Məhkəmə qərarları › İş №1(124)-19/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-19/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-19/2024 06.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Lerik rayonu, Ancəqəv kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük savxozunda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Salyan rayon sakini Zərərçəkmiş şəxs5 18 ton pomidorun alışına köməklik edə biləcəyi barədə yalan vədlər verib aldadaraq 12 may 2021-ci il tarixdə bacısı X3 adına rəsmiləşdirilmiş «Beynəlxalq bank»-a aid **********664051 nömrəli bank kartına Zaqatala şəhəri Nizami küçəsində yerləşən «Billur» marketdə quraşdırılmış «Million» elektron ödəmə vasitəsilə Zərərçəkmiş şəxs5 tərəfindən ümumilikdə 8.000 manat pulun köçürülməsinə nail olub həmin pulu və 15 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında şəxsən Zərərçəkmiş şəxs5 1.300 manat nağd pulu almaqla ümumilikdə Zərərçəkmiş şəxs5 9.300 (doqquz min üç yüz) manat məbləğində yəni, xeyli miqdarda pulunu ələ keçiıdib öz şəxsi məqsədləri üçün xərcləmiş, bununla da özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 geniş əlaqələrinin olmasım, Bakı şəhərində yerləşən müxtəlif istixanalardan pulunu qabaqcadan ödəmək şərti ilə pomidor məhsulu alıb satmaqla qazanc əldə etdiyini bildirərək onların etibarını qazanıb birgə iş birliyi qurub qazanc əldə etmək barədə yalan vədlər verərək, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında pomidor məhsulunun satışını təşkil edəcəyinə inandırmaqla aldadıb, Bakı şəhəri Zirə qəsəbəsində yerləşən “Aqro Land” və “Aras LTD” istixanalarından pomidorun alınması məqsədilə 20 avqust 2021-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu ünvan 1 ünvanında yerləşən kafedə Zərərçəkmiş şəxs2 4.000 manat, 05 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Binə savxozunda yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 12.000 manat, 12 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 25.810 manat, 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 sürücü X7 vasitəsi ilə 20.000 manat, 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 4.900 manat pulu alıb və həmin tarixdə eyni məqsədlə Yavər Kərmov tərəfindən bacısı X3 adına rəsmiləşdirilmiş «Beynəlxalq bank»-a aid **********664051 nömrəli bank kartına 2.500 manat pulun ödənilməsinə nail olaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 69.210 (altmış doqquz min iki yüz on) manat pul vəsaitini vahid niyyətlə ələ keçirdib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2021-ci il noyabr ayında tanışı İlkin adlı şəxsin vasitəsi ilə tanış olduğu Bakı şəhər sakini Zərərçəkmiş şəxs6 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən orta məktəbin yaxınlığındakı 0,4 hektar torpaq sahəsində yeni inşa yaşayış evini satacağını vəd verib aldadaraq 30 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində, Xəzər rayonu Binə qəsəbəsi X.İsazadə küçəsində yerləşən bərbərxanada 13,000 manat (on min üç min) manat məbləğində nəğd pulu ondan alıb öz şəxsi məqsədləri üçün xərcləmiş, bununla da xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 Bakı şəhərində «Aptek depo» şirkətinə işə düzəlməsində köməklik edə biləcəyi barədə yalan vəd verib aldadaraq 10 dekabr 2021-ci il tarixdə, yeznəsi Şahid3 vasitəsi ilə Bakı şəhəri Səbayıl rayonu D.Əliyeva küçəsində yerləşən 10 saylı poçtla Türkiyə Respublikasına ona göndərilən 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə (1$ =1.7) 1.700 manat pulu, 11 dekabr 2021-ci il tarixdə isə Şahid3 vasitəsi ünvan 3 ünvanında yerləşən 1 saylı poçtla Türkiyə Respublikasına ona göndərilən 1.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə (1$ =1.7) 1.700 manat pulu, 13 dekabr 2021-ci il tarixdə yenidən Şahid3 vasitəsi ilə ünvan 4 ünvanında yerləşən poçtla Türkiyə Respublikasına ona göndərilən 1.000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə (1$ =1.7) 1.700 manat pulu, ümumilikdə isə xeyli miqdarda 5.100 manat (beş min yüz) manat məbləğində pulu ondan alıb öz şəxsi məqsədləri üçün xərcləmiş, bununla da özgənin əmlakını xeyli miqdarda ziyan vurmqla aldatma yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şabran şəhər sakini Zərərçəkmiş şəxs8 «Aptek depo» şirkətinə işə düzəlməsində köməklik edə biləcəyi barədə yalan vəd verib aldadaraq 10 yanvar 2022-ci il tarixdə, "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən filialından Elnur Mehdiyev adlı şəxsin adına olan bank kartına Rusiya Federasiyasına ona göndərilən 1.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə (1$ =1.700) 1.700 manat pulu ondan alıb öz şəxsi məqsədləri üçün xərcləmiş, bununla da özgənin əmlakını aldatma yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun barəsində cinayət işi Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Anar Məmmədov tərəfindən başlanılmışdır. Zərərçəkmiş şəxs1 dayısı ilə Anar Məmmədov qohum olduğu üçün onun cinayət işinin istintaqı düzgün həyata keçirilməmişdir. O, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tanımadığım, heç bir danışıq həyata keçirmədiyi halda onlar zərərçəkmiş şəxs qismində tanınmışlar. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə 400.000-500.000 manat dəyərində alış-veriş etmişlər. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 25.000 manat, Zərərçəkmiş şəxs2 23000 manat olmaqla, ümumilikdə 48000 manat məbləğində pul almışdır. Qeyd etdiyi məbləğdə pulu müqabilində pomidor vermək üçün almışdır, lakin pomidoru təqdim edə bilməmişdir. 48000 manat məbləöində pulu X4 vermişdir. Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Düyərli kəndi sakini vasitəsilə ondan 48000 manat məbləğində pul almış və həmin pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pulu geri qaytara bilmir və onlar tərəfindən ona möhlət verilmirdi. Bir gün bir neçə nəfər Vətən Müharibəsi iştirakçıları olan şəxslər ona zəng edərək, görüşmək istədiklərini bildirmişlər. Onlarla Bakı şəhəri, Mərdəkan qəsəbəsində görüşmüşdür. Daha sonra zərərçəkmiş şəxslərlə birlikdə bir neçə nəfər də gəlmişlər və ümumilikdə, təxminən 10-15 nəfər şəxs orada ona təzyiqlər edərək, onu videogörüntü ilə qeydə almışlar. Hansı ki, həmin videoçəkilişdə o, təzyiqlərə məruz qaldığı üçün 67000 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 ilə müxtəlif vaxtlarda təxminən 100000 manat məbləğində alış-verişləri olmuşdur. Bu alış-verişlər qəbzlər əsasında həyatında keçirilmişdir. Zərərçəkmiş şəxs5 2021-ci ilin may ayında etdiyimiz alış-verişə dair qəbzi istintaq orqanına təqdim etmiş və bu qəbz əsasında onun Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməyinə dair ona qarşı ittiham irəli sürülmüşdür. O, bunu qəbul etmir. Zərərçəkmiş şəxs5 mağazaya ziyan olaraq qaytarmalı olduğu məhsulların pulunu ondan tələb etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 isə 13000 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs6 satdığı evi ona X6 vermişdir. O da o evi satmış, əldə etdiyi pul ilə xarici ölkəyə getmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs7 Emin Babayev ilə tanış etmişdir. Zərərçəkmiş şəxs7 Emin Babayev işə düzəltməli idi. Zərərçəkmiş şəxs7 2000 ABŞ dolları məbləğində pulu Emin Babayevin, 1000 ABŞ dolları məbləğində pulu isə onun adına göndərmişdir. Həmin 1000 ABŞ dolları məbləğində pulu mən nağdlaşdıraraq Emin Babayevə vermişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 tərəfindən 1000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olmuşdur. O, bu pulu Emin Babayevə vermişdir. Emin Babayev qardaşı Məmmədəli Babayevin tapşırığı əsasında onun sənədlərini götürmüşdür. Qeyd etdiyi məbləğdə pulu verdikdən sonra sənədlərini ondan götürüb Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 48000 manat, Zərərçəkmiş şəxs6 13000 manat və Zərərçəkmiş şəxs8 1000 ABŞ dolları məbləğlərində pul aldığını etiraf etmişdir. Məmmədəli Babayev onu aldatdığı üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlardan aldığı pulu geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olduğunu bildirməklə göstərmişdir ki, 2006-cı ildə Kimya-Biologiya liseyinə qəbul olduğundan Bakı şəhərinə gəlmiş və 2008ci ilə qədər həmin liseyin yataqxanasında yaşamışdır. 2008-ci ildə liseyi bitirdikdən sonra Bakı şəhəri Binə qəsəbəsində kirayədə yaşamağa başlamış və müxtəlif yerlərdə fəhləlik edərək dolanmışdır. 2009-cu ildə həqiqi hərbi xidmətə getmiş və 2011-ci ildə hərbi xidməti başa vurub, Bakı şəhərinə qayıtmışdır. 2018-ci ildən 2020-ci ilədək "xxxx" MMC-də (istixana) aqranom köməkçisi işləmiş və 2020-ci ildən isə Buzovna qəsəbəsində yerləşən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləmişdir. Həmin dövrdə anbardan məhsulların satışını həyata keçirmişdir. 2021-ci ilin əvvəllərində işlədiyi istixanada Mirşahin adlı şəxslə tanış olub və onunla alver etməyə başlamışdır. Bundan sonra Mirşahin 2021-ci ilin təxminən may aylarında ona 46,529 manatlıq pomidor sifariş vermiş, lakin həmin 46,529 manat pulu ona verməyərək onu aldatmışdır. Bu barədə Xəzər RPİ-nin 2-ci PŞ-nə rəsmi olaraq şikayət ərizəsi vermiş və həmin şikayət ərizəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra həmin şikayət ərizəsi ilə bağlı cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olundu. 2021-ci ilin təxminən may ayının əvvələrində tanışı Zərərçəkmiş şəxs5 zəng edib və ona 18 ton pomidor satacağına söz verərək bunun üçün 27,000 manat pul göndərməsini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs5 da Zaqatala rayonunda olduğunu və hazırda 4000 manat pul ona göndərə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5la razılaşdıqdan sonra o, 12 may 2022-ci il tarixdə o, tanımadığı taksi sürücüsünün vasitəsi ilə həmin 4000 manat pulu ona göndərmişdir. Təxminən 3 gün sonra "xxxx" MMC-də Aliklə görüşərək daha 4000 manat pulu ondan almışdır. Mən Zərərçəkmiş şəxs5 aldığı ümumilikdə 8000 manat pulu pomidorun alınması məqsədilə "xxxx" MMC-nin satış şöbəsində kassir işləyən İslam adlı şəxsə ödəmiş, Mirşahinə görə şirkətə borclu olduğuna görə həmin pulları şirkət pulu borc üçün çıxmışdır. 2021-ci ilin təxminən oktyabr ayında təsadüfən tanışı Kamran adlı şəxslə rastlaşmış və Mirşahin adlı şəxsin onu aldadaraq 46,529 manat pulunun ələ keçrilməsi barədə ona danışdıqdan sonra Kamran Xəzər RPİnin 3-cü PB- də işləyən Məhəmmədəli adlı şəxsin mobil nömrəsini verib və həmin şəxslə əlaqə saxlamağını ona demişdir. Votsapp vasitəsi ilə Məmmədəliyə zəng vurmuş və Məmmədəli onu Nərimanov rayonunda özünə məxsus avtomobil ehtiyyat hissələri mağazasına dəvət etmişdir. Məmmədəli ilə görüşərək məsələni ona danışmış və Məmmədəli onunla birlikdə BMCMİ-nin yaxınlığında yerləşən adını xatırlamadığı kafeyə getmişdir. Məmmədəli onu orada Malış və Ceyhun kimi təqdim etdiyi şəxslərlə tanış etmiş və həmin şəxslərin BMCMİ-nin əməkdaşları olduqlarını ona demişdir. Həmin şəxslər məsələni həll edəcəklərini və onun 46,529 manat pulunu qaytaracaqlarını və buna görə onların hərəsinə 2500 manat pul verməli olduğunu bildirmişlər. Ertəsi günü Ceyhun ona zəng vuraraq Mirşahini və əmisini tapdıqlarını onlara məxsus olan Mercedes markalı avtomobili pulun əvəzində aldığını bildirmişdir. Lakin, həmin avtomobilin krediti olduğu üçün 5000 manat pul lazım olduğunu demişdir. Bu barədə Kamrana məlumat vermiş, Kamran həmin pulu vermək lazım olduğunu deyərək ona 1000 manat pul vermiş və qalan 4000 manat isə tapa bilmədiyini demişdir. Həmin ərəfədə Mirşahinin vasitəsi ilə tanıdığı və alver etdiyi Hafiz və Yavər adlı şəxslərin 4000 manat pomidora görə ona pulları olduğu üçün həmin 4000 manatı və Kamranın verdiyi 1000 manatı götürüb, qohumu, həmçinin sürücüsü olan Şaiq adlı şəxs ilə birlikdə Azadlıq prospektində yerləşən «Koala» parkında kafeyə getmişlər. Kafedə Ceyhunun, Malışın və Hacı kimi təqdim etdikləri şəxsin yanına Ceyhuna 5000 manat pul vermişdir. Ceyhun səhəri günü avtomobil məsələsini həll edəcəyinə söz vermişdir. Həmin günün axşam saatlarında Kamran ona zəng edərək Məhəmmədəlinin onunla görüşmək istədiyini ona bildirmiş və onlar Binə qəsəbəsində yerləşən «Azərbaycan» restoranında görüşmüşlər. Yeyib içdikdən sonra Məhəmmədəli Rusiyada dostları olduğunu və onlara pomidor vurmaq lazım olduğunu ona dedikdə, heç bir problemin olmadığı ona bildirmişdir. Bir gün sonra Ceyhuna zəng edərək Mercedes markalı avtomobil barədə soruşmuş, səhəri günü Ceyhun və Məhəmmədəli ilə BMCMİ-nin yaxınlığında onunla görüşmüş və onlar ona üzərində qeydiyyat nişanı olmayan Mercedes C-klass markalı avtomobil göstərmişlər. Bir neçə günə məsələni tam həll etdikdən sonra avtomobili ona verəcəklərini bildirmişdirlər. Bir gün sonra Binə qəsəbəsində «Azərbaycan» restoranında Məmmədəli, qardaşı Emin və Kamranla görüşmüş və Emin Rusiyaya pomidor vurmaq istəməsi barədə ona demişdir. Bundan sonra Məmmədəli və Kamranla birlikdə Nərimanov rayonunda yerləşən “Porto” otelə getmiş və orada 3 qızla istirahət edərək gecəni orada qalmışlar. Arzu adlı qızla otelin otağında qaldığı zaman ayıldıqda Məmmədəlinin onun otağında olmasını görmüşdür. Həmin ərəfədə 8-ci km bazarında tərəvəz məhsullarının alış-satışı ilə məşğul olan tanışı Hafiz onunla əlaqə saxlamış və mal almaq istədiyini ona dedikdə maraqlanacağını ona bildirmişdir. Zirə qəsəbəsində yerləşən "xxxx" MMC ilə danışmış, həmin MMC-nin rəhbəri Saday adlı şəxs ona mal verə biləcəyini demiş və bir qədər sonra həmin MMC-də işləyən Fərid adlı şəxs ona zəng edərək malı onun əli ilə almasını ondan xahiş etmişdir. Zirə qəsəbəsində yerləşən "xxxx" MMC-yə getmiş, Hafiz və Yavərlə orada görüşüb və MMC-girərək Yavərin verdiyi 9429 manat pulu Fəridə vermişdir. Həmin məbləğdə pomidoru Yavərgil avtomobilə yükləyərək aparmışlar. Fəridlə mütamadi olaraq işləməyə başlamış və bir müddət Yavər və Hafizlə nəğd olaraq böyük məbləğlərdə alverləri olmuşdur. Həmin ərəfələrdə Məmmədəli ona pomidor alverinə qoşulmaq istədiyini bildirmiş və 4500 manat pulu olduğunu demişdir. Lerik rayonunda olduğu üçün Məmmədəliyə pulu qardaşı Dəyanətə verməsini xahiş etmiş Dəyanət də Məmmədəli ilə görüşərək 4500 manat pulu ondan alıb və bacısı Ülviyyə Səfərovaya məxsus bank kartına da 5000 manat pul atmışdır. Həmin 9500 manat pulu da alverə qatmışdır. Bir neçə gün sonra Mirşahin ona zəng edib, ondan mal istəmiş və əsəbləşərək borcunu verməmiş nə üzlə mal istədiyini ona bildirmişdir. Mirşahin isə borclu olduğu 46.529 manat pulu qəpiyinə kimi BMCMİ-nin işçilərinə verdiyini ona dedikdə Kamranla görüşüb işin nə yerdə olduğunu ondan soruşmuşdur. Kamran isə Ceyhuna əlaqə saxlamasını ona dedikdən sonra BMCMİ-nin yaxınlığında Ceyhunla görüşüb işin nə yerdə olduğunu Ceyhundan soruşduqda o, işin alınmadığını ona bildirmişdir. Həmçinin Ceyhun ona avtomobilin krediti üçün verdiyi 5000 manatın 4300 manatını qaytarmış və 500 manat pulu isə sonradan onun kartına vurmuşdur. Təxminən 4 gün ərzində Ceyhun qalan 500 manat pulu da kartına vurmuşdur. Kamran ona zəng edib, pomidor alverinə görə ona pul verib-verməyəcəyini soruşmuşdur. Onlarla daha alver etməyəcəyini və gəlib ümumi pulun götürməcm-iH demiş və həmin gün axşam Məmmədəli və Kamran onun yanına gəlib onu söyərək təhqir etmişlər. Ertəsi günü 3-PB-nə getmiş və Məmmədəliyə nə qədər borclu olduğunu soruşduqda o, isə 11800 manat ona və 2200 manat isə Kamrana borcu olduğunu ona demişdir. Üzərində olan 10300 manatı Məmmədəliyə verdikdə Məmmədəli pulu tam alacağını və Kamran isə onun barəsində rəisə şikayət edəcəyini demişdir. Çatışmayan 1500 manatı dostu Seymurla göndəməsini xahiş etmiş və Seymur onun kartına 1500 manat pul göndərdikdən sonra həmin pulu Kamrana vermişdir. Kamrana Mirşahindən pul aldıqlarını dedikdə Kamran heç kimdən pul almadığını demiş və Məmmədəlidən soruşacağını bildirmişdir. Təxminən 4 gündən sonra Kamran ona zəng edərək ciddi söhbət olduğunu deyib və X1 yaxınlığına gəlməsini xahiş etmiş və təxminən 5 dəqiqə sonra Məmmədəli ona zəng edib Nərimanov rayonunda yerləşən Bakı Sağlamlıq mərkəzinin qarşısına ona çığırmışdır. Kafedə Məmmədəli ona pomidor alveri ilə bağlı onlar Hacı və Vüsal və onun qardaşı Turala söz verdiklərini ona deyərək həmin şəxslərə mal verilməli olduğunu demişdir. Mirşahindən pulunu alıb mənimsəməsi səbəbindən onunla iş görmək istəməyini Məmmədəliyə demişdir. Məmmədəli Mirşahindən pul almadığını deyib və onu təhqir etmişdir. Bundan sonra Məmmədəli onu söyərək Hacı və Vüsala 10 tır pomidor verməli olduğunu, Vüsalın oradan 121.000 manat xeyiri olacağını deyərək həmin pulu ondan alacağım bildirmişdir. Heç kimə 10 tır pomidor söz verməməsini demədiyini ona dedikdə Məmmədəli kiməsə zəng vurmuş və həmin kafeyə 12 nəfər cavan oğlan gəlmişdir. Həmin şəxslər onlarla oturduqdan sonra onlardan biri onun kimi pullu şəxslərdən pul alıb və sonra isə türməyə göndərdiklərini ona demişdir. Heç kimə pul verməyəcəyini dedikdə Məmmədəli söyüş söyərək 3 günün içində 121.000 manat pulu verməyəcəyi halda BMCMİ-də onu ilişdirəcəyini və qardaşını, bacısını hədələyərək çıxıb getməsini tələb etmişdir. Ertəsi günü Kamranın yanına gedib və olanları ona danışdıqda Kamran xəbəri olmadığını ona bildirmişdir. Xəzər rayonu 3-cü PB-nə Məmmədəlinin yanına gedərək otaqların birində onunla görüşmüşdür. Onu incitməməsini Məmmədəlindən xahiş etdikdə o, onu yenə təhqir etmiş və onun mobil telefonunu əlindən alaraq votsapda özünə nəsə yazdıqdan sonra silmişdir. Daha sonra telefonunda ona qardaşı Dəyanətə pul verdiyi videonu ona göstərmiş və bacısının kartına pul atdığını deyərək onlara da problem yaradacağım bildirib onu bölmədən qovmuşdur. Qorxduğu üçün yaşlı atasını götürüb Məmmədəli ilə görüş üçün bölməyə getmişdir. Məmmədəli onun atasına qəbul etmədikdən sonra Lənkəran şəhərinə getmişdir. Məmmədəli avtomobilin GPS-ni sürücüsü Şaiqdən alıb və ona nə üçün Lənkərana qaçdığını bildirmişdir. Həmçinin, ona oteldə olanda Arzunun onu öz cinsiyyət orqanını yalatdırdığım deyərək onu rüsvay edəcəyini demişdir. Təxminən 3 gün Lənkəran rayonunda qalmış və özünü öldürmək üçün zəhərli göbələk yeyərək intihar etmək istəməsinə baxmayaraq ölməmişdir. Məmmədəliyə ondan istədiyi 121 manat pulu vermək fikrində olduğu üçün Bskıya qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Fərid ona zəng edərək 4-5 maşın pomidor olduğunu ona bildirmişdir. Fəridən malı nisyə götürüb Yavərə nağd şəkildə verib, əlavə mal olduğunu Yavərə deyib və malın kal olduğu üçün müddət qazanaraq ondan pul aldıqdan sonra həmin pulu Məmmədəliyə vermək qərarına gəlmişdir. Bundan sonra Yavər və Hafizlə danışıb sabahsı gün üçün Fəriddən nisyə 33.330 manatlıq mal almış, həmin malı isə Hafiz və Yavərə vermişdir. Yavərdən isə 37.000 manat pul alıb, həmin pulu Fəridə verməyərək ondan yenə də mal istədikdə Fərid razı olmamışdır. Hafizə zəng edib, yenə mal olduğunu, pul lazım olduğunu, lakin malların kal olduğu üçün pulu əvvəlcədən verməli olduğunu ona demişdir. Hafiz ona inanmadığından parnikin sahibinin ona səs atmasını ondan xahiş etdiyi üçün Sürücüsü Şaiqdən ona parnikin sahibi kimi təqdim edərək səs atmasını xahiş etmiş və səs yazısının Hafizin mobil nömrəsinə atmışdır. Ertəsi günün Yavərdən 63.000 manat pulu alıb təxminən 2021-ci ilin noyabr ayının 21-də Elmlər metrosunun yaxınlığında adını xatırlamadığı kafedə Məmmədəli, onun xalası oğlu Orxan və tanış taksi sürücüsü Zaurla görüşmüşdür. Kafedə pul barədə heç bir söhbət etməmiş və o sellofan paketdə 121.000 manat pulu Məmmədəliyə vermişdir. Orada olan şəxslərin bilməməsi üçün rayondan göndərilmiş pay şəklində pulu paketdə Məmmədəliyə verib və çıxıb getmişdir. 23 noyabr 2022-ci il tarixdə Məmmədəli onu 3-cü bölməyə çağırmış və pulu haradan tapdığını ondan soruşmuş və o, Mirşahinin onu tanış etdiyi Yavər adlı şəxsdən aldığını bildirmişdir. Məmmədəli həmin Mirşahin adlı şəxsin ona pul atdığını və onun da onlara pul atmasını tələb etmişdir. Pul sahibləri onu sıxışdırdığı üçün pis vəziyyətdə olduğunu Məmmədəliyə deyərək ona kömək göstərməsini ondan xahiş etmiş, əyər ona köməklik etməsə onun adını verəcəkdir. Məmmədəli adının çəkiləcəyi halda nə içəridə nə də ki bayırda rahatlıq tapa bilməyəcəyini və adını çəkməsə məsələni özə həll edəcəyini ona demişdir. Məmmədəli öz telefonunu çıxarıb Porto oteldə onun lüt vəziyyətdə olduğu və Arzu adlı qızın onun üstündə olduğu şəkili göstərmişdir. Ertəsi günü Şaiqlə birlikdə Bakıxanov qəsəbəsində «Karvan» restoranının yaxınlığında çayxanada Hafiz və Yavərlə görüşmüş və bundan sonra oradan çıxaraq Mərdəkan qəsəbəsində yerləşən çayxanaya getmişlər. Həmin çayxanada Hafiz və Yavərdən başqa iki nəfər şəxs olmuşdur. Həmin vaxt Yavər onları mobil telefona çəkərək ona borcu olduğunu etiraf etdirmişdir. Özünü narahat hiss etdiyi üçün Məmmədəlini çağırmışdır. Bir qədər sonra Məmmədəli, Kamran və bir nəfər tanımadığı idmançı oğlan gəlmişlər. Məmmədəlini, Yavər və Hafizlə tanış edərək onların dostları olduğunu ona demişdir. Pulun Fəriddə olduğunu, yalandan Yavərə deyərək ondan mal alıb onlara verəcəyini bildirmişdir. Yavər isə Fəridlə görüşməyi təklif etdiyi üçün birlikdə Qala qəsəbəsində Fəridin işlədiyi istixanaya getmişlər. Yavər Fəridə zəng vurub onu çağırmasına baxmayaraq Fərid görüşməyərək barəsində BMCMİ-nə şikayət etməsini bildirmişdir. Məmmədəli onunla özü söhbət edib onların pulunu qaytardacağım Yavərə demişdir. İki gündən sonra Məmmədəli ona zəng vuraraq 24-cü polis bölməsinin onu tutacağım, rayona getməsini məsləhət edib, tutulacağı halda onun və Kamranın adını çəkməməsini xahiş etmişdir. Rayona gedərkən yolda Şaiq ona zəng edərək 24-cü polis şöbəsinin onu tutduğunu bildirmişdir. Məmmədəliyə zəng vuraraq Şaiqin tutulduğunu dedikdə Məmmədəli pul tapmalı olduğunu ona dedikdən sonra ertəsi günü rayondan 2800 manat pul taparaq Bakıya gəlmişdir. Şamaxinka adlanan ərazidə Məmmədəli ilə görüşərkən onun yanında Mərdəli adlı vəkil də olmuş və həmin vəkili onun üçün tutduğunu Məmmədəli ona bildirmişdir. Mərdəliyə müqavilə üçün 500 manat pul verdiyi zaman Məmmədəli ondan vəkili tapan Orxan adlı şəxsə verməsi üçün 300 manat pul almışdır. Həmin gün o vəkil ilə birlikdə 24-cü polis bölməsinə getmiş və təhqiqatçı onu dindirdikdən sonra Şaiqlə birlikdə onları buraxmışlar. Məmmədəli işin tam həlli üçün kimlərləsə danışmış və 10.000 manat pul lazım olduğunu ona demişdir. Tanışlarından 10,000 manat pul borc taparaq Məmmədəliyə vermiş və o, işin bağlandığını ona bildirmişdir. Bundan sonra vəkil Mərdəli ilə görüşüb və BMCMİ-də olan işini həll etməyi üçün ona 500 manat pul verərək yeni müqavilə bağlamışdır. Mərdəli telefonlarını söndürüb heç kimə cavab verməməsini tapşırmış və onu BMCMİ-dən çağırdıqda Mərdəli getməməsini ona tapşırdığı üçün çağırışa getməmişdir. BMCMİ-dən getmədiyi üçün axtarışa veriləcəyini və ölkədən çıxışına məhdudiyyət qoyulacağını bildirmişlər Bu barədə Məmmədəliyə dedikdə təcili olaraq pul tapmasım və xarici pasport alıb ölkədən çıxmasını ona demişdir. 400 manat pul tapdıqdan sonra Məmmədəli ilə birlikdə 1 saylı Asan xidmətə gedib və Məmmədəli onun üçün xarici pasport düzəltdirmişdir. Xarici pasportu götürdükdə Məmmədəli ölkədən çıxmaq üçün ondan 10.000 ABŞ dolları pul istəmiş, pulu olmadığını Məmmədəliyə dedikdə o, Binə qəsəbəsində bir ev ona göstərib, evin sahibini tanıdığını, hər hansı bir şəxsi aldadaraq həmin evi satıb və pul əldə edə biləcəyini ona bildirmişdir. Binə qəsəbəsindən ev alıb-satanlarla maraqlanmış və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 adlı şəxsə həmin evi 13.000 manata satmışdır. Bundan sonra Məmmədəliyə evi satdığını deyib, Elmlər metrostansiyasının yaxınlığında Məmmədəli ilə görüşmüş və 13.000 manatı ona vermişdir. Məmmədəli onun üçün Türkiyəyə bilet almış və DİN-də kimləsə danışıb 1500 manat müqabilində onun stopunu götürdəcəyini ona demişdir. xx.xx.2021 -ci il tarixdə Unibankın Nərimanov filialında Məmmədəli 4000 dollar pul almış, 150 dollar isə o öz adma almışdır. xx.xx.2021 -ci il tarixdə axşam saat 20 radələrində onu Məmmədəli hava limanından “Azal” reysi ilə Türkiyəyə İstanbul şəhərinə yola salmışdır. Məmmədəli öz qardaşı Emin Babayevə çatdırması üçün ona 4150 dollar pul vermiş və İstanbulda Məmmədəlinin qardaşı Emin Babayev onu qarşıladıqda 4150 dollar pulu ona vermişdir. Emin onu İstanbul şəhərində Armudlu qəsəbəsində anasının kirayə yaşadığı evə aparmışdır. Məmmədəli ilə telefon vasitəsi ilə danışdıqda Məmmədəli onu Türkiyədən Rusiyaya göndərəcəyini və Rusiyada alver ilə məşğul olacağını ona demişdir. Lakin Rusiyaya getmək üçün stopunun götrülməsi üçün əlavə olaraq 5000 dollar pul lazım olduğunu Məmmədəli ona demişdir. İnternetdən sinif yoldaşı olan Zərərçəkmiş şəxs7la danışdıqda Əlixan Səhiyyə orqanında işə qəbul olunmaq istədiyini dediyi üçün tanışlarım olmasını ona deyib və 5000 dollar pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 3000 dollar pulunun olduğunu ona dedikdən sonra 2000 dolları Emin Babayevin adma və 1000 dollar isə onun adına olmaqla İstanbulda banka göndərmişdir. Həmin 3000 ABŞ dolları Emin ilə birlikdə gedib götürmüş və Eminə vermişdir. xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həmin evdə olmuş və yalnız iki dəfə pul çıxararkən evdən çıxmışdır. Emin Babayev 3000 dollar pulun 1000 dollarını Məmmədəliyə poçt vasitəsi ilə göndərmişdir. xx.xx.2022-ci il tarixdə Emin ilə birlikdə bilet alaraq Rusiya Federasiyasının Moskva şəhərinin Strageno vilayətinə getmişdir. Emin Babayev onu Elnur Mehdiyev adlı şəxsin kirayə yaşadığı mənzilə aparmış və özü isə başqa yerə getmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək həmin evdə Elnurla birlikdə qalmışdır. Orada olduğu müddət ərzində guya Rusiyada Emin iş qaracağını və onunla şərik olacağını Elnura demişdir. xx.xx.2021 -ci il tarixdə Emin yanına gəlib Saşa adlı şəxsin yaşadığı ünvanda 1 illik qeydiyyata götürməsi üçün sənədlərini götürmüşdür. Məmmədəli ilə telefon vasitəsi ilə danışdıqda onu Rusiyada qeydiyyata salacağını, ad və soyadını dəyişdirəcəyini ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə Məmmədəlinin göndərişi ilə Eminlə birlikdə «Foodsity» bazarında "xxxx" MMC-yə məxsus 6-cı sıra 38-ci anbara getmişlər. Orada anbarın rəhbəri Elnur adlı şəxslə görüşüb, ondan çoxlu miqdarda pomidor götürüb, Eminin vaitəsi ilə böyük şəbəkələrə verəcəklərinə razılaşmışlar. Emin Məmmədəliyə zəng vuraraq danışdıqlarını ona dedikdə Məmmədəli Azərbaycana gələcəyi halda onun tutulacağını və Elnuru da aldadaraq yüksək məbləğdə pul aldıqdan sonra onu Türkiyəyə çıxaracağını bildirmişdir. Elnur məlüm kimi böyük iş adamından pul alıb aradan çıxmağın təhlükəli olduğunu düşündüyü üçün Elnura zəng edərək malın lazım olmadığını demişdir. Bundan sonra Emin Babayev onun yanına gələrək təcili olaraq kiməsə pul atıb və oradan çıxıb getmək lazım olduğunu ona demişdir. Sənədləri Emində olduğu üçün ölkədən çıxa bilməmiş, Emin və Məmmədəlinin onun əli ilə kimlərəsə böyük məbləğdə pul atacaqlarını düşünmüşdür. Emində olan sənədlərinin almasının yolunu fikirləşmişdir. Həmin ərəfədə pulu olmadığı üçün təxminən dekabr ayının sonlarında internet vasitəsi ilə sinif yoldaşı Vəlican adlı şəxslə danışmış və söhbət əsnasında Vəlicanı dərman deposunda fəhlə kimi 4000 dollar pula onu işə düzəldə biləcəyini bildirmişdir. Əvvəllər dərman deposunda işlədiyindən Vəlican ona inanmışdır. Vəlican 1000 dollar pulunun olmasını ona dedikdə onunla razılaşmış və həmin vaxt Elnurun bank kartı onda olduğundan pulun göndərilməsi üçün həmin kartın şəklini Vəlicana göndərmişdir. xx.xx.2022-ci il tarixdə Vəlican ona göndərdiyi Elnura məxsus karta 1000 dollar pul göndərmiş və Elnur həmin pulu kartdan çıxararaq ona vermişdir. Bir neçə gün sonra Vəlicanla danışdıqda narahat olmamasım ona demiş və sonra onun zənglərinə cavab verməmişdir. Bundan sonra o Məmmədəli ilə danışdıqda pul qazanmağın yolunu tapdığını bildirmişdir. Belə ki, o Məmmədəliyə Azərbaycanda guya Sahil adlı tanışının olduğunu və ondan Səhiyyənin dərmanlarım götürə biləcəyini bildirmişdir. Məmmədəliyə Sahilin dövlətdən 1.700.000 manatlıq dərman çıxardaraq onlara verəcəyini, həmin dərmanları depoya verərək həmin pulu götürə biləcəyini deyərək Məmmədəlini inandırmışdır. Bunu deməyində məqsədi isə vaxt qazanaraq ölkədən çıxmaq olmuşdur. Evdə olarkən Məmmədəli və Eminin onu cinayət törətməyə təhrik etdiklərini Elnura deyib və ondan köməklik etməsini xahiş etmişdir. Ertəsi günü Elnur Azərbaycana getməli olduğundan kimlərinsə onu evdən götürəcəyini ona tapşırmışdır. Sabahsı gün X13 getməli olduğu vaxt guya Macarıstandan dostlarının gələcəyini Eminə deyərək onları qarşılamaq üçün sənədlərini ondan istəmiş və Emin də sənədlərini ona verdikdən sonra Elnura bu barədə dmişdir. Bir nəfər Anar adlı şəxs onu götürüb Krım vilayəytinə apararaq orada oteldə yerləşdirmişdir. Otelin pulunu Elnur ödəmiş və onun bank kartını da ərzaq ala bilməsi üçün özündə saxlamışdır. Bundan sonra Elnur onun üçün bilet alıb xx.xx.2022-ci il tarixdə tanışı vasitəsi ilə hava limanından Bakı şəhərinə yola salmışdır. Bakıya gəlməmişdən qabaq telefon vasitəsi ilə müstəntiqlə danışıb gələcəyini xəbər vermişdir. (Cild 1, iş vərəqləri 159-161, cild 2, iş vərəqləri 128- 131, 152-161 və cild 3, iş vərəqləri 38-41, 85-88) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs istixanalardan “8-ci km” bazarına pomidor gətirən şəxs kimi tanımışdır. O və Zərərçəkmiş şəxs1 həmin bazarda şərikli qaydada pomidor satışı ilə məşğul olurdular. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 işçi kimi onlara kömək edən şəxslər olmuşlar. Bir gün Təqsirləndirilən şəxs ucuz qiymətə pomidor satmağı vəd etmişdir. Bir yaxud iki dəfə onunla pomidor alış-verişini həyata keçirmişlər. Təqsirləndirilən şəxs pomidoru ucuz qiymətə onlara satmışdır. Zərərçəkmiş şəxs1 ilə onun təxminən 70000-80000 manat məbləğində pulu olmuşdur. Təqsirləndirilən şəxs onlarda şərikli qaydada olan pulun məbləğini bilirdi. Belə ki, Təqsirləndirilən şəxs pomidoru istixanadan alırdı. Daha sonra istixandan birbaşa aldığı qiymətdən daha aşağı qiymətə həmin pomidorları onlara satırdı. Bir neçə dəfə bu hal təkrarlanmışdır. Təqsirləndirilən şəxs aldığı məhsulları maya dəyərindən ucuz qiymətə onlara satmasının səbəbi onun onların etibarını qazanmaq istəməsi olmuşdur. Bu qaydada Təqsirləndirilən şəxs hissəhissə olmaqla, o və Zərərçəkmiş şəxs1 66710 manat məbləğində pul almışdır. Bu məbləğdə pul Zərərçəkmiş şəxs1 və ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sadəcə işçi kimi fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs istixanadan alaraq onlara verdiyi pomidorlar tam olaraq qızarmış vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs1 ilə o Təqsirləndirilən şəxs onlara satdığı pomidorları qızarmış vəziyyətdə verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bu barədə istixananın sahibi ilə danışacağını, daha sonra onlara məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə “8-ci km” bazarına başqa bir nəfər şəxs də gəlirdi. Həmin şəxsi sürücü kimi tanıyırdı. Təqsirləndirilən şəxs həmin şəxsi öyrədərək, onun özünə istixananın sahibi adından səsyazı göndərməsini bildirmişdir. Daha sonra həmin səsyazını onlara göndərmişdir. İstixananın sahibi adından çıxış edən həmin şəxs pomidorların qızarmış vəziyyətdə verilməsi üçün ödəniş edilməsi məzmununda səsyazı göndərmişdi. Həmin səsyazıda pomidorların dəyərinin onların verildiyi anda ödənilməsi bildirilmişdi. Belə ki, Təqsirləndirilən şəxs ilkin mərhələdə istixanadan 5 ton miqdarında pomidor çıxarıldığını, həmin pomidorun 1 kiloqramının 2,60 manat dəyərindən hesablandığını və həmin məbləğdə pulun ödənilməsini bildirmişdir. Növbəti dəfə istixanadan 7 ton miqdarında pomidor çıxarıldığını demişdi. Zərərçəkmiş şəxs1 və o da qeyd edilən məbləğlərdə pulları ödəyirdilər. Bu qaydada, hissə-hissə olmaqla, ümumilikdə 66710 manat məbləğində pul ödənişi həyata keçirilmişdir. Pomidorlar hələ onlara verilmirdi. Razılaşmaya əsasən, onlar pomidorların dəyərini onun istixanadan çıxarılma miqdarına uyğun çıxarıldığı anda ödədikdən sonra bu pomidorlar qızarmış vəziyyətdə onlara verilməli idi. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs pomidorları tələb etdikdə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları verməkdən yayınırdı. Daha sonra onun onlara qarşı dələduzluq etdiyini anlamışlar. İttiham aktında qeyd olunan 69210 manat məbləğində puldan təxminən 24800-25000 manat ona məxsus olmuşdur. Qalan məbləğ isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Əsas məbləğdə pul Zərərçəkmiş şəxs1 idi. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğin az hissəsi miqdarında pul məxsus idi. Daha sonra o və Zərərçəkmiş şəxs1 onlara həmin pulları qaytarmışlar. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 pul almaqlarının səbəbi həmin vaxt pullarının pomidorların pulunun ödənilməsi üçün kifayət etməməsi olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğdə pulları onlardan almağı 1 ay ərzində həyata keçirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini anladıqdan sonra əvvəlcə onun özü ilə danışıqlar apararaq, pulu qaytarmasını istəmiş, lakin nəticə əldə edə bilməmişlər. Bundan sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinə şikayət ərizəsi ünvanlamışlar. Həmin polis bölməsində də Təqsirləndirilən şəxs dələduzluq etməsinə dair heç bir tədbir görülməmişdir. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ünvanlamışlar. Evini satmağı ilə bağlı alqı-satqı müqaviləsi bağlamadığını, lakin müəyyən sənədləşmələr həyata keçirilməsini xatırladığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 20000 manat məbləğində pulu Mahir Quliyev adlı sürücü vasitəsilə Təqsirləndirilən şəxs vermişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ümumilikdə, 69210 manat məbləğində pul verilmişdir. Həmin məbləğdən 2500 manat məbləğində pulu geri qaytarmış, 66710 manat məbləğində pul isə qaytarılmamışdır. O və Zərərçəkmiş şəxs2 bazarda şərikli qaydada pomidor satışı ilə məşğul olurdular. Bir gün Təqsirləndirilən şəxs ucuz qiymətə pomidor satmağı vəd etmiş, bir neçə dəfə onunla pomidor alış-verişini həyata keçirmişlər. Təqsirləndirilən şəxs pomidoru istixanadan alırdı. Daha sonra istixanadan birbaşa aldığı qiymətdən daha aşağı qiymətə həmin pomidorları onlara satırdı. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da pullarını ona vermişdir. Təqsirləndirilən şəxs istixanadan pomidorun 1 kiloqramını 3 manata alıb Zərərçəkmiş şəxs2 ilə ona həmin pomidorun eyni miqdarını 2,60 manata satmışdır. Bu hal bir neçə dəfə baş vermişdir. Bununla da o, onların etibarını qazanmışdır. Onlar birbaşa olaraq istixananın işçilərindən pomidorun qiymətini öyrənmişlər. Təqsirləndirilən şəxs istixanadan alaraq onlara verdiyi pomidorlar tam olaraq qızarmış vəziyyətdə olmamışdır. Onlar ona pomidorları qızarmış vəziyyətdə verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bunun üçün ödəniş edilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 və o, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 pomidor alış-verişi üçün verdikləri pulu onlara qaytarmışlar. Lakin, onlara hansı məbləğdə pul qaytarıldığını xatırlamır. Qeyd etdiyi 66710 manat məbləğində pul ona və Zərərçəkmiş şəxs2 dəymiş ziyandır. Təqsirləndirilən şəxs tərəfindən ona 25000 manat, Zərərçəkmiş şəxs2 23000 manat məbləğində pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi vardır, onunla barışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Mikayıl oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs istixanada işləyən şəxs kimi tanıyırdı. Təqsirləndirilən şəxs pomidor istəmişdir. Təqsirləndirilən şəxs ondan beh istəmiş, o da onun göndərdiyi bank kartına 5000 manat məbləğində pul köçürmüşdür. 5000 manatdan sonra 1700 manat, 1300 manat məbləğlərində pul vermişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs 9300 manat məbləğində pul vermiş, bu puldan heç bir məbləğ geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi vardır, onunla barışmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytarmamışdır. Təqsirləndirilən şəxs pulları onun bacısı Ülviyyə Səfərovaya məxsus bank kartı vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs verdiyim 9300 manat məbləğində pulun 8000 manatını bank kartı vasitəsilə, 1300 manatı isə əlbəəl vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, bərbər fəaliyyəti ilə məşğul olurdu. Həmin vaxt ev almaq istəyirdi. Bunun üçün 13000 manat məbləğində pulu var idi. Şahid2 Təqsirləndirilən şəxs ev satdığını bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə satmaq istədiyi evə baxmışlar. Təqsirləndirilən şəxs evin qiymətini təxminən 20000-22000 manat aralıqlarında olduğunu bildirmişdir. O, onun dediyi qiymətdən şübhələnmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid2la əlaqə saxlayaraq, evi təcili satmalı olduğunu, ona pul lazım olduğunu, bu səbəbdən onunla danışmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə görüşmüş, Şahid2 da gəlmişdir. 13000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da buna dair qəbz imzalamışdır. Bundan 6-7 gün sonra məlum oldu ki, həmin ev başqa şəxsə, yəni Şahin adlı şəxsin bacısı oğluna məxsus idi. Daha sonra Təqsirləndirilən şəxs ondan pulu aldıqdan 1 gün sonra ölkə xaricinə getdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs 13000 manat məbləğində pulu qardaşı Cabir Xıdırovun və Şahid2 yanında vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə alış-verişi olmuşdur. Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Pomidor alış-satışı ilə bağlı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 32000 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən onlara pomidor alış-satışı ilə bağlı verdiyi pul ona qaytarılmışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs ümumilikdə, təxminən 67000-68000 manat məbləğində pul verilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavadov X8 Əsədov ilə eyni sinifdə təhsil almışlar və məktəb vaxtlarından onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs onu dərman deposuna işə düzəltməyi barədə ona vəd vermiş və bunun üçün pul istəmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının müxtəlif vaxtlarında 3 dəfə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi vədə əsasən, 10 gün içərisində onu işə düzəltməli idi. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməmişdir. O da müvafiq orqana müraciət etmişdir. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamış, onunla barışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni sinifdə təhsil almışlar və məktəb vaxtlarından onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs onu dərman deposuna işə düzəltməyi barədə ona vəd vermiş və bunun üçün pul istəmişdir. Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə 1000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün 3000 ABŞ dolları məbləğində pul istəmişdir. O da bankdan 4000 manat məbləğində kredit əldə etmişdir. Təqsirləndirilən şəxs 1000 ABŞ dolları məbləğində pul verəcəyini, işə düzəldikdən sonra da pulun qalanını verəcəyini bildirmişdir. Ona 1000 ABŞ dolları məbləğində pulu vermişdir. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməmişdir. O da müvafiq orqana müraciət etmişdir. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Lakin onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə əvvəllər alış-verişi olmuşdur. Lakin hazırki cinayət işi ilə bağlı o, Təqsirləndirilən şəxs birbaşa pul verməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pomidor alış-satışı ilə bağlı onların istixanadan qızarmış vəziyyətdə çıxarılması üçün müəyyən məbləğdə pul lazım olduğunu və bu halda pomidorun daha çox satılacağını bildirmişdilər. O da onlara 20000 manat məbləğində pul vermişdir. Onlar da pulu Təqsirləndirilən şəxs vermişlər. Bunun müqabilində də Təqsirləndirilən şəxs onlara qızarmış vəziyyət olan pomidorlar verməli idi. Bir neçə gün gözlədikdən sonra pomidorlar verilməmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, 3 yaxud 4 gün sonra Təqsirləndirilən şəxs onları aldatdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs pulu aldadaraq ələ keçirməsini və verdiyi vədi yerinə yetirməməsini Zərərçəkmiş şəxs1 öyrənmişdir. Onun verdiyi pul Zərərçəkmiş şəxs1 tərəfindən geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi pul ona qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, onda heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs istixanada işləyən zaman dostu İlkin vasitəsilə tanımışdır. Dostum İlkin ona zəng edərək, Zərərçəkmiş şəxs6 ev almaq istədiyini, Təqsirləndirilən şəxs ev satdığını bildirmişdir. Daha sonra ondan Zərərçəkmiş şəxs6 mobil telefon nömrəsini istəmiş, o da vermişdir. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs görüşərək, evə baxmağa getmişlər. Təqsirləndirilən şəxs evin qiymətinin 16000 manat olduğunu, Zərərçəkmiş şəxs6 da baha olduğu üçün onu istəmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs6 ilə birlikdə görüşməyi, onun pula ehtiyacı olduğu üçün evini satmalı olduğunu və s. bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs6, o və Təqsirləndirilən şəxs birlikdə görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs6 ev almaq üçün Təqsirləndirilən şəxs 13000 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs buna dair qəbz imzalamışdır. O, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs etibarlı şəxs olduğunu bildirmişdir. Çünki, onu etibarlı şəxs kimi tanıyırdı.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 satdığı evi görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 o, avtomobillərin icarəsi ilə məşğul olan şirkətdən avtomobil götürmüşdür. Şirkətin sahibi onun dostu olduğu üçün avtomobili o götürmüşdür. Lakin avtomobilin icarə haqqını Təqsirləndirilən şəxs vermişdir. O, sürücü kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs dediyi yerlərə gedirdi. Zərərçəkmiş şəxs1 o, “Həsən” adı ilə tanımışdır. Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsilə pomidor alış-verişi ilə bağlı danışmışdır. O, mobil telefon vasitəsilə onunla danışmamışdır. Təqsirləndirilən şəxs onu “Həsən” adlı şəxs kimi təqdim etməmişdir Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Bobla kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Binə qəsəbəsi Südçülük savxozunda yaşayır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanyır və münasibəti onunla yaxışı olmuşdur. Bəxtiyar Lerik rayonunda qonşu kənddə yaşamış və sonradan Bakı şəhərində olarkən onunla əlaqə saxlamışdır. 2021-ci ilin təxminən okytabr ayında Bakı şəhərində olduğu zaman Bəxtiyar rentekadan «Hundai Elantra» markalı avttomobil götürüb və həmin maşınla ona sürücülük etməsini ondan xahiş etmişdir. Bəxtiyar avtomobili icarəyə götürdükdən sonra ümumilikdə təxminən 10-12 gün müddətinə Bəxtiyara sürücülük etmiş və digər vaxtlarda avtomobili Bəxtiyar özü idarə etmişdir. Hafiz, Yavər və Elşad adlı şəxsləri tanımamış və onlarla heç bir münasibəti olmamışdır. İlk dəfə Bəxtiyar avtomobili götürdükdə onunla birlikdə Zirə qəsəbəsində yerləşən istixanaya getmiş və Bəxtiyar orada Vüsal adlə şəxsə məxsus istixanada Fərid adlı şəxslə görüşüb söhbət edərkən maşında gözləmişdir. Bəxtiyarın bir neçə dəfə istixanada pomidor məhsulunu Fərid adlı şəxsdən alıb, «Ateko» markalı yük avtomobilinə yükləyərək həmin yükü Nizami rayonunda yerləşən 8 k/m bazarına göndərməsinin şahidi olmuşdur. 2021-ci ilin təxminən oktyabr ayının ortalarında Binə savxoxunda Azərbaycan kafesində Bəxtiyarın qardaşı Dəyanətlə oturub və orada çay içdikləri zaman Bəxtiyar onların yanına gəlib və onunla Razin yəni Bakıxanov qəsəbəsinə getməyi təklif etmişdir. Bəxtiyarın icarəyə götürdüyü avtomobil ilə üçü birlikdə Razin qəsəbəsinə getmişlər. Bəxtiyar orada avtomobildən düşərək kafeyə getmiş və Dəyanətlə birlikdə avtomobildə onu gözləmişlər. Təxminən 40 dəqiqə sonra Bəxtiyar 2 nəfər şəxslə kafedən çıxıb onlara yaxınlaşmış və adları sonradan ona məlum olmuş Hafiz və Yavər adlı şəxslər onlara yaxınlaşaraq görüşüb və qardaşı Bəxtiyardan muğayat olmasım Dəyanətə tapşıraraq çıxıb getmişlər. Bəxtiyarla bir neçə dəfə avtomobil ilə gedərkən onun Hafizlə danışmasının şahidi olmuş və onlar pomidor alış-verişin müzakirə etmişlər. Bəxtiyar bir dəfə bazarda işləyən Zəfər adlı şəxsin Hafiz adlı şəxsdən ma! yəni pomidor istədiyini və buna görə də ona malın göndərilməsi üçün səs göndərmək lazım olduğunu ondan xahiş etmişdir. Bəxtiyar onun dediyi sözləri votsapla Hafizə göndərəcəkdir ki, o, da öz növbəsində həmin səs yazısını Zəfərə göndərəcəkdir. Bəxtiyar xahiş etdiyi üçün onun dediyi sözləri öz adı ilə mobil telefona yazaraq votsapla Bəxtiyara atmış və o, da həmin sözləri Hafizə atmışdır. Təxminən 3-4 dəfə Bəxtiyarın xahişi ilə onun dediyi sözləri yəni pomidor məhsulunun alışverişi barədə səs yazısım votsapla onun özünə göndərmiş və bəzən isə Bəxtiyarın göstərişi ilə istixanalara gedib, pomidorun yetişib-yetişməməsi vəziyyəti ilə maraqlanaraq məlumatları Bəxtiyara çatdırmışdır. 2021-ci ilin təxminən noyabr ayının axırlarında Hafiz zəng edib və Bəxtiyarla görüşmək istədiyini ona dedikdən sonra Bəxtiyarla birlikdə Razinə yəni Bakıxanov qəsəbəsinə getmişdir. Bəxtiyar orada Hafiz və Yavərlə görüşüb və kafedə oturub söhbət edərkən Hafiz pomidor məhsulunu ya dakı ona borcu olduğu pulu Bəxtiyardan tələb etdikdə Bəxtiyar pulun onda olmadığını və pulları Zirə qəsəbəsində istixanada işləyən Fərid adlı şəxsə verdiyini ona bildirmişdir. Bundan sonra Hafiz 2 nəfər şəxsi kafeyə çağırdığı üçün həmin şəxslər də kafeyə gəlib çıxmışlar. Bəxtiyar pulların Fərid adlı şəxsdə olduğunu dediyi üçün onlar birlikdə Zirə qəsəbəsində yerləşən istixanya getmişlər. İstixanada Fərid adlı şəxslə görüşdükdə Hafiz pulun ona verilib-verilməməsini ondan soruşduqda Fərid pomidor məhsulunu vaxtı-vaxtında Bəxtiyara verdiyini və əksinə olaraq hazırda Bəxtiyarın ona borclu qaldığım onlara bildirmişdir. Bəxtiyarın Yavər və Hafizi aldadaraq onlara məxsus pulları ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 114-118, cild 2, iş vərəqləri 205-210, cild 3, iş vərəqləri 36-37) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 dərman deposuna işə düzəldəcəyi barədə vəd vermişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs 10 dekabr 2021, 11 dekabr 2021 və 12 dekabr 2021-ci il tarixlərdə hər gün üçün 1000 ABŞ dolları olmaqla, ümumilikdə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt Türkiyə Respublikası, İstanbul şəhərində idi. Zərərçəkmiş şəxs7 pulu olmadığı üçün Təqsirləndirilən şəxs adına poçt vasitəsilə pulu o göndərmişdir. Təqsirləndirilən şəxs adına göndərilmiş pullara dair qəbzlər vardır.X10 adına pul göndərməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan təhvil-təslim protokolları, ödəniş qəbzləri, bank köçürmələri və qaimə-hesabatlardan görünür ki, təqsirləndirilən şəxsə ayrı-ayrı vaxtlarda ittihamda göstərilən məbləğlərdə pullar verililmişdir. İş materiallarında olan 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslərin pullarının talanması ilə bağlı danışıqlar mövcud olmuş və bu danışıqlar təhlil edilməklə ittihamda qeyd olunan hallar öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 15-19) Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Əsədov X5 rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 83-87) Həmin müddətdən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olduğundan onun cəzası icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsi, vurulmuş ziyanı qismən ödəməsi, evli olmaqla ailə başçısı olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 13 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu vaxtdan hesab olunmuşdur. Daha sonra həmin məhkəmənin 29 aprel 2022-ci il tarixli və Şabran rayon məhkəməsnin 26 iyul 2022-ci il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 244-247, Cild 3, iş vərəqləri 32-35) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Astara rayon məhkəməsinin hökmü üzrə 08 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olub iş materiallarına əlavə edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd plastik kart və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur və mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub iş materiallarına əlavə edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd plastik kart və 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar