı ilə qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 6, 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış, şəxsi axtarış, mənzilə baxış keçirilməsi barədə protokollardan görünür ki, 16 iyul 2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik vasilə olan heroin aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar “Panasonik” markalı videokamera vasitə ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə çəkilmiş görüntülər olan bir ədəd DVD diskinə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, 16 iyul 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim edərək polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirir. Əməkdaşlar Sumqayıt ŞPİ-nin 3-cü PBnin baş əməliyyat müvəkkili Şahid1, 3-cü PB-nin sahə rəisi Şahid3, sahə rəisi Şahid2 özlərini təqdim edirlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Baş X6 Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir və ona Sumqayıt Regional vəkil bürosunun vəkili X3 təqdim edir. Sonra adları çəkilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli dama-dama şalvarın sol yan cibindən bir ədəd «Winchester» markalı siqaret qutusunu, sağ cibindən pul əskinaslarını çıxarıb masanın üzərinə qoyur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirir və heç bir şey aşkar olunmur. Təhqiqatçı pulu sayır və 77 manat olduğu müəyyən olunur. Siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd büküm aşkar olundu. Bükümlər açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddələr olduğu aşkar olundu. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükülünün işərisində narkotik vasitə olan heroin( kakos) olduğunu dedi. Biz ondan həmin narkotik vasitəni hardan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirdi. Belə ki, o, həmin şəxsin bank kartına yəni hesabına 100 manat köçürmüş, o, isə həmin narkotik vasitəni Sumqayıt şəhərində 41-ci məhəllə ərazisində bir yerə qoymuşdur. O, isə gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Narkotik vasitənin qalan pulunu isə İran vətəndaşına göndərməyə söz versə göndərməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirdi. Vəkil Səadət Vəliyeva Təqsirləndirilən şəxs ona qarşı zorakılıq olub-olmadığını və eləcə də narkotik vasitənin ona məxsus olub olmadığını soruşur. Təqsirləndirilən şəxs ona qarşı zorakılıq olunmadığını və narkotik vasitənin ona məxsus olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildi və hər birinin çəkisi 0,22 qram olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs çəkilişə etiraz etmədi. Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirir və təhqiqatçı evə baxışa gedəcəklərini bildirir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. X6 77 manat pulu və siqareti Təqsirləndirilən şəxs qaytarı. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirir. X6 Təqsirləndirilən şəxs yaşadığı ünvana gedəcəklərini bildirir. Bundan sonra çəkiliş dayandırılır. 16 iyul 2021-ci il tarixdə saat 23:15 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar “Panasonik” markalı videokamera vasitə ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə çəkilmiş görüntülər olan bir ədəd DVD diskinə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirmək üçün gəldiklərini bildirir və Təqsirləndirilən şəxs etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını və 4-cü mərtəbədə yaşadığını bildirir. Bundan sonra polis əməkdaşları, müdafiəçi və Təqsirləndirilən şəxs pilləkənlərlə yuxan çıxırlar. Həmin an vətəndaşların Təqsirləndirilən şəxsla bağlı narazılıq səsləri eşidilir. Təqsirləndirilən şəxs yaşadığı otağın dəmir qapısını açarla açır və içəri daxil olaraq işığı yandırır. Bundan sonra təhqiqatçı narazılıq bildirən qonşuları baxışda iştirak etmək üçün otağa dəvət edir və onlardan özlərini təqdim etmələrini istəyir. Şəxslərdən biri özünü təqdim edərək Şahid4 digəri isə Şahid5 olduqlarını bildirirlər. Sonra Şahid4 narazılığını bildirərək hər gün narkotik vasitə istifadə edən şəxslər onların yaşadığı yataqxananın girişində və Təqsirləndirilən şəxs yaşadığı otaqda mütəmadi olaraq narkotik vasitə istifadə etdiklərini bildirir. Şahid5 isə onun dediklərini təsdiq edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadı evdə narkotik vasitə olub-olmadığın soruşur. Təqsirləndirilən şəxs baş hərəkəti ilə olduğunu bildirir. Baxış zamanı otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsində siqaretin gümüşü rəngli kağızına bükülmüş 03 ədəd, şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə maddələr və 01 ədəd elektron tərəzi aşkar olunur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirir ki. aşkar olunmuş bükümlərdəki kütlələr narkotik vasitə olan heroindir. Eyni zamanda baxış zamanı otaqda kiçik masanın üzərində «borucuq». gümüşü falqa kağız parçaları, çoxlu alışqanlar, falqa kağız rulonları aşkar olunur. Təqsirləndirilən şəxs bildirirki, borucuq və falqa kağız vasitəsi ilə heroin qəbul edir. Baxış zamanı Təqsirləndirilən şəxs otağından aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr ayrı-aynhqda elektron tərəzidə çəkilir, 03 ədəd gümüşü rəngli kağız bükümlərdəki maddələr ayrı-ayrılıqda 0.28qr. 0.42qr və 0,20qr və 01 ədəd şəffaf rəngli sellofanda olan maddə isə 10,83 qram təşkil edir. Bundan sonra aşkar olunmuş bükümlər, «borucuq» və 01 ədəd falqakağız parçası ekspertizaya göndərilmək üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs otağından aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi, alışqan və falqa kağız parçaları və rulonlar götürülür. Bundan sonra Təqsirləndirilən şəxs otağına baxış keçirilsə də qanunla qadağan olunan heç bir əşya və ya predmei aşkar olunmur. (cild 1, iş vərəqə 137-139) Diskə baxış, şəxsi axtarış keçirilməsi və mənzilə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2915 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vəı. V.V. Məmmədovun üzərinə şəxsi axtarış zamanı ...» sözləri olan 1 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,08 İqr, 0,097qr, ümumi təmiz çəkisi 0.178 qram olan qəhvəyi rənglirəngİi lozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 №-li zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,192qr, 0,264qr,0,094qr, 10,636qr, ümumi təmiz çəkisil 1,186 qram olan qəhvəyi rəngli lozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Bir ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əskinasın səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən elmək mümkün olmamışdır. 1 və 2 №-li zərflərdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqə 42-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3869 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 125-126) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, AZF/LGL- 27439/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində olan SMS-lərin siyahısında aşağıdakı mətnlər mövcuddur: “Valeh mənəm bayramın yanındakı kamal projektoru verən oğlan gel görüşəy əmanəti verdə”, “Mal alıram qaqam ona”, “Yarı lazımdı köz kimi”, “m.hazırla 1 saata qayıdıram qara”, “1saata gəlirəm sizdə evdə imkan olacaq bunu tərəzidə çəkməyə” kimi narkotik vasitələrin satışı məzmunlu yazışmaların olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 54-58) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 11,364 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 11.224 qram heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd gümüşü rəngli falqa rulonu maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 84-90) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamış şəxsdir. (cild 1, iş vərəqə 92-93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti mənzil kommunal təsərrüfat istehsalat birliyinin 22 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evindən aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda olması, onları müxtəlif bükümlərə ayırması, elektron tərəzinin mövcudluğu narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 iyul 2021-ci tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 11.224 qram heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd gümüşü rəngli falqa rulonu məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış 11.224 qram heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd gümüşü rəngli falqa rulonu məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar